Tərtib edən və məsul redaktor: Səməd Bayramzadə - 21 Azər (70 illiyi) fotoalbom

Page 1

21 AZƏR – 70

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu

21 AZƏR – 70 FOTOALBOM (şərhlərlə)

BAKI – 2015

1


21 AZƏR – 70

Tərtib edən və məsul redaktor:

Səməd Bayramzadə, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru

Elmi redaktor:

Əkrəm Rəhimli (Bije), AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru

Elmi məsləhətçi:

Gövhər Baxşəliyeva, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor, filologiya üzrə elmləri doktoru

Redaktor:

Ruhəngiz Cümşüdlü, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Nəşriyyat və elmi informasiya təminatı” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

Fotoşəkillər:

Lütfəli Ərdəbilli-Fələki, Əkrəm Rəhimli, Səməd Bayramzadə

“21 AZƏR-70”. Фотоалбом. Bakı, “Araz” nəşriyyatı, 2015, 186 səh

İSBN 978-9952-8285-3-5

© AMEA Şərqşünaslıq İnstitutu, 2015

2


21 Azər hərəkatında şəhid olmuş insanların müqəddəs ruhlarına ithaf olunur.

“Xalqın hər bir günü tarixdə öz yerini tapmalıdır. Tariximizin hər bir nöqtəsi, hər bir günü bizim üçün əzizdir, nə cür olur-olsun.” Heydər ƏLİYEV

3


21 AZƏR – 70

70 il keçdikdən sonra 21 Azər hərəkatına müraciət etmək, ona aid tarixi faktlar və sənədləri araşdırmaq, şərh etmək tariximizi öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Fotoşəkillər və sənədlər əsasında tərtib edilmiş bu albomun bugünkü və gələcək nəsli tariximizin şanlı bir səhifəsi ilə tanış etmək, onlara vətənpərvərlik hisslərini aşılamaq işində önəmli rol oynayacağına əminik. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: “…Keçmiş həmişə indiki zamandan daha müdrikdir, çünki indiki zamandakılar hələ gerçəkliyə çevrilməlidir. Deməli, indiki zamanda keçmişin izləri nə qədər qalmışdırsa, o, bir o qədər müasirdir. Elə buna görə də keçmiş həmişə bizimlədir və o, heç vaxt indiki dövrlə əvəz edilə bilməz. Məhz bu səbəbdən insan özündə öz keçmişinə hörmət hissi tərbiyə etməlidir. Nəinki ayrıca bir insana, həm də bütövlükdə millətə münasibətdə öz keçmişindən yüksəkdə olmaq mümkün deyil, çünki bu, millətin tarixidir”. Təqdim olunan albomda da ayrı-ayrı şəxslərin deyil, millətimizin mübarizə tarixinin bir hissəsi əks olunur. Onu unutmağa, yaddan çıxarmağa haqqımız yoxdur. Ümid edirik ki, bu albomu vərəqləyən hər bir soydaşımızın zehnində 19451946-cı illərdə Arazın o tayında – Cənubi Azərbaycanda baş vermiş milli-demokratik hərəkat, Azərbaycan Milli Hökuməti, onun birillik fəaliyyəti, dövlətçilik tariximizdə bu hərəkatın yeri və rolu, qoyduğu izlər və təsirlər yetərincə öz qiymətini alacaqdır. 1945-1946-cı illərdə Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti, gördüyü işlər və məğlubiyyəti ilə bağlı hadisələri əks etdirən bu albomun tərtibatında o dövrə aid müxtəlif sənədlər və fotoşəkillərdən, hərəkatda fəal iştirak etmiş və onun canlı şahidi olmuş şəxslərin xatirələrindən, eləcə də arxiv sənədlərindən istifadə edilmişdir. Albomun hazırlanması işində AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsi əməkdaşlarının zəhmətini minnətdarlıqla xüsusi qeyd etməliyik.

Məsul redaktor

4


21 AZƏR – 70

21 AZƏR HƏRƏKATI VƏ AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ 21 Azər hərəkatı Azərbaycan xalqının milli mübarizə tarixində ən şanlı və fəxrlə yad ediləcək səhifələrdən birini təşkil edir. 21 Azər hərəkatı əslində Məşrutə inqilabının və Şeyx Məhəmməd Xiyabaninin milli hökumətinin davamı idi. İkinci Dünya müharibəsinin başlanması ilə bağlı yaranmış nisbi demokratik şərait ölkədə, xüsusilə Cənubi Azərbaycanda mütərəqqi qüvvə və təşkilatların yaranması, fəaliyyəti və inkişafına kömək etdi. Bu qüvvə və təşkilatların vahid cəbhədə birləşərək bütün ölkə xalqları üçün milli və demokratik hüquqlar uğrunda mübarizə aparmaq imkanları xeyli dərəcədə reallaşdı və irəli gələn vəzifələri yerinə yetirməkdə böyük təcrübəsi olan azərbaycanlılar öndər rolunu öhdələrinə götürdülər. Azərbaycan həmişə olduğu kimi, yenə də bütün İran xalqlarının ümid yerinə çevrildi. 21 Azər hərəkatı əzilən, milli və iqtisadi zülmə, istismara və xarici dövlətlərin soyğunçuluq siyasətinə məruz qalan xalqlar üçün mübarizə yollarını, azadlığı əldə etməyin taktikasını, milli dövlətin qurulması və müdafiə edilməsi üsullarını göstərdi. Uzun illər regionda bu yolda çarpışan və mübarizə aparan demokratik və milli qüvvələr üçün örnək və məktəb oldu. Belə ki, 21 Azər hərəkatı öz mahiyyətinə görə anti-imperialist və milli-demokratik xarakterli bir xalq hərəkatı idi. Bu hərəkat Azərbaycanın tükənməz sərvətini qarət edib aparan xarici imperializm əleyhinə və xarici inhisarların soyğunçuluğuna əlverişli şərait yaradan səltənət rejimi və daxili irtica əleyhinə üsyan etmiş xalqın möhkəm, sarsılmaz iradəsini nümayiş etdirirdi. Güney Azərbaycandakı milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi. Аzərbаycаn Milli Məclisi хаlqın аzаdlığını qоrumаq üçün Аzərbаycаn Milli Hökumətinə geniş səlаhiyyət vеrdi. Şаh hökumətinin Təbrizdəki qоşun hissələri dеkаbrın 12-də fədаilərə təslim оldulаr. 1945-ci il dеkаbr аyının 20-dən Аzərbaycan İran hökumətinin zulmündən хilаs еdildi və Аzərbаycаndа xаlq hаkimiyyəti quruldu. Аzərbаycаn Dеmоkrаt Firqəsinin geniş хаlq kütlələrinə ideoloji təsir vаsitələrindən biri anadilli mətbuаt oldu. Bu sırаdа аşаğıdаkı qəzеt və jurnаllаrı göstərmək оlаr: «Azərbaycan» qəzеti – Azərbaycan Dеmоkrаt Firqəsi Mərkəzi Kоmitəsinin оrqаnı (05.09.1945 – 10.12.1946-ci illər), «Аzаd Millət» qəzеti – Azərbaycan Milli Məclisinin оrqаnı (24.02-09.12.1946-cı il), ADF-nin vilаyət

5


21 AZƏR – 70

kоmitələrinin оrqаnı: Zəncаndа “Аzər”, Urmiyadа “Urmiya”, Ərdəbildə “Cövdət” qəzеtləri; Аzərbаycаn Fəhlə və Zəhmətkеşlərinin оrqаnı оlаn “Qələbə” qəzеti, ADFnin Təbriz Şəhər Kоmitəsinin оrqаnı “Dеmоkrаt” jurnаlı, Аzərbаycаn Dеmоkrаt Cаvаnlаr Təşkilаtının оrqаnı “Cаvаnlаr” qəzеti, Аzərbаycаn Şаir və Yаzıçılаr Cəmiyyətinin оrqаnı “Günəş” jurnаlı, еrməni dilində “Аrеvud” (“Günəş”) аdlı siyаsiictimаi qəzеt. Bunlаrdаn əlаvə, “Аzərbаycаn Ulduzu”, “Yеni Şərq”, “Fəryаd” qəzеtləri; “Şаirlər Məclisi”, “Mааrif” və “Fəlаhət” (“Kənd təsərrüfatı”) jurnаllаrı dа nəşr еdilirdi. АDF yаrаnаndаn bir il sоnrа onun sıralarında iki yüz min nəfərdən çох üzv və çoxsaylı təəssübkeşləri vаr idi. 21 dekabr 1945-ci il tarixində Аzərbаycаn Milli Məclisi Хаlq Qоşunlаrının yаrаdılmаsı hаqqındа qаnun vеrdi. Xаlq Qоşunlаrının yаrаnmаsındа, оnun üçün kаdr hаzırlаnmаsındа, hərbi təlim görməsində və düşmən qüvvələri ilə vuruşlаrdа İran Xalq Partiyasının Аzərbаycаnа göndərdiyi inqilаbçı zаbitlər böyük хidmət, fədаkаrlıq və şücаət göstərmişlər. Azərbaycan Milli Hökuməti qısa müddət ərzində mühüm islahat tədbirlərini həyata keçirdi. Bunlar geniş xalq kütlələrinin bilavasitə istək və arzularını əks etdirdiyi üçün tez bir zamanda Yaxın və Orta Şərq ölkələri, xüsusilə İranın başqa yerlərində də öz əksini tapdı və təsir dairəsini yaratdı. İran xalqları Azərbaycandakı 21 Azər hərəkatı simasında özlərinin möhkəm və sarsılmaz dayağını gördü. Bu zaman İran mətbuatı yazırdı: “Pişəvəri deyir ki, Azərbaycan durduqca İran azadixahlarını boğmaq qeyrimümkün olacaqdır”. Cəmi bir il (12 dekabr 1945–12 dekabr 1946) mövcud olmasına baxmayaraq, Azərbaycan Mill Hökuməti tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçiliyi əldə etməyin mümkünlüyünü ortaya qoydu. Azərbaycan Milli Hökumətinin 1946-cı il aprel ayının 8-də qəbul etdiyi qanuna uyğun olaraq mədənlər, bütün yeraltı və yerüstü sərvətlər milliləşdirildi və dövlət inhisarına verildi. Qısa müddət ərzində 120 iri, orta və xırda sənaye müəssisəsi bərpa edildi və işə salındı, həm də yenilərinin də tikilməsi üçün lazımi tədbirlər görüldü. Azərbaycan Milli Hökuməti sənаyе sаhəsində хüsusi mülkiyyətə tохunmаdı, хüsusi fаbrik və zаvоdlаrı milliləşdirmədi, аncаq krеdit və sifаriş vеrmək yоlu ilə оnlаrın inkişаf еtməsinə hərtərəfli kömək еtdi. Bu siyаsət həm Azərbaycandа milli аzаdlıq və dеmоkrаtik quruluşа, həm də İranda аnti-fеоdаl, аnti-impеriаlist və ümumdеmоkrаtik hərəkаtа хidmət еdirdi. Milli Məclis kаpitаlistlərin mülkiyyətində оlаn fаbrik və zаvоdlаrdа zəhmətkeşlərin, sənətkarların istismаr еdilmələrinin əhəmiyyətli dərəcədə məhdudlаşdırılması, onların vəziyyətlərinin və iş şəraitinin yaxşılaşdırılması

6


21 AZƏR – 70

məqsədilə 52 maddədən ibarət Əmək Qаnunu və digər yеni qаydа-qаnunlаr qəbul etdi. Tarixdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquq verildi. Azərbaycan Milli Hökuməti radikal torpaq islahatını həyata keçirdi. Xalq düşmənlərinin müsadirə edilmiş 437 parça torpaq sahəsi (Cənubi Azərbaycan torpaq fondunun 4,7%-i) və kəndlərdə dövlətə aid 373 parça torpaq sahəsi ilə (torpaq fondunun 4%-i) birlikdə 1 milyon nəfər kəndli (375 min kəndli ailəsi) arasında əvəzsiz olaraq bölüşdürüldü. 21 maddədən ibarət “Torpaqdan gəlirin malik ilə kəndli arasında bölünməsi qanunu” verildi. Bununla dа Аzərbаycаn kəndlərində mülkədаrlаrın hökmrаnlığı аrаdаn qаldırıldı. Milli Hökumət yarandığı ilk gündən İran dövlətinin Аzərbаycаndakı bаnklаrını öz iхtiyаrınа kеçirdi. Bеləliklə də, İran hökumətinin Аzərbаycаndа iqtisаdi təхribаtınа imkаn vеrmədi. Pula olan ehtiyacı ödəmək məqsədilə arxasında möhkəm dövlət əmlakı dayanan 1 (bir) milyon tümənlik müvəqqəti xəzinə qəbzi nəşr edildi. Milli Hökumət Аzərbаycаn bаnkını yаrаtdı və yerlərdə həmin bankın 19 şöbəsi açıldı. İran dövləti tаriхində ilk dəfə оlаrаq Аzərbаycаnın gəlirinin 75%-dən çохu оnun tərəqqisinə, аbаdlığınа, хаlqın yаşаyış səviyyəsinin yüksəldilməsinə və müdаfiə işlərinə sərf оlundu. Milli Hökumətin illik büdcəsi 64.060000 tümən оldu. Оnun dа çох böyük hissəsi sənаyеnin, kənd təsərrüfаtının inkişаfınа, mədəni-mааrif, ictimаi təminаt, səhiyyə və аbаdlıq işlərinə sərf еdildi. Xalqın yaxından iştirakı ilə zəruri yerlərə şosse yolları çəkildi, körpülər salındı, məktəblər, xəstəxanalar, apteklər, doğum evləri, körpələr evi, uşaq bağçası və müxtəlif uşaq evləri, klublar və başqa ictimai müəssisələr tikildi. Köhnə binalar təmir edilib abadlaşdırıldı, asfalt salındı, elektrik stansiyaları yaradıldı, radio şəbəkələri çəkildi, idarə və müxtəlif müəssisələr genişləndirildi. Su xətləri çəkildi və digər su kəmərləri təmir edildi, çayların qabağında sədlər çəkilməsi və beləliklə vaxtaşırı daşqınların qarşısının alınması və sairə bir çox bu kimi çox mühüm abadlıq işlərinə də başlanıldı. Milli Hökumətin 6 yanvar 1946-cı il tarixli iclasının qərarı ilə Azərbaycan dili Azərbaycanda rəsmi hökumət və maarif dili elan olundu. Azərbaycanın hər tərəfində 3800 savadsızlığı ləğvetmə kursları açıldı. Milli Hökumət tətəfindən kəndlərdə 2000dən yuxarı, şəhərdə isə 500-ə yaxın ibtidai və orta məktəb yaradıldı. Təhsilin pulsuz olması haqqında Milli Hökumət tərəfindən qərar qəbul edildi. Azərbaycan Milli Məclisinin 12 yanvar 1946-cı il tarixli iclasında yetim və sahibsiz uşaqların Milli Hökumət hesabına saxlanması, oxumaları və tərbiyə olunmaları haqqında qanun qəbul edildi. Yeddi şəhərdə böyük tərbiyə еvləri аçıldı.

