Həyatın gerçək mənşəyi

Page 76

HƏYATIN GERÇƏK MƏNŞƏYİ

Metamorfoz

Qurbağalar əvvəl suyun içində doğulurlar, bir müddət suda yaşayıb sonra “metamorfoz “ adlanan dəyişmə ilə quruya çıxırlar. Bəzi insanlar isə metamorfozu təkamülün sübutu və təkamülə nümunə hesab edirlər. Ancaq həqiqətdə metamorfozun təkamüllə heç bir əlaqəsi yoxdur. Təkamül nəzəriyəsinin ortaya atdığı tək inkişaf mexanizmi mutasiyalardır. Metamorfoz isə mutasiya kimi təsadüfi təsirlərlə baş vermir. Əksinə, bu dəyişmə qurbağaların genlərində başlanğıcdan bəri mövcuddur. Yəni qurbağa doğulduğu anda onun sonra dəyişib quruda yaşamağa uyğun bədənə sahib olduğu məlumdur. Son illərdə aparılan tədqiqatlar metamorfoz mərhələsinin fərqli genlər tərəfindən idarə olunan murəkkəb bir əməliyyat olduğunu göstərir. Məsələn, bu dəyişmə zamanı quyruğun yoxa çıxması “ Science news” jurnalındakı ifadə ilə deyilsə, bir neçə gen tərəfindən idarə olunur. ( Science news , 17 iyun, 1999, səh. 43 ) Təkamülçülərin “sudan quruya keçmə“ iddiası isə tamamilə suda yaşamaq üçün yaradılmış genetik məlumata sahib olan balıqların təsadüfi mutasiyalar nəticəsində təsadüfən quruda yaşayan canlılara çevrildiyi şəklindədir. Buna görə də metamorfoz həqiqətdə təkamülü müdafiə edən deyil, alt-üst edən bir sübutdur. Çünki metamorfoz mərhələsində ən kiçik xəta olsa, canlı ölər və ya şikəst qalar. Metamorfozun qüsursuz olaraq qurtarması şərtdir. Bu cür mürəkkəb və xətaya imkan verməyən bir mərhələnin təkamülün iddia etdiyi kimi, təsadüfi mutasiyalarla meydana gəlməsi mümkün deyil.

76


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.