"İpəkçi" qəzeti, 7 mart 2013-cü il, №1 (2287)

Page 1

2287:qezet.qxd 08.03.2007 3:45 Page 1

İPƏKÇİ w w w. i p e k c h i . b i z

1933-cü ildən nəşr edilir

Redaksiyadan

“...“İpəkçi”nin yaradıcı kollektivinə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm”, – Heydər Əliyev.

“İPƏKÇ İ” QƏZETİNİN 80 İLLİK YUBİLEYİ İLƏ BAĞLI M Ü R A C İ Ə T

AZƏRBAYCAN İPƏKÇİLƏRİNİN AÇIQ TRİBUNASI

Ötən il “Şəki-İpək” ASC-də 5,9 milyon manatlıq məhsul istehsal olunmuşdur ipək sap yola salınmışdır. Qeyd edək ki, 2008-ci ildə müəssisədə illik istehsal gücü 1.740 ton olan pambıq əyirici istehsalat fəaliyyətə başlamışdır. Burada İsveçrədə istehsal olunmuş dəyəri 1 milyon 340 min avro olan texnoloji avadanlıq quraşdırılmışdır. Müasir texnologiyaların tətbiqi uğurla davam etdirilir. 2011-ci ildə Almaniyanın “Texitima” şirkətindən illik istehsal gücü 1.200 ton olan yeni avadanlıq və müxtəlif dəzgahlar gətirilərək quraşdırılmışdır. Pambıq əyirici istehsalatın xammal ehtiyaclarını ödəmək məqsədilə ötən il respublikamızın pambıqçılıq rayonlarından

Ötən il “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində bütün istehsal sahələri üzrə ümumilikdə 5 milyon 925 min manatlıq məhsul istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə məhsul istehsalı 1 milyon 330 min manat artmışdır. Ötən il müəssisə üzrə 2 milyon 167 min manatlıq məhsul satılmışdır. Cəmiyyətdən AzərTAc-a bildirmişlər ki, 2012-ci ildə müəssisənin baramaaçan istehsalatında 2 min 82 kiloqram xam ipək, burucu istehsalatında 18 min 677 kiloqram burulmuş sap, toxucu istehsalatında 660 min kvadratmetrdən çox ipək parça, 103 min kvadratmetr pambıq parça və 11 min kvadratmetr tənzif istehsal olun-

müəssisəyə 1.200 ton mahlıc gətirilmişdir. Belə tədbirlər nəticəsində hazırda müəssisənin pambıq əyirici istehsalatı gün ərzində fasiləsiz rejimdə işləyir. Xatırladaq ki, ötən il “Şəki-İpək” ASCnin mütəxəssisləri tərəfindən Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı xüsusi konsepsiya hazırlanmış, baxılmaq üçün aidiyyəti dövlət qurumlarına təqdim edilmişdir. Layihədə ipəkçiliyin yem bazasının möhkəmləndirilməsi, barama istehsalının artırılması, bu sahədə çalışanların sosial rifahının yaxşılaşdırılması və digər məsələlər əksini tapmışdır. AzərTAc

muşdur. Xalça sexində il ərzində 58,7 kvadratmetr ipək xalça, 212,5 kvadratmetr yun xalça, 43 kvadratmetr yun-ipək xalça toxunmuşdur. Bundan əlavə, ötən il müəssisədə 22 min 200 bişmiş kəlağayı, 3 min 324 boyanmış kəlağayı, 2 min 804 şərf, 1.982 ton müxtəlif ölçülü pambıq sap və digər məhsullar istehsal olunmuşdur. Müəssisənin burucu, toxucu, kəlağayı, boyaq-bəzək istehsalatlarının və xalça sexinin xammala olan tələbatını ödəmək məqsədilə ötən il Özbəkistanın ipəkçilik şirkətləri ilə 18 ton ipək sapın alınması barədə müqavilə imzalanmışdır. Müqaviləyə uyğun olaraq, bu ölkədən cəmiyyətə 7 ton

Hörmətli oxucularımız. Məlumunuz olduğu kimi bu il mart ayının 13-də “İpəkçi” qəzetinin 80 yaşı tamam olacaqdır. Sizlərdən bir çoxlarınız yəqin xatırlayırsınız ki, qəzetimizin 70, 60, 50 illik yubileyləri kifayət qədər təntənəli keçirilmişdir; “İpəkçi”nin 60 illik yubileyi münasibətilə ulu öndər Heydər Əliyev, şəxsən, qəzetin redaksiyasına təbrik məktubu göndərmişdi. 1983-cü ilə təsadüf edən 50 ilik yubileydə isə qəzetimiz Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 50 ilik yubiley təntənəsində unudulmaz sənətkarımız Rəşid Behbudov möhtəşəm konsert proqramı ilə çıxış edirdi... Yeri gəlmişkən, əlavə edək ki, 50 illik yubiley nömrəmizdə gedən bütün materialları Kirildən transliterasiya edib, şəkillər istisna olmaqla, burada – 3-cü səhifədə, təkrarən dərc etmişik. Əziz oxucularımız. Bildiyiniz kimi, “İpəkçi” qəzeti sovet dövründə öz “Açıq məktublar”ı ilə Şəkidə ipəkçilər üçün neçə-neçə beşmərtəbəli binanın tikilməsinə nail olmuş, Azərbaycan toxuculuq sənayesinin bir çox problemlərini hətta SSRİ Yüngül Sənaye Nazirliyinin kollegiyasında müzakirəyə çıxarmış və müsbət həll etdirmişdir. Təbii ki “İpəkçi” qəzeti indi respublikada ipəkçiliyin, toxuculuq sənayesinin məhv olmasına heç cürə dözümlülük göstərə bilməz. Biz yazırıq ki, sovet dövründə Şəkidə istehsal edilən parçanın uzunluğu Yer kürəsinin diametrinə bərabər idi, indi isə kəlağayıdan başqa heç nə toxunmur. İpəkçilik, barama istehsalı və barama emalı kütləvi iş yeri deməkdir. Sovet dövründə kənd təsərrüfatında 100 minlərlə adam barama yetişdirməklə, 4 min nəfər fəhlə isə Şəki şəhərində barama emalı ilə məşğul idi. Barama strateji maldır, ona və ondan hazırlanmış məhsullara hər zaman dünya bazarında tələbat var. Özü də barama istehsalı və emalı elə bir işdir ki, bunun üçün bahalı avadanlıqlar, yüksək texnologiya və s. tələb olunmur. Bəs elə isə niyə barama istehsalı və emalı ilə məşğul olmayaq?! Sovet dövründə respublikada ildə 5 min ton, ötən il isə cəmi 7 ton yaş barama istehsal edilmişdir. Son 4 il ərzində barama istehsalı və tədarükü hər il 2 dəfə azalır! Özü də bu elə bir vaxtda baş verir ki, “Şəki-İpək” ASC xaricdən barama ala bilmir. Yəni 4 ildir ki Özbəkistan “Şəki-İpək” ASC-yə barama satmır... Yeri gəlmişkən, əlavə edək ki, “Şəki-İpək” ASC-nin yaranması və fəaliyyəti ilə bağlı, yaxın keçmişdə qəzetimizdə, yaxud digər KİV-də getmiş yazıların bir neçəsini burada – 2-ci səhifədə, təkrarən dərc etmişik, növbəti saylarımızda isə digərlərini də verəcəyik. İstəyirik ki, birlikdə dönüb geriyə baxaq, ipəkçiliyin süqutuna səbəb olan amilləri birlikdə aşkara çıxaraq. Hörmətli oxucularımız! Azərbaycanda nəşri davam edən sonuncu fəhlə qəzeti – Azərbaycan ipəkçilərinin açıq trib unas ı olan “İ p əkçi” qəzeti, ulu ö n dər Heydər Əliyevin vaxtilə bizə ünvanlandığı məktubunda tövsiyə etdiyi kimi yenə də “haqq -ədalət uğrunda mübarizə aparmaqda” insanların hüquqlarını müdafiə etməkdə davam etməkdədir. Məsələn, ilin əvvəlində İsmayıllıda baş vermiş xoşagəlməz hallar barədə yəqin ki məlumatınız vardır. Bilirsiniz ki, son nəticədə rayonun icra hakimiyyəti başçısı tutduğu vəzifədən azad

edilmişdir. Bu hadisəyə qədər isə İsmayıllıdakı neqativ hallar barədə biz yazmışdıq; yazmışdıq ki, orada fəhlələri işlədib, sonra pullarını vermirlər, deyirlər “get hara istəyirsən, şikayət et!”, – yalnız bizim çıxışımızdan sonra, fəhlələrin zəhmət haqlarını qismən də olsa ödəmişdilər... Möhtərəm Prezident İlham Əliyevin tam haqlı olaraq dediyi kimi, indiki dövrdə məmur qudurğanlığı dözülməz həddə çatmışdır. Bu qudurğanlıq edənlər və bu cür hallara yol verənlər haqqında isə “İpəkçi” qəzeti səhifələrində vaxtaşırı olaraq yazılar dərc edilir. Məlum olduğu kimi, 2 il əvvəl sahibkar Hikmət Səlimov, mağazasının məmurlar tərəfindən qeyri-qanuni olaraq sökülməsinə dözə bilməyərək intihar etmişdi. Biz yazdıq ki, mərhumun ölümünə səbəb olan məmurlar, xəlvəti cəzadan azad edilmiş, işin üstünü biz açdıqda isə məhkəmə “qət etmişdir” ki, mərhum guya öz xoşu ilə intihar etmişdir və onu intihar etməyə heç kim məcbur etməmişdir?! Cəzadan yayınanlar isə bir ailəni başsız qoyduqları halda, öz günahlarını heç olmasa mənəvi cəhətdən yumaq üçün mərhumun ailəsinə 1 qəpik belə kompensasiya ödəmədilər! Onların YAP üzvlüyündən xaric edilməməkləri bir yana qalsın, hətta onlardan birinə YAP-ın Şəki qərargahında məsul vəzifə də verildi... Bunlar bizim yazdıqlarımızın cəmi bir-ikisi, gördüklərimizin isə olsa, olsa, mində biridir. Bu hallar vətəndaşların hakimiyyətə olan inamını sarsıda, dövlətin təməlini laxla, sosial partlayışlar üçün zəmin yarada bilər. Adicə bir misal, görün vəziyyət nə qədər acınacaqlıdır ki, Milli Məclisə son seçkilərdə Şəki rayonunun ucqar bir kəndindən gəlmiş və Şəkidə heç kimin tanımadığı Sahib Kərimli, Yaqub Mahmudov kimi görkəmli bir alimlə yanaşı Şəki şəhərindən namizədliyini irəli sürmüş və az qala onunla bərabər sayda səs toplamışdır! Qeyd etdiyimiz kimi, S.Kərimlini Şəki şəhərində heç kim tanımır, deməli onun topladığı səslər, yalnız narazı adamların səsləri ola bilərdi. Çünki S.Kərimli müxalifəti təmsil edirdi... Əziz oxucularımız. Bildiyiniz kimi, “İpəkçi” qəzeti ən yaxşı halda ayda bir dəfə nəşr edilir. Səbəb də budur ki, bizim heç bir maddi-texniki bazamız, redaksiya ofisimiz və maliyyə dəstəyimiz yoxdur. Əgər sizin aranızda qəzetimizə maliyyə dəstəyi göstərmək imkanında olan və yardım etmək istəyənlər varsa, onlar, lütfən, aşağıdakı hesabımıza istədiyi məbləğdə pul köçürə bilərlər: MƏMMƏDOV AYDIN SALİS (pl/kart hesabı 178380102 ) H/h: AZ05AIIB45810019442000013120 Kapital bank, 1 saylı Sabunçu filialı Kart № 4169 7413 9951 8990 Sevimli oxucularımız. “İpəkçi” qəzetinin 80 illik yubileyi ərəfəsində bu qəzet barədə fikrinizi bilmək bizim üçün xoş olardı; əgər qəzet haqqında təəssüratınızı bizə bildirmək, təklif və iradlarınızın “İpəkçi” qəzetin növbəti sayında dərc edilməsini istəyirsinizsə, lütfən bunları yazılı şəkildə bizim adi, yaxud elektron poçtumuza göndərin. Aydın Məmmədov, “İpəkçi” qəzetinin baş redaktoru.

Tariximizdən

HEYDƏR ƏLİYEV İDEYALARINA SADİQ QƏZET Prezidentə yazırlar 05 mart 2013

Hikmət Nəbilidən, Şəki, Azərbaycan Hörmətli cənab Prezident! Sizin Azərbaycanda peşəkar teatrın yaradılmasının 140 illik yubileyinin və Martın 10-nu Azərbaycanda “Milli teatr günü” kimi qeyd edilməsi haqqında verdiyiniz sərəncamlar Şəki Dövlət Dram Teatrı kollektivinin hədsiz sevincinə səbəb olmuşdur. 2011-ci ilin noyabr ayında Şəki teatrının əsaslı şəkildə bərpa edilməsi haqqında imzaladığınız Sərəncam həyatımız boyu unudulmayacaqdır. Bütün bunlar hörmətli Prezidentimizin Azərbaycan teatrına olan məhəbbətinin təzahürüdür. Biz sənət adamlarına göstərdiyiniz qayğıya görə, teatrımızın kollektivi adından Sizə dərin minnətdarlığımı bildirir, Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram. Dövlət Dram Teatrının kollektivi adından dərin hörmətlə, Nəbili Hikmət, direktor.

01 mart 2013

Rəfael Hümmətovdan, Şəki, Azərbaycan Hörmətli cənab Prezident! Mən mənzil-məişət şəraitim ağır olduğu üçün uzun müddət idi ki, mənzil alma növbəsinə götürülmüşdüm. Sizin biz əlillərə göstərdiyiniz diqqət və qayğınız sayəsində nəhayət ki, 2012-ci ildə mənzillə təmin olundum. Mənim və ailəmin sevincinin həddi-hüdudu yoxdur. Allah Sizdən razı olsun! Çox hörmətli Prezident, biz xalqımızın rifahı naminə tutduğunuz yolu və siyasi kursunuzu bəyənir və daim Sizi dəstəkləyirik. Biz əlillərə göstərdiyiniz qayğıya görə, Sizə ailəm adından və şəxsən öz adımdan bir daha dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Dərin hörmətlə, Hümmətov Rəfael Əsgər oğlu, 1-ci qrup Çernobıl əlili.

Şəki şəhəri Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylı hazırlanır Trend-in məlumatına görə, bunu Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev “Azərbaycan 2020; Mədəni irs prioritet inkişaf istiqmətlərindən biri kimi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, “Atəşgah” məbədi və “Yanardağ” qoruqlarının birlikdə təbii mədəni irs nümunəsi kimi yaxın gələcəkdə Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi üzrə işlər aparılır. V.Əliyev deyib ki, hazırda Azərbaycanda iki dünya əhəmiyyətli abidə – “İcərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Onun sözlərinə görə, “2013-2020-ci illərdə daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb.

***

Yanvarın 26-da Bakıda keçirilmiş etiraz aksiyasında iştiraka görə cərimələnən 25 nəfərin evlərinə məhkəmə icraçıları gələrək, mənzillərdəki əşyaları siyahıya alırlar “Azadlıq” qızetinin yazdığına görə “Etiraz aksiyasında iştiraka görə 500 manat cərimələnən AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin də Şəkidə yaşayan atasını yerli məhkəməyə çağırıblar: “Atamı çağırıb 10 gün vaxt veriblər. Deyiblər ki, bu müddətdə pul ödənilməsə, evin əşyaları siyahıya alınacaq”.