7


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinin fəaliyyəti dövründə Təbriz şəhərində dəmir yolu mütəxəssisləri hazırlamaq üçün texnikum, kənd təsərrüfatı mütəxəssisləri hazırlamaq üçün kurs, qısamüddətli tibb işçiləri, feldşerlik və mamalıq məktəbləri təşkil olundu. Siyasi, ədliyyə və idarəçilik sahələri üzrə kadrların hazırlanması məqsədi iləTəbriz şəhərində 3 aylıq siyasi kurslar, hüquq məktəbi açıldı. 1946-cı il mart ayının 15-də Təbriz şəhərində orta hərbi məktəb yaradıldı, polis işçiləri hazırlamaq üçün Daxili İşlər İdarəsinin nəzdində xüsusi kurslar təşkil edildi. 12 iyun 1946-cı il tarixində Azərbaycanda universitet açıldı. Bir il içərisində ana dilində çoxlu sayda dərslik, siyasi, tarixi və ədəbi kitablar da çap olundu, əlliyə qədər qəzet və jurnal nəşr edildi. Təbriz şəhərində Ali İncəsənət və Rəssamlıq Məktəbi açıldı, Аzərbаycаn Rəssаmlаr və Hеykəltərаşlаr Cəmiyyəti təşkil оlundu. Sərdari-milli Səttarxana (16.05.1946) və Salari-milli Bağırxana (05.07.1946) heykəllər, Şeyx Məhəmməd Xiyabaniyə abidə qoyuldu. Аzərbаycаn Milli Hökumətinin 6 fevral 1946-cı il tarixli iclasının qərаrına əsаsən, milli-аzаdlığı əldə etmək və хаlq hаkimiyyəti qurmаqdа iştirаk еdən 20 min nəfərdən çох fədаiyə «21 Аzər» mеdаlı vеrildi. 1946-cı il mart ayının 28-də Təbrizdə Аzərbаycаn Dövlət Tеаtrı yаrаndı. Ərdəbil, Аstаrа, Mаrаğа və digər şəhərlərdə də tеаtr binаlаrı tikildi. Yeni kinoteatrların açılması ilə yanaşı, köhnələrinin nizama salınması, teatr binalarının, eləcə də qədim abidələrin təmir edilməsi kimi mədəni işlərin görülməsi üçün Аzərbаycаn Milli Hökuməti büdcədən 14 milyon 22 min 300 tümən pul ayrılmasını təsdiq etdi. 1946-cı il aprel ayının 7-də Azərbaycan radio stansiyası açıldı, Radio Komitəsi yaradıldı, həmin ilin iyul ayının 5-də Bеhzаd аdınа İncəsənət Muzеyi, oktyabr ayının 3-də isə Аzərbаycаn Milli Orkеstri (filаrmоniyа) аçıldı. 1946-cı ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökuməti xarici imperializmin birbaşa siyasi, maddi və hərbi dəstəyi ilə İran şahlıq rejimi tərəfindən devrildi, şah qoşunları Azərbaycanı qan dəryasına çevirdi. Azərbaycanın 25 min nəfərdən çox demokrat və milli qüvvələrinin nümayəndələri güllələndi, dar ağacına çəkildi, minlərlə oğul və qızları zindana salındı, 100 mindən çox adam sürgünlərə göndərildi, mütərəqqi və demokratik ruhlu insanlar amansızlıqla təqibə məruz qaldılar. 70 il bundan öncə güneydə baş vermiş olayların həm şirin və həm acı xatirələri hər bir azərbaycanlının qəlbində yaşayır, bugünkü və gələcək nəsilləri işıqlı sabaha ümidlə irəliləməyə ruhlandırır.

8


21 AZƏR – 70

Cənubi Аzərbаycаndakı xalq hərəkatından səhifələr (1945-1946)

Azərbaycan xalqının müdafiə səngəri - Ərk qalası

9


21 AZƏR – 70

“Azərbaycan xalqı firqəmizin və şəhamətli fədailərimizin yalnız Azərbaycana deyil, bütün İrana etdiyi tarixi xidmətləri illərlə, yüz illərlə yad edəcəkdir”. Seyid Cəfər PİŞƏVƏRİ

Fədai dəstələrinin başçısı Qulamyəhya Danişyan zabit Həsən Nəzəri ilə Qaflan dağının ətəklərində düşmənə qarşı hücum planını müzakirə edərkən

10


21 AZƏR – 70

Fədai dəstələrinə rəhbərlik edən Qulamyəhya Danişyan, Həsən Nəzəri, Məmiqulu Sadiqi və Əli Şəmidə Zəncan cəbhəsində

11


21 AZƏR – 70

Süvari fədai dəsətələri şah qoşunlarına qarşı hücuma keçərkən (dekabr 1945)

12


21 AZƏR – 70

Xalq könüllüləri şah qoşunu üzərinə hücuma keçərkən (Zəncan, dekabr 1945)

Qulamyəhya Danişyan, şahpərəst qüvvələr tərəfindən fiziki cəzaya məruz qalmış azadlıq mücahidi

13


21 AZƏR – 70

Zəncan bölgəsini düşməndən azad etmiş fədai dəstələri

14


21 AZƏR – 70

Zəncan şəhərini düşməndən azad etmiş fədai dəstələri (25 noyabr 1945)

Əmir Əli Lahrudi, Meşkin fədailərindən

15


21 AZƏR – 70

Fədai başçıları: sağdan Yədulla Qulupur, Məhəmmədəli Ramtin və İsmail Kərimi

Əli Əbluc, gənc fədai

16


21 AZƏR – 70

Azərbaycan xalq qoşunları dəstəsi düşmənə qarşı vuruş meydanında

Təbrizi düşməndən azad etməyə gələn süvari könüllülər

17


21 AZƏR – 70

Təbrizin düşməndən azad edilməsində iştirak edən Xalxal mahalının atlı fədai dəstələri (27.12.1945)

Urmiyanın azad edilməsi üçün köməyə gələn Qaradağ fədailəri

18


21 AZƏR – 70

Urmiya fədailəri hücuma hazırlaşırlar.

Urmiyanı düşməndən azad etmiş fədai dəstələrindən (27.12.1945)

19


21 AZƏR – 70

Döyüşlərdə qəhrəmanlıq göstərmiş Urmiya fədailərindən bir qrup

Düşmənlə döyüşə gedən fədai dəstələri

20


21 AZƏR – 70

Ərdəbil mahalını azad etməyə gəlmiş atlı fədai dəstələri

Ərdəbil fədai başçılarından

21


21 AZƏR – 70

Miyana fədailəri

22


21 AZƏR – 70

Miyana

fədai başçıları Sağdan: Qazi Əsədullahi, Qulamyəhya Danişyan və Əli Şəmidə

Mərənd fədailərindən bir qrup

23


21 AZƏR – 70

Təbriz

fədailəri

Təbriz fədailərindən bir qrup

24


21 AZƏR – 70

İranın Ərakdakı zindanından qaçıb fədailərə qoşulan şah qoşunları zabitlərindən bir qrup

Məhəmməd Məhəmmədivəndin başçılıq etdiyi Ərdəbil fədailəri

25


21 AZƏR – 70

Ərdəbil fədailəri

Təbrizi azad etmək üçün köməyə gələn atlı fədai dəstələri (11.12.1945)

26


21 AZƏR – 70

Milli Hökumətin ələ alınmasında iştirak etmiş fədailərdən bir qrupu, 1946-ci il

“Babək könüllülər dəstəsi” hərbi təlim zamanı, Təbriz, dekabr 1946-cı il

27


21 AZƏR – 70

Urmiyanın azad edilməsində fəal iştirak etmiş silahlı xalq dəstələri

Urmiyanın azad edilməsi üçün köməyə gəlmiş süvari döyüşçü dəstələri, dekabr 1945-ci il

28


21 AZƏR – 70

Mərənd şəhərinin azad olunmasında iştirak etmiş fədailər (9.12.1945). Ayaq üstə duranlar sağdan sola: Xəlil Xıdırbəyli, Muxtar Sadiqi, Əllamə; orta cərgədə oturanlar sağdan sola: Bilal İsmixani, Mirtalıb Məhəmmədi; öndə oturan: Ələsgər Afəriduni

29


21 AZƏR – 70

Zəncanı azad etmiş fədai dəstələri

Şəhəri azad etmiş Astara fədailəri

30


21 AZƏR – 70

Düşməndən azad edilmiş Astaranın fədai başçıları və fədailəri, noyabr 1945-ci il

Cəbhəyə yola düşən könüllülər

31


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinin qurulmasında fəal iştirak etmiş fədailər

Ərdəbil şəhəri, Şeyx Səfiəddin Ərdəbili məqbərəsi

32


21 AZƏR – 70

Polkovnik Qulamrza Cavidan, Sərabda fədai başçısı

Polkovnik Qulu Sübhi, Miyandoabda fədai başçısı

Polkovnik Mahmud Qazi, Miyanada fədai başçısı

Zülfəli Bayramzadə, Ərdəbildə fədai başçısı 33


21 AZƏR – 70

Mir Heydər Əzizi, Xalxalda fədai başçısı

Əli Nəvai, Ərdəbildə fədai başçısı

Salman Rai, Biləsuvarda fədai başçısı

34


21 AZƏR – 70

Həsən Nəzəri, Milli Hökumətin zabiti

Hacı Fədai

Qulam Babai, Təbriz fədai başçılarından

Əsgər Balazadə, fədai başçısı 35


21 AZƏR – 70

Fərzi Dehqan, Astara fədai başçılarından, Meşkinşəhrdə Firqə davəri

Qəhrəman İsmixani, fədai, firqə fəalı

Bayrış Fuladi, Xalxal atlı fədailərinin başçısı

36

Dərviş Zöhrab oğlu, fədai başçısı, Böyük Vətən müharibəsi illərində qızıl orduya kömək üçün Türkmənbaşıya (Krasnovodska) ezam edilib


21 AZƏR – 70

Behzadi Babaş Böyükağa, Ərdəbil fədaisi

Dehistani

Dadrəs, Sərab fədaisi

Əhmədi Şeyx Polad, qocaman fədai

Osanlı Qulamhüseyn, süvari fədai dəstə başçılarından biri, Azərbaycan zabiti 37


21 AZƏR – 70

Kamran Əzizi, Meşkin fədai başçısı

İsmayıl Bijə, Mərəndin 18 yaşlı ən gənc fədaisi

Polkovnik Əbdülməcid Məhəmmədvənd, Ərdəbildə fədai başçısı

38


21 AZƏR – 70

Sağdan: Həsən Cövdət, Ərdəbil vilayət komitəsinin sədri, Mirəli Həkimi, Ərdəbil fədaisi, Milli Hökumətin süqutundan sonra hər ikisi Ərdəbildə şəhidlik zirvəsinə yüksəlmişlər.

39


21 AZƏR – 70

Miyana fədai başçıları

Sağda Qafar Kəndli fədai dostu ilə birlikdə

İrəc xanım İbrahimi, Azərbaycanın ən gənc qadın fədaisi

40


21 AZƏR – 70

Murad Gəncəliniya, qəhrəmanlığı ilə fərqlənən fədai

Həmdulla Məhəmmədqulunejad, Ərdəbil fədaisi

Əlişah Turhide, Astara-Həşpər mahalları üzrə fədai başçısı 41


21 AZƏR – 70

Mir Rəhim Vilai, fədai başçılarından, Milli Məclisin katibi

Rza Dorostkari, fədai

Bəhlul Zəkai, fədai, firqə fəallarından

Mirkazım Ələm, fədai başçısı 42


21 AZƏR – 70

Məhəmməd Huşməndi Nunəkəran Mərənd fədailərinin başçısı

Əvəz Abbasi, fədai

Nikduxt Nəcəf Rza oğlu, gənc fədai, Astara, 1946

Məhbub Abbasi, fədai 43


21 AZƏR – 70

Həsən Zehtab Sərabi, fədai

Səbzəli Vəlizadə, fədai

Ərdəbil fədailərindən biri

Əli Əzimzadə Cavadi, fədai

44


21 AZƏR – 70

İbrahim Nəsiri, fədai, firqə fəallarından

Əyyub Nəmini Əsl, fədai, firqə fəalı

Zülfiqar Ocaqnəvin, fədai başçılarından

Əjdər Azərəfruz, fədai 45


21 AZƏR – 70

Hüseyn Səidli, fədai, firqə fəallarından

Hüseyn Qurbanəlizadə, fədai başçılarından, firqə fəalı

Məhəmmədəli Rəşid Əlizadə fədai başçılarından, firqə fəalı

Məhəmmədhüseyn İmrani, fədai, Firqə fəalı

46


21 AZƏR – 70

Məhəmməd Cəlili, fədai başçısı, firqə fəalı

Həsən Nurulla oğlu Finuni, fədai

Cəfər Əxgəri, fədai

Əbda Mizani, fədai 47


21 AZƏR – 70

Məhəmməd Agəhi, Qaradağda fədai başçısı

Sultanəli Mirzəzadə, Astara polis idarəsinin əməkdaşı

48


21 AZƏR – 70

Məhərrəm Danai, fədai, firqə fəallarından

Məhəmmədəli Müsəddiq, fədai

Əli Tohidi, fədai başçılarından

Əhməd bəy Şeybani, fədai başçısı, firqə fəalı

49


21 AZƏR – 70

Məmi Dehqan (Nünəkərani), fədai başçısı, firqə fəalı

Muxtar Didekonan, fədai başçısı, firqə fəalı

50

Aslan Purjini, fədai


21 AZƏR – 70

Əzim Əzizzadə, fədai, firqə fəalı

Qasım Türkpur, fədai, firqə fəallarından

Əkbər Nəsudari, fədai

Dadaş Ağazadə, fədai

51


21 AZƏR – 70

Qulu Xəyyami, fədai başçılarından

Calal Zahidi, Zəncan fədailərindən

Əli Şəmidə, fədai başçılarından

52

Seyidağa Onullahi, fədai


21 AZƏR – 70

Yusif Şücai, Gərgər-Ələmdar fədai başçılarından

Abbasəli Zünuzi, fədai başçısı

Yusif Murtəzəvi, polkovnik, Zəncan cəbhəsi fədailərindən

53


21 AZƏR – 70

İsmayıl Sabiti, fədai başçısı

Mirağa Azəri, fədai başçısı, firqə fəali

Abdulla Fazili, fədai

Sabir Əmrahi (Əmirov) firqə fəali

54


21 AZƏR – 70

Şükür Qafari, fədai başçısı, firqə fəallarından

Xəlil Azərbadeqan, fədai başçısı, firqə fəallarından

Fərruxi Dehqan, fədai

55

Yadulla Təhvili, fədai


21 AZƏR – 70

Əsədulla Divdel Talıb oğlu, fədai

Səlim Elmidust, fədai, zabit

Azərbaycan Xalq Qoşunları tərəfindən təsdiq edilmiş fədai vərəqəsi

56


21 AZƏR – 70

Əsədulla Əliqulu Cəlilivəndin adına verilmiş fədai vərəqəsi

Sərxan Eynulla oğlu Nəzərinin fədai vərəqəsi

57


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinin bərqərar edilməsi, müdаfiəsi və möhkəmləndirilməsi “Azadlığı xalq gərək öz qüvvəsi ilə saxlasın. Xalqın əgər öz qüvvəsi olmazsa, azadlıq müftə və zəhmətsiz də verilsə, onu saxlamaq olmaz.” Seyid Cəfər Pişəvəri

Azərbaycan Milli Hökuməti dövründə bərpa edilmiş milli abidələrimizdən Sultaniyə (Əbhər, Zəncan əyaləti)

58


21 AZƏR – 70

Milli Hökuməti dəstəkləyən xalq nümayişi (Təbriz, 1946)

Demokratik cavanlar təşkilatı üzvlərinin nümayişindən bir görüntü

59


21 AZƏR – 70

Xalq kütlələri 21 Azər hərəkatını alqışlayır.

Dünya Həmkarlar təşkilatı rəhbəri Lui Sayan Təbrizdə

60


21 AZƏR – 70

Azərbaycan Həmkarlar təşkilatının üzvlük kartı

Azərbaycan Xalq Konqresinin nümayəndələri, Təbriz, 20-21 noyabr, 1945-ci il

61


21 AZƏR – 70

Azərbaycan Demokrat Firqəsinin yaranması münasibətilə Urmiya vilayət komitəsinin sədri Məhəmmədəmin Azadvətən çıxış edərkən

1946-ci ildə Pişəvərinin iştirakı ilə Urmiyada Firqənin konfransı

62


21 AZƏR – 70

Azərbaycan Demokrat Firqəsinin Səttarxan bayraqlı Təbriz şəhər komitəsinin plenumunun üzvləri (oktyabr 1945-dekabr 1946). Yuxarıdan 1-ci sırada, soldan sağa: Məhəmməd Birya (Maarif naziri), Sadıq Padiqan (ADF MK sədrinin müavini), Mirzə Əli Şəbüstəri (Azərbaycan Mili Məslisinin sədri), Mirrəhim Vilayi (Milli Məclisin katibi, Təbriz Firqə komitəsinin sədr müavini). Yuxarıdan 2-ci sırada, soldan sağa: Mir Mehdi Çavuşi, Mirqasım Çeşmazər (AMH baş nazirinin köməkçisi), Cavid Məhtaş (Kənd təsərrüfatı naziri), Zeynalabdin Badkübəçi (ADF Təbriz komitəsinin sədri), Xəlil Azərbadəqan (Ərdəbil fərmandarı), Cəfər Kavyan (Xalq qoşunları naziri), Vram Mirakyan (yazıçı), Kazım Haşımniya. Yuxarıdan 3-cü sıra, soldan sağa: Adil Adilyan, Suğra Qadiri, Rəssam Müvəzezadə, Ələsgər Dibaiyan (Maarif nazirinin müavini). Yuxarıdan 4-cü sıra, soldan sağa: Hüseyn Ciddi, Nəcəf Bəşavərd, Rza Rəsuli (Ticarət və iqtisad naziri). Ən aşağı sırada, soldan sağa: Tağı Kərimi (Maliyə nazirinin müavini), Qəhrəman Qəhrəmanzadə (yazıçı), Bürhanəddin Sübhi (jurnalist).

