Düşünən insan Jurnalı, Dekabr 2011

Page 65

www.insanmocuzesi.blogspot.com 6- İnsulin hormonunda yazılmış “şəkər yığın” əmrini oxuyan digər hüceyrələr bu əmrə qeyd-şərtsiz itaət edirlər. Şəkər molekullarının hüceyrələrin içinə keçməsini təmin edən qapılar açılır. 7- Ancaq bu qapılar təsadüfən açılmır. Anbar hüceyrələri qandakı yüzlərlə fərqli molekul arasından yalnız şəkər molekullarını tanıyır, saxlayır və öz içlərinə buraxır. 8- Hüceyrələr özlərinə verilən əmrə heç vaxt itaətsizlik etmir. Bu əmri yanlış anlamır, yanlış maddələri tutmur, lazım olandan artıq şəkər yığmırlar. Ciddi intizam və fədakarlıqla çalışırlar. Beləliklə, çox şirin çay içdiyiniz zaman bu fövqəladə sistem işə başlayır və artıq şəkəri bədəninizdə saxlayır. Əgər bu sistem fəaliyyət göstərməsə, o zaman qanınızdakı şəkər sürətlə yüksələr və komaya düşüb ölərdiniz. Bu, o qədər mükəmməl bir sistemdir ki, lazım gəldiyində əksinə də fəəliyyət göstərə bilir. Əgər qandakı şəkər normadan az olsa, bu zaman mədəaltı vəzi hüceyrələri tamamilə fərqli bir hormon - “qlükoqon”u sintez edir. Qlükoqon şəkər depolayan hüceyrələrə bu dəfə “şəkəri qana qarışdırın” əmrini verir. Bu əmrə də itaət edən hüceyrələr yığdıqları şəkəri geri qaytarır. Necə olur ki, beyinə, sinir sisteminə, göz və qulağa sahib olmayan hüceyrələr bu cür böyük hesablamaları və işləri qüsursuz şəkildə bacarırlar? Zülalların və yağ molekullarının yan-yana gəlməsilə yaranan bu şüursuz varlıqlar necə olur ki, insanların belə edə bilməyəcəkləri qədər böyük işlər görə bilirlər? Şüursuz molekulların göstərdikləri bu böyük şüurun mənbəyi nədir?… Əlbəttə, bu hadisələr bizlərə bütün kainata və bütün canlılara hakim olan Allahın varlığını və qüdrətini göstərir. Quranda Allahın hökmranlığı belə açıqlanır: Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə surəsi, 37)

www.dusuneninsan.net / 65


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.