DünyaminXəlilo v Şəkinin fəxri vətəndaşı oldu

Dekabrın 26-da Şəkidə şəhər İcra hakimiyyəti tərəfindən ilin yekunlarına həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə Şəhər İcra Hakimiyyətinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülmüş 19 şəxsin adı açıqlanmaqla yanaşı, bir nəfər – “Şəkinin Mədəni İrsinin Qorunmasına Dəstək” İctimai Birliyinin sədri cənab Dünyamin Xəlilov, Şəkinin fəxri vətəndaşı elan edilmişdir. Şübhəsiz, şəhər icra hakimiyyətinin cənab Dünyamin Xəlilova belə yüksək etimadı, il ərzində Şəkidə vüsət almış geniş abadlıq-quruculuq işlərində onun məxsusi rolu ilə əlaqədardır. Əldə etdiyimiz məlumatlara görə, o, ötən ilin sonunda Azərbaycanda ipəkçiliyin inkişafı barədə konsepsiyanı şəxsən baş nazirə təqdim etmişdir. Biz, "İpəkçi" qəzetinin redaksiyası, respublikada ipəkçiliyin inkişafına əməli töhfə verən Dünyamin bəyi öz dostumuz hesab edirik və Şəkinin fəxri vətəndaşı olması münasibəti ilə onu təbrik edirik. İpəkçi

“Şəkinin səsi” – “İpəkçi” qəzetinin 70 yaşı tamam olmuşdur. Bu münasibətlə qəzetin yubiley nömrəsi çapdan çıxmışdır. Respublikamızın tanınmış elm, incəsənət, mədəniyyət xadimlərinin, dövlət adamlarının, deputatların qəzetə ünvanlanmış təbriklərində bu fikir xüsusi vurğulanmışdır ki, qəzet bütün təzyiqlərə baxmayaraq, Vəzirov, Mütəllibov, AXC-Müsavat hakimiyyəti dövrlərində də Heydər Əliyev ideyalarına sadiq qalmış, onların təbliği və həyata keçirilməsində özünün sabit mövqeyini qoruyub saxlamışdır. Qəzetin öz səhifələrində ayrı-ayrı rəhbər işçilərin qanunsuz əməlləri, qeyri-əxlaqi hərəkətləri barədə gerçək faktlara söykənən, prinsipial obyektivliyi ilə seçilən yazılar dərc etməsi də ona geniş oxucu auditoriyası qazandırmışdır. Xatırladaq ki, 40 ilə yaxındır qəzetə əməkdar jurnalist, “Qızıl qələm” mükafatı laureatı Salis Məmmədov rəhbərlik edir. AzərTAc, 2003.08.12

***

“ŞƏKİNİN SƏSİ – İPƏKÇİ” QƏZETİ PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI SORĞU KEÇİRMİŞDİR İlham Əliyev Azərbaycana daha da böyük uğurlar qazandıracaq! Onun yenidən prezident seçiləcəyinə heç bir şübhə yoxdur… Bu fikirlər 2008-ci ildə Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı Şəkidə nəşr olunan “Şəkinin səsi – İpəkçi” qəzetinin öz oxucuları arasında keçirdiyi rəy sorğusunda verilmiş cavabların ana xəttini təşkil etmişdir. Qəzetin baş redaktoru, əməkdar jurnalist Salis Məmmədov AzərTAc-ın müxbirinə bildirmişdir ki, telefon vasitəsilə keçirilən sorğuda qəzetin Şəki–Balakən bölgəsi rayonlarında, eləcə də Naxçıvan, Gəncə, Sumqayıt və Bakı şəhərlərində, habelə Rusiya, Ukrayna, İran, Almaniya və Türkiyədə yaşayan, işləyən və təhsil alan 200 nəfər oxucusu iştirak etmişdir. Sorğunun nəticələrinə görə, respondentlərin 94 faizdən çoxu xalqımızın böyük etimadını qazanan, dünyanın ən gənc və bacarıqlı siyasətçisi kimi tanınan İlham Əliyevi yenidən Azərbaycan Prezidenti kürsüsündə görmək arzusunda olduqlarını bildirmişlər. Sorğuda iştirak edənlər ümummilli liderimiz Heydər Əliyevin böyük tarixi xidmətləri sayəsində əldə edilmiş dövlət müstəqilliyimizin ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qorunaraq daha da möhkəmləndirilməsini, inkişaf etdirilməsini çox yüksək qiymətləndirir, Azərbaycanı daha da güclü, qüdrətli və dünyanın ən inkişaf etmiş ölkələri arasında görmək istəyən hər bir soydaşımızı gələn il keçiriləcək növbəti prezident seçkilərində daha fəal iştirak etməklə, Azərbaycanın işıqlı gələcəyinə – İlham Əliyevə səs verməyə çağırırlar. AzərTAc, 2007.08.07

Zaman.az

20 fevral 2013

Şəkiyə gələn qonaqlar əsasən ipək kəlağayı alırlar

Qədim Şəkinin dillər əzbəri olan ipəyi öz şöhrətini qaytarmaqdadır. Son illər Şəkidə bu sahənin yenidən bərpası və dünya standartlarına uyğun məhsulların istehsalı istiqamətində yeni layihələr həyata keçirilir. Belə bir deyim var: “Bəsləsən atlas olar tut yarpağından”. Barama qurdundan başlanan bu proses olduqca uzun və çətin proses olsa da, zəhmətsevər şəkililər ondan halal çörəklərini qazanıblar. Şəkidə ipəyin istehsalına 19-cu əsrin əvvəllərində başlanılıb. Elə o dövrdən Şəki nəinki Azərbaycanın, eləcə də Qafqazın ipək mərkəzi kimi ad qazanıb və bu gün də bu adı şərəflə daşıyır. Şəki şəhərindəki “Şəki İpək” ASC-nin iş prosesi istehsal sexindən başlanır. Bu barədə sahə meneceri Abbas İsrafilov ipəyin barama qurdundan alınması barədə geniş məlumat verdi. Bildirdi ki, bir barama qurdundan 800-1000 metr, bəzən isə 1200 metrədək sap əldə etmək mümkündür. Onun sözlərinə görə, ipək üçün xammal olan baramanın isə əsas hissəsini yerli bazardan təmin edirlər. Ehtiyac yarandıqda xarici ölkələrə müraciət edirlər. Parça sexində təmiz məmulat əldə olunduğunu deyən sahə rəisi Almaniyadan gətirilən müasir avadanlıqlar sayəsində məhsulun keyfiyyətində də yüksək nəticələr əldə olunduğunu bildirdi: “Gətirilmiş yeni avadanlıqlar tam avtomatlaşdırılıb. Almaniyada təcrübə keçən müəssisə əməkdaşları yeni avadanlıqlara nəzarət edirlər”. Qeyd edək ki, əvvəllər Şəki təkcə ipək parçaları ilə tanınırdısa, son illər burada ipək xalçalar da toxunur. Burada Şəki xalça məktəbi ilə

yanaşı, Şirvan, Qarabağ, Quba xalçaçılıq məktəblərinə dair xalçalar da toxunur. Şirkətin ən çətin istehsal sahələrindən biri də kəlağayı sexi hesab olunur. Burada əl əməyindən daha çox istifadə edilir. Belə ki, kəlağayılar təbii yolla boyanır və onlara əllə naxış vurulur. Kəlağayı sexinin rəisi Qüdrət Quliyev bildirdi ki, onların əl işləri dünyanın bütün ölkələrinə yayılıb. Hətta xarici ölkələrdən gəlib bu sahəni

öyrənmək istəyənlər də az deyil. Lakin işin çətinliyini görən kimi bu fikirlərindən vaz keçirlər. Cəmiyyətin nəzdində fəaliyyət göstərən sərgi və satış mağazasında istənilən ipək məmulatlarını tapmaq mümkündür. Müəssisənin satış meneceri Natella Mövsümova Şəkiyə gələn qonaqların əsasən ipək kəlağayı və ipək parçalar aldıqlarını bildirdi. İlkın Əmırov

Şəkinin ictimai-siyasi həyatında mühüm yer tutan “Şəki bələdiyyəsi” qəzetinin 100-cü sayının işıq üzü görməsi münasibətilə qzetin redaksiyasını və baş redktoru Murad Nəbibəyovu təbrik edirik. İpəkçi


2287:qezet.qxd 08.03.2007 3:45 Page 2

2

7 mart 2013-cü il

“İpəkçi” qəzeti, 16 iyun,1990-cı il, №17-18 (1623)

KÖNLÜM KEÇİR QARABAĞDAN

Xocalida ipək birliyinin filialı Azərbaycan SSR prezidenti Ayaz Mütəllibov Xocalı ipəkçilərinin qonağı olmuşdur Xocalı şəhərində V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi filialının açılacağı xəbəri Dağlıq Qarabağda xoş müjdə kimi qarşılandı: inşaatçılar işə girişəndə, daşı daş üstə qoyanda bu ümid, bu söhbət daha da artdı. Qarşıya qoyulan məqsəd nəcib idi. Xocalıda işsizlik problemini həll etmək üçün təşəbbüs göstərilmiş, ilk uğurlu addımlar atılmışdı. Nəhayət, iyun ayının 1-də filialın birinci növbəsi işə düşdü – toxucu sexinin qapıları açıldı. Həmin gün Xocalıda oğul da, ağbirçək də, ağsaqqal da kədərdən, dərddən uzaq görünürdü. Filialın birinci növbəsinin işə düşməsi üçün çox zəhmət çəkilmiş, inşaatçılar, dəzgah quraşdıranlar gecə-gündüz yorulmaq bilmədən işləmiş, hər kəs öhdəsinə düşən işi vicdanla, can yanğısı ilə görmüşdü. Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Toxuculuq İdarəsinin rəisi, ipək birliyinin sabiq baş direktoru İbrahim Mustafayev Xocalıya ezam olunduqdan sonra özünü bir daha bacarıqlı mütəxəssis, təşkilatçı kimi gö s tər ə bildi. D əzgahlar ın is tis mar a hazır landığı bir ay müddətində İbrahim Mustafayev Xocalıda qaldı, mütəxəssislərdən, fəhlələrdən öz köməyini əsirgəmədi. Azərbaycan SSR Yüngül Sənaye naziri Əhməd Mustafayev və onun bi-

rinci müavini Vaqif Axundov da filialın tikintisi, yeni sexin istifadəyə verilməsi ilə əlaqədar qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün ciddi səy göstərdilər. Artıq birgə zəhmətin, el gücünün bəhrəsi gözəl nəticəsini vermişdir: toxucu sexi işə düşmüş, 80 dəzgah məhsul verməyə başlamışdır. Hər ay burada 50-60 min metr astarlıq “Sarja” parçası toxumaq nəzərdə tutulmuşdur. Yeni istehsal sahəsində hazırda 100 nəfər əməkçi çalışır. Sexdə əriş dəzgahının quraşdırılmasının başa çatdırılması burada toxucuların xammala – əriş sapına, olan ehtiyacının ödənilməsinə imkan vermişdir. Bir azdan daha 20 dəzgahın ahəngdar səsi eşidiləcəkdir. Filialın işçi qüvvəsi ilə təmin olunmasına qabaqcadan hazırlıq görülmüşdür. Toxucularımızdan Cəmilə Cəfərova, Çiçək Səfərova, Sərfinaz Orucova, ərişçilərimizdən Təranə Hacıyeva, Zenfira İsmayılova və başqaları Şəki ipək birliyində peşənin sirlərinə yiyələnmişlər. Usta köməkçilərimizdən Nəzər Bilalov, Ayaz Məmmədov və başqaları – bir sözlə bütün kollektiv, əl-ələ verib, həvəslə işə başlamışlar. Perspektivdə görüləsi işlərimiz çoxdur. Yeni sənaye müəssisəmizdə gələcəkdə 750 nəfər çalışacaqdır. Bu isə Xocalıya Ermənistandan, Stepanakertdən, ətraf ərazilərdən pənah gətirən adamların, o cümlədən mesxeti türklərinin iş yeri tapmalarına kömək edəcəkdir. Bizim filial Dağlıq Qarabağda ən iri

2 May 1998-ci il, “Şəkinin səsi” – “İpəkçi”

Şəki “İpək” şirkəti qapılarını açır... Xalid ƏLİYEV, Şəki “İpək” Şirkətinin baş direktoru, “Şəkinin səsi” qəzeti redaksiya heyətinin üzvü “İpək” şirkətinin özəlləşməsi nə vaxt başa çatdırılacaq?”, “bununla əlaqədar dövlət proqramı necə həyata keçirilir?”, “şirkətin qapıları haçan açılacaq?”, “fəhlələr özəlləşmədə iştirak edə bilərlərmi?”... – əməkdaşımız bu və digər suallara cavab almaq üçün Şəki “İpək” Şirkətinin baş direktoru, “Şəkinin səsi” qəzeti redaksiya heyətinin üzvü Xalid Əliyevlə görüşmüşdür. Xalid Əliyev demişdir: –Hörmətli Prezidentimiz Heydər Əliyevin təsdiqlədiyi proqrama əsasən dövlət müəssisələrinin özəlləşdirilməsi üç il müddətinə başa çatdırılmalıdır. Yəni 1995-ci ildə başlanan özəlləşdirmə proqramı cari ilin sonunadək tamamilə həyata keçirilməlidir. Oxucuları maraqlandıran sualları fəhlələr də mənə tez-tez verirlər. Bəzilərinə elə gəlir ki, şirkət fəaliyyətini dondurub, özəlləşmə ilə bağlı heç bir iş görülmür. Əslində, belə deyildir. Doğrudur baş müəssisədə 3500 nəfər uzun müddətə öz hesablarına məzuniyyətə buraxılıb. Yəni dəzgahlar işləmir, fəhlələrə əmək haqqı verilmir. Amma, bu müddət ərzində sakit dayanmamışıq. Özəlləşmə ilə bağlı müvafiq sənədlər təsdiq edildikdən sonra şirkətin mütəxəssislər qrupu fəaliyyətə başladı. Təcili özəlləşdirmə komissiyası yaradıldı. Buraya təcrübəli mütəxəssislər dəvət edildi. Onlar müəssisənin hansı qaydada özəlləşdiriləcəyi barədə sənədlər hazırlayıb, o vaxt fəaliyyət göstərən Xalq üçün mallar Dövlət Konserninə təqdim etdilər. İpəkçiləri maraqlandıran suallara cavab verdik. Və özəlləşdirmə aşağıdakı qaydada aparılır: şirkət əvvəlcə səhmdar cəmiyyətinə çevriləcək, sonra isə özəlləşdiriləcəkdir. Səhmdar cəmiyyətinin səhmlərinin 15 faizi əmək kollektivinin üzvləri arasında özəlləşmə çekləri ilə ödəniləcəkdir. Səhmlərin 55 faizi çek auksionlarına, 30 faizi isə pullu hərraclara qoyulacaqdır. Artıq baş müəssisədə çalışan 3500 nəfərin siyahısı respublika Dövlət əmlak Komitəsinə verilmişdir. Özəlləşmə ilə bağlı işimizin ikinci əsas mərhələsi də başa çatmışdır. Yəni müəssisənin son beş illik balansı – texniki iqtisadi göstəriciləri müəyyən edilmişdir. Ümumi əmlakın ilkin dəyəri hesablanmışdır. Əmlak komitəsinin Şəki şöbəsi gərgin işləyib. Yaradılan komissiya şirkətin bina və qurğularının, mövcud avadanlığın, dəzgahların istismara yararlığını, keyfiyyətini, aşılanma dərə-

Əşrəf Məmmədov:

ipək müəssisəsinə çevrilir. Bu ilin sonuna kimi filialın burucu və baramaaçan sexləri də məhsul verməyə başlayacaqdır. Hazırda fəhlələr üçün yeni yaşayış evləri tikilir. Filialın yaxınlığında fəhlə qəsəbəsi salınır, uşaq bağçası – körpələr evi, fəhlə yataqxanası tikilir. Filialın birinci növbəsinin açılışı Xocalıda əsl təntənəyə çevrilmişdir. Azərbaycan SSR prezidenti Ayaz Mütəllibov yoldaş filialın açılışında şəxsən iştirak etmiş, yeni istehsalat sahəsinin istifadəyə verilməsi münasibətilə ipəkçiləri təbrik etmiş, onlara müvəffəqiyyətlər arzulamışdır. Dəzgah arxasında toxucularımızla prezidentin söhbəti maraqla keçmişdir. Ayaz Mütəllibov yoldaş ipəkçilərimizə Dağlıq Qarabağla əlaqədar görülmüş işlər, eyni zamanda gələcəkdə nəzərdə tutulan tədbirlər haqqında respublikanın siyasi-iqtisadi həyatında baş vermiş dəyişikliklər barədə məlumat vermişdir. Görüş iştirakçıları, ipəkçilər, bütün Xocalı camaatı Ayaz Mütəllibov, respublika Yüngül Sənaye naziri Əhməd Mustafayev və Şəki ipək birliyinin baş direktoru Çingiz Əfəndiyev yoldaşları əmin etmişlər ki, onlar partiya və hökumətin, respublika prezidentinin, sahə nazirliyinin, ipək birliyinin göstərdikləri bu qayğıya əməli işlə cavab verəcəklər. Yavər ƏZİMOV, V.İ.Lenin adına Şəki İstehsal İpək birliyinin Xocalı şəhərindəki toxuculuq filialının direktoru.

cəsinə qədər diqqətlə yoxlamışdır. Mütəxəssis yoxlaması göstərdi ki, şirkət istifadəyə yararlıdır, bütün dəzgah və avadanlıqlar yerli -yerindədir. Respublika Dövlət Əmlak Komitəsinin sədri Nadir Nəsibov cənabları ilə görüşüm özəlləşmənin sürətlənməsinə kömək etdi. Mən komitə sədrinə şirkət, onun mövcud vəziyyəti, perspektivi barədə ətraflı məlumat verdim. Komitənin sədri yerli şöbəyə müəssisənin özəlləşdirilməsi ilə bağlı sənədlərin on gün müddətinə hazırlanıb təqdim olunması barədə göstəriş verdi. Nazirlər Kabineti isə şirkətin adını ölkənin 15 ən iri müəssisəsinin sırasına daxil etdi. Bu isə o deməkdir ki, şirkət özəlləşəndən sonra xarici firmaların diqqətindən yayınmayacaq, xarici kapital, investisiya qoyuluşu üçün imkan olacaqdır. Şöbənin mütəxəssisləri müəssisənin özəlləşdirilməsi ilə bağlı bütün sənədləri hazırlayıb komitəyə göndərmişlər. Müəssisənin ilkin əmlak dəyəri 72 milyard manatdır. Baş müəssisənin ayrıca ilkin dəyəri 39 milyard manat məbləğində qiymətləndirilib. Filialların hər biri ayrıca dövlət müəssisəsi olduğundan, həmin obyektlər də müstəqil olaraq səhmdar cəmiyyətə çevrilib özəlləşdiriləcəkdir. Daha bir maraqlı sual ortaya çıxır: Müəssisənin sahibi kim ola bilər? Əgər 3000 və daha çox payla bu müəssisənin səhmlərini almaq mümkün olarsa, kollektiv müəssisəyə sahiblik edə bilər. Əksinə də ola ola bilər. Ayrı-ayrı fərdlərə gəldikdə isə kim müəssisənin səhmlərinin 50 faizindən çoxuna sahib ola bilərsə, yəni 50 faizindən çox səhm alarsa, o adam müəssisəyə sahiblik etmək hüququ qazanır. Səhmi çox olanın səsi də çox olur. Müəssisə alındıqdan sonra bir ay müddətində səhmdarlar tərəfindən idarə heyəti seçilir. İdarə heyətinin rəhbəri müəssisənin rəhbəri kimi fəaliyyətə başlayır. “Şəxsən mən – Xalid Əliyev cənabları, bu müəssisəni ala bilərəmmi?”, – bu sual ətrafında “şou” yaratmaq istəyənlərə cavabım səmimi, açıq olacaq: Belə ki, bu suala indi cavab vermək, sadəcə mümkün deyil. Çünki, özəlləşmə ilə bağlı məsələlərdə müəyyən məqamlar tam açıq deyil. Ümumi əmlakın dəyəri tam dəqiqləşdirildikdən və müəssisənin səhmləri buraxıldıqdan sonra bu suala birbaşa cavab verəcəyəm. Yəni, konkret olaraq indi ya “hə”, ya da “yox” deyə bilmərəm. Fəhlə özəl payını verib səhm sahibi – səhmdar, olandan sonra, ona müəssisənin gəlirindən divident, yəni ümumi gəlirdən pay verilir. Pay alan fəhlə, mütəxəssis, sahibkarın arzusu ilə müəssisədə işləyə də bilər. Bu isə o deməkdir ki, həmin adam çek payından əlavə, aylıq zəhmət haqqı da alacaqdır. Müəssisə müflisləşərsə, bu, qanunla tənzim olunur və müəssisə yenidən satış üçün auksiona çıxarıldıqda səhmdarların payları özlərinə qaytarılır. Müəssisə sahibi öz müəssisəsini idarə etməkdə müstəqildir. Və o, rentabelliyi təmin etmək, qazanmaq üçün xarici şirkətlərlə müqavilə bağlaya bilər. Açığını deyim ki, indi şirkətimizdə özəlləşməni başa çatdırmaq üçün gərgin, səmərəli iş gedir. Əlbəttə, fəhlə səsi, dəzgah harayı üçün qəribsəmişik. İlin sonuna qədər müəssisənin özəlləşdirilməsi başa çatdırılacaq. Bu isə o deməkdir ki, “İpək” şirkəti öz qapılarını fəhlələrin, mütəxəssislərin üzünə açacağı gün uzaqda deyildir.