63


21 AZƏR – 70

Azərbaycan Demokrat Cavanlar Təşkilatının ilk qurultayının iştirakçıları (Təbriz, 06.07.1946)

Azərbaycan Demokrat Firqəsinin üzvlük vərəqəsi

64


21 AZƏR – 70

Azərbaycan Milli Məclisinin ilk iclası

65


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinin iqamətgahı, Təbriz, 1946-cı il

Azərbaycan Hilli Mökumətinin tərkibi: Baş nazir-S.C.Pişəvəri, Daxili İşlər naziri-S.Cavid, Xalq Qoşunları naziri-Cəfər Kavyan, Fəlahət (kənd təsərrüfatı) naziri-Məhtaş, Maarif naziri-M.Biriya, Səhiyyə naziri-Ourəngi (Övrəngi), Maliyyə naziri-Q.İlhami, Ədliyə naziri-Yusif Əzimi, Yol, poçt, teleqraf və telefon naziri-Mirzə Rəbi Kəbiri, Ticarət və iqtisadiyyat naziri-Rza Rəsuli, İş və əmək nazi təyin olunana kimi o işlərə baş nazir S.C.Pişəvəri özü nəzarət etmişdir, Ali Məhkəmənin sədriZeynalabdin Qiyami, Baş prokuror-Firidun İbrahimi

66


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinin üzvlərindən

67


21 AZƏR – 70

Milli Hökumət rəhbərlərindən (sağdan): Dr.Salamulla Cavid, Sadiq Padiqan, Seyid Cəfər Pişəvəri, Mirzə Əli Şəbüstəri, Məhəmməd Biriya, Tağı Şahin

AMH rəhbərlərindən (soldan sağa): Salamulla Cavid, Hacı Mirzəli Şəbüstəri, Sadiq Padiqan

68


21 AZƏR – 70

Hacı Mirzə Əli Şəbüstəri, Azərbaycan Mili Məslisinin sədri

S.C.Pişəvəri, Azərbaycan Milli Hökumətinin baş naziri, Təbriz, 1946-cı il

Sadiq Padiqan, baş nazirin müavini

69

Məhəmməd Biriya, Azərbaycan Milli Hökumətinin Maarif naziri


21 AZƏR – 70

Mirqasım Çeşmazər,

Həmzə Fəthi Xoşkinabi, yazıçı, “Azərbaycan” qəzetinin bas redaktoru, Pişəvərinin köməkçilərindən

Təbriz fədai dəstələrinin komendantı (10.12.1945-15.01.1946), S.C.Pişəvərinin köməkçisi (yanvar-iyun 1946), Azərbaycan Radio komitəsinin sədri (aprel-dekabr)

Zeynalabdin Qiyami,

Nəsrulla Cahanşahlı Əfşar,

AMH Ali Məhkəməsinin sədri, “Səttarxan ordeni” ilə təltif olunub

Milli hökumətin baş nazirinin müavini, “Səttarxan ordeni” ilə təltif olunub 70


21 AZƏR – 70

Firidun İbrahimi, Azərbaycan Milli Hökumətinin baş prokroru

Milli Hökumət zabiti, Pişəvərinin Təbrizdəki sürücüsü Mehdi Xədivər və həyat yoldaşı firqə fəalı Xədicə Sultan, 1946, Təbriz

71


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinin dövlət himni

72


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinin gerbi

Azərbaycan Milli Hökumətinin bayrağı

73


21 AZƏR – 70

AMH xalq qoşunları üçün zabit hazırlanması kurslarına qəbul qaydası barədə verilmiş elan

Xalq qoşunlarına çağırış

74


21 AZƏR – 70

Azərbaycan Milli Hökuməti fədai dəstələrindən əlavə Qızılbaş qoşunu da təşkil etmişdir.

Qızılbaş Xalq Qoşunlarının Ərdəbildə qarşılanma mərasimi, 1946-cı il

75


21 AZƏR – 70

Xalq qoşunları naziri Cəfər Kaviyan

Cəfər Kaviyan Mərənd şəhərində fədailər arasında

76


21 AZƏR – 70

Yeni yaranmış Qızılbaş Xalq Qoşunları Ərdəbildə hərbi təlim zamanı, 1946-cı il

77


21 AZƏR – 70

Yeni yaranmış Qızılbaş Xalq Qoşunları Təbrizdə hərbi təlim zamanı, 1946-cı il

Azərbaycan xalq qoşunları hərbi təlim zamanı, Təbriz, iyul 1946-cı il (Şəkildə sağdan 1-ci şairə Mədinə Gülgündür)

78


21 AZƏR – 70

Təbriz hərbi məktəbinin müəllim və tələbələrindən bir qrupu, Təbriz, 1946-cı il

Azərbaycan Milli Hökuməti zabitlərindən bir qrupu, Təbriz, 1946-cı il

79


Azərbaycan Milli Hökuməti zabitlərindən bir qrupu, Təbriz, 1946-cı il (Milli Hökumət tərəfindən yaradılmış Təbriz Hərbi Məktəbinin birinci buraxılışı)

21 AZƏR – 70

80


21 AZƏR – 70

Azərbaycan Milli Hökuməti zabitlərindən bir qrupu, Təbriz, 1946-cı il

Azərbaycan Milli Hökumətinin zabitləri: (öndə sağdan sola) Murtuzəvi, İsmayıl Kərimi, (arxada sağdan sola) Şükür Qəffari, Fərəc Dəstgüşadə, Zəncan, 1946-cı il

81


21 AZƏR – 70

General Əbülqasım Əzimi, 1946, Təbriz

General Mahmud Pənahiyan, Milli hökumətin hərbi qərargah rəisi

General Rəbi Kəbiri, Marağa fədailərinin başçısı

General Möhsün Milaniyan

82


21 AZƏR – 70

General Əbdülrza Azər

Məhəmmədəli Ramtin, mayor

Yəhya Şeyxi, zabit

Həsən Zəhiri, zabit 83


21 AZƏR – 70

Polkovnik Qulamrza Cavidan

Qulamrza Dəbirniya, zabit

Rəhim İmrani, zabit

Mahmud Qazi Əsədullahi, zabit 84


21 AZƏR – 70

Azad Sultani, Şah ordusundan AMH-ə köməyə gələn zabitlərdən

Məhəmməd Tağı Musəvi, Şah ordusundan AMH-ə köməyə gələn zabitlərdən

Şah qoşunlarında xidmət etmiş, AMH yarandıqdan sonra ona köməyə gəlmiş azərbaycanlı zabitlərdən bir qrupu, Marağa, 1945. Sağdan sola: Rəhim Rəhnəmayan, Nəsiri-Azərbaycan milli ordusunun kapitanı, Cəfər Müciri-milli ordunun kapitanı, Marağa briqadasının hərbi müddəil-ümumisi, Böyükağa Saleki Tağızadə, Heydər Rəhnamayan-milli ordunun zabiti, (tanınmadı), Əhməd Əminzadə-milli ordunun kapitanı, (tanınmadı), Hacı Məhəmməd Dibazər.

85


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinə köməyə gəlmiş şah ordusu zabitlərindən bir dəstə. Birinci sırada soldan sağa: Əkbər Həmidi, Bəhram Daneş, Yusif Murtuzəvi (şəhid), Əhmədəli Rəsədi, Hüseyn Fərruxiyan. İkinci sırada soldan sağ: Kavə, Əbdülhəsən Təftişiyan, Qaffariyan (şəhid), Rza Qazi, Əlimurad Rəzmavər, Həsən Nəzəri

Azərbaycan Milli Hökuməti tərəfindən yaradılmış qızılbaş xalq qoşunlarının hərbi hissədə hərbi texnika ilə tanışlığı, 1946-cı il

86


21 AZƏR – 70

İran şah ordusundan kömək məqsədilə könüllü olaraq Azərbaycan Milli Hökuməti tərəfinə keçmiş zabitlər

Əbdülhüseyn Agahi, zabit, filosof alim

Cəfər Müciri, kapitan, 1945, Marağa şəhəri

Əhməd Əminzadə, alim filosof

Mahmud Muradi 87


21 AZƏR – 70

AMH başçısı S.C. Pişəvərinin mərkəzi hökumət ilə müzakirələr aparmaq məqsədilə Təbrizdən Tehrana yolasalınma mərasimindən görüntülər, 29.04.1946

AMH başçısı S.C Pişəvərinin mərkəzi hökumət ilə müzakirələri aparmaq məqsədilə Təbrizdən Tehrana yolasalınma mərasimindən görüntülər, 29.04.1946

88


21 AZƏR – 70

AMH başçısı S.C. Pişəvərinin mərkəzi hökumət ilə müzakirələri aparmaq məqsədilə Təbrizdən Tehrana yolasalınma mərasimindən görüntülər, 29.04.1946

AMH başçısı S.C. Pişəvərinin mərkəzi hökumət ilə müzakirələri aparmaq məqsədilə Təbrizdən Tehrana yolasalınma mərasimindən görüntülər, 29.04.1946

89


21 AZƏR – 70

AMH başçısı S.C. Pişəvərinin mərkəzi hökumət ilə müzakirələr aparmaq məqsədilə Təbrizdən Tehrana yolasalınma mərasimindən görüntülər, 29.04.1946

S.C. Pişəvəri Kürdüstan Milli Hökumətinin başçısı Qazi Məhəmmədi qarşılayarkən

90


21 AZƏR – 70

S.C.Pişəvəri və Məhəmməd Qazi, 1946-cı ilin iyun ayında Azərbaycan və Kürdüstan Milli Hökumətləri arasında dostluq və qardaşlıq müqaviləsi imzalanandan sonra

91


21 AZƏR – 70

Azərbaycan və kürd xalqlarının silahlı qüvvələrinin vahid səngərlərindən biri

Təbriz-Tehran bağlaşmasının mətni , “Azərbaycan” qəzetində, 13.06.1946

92


21 AZƏR – 70

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN FƏALLARI

93


21 AZƏR – 70

Azərbaycan Demokrat Firqəsinin fəalları “Vətən yolunda” qəzetinin əməkdaşları ilə birgə

Bakıda ali təhsil alan Firqə fəallarından bir qrupu

94


21 AZƏR – 70

Bakıda ali təhsil alan Firqə fəallarından bir qrupu

Sağdan sola: Əyyub Nəmini, MirrəhimVilayi, şair İsmayıl Cəfərpur

95


21 AZƏR – 70

Həmid Məhəmmədzadə, Təbriz cavanlar təşkilatının rəhbərlərindən

Firqə fəallarından bir qrupu

96


21 AZƏR – 70

Sağdan sola: Abdulla Fazili, Məmi Dehqani, Əyyub Nəmini Əsl, Soltanəli Qulami, Qulu Xəyyami

Sağdan sola: Əli, Ənuşirəvan İbrahim, Calal Zahidi, Əyyub Nəmini, ortada oturan Bağır İmrani

97


21 AZƏR – 70

Zəbulla Şərifi, memar

Sağdan sola: Bağır İmrani, Əmrəli Lahrudi, Məmmədrza Afiyət və Əli Məğribi

98


21 AZƏR – 70

Səməd Afiyət, alim geoloq

Məhəmmədrza Afiyət, yazıçı-jurnalist

Əli Məğribi, alim geoloq

99


21 AZƏR – 70

Mahmud Bəhrami, cərrah-həkim

Mir Möhsün Mir Nəsiri

Hüseyn Əlborzi, tarixçi alim

İranduxt İbrahimi, tarixçi alim 100


21 AZƏR – 70

Qafar Kəndli, alim filoloq, Qaradağ Firqə rəhbərləindən

Şaban Derəxşannur

Tağı Şahin, tarixçi alim

Əbdülhəsən Rəhmani, tarixçi alim 101


21 AZƏR – 70

İrəc İbrahimi, firqə fəalı

Məhəmməd Dadaşzadə, tarixçi alim

ADF-nin rəhbərləri Moskvada müşavirədə, müşavirədə İXP ilə ADF-nin birləşdirilməsi barədə danışıqlar aparılırdı, 1957-ci il. Şəkildə 1-ci sırada soldan sağa: Mir Mehdi Çavuşi, Qulamyəhya Danişyan, Mirqasım Çeşmazər, Mirrəhim Vilayi, Aram Zadekiyan (AMH-nin milli ordusunun polkovniki), Ayaq üstəki sırada Hüseyn Ciddi, Balaş Azəroğlu, Rəhim Qazi

102


21 AZƏR – 70

Azərbaycan Demokrat Firqəsinin fəalları. Sağdan sola oturanlardan: Cəfər Əxgəri, İsmayıl Pişnamazi, Sultan Babazadə, Əbülhəsən Rəhmani, Sadıq Padeqan, Səməd Həkimi, Məhəmməd Cəlili, Zeynalabdin Qiyami, Qulamyəhya Daneşyan, Məcid Məhəmmədivənd, Cəfər Kavyan, Əli Nəğdəli; ayaq üstə duranlardan 1-ci sırada sağdan sola: Hüseyn Qurbanəlizadə, Məhərrəm Danai, Şükür Qafari, Cəfər Müciri, Mirvahab Əfxəmi, Yədulla Fərzanə, Zəbulla Şərifi, Məmi Dehqan, Muxtar Didekonan, Qulu Xəyyami, Sultanəli Qulami, Hüseyn Əlborzi, Əsədulla Nikxah, Adil Adiliyan, Şaban Derəxşannur; ikinci sırada ayaq üstə duranlardan sağdan sola: Səməd Afiyət, (tanınmadı... ...), Sabir Əmirov, Fərəc Dəstgüşadə, Bayrış Fuladi, İsmayıl Cəfərpur, Tağı Musəvi, Hüseyn Ciddi, Əhməd Əminzadə, Martik Qriqoryan, Lütfəli Ərdəbiliyan (Fələki)

ADF fəalları S.C.Pişəvərinin məzarını ziyarət edərkən

103


21 AZƏR – 70

Аzərbаycаn Milli Hökumətinin dеmоkrаtik islаhаtlаr prоqrаmının həyаtа kеçirilməsi

104


21 AZƏR – 70

S.C.Pişəvəri Azərbaycan Demokrat Firqəsinin mətbu orqanı “Azərbaycan” qəzetinin ilk sayını nəzərdən keçirərkən

Təbrizdə qadınların ADF orqanı “Azərbaycan” qəzetində onların yeni hüquqları barədə qərarları oxuyarkən

Azərbaycan qadınlarına kişilərə bərabər seçki hüququ verildi. 105


21 AZƏR – 70

1946-cı ildə Azərbaycan Milli Məclisi tərəfindən təsis edilmiş Azərbaycan xalqının milli qəhrəmanı Səttarxan adına orden. Cəmi 10 nəfərə verilib.

Səttarxan ordenini almış 10 nəfərin əksi və adları

106


21 AZƏR – 70

Qulamyəhya Danişyanın “Səttar xan” ordeni ilə təltif edilməsi barədə S.C.Pişəvərinin fərmanı

S.C.Pişəvəri Azərbaycan Milli Hökumətinin Ali Məhkəməsinin sədri Zeynalabdin Qiyamiyə “Səttarxan Ordeni”ni təqdim edərkən

107


21 AZƏR – 70

Milli Məclisin qərarına əsasən hərəkat iştirakçıları üçün təsis olunmuş “21 Azər” medalı. Bu medalla 20 min nəfər təltif edilmişdir.

Azərbaycan Milli Hökumətinin fədaisi İsmayıl Rəhim oğlu Bijəyə aid “21 Azər” medalı vəsiqəsi

108


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinin fədaisi Əli Nəsrulla oğlu Sinaiyə aid “21 Azər” medalı vəsiqəsi

21 Azər hərəkatından sonra yenidən işə salınmış fabriklərin birindən görüntü

109


21 AZƏR – 70

Milli Hökumət dövründə dayanmış fabriklərin işə salnmasından bir görüntü

İri feodal Zülfiqarinin silahlı dəstələri tərəfindən təqib edilən Zəncan kəndliləri

110


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinin qərarı ilə torpaqlar kəndlilər arasında bölünür.

Ərdəbil vilayətindəki kəndlərdə kəndlilər Azərbaycan Milli Hökuməti tərəfindən onlara pulsuz verilmiş torpaqları öz aralarında bölür.

