Həyatın gerçək mənşəyi

Page 262

HƏYATIN GERÇƏK MƏNŞƏYİ

rabitələr də bura aiddir. Bu kompleks quruluş necə formalaşmışdır? Bioloqların fikrincə, təkamül prosesində gözün əmələ gəlməsindəki ilk mərhələ bəzi ibtidai canlılarda dəri üzərində işığa həssas kiçik bir hissənin meydana gəlməsi ilə başlamışdır. Ancaq təbii seçmə zamanı bu qədər inkişafın tək başına canlıya verdiyi üstünlük nə ola bilər? Bu cür inkişafla birlikdə beyində görmə mərkəzi ilə ona bağlı olan sinir şəbəkəsi də qurulmalıdır. Çox kompleks olan bu bir-birinə bağlı mexanizmlər qurulmadıqca “görmə” adlandırdığımız hadisənin meydana gəlməsini gözləmək olmaz. Darvin variasiyaların təsadüfən əmələ gəldiyinə inanırdı. Elə olsaydı, görmənin tələb etdiyi çox sayda variasiyanın orqanizmin müxtəlif yerlərində eyni zamanda əmələ gəlib uyğunlaşması sirli tapmacaya bənzəməzdimi?.. Halbuki görmə üçün bir-birini tamamlayan bir sıra ardıcıl dəyişikliklərə və bunların tam uyğunluqla və əlaqəli şəkildə işləməsinə ehtiyac var... Adi bir yumşaqbədənli olan şanapipiyin gözündə bizim gözümüzdə olduğu kimi tor qişa, buynuz qişa və sellüloza toxumasından olan linza var. Təkamül səviyyələri bu qədər fərqli olan bu iki növdə bir sıra ardıcıl təsadüfü tələb edən bu formalaşmanı ancaq təbii seçmə ilə necə açıqlaya bilərik? Darvinçilərin bu suala qənaətbəxş cavab verib-vermədikləri mübahisəlidir...351 Problem təkamül nəzəriyyəsi baxımından o qədər böyükdür ki, nə qədər incəlikləri araşdırılsa da, o qədər içindən çıxılmaz vəziyyətə düşürlər. Burada araşdırılmalı mühüm bir “detal” da “işığa həssas hala düşən hüceyrə” hekayəsidir. Görəsən, Darvinin və digər təkamülçülərin: “Görmə bir hüceyrənin işığa həssas hala düşməsi ilə baş verə bilər?”, - deyərək üstündən ötüb keçmək istədikləri bu forma necə bir dizayna malikdir?

Görmə hadisəsinin kimyası

Maykl Behe “Darvinin qara qutusu” (Darwin’s black box) adlı kitabında canlı hüceyrəsinin quruluşunun və bütün digər biokimyəvi sistemlərin Darvin və müasirləri üçün naməlum “qara qutu” olduğunu vurğulayır. Darvin bu qara qutuların çox sadə quruluşa malik olduğunu və təsadüfən əmələ gəldiyini güman etmişdir. Halbuki müasir biokimya bu qara qutuları açmış və canlıların sadələşdirilməz kompleks quruluşunu üzə çıxarmışdır. Behe Darvinin gözün əmələ gəlməsi haqqındakı şərhlərinin XIX əsrin sözügedən ibtidai elmi səviyyəsi səbəbi ilə bəzilərinə “inandırıcı” göründüyünü bildirir. Darvinın dünyanın böyük hissəsini müasir gözün sadə formadan yavaş-yavaş meydana gəldiyinə inandırdığı hesab edilirdi, amma görmə hadisəsinin başlanğıcının haradan gəldiyini heç açıqlamağa belə çalışmamışdı. Əksinə, Darvin bu sadə işığa həssas nöqtənin, yəni gözün mənşəyi sualını bilərək görməməzliyə vurmuşdu... Bu sualı görməməzliyə vurmaq üçün yaxşı

262


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.