9 sentyabr 1998-ci il, “Şəkinin səsi” – “İpəkçi”

“Ən qısa vaxtda “İpək” Şirkətində 2 min nəfər fəhlə işləməlidir...”

Şəki “İpək” Şirkətinin klubu çoxdan idi ki, belə bir yığıncaq, belə bir təntənə görməmişdi. Şəhər icra hakimiyyətinin başçısı Əşrəf Məmmədov, onun müavinləri Bəşarət Paşayev, Teymur Xəlilov və Həsən Həsənov iclasın rəyasət heyətində görünən kimi fəhlələr onları alqışlarla qarşıladılar. İcra başçısı Əşrəf Məmmədov mikrofona yaxınlaşıb zala müraciət elədi: – Əziz ipəkçilər, fəhlə qardaşlarım və bacılarım! Sizin görüşünüzə gəlməkdən məqsədimiz – sizin bu müəssisə ilə bağlı ürək sözlərinizi, təkliflərinizi eşitmək, bir fikrə, bir rəyə gəlməkdir. Mən baş müəssisənin istehsal sahələrini, sexlərini gəzdim. Buradakı vəziyyət, dəzgahların sükutu ürəyimi ağrıtdı. Vaxtilə, 6 min nəfərdən artıq fəhləyə çörək verən, şəkililərin şöhrət, qürur, güvən yeri olan “İpək” şirkəti niyə bu günə düşüb, onu bu vəziyyətə kimlər salıb? Gəlin, bu barədə danışaq. “İpək” Şirkətinin baş direktoru Xalid Əliyev ötən müddət ərzində “İpək” şirkətinin fəaliyyəti barədə məlumat verdi, faktlar və rəqəmlər gətirdi. Şirkətin özəlləşdirilməsindən danışarkən dedi ki, filiallarla birlikdə müəssisənin ümumi əmlak dəyəri 72 milyard manat, baş müəssisəninki 47 milyard manatdır. Əşrəf müəllim bu rəqəmlərə birbaşa, kəskin münasibətini bildirdi. Və qeyd etdi ki, müəssisənin ümumilikdə əmlak dəyəri bu qədər ola bilməz. Çox güman ki, düzgün hesablanmayıb. Əgər müəssisə 27 milyard manat dəyəri ilə auksiona çıxarılacaqdırsa, bunu necə başa düşmək olar? İcra başçısı elə oradaca şəhər əmlak komitəsinin sədri Natiq Məmmədova qəti tapşırıq verdi və bildirdi ki, müəssisənin özəlləşdirilməsi ilə bağlı göstəricilər təcili dəqiqləşdirilməlidir. “İpək” Şirkətinin baş direktoru Xalid Əliyev eyni zamanda bildirdi ki, şirkət səhmdar cəmiyyətinə çevrildikdən sonra çek auksionuna çıxarılmalı, səhmlərin 15 faizi onlarda olan çekin hesabına fəhlələrə verilməlidir. Səhmlərin 55 faizinə şəkililər sahib ola bilərlər. Səhmlərin 51 faizi satıldıqda isə idarə heyəti seçilməli və həmin qurum müəssisəni idarə etməyə başlamalıdır. Əşrəf MƏMMƏDOV: –Xalid Əliyev, 2 min fəhlənin ən qısa müddətdə işlə təmin etmək üçün konkret neyləmək lazımdır? Xalid ƏlİYEV: – Müəssisənin borcları üç il müddətinə dondurulmalı, elektrik enerjisinin, yanacağın qiyməti 40 faiz aşağı düşməlidir. Müəssisəyə aşağı faizlə kredit verilməlidir. Səhmdar Cəmiyyət üç il müddətinə vergi-

dən azad edilməlidir. İ c r a a p a r a t ı n ı n n üm a y ə n d ə s i Aydın Xəlilov məlumat verdi ki, şirkətin debitor ( alacaq) borcu 391 milyon, verəcəyi borc isə 4 milyard 151 milyon manatdır. Anbarlarda 770 milyon manatlıq mal var. İcra başçısı “Marxal”ın, “Taclıq”ın, “Səadət” pioner düşərgəsinin taleyi ilə maraqlandı: – Bunlar tarixi – sosial obyeklərdir, milli dəyərlərimizdir, – dedi, – onları satmaq, yad əllərə vermək olmaz. Xalid Əliyev isə bu sahədə çox aciz, qətiyyətsiz mövqedə dayanmışdır... Sonra çıxışlar başladı. Baramaaçan istehsalatının nümayəndəsi Zərif Məmmədova bildirdi ki, bu istehsalatı işlətmək üçün xammal yoxdur... Əşrəf MƏMMƏDOV: – Amma, məndə məlumat var ki, Şəkidən kənara tonlarla barama satılıb, nə üçün satılıb?! İclasda məlum oldu ki, həqiqətən, Şəkidən kənara 54 ton barama satılıb. 20 ton baramanı isə bu müəssisə Bərdəyə “ötürüb”. 3 nömrəli filialın direktoru Nazim Bəkirov bildirdi ki, bu müəssisənin istehsal sahəsi çox qiymətlə – 1 milyard 800 milyon manatla dəyərləndirilib. Bu məsələyə yenidən baxılmalıdır. Xammal olsa, biz şirkəti burulmuş sapla, xam ipəklə təmin edə bilərik. Şirkətin nəzdindəki uşaq bağçasının tərbiyəçisi Nurəstə Nəsibova bağçadakı acınacaqlı vəziyyətdən danışdı. Əşrəf Məmmədov təhsil şöbəsinin müdiri M.Yusifova qəti tapşırıq verdi: – Sentyabrın 1-dən ipəkçilərin uşaq bağçası işləməlidir! Fəhlələrdən Rövşən Mustafayev, ipək kombinatını yaradanlardan biri – veteran Abduləli Əzizov, Nuriyyə Cəbrayılova, M a y a S ül e y m a n o v a , m üt ə x ə s s i s Lütfəli Əhmədov, Camaləddin Məmmədov, Sevda İsmayılova, Nazilə Məmmədova, Çiçək Mahmudova və başqaları vəziyyətlə bağlı təkliflərini verdilər, sosial problemlərdən danışdılar. İcra başçısının müavini, rayon aqrarsənaye kombinatının baş direktoru Bəşarət Paşayev ürək ağrısı ilə danışdı: – Rayonun iqtisadiyyatına ağır zərbə vurublar. Köhnə təsərrüfatlar amansızcasına dağıdılıb, yeniləri yaradılmayıb. Şəkililərə il ərzində 36 min ton taxıl bəs edir. Biz isə bir vaxtlar 110 min tn taxıl istehsal edirdik. Bu il isə cəmi 27 min ton taxıl yığılıb. Tamahı “daşı”da əridənlər elin ruzisini – toxumluq taxılını da oğurlayıblar. Camaatın çörəyini, ümidini əlindən alıblar. Şəki “İpək” Şirkətinin işləməsi üçün

xammal, barama lazımdır. Açığını deyim ki, tək indi yox, qabaqlar da şirkətin bir qrup adamları baramanın boğulması üçün xammal gətirənlərin qabağına ağır şərtlər qoyur, xammalı “öldürür” – ucuz qiymətə alırdılar. Çünki, baramanı ancaq burada boğmaq mümkün idi. Mən həyəcan siqnalı qaldırdım. Dəhnədə 100 ton barama boğmağa gücü çatan yer hazırlandı. Müəssisəyə barama lazım olduğu halda, onun kənara satılması bağışlanılmaz haldır. Lakin mən inanıram ki, hörmətli icra başçımızın və mütəxəssislərimizin köməyi ilə bu şirkət işləyəcək, onun əvvəlki şöhrəti özünə qayıdacaq. İcra başçısı Əşrəf Məmmədov dedi: – “İpək” şirkətini ziyarətgah adlandırırlar. Həqiqətən bu müəssisədə əli qabarlı fəhlələrin zəhməti, əməyi “dəfn” olunub. Deməli, bura həm də zəhmət məbədidir. Mən hörmətli Prezidentimizin yanında olarkən, o, mənə dedi: “Məndə “İpək” Birliyi barədə məlumatlar var, “İpək” birliyi ilə məşğul ol, elə et ki, adamlar orada işləyə bilsinlər, yaşaya bilsinlər...” Mən ölkə rəhbərinin bu göstərişinə əməl edəcəyəm. Bunun üçün sizlə görüşə gəlmişəm. Bu gün sizin qarşınızda bəyan edirəm: ən qısa vaxtda “İpək” şirkətində 2 min nəfər işləməlidir! Açıq deyirəm, bu işi şirkətin direktoru Xalid Əliyev təşkil etməlidir. Belə olmasa, biz onunla vidalaşacağıq. Heç bir şəxsi münasibət, dostluq əlaqələri məni fikrimdən döndərə bilməz, Müəssisə işləməlidir: birinci növbədə baş direktorun, mütəxəssislərin, sizin – kollektivin, köməyi ilə. Yenə deyirəm, müəssisə ucuz dəyərləndirilib. Bu qiymət mənə şübhəli görünür. Əmlak Komitəsi, yerli şöbə də bu məsələyə yenidən baxmalıdır. Mən özüm də bu məsələyə ciddi nəzarət edəcəyəm. Seçkilərlə bağlı isə onu bildirmək istəyirəm ki, bu məsələni xalq özü həll etməlidir. Türkiyədə deyirlər: “Seçki əvvəlcə başlarda, sonra isə qutularda olmalıdır”. Mən inanıram ki, hər kim daha yaxşı yaşamağı, işləməyi, islahatların uğurla həyata keçirilməsini, problemlərin həll olunmasını, müharibənin dinc vasitələrlə başa çatmasını istəyirsə, Heydər Əliyevə səs verəcəkdir. İnanıram ki, Şəki ipəkçilərinin bu seçkilərdə yeganə namizədi Heydər Əliyev olacaqdır! “İpək” şirkəti bizim şöhrətimizdir, qürurumuzdur, minlərlə adamın çörək təknəsidir. Biz bu müəssisəni qorumalı, yaşatmalı və işlətməliyik!!! Görüşdən sonra Əşrəf Məmmədov cənabları şirkətin baş direktorunun otağında 20 nəfərə qədər ipəkçini qəbul etmiş, onları dinləmiş və hər birinin xahişini yerinə yetirəcəyinə söz vermişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar mart ayından başlayaraq Şəkidə silsilə tədbirlər keçiriləcək. Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə təşkilat komitəsi yaradılıb, xüsusi tədbirlər planı təsdiq edilib. Tədbirlər planına uyğun olaraq martın əvvəllərindən etibarən rayonun bütün təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsinə başlanıb. Bundan əlavə, şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktik seminarlar, mədəniyyət müəssisələrində “Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir-

Heydər Əliyevin 90 illik yubileyi Şəkidə qeyd olunacaq

Gun.az

lər, habelə müəssisə və təşkilatlarda “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda elmi-nəzəri konfranslar keçirilir. Apreldə Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı fəallarının iştirakı ilə “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, yerli iş adamları və sahibkarların iştirakı ilə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, Şəki Sərhəd Dəstəsində “Heydər Əliyev – Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır” mövzularında konfransların keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, məktəblilər arasında ümummilli liderə həsr olunmuş inşa yazı

və şeir müsabiqələri keçiriləcək, mayda Şəki Dövlət Rəsm Qalereyasında yerli rəssamların və el sənətkarlarının ulu öndərə həsr etdikləri əsərlərdən ibarət sərgi, habelə yerlərdə idmanın müxtəlif növləri üzrə xatirə turnirləri, yarışlar təşkil olunacaq. Mayın 10-da şəhərin parklarından birində yubileylə əlaqədar möhtəşəm Gül bayramının keçirilməsi nəzərdə tutulur. Həmin gün şəhər ictimaiyyətinin nümayəndələri ulu öndərin abidəsi önünə gül-çiçək düzəcək, park və meydanlarda bayram tədbirləri təşkil olunacaq. R.Abdulov

Şəkidə qədim yaşayış məskəni aşkar edilib Şəkidə e.ə. III minilliyə, orta tunc dövrünə aid yeni yaşayış məskəni aşkar edilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki -Qax-Oğuz Arxeoloji Ekspedisiyasının rəisi Nəsib Muxtarov deyib. Onun sözlərinə görə, Şəkinin Kiçik Dəhnə kəndi ərazisində Ağqabırlı deyilən ərazidə aşkar olunan yeni yaşayış məskənində e.ə III minilliyin axırın-

İPƏK Çİ

dulusçuluq qabları, insan və heyvan sümükləri, əmək alətləri, əhəng daşından olan müxtəlif əkinçilik alətləri, müxtəlif daş növlərindən sürtgəclər, həvəngdəstəsi tapılıb. Hələlik metala təsadüf olunmayıb”. N. Muxtarov deyib ki, Ağqabırlı yaşayış yerinə yaxın ərazidə nekropol və kurqanlar qrupu da qeydiyyata alınıb. Bu kurqanlar traktorların şumlaması zamanı yerüstü hissəsi dağılan 120-dək kurqanın daxil olduğu Ağdərə nekropolunun qonşuluğundadır. Ərazidə arxeoloji qazıntılar davam edəcək. Azad Əliyev

dan e.ə. I minilliyin əvvəllərinə qədər təxminən 2000 ilə yaxın müddətdə fasiləsiz yaşayış olub: “Arxeoloji materiallar göstərir ki, qeyd olunan dövrdə burada oturaq əkinçiliklə, yaylaq-qışlaq təsərrüfatına uyğun olan maldarlıq inkişaf edib. Yaşayış məskəninin mədəni qatı iki təbəqədən ibarətdir. Bu isə onu göstərir ki, ərazini ən azı iki dəfə sel basıb. Amma qısa müddətdə burada yenidən məskunlaşma olub. Ərazidə aparılan qazıntılar zamanı keramika,

“5 mart Bədən tərbiyəsi və İdman günü” münasibəti ilə Armrestlinq (Qol güləşi) növü üzrə Şəki şəhər turniri Şəki şəhər Gənclər və İdman idarəsi, Azərbaycan Armrestlinq Federasiyasının Şəki nümayəndəliyi ilə birgə 04 mart 2013 -cü il tarixdə İdman Sağlamlıq Mərkəzində “5 mart Bədən tərbiyəsi və İdman günü” münasibəti ilə Armrestlinq (Qol güləşi) növü üzrə şəhər turniri keçirilmişdir. Yarışda 30 idmançı iştirak etmişdir. Yarışın baş hakimi Azərbaycan Armrestlinq F eder as iyas ının Ş əki üzr ə r əhbər i Azad Hüseynov təyin edilmişdir. Qaliblərin siyahısı 65 kq 1.Rəsullu Bəxtiyar – I yer 2.Mənəfli Bəhruz – II yer 3.Mustafayev Taleh – III yer 70, 75 kq 1. Məmmədov Mürsəl – I yer 2. Nəbiyev Seymur – II yer 3. Abbasov Fəxri – III yer 80, 85 kq 1. Bəkirov Mikayıl – I yer 2. Məmmədov Mahir – II yer 3. Musayev Şamil – III yer 90 kq 1. Məhyəddinov Elşən – I yer

90 + kq 1. Qaffarov Kamran – I yer Sonda qaliblər Şəki şəhər Gənclər və

İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar. V. İsgəndərov

“Şəki Elektrik Şəbəkəsi”ndə elektrik təsərrüfatının fəaliyyətini daha da yaxşılaşdırmaq, qış mö vsümündə əhalinin elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədilə mühüm işlər həyata keçirilib Bu baxımdan, enerji təsərrüfatında aparılan məqsədyönlü işlər artıq öz bəhrəsini verməkdədir. “Şəki” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2012-ci ildə rayonun qəsəbə və kəndlərində müxtəlif gücdə yeni transfor-

matorlar quraşdırılıb. Bütövlükdə ötən il ərzində 110 kV-lik xətlərin 22,5 km məsafəsi, 35 kV-lik xətlərin isə 9,5 km məsafəsi təmir edilib. Eyni zamanda, 10-6 kV-lik xətlərin 23 kmi, 0,4 kV-lik xətlərin isə 14 km məsafəsi təmir olunub. EVXlərdə 137 ədəd dayaq yenisi ilə

“ Ş ək i- İ p ək ” açıq s əh m d ar cəm iy y ət in in s ağ la m la ş d ırılm as ı m əq s əd ilə m a liy y ə ya rd ım ın ın a y rılm a s ı h a q q ın d a AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMI

“Şəki-İpək” açıq səhmdar cəmiyyətində istehsal fəaliyyətinin bərpası, əhalinin məşğulluğunun təmin edilməsi və müəssisədə özəlləşdirməqabağı sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədi ilə qərara alıram:

əvəz olunub. Qeyd edək ki, ötən il ərzində 110 kV-lik “Şəki” yarımstansiyasında 25 MVA gücündə transformator əsaslı təmir edilib, həmçinin 65 transformator məntəqəsində təmir işləri aparılıb. Eyni zamanda 476 ədəd

1. Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsinin “İqtisadi fəaliyyətlə bağlı sair xərclər” bəndində nəzərdə tutulan vəsaitdən “Şəki-İpək” açıq səhmdar cəmiyyətinə 1,5 milyard manat ayrılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Şəki-İpək” açıq səhmdar cəmiyyətinin fəaliyyətinin bərpası ilə bağlı zəruri tədbirlər proqramı hazırlayıb təsdiq etsin və onun həyata keçirilməsinə nəzarət etsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 11 iyun 2001-ci il № 734

