Rey Bredberi - 451 Dərəcə Farenheyt

Page 1



Ray Douglas Bradbury

FARANHEYT


Ray Douglas Bradbury 451 Faranheyt Tərcümə: Ülviyyə Mütəllimova Redaktor: Ümid Əhmədov Korrektor: Firudin Həsənov Qapaq Dizaynı: Yaşar Şahlaroğlu Kompüter Dizaynı: Turqut Qaraca 154 səh. Format: 13*20 Qiyməti: 5 manat.

©BaşlaKitab, 2017



451° Farengeyt – bu, kağızın alışdığı və yanmağa başladığı temperaturdur.. Don Kandona minnətdarlıqla...


1-CI HISSƏ

YANDIRMAQ ƏYLƏNCƏLİ İDİ Hər şeyin alov tərəfindən yeyilməsini, əşyaların qaralması və dəyişməsini görmək xüsusi həzz idi. O, ovuclarında sıxıb tutduğu mis başlıqlı xortumla - dünyaya zəhərli ağ nefti səpələyən həmin nəhəng pitonla duranda beynində qan qaynayırdı. Əlləri isə sanki alov və yanğının simfoniyasını ifa edən valehedici dirijorun əlləri kimi qalxıb-enərək, tarixin didiklənmiş və külə dönmüş xarabalıqlarını yerlə bir edirdi. Bundan sonra baş verəcək hadisələrin ardıcıllığını düşündüyündə, keyimiş başına keçirdiyi 451sayı ilə nömrələnmiş rəmzi dəbilqənin altındakı gözləri narıncı atəş kimi parıldayırdı. O, alışqanın düyməsini basır və alov axşam səmasını tünd qırmızı-sarı-qara çalarlara bürüyərək evi öz ağuşuna alırdı. İşıldaquşların arasında addımlayırdı. Kitablar göyərçin qanadlarına bənzər səhifələrini çırpışdıraraq artırmada və evin önündəki çəmənlikdə öləndə onun istədiyi yeganə şey köhnə vaxtlarda olduğu kimi ocağa nabatlı çubuğu salmaq idi. Kitablar parlaq burulğanlar halında yuxarı qalxır, yanıb qaralaraq zərif küləklə uzağa sovrulurdular. 7


Monteqin üzündə alov tərəfindən qəfil yaxalanan və onun qaynar toxunuşundan sürətlə geri sıçrayan istənilən insanın simasında həkk olunacaq sərt təbəssüm dondu. O bilirdi ki, yanğın stansiyasına qayıdandan sonra güzgüdə hissdən qaralmış və yanmış simasına - alovların adamına baxıb göz vuracaq. Qaranlıqda yatmağa getdiyində isə hələ də üz əzələlərində donub qalmış həmin təlaşlı təbəssümü hiss edəcək. Bu təbəssüm onun üzünü heç vaxt tərk etmirdi, o özünü dərk edəndən bəri – heç vaxt... Tünd qara rəngli dəbilqəsini asdı və onu parıldatdı, sonra yanğınadavamlı pencəyini səliqə ilə onun yanından asdı, böyük həzzlə güclü axının altında yuyundu, fit çalaraq, əlləri cibində yanğın stansiyasının yuxarı mərtəbəsinin meydançasına qalxdı və oradan dəliyə yuvarlandı. Faciənin qaçılmaz olduğu güman edilən son saniyələrdə o, cəld əllərini cibindən çıxararaq parlaq gümüşü şüvüldən yapışdı. Dabanları aşağı mərtəbənin sement döşəməsinə bir qarış uzaqlıqda olduqda cığıltı səsi çıxararaq, dayanmağa müvəffəq oldu. Monteq yanğın stansiyasından gecə yarısı çıxaraq, metroya tərəf yönəldi. Metroda səssiz, hava təhrikli qatarlar yerdəki yağlı boruların üzərində xısın-xısın şütüyərək, onu isti hava axını ilə bayıra atdı. İndi sarımtıl kirəmitlə bəzədilmiş eskalator Monteqi şəhərətrafı qəsəbələrdən birinə tərəf qaldırırdı. Monteq fit çalaraq eskalatorun onu sakit gecə havasına sürükləməsinə icazə verdi. O, əhəmiyyət kəsb etməyən şeylər barəsində düşünərək tinə tərəf addımlayırdı. Lakin tinə çatmamışdan əvvəl addımlarını yavaşıtdı, sanki hardansa peyda olmuş külək onun üzünə vurdu, elə bil kimsə onun adını çağırdı. Artıq bir neçə gecə idi ki, onu evinə doğru aparan ulduzların işıqlandırdığı səki ilə addımlayarkən bu cür anlaşılmaz hisslər keçirirdi. Ona elə gəlirdi ki, sanki döngəni dönməmişdən bir neçə saniyə öncə burada kimsə olub. Havada qəribə sakitlik hökm sürürdü, sanki onun lap yaxınlığında kimsə gizlənib sakitcə gözləyirdi və gəlməsinə yalnız bir neçə saniyə qalmış kölgəyə dönür, Monteqi öz içindən buraxırdı. Bəlkə onun burnu zərif qoxu hiss etmişdi, bəlkə də üzünün və əllərinin dərisi 8


ilə daha əvvəl orada dayanmış bir insanın istiliyini... Sanki həmin insan öz istiliyi ilə dayandığı yerin temperaturunu bir anda on dərəcə yüksəltmişdi. Bunu başa düşmək qeyri-mümkün idi. Lakin hər dəfə tini döndükdə onun gördüyü şey istifadəsiz, əyri səki olurdu. Ancaq bircə gecə ona elə gəldi ki, gözünə çəmənlikdə nəsə göründü, o da Monteq nəzərini cəmləməyə və söz deməyə macal tapmamış yoxa çıxdı. Bu gün isə o həmin döngədə addımlarını yavaşıtdı. Xəyalən o artıq tini dönmüşdü. Birdən qulağına zəif pıçıltı gəldi. Kiminsə nəfəsidir? Bəlkə xəlvətdə sakit dayanıb gözləyən birinin tərpənişindən meydana gələn havanın hərəkətidir? O, tindən döndü. Ay işığının səpələndiyi səkidə külək payız yarpaqlarını qovurdu və lövhələrin üzəri ilə irəliləyən qız sanki onların üstündə gəzmir, külək və yarpaqlar tərəfindən itələnib sürüşürdü. Başını azca əyib ayaqqabılarının uclarında fırlanan yarpaqların toxunuşunu izləyirdi. Üzü incə, süd ağlığında idi və bu üz onun hər şeyə qarşı olan hədsiz marağını əks etdirirdi. Simasında bir az təəccüb də əks olunmuşdu, qara gözləri dünyaya elə zillənmişdi ki, sanki onlardan heç nə yayınıb canını qurtara bilməzdi. Paltarı ağ və xışıltılı idi. Monteqə artıq elə gəlirdi ki, o gəzəndə onun əllərinin hərəkətini də hiss edir, hətta hiss edilməsi mümkün olmayan ən xırda səsi belə eşidirdi – qızın üzünü çevirib, səkinin ortasında dayanan bir kişinin ona baxdığını kəşf etdiyində onun simasının parlaq titrəyişini... Yüksələn ağaclar xışıldayaraq yarpaqların quru yağışını damcıladırdı. Qız dayandı və bu an sanki geri sıçrayacaqmış kimi görünsə də, əvəzində Monteqə diqqətlə baxmağa başladı. Onun tünd, parlaq və canlı gözləri Monteqə elə zilləmişdi ki, sanki Monteq ona olduqca ürəkaçan sözlər deyib. Lakin o sadəcə olaraq salam demişd. Qızın ovsunlanmış halda onun pencəyinin qoltuğuna yapışdırılmış Salamandr və sinəsinə sancaqlanmış simurqlu diskin təsvirinə baxdığını görəndə, o dilləndi: “Əlbəttə,” - o dedi, “Siz bizim yeni qonşumuzsunuz, elə deyilmi?” “Siz də yəqin ki…” - o nəhayət ki, gözlərini Monteqin peşə emblemindən çəkə bildi. “ ...yanğınçısınız?” 9


Səsi titrədi. “Siz bunu necə də qəribə dediniz...” “Mən.. Mən hətta qapalı gözlərlə də bunu təxmin edə bilərdim.” Qız yavaş səslə dilləndi. “Hə, benzin iyi..? Arvadım da həmişə bundan gileylənir.” O gülümsədi, “Bu qoxunu heç vaxt tam yuyub çıxarmaq olmur.” “Hə. Yumaq olmur. ” O qorxu dolu səslə dedi. Monteqə elə gəlirdi ki, sanki qız onun ətrafında fırlanır, onu hər yana fırladır, ehmalca silkələyir, ciblərini çevirir. Hərçənd ki, qız heç yerindən tərpənmirdi. “Ağ neftin qoxusu,” o uzanmış sükutu pozmaq üçün dilləndi. “Mənim üçün ətirə bərabər bir şeydir.” “Yəni bu doğrudan belədir?” “Əlbəttə. Niyə də yox?” O cavab verməmişdən qabaq fikirləşdi: “Bilmirəm.” Sonra arxaya – evlərinin olduğu tərəfə baxdı. “Olar mən sizinlə gedim? Mənim adım Klariss Maklennandır..” “Klariss… Mənim adım isə – Qay Monteqdir. Bəs siz belə gec saatda burda nə gəzirsiniz? Sizin neçə yaşınız var?” İlıq küləkli gecədə onlar gümüşü səki üzərində addımlayırdılar və Monteqə elə gəlirdi ki, sanki ətrafdan təzə çiyələklərin və əriyin qoxusu gəlir. Payız vaxtı bu qoxunun hardan gəldiyi Monteqə müəmmalı qaldı. Yox, əslində bunların heç biri mövcud deyildi. Mövcud olan yalnız onun yanında gəzən, üzü ay işığından qar kimi parıldayan qız idi. O bilirdi ki, indi bu qız onun verdiyi suallar və həmin suallara necə daha yaxşı cavab vermək barəsində düşünür. “Belə,” o dedi, “mənim on yeddi yaşım var və mən dəliyəm. Mənim dayım təkidlə deyir ki, əgər səndən neçə yaşın olduğunu soruşsalar, onlara de ki, on yeddi yaşın var və sən dəlisən. Çünki bu iki şey daima bir-birini izləyir, bir-birinə uyğundur. Gecələr gəzişmək yaxşıdır, elə deyilmi? Mən hər şeyə baxmaqdan, onların qoxusunu almaqdan həzz alıram və hərdən elə olur ki, beləcə bütün gecəni keçirir, günəşin doğuşunu qarşılayıram.” 10


Bir müddət onlar danışmadan gəzdilər. Sonra Klariss düşüncəli şəkildə dedi: “Bilirsinizmi, mən sizdən heç qorxmuram”. O təəcübləndi. “Siz məndən niyə qorxmalısınız ki?” “Bir çox insan sizdən qorxur. Siz deyəndə, mən bütün yanğınçıları nəzərdə tuturam. Amma hər bir halda, siz də hamı kimi insansınız …” Onun parlaq şəffaf su damcılarına bənzəyən gözlərində Monteq öz qara və çox kiçik, amma hər bir xırda detalı ilə cizilmiş, hətta ağzının qırışlarının da seçildiyi əksini gördü. Klarissin gözləri sanki onun obrazının əbədi həkk olunduğu bir cüt bənövşəyi kəhrəba parçası idi... İndi Klarissin ona yönəlmiş siması daxilində yumşaq və əbədi işıq olan kövrək süd kristalı kimi görünürdü. Bu, kəskin və əsəb korlayan elektrik işığına bənzəmirdi. Bu, insana qəribə rahatlıq verən, zərif, incə şam işığı idi. Bir dəfə uşaqlıqda gözlənilmədən işıqlar sönmüşdü və onun anası hardansa şam tapıb yandırmışdı. Şamın yanmağa davam etdiyi bu qısa saat möcüzəli yeniliklər saatı idi. Bu saat ərzində dünya dəyişmişdi, o daha nəhəng deyildi və yalnız onların ətrafında fırlanırdı. Ana və oğul ikilikdə oturmuşdular. Onlar sanki dəyişmişdilər və səmimi qəlbdən işıqların mümkün qədər gec yanmasını arzulayırdılar. Birdən Klariss dedi: “Sizdən bir şey soruşmaq olar? Siz nə qədər vaxtdır ki, yanğınçı işləyirsiniz?” “İyirmi yaşımdan bəri. Artıq on ildir.” “Bəs siz heç nə vaxtsa yandırdığınız kitabları oxumusunuzmu?” O güldü. “Bu, qanuna ziddir!” “Hə-ə… Əlbəttə.” “Əslində bu, çox yaxşı işdir. Bazar ertəsi sən Milleyin kitablarını yandırırsan, çərşənbə günü Vaytmenin, cümə günü isə Folknerin... Əvvəlcə yandırıb külə çevirirsən, sonra hətta külü də yandırırsan. Bu bizim rəsmi şüarımızdır.” Onlar bir az da gəzişdilər. Sonra qız soruşdu, “Doğrudur ki, bir zamanlar yanğınçılar yandırmaqla deyil, söndürməklə məşğul olublar?” 11


“Yox. Evlər həmişə yanğınadavamlı materiallardan inşa edilib, inanın sözümə.” “Qəribədir. Mən eşitmişəm ki, bir vaxtlar evlər hansısa ehtiyatsızlıq ucbatından özləri alovlanmağa başlayıb və yanğınçılar da bu cür vəziyyətlərdə yanğını söndürmək üçün gərəkli olublar.” O güldü. Qız cəld onun gözlərinə baxdı. “Niyə gülürsünüz?” “Bilmirəm.” O, yenidən gülməyə başladı, amma birdən dayandı. “Necə bəyəm?” “Mən gülməli söz demədim, amma siz gülürsünüz. Üstəlik də hər şeyə dərhal cavab verirsiniz. Heç soruşduqlarım barədə düşünməyə ehtiyac duymursunuz.” Monteq dayandı. “Siz doğrudan da, qəribə adamsınız.”- Monteq ona baxaraq dedi - “Sanki həmsöhbətinizə heç hörmətiniz yoxdur!” “Mən sizin xətrinizə dəymək istəmirdim. Ola bilsin ki, mən insanlara həddindən artıq dərindən nəzər yetirməyi sevirəm.” “Məgər bu sizə heç bir şey demir?” O, ehmalca barmaqlarını kömür qarası rəngdəki pencəyinin qoltuğundakı 451 rəqəminin üzərinə toxundurdu. “Deyir.” O pıçıldadı, sonra isə addımlarını tezləşdirdi. “Deyin görüm, siz heç nə vaxtsa bax o bulvarlarda şütüyən raket qurğulu avtomobillərə diqqət yetirmisinizmi?” “Söhbətin mövzusunu dəyişirsiniz!” “Mənə hərdən elə gəlir ki, həmin sürücülər otun və ya gülün nə olduğunu bilmirlər. Çünki heç vaxt yavaş sürətlə onların yanından keçməyiblər” - o dedi. “Siz onlara yaşıl ləkə göstərin, deyəcəklər ki: həə, bax bu otdur! Çəhrayı ləkə? Bu ki gül çələngidir! Ağ ləkələr evlərdir. Qəhvəyi ləkələr isə inəklərdir. Bir dəfə mənim dayım saatda 40 mildən az sürətlə sürməyə cəhd etdi. Onu həbs etdilər və iki gün qazamatda saxladılar. Sizcə də bu gülməli, amma eyni zamanda da kədərli vəziyyət deyil?” 12


“Siz çox düşünürsünüz,” Monteq bir az çəkingən halda dedi. “Mən nadir hallarda qonaq otağınının divarlarından asılmış televizora baxıram, o cümlədən də, nə avtomobil yarışlarında iştirak edir, nə də əyləncə parklarına gedirəm. Yəqin ki, elə buna görə də mənim çılğın fikirlər üçün kifayət qədər vaxtım olur... Siz heç şəhərətrafı ərazilərdəki iki yüz fut uzunluğundakı reklam lövhələrini görmüsünüz? Bilirsinizmi ki, bir vaxtlar bu lövhələr cəmi iyirmi fut uzunluğunda olub? Amma indi avtomobillər yollarda çox yüksək sürətlə şütüyürlər deyə reklam lövhələrini uzatmaq məcburiyyətində qalıblar, ancaq bu halda onların oxunması mümkün olur.” “Yox, mən bunu bilmirdim!” Monteq qəfildən güldü. “Mən sizin bilmədiyinizi güman etdiyim daha bir şeyi bilirəm. Səhərlər otların üzərində şeh olur.” Monteq bunu nə vaxtsa bilib-bilmədiyini xatırlamağa çalışdı və bu da onu qıcıqlandırdı. “Elə indi ora baxsanız,”- o göy üzünü göstərdi, “Ayın üzərində bir insan görərsiniz.” Amma Monteq uzun müddət heç yerə baxmadı. Qalan məsafəni sükut içində addımladılar. Klarissin sükutu fikirli idi , Monteq isə küsmüş və narahat halda, hərdən də tənəli baxışları ilə onu süzməklə kifayətlənirdi. Klarissin evinə çatanda bütün pəncərələrdən parlaq işıqlar ətrafa saçılırdı. “Burda nə baş verir?” Monteq çox nadir hallarda yaşayış evində belə parlaq işıqlar görmüşdü. “Heç nə. Sadəcə anam, atam və dayım söhbət edirlər. İndiki zəmanədə bu da piyada gəzmək kimi nadir hadisəyə çevrilib. Mən sizə dayımın daha əvvəl bir dəfə də həbs edildiyindən danışmışam? Bilirsiniz niyə? Çünki o, piyada gəzirdi. Hə, biz ailəlikcə çox qəribə insanlarıq.” “Yaxşı, bəs siz nə haqqında danışırsınız?” Qız bu sözə güldü. “Gecəniz xeyrə!” dedi və evlərinə tərəf yollandı. Amma birdən dayandı, sanki nəyisə qəfil xatırlayıbmış kimi yenidən Monteqə yaxınlaşdı, təəccüb və maraqla onun üzünə baxaraq: 13


“Siz xoşbəxtsiniz?” deyə soruşdu. “Nə?” Monteq bərkdən dedi. Lakin qız artıq orada yox idi – o ay işığında qaçırdı. Evlərinin qapısı ehmalca bağlandı. “Xoşbəxt!! Bu nə cəfəngiyatdır?!” Monteq artıq gülmürdü. O evinin giriş qapısındakı xüsusi qurğuya əlini saldı. Toxunuşuna cavab olaraq qapı açıldı. “Əlbəttə, mən xoşbəxtəm. Başqa cür necə ola bilər? Bəs o nə fikirləşir? Xoşbəxt deyiləm?” O, sanki bu sualları səssiz otaqlara ünvanlayırdı. Bir müddət dayanaraq zaldakı havalandırma sisteminin barmaqlıqlarına baxmağa başladı və qəfildən yadına düşdü ki, bu barmaqlıqların arxasında bəzi şeylər gizlədib. Sanki indi həmin gizlədilən şeylər ona gözlərini zilləmişdi. Tez gözlərini çəkdi. Necə də qəribə gecə və qəribə görüşdür! Onun başına hələ belə şey gəlməmişdi. Cəmi bir dəfə bir il əvvəl parkda yaşlı kişi görmüşdü və onunla danışmağa başlamışdı, vəssalam... Monteq başını silkələdi. O, qarşısındakı boş divara baxırdı. Həmin qızın siması orada əks olunmuşdu, yaddaşında həqiqətən də gözəl qalmışdı: hətta gözəldən daha çox heyrətamiz. Onun üzü həqiqətən çox incə idi, sanki sən gecə vaxtı saatın neçə olduğunu öyrənmək üçün oyandığında gördüyün, qaranlıq otaqda güclə seçilən balaca saatın əqrəbi idi. Bu saat sənə dəqiqliklə dəqiqəni və saniyəni göstərir. Bildirir ki, gecə keçir və hava qaralaraq zülmətə doğru getsə də, həm də yeni günəşə doğru gedir. “Nə?” – Monteq öz şüuraltı “mən”indən soruşdu, həmin o axmaq “mən”indən ki, vaxtaşırı tabelikdən çıxır və nə iradəsinə, nə vərdişlərinə, nə də ağlına ram olmadan elə hey danışır. O, yenidən divara baxdı. Klarissin üzü necə də aynaya bənzəyir. Sadəcə inanılmazdır. Sən öz işığının əksini görə bildiyin neçə adam tanıyırsan? İnsanlar daha çox… – o, bənzətmə üçün söz axtardı və peşəsinə uyğun birini tapdı – məşəllərə bənzəyirlər, ta ki biri gəlib onları söndürməyincə bütün gecəni yanıq halda qalırlar. Necə də nadir hallarda başqasının simasında sən öz simanın, ən gizli düşüncə və arzularının əksini görə bilirsən! Bu qızın inanılmaz bir qabiliyyəti var idi – o 14


sanki hər şeyi qabaqcadan bilirdi. O, marionetlər şousunun bilici-tamaşaçısı kimi idi, sanki qabaqcadan Monteqin kipriklərinin hər qapanışını, əlinin hər jesti, barmaqlarının hər hərəkətini bilirdi. Onlar nə qədər müddət yanaşı gəzdilər? Üç dəqiqə? Beş? Amma həmin müddət ona çox uzun gəlirdi. İndi Klarissin divardakı əksi ona necə də nəhəng görünürdü, onun incə bədənindən yaranan kölgə necə də qəribə idi! Monteqə elə gəlirdi ki, əgər onun gözü qaşınsa, Klariss ondan qabaq gözünü qırpacaq, əgər onun üz əzələləri dartılsa, o, Monteqdən daha əvvəl əsnəyəcək. Monteq yenidən bu görüşü xatırlayıb düşündü: “Bəli, doğrudan da o sanki mənim ora gələcəyimi bilir, o cür lənətə gəlmiş gec vaxtda məni gözləyirdi…” Yataq otağının qapısını açdı. Ona elə gəldi ki, sanki ay batandan sonra üzü soyuq mərmərlə döşənmiş sərdabəyə daxil oldu. Mütləq zülmətin hökm sürdüyü otaqda küçədəki gümüşü havadan heç bir əsər-əlamət yox idi, pəncərələr elə kip bağlanmışdı ki, by türbəyəbənzər dünyaya böyük şəhərin heç bir səsi daxil ola bilmirdi. Otaq boş deyildi. O qulaq asdı. Kiçik ağcaqanadın havadakı zərif rəqsi, öz rahat və isti yuvasında gizlənmiş radio aparatının xışıltısı… Musiqi elə aydın səslənirdi ki, o hətta melodiyanı da seçə bilirdi. Üzündəki təbəssümün yox olduğunu, əridiyini, üzüldüyünü, çıxıb getdiyini hiss etdi. Sanki fantastik bir şam mumu kimi çox uzun müddət yanmağa davam edir, sonra yanıb qurtarır, əriyir və sönür. Zülmət. Xeyr, o xoşbəxt deyil. O xoşbəxt deyil! Bu sözləri özünə təkrarladı və danılmaz həqiqəti boynuna aldı. O, xoşbəxtliyi bir maska kimi daşıyırdı, amma qız onun əlindən bu maskanı aldı və çəmənlikdə qaçaraq gözdən itdi. İndi isə artıq onun qapısını döymək və maskanı geri istəmək mümkün deyildi. İşığı yandırmadan otağının necə göründüyünü təsəvvür etməyə çalışdı. Arvadı çarpayıda yayılmış və üstüaçıq vəziyyətdə, qəbirüstü heykəl kimi soyuq, donmuş gözləri sanki görünməz polad saplarla bağlanıbmış kimi tavana dikilmiş vəziyyətdə uzanıb. Qulaqlarına balaca “Balıqqulağı” radioqəbuledicisinin qulaqlıqları kip yerləşdirilib. Səslərin elektronik okeanı - musiqi və danışıqlar, musiqi və danışıqlar yuxusuz ağlının sahilinə gəlir. 15


Otaq həqiqətən də boş idi. Hər gecə bura dalğalar daxil olur və səhəri qarşılamaq üçün açıq gözlərlə uzanmış Mildredi səsin nəhəng cərəyanlarını ağuşuna alıb yelləyərək aparırdı. Son iki il ərzində elə gecə yox idi ki, Mildred bu dalğalarda üzməsin. Otağın soyuq olmasına baxmayaraq, Monteq güclə nəfəs alırdı. Amma o, pərdələri açmaq və otağa ay işığının daxil olmasını istəmirdi. Təngnəfəslikdən bo-ğulmağa məhkum olan insan kimi əlinin toxunuşu ilə öz açıq, soyuq və tənha yatağına tərəf yollandı. Ayağına yerdə diyirlənən bir əşya toxundu və həmin an ona elə gəldi ki, bunun baş verəcəyini əvvəlcədən hiss etmişdi. Bu hiss qismən o döngəni dönəndə və ona tərəf gələn qızı görəndə keçirdiyi hissə bənzəyirdi. Onun ayağı öz hərəkəti ilə havanın tərəddüdünü doğurub yolunda maneə olduğu haqda siqnal aldı və demək olar ki, həmin saniyədə də nəyəsə toxundu. Kar taqqıltı ilə hansısa bir predmet qaranlığa diyirləndi. Monteq birdən dikəldi və bu boş gecədə qaranlıq yataqda uzanan şəxsin nəfəsinə qulaq asdı. Nəfəs o qədər zəif gəlirdi ki, onda həyatı güclə tapmaq olurdu. Bu nəfəsdən ancaq xırda yarpaq titrəyə bilərdi, narın bir tük bəlkə də, bircə dənə tük. O hələ də otağa küçədəki işığı buraxmaq istəmirdi. Alışqanı çıxardıb o gümüş diskdə oyulmuş Salamandrı tapdı və basdı… Şəffaf çayın dibindəki iki ay daşı zəif odun işığından ona baxırdı. Şəffaf çayın dibində uzanan iki ay daşı və üzərlərində onlara toxunmadan hərəkət edən həyatın ağır-ağır axan həyat suları. “Mildred!” Onun üzü üstü qar ilə örtülmüş adaya bənzəyirdi, əgər ora yağış yağsaydı, bunu hiss etməyəcəkdi, əgər buludlar öz hərəkətli kölgələrini onun üzərinə salsaydılar, yenə də hiss etməyəcəkdi. Yalnız Mildredin qulaqlarına sıx tıxanmış qulaqlıqların zəif səsi, yalnız donmuş gözlər və zəif nəfəs, bir az tərpənən burun deşikləri... o nəfəs alırdı, verirdi... alırdı, verirdi... sanki bütün bu baş verənlərə qarşı tam etinasız idi. Monteqin ayağı ilə toxunduğu əşya indi onun öz çarpayısının yanında parıldayırdı. Bu gün səhər tezdən otuz yuxu həbi ilə doldurulmuş balaca kristal şüşə, indi qapağı açılmış və boş halda zəif işığın altında yerdə diyirlənirdi. 16


Birdən evin üzərində fəryad qopdu. Qulaqbatırıcı səs eşidildi, elə bil iki nəhəng əl on min mil uzunluğunda qara qalın kətanı iki yerə cırdı. Monteq sanki iki yerə parçalandı, onun sinəsini açdılar və iki yerə yardılar. Evin üstündən raket bombardmançıları sürətlə keçdi – birinci, ikinci, birinci, ikinci, birinci, ikinci. Altı, doqquz, on iki – biri digərinin dalınca, biri digərinin dalınca havanı qulaqbatırıcı uğultu ilə titrətdilər. Monteq ağzını araladı və onların fəryadının öz çılpaq dişləri arasından keçməsinə icazə verdi. Ev titrəyirdi. Alışqan onun əlindən düşdü. Ay daşları yoxa çıxdı. Onun əli telefona uzandı. Bombardmançılar yox oldular. O, telefon borusuna toxunan dodaqlarının titrəyişini hiss etdi: “Təcili Yardım Xəstəxanasını...” Dəhşətli pıçıltı… Ona elə gəlirdi ki, raket təyyarələrinin uğultusundan ulduzlar toza çevrildilər və sabah səhər bütün yer üzü qar kimi bu tozla örtülü olacaq. O bunları qaranlıqda telefonun yanında dayanaraq bütün bədəninin titrədiyi və dodaqlarını səssiz tərpətdiyi anda düşünürdü. Onlar özləri ilə aparat-maşın gətirmişdilər. Daha doğrusu, iki dənə maşın var idi. Biri quyunun dibində xarab və çürük sularını axtaran qara kobra kimi sənin mədənə girir. O, yaşıl şirəni içir, onu sorur, sonra da bayıra atırdı. O, bütün qaranlığı içə bilərdimi? Və ya orada uzun illər ərzində yığılmış bütün zəhəri? Sakit halda içirdi, arabir sanki boğulurmuş kimi qəribə səslər çıxarırdı, elə bil içəridə lap dərində nə isə axtarırdı. Onun gözü var idi. Heç bir ifadə olmayan, laqeyd siması ilə xidmət edən optik dəbilqəli şəxs xəstənin daxilinə nüfuz edib maşının gözünün orda nə gördüyü barədə danışa bilərdi. Bəs göz orada nə görürdü? O, heç nə demirdi. Əslində bu qurğu indicə qarnını nasosladığı insanın özünü görə bilmirdi. Bütün bu proses bağda xəndək qazılmasını xatırladırdı. Yataqda uzanan qadın sadəcə belin rast gəzdiyi bərk mərmər qat idi. Qazmağa davam edin, daha dərinə daxil olun, boşluğu sorun. Əlbəttə, əgər sorucu ilan bunu edə bilərsə! Maşını işlədən operator dayanaraq siqaret çəkirdi. İkinci maşın da işləyirdi. Onu da eynilə birinci operator kimi simasız biri – qırmızımtıl-qəhvəyi rəngli gözləri olan oğlan idarə edirdi. Bu maşın insanın bədənindəki qanı sorur, əvəzinə təzə qan və zərdab əlavə edirdi. 17


“Onları eyni zamanda iki üsul ilə təmizləmək məcburiyyətindəyik,” - operator hərəkətsiz şəkildə uzanan qadının başının üstündə dayanaraq dedi. “Təkcə mədəni yumaq kifayət deyil. Bu zibili qanda bir az saxlasaq, o sanki çəkic kimi beyni taqqıldadacaq və beləcə, iki min iki zərbə və hazırdır! Beyin təslim olur, işini dayandırır.” “Bəsdirin!” Monteq qəfildən qışqırdı. “Mən sadəcə demək istəyirdim ki…,” operator cavab verdi. “Siz işinizi bitirdiniz?” Monteq soruşdu. Onlar öz aparat-maşınlarını qutulara kip yerləşdirirdilər. “Hə, qurtardıq.” Monteqin qəzəbi onlara heç təsir də etməmişdi. Ayaqüstü siqaret çəkirdilər, tüstü burularaq onların gözlərinə və qulaqlarına girirdi. Lakin onlardan heç biri nə gözünü qırpırdı, nə də üzünü qırışdırırdı. “ Əlli dollar borcunuz var.” “Axı niyə onun sağalıb-sağalmayacağı barədə mənə heç nə demirsiniz?” “Əlbəttə, sağalacaq. Bütün zir-zibil artıq bu qutulardadır. Onlar daha arvadınız üçün heç bir təhlükə yaratmır. Mən sizə dedim axı - köhnə qanı çıxarır, əvəzində yeni qanı daxil edirsən və hər şey qaydasında olur.” “Axı siz heç biriniz həkim deyilsiniz. Niyə Təcili Yardımdan həkim göndərməyiblər?” “Lənət şeytana!” operatorun dodağındakı siqaret tərpəndi. “Bizim gecə ərzində doqquz-on belə çağırışımız olur. Son illər ərzində bu cür hadisələrin sayı o qədər artıb ki, xüsusi maşın-aparatalar hazırlamaq məcburiyyətində qalmışıq. Düzünə qalsa, bunda yenilik olan yeganə şey optik linzadır, qalanlar hamısı çoxdan hamıya bəlli olan şeylərdir. Bu işlərdə həkim lazım deyil. İki texnik lazımdır və beləcə, yarım saata hər şey qaydasına düşür. Getmək lazımdır” – onlar çıxışa tərəf yönəldilər – “Elə indicə radioqəbuledici vasitəsi ilə yeni çağırış almışıq. On məhəllə burdan o yana kimsə yenə bir qutu yuxu həbini udub. Əgər yenidən lazım olsaq, zəng vurun. Ona isə indi yalnız rahatlıq lazımdır. Biz ona canlandırıcı vasitə vurmuşuq. Çox ac oyanacaq. Hələlik.” İncə, kip sıxılmış dodaqlarında siqaret saxlamış, gürzə baxışları kimi soyuq baxışlı insanlar, özləri ilə maşınları və 18


borularını götürüb qutularına maye melanxoliya və adsız tünd sıx kütləni doldurub otağı tərk etdilər. Monteq stula oturdu və uzanmış qadına baxmağa başladı. Onun gözləri qapalı idi. Monteq onun nəfəsinin istiliyini hiss etmək üçün əlini uzatdı. “Mildred,” o, nəhayət dilləndi. “Biz həddindən artıq çoxuq,” - o fikirləşdi- “Biz milyardlarlayıq və bu olduqca çoxdur. Heç kim də bir-birini tanımır. Özgələr gəlir və sənin qəlbini parçalayırlar. Özgələr gəlir və sənin qanını sorur-lar. Əziz Tanrım, bu insanlar kim idilər? Mən onları əvvəllər heç vaxt görməmişəm.” Yarım saat keçdi. İndi bu qadının damarlarından özgə qan axırdı və bu qan onu yeniləmişdi. Onun yanaqları indi çəhrayı rəngə boyanmışdı, dodaqları isə təravətli və al idi! İndi onların incə və sakit ifadəsi var idi. Öz qanının əvəzinə özgəsinin qanı… Kaş ki, başqasının bədəni, beyni və yaddaşı da olsaydı. Kaş ki, onun ruhunu çıxarıb təmizləyiciyə aparıb, hissələrə ayırıb, ciblərini çevirib, buxarlayıb, ütüləyib, səhər də yenidən geriyə qaytaraydılar. Kaş ki... O ayağa qalxdı, pərdələri qaldırdı, pəncərələri geniş açdı və otağa təravətli gecə havasını buraxdı. Gecə saat iki idi. Doğrudanmı onun küçədə Klariss Maklennanla rastlaşmasının üstündən cəmi bir saat keçib? Cəmi bir saatdır ki, o bu qaranlıq otağa girib, ayağı kristal şüşəyə toxunub? Cəmi bir saat və hər şey dəyişib – həmin o dünya əriyib, onun yerinə yenisi – daha soyuq və rəngsizi gəlib. Ay işığı səpələnmiş çəmənlik boyu Monteq gülüş səsləri eşitdi. Bu gülüş səsi Klarissin, onun ata və anasının, dayısının evindən gəlirdi. Onlar sadə şeylərə gülümsəməyi və sevinməyi bacarırdılar. Bu səmimi və şən, məcburiyyətsiz gülüş idi və gecənin bu saatında parlaq işıqlandırılmış evdən gəlirdi. Lakin ətrafdakı bütün evlər qaranlıq və sükuta qərq olmuşdular. Monteq söhbətləşən insanların səslərini eşidirdi, onlar nə barədəsə danışırdılar, danışırdılar, soruşurdular, cavab verirdilər. Beləcə dayanmadan sözlərdən ibarət ovsunlayıcı tor qururdular. Monteq nə etdiyinin fərqin19


də olmadan şüşə qapıdan bayıra çıxdı, çəmənliyi keçdi. O, səslər eşidilən evin kölgəsində ayaq saxladı və birdən ağlına gəldi ki, əgər istəsə hətta aynabəndə də qalxa bilər, qapını döyər və pıçıldayar: “İcazə verin içəri girim. Mən heç bir söz deməyəcəyəm. Sadəcə sizi dinləmək istəyirəm. Sizin nə danışdığınızı bilmək istəyirəm.” Lakin o, yerindən tərpənmədi. Buzlaşmış, donmuş, keyimiş, maskaya bənzər sima ilə dayanmışdı. Sakit və tələsmədən danışan kişi səsini dinləyirdi: “Nəticədə, indi bir dəfəlik istifadə əsridir. İndiki zəmanədə insan kağız salfet kimidir: onunla burunlarını silirlər, əzirlər, atırlar, sonra yenisini götürürlər və yenə də burunlarını silirlər, əzirlər, atırlar… Hamı bir-birindən istifadə edir. İnsanlar öz simalarını itiriblər. Axı siz oyunçuların adından və proqramdan xəbəriniz olmadan, necə həmin komandaya azarkeşlik edə bilərsiniz? Bir cəhd edin deyin görüm onlar nə rəng köynəklərdə sahəyə çıxacaqlar?” Monteq geriyə – evinə tərəf yönəldi. O, pəncərələri açıq qoydu, Mildredə yaxınlaşdı, üstünü örtdü və öz yatağına uzandı. Ay işığı onun əzələlərinə, alnının dərin qırışlarına toxundu, gözlərində iki xırda gümüşü şəlalə yaratdı. Yağışın ilk damlası düşdü. Klariss. Daha bir damla. Mildred. Üçüncüsü, dayı. Dördüncü, bu gecəki yanğın. Bir Mildred, İki Klariss. Bir, iki, üç, dörd, Mildred, Klariss, dayı, yanğın, yuxu həbləri, kağız insanlar, salfetlər, istifadə et, at, yenisini götür! Birinci, ikinci, üçüncü, dördüncü. Yağış. Şimşək. Dayının gülüşü. Şimşək aşağıya doğru enir. Bütün dünya aşağı yağıb tökülür. Alovlar vulkandan baş qaldırır. Hər şey böyük nərilti səsi ilə fırlanır, çalxalanır və gecənin içindən keçib səhərə doğru yönəlir. “Mən daha heç nə bilmirəm, heç nə anlamıram.” Yuxu həbi dilinin üstündə aramla əridi. Səhər saat onda Mildredin yatağı artıq boş idi. Monteq tələsik yerindən qalxdı və qəlbi bərk döyünərək zala tərəf qaçdı. Mətbəxin qapısında ayaq saxladı. Qızarmış çörək dilimi tosterdən bayıra atıldı, gümüşü metal əl onu götürdü və üzərini yağladı. Mildred xəfif qızarmış dilimlərin qabda düzülüşünə 20


baxırdı. Qulaqlarına elektron qulaqlıqları bərkitmişdi. Qəfildən başını qaldırıb Monteqi gördü və başını silkələdi. “Yaxşısan?” Monteq soruşdu. “Balıqqulağı” qulaqcıqları ilə tanışlıqdan sonrakı on il ərzində Mildred insanları dodaqlarından oxumağı öyrənmişdi. O, yenidən başını silkələdi və tosterə təzə çörək dilimini qoydu. Monteq oturdu. “Başa düşmürəm ki, mən niyə belə acam.” - arvadı dedi. “Sən?”– o başladı “Mən ACAM!” “Dünən gecə...” “Mən pis yatmışam. Özümü çox pis hiss edirəm.” o dedi. “İlahi, necə də yemək istəyirəm! Başa düşə bilmirəm ki, niyə... Burda kimsə olub?” “Dünən gecə…”– o yenidən başladı. Mildred çaşqın halda onun dodaqlarını izləyirdi. “Dünən gecə nə olub?” “ Sən məgər heç nə xatırlamırsan?” “Nə olub ki? Biz güclü yemək-içmək təşkil etmişdik? Mən sanki dünəndən qalmış kimiyəm. İlahi, necə də yemək istəyirəm! Yaxşı bəs bizdə dünən kimlər var idi? “Bir neçə nəfər.” o dedi. “Elə də bilirdim.” O, qızarmış çörəyin bir para-sını çeynəyirdi. “Mədəmdə ağrılar var, amma aclığım lap dəhşətlidir. Ümidvaram, mən dünən heç bir axmaqlıq etməmişəm..” “Yox,” – o , sakit cavab verdi. Toster ona yağ hopmuş çörəyi atdı. Ona nəsə lütfkarlıq göstərilibmiş kimi çörəyi minnətdarlıqla götürdü. “Sən özün də yaxşı görünmürsən.” arvadı dedi. Günün ikinci yarısında yağış yağdı və bütün dünya tünd boz örtüyə büründü. O, evinin giriş zalında dayanıb pencəyindəki narıncı Salamandr nişanəsini düzəldirdi. Düşüncəli halda uzun müddət havalandırma qurğusunun barmaqlıqlarına baxdı. “Buna bir baxın – İnsan düşünür! “Hə, - o cavab verdi. “Səninlə danışmalıyam.” Monteq bir müddət susdu. “Dünən gecə sən şüşədə olan bütün yuxu həblərini içmişdin.” 21