111


21 AZƏR – 70

Azərbaycan Milli Hökuməti tərəfindən torpaqsız kəndlilərə vermiş torpaqları becərərkən

Azərbaycan kəndliləri Azərbaycan Milli Hökuməti tərəfindən verilmiş pulsuz torpaqlarda ilk əkin halında

112


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinin pul vahidi: 50 tümən

Azərbaycan Milli Hökumətinin pul vahidi: 5 tümən

113


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinin əskinas barədə qərarından: 1) Azərbaycan Milli Hökumətinin xəzinədarlığı bu sənədin zaminidir; 2) Bu sənədin dəyəri müqabilində ümumdövlət mağazalarından mal satın alınır; 3) Bu sənədi cəl edənlər səhra məhkəməsində mühakimə və ölüm cəzasına məhkum olunacaqlar.

Azərbaycan Milli Hökuməti dövründə Cənubi Azərbaycanda nəşr edilmiş qəzetlər:

“Azərbaycan, “Azad millət”, “Şərq”, “Urmiya”, “Ədəbiyyat səhifəsi”, “Yumruq”, “Xavəri nou”

114


21 AZƏR – 70

Azərbaycan qəzetinin 05.09.1945-ci il tarixli 1-ci nömrəsi

Azərbaycan Demokrat Firqəsinin orqanı “Azərbaycan” qəzeti 22.11.1945ci il tarixli sayında Azərbaycan Milli Məclisinə seçkilərin başlanması qərarını dərc etmişdir.

Milli Məclisin orqanı “Azad millət” qəzeti

115


21 AZƏR – 70

Azərbaycan universiteti, Təbriz, 1946-ci il

“Yeni Şərq” qəzeti

116


21 AZƏR – 70

Azərbaycan Milli Hökuməti Maarif nazirliyinin ana dili dərsliyi, 1-ci kitab

Azərbaycan Milli Hökuməti dövründə nəşr edilmiş “Ana dili” dərslikləri

117


21 AZƏR – 70

Azərbaycan Milli Hökuməti dövründə ana dilində işıq üzü görmüş nəşrlər

Azərbaycan Milli Hökuməti dövründə satirik şair Mirzəli Möcüzün çap olunmuş əsərləri

118


21 AZƏR – 70

Təbriz şəhərindəki savadsızlığı ləğvetmə kurslarından birində

Təbriz şəhərindəki savadsızlığı ləğvetmə kurslarından birində

119


21 AZƏR – 70

Savadsızlığı ləğvetmə qadın və qızlar kursu

Əkrəm Rəhimli (Bije) uşaqlıq və gənclik illərində, 21 Azər hərəkatının şahidi və tədqiqatçısı, 1945-1946-cı illərdə Mərəndin Dizə kəndində ana dilində təhsil almışdır.

120


21 AZƏR – 70

1946-ci ildə Təbrizdə ana dilində yeni dərs ilinin başlanması münasibətilə məktəblilər nümayiş edirlər.

Məktəbli balalar ilk dəfə məktəbdə ana dilində oxuyarkən

121

Azərbaycanlı qızı ana dilində təhsil alır.


21 AZƏR – 70

1945-1946-cı illər Azərbaycan Milli Hökuməti dönəmində bütün təhsil sistemi ana dili bazasında aparılırdı.

1946-ci ildə Təbriz şəhərində fəaliyyət göstərən Sovet məktəbinin tələbə və müəllimləri

122


21 AZƏR – 70

Milli Hökumət tərəfindən Təbrizdə açılmış kimsəsiz uşaqlar evi

Milli Hökumət tərəfindən Təbrizdə açılmış kimsəsiz uşaqlar evindən görüntü

123


21 AZƏR – 70

1945-1946-cı illər Azərbaycan Milli Hökuməti dönəmində məktəbləri abadlaşdırmaq üçün kütləvi iməclik

Küçələr abadlaşdırılır, yollar çəkilir, 1946-cı il

124


21 AZƏR – 70

“Şairlər məcəlləsi” məcmuəsi

Şair Balaş Azəroğlu

Şairə Mədinə Gülgün

Şair İbrahim Zakir

125


21 AZƏR – 70

Şair Əli Tudə

Yazıçı Abbas Pənahi (Makulu)

Şair Söhrab Tahir

Yazıçı Məhəmmədtağı Zehtabi, İctimai xadim 126


21 AZƏR – 70

Yazıçı Mirzə İbrahimov, Milli Hökumətin təəssübkeşlərindən

Şairə Həkimə Billuri

Firuz Sadıqzadə, yazıçı, filoloq alim

Tariyel Ümid, “21 Azər”lə yaşıd şair 127


21 AZƏR – 70

Güney Azərbaycan yazıçılarından (soldan sağa): Söhrab Tahir, Məhəmmədrza Afiyət, Firuz Sadıqzadə

Cənubi Azərbaycanın bir qrup şair və yazıçıları

128


21 AZƏR – 70

“Vətən yolunda” qəzetinin redaksiya heyəti Cənubi Azərbaycan yazıçıları ilə birlikdə. Sağdan sola: Seyfəddin Abbasov, Qılman İlkin, İsrafil Nəzərov, Mirrəhim Vilayi, Əli Fitrət, Məhəmməd Biriya, Mirzə İbrahimov, Rza Quliyev, şair Mir Mehdi Etimad, Səttarxanın mücahidlərindən Samsam, Cəfər Xəndan, Əvəz Sadıqov

“Vətən yolunda”, “Qızıl əsgər” qəzetləri redaksiyalarının əməkdaşları bir yerdə. Sağdan sola: Ənvər Məmmədxanlı, Qılman İlkin, Sona Sadıqova, İsrafil Nəzərov, Cabbar Məcnunbəyov

129


21 AZƏR – 70

“Vətən yolunda” qəzeti redaksiyasının əməkdaşları. Sağdan sola: Əsgər Ağayev, Əvəz Sadıq, Qulam Məmmədli, Qılman İlkin, M.H.Axundov, İsrafil Nəzərov, H.Şahgəldiyev, Sona Sadıqova, Cəfər Xəndan

“Vətən yolunda” qəzetinin yığma sexində

130


21 AZƏR – 70

Azərbaycan karikaturaçılarının əsərlərindən: “Yol bağlıdır”, 1946, Təbriz

Karikatura, Məhəmməd Rza şahın cinayətlərindən: “Zindan və dar ağacları”

131


21 AZƏR – 70

Azərbaycan Milli Hökuməti tərəfindən Təbriz şəhərində açılmış pulsuz xəstəxana, 1946-cı il

Təbrizdə salari-milli Bağırxanın büstünün açılışı, 1946-cı il

132


21 AZƏR – 70

Təbrizin “Şiri Xurşid” teatrının həyəti, 1945-ci il

Təbriz Azərbaycan Dövlət teatr kollektivindən bir qrup

133


21 AZƏR – 70

Təbrizin “Şiri Xurşid” teatrının tamaşa salonu

Təbriz teatrının orkestr heyəti

134


21 AZƏR – 70

1946-cı ildə Milli Hökumət tərəfindən Təbrizdə yaradılmış milli orkester

Şair Əli Tudənin rəhbərlik etdiyi Təbriz filarmoniyası, 1946-cı il

135


21 AZƏR – 70

Azərbaycan Milli Hökuməti tərəfindən Təbrizdə yaradılmış filarmoniyanın rəqs ansamblının üzvləri

Təbriz Dövlət Filarmoniyasının artist və solistlər qrupu, 1946-cı il

136


21 AZƏR – 70

Təbrizdəki musiqi dərnəyi, 1946-cı il

“21 Azər”in ildönümünü qeyd etməyə hazırlaşan filarmoniyanın orkestr kollektivi, Təbriz, 1946-cı il

137


21 AZƏR – 70

Təbrizdə 8 mart Beynəlxalq qadınlar günü münasibətiə nümayişdən görüntülər, Təbriz, 1946-cı il

Zəncanda 8 mart Beynəlxalq qadınlar günü münasibətiə keçirilən toplantı, 1946-cı il

138


21 AZƏR – 70

Ərdəbildə 8 mart Beynəlxalq qadınlar günü, 1946-cı il

Təbrizdə nümayiş, 1946-cı il

139


21 AZƏR – 70

1946-cı il Təbrizdə 1 may nümayişi

Azərbaycan Demokrat Firqəsinin yaranmasının ildönümü münasibətilə təntənələrdən görüntülər, Təbriz, 1946-cı il

140


21 AZƏR – 70

S.C Pişəvəri və Zeynalabdin Qiyami Azərbaycan Demokrat Firqəsinin ildönümü münasibətilə keçirilən nümayişdə

Azərbaycan Demokrat Firqəsinin yaranmasının ildönümü münasibətilə Qızılbaş xalq qoşunlarının nümayişi

141


21 AZƏR – 70

Azərbaycan Demokrat Firqəsinin yaranmasının ildönümü münasibətilə Təbriz şəhərində keçirilən nümayiş

Azərbaycan Demokrat Firqəsinin yaranmasının ildönümü münasibətilə Ərdəbildə nümayiş, 1946-cı il

142


21 AZƏR – 70

Azərbaycan Demokrat Firqəsinin yaranması münasibətilə Təbrizdə hərbi parad, 1946-cı il

Azərbaycan Demokrat Firqəsinin yaranması münasibətilə Urmiyada yığıncaq, 1946-cı il

143


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinin süqutu

Xudafərin körpüsündən bir görüntü

144


21 AZƏR – 70

СОВЕТ ДЮВЛЯТИНИН БАШЧЫСЫ И. В. СТАЛИНИН АЗЯРБАЙЖАН ДЕМОКРАТ ФИРГЯСИНИН ЛИДЕРИ СЕЙИД ЖЯФЯР ПИШЯВЯРИЙЯ ШЯХСИ МЯКТУБУ Пишявяри йолдаша, Мяня еля эялир ки, Сиз щям Иран дахилиндя, щям дя бейнялхалг нюгтейинязярдян йаранмыш вязиййяти дцзэцн гиймятляндирмирсиниз. Биринжиси. Сиз щазырда Азярбайжанын бцтцн ингилаби тялябляриня наил олмаг истяйирсиниз. Лакин индики шяраит беля бир програмын щяйата кечирилмяси имканыны истисна едир. Ленин практики тялябляр кими, гейд едирям, практики тялябляр кими ясас ингилаби тялябляри йалныз харижи дцшмянля уьурсуз мцщарибянин дяринляшдирилдийи юлкя дахилиндя эцжлц ингилаби бющранын олдуьу бир шяраитдя иряли сцрмцшдц. 1905-жи илдя Йапонийа иля уьурсуз мцщарибя заманы беля олмушду. 1917-жи илдя Алманийа иля уьурсуз мцщарибя заманы беля олмушду. Сиз индики щалда Ленини тяглид етмяк истяйирсиниз. Бу, чох йахшы вя тярифялайигдир. Анжаг Иранда вязиййят щазырда тамамиля башгадыр. Иранда щазырда дярин ингилаби бющран йохдур. Иранда фящляляр азсайлыдыр, онлар пис тяшкил олунмушлар. Иран кяндлиляри щялялик жидди фəаллыг эюстярмирляр. Иран щазырда харижи дцшмянля мцщарибя апармыр. Беля бир мцщарибядя мяьлубиййят ися Иранын иртижачы даирялярини зяифлядя билярди. Демяли, Иранда беля бир шяраит йохдур ки, Ленинин 1905-1917-жи иллярдяки тактиkасыны йцрцтмяйя имкан версин. Икинжиси. Ялбяття, Сиз Совет гошунларынын Иранда галмагда давам едяжяйи тягдирдя Азярбайжан халгынын ингилаби тялябляри уьрунда мцбаризя ишиндя уьур газанмаьа цмид ала билярдиниз. Лакин биз онлары даща Иранда сахлайа билмирик, башлыжа олараг она эюря ки, совет гошунларынын Иранда олмасы Авропа вя Асийада бизим хиласкарлыг сийасятимизин ясасларыны сарсыдыр. Инэилисляр вя америкалылар бизя дейирляр ки, яэяр совет гошунлары Иранда гала билирся, онда няйя эюря инэилис гошунлары Мисир, Сурийа, Индонезийа вя Йунаныстанда, щямчинин Америка гошунлары Чин, Исландийа вя Данимаркада галмасын. Буна эюря дя биз Иран вя Чиндян гошунлары чыхармаг гярарына эялмишик ки, инэилислярин вя америкалыларын ялиндян бу силащы гопарыб алаг, мцстямлякялярдя азадлыг щярякатыны эенишляндиряк вя бунунла да юз хиласкарлыг сийасятимизи даща ясаслы вя файдалы едяк. Сиз бир ингилабчы кими, ялбяття, баша дцшцрсцнцз ки, биз башга жцр щярякят едя билмярик. Цчцнжцсц. Дейилянляри нязяря алараг, Ирандакы вязиййятля баьлы ашаьыдакы нятижяляря эялмяк олар. Иранда дярин ингилаби бющран йохдур. Иранда харижи дцшмянлярля мцщарибя вязиййяти йохдур, демяли, иртижаны зяифлядя вя бющраны

145


21 AZƏR – 70

кяскинляшдиря билян мцщарибядя уьурсузлуг да йохдур. Ня гядяр ки, совет гошунлары Иранда йерляшиб, Сиз Азярбайжанда мцбаризяни эенишляндирмяк вя даща иряли эедян тяляблярля эениш демократик щярякаты тяшкил етмяк имканына маликсиниз. Анжаг бизим гошунлар эетмялидирляр вя Ирандан чыхыб эетдиляр. Биз артыг Иранда няйя маликик? Биз Иранда Гявам щюкумятинин Иранын даща иртижачы цнсцрлярини тямсил едян англофил даирялярля мцнагишясиня маликик. Кечмишдя Гявамын нежя бир иртижачы олмасына бахмайаrаг, о, инди юзцнцмцдафия мянафейини вя юз щюкумятинин мцдафияси наминя бязи демократик ислащатлара эетмяйя вя Иранын демократик елементляри арасында дайаг ахтармаьа мяжбурдур. Беля бир шяраитдя бизим тактикамыз нежя олмалыдыр? Мян фикирляширям ки, Гявамдан эцзяштляр ахтармаг цчцн бу мцнагишядян истифадя етмялийик, она кюмяк эюстярмялийик, англофилляри тяжрид етмяк вя бунунла да Иранын даща да демократикляшмяси цчцн мцяййян базис йаратмалыйыг. Бизим Сизя бцтцн мяслящятляримиз мящз беля бир вязиййятдян иряли эялир. Ялбяття, башга тaктика да гябул етмяк олар: щяр шейя тцпцрмяк. Гявамла ялагяляри кясмяк вя бунунла да англофил иртижачыларын гялябясини тямин етмяк олар. Амма бу, тактика дейил, ахмаглыг оларды. Бу, мащиййятжя Азярбайжан халгынын ишиня вя Иран демократийасына хяйанят оларды. Дюрдцнжцсц. Бизя мялум олдуьуна эюря, Сиз демисиниз ки, биз яввялжя Сизи эюйляря галдырмыш, сонра ися учурума йуварламышыг вя Сизи рцсвай етмишик. Яэяр бу доьрудурса, онда бу биздя тяяжжцб доьурур. Яслиндя ися ня баш вермишдир? Биз бурада щяр бир ингилабчыйа мялум олан ади ингилаби фянд тятбиг етмишик. Ирандакы шяраитдя беля бир вязиййятдя юзцмцз цчцн щярякатын мялум минимум тялябини ялдя етмяйи тямин етмякдян ютрц щярякаты иряли гачырмаг, минимум тялябляриндян иряли эетмяк вя щюкумят цчцн тящлцкя йаратмаг, щюкумят тяряфиндян едиляжяк эцзяштляр цчцн имкан йаратмаг лазымдыр. Даща иряли гачмадан, Сиз Иранын индики вязиййятиндя щазырда Гявам щюкумятинин эетмяйя вадар олдуьу тялябляря наил олмаг имканына малик ола билмяздиниз. Ингилаби щярякатларын гануну белядир. Сизин цчцн щяр щансы бир рцсвайчылыгдан сюз ола билмяз. Чох гярибядир ки, яэяр Сиз фыкирляширсиниз ки, биз Сизин русвайчылыьыныза йол веря билярдик. Яксиня, яэяр Сиз юзцнцзц аьыллы апарсаныз вя бизим мяняви кюмяйимиз сайясиндя ясасян Азярbайжанын индики фактики вязиййятинин легаллашдырдыьы тялябляря наил олсаныз, о вахт Сизя Орта Шяргдя мцтярягги демократик щярякатын пионери кими азярбайжанлылар да, Иран да хейир-дуа веряр. И.Сталин 8 май 1946-жы ил AVP RF, f.06, op.07, p.34, d.544, l.8,9. (Rusiya Federasiyası Xarici Siyasət Arxivi)