“ŞƏKİ-İPƏK” ASC 2 YENİ PAMBIQTƏMİZLƏMƏ ZAVODU TİKİR

29 Avqust 2005

Hazırda Saatlı və Ağcabədi rayonlarında 2 yeni pambıqtəmizləmə zavodu tikilir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, tikinti işləri “Şəki-İpək” ASC tərəfindən aparılır. Hər birinin illik emal gücü 15-20 min ton ola-

Şəhidlərimiz VƏTƏNİN QEYRƏTLİ OĞLU Zaman-zaman Vətənimizin qeyrətli oğulları silaha sarılaraq, yurdumuza göz dikən mənfur düşmənlərə qarşı igidliklə vuruşmuşlar. Müqəddəs torpaqlarımızın müdafiəsinə qalxmış ulu ərənlərimiz, doğma Vətən uğrunda öz həyatlarını qurban verməkdən belə çəkinməmişlər. Daxili Qoşunların şəhid hərbi qulluqçusu Əsəd Səmədov da əcdadlarımızın qəhrəmanlıq ənənələrini öz canı və qanı bahasına yaşadan qeyrətli Vətən oğullarından biri idi... Sıravi Əsəd Davud oğlu Səmədov 1972-ci il yanvarın 25də Şəkinin Baqqal kəndində dünyaya göz açıb. Birinci Biləcik kənd orta məktəbində təhsil alıb. Həmyaşıdları kimi, Əsəd də keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. XX əsrin sonlarından başlayaraq, Azərbaycan xalqı yenidən tarixin qanlı-qadalı və keşməkeşli sınağı ilə üz-üzə qalmalı oldu. Xalq yenidən “Böyük Ermənistan” yaratmaq ki-

caq zavodlar bu ilin sonunda istifadəyə veriləcəkdir. Hazırda isə “Şəki-İpək” ASC-nin ƏliBayramlıda illik emal gücü 30 min ton olan bir pambıqtəmizləmə zavodu fəaliyyət göstərir. Qeyd edək ki, ölkədə ən çox pambıqtə-

mi məkrli niyyətlərini gerçəkləşdirməyə can atan mənfur erməni təcavüzünün və vəhşiliyinin şahidi oldu. Qoca, cavan, qadın, uşaq belə bilmədən əliyalın, silahsız azərbaycanlılara qarşı daşnakların törətdikləri vəhşiliklər isə artıq hər bir azərbaycanlı vətəndaşın qaniçən düşmənlərə olan nifrət hissini daha da alovlandırırdı. Belə özbaşınalıqlara seyrçi mövqedə dayana bilməyən Vətənin minlərlə qeyrətli oğlu könüllü olaraq cəbhəyə getməyə can atırdı. Silaha sarılaraq müqəddəs Vətən torpaqlarını qorumaq, nəyin bahasına olursa olsun, azğınlaşmış düşmənə layiq olduğu cavabı vermək bu oğulların başlıca məqsədi idi. Daxili Qoşunların sıravi hərbi qulluqçusu Əsəd Səmədov da məhz belə qəhrəmanların cərgəsində dayanmışdı... 1992-ci ilin sentyabr ayında Əsəd heç bir çağırış gözləmədən Vətən torpaqlarını müdafiə etmək üçün könüllü olaraq Şəki RHK-ya müraciət edir. Beləliklə, Ə.Səmədov Daxili Qoşunların Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində sıravi döyüşçü olaraq xidmətə başlayır. 1998-ci ildə Bakıda “Hüquq ədəbiyyatı” nəşriyyatında çap

sayğac quraşdırılıb, 14,5 km uzunluğunda SİP kabel çəkilib. Hazırda təmir işləri davam etdirilir. Görülən zəruri tədbirlər istismar səviyyəsini yüksəldib, əhalinin elektrik enerjisi ilə təminatında müsbət dəyişikliklər yaradıb.

mizləmə zavodu “MKT” ASC-yə məxsusdur. Hazırda bu müəssisənin tabeliyində 14 zavod vardır. İsveçrənin “Cekot” şirkətinin tabeliyində 3, Ağdam və Kürdəmirdə fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin hər birinin tabeliyində isə bir pambıqtəmizləmə zavodu fəaliyyət göstərir. Bunlardan başqa Saatlı və Samux rayonlarında emal sexləri də fəaliyyət göstərir.

olunan “Şəki qartalları” adlı kitabda yer alan “Başını uca tut” başlıqlı məqalədə şəhid Ə.Səmədovun yaşadığı şərəfli həyat və döyüş yolu barədə dolğun məlumatlar verilib. Kitabda Əsədin könüllü olaraq cəbhəyə yollandığı və Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən qanlı döyüşlər zamanı şəhid olması barədə qeydlər öz əksini tapıb. (Kitabda Əsədin 1992-ci ilin oktyabrın 4-də şəhid olması qeyd olunub. Lakin Şəki RHK-dakı rəsmi sənədlərdə sıravi Ə.Səmədovun şəhid olması 14 oktyabr tarixi kimi göstərilib – A.Ə.). 14 oktyabr 1992-ci il. Ağdərənin hərbi-strateji əhəmiyyət kəsb edən məntəqələrindən biri də Çıldıran kəndi idi. Hələ 1992-ci ilin yayında daşnaklar tərəfindən işğal edilmiş bu strateji məntəqənin azad edilməsi, Əsədin xidmət etdiyi hissənin qarşısında qoyulmuş mühüm tapşırıqlardan biri idi. Burada mövqelərini möhkəmləndirməyə müvəffəq olmuş qaniçən düşmən, nisbətən aşağıda yerləşən digər yaşayış məntəqələrimizi müntəzəm olaraq müxtəlif çaplı silahlardan atəşə tuturdu. ...Oktyabrın 14-ü səhər tez-

dən Çıldıran kəndinin azad edilməsi uğrunda qanlı döyüşlər başladı. Cəsur döyüşçülərimizin qəhrəmanlığı sayəsində düşmən tutduğu mövqelərindən qovuldu. Həmişə olduğu kimi, bu döyüşlər zamanı da Əsəd öz qəhrəmanlığı və şücaəti ilə seçildi. Yoldaşları onun həmin döyüşdəki qorxmazlığını göz yaşları içində xatırlayırdılar. Çünki düşmən gülləsi bu döyüşdə Ə.Səmədovdan yan keçməmişdi. Həmin gün Vətənin Əsəd adlı igid oğlu əbədi ölümsüzlüyə – Şəhidlik zirvəsinə yüksəlmişdi. Allah şəhidlərimizə rəhmət eləsin! Anar Əhmədov, baş leytenant.


2287:qezet.qxd 08.03.2007 3:45 Page 3

İPƏK Çİ

3

7 mart 2013-cü il

1933

QƏZET YALNIZ KOLLEKTİV TƏBLİĞATÇI VƏ KOLLEKTİV TƏŞVİQATÇI DEYİL, HABELƏ KOLLEKTİV TƏŞKİLATÇIDIR. V.İ.LENİN

YARIM ƏSRLİK YUBİLEYİN MÜBARƏK “İPƏKÇİ”! BÜTÜN ÖLKƏLƏRİN PROLETARLARI BİRLƏŞİN!

İpəkçi V.İ.LENİN ADINA ŞƏKİ İPƏK İSTEHSALAT BİRLİYİ PARTİYA, HƏMKARLAR İTTİFAQI, KOMSOMOL KOMİTƏLƏRİNİN VƏ BAŞ DİREKTORLUĞUN ORQANI «ИПЕКЧИ» («ШЕЛКОВИК») – ОРГАН ПАРТКОМА, ПРОФКОМА, КОМИТЕТА КОМСОМОЛА И ГЕНЕРАЛЬНОЙ ДИРЕКЦИИ ШЕКИНСКОГО ШЕЛКОВОГО ПРОИЗВОДСТВЕННОГО ОБЪЕДИНЕНИЯ им.В.И.ЛЕНИНА №15 – 16 (1411) ŞƏNBƏ, 28 MAY 1983-cü İL. QİYMƏTİ 2 QƏPİK

“İPƏKÇİ” QƏZETİNİN REDAKSİYASINA Əziz yoldaşlar! Azərbaycan KP Şəki Şəhər Komitəsi ölkəmizin və respublikamızın çoxtirajlı qəzetlərinin veteranlarından biri olan “İpəkçi”nin ilk nömrəsinin çapdan çıxmasının 50 illiyi və səmərəli işinə görə onun Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı ilə təltif olunması münasibətilə sizi, qəzetinizin fəhlə müxbirlərini, fəallarını, oxucularını, bütün Şəki ipəkçilərini hərarətlə təbrik edir. “İpəkçi” öz varlığının 50 ili ərzində həmişə Şəki Şəhər Partiya Komitəsinin mübariz köməkçilərindən biri olmuş, Azərbaycan ipək sə-

nayesinin formalaşmasında və inkişaf etdirilməsində səmərəli iş görmüşdür. Qəzetin səhifələrində respublika ipək sənayesi əməkçilərinin yarım əsrlik mübariz yolu unudulmaz salnaməyə çevrilmişdir. Bu qəzet fəhlə sözünün, fəhlə əməyinin, fəhlə əzmkarlığının tərənnümçüsü kimi çıxış edir, ipəkçilərin qüvvəsini partiyanın qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə bacarıqla səfərbər edir. Sov. İKP noyabr (1982ci il) plenumunda müəyyən etdiyi vəzifələrin həyata keçirilməsi üçün “İpəkçi” zəhmət adamlarını yüksək intizama çağırır, plan və öhdəliklərin yerinə yetirilməsi uğrunda mübarizədə

50 yaradıcılıq ili

Yarım əsr bundan əvvəl Azərbaycan ipəkçilərinin ilk çoxtirajlı “İpəkçi” qəzetinin birinci nömrəsi çapdan çıxdı. O dövrdə ölkəmizin bir sıra digər iri müəssisələrində də belə qəzetlər buraxılırdı. Lakin onların bir çoxunun adı sonradan dəyişildi. Bəzilərinin nəşri isə dayandırıldı. Lakin “İpəkçi” 50 ildir ki özünün şairanə adını şərəflə daşıyır. Bu gün isə köhnə çoxtirajlı qəzetlərdən biri hesab olunur. “İpəkçi” ilk beşilliklər dövründə meydana gəlmiş, döyüşkən təbliğatçı və təşviqatçı kimi şanlı bir yol keçmişdir. Qəzet bütün bu illər ərzində Şəki Şəhər partiya komitəsinin, ipək birliyi partiya komitəsinin, müəssisənin ictimai təşkilatlarının, direktorluğunun mübariz köməkçisi olmuş, bolşevik mətbuatının ənənələrinə həmişə sadiq qalmışdır. “İpəkçi”nin indiyədək buraxılmış bütün nömrələri Azərbaycan ipəkçilərinin diqqətəlayiq işlərinin və nailiyyətlərinin parlaq salnaməsidir. Əlli ildən artıqdır ki, qəzet Şəki mətbuatının mübariz sıralarındadır. Özünün alovlu bolşevik sözü ilə kommunizm işi uğrunda mübarizə aparır. Onun yarım əsrlik yolu Azərbaycan ipəkçilərinin həyat və mübarizə yolu ilə sıx bağlıdır.

mətbu sözünün qüdrətindən bacarıqla istifadə edir, problem məsələlər qaldırır və onun həllinə nail olur. Mübariz fəhlə qəzeti “İpəkçi”mizin 50 illik yubileyi rayonumuzun ictimai-siyasi və mədəni həyatında əlamətdar hadisələrdən biridir. Şəhərin partiya, sovet və komsomol təşkilatları adından möhkəm əmin olduğumuzu bildiririk ki, “İpəkçi” bundan sonra da öz şanlı ənənələrinə sadiq qalacaq, özək ilinin, bütövlükdə 11-ci beşilliyin vəzifələrinin ləyaqətlə yerinə yetirilməsində bizə yaxından kömək edəcəkdir. Nurəddin MUSTAFAYEV, Şəki Şəhər Partiya Komitəsinin birinci katibi.

Bütün sovet mətbuatı kimi, “İpəkçi”nin də gücü marksizm-leninizm ideyalarına sədaqətdə, oxuculara, zəhmətkeş kütlələrlə qırılmaz əlaqədədir. Öz işində qəzetimiz geniş müəlliflər ordusuna, fəhlə kollektivinə arxalanır. Qəzetin sədaqətli dostlarından – fəhlə müxbirlərindən, baramaaçan Məmməd Rzayev, respublikanın əməkdar səmərələşdiricisi, çilingər Seyran Kərimov, Azərbaycan SSR Ali Sovetinin deputatı, toxucu Əmanət Abbasova, əmək və müharibə veteranı, fərdi təqaüdçü Zəkəriyyə Məmmədov və başqaları uzun illərdir ki, “İpəkçi” ilə işgüzar əlaqə saxlayırlar. Oxucuların məktubları və yazıları qəzeti günün vacib mövzuları ilə təmin edir, təhlil və düşüncələr üçün zəngin material verir, bir çox problem məsələlərin həllində köməyə gəlir. Fəhlə qəzetimiz özünün ikinci yarım əsrinə qədəm qoymuşdur. Möhkəm əminik ki, “İpəkçi” Sovet mətbuatının gözəl ənənələrinə bundan sonra da sadiq qalacaq, bu ənənələri inkişaf etdirəcək, kommunizm quruculuğunda yeni zirvələr fəth edən Şəki ipəkçilərinin ən yaxın köməkçisi olacaqdır. Yusif ABDURAHMANOV – V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş direktoru, Xalidə MƏMMƏDOVA – Partiya Komitəsinin katibi, Nəcibə MAHMUDOVA – Həmkarlar ittifaqı komitəsinin sədri, Təranə Lətifova – komsomol komitəsinin katibi.

SÖZÜ DEPUTATLARIMIZA VERİRİK – Əziz yoldaşlar! 50 illik yubileyini böyük sevinclə qeyd etdiyimiz “İpəkçi” qəzeti şərəfli bir yol keçmiş, hələ orta əsrlərdən Şərqin mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri kimi şöhrət qazanmış Şəkinin, onun zəngin tarixi təcrübəyə malik ipəkçilərinin zəhmət salnaməsini yaratmaqda böyük uğurlar qazanmışdır. Azərbaycanda sosializm quruculuğunun qızğın dövründə həyata qədəm qoyan “İpəkçi” çox qısa bir müddətdə Lenin ideyalarının alovlu carçısına çevrilmiş, yeni şüur uğrunda ümumxalq mübarizəsinin məqsəd və mahiyyətini Azərbaycan ipəkçilərinə çatdırmaqda yerli partiya təşkilatının mübariz köməkçilərindən biri olmuşdur. 50 illik fəaliyyəti ərzində “İpəkçi” qəzeti mütərəqqi texniki üsulların yayılmasına, ipəkçiliyin və digər sənaye sahələrinin inkişaf etdirilməsinə yorulmadan və partiyalı mövqedən kömək göstərmişdir. Böyük Vətən müharibəsi illərində və müharibədən sonrakı beşilliklərdə dahi Leninin adını daşıyan Şəki İpək Kombinatının çoxminli kollektivinin ideya-siyasi və mənəvi tərbiyəsi sahəsində “İpəkçi”

1983

qəzeti zəngin təcrübə qazanmışdır. Respublikamızın son beşilliklərdə qazandığı böyük nailiyyətlərdə Şəki zəhmətkeşlərinin də payı vardır. Bu gün Sov.İKP MK noyabr (1982-ci il) plenumu qərarlarının həyata keçirilməsi uğrunda mübarizədə “İpəkçi” qəzeti də təşkilatçı, təbliğatçı və təşviqatçı kimi çıxış edir. Partiyamızın daxili və xarici siyasətinin zəhmətkeşlərə aydınlaşdırılması, mədəni həyatımızın bugünkü yüksəliş səviyyəsinin əyani səviyyədə əks etdirilməsi, ictimai həyatımızın vacib məsələlərinə cəsarətli müdaxilə ona haqlı olaraq geniş oxucu hörmətini qazandırmışdır. Azərbaycan SSR Elmlər Akademiyası 50 yaşlı “İpəkçi” qəzetinin kollektivini yubileyi və yüksək mükafata layiq görülməsi münasibəti ilə təbrik edir, böyük inkişaf yolu keçmiş sovet elmimizlə sosialist həyatımızın qırılmaz vəhdətini daha yüksək səviyyədə işıqlandırmaq işində ona yeni-yeni uğurlar arzulayır. Həsən ABDULLAYEV, Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti, SSRİ Ali Sovetinin deputatı.

MƏN FƏHLƏ MÜXBİRİYƏM 20 ildən artıqdır ki, “İpəkçi” qəzetinin fəhlə müxbiriyəm. Çoxminli, çoxmillətli bir kollektivin gündəlik işindən, qayğılarından yazmaq ürəyimdəndir. Hər dəfə əlimə qələm götürəndə kommunist-müxbir kimi öhdəmə düşən vəzifənin məsuliyyətini hiss edirəm. Yazılarımı qəzetin səhifələrində görəndə sevinirəm. Fəhlələr “İpəkçi” qəzetini həmişə qürur hissi ilə oxuyurlar. Qəzetin dostluq nömrələri isə müəssisədə əsl toy-bayrama çevrilir. Səbəbi aydındır. Qəzetin hər yazısı Sov.İKP XXVI qurultayının tarixi qərarlarını, özək ilinin vəzifələrini ləyaqətlə yerinə yetirən əmək bahadırlarımızın işindən, sosializm yarışında qazanılan nailiyyətlərdən, səmərəni yüksəltmək, keyfiyyəti yaxşılaşdırmaq üçün aşkara çıxarılan imkan və ehtiyat mənbələrindən, faydalı təşəbbüslərdən xəbər verir. “İpəkçi” qəzeti eyni zamanda işə əngəl olan səbəbləri də vaxtında görür, nöqsanlara qarşı prinsipial mübarizə aparır. Məmməd RZAYEV, Baramaaçan istehsalatının fəhləsi, “İpəkçi”nin fəhlə müxbiri.