“Xeyr, mən bunu etməmişəm!” – Mildred təəccüblə çığırdı. “Şüşə bomboş idi.” “Mən belə şey heç vaxt etmərəm. Bu mənim nəyimə gərəkdir?” o soruşdu. “Bəlkə sən ikisini içmisən, sonra unutmusan və daha ikisini də qəbul etmisən. Sonra başı dumanlı vəziyyətdə şüşədəki otuz ya qırx həb hamısı bitənə qədər bir-birinin ardınca həbləri qəbul etməyə başlamısan. “Lənətə gələsən! Mən niyə belə axmaqlıq edim axı?” “Bilmirəm,” o cavab verdi. Aydın idi ki, Monteqin tezliklə çıxıb getməsini gözləyirdi. “Mən belə şey etməmişəm” - o təkrarladı, “Ömür boyu belə şey etmərəm.” “Yaxşı, qoy sən deyən kimi olsun.” Cavab verdi. “Xanımın dediyi bu idi” – O öz ssenarisini oxumağa davam etdi. “Bu gün gündüz proqramında nə var?” Yorğun halda soruşdu. O, başını qaldırmadan cavab verdi: “Pyes. On dəqiqə teledivarda nümayiş etdiriləcək. Ssenarinin mənə aid olan hissəsini bu gün göndəriblər. Mən onlara bəzi şeylər təklif etmişəm. Onlar ssenarini bir rolu buraxaraq yazırlar. Tamamilə yeni ideyadır! Bu çatışmayan evdar qadın rolunu mən ifa edirəm. Buraxılmış ifadəni demək zamanı çatdıqda hamı mənə baxır və mən lazımi sözləri səsləndirirəm. Məsələn, kişi mənə baxaraq deyir: “Bu barədə fikrin nədir, Elen?” Mən bax burada - səhnənin mərkəzində otururam və cavab verirəm... cavab verirəm ki….” O, yazının üzərində barmaqlarını gəzdirərək dayanmışdı “Hə, tapdım: “Məncə, bu sadəcə yaxşı ideyadır!” Sonra kişi bu sözləri deyənəcən onlar mənsiz davam edirlər: “Elen, sən bununla razısanmı?” və mən cavab verirəm: “Hə, əlbəttə, razıyam.” Doğrudan da maraqlıdır, hə Qay?” O, zalda dayanıb, Mildredə baxırdı. “Əminəm ki, çox maraqlıdır,” – Mildred təkrarladı. “Pyesdə nədən bəhs edilir?” 22


“Axı elə indi sənə danışdım. Burada üç obraz var – Bob, Rut və Elen.” “ Hə-ə!” “Bu həqiqətən də, çox maraqlıdır. Bizim dördüncü televizor divarımız olanda, daha da maraqlı olacaq. Nə düşünürsən, biz adi divarın yerinə dördüncü teledivar yığmaq üçün hələ nə qədər müddət pul yığmalıyıq? Bu ki cəmi iki min dollaradır.” “ Mənim illik gəlirimin üçdə biri. ” “Cəmi iki min dollar”, - təkidlə təkrar etdi. “Heç olmasa hərdən mənim barəmdə düşündüyünü bilməliyəm. Əgər biz dördüncü divarı da qoysaq, bu otaq təkcə bizə mənsub olmayacaq. Orada müxtəlif qeyri-adi insanlar yaşayardılar. Nəsə başqa bir şeydə qənaət edə bilərik.” “Biz onsuz da üçüncü divarı qoyandan bəri, çox şeydə qənaət edirik. Əgər yadındadırsa, biz onu cəmi iki ay əvvəl qoymuşuq.” “Cəmi iki ay?” Mildred uzun müddət ona baxdı. “Hələlik.” “Hələlik,” Monteq çıxışa tərəf yönələrək cavab verdi, lakin birdən dayandı və geriyə baxdı. “Bəs bu pyesin sonu necə bitir? Xoşbəxt sondur?” “Hələ axıra kimi oxumamışam.” O yaxınlaşıb son səhifəyə baxdı, başını silkələdi, ssenarini düzəldib arvadına verdi və yağışın islatdığı küçəyə çıxdı. Yağış demək olar ki, dayanmışdı. Qız səkinin ortasında başını yuxarı qaldıraraq gəzirdi. Yağışın tək-tük damlaları onun üzünə düşürdü. Monteqi görcək gülümsədi. “Salam!” Monteq salamlaşdı və soruşdu: “Siz indi nə edirsiniz?” “Mən hələ də əvvəlki kimi dəliyəm. Yağışda özümü yaxşı hiss edirəm. Yağışın altında gəzməkdən xoşum gəlir.” “Düşünmürəm ki, mənim bundan xoşum gələ bilər.” “Bəlkə cəhd etsəydiniz, xoşunuza gələrdi.” “Heç vaxt cəhd etməmişəm.” O, dodaqlarını yaladı. “Yağış həm də çox gözəl dadır.” “Siz gərək həmişə bir dəfə də olsa hər şeyin nə daddığını, necə olduğunu yoxlayasınız?” 23


“Hərdən iki dəfə” o, əlində tutduğu şeyə baxdı. “Əlinizdə nə var?” o soruşdu. “Yəqin bu il bitmiş olan sonuncu zəncirotudur. Payızın bu son günlərində çəmənlikdə onu tapacağımı heç düşünməzdim. Siz bunun çənənin altına sürtmək üçün olduğu barədə heç eşitmisinizmi? Baxın.” O gülərək, gülləri çənəsinə toxundurdu. “ Niyə belə edirsiniz?” “Əgər zəncirotu ovulsa – deməli, mən kimisə sevirəm. Ovuldu?” Monteqin onun çənəsinə baxmaqdan savayı çıxış yolu qalmadı. “Necə oldu axı?” o soruşdu. “Çənənizin altı sarı rəngə boyanıb.” “Əla! Gəlin indi SİZdə yoxlayaq. .” “Məndə heç nə alınmayacaq.” “Baxarıq.” Monteq başını çəkməyə macal tapmamış, qız zəncirotunu onun çənəsinin altına saldı. O, qeyri-ixtiyari geri çəkildi, Klariss isə gülərək dedi: “Sakit dayanın!” Klariss Monteqin çənəsinə baxıb qaşlarını çatdı. “Necə oldu”? – Monteq soruşdu.. “Heyf!”, o dedi. “Siz heç kimi sevmirmişsiniz!” “Xeyr, sevirəm.” “Amma zəncirotu elə göstərmir.” “Mən çox sevirəm” Bu sözləri dediyi vaxt kiminsə beynində hər hansı bir obrazı canlandırmaq istəsə də, heç nə alınmadı. “Sevirəm” o təkidlə təkrarladı. “Ah, xahiş edirəm, mənə o cür baxmayın!” “Bu sizin zəncirotunuza görədir,” o dedi. “Siz onun bütün tozunu çənənizə sürtdünüz, mənə heç nə qalmadı.” “Hə, əlbəttə, ola bilər. Mən sizin kefinizi pozdum, buna görə həqiqətən üzr istəyirəm,” Klariss Monteqin dirsəyinə toxunaraq dedi. “Yox, yox, ” o, cəld dedi, “Mən yaxşıyam.” “Artıq getməliyəm, buna görə məni bağışladığınızı eşitmək istəyirəm. İstəmirəm ki, mənə hirsli qalasınız.” “Hirsli deyiləm. Bir az kefim pozuldu.” 24


“Mən indi psixiatrımın yanına getməliyəm. Onlar məni getməyə məcbur edirlər. Bilmirəm həkim mənim barəmdə nə düşünür. O deyir ki, mən soğan kimiyəm. Məni qat-qat soymaq lazımdır.” “Mən də sizə psixiatrın köməyi lazım olması fikrinin tərəfdarıyam,”Monteq dedi. “Bilirəm ki, siz əslində belə düşünmürsünüz.” Monteq dərindən nəfəs aldı və dedi: “Doğrudur. Mən həqiqətən də belə düşünmürəm.” “Psixiatrım bilmək istəyir ki, mən niyə meşələrə gedir, quşları seyr edir və kəpənəkləri toplayıram. Bir gün mən sizə öz kolleksiyamı göstərəcəyəm.” “Yaxşı.” “Vaxtımı necə keçirdiyimi bilmək istəyirlər. Onlara deyirəm ki, hərdən sadəcə otururam və düşünürəm. Lakin onlara düşündüklərim barədə danışmıram. Qoy bir az baş sındırsınlar. Onlara deyirəm ki, mən sadəcə başımı arxaya əyib, yağış damlalarını ağzımla tutmağı sevirəm. Onlar şərab kimi dadırlar. Siz nə vaxtsa bunu yoxlamısınız?” “Yox, mən...” “Siz məni bağışladınız, elə deyilmi?” “Hə.” O bu barədə bir az düşündü. “Hə, bağışladım. Allah bilir nəyə görə. Siz xüsusi insanlardansınız. Həm adamı əsəbiləşdirirsiniz, həm də sizi bağışlamaq çox asan olur. Deyirsiniz ki, on yeddi yaşınız var, hə?” “Hə, bir aydan sonra olacaq.” “Qəribədir, çox qəribədir. Arvadımın otuz yaşı var, amma hərdən mənə elə gəlir ki, siz ondan böyüksünüz. Bu hissdən baş aça bilmirəm.” “Siz də xüsusi birisiniz, Monteq. Hərdən olur ki, hətta sizin yanğınçı olduğunuzu unuduram. İndi olar sizi yenə hirsləndirim?” “Yaxşı, davam edin.” “Bu necə başladı? Siz bu işin içinə necə düşdünüz? Necə oldu ki, məhz bu işi seçdiniz? Siz başqalarına bənzəmirsiniz. Bir neçəsini görmüşəm, ona görə də bilirəm. Mən danışanda, 25


siz mənə baxırsınız. Mən dünən gecə Ay barədə danışanda, siz Aya baxırdınız. Başqaları bunu heç vaxt etmirlər. Onlar çıxıb gedir və məni tək qoyurlar. Ya da qorxudurlar. Heç kimin başqasına ayıracaq zamanı yoxdur. Siz mənimlə yaxşı rəftar edən tək-tük insanlardansınız. Ona görə də sizin yanğınçı olmağınız mənə qəribə gəldi. Bu iş sizə heç cür uyğun gəlmir.” Monteqə elə gəldi ki, o, yarıya bölündü, iki hissəyə parçalandı. Yarısı alov kimi isti, o biri yarısı buz kimi soyuq oldu. Biri zəif, digəri kobud, biri həssas, digəri daş kimi möhkəm olan iki parçadan ibarət oldu. Bu parçalar isə bir-birini məhv etməyə çalışırdı. “Yaxşısı budur, görüşünüzə gecikməyəsiniz,” o dedi. Klariss onu yağışın altında qoyaraq, çıxıb getdi. Uzun müddət keçəndən sonra o, yerindən tərpənə bildi. Aramla gəzməyə başladı, yağışda başını arxaya əydi və bir neçə saniyəlik ağzını açdı… *** Mexaniki İt həm yuxulu, həm oyaq, həm ölü, həm də diri halda yanğın stansiyasının kandarında yerləşən öz zərif uğultulu, titrəyişli, zəif işıqlandırılmış yerində idi. Gecə səmasının solğun işığı geniş pəncərədən içəri girirdi və parıltılı işıqlar Mexaniki İtin mis, tunc və polad hissələrinin müxtəlif tərəflərində oynayırdılar. İşıq yaqut şüşəsinin parçalarında əks olunuraq, bu qəribə məxluqun incə, xırda damarlara bənzər həssas neylon tüklərinə və güclə gözə çarpan səkkiz hörümçəkvari, rezinlə doldurulmuş pəncələrinə düşürdü. Monteq tunc şüvül ilə aşağı sürüşdü. O, şəhəri seyr etməyə çıxdı. Buludlar dağılmışdı, səma tər-təmiz idi. O, siqaret çəkdi və dəhlizə qayıdıb itin damına tərəf əyildi və ora nəzər saldı. Mexaniki İt nəhəng arını xatırladırdı, sanki o, arı pətəyi ilə çəmənlikdən qayıtmışdı və bu çəmənlik zəhərli nektarını çəkdikdə qarabasma və ağılsızlıq doğuran güllərdən ibarət idi. İndi itin bədəni məstedici zəhərlə dolmuşdu və bu zəhərin gücünə qalib gəlmək üçün o yatırdı. 26


“Salam” - Monteq pıçıldayaraq, həmişəki kimi ovsunlanmış gözləri ilə həm ölü, həm də diri olan heyvana baxaraq dedi. Gecələr darıxdırıcı olanda, - bu isə hər gecə olurdu, yanğıçılar mis şüvülləri ilə aşağı düşür, itin iybilmə qabilliyyətini verən taqqıldayan mexanizmi işə salır və onu siçovulların olduğu zirzəmiyə buraxırdılar. Bəzən zirzəmiyə onsuz da artıq olan toyuq-cücəni, bəzən isə pişikləri atırdılar. Mərc gələrək itin hansı qurbanını birinci tutacağı üzərində oynayırdılar. Oyun bir neçə saniyə sonra bitirdi. Cücə, siçovul və ya pişik heç bir neçə metr qaçmamış, itin yumşaq pəncələrinin arasına düşürdülər. Onun ağzından çıxan dörd düymlük polad iynə öz qurbanına güclü dozada morfi və ya prokain yeridirdi. Sonra ölmüş heyvancığı tullayıb oyuna yenidən başlayırdılar. Monteq adətən oyun zamanı aşağı düşmürdü və bu oyunlarda iştirak etmirdi. Bir dəfə, təxminən bir il əvvəl, o hansısa təcrübəli oyunçuların biri ilə mərcə gəlmişdi və həftəlik gəlirini oyunda uduzmuşdu. Nəticəsə isə Mildredin dəhşətli qəzəbi ilə qarşılaşmalı olmuşdu. O hələ də Mildredin qırmızı ləkələrlə dolmuş qəzəbli sifətini unutmamışdı, alnında da qəzəbdən damarları şişmişdi. İndi gecələr o öz çarpayısında uzanıb üzünü divara çevirir və aşağıdan gələn qəhqəhə səslərinə, siçovul dırnaqlarının döşəmədə çıxardığı, sanki royalın simini kimsə dartırmış kimi səslənən cırıltıya, it öz yuvasından, qaranlıqdan işığa çıxanda nəhəng gecə kəpənəyi kimi səssiz sıçrayışla tullanarkən ətrafa çökən qəfil sakitliyə qulaq asırdı. O öz qurbanını tutur, iynəsini ona soxur ki, tezliklə sakitləşsin və ölsün - sanki düyməsini basıb söndürürsənmiş kimi. Monteq onun ağzına toxundu. İt mırıldadı. Monteq arxaya sıçradı. İt öz damına qalxdı və ona yaşıl-mavi neon işıqlı və qəfildən fəallaşmış parlaq gözləri ilə baxdı. O, yenidən nərildədi - bu səs elektriklərin qəribə kobud kombinasiyaları fışıltısına, tavada yağın, metalın cırıltısına, çoxdan atılmış paslı mexanizmin işə düşməsinin səsinə bənzəyirdi. “Yox, yox, oğlan,” Monteq pıçıldadı. Qəlbi şiddətlə döyünürdü. O, itin iynəsinin ağzından necə girib çıxdığını görürdü. İtin boğazında sanki nərilti böyüyür-dü və onun 27


parlaq gözləri Monteqə zillənmişdi. Monteq geri çəkildi. İt damından bir addım çıxdı. Monteq şüvülə əli ilə toxundu. Toxunmaya cavab olaraq, şü-vül yuxarıya tərəf qalxdı və tavandakı deşiyə doğru Monteqi səssiz daşıdı. O, yuxarı mərtəbənin yarıqa-ranlıq meydançasına addım atdı. Bütün bədəni əsirdi, siması torpaq rəngli solğunluqla örtülmüşdü. Aşağıda it sakitləşmişdi və yenə öz səkkiz hörümçəkvari pəncələri üzərinə çökərək, yavaşca uğuldamağa davam edirdi. Onun büllur kimi gözləri yenidən söndü. Monteq oradan dərhal çəkilmədi, çünki əvvəlcə sakitləşmək istəyirdi. Onun arxasında, uzaq küncdəki, yaşıl abajurun altında lampa ilə işıqlandırılmış masada dörd kişi kart oynayırdı. Onlar Monteqə ötəri baxdılar, amma heç biri də bir kəlmə demədi. Yalnız başında üzərində simurq təsviri ilə bəzədilmiş kapitanın dəbilqəsi olan və arıq əlində kartları saxlamış insan onunla maraqlanaraq, dayandığı küncdən soruşdu: “ Monteq...?” “O məni sevmir,” Monteq dedi. “Kim, it?” Kapitan əlindəki kartlara nəzər salaraq dedi. “Yaxşı görək! O kimisə sevə və ya sevməyə bilməz. O sadəcə “işləyir”. Bu ballistika üzrə məsələ kimidir. Onun üçün traektoriya hesablanmış və o həmin yola görə də hərəkət edir. Özü hədəfi tapır, özü geri qayıdır, özü sönür. Mis məftil, akkumulyatorlar, elektrik enerjisi – vəssalam, o ancaq bunlardan ibarətdir. Monteq havanı güclə nəfəsinə çəkdi. “Onun iybilmə sistemini istənilən kombinasiyaya kökləmək olar – müəyyən qədər aminturşular, bir qədər fosfor, bir qədər yağ və qələvilər kifayətdir. Elə deyil?” “Nə olsun ki? Bu ki hamıya məlumdur.” “Bizim hər birimizin qanının kimyəvi tərkibi və faiz nisbəti aşağıdakı sənəd qutusunda qeyd edilib. Kiminsə Mexaniki İtin “yaddaşına” bu və ya digər məhlulu tökməsi, tam yox, ən azından aminturşusu tökməsinə nə var ki. Bu, çox asan işdir. Bu kifayətdir ki, o indi etdiyi hərəkəti etsin – mənə reaksiya versin.” 28


“Cəfəngiyat!” kapitan dedi. “O qıcıqlanıb, amma tam əsəbiləşməyib. Kimsə onun “yaddaşını” o dərəcədə quraşdırıb ki, mən ona toxunanda üzərimə mırıldaya bilsin.” “Kimin ağlına belə şey etmək gələr axı?” kapitan soruşdu. “Qay, məgər sizin burada düşməniniz var ki?” “Bildiyim qədərilə, yoxdur.” “Yaxşı. Sabah mexaniklərə iti yoxladarıq.” “Bu birinci dəfə deyil ki, o mənə mırıldanır,” - Monteq davam etdi, “Keçən ay da iki dəfə belə edib.” “Hər şeyi yoluna qoyarıq. İndi daha narahat olmayın...” Monteq yerindən tərpənmədən evinin havalandırma barmaqlığının içində saxladığı şeylər barədə düşü-nürdü. Bəlkə kimsə bu barədə öyrənib və itə “danışıb”? Kapitan Monteqə yaxınlaşdı və sual yağan nəzərlərlə ona baxdı. “Bilmək istəyərdim ki,” Monteq dedi, “görəsən it gecələr öz damında yatanda nələr haqqında düşünür. Yəni o doğrudan da insanın üzərinə tullananda canlanır? Bu barədə düşünəndə adamı lap üşütmə tutur.” “İt bizim düşünməsini istəmədiyimiz heç bir şey barəsində düşünmür.” “Hə, çox təəssüf,” Monteq sakit dedi. “Təəssüf ona görə ki, biz ona yalnız pis şeyləri daxil edirik – izləmək, ələ keçirmək, öldürmək. Bizim bundan başqa şeylər öyrədə bilməməyimiz necə də böyük biabırçılıqdır!” Kapitan Bitti yavaşca fırnıxdı. “Bu nə cəfəngiyatdır! Bizim itimiz – insan ustalığının ən yaxşı nümunəsidir. Hədəfi özü tapan və səhvsiz vuran təkmilləşdirilmiş tüfəngdir.” “Məsələ də elə budur. Anlayırsınızmı, mən onun növbəti qurbanı olmaq istəmirəm,” Monteq dedi. “Axı bu niyə sizi belə narahat edir? Məgər vicdanınız təmiz deyil, Monteq?” Monteq dərhal kapitan Bittinin gözlərinə nəzər saldı. Kapitan gözlərini ona zilləyərək durmuşdu, birdən onun dodaqları titrədi, geniş təbəssüm ilə aralandı və səssiz gülüşə büründü. 29


Bir, iki, üç, dörd, beş, altı, yeddi gün.. Hər dəfə o evdən çıxanda bilirdi ki, Klariss hardasa buralarda yaxınlıqdadır. Bir dəfə o Klarisin zeytun ağacını silkələdiyini görmüşdü, başqa bir gün onu çəmənlikdə oturarkən gördü – o, mavi sviter toxuyurdu, üç və ya dörd dəfə o evinin aynabəndində bir dəstə gül, kiçik torbada şabalıd, səliqə ilə ağ kağız üzərinə bərkidilərək qapıya yapışdırılmış payız yarpaqlarının dəstəsini tapmışdı. Hər axşam Klariss onu döngəyə qədər ötürürdü. Bir gün yağışlı, başqa bir gün isti, digər gün sanki yaya geri qayıdıbmış kimi hərarətli və boğucu olurdu. Belə olanda Klarissin siması zərif gün qaralması ilə örtülürdü. “Görəsən niyə mənə elə gəlir ki, sanki sizi çoxdan tanıyıram,” O, metronun girişində dilləndi. “Çünki siz mənim xoşuma gəlirsiniz,” Klariss dedi, “və mən sizdən heç nə istəmirəm. Bir də ona görə ki, biz bir-birimizi başa düşürük.”. “Sizinlə olanda özümü çox qoca hiss edirəm, sanki sizin atanız yaşındayam...” “Onda deyin görüm, əgər uşaqları bu qədər sevirsinizsə, niyə sizin elə mənim kimi bir qızınız yoxdur?” “Bilmirəm.” “Yəqin zarafat edirsiniz!” “Demək istəyirdim ki... – onun dili dolaşdı və ba-şını tərpətdi, “Bilirsiniz, mənim arvadım... Bir sözlə, o uşağımızın olmasını istəmir.” Qızın üzündəki təbəssüm yox oldu. “Bağışlayın. Mən axı həqiqətən zarafat etdiyinizi düşündüm. Həqiqətən də axmağam.” “Yox, yox!” o dedi. “Bunu soruşmağınız yaxşı oldu. Məndən bunu çoxdandır ki, heç kim soruşmurdu. Heç kimin bu vecinə deyil. Bu, yaxşı sualdır.” “Yaxşı, gəlin nəsə başqa şey barədə danışaq. Bilirsinizmi qurumuş yarpaqlardan nə qoxusu gəlir? Darçın! Budur. İyləyin.” “Hə, doğrudan da… Darçını xatırladır.” Klariss öz aydın tünd gözlərini ona tərəf qaldırdı. 30


“Siz də elə hər şeyə təəccüblənirsiniz!” “Ona görə ki, əvvəllər heç vaxt bunlara fikir verməmişəm…Vaxtım olmurdu.” “Bəs siz reklam lövhələrinə baxdınız? Yadınızdadırsa, sizə onlar barəsində danışmışdım?” “Baxdım.” – Qeyri-ixtiyari gülümsədi. “ Sizin gülüşünüz indi daha yaxşıdır.” “Doğrudan?” “Hə. Daha səmimidir.” Onun qəlbinə qəfildən sakitlik və rahatlıq gəldi. “Siz niyə məktəbdə deyilsiniz? Mən sizi elə hər gün belə boş-boşuna gəzərkən görürəm.” “Onsuz da məktəbdə mənim üçün darıxmırlar,” qız cavab verdi. “Məktəbdəkilər deyirlər ki, mən ünsiyyətcil deyiləm. Guya ki, mən insanlarla pis yola gedirəm. Qəribədir. Çünki əslində mən çox ünsiyyətciləm. Sadəcə bu onların ünsiyyət adı altında nə anladıqlarından asılıdır. Mən düşünürəm ki, insanlarla ünsiyyət bizim sizinlə indi danışdığımız kimi danışmaqdır.” O, bağdakı ağacın altından tap-dığı bir neçə şabalıdı ovucuna götürdü. “Yaxud da dünyanın necə qəribə qurulduğu barədə danış-maq. Mən insanlarla bir yerdə olmağı sevirəm. Ancaq hamını bir yerə toplayıb və heç kimə söz deməyə imkan verməmək – axı bu necə ünsiyyətdir? Televizor dərsləri, basketbol dərsləri, beyzbol və ya qaçış dərsləri, sonra tarix dərsləri – nəyisə köçürürük, yaxud da rəsm dərsləri – nəyisə hardansa baxıb çəkirik, sonra yenidən idman. Bilirisinizmi, biz məktəbdə heç vaxt sual vermirik. Ən azından çoxumuz. Sakit otururuq, onlar isə üzərimizə bomba kimi cavablar yağdırırlar – trax, trax, trax, - və sonra yenə dörd saat oturub sənədli filmə baxırıq. Bunun nəyi ünsiyyətdir? Çoxlu qıfları var və novlarla bu suyu dibə qədər töküb başqa tərəfdən axmasına yol verirlər. Bizə bunun şərab olduğunu söyləyirlər, halbuki, belə deyil. Günün sonuna qədər bizi o qədər yorurlar ki, ya yıxılıb yatırıq, ya da əyləncə parklarına yollanırıq, orada ya ətrafdakı insanlara sataşırıq, şüşəqırma meydançasında şüşə qırırıq, ya da böyük polad topla dağıtma zonasında avtomobilləri vu31


rub yıxırıq. Yaxud da avtomobilə oturub, yollarda şütüyürlər. Belə bir oyunları var: kim fənər sütununun və ya digər maşının daha yaxınından keçəcək. Hə, onlar bəlkə də düz deyirlər, mən onların dedikləri kimiyəm. Mənim dostlarım yoxdur. Bu elə bil ki mənim normal olmadığımı sübut edir. Lakin mənim yaşıdlarım ya dəli kimi qışqırır, atlanıb-düşür, ya da bir-biri ilə dalaşırlar. Siz fikir vermisiniz ki, bu günlərdə insanlar bir-birini necə incidirlər?” “Siz lap yaşlı qadınlar kimi fikir yürüdürsünüz.” “Hərdən mən özümü qoca arvad kimi hiss edirəm.Öz həmyaşıdlarımdan qorxuram. Onlar bir-birini öldürürlər. Yəni bu həmişə belə olub? Dayım deyir ki, həmişə belə olmayıb. Təkcə bu il ərzində mənim altı yaşıdım güllələnib. Onu avtomobil qəzasında həlak olub. Onlardan qorxuram və buna görə də onlar məni sevmirlər. Dayım deyir ki, onun babasının yadına uşaqların bir-birini hələ öldürmədiyi zamanlar gəlirdi. Amma bu lap çoxdan olub, onda hər şey fərqli olub. O deyir ki, əvvəllər hər kəs belə hesab edib ki, hər bir insanın məsuliyyət hissi olmalıdır. Bu arada, bu hiss məndə də var. Bu ona görədir ki, mən balaca olanda, evdəkilər vaxtında yaxşıca dərsimi veriblər. Mən ev üçün bütün alış-verişi də, təmizliyi də özüm edirəm.” “Lakin hər şeydən çox,” Klariss dedi, “mən yenə də insanları müşahidə etməyi sevirəm. Hərdən mən bütün günü metroda gedirəm, insanlara baxıram, onların söhbətlərinə qulaq verirəm. Onların kim olduğunu, nə istədiklərini, hara getdiklərini bilmək istəyirəm. Hərdən mən hətta əyləncə parklarında oluram və raket qurğulu avtomobillər gecəyarı şəhər ətrafında şütüyəndə onlara minirəm. Əgər onlar sığortalanıbsa, polis heç fikir vermir. Sənin cibində on min dollarlıq sığorta kartın varsa, deməli, hər şey qaydasındadır, hər kəs xoşbəxt və razıdır. Hərdən mən metrodakı danışıqlara qulaq asır, yaxud da bağdakı fontanların ətrafındakı danışıqları dinləyirəm. Heç bilirsiniz nə müşahidə etmişəm?” “Nə?” “İnsanlar heç nə barədə danışmırlar.” 32