146


21 AZƏR – 70

Azərbaycan Milli Hökuməti və Qəvamüssəltənə dövləti arasında razılaşdırılmış müqavilənin mətni Dövlət və Azərbaycanın təmsilçiləri arasında olan müzakirələrin davamında və dövlətin 22 aprel 1946-cı il (2 Ordibeheşt 1325) tarixli 7 maddədən ibarət olan və həmin təmsilçilər tərəfindən qəbul edilmiş bəyanatı nəzərə alaraq fikir mübadiləsi nəticəsində razılaşma əldə edildi ki, aşağıdakı maddələr izah və təkmilləşmələrlə tərtib və icra edilsin. 1-ci Maddə: Dövlət bəyanatının 1-ci Maddəsi barəsində razılaşma əldə edildi ki, bu cümlə ona artırılsın: “Maliyə rəisi (naziri) də Əyaləti əncümənin təklifi və dövlətin təsdiqi ilə təyin olacaqdır.” 2-ci Maddə: Ona görə ki, dövlət bəyanatının 2-ci Maddəsində qərara alınmçışdır ki, ostandar (vali) əyalət əncüməninin razılığı olmaq şərtilə dövlət tərəfindən təyin olacaqdır. Bu maddənin icrası üçün razılıq əldə edildi ki, Daxili İşlər Nazirliyi valini Əyaləti Əncümənin təklif etdiyi neçə nəfərin arasından seçib və təsdiq üçün dövlətə təqdim etsin. 3-cü Maddə: Azərbaycanda olan son dəyişilikləri nəzərə alaraq dövlət indiki (Azərbaycan) Milli Məclisini əyalət əncüməni yerinə tanıyacaqdır. 15-ci (Tehran) məclisi təşkil olub, dövlət tərəfindən təklif olunan yeni əyaləti və vilayəti əncümən qanunu təsdiq edildikdən sonra Azərbaycan əyaləti əncüməninin seçkisi qəbul olunmuş qanun üzrə tezliklə başlanacaqdır. 4-cü Maddə: Azərbaycandakı hərəkatın nəticəsində həqiqi hərbi xidmətdən təşkil edilmiş qoşun, bu müqavilənin imzalanması ilə İran qoşununun tərkib hissəsi olur və bu qoşun, onun zabit və komandirlərinin vəziyyətini və gələcəyini müəyyənləşdirmək üçün razılıq əldə oldu ki, Qəvamüssəltənə dövləti və Azərbaycan Əyaləti Əncüməni nümayəndələrindən ibarət bir komissiya təşkil edilsin və bu komissiya məsələnin həlli yolunu tezliklə təsdiq üçün təklif etsin. 5-ci Maddə: Razılıq əldə edildi ki, Azərbaycanın gəlirindən 75%-i yerli xərclər üçün nəzərdə tutulsun və 25%-i də İran məmləkətinin ümumi xərcləri üçün mərkəzə göndərilsin. Qeyd 1- Poçt və teleqraf, gömrük, dəmir yolu və Urmiya gölündə gəmiçilik xərcləri və gəlirləri bütövlüklə dövlətin öhdəsində və dövlətə məxsus olacaqdır. Eyni halda qeyd edilir ki, əyalət və vilayət əncümənləri və dövlət idarələrinin teleqrafı pulsuz olacaqdır.

147


21 AZƏR – 70

Qeyd 2- Magistral şosse yollarınin tikintisi və təmiri dövlətin, yerli və kiçik yolların salınması və təmiri isə əyaləti əncümənin öhdəsində olur. Qeyd 3- Azərbaycan xalqının İran Məşrutiyyətinə etdiyi böyük xidmətləri, azadlıq və demokratiya əldə etmək yolunda Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara dəyər verərək dövlət qəbul edir ki, Azərbaycan gömrüklərindən gələn gəlirin 25%-i Azərbaycan Milli Universitetinin ehtyaclarına sərf edilsin. 6-ci Maddə: Dövlət qəbul edir ki, Miyana və Təbriz arasındakı dəmir yolunun çəkilməsinə tezliklə başlanılsın və sona çatdırılsın. Şübhəsiz ki, bu işə birinci növbədə azərbaycanlı fəhlə və mütəxəssislər cəlb ediləcəklər. 7-ci Maddə: Fədai adilə təşkil olunan könüllü qoşunlar jandarm hissələrinə qoşulurlar və bu hüquq-mühafizə qüvvələrinin vəziyyətini təyin etmək, həmçinin onun komandirlərinin təyini üçün razılıq əldə edildi ki, Qəvamüssəltənə dövləti və Azərbaycan əyaləti əncüməni nümayəndələrindən ibarət bir komissiya yaradılsın və tezliklə bu məsələnin həlli yolunu təsdiq üçün təklif etsin. Qeyd 1 - Son illərdə bəzi xoşagəlməz əməllər nəticəsində jandarma adı İranın ümumi xalq düşüncəsində, xüsusilə Azərbaycanda, mənfi hissiyat yaratdığından son vaxtlarda dövlət başçısı tərrəfindən bu təşkilatın rəhbərliyini öhdəsinə götürməsi və bu idarədə islahat və namünasib şəxslərin işdən çıxarılması gözlənilir. Buna görə də razılıq əldə edildi ki, dövlət başçısının diqqətinə yetirilsin ki, bu təşkilatın adını dəyişmək və onun üçün münasib bir ad seçmək üçün lazımı qərarlar alınsın. 8-ci Maddə: Azərbaycan demokratik hərəkatı nəticəsində kəndlilər arasında bölünən dövlət torpaqları haqqında, dövlət bütün məmləkətdə ona aid olan əkin torpaqlarını kəndlilər arasında bölünməsi ilə razı olduğu üçün bu işin icrasını mümkün bilir və bu məsələyə aid olan layihəni birinci fürsətdə qəbul olunmaq üçün Milli Şura Məclisinə təqdim edəcəkdir. Azərbaycandakı son dəyişikliklər nəticəsində kəndlilər arasında bölünən başqa torpaqlar barəsində razılıq əldə edildi ki, mülkədarların ziyanlarını ödəmək və ya onların mülklərinin dəyişdirilməsi üçün Qəvamüssəltənə dövləti və Azərbaycan əyaləti əncüməni nümayəndələrindən ibarət komissiya təşkil edilsin və bu komissiya məsələnin həlli yolunu təsdiq üçün təklif etsin. 9-cu Maddə: Dövlət qəbul edir ki, 15-ci Milli Məclis təşkil olunan kimi azad və demokratik yolla, yəni ümumi, gizli, birbaşa, mütənasib, bərabər və qadınlar da daxil olmaq şərtilə tənzim olunan seçki qanunu layihəsini məclisə təqdim edib və onun onun təcili qəbul edilməsini istəsin. Həmçinin dövlət qəbul edir ki, Azərbaycan və ölkənin başqa yerlərinin deputatlarının sayını əhalisinin sayına uyğun artırmaq üçün

148


21 AZƏR – 70

15-ci məclis təşkil olunan günü qanun layihəsini təklif edib, 2-ci oxunuşda onun qəbulunu istəsin. Qəbuldan sonra seçki yolu ilə həmin yerlərin çatmayan deputat sayını təyin edib məclisə göndərsinlər. 10-cu Maddə: Azərbaycan əyaləti 3 və 4-cü ostanlardan ibarətdir. 11-ci Maddə: Dövlət qəbul edir ki, Azərbaycanda işlərin yaxşı irəli getməsi üçün ostandar (vali), idarə rəisləri və əyaləti əncümənin rəislər heyətindən ibarət bir şura təşkil edilsin və bu şura əyaləti əncümənin nəzarəti altında öz işlərini yerinə yetirsin 12-ci Maddə: 22 aprel 1946-cı il (2 Ordibeheşt 1325 -ci il) tarixli dövlət Bəyannaməsinin 3-cü maddəsi (orta və ali məktəblərin vəziyyətini təyin etmək barədə) aydın olmadığı üçün bu cümlə əlavə edilir: orta və ali məktəblərdə fars və Azərbaycan dillərində tədris mədəniyyət nazirliyi tərəfindən edilən düzəliş, zaman və şərait və demokratik prinsiplərə uyğun bir şəkildə tənzim olunan proqram üzrə icra ediləcəkdir. 13-cü Maddə: Dövlət qəbul edir ki, Azərbaycanda olan kürdlər də bu müqavilədən bəhrələnsinlər və dövlət Bəyannaməsinin 3-cü maddəsi üzrə ibtidai məktəbin 5-ci sinfinə kimi öz dillərində tədris etsinlər Qeyd 1- Azərbaycanda olan asori və erməni kimi etnik azlıqların da haqları olacaqdır ki, 5-ci sinfə kimi öz ana dillərində tədris etsinlər. 14-cü Maddə: Dövlət nəzərdə tutubdur ki, bütün İranda demokratik üsulu üzrə, yəni ümumi, gizli, birbaşa və bərabər səslə tərtib olunan yeni şəhər əncümənləri seçki qanunu qəbul olunmaq üçün 15-ci məclisə təklif edilsin, bu qanun qərara alınan kimi Azərbaycan və İranın bütün nöqtələrində şəhər əncümənlərinin seçkisinə başlanacaqdır. Bu qanun qəbul olunandan dərhal sonra Azərbaycan və bütün İranda şəhər əncümənlərinin seçkisinə başlanacaqdır. Bu qanun qəbul edilənə və yeni seçkilər keçirilənə qədər Azərbaycanda olan indiki şəhər əncümənləri öz işlərini davam etdirəcəklər. 15-ci Maddə: Bu müqavilə iki nüsxədə tərtib və mübadilə olunub, dövlət heyəti və Azərbaycan əyaləti əncüməninin qərarından sonra icraya qoyulur. Təbriz şəhəri, 13 iyun 1946-cı il (1325/3/23) Pişəvəri, Müzəffər Firuz

149


21 AZƏR – 70

M. C. BAĞIRОVUN ÜMUMİTTİFAQ KOMMUNİST (BОLŞEVİKLƏR) PARTİYASININ MƏRKƏZİ KОMİTƏSİNƏ MƏKTUBU YOLDAŞ STALİNƏ: Təbrizdən alınmış məlumatı sizə göndərirəm: dekabr ayının dördündə İran qoşunları Zəncan rayonunda Miyanaya tərəf hərəkətə başlamışlar. Azərbaycanlıların ön hərbi hissələri ilə İran qoşunları arasında bir neçə saat davam edən döyüş baş vermişdir. İran qoşunları tanklardan, səhra tоplarından və minaatanlardan istifadə edirlər. Döyüş nəticəsində gözətçi xidmətlərini yerinə yetirən Azərbaycan partizan dəstələri yeni müdafiə mövqelərindən geri çəkilmiş, Rüceyn qəsəbəsini və dəmiryolu stansiyasını tərk etmişlər. Azərbaycan Demоkrat Partiyası Miyanadakı hərbi dəstəyə minimal olaraq aşağıdakı silahlarla yardım göstərmənizi xahiş edir:16 tоp, 5 min tüfəng və müvafiq miqdarda mərmi və güllə ilə birlikdə 20 ədəd tank əleyhinə top. M. C. Bağırоv Dekabr, 1946-cı il

150


21 AZƏR – 70

Azərbaycan Milli Hökuməti rəhbərlərinin Sovet dövlətinə 8 dekabr 1946-cı il tarixli məktubu (Şuralar İttifaqının Təbriz general konsulu cənab Krasnıx vasitəsilə Sovet dövlətinə verilib1)

1

Məktubun latın əlifbasında mətni üçün bax: təqdim olunan albom, s.153-159

151


21 AZƏR – 70

152


21 AZƏR – 70

Siz özünüz çox gözəl bilirsiniz ki, bizim nümayəndələrimiz Tehrandan müraciət etdikdən2 sonra Tehranın sağ və irticaçı mətbuatı çox ciddi və hərarətli ləhn3 ilə bizim azadlığımızı pozmaq və demokratik nehzətimizin4 asarını5 ortadan aparmaq üçün Azərbaycana qoşun yeritməyi təbliğ edirdilər. Qəvamüssəltənə əvvəl intixabat6 üçün qəvayi-təminiyye7 göndərmək bəhanəsilə nəhayət, açıqdan-açığa Azərbaycan nehzətini ləğv edib onun başçılarını məhv etmək şüarı ilə üzərimizə həmlə edəcəklərini rəsmi surətdə özünün teleqraflarında, bəyaniyyələrində dünyaya bildirmişdir və nəhayət, iş söz və yazı ilə qurtarmayıb, həmin ayın [Azər ayının] on üçündə8 günortadan qabaq saat yeddidə onun göndərdiyi müsəlləh9 qüvvələr Rüceyn məntəqəsində bizim fədai postlarımızı 12 saat tamam tüfəng, müsəlsəl10, top və tank vasitəsilə atəşə tutmuş, bu vasitə ilə yol açıb torpağımıza soxulmağa çalışmışdır. Bundan əlavə Müvafiqətnaməmizin11 xilafına olaraq Zəncana müsəlləh qüvvə göndərilməsi və rəsmi surətdə onun müavini Müzəffər Firuzun bizə yazdığı naməyə baxmayaraq, məşhur feodal Zülfiqarini və sairlərini Zəncandan uzaqlaşdırmamış, hətta, ona sərhəng12 dərəcəsi verdikdən sonra müsəlləh edib üzərimizə göndərmişdir. Bunlar isbat edir ki, Qəvam bizim ilə bağladığı sazişin özünün Azərbaycan valisi 2

qayıtdıqdan səs, səda 4 hərəkatımızın 5 təsirini 6 seçkilər 7 asayiş qüvvələri 8 1946-cı ilin dekabr ayının 4-ə uyğundur 9 silahlı 10 pulemyot 11 razılaşmamızın 12 polkovnik 3

153


21 AZƏR – 70

doktor Cavidə yazdığı namələrinin mürəkkəbi qurumadığı bir halda həyasızcasına onu pozmağa başlayıb özünün sui-qəsdini aşkara çıxarmışdır. Görünür o, özünün bizim saziş üçün vasitə qərar verdiyi sovet nümayəndələrinə etdiyi rəsmi vədinə, yəni Azərbaycan məsələsinin sülh yolu ilə həll edilməsini əməli etmək fikrində deyil. Belə olduğu halda, Azərbaycan xalqı üçün vahid bir yol qalır, o da öz silahının gücü, öz cavanlarının qəhrəmanlığı ilə azadlığından müdafiə etməkdən ibarətdir. Xalqımız çox bir surətdə anlamışdır ki, onun azadlığının zamini sazişlər, kağızlar, müvafiqnamələr və teleqraflar deyil, bəlkə onun qolunun gücü və süngüsünün qüdrəti ola bilər. Bizim xalqımız Qəvamın Doktora yazdığı saziş məktubunun ardınca göndərilən qoşun və silahlı qüvvələri eliyə bilməz görməsin. Qəvam bu işi hər dəqiqə görə bilər və heç bir kağız və müvafiqətnamə onun xainanə hərəkətinin qabağını ala bilməz. Biz səkkiz ay tamamdır ki, xalqımızın ehsasatı13 və firqə üzvlərinin özləri və firqə aktivinin meylinin xilafına14 olaraq iş xatirəsi və ixtilafın sülh və saziş yolu ilə həll edilməsi və bu yolda dostumuz Şuralar15 İttifaqının dünya siyasətini gözləmək, həmçinin Şura dövlətinin ortamızda vasitə olmasını nəzərə alıb, Qəvamın irticaçı simasını demokratik və mütərəqqi göstərməyə çalışmışıq. Hətta, bəzən öz fikir və əqidəmizin xilafına olaraq onu tərif və təmcid16 dəxi etmişik ki, iş bizim tərəfimizdən pozulmasın. Hətta, fədailərimizin Qəzvin-Rəşt və Tehranı götürmək imkanları olduğu halda, öz nüfuz və hörmətimizi sərf edib onların qabaqlarını saxlamışıq ki, onun əlinə bəhanə düşməsin. Bizim böyük güzəştlərimizi bütün dünya bildiyi kimi siz daha gözəl bilirsiniz. Biz bu saziş yolunda Milli hökumətimizi ləğv etdik, Milli Məclisimizi əyalət əncüməninə döndərdik, fədai dəstələrini nigəhban təşkilatına17 təbdil etdik18, milli qoşunumuzun ixtiyarını və fərmandehliyini19 onların əlinə tapşırmağa hazırlandıq. Bütün aidatımızı onların xəzinəsinə, yəni Milli Banka verməyə başladıq. Bunların hamısı ondan ötrü idi ki, onların əllərinə dəstaviz20 verməmiş olaq, Qəvam isə bizim güzəştlərimizi gördükdə hər gün tələbatını artırıb, axırda işi o yerə gətirib çıxardıb ki, istəyir nagəhani21 bir həmlədə azadlığımıza bir dəfəlik xatimə versin. O, neft məsələsini qabağa çəkmişdir ki, Qızıl ordunun İrandan çıxmasını təmin etsin və Azərbaycan milli nehzətini ortadan aparsın. Bu aydın bir məsələdir ki, o, bu işləri İranın sərvətinə 13

hissləri, istəkləri əksinə 15 Sovetlər 16 tərif 17 daxili asayişi qoruyan təşkilat 18 çevirdik 19 komandanlığını 20 bəhanə 21 qəfildən, ani olaraq 14