***

QƏLƏMİ ƏLİNDƏDİR Qələm dostumuz Məmmədiyyə Cabbarlının (Süleymanlının) qəzetçilik fəaliyyəti Şəki mətbuatının tarixi ilə qırılmaz surətdə bağlıdır. M. Cabbarov uzun illər “İpəkçi” qəzetinin redaktoru olmuş, öz jurnalistlik istedadı, təşkilatçılıq bacarığı ilə fərqlənmişdir. Məmmədiyyə müəllimin redaktor olduğu illərdə “İpəkçi” qəzeti özünün gözəl ənənələrini yaşatmış, böyük kollektivin qaynar həyatına həmişə dərindən nüfuz etmiş, “düzü-düz. əyrini-əyri” yazmışdır. Şəkinin gənc jurnalistləri M.Cabbarovdan həmişə öyrənmiş, onun faydalı məsləhətlərindən bəhrələnmişlər. M.Cabbarov bu gün də öz peşəsinə sadiqdir. Kəsərli, iti qələmi əlindədir. Hazırda respublika “Bilik” cəmiyyətində çalışır, elmi biliklərin təbliğində fəal iştirak edir. Ə.ŞAMİL.

***

QƏZETİN İLK TƏRTİBÇİSİ Əsabəli Ağamirzəyevin həyatında unudulmaz, yaddaqalan hadisələr çox olmuşdur. O ilk əmək fəaliyyətinə Şəki mətbəəsində fəhlə kimi başlamışdır. Onun əmək tərcümeyi-halına ən yaddaqalan sətirlər burada yazılmışdır. O, pillə-pillə irəli çəkilmiş, uzun illər Şəki mətbəəsinin direktoru olmuşdur. “İpəkçi” qəzeti barədə söz düşəndə Ə.Ağamirzəyev həmişə dərin hörmət və ehtiramla danışır. Qəzetin birinci nömrəsinin çap olunması ilə bağlı, maraqlı hadisələri yada salır. Bu, təsadüfi deyil. Axı, Ağamirzəyev “İpəkçi”nin ilk nömrələrinin tərtibçisi, yaradıcılarından biridir. –Məsuliyyətli, həm də şərəfli iş mənə etibar olunanda çox həyacan keçirdim, – deyə Əsabəli dayı 1933-cü il mart ayının 13-nü xatırlayır, – öhdəmə düşən vəzifə çətin idi. Amma bu tapşırığı layiqincə yerinə yetirdim. “İpəkçi”nin ilk nömrəsinin tərtibi xoşa gəldi, əldən-ələ gəzdi. –Hazırda pensiyada olmasına baxmayaraq, Əsabəli Ağamirzəyev yenə də öz zəngin təcrübəsi, biliyi, dəyərli məsləhətləri ilə redaksiyanın – mətbəə kollektivinin köməyinə gəlir.

***

“İPƏKÇİ” (Qəzetin Fəxri fərmanla təltif edilməsi münasibətilə) Staxanov nəğməsinə səs verib, Baratlara, məryəmlərə söz verib, Müxbirlərə iti qələm, göz verib, Çatıb belə bir büsata “İpəkçi”. Fatmaları, Əmanəti yetirib, İpək üstə qızıl güllər bitirib, Fəhlələrə min bir sevinc gətirib, Ucalıbdır şan-şöhrətə “İpəkçi”! Əyriləri-əyri, düzü var yazıb, Sabirtək nöqsanı çox həmvar yazıb. Gördüyün, duyduğun edib car, yazıb, Bənzər əyilməz polada “İpəkçi”! Ramizə, Telmana gətirdin hünər, İpəkçilər gündə çalır min zəfər. Yaraşır şəninə yazılsın əsər, Layiqsən ən böyük ada “İpəkçi”! Səhifəndəki yazıların bir ipək, Eşqin açıb parçalarda gül-çiçək. Hünər dolu 50 yaşın mübarək, Əməllərin gəlməz saya, “İpəkçi”! Qurtuluş SÜLEYMANLI.

– Həmişə maraqla oxuduğum “İpəkçi” qəzetinin 50 yaşı tamam olmuşdur. Bu müdriklik yaşında qəzet öz amalına sadiq qalmışdır. “İpəkçi”nin səhifələrini çevirdikdə böyük bir kollektivin əmək coşqunluğu, qələbə əzmi, zərif Şəki ipəyi qədər mülayim, həlim təbiətli, incə yumorlu əmək adamlarının fədakarlığı, ən gözəl insani keyfiyyətləri aşkar hiss olunur. Bütün varlığınla duyursan ki, fəhlə qəzetinin müxbirləri Sov. İKP XXVI qurultayının tarixi qərarlarını, partiyanın ərzaq proqramını müvəffəqiyyətlə həyata keçirən Şəki şəhər partiya Komitəsinin ən yaxın, etibarlı köməkçiləridirlər. Düşünürsən ki, bu, belə də olmalıdır. Ona görə ki, “İpəkçi” qəzeti öz peşəsinin vurğunu olan, nöqsanlara qarşı barışmaz mövqe tutan, fədakar, prinsipial, mənən saf dostluğa can atan, büllur təbiətli yaradıcı bir kollektivin bəhrəsidir. Qəzetin adı da çox şairanədir: “İpəkçi”. İpək adlı, ipək xarakterli bu qəzetimiz yeri gələndə çox kəskin və qəti olmağı da bacarır. Mövcud nöqsanları prinsipial və barışmaz partiyalı mövqedən tənqid atəşinə tutur. Bununla da yerlərdə mənəvi saflığın və təmizliyin bərqərar olmasında yerli partiya təşkilatına yaxından kömək edir. Mən sevimli qəzetimizə böyük uğurlar arzulayıram. Nəbi XƏZRİ, Azərbaycanın Xarici Ölkələrdə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti rəyasət heyətinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı.

KİYEV

V A H İ D

Əziz həmkarlarımız, yaradıcılıq qüvvənizi çiçəklənməsi bayramınız mübarək olsun! Qəzetinizin yüksək mükafata – fəxri fərmana layiq görülməsi Ukrayna ipəkçilərini də ürəkdən sevindirmişdir. Ötən yarım əsrdə “İpəkçi” Azərbaycan ipək sənayesi ilə birgə böyük və şərəfli yol keçmişdir. Yəqin ki, Şəki veteranları o illəri, hələ təzə boyaq iyi gələn “İpəkçi”nin ilk nüsxələrinin proletar himninin – “İnternasional”ın, sədaları altında oxuculara təqdim edildiyi günü yaxşı xatırlayırlar. Və bu gün də siz ümumi işimizə – xalq istehlakı mallarını artırmaq işinə çoxlu enerji, bilik, yaradıcılıq axtarışları sərf edirsiniz. “İpəkçi” ilə “Darnitski şovk”u uzun illərin dostluğu birləşdirir. Qəzetlər öz səlahiyyətli nümayəndələri olan fəhlə müxbirləri vasitəsilə Ukrayna və Azərbaycan ipəkçiləri arasında sosializm yarışının getdikcə daha geniş vüsət almasında, qabaqcılların iş təcrübəsinin yayılmasında mühüm rol oynayırlar. Qəzetlərin vaxtaşırı səhifə mübadiləsi keçirmələri və birləşmiş dostluq nömrələri buraxmaları təqdirəlayiqdir. “Vahid ailə hissi” rubrikası altında buraxılan birləşmiş nömrələrimiz Azərbaycan qəzetləri “Bakinski raboçi”, “Kommunist”, “Sovet kəndi” və Ukrayna qəzetləri “Pravda Ukrayna”, “Raboşaya qazeta” tərəfindən yüksək qiymətləndirilmişdir. İpəkçilərin vətənpərvərlik və beynəlmiləlçilik ruhunda tərbiyə edilməsi sahəsində qəzetlərimizin səyinə Şəki Şəhər və Kiyevin Dnepr Rayon Partiya Komitələri yüksək qiymət vermişlər. Bu yaxınlarda aldığım “Xalqlar dostluğu” ordenini isə ümumi işimizə verilən mükafat hesab edirəm. Ransa DIKO Kiyevdə çıxan “Darnitski şovk” qəzetinin redaktoru.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 24 mart 1983-cü il tarixli Fərmanı ilə zəhmətkeşlərin kommunist tərbiyəsi, istehsal planlarının yerinə yetirilməsinə onların səfərbər edilməsi sahəsində fəal işinə görə və birinci nömrəsinin çapdan çıxmasının 50 illiyi ilə əlaqədar olaraq “İpəkçi” qəzeti Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur. *** Kiyev şəhərindəki Lenin ordenli Darnitsa İpək Kombinatının direktorluğu, partiya, həmkarlar ittifaqı və komsomol komitələri Azərbaycan və Ukrayna ipəkçilərinin kommunist tərbiyəsində fəal işinə, dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə və birinci nömrəsinin çapdan çıxmasının 50 illiyi ilə əlaqədar olaraq “İpəkçi” qəzetini Fəxri fərmanla təltif etmişlər. *** Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliynin kollegiyası tələbə gənclərin kommunist tərbiyəsində fəal iştirakına və ilk nömrəsinin çapdan çıxmasının 50 illiyi ilə əlaqədar olaraq “İpəkçi” qəzetini Fəxri fərmanla təltif etmişdir. *** Azərbaycan Jurnalistlər ittifaqı mətbuatda uzun illər səmərəli fəaliyyətinə, jurnalistlər ittifaqı təşkilatının işində fəal iştirakına görə və “İpəkçi”nin ilk nömrəsinin çapdan çıxmasının 50 illiyi ilə əlaqədar olaraq qəzetin redaktoru Salis Məmmədov yoldaşı Fəxri fərmanla təltif etmişdir.

Fərəhləndirici haldır ki, respublika ipəkçilərinin kəskin ideya silahı olan 50 yaşlı “İpəkçi”miz bu illər ərzində mənalı, yaddaqalan bir yol keçmiş, Azərbaycan ipək sənayesinin təşəkkülünü, inkişafını və gələcək perspektivlərini öz səhifələrində mükəmməl bir dolğunluqla əks etdirən mübariz orqan kimi böyük nüfuz, layiqli hörmət və ehtiram qazanmışdır. Özünün yarım əsrlik yubileyi ərəfəsində qəzetin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilməsi bunu bir daha təsdiq edir. Sevimli qəzetimizin 50 yaşı ölkəmizdə nəşr olunan çoxtirajlı qəzetlərin, Azərbaycan ipəkçilərinin, Şəki mətbuatının ictimai-siyasi və mədəni həyatında görkəmli hadisə olmaqla yanaşı, respublikamızın əməksevər geoloqları üçün də çox təqdirəlayiq və fərəhləndirici yubileydir. Mən “İpəkçi”nin oxucularına – öz seçicilərimə geoloqlarımızın diqqətəlayiq işləri barədə məlumat verməyi borc bilirəm. Bir neçə ildir ki, mineral sərvət kəşfiyyatçılarımız respublikanın dilbər guşəsi olan Böyük Qafqazın cənub yamaclarının Şəki, Zaqatala, Balakən rayonlarının ərazisini əhatə edən hissələrində planauyğun ardıcıl geoloji işlər aparır. Nəticə etibarı ilə, bir sıra tikinti materialları yataqları təsərrüfat dövriyyəsinə daxil edilmiş, böyük polimetal filizi yatağı öyrənilmiş, Alazan-Əyriçay vadisinin yeraltı şirin su ehtiyatı təsdiq edilmişdir. Əmin ola bilərsiniz ki, geoloqlarımız bundan sonra da aparılan işlərin məzmununa və keyfiyyətinə lazımı diqqət yetirəcək, Şəki və digər Böyük Qafqaz zonası rayonlarının gələcək coşqun inkişafına öz töhfəsini verəcəklər Əkrəm ŞƏKİNSKİ, Azərbaycan SSR Geologiya idarəsinin rəisi, Azərbaycan SSR Ali Sovetinin deputatı.

A İ L Ə

H İ S S İ

MOSKVA

Dostluğun gücü ilə... Keçən ilin oktyabr ayında Moskvada Azərbaycan SSR günləri keçirilirdi. Respublikanızın elçiləri paytaxta qonaq gəlmişdilər. Nümayəndə heyətinə Azərbaycan KP MK-nın katibi Həsən Həsənov yoldaş başçılıq edirdi. Azərbaycanın elçiləri bizim “Krasnaya Roza”da oldular, kollektivimizin üzvləri ilə görüşdülər. Görüş zamanı azərbaycanlı dostlarımıza sürpriz hədiyyələr təqdim etdik. Bu, “İpəkçi” və “Çelenok”un bir gün əvvəl həm Moskvada və həm də Şəkidə birgə buraxdıqları birləşmiş dostluq nömrələri idi. Qəzetlər maraqla qarşılandı, hətta bəziləri heyrətləndilər ki, necə olub ki, “İpəkçi” və “Çelenok”un Şəkidə buraxılmış dostluq nömrəsi 24 saat ərzində Moskvaya gəlib çatmışdır? Kombinatımızın direktoru A.M.Dubinin yoldaş bu “sirri” açdı. O, söhbətində bildirdi ki, redaksiyalarımız bir-biri ilə sız işgüzar əlaqə yaratmışlar. Qəzetlərimizin birləşmiş nömrəsi Şəkidən Moskvaya təyyarə ilə yola salınmışdır. Redaktorumuz təyyarə meydanına getmiş, qəzetin nömrəsini qəbul etmişdir. Azərbaycan LKGİ MK-nın birinci katibi C. Müslümzadə yoldaş “Çelenok”la və “İpəkçi”nin bu işgüzar əlaqələrinə yüksək qiymət verdi. Qəzetlərimizin birləşmiş nömrələri SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində də hamının marağına səbəb oldu, hər yerdə geniş əks -səda doğurdu. “Veçernaya Moskva” qəzeti bu təşəbbüsümüzü alqışladı. Azərbaycanda çıxan

XATİRƏLƏRİM

QƏZET BELƏ YARANDI “İpəkçi”nin birinci nömrəsinin çapdan çıxdığı gün – 1933-cü ilin 13 mart günü yaddaşıma ömrümün xoş, ən əziz günü kimi həmişəlik həkk olunub. O gün əsl toy-bayram idi. Hamı qəzetin ilk nömrəsinin nömrəsinin çap olunmasını səbirsizliklə gözləyirdi. Həyəcanlı idik. Mətbəə işçiləri də bizimlə birgə şən əhval-ruhiyə ilə çalışırdılar. Qəzetin korrektura işi mənə həvalə edilmişdi. Səhifələrdəki materialları dönə-dönə, ürək çırpıntısı

TƏLTİFLƏR

ilə oxumuşdum. Gənc fəhlə Əsabəli Ağamirzəyev ilk nömrənin tərtibinə gərgin əmək sərf etmişdi. Qəzetin yaradıcı heyəti çox məsul, şərəfli bir iş gördüyünü başa düşürdü. Ölkəmizin çoxtirajlı qəzetlərinin müjdəçilərindən biri olan “İpəkçi”, Azərbaycan ipəkçilərinin yeni həyat uğrunda mübarizəsinin təbliğatçısı və təşviqatçısı kimi belə yarandı. Nəhayət, çapçılar – Cahangir Ağamirzəyev və Yusif Hacıyev çap

QƏZETİ YARADANLAR “İpəkçi” qəzetinin ilk oxucuları ilə ancaq Şəki mətbəəsinin sexlərində görüşmək olar. Təəccüblənməyin. Qəzetin hər nömrəsi burada yaranır və həyata vəsiqə alır. Hamıdan əvvəl qəzetin materialları linotipçilərə etibar olunur. Onların səmərəli işindən çox şey asılıdır. Ömrünün 30 ilini bu peşəyə həsr etmiş Şamil Əhmədov linotip maşınının arxasına keçəndə əsl iş başlanır. Şamil dayının iş zamanı öz sevimli “məşğələsi”ndən ayırmaq mümkün deyildir. Yetişdirməsi Sıracəddin Heydərovun dediyi kimi, bu zaman o, sanki “sehrli” bir aləmdə olur. Səhifənin tərtibi üçün qəliblərə yığılmış gümüş sətirlər özlüyündə qəzet üçün xammaldır. Burada incə ruhlu, yüksək zövqlü düşünülmüş tərtibçi əli gəzməlidir. Ənvər İsmayılov da beləcə dəst-xətti olan yaradıcı tərtibçidir. Onun üzə çıxardığı səhifələr həmişə öz səliqəsi, aydınlığı, düşünülmüş kompozisiyası ilə seçilir. Gənc tərtibçi Əşrəf Rəsulov ustasından çox şey görüb-götürmüş, öyrənmişdir. İndi peşəsinə yaradıcılıqla, diqqətlə yanaşmağı bacarır. Səhifələrin maketi tutularkən mətbəənin işçilərindən Həvva Salahova, Kamal Xudiyev, Sıracəddin Heydərov, Şirəli və Nömraz İbrahimovlar da öz peşələrinə yaradıcılıqla yanaşırlar. Elə ki, səhifələr “təmiz”ə çıxıb hazır oldu, “İpəkçi” son əməliyyatdan keçir. Çap maşınına “bənd” edilmiş gümüş sətirlər axırıncı dəfə diqqətlə nəzərdən keçirilir. Çapçı Həqiqət Mmmədcanova çap maşınının arxasına keçir. Az keçmədən maşının barmaqları ilə gümüş səhifələrə toxunan ağ kağızlar birgə anda kollektivin səmərəli əməyini göz önündə canlandırır. Yaraşıqlı, incə zövqlə tərtib olunmuş “İpəkçi”nin rəng qoxulu təzə nömrəsi beləcə üzə çıxır. Mətbəənin direktoru Fərhad Süleymanov, usta Əli Hüseynov da yeni nömrənin həyata vəsiqə almasında yaxından iştirak edirlər.