“Yox, bu ola bilməz!” “Hə, hə, onlar doğrudan da heç nə barədə danışmırlar. Fərqli avtomobil və geyimlərin, yaxud da hovuzların adını çəkir, onların necə möhtəşəm olduğunu deyirlər. Lakin onlar hamısı eyni şeyləri təkrarlayır və heç bir yeni söz demirlər. Vaxtlarının çoxunu öz mağaralarındakı zarafat qutusundakı təkrar zarafatlara dəfələrlə qulaq asmaqla və ya musiqili divarın rəngli naxışlarının yuxarı-aşağı qaçışlarına baxmaqla keçirirlər. Axı bütün bunlar sadəcə rənglərdir və abstraktdır. Bəs rəsm qalereyaları? Siz nə vaxtsa belə qalereyalara getmisiniz? Orda da hər şey məzmunsuzdur. İndi başqa cür olmur. Amma dayımın dediyinə görə, nə vaxtsa bütün bunlar başqa cür olub. Bir zamanlar rəsmlər nə barədəsə danışıblar, hətta insanları da göstəriblər.” “Dayım bunu deyir, dayım onu deyir… Sizin dayınız yəqin ki, çox yaxşı adamdır.” “ Əlbəttə, yaxşıdır. Mən indi getməliyəm. Hələlik, Monteq .” “ Hələlik.” “Hələlik…” *** Bir, iki, üç, dörd, beş, altı, yeddi gün. Yanğın stansiyası. “Monteq, siz bu şüvülün üzərində lap quş kimi uçursunuz.” Üçüncü gün. “Monteq, mən sizin arxa qapıdan gəldiyinizi gördüm. İt sizi yenə narahat edir?” “Yox-yox.” Dördüncü gün. “Monteq, qulaq asın görün bir necə hadisə baş verib! Mənə elə bu gün danışıblar. Sietlda bir yanğınçı qəsdən iti öz kimyəvi birləşmələri ilə doydurub və damından buraxıb. Əcəb intihardır!” Beş, altı, yeddi gün. Sonra Klariss yoxa çıxdı. Monteq ilk əvvəl bu günün di33


gərlərindən nə ilə fərqləndiyini başa düşmədi. Əsas olan isə Klarissin heç bir yerdə gözə dəyməməsi idi. Gölməçələr bomboş, ağaclar bomboş, küçələr bomboş idi. Çatışmayan şeyin nə olduğunu qavrayıb itkin düşmüşü axtarmağa başlayana kimi artıq özündə deyildi, sönük həyəcan onu əsir almışdı. Nəsə baş vermişdi, adət etdiyi qayda pozulmuşdu. Düzdür, bu qayda çox sadə idi. Özü də bir neçə gün əvvəl başlamışdı. Amma yenə də. O, az qala geri qayıdıb yenidən gəzintiyə başlamaq istədi. Əmin idi ki, əgər yenidən bu yollarda gəzsə, hər şey köhnə qaydasına düşəcək. Amma artıq gec idi. Qatarın gəlişi də bu planlara son qoydu. *** Kartların çırpıntıları, əllərin, göz qapaqlarının hərəkəti, yanğın stansiyasının tavanından asılmış saatın səsi “…səhər saat bir otuz beş , Cümə axşamı, noyabrın dördü… bir otuz altı… bir otuz yeddi…” “…01:35, Cümə axşamı, noyabrın dördü… 01:36 ..… 01:37…” Sürüşkən stolun üzərinə atılan kartların səsi gəlirdi. Monteq gözlərini qapadaraq göz qapaqları kimi incə sərhədlə ətrafda baş verən hər şeydən müdafiə olunmağa çalışırdı. Buna baxmayaraq, yenə də səslər ona çatırdı. Gözlərini bağlasa da, o ətrafda olan hər şeyi təfərrüatı ilə görə, hiss edə bilirdi. Cilalanmış mis və bürünc, parıltılı işıqlar, yanğın stansiyanın sakitliyi. Onun görə bilmədiyi bir stol o tərəfdə oturan insanlar kartlarına nəzərə yetirir, dərindən nəfəs alır, nəyisə gözləyirdilər. “ Saat 01:45...” Səsli saat sanki çox soyuq keçən ilin soyuq səhərində yenə də soyuq olan saatlar üçün ağı deyirdi. “Monteq, sizə nə olub?” Monteq gözlərini açdı. Hardansa radionun səsi eşidilirdi. “…müharibə hər saat elan edilə bilər. Bu ölkə daima müdafiə olunmağa hazır vəziyyətdə dayanıb.” Yanğın stansiyası raket təyyarələrinin qaranlıq səhər səmasını yarıb keçməsi ilə silkələndi. 34


Monteq gözlərini qırpdı. Bitti Monteqə muzeydəki abidəyə baxırmış kimi baxırdı. İstədiyi anda o Monteqin qarşısında qalxa və ətrafında gəzə bilər, ona toxuna, vicdanı və şüurunu yoxlaya bilər. “Sizin gedişinizdir, Monteq.” Monteq qarşısında oturan simalara - minlərlə həqiqi və on minlərlə uydurulmuş yanğınların alovundan yanmış yanaqlarını olan, gözləri iltihablı simalara baxırdı. Onlar sakit və rahat oturub platin alışqanların alovuna baxır, qara müştüklərində tütün çəkirdilər. Kömür kimi qapqara saçları və qaşları, maviyə çalan yanaqları, təmiz qırxılmış üzləri… O nə vaxtsa, qara saçları, qara qaşları, iltihablı gözləri, yanmış, qızarmış siması olmayan yanğınçı görmüşdümü? Bu insanların hamısı ona çox bənzəyirdilər! Görəsən yanğınçılar təkcə bacarıqlarına görə yox, həm də görünüşlərinə görə seçilirdilər? Monteq gözlərini aşağı zilləyərək, əlində sıxdığı kartlara baxdı. “Bəzi şeyləri düşünməyə bilmirəm. Məsələn, keçən ay baş verən yanğını və kitablarını yandırdığımız həmin şəxsi... Onun axırı necə oldu?” “Onu çığırtılar içində dəlixanaya atdılar.” “O dəli deyil idi.” Bitti sakit halda öz kartlarını qaydaya saldı. “Höküməti və bizi aldatmağı bacaracağını düşünən hər kəs dəlidir.” “Görəsən,” Monteq dedi, “insanlar bu hadisələr baş verəndə necə hisslər keçirirlər. Yəni yanğınçılar bizim ev və kitablarımızı yandırsaydılar, nə hiss edərdik?” “Bizim kitablarımız yoxdur.” “Yox, əgər olsaydı.” “Sizdə var?” Bitti diqqətlə Monteqə baxırdı. “Xeyr.” Monteq onların arxasındakı divarda asılmış qadağan olunmuş milyonlarla kitabın siyahısına baxdı. “Xeyr”, o təkrarladı. Üzü buz kimi oldu. Onun düşüncələri yenə də evinin havalandırma sistemində saxladığı şeylərin yanında idi. 35


Sanki indi həmin havalandırma sisteminin qarşısında idi və borulardan gələn havadan üzü belə buz kimi olmuşdu. Yenə də o həmin parkda əyləşib o qoca kişi ilə danışırdı. Parkda isə soyuq külək əsirdi. Monteq tərəddüdlə dilləndi, “Bu… bu həmişə belə olub? Yanğın stansiyası, bizim işimiz..? Yəni nə vaxtsa.“ “Bir zamanlar!” Bitti . “Bu necə danışıqdır axı?” “Axmaq”, Monteq öz-özünə dedi, “sən özünü ələ verirsən.” Sonuncu yanğında bir nağıllar kitabında o belə bir cümlə görmüşdü. “Bir zamanlar evlər tam yanğınadavamlı deyildi…” Qəfildən o sanki öz səsi əvəzinə daha cavan səsin danışdığını hiss etdi. Ağzını açdı və hiss etdi ki, indi danışan Klariss Maklellandır. O deyirdi, “Bir zamanlar yanğınçılar yanğınları yandırmaq və onu yaymaq əvəzinə, onların qarşısını almırdılarmı?” “Bu gülməlidir!” – Stounmen və Blek sanki əmr alıblarmış kimi, hər ikisi eyni zamanda qaydalar kitabını çıxararaq, Monteqin qarşısına qoydular. Qaydalardan əlavə, bu kitabda Amerikanının yanğın əmrlərinin tarixçəsi haqqında qısa məlumat da var idi. İndi kitab məhz Monteqə tanış olan bu səhifədə açılmışdı:” 1970-ci ildə tərtib edilib. İngilis yazıçılarının təsiri ilə koloniyalarda yazılmış ədəbiyyat nümunələrinin yandırılması nəzərdə tutulur. İlk yanğınçı Benjamin Franklindir.” QAYDALAR: 1. Həyəcan siqnalına cəld cavab ver. 2. Yanğını dərhal başla. 3. Hər şeyi yandır. 4. Yanğın bitdikdən dərhal sonra stansiyaya qayıt. 5. Digər çağırışlar üçün daim hazır vəziyyətdə dur. Hər kəs Monteqə baxırdı. O isə tərpənmirdi. Həyəcan siqnalı səsləndi. Tavandakı zəng bəlkə də iki yüz dəfə çaldı. Qəflətən stulların dördü də boşaldı. Oyun kartları qar kimi döşəməyə səpələndilər. Mis dirək titrədi. İnsanlar yox oldular. Monteq 36


hələ də oturmağa davam edirdi. Aşağıdakı narıncı canavar öskürərək canlandı. Monteq yuxuda gəzən adam kimi boru ilə aşağı sürüşdü. Mexaniki İt öz damından sıçrayaraq ayağa qalxdı. Gözlərində yaşıl alovlar parıldayırdı. “Monteq, dəbilqəni unutmusan!” Monteq dəbilqəni divardan götürdü, qaçaraq maşına tullandı və maşın şütüyərək getməyə başladı. Onlar gecənin səssizliyini siqnal səsləri ilə yararaq irəliləyirdilər. Bu, şəhərin qədim hissəsində yerləşən, əcaib üç-mərtəbəli bina idi. Bəlkə də bir əsr idi ki, beləcə burda durub qalmışdı. Lakin bütün digər tikililər kimi, bu binaya da nazik, yanğınadavamlı üzlük çəkmişdilər və sanki elə binanı dik saxlayan yeganə şey də elə bu üzlük idi. Mühərrik səs salaraq dayandı. Bitti, Stounmen və Blek səkiyə tərəf qaçdılar. Qəfildən onlar öz geniş yanğın geyimlərində çox iyrənc və kök göründülər. Küçə qapısını qıraraq qadını yaxaladılar. Halbuki qadın nə qaçmağa, nə də canını qurtarmağa cəhd edirdi. O, sadəcə dayanaraq, bir tərəfdən digər tərəfə tərpənirdi. Gözləri divardakı heçliyə zillənmişdi. Sanki onun başına şiddətli zərbə endirilmişdi. Dili ağzında tərpənirdi. Gözləri isə elə bil nəyisə xatırlamağa çalışır, sonda isə yada sala bilirdi. Dili yenidən hərəkət etməyə başladı. “Mərd olun, Ridli. Tanrının lütfü ilə biz bu gecə İngiltərədə elə bir ocaq yandıracağıq ki, onlar bu ocağı heç vaxt söndürə bilməyəcəklər.” “Bəsdir!” Bitti dedi. “Hardadır onlar?” Bitti heyrətamiz dəqiqliklə qadının üzünə bir sillə vuraraq, sualını təkrarladı. Yaşlı qadının gözləri Bittinin üzərində cəmləndi. “Siz onların harda olduğunu yaxşı bilirsiniz, əks halda, burda olmazdınız.” o dedi. Stounmen telefon həyəcan kartını uzatdı. Kartın arxa tərəfində belə bir şikayət yazılmışdı: “Şüb-hələnmək üçün əsas olduğu ev; 11 No.Elm. Şəhər. E.B.” 37


“Bu yəqin ki, qonşum xanım Bleykin işidir,” qadın yazılanları oxuyaraq dedi. “Yaxşı, uşaqlar, gəlin onları tapaq!” Növbəti dəqiqələrdə yanğınçılar bu köhnəlmiş zülmətdə bir-birinə toxunaraq, balaca uşaqlar kimi gülüşüb əylənir, gümüşü baltaları ilə kilidli olmayan qapıları qırırdılar. “Eyy!” Monteq dik pillələri titrəyərək qalxarkən sanki kitablardan ibarət fəvvarə onun üzərinə töküldü. Necə də xoşagəlməz vəziyyətdir! Əvvəllər bütün bunlar şam söndürməyə bənzəyirdi. Polis birinci içəri daxil olur, qurbanın yapışqan lentlə əvvəlcə ağzını, sonra isə əllərini bağlayaraq, sonra onu parlaq böcəyə bənzəyən avtomobillərinə basıb aparırdılar. Yanğınçılar gələndə ev artıq boş olurdu. Sən heç kimi incitmirdin, sadəcə əşyalara toxunurdun. Əşyalar isə inciyə, hiss edə, ağlaya və qışqıra bilmədikləri üçün sonra sənin vicdanını narahat edən bir şey də olmurdu. Bu qadın isə hər an qışqırmağa və ağlamağa başlaya bilərdi. Sən əslində sadəcə təmizlik işləri aparırdın. Ev baxımı işləri kimi bir şey. Hər şey cəld baş verirdi, hər şey öz yerinə qoyulurdu, hər şey ağ neft ilə təmizlənirdi. Kimdə kibrit var?! Lakin bu gecə kimsə səhv etmişdi. Bu qadın öz varlığı ilə bütün qanunauyğunluğu pozmuşdu. Burdakı kişilər ətrafa çökmüş dəhşətli sükutu pozmaq üçün yüksək səslə danışır, gülür, zarafatlaşırdılar. Qadın sanki boş divarları qışqırdaraq, günah tozunu otaqdakı insanların üzərinə səpələməyə məcbur edirdi. Bu düzgün, qəbuledilən hal deyildi. Monteq möhkəm qıcıqlandı. Ən əhəmiyyətli məsələ bu idi ki, qadın burda olmalı deyildi! Kitablar onun çiyinlərini, qollarını, yuxarı qalxmış üzünü bombaladı. Bir kitab sanki ağ göyərçin kimi qanadlarını çırpındıraraq, düz onun ovucunda oturdu. Zərif dumanlı işığın altında sanki üzəri səliqəli yazı ilə bəzənmiş qarlı lələk kimi bir səhifə açıldı. Bütün bu hərarət və tələskənlik içində Monteq yalnız bir cümləni oxumağa macal tapdı. Bu sətirlər sanki onun beynində atəş yandırdılar və orada alovlu polad hərflərlə bu sözlər həkk olundu: “Zaman günorta günəşinin parıltısında yuxuya getmişdi.” O, dərhal kitabı atdı. Lakin elə həmin an başqa bir kitab onun qolları üzərinə düşdü. 38


“Monteq, bura gəlin!” Monteqin əlləri bir ağız kimi bağlandı, kitabı vəhşi bir sədaqətlə qamarladı, sanki dəlilikdən doğan şüursuzluqla onu köksündə gizlətdi. Yuxarıdakı yanğınçılar bellərə kitabları dolduraraq, onları tozlu havada fırladırdılar. Kitablar sanki öldürülmüş quşlar idilər və qadın da balaca bir qız uşağı kimi onların məhv olmuş bədənləri arasında dayanmışdı. Monteq heç nə etmirdi. Hər şeyi onun əli edirdi. Bu əlin hər titrək barmağının öz beyni, vicdanı, marağı var idi. İndi bu əl oğruya çevrilmişdi. Kitabı tərli qoltuğunun altına gizlətdi və möhkəmcə sıxdı. “Bura bax, ey məsum, bura bax!” O, titrəyərək həmin bəyaz ələ gözlərini zilləmişdi. Hərdən əlini uzaqlaşdıraraq ona uzaqdan, hərdən də kor kimi lap yaxından baxırdı. “Monteq!” O, diksinərək səs gələn tərəf boylandı. “Ay axmaq, orada niyə dayanmısan? Çəkil ordan.” Kitablar qurudulması üçün atılmış yığınlarla balıqlara oxşayırdılar. Kişilər oynayaraq, sürüşərək onların üzərinə yıxılırdılar. Ağ neft! Onlar kürəklərinə bağlanmış və 451 rəqəmi ilə nömrələnmiş baklardan soyuq mayeni fışqırtdılar. Hər bir kitabı bu maye ilə islatdılar, hər bir soyuq otağı bu maye ilə doldurdular. Sonra aşağı doğru tələsdilər. Monteq ağ neftin dumanından sərsəmləmiş halda arxada gəlirdi. “Ay xanım, çıxın bayıra!” Qadın diz çökərək kitabların arasında oturmuşdu, əli ilə isə islanmış kitabların üzlərinə toxunur, zərli sətirləri barmaqları ilə sığallayır və gözləri ilə Monteqi ittiham edirdi. “Siz heç vaxt mənim kitablarıma sahib olmayacaqsınız.” O dedi. “Sizin qanunlardan xəbəriniz var.” Bitti dedi. “Bəs sağlam düşüncəniz hardadır? Bu kitablarda yazılanlar bir-birinə ziddir. Siz illər boyu burada kilidlənmiş halda qalmısınız, 39


lənətlənmiş Babil qülləsi kimi. Əl çəkin bu cür işlərdən! Bu kitablarda təsvir edilən insanlar həqiqətdə heç vaxt mövcud olmayıblar. Bəsdir, gedək daha!” O, başını silkələdi. “İndi bütün ev dağılacaq,” Bitti dedi. Kişilər yöndəmsizcə çıxışa doğru yönəldilər. Onlar Monteqə baxdılar, o isə qadının yanında dayanmışdı. “Siz yəqin ki, onu burada tərk etmək fikrində deyilsiniz, hə?” “O bizimlə gəlməyəcək.” “Elədirsə, o zaman biz onu məcbur etməliyik!” Bitti alışqanı tutduğu əlini yuxarı qaldırdı. “Biz Evə qayıtmalıyıq. Bu fanatiklər onsuz da daima həyatlarına intiharla son qoymaq istəyirlər. Məlum məsələdir. ” Monteq qadının dirsəyindən tutaraq dedi, “Siz mənimlə gedə bilərsiniz. Gəlin gedək.” “Yox,” qadın cavab verdi, “Amma yenə də, çox sağ olun.” “Ona qədər sayıram.” Bitti dedi. “Bir. İki.” “Davam edin,” qadın dedi. “Xahiş edirəm, gedək.” Monteq qadını dartışdırdı. Qadın sakitcə cavab verdi, “Mən qalmaq istəyirəm.” “Beş. Altı.” “Siz saymağı dayandıra bilərsiniz,” qadın dedi. O, barmaqlarını araladı və ovcunun içindəki obyekt aydın göründü. Adi kibrit dənəsi. Bunu görən kişilər dərhal bayıra və daha sonra da evdən bacardıqları qədər uzağa qaçmağa başladılar. Kapitan Bitti, soyuqqanlılığını qoruyaraq ehmalla giriş qapısına doğru addımladı. Onun çəhrayı siması minlərlə yanğın, gecə təlatümlərindən sonra yanmış və parıldayırdı. “İlahi,” Monteq düşündü, “doğrudan da bütün həyəcan siqnalları həmişə gecələr gəlir. Səhərlər heç vaxt! Görəsən, bu gecələr alovun daha gözəl görünməsinə görədirmi? Daha gözəl tamaşa, daha gözəl göstəriş üçündürmü?!” Qapıya yaxınlaşdıqda Bittinin çəhrayı simasında qorxunun izləri görünməyə başladı. Qadının əli kibrit çöpünü tərpət40


di. Ağ neftin dumanı onun ətrafını bürüdü. Monteq köksündə gizlətdiyi kitabın bir qəlb kimi atdığını hiss edirdi. “Davam edin,” qadın dedi. Monteq Bittinin arxasıyca yavaş-yavaş özünün də uzaqlaşdığını hiss edirdi. Pillələrdən düşdü, ağ neftin bədəməl ilbizin izinə bənzər açdığı yol ilə çəmənlikdən keçdi. Sanki onları uzaqdan səssizcə izləmək üçün çıxdığı eyvanda dayanan qadın sakitlik və əzəmət dolu görünüşü ilə hərəkətsiz dayanmışdı. Bitti barmaqlarını ağ nefti alovlandırmaq üçün tərpətdi. Lakin o gecikmişdi. Monteqin nəfəsi kəsildi. Qadın eyvandan onlara həqarət dolu baxışlarını zilləyərək, kibriti yandırıb barmaqlığa tərəf tulladı. Küçə boyu insanlar evlərindən bayıra axışmışdılar. Yanğın stansiyasına qayıdarkən onlar bir kəlmə də kəsmədilər. Heç kim bir-birinin üzünə baxmırdı. Monteq Bitti və Bleklə birgə ön oturacaqda oturmuşdu. Onlar heç siqaret də çəkmirdilər. Sadəcə maşının şüşəsindən önə baxır və beləcə sakit gedirdilər. “Ustad Ridli,”nəhayət Monteq dilləndi. “Nə?” Bitti soruşdu. “Qadın belə deyirdi, “ustad Ridli”. O, qapıya yaxınlaşarkən, nəsə çılğınca şeylər deyirdi. “Özünüzü mərd kişi kimi aparın, Ridli” və daha nələrsə.” “Biz Tanırın lütfü ilə bu gücə İngiltərədə elə bir şam yandıracağıq ki, o şamın nə vaxtsa sönəcəyinə inanmıram,” Bitti dedi. Stounmen və Monteq diksinmiş halda, kapitana baxdılar. Bitti çənəsini ovuşdurdu. Bunu Latimer adlı bir şəxs Ridli adlı digərinə 16 oktyabr, 1955-ci ildə Oksfordda qanuna qarşı çıxdıqları üçün diri-diri yandırıldıqları zaman deyib.” Monteq və Stounmen yenidən baxışlarını maşının təkərləri altında qalan yola zillədilər. “Mən bu cür sitatlardan bolam,” Bitti dedi. “Bir çox yanğın kapitanları da elə mənim kimidirlər. Hərdən hətta özümü də təəccübləndirirəm. BUNA BAX, Stounmen!” Stounmen yük maşınını saxladı. “Lənət şeytana!” Bitti dedi. “Siz yanğın stansiyasının olduğu küçənin düz yanından ötüb səhv yola keçmisiniz!” 41


*** “Kimdir?” “Kim ola bilər ki?” Monteq dedi. O, qaranlıqda bağlı qapıya söykənərək dayanmışdı. Arvadı yenidən dilləndi, “Yaxşı, işığı yandır.” “İşığa ehtiyacım yoxdur.” “Onda gəl yatağa gir.” O, arvadının səbirsizcə qıvrıldığını eşitdi. Yatağın yayları cırıldadı. “Sərxoşsan?” arvadı soruşdu. Deməli, hər şeyi başladan onun əli idi. O, əvvəlcə bir, sonra isə digər əlinin paltosunu çıxardığını və onu yerə atdığını hiss etdi. Şalvarını çıxardı və onu zülmətə atdı. İndi onun əlləri yoluxmuşdu, tezliklə bu onun qollarına doğru qalxacaqdı. O, zəhərin yuxarıya – onun biləklərinə, dirsəklərinə və çiyinlərinə doğ-u qalxdığını hiss edirdi. Bu zəhər sanki qığılcım kimi onun hər tərəfinə sıçrayırdı. Onun əlləri yırtıcı idi. Gözləri isə bu yırtıcının aclığını hiss etməyə başlamış kimi, hər bir şeyə baxmaq ehtiyacı duyurdular. “Sən nə ilə məşğulsan?” arvadı dedi. O, tərli barmaqlarında tutduğu kitaba dayanaraq, birtəhər müvazinətini saxlamışdı. Bir dəqiqə sonra ar-adı yenidən dilləndi: “Yaxşı, bircə döşəmənin ortasında dayanıb qalma.” Monteq qəribə səslər çıxardı. “Nə?” arvadı soruşdu. O, yenə bir neçə anlaşılmaz yumşaq səslər çıxardı. Yatağa tərəf əyildi və kitabı yöndəmsizcə soyuq yastığın altına dürtdü. Sonra yatağa uzandı və arvadı qışqırmağa başladı. Monteq sanki arvadından çox uzaq bir otaqda uzanmışdı, ətrafdan boş dənizlə təcrid olunmuş qış adasında... Arvadı onunla nə isə danışırdı, gah bir şeydən, gah da başqa bir şeydən... Lakin onun üçün bu danışılanlar ancaq boş söz yığını, qəribə jarqon idi. Sadəcə xoşagəlimli səslər havada uçuşurdu. Monteq uzun müddət heç nə danışmadı. Ancaq o kiçik səslər çıxarmağa başlayandan sonra arvadının otaqda hərəkət 42


etdiyini hiss etdi. Arvadı Monteqin yanında dayanaraq, əlini onun yanağına qoydu. Monteq bildi ki, arvadı əlini onun üzündən çəkəndə əli yaş idi. Gecə yarısı o Mildredə baxdı. Mildred hələ də oyaq idi. Havada arvadının yenə də qulaqlarına tıxadığı “Balıqqulağı”ndan gələn musiqi sədalarının incə rəqsi var idi. O, uzaq yerlərdə yaşayan uzaq insanları dinləyirdi, gözləri tavandakı qaranlığın dərinliyinə dikilmişdi. Belə bir köhnə zarafat var: Bir kişinin arvadı o qədər çox telefonla danışır ki, kişi nahara arvadının nə bişirdiyini öyrənmək üçün ən yaxın mağazaya qaçır və oradan arvadına zəng vurub soruşur. Yaxşı, əgər belədirsə, niyə o da özünə bu Balıqqulağı radio stansiyasından birini almasın? Əgər alsa, o da saatlarla arvadı ilə danışa, mırıldana, pıçıldaşa, qışqıra, fəğan sala bilərdi. Bəs yaxşı, o nə barədə pıçıldayardı, nəyi qışqırardı? O, arvadı ilə nə barədə danışardı? “Milli....?” o pıçıldadı. “Nədir?” “Səni narahat etmək istəmirdim. Sadəcə bilmək istəyirəm ki...” “Nəyi?” “Biz səninlə nə vaxt və harada görüşmüşük?” “Nəyə görə görüşmüşük?” “Yəni ilk dəfə..” Monteq arvadının qaranlıqda üz-gözünü turşutduğunu güman etdi. “Hə, təxminən....” O susdu. “Bilmirəm.” Yenidən dilləndi. Monteqi üşütmə tutdu. “Yəni xatırlaya bilmirsən?” “Bu çoxdan olub.” “Cəmi on il əvvəl, vəssalam, cəmi on il..” “O saat kefini pozma, mən xatırlamağa çalışıram.” O, əvvəlcə qəribə gülüşlə yavaşca güldü, lakin bu gülüşü get-gedə daha da yüksəltdi. “Gülməlidir, necə də gülməlidir! Öz ərinlə və ya arvadınla harada və nə vaxt görüşdüyünü xatırlamırsan...” Monteq ehmallıca gözlərini, qaşlarını, sonra da boynunun 43


arxasını ovxalayaraq yerinə uzandı. Hər iki əlini gözlərinin üzərinə qoyaraq möhkəm basdı, sanki yaddaşını həmin günə və yerə yönəltmək istəyirdi. Mildredlə harda görüşdüyünü xatırlamaq nədənsə qəfildən onun üçün dünyanın ən əhəmiyyətli məsələsinə çevrilmişdi. “Bunun önəmi yoxdur,” Mildred dedi. O indi hamam otağında idi. Monteq onun udqunmasının və suyun səsini eşidirdi. “Hə, yəqin ki, elədir.” O dedi. O arvadının neçə həbi udduğunu saymağa çalışırdı. Gözü qarşısına həmin solğun simalı, nazik dodaqlarında siqaret tutan, əllərindəki elektron ilanla zülməti qat-qat deşərək, suyun dərinliklərinə enən iki şəxs gəldi. Monteq həmin an arvadını çağıraraq ondan BU GECƏ neçə həb içdiyini soruşmaq istədi. Həblər! Sən indi özünün də xəbəri olmadan neçəsini udacaqsan? Hər saat da bu davam edəcək. Bəlkə bu gün yox, sabah gecə! İndi ki bu belə başlanıb, mən bu gecə, sabah gecə və bütün növbəti gecələrdə yuxusuz qalmalı olacağam. Monteqin yadına həmin gecə baş verənlər düşdü: arvadı hərəkətsiz uzanıb, onun başı üzərində qollarını çarpazlayaraq dayanan iki soyuqqanlı texnik dayanıb. Birdən onun yadına həmin gecə hiss etdikləri düşdü. Ona elə gəlmişdi ki, əgər arvadı ölsə, o ağlaya bilməyəcək. Bu ona bir yad adamın ölümü kimi təsir edəcək. Qəflətən bu hiss ona o qədər yalnış gəldi ki, ağlamağa başladı. Arvadının ölümü düşüncəsinə görə yox, bu ölümə ağlaya bilməyəcəyinə görə ağlayırdı. İçi bomboş olan axmaq bir kişi, elə özü kimi boş axmaq qadının yanında durub və bu boş qadını bir tərəfdən də ilan soraraq daha da boşaldır. “Görəsən necə oldu ki, sən bu qədər boşaldın? Axı kim sənin içini belə boşluğa qərq etdi?” o fikirləşdi. Bir yandan bu axmaq zəncirotu! Bütün baş verənləri yadına saldı. “Necə də utancvericidir! Sən heç kimi sevmirsən!” Axı niyə sən heç kimi sevmirsən? “ Əslinə qalsa, onunla Mildred arasında təkcə bir divar yox, üç divar olub - həm də çox bahalı divarlar! Əmilər, xalalar, əmiuşaqları, xalauşaqları, qardaşqızları, bacıoğlanları... – hamısı bu divarlarda yaşayır, meymun sürüsü kimi yüksək səslə 44


əlaqəsiz və boş şeylər danışırdılar. Çox yüksək səslə danışırdılar. Çox yüksək! Onları ilk gündən “qohumlar” adlandırırdılar. “Luis əmi bu gün necədir?” “Kim?” “Bəs Moud xala?” Mildred barədə düşünərkən çox vaxt onun ağlına ağacı olmayan meşədə itmiş qızcığaz obrazı gəlirdi. Daha doğrusu, bir zamanlar ağaclar olmuş düzənlikdə itmiş qızcığaz. (O ağaclar haqqında xatirələriniz hələ də orda-burda qalmaqda idi.) Ən sadə dildə təsvir etsək, Mildred öz “danışan” qonaq otağında... Danışan otaq! İndi bu necə də düzgün səslənirdi. Monteqin evə nə vaxt gəlməsindən asılı ol-mayaraq, bu divarlar həmişə Mildredlə danışırdılar. “Nəsə etmək lazımdır?!” “Hə, nəsə etmək lazımdır!” “Yaxşı, bəs onda biz niyə boş-boş danışıqlarla vaxt itiririk?” “Gəlin başlayaq.” “Mən o qədər əsəbiyəm ki, hətta tüpürə bilərəm!” “Danışan otaq”dan gələn bu səslər nə barəsin-dədir? Mildred bu suala cavab verə bilmirdi. Kim kimə hirslənmişdi? Mildredin heç xəbəri yox idi. Onlar nə etməyə hazırlaşırdılar: “Bir az gözlə və özün görəcəksən.” Mildred hər zaman belə deyirdi. O, bütün bunları görmək üçün gözləyirdi. Divarlardan nəhəng səs fırtınası fışqırdı. Musiqi öz uğultulu səsi ilə onu elə silkələdi ki, sümükləri az qala vətərlərinə qədər tərpəndi; çənəsinin titrəyişini hiss etdi, başı, gözləri yırğalandı. Bu vəziyyət bitəndən sonra o özünü sıldırım qayadan aşağı atılmış, sentriquqa tezliyi ilə havada fırladılmış, fəvvarəyə atılmış və boşluğa doğru uçan adam kimi hiss etdi. Bu boşluğun sonu yox idi, heç vaxt bitmirdi. O qədər sürətli şəkildə dibə yuvarlanırsan ki, heç yerə toxunmursan. Heç vaxt. Tamamilə heç nəyə... Fırtına çəkildi. Musiqi öldü. “Budur.” Mildred dedi. Amma bu həqiqətən də diqqətəlayiq mənzərə idi. Nəsə baş vermişdi. Halbuki divardakı insanlar boş-boşuna gəzirdilər və onlar arasında heç bir şey baş verməmişdi. Lakin sənə elə gə45


lirdi ki, sanki paltaryuyan maşın sizi öz içinə sorub və nəhəng boşluğa diyirləyib. Sən musiqidə və ahəngsizlikdə batıb qalırsan. O, otaqdan tərli və halsız halda çıxdı. Arxasında Mildred oturmuşdu. Səslər yenidən eşidilməyə başladı: “Yaxşı, indi daha hər şey öz qaydasına düşəcək”, “xala” dedi. “Ah, siz bu qədər də əmin olmayın”, “xalaoğlu” dilləndi. “Yaxşı, əsəbiləşmə!” “Kimdir axı əsəbiləşən?” “SƏN!” “Sən özündən çıxmısan.” “Mən axı niyə özümdən çıxmalıyam?” “Ona görə!” “Hə, bütün bunlar yaxşıdır,” Monteq qışqırdı, “bəs axı onlar niyə görə belə əsəbiləşiblər? Bu insanlar axı kimdir? Bu kişi və bu qadın – kimdirlər axı bunlar? Ər-arvaddırlarmı, bəlkə boşanıblar ya nişanlıdırlar – kimdirlər axı? Aman Tanrı, heç nə bir-biri ilə əlaqəli deyil! “ “Onlar...” Mildred dilləndi. “Gördüyün kimi, onlar... onlar mübahisə edirlər. Razıyam, onlar həddindən artıq çox mübahisə edirlər. Amma sən diqqətlə qulaq asmalısan. Mənim fikrimcə, onlar evlidirlər. Hə, hə, evlidirlər. Nə olub ki?” Mildredin arzusu ilə tezliklə sayı dördə çatacaq bu üç divar onun üstüaçıq maşınına çevrilmişdi. Mildred bu maşını saatda yüz mil sürətlə sürərək şəhərdə şütüyürdü və Monteq onunla çox yüksək səslə danışırdı, cavabında da Mildred ona yüksək səslə cavab verirdi. Beləcə, hər ikisi bir-birinin nə dediyini anlamağa çalışırdılar. Lakin eşitdikləri yeganə şey maşının uğultusu olurdu. “Sürəti azaldasan bəlkə?!!” o qışqırırdı. “Nə?” Mildred soruşdu. “Sürəti minimuma endir, 55-ə” o yenə qışqırırdı. “Nəyə?” Mildred soruşurdu. Nəticədə, Mildred sürəti 105ə qaldırırdı və onun nəfəsi kəsilirdi. Maşını saxladıqdan sonra da, balıqqulaqlarını qulağına tıxayırdı. Sükut. Sadəcə sakit külək əsir. 46


“Mildred,” o, yataqda fırlandı. Əlini uzadaraq onun qulaqlarından kiçik qulaqlıqları çıxardı. “Mildred. Mildred?” “Hə..” Onun səsi çox zəif gəlirdi. Monteqə birdən elə gəldi ki, o da rəngli divarlardakı varlıqlardan birinə çevrilib. Danışsa da, səsi büllur sərhədlərdən keçmirdi. Sadəcə üz-göz hərəkətləri ilə danışa bilirdi. Arvadının ona tərəf çevrilib bunları görəcəyini ümid edirdi. Onlar bu şüşə maneəni dəlib, bir-birinə toxuna bilmirdilər. “Mildred, sənə bir qız barəsində danışmışdım, yadındadır?” “Hansı qız?” “Qonşuluqdakı qız.” “Qonşuludakı hansı qız?” “Orta məktəbdə oxuyan qızı deyirəm. Adı Klarissdir.” “Hə, hə...” arvadı dilləndi. “Bir neçə gündür ki, onu görmürəm. Daha dəqiq desəm, artıq dörd gündür. Sən necə, onu görmüsən?” “Yox.” “Mən sənə onun barəsində danışmaq istəyirdim. Qəribə qızdır.” “Hə, indi bildim kimi nəzərdə tutursan.” “Bildim ki, tanıyacaqsan.” “O,” Mildred qaranlıq otaqda dedi. “Nə olub ki, ona?” Monteq soruşdu. “Sənə demək istəyirdim, amma, tamamilə unutmuşam.” “De görüm. Nə olub axı ona? “Məncə o gedib.” “Gedib?” “Bütün ailə harasa köçüb. Lakin o... o, deyəsən ölüb.” “Yəqin ki, biz eyni qiz barəsində danışmırıq.” “Yox. Eynidir. Makkellan, Maklellan, dörd gün əvvəl maşının altında qalıb. Əmin deyiləm, amma deyəsən, o ölüb. Hər bir halda, ailə köçüb gedib. Dəqiq bilmirəm. Amma deyəsən qız ölüb.” “Sən bunu dəqiq bilmirsən.” “Yox, yox, əmin deyiləm. Ya da... Əminəm.” 47


