Tariximiz poetik etudlerde - Habibulla MANAFLI

Page 119

və Azərbaycan ictimaiyyətində geniş rezonans doğuran həmin məhşur müraciət ideyası beləcə mənim gözlərimin önündə yarandı. Naqis əməllərə meyilli olan, heç bir işə yaramayan, bivec adamı xarakterizə etmək üçün xalq arastnda "yurd itirib ad batıran" ifadəsi işlədilir. Azərbaycan xalqının indiki nəsli yurd itirdiyinə görə belə bir xəcil vəziyyətə düşüb. Biz bu rəzalət girdabının qaranlığından, üfunətindən, özümüzü özümüzün gözündə əskildən, əzici, sıxıcı əhval–ruhiyyədən yalnız hamılıqla ayağa qalxıb işğal altında olan torpaqlarımızı azad etməklə xilas ola bilərik. Şair, vətən torpaqlarının beşdə birinin uzun müddət işğal altında qalmasına dözümlü münasibətə "Qul eylədi səbr bizi, Allah alsın əlimizdən səbrimizi" misrası ilə etiraz edərək xalqı vətən torpaqlarını azad etmək üçün ayağa qalxmağa çağırır: Vətən oğlu, maya tutmuş sənin qanın Bu torpaqdan, bu vətəndən Qalx ayağa, İmdad umur Vətən səndən. Sinəmizlə od alovu biz yarmasaq İtirilmiş torpaqları qaytarmasaq Vətən bizi bağışlamaz Torpaq bizi bağışlamaz. Sinəmizi dağ-dağ edən kinimizdən Yadelliyə pay verməsək Biz barıta döndərməsək Dağlar boyda dərdimizi Natəvanın, Üzeyirin ölməz ruhu Danlar bizi... ...Qalx ayağa, Diz qatlamaq yaraşarmı Bilgə xanın nəvəsinə?... ...Tülkülərin qabağından qaçmağını Axı sənə bağışlamaz qurd babamız.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.