“Sovet kəndi” qəzeti işimizi bəyəndi, “Kommunist” qəzeti dostluğumuzun gücündən, bəhrəsindən söhbət açdı. Azərbaycan televiziyası və radiosunun Moskvadakı müxbiri Altay Zahidov redaksiyamıza gəldi. O, “İpəkçi” ilə “Çelenok”un dostluq əlaqələri barədə məndən intervü aldı. Görünür, “Günün ekranı” xəbərlər proqramındakı çıxışım respublikanızda maraqla qarşılandı. Mənim adıma Şəkidən minnətdarlıqla dolu teleqramlar gəldi. Məndən soruşsalar ki, müdrik yaşlı “İpəkçi”də orijinal, daha çox diqqəti cəlb edən nədir? Tərəddüd etmədən deyərdim: ilk növbədə xalqlar dostluğunun tərənnümü. Sosializm yarışının, onun ən yaxşı formalarının geniş yayılmasına yer verilməsi. Bir məqsəd, bir amal uğrunda yarış meydanında xariqələr yaradan əmək adamlarının ən gözəl keyfiyyətlərinin yayılmasında, təbliğ edilməsində, onları bir-birinə yaxınlaşmasında “İpəkçi” mühüm rol oynayır. Bu əmək adamları Şəkidən nə qədər uzaqda: istər Moskvada, Ukraynada, Gürcüstanda, istərsə də Özbəkistanda... olursa olsun, fərqi yoxdur, “İpəkçi” onların iş təcrübələrindən vaxtaşırı söz açır, Şəki ipəkçilərinin qüvvə və bacarıqlarını ümumi işin xeyrinə səfərbər etməyi bacarır. Naum ARANOVİÇ, Moskvada çıxan “Çelenok” qəzetinin redaktoru.

maşınının arxasına keçdilər. Az keçmədi ki, Azərbaycan ipəkçilərinin çoxtirajlı qəzeti olan “İpəkçi”nin birinci nömrəsinin nüsxələri göründü. Redaktor Rəsul Rəsullu mətbəə qoxulu təzə nömrəni ehtiyatla əlinə götürdü. Birgə anda redaktorun başına cəm olduq. Sevincdən, şadlıqdan gözlərimiz yaşarmışdı. Çoxdan gözlədiyimiz gün gəlib çatmış, yuxusuz, narahat keçirdiyimiz gecələr ən gözəl bəhrəsini vermişdi. “İpəkçi” çox qısa bir müddətdə əməkçilərin dərin rəğbətini qazandı. Onun hər yeni nömrəsi kollektivin həyatında əlamətdar hadisəyə çevrildi. Tezliklə, qəzetin ətrafına prinsipial, sözü, qələmi

TARİXİMİZDƏN SƏHİFƏLƏR

Qoşa vuran iki ürək “1931-ci ildə kombinatın fabrik-zavod təhsili məktəbinin əvvəlinci buraxılışı olmuşdur. Məktəbi 16 müsəlman qızı qurtarmışdır. Qara çadranı cəsarətlə atıb mədəni həyata atılan bu qızlardan biri də Zivər Xəlilovadır. Orta boylu. Qarayanız bir qız olan Zivər xeyli vaxt barama çarxında işləmişdir. O çox diribaş, qoçaq qızdır. Zivərin təklifi ilə kombinatda ipəyi elmi cəhətdən sınaqdan çıxaran laboratoriya düzəldilmişdir. Bu laboratoriyanın faydası böyükdür...” (“İpəkçi” 1934-cü il). “Xam ipəkdən atlas kimi parça toxunacaqdır! İndi bir çoxları bu sözlərə bəlkə də kəmetiqad olurlar. Fəqət, yaxın zamanlarda parça hasılatı bir şirin həqiqət olacaqdır. Kombinata 7 dənə parça toxuyan dəzgah gətirilmişdir. Bu dəzgahalr dərhal quraşdırılacaqdır. Quraşdıranlara ixtisas sahibi Ənvər Sultanov başçılıq edəcək. Ənvər Gəncə şəhərindəki toxuculuq texnikumunu (yəni məktəbini) qurtarmışdır. O, çox zirək, ayıq mühəndisdir...” (“İpəkçi”, 1933-cü il)

kəsərli müxbirlərin böyük bir dəstəsi toplandı. “İpəkçi”nin fəhlə müxbirlərindən Əhməd İmanov, Mikayıl Hüseynov, Camaləddin Əfəndiyev, Sariyyə Kərimova, Veysəl Babayev, İsaq Məmmədov, Zivər Xəlilova və başqaları qəzet səhifələrində tez-tez çıxış edir, öz həmkarlarının nailiyyətlərindən yazır, nöqsanları tənqid edirdilər. “İpəkçi” qəzeti uzun illərdən bəri yaşatdığı gözəl ənənələrinə bu gün də sadiqdir. Fəhlə qəzetimiz coşqun ilhamla qurub-yaradan böyük bir kollektivin həqiqi həyat güzgüsüdür. Zəkəriyyə MƏMMƏDOV, əmək veteranı.

Şəki ipək sənayesinin veteranlarından sayılan Zivər Xəlilova və Ənvər Sultanov bu gün də ruhən, qəlbən doğma kollektivlə bir sıradadır. Ürəkləri həmişə qurub-yaratmaq həvəsi ilə çırpınan Z.Xəlilova və Ə.Sultanov Böyük Vətən müharibəsindən bir az əvvəl bir-birinə könül vermiş, xoşbəxt ailə qurmuşlar. Onlar 50 illik zəhmət yollarının eniş-yoxuşunda tək özlərinə yox, əmək meydanına atılan onlarla insana dayaq, çətin gündə həyan olmuşlar. “İpəkçi” qəzeti özünün bu ilk oxucularının – müxbirlərinin, həyat yolunu həmişə izləmiş, onların xoş sorağından xəbər vermişdir. Bu gün Ənvər dayı baş mexanika şöbəsində usta, ömür gün dostu Zivər xanım isə ipək birliyindəki 69 nömrəli texniki peşə məktəbinin direktorudur.

TƏBRİK EDİRLƏR Ölkəmizin ən yaşlı çoxtirajlı qəzetlərindən biri olan “İpəkçi”nin şanlı 50 illiyi və qəzetin Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunması münasibətilə sizi ürəkdən təbrik edirik. “İpəkçi” qəzetinin keçdiyi şanlı yol bizə çox yaxşı məlumdur. Xalqlar dostluğu mövzusu qəzetin ənənəvi mövzusudur. Bu mövzu qəzetin son 10 ildəki nömrələrində özünə daha möhkəm yer tapmışdır. “İpəkçi” Moskva, Kiyev, Kutaisi, Tbilisi və ölkənin bir çox şəhərlərinin ipəkçiləri ilə Azərbaycan ipəkçilərinin dostluq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır. Sizə şərəfli və çətin işinizdə yeni-yeni yaradıcılıq nailiyyətləri, möhkəm cansağlığı və tükənməz ilham arzulayırıq. Sov.İKP MK-nın “SOSİALİSTEÇESKAYA İNDUSTİYA” qəzeti redaksiyasının kollektivi.

*** Azərbaycan SSR Jurnalistlər İttifaqının idarə heyəti Sizi və Sizin şəxsinizdə qəzetinizin fəhlə müxbirlərini, müəlliflərini və bütün oxucularını “İpəkçi” qəzetinin birinci nömrəsinin çapdan çıxmasının 50 illiyi münasibəti ilə qızğın təbrik edir. Qoy, qəzetinizin nüfuzu daha da artsın! Sov. İKP XXVI qurultayının, Azərbaycan KP XXX qurultayının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində o, Şəki ipəkçilərinin mübariz tribunası, yaxın köməkçisi olsun! AZƏRBAYCAN SSR JURNALİSTLƏR İTTİFAQININ İDARƏ HEYƏTİ *** “İpəkçi”nin respublikamızın Yüngül Sənaye nazirliyində buraxılan çoxtirajlı qəzetlərin pioneri adlandırırlar. Ölkəmizin ilk çoxtirajlı qəzetlərindən biri kimi tanınan “İpəkçi”, həmişə Azərbaycan ipəkçilərinin ön cərgələrində cəsarətlə addımlamış, böyük bir əmək ordusuna “sərkərdəlik” etmişdir. Şəki ipəkçilərinin öz qəzetləri ilə öyünməyə, onun barəsində iftixarla danışmağa mənəvi haqları vardır. “İpəkçi” bu haqqı yarım əsrlik gərgin, səmərəli, diqqətəlayiq işi ilə qazanmışdır. Öz mövqeyində həmişə ayıq dayanan “İpəkçi”, sükançısı olduğu kollektivin qaynar həyatına dərindən nüfuz etməyi, fəhlələri yeni müvəffəqiyyətlərə, qələbələr uğrunda yarışa səsləməməyi yaxşı bacarır. “İpəkçi” həmişə çətin işlərə girişir. Kollektivin mənafeyi ilə bağlı elə problem məsələlərə toxunur ki, kiçik qəzetin bu cəsarətli, alovlu çıxışları hər yerdə rəğbətlə qarşılanır. Qəzetin yarım əsrlik fəaliyyəti Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə qiymətləndirilmişdir. Fəhlələrin qüvvə və bacarıqlarını Sov.İKP XXVI qurultayının qərarlarını yerinə yetirməyə səfərbər etmək işində “İpəkçi”yə daha böyük müvəffəqiyyətlər arzulayırıq. Söhrab İBRAHİMOV, Azərbaycan SSR Yüngül Sənaye naziri.

*** Həmyerlimiz, peşəkar inqilabçı Həkim Babayevi ailəsində dünyaya göz açmış, burada böyüyüb boya-başa çatmış Pyotr Babayevin adı moskvalılar üçün də doğma və əzizdir. O, üç inqilabın iştirakçısı olmuşdur. İnqilabdan sora Moskvanın Sokolniki Rayon Sovetinin sədri vəzifəsində işləmişdir. V.İ.Leninin iştirakı ilə ölkəmizdə ilk dəfə kommunist iməciliyi bu rayonda keçirilmişdir. “İpəkçi” qəzeti Babayevlər ailəsinin üzvləri haqqında vaxtaşırı seriya ilə məktublar dərc etməklə yaxşı iş görür. Bu yaxınlarda qəzet Pyotrun atasının inqilabi fəaliyyəti haqında maraqlı bir materialla çıxış etmişdir. Şəki ipək istehsalat birliyinin kollektivi beynəlmiləl kollektivdir. İpəkçilərin, xüsusilə gənclərin sosialist beynəlmiləlçiliyi ruhunda tərbiyə edilməsində qəzet çox iş görür. “İpəkçi” və “Çelenok”un Moskvada və Şəkidə tez-tez buraxdıqları birləşmiş dostluq nömrələri Vətənimizin paytaxtında da böyük maraqla qarşılanır. Daimi nümayəndəlik şanlı yubileyiniz münasibəti ilə Sizi qızğın təbrik edir. Gələcəkdə də Azərbaycan ipəkçilərinin mübariz ideya silahı bayrağını yüksək tutmağınızı arzulayırıq. Ənvər HÜSEYNOV, SSR Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin Moskvadakı daimi nümayəndəsi. *** Zəhmətkeşlərin kommunist tərbiyəsində “İpəkçi” qəzetinin gördüyü iş hər cürə tərifə layiqdir. Təsadüfi deyil ki, partiya və hökumətimiz qəzetin 50 illik fəaliyyətini yüksək qiymətləndiriblər. Qəzet fəxri fərmanla təltif edilmişdir. Qəzetinizin indiki şad günündə “Sovet kəndi” qəzetinin əməkdaşları da elə Sizin kimi fərəh hissi keçirirlər. Sizi ürəkdən təbrik edirik. Müvəffəqiyyətlərinizin bundan sonra daha da artacağı şəksizdir. 50 yaşlı qəzetinizin kollektivinə möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayırıq. Nəriman ZEYNALOV, “SOVET KƏNDİ” qəzetinin redaktoru. *** Əziz “İpəkçi”! Dünya göz açandan, ilk sözünü deyəndən bəri sənə saysız-hesabsız sətirləri yazılmış, müəssisəyə gələn neçə-neçə gənci həyata pərvazlamış, büdrəyəndə əlindən tutmuş, burada saç-saqqal ağardan peşə ustalarına söz qoşmuş, vətənimizin ağır günlərində nisgillilərə təsəlli vermiş, xalqımızın yenilməzliyini odlu cümlələrlə oxuculara çatdırmısan. Dostum “İpəkçi”, son illərdəki əməllərindən danışmağa gücüm çatmaz. Birdən elə sanballı işlərə əl atırsan, təəccüb məni bürüyür. Öz-özümə deyirəm: “Əzizim, bu sənin xörəyin deyil”. Elə ki sonrakı nömrələrini oxuyanda, görürəm o balaca boyunla lazım gəlsə Şəki dağlarını da yerindən oynada bilərsənmiş. Səni qınamıram. Güvəndiyin yer, arxalandığın ünvan var, ona görə də hər yerə səs salmısan. O böyük qüvvə Şəki Şəhər Partiya Komitəsidir. Haradakı çoxtirajlı qəzetlərə belə partiya qayğısı var, orada irəliləyiş, orada yüksəliş özünü göstərməlidir. Səhifələrində dərc olunan nəcib təşəbbüslər, maraqlı təcrübəni yaymağın, kəsərli tənqidi yazılara vaxtında cavab almağın da bunun sayəsindədir. Son illər səni ən çox “dilə-dişə” salan, sözünü-söhbətini Şəkinin hüdudlarından çox-çox uzaqlara çatdıran, zəhmət adamlarına başıucalığı gətirən, əməyini qiymətləndirən də odur. “İpəkçi” hələ çox iş görəcəkdir. Bu qalsın əllidən sonraya. İndi isə səni səmimi qəlbdən təbrik edir, sənə yeni yaradıcılıq müvəffəqiyyətləri diləyirəm. Gün o gün olsun ki, yüzünə yığışaq. Dostun “MÜXBİR” bulletini, Azərbaycan SSR Jurnalistlər İttifaqının orqanı. *** Yarım əsrlik yol keçmiş “İpəkçi”nin yaradıcı kollektivini təbrik edirik. Şəki ipəkçilərinin fəxri və sevimlisi olan qəzet sosializm yarışının təbliğində. Keyfiyyət uğrunda mübarizədə həmişə ön cərgədə addımlamışdır. Yubiley günündə biz qəzetin kollektivinə yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayırıq. Qoy, qəzetiniz ipəkçiləri daha böyük qələbələrə səsləsin, onların qüvvəsini on birinci beşilliyin tapşırıqlarının yerinə yetirilməsinə səfərbər etsin. AzərİNFORMun kollektivi. *** Əli ildir ki, “İpəkçi” Şəki ipəyinin keşiyini çəkir, gözəl insanların əlindən çıxan və respublikamızdan çox-çox uzaqlarda məşhur olan Azərbaycan ipəyindən, onun ustalarından, sənətkarlarından söz açır, yazıb yaradır. Dostlar! Qəzetiniz əlli il ərzində çox iş görmüş və görür. Siz gözəl yazılarınızla, faydalı məktublarınızla, ölkənin çoxtirajlı qəzetləri ilə dəyişən səhifə və nömrə mübadilələri keçirməklə “İpəkçi”nin daha maraqlı və təsirli çıxmasını təmin edirsiniz. Qəzetiniz təkcə Azərbaycan ipəkçilərinin deyil, elə bizim hamımızın da haqlı olaraq diqqətini cəlb edir. Böyük Mirzə Fətəlinin, Sabit Rəhmanın, istəkli şairimiz Bəxtiyar Vahabzadənin Vətənində çap olunan, ilk beşilliklərdən öz fədakar əməkləri ilə fərqlənən şəkililərin “İpəkçi”si belə də olmalıdır. Dağları, meşələri, bulaqları qədər gözəl, təbiəti qədər şirin olan şəkili qələm dostlarımıza ictimai asayişin keşikçiləri adından yarım əsrlik yubileyləri günündə daha böyük yaradıcılıq nailiyyətləri arzulayırıq. Əlisahib MƏMMƏDOV, Azərbaycan SSR Daxili İşlər Nazirliyində çıxan “MÜBARİZ KEŞİKDƏ” qəzetinin redaktoru. *** Qəzetinizi həmişə böyük məmnuniyyətlə oxumuşam, ləzzət almışam. Cəsarətlə demək olar ki, respublikamızda çıxan çoxtirajlı qəzetlər arasında “İpəkçi” öz səviyyəsi etibarı ilə ən gözəl qəzetlərdən biridir. ən başlıcası isə qəzet oxunaqlıdır, darıxdırıcı deyildir. Qəzetin öz sifəti vardır. Əlbəttə, “İpəkçi”nin belə yüksək səviyyədə çıxarılmasında redaksiya heyətinin, onun fəhlə müxbirlərinin xidməti, əməyi və səyi çoxdur. Qəzet həmişə yaradıcılıq axtarışındadır. Bu axtarışlar isə uğurlu tapıntılarla nəticələnir. Mən, “İpəkçi” qəzetinin 50 illik yubileyini təbrik edir, ona öz şərəfli işində uğurlar diləyirəm.

Bəxtiyar VAHABZADƏ.