“Niyə daha əvvəl mənə deməmisən?” “Unutmuşam.” “Dörd gün əvvəl!” “Bu barədə tamamilə unutmuşam.” “Dörd gün əvvəl!” o uzanaraq, sakitcə təkrarladı. Onlar qaranlıq otaqda tərpənmədən uzanmışdılar. “Gecən xeyrə,” Mildred dedi. O, zəif xışıltı eşitdi. Mildredin əlləri tərpəndi. Yastığın altında əlləri ilə qurdalandı. Kiçik həşərata bənzəyən radio qulaqlıqlarını tapdı və budur, onlar artıq Mildredin qulaqlarında ciyildəyirlər. Monteq qulaq asmağa çalışdı və arvadının yavaşca zümzümə etdiyini duydu. Həyətdə bir kölgə hərəkət edirdi. Payız küləyi bir az səs salandan sonra tamamilə çəkildi. Lakin onun dinlədiyi sükutda nəsə başqa bir şey də var idi. Elə bil kiminsə nəfəsi pəncərəyə toxunurdu. Yaşıl parıltılı dumanın zəif axışı kimi nəhəng bir oktyabr yarpağı küləklə sovrularaq çəmənlikdən keçdi və yox oldu. “Bu, Mexaniki İtdir.” Monteq düşündü. “O bu gün azadlıqdadır. Birdən pəncərəni açsaydım...” O, pəncərəni açmadı. Səhər isə onun titrəməsi və qızdırması var idi. “Sən xəstələnmisən? Ola bilməz! “ Mildred dedi. O, qızdırmadan pörtmüş gözlərini yumdu. “Hə.” “Axı dünən gecə sən yaxşı idin.” “Yox, yaxşı deyildim,” O, yenə də qonaq otağından “qohumlar”ın səsini eşitdi. Mildred yatağın yanında durub maraqla ona baxırdı. Monteq gözlərini açmadan da onu bütünlüklə görə bilirdi – nazik saman çöpü kimi cansız saçlar, parıltılı göz bəbəklərinin altında gizlənmiş şübhə, büzüşdürdüyü qırmızı boyalı dodaqları, bitməz-tükənməz pəhrizlərdən üzülüb çəyirtkəyə dönmüş arıq bədən və donuz dərisi kimi ağappaq dəri. Mildredi başqa cür xatırlaya bilmirdi. “Mənə su və aspirin verə bilərsən?” “Sən qalxmalısan,” o dedi. “Artıq günortadır. Sən həmişəkindən beş saat çox yatmısan.” “Xahiş edirəm, qonaq otağındakı televizoru söndür.” 48


“Axı onlar mənim ailəmdirlər.” “Sən onu xəstə kişiyə görə də söndürə bilməzsən?” “Yaxşı, söndürərəm.” O, otaqdan çıxdı, lakin heç nə etməyərək geri qayıtdı. “Belə yaxşıdır?” “Çox sağ ol.” “Bu mənim sevimli verilişimdir,” o dedi. “Aspirin gətirmədin?” “Sən əvvəl heç vaxt xəstələnməmisən.” O, yenidən uzaqlaşdı. “Hə. Amma indi xəstəyəm. Bu gecə işləmək fikrim də yoxdur. Kapitan Bittiyə mənim əvəzimə sən zəng edərsən.” “Dünən özünü gülməli aparırdın.” O mırıldanaraq qayıtdı. “Bəs aspirin?” o, arvadının uzatdığı su dolu stəkana baxaraq soruşdu. “Həə...” o yenidən hamam otağına getdi. “Nəsə baş verib?” “Yanğın. Başqa heç nə.” “Mən dünən yaxşı axşam keçirdim.” O, hamamdan qayıdarkən dedi: “Nə edirdin ki?” “Televizorda...” “Nə var idi orda?” “Proqramlar.” “Hansı proqramlar?” “Ən yaxşıları.” “Kimlər?” “Bütün truppa.” “Həə... Truppa, truppa, truppa...” O ağrıyan gözlərini əli ilə basdı, qəfildən duyduğu ağ neftin qoxusundan ürəyi bulandı və qaytardı. Mildred mırıldanaraq içəri girdi və gördüyündən çox təəccübləndi. “Niyə belə etdin?” O, dəhşət içində döşəməyə baxırdı. “Biz yaşlı qadını kitabları ilə birlikdə yandırdıq.” “Yaxşı ki, xalçanı yumaq olur.” O, yaş parça gətirib, döşəməni silməyə başladı. 49


“Mən dünən gecə Elengilə getmişdim.” “Verilişlərə öz televiziya divarlarında baxa bilmirsən?” “Əlbəttə, bilirəm. Amma hərdən qonaq getmək də yaxşı şeydir.” Mildred qonaq otağına getdi. Monteq onun zümzümə etdiyini eşitdi. “Mildred?” o çağırdı. Mildred qayıdarkən zümzümə edir və ehmalca barmaqlarını oynadırdı. “Sənin dünən gecə baş verənlər barədə maraqlanmaq fikrin yoxdur?” “Nə baş verib ki?” “Biz minlərlə kitab yandırdıq. Biz bir qadını da yandırdıq.” “Və?!” Qonaq otağı səsdən partlayırdı. “Biz Dantenin, Sviftin, Markus Aureliusun kitablarını yandırdıq.” “Onlar avropalı olub?” “Onun kimi bir şey.” “Radikal olublar?” “Heç vaxt oxumamışam.” “Yəqin ki, radikal olublar.” Mildred telefon dəstəyini götürdü. “Yəqin ki, kapitan Bittiyə sənin əvəzinə zəng edəcəyimi gözləmirsən, hə?!” “Sən bunu etməlisən!” “Qışqırma!” “Mən qışqırmadım.” O, qəfildən yataqdan qalxdı. Hiddətindən titrəyirdi. Üzü qızarmışdı. Bir tərəfdən isti, digər tərəfdən də otaqdakı televizorun bar-bar bağırtısı onu birtəhər etmişdi. “Mən ona zəng edib xəstə olduğunu deyə bilmərəm.” “Niyə?” Monteq özü barədə düşündü. Niyə? Çünki qorxaqdır. Sanki balaca uşaq kimi özünü xəstəliyə vurub və indi də zəng edib bu barədə bildirməyə qorxur. Qorxur ki, danışıq zamanı hər 50


şey o nöqtəyə gəlib çıxar ki, o, “Hə, kapitan, atıq özümü daha yaxşı hiss edirəm. Axşam saat 10-da işdə olacağam” deyər. “Sən xəstə deyilsən,” Mildred dedi. Monteq yenidən yatağına uzandı. Əlini yastığın altına saldı. Gizlətdiyi kitab hələ də orada idi. “Mildred, səncə mən bir müddət işimə fasilə versəm, necə olar?” “Yəqin ki, sənin öz işini atmaq fikrin yoxdur. Bu qədər ilin zəhmətini bir gecə ərzində yandırılmış qadın və kitablara görə....” “Mili, sən gərək onu görərdin!” “O qadın mənim heç nəyim deyildi: o kitab saxlamalı deyildi. Bu onun məsuliyyətsizliyidir və bu barədə əvvəlcədən düşünməli idi. Hətta mən ona nifrət edirəm. O sənin bütün fikirlərini qarışdırıb. İndi isə sən bizi işsiz, evsiz küçələrdə qoyacaqsan. Heç nəyimiz qalmayacaq.” “Sən orada deyildin və baş verənləri görməmisən,” o dedi. “Bu kitablarda bizim təsəsvvür etməyə belə gücümüzün çatmadığı bir şeylər olmalıdır. Həmin qadının orada qalmağına və özünü yandırmağına dəyəcək bir şeylər... Boş şeylərə görə heç kim belə hərəkətə yol verməz.” “Yəqin onun ağlı başında olmayıb.” “Xeyr, o da elə sənin və mənim kimi ağıllı idi, hətta bəlkə bizdən daha ağıllı idi. Biz isə onu yandırdıq.” “Bütün bunları tezliklə unudacaqsan, yaddaşından silinib gedəcək.” “Yox, yox, bu elə də asan deyil. Sən nə vaxtsa yanan ev görmüsən? Bir neçə gün yanmağa davam edir. Bu yanğın isə mənim bütün ömrüm boyu davam edəcək. Tanrım! Mən bütün gecə boyu beynimdəki bu yanğını söndürməyə çalışmışam. Heç nə alınmır və bu da adamı dəli edir!” “Sən belə şeylər barədə yanğınçı olmağa qərar verməmişdən qabaq fikirləşməliydin.” “Fikirləşməliydin!” o dedi. “Mənə başqa seçim verilmişdi ki? Atam və babam da yanğınçı olub. Hətta yuxuda da onların işini davam etdirirdim.” 51


Qonaq otağından rəqs musiqisinin sədaları eşidildi. “Bu gün sən gündüz növbəsindəsən,” Mildred dedi.“İki saat əvvəl getməli idin. Mənim də indi yadıma düşdü.” “Ölən sadəcə qadın deyil idi,” Monteq dedi. “Mən dünən gecə həm də son on il ərzində işlətdiyim ağ neft barədə düşündüm. İlk dəfə anladım ki, hər kitabın arxasında bir insan durur. Bütün vaxtını sərf edərək bir kitab yazır. Mən əvvəllər bu barədə heç düşünməmişdim.” O, yataqdan qalxdı. “Bəlkə bir insan öz düşündüklərini, gördüklərini yazmağa bütün ömrünü sərf edib. Sonra isə mən gəlmişəm və iki dəqiqəyə hər şeyi külə döndərmişəm. Bu qədər.” “Əl çək məndən,” Mildred qışqırdı. “Mən ki heç nə etməmişəm!” “Əl çək məndən. Bu mümkündür, mən səndən əl çəkə bilərəm! Bəs özümdən? Özüm özümdən necə, əl çəkə bilərəmmi? Xeyr, biz sakit buraxılmalı deyilik. Hərdən heç olmazsa uzaqdan narahat edilməliyik. Axırıncı dəfə həqiqətən nəyəsə görə narahatlıq keçirməyimiz nə vaxt baş verib? Nəsə vacib, real, həqiqi bir şeyə görə narahat olmuşuqmu?” Sonra Monteq susdu. Yenidən yadına ötən həftə baş verənlər düşdü. Qaranlıqda üzü yuxarı baxan iki ay daşı, elektron gözü olan sorucu ilan, danışarkən ağızlarında siqaretin tərpəndiyi laqeyd simalı iki nəfər. Hə, həmin günkü Mildred başqa idi, o, Mildredi nə isə dərindən narahat etmişdi. Sanki onun daxilində bir-biri ilə heç bir əlaqəsi olmayan iki qadın var idi. Monteq üzünü çevirdi. “Axır ki, istədiyinə nail oldun. Bir bax gör, bizə kim təşrif buyurub,” Mildred dedi. “Vecimə də deyil.” “Feniks markalı maşın saxladı və qoltuğunda narıncı ilan nişanəsi olan qara köynəkli kişi evizimə yaxınlaşır.” “Kapitan Bitti?!” “Bəli, Kapitan Bitti.” Monteq yerindən tərpənmədi. O, düz qarşısındakı divarın soyuq bəyazlığına baxırdı. “Onu içəri burax və xəstə olduğumu bildir. Yaxşı?” 52


“Özün de!” Mildred əsəbi şəkildə otaqda o yan-bu yana gəzişməyə başladı, lakin qapı zəngində öz adını eşidəndə donub qaldı: “Missis Monteq, sizə gələn var.” Səs kəsildi. Monteq kitabı yastığın altında yaxşı gizlətdiyinə əmin olduqdan sonra ehmalca yatağa uzanaraq sinəsinin və dizlərinin üstünü örtdü. Mildred özünə gəldikdən sonra qapını açmağa çalışdı və Kapitan Bitti əlləri cibində otaqda göründü. “Qohumları söndürün,” Bitti dedi. O, Monteq və arvadından başqa ətrafdakı hər şeyə nəzər saldı. Mildred dərhal otaqdan çıxdı. Qonaq otağından gələn səslər kəsildi. Kapitan Bittinin qırmızı simasında sülh dolu bir ifadə var idi. O, stulda oturdu. Bir müddət düşündükdən sonra qəlyanını yandırdı və havaya böyük bir tüstü halqası buraxdı. “Düşündüm ki, gəlib xəstə adama baş çəkməyim yaxşıdır.” “Xəstə olduğumu hardan bildiniz ki? Bitti həmişəki kimi gülümsədi. Konfet kimi çəhrayı damağı və xırda şəkər parçalarına bənzəyən dişləri göründü. “Bütün bunların belə olacağını əvvəlcədən güman etmişdim. Bilirdim ki, tezliklə bir günlük də olsa, icazə alacaqsınız.” Monteq yataqda əyləşdi. “Yaxşı,” Bitti dedi, “bir gecəlik istirahət edin.” Heç vaxt ayrılmadığı alışqanı əlində fırlatdı. Alışqanın üzərində “Bir milyon dəfə istifadə edilməyə yararlı olmasına dair zəmanət veririk.” yazılmışdı. O, dalğın halda alışqanı yandırıb-söndürməyə başladı. Yandırır, söndürür, yandırır, bir-iki kəlmə danışır, söndürür. O, alova baxırdı. Söndürürdü, dumanına baxırdı. “Siz nə vaxt yaxşı olarsınız?” “Sabah. Bəlkə də o biri gün. Ya da gələn həftənin ilk günü.” Bitti qəlyanını üflədi. “Hər bir yanğınçı əvvəl-axır bununla qarşılaşır. Onlar sadəcə bu işin necə getdiyini başa düşməlidilər. Öz peşələrinin tarixini bilməlidirlər. Əvvəllər yeni gələnlərə bunu izah edirdilər, indi isə yox. Bu utancverici haldır.” Üflədi. “Mən sizə indi bunu izah edəcəyəm.” Mildred əsəbi halda qurcalandı. Bitti fikirlərini cəmləmək üçün bir dəqiqə dayandı və nə demək istədiyi barədə düşündü. 53


“Siz məndən bütün bunların necə başladığını soruşa bilərsiniz. Bizim peşəmizdən harada, nə vaxt yaranması barədə maraqlana bilərsiniz. Başlanğıcı təxminən vətəndaş müharibəsi adlanan dövrə təsadüf edir. Lakin Bəzi mənbələrdə isə daha əvvələ dayandığı qeyd olunur. Amma həqiqi intibah fotolar yaranandan sonra baş verdi. İyirminci əsrin əvvəllərində isə kino radio, televiziya meydana çıxdı. Tezliklə isə bütün bunlar kütləviləşdirildi.” Monteq hərəkətsiz halda stulda oturmuşdu. “Kütləviləşən hər şey sadələşir,” Bitti dedi. “Bir zamanlar kitabları çox az sayda insan oxuyurdu. Hərəsi də bir tərəfdə. Ona görə də kitablar fərqli ola bilirdilər. Dünya geniş idi. Lakin sonra dünya çoxlu gözlər, ağızlar və dirsəklərlə doldu-daşdı. Əhalinin sayı iki dəfə, üç dəfə, dörd dəfə artdı. Film və radiolar, jurnallar, kitablar da məlum səviyyəyə endilər. Nə demək istədiyimi anlayırsınız?” “Hə, anlayıram.” Bitti havaya üfürdüyü tüstü halqasına baxdı. “19-cu əsrin insanını təsəvvür etməyə çalışın – onun atları, itləri, pişikləri, arabaları və yavaş həyat tempi var. Sonra 20-ci əsr. Sürət birdən-birə artır. Kitabların həcmi kiçilir. Qısa icmallar. Parçalar. Kiçik qəzetlər. Heç nə mürrəkkəb deyil. Hər şeyin sonu çox tez bəlli edilir. Qəfil son.” “Qəfil son,” Mildred başını silkələdi. “Klassik yazıçıların əsərləri qısaldılaraq on beş dəqiqəlik radio verilişlərində icmal edilir. Sonra isə böyük bir mətni iki dəqiqəyə oxunması mümkün qədər kiçildirlər. Ensiklopedik lüğətlərdə də on, iyirmi sətir olur. Əlbəttə, mən bir az şişirdirəm. Lüğətlərdən arayışlar üçün istifadə edirdilər. Monteq, siz yəqin ki “Hamlet” əsəri barədə eşitmisiniz, Xanım Monteq, siz də yəqin bu barədə az-maz nəsə bilirsiniz. Hə, baxın, indi “Hamlet”lə tanışlığı cəmi bir səhifəlik qısa icmaldan ibarət olan adamlar az olmayıb. Bu cür icmallar belə bir elan edirlər: “Nəhayət ki, siz bütün klassikləri oxuya bilərsiniz! Öz qonşularınızdan geri qalmayın. Anlayırsınızmı? Uşaq bağçasından birbaşa kollecə, sonra yenidən uşaq 54


bağçasına. Son beş və ya daha çox yüzilliklər ərzində hakim olan intellektual standart budur.” Mildred ayağa qalxaraq otaqda gəzişməyə başladı. Əşyaların yerini dəyişməklə vaxtı keçirməyə çalışırdı. Bitti ona fikir vermədən sözünə davam etdi: “İndi isə çarxın sürətini artırın, Monteq. Daha tez! Ora, bura, daha sürətli, o cür, bu cür, yuxarı, aşağı! Niyə, necə, kim, harada? Ah! Uf! Partlayış, şaqqıltı! Uğultu! İcmalın icmalı, icmalın icmalının icmalı. Siyasət? Bir kiçik mətn, iki cümlə, bir başlıq! Bir neçə ay sonra hər şey unudulur. İnsan ağlı nəşriyyatçıların, istismarçıların, diktorların əlləri ilə sürətlə fırladılır. Bunu elə formada edirlər ki, lazımsız, artıq fikirləri insanın beynindən rədd edə bilsinlər!” Mildred yatağın üstünü hamarladı. Yastığı döyəclədiyində isə Monteqin qəlbi möhkəm döyünməyə başladı. O, Monteqdən yastığı götürüb döyəcləməsinə icazə verməsi üçün bir az tərpənməsini istədi. Bəlkə elə indi o, böyük həyəcanla qışqıracaq və məsum ifadə ilə kitabı göstərib bunun nə olduğunu soruşacaq. “Məktəblərdə təhsilin müddəti qısaldılır, nizam-intizam qaydaları yumşaldılır, fəlsəfə, tarix, dil dərsləri ixtisara salınır, ingilis dili və danışığı dərslərinə etinasız yanaşılır və nəticədə tamamilə məhəl qoyulmur. Həyat çox qısadır, ona görə də işləmək, işdən sonra olan boş vaxtında isə həzz almaq lazımdır. İnsan niyə elektron düymələri yandırmaq, qayka və boltları bağlamaqdan əlavə nə isə öyrənməlidir ki?” “Qoy yastığı düzəldim,” Mildred dedi. “Lazım deyil,” Monteq pıçıldadı. “Hər şey daha çox vaxt alan versiyası ilə yenilənir. Beləcə insanın əlavə vaxtı qalmır ki, fəlsəfi bir şey barəsində fikrə getsin və kədərlənsin.” Mildred dedi, “Qoy düzəldim.” “Get burdan,” Monteq dilləndi. “Həyat böyük bir alçalma dövrü yaşayır, Monteq; hər şey dağılır, məhv olur, partlayır!” “Partlayır!” Mildred yastığa toxunaraq dedi. 55


“Tanrı xətrinə, məni rahat burax!” Monteq həyəcanla qışqırdı. Bitti gözlərini bərəltdi. Mildredin əli yastığın altında donub qalmışdı. Barmaqları kitabın cildi üzərində gəzir və forma ona tanış gəldikcə simasında ilk əvvəl heyrət, daha sonra isə donuqluq əks olunurdu. Sual vermək üçün ağzı açılırdı.. “Teatrları boşaldın, oranı təlxəklər üçün saxlayın. Otaqlarını konfet, qan və şəraba bənzəyən parlaq rənglərin üzərində dolaşdığı şüşə divarlarla əhatələyin. Monteq, siz beyzbolu xoşlayırsınız?” “Beyzbol yaxşı oyundur.” İndi Bitti demək olar ki, gözəgörünməz idi, onun səsi tüstü dumanının arxasından gəlirdi. “Bu nədir?” Mildred heyrətlə soruşdu. Monteq sərt şəkildə onun qolundan tutdu. “Oradakı nədir?” “Otur!” Monteq qışqırdı. O, kənara sıçradı, əlləri boş idi. “Biz söhbət edirik! “ Bitti sanki heç nə olmamış kimi sözünə davam etdi. “Siz boulinqi xoşlayırsınız, Monteq?” “Boulinqi… bəli, xoşlayıram…” “Bəs qolf?” “Qolf yaxşı oyundur.” “Basketbol?” “Yaxşı oyundur.” “Bilyard, hovuz oyunları? Futbol?” “Hamısı yaxşı oyunlardır.” “Hər kəs üçün daha çox idman, komanda ruhu, əyləncə. Belə olduqda, daha fikirləşməyə vaxt qalmır. Gözəl idman oyunları təşkil et, yenə təşkil et, daha gözəl təşkil et. Kitablarda şəkillərin sayını artır. Daha çox film. Beyin get-gedə daha az qidalanır. Səbirsizlik. Əsas yollar daima harasa tələsən kütlələrlə dolub-daşır, əslində isə onlar heç yerə getmirlər. Benzin qaçqınları. Şəhərlər mehmanxanalara çevrilir, insanlar ayın qabarma və çəkilmələrini izləyən köçəri dalğalar kimi bir yer56


dən digərinə gedirlər, sənin dünən günorta və gecə yatdığın otaqda indi başqaları yatır.” Mildred qapını çırparaq, otaqdan çıxdı. Qonaq otağındakı “xalalar” “dayılar”a gülməyə başladılar. “Bir az da cəmiyyətimizdəki mövcud azlıqlardan danışaq. Əhalinin sayı çoxaldıqca, azlıqlar da artır. Nə badə itsevər, pişiksevər, həkim, hüquqşünas, tacir, aşpaz, mormon, baptist, ikinci nəsil çinli, isveçli, italyan, alman, texaslı, bruklinli, irland, oreqonlu və meksikalı olan insanların ayağını tapdalayasınız. Bu kitablarda, tamaşalarda, teleseriallarda olan qəhrəmanlar həqiqi rəssamları, xəritəçəkənləri, mexanikləri xatırlatmamalıdır. Yadda saxlayın, bazar böyüdükcə, siz bir o qədər də münaqişələrdən uzaq olmalısınız. Nə badə bu xırda qrup və azlıqların xətrinə dəyəsiniz. Şeytani düşüncələrlə başı dolu olan müəlliflərin yazı makinalarını bağlamaq lazımdır. Onlar belə də etdilər. Jurnallar vanil siropunun əla qarışımına çevrildilər. Kitablar da özündənrazı tənqidçilərin dediyinə inansaq, zibilə çevrildilər. Onlar deyirdilər ki, bu kitabların satılmaması heç də təəccüblü deyil. Lakin cəmiyyətimiz nəyi saxlamaq istədiyini özü seçdi. Onlar böyük həvəslə komiks kitablarını və əlbəttə ki, erotik jurnalları qoruyub saxladılar. Bax belə, Monteq. Yadınızdan çıxarmayın ki, bütün bunları yuxarıdan gələn hökumət əmrləri ilə etmirdilər. Heç bir sərəncam, əmr, göstəriş yox idi! Texnologiya, kütləvi istismar və azlıqların təzyiqi işləri öz yoluna qoydu. Şükür Tanrıya! Bu gün onların sayəsində sən hər zaman xoşbəxt qala bilərsən, sən komikslər, müxtəlif köhnə sevgi etirafları və ticarət jurnalları oxuya bilərsən.” “Yaxşı, bəs yanğınçıların buna nə aidiyyatı var?” Monteq soruşdu. “Həə.” Bitti tənbəkisindən qalxan dumanı yararaq qabağa əyildi. “Bunun çox sadə və təbii izahı var. Məktəblər tədqiqatçılar, tənqidçilər, elm və incəsənət adamları əvəzinə, qaçanlar, üzənlər, tullananlar, uçanlar, misgərlər, qarətçilər məzun etdikdən sonra, “intellektual” sözü layiq olduğu kimi söyüşlə 57


eyni səviyyəli sözə çevrildi. İnsanlar qeyri-adi şeylərə qarşı dözümsüz olublar. Sizin də sinfinizdə yəqin ki, hər şeyi əzbərdən bilən, bütün suallara cavab verən və digər uşaqların buz bağlamış fiqurlar kimi nifrətlə ona baxdığı, kəlləli, parlaq bir uşaq olub. İndi isə yadınıza salın, kimi dərsdən sonra daha çox incidir və ələ salırdılar? Əlbəttə ki, həmin oğlanı. Biz hamımız bir-birimizə oxşar olmalıyıq. Konstitusiyanın dediyi kimi heç də hər kəs azad və bərabər doğulmayıb, amma hər kəs oxşar doğulub. İnsanlar bir-birilərini əks etdirməli, bir-birinə oxşar olmalıdırlar. Belə olduğu halda, heç kim başqasının yanında özünü əksik, zəif hiss etməyəcək. Kitab isə qonşunun evinə tərəf yönləndirilmiş silahdır. Yandırın onu. Silahları boşaldın. Sabah yaxşı oxumuş adamın hədəfinin kim olacağı nə bəllidir? Bəlkə mən? Mən onlara bir dəqiqə də tab gətirə bilmərəm. Dünyadakı bütün evlər yanğınadavamlı edildikdən sonra (siz dünən axşam dediklərinizdə haqlı idiniz) daha yanğınsöndürənlərə ehtiyac qalmadı, köhnə məqsədlər üçün istifadəyə yararsız oldular. Onlara yeni işlər verildi, yanğınsöndürənlər yanğınçı oldular. Onlar bizim dincliyimizin keşikçilərinə çevrildilər. Onlar bizim başqalarından aşağı görünmə qorxumuzun nümayəndələri oldular - rəsmi nümayəndə, hakim və icraçıları. Bu sizsiniz, Monteq və bu mənəm.” Qonaq otağının qapısı açıldı və Mildred dayanaraq onlara baxmağa başladı. O, əvvəlcə Bittiyə, sonra isə Monteqə baxdı. Onun arxasında qalan otağın divarlarında yaşıl, sarı, narıncı fişənglər axışırdı və bütün bunları baraban və müxtəlif zərb alətlərinin qəribə səsi müşayiət edirdi. O, ağzını açaraq, nə isə danışırdı, lakin səsdən heç nə eşitmək olmurdu. Bitti tənbəkisindəki külü çəhrayı ovucuna tökdü və həmin külə sanki naməlum bir sirr gizlənibmiş kimi diqqətlə nəzər yetirməyə başladı. “Siz anlamalısınız ki, bizim sivilizasiya azlıqlar arasında narazılıqların yaranmasına icazə verməyimiz üçün çox genişdir. Özünüzdən soruşun: biz bu ölkədə ən çox nəyi arzulayırıq? İnsanlar xoşbəxt olmaq istəyirlər, elə deyilmi? Siz yəqin ki, ömrünüz boyu bunu eşitmisiniz. “Mən xoşbəxt olmaq istə58


yirəm”, bütün insanlar deyir. Yaxşı, onlar xoşbəxt deyillərmi? Biz onları daima hərəkətdə saxlamırıqmı, əyləncələri üçün hər şey etmirikmi? Axı biz elə buna görə də yaşayırıq. Həzz üçün, müvəqqəti güclü hisslər üçün. Siz razılaşmalısınız ki, bizim mədəniyyət bunun üçün onlara hər cür şərait yaradır. “Hə.” Monteq qapının kandarında duran Mildredin nə dediyini dodaqlarının hərəkətindən anlaya bilirdi. O, Mildredin dodaqlarına baxmamağa çalışırdı, çünki Bitti də ona tərəf dönə və nə dediyini dodaqlarından oxuya bilərdi. “Qaradərili insanlar “Kiçik qara Sambo” kitabını sevmirlər. Yandırın onu. Ağ insanların “Tom dayının daxması” kitabından xoşları gəlmir. Yandırın onu. Kimsə siqaret çəkməyin ciyərlərə ziyanı barədə kitab yazıb? Tütün istehsalçıların bundan xoşu gəlmədi. Yandırın kitabı. Sakitlik, Monteq. Sülh, Monteq. Mübarizənizi kənarda aparın. Ya da ən yaxşısı onu sobaya atın! Dəfn mərasimləri bədbəxtlik və cahillik əlamətidir? Onları da aradan qaldırın. İnsan öldükdən beş dəqiqə sonra o sobanın Böyük borusuna yola düşür. Kremasiya ilə məşğul olan vertolyotlar bütün ölkə boyu xidmət göstərirlər. İnsan öldükdən on dəqiqə sonra ondan geriyə ancaq qara kül qalır. Ölənlər üçün yas saxlamağa ehtiyac yoxdur. Unudun onları. Yandırın onları, hər şeyi yandırın. Alov parlaqdır və alov təmizdir.” Mildredin arxasındakı parlaq işıqlar söndüyü anda o həm də danışığını dayandırdı - möcüzəvi təsadüf. Monteq nəfəsini dərdi. Qonşuluqda bir qız yaşayırdı,” o, yavaşca dedi.. “İndi çıxıb gedib, düşünürəm ki, o ölüb. Hətta üzünü belə xatırlaya bilmirəm. Lakin o, fərqli idi. Necə… bu necə baş verə bilərdi?” Bitti gülümsədi. “Vaxtaşırı fərqli yerlərdə bu cür hallarla qarşılaşmaq olur. Yəqin siz Klariss Maklennan haqqında danışırsınız.. Biz onların ailəsini nəzarət altında saxlayır, diqqətlə izləyirdik. İrsiyyət və ətraf mühit kifayət qədər gülməli şeylərdir. Bir neçə 59


il ərzində bütün bu qəribə adamlardan yaxa qurtarmaq qeyri-mümkündür. Evdə höküm sürən mühit məktəbdə öyrədilənləri yararsız hala gətirə bilər. Məhz buna görə də biz ilbəil bağçaya qəbul edilən uşaqların yaş həddini daha da azaldırıq və artıq onları beşikdən qəbul edirik. Bizə Maklennanlar barədə bir neçə xəbərdarlıq hələ onlar Çikaqoda yaşadıqları zamanlarda gəlmişdi. Lakin heç vaxt onlarda kitab aşkar olunmamışdı. Dayısının qatışıq tarixçəsi var, ünsiyyətcil deyil. Qıza gəldikdə isə, o, vaxta qoyulmuş bombaya bənzəyirdi. Ailə onun şüuraltısına təsir etmişdi. Mən buna Qızın məktəb tarixçəsini oxuyanda buna bir daha əmin oldum. O, şeylərin necə düzəldiyini deyil, niyə düzəldiyini öyrənmək istəyirdi. Bu isə təhlükəli haldır. “Niyə?” sualını verməyə başlasanız və vaxtında dayanmağı bacarmasanız, bu sizi çox pis nəticələrə gətirib çıxara bilər. Yazıq qızcığaz üçün ən yaxşısı elə ölüm idi.” “Hə, o ölüb…” “Xoşbəxtlikdən, onun kimi qəribə adamlara tez-tez rast gəlinmir. Biz onları elə toxumdaca necə əhilləşdirmək lazım olduğunu bilirik. Taxta və mismarsız ev tikmək mümkün deyil. Əgər insanın siyasətə görə kədərlənməsini istəmirisinizə, ona məsələnin hər iki tərəfini görməyə şərait yaratmayın. Qoy məsələnin ancaq bir tərəfini görsün. Ən yaxşısı isə, heç bir tərəfini görməsin. Yer üzündə müharibə adlı bir şeyin mövcud olduğunu tamamilə unutsun. Hətta hökümət uğursuzdursa, vergilərlə insanları təngə gətiribsə də, bu, insanların narahat olmasından daha yaxşıdır. Sülh, Monteq. Müxtəlif müsabiqələr təşkil edin: məsələn, məşhur mahnıların sözlərini kim daha yaxşı xatırlayır, ştatların ən önəmli şəhərlərini kim saya bilər və ya Ayova ştatında keçən il nə qədər taxıl yığıldığından kimin xəbəri var. İnsanların beynini lazımsız rəqəm və faktlarla doldurun. Onlar bir müddət sonra bundan bezəcəklər, lakin eybi yox, əvəzində onlara elə gələcək ki, çox savadlıdırlar. İrəliyə doğru addımladıqlarını düşünməyə başlayacaqlar. Lakin əslində, onlar elə yerlərində də sayacaqlar. Özlərini xoşbəxt hiss edəcəklər, çünki öyrəndikləri faktlar dəyişilməzdir, sabitdir. Onlara fəlsəfə və sosiologiya kimi güvənilməz, dəyişkən 60