154


21 AZƏR – 70

göz tikən İngilis və Amerika dövlətlərinin göstərişi ilə icra etməkdədir. O fikir edir ki, həmişə hoqqabazlıq və yalançılıq ilə istədiyini eliyə bilər. Azərbaycanlıları aldatdığı kimi sovet dövlətini də iğfal edib22 neft məsələsini də cürbəcür hoqqalar ilə başdan sala bilər. Biz azərbaycanlılar çox yaxşı anlamışıq ki, ingilislər və amerikalılar hər qiymətə olur-olsun neft məsələsini öz mənfəətlərinə həll etməyə çalışırlar. Qəvam isə onların nökəridir. O, əvvələn, necə ki, görürsünüz, məclisə bir nəfər də olsun azadixahlardan23 yol vermək istəmir. Bu isə müstəqimən24 Şuralar əleyhinə olan bir tədbirdir. Mürtəcelərdən toplanan bir məclis qətiyyən neftin şuralara verilməsinə razı olmayacaqdır. Qəvam isə məclisi bəhanə edib özünün vediyi sözdən qaçacaq və yaxud istefa verməklə yaxasını qurtaracaqdır. Sovet hökuməti isə Qəvamın verdiyi vəddən qanuni bir sənəd və rəsmi bir mədrək25 kimi istifadə edə bilməyəcəkdir. İranda ta bu kimi hadisələr çox olmuşdur. Birinci dünya müharibəsindən sonra Qəvamussəltənənin qardaşı Vüsuqüddövlə ingilislər ilə bir müahidə26 bağlamışdır. Bu müahidəni şah və məclis rədd etdi. İngilslər isə hətta dövlətin vəzirlərinə27 məsələn, Müzəffər Firuzun atası Nüsrətüddövlə və qeyrilərinə rəsmi surətdə verdiyi pulu da geri ala bilmədi. Deməli, neft imtiyazı məsələsi olduqca nisyə bir məsələdir ki, sovet dövlətinin məclisdə və cameədə28 tərtəfdarları olmasa, onu əldə edə bilməyəcəkdir. Qəvamüssəltənənin [hüsni-niyyəti]29 isə möhkəm bir qaranti ola bilməz. Çünki, o, Azərbaycan məsələsində hüsni-niyyətinin nə olduğunu açıq bir şəkildə göstərməkdədir. Neft məsələsi o vaxt sovetlər nəfinə həll ola bilər ki, onun arxasında ictimai qüvvələr olsun. İranın ayrı yerlərində isə bu qüvvələr fövqəladə bir surətdə sıxılıb, əzilib ortadan getməkdədir. Vəli30 tamamilə ortadan getməmişdir. Azərbaycanda isə bizim qüvvəmiz əhəmiyyətli bir qüvvə hesab oluna bilərdi. Bizim Tehran hökumətinə böyük fişar31 gətirmək imkanlarımız vardır. Bizim bu imkanlarımız İranın ayrı-ayrı yerlərində olan azadixah və demokratik qüvvələri də təqviyyət edə bilər32. Mütəəssifanə33, iş belə gedərsə, bizim gücümüz də çox tez bir zamanda əldən çıxa bilər. O vaxt Qəvam və sair mürtəcelər hər nə istəsələr, maneəsiz 22

aldadıb azadlıqsevərlərdən 24 birbaşa 25 sənəd 26 müqavilə 27 nazirlərinə, bakanlarına 28 cəmiyyətdə, xalq arasında 29 xoş məram, yaxşı niyyət, yaxşı məqsəd 30 amma, ancaq 31 təzyiq, basqı 32 gücləndirə bilər 33 təəssüf ki 23

155


21 AZƏR – 70

edə bilərlər. Ümumiyyətlə, gərək etiraf etmək ki, siyasətə Qəvam və başqa bir dövlət adamının hüsni-niyyətinə bağlamaq qorxulu bir işdir. Sovet siyasətinin ciddi tərəfdarı xalqın mütərəqqi və azadixah təbəqəsidir ki, onu gərək təqviyyət edib əldə saxlamaq və ondan ötrü Azərbaycan nehzətinin qüdrətini hifz etmək, onu qorumaq lazımdır. Bunu da nəzərdə tutmaq lazımdır ki, İranda siyasət ilə olan xarici ölkələr heç vaxt öz nüfuz və qüvvələrini əldən verməmişlər. Xüsusən ingilislər ki, [öz tərəfdar]larını həmişə güclü saxlamaqla onların etimadını qazanıb istədikləri vaxtda istifadə edə bilmişlər. Məsələn, qaşqay hadisəsini götürək. Siz gözəl bilirsiniz ki, orada dövlət əleyhinə neçə dəfə böyük müsəlləh34 üsyan olmuş, bununla belə bu günədək ingilislər imkan verməyiblər, dövlət onlardan bir qəbzə35 də olsun əsləhə36 ala bilsin. Ora və ya bəxtiyari və ya cənubun başqa tayfalarının ingilislərin möhkəm qalaları halında qalmaqdadır və onlar isə bu qüvvələri gündən-günə artırırlar. Sizə çox yaxşı məlumdur ki, xalqı hər vaxt ayağa qaldırmaq olmaz və hər gün yaradılmaz, hər zaman böyük xalq hərəkatı üçün zəminə olmaz. Çox illətlər37 və böyük fədakarlıqlar nəticəsində İranda nəzərinizi cəlb edən ictimai-mütərəqqi qüvvələr və Azərbaycanda böyük bir nehzət vücudə gəlmişdir. Bu nehzət müstəqimən sovet dövlətinin İranda olan köməkçisi və sovet siyasətinin poştibanıdır38. Bu qüdrət sovet siyasəti üçün kəskin bir silahdır ki, onun vasitəsilə İran xalqları kimi Şuralar İttifaqı da böyük işlər görə bilər. Bu qüdrət ümumi iş uğrunda hər bir fədakarlığa hazır olan bir qüdrətdir. Onu əldən versək, bu tezliklə yeni bir qüdrət vücudə gələ bilməz. Biz bilmirik necə olur ki, Yunanıstanda, İndoneziyada və qeyri yerlərdə məzlum xalqlar öz azadlıqları uğrunda müsəlləh bir surətdə mübarizə edə bilərlər, amma biz gərək öz əlimiz ilə cəlladlara təslim olaq. Bu tək bizim sözümüz deyildir və bunu xalqımız və firqənin görkəmli üzvləri açıq bir surətdə söyləməkdədir. Bizim firqəmiz və xalqımız bizə deyir ki, bugünkü əlimizdə olan dəlillər və mədrəklərdən sonra artıq sözə və ya kağıza etimad edib Qəvamüssəltənə və ya başqalarına inana bilmərik. Qəvam gedər, yerinə başqası gələr. Hərgah müsəlləh qüvvəmiz vasitəsilə irticanı əzməsək, heç vaxt siyasət bizim nəfimizə dönə bilməz və bizim üçün əldə heç bir qaranti yoxdur və özümüzü aldada bilmərik. Bugünkü imkanı əldən buraxmaq olmaz. Belə bir iş görsək, tarix bizi həmişə məzəmmət edəcəkdir. Dünyada heç bir millət özü öz əli ilə öz qüdrətini məhv etməmişdir. Biz də bunu etməməliyik. 34

silahlı dəst 36 silah 37 səbəblər 38 arxası, müdafiəçisi 35

156


21 AZƏR – 70

Qəvamın üzərimizə göndərdiyi qüvvənin xaincəsinə həmləsi xalqımız içərisində şədid39 bir həyəcan toulid etmişdir40. Xalq dəstə-dəstə firqəyə müraciət edib azadlığı müdafiə etmək üçün icazə və silah tələb edirlər. Bu isə xalqımızın ruhiyyəsini ciddi surətdə aşkara çıxardır. Beş-üç nəfər malik və ya irticaçı ünsürlərin, məsələn, Nüsrət İskəndəri, Calal İmami, sərləşgər41 Müqəddəm və Zülfiqarilərin ruhiyyəsi xalq ruhiyyəsinə nümunə ola bilməz. Bunların ağalıqları torpaqları əllərindən getdikləri üçün ruhiyyələri də məlumdur ki, nə cür ola bilər. Amma azadlıq, torpaq alan kənd və şəhər camaatı aldığını saxlamaq yolunda hər bir şeyini fəda etməyə hazırdır. Hərgah biz bu gün onların azadlığının ortadan getməsinə imkan versək, onları bir də ayağa qaldırmaq mümkün ola bilməz, artıq onlar kimsəyə etimad etməzlər. Xalq nə tək bizdən, bəlkə ümum azadlıq şüarı ilə meydana çıxan ümumi qüvvələrdən naümid, məyus ola bilər. Bizim qüvvə və qüdrətimiz isə xalqın bizə olan etimad və inamına bağlıdır. Azərbaycan xalqı və ona rəhbərlik edən Demokrat Firqəsi və onun başçılarının Sovet dövlətindən iki intizarı vardır. Əvvələn, sərhədlərimiz açıq ikən, milli qüdrətimiz mövcud ikən bizə cüzi miqdar əsləhə verilsin. Çünki iş belə gedərsə, bu imkan olmayacaqdır. Biz çox asanlıq ilə məxfi surətdə eliyə bilərik, verilən əsləhəni milli qüvvələrimizə yetirək, müxalif qüvvələr ondan müttəle42 olmasın. Dava başlanıb şiddətləndikdən sonra bu iş çox çətin ola bilər. Biz elə çox silah istəmirik. Müxtəsər, bir miqdarda olsun ki, fədailər silahsız düşmən qabağına getməyə məcbur olmasınlar. İkinci – indi ki, Qəvam müharibəni başlayıb, bizim qardaşlarımızın qanını tökməkdədir, icazə verilsin, biz də hər tərəfdən onu məziqədə43 saxlamaqla İranda olan azadixah qüvvələrin ayağa qalxmalarına imkan verək. Bu vasitə ilə bütün İranda böyük bir nehzət başlayıb irticaçı hökuməti sərnequn edək44, yerində demokratik bir hökumət vücudə gətirək. Əgər bu səlah45 deyilsə, icazə verilsin Tehran ilə tamamilə qəti-rabitə edib46 öz milli hökumətimizi vücudə gətirək (xalq isə bu axırıncı tədbirə daha artıq rağibdir47). 39

şiddətli, güclü yaratmışdır 41 general-mayor, diviziya komandiri 42 xəbərdar, agah 43 təzyiqdə 44 devirək 45 məsləhət 46 əlaqələri kəsib 47 həvəslidir, rəğbət bəsləyir 40

157


21 AZƏR – 70

Sovet siyasəti bu iki tədbirdən hər hansını intixab edərsə48, biz şərafətlə onu əncam verib49 müvəffəq ola bilərik. Demək lazımdır ki, çox yaxşı oldu ki, Qəvam bizim silahlı qüvvələrimizin fərmandehliyini50 almazdan əvvəl öz həqiqi siyasətini göstərdi. Əgər sonra bu işi etsəydi, bizi tamamilə məhv edərdi. Onun bu gün bizə həmlə etməsini Azərbaycan xalqı özünə xoşbəxtlik hesab edir. İşi elə bir vaxt edə bilərdi ki, bizim müdafiəyə imkanımız olmasın. İndi isə bizim müdafiəyə imkanımız vardır. Bu imkandan düzgün istifadə olunarsa, biz istədiklərimizi edə bilərik. Əgər bir qədər təxir olursa, ya işə tərdid51 ilə baxarsaq, bu imkan ortadan gedər. Nəticə ki, yuxarıda dedik, xalq qorxar, məyus olar, irtica azadlıq qüvvələrini [məhv] edər. Bu isə Sovet dövlətinin İranda illər boyu fəaliyyət və zəhmət nəticəsində qazandığı böyük nüfuz və böyük qüdrətin aradan getməsi deməkdir. Bunun nəticəsində İran tamamilə ingilis və amerikalıların qucağına düşər və burada Rza xan dövrəsindən şədid bir despotizm meydana çıxar ki, İran xalqı Sovet siyasəti heç bir növ ilə hərəkət etmək imkanına malik olmadığı belə bir dövrdə, belə bir şəraitdə İranda neft məsələsindən danışmaq belə bir söz olub qalar və Sovet dövləti nefti tamamilə uduza bilər. Buna isə heç bir şübhə yoxdur. Sovet hökumətinin İranda nefti uduzması isə İranda mütərəqqi siyasətini uduzması deməkdir. Bu isə Yaxın Şərqdə demokratik hərəkata böyük bir zərbədir. Çünki artıq Azərbaycan nehzəti Yaxın və Uzaq Şərqdə böyük müsbət təsir bağışladığı kimi, onun məhvi də dərin mənfi təsir bağışlaya bilər. Yenə də təkrar edirik, iş danışıqlar və sazişlər yolu ilə həll olmaqdan keçmişdir. Sovet dövləti nə qədər sülh və sazişə çalışırsa, bir o qədər Amerika və İngilis dövlətləri İran dövlətini cəngə və daxili müharibəyə və qan tökməyə təhrik edirlər. Onun üçün bu davanı vücudə gətirməyə imkanlar yaradırlar. Bu gün Qəvam hökuməti Amerikadan külli miqdarda pul aldığı əfsanə deyildir. İngilistandan və sair irticaçı ölkələrdən İrana silah sel kimi axıb gəlməkdədir. Tehrandan yüklənən əsləhə müstəqimən Zəncanda vaqonlardan alınıb bizim əleyhimizə göndərilir. Biz Sovet hökumətindən böyük kömək istəmirik, biz deyirik, şuralar əleyhinə aparılan xainanə siyasətə bəhanə verilməsin və Şura hökuməti özünü 48

seçərsə icra edib, yerinə yetirib 50 komandanlığını 51 şübhə 49

158


21 AZƏR – 70

zahirdə bizə əlaqəmənd52, dəxi, göstərmiyə bilər, amma neçə ki, İran dövləti istəmir, Sovet dövləti vasitə olub işi sülh yolu ilə həll etsin, Sovet dövləti bizə də imkan versin, biz də Tehranın əleyhinə onun öz götürdüyü yol ilə [rəftar] edək. Zərər yoxdur. Madam ki, Qəvam, ingilis və amerikalılar deyirlər ki, Azərbaycan məsələsi daxili bir məsələdir, biz də deyirik, belə bir məsələdir. Qoy onlar Azərbaycana hücum etdikləri zaman Azərbaycan fədailəri onların başını əzsin. Biz də deyirik, Azərbaycan məsələsi daxili məsələdir, biz bu daxili məsələni özümüz həll edərik, kimsənin Əmniyyət Şurasında53 və ya ayrı bir xarici ölkədə Şuralar İttifaqı əleyhinə çığır-bağır salmağa haqqı yoxdur. Yuxarıda dediyimiz kimi, əgər Şuralar İttifaqının köməyi gizli olarsa, onda İran dövlətinin Təhlükəsiszlik Şurasına müraciət etməkdə əlində heç bir dəlil ola bilməz. Axırda yenə də təkrar [edirik], sazişlər, danışıqlar fayda verməz. Xalqımız, firqəmiz və onun rəhbərləri hamısı fəqət [sizin hökumətə] ümid bağlayır və ondan nicat gözləyir. Bu isə ancaq sizin edəcəyiniz cüzi silah köməyinə [bağlıdır]. İndi on minlərlə kəndli fəqət silah tələb edir və bu köməyi bir an əvvəl verməklə İran xalqının azadlığı və Sovet siyasəti təhlükədən xilas ola bilər və əlan54 xətər çox yaxın və çox böyükdür. Yenə qeyd edirik, mümkündür Qəvam qısa bir müddət hücumu dayandırsın. Buna inanmaq olmaz. Bu sadə bir manevr olub qalar. Onun Azərbaycan nehzətinə cüda55 hazırlandığına bizim zərrə qədər şübhəmiz qalmamışdır. Bizim üçün başqa bir yol yoxdur. Qeyri-müəyyən vəziyyətin xətəri hücumdan daha artıqdır. Bu vəziyyət bizi tədriclə yorub zəif salmaqla məhv edəcəkdir. Sizin müxtəsər köməyinizin yetişməsini səbrsizliklə gözləyirik. Səmimi ehtiram ilə, -

Pişəvəri (imza) Qulam Danişyan (imza) Dr. Cavid (imza) Şəbüstəri (imza) Padiqan (imza)

52

maraqlanan, marağı olan Təhlükəsizlik Şurasında (BMT-nin) 54 indi 55 ayrı, ayrıca 53

159


21 AZƏR – 70

Seyid Cəfər Pişəvərinin general Qulam Yəhya Danişyana teleqramı, 10.12.1946

Azərbaycan valisi dr.Salamulla Cavidin İranın baş naziri Qəvamüssəltənəyə teleqramı, 11.12.1946

160


21 AZƏR – 70

İranın baş naziri Qəvamüssəltənənin Azərbaycan valisi dr.Salamulla Cavidə cavabı, 12.12.1946

Məhəmməd Rza şah və Əhməd Qəvamüssəltənə Azərbaycana hücum planını müzakirə edərkən

161


21 AZƏR – 70

Məhəmməd Rza şah Pəhləvi Cənubi Azərbaycana qarşı hücum planını öz hərbi personalı ilə müzakirə edir, 1946-cı il

Azərbaycan Milli Hökumətinin Tehrana sərt cavabı “Azərbaycan” qəzetinin 19 Azər 1325 (10 dekabr 1946) tarixli sayında dərc edilmişdi.