*** Şəki ipəkçiləri arasında sosialist qanunçuluğunun təbliğində və qorunmasında “İpəkçi” qəzeti özünəməxsus böyük rol oynayır. Qəzetimizin səhifələrində rayonun hüquq mühafizə orqanlarının əməkdaşları da vaxtaşırı çıxış edirlər. Onların bu qəzetdə çap olunmuş bir sıra məqalələri Azərbaycan SSR Ədliyyə Nazirliyinin kollegiyasında bəyənilmişdir. “İpəkçi”nin təşəbbüsü ilə ipək birliyində müstəqil fəaliyyət göstərən milis sahə məntəqəsi yaradılmışdır. Bununla əlaqədar olaraq qəzetin Azərbaycan SSR Daxili İşlər Nazirliyi qarşısında qaldırdığı məsələ müsbət həll edilmişdir. Fəhlə qəzetimizin yüksək hökumət mükafatına layiq görülməsi, şəhərimizin hüquq mühafizə orqanları işçilərini də hədsiz sevindirmişdir. Bu münasibətlə, “İpəkçi”nin kollektivini, onun bütün oxucularını təbrik edirik. Mirzə MİRZƏYEV, Şəki Şəhər Daxili İşlər Şöbəsinin rəisi. *** “İpəkçi” qəzetinin yubileyi tək bir fəhlə kollektivinin deyil, Şəki jurnalistlərinin də bayramıdır. “İpəkçi”nin obrazlı şəkildə fəhlələrin “iti gözü, düşünən beyni” adlandırmaq olar. Xoş arzuları, əməlləri tərənnüm edən “İpəkçi” elə bir hərarətli fəhlə ürəyidir ki, orada çoxminli, çoxmillətli, fədakar bir kollektivin ahəngdar nəbzi vurur. “İpəkçi” elə bir tribunadır ki, oradan baramaaçan da, ucdüyən də, toxucu da, boyaqçı da öz işindən, nailiyyətindən iftixarla danışır. “İpəkçi” ona doğma, əziz olan insanların yarış meydanında qazandıqları nailiyyətləri respublikamızın sərhədlərindən çox-çox uzaqlara yayır. Rayonun bütün mətbuat işçiləri, jurnalistləri adından nüfuzlu qəzetimiz olan “İpəkçi”ni təbrik edir, ona çətin, şərəfli işində yeni uğurlar diləyirəm. Sabir ƏFƏNDİYEV, rayon mətbuat mərkəzinin sədri, filologiya elmləri namizədi. *** “ İ P Ə K Çİ ” İ Ş I Q L I Q Ə Z E T D İ R “İpəkçi” ilə yaxından tanışlığım 15 il bundan əvvəl başlanıb. O vaxtdan onu Bakıda müntəzəm olaraq oxuyuram. Evimə hər gəlişi ürəyimi riqqətə gətirir: məni sanki doğma beşiyimlə, həmyerlilərimlə görüşdürür. Təkcə mən yox, ailə üzvlərim də “İpəkçi”nin vurğunudurlar. Bu qəzetdən söz düşəndə həmişə bir el məsəli yadıma düşür: “Bapbalaca boyu var, dam dolusu toyu var”. Mən bunu uşaqlar üçün tapmaca, böyüklər üçünsə məsəl hesab edirəm. Doğrudan da, “İpəkçi” işıqlı qəzetdir. Onun işığı həm də ürəklərə hərarət gətirir. O, çox yığcam, mənalı və kəsərli materialları ilə ciddi problemlərə toxunur. Özü də elə problemlərə ki, onlar ipəkçiləri daha böyük əmək nailiyyətlərinə ruhlandırır. “İpəkçi”nin materialları həmişə öz rəngarəngliyi və orijinallığı ilə fərqlənir. Hər məqalənin işlənməsində yüksək professionallıq aydın hiss olunur. Qəzetin dili çox aydın, səlis, xoşagəlimlidir. Bütün bunlar “İpəkçi”ni, heç də təsadüfi deyil, Azərbaycan mətbuatının ən nümunəvi və tərifəlayiq övladları sırasına çıxarmışdır. “İpəkçi”nin əlli ilik bayramı onun bütün oxucuları, o cümlədən mənim üçün də fərəhli bir hadisədir. Hər şeydən əvvəl ona görə ki, bu qəzet öz yubileyinə alnı açıq, üzüağ gəlir. Ona daha böyük uğurlar arzulayıram. Əziz ƏFƏNDİZADƏ, pedaqoji elmlər doktoru, professor, respublikanın əməkdar müəllimi.

*** Sevimli qəzetimiz “İpəkçi” indi təkcə Şəkidə, respublikamızda deyil, qardaş respublikalarda da tanınır; onun hər nömrəsi maraqla oxunur. “İpəkçi”nin ipək kimi, qızıl kimi sözləri ürəyimizdəndir. Redaktor: M.SALİS “İpəkçi”nin səhifələrində verilmiş yazılar toplanıb kitab şəklində buraxılsa, heç şübhəsiz, çoxtirajlı mətbuatımız üçün qiymətli bir dərslik meydana gələr. ÜNVANIMIZ: İnanıram ki, fəhlə qəzeti “İpəkçi” öz ənənəsinə sadiq qalacaq, həyati əhəmiyyəti olan mənalı yazıları ilə öz oxucularını bundan sonra da sevindirəcəkdir. 374510 Azərb. SSR. Şəki şəhəri-2. K.Marks prospekti 1. “İpəkçi” qəzeZaman QARAYEV, filologiya elmləri namizədi. tinin redaksiyası. Qeyd: Bu səhifədə “İpəkçi” qəzetinin 50 ilik yubiley nömrəsi dərc olunub (şəkillər və şəkilaltı mətnlər istisna olmaqla).


2287:qezet.qxd 08.03.2007 3:45 Page 4

4

İPƏK Ç İ

7 mart 2013-cü il “İpəkçi” qəzetinin redaktoru Aydın Məmmədova

Rəfael İmkansız qoşmaları

ATAM MƏHYƏDDIN ABBASOVU DÜŞÜNƏRKƏN...

Şəkildə: Məhyəddin Abbasov

XX əsrin 50 – 70-ci illərində Şəkidə ədəbi mühitin formalaşmasında jurnalist Məhyəddin Abbasovun böyük xidmətləri olmuşdur. 30 ilə yaxın müddətdə “Şəki fəhləsi” (“Nuxa fəhləsi”) qəzetinin redaktoru olmuş Məhyəddin Abbasov kəsərli qələmi olan publisist kimi xatirələrdə yaşayır. Məhyəddin Paşa oğlu Abbasov 1910-cu ildə Nuxa şəhərində fəhlə ailəsində anadan olmuşdu. Kiçik yaşlarından valideynlərini itirən Məhyəddin, yetimliyin acısını yaşamış, gənc yaşlarında əmək fəaliyyətinə başlayaraq, Nuxa ipək kombinatının baramaaçan sexində fəhlə işləmişdi. 1927-ci ildə Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. İnstitutu əla qiymətlərlə bitirib, əvvəl Şəkinin ayrı-ayrı məktəblərində, sonra isə Şəki Pedaqoji Texnikumunda müəllim işləyir. Böyük Vətən müharibəsində iştirak edir, 1944-cü ildə isə qəlpə yarasından sol qolunu itirərək arxa cəbhəyə tərxis edilir. Onun həyatının 1944 – 1945-ci illəri “Nuxa fəhləsi” qəzetində şöbə müdirliyindən keçmiş, 1945-ci ildə isə yüksək jurnalistlik və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq, qəzetin redaktoru təyin edilmiş, ömrünün sonuna kimi bu məsul vəzifədə çalışmışdır. M.Abbasovun “Şəki fəhləsi” qəzetinə rəhbərlik etdiyi illərdə qəzet yaradıcı insanların cəmiyyətə açıq baxışını ifadə edən yazıların verilməsi ilə bağlı tribunaya çevrilmişdi. Şəkidə ədəbi prosesi tənzimləyən və istiqamətləndirən “Şəki fəhləsi” qəzeti redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisi M.Abbasovun təşəbbüsü və tələbkarlığı sayəsində öz fəaliyyətini genişləndirmişdi. Həqiqətən, biz, “Şəki fəhləsi” qəzetinin səhifələrində lirik düşüncədən tutmuş, satirik münasi-

bətlərə qədər müxtəlif janrda yazıların dərc olunduğunu görürük və beynimizdən bir fikir keçir: bu obyektiv əksetdirmə üçün yazıçılara əsas şərait yaradan vətənpərvər və millətsevər jurnalist M.Abbasovdur! Bu istedadlı qələm və qabiliyyət sahibini hələ 1960-cı ildə bütün Azərbaycan tanıyırdı. Sovet qanunlarının ciddi gözlənildiyi, “bolşevizmin məzmunca sosialist” ideyalarının hökm etdiyi bir vaxtda, M. Abbasov yüksək vətənpərvərlik nümayiş etdirərək, xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını qəzetin səhifələrinə çıxarmışdı. Bununla da, Bəxtiyar Vahabzadə kimi o da özünü açıq təhlükəyə məruz qoymuşdu. Lakin Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri işləyən, azərbaycan xalqının milli iftixarı olan Heydər Əliyevin himayəsi ilə həm redaktor, həm də şair həbs və sürgün həyatından xilas olmuşlar. M.Abbasovun millətsevərliyi Heydər Əliyevin diqqətini cəlb etmiş, ulu öndər 1971-ci ildə onu səmərəli fəaliyyətinə görə “Respublikanın Əməkdar Mədəniyyət işçisi” (o vaxtlar “Əməkdar Jurnalist” fəxri adı hələ təsis olunmamışdı, – red.) fəxri adına layiq görmüşdü. M.Abbasov “Şəki fəhləsi” qəzetinə rəhbərlik etdiyi illərdə qəzet məzmununa, prinsipiallığına görə respublikada birincilər sırasında olmuşdu. O, işlədiyi bütün illərdə Şəki şəhər partiya komitəsinin büro üzvü olmuş, həm respublika, həm də ittifaqda keçirilən bütün jurnalist qurultaylarına nümayəndə seçilmişdi. Kəskin tənqidi, satirik qələmə malik olan M.Abbasov “Şəki fəhləsi” qəzetinin səhifələrində “Paşazadə” təxəllüsü ilə çıxış edirdi. M.Abbasov redaktorluq fəaliyyəti ilə yanaşı, ömrünün sonuna qədər pedaqoji fəaliyyətini də davam etdirmiş, M.Qorki adına 10 saylı orta məktəbdə (indiki R.b. Əfəndiyev adına məktəbdə) fizika fənnindən dərs demişdi. O, jurnalistikanın sirlərini gənclərə öyrətmək məqsədilə redaksiyada kurslar təşkil edir, həvəskar fəhlə-kəndli müxbirlərinin yazılarını, vaxtaşırı olaraq qəzetində dərc edirdi. Hazırda Şəkidə istedadlı jurnalist kimi tanınanlar, M.Abbasovun əziz xatirəsinə ehtiramla: “biz M.Abbasovun şinelindən çıxmışıq”, – deyirlər. Dövlət tərəfindən M.Abbasovun əməyi yüksək qiymətləndirilmişdir; o, “Vətən Müharibəsi”, “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenləri və 12 medalla təltif edilmişdir. M.Abbasovun yaradıcılığında publisistik məqalələr və satirik məzmunlu kiçik həcmli hekayələr əsas yer tutur. Həmin məqalələrin məzmununda inkişaf dinamikasına olan münasibət və cəmiyyətdə olan neqativ hallara tənqidi münasibət, “Şəki fəhləsi” qəzeti redaksiyasında çalışmağa başladığı ilk illərdən başlamışdı. O, yaradıcı qələm sahibi kimi, rayonun ictimaisiyasi, mədəni həyatı ilə bağlı məsələləri rayon (şəhər) ictimaiyyətinin nəzərinə çatdırmaq üçün qələmə əl atırdı. “Nuxa fəhləsi” qəzetinin 1945

– 1960-cı illərdə çap olunmuş saylarında M.Paşazadənin məqalələrinə tez-tez rast gəlirik. İnanmaq istərdik ki, M.Abbasovun ömrünün izləri Şəkimizin mətbuat tarixindən heç zaman silinməyəcəkdir. O, gələcək nəsillər tərəfindən istedadlı qələm sahibi, qətiyyətli haqsevən, prinsipial jurnalist kimi hörmətlə yad ediləcəkdir. Bu görkəmli jurnalist və pedaqoq 1974-cü il dekabr ayının 28-də vəfat etmiş, Şəki şəhər sovetinin iclas zalında mərhumla vida mərasimi və şəhər ziyalılarının və ictimaiyyətinin izdihamlı mitinqi keçirilmişdir.

Haqsızlıq imiş Bu haqsız dünyada haqq axtarmağın, Özü də sən demə haqsızlıq imiş. Var-dövlətçün canı oda yaxmağın, Sonu puç olursa, axmaqlıq imiş. Bu yalan dünyanın şanı, şöhrəti, Əvəz olunmayan dadı, ləzzəti, Çox qısa olsa da ömrü, müddəti, Gedib-qayıtmayan cavanlıq imiş. Uyma bu dünyanın var-dövlətinə, Bulaşmasın əlin pulun çirkinə, Vaxtında qalginən canın qədrinə, İnsanın sərvəti sağlamlıq imiş. Varlı da, kasıb da həyatdan köçür, Gedənlər bir daha geriyə dönmür, Haramın bəhrəsin heç kəs də görmür, Dünyanın düz yolu halalıq imiş. İllər ötür, yaş üstünə yaş gəlir, Heç kim bu dünyadan razıyam demir, Vəzifə, şan-şöhrət gəldi-gedərdi, Həyatın zirvəsi insanlıq imiş.

Hörmətli redaktor! Ailəmizin, şəhər ziyalılarının, şəhər müharibə veteranları şurasının, şəhər jurnalistlərinin adından Sizdən xahiş edirik ki, görkəmli jurnalist, Əməkdar Mədəniyyət işçisi, 30 ilə yaxın “Şəki fəhləsi” qəzetinin redaktoru olmuş Məhyəddin Paşa oğlu Abbasovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhərimizdə onun adına küçə verilməsinə öz köməkliyinizi əsirgəməyəsiniz. Mən inanıram ki, bir redaktor kimi bu işə diqqət yetirsəniz, ədalət zəfər çalar və biz də Sizə minnətdar olarıq.

Rəfael İmkansız yazır ki hərdən, Nadanlar utansın bəd əməlindən, Yaşlaşıb, qocalıb, düşəndə əldən, Etdiyi etiraf bir qəpiklik imiş. 30.12.2009

Hörmətlə, Elxan Abbasov

Alban kilsəsi? Ya rus kilsəsi? Yaxud dairəvi məbəd? Yox, bu əslində Şəki xanlarının ev məscididir!

Nuxa qalasının (indiki Şəki şəhərindəki qalanın) daxilində yerləşən bu tikili, 1819-cu ildə tərtib edilmiş sənəddə Şəki xanının şəxsi ibadətxanası kimi göstərilir. Məşhur rus səyyahı Seqlaın və öz dövrünün görkəmli maarifçilərindən

biri olan Rəşid bəy Əfəndiyevin, müvafiq olaraq 1902-ci ildə və 1925-ci ildə çap olunmuş kitablarından məlum olur ki, ruslar 1828-ci ildə bu məscidə xaç formasında artırmalar edərək onu pravoslav kilsəsinə çevirmişlər. Bundan sonra, Ru-

Səkinə Məmmədova Bakı birinciliyinin qalibidir!

siya İmperiyası dövründə, tikilinin arxasındakı torpaq sahəsində Nuxada vəfat etmiş yüksək çinli rus məmurları dəfn edilirdi. Məlum olduğu kimi Nuxa qalasının divarları elə tikilmişdir ki, yuxarıdan baxdıqda ərəb əlifbası ilə “Məhəmməd... (xan)” kimi oxunur. Deyilənə görə oxunuşda bu tikili ərəb əlifbasındakı Nun hərfinin nöqtəsidir. Tikili dairəvi plandadır, üstü günbəzlə tamamlanır. Memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarına görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Elə bu səbəbdəndir ki, bəzi çağdaş tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aparıb çıxarırlar. Tikilinin artırmaları nəzərə alınmasa, daha çox türbəyə bənzəməkdədir və az-çox, Şamaxıdakı Yeddigünbəz türbələr kompleksindəki türbələri xatırladır. Hal-hazırda bu tikili Şəki Xalq Tətbiqi Sənət Muzeyinin salonlarından biri kimi istifadə edilir. 1819-cu ildə tərtib edilmiş sənəddə Nuxa qalasında Hacı xan tərəfindən tikilmiş və həmin vaxt uçub-da-

ğılmaqda olan daha bir məscidin olması göstərilir. Maraqlıdır ki, qalada 2 məscid xanın nəyinə lazım imiş? Axı qalada yalnız xanın ailəsi, qohum-əqrəbası, yaxınları və qulluqçuları yaşayırdılar? Bəlkə bu məscid xoyluların dövründə – 1806 - 1819cu illərdə tikilmişdir? Belə ki onların məzhəbi, yerli xanların məzhəblərindən fərqlənirdi. Məlumdur ki, xoylu xanların – Cəfərqulu xan və onun oğlu İsmayıl xanın qəbri Şəkidə deyil. Onlardan hər birinin nəşi, yaxud sadəcə sümükləri, ölümündən 1 il sonra Kərbəlaya aparılmışdır. Bəlkə bu tikili, vəfat etmiş xoylu xanların nəşinin burada 1 il saxlanılması üçün inşa edilib? Amma məsələ buradadır ki, 1819-cu il sənədində Nuxa qalasındakı tikililərin kim tərəfindən tikilməsi, əsasən göstərilmişdir. Hətta, məsələn, qeyd edilmişdir ki, filan çəpəri Cəfərqulu xan düzəltdirib. Əgər məscid də xoyluların dövründə tikilmişdirsə, yəqin ki, bu da orada qeyd edilməli idi... Aydın Məmmədov, muzey işi və tarixi abidələrin mühafizəsi üzrə mütəxəssis

Şəki Olimpiya İdman və İstirahət Kompleksi Yenidənqurma və genişləndirilmə işlərindən sonra yenicə istifadəyə verilmiş Olimpiya İdman və İstirahət Kompleksi eyni vaxtda 200 nəfər qonaq qəbul etmək gücünə malikdir. Yerləşdirmə tipi hotel binası və kotteclər olmaqla iki yerə bölünür. Hotel binası iki mərtəbəli, kotteclər isə bir və iki mərtəbəlidirlər. İstər kottec, istərsə də hotel otaqları yüksək zövqlə bəzədilmiş, mərkəzləşdirilmiş isitmə-soyutma və havalandırma sistemləri ilə təchiz edilmişdir. Müxtəlif idman oyunlarının keçirilməsi üçün zallarla yanaşı, burada rəsmi görüşlərin, tədbirlərin keçirilməsi üçün konfrans zalı da vardır. Qonaqların vaxtlarını səmərəli keçirməsi üçün kompleksdə stolüstü tennis, bilyard, qapalı hovuz, sauna, böyük tennis kortu, aquapark, uşaqlar üçün oyun zalı və s. xidmətlər fəaliyyət göstərir. Bütünlükdə göstərilən xidmət səviyyəsinə, xidmətin çeşidlərinə və otaqların ləvazimat təchizatına görə bu kompleksin fəaliyyəti 5 ulduz standartlarına tam cavab verir.

www.shekiolympichotel.az

Twin1 Twin2 Queen1 Queen2 Triple Quarter

4 8 4 12 2 4

İnteryer 2 2 2 2 3 4

ayrı çarpayı, ayrı çarpayı, nəfərlik taxt, nəfərlik taxt, ayrı çarpayı, ayrı çarpayı,

Həmtəsisçilər : 1. Şəki “İpək” şirkəti; 2.

M.Salis .

Baş redaktor: Aydın Məmmədov.

TV(28 TV(28 TV(28 TV(28 TV(28 TV(28

kanal), kanal), kanal), kanal), kanal), kanal),

mini mini mini mini mini mini

bar, bar, bar, bar, bar, bar,

Çapa təqdim edildi: 07.03.2013. Sifariş: 674. Tiraj: 500. Şəhadətnamə № 177.

seyf, seyf, seyf, seyf, seyf, seyf,

hamam hamam hamam hamam hamam hamam

(duş (duş (duş (duş (duş (duş

kabin) kabin) kabin) kabin) kabin) kabin)

Ünvanımız: Şəki şəhəri, Z.Bünyadov küçəsi, ev 33. E-mail: admin@ipekchi.biz . Tel.: 055 793 23 83; 012 451 20 32; 0177 423 15.

Ömrümdə bir dəfə ürəkdən gülüb, Ürəkdən qəhqəhə çəkməmişəm mən. Həmişə qəlbimə kədər süzülüb, Sirrimi heç kəsə deməmişəm mən. Bulud tək qaralıb, sısqamamışam, Namərd qarşısında alçalmamışam, Daxildə yanmışam, alovlanmışam, Aşkarda yadları yandırmışam mən. Nəyə əl atmışam, deyiblər olmaz, Arzum, istəklərim olub əlçatmaz, Tövsiyə verəndə həyatda qanmaz, Çəkilib bir küncdə ağlamışam mən. Eşqimə olubdur çox dəyanətim, Demişəm eşqsiz olmaz qiymətim, Daşlara toxunub, ilk məhəbbətim, Sevda aləmində uduzmuşam mən.

Qiyməti

Mərtəbə

80 AZN 90 AZN 90 AZN 100 AZN 120 AZN 130 AZN

1-ci mərtəbə 2-ci mərtəbə 1-ci mərtəbə 2-ci mərtəbə 1-ci mərtəbə 1-ci mərtəbə

“İpəkçi” qəzetinin redaksiyasının kompüterində yığılmış və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur.

Öm ür d ə n p i l l ə l ə r Bu həyatın hər üzünü görmüşəm, Ağrısına, acısına dözmüşəm, An olub ki həyatdan əl üzmüşəm, Rəbbin ətəyindən yapışmışam mən. Mənliyim, biliyim olub sərvətim, Olmayıb düşmənim, nə var-dövlətim, Deməyin yoxluqdan çallaşıb telim, Xəyanət görmüşəm, ağlamışam mən. Haramı hər yerdə günah bilmişəm, Aza qane olub, şükür demişəm, Tamaha diş altda yer verməmişəm, Gözü tox Rəfael İmkansızam mən.

02.03.2000

Hüseyn xan (Səlim xanın oğlu) Hüseyn xan — sonuncu Şəki xanı. Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən o, Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, həm 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası və həm də 20 il əvvəl onların devirdikləri Hacı Çələbi xan sülaləsinin Şəki xanlığında yenidən hakimiyyətə qayıdışı demək idi. Abbas mirzənin özü də Nuxaya gəlib çıxmışdı və burada onun atasının — İran şahı Fətəli xan Qacarın, adından sikkə zərb edilməsinə başlanılmışdı. Lakin Abbas mirzənin Gəncə yaxınlığında ruslar tərəfindən məğlub edilməsi və onun 30 sentyabrda Arazı keçib İrana geri çəkilməsi nəticəsində hərbi dəstəkdən məhrum olan Hüseyn xan, bundan sonra cəmi 1 ay yerində dura bildi. Qafqazdakı rus qoşunlarının baş komandanı knyaz Yermolov 31 oktyabr tarixdə böyük bir ordu ilə Nuxaya yaxınlaşanda Hüseyn xan ruslarla qarşıdurmaya getməyərək İrana qaçdı. Beləliklə, Hüseyn xanın xanlıq dövrü heç 3 ay davam etmədi. Atası Səlim xan Səlim xan 1795 — 1797 və 1805 — 1806-cı illərdə Şəki xanı olmuşdu. O, 4 noyabr 1806-cı il tarixdə, iqamətgahı Nuxa qalasının ruslar tərəfindən döyüş yolu ilə tutulmasından sonra hakimiyyətini itirmiş, əvvəl İrana, sonra isə Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyasının ərazisindəki Kir şəhərində vəfat etmişdir. Hüseyn xanın Şəki xanı olması (mənbələrdən iqtibaslar) Yerli mənbələrdə Narrativ mənbədə — Şəkidə tərtib olunmuş maddeyi-tarixlərdə, Hüseyn xanın Şəkidə xan olması tarıxi belə göstərilir: 1.“Hacı Çələbi xanın oğlu Həsən ağanın oğlu Hüseyn xanın oğlu Səlim xanın oğlu alicah Hüseyn xanın Şəki vilayətində hökmranlıq etməsi tarixi: 4 məhərrəm 1242 (avqust 1826)”. 2.“Hüseyn xanın Şəki vilayətinə gəlməsi tarixi: 7 məhərrəm 1242 (11 avqust 1826)”.

Fevralın 16-da Bakı Şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən təşkil edilmiş cudo üzrə Bakı şəhər birinciliyində həmyerlimiz 1995-ci il təvəllüdlü Səkinə Məmmədova 52 kq çəki dərəcəsi üzrə çıxış etmiş və rəqiblərinin hamısını məğlubiyyətə uğradaraq 1-ci yeri tutmuşdur. Bu qələbəsinə görə S.Məmmədova həm də martda keçiriləcək cudo üzrə respublika çempionatına vəsiqə qazanmışdır. Təəssüf ki, S.Məmmədovanın məşğul olduğu idman növü ilə Şəkidə heç kim məşğul olmur və təbii ki məşqlər də keçirilmir. Bu səbəbdən də o, respublika çempionatına hazırlaşmaq və məşqlərini davam etdirmək üçün hələ bir müddət Bakıda qalmalıdır. İnanırıq ki Səkinə respublika çempionatında da müvəffəqiyyətlə çıxış edəcək və Şəkiyə medalla qayıdacaqdır. Gündüz Məmmədov

Otaq növü Sayı

***

Abdullayev Rafael Rəcəb oğlu, hal-hazırda “Şəki-İpək” ASC-nin Toxucu İstehsalatında baş mexanik vəzifəsində işləyir.

Rus mənbələrində Gürcüstanın Rusiyaya birləşdirilməsinin 100 illiyi münasibəti ilə tərtib edilmiş “Qafqazda Rus hakimiyyətinin bərqərar olması” ( rusca: “Утверждение русского владычества на Кавказе”) adlı kitabda qeyd edilir ki, “9 avqust tarixdə iranlılar biz (– ruslar) tərəfdən boşaldılmış Yelisavetpola (– Gəncəyə) girdilər və qalanı tutdular. İran bayrağı yenə də köhnə qalanın başında göründü... Elisavetpolun tutulması ilə eyni vaxtda, çoxdan ölmüş Səlim xanın oğlu Hüseyn xan Nuxada, Mustafa xan Şirvanda, Şeyxəli xanın oğu Qubada, Hüseynqulu xan (Sisianovun qatili) Bakıda, Mirhəsən xan isə Talışda peyda oldu. Hətta Gürcü şahzadəsi Aleksandr da Kaxetiyaya daxil olmaq istədi, qazıqumuxlu Surxay xan isə öz oğlanları və 15 nökəri ilə Dağıstana girməyə cəhd etdi...”. “...Şəki vilayəti iranlılar tərəfindən zəbt edilmişdi. Orada bir Hüseyn xan – Şəki xan xanədanının son nümayəndəsi,

“İpəkçi” qəzeti müstəqil KİV olaraq fəaliyyət göstərir və bu qəzetdə dərc olunmuş xəbər və məqalələrin məzmununa görə “Şəki-İpək” ASC heç bir məsuliyyət daşımır!

peyda oldu. Hüseynin atası Səlim, Rus təbəəliyinə könüllü keçmiş, Qudoviç zamanında İrana qaçmışdı və orada (– əslində Türkiyədə) ölmüşdü. Ölkəsi o zaman (– o, İrana qaçanda) Xoydan gəlmiş başqa nəslin əlinə keçmişdi və onlardan sonuncunun (–İsmayıl xanın) ölümündən sonra – Yermolovun dövründə, adi Rus əyalətinə çevrildi. Güman edilirdi ki xalq Hüseyni öz köhnə xanlarının davamçısı kimi qəbul edəcəkdir. Buna görə iranlılar ona qoşun vermişdilər və tələb etmişdilər ki xalqı (ruslara qarşı) ayağa qaldırsın. Amma onların seçimi uğursuz oldu. Hüseyn həqiqətən Nuxanı tutdu, oradakı ikı Rus rotası isə döyüşsüz Kaxetiyaya çəkildi, – bununla da onun fəaliyyəti başa çatmış oldu. O, oturdu Nuxadakı öz sarayının zərli otaqlarında və yalnız eyş-işrətlə məşğul oldu. Camaatın yaddaşında Hüseyn qətiyyətsiz və tənbəl bir adam kimi qalmışdı və bu barədə lətifələr dildən-dilə dolaşır. Abbas Mirzə əbəs yerə ondan tələb etmişdi ki, carlılarla birləşib Kaxetiyaya hücum etsin. Hüseyn isə cavab vermişdi ki, şahzadə Aleksandra köməyə gedəcək, lakin heç yerə getmədi. Şəki vilayəti əgər müvəqqəti olaraq Rusiyadan ayrılmışsa da, onunla İran arasında siyasi münasibətlər formalaşmadı”. Ruslar Abbas mirzənin İrana geri çəkilməsindən heç 1 ay keçməmiş, onun son yürüşü zamanı əllərindən çıxmış bütün əraziləri, təkrarən öz hakimiyyətləri altına ala bildilər, o cümlədən, onlar 17 oktyabr tarixində köhnə Şamaxıya daxil olmuşdular və Mustafa xan da qaçmışdı, yalnız Şəkidə rus hakimiyyəti hələ bərpa edilməmişdi. Şəkidə rus hakimiyyətinin bərpa edilməsi və Hüseyn xanın hakimiyyətinə son qoyulması üçün Nuxaya hərəkət edən rus ordusunun başında, şəxsən Qafqazdakı rus qoşunlarının baş komandanı general Yermolov durdu. Rus hərb tarixçisi N.F.Dubrovinin yazdığına görə “Yermolov böyük bir ordu və 18 topla 29 oktyabr tarixdə Alazan çayını keçmiş və 31 oktyabr tarixdə Nuxa şəhərinə daxil olmuşdu. Rus ordusunun gəlməsini görən xan və yanındakı iranlılar qaçmağa üz qoydular, elə bərk qaçdılar ki, onları təqib etmək üçün göndərilmiş kazaklar onlara çata bilmədilər. Sadə xalq rusları sevinclə qarşıladı, amma bəylərin əksəriyyəti xanla birlikdə qaçmışdılar”. Digər rus məbəsinə görə isə “Yermolov Rusiyadan ona göndərilmiş hərbi dəstələrin gəlib çıxmasını gözləyirdi. Onların ilk partiyası Tiflisə yetişən kimi, o, həmin saat yürüşə başladı və 31 oktyabrda Nuxaya daxil oldu. Xan o qədər bərk qaçdı ki, dalınca göndərilmiş kazaklar ona çata bilmədilər, o, xeyli qabaqda idi, onu tutmaq mümkün olmadı. Şəki xanlığı təlatümdən qeyrişərtsiz itaətə, tam sakitliyə keçdi”. “Qarabağnamə”lərdə Hüseyn xanın Şəkidə xan olması barədə “Qarabağnamələr”də də məlumat var. Məsələn Mirzə Adıgözəl bəy yazır ki, “Mustafa xan Şirvanda, Hüseyn xan da Şəkidə idilər. Hüseyn xanın qardaşı Hacı xan Şəki qoşunlarını toplayıb, Kür çayından keçdi. Mənim bir obamı və iki padşahlıq obasını qarət etdi. Sonra Mustafa xan özbaşına Şirvandan keçib Qaradağa öz evinə getdi. Hüseyn xan isə, haman yerdə durmuşdu. Sərdar ( – Yermolov) bu tərəfdən qoşun ilə gəlib Nuxanın üç ağaclığına çatdı. Hüseyn xan qarşı durmağa və müdafiəyə taqəti olmadığını görüb qaçdı. Arazdan keçib İrana getdi”. Mirzə Yusif Qarabaği isə bunu yazır: “Qızılbaşlar qaçandan sonra baş verən bəzi hadisələr; Düşmən kökündən sarsıldıqdan və

■ “İpəkçi” qəzeti respublikamızda nəşri davam edən yeganə çoxtirajlı (Sovet dövründə müəssisə qəzetləri belə adlanırdı), yeganə fəhlə qəztidir! ■ “İpəkçi” qəzeti 12.12.1990-ci il tarixdə, özünü “Şəki İpəkçilərinin Açıq Tribunası” elan edərək, hələ sovet

onların mal və dövlətləri əllərindən çıxdıqdan sonra şirvanlı Mustafa xan Şirvanı tərk edib, sərdar İbrahim xanla birlikdə Qaradağa tərəf qaçdılar. Mir Həsən xan da Talış xanlığından əl çəkib, qızılbaşların yanına getdi. Amma nuxalı Hüseyn xan bir müddət Nuxada birtəhər yaşadı. Başqa yerlərdən buraya gəlmiş bəzi tacir və qaçqınlar da çoxlu mal və dövlət toplamışdılar. Hüseyn xan qardaşı Hacı xanı ləzgi qoşunu ilə Qarabağa göndərdi. O da Kürü keçib Qarabağ obalarının bəzi yerlərini qarət etdi...”. Hüseyn xanın İrana qaçmasından az sonra Şəki xanlığının bərpası istiqamətində edilən başqa cəhdlər “Qafqazda Rus hakimiyyətinin bərqərar olması” kitabında qeyd edilir ki, “Yermolov Bakıda olarkən isə qəflətən knyaz Eristovdan məlumat aldı ki, dağ ləzgiləri, Gürcü şahzadəsi Aleksandr və Abbas Mirzənin təhriki ilə böyük ordu halında Nuxaya gələcəklər ki, Həştərxanda yaşayan xanın (–Məhəmmədhəsən xanın) övladlarından birini xan etsinlər. Yermolov həmin saat geri dönməyə məcbur oldu və göstəriş verdi ki, Rusiyadan yeni göndərilmiş bütün qoşunların bir hissəsi Car vilayətində, bir hissəsi isə Şəkidə və Şirvanda cəmləşsin. Ordu oralarda yalnız 12 noyabr – 12 dekabr arasında cəmləşdi. Yelisavetpolda saxlanılmış Sevastopol polku istisna olmaqla, bütün 20-ci piyada dviziyası Alazan sahilinə göndərilmişdi; 2ci Ulan diviziyası 13 №-li süvari-artileriya rotası ilə Nuxada idi... həmçinin Don çayı tərəflərdən gəlmiş altı kazak polkundan... Pobednovun polku Şəki vilayətinə göndərilmişdi. Bu göstəriş hələ tam icra edilməmiş, Yermolov 21 dekabrda özü Nuxaya gəlib çıxdı və əyalət tam əmin-amanlıq tapdı. Ləzgilər həqiqətən də onun sərhədlərini pozmağa cəhd etdilər. Amma Şəki süvarilərinin tez toplaşması, ləzgiləri niyyətlərindən əl çəkməyə məcbur etdi və bu iş sərhədə yaxın olan cəmi bir neçə kəndin dağılması ilə bitmiş oldu. Yermolov oradan iki batalyonla Car vilayətinə üz tutdu..., işləri yoluna qoyduqdan sonra isə 8 yanvar 1827-ci il tarixdə Tiflisə qayıtdı. Hüseyn xanın ölümü Şəkidə tərtib edilmiş maddeyi-tarixlərdə, Hüseyn xanın hicri 1225-ci ildə ölməsi göstərilir ki, bu da miladi 1829 – 1830-cu illərə uyğun gəlir. Hacı Cəmil tərəfindən tərtib olunmuş “Şəki xanlarının nəsil şəcərəsində” isə qeyd edilib ki, Hüseyn xan 1831-ci ildə, yaşadığı Meşgində dünyasını dəyişmişdir. Əminə Pakrəvanın “Abbas Mirzə və Azərbaycan” kitabında yazılanlardan isə belə çıxır ki, Hüseyn xan ruslarla döyüşdə öldürülmüşdür: “Şəki xanı Hüseyn xan kiçik bir savaşda ruslar tərəfindən öldürülmüşdü. Onun cibindən şahzadənin (–Abbas Mirzənin) bütün xanlıqlara yazdığı bir məktub çıxmışdı. Şahzadə bu məktubda yazırdı: “Məndən sorursunuz ki, savaşdan əlimi çəkmişəm? Xeyr, savaş mənim üçün hələ bundan belə başlayır”. Hüseyn xanın qardaşları “Şəki xanlarının nəsil şəcərəsi”ndə həm də qeyd edilmişdir ki, Hüseyn xanın qardaşı Hacı xan nə vaxtsa İranda Kirmanşahın qubernatoru imiş və həmin şəhərin yaxınlığındakı Kerend kəndinin adamları tərəfindən öldürülmüşdür. Hüseyn xanın digər qardaşı Süleyman xan isə rus ordusunda xidmət etmiş, Varşavada vuruşmuş və polkovnik rütbəsinə qədər yüksəlmişdir. A.Məmmədov Qeyd: Məqalənin elmi variantı Vikipediaya yerləşdirilmişdir. dövründə, rəsmən, müstəqil Azərbaycan mətbuatın əsasını qoymuşdur! ■Azərbaycan Sovet mətbuatında ənənəvi "Bütün ölkələrin proletarları birləşin!" şüarından və Kommunist partiyasının təsisçiliyindən də ilk dəfə –12.12.1990-ci il tarixdə, “İpəkçi” qəzeti mtina etmişdir!


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.