şeylər oxumağa icazə verməyin. Belə şeyləri oxuduqdan sonra çox düşünüb, nəsə bir nəticəyə gəlmək fikrinə düşə bilərlər. Bu isə melanxoliyaya və xəyalpərəstliyə aparır. Televizor divarını söküb-yığmağı bacaran insan, - bizim zəmanədə bunu hər kəs bacarır, - kainatı ölçməyə və bərabərləşdirməyə çalışan insandan daha xoşbəxtdir. Çünki öz heyvaniliyini və tənhalığını dərk etmədən, kainatı ölçmək mümkün deyil. Mən bunları yaxşı bilirəm, çünki özüm də buna cəhd etmişəm! Cəhənnəm olsun bunların hamısı! Ona görə də bizi klublara və şənliklərə aparın, canbaz və sehrbazlarınızı gətirin, reaktiv maşınlarınızı, motosikl vertolyotlarınızı, seks və narkotikanızı - bizi dərhal həzzə apara biləcək nəyiniz varsa, hamısını gətirin. Əgər dram pisdirsə, film məzmunsuzdursa, tamaşa boşdursa, mənə bir az nəşə vurun, səsləri yüksəldin. Mənə elə gələcək ki, tamaşaya reaksiya verirəm. Halbuki bu, titrəyişlərə, səs dalğalarına olan reaksiyamdır. Lakin mənim vecimə deyil. Çünki istədiyim yeganə şey mökhəm əylənməkdir.“ Bitti ayağa qalxdı. “Mən getməliyəm. Mühazirə bitdi. Ümidvaram, məsələyə aydınlıq gətirə bildim. Sizin bir şeyi xatırlamağınız əhəmiyyətlidir, Monteq: biz Xoşbəxtlik Oğlanlarıyıq - siz, mən və digərləri. Öz təzadlı nəzəriyyə və düşüncələri ilə başqalarını bədbəxt etməyə çalışan kiçik kütlələrin qarşısında durmuşuq. Bərk yapışın və sabit durun. Melanxoliyanın dalğasının və ümidsiz fəlsəfənin sizi öz dünyasında batırmasına icazə verməyin. Biz sizdən asılıyıq. Məncə bu xoşbəxt dünyamızı qorumaq üçün nə qədər əhəmiyyətli olduğunuzu anlamırsınız.“ Bitti Monteqin gücsüz əlini sıxdı. Monteq hələ də oturmuşdu, lakin bütün ev onun başına fırlanırdı və o, yataqdan tərpənib hərəkət edə bilmirdi. Mildred qapının ağzından yoxa çıxmışdı. “Sonda bir şey də deyim,” Bitti dedi. “Bütün iş həyatı boyu, hər bir yanğınçını ən azı bir dəfə bu cür maraq bürüyür. Ona kitablarda nə yazıldığı maraqlı gəlir. Siz bu marağı heç cür üstələyə bilməzsiniz. Yadda saxlayın, Monteq, mənim vaxtilə öz istiqamətimi müəyyənləşdirmək üçün bir az oxu61


maq imkanım olub. Sizi əmin edirəm ki, kitablar maraqlı heç bir şey demir! Sənin öyrədə və inana biləcəyin heç bir şey. Bədii əsərlərdə reallıqda mövcud olmayan insanlar, təxəyyül məhsullarından yazırlar. Oxuduğun bədii ədəbiyyat deyilsə, bu daha pisdir - bir professor digərini axmaq adlandırır, bir filosof digərindən daha kəsərli söz demək istəyir. Onlar ora-bura yeriyir, ulduzları və günəşi söndürürülər. Onlara baş qoşsan, başını itirərsən.” “Yaxşı, bəs əgər birdən yanğınçı, heç bir alt fikir olmadan, sırf təsadüfən bir kitabı evinə gətirsə, necə?” Monteqin bədənindən titrəmə keçdi. Açıq qapı ona nəhəng boş göz kimi baxırdı. “Səhv hərəkətdir. Amma bütün bunlar təbiidir. Hamısı marağın nəticəsidir,” Bitti dedi. “Biz buna görə həyəcan keçirmirik və özümüzdən çıxmırıq. Yanğınçıya kitabı bir sutka saxlamağa icazə veririk. Əgər bu müddət ərzində o kitabı yandırmasa, onun əvəzinə biz kitabı yandırmağa gəlirik. “Əlbəttə.” Monteqin dili-ağzı qurudu. “Yaxşı, Monteq. Siz bu gün ikinci növbəyə gələcəksinizmi? Bu axşam sizi görə biləcəyikmi? “ “Bilmirəm,” Monteq dedi. “Nə?” Bitti təəccüblə ona baxırdı. Monteq gözlərini yumdu. “Bəlkə daha sonra gələrəm. Bəlkə.” “Siz gəlməsəniz, şübhəsiz ki, sizin üçün darıxacağıq,” Bitti dedi və düşüncəli halda tənbəkisini cibinə saldı. “Bir də heç vaxt ora getməyəcəyəm,” Monteq düşündü. “Sağalın. Salamat qalın,” Bitti dedi. O, açıq qapıdan eşiyə çıxdı. Monteq pənəcərədən Bittinin alov kimi sarı rəngli və kömür kimi qara təkərli avtomobilinə minərək uzaqlaşmasını izlədi. Küçəboyu və yolun aşağısında evlərin yastı fasadları görünürdü. Bir günorta Klariss nə demişdi? “Daha evlərin önündə artırmalar yoxdur. Mənim dayım deyir ki, əvvəllər artırmalar olurdu. Və insanlar bu artırmalarda gecələr oturur, danışmaq istədikləri zaman danışır, 62


danışmaq istəmədikləri zaman isə sadəcə susurdular. Bəzən onlar burada sadəcə oturur və bəzi şeylər haqqında düşünürdülər. Dayım deyir ki, memarlar bu artırmaların gözəl görünmədiklərini düşündükləri üçün ləğv ediblər. Lakin dayımın fikrincə, bu, məsələnin əsl mahiyyətini gizlətmək üçün bir bəhanədir. Əslində onlar insanların belə asudə oturmasının, söhbət etməsinin, yellənməsinin və beləliklə də sosiallaşmasının qarşısını almaq istəyiblər. İnsanlar həddindən çox söhbət edirdilər. Onların düşünmək üçün vaxtları var idi. Ona görə də artırmaları ləğv etmək qərarına gəldilər. Bağları da, həmçinin. Oturmaq üçün daha bir dənə də bağ-bağça tapa bilməzsiniz. Daha yellənən stullar da yoxdur. Onlar çox rahatdırlar. İnsanlar gərək daha çox hərəkət etsinlər. Mənim dayım deyir ki… və mənim dayım…. və mənim dayım…. mənim dayım...” Onun səsi kəsildi. Monteq dönərək qonaq otağında oturan arvadına baxdı. Arvadı diktorla danışırdı, diktor da öz növ-bəsində ona müraciət edirdi. “Xanım Monteq,” o deyirdi, sonra nəsə başqa şeylər də deyirdi. Onlara yüz dollar başa gələn xüsusi qurğu lazımlı məqamlarda onun arvadının adını deyirdi. Öz tamaşaçı kütləsinə müraciət edərkən diktor arada fasilələr verir və hər bir evdə sahiblərin adını çəkirdi. Başqa bir xüsusi qurğu buna uyğun olaraq televizorun ekranında diktorun dodaq və üz əzələlərinin hərəkətlərini idarə edirdi. Diktor evdəkilərin yaxın dostu idi, heç bir şübhəsiz, bu belə idi. “Xanım Monteq, indi isə bura baxın.” O, başını çevirdi. Lakin tam aydın idi ki, o qulaq asmır. “Bu, sadəcə bir addım idi. Mən bu gün işə getməməklə sabah da getməyə bilərəm, heç vaxt getməyə bilərəm,” Monteq dedi. “Amma sən bu gün işə gedəcəksən, elə deyilmi??” Mildred dedi. “Qərar verməmişəm. Hal-hazırda ancaq bir hiss mənə hakim kəsilib – hər şeyi dağıtmaq və məhv etmək istəyi.” “Get bir az maşınla gəz.” “Yox, çox sağ ol.” 63


“Açarlar stolun üstündədir. Mən belə hisslər keçirəndə həmişə sürətli maşın sürməyə üstünlük verirəm. Sən sürəti doxsan beşə çıxarırsan və özünü əla hiss edirsən. Bəzən mən bütün gecəni maşın sürürəm və qayıdanda heç sənin bundan xəbərin də olmur. Şəhər kənarında sürmək daha əyləncəlidir. Sən bəzən dovşanları vurursan, bəzən də itləri. Get maşını götür.” “Yox, bu mənə lazım deyil. Bu hisslərin məndən uzaqlaşmasını istəmirəm. İlahi, mənim daxilimdə nə isə yığılır. Bunun nə olduğunu bilmirəm. Mən özümü çox bədbəxt, ağlını itirmiş hiss edirəm və sanki çəkim artırmış kimi hiss etdirən bu şeyin nə olduğunu da bilmirəm. Özümü kök hiss edirəm. Elə bil bir çox şeyi içimdə yığıb saxlamışam, amma bunların nə olduğunu da bilmirəm. Mən hətta kitab oxumağa da başlaya bilərəm.” “Onlar da səni qazamata salsınlar. İstədiyin budur?” Mildred ona elə baxırdı ki, sanki o, şüşə divarın arxasında durmuşdu. Monteq paltarlarını geyinib, yataq otağında vurnuxa-vurnuxa gəzişməyə başladı. “Bu əslində yaxşı şey ola bilər. Məni daha bir insana zərər verməkdən dayandırar. Sən Bittinin dediklərini eşitdin? Ona qulaq asırdın? O, bütün cavabları bilir. O, doğru deyir. Xoşbəxtlik hər şeydən vacibdir. Əyləncə hər şeydir. Mən orada oturarkən özümə ancaq bir şeyi təkrar edirdim: Mən xoşbəxt deyiləm, mən xoşbəxt deyiləm.” “Mən isə xoşbəxtəm,” Mildredin ağzı gülüşdən şəfəq saçdı. “Bununla da qürur duyuram.” “Bəzi şeylər etməyə hazırlaşıram,” Monteq dedi. “Hələ nə olduğunu bilməsəm də, nəsə böyük bir şey olacağından əminəm.” “Bu cəfəngiyatlara qulaq asmaqdan yorulmuşam,” başını ondan çevirərək yenidən diktora yönələn Mildred dedi. Monteq səs idarəedicisinə toxundu və diktor ilə bir yerdə divarlar da səssiz qaldılar. “Milli?”O dayandı. “Bu ev təkcə mənim yox, həm də sənindir axı. Buna görə də sənə bəzi şeyləri sənlə bölüşməli olduğumu düşünürəm. Əslində, bunları sənə daha əvvəl deməli 64


idim, lakin baş verənləri özüm də qəbul etmək iqtidarında deyildim. Bəzi şeyləri görməyini istəyirəm. Ötən il ərzində onları bir-bir yığıb gizlətmişəm. Bunu niyə etdiyimi bilmirəm, amma bu artıq baş verib və sənə heç nə deməmişəm.” O, düz arxalı stul götürdü, tələsmədən onu giriş qapısının yaxınlığındakı zala apardı, üzərinə çıxdı və bir müddət heykəl kimi orada dayandı. Mildred isə yanında durub ona aşağıdan yuxarı baxır və gözləyirdi. Sonra o, divardakı havalandırma sisteminin barmaqlığını itələdi, əlini havalandırma borusuna saldı, nəyisə yoxladı, daha bir barmaqlığı itələdi və kitabı götürdü. Kitaba baxmadan onu döşəməyə tulladı. O, əlini yenə uzadaraq daha iki kitab götürdü və onları da döşəməyə tulladı. Beləcə, davam edirdi, bir-bir kitablar döşəməyə atılırdı, balacalar, böyüklər, sarı, qırmızı, yaşıl kitablar. İşini bitirdikdə aşağı baxdı və iyirmiyə yaxın kitabın arvadının ayaqları üzərində olduğunu gördü. “Üzr istəyirəm,” o dedi. “Mən bu barədə heç düşünməmişdim. Lakin indi belə çıxır ki, biz hər ikimiz bu işin içindəyik.” Mildred arxaya tullandı, sanki döşəmənin altından bir sürü siçan çıxaraq onun üzərinə doğru gəlmişdi. Monteq onun teztez nəfəs aldığını eşidirdi, üzü solğunlaşmış, gözləri bərəlmişdi. Mildred onun adını iki, üç dəfə təkrarladı. Sonra bağıraraq, qabağa sıçradı, kitablardan bir neçəsini götürdü və mətbəx sobasına tərəf qaçmağa başladı. Monteq onu tutaraq silkələdi. Mildred isə onun əlindən çıxmağa çalışırdı. “Yox, Milli, yox! Dayan! Bəsdir! Sən başa düşmürsən… dayan! “ O, Mildredin üzünə sillə ilə vuraraq, çiyinlərindən yapışdı və yenidən silkələdi. Milli onun adını çığıraraq ağlamağa başladı. “Milli!”o dedi. “Qulaq as. Biz indi heç nə edə bilmərik. Bunları yandıra bilmərik. Mən onlara baxmaq istəyirəm, ən azından bir dəfə… Əgər Kapitanın sözləri həqiqətdirsə, biz onları bir yerdə yandırarıq, inan mənə, bir yerdə yandıracağıq. Sən mənə kömək etməlisən.” Monteq Mildredin çənəsindən tutaraq onun üzünə baxır və orada nə etməli olduğuna dair cavablar tapmağa çalışırdı. 65


“Sən bunu istədin ya istəmədin, biz artıq bu işin içindəyik. Mən bu illər ərzində səndən çox şey istəməmişəm, amma indi xahiş edirəm, sənə yalvarıram. Biz bütün bunların bir izahatını tapmalıyıq – niyə bütün bunların baş verdiyinin bir cavabı olmalıdır. Bütün bu gecə iynələrinin, maşınların, mənim və işimin. Biz uçuruma doğru gedirik, Milli. İlahi, mən bunu istəmirəm! Bu, asan olmayacaq. Biz nədən başlayacağımızı da bilmirik, lakin birtəhər anlamağa cəhd edib bir-birimizə kömək etməyə çalışmalıyıq. İndi sənə nə qədər çox ehtiyacım olduğunu başa sala bilmərəm. Əgər sən heç olmasa bir az məni sevirsənsə, bir-iki gün dözərsən. Bu, səndən istədiyim yeganə şeydir. Bununla da hər şey bitəcək. Mən söz verirəm, and içirəm! Əgər bu kitablarda dəyərli bir şey varsa, bütün bu xaosun içində diqqətə dəyər bir şey, bəlkə biz onu başqalarına ötürə bilərik.” Mildred daha ona qarşı çıxmırdı, ona görə də Monteq onun getməsinə icazə verdi. Mildred ondan bir az uzaqda əyildi, divara söykənərək aşağı sürüşdü və döşəmədə oturaraq kitablara baxmağa başladı. Ayağı onlardan birinə toxundu, tez ayağını uzaqlaşdırdı. “Həmin gecəki o qadın… Milli, sən orada deyildin. Sən onun simasını görmədin. Klariss. Sən onunla heç vaxt danışmamışdın. Mən isə danışmışam. Bitti kimi kişilər ondan qorxurdular. Bunu başa düşə bilmirəm. Onun kimi birisindən axı niyə qorxmalıdırlar? Lakin ötən gecə mən ətrafımdakı yanğınçılarla onu müqayisə etməyə başladım və qəfildən anladım ki, mən yanğınçıları heç xoşlamıram, özümü də, həmçinin. Mən düşündüm ki, ən yaxşı çıxış yolu yanğınçılarım özlərini yandırmaq olardı.“ “Qay! “ Ön qapı qurğusunun yumşaq səsi eşidildi: “Xanım Monteq, Xanım Monteq, burada kimsə var, kimsə var. Xanım Monteq, Xanım Monteq, kimsə var.” Onlar dönüb qapıya və ətrafa topalarla səpələnmiş kitablara gözlərini zillədilər. “Bitti!” Mildred dedi. “Bu, o ola bilməz.” 66


“O geri qayıdıb!” Ön qapının səsi yenidən eşidildi. “Burada kimsə var...” “Cavab verməsək yaxşıdır.” Monteq divara söykəndi, sonra ehmalca dizləri üstünə çökərək kitabları yerdən yığmağa başladı. Gah birini, gah da digərini götürərək, nə etdiyini özü də bilmirdi. Onun bütün bədəni titrəyirdi və ən çox istıdiyi şey kitabları yenidən havalandırma dəliyinə sala bilmək idi. Lakin anlayırdı ki, kapitan Bitti ilə bir daha görüşmək gücü yoxdur. O, dizləri üstündə oturdu, daha sonra isə döşəməyə yayıldı. Qapının səsi daha təkidlə səslənməyə başladı. Monteq döşəmədən balaca kitab götürdü. “Biz nədən başlayaq?” O, kitabı yarımçıq açdı və ona baxmağa başladı. “Güman edirəm ki, biz başlanğıcdan başlayacağıq.” “O, içəri gələcək,” Mildred dedi, “bizi də, kitabları da yandıracaq!” Giriş qapısının səsi, nəhayət ki, kəsildi. Sakitlik çökdü. Monteq sanki qapının arxasında kiminsə gizləndiyini, gözlədiyini və qulaq asdığını hiss edirdi. Sonra addım səsləri uzaqlaşaraq çəmənliyin içində eşidildi. “Gəl baxaq görək bu nədir,” Monteq dedi. O, sözləri çətinliklə dilə gətirirdi və bu dəhşətli özünüdərk ilə müşayiət olunurdu. Bir neçə səhifədə gözlərini gəzdirdi və nəhayət ki, bu sətirlərlə qarşılaşdı: “Müəyyən edilib ki, bütün tarix ərzində on mindən çox insan edama razı olub, lakin yumurtanı əmr edilən tərəfdən sındırmağa razı olmayıblar.” Mildred onunla üzbəüz oturmuşdu. “Bu nə deməkdir? Heç bir mənası yoxdur! Kapitan Bitti doğru deyirdi!” “Yox, gözlə,” Monteq cavab verdi, “biz hər şeyi yenidən, daha əvvəldən başlayacağıq.”

67


2-CI HISSƏ

ƏLƏK VƏ QUM ONLAR bütün günorta boyu kitab oxudular. Bu zaman ərzində göydən soyuq noyabr yağışı sükuta qərq olmuş evin üzərinə damcılayırdı. Onlar girişdəki zalda oturub, mütaliə edirdilər. İndi qonaq otağı boş və boz görünürdü. Onun susqun divarlarında rənglər rəqs etmir, fişənglərin alovlu şüaları oynamır, qızıl hörgülü qadınlar, qara məxmər kostyumlu kişilər, yüz funtluq dovşanlar bu gümüşü silindrlərdən görünmürdülər. Qonaq otağı ölmüşdü. Mildred donmuş vəziyyətdə, üzündə heç bir ifadə olmadan səssiz divarlara baxır, Monteq isə otaqda gəzişərək tez-tez yazılanlara göz atır və yüksəkdən bir neçə dəfə hər hansı bir səhifəni oxuyurdu. “Biz dostluğun hansı məqamda yarandığını deyə bilmərik. Bu, tası damcı-damcı su ilə doldurmaq kimidir, bir son damla olur ki, həmin qabı daşırır. Eləcə də edilən xeyirxah hərəkətlərdən sonra bir hərəkət olur ki, qəlbin doğmalıq hissi ilə dolub-daşır.” Monteq oturub yağışı dinlədi. “Bəlkə də bizim yanımızda yaşayan qızda olan məhz bu idi. Bunun nə olduğunu anlamaq üçün necə də çox düşünürdüm.” 68


“O ölüb. Tanrı xətrinə, gəl sağ olan biri barəsində danışaq. “ Monteq arvadına dönüb baxmadı, titrəyərək otaqdan mətbəxə keçdi və uzun müddət orada dayandı. Bir müddət pəncərənin önündə durub yağışı seyr etdi və titrəməsi bir az çəkildikdən sonra zalın boz işığına qayıtdı. Yeni bir kitab götürdü. “Bizim sevimli mövzumuz Özümüzük.”’ O, divara baxaraq gözlərini qıydı. “Sevimli mövzum, Özüm.” “Bax bunu mən başa düşdüm,” Mildred dedi. “Lakin Klarissin sevimli mövzusu özü deyildi. Bu, digərləri idi, mən idim. Bütün bu illər ərzində o, yeganə insan idi ki, mənim həqiqətən də xoşuma gəlmişdi. O, yeganə insan idi ki, mən hətta rəqəmləri də saysam, düz mənim üzümə baxacaqdı.” O, iki kitabı da qaldırdı. “Bütün bu insanlar uzun müddət əvvəl ölüblər, lakin mən bilirəm ki, onların sözləri bu və ya digər halda, Klarissə aiddir.” Yağışın altında küçə tərəfdən qapıya nə isə sürtüşdü. Monteq donub qaldı. O, Mildredin özünü arxaya çəkib divara sığındığını gördü. “Mən onu öldürdüm.” “Qapının ağzında kimsə var, bəs niyə qapı zəngi bizə heç nə demir? “ Qapının eşiyindən, zəif, nəyisə yoxlayan bir hənirti, elektrik buxarının buğu gəlirdi. Mildred güldü. “Sadəcə itdir, bu qədər! İstəyirsən onu qovum? “ “Yerindən tərpənmə!” Sakitlik. Soyuq yağış yağır. Qapalı qapının arxasından mavi elektrik qoxusu gəlir. “Gəl işimizə davam edək,” Monteq sakitcə dedi. Mildred kitabı ayağı ilə itələdi. “Kitablar insan deyillər. Sən oxuduqca mən ətrafa baxıram, lakin heç kimi görə bilmirəm!” O, qonaq otağının ölü və boz divarlarına baxırdı, onlar sanki okean sularına bənzəyirdilər, elektrik günəşi yandıran kimi canlanacaqdılar. 69


“Bax,” Mildred dedi, “Mənim “ailəm” isə insanlardır. Onlar mənə sözlər deyirlər; mən gülürəm, onlar gülür! Onlar rənglidirlər, canlıdırlar! “ “Hə, bilirəm.” “Bundan başqa, mənə elə gəldi ki, Kapitan Bitti bu kitablar barəsində bilirdi.” Mildred bir az düşünərək dilləndi. Onun siması heyrətli və qorxmuş bir ifadə aldı. “O, bura gələ bilər, evimizi və “ailə”ni dağıda bilər. Bu dəhşətlidir! Bizim itirəcəklərimiz barəsində düşün. Mən niyə görə oxumalıyam? Nə üçün?” “Nə üçün! Niyə!” Monteq dedi. “Mən dünən gecə dünyanın ən dəhşətli ilanını görmüşəm. O, həm ölü, həm də diri idi. O, həm görə bilirdi, həm də kor idi. Sən də həmin ilanı görmək istəyərdin. Bütün bunlar Təcili Yardım Xəstəxanasındadır, orada həmin ilanın sənin içində sorduğu bütün zir-zibilin hesabatını aparıblar. Sən ora gedib həmin hesabata baxmaq istəyirsən? Amma onu hansı ad altında axtarmaq lazım olduğunu bilmirəm; “Qay Monteq”, “Müharibə” ya “Qorxu”. Hər saat o qədər lənətəgəlmiş hadisə baş verir ki. Dünən gecə yandırdığımız evə gedib baxmaq istəyirsən? Öz evi üçün alov yandıran qadının sümüklərinin küllərini toplamaq istəyirsən? Bəs Klariss Maklennan necə oldu, indi biz onu harada axtarmalıyıq? Morqda?! Qulaq as!” Bombardmançılar səmada və evin üzərində görünməz, nəhəng yelpik kimi boşluqda fırlanaraq uğultu səsləri çıxarırdılar. “Müqəddəs İsa,” Monteq dedi, “Hər saat səma üzərində nə qədər lənətəgəlmiş şey olur! Onlar niyə bizim həyatımızın hər saniyəsinə daxil olurlar? Niyə heç kim bu barədə danışmır? Biz 1960-cı ildən bəri iki atom müharibəsinə başlayıb qalib gəlmişik. Bu ona görə ola bilərmi ki, başımız əyləncəyə qarışdığından dünyanın geri qalan hissəsini unutmuşuq? Bu ona görədirmi ki, biz varlı, dünyanın geri qalanı isə kasıbdır və onların halı heç vecimizə də deyil? Mən şaiyələr eşitmişəm. Dünya aclıq çəkirmiş, lakin biz hamımız toxuq. Bu doğrudurmu ki, bütün dünya ağır işlə məşğuldur, biz isə əylənirik? Buna görəmi bizə bu qədər nifrət edirlər? Mən nifrət barədə də şaiyələr eşitmişəm, uzun müddət əvvəl, illər öncə. 70


Bilirsən niyə? Mən bilmirəm! Amma bəlkə də bu kitablar bizə həqiqətin qapısını açacaq. Kitablar bizi eyni dəngəsər səhvləri etməkdən çəkindirəcək! Mən sənin qonaq otağındakı başıboş axmaqlarının bu barədə danışdıqlarını heç eşitməmişəm. İlahi, Milli, axı niyə başa düşmürsən? Gün ərzində bir saat, iki saat bu kitablarla keçirirsən və bəlkə də...” Telefonun zəngi çalındı. Mildred dəstəkdən yapışdı. “Enn!” O sevinclə güldü. “Hə, Ağ Təlxəklər bu gün axşam proqramındadır!” Monteq mətbəxə getdi və kitabı stola tulladı. “Monteq,” o, öz-özünə dedi, “sən həqiqətən də axmaqsan.” “İndi nə etmək lazımdır? Kitabları geri qaytarıb, onları unutmaqmı?” O, Mildredin gülüşünə fikir verməməyə çalışaraq kitabı açdı. “Yazıq Milli,” o düşündü. “Monteq, elə sən də onun kimi yazıqsan. İndi bütün bunları sənə izah edəcək bir ustad, müəllim haradan tapa bilərsən ki? Dayan.” O, gözlərini yumdu. Hə, əlbəttə. O, yenə də bir il əvvəl yaşıl parkda baş verənləri düşünməyə başladı. Son zamanlar o bu barədə tez-tez düşünürdü. Lakin indi həmin parkda baş verənlər və yaşlı kişini daha aydın xatırlaya bilirdi. Kişi qara geyimdə idi və paltosunun altında nəsə gizlətmişdi. ...Qoca yerindən sıçrayıb, sanki qaçmaq istəmişdi. Monteq isə demişdi: “Dayanın!” “Mən heç bir şey etməmişəm!” qoca kişi titrəyərək qışqırmışdı. “Heç kim sizin nə isə etdiyinizi demir.” Onlar bir müddət yumşaq yaşıl otun üzərində heç bir söz demədən əyləşmiş, sonra Monteq havadan danışmış və qoca kişi də zəif səsi ilə ona cavab vermişdi. Bu, çox qəribə və sakit görüş idi. Yaşlı kişi istefaya çıxmış ingilis dili professoru olduğunu etiraf etmişdi. Bu mövcud, dünyadan da qırx il əvvəl maddi dəstək və tələbə azlığı üzündən fəaliyyətini dayandıran humanitar fənlər kolleci bağlandıqdan sonra qovulmuşdu. Onun adı Faber idi. Bir müddət sonra Monteqə qarşı olan 71


qorxusu aradan qalxanda səmaya, ağaclara, yaşıl parka baxaraq ahəngli səslə danışmağa başladı və bir saat sonra Monteqə əzbərdən nəsə dedi, Monteq bunun şeir olduğunu anladı. Bir az sonra daha da cəsarətlənərək başqa şeylərdən danışmağa, daha bir şeir deməyə başladı. Faber əli ilə paltosunun sol cibinə bərk-bərk yapışaraq, mülayimcəsinə sözlər danışır və Monteqə elə gəlirdi ki, həmin an əlini uzadıb onun cibini yoxlasa, orada şeirlər kitabını tapacaq. Lakin bunu etmədi. Onun əlləri hissiyatsız və lazımsız bir şey kimi dizlərinin üstündə qaldı. “Cənab, mən axı mövcud şeylərin özü haqqında danışmıram. Mən onların mahiyyəti haqqında danışıram. Burada oturmuşam və sağ olduğumu bilirəm.” Faber dedi. Həqiqətən də bütün bunlar həqiqətdə baş verənlər idi. Bir saatlıq monoloq, şeir, şərh və Monteqin yanğınçı olmasından xəbəri olmadan titrəyərək kağız parçasına öz ünvanını yazması… “Əgər siz mənə hirslənmək qərarına gəlsəniz, bu sizə lazım olacaq.” “Mən hirsli deyiləm,” Monteq təəccüblə demişdi. Mildredin gülüşü bütün zalı basmışdı. Monteq yataq otağındakı dolabına yaxınlaşaraq, saxladığı sənədlərin arasından “GƏLƏCƏK TƏHQİQATLAR” başlıqlı olanını çıxardı. Faberin də adı orada idi. Monteq nə onun barəsində mərkəzə məlumat vermiş, nə də adını silmişdi. O, telefon nömrəsini yığdı. Dəstəyin digər ucunda Monteqin adı bir neçə dəfə səsləndiqdən sonra, nəhayət ki, professorun zəif səsi eşidildi. Monteq özünü tanıtdı və cavabı uzun sakitlik oldu. “Bəli, Cənab Monteq?” “Professor Faber, mənim sizə qəribə bir sualım var. Ölkədə İncilin neçə ədəd nüsxəsi qalıb?” “Sizin nə haqqında danışdığınızı anlamıram! “ “Bilmək istəyirəm ki, ümumiyyətlə nüsxəsi qalıbmı?” “Bu bir tələdir! Mən kimlə gəldi telefonla danışa bilmərəm!” “Şekspir və Platonun necə? Nə qədər nüsxə qalıb?” “Heç qalmayıb! Siz bunu məndən də yaxşı bilirsiniz. Heç qalmayıb!” Faber dəstəyi qoydu. 72


Monteq də telefonu yerinə qoydu. Heç qalmayıb. Əlbəttə, o artıq bunu yanğın stansiyasının hesabatlarından bilirdi. Lakin nə üçünsə bunu bir də Faberdən eşitmək istəyirdi. Zalda Mildred onu şən, razı sima ilə qarşıladı. “Hə, bu gün xanımlar bizə gələcəklər!” Monteq ona kitabı göstərdi. “Bu, İncildən Əhdi-Ətiq və Əhdi-Cədiddir və...” “Yenə başlama!” “Bu, dünyanın bu hissəsində qalan yeganə nüsxə ola bilər.” “Özün yaxşı bilirsən ki, bu gecə kitabı təhvil verməlisən. Kapitan Bitti bunun səndə olduğunu bilir, hə?” “Düşünmürəm ki, o mənim məhz hansı kitabı oğurladığımdan xəbərdardır. Əvəzində ona başqasını qaytara bilərəm. Amma hansını? Cənab Ceffersonu? Cənab Toronu? Hansının dəyəri daha azdır? Əgər mən başqa kitab aparsam və Bitti mənim hansı kitabı oğurladığımı dəqiq bilmiş olsa, o elə biləcək ki, biz burada bütün kitabxananı gizlədirik!” Mildredin dodaqları tərpəndi. “Görürsən, sən nə edirsən? Bizi məhv edəcəksən! Hansı sənin üçün daha vacibdir, mən ya İncil?” O, yenidən çığır-bağır salmağa başladı. Sanki öz istiliyində əriyən mum gəlincik idi. Monteq Bittinin səsini eşidirdi. “Oturun, Monteq. İzləyin. Ehtiyatla, gülün ləçəkləri kimi. Birinci səhifəni yandırın, ikinci səhifəni yandırın. Hər biri qara kəpənəyə çevrilir. Gözəldir, deyilmi? İndi davam edin, üçüncü səhifəni yandırın, zəncirvari davam edin, hamısını yandırın. Sözlərin verdiyi bütün axmaq vədləri, lazımsız anlayışları və vaxtı ötmüş fəlsəfələrini məhv edin. Bitti onun qarşısında oturmuşdu, xəfif tərləmişdi. Döşəmədə ölmüş alov fırtınasının məhv etdiyi qara güvələr səpələnmişdilər. Mildred qışqırmağa başladığı kimi, qəflətən də susdu. Monteq ona qulaq asmırdı. “Bu halda ancaq bir şey etmək olar,” o dedi. “Bittiyə bu kitabı qaytarmamışdan qabaq bunun bir nüsxəsini də çıxarmalıyam.” 73


“Sən bu axşam Ağ Təlxəyin verilişi başlayanda və xanımlar gələndə evdə olacaqsan?” Mildred qışqıraraq soruşdu. Monteq qapının ağzında ayaq saxladı, üzünü çevirmədən dedi: “Milli?” Sükut. “Nə?” “Milli, Ağ Təlxək səni sevirmi?” Cavab gəlmədi. “Milli, o səni... “ o dodaqlarını yaşladı. “Sənin “ailən” səni sevirmi? Bütün qəlbləri ilə sevirlərmi?” O, Mildredin çaşqın vəziyyətdə onun boynuna baxdığını hiss edirdi. “Sən niyə bu cür axmaq sual verirsən ki?” Monteq ağlamaq istəyirdi, lakin dodaqları kiplənmiş, gözlərindən də yaş gəlmirdi. “Sən küçədə həminki iti görsən,” Mildred dedi, “mənim əvəzimə onu kötəklə.” Monteq qərarsız halda qapının önündə dayanıb digər tərəfi dinləyirdi. Sonra qapını açdı və bayıra çıxdı. Yağış kəsmişdi. Günəş aydın səmada öz yerini tutmuşdu. Küçə, çəmənlik, eyvan bomboş idi. O, dərin bir nəfəs aldı. Qapını çırpdı. Artıq metroda idi. “Mən sanki keyimişəm,” o düşündü. “Bu keyləşmə mənim üzümdə nə zamandan var? Bəs bədənimdə? Bütün bunlar torpaq altında gizlədilmiş mərmi kimi ayağıma qəfil toxunan həb qutusundan sonra başladı? Bu hissiyatsızlıq, bu keyimə keçib gedəcək. Bu, Bir az vaxt alacaq, lakin mən bunu mütləq edəcəyəm və ya əvəzimə bunu Faber edəcək. Nə vaxtsa bir nəfər çıxacaq və mənim əvvəlki simamı, əllərimi geri qaytaracaq. İndi hətta həmişəki təbəssümüm də yox olub. Onsuz isə mən itmiş biriyəm, özüm deyiləm.” Metronun tuneli onu get-gedə daha da qaranlığa aparırdı. Naməlum qaranlığa gedərkən qatarın pəncərəsində krem rəngi ilə qara rəng yerini dəyişirdi. Uşaqlıqda isti bir yay günü dənizin sarı qumsalında oturub, ələyi qum ilə doldurmağa çalışırdı. Çünki hansısa qəddar 74


bibioğlusu ona demişdi ki, “Ələyi qum ilə doldursan, sənə on sent verəcəyəm!” Lakin nə qədər sürətlə ələyi doldurmağa çalışırdısa, bir o qədər də tez qumlar qəribə xışırtı ilə sürüşüb gedirdilər. Onun əlləri yorulmuşdu, qum qaynar idi, ələk isə bomboş idi. İyulun ortasında sakitcə oturaraq göz yaşlarının yanaqlarından necə süzüldüyünü hiss etmişdi. İndi bu yeraltı qatar şəhərin ölü zirzəmilərində şütüdüyü zaman o, həmin ələk məsələsinin dəhşətli məntiqi barədə düşündü və aşağı baxdıqda əllərində İncili açıq vəziyyətdə saxladığını gördü. Onunla bir qatarda başqa insanlar da var idi. Lakin heç nə vecinə deyildi. Onun ağlına çılğın bir fikir gəlmişdi. O, düşündü ki, yazılanların hamısını tez-tez oxuyub bitirsə, qum dənələrindən bəziləri ələkdə qala bilər. Lakin o oxuduqca, sözlər də süzülüb gedirdilər. “Bir neçə saat sonra Bitti ilə görüşüb, kitabı təhvil verməliyəm. Ona görə də indi elə oxumalıyam ki, heç bir sözü qaçırmayım, hər bir sətir yadımda qalsın.” O düşünürdü. Kitabı ayaqlarının arasında sıxdı. Qatarda radionun səsi eşidildi. “Denham diş məcunu.” “Onlar zəhmət çəkmirlər.” “Denham.” “Tarladakı zanbaqları düşün. Yum ağzımı. Yum ağzını.” “Diş məcunu!” O, yenidən kitabı vərəqləməyə və kor kimi gözlərini qırpmadan vərəqlərə, hər bir hərfə əl sürtməyə başladı. “Denham. Bu cür tələffüz olunur: D-E-N” “Onlar heç zəhmət çəkmirlər, heç biri…” Boş ələkdən süzülən isti qumun atəşli xışıltısı. “Denham bunu bacarır!” “Zanbaqlar haqqında düşün, zanbaqlar, zanbaqlar…” “Denham diş məcunu.” “Yum ağzını, yum ağzını, yum!” hayqırtılı yalvarışla Monteq heç özü də nə vaxt ayağa qalxdığını anlamadı. Səs-küylü maşının sərnişinləri böyük təəccüblə gözlərini bu çılğın, pörtmüş simalı, ifadəsiz, quru ağızlı və əlində kitab olan kişiyə zil75


ləmişdilər. İndi ona gözünü zilləmiş bütün bu insanlar bir neçə dəqiqə əvvəl Denham diş məcununın radio reklamının sədaları altında ayaqlarını oynadırdılar. Denham diş məcunu, Denham diş məcunu... Bir, iki, bir, iki, üç, bir, iki, bir, iki, üç. Onlar bu sözləri dodaqaltı təkrarlayırdılar, diş məcunu, diş məcunu, diş məcunu. Sanki ona cavab olaraq radio Monteqin üzərinə nəhəng ton yüklü qalaydan, misdən, gümüşdən, xrom və sarı misdən yaradılmış musiqini tökdü. İnsanlar buna təslim oldular; onlar qaçmadılar, qaçmağa yer yox idi; nəhəng Qatar yerin altında şütüyürdü. “Tarladakı zanbaqlar.” “Denhamın diş məcunu.” “Mən zanbaqlar dedim!” İnsanlar gözünü ona zillədilər. “Keşikçini çağırın.” “Bu kişi dəli olub.” “Knoul Vyu Stansiyası!” Qatar dayandı. “Knoul Vyu!” Qışqırıq. “Denham...” Pıçıltı. Monteq çətinliklə ağzını araladı. “ Zanbaqlar...” Qatarın qapıları aralandı. Monteq ayaq saxladı. Qapılar ləhləyərək bağlanmağa başladı. Yalnız o zaman Monteq sərnişinləri keçərək bağlanmaq üzrə olan qapıların arasından sürüşərək keçdi. O, eskalatora fikir verməyərək tuneldə ağ metlaxın üzəri ilə qaçırdı. Çünki ayaqlarının hərəkətini, əllərinin yellənməsini, ciyərlərindən nəfəsinin gəlib-getməsini, boğazının havadan qurumasını hiss etmək istəyirdi. Səs onun arxasıyca sürüklənirdi, “Denham, Denham, Denham...” Qatar ilan kimi fısıldadı. Qatar öz dəliyində gözdən itdi. “Kimdir?” “Sizi narahat edən Monteqdir.” 76