162


21 AZƏR – 70

Tehran hərbi hava qüvvələrinin Azərbaycana hücumu, 21 Azər 1325-ci il (12 dekabr 1946-cı il)

Fransa qəzeti yazır ki, Tehran hərbi qüvvələrinin Azərbaycana basqını nəticəsində 20 000 nəfər azərbaycanlı qətlə yetirilmişdir.

163


21 AZƏR – 70

Mərkəzi hökumətin Azərbaycana hücumunun nəticələri. Bu şəkil 1946-cı ilin dekabr günlərində Tehran qoşunları tərəfindən Firqə fəallarının evləri qarət edilən zaman çəkilmişdir.

Azərbaycana basqın etmiş şah qoşunları ana dilində çap edilmiş kitabları tonqallarda yandırarkən

164


21 AZƏR – 70

Şah rejimi Təbrizdə qisas alarkən

1945-ci ilin dekabr ayının 12-17 tarixlərində Urmiya və ətrafında Tehran jandarm və hərbçiləri polkovnik Zəngənənin başçılığı ilə Azərbaycan Demokrat Firqəsi üzvlərinə və onların ailələrinə qarşı törətdikləri faciələrdən görüntülər

165


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinin fədaisi cəza ilə öldürülərkən

Azərbaycan Milli Hökumətinin zabiti Mübəşşiri edamdan öncə

21 Azər iştirakçıları işgəncə ilə edam edilərkən

Əsəd Məhəmmədi, şəhid edilmiş Ərdəbil fədaisi, 1946-cı il 166


21 AZƏR – 70

21 Azər hərəkatının iştirakçıları dara çəkilərkən

1946-cı ilin sonunda Cənubi Azərbaycandakı kütləvi qırğınlar

167


21 AZƏR – 70

22 may 1947-ci ildə dara çəkilmiş Azərbaycan Milli Hökumətinin baş prokuroru Firidun İbrahiminin sonradan xalq tərəfindən qoyulmuş məzarı

Azərbaycan Milli Hökumətinin qətlə yetirilmiş mayoru Əhməd Cövdətin qəbri, şəhid olma tarixi 31.12.1946

168


21 AZƏR – 70

Azərbaycan Milli Hökumətinin rəhbəri S.C.Pişəvərinin məzarı, Bakı, Fəxri xiyaban

Mübarizə davam edir ...

169


21 AZƏR – 70

“Əgər Tehran xarici imperialistlərin göstərişi və köməyi ilə bizim hərəkatı məğlub etməyə müvəffəq olsa belə, xalqımızın haqqını əbədi olaraq qəsb edə bilməyəcəkdir. Tez-gec azərbaycanlı öz istiqlaliyyətini alacaq, öz müqəddaratını özü təyin edəcəkdir.” Seyid Cəfər Pişəvəri

170


21 AZƏR – 70

21 Azər şəhidlər, şəhidlər...

“Şəhidlərin qanı ilə suvarılan azadlıq

ağacı gələcəkdə daha çox bar verəcəkdir.” Şəhid Azadvətənin dara çəkilərkən dediyi son sözü

171


21 AZƏR – 70

21 Azər hərəkatının süqutundan sonra şəhid olmuş qəhrəmanlar

№ 1

Adı Abbas

Soyadı Fəthi

2

Abbas

Qəhrəmani

3 4

Abdulla Abdulla

Bəyzadə Səttarzadə Azəri

5

Ağadadaş

Dorostkar

6 7

Ağamoğlan Allahi

Abbasqulu oğlu -

8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21

Allahverdi Allahverdi Allahverdi Aram Arsis Arşak Aşıq Hüseyn Aşıq Şahbaz Baba Baba Babaxan Babayev Babək Babək

Ərğəvan Mühacir Yusif Şaxyan Husepyan

22 23 24

Bəhbəh Bəhlul Bəhmən

Diş texniki Barbər Həmidi Danişvər

25 26 27

Bəhmən Bəhram Bəhram

Uğani Nabi

Daryuş Əzizi Kərimi Şirxar oğlu

Vəzifəsi iqtisadi idarənin rəisi Təbriz nəqliyyat idarəsinin rəisi süvari qüvvələri leytnantı Germidə Van bölgəsinin ADF məsulu piyada qüvvələri mayoru dabbağ Firqə mübarizi tacir diş texniki -

piyada qüvvələri leytnantı teatrşünas, Milli Məclisin deputatı, ADF Urmiya vilayət komitəsinin sədri, 172

Edam forması -

Edam yeri Urmiya

güllələnib

Ərdəbil

İşkəncə ilə güllələnib

Təbriz

döyülərək öldürülüb

Ərdəbil

güllələnib güllələnib

Ərdəbil Təbriz

güllələnib güllələnib güllələnib işkəncə ilə işkəncə ilə güllələnib Ərdəbil xanları Darbəy Arallı və Ruhaninəma (Əhməd) tərəfindən qətlə yetirilib -

Xoy Təbriz Urmiya Urmiya Salmas Təbriz Təbriz Xalxal Urmiya Urmiya Ərdəbil

-

Sərab Urmiya Urmiya

Urmiya Urmiya Ərdəbil


21 AZƏR – 70

28 29

Torabi -

-

-

-

31 32

Bəxşi Bəxtiyari (ata) Bəxtiyari (oğul) Bilal Cabbar

33 34 35 36 37

Calal Cəbrayıl Cəbrayıl Cəbrayıl Cəfər

Qarabaği Ruindej Vahab oğlu Qara Dərviş

-

38

Cəfər

39 40

Cəfər Cəfər

Məhəmmədzadə Məleki Soltaniazad

41 42 43 44 45

Cəfərqulu Cəfərqulu Cibo Çiloxan Dadaş

Mehdi Eclali Məkki Razliqi Doroşkeçi Əbdülmanaf oğlu Tağızadə

46

Danil

Yuşi

47

Əbdülhüseyn

Əhmədi

48 49 50 51 52 53 54 55 56

Əbdülsəməd Əbülqasım Əbülqasım Əbülqasım Əbülqasım Əfsər Əhməd Əhməd Əjdər

İmrani Əzimi Həqpərəst Kiyani Yekani Torabi Cövdət Rəşidi Baldari

57 58 59 60 61 62 63

Əjdər Əjdər Əkbər Əkbər Əkbər Ələddin Ələkbər

Kərimi Şafei Bənai Məkaruy Təmizi (Bəhramln qardaşı) Həbəşi

şairlər məclisinin üzvü süvari qüvvələri mayoru fəhlə Azərbaycan MMin deputatı Milli Məclisin deputatı Xoy Demokrat Firqəsinin rəhbəri Tudə üzvü general leytnant leytnant jandarm məmuru artileriya kapitanı ADF süvariləri komandiri çavuş piyada qüvvələri mayoru

30

Hilal Ənaqəzi Mino

fəhlə

173

xiyabanda tikətikə doğranıb xiyabanda tikətikə doğranıb nümayiş zamanı güllələnib güllələnib qaynayan suya atıb öldürüblər güllələnib

Sərab Urmiya Urmiya Sərab Təbriz Urmiya Ərdəbil Meşkin Təbriz

güllələnib

Meşkin Təbriz

edam güllələnib güllələnib

Sərab Sərab Urmiya Ərdəbil Marağa

güllələnib

Təbriz

döyülərək öldürülüb güllələnib güllələnib güllələnib güllələnib güllələnib işkəncə ilə güllələnib dara çəkilib

Xoy Əhər Təbriz Təbriz Təbriz Təbriz Təbriz Marağa -

güllələnib güllələnib

Urmiya Sərab Ərdəbil Marağa Təbriz Urmiya Təbriz


21 AZƏR – 70

64 65 66 67

Ələkbər Ələkbər Ələkbər Ələkbər

Hüseyni Ramin Sabiri Səməri

68 69 70

Ələkbər Əli Əli

Vəkilyan Aqeli Ali Sənai

71 72 73 74 75 76 77

Əli Əli Əli Əli Əli Əli Əli

Baftani Cahanbəyli Eslambul Fədai Fitrət Haciyə Bəyli Hacızadə

78 79 80

Əli Əli Əli

Xanqulu Fədai İbadi Qəhrəmani

81 82 83

Əli Əli Əli

Qənbərpur Qurbani Müti

84 85 86 87 88 89 90 91 92 93

Əli Əli Əli Əli Əli bəy Əli Ciddi Əlixan Əlixan Əli Xəlil Əli Məhəmməd Əli Məhəmməd Əli Nağı Əlisəttar Əlizadə Əmən xan Əmin Əmir

Salmanpur Sabir Soğai Süleymanpur Cahanbəyli Əbrğani Əgəndi Tisrə Azəri Dəstamuz

94 95 96 97 98 99 100

kapitan fədai komandiri piyada qüvvələri baş leytnantı piyada qüvvələri leytnantı şair Təbrizdə aktyor nəqliyyatda idarə rəisi Qoşaçayın qubernatoru leytnant komitə üzvü -

güllələnib güllələnib güllələnib

Təbriz Təbriz Təbriz

güllələnib

Marağa Təbriz

işkəncə ilə sürgündə şəhid olub güllələnib

Sərab Urmiya Sərab Təbriz Tehran

güllələnib

Sərab Basmınc, Təbriz Marağa Qoşaçay

güllələnib edam edilib Işkəncə ilə -

Ərdəbil Mərənd Təbriz Ərdəbil Sərab Sərab Sərab

Xankişi

-

-

Sərab

Şah Vəlili Ciddi Mehrabi Bəxşbəyi Kərimi Şahbazi Xəşirai

-

-

Sərab Muğan Urmiya Astara

174


21 AZƏR – 70

101 102

Əsədulla Əsədulla

Bütlab Zarei

103

Əsğər

İftixar Herisi

104 105

Əsğər Ətaulla

Novruzi Zəndiyan Cüzi

106 107 108 109

Əvəz Əyyub Əyyuz Əzim

Hüseynpur Bədəxşan Həsən Calali Boləndi Cavid

110 111 112 113 114 115

Əziz Əziz Feyzulla Fərzad Fətiş Firidun

Bəsiri Qaraqiyəli Qurban oğlu Əli oğlu Paşai İbrahimi

116 117 118 119 120 121 122 123

Firidun Firuz Foruğ Gurgiz Gurgiz Hacıbaba Hartun Haşım

Tahirniya Zaman oğlu Nuri Xaço Rüstəm Tasi Hayrapetyan Hücrəti

124 125

Heydər Heydər

Afaqi Heydəri

126 127 128

Heydər Heydər Heydərəli

Pasiban Şəddadiyan Bağeri

129 130 131 132 133 134 135 136

Həbib Həbib Həbib Həbibulla Həmdulla Həmzə Həsən Həsən

Bərno Əsədzadə Həbibzadə Xakzaqdi Əziz oğlu Quliyev Bəxtiyari Əli oğlu

maarif işçisi piyada qüvvələri baş leytnantı süvari qüvvələri leytnantı piyada qüvvələri leytnantı AMH-in baş prokroru fəhlə, Urmiya vilayət komitəsinin üzvü Firqə fəhlələr ittifaqının sədri əkinçi mayor baş leytnant Urmiya şəhər komitəsinin üzvü 175

güllələnib Zülfiqarinin adamlarının əlilə şəhid olub güllələnib

Təbriz Zəncan

güllələnib

Marağa Təbriz

güllələnib

Sərab Sərab Təbriz

güllələnib güllələnib

Ərdəbil Ərdəbil

güllələnib

Təbriz

güllələnib

Urmiya Əhər Urmiya Urmiya Urmiya Təbriz Urmiya

-

Marağa Urmiya

balta ilə şaqqalanıb

Urmiya Zəncan Məmeqan, Təbriz

işkəncə ilə döyüşdə güllələnib güllələnib -

Marağa Təbriz Ərdəbil Zəncan Təbriz Urmiya

Təbriz


21 AZƏR – 70

137 138 139

Həsən Həsən Həsən

Əfşari Hüseynnejad İftixar Herisi

140

Həsən

Qasımi

141 142

Həsən Həsən

143 144 145

Həsən Həsən Həsən

Musəvi Seyid Əsgər oğlu Sərabi Toyuqçu Zəhiri

146

Həsən

Zərbəli oğlu

147

Həsən

Zülfiqarzadə

148

Hilali

149 150 151

Hilal Əbdülhüseyn Husep Hüseyn Hüseyn

Husepyan Bəxtiyari “Bolşevik”

152 153 154 155

Hüseyn Hüseyn Hüseyn Hüseyn

Cəlali Əllamə Fədai Kopal

156

Hüseyn

Qafari

157 158

Hüseyn Hüseyn

159 160

Hüseyn Hüseyn

Qasimi Lətifi Məmeqani Məleki Nuri

161 162 163 164

Hüseyn Hüseyn Hüseyn Hüseyn

Rizvanpur Safi Təraşi Yəzdani

165 166

Hüseyn Hüseynqulu

Ziyai Əmini

piyada qüvvələri baş leytnantı hava qüvvələri kapitanı leytnant

güllələnib

Zəncan Marağa Təbriz

güllələnib

Təbriz

edam

-

polis şöbə rəisi AMH-in kapitanı, mühəndis əkinçi

güllələnib

Urmiya Təbriz

Ərdəbildə daşqalaq olunub həbsdə işgəncə ilə -

Biləsuvar

-

Təbriz Urmiya Marağa

güllələnib güllələnib

Həştrud Mərənd Təbriz

digər 36 nəfərlə birgə güllələnib -

-

rəssamkarikaturaçı tələbə Qarağacda polis rəisi polis kapitanmühəndis zabit mayor ADF üzvü, kapitan məhkəmə vəkili

əkinçi 176

güllələnib öldürüb cəsədini arabaya bağlayıblar edam

Təbriz Sərab

Azərşəhr (Tufarqan) Meşkin Xoy Sərab Ərdəbil -

Sərab Məmeqan, Təbriz


21 AZƏR – 70

167 168 169

Xanəli Xeyrulla Xəlil

Mütii Məsumi Azərbadeqan

170 171 172 173 174

Xəlil Xosrov İbrahim İbrahim İbrahim

Qulami Yaqub Bədəl Cəlili Əli oğlu

175

İbrahim

Söhrabi

176 177 178 179 180 181 182

İbrahim İmanəli İmran İshaq İsmayıl İsmayıl İsmayıl

Vətənxah Ağa Əli oğlu Kərimi Yunanof Bəhri Baftani Cahandide Həkkak İsmayıl)

182 183 184

İsmayıl İsmayıl İsmayıl

Heydəri İbrahimi İqbal

185 186

İsmayıl İsmayıl

İmrani Qafqazlı (Dərzi)

187 188 189 190 191

İsmayıl İsmayıl İsrafil İsrafil Katibi

Qələndəri Mahmud İbrahimi Arvin Qadiri -

192

Kəbiri

193 194 195 196

Kərim Kərim Kərim Keko

Əbülfəz oğlu Hüseyn Bəzəvi Nəbərdi -

Ərdəbil qoşun komaqndiri -

piyada qüvvələri baş leytnantı təbib (Sarı Ərdəbil bələdiyyə rəisinin müavini

fəhlə Xoy fəhlələrinin məsulu leytnant ADF Urmiya təşkilatının katibi AMH-in poçt və teleqraf naziri, general 177

güllələnib

Miyandob Ərdəbil

Əsədulla xan tərəfindən oğlu Məşədi ilə birgə üzərlərinə neft tökülərək yandırılıblar -

Marağa Urmiya Urmiya Urmiya Əhər

öldürüləndən sonra balta ilə şaqqalayıb bədənini küçələrdə gəzdiriblər tikə-tikə doğranıb döyülərək öldürülüb işkəncə ilə edam -

Ərdəbil Muğan Ərdəbil Urmiya Urmiya Sərab Ərdəbil

Zəncan Sərab Xoy Sərab Xoy Sərab Sərab Təbriz Urmiya Marağa

güllələnib -

Ərdəbil Sərab Sərab Urmiya


21 AZƏR – 70

197 198 199 200 201

Korşun Qazi Qulam Qulaməli Qulamhüseyn

Murhaç Əsədullahi Paşa İsmayılzadə Nasiri

202 203

Qulamrza Qulamrza

Cavidan Dəbirniya

204

Qulamrza

205 206 207 208

Qulamrza Qulu Qurban Qurbanəli

Məhəmməd oğlu Rüstəm oğlu Sübhi Nuri Mühacir Aryanntaş

209

Mahmud

210 211 212 213 214 215 216 217 218 219

Mahmud Mahmud Mahmud Mahmud Mahmud Mehdiqulu Məhbub Məhəmməd Məhəmməd Məhəmməd

Əbrğani Səməd Şeyx İbrahimi İmampur İsmayıl Kövsəri Qazi Əsədullahi Tohidi Xoşkəlam Abdulla Tamuzi Abi Sərabi Agahi

220 221 222

Məhəmməd Məhəmməd Məhəmməd

Azəri Mehribani Bəşiri Çardolu

223

Məhəmməd

Heydəri Ərəbli

224 225

Məhəmməd Məhəmməd

Qamuri Şikari

226 227 228

Məhəmməd Məhəmməd Məmmədağa

Talıb oğlu Ziyai Məzlumi

Tağı

polkovnik piyada qüvvələri kapitanı polkovnik süvari qüvvələri baş leytnantı -

güllələnib güllələnib

Urmiya Miyana Zəncan Həştrud Təbriz

güllələnib

Təbriz Təbriz

güllələnib

Ərdəbil

ADF üzvü süvari qüvvələri leytnantı -

güllələnib güllələnib

Ərdəbil Azərşəhr Zəncan Təbriz

-

Sərab

polkovnik əkinçi piyada qüvvələri kapitanı kapitan -

güllələnib

Marağa Marağa Sərab Marağa Sərab Sərab Sərab Təbriz

Hüsaməddin xan Məcidinin əlilə qətlə yetirilib güllələnib

Sərab Astara

Urmiya fəhlə ittifaqının sədri, Baranduz bölgəsində fədai komandiri bərbər 178

Zülfiqari tərəfindən qətlə yetirilib -

Urmiya

Sərab Miyana Urmiya Sərab Ərdəbil


21 AZƏR – 70

229

Məhəmmədbağır Məhəmmədbağır Məhəmmədəli Məhəmmədəli Məhəmmədəli Məhəmmədəli Məhəmmədəli Məhəmməd Əli xan Məhəmmədəmin

Agahi

Məhəmmədhəsən Məhəmmədhəsən Məhəmmədhəsən Məhəmmədhüseyn Daraq Məhəmmədkazım Məhəmmədrza Məhəmmədrza Məhərrəm Məhərrəm Məhərrəm Mənd Mənsur Məşədi

Əsl Rəzzaqi

Rüstəm oğlu İbrahim oğlu

Məşədi Əli Məşədi Əli

Bəzzaz Tahirniya Qələndərli

255 256

Məşədi Məhəmməd Mirəli Əkbər Mir Əyyub

257

Mirfəttah

-

230 231 232 233 234 235 236 237

238 239 240 241 242 243 244 245 246 247 248 249 250

251 252 253 254

kapitan pilot

-

Miyana

şair, kibrit fabrikinin fəhləsi mayor -

güllələnib

Təbriz

güllələnib -

Təbriz Urmiya Marağa Urmiya

Azərbaycan MMin üzvü, Urmiya fədailərinin komandiri -

edam

Urmiya

-

Sərab

İsmayili

-

-

Sərab

Uğani

-

-

Sərab

Xəlil Daraq

-

-

Sərab

Dejnika

-

-

Sərab

Hacızadə

-

güllələnib

Təbriz

dəmirçi

güllələnib

Təbriz

neft mühəndisi -

Urmiya Sərab Sərab Urmiya Ərdəbil Əhər

-

güllələnib Əsədulla xan tərəfindən atası ilə birgə üzərlərinə neft tökülərək yandırılıblar işkəncə ilə

-

işkəncə ilə

-

ADF MK-nın üzvü -

güllələnib güllələnib

Ərdəbil Təbriz

-

Urmiya

Niknam İrşadi İrşadi Nimeavəri Ramtin Tikmədaşlı Movəyedzadə Azadvətən

Xadimi (Xatəmi) İnşai Səttari Söhrabi

Əli oğlu Şəkiba

179

-


21 AZƏR – 70

258 259 260

Mir Heydər Mir İsmayıl Mirkazım

Əzizi Hüseyn oğlu Ələmi

261

Mirqulam

262 263

Mirmahmud Mir Məhəmməd Mirmustafa Mirmustafa Mir Müsəlləm Mir Rəhim Miryunis Mirzağa Mirzağa Mirzə İsmayıl Mirzəkişi

Ələmi (Mirkazımın qardaşı) Cəngi Hüseyn Mahmudi

264 265 266 267 268 269 270 271 272 273 274 275 276

Firqə üzvü Mərənd və Qoşaçayın qubernatoru -

güllələnib güllələnib

Xalxal Ərdəbil Mərənd

-

Mərənd

-

-

Sərab Sərab

-

-

Urmiya Astara Urmiya

Biləsuvarda firqə sədri -

güllələnib

Sərab Urmiya Marağa Biləsuvar

işkəncə ilə -

Marağa Marağa -

-

Urmiya Sərab

güllələnib güllələnib

Ərdəbil Urmiya Zəncan Urmiya Mərənd

Bıçaq zərbələri ilə oğlu ilı birgə zindanda 13 gün aclıqdan və susuzluqdan ölmüşdür

Urmiya Ərdəbil -

Bəzaz Şirəmini Noi Fazili Rukeş Bərəhani Tohidi Zəbihi Mücərrədi Ağazadə Qənbərpur Qalacuqi Rövşəni Əli İrşadi

277 278

Mirzəqasım Mirzəli Mirzəli Əkbər Mirzə Məhəmməd Moəyyerzadə Molla Əziz

279 280 281 282 283 284 285

Molla Əziz Möhsün Möhsün Möhsün Möhsün Musaxan Mükərrəm

Bərağuş Baxşəli oğlu Cahangir oğlu Cahangiri Vəziri Məhəmməd oğlu Barati

286 287 288 289

Müqəddəm Nəbi Nəcəf Nəcəfqulu

Zəncani Qənbəri Mahmudzadə Fəzlpur

290

Nəsrulla

-

Qədiri

Mehriban kəndində firqə məsulu Mərənd qubernatoru -

180

Marağa


21 AZƏR – 70

291 292

293 294

Nəsrulla Niqalay (Nikolay) Novruzəli Nurulla

Fərd Pakdel Dövləti Yekani

295 296 297 298 299 300 301 302 303

Nüsrət Orucəli Petros Pirim Plovxan Rabi Rafayıl Rəbi Rəhim

Bağeri Yusif oğlu Zəndəşt Əbdülmanaf oğlu Yuşid Danil Kəbiri Çilani

304 305

Rəhim Rəhim

Əkbər oğlu İmrani

306 307

Rəhim Rəhmət

308 309 310 311 312 313 314 315

Ruhulla Ruhulla Ruhulla Ruhulla Rza Rza Sadıq Salman

Səməd oğlu Məhəmməd-tağı oğlu Cəfəri Həbib Həsəni Hüseyni Sorxərizi Qurbanəli oğlu Tofiq Ənsari Nəsrulla oğlu

316 317 318 319 320 321 322 323

Salman Sarı Savalan Seyfəli Seyid Əli Seyid Həsən Seyid Həsən Seyid Həsən

Süleymani Muğanlı Quluzadə Kərimi Qoreyşizadə Cəlali Esfestani Əsgər oğlu

324 325

Seyid Rza Seyid Yusif

Qəhvəçi Murtuzəvi

-

-

Urmiya

Xoyda komitə sədri, Urmiya polis rəisi, Milli Məclis deputatı doktor -

içkəncə ilə

Marağa Urmiya

quldurların əlilə güllələnib orduya müqavimət göstərərkən güllələnib

Təbriz Urmiya Urmiya Urmiya Ərdəbil Urmiya Urmiya Marağa Urmiya

-

Ərdəbil Urmiya

güllələnib güllələnib zindanda 13 gün aclıq və sususzluqdan -

Sərab Sərab Sərab Ərdəbil Təbriz Marağa

-

Marağa Marağa Ərdəbil Sərab Sərab Sərab

-

-

AMH zabit məktəbinin məzunu leytnant mayor əkinçi müəllim çavuş leytnant köməkçisi Firqə üzvü milli qoşunun polkovniki 181

Təbriz Təbriz

Marağa


21 AZƏR – 70

326 327

Səadət xan Səid

Süleymanpur Yüzbəndi

328 329 330

Talış Mikaili Neşun Məhəmmədi Əfzun

331 332 333 334 335 336 337

Səidxan Səməd Səməd Məhəmməd Sərçini Sərdar Səriyyə Sərxani Simon Sultan Suren

338 339 340 341 342

Süleyman Şadəli Şadəli Şahmar Şahpur

Süleymani Fəramərzi Xərazi Səmədi Şərqi

343 344

Şeyx Məhəmmədəli Şeyx Polad

Al İshaq (Ruhani) Əhmədi

345 346 347 348 349 350 351 352 353 354 355 356 357 358 359 360

Şıxəli Şirəmin Şükrülla xan Şükür Talıb Teymur Teymur Vəli Vəli Vəli Vəlizadə Vilson Yaqub Yəhya Yəhya Yəhya

Məhəmməd oğlu Sadıq oğlu Musəvizadə Mədədi Gəncəmehr Gorusi Salmani Sergiz Tağı oğlu Dəyanət Məmi Sərabi Şeyxi

361 362 363

Yəzdani Yulyus Yunis

Yunan Əlizadə

Xurşa Bayramqulu qızı Mino Babanəsir oğlu Harunyan

şair və teatr aktyoru

başını kəsib anasına göndəriblər -

Ərdəbil Təbriz

güllələnib güllələnib tikə-tikə doğranıb dara çəkilib güllələnib

Sərab Ərdəbil Ərdəbil Mərənd Ərdəbil Əhər

-

Zəncan

Meşkin komitə sədri -

güllələnib

Meşkin

-

Urmiya Astara Ərdəbil Urmiya

fədai

güllələnib güllələnib döyüşdə həlak olub

Mərənd Təbriz Urmiya Ərdəbil Ərdəbil Urmiya Təbriz Urmiya Sərab Xalxal

güllələnib -

Xoy Təbriz Zəncan

əkinçi fəhlə doktor əkinçi, firqə üzvü fəhlə baş leytnantmaliyəçi -

fəhlə ustad leytnant leytnant, Xalxal fədailərinin komandiri 182

Muğan Sərab Sərab

Marağa Urmiya Meşkin Təbriz


21 AZƏR – 70

364 365 366 367 368

Əbdülmanaf oğlu Yaqub Səttar oğlu Əlizadə

-

güllələnib -

Ərdəbil Urmiya Urmiya Urmiya Zəncan

369 370

Yusif Qara Yuşye Zeynalabdin Zəki Zülfəli Məhəmməd -

Xosrəvi Mənsuri

-

-

371

-

Nəsrulla oğlu

-

372 373

-

Şabanzadə Torabi

edam edilərkən tağıma ürəyini göstərib oranı vurmağı tələb edir atası ilı birgə zindanda 13 gün aclıqdan və susuzluqdan ölmüşdür işkəncə ilə -

zabit

Nəsrulla oğlu

-

Cədvəlin tərtibində istifadə edilmiş mənbələr: 1. Həsən Əlizade (Barış Mərəndli). Hokumət-e Melli-ye Azərbaycan (Moruri bər ruydadhaye salha-ye 1324-1325 Azərbaycan və nəslkoşi-ye 21 Azər)/ Həsən Əlizadə (Barış Mərəndli). Azərbaycan Milli Hökuməti (1945-1946-cı illərdə Azərbaycanda baş vermiş hadisələrin xülasəsi və “21 Azər” soyqırımı), elektron nəşr: http://yurd.net/files/1417370897-21%20azar.pdf, 2013, s.197-212 2. Şövkət Tağıyeva, Əkrəm Rəhimli, Səməd Bayramzadə. Güney Azərbaycan, Bakı, “Orxan” nəşriyyat və poliqrafiya evi, 2000, s.242-244 3. List-e canbəxteqan-e conbeş-e Azərbaycan/Azərbaycan hərəkatında şəhid olanların siyahısı. Elektron nəşr: http://21azer-0001.blogsky.com/1389/09/21/post-9/ 4. Əsami-ye canbəxteqan-e Azərbaycan 1324-1325. Qesmət-e dovvom/1945-1946-cı illər Azərbaycan hərəkatında şəhid olanların adları.İkinci hissə, elektron nəşr: http://21azer0001.blogsky.com/1389/09/21/post-8/

183


21 AZƏR – 70

“Qoy bizim vücudə gətirməkdə olduğumuz milli dövlətin tarixini tarixçilər kağız üzərinə gətirsinlər. Biz o tarixi yaratmağa daha artıq diqqət etməliyik... Bir zaman gələcək ki, xalq böyük hərəkatı öyrənmək istəyəcəkdir. O vaxt tarixə müraciət edəcək... Bu cəhətdən tarixə ciddi surətdə diqqət etmək, əldə olan sənəd və mədarikləri toplayıb gələcək nəsl üçün saxlamaq lüzumu meydana çıxır.” Seyid Cəfər PİŞƏVƏRİ

184


21 AZƏR – 70

MÜNDƏRİCAT

Məsul redaktordan

4

21 Azər hərəkatı və Azərbaycan Milli Hökuməti

5

Cənubi Аzərbаycаndakı xalq hərəkatından səhifələr (1945‐1946)

9

Azərbaycan Milli Hökumətinin qurulmasında fəal iştirak etmiş fədailər

32

Azərbaycan Milli Hökumətinin bərqərar edilməsi, müdаfiəsi və möhkəmləndirilməsi

58

Azərbaycan Demokrat Firqəsinin fəalları

93

Аzərbаycаn Milli Hökumətinin dеmоkrаtik islаhаtlаr prоqrаmının həyаtа kеçirilməsi

104

Azərbaycan Milli Hökumətinin süqutu

144

21 Azər şəhidləri

171

185


21 AZƏR – 70

21 AZƏR – 70 FOTOALBOM (şərhlərlə)

Nəşrin koordinatorları:

Sulduz Məhərrəmov, Zaur Qafarzadə

Dizayn:

Elxan İsmayılov, Günel Məmmədova

Məsul katib:

Yeganə Hacıyeva

Korrektorlar:

Şahnisə Rüstəmova, Elşad Bayramzadə

Чапа имзаланмышдыр: 16.11.2015 Каьыз форматы: 60х84 1/8 Щяъми: 23,25 ч.в.; Сифариш: 134; Сайы: 200 _______________________________________ Китаб “Araz” nəşriyyatının mətbəəsində щазыр диапозитивлярдян истифадя олунмагла офсет цсулу иля чап едилмишдир. Цнван: Bakı, Mətbuat pros. 529-cu məhəllə Tel: (012) 432-34-82

186


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.