Duyğu orqanları

Page 1

Fənn: Həyat bilgisi


MAY

12 İYUN

22


Standartlar: 1.3.2. İnsanın əsas orqanlarının sadə şəkildə izah edir. 4.1.2. Nümunələr əsasında sağlamlığın qorunmasına aid kiçik təqdimatlar edir. Məqsəd : Canlı və cansız təbiət arasındakı əlaqələri sadə şəkildə izah edir. Sağlamlığın qorunmasını nümunələr əsasında şərh edir. İnteqrasiya: Fiziki tərbiyə 1.1.1 Təsviri incəsənət İş forması: Qruplarla iş İş üsulu: Müzakirə ,beyin həmləsi, BİBÖ , anlayışların çıxarılması. Resurslar :Şəkillər ,dərslik , iş dəftəri , İKT , İş vərəqləri


Şəkildə nə görürsüz? Mənzərəni hansı orqan vasitəsilə görürürsünüz?


Buradan nə eşitdiniz? Hansı orqan vasitəsilə eşitdiniz?


Şəkildəki qız gülü nə edir? Onu hansı orqan vasitəsilə Iyləyirik?

Şəkildəki ana nə edir? Ana hansı orqan vasitəsilə yeməyin tamına baxır?

Yanğını hansı orqan vasitəsilə hiss etmək olur?


Tədqiqat sualı

Duyğu orqanları dedikdə nə başa düşürsünüz və onların vəzifəsi nədir?


Tədqiqatın aparılması Uşaqlara tapşırıqlar yazılmış iş vərəqləri paylayıram. Qruplara ayırıram , hər qrupa ad verirəm.


Bilirik

Bilmək istəyirik

Öyrəndim


QRUPLARLA İŞ


Qrup işinin qaydaları Sakitliyə riayət etmək.

Yoldaşlarının fikrinə hörmətlə yanaşmaq Fəal olmaq. Özündən zəiflərə kömək etmək. Qrup üzvləri ilə əməkdaşlıq etmək.


GÖZ QRUPU

1.Dərsin məzmununu oxu və gözün quruluşunu izah edin. 2.Gözün şəklini çək.


QULAQ QRUPU 1.Dərsin məzmununu oxu və eşitmə orqanı haqqında məlumat ver. 2. Qulağın şəklini çək.


DİL QRUPU 1.Dərsin məzmununu oxu və dadbilmə orqanı haqqında məlumat ver. 2. Dilin şəklini çək.


BURUN QRUPU 1.Dərsin məzmununu oxu və qoxubilmə orqanı haqqında danış. 2.Burnun şəklini çək.


DƏRİ QRUPU 1.Mətni oxu və hissetmə orqanına aid nümunə göstər


Məlumat mübadiləsi

Qruplar təqdimat keçirirlər.Qrup nümayəndələri çıxış edir və sinfi öz qrup işinin nəticələri ilə tanış edir. İnformasiya mübadiləsi baş verir.


Məlumat müzakirəsi və təşkili Şagirdlər duyğu orqanları haqqında bildiklərini söyləyirlər. Müəllim müzakirənin gedişini izləyir. Dərsliklə iş aparıram. Səhifənin sonundakı sualları cavablandırırıq.


NƏTİCƏ


Buradan belə nəticəyə gəldik ki, duyğu orqanları yalnız canlı obyektlərə aiddir və aşağıdakı vəzifələri yerinə yetirir. Göz—görmə , burun—iybilmə , qulaq—eşitmə , dəri—hissetmə, dil– dadbilmə orqanıdır


YARADICI TƏTBIQETMƏ Hissetmə orqanı

Qoxubilmə orqanı

Dadbilmə orqanı

Eşitmə orqanı

? Görmə orqanı


EV TAPŞIRIĞI

Duyğu orqanlarının şəklini çəkin


QİYMƏTLƏNDİRMƏ Qruplar Meyarlar

GÖZ BURUN QULAQ DİL DƏRİ

Duyğu orqanlarını bir birindən ayırır

Canlı və cansız obyektləri fərqləndirir

Təqdim edir

Əməkdaşlıq edir

Nəticə


AFƏRİN SƏN DƏRSDƏ FƏAL İŞTİRAK ETDİN!


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.