“Sizə nə lazımdır?” “İcazə verin, içəri keçim.” “Mən heç bir şey etməmişəm.” “Lənət şeytana, mən təkəm!” “And içə bilərsiniz?” “And içirəm!” Giriş qapısı yavaşca açıldı. Faber küçəyə boylandı. O, işıqda çox qoca, zəif və olduqca qorxmuş görünürdü. Yaşlı kişi elə bil illərlə eşikdə olmayıb. Arxasında görünən mənzilin ağ divarlarından fərqlənmirdi. Onun ağzı da ağ rəngdə idi, yanaqları da, saçları da… hətta mavi gözləri də solğunlaşaraq ağarmışdılar. Qocanın gözü Monteqin qoltuğu altında sıxdığı kitaba sataşdı. İndi o, əvvəlki kimi qoca və zəif görünmürdü. Qorxusu yavaş-yavaş çəkilirdi. “Üzr istəyirəm. Mənim kimi insanlar ehtiyatlı olmaq məcburiyyətindədir.” O, gözlərini kitabdab çəkə bilmirdi. “Deməli, bu, həqiqətdir.” Monteq içəri girdi. Qapı bağlandı. “Əyləşin.” Monteq arxaya çəkilsə də, qoca gözlərini kitabdan çəkmirdi. Elə bil gözlərini çəkdiyində kitabın yox olacağından qorxurdu. Onun arxasındakı yataq otağının qapısı açıq idi. Stolun üstünə müxtəlif mexanizmlər və polad alətlər səpələnmişdi. Monteq elə gözucu baxmağa macal tapmışdı ki, Faber onun diqqətinin hara yönəldiyini anlayıb, cəld otağın qapısını bağladı. Titrəyən əli ilə qapının dəstəyindən möhkəm yapışdı. Onun baxışları Monteqin üzərinə qayıtdı. Monteq kitabı dizlərinin üzərinə qoyaraq oturmuşdu. “Siz bu kitabı haradan...” “Mən onu oğurlamışam.” Faber ilk dəfə gözlərini qaldıraraq düz Monteqin gözlərinin içinə baxdı. “Siz cəsursunuz.” “Yox,” Monteq dedi. “Həyat yoldaşım ölür. Dostum hesab etdiyim qız artıq 77


ölüb. Dostum ola biləcək başqa bir xanımı isə dünən diri-diri yandırıblar. Siz mənə kömək edə biləcək yeganə insansınız. Mən görmək istəyirəm. Görmək istəyirəm.” Faberin əlləri onun dizlərinə tərəf uzandı. “Olar?” “Üzr istəyirəm.” Monteq kitabı ona verdi. “Artıq uzun zaman olub ki, İncili vərəqləmirəm. Mən dindar insan deyiləm. Lakin yenə də çox uzun müddət keçib.” Faber səhifələri çevirərək, gah bir yerdən, gah da digərindən oxumağa başladı. “Bu, elə mənim xatırladığım qədər yaxşıdır. İlahi, onlar necə belə şeyi indiki “danışan qonaq otaqları”na dəyişə biliblər? Məsih indi “ailə”nin bir üzvüdür. Mənə hərdən maraqlı gəlir, görəsən Tanrı öz oğlunu bizim geyindirdiyimiz və ya soyundurduğumuz tərzdə tanıya bilirmi? O, indi nanəli çubuğa bənzəyir, şəkər paylayır və yaxud da guya inanclı insanların keçinməsi qeyri-mümkün olan şeylərin reklamında istifadə edilir.” Faber kitabı iylədi. “Bilirsinizmi ki, kitablardan muskat və ya yad ellərdən gətirilmiş ədviyyat qoxusu gəlir. Uşaq vaxtı kitabları qoxlamaqdan xoşum gəlirdi. İlahi, biz əlimizdən çıxarmamışdan əvvəl, nə qədər gözəl kitab var idi!”Faber səhifəni çevirdi. “Cənab Monteq, sizin qarşınızda qorxaq insan dayanıb. Mən onda hadisələrin nəyə doğru getdiyini hiss edirdim. Lakin susurdum. Mən o günahsızlardan biri idim ki, heç kimin daha “günahkar”ları dinləmək istəmədiyi zamanda öz səsisimi qaldıra bilərdim. Lakin mən danışmadım və bu da mənim özümü günahkara çevirdi. Sonra onlar yanğınçılardan istifadə edərək, kitabları yandırmağı fikirləşdikdə bir neçə dəfə səsimi qaldırmağa çalışsam da, sonra geri çəkildim. Çünki həmin zamanlarda mənimlə bir yerdə səsini qaldıracaq, məni dəstəkləyəcək başqa heç kim yox idi. İndi isə çox gecdir.” Faber İncili bağladı. “Yaxşı, indi deyin görüm, siz mənim yanıma nə üçün gəlmisiniz?” 78


“Mən Kiminsə məni dinləməsinə ehtiyac duyuram. Daha insanlar bir-birinə qulaq asmır. Mən televizor divarları ilə danışa bilmirəm, çünki onlar özləri mənə bağırıraq nə isə deməklə məşğuldurlar. Arvadımla danışa bilmirəm, o ancaq divarlara qulaq asır. İstədiyim yeganə şey isə kiminsə mənə qulaq asmasıdır. Bəlkə də mən kifayət qədər uzun danışsam, nəsə faydalı bir söz deyə bilərəm. Sizdən isə mənə oxuduqlarımı başa düşməyi, təhlil etməyi öyrətməyinizi istəyirəm.” Faber Monteqin arıq, qırxılmaqdan göyərmiş simasına diqqətlə nəzər yetirdi. “Sizi nə belə silkələdi? Yanğınçı məşəlini əlinizdən vurub yerə atan nə oldu?” “Bilmirəm. Bizim xoşbəxt olmaq üçün hər şeyimiz var, lakin xoşbəxt deyilik. Nə isə çatmır. Mən ətrafa baxdım. Düşündükcə anladım ki, əvvəl ilə müqayisədə indi olmayan yeganə şey mənim on və ya on iki il ərzində yandırdığım kitablardır. Ona görə də düşündüm ki, kitablar mənə kömək edə bilər.” “Siz ümidsiz romantiksiniz,” Faber dedi. “Bu qədər ciddi məsələ olmasaydı, bu hətta gülməli də ola bilərdi. Sizin ehtiyacınız olan kitablar deyil, bir vaxtlar həmin kitablarda olan bəzi şeylərdir. Eyni şeylər indiki “Qonaq otağı divarları”nda da ola bilərdi. Eynilə kitablar kimi televiziya və radio da hər xırdalığa qarşı diqqətli, ətraflı və maarifləndirici ola bilərdi, lakin elə deyillər. Yox, yox, sizin axtardığınız şey qətiyyən təkcə kitablardan ibarət deyil! Tapa biləcəyiniz hər yerdən bunu götürün - köhnə fonoqraf yazılarından, köhnə filmlərdən və köhnə dostlardan; bunu sizi əhatə edən təbiətdə və özünüzdə axtarın. Kitablar bizim unutmağa qorxduğumuz şeyləri saxladığımız xəzinələrdən yalnız biridir. Onlarda möcüzəli, sehrli heç bir şey yoxdur. Sehr kitabların dediklərində, onların danışa bilmək bacarığındadır. Onlar kainatın parçalarını bir yerə yığıb bizə bütöv halda təqdim edirlər. Əlbəttə, siz indi bunları bilə bilməzsiniz. Mənim dediklərimin mənasını tam anlamırsınız. Lakin siz artıq daxilinizdə düzgün yolu seçmisiniz, əsas olan da budur. İndi əsas üç şey çatışmır. Birincisi: Bilirsinizmi, bu tip kitablar niyə əhəmiyyətlidir? Çünki bunların keyfiyyəti var. Bəs keyfiyyət sözü özü nə deməkdir? Mənim üçün bu fak79


tura kitabın “cismi”dir. Bunun məsamələri var. Xüsusiyyətləri var. Bu kitabı mikroskop altına salmaq olar. Siz şüşənin altında həyat tapacaqsınız. Bu həyatda keçmişin sonsuz axışını izləyə bilərsiniz. Bir səhifədə nə qədər çox məsamə, həyatın fərqli tərəflərinin həqiqi təsvirlərini tapa bilsəniz, deməli siz bir o qədər də “bədii”siniz. Hər bir halda, mənim anlayışımda bu belədir. Ətraflı izah. Yeni izah. Yaxşı yazıçılar həyatla iç-içə olur, ondan yazırlar. Ortabab yazıçılar isə sadəcə onun üzərindən keçirlər. Pis yazıçılar isə həyatı zorlayır və onu milçəklərin yeməsi üçün tərk edir. İndi siz anlayırsınızmı, kitablara niyə nifrət edir və onlardan qorxurlar? Onlar həyatın əsl simasını, bütün məsamələri, çapıqları ilə birgə bizə göstərir. Ancaq rahatlıq axtaran insanlar həyatın ancaq məsaməsiz, çapıqsız, saçsız, ifadəsiz mum üzünü görmək istəyirlər. Biz elə bir dövrdə yaşayırıq ki, çiçəklər yağış suyu və qara gil ilə qidalanmaqdansa, bir-birlərini yeməyə üstünlük verirlər. Hətta fişənglər kimyəvi maddələrdən düzəldilir. Bizə isə elə gəlir ki, böyüyə bilərik, çiçəklər və fişənglərlə qidalansaq, böyüyə bilərik. Həqiqətə qaytaran dairəni fırlanıb başa çatdırmadan böyüyə biləcəyimizi düşünürük. Siz Herakl və Antey barəsində olan əfsanəni eşitmisinizmi? Antey nəhəng pəhləvan olub, lakin gücü yalnız torpaq üzərində durduğu zaman mövcud olub. Herakl onn ayağını yerdən üzərək, havada saxladıqda, o, asanlıqla ölür. Bu əfsanə indi bizim bu günümüz üçün də keçərlidir. Bəlkə də mən tamamilə dəli olmuşam. Hə, beləliklə bizdə çatışmayan və ehtiyacımız olan ilk şey keyfiyyətdir, bilginin, məlumatın tərkibidir.” “Bəs ikincisi?” “Asudə vaxt.” “ Axı bizim xeyli boş zamanımız var.” “Boş zamanımız var, hə. Bəs düşünmək üçün necə, zamanımız varmı? Əgər sən saatda yüz millə maşın sürürsənsə, mümkün qəza təhlükəsindən başqa heç nə haqqında düşünə bilmirsən. Yaxud da hər hansı bir oyun oynayırsınız, dörd divarı da televizor olan otaqda oturursunuz, bu divarlarla isə mübahisə etmək qeyri-mümkün olur. Niyə? Televizor realdır. 80


Televiziyada göstərilənlər gözlə görüləndir, yaxındır, ölçüləri bəllidir. Televizor bizə nə düşünməli olduğumuzu diktə edir və istədiyini beynimizə soxur. O, bütün bunları elə bir tezliklə edir ki, sizin beyniniz etiraz edib, “Bu nə cəfəngiyatdır?” deməyə macal tapmır.” “Yalnız “ailə”dəkilər canlıdırlar, insandırlar.” “Bağışlayın, siz nə dediniz?” “Arvadım kitabların televizor kimi real olmadığını deyir.” “Şükür Tanrıya ki, bu həqiqətən də belədir. Siz kitabı bağlaya və ona “Bir dəqiqə gözlə!” deyə bilərsiniz. Onun ağası sizsiniz. Bəs televizoru açıb, onun caynağına keçəndən sonra sizi həmin pəncələr arasından kim dartıb çıxara bilər? O, sizi arzuladığı şəklə sala bilir! O da ətrafındır, dünya kimi o da realdır. O, həqiqətə çevrilir, həqiqət onun özüdür. Kitaba öz düşüncənin gücü ilə qalib gələ bilərsən. Lakin bütün savad və şübhəçiliyimə baxmayaraq, heç vaxt özümdə kifayət qədər güc tapıb, bizim qorxulu qonaq otaqlarımızdakı rəngli və böyük ölçülü ekranlardan üzərimə bağıran yüz musiqi alətindən ibarət simfonik orkestrla mübarizə apara bilməmişəm. Bunlar isə, ” - o iki kiçik rezin tıxacı əlində tutaraq dedi, - “metroda gedərkən ətrafdakıları eşitməməkdən ötrü qulaqlarıma tıxamaq üçündür.” “Denham Diş Məcunu; onlar əziyyət çəkmirlər, onlardan heç biri.” Monteq gözlərini yumaraq, “Biz bundan sonra nə edəcəyik? Kitablar bizə kömək edəcəkmi?” deyə soruşdu. “Üçüncü ehtiyacımız olan şeyi tamamlamaq lazımdır. Birinci lazımlı şey, dediyim kimi, məlumatın, bilginin keyfiyyətidir. İkincisi, bu məlumatı dərk etmək üçün lazım olan asudə zaman. Üçüncüsü isə bu iki şeyin qarşılıqlı əlaqəsindən əldə edilən nəticələrdən yola çıxaraq hərəkət etmək hüququ. Lakin inanmıram ki, biri qoca kişi, digəri isə məyus olmuş yanğınçıdan ibarət olan iki insan hadisələr bu qədər uzağa getmişkən onların axarını dəyişə bilsin.” “Mən kitabları əldə edə bilərəm.” “Siz risk edəcəksiniz.” 81


“Ölüm ayağında olan insanın bu vəziyyətinin də bəzi üstünlükləri var. Sənin daha itirməyə heç nəyin olmadıqda istədiyin riski edə bilərsən.” “Çox maraqlı fikir səsləndirdiniz,” Faber güldü, “özü də bu barədə heç bir şey oxumadan!” “Məgər kitablarda da belə şeylər barəsində yazırlar? Bu mənim sadəcə ağlıma gəldi!” “Bu, daha yaxşıdır. Deməli, siz bunu mən və ya başqası üçün, hətta özünüz üçün də uydurmadınız.” Monteq qarşıya tərəf yönəldi. “Bu günorta mən belə bir qərara gəldim ki, əgər kitablar həqiqətən də belə dəyərlidirsə, biz nəşriyyat tapıb onların əlavə nüsxələrini çıxara bilərik.” “Biz?” “Siz və mən “ “Yox, yox !” Faber dikəldi. “İcazə verin sizə planımı danışım...” “Əgər siz təkid etsəniz, mən sizi yola salmalı olacağam.” “Yəni sizə heç maraqlı da deyil?” “Xeyr, əgər bu söhbətə görə məni yandıra bilərlərsə, bu mənə maraqlı deyil. Əgər bütün bu yanğın sisteminin özünü məhv etmək mümkün olsaydı, sizə məmnuniyyətlə qulaq asardım. Məsələn, əgər təklif etsəydiniz ki, biz əlavə nüsxələr çıxarıb bütün yanğınçıların evlərində gizlədək, bununla da yanğınçıların özləri arasında şübhə toxumları səpək, mən sizə əhsən deyərdim!” “Kitabları onların evinə atmaq, həyəcan siqnalı qaldırmaq və yanğınçıların evlərinin necə yandırıldığını seyr etmək? Siz bunu nəzərdə tutursunuz?” Faber qaşlarını qaldıraraq Monteqə baxdı. İndi onun qarşısında sanki yeni bir insan durmuşdu. “Mən zarafat edirəm.” “Doğrudan da bunun yaxşı plan olduğunu düşünürsünüz? Bununla nəsə əldə edə bilərik? Cəhd etməyə dəyər? Mən sadəcə bu planın nə qədər etibarlı olduğunu aydınlaşdırmaq istəyirəm.” “Bunu qabaqcadan hesablamaq mümkün deyil. Belə işlə82


rin sığortası yoxdur. Hətta o kitablar bi-zim əlimizdə olduqda da biz atılmaq üçün ən yüksək uçurumları axtarmalıyıq. Dayanıb düşünmək, öyrəndiklərimizi təhlil etmək üçün zamanımız olmalıdır. Kitablar bizə necə axmaq və uzunqulaq olduğumuzu xatırladacaq.” “Onlar Sezarın proterian mühafizəçiləri kimidirlər. Bu mühafizəçi Sezar qələbə çaldığı zaman onun qulağına pıçıldayırdı: “Unutma Sezar, sən də ölümlüsən.” Çoxumuz hər yerdə ola, hər kəslə danışa və ya dünyanın bütün şəhərlərinə baş çəkə bilmirik. Bizim ya bunun üçün kifayət qədər vaxtımız, ya pulumuz, ya da o qədər dostumuz yoxdur. Monteq, sizin axtardığınız şey dünyada mövcuddur. Lakin insan onların ancaq çox cüzi hissəsini çılpaq gözlə görə bilər, doxsan doqquz faizini isə ona kitablar göstərir. Sığortalanmaq mümkün deyil, bunu istəməyin. Tək bir şeydən - bir insandan, maşın və kitabxanadan xilas gözləməyin. Dünyanı xilas edəcək şeyi özünüz yaradın. Hətta bu yolda siz batsanız da, ən azı sahilə doğru üzdüyünüzü bilərək batacaqsınız.” Faber ayağa qalxaraq, otaqda addımlamağa başladı. “Və?” Monteq soruşdu. “Siz tam ciddisiniz?” “Tamamilə.” “Nə deyə bilərəm ki?! Bu çox məkrli plandır.” Faber əsəbi halda öz yataq otağına tərəf baxdı. “Bütün ölkə boyu ən böyük xəyanət ocaqları olan yanğınçıların evlərinin necə alovlandığına, yerlə yeksan olmasına tamaşa etmək! Salamandrın öz quyruğunu acgözlüklə yeməsini görmək! İlahi! Bu ki əladır!” “Məndə bütün ərazilər üzrə siyahı ilə yanğınçıların ünvanları var. Bircə bizim də yeraltında gizli bir yerimiz olsaydı...” “İşin ən pis tərəfi odur ki, bizim etibar edə biləcəyimiz adamlarımız yoxdur. İndi elə zəmanədir ki, insanlara inanmaq olmur. Siz, mən. Bəs başqa kim bu alovu yandırmağa kömək edəcək?” “Sizin kimi professorlar, köhnə yazıçılar, tarixçilər, dilşünaslar yoxdurmu?” 83


“Ya ölüblər, ya da çox qocadırlar.” “Nə qədər qoca olsalar, bir o qədər yaxşıdır. Belə olduqda, daha az şübhə yaradacaqlar. Sizin yəqin ki, belə tanışlarınız çoxdur, elə deyilmi?” “Hə, elədir. Tanıdığım aktyorlar var ki, onlar artıq uzun illərdir Pirandellonun, Şounun, Şekspirin pyeslərində oynamayıblar, çünki bu pyeslərdə həyatın əsl üzü göstərilib. Biz onların qəzəbindən istifadə edə bilərik. Üstəlik də qırx il ərzində bir sətir də yaza bilməyən tarixçilərin səmimi qəzəbi. Biz birlikdə məktəb yarada, insanlara yenidən düşünməyi və oxumağı öyrədə bilərik.” “Hə! “ “Amma bütün bunlar dəryada bir damla kimidir. Bütöv bir mədəniyyət məhv olub. Onun özəyini əritmək və yenidən formaya salmaq lazım gələcək. Aman Tanrım, bu ki yarım əsr əvvəl əlindən qoydu-ğun bir kitabı yenidən götürmək qədər asan iş deyil. Yaxşı bilirsiniz ki, indi yanğınçılara nadir hallarda ehtiyac duyulur. İnsanlar öz şəxsi iradələri ilə oxumaqdan əl çəkiblər. Siz yanğınçılar vaxtaşırı bizim üçün sirk tamaşaları düzəldirsiniz - evləri yandırır və insanları əyləndirirsiniz. Lakin həqiqətdə bütün bunlar sadəcə kiçik tamaşadır və çətin ki, hər şey bunun üzərində durur. Bizim zəmanədə üsyançı olmaq istəyən çox az adam var. Bu azlığı da elə mən də içində olmaqla, qorxutmaq çox asandır. Monteq, siz “Ağ Təlxək”dən daha sürətli rəqs edə, “Cənab Gimmik” və “ailə”dən daha yüksək danışa bilərsinizmi? Əgər bunları etməyi bacarsanız, siz qalib gələcəksiniz, Monteq. Amma ümumi götürəndə, siz axmaqsınız. Axı insanların bütün bunlara ehtiyacı yoxdur. Onlar həqiqətən də əylənirlər.” “İntihar edərək?! Bir-birini öldürərək?!”” Onlar danışdıqları müddətdə bombardmançıların təyyarələri şərqə tərəf yol almışdı. Onların hər ikisi qırıcıların nəriltisini daxillərində hiss edərək titrəyir, dayanaraq bu nəhəng uğultunu dinləyirdilər. “Səbrli olun, Monteq. Müharibə olsa, sizin “qonaq otaqla84


rı”nız öz-özünə susacaqlar. Bizim cəmiyyət özü-özünü parçalara ayırır. Dağılma nöqtəsindən kənarda durun.” “Axı hər şey dağılandan sonra yenidən yaratmağa hazır olan bir adam olmalıdır.” “Kim? Miltondan sitat gətirə biləcək biri? Sofoklun yazdıqlarını xatırlayan? Onlar xilas olanlara insanların yaxşı tərəflərinin olduğunu da xatırladacaqlar? Onlar ancaq daş toplayıb bir-birinə atmaq barədə düşünəcəklər. Monteq, evinizə gedin. Gedin yatın. Son saatlarınızı öz dairənizdə qaçıb, hələ də dəli olmadığızı danaraq niyə keçirəsiniz ki?” “Deməli, sizin daha vecinizə deyil?” “Yox, vecimədir. Hətta o qədər vecimədir ki, bu artıq xəstəlik kimi bir şeydir. “ “Buna baxmayaraq, mənə kömək etməyəcəksiniz?” “Gecəniz xeyrə, gecəniz xeyrə.” Monteqin əlləri İncilə tərəf uzandı. O özü də əllərinin etdiyinə təəccüb etdi. “Siz bu kitaba sahib olmaq istəyərdinizmi?” Faber dedi: “Bu kitab üçün hətta sağ qolumu da qurban verərdim.” Monteq orada dayanaraq növbəti baş verəcək şeyi gözləyirdi. Onun əlləri kitabdan vərəqləri bir-bir qoparmağa başladı. Əllər birinci kitabın önündəki boş səhifəni, daha sonra isə birinci və ikinci səhifəni cırdılar. “Axmaq! Siz nə edirsiniz axı!” Faber yerindən sıçradı. O, Monteqə tərəf yıxıldı. Monteq onu itələdi və əllərinə işlərini görməyə icazə verdi. Daha altı səhifə də döşəməyə düşdü. Monteq onları qaldırıb, Faberin gözü qarşısında əzdi. “Dayanın, dayanın!” yaşlı kişi çığırdı. “Məni kim dayandıra bilər? Mən yanğınçıyam. Mən sizi yandıra bilərəm!” Yaşlı kişi gözlərini ona zilləyək dayanmışdı. “Siz bunu etməzsiniz.” “Edərəm!” “Kitaba toxunmayın. Onu daha cırmayın.” Faber stula çökdü. Üzü ağappaq idi, dodaqları titrəyirdi. 85


“Məni özümü daha da yorğun hiss etməyə vadar etməyin. Siz nə istəyirsiniz?” “Mənə bəzi şeyləri öyrətməyinizi istəyirəm.” “Yaxşı, yaxşı.” Monteq kitabı yerinə qoydu. O, əzdiyi vərəqləri açaraq, düzəltməyə başladı. Yaşlı kişi yorğun baxışlarla ona baxırdı. Faber dumanlı haldan çıxmaq üçün başını silkələdi və soruşdu. “Monteq, sizin pulunuz var?” “Bir az. Beş ya dörd yüz dollar olmalıdır. Niyə soruşdunuz ki?” “Gətirin onu. Mən yarım əsr bundan öncə bizim kollecin nüsxə çıxarma işlərini görən bir kişini tanıyıram. Həmin il mən sentyabrın əvvəlində auditoriyaya daxil olduqda, cəmi bir tələbənin Esxildən tutmuş O`nillə kimi bütün dram tarixi leksiyalarına yazıldığını gördüm. Anlayırsınız? Bu, buzdan düzəldilmiş gözəl bir heykəlin günəş altında əriməsinə bənzəyirdi. Mən bir-birinin ardınca, nəhəng kəpənəklərin alovda yandığı kimi ölən qəzetlər görürdüm. Onları diriltməyə heç kim cəhd etmirdi. Heç kəs onları istəmirdi. Hökümət də insanların ancaq ehtiraslı öpüşlər və dəhşətli davalar haqqında oxuyacaqları halda necə sakitlik, əmin-amanlıq olacağını anlayıb sizin bu yanğınçılarla bağlı məsələni ortaya atdı. Belə, Monteq, bizim işsiz qalmış nüsxəçimiz var. Bir az kitab çıxara bilərik, müharibənin başlamasını gözləyərik ki, indiki vəziyyəti dağıtsın, böhran yaransın və bu da bizə lazım olan təkanı versin. Bir neçə bomba düşdükdən sonra bütün evlərin divarlarındakı “ailə”lər təlxək siçovullar kimi ağızlarını birdəfəlik yumacaqlar! Çökəcək sükütda isə bizim pıçıltımız eşidilə bilər.” Onların hər ikisinin gözü stolun üstündəki kitaba zillənmişdi. “Mən yadda saxlamağa çalışıram,”– Monteq dedi. “Amma, lənət şeytana, gözlərimi çəkməyimi görürəm ki, hər şeyi unuduram. İlahi, mən kapitan Bittiyə bir neçə kəlmə deməyi elə istərdim ki! O, kifayət qədər oxuyub və hər şeyə dair bir cavabı var və ya ən azından belə görünür. Onun səsi yağ kimidir. 86


Mən sadəcə bir şeydən qorxuram ki, o məni yenə inandırarar və əvvəlki kimi olaram. Axı cəmi bir həftə əvvəl mən boruyla ağ nefti fışqırdanda, bunun necə də əyləncəli bir iş olduğunu düşünürdüm.” Qoca başını silkələdi. “Nəsə yaratmayan insanlar, yandırmalıdırlar. Bu, tarixin özü qədər köhnə qaydadır. Azyaşlı cani məntiqi.” “Deməli, mən də beləyəm.” “Əslində hamımız qəlbimizdə bir az eləyik.” Monteq çıxışa tərəf addımladı. “Bu axşam Kapitanla danışadığım zaman mənə hər hansı bir yolla kömək edə bilərsinizmi? Mənə yağışdan qorunmaq üçün çətir lazımdır, yoxsa qorxuram ki, yenidən onun sözləri, danışıqları içində bata bilərəm.” Yaşlı kişi heç nə demədi, lakin yenidən əsəbi baxışlarla yataq otağına tərəf baxdı. Monteq onun bu baxışını tutdu. “Yaxşı?” Yaşlı kişi dərindən nəfəs aldı, nəfəsini tutdu və yenidən buraxdı. Yenidən nəfəs aldı, gözlərini yumdu, ağzını kip bağladı və nəhayət ki, nəfəsini verdi. “Monteq…” Nəhayət ki, dönərək dedi: “Mənimlə gəlin. Mən yaşlı, qorxaq, axmağam. Az qala sizə getməyə icazə verəcəkdim.” Faber yataq otağının qapısını açaraq Monteqi içəri buraxdı. Otaqdakı stolun üzərində xeyli metal alətlər, mikroskopik naziklikdə naqillər, bintlər, xırda yaylar var idi. “Bu nədir?” Monteq soruşdu. “Mənim dəhşətli qorxaqlığımın sübutu. Təxəyyülümdəki təsvirləri divarlarda canlandıraraq o qədər tənha yaşadım ki, eletkronika, radioqəbuledicilərlə qurdalanmaq vərdişimə çevrildi. Qorxaqlığımın kölgəsində yatan inqilabçı ruhum və böyük həvəsim birləşərək indi görəcəyiniz şeyi ixtira etməyimə gətirib çıxardı.” O, stolun üzərindən yaşıl rəngə çalan metal obyekt götürdü. Ölçüsü kiçik kalibrli güllə qədər idi. “Bunu düzəltmək üçün lazım olan pul vəsaitini haradan tapdığımı soruşa bilərsiniz. Əlbəttə ki, birjada qazanmışam. 87


Birja təhlükəli düşüncələrə malik olan işsiz intellektuallar üçün yeganə çıxış yoludur. Hə, mən birjada oynayır, bütün bunları hazırlayır və gözləyirdim. Yarım ömür qorxudan titrəyə-titrəyə oturub kiminsə mənimlə danışacağını gözləyirdim. Özüm heç kimlə danışmağa cəsarət etmirdim. Parkda biz bir yerdə oturduğumuz həmin gün bilirdim ki, bir gün siz ya atəşlə ya da dostluq əlinizi uzadaraq qapıma gələcəksiniz. Hansının olacağını əvvəlcədən güman etmək qeyri-mümkün idi. Mən bu kiçik obyekti artıq neçə aydır ki, hazır etmişəm. Buna baxmayaraq, az qala sizə getməyə icazə verəcəkdim. Görün bir nə dərəcədə qorxuram!” “Bu, “Balıqqulağı” radiosuna oxşayır.” “Lakin bu, radiodan daha üstün bir şeydir! Bu cihaz vasitəsilə istənilən adamı dinləmək mümkündür! Monteq, əgər siz bunu öz qulağınıza salsanız, mən evdə sakit oturub öz yaşlı sümüklərimi isidərək, heç bir xırda risk etmədən yanğınçıların dünyasına daxil ola, onun bütün xırdalıqlarını öyrənə, qiymətləndirə və təhlil edə bilərəm. Mən Ana Arı kimi təhüləkədən uzaq öz şanımda oturacağam. Siz isə ata arı, yəni mənim səyahət edən qulağım olacaqsınız. Nəticədə, mən bu cür qulaqları müxtəlif insanlar vasitəsilə şəhərin çox yerinə qoya bilərəm. Hətta onlar ölsələr də, mən evimdə təhlükəsizlikdə oturacağam - maksimal rahatlıq, minimal risk. Görürsünüzmü, oyunun necə təhlükəsiz tərəfində qalıram, necə də nifrətəlayiq insanam!” Monteq yaşıl gülləni qulağının içinə yerləşdirdi. Yaşlı kişi də oxşar obyekti öz qulağına saldı və dodaqlarını tərpətdi. “Monteq! “ Səs Monteqin başında səslənirdi. “Mən sizi eşidirəm!” Yaşlı kişi güldü. “Siz də yaxşı eşidilirsiniz!” Faber pıçıldasa da, səs Monteqin başında aydın səsləndi. “Vaxtı çatdığında yanğın stansiyasına gedin. Mən sizinlə olacağam. Kapitan Bittiyə birlikdə qulaq asarıq. Bəlkə də o bizdən biridir, bilmək olmaz. Tanrı bilir. Mən sizə nə deməli olduğunuzu bildirəcəyəm. Biz ona yaxşı tamaşa göstərərik. Yəqin mənə bu elektron qorxaqlığıma görə nifrət edirsiniz.. Budur, sizi gecə 88


vaxtı ora göndərirəm, özüm isə arxada durub, lənətəgəlmiş qulaqlarımla başınızın kəsilməsinə qulaq asıram.” “Biz hər birimiz bacardığımızı edirik,” Monteq dedi. O, İncili yaşlı kişininin əllərinə verdi. “Budur. Mən onun əvəzində başqa bir kitab verərəm. Sabah isə...” “Mən həmin işsiz qalmış nüsxəçi ilə görüşəcəyəm, ən azından bu qədərini edə bilərəm.” “Gecəniz xeyrə, Professor.” “Yox, bu gecə heç də xeyirli olmayacaq. Gecənin bütün qalan hissəsi sizinlə olacağam, milçək kimi qulağınıza yapışıb sizin mənə ehtiyacınız olduğunuz anı gözləyəcəm. Amma hər bir halda, gecəniz xeyrə və uğurlar!” Qapı açıldı və bağlandı. Monteq yenidən qaranlıq küçədə dayanıb dünyaya nəzər salırdı. Həmin gecə səma müharibəyə hazır idi. Səmada buludlar yanbayan hərəkət edib, geri qayıdırdılar və onların arasında milyonlarla ulduz düşmən cəsusları kimi üzürdü. Sanki səma şəhərin üzərinə çökərək, onu əzib təbaşir tozuna çevirəcəkdi. Ay göy üzündə qırmızı ocaq qalamışdı. Belə bir gecə idi... Monteq cibində iyirmi dörd saat mexaniki robotların idarə etdiyi bankdan çıxardığı pullar ilə metrodan çıxaraq gəzirdi. Onun qulağına “Balıqqulağı” taxılmış, səs eşidirdi: “Biz milyonlarla insanı səfərbər etmişik. Əgər müharibə başlayarsa, qısa müddətdə qələbə qazanacağıq…” Qəfil musiqi diktorun səsini batırdı və o susdu. “On milyon insan səfərbər edilib,” Faberin səsi onun qulağında səsləndi. “Lakin sayın bir milyon olduğunu deyirlər. Belə dedikdə, sakitçilik olur, insanlar narahat olmurlar.” “Faber?” “Bəli?” “Mən fikirləşmirəm. Yenə də həmişəki kimi mənə deyilən şeyləri edirəm. Siz pul əldə etməyimi istədiniz, mən bunu etdim. Özüm bu barədə fikirləşmədim. Axı nə vaxt özüm düşünüb, hərəkət etməyi öyrənəcəyəm?” “Bu sözləri deməklə, artıq bunu etməyə başlamısınız. Lakin indi siz mənə inanaraq hərəkət etməlisiniz.” 89


“Mən digərlərinə də inanaraq hərəkət edirdim!” “Hə. İndi görürsünüzmü bu sizi nə nöqtəyə gətirib çıxardı? Siz bir müddət kor-koranə səyahət etməli olacaqsınız. Budur, yapışmanız üçün mənim qolum buradadır.” “Belə çıxır ki, mən yenə də diktə edilənləri etməliyəm. Halbuki, sadəcə tərəf dəyişərək kiminsə dediklərini etmək istəmirəm. Belə olduqda, heç dəyişikliyin də əhəmiyyəti qalmır.” “Siz artıq müdriksiniz!” Monteq ayaqları altında onu evə aparan tanış səkini hiss edirdi. “Davam edin.” “Sizin üçün kitab oxumağımı istəyirsinizmi? Mən elə oxuyacağam ki, siz hər şeyi yadda saxlaya biləsiniz. Gecə ərzində ancaq beş saat yata bilirəm. Asudə vaxtım çox olur. Ona görə də əgər istəsəniz, mən gecələr sizə kitab oxuyaram. Deyilənə görə, əgər kimsə qulağınıza pıçıldayırsa, sizin beyniniz hətta yuxuda da bunu yadda saxlayır.” “Bəli.” “Qulaq asın.” Şəhərin digər ucundan gecə saatlarında vərəqin çevrilməsinin xəfif səsi eşidildi. “İova Kitabı.” Ay səmada peyda oldu. Monteq səssizcə dodaqlarını tərpədərək səkinin üzərində hərəkət edirdi. Saat doqquzda, yüngül axşam yeməyini yediyi zaman qapının səs siqnalı kiminsə gəldiyini xəbər verdi. Mildred qonaq otağından elə qaçdı ki, sanki Vezuvi vulkanın püskürməsindən canını qurtarırdı. Xanım Felps və Xanım Boulez ön qapıdan daxil oldular. Əllərində martini ilə vulkanın ağzına girərək, qeybə çəkildilər. Monteq yeməyi dayandırdı. Onlar minlərlə asqıları ilə səs salan iki qorxunc çilçırağa bənzəyirdilər. Hətta divarın bu tayından da onların heç bir məna kəsb etməyən təbəssümlərini görə bilirdi. İndi isə onlar qonaq otağındakı səsi yarmağa çalışaraq bir-biri ilə salamlaşmağa başladılar. Monteq özü də hiss etmədən ağzındakı yeməyi bitirmədən özünü qonaq otağına yetirdi. “Siz hər biriniz əla görünürsünüz! “ 90


“Əla.” “Milli, sən çox yaxşı görünürsən!” “Yaxşı.” “Hər kəs çox gözəl görünür.” “Çox gözəl!” Monteq dayanaraq onlara baxırdı. “Səbrli olun,” Faber pıçıldadı. “Mən burada olmalı deyildim,” Monteq pıçıldadı, özündən başqa onu eşidən olmadı. “Mən indi sizin yanınıza gəlib, pulu gətirməliydim!” “Sabah kifayət qədər vaxtımız var. Ehtiyatlı olun!” “Bu tamaşa möhtəşəm deyilmi?” Mildred qışqırdı. “Möhtəşəm!” Divardakı ekranda bir qadın eyni zamanda həm portağal şirəsi içir, həm də gülümsəyirdi. Monteq birdən o qadına qarşı qəribə nifrət hiss edərək, onun iki şeyi birdən necə edə bildiyini düşünməyə başladı. Digər divardakı ekranda rentgen portağal suyunun qadının yemək borusu ilə mədəsinə doğru etdiyi səyahəti göstərirdi! Qəfildən qonaq otağı raket təyyarəsi ilə buludların içinə girdi, sonra tutqun yaşıl rəngli, mavi balıqların qırmızı və sarı balıqları yediyi dənizə baş vurdu. Bir dəqiqə sonra, Üç Ağ Cizgi Filmi Təlxəyi onların hərəkətlərini təqdir edən gülüş sədaları altında bir-birinin əl və ayaqlarını kəsirdilər. Daha iki dəqiqə keçdikdən sonra divarlar tamaşaçıları harasa şəhər kənarına çıxardılar, hansısa dəirədə qorxunc sürətlə raket avtomobilləri şütüyərək, bir-birlərinə çırpılmaqla hərəkət edirdilər. Monteq havada insan bədənlərinin necə uçuşduğunu görürdü. “Milli, sən onu gördünmü?” “Gördüm, gördüm! “ Monteq əlini içəri salaraq, mərkəzi sistemdən ekranları söndürdü. Divarlardakı təsvirlər yox oldu. Sanki kimsə balıqların çılğınca hərəkət etdiyi böyük şüşə akvariumun suyunu boşaltdı. Üç qadın da gizlətmədikləri hiddət ilə Monteqə tərəf baxdılar. “Necə düşünürsünüz, müharibə nə vaxt başlayacaq?” 91


Monteq soruşdu. “Görürəm ki, ərləriniz bu gün yanınızda deyillər.” “Onlar daima get-gəldədirlər,” Xanım Felps dilləndi. “Gah gəlirlər, gah gedirlər, özlərinə yer tapa bilmirlər... Piti dünən axşam çağırdılar. O, gələn həftə qayıdacaq. Ona belə deyiblər. Qısamüddətli müharibə. Qırx səkkiz saatdan sonra hər kəs öz evində olacaq.” Üç qadın da narahatlıqla stullarında qurcalanır, əsəbi halda çirkli boz ekranlara baxırdılar. “Mən heç narahat deyiləm,” Xanım Felps dedi, “Qoy Pit narahat olsun, “o hırıldadı. “O narahat olsun. Mən isə heç bu barədə düşünməyəcəyəm. Heç bir qram da həyəcan keçirməyəcəyəm.” “Hə, hə,” Milli razılaşdı. “Qoy Pit özü narahat olsun .” “Həmişə başqalarının ərləri ölür. Belə deyirlər.” “Hə, mən də belə eşitmişəm. Tanışlarımdan heç kim müharibədə ölməyib. Həmişə başqa səbəblərdən ölürlər. Məsələn, hündürmərtəbəli binalardan tullanırlar. Belə olur. Qloriyanın əri keçən həftə belə etdi. Belə olur, amma müharibədə... Yox.” “Müharibədə ölmürlər,” Xanım Felps razılaşdı. “Hər bir halda biz Pit ilə hər zaman demişik: heç bir göz yaşı və digər şeylər olmayacaq. Bu mənim üçüncü evliliyimdir, elə Pitin də. Evli olsaq da, biz hər ikimiz tamamilə azadıq. Azad olmaq lazımdır – hər zaman belə hesab etmişik. Pit düşünür ki, əgər onu öldürsələr, mən ağlamalı deyiləm və tezliklə ərə getməliyəm. Vəssalam!” “Bu arada!” Mildred qışqırdı, “Siz dünən televizorda Klara Douvun beş dəqiqəlik romanını izlədiniz?” Bu sadəcə, necə deyərlər...” Monteq sakitcə qadınların üzünə baxırdı. Onlara bir vaxtlar uşaqlıqda girdiyi, hansı inancın təbliğ olunduğunu bilmədiyi bir kilsədə müqəddəslərin simasına baxdığı kimi baxırdı. Uzun müddət həmin kilsədə dayanıb onlarla söhbət etməsinə, hansı inanca mənsub olduqlarını aydınlaşdırmağa çalışmasına, xüsusi olaraq bu məkana mənsub olan tüstü və 92


toz qoxusunu ciyərlərinə çəkməsinə baxmayaraq, bu məxluqların ağappaq simaları ona mənasız gəlmişdi. Ona elə gəlirdi ki, əgər bu qoxunu ciyərlərinə çəksə, qanına hopdursa, o zaman bu şüşə gözlü və qırmızı yaquta bənzəyən dodaqları olan rənglənmiş kişi və qadın fiquları ona təsir edəcək, onun üçün aydın olacaq. Lakin heç nə alınmırdı, heç nə... Fiqurlara toxunarkən də heç bir şey hiss etmədi – sadəcə taxta, suvaq və yapışqan... İndi onun qonaq otağında da eyni şey baş verirdi. Onun baxışları altında bu qadınlar öz stullarında qurcalanır, siqaretlərini yandırır, tüstünü havaya üfləyir, günəş alovu rəngli saçlarına toxunur və sanki Monteqin baxışından alovlanmış qıpqırmızı dırnaqlarına nəzər salırdılar. Sükutdan onların üzlərini qorxu bürmüşdü. Monteqin son tikəsini udmasının çıxardığı səs ilə birgə qadınlar da irəli doğru əyildilər. Onlar Monteqin alovlu nəfəsini dinləyirdilər. İndi bu üç boş divar yatmış nəhənglərin solğun alınlarına bənzəyirdi, xəyallardan boşalmışdılar. Monteqə elə gəldi ki, əgər gözləri bərələ qalmış bu üç alına əli ilə toxunsa, barmaqlarının ucunda tər hiss edəcək. Bu tərləmə isə ətrafa çökmüş sükut və titrəyişin səsi, qadınların əsəbi vurnuxması ilə get-gedə daha da artacaqdı. Bu qadınlar istənilən an hayqıra və partlaya bilərdilər. Monteq dodaqlarını tərpətdi. “Gəlin danışaq.” Qadınlar diksinərək gözlərini bərəltdilər. “Sizin uşaqlarınız necədir, Xanım Felps?” o soruşdu. “Siz bilirsiniz ki, mənim uşaqlarım yoxdur! Ağlı olan heç kimin uşağı olmaz!” Xanım Felps dilləndi. O özü də niyə Monteqin əlindən bu qədər hirsli olduğunu tam anlaya bilmirdi. “Yox, mən belə deməzdim,” Xanım Boulez etirazını bildirdi. “Mən qeysəriyyə əməliyyatı ilə iki uşaq dünyaya gətirmişəm. Uşağa görə o cür doğum əzablarına dözməyə gərək yoxdur. Dünya uşaq istehsal etməlidir, anlayırsınızmı, insan nəsli davam etməlidir. Bundan başqa, onlar bəzən valideynlərə çox bənzəyirlər və bu da xoşdur. İki qeysəriyyə əməliyyatı bu problemi həll etdi. Baxmayaraq ki, həkim mənim normal do93


ğum üçün uyğun bədənimin olduğunu dedi, mən qeysəriyyə etməsinə təkid etdim.” “Qeysəriyyə ilə dünyaya gəlib-gəlmələrindən asılı olmayaraq, uşaqlar dağıdıcıdırlar. Siz ağlınızı itirmisiniz,” Xanım Felps dilləndi. “On günün doqquzunu məktəbdə keçirirlər. Mən onlarla ayda cəmi üç gün vaxt keçirməli oluram. Bu o qədər də pis deyil. Onları qonaq otağına atıram və divardakı ekranları işə salıram. Bu, paltar yumağa bənzəyir, çirkli paltarları maşının içinə atırsan və qapağını örtürsən.” Xanım Boulez qıqqıldayaraq güldü. “Onların məni öpmək heç ağıllarına da gəlmir, əksinə məni vururlar. Tanrıya şükür ki, mən də onlara cavab vermək gücündəyəm.” Qadınlar bərkdən gülüşməyə başladılar. Mildred bir dəqiqə sakit oturdu, lakin Monteqin hələ də qapının ağzında durduğunu görüb, əllərini bir-birinə çırparaq dedi, “Gəlin Qayı razı salmaq üçün siyasətdən söhbət edək!” “Maraqlı ideyadır,” Xanım Boulez dedi. “Mən son seçkilərdə hər kəs kimi səs vermişdim və əlbəttə ki, səsimi prezident Nobldan yana istifadə etmişdim. Məncə o bu günə kimi olmuş prezidentlər arasında ən xoşagəlimli kişilərdən biridir.” “Hə. Bəs sizin Nobla rəqib olmuş digər kişi yadınızdadır?” “O qədər də yaxşı deyildi, elə deyil? Balacaboy, yöndəmsiz, üzü yaxşı qırxılmamış və saçları da yaxşı daranmamış.” “Rəqib tərəfin onun namizədliyini irəli sürmək qərarına necə gəlib? Belə balacaboy kişini o cür hündürboy kişi ilə rəqabətə göndərmək olar? Bundan əlavə, o mızıldanırdı.Dediklərini eşidə bilmirdim. Eşitməyə nail olduğum sözləri isə, sadəcə olaraq anlamırdım!” “Çox kök olmasına baxmayaraq, heç bunu geyimi ilə də gizlətməyə cəhd etmirdi. Təəccüblü deyil ki, çoxluq Uinston Noblun tərəfini tutdu. Hətta onların adları da bunu sübut edir. Siz bir neçə saniyə Uinston Nobl adını Hübert Hoaq ilə müqayisə edin və artıq nəticənin nə olacağını biləcəksiniz.” “Lənət şeytana!” Monteq qışqırdı. “Siz Hoaq və Nobl barəsində nə bilirsiniz?” “Necə yəni bilmirik? Biz altı ay əvvəl onları qonaq otağı94


nın divarlarında izləyirdik. Biri daima burnunda qurcalanırdı, bu da məni dəli edirdi.” “Cənab Monteq, siz bizim belə bir kişiyə səs verməyimizi istərdinizmi?” Xanım Felps soruşdu. Mildred gülümsədi.”Qay, get öz işlərinlə məşğul ol. Bəsdir bizi əsəbiləşdirdin.” Monteq getsə də, bir dəqiqədən sonra əlində kitabla peyda oldu. “Qay!” “Hər şey cəhənnəm olsun, hər şey, hər şey!” “Sizin əlinizdəki nədir elə? Kitab? Mən elə bilirdim ki, indiki zamanda bütün xüsusi təlimlər filmlər vasitəsilə həyata keçirilir. Xanım Felps gözlərini qırpdı. “Siz yanğınçı nəzəriyyəsini oxuyursunuz?” “Cəhənnəm olsun nəzəriyyə,” Monteq dedi. “Bu, poeziyadır.” “Monteq.” Pıçıltı. “Məni tək buraxın!” Monteq özünü nəhəng burulğanın içində fırlanırmış kimi hiss edirdi. “Monteq, özünüzü ələ alın, lazım deyil...” “Siz onları eşitdinizmi? Siz bu canavarların digər canavarlar barəsində nələr dediyini eşitdiniz? Aman Tanrım, bunların başqa insanlar, öz uşaqları, həyat yoldaşları, müharibə haqqında danışıq tərzlərinə baxın! Lənət olsun hər şeyə! Mən burada dayana-dayana qulaqlarımla eşitdiyimə inana bilmirəm!” “İcazənizlə sizə bildirim ki, mən müharibə barəsində bir kəlmə də söz demədim,” Xanım Felps dedi. “Poeziyaya gəldikdə isə, mən ona nifrət edirəm,” Xanım Boulez dilləndi. “Heç nə vaxtsa oxumusunuz?” “Monteq,” Faberin səsi eşidildi. “Siz hər şeyi məhv edəcəksiniz. Axmaq olmayın, yumun ağzınızı!” Üç qadın da yerindən sıçrayıb ayaq üstə durmuşdu. “Oturun!” Onlar oturdular. “Mən evə gedirəm,” titrək səslə Xanım Boulez dedi. 95


“Monteq, Monteq, xahiş edirəm, Tanrı xətrinə, siz nə edirsiniz?” Faber yalvarırdı. “Niyə siz o kiçik kitabınızdakı şeirlərdən birini bizim üçün oxumursunuz?” Xanım Felps başını tərpədərək dedi. “Düşünürəm ki, bu, çox maraqlı olacaq.” “Elə deyil,” Xanım Boulz fəryad etdi. “Biz bunu edə bilmərik.” “Yaxşı, amma siz bir də cənab Monteqə baxın. Axı o bunu etmək istəyir. Mən görürəm ki, o bunu istəyir. Əgər biz oturub dinləsək, cənab Monteq xoşbəxt olacaq və sonra gedib başqa işlərlə məşğul olmağımıza icazə verəcək.” O, əsəbi halda divarlardakı boşluğa baxdı. “Monteq, əgər siz bunu etsəniz, bu işdə daha sizinlə əlbir olmaq fikrim yoxdur. Buranı tərk edəcəyəm.” Qulağındakı böcəkdən səs eşidildi. “Siz bununla nə əldə edəcəksiniz? Nəyi sübut edəcəksiniz ki?” “Onları it kimi qorxudacağam, qorxudan birtəhər olacaqlar!” Mildred bomboş havaya baxırdı. “Qay, sən indi kimlə danışırsan?” Gümüş iynə onun beynini deşdi. “Monteq, indi ancaq bir çıxış yolunuz var. Özünüzü elə aparın ki, guya zarafat edirdiniz, çılğın olmadığınızı onlara göstərin. Sonra da divar sobasına tərəf çevrilin və kitabı onun içinə atın!” Lakin Mildred bunu onlardan qabaq düşünmüşdü. O, titrəyən səsi ilə sözə başladı. “Xanımlar, ildə bir dəfə hər bir yanğınçıya evə kitab gətirməyə icazə verilir. Bu, çoxdan edilən bir şeydir. Bu yolla yanğınçı öz ailəsinə kitabların necə axmaq bir şey olduğunu xatırladır. O, ailəsinə kitabın onları necə əsəbi, çılğın edə biləcəyini xatırladır. Qayın bu gecəki sürprizi də bu qatışıq şeylərdən bir nümunəni bizə oxumaqla nə vaxtsa başımızı bu zir-zibillə doldurmaqdan çəkindirməkdir. Elə deyilmi, əzizim?” O, kitabı dizləri üstünə tulladı. “Monteq arvadınızla razılaşın.” 96


Onun ağzı Faberin ağzı kimi hərəkət etdi. “Hə.” Mildred gülərək kitabı qamarladı. “Budur! Bunu oxu. Yox, ya da bu səhər mənim üçün oxuduğun həmin gülməli şeiri oxu. Xanımlar, siz heç bir kəlmə də başa düşməyəcəksiniz. Şeirlər sadəcə boş söz yığınıdır. Başla, Qay, bu səhifədir, əzizim.” O, açıq qalmış səhifəyə baxdı. Qulağındakı ağcaqanad yavaşca qanadlarını tərpətdi. “Oxuyun.” “Əzizim, şeirin adı nədir?” “Düvrün Sahili.” Onun ağzı keyimişdi. “İndi isə aydın səslə və aramla oxu.” Otaq getdikcə istilənirdi. Monteq gah alovlanır, gah da tam soyururdu. Onlar sanki bomboş səhranın mərkəzində idilər. Səhranın ortasında üç stul qoyulmuşdu və Monteq ayaqları üzərində bərk dayanaraq Xanım Felpsin paltarını düzəltməsini, Xanım Boulzun barmaqlarını saçlarından çəkməsini gözləyirdi. Sonra o asta, büdrək səslə oxumağa başladı. Get-gedə onun səsi daha inamlı olurdu. O, sətirbəsətir davam etdikcə səsi də səhranın üzərindən keçir, bəyaz boşluğa daxil olur və nəhəng qaynar boşluqda oturan üç qadının başı üzərində əsirdi. “İnam Dənizi” Bir zamanlar tam olan, dünyanı saran sahil vardı. Qırçın kimi uzanan, Parlaq qurşaq kimi qatlanan. Amma indi eşitdiyim yalnız Darıxdırıcı geniş zirzəmilərə doğru, Gecə küləyinin içinə sarı, Dünyanın yalın çınqıllarına tərəf Geri çəkilən Bu melanxolik, uzun, uzaqlaşan nəriltidir.” Üç qadının da altındakı stullar cırıldadı. Monteq şeirin son sətirlərini oxudu:

97


“Ey məhəbbət, icazə ver, Bir-birimizə sadiq qalaq. Gözümüzə Çox müxtəlif, çox gözəl, çox yeni Xəyallar məkanı kimi görünən, Nə əyləncə, nə sevgi, nə işıq, Nə inam, nə sülh olan, nə də dərdə əlac qılan Dünyanın xatirinə. Və biz buradayıq, Mübarizənin həyəcanını çəkib aparan Qaranlıqdakı aydınlıqtək, Cahil orduların gecə çağı toqquşduğu həmin o yerdə…” Xanım Felps ağlayırdı. Digərləri isə səhranın mərkəzində oturub rəfiqələrinin göz yaşlarına və ağlamaqdan dəyişən simasına baxırdılar. Onlar ona toxunmadan oturmuşdular, rəfiqələrinin bu hərəkətindən karıxmışdılar. O, dayanmadan hönkürürdü. Monteq özü də heyrətlənmiş və sarsılmışdı. “Sakitləş, sakitləş, hər şey yaxşıdır Klara, bəsdir. Sənə nə olub axı?” Mildred dedi. “Mən...Mən...”, Xanım Felps hönkürürdü, “bilmirəm, bilmirəm, həqiqətən də, bilmirəm...” Xanım Boulz ayağa qalxaraq, dik-dik Monteqə baxdı. “Gördünüz? Mən bunu bilirdim, ona görə də sübut etmək istəyirdim! Bunun baş verəcəyini bilirdim! Mən hər zaman demişəm ki, poeziya göz yaşıdır, poeziya intihar, ağlaşma və digər dəhşətli hisslərdir, poeziya xəstəlikdir. İndi bir daha bunu özümə sübut etdim. Siz mənfur insansınız, Monteq, mənfursunuz!” Faber dedi, “Başlayın...” Monteq döndü, balaca divar sobasına yaxınlaşaraq mis barmaqlıqların arasından kitabı acgöz alovun içinə atdı. “Səfeh sözlər, axmaq, mənasız, insanı incidən sözlər,” Xanım Boulz dedi. “Axı niyə insanlar bir-birini incitmək istəyir? Dünyadakı əzab azdırmı ki, bir də bu cür şeylərlə insanlara əzab verirlər?!” 98


“Klara sakitləş, Klara,” Mildred onun əlini tərpədərək yalvarırdı. “Bəsdir, gəl şənlənək. İndi “ailə”ni yandıracağam. Gəl əylənək. Gəl gülək və xoşbəxt olaq. Bəsdir ağladın, biz indi şənlik düzəldəcəyik!” “Yox,” Xanım Boulz dedi. “Mən indi düz evimə gedəcəyəm. Əgər məni və “ailə”mi nə vaxtsa görmək istəsəniz, bizə gələ bilərsiniz. Lakin mən bir də ömür boyu bu çılğın yanğınçının evinə ayaq basmaram!” “Evinizə gedin.” Monteq sakit halda gözlərini onun üzərində cəmləndi. “Evinizə gedin və boşandığınız ilk kişi barədə, sonra təyyarədə öldürülmüş ikinci əriniz barədə, sonra da öz beynini dağıdan üçüncü əriniz barədə düşünün. Evinizə gedin və etdiyiniz onlarla abortlar barədə, lənətəgəlmiş qeysəriyyələr, sizə nifrət edən uşaqlarınız barədə düşünün. Evinizə gedin və bütün bunları dayandırmaq üçün nə etdiyiniz barədə düşünün. Gedin evinizə, evinizə gedin!” o fəğan etdi. “Nə qədər ki, sizi vurmamışam və küçəyə atmamışam, çıxın gedin!” Qapı çırpıldı və ev boşaldı. Monteq qış günündə çirkli qar rəngində olan qonaq otağı divarları arasında tənha qaldı. Hamam otağında su axırdı. O, Mildredin yuxu dərmanları ilə dolu şüşəni əlində silkələdiyini eşitdi. “Axmaq Monteq, axmaq, axmaq, Tanrım, səfeh, axmaq…” “Yum ağzını!” O, yaşıl gülləni qulağından çıxararaq, cibinə soxdu. O, yavaş-yavaş cızırdadı “…axmaq…axmaq…” Bütün evi axtardı və kitabları Mildredin gizlətdiyi yerdən – soyuducunun arxasından tapdı. Bəzi kitablar yox idi. Monteq başa düşdü ki, Mildred artıq özü evindəki bu dinamiti yavaş-yavaş zərərsizləşdirməyə başlayıb. Lakin o indi hirsli deyildi, sadəcə öz etdiyi hərəkətlərə çaşmış və təəccüblənmişdi. O, kitabları arxa həyətə apardı və onları küçə hasarına yaxın kolların arasında gizlətdi. Bu gecəlik Mildredin onlara bir zərər verməyəcəyinə əmin olmaq istəyirdi. Yenidən evə qayıtdı. “Mildred?” Qaranlıq yataq otağının yanında durub çağırdı. Səs gəlmədi. Çəmənliyi keçərək işinə tərəf gedəndə o, Klariss Maklennanın evinin necə qaranlığa büründüyünü görməməyə çalışır99


dı. Şəhərin mərkəzinə doğru gedərkən o qədər tənha idi ki, etdiyi səhvin böyüklüyünü anlamağa başlayırdı. Yenidən o qəribə isti, həm də soyuq səsin gecə vaxtı onunla danışmasına ehtiyac duydu. Hələ bir neçə saat keçməsinə baxmayaraq Monteqə elə gəlirdi ki, Faberi ömür boyu tanıyır. İndi elə hiss edirdi ki, sanki onda iki insan birləşib: birincisi, o özüdür - heç nə başa düşməyən, öz axmaqlığının da sərhədlərini bilməyərək, sadəcə güman edən insan, digəri isə bu qoca, yatmış şəhərin bir ucundan digər ucuna qatarın vəhşi sürətlə şütüdüyü anda onunla danışan kəs. Bu yaşlı adam göy üzündə ay olmayanda və ya parlaq ay Yer üzünü işıqlandıranda da gecə-gündüz kəlmə-kəlmə, damla-damla, dənə-dənə, daşı daş üstünə qoyaraq onunla danışacaq. Gün gələcək ki, onun şüuru dolub-daşacaq və o daha indiki Monteq olmaqdan çıxacaq. Bunu Monteqə qoca kişi demiş, onu əmin etmiş, ona söz vermişdi. O, Monteq üstəgəl Faber olacaq, alov üstəgəl su və sonra, bir gün, hər şey sakitləşəndən, bir-birinə qatışandan və həll olandan sonra artıq nə su, nə də alov mövcud olacaq. Mövcud olan şey şərab olacaq. İki müxtəlif və bir-binə əks şeylərin qatışığından üçüncü yaranacaq. Gün gələcək, o geriyə baxıb necə axmaq olduğunu anlayacaq. O hətta indi də bu uzun səyahətin başlandığını hiss edə bilirdi. Öz əvvəlki “mən”indən ayrıldığını, uzaqlaşdığını hiss edirdi. Qulağına tıxanmış böcəyi, bu yuxulu milçək vızıltısını, qoca kişininin səsinin zərif mırıltısını eşitmək necə də xoş idi. Əvvəlcə bu səs Monteqi tənə etsə də, indi gecənin belə gec saatlarında metrodan çıxıb yanğın stansiyasına doğru gedərkən ona ürək-dirək verirdi. “Mərhəmətli olun, Monteq. Onlara sataşmayın, ələ salmayın. Unutmayın ki, yaxın keçmişdə siz də onlardan biri idiniz. Onlar bütün bunların hər zaman belə davam edəcəyindən çox əmindirlər. Lakin bu, belə olmayacaq. Onlar bütün bunların nəhəng alovlu meteora bənzədiyini anlamırlar. Meteor səmada möhtəşəm parıltı yaratsa da, bir gün o mütləq bir yerə çırpılmalıdır. Onlar da bir vaxt siz gördüyünüz kimi, ancaq parıl100


tını, möhtəşəm atəşi görürlər. Monteq, mən evimdə gizlənib öz qoca sümüklərimi qoruyaraq oturduğumdan bəri kimisə tənqid etmək haqqımı itirdiyimi bilirəm. Lakin deməliyəm ki, siz başlanğıcda az qala hər şeyi məhv etmişdiniz. Diqqətli olun! Yadda saxlayın ki, mən hər zaman sizin yanınızdayam. Bunun necə baş verdiyini də anlayıram. Etiraf etməliyəm ki, sizin bu kor qəzəbiniz mənə daha da güc verdi. İlahi, mən o anda özümü necə də cavan hiss etdim! Lakin indi sizin bir az qoca olmağınızı istəyirəm. Qoy mənim qorxaqlığımın lap az hissəsi bu gecəlik sizin canınıza hopsun. Kapitan Bitti ilə görüşəcəyiniz növbəti bir neçə saat ərzində onun yanında barmaqlarınız üzərində gəzin, diqqətli olun, mənim üçün onu eşitməyə, vəziyyəti qiymətləndirməyə imkan yaradın. Sağ qalmaq bizim əsas məqsədimizə çevrilsin. O yazıq, axmaq qadınlar barəsində unudun...” “Yəqin ki, o qadınları heç vaxt belə kədərləndirən olmamışdı,” Monteq dedi. “Xanım Felpsin ağlamağı məni heyrətləndirdi. Bəlkə də ən yaxşısı bütün bunlarla üzləşməmək, qaçmaq, əylənməkdir. Bilmirəm. Özümü günahkar hiss edirəm.” “Yox, sizin bu cür hiss etməyiniz doğru deyil. Əgər dünyada müharibə olmasaydı, sülh olsaydı, sizinlə razılaşardım, deyərdim əylənin. Lakin Monteq, siz yenidən yanğınçı olmalı deyilsiniz. Dünyada hər şey deyildiyi kimi yaxşı deyil.” Monteq tərlədi. “Monteq, siz məni eşidirsinizmi?” “Mənim ayaqlarım,” Monteq dedi. “Onları hərəkət etdirə bilmirəm. Özümü çox axmaq hiss edirəm. Mənim ayaqlarım getmək istəmir!” “Mənə qulaq asın. Sakitləşin,” yaşlı kişi nəvazişlə dedi. “Siz səhv etməkdən qorxursunuz, başa düşürəm. Qorxmayın. Səhvlər bəzən daha xeyirli olur. Mən cavan olanda öz cahilliyimi hər kəsin üzünə vururdum. Buna görə məni çubuqla döyürdülər. Qırx yaşıma çatdıqda mənim küt savadım nəhayət ki, itiləşərək yaxşı silaha çevrildi. Əgər siz öz cahilliyinizi gizlətsəniz, heç kim buna görə sizi qınamayacaq və siz heç vaxt düzəlməyəcəksiniz. İndi isə ayaqlarınızı hərəkətə gətirin və yanğın stansiyasına gedin! Biz daha tək deyilik, əkizik. Ar101


tıq bizi kar divarlarla ayrılmış qonaq otaqları da ayırmır. Bitti sizin üzərinizə düşdükdə nəsə kömək lazım olsa, mən sizin qulaq pərdənizdə oturub, qeydlər aparacaq, vəziyyətdən çıxmaq üçün düzgün yolları diktə edəcəyəm.” Monteq əvvəlcə sağ, sonra sol ayağının tərpəndiyini hiss etdi. “Qoca dostum,” o dedi, “mənimlə qalın.” Mexaniki İt getmişdi. Onun damı boş idi. Stansiyanın ağardılmış binası sükuta bürünmüşdü, narıncı Salamandr qarnını ağ neftlə dolduraraq yuxuya getmiş, qanadlarındakı yanğınvuran borular çarpazlanmışdı. Monteq bu sükutu yararaq keçdi, mis dirəyə toxundu və qaranlıqda yuxarı doğru sürüşdü. O, dönüb boş it damına baxdıqda qəlbi döyünür, dayanır, yenidən döyünürdü. Faber boz güvə kimi bir müddətlik onun qulağında yuxuya getmişdi. Bitti yuxarı meydançada dayanaraq onu gözləyirdi. Lakin arxası girişə tərəf dayanaraq, gözlədiyini bəlli etməməyə çalışırdı. “Budur,” o, kart oynayan kişilərə dedi, “bütün dillərdə axmaq adlandırılacaq çox qəribə varlıq gəlir.” O, əlini bir tərəfə salladı, ovucunu yuxarı açaraq lazımlı şeyi istədi. Monteq kitabı ora qoydu. Heç başlığına belə baxmadan Bitti kitabı zibil qutusuna atdı və siqaretini yandırdı. “Ən böyük axmaq odur ki, onun bir az müdrikliyi var. Geri xoş gəlmisiniz, Monteq. Ümidvaram, qızdırma və xəstəliyiniz keçdiyinə görə, artıq bizimlə qala bilərsiniz. Poker oynayaq?” Onlar oturdular, kartlar paylandı. Bittinin yanında Monteq öz əllərinin günahkar olduğunu hiss edirdi. Onun barmaqları artıq nəsə bəd əməl etmiş xəfiyyə kimi idilər, dinclik nədir bilmirdilər, istirahət etmirdilər. Onları Bittinin alovlu baxışlarından gizlətmək üçün ciblərində gizlətmişdi. Monteqə elə gəlirdi ki, əgər kapitan Bitti onun əllərinin üzərinə nəfəsini versə, onun əlləri sola, quruya, bir yana çevrilib, bir də heç vaxt həyata qayıtmaya, həmişəlik pencəyinin ciblərində unudulub qala bilərlər. Bəlkə də bu əllər onun bir hissəsi olaraq deyil, öz iradələri ilə hərəkət edirdilər. İndi isə bu yanğın stansiyasında 102


əlləri sanki qana bulanmış kimi görünürdü. Yarım saat ərzində Monteq iki dəfə ayağa qalxır və əllərini yumağa gedirdi. Qayıtdıqda isə onları stolun altına soxurdu. Bitti güldü. “Əllərinizi yanınıza qoyun, Monteq. Bu o demək deyil ki, sizə inanmırıq, lakin…” Onlar hamısı gülüşdü. “Yaxşı,” Bitti dedi, “Böhran sona çatdı və indi hər şey yaxşıdır, qoyunlar sürüyə qayıdırlar. Biz hər birimiz bir zamanlar sürüdən ayrılıb dağa-daşa düşmüş qoyunlar olmuşuq. Biz qışqırırdıq, həqiqətin hər zaman həqiqət olaraq qaldığını bağırırdıq. Ləyaqətli düşüncələrə malik olan insanların heç vaxt tənha qalmadıqlarına özümüzü inandırırdıq. “Yaxşı həzm edilmiş biliyin şirin bəhrəsi,” Filip Sidney belə deyirdi. Digər tərəfdən isə: “Sözlər yarpaqlar kimidir, onların çox olduğu yerdə meyvə nadir hallarda tapılır.” Aleksandr Pop isə belə deyirdi. Siz bu barədə nə düşünürsünüz?” “Bilmirəm.” “Diqqətli olun,” Faber pıçıldadı. Səs sanki başqa dünyadan, çox uzaqlardan gəlirdi. “Bəlkə bu? “Az bilik çox təhlükəli şeydir. Badəni doldurun, bir qurtum içsəniz sərxoş olacaqsınız, amma tam içsəniz şüurunuz yenidən öz yerinə gələcək.” Popun eyni yazısındandır. Bu sizə də aiddir, elə deyil, Monteq?” Monteq dodağını dişlədi. “İndi sizə izah edərəm,” Bitti kartlarına baxıb gülümsəyərək dedi. “Siz də elə bir qurtum içərək sərxoş olanlardansınız. Bir neçə sətir oxuduqdan sonra başınızı itirmişdiniz. Və budur! Siz bir neçə sətir oxumaqla dünyanı partlatmağa, başları kəsməyə, qadın və uşaqları tapdalamağa, hakimiyyəti devirməyə hazırsınız! Mən də bütün bunları keçmişəm, ona görə də yaxşı bilirəm.” “Mənimlə hər şey qaydasındadır,” Monteq əsəbi halda dilləndi. “Bəsdir rəng alıb-verdiniz. Mənim həqiqətən də sizi iynələmək kimi bir fikrim yoxdur. Bilirsinizmi, bir saat əvvəl mən bir yuxu gördüm. Mən bir az yuxu almaq üçün uzanmış103


dım və yuxuda gördüm ki, biz sizinlə kitablar barəsində qızğın müzakirə aparırıq. Siz qəzəbdən coşmusunuz, mənim üstümə sitatlar yağdırırsınız. Mən isə sizin hər dediyinizi sakit qarşılayırdım. “Hakimiyyət” mən dedim. Siz isə Consonsdan sitat gətirərək dediniz: “Savad hakimiyyətdən güclüdür.” Mən cavab verdim ki, əziz oğlan, Consons həm də deyib: “Müəyyənlikdən qeyri-müəyyənliyə görə əl çəkən şəxs müdrik deyildir.” Yanğınçılarla qalın, Monteq. Qalan hər şey dəhşətli xaosdan ibarətdir.” “Ona qulaq asmayın,” Faber pıçıldadı. “Sizi çaşdırmaq istəyir. O, etibarlı adam deyil. Diqqətli olun!” Bitti güldü. “Siz sitat gətirərək dediniz: “Həqiqət əvvəl-axır işıq üzünə çıxır, qatillər uzun müddət gizli qalmır.” Mən isə yaxşı əhvalla qışqırdım: “İlahi, o elə ancaq öz atı barəsində danışır!” və əlavə etdim: “Hətta şeytan da öz məqsədinə çatmaq üçün müqəddəs yazılara istinad edə bilər.” Sonra siz çığırdınız: “İndiki dövrdə zər-zibalı geyinmiş axmaq, köhnə geyimli müdrikdən daha üstün hesab edilir!” Mən də asta-asta pıçıldadım: “Bu qədər etiraz etməklə həqiqətinizin ləyaqəti itir.” Siz qışqırdınız: “Qatil burdadır və cəsədlər qatili görcək yenidən qan axıdırlar.” Mən sizin əlinizi oxşayaraq dedim: “Sizi bu qədər qəzəbləndirən nə ola bilər?” Siz isə çığırırdınız: “Elm – gücdür!” Və “Nəhəngin çiyinlərinə dırmaşmış cırtdan ondan daha uzaq yerləri görür.” Mən isə böyük sakitliklə bizim mübahisəmizi bu sözlərlə bitirdim: “Metaforanı sübut, söz yığınını həqiqət, özünü isə peyğəmbər hesab etmək – bu hamımıza xas olan səhv düşüncədir.” Pol Valeri belə deyib.” Monteqin başı fırlanırdı. Ona elə gəlirdi ki, sanki onu qaşlarından, gözlərindən, burnundan, dodaqlarından, çənəsindən və çiyinlərindən vuraraq döyürdülər. O, qışqıraraq “Yox! Yum ağzını, sən aləmi bir-birinə qatırsan, qurtar bunu!” demək istəyirdi. Bittinin zərif barmaqları Monteqin biləyindən yapışdı. “İlahi, bu nə nəbz döyüntüsüdür! Mən sizi həyəcanlandırmışam, Monteq? Aman Tanrı, sizin nəbziniz sanki müharibədən bir gün sonrakı kimi döyünür. Təkcə zınqırov və siqnal səsləri çatışmır! Mən bir az da danışa bilərəm? Sizin belə həyacanlı görünüşünüzdən xoşum gəlir... Suaxili, hindi dili, bə104


dii ingilis dili – mən onların hər birində danışa bilirəm. Lakin bu, lal ilə söhbətə bənzəyəcək, elə deyil Uilli?! (red.Uliyam Şekspir.)” “Monteq, möhkəm olun!” Monteqin qulağındakı güvədən səs gəldi. “O, suları bulandırır!” “Ah, siz necə də axmaqsınız,” Bitti dedi, “Mən həqiqətən də qəddarca hərəkət etdim. Sizi hər addımda səhv çıxarmaq üçün əleyhinizə o bərk-bərk yapışdığınız kitablardan istifadə etdim. Kitablar necə də xain ola bilirlər! Onların sizi qoruyacaqlarını düşündüyünüz halda sizə qarşı çıxa bilərlər. Təkcə siz deyil, başqası da buna cəhd edə bilər. Nəticədə də siz artıq isimlərin, fellərin, sifətlərin qarmaqarışıq dünyasında itib-batmısınız. Yuxumun ən sonunda mən Salamandr ilə sizin evinizə gəldim və sizdən soruşdum: “Bizim yolumuz birdir?” Siz maşına mindiniz və aramıza çökmüş xoş sükutu qoruyaraq yanğın stansiyasına tərəf yol tutduq. Bizim aramıza yenidən sülh çökdü.” Bitti Monteqin biləyini buraxdı. Biləyi hissiyatsız şəkildə stolun üstündə qaldı. “Sonu yaxşı bitən hər şey gözəldir.” Sükut. Monteq oyulmuş ağ daş kimi səssiz və hərəkətsiz oturmuşdu. Çəkicin vurduğu son zərbələrin sədaları onun beyninin qaranlıq mağaralarından yavaş-yavaş çəkilirdi. Faber bu səslərin tam kəsilməsini gözləyirdi. Nəhayət ki, Monteqin şüurunda qalxmış toz yerə oturdu və Faber mülayimcəsinə sözə başladı, “Yaxşı, o istədiyi hər şeyi dedi. Siz də onları dərk etdiniz. İndi növbəti bir neçə saat ərzində mən danışacağam və siz mənim dediklərimi də dərk edəcəksiniz. Siz həmin deyilənləri mühakimə etməyə və hansı tərəfə tullanmaq və ya yıxılmaq istəyəcəyinizlə bağlı qərar qəbul etməyə çalışacaqsınız. Lakin mən bunun mənim və ya Kapitanın deyil, sizin öz qərarınız olmasını istəyirəm. Yadda saxlayın ki, Kapitan həqiqət və azadlığın ən təhlükəli düşmənləri sırasına daxildir, onlar çoxluğun təşkil etdiyi bir sürü axmaq yığınıdır. İlahi, çoxluğun dözülməz tiranlığı. Bizim hər birimizin öz musiqimiz var. Hansı qulağınızla qulaq asmağı seçməyiniz artıq sizə qalıb.” Monteq az qala ağzını açıb Faberə cavab verəcəkdi ki, 105


yanğın siqnalı tam vaxtında səs salmaqla onu bu böyük səhvi etməkdən qorudu. Tavanın altındakı yanğın siqnalı işə düşdü. Otağın digər tərəfində telefon aparatı taqqıldayırdı, o, siqnal gələn evin ünvanını yazmaqla məşğul idi. Kapitan Bitti çəhrayı əlində poker kartları tutaraq hədsiz sakit görünməyə çalışarkən ifrat yavaş addımlarla telefona tərəf gəldi və ünvan yazılıb qurtardıqdan sonra kağızı qoparıb götürdü. O, səthi olaraq kağıza baxdı və onu cibinə dürtdü. Yerinə qayıtdı və oturdu. Hamı ona baxırdı. “Bu, qırx saniyə gözləyə bilər. Bu qədər vaxt bəsdir ki, sizin bütün pullarınızı əlinizdən ala bilim,” Bitti xoşbəxt halda dedi. Monteq kartlarını yerə qoydu. “Yoruldunuz, Monteq? Oyundan çıxırsınız?” “Bəli.” “Dayanın. Ruhdan düşməyin. Yaxşı, oyunu sonra da tamamlaya bilərik. Sadəcə kartlarınızı üzü aşağı qoyun və hərəkətə keçin. Tez olun.” Bitti yenidən ayağa qalxdı. “Monteq, siz yaxşı görünmürsünüz. Ümidvaram, yenidən qızdırmaya tutulmazsınız.” “Yaxşıyam.” “Siz yaxşı olacaqsınız. Bu xüsusi hadisədir. İrəli! Getdik!” Onlar yerlərindən sıçradılar. Naməlum istiqamətdən gələn dalğalardan canlarını qurtarmağın yeganə çıxış yolu kimi mis dirəyə yapışdılar. Mis dirək isə onları qaranlığa – qaz əjdahasının xoruldadığı, öskürdüyü və yıxıb dağıtdığı yerə sürüşdürdü. “Hey!” Böyük gurultu və siqnal səsləri ilə onlar döngədən döndülər, təkərlər silkələndi, ağ neft nəhəng heyvanın mədəsindəki yemək kimi Salamandrın parıltılı mis çənindən fışqırdı; Monteqin barmaqları soyuq boşluğa tərəf can ataraq gümüşü dəmirin üzərində silkələndi. Külək onun saçlarını arxaya sovurur, dişləri arasında fırlanaraq fit çalırdı. Monteq isə dayanmadan elə hey qonaq otağındakı qadınlar barədə düşünürdü – boş qadınlar, neon küləyin içlərini tam boşaltdığı qadınlar… Axmaqlıq edərək, həmin qadınlar üçün kitab oxuması barədə 106


düşünürdü. “Bu, yanğının su tapançası ilə söndürülməsi kimi çox axmaq və çılğın hərəkət idi! Cilovlaya bilmədiyi növbəti qəzəb partlayışı. Axı nə vaxt mən tam sakit olmağa, özümü həqiqətən də idarə etməyi öyrənməyə nail olacağam?” “İrəli!” Monteq yuxarı baxdı. Bitti heç vaxt maşın sürmürdü, amma bu gecə nə əcəbsə əyləc arxasına özü keçmişdi. O, Salamandrı döngələrdə ordan bura çırpırdı, öz sürücü taxtında qabağa tərəf əyildi. Böyük yağmurluq plaşı küləkdə elə uçuşurdu ki, sanki maşının üzərində nəhəng yarasa sinəsini küləyin qabağına verərək uçurdu. “Biz dünyanı xoşbəxt saxlamaq üçün gedirik, Monteq!” Bittinin çəhrayı, fosfor kimi işıldayan yanaqları qaranlıqda parıldadı və o, qeyzlə gülümsədi. “Çatdıq!” Salamandr dayandı, üzərindəki insanlar yöndəmsizcəsinə yerə atılmağa başladılar. Monteq hələ də qızarmış gözlərini barmaqlarının yapışdığı dəmirdən çəkə bilmirdi. “Mən bunu bacarmaram,” o düşündü. “Axı necə yeni tapşırıqla nəyisə yandıra bilərəm? Yox, gedə bilmərəm.” Bitti hal-hazırda yarıb keçdiyi küləyin qoxusu üzərində qalaraq Monteqə yaxınlaşdı. “Yaxşısınız, Monteq?” Kişilər öz yöndəmsiz çəkmələrində topal kimi qaçışırdılar, onlar xərçəng kimi sakit hərəkət edirdilər. Nəhayət ki, Monteq gözlərini qaldıraraq, onlara tərəf çevrildi. Bitti onun üzünə baxırdı. “Monteq, nə isə baş verib?” Monteq sakitcə dilləndi,”Biz niyə mənim evimin qarşısında dayanmışıq?”

107


III HİSSƏ

ALOV PARLAQ YANIR Küçəboyu bütün evlərin işıqları yandırıldı və qapıları açıldı. Hamı böyük əyləncə üçün hazır vəziyyətdə dayanmışdı. Monteq və Bitti gözlərini zilləyərək olanlara tamaşa edirdilər - biri böyük məmnunluq hissi ilə, digəri isə gözlərinə inanmayaraq. Monteq qarşısında gördüyü evdə məşəllərin havaya atılacağına və alovların oynayacağına inana bilmirdi. “Budur,” Bitti dedi, “siz istədiyinizə nail oldunuz. Qoca Monteq günəşə doğru uçmaq istəyirdi. İndi isə biz bu onun lənətəgəlmiş qanadlarını yandıranda o, hələ də nə baş verdiyini anlaya bilmir. Məgər mən Mexaniki İti sizin qapınıza qədər göndərməklə sizə kifayət qədər açıq xəbərdarlıq etməmişdim?” Monteqin sifəti tamamilə ifadəsiz və təhərsiz idi; onun daş kimi ağırlaşmış başı aramla qonşuluqdakı qaranlıq, ətrafı al-əlvan güllərlə əhatələnmiş evə tərəf döndü. Bitti fınxırdı. “Yox! Bircə deməyin ki, siz o balaca axmağın sözlərindən təsirlənib belə olmusunuz! Güllər, kəpənəklər, yarpaqlar, gün batışları... Hamısı cəhənnəmə! Hamısından xəbərimiz var! Hamısı onun hesabatında qeyd olunub. Mən quşu lap gözündən vurdum. Siz bir öz simanızın xəstə görüntüsünə 108


baxın. Bir neçə ot bıçağı… Aypara! Cəfəngiyat! Bütün bunlarla axı nə yaxşı iş görə bilmişdi?” Monteq Salmandrın soyuq qanadının üzərində oturdu. Başını gah sağa, gah sola doğru hərəkət etdirirdi, sağ, sol, sağ, sol... “Klariss hər şeyi görürdü. O heç kimə ziyan vermirdi. Heç kimə toxunmurdu. Hamını tək buraxırdı.” “Tək buraxırdı! Lənətə gəlsin! Amma sizin ətrafınızda fırlanırdı, hə? Ah mənim sevimli xeyirsevərlərim... Öz müqəddəs görüntüləri, özündənrazı səssizlikləri ilə başqalarını günahkar hiss etməyə məcbur edən mələklər! Görüm onları lənətə gəlsinlər! Onlar gecə yarısı çıxmış günəş kimidirlər, sizi ancaq yatağınızda tərlətməyə yarayırlar!” Ön qapı açıldı. Mildred pilləkənlərdən aşağıya doğru addımladı. Onun bir əlində çamadan var idi. Balaca taksi onu görcək saxladı. “Mildred!” Mildred onun yanından sərt bədəni və kirşanlanmış sifəti, boya sürülməmiş dodaqları ilə ötüb keçdi. “Mildred, bircə demə ki, həyəcan siqnalını sən çaldırmısan!” O çemodanını taksinin içinə soxuşduraraq içəri oturdu və dodağının altında mırıldanmağa başladı, “Mənim yazıq “ailəm”, yazıq ailəm, hər şey əldən getdi, indi hər şey bitdi...” Bitti Monteqin çiynindən yapışdı. Taksi saatda yetmiş mil sürətlə küçəboyu aşağı irəlilədi və gözdən itdi. Xartıltı səsi eşidildi. Sanki şüşədən, güzgüdən və büllurdan yaranmış bir arzu çiling-çiling olub paralandı. Monteq qeyriiradi döndü - sanki anlaşılmaz bir fırtına onu dönməyə məcbur etdi. Stounmen və Bleki gördü. Onlar pəncərə şüşələrini balta ilə qıraraq ikitərəfli havalandırma üçün əlverişli şərait yaradırdılar. Gecə kəpənəyinin soyuq qara ekranla çırpışması. “Monteq, bu Faberdir. Siz məni eşidirsiniz? Orada nə baş verir?” “Bu indi də mənim başıma gəldi,” Monteq dedi. “Necə də qorxunc sürpriz oldu!” Bitti dedi. “Bu günlərdə 109


insanlar nədənsə çox əmindirlər ki, onların başına heç nə gələ bilməz. Başqaları ölə bilər, onlar yox. Nəticə və buna görə məsuliyyət yoxdur. Lakin əslində isə hər ikisi də var. Amma bunlar barəsində danışmağa dəyməz, hə? Artıq etdiklərinizin nəticələri ilə qarşılaşanda danışmaq üçün çox gec olur, elə deyil, Monteq?” “Monteq, siz qaça bilərsiniz?” Faber soruşdu. Monteq addımlamasına baxmayaraq, ayağının altında qalan sementi, daha sonra isə yaş otları hiss etmirdi. Bitti hardasa yaxınlıqda alışqanını yandırdı və Monteqin heyranlıq dolu baxışlarını kiçik narıncı alov bürüdü. “Alova bu qədər əsrarəngiz gözəllik verən axı nədir? Hansı dövrdə olmağımızdan asılı olmayaraq bizi ona doğru çəkən şey nədir?” Bitti alışqanı söndürdü və yenidən yandırdı. “Alov daimi hərəkətlilikdir; insanların kəşf etməyə çalışıb kəşf edə bilmədikləri şeydir. Daima hərəkətdə olan bir şeydir. Əgər ona mane olmasan, o yanar, bir ömür boyu davam edər. Yanğın nədir? Bu, sirrdir, müəmmadır. Alimlər bizə onun sürtünmə və molekulları haqqında bilgilər verə bilərlər. Lakin əslində isə alovun nə olduğunu onlar da bilmirlər. Alovun ən böyük gözəlliyi odur ki, o, nəticə və məsuliyyətlərdən bizi azad edir. Əgər problem həddən artıq ağırlaşıbsa, atın onu sobanın içinə. Monteq, indiki halda siz ağırlaşmısınız. Alov isə sizi mənim çiyinlərimin üzərindən götürəcək. Təmiz, cəld və arxayın iş. Sizin çürümək üçün bədəniniz də qalmayacaq. Hər şey rahat, estetik və praktik.” Monteq qarşısında duran evə baxdı. İndi bu ev ona çox yad və qəribə görünürdü. Gecənin belə gec saatı, qonşuların pıçıltısı, sınmış şüşənin parçaları və döşəmənin üzərində cildləri cırılmış kitablar və onların qu quşu lələkləri kimi uçuşan vərəqləri... İndi bu heyrətamiz kitablar onlara görə narahatçılıq yaşamaq üçün necə də əhəmiyyətsiz görünürdülər. Sadəcə saralmış kağızlar, qara yazılar və sökülmüş cildlər… Bütün bunlar, əlbəttə ki, Mildredin işləridir. Yəqin onun kitabları bağçada harada gizlətdiyini izləyib və onları götürərək, yenidən evə gətirib. Mildred. Mildred. 110


“Bu işi tək başına görməyinizi istəmirəm, Monteq. Benzin və kibrit ilə deyil, alov püskürən maşından istifadə edərək, mərhələlələrlə yandırmağınızı istəyirəm. Öz evinizdir, özünüz də təmizləməlisiniz.” “Monteq, siz qaça bilmirsiniz? Qaçın, uzaqlaşın oradan!” “Yox!” Monteq çarəsiz halda hayqırdı. “Mexaniki İt buradadır. Ona görə!” “Hazır olun.” Monteq yanğınpüskürənin düyməsinə əlini yaxınlaşdırdı. “Atəş!” Böyük bir alov sütunu uzandı və kitabları qarşıdakı divara çırpdı. Monteq yataq otağına addım atdı və iki dəfə düyməyə basdı. Otaqdakı ikinəfərlik böyük yataq yüksək patırtı səsi ilə havaya qalxdı. Bu, Monteqi hətta təəccübləndirdi. Bu yataqda bu qədər istilik və ehtirasın toplandığı kimin ağlına gələ bilərdi ki? O, yataq otağının divarlarını, arvadının bəzək stolunu yandırdı, çünki hər şeyi dəyişdirmək arzusunda idi. O, stolları, stulları, qonaq otağındakı gümüş əşyaları, plastik qabları – bu evdə qulağında radio dinləyərək, maşınla uzaqlaşaraq, indi haradasa şəhər kənarında tənha şütüyən və onu sabah unudacaq olan yad qadınla keçirdiyi günləri xatırladan hər şeyi yandırdı. İndi o, əvvəlki kimi yenə də yandırmaqdan zövq alırdı. Qəzəbinə özbaşınalıq etməyə icazə vermək necə də xoş idi. Yandırmaq, cırmaq, dağıtmaq, alov ilə hər şeyi iki yerə parçalamaq, mənasız problemləri kökündən həll etmək. Yanğın hər şey üçün ən yaxşı çıxış yolu idi! “Monteq, kitablar!” Kitablar atəşdən qaçan quşlar kimi rəqs edirdilər, onların qanadları sarı və qırmızı alovlara bürünmüşdü. Sonra o, divarlarda yuxuya getmiş nəhəng beyinsiz qulyabanilərin və onların qar soyuqluğundakı yuxularının olduğu böyük zala gəldi. Alovpüskürəni divara tərəf çevirərək bir-bir üç ekranın üzərinə alov püskürdü. Ekranlardakı boşluq daha boş və mənasız bir səs çıxardı. Monteq bu cür boş və mənasız şeyləri əmələ gətirən şeyin nə olduğunu təsəvvür etməyə çalışsa da, heç nə alınmadı. O, bu boşluğun ciyərlərinə daxil olmaması üçün 111


nəfəsini saxladı. Bu qorxunc boşluğu yararaq geriyə çəkildi və bütün otağa daha bir nəhəng parlaq atəş püskürməsi hədiyyə etdi. Divarları qoruyan yanğınadavamlı qat qırıldı və bütün ev yanmağa başladı. Bittinin səsi gəldi. “Siz işinizi nə vaxta bitirirsiniz? İşinizi bitirdikdən sonra həbs ediləcəksiniz.” Ev qırmızı kömür və qara kül yığınına dönmüşdü. Evin hər tərəfindən dumanlar qalxmağa başladı. Artıq səhər saat dördün yarısına yaxınlaşırdı. Tamaşa edən kütlələr evlərinə çəkilirdilər; sirk tamaşasından geriyə xeyli kömür və dağıntı qalmışdı. Tamaşa demək olar ki, bitmək üzrə idi. Monteq alovpüskürəni öz ləms əllərində tutaraq dayanmış, qoltuğunun altları bərk tərləmiş, üzü qaralmışdı. Digər yanğınçılar arxada durub onu gözləyirdilər. Qaranlıqda onların simaları evin əks etdirdiyi qızılı işıqla zəif aydınlanırdı. Monteq iki dəfə danışmağa başlamaq istədi və nəhayət fikirlərini bir yerə toplamağa nail oldu. “Həyəcan siqnalını çaldıran mənim arvadım idi?” Bitti təsdiqləmək üçün başını silkələdi. “Onsuz da rəfiqələri daha əvvəl həyəcan siqnalı çaldırmışdılar. Amma mən yenə də bir az gözləmək qərarına gəlmişdim. Bu və ya başqa yolla, siz onsuz da ələ keçəcəkdiniz. Ətrafda belə azad və asanlıqla poetik sitatlar demək böyük axmaqlıqdır. Ancaq çox axmaq insan belə hərəkət edə bilərdi. Kiməsə bir-iki sətir şeir ver və o özünü bütün dünyanın hakimi hesab etsin. Düşünürsünüz ki, əlinizdə kitab tutaraq suyun üzərində addımlaya bilərsiniz. Həqiqət isə budur ki, dünya kitablarsız da fırlanmağa davam edir. Gör bir onlar sizi nə vəziyyətə saldılar, xirtdəyinizə qədər palçığa batmısınız. Əgər mən bu lilli suyu kiçik barmağımla bulandırmaq istəsəm, elə həmin dəqiqə boğulacaqsınız.” Monteq yerindən tərpənə bilmirdi. Sanki yanğınla bərabər böyük bir zəlzələ də baş vermişdi. Bu zəlzələ evi yerlə bir etmişdi, Mildred də evin altında - öz həyatının külləri arasında qalmış və hərəkət edə bilmirdi. Zəlzələ hələ də onun içini silkələdirdi, bütün varlığını daxildən dağıdır, sarsıdırdı. Dizlə112


ri sanki yorğunluğun, heyrət və təhqirlərin ağır yükünə dözə bilməmiş və bükülmüşdü. Bitti heç əlini də qaldırmadan, ona böyük zərbə endirmişdi. “Siz axmaqsınız, Monteq, çox böyük axmaqsınız. Deyin mənə, axı siz niyə belə etdiniz?” Monteq heç nə eşitmirdi, xəyallarında o artıq uzaqlaşmışdı - qaçırdı, gözdən itirdi, öz cansız bədənini bu ağılsız adam üçün tərk edib qaçırdı... “Monteq, qaçın oradan!” Faber dedi. Monteq qulaq asdı. Bittinin başına endirdiyi zərbə ilə o, geriyə doğru addımladı. Faberin pıçıldadığı və qışqırdığı yaşıl mərmi yerə düşdü. Bitti onu yerdən götürərək qulağına saldı və dinləməyə başladı. Monteq uzaqdan bir səs gəldiyini eşitdi. “Monteq, siz yaxşısınız?” Bitti yaşıl mərmini söndürdü və cibinə qoydu. “Hə, deməli bu iş mən düşündüyümdən də ciddi imiş. Mən sizin başınızı nə isə dinləyirmiş kimi əydiyinizi görürdüm. İlk əvvəl sizdə Balıqqulağı radiosu olduğunu düşündüm. Lakin sonra siz ağıllanmağa başlayanda mənə təəccüblü gəldi. Bunu aşkarlamağım çox yaxşı oldu. İndi biz bu böcəyin izi ilə gedib sizin dostunuzu ələ keçirərik.” “Yox!” Monteq dedi. Monteq əlindəki alovpüskürən cihazın düyməsini yandırdı. Bitti gözlərini bərəldərək ona baxırdı. Monteq onun üzündəki heyrət ifadəsini görürdü. Sonra Monteq öz əllərinə baxaraq, onların növbəti dəfə nə etməyə çalışdıqlarını anlamaq üçün baş sındırdı. Sonralar bu hadisə barədə düşünəndə, onu bu cinayəti etməyə sövq edən əlləri ya Bittinin baxışları olduğunu yenə də anlaya bilməyəcəkdi. Son ildırım fırtınası onun qulaqlarının dibində partladı, lakin ona heç bir təsiri olmadı. Bitti xoş təbəssüm ilə dedi, “Hə, bu da tamaşaçıları cəlb etməyin bir yoludur. Silahı əlinə alaraq, qarşındakına tərəf tuşlayırsan və onu nitqinə qulaq asmağa məcbur edirsən. Buyurun görüm. Bu dəfə nə deyəcəksiniz? Niyə Şekspirdən bir şey oxumursunuz, ay qoca özündənrazı axmaq?! “Sənin hədə-qorxularından qorxmuram, Kassius, çünki əlimdə şərəf 113


kimi güclü silahım var.” Necədir? İndi istədiyinizi edin, ikinci dərəcəli ədəbiyyatçı! Alovu püskürdün!” O, Monteqə tərəf bir addım atdı. Monteq sadəcə bunları dedi: “Biz həqiqəti heç vaxt yandıra bilməmişik.” “Əlinizdəkini mənə verin, Qay,” Bitti çaşqın təbə-süm ilə dilləndi. Bitti birdən-birə hayqıran, oynayan, sıçrayan, çəmənliklə yuvarlanan alov topuna döndü, Monteq əlindəki alovpüskürəni işə salmış və Bittinin üzərinə böyük bir alov sütunu püskürtmüşdü. Monteq gözlərini yumdu, bütün səsi ilə hayqırdı, hayqırdı və Bittinin səsini eşitməməkdən ötrü qulaqlarını əlləri ilə tutmaqdan özünü güclə saxladı. Bitti ora-bura çırpınaraq, nəhayət ki, hərəkətsiz oldu. İndi o, yandırılmış mum oyuncaq kimi bir kənarda qalmışdı. Digər iki yanğınçı donub qalmışdılar. “Arxanızı dönün!” Onlar çevrildilər. Hər ikisinin də sifəti qaynadılmış ətə oxşayırdı, tər su yerinə gedirdi. Monteq hər ikisinin başına zərbə endirdi. Dəbilqələrinin üstünə vurduğu zərbə onları huşsuz halda yerə sərdi. Tənha payız yarpağının əsməsi kimi zərif xışırtı duydu. O, arxasına dönüb baxanda Mexaniki İti gördü. Hardansa kölgələrin içindən peyda olaraq o, artıq çəmənliyin yarısına qədər sakit və rahat hərəkət edərək gəlib çıxmışdı. İt sıçradı. O, Monteqdən üç fut yuxarı tullanaraq pəncələrini onu tutmaq üçün hazır vəziyyətə gətirdi və qəzəbli ağzından iynəsini çıxardı. Monteq onu alovpüskürənin alovu ilə qarşıladı. İtin metal bədəni sarı, mavi və narıncı alov yarpaqları ilə əhatələnərək onu yeni geyimə bürüdü. İt Monteqin üzərinə çırpılaraq onu alovpüskürən cihaz ilə birlikdə on addım geridəki ağacların üstünə tulladı. Monteq itin onun ayağından yapışıb iynəsini batırmağa başladığını hiss edirdi ki, həmin dəqiqə də alov iti göyə sovurdu. Mexaniki İt indi kül yığınına çevrilmişdi. Monteq qarışıq hisslər keçirirdi - həm dəhşətə gəlmişdi, həm də rahatlaşmışdı. Sanki yüksək sürətlə gələn maşının altında qalmaqdan canını qurtarmışdı, maşın isə təkcə 114


qanadı ilə ona yavaşca toxuna bilmişdi. O, ayağa qalxmağa qorxurdu. Ona elə gəlirdi ki, ayaq üstə dayanmağa güc tapmayacaq. Yavaş-yavaş rahatlıq və hissiyatsızlıq onun bütün bədəninə yayılırdı… Yaxşı, bəs indi nə etməli? Küçə bomboş, ev kömür və kül yığınına dönüb, başqa evlər qaranlığa bürünüb, İt buradadır, Bitti oradadır, digər yanğınçılar o tərəfdə… bəs Salamandr? O, nəhəng maşına baxdı. Onu da məhv etmək lazım idi. Ayaqlarındakı keyliyin keçib-keçmədiyini yoxlamaq istədi. Yavaş-yavaş ayaq üstə qalxırdı. Ayaqları üstə dursa da, ancaq bir ayağını hiss edirdi. Digər ayağı ölü, hissiyatsız kötük kimi idi. Həmin ayağının üstünə bütün gücünü saldıqda baldırına sanki çoxlu xırda iynələrin batdığını və ağrının diz qapağına doğru yüksəldiyini hiss etdi. O ağladı. “Haydı, özünü ələ al, sən burda qala bilməzsən!” Küçəboyu bir neçə evdə işıqlar yenidən yanmağa başladı. Ya insanlar bu gecə baş verənləri gördükdən sonra yuxuya gedə bilmirdilər, ya da uzanan sükunət onların marağına səbəb olmuşdu - Monteq səbəbin nə olduğunu bilmirdi. O, dağıntılar ətrafında gəzişir, öz küt ayağından yapışıb onunla danışır, zarıldayır, ona əmr edir, yalvarır, bu vacib anda onu yalnız buraxmamasını istəyirdi.Bir neçə insanın qaranlıqda qışqıraraq ağladığını eşitdi. Evin arxa tərəfinə keçdi, oradan boş küçəyə yol var idi. “Bitti,” o düşündü, “artıq mənim üçün problem deyilsiniz. Hər zaman problemlə qarşılaşmağı deyil, onu yandırmağı məsləhət görürdünüz. Budur, mən hər ikisini eyni zamanda etdim. Əlvida, Kapitan.” Sonra qaranlıq boş küçədə ayağını sürüyərək oradan uzaqlaşdı. Ayağını hər dəfə yerə bərk basanda güclü ağrı hiss edirdi və özünü söyərək, “Axmaqsan, misilsiz axmaqsan, lənətəgəlmiş axmaqsan, gör bir nələr etdin, dağıtdıqlarına bax, indi bu işin içindən necə çıxacaqsan?” deyə düşünürdü. “Lənətəgəlmiş qürur və qəzəb. Hə, sən özünü saxlaya bilmədin və budur, hər şeyi korladın, hər şeyi lap əvvəldən korlamağı bacardın.” Birdən-birə üzərinə çox böyük ağırlıq çökdü - Bitti, qonaq otağındakı qadınlar, Mildred, Klariss. Lakin bu da özü115


nü təmiz çıxarmaq üçün bəhanə ola bilməzdi, qətiyyən ola bilməzdi. Sən axmaqsan, lənətəgəlmiş axmaq! Get, özünü ələ ver, təslim ol! “Yox, biz hələ də bacardığımız qədər bəzi şeyləri qoruya bilərik, biz yerdə qalan, görülməsi mümkün qalan işləri görərik. Əgər bizi yandırsalar, özümüz ilə bir neçə nəfəri də bu odda yandırtmağa nail olarıq.” Kitablar yadına düşdü və o, geri döndü. Onları götümək lazım idi. Sadəcə son dəfə cəhd edəcəkdi. Bağın hasarına yaxın yerdə gizlətdiyi bir neçə kitabı tapdı. Mildred bəzilərini görməyib. Dörd kitab hələ də onun gizlətdiyi yerdə qalmışdı. Qaranlıqda səslər eşidilir, işıqlar görünürdü. Uzaqdan digər Salamandrların uğultu səsləri eşidilirdi. Polis siqnalları ilə digər səslər bir-birinə qarışmışdı. Monteq tapdığı dörd kitabı da götürüb yenidən boş küçəyə tərəf yollandı. Birdən o yıxıldı, sanki bir zərbə ilə onun başını kəsdilər və bədəni oradaca qaldı. Daxilindən gələn bir hiss onu yerə çırpdı. Yıxıldığı yerdə uzanmış, ayaqlarını qatlamış, üzünü yerə sıxmış vəziyyətdə hönkürərək ağlayırdı. “Bitti ölmək istəyirdi.” Monteq bu barədə düşündükcə fikrində daha da əmin olurdu. “Bitti ölmək istəyirdi. Qarşımda dayandığında bir qram da özünü qorumağa çalışmırdı. Eləcə dayanıb zarafat edir və onu özündən çıxarırdı.” Bu fikir kifayət etdi ki, Monteqin nəfəsi kəsilsin. Bu cür ölüm arzulamaq, ölməyi bu qədər istəmək, qatilə öz silahı ilə ətrafında gəzməyə icazə vermək... Həyatını qorumağa çalışmaq əvəzinə, qarşındakını ələ salmaq, iynələmək və bununla da öz üzərində idarəsini itirməyə təhrik etmək çox qəribədir, həqiqətən qəribədir… Uzaqdan kiminsə qaçmağının səsləri eşidildi. Monteq oturdu. Getmək lazımdır. Dur ayağa, getmək lazımdır, oturmaq olmaz! Lakin o hələ də ağlayırdı və bu bitməli idi. Yavaş-yavaş sakitləşirdi. O, heç vaxt kimisə öldürmək istəməmişdi, hətta Bittini də. Onun bədəni sanki üzərinə asid turşusu tökülürmüş kimi yerindən oynadı. Ağzını əli ilə bağladı. Gözlərinin qabağına Bitti gəldi. Otların üstünə atılmış yanar məşəl. Qışqırma116


maq üçün əlini dişləyirdi. “İlahi, mən bunu etmək istəmirdim, bağışla, bağışla, bağışla...” O, hər şeyi beynində bir yerə yığıb xatırlamağa çalışırdı. Bir neçə gün əvvəl mövcud olan və hələ ələk və qum, Denham diş məcunu, qulağındakı güvənin səsləri, həyəcan siqnalları daxil olmamış həyatını yadına salmaq istədi. Bütün bunlar ikiüç gün ərzində baş vermək üçün çox idi, hədsiz çox idi, bir ömrə bərabər idi. Ayaq səsləri indi küçənin o biri başından eşidilməyə başladı. “Qalx ayağa!” o özünə dedi. “Lənətə gələsən, qalx ayağa!” o, ayağına dedi və qalxdı. İlk əvvəl ağrını şiddətlə hiss etməyə başladı, sanki ayağına minlərlə iynə batırdılar, sonra ağrı diz qapağına qədər endi. Nəhayət hasardan keçərək, əlini zədələdikdən və əlli addım atdıqdan sonra ağrı göynərti ilə əvəzləndi - sanki kimsə onun ayağının üzərinə qaynar su tökmüşdü. Ayaq nəhayət ki yenidən onun ayağı olmuşdu. O qorxurdu ki, qaçsa zədəli ayaq biləyini sındıra bilər. Ağzını geniş açaraq acgözlüklə gecə havasını ciyərlərinə çəkir və qaranlığın onun içində necə yuva saldığını hiss edirdi. Yöndəmsiz axsaqlığına baxmayaraq, qərarlı şəkildə irəliyə doğru addımlayırdı. Kitabları əlində saxlamışdı. Faber barəsində düşündü. Faber indi tanınmaz hala gəlmiş, kül yığınından ibarət insanın cibində idi. O, Faberi də yandırmışdı. Bir an ona elə gəldi ki, balaca yaşıl mərminin içinə soxulmuş Faberi də Bittinin cibində olarkən yandırıb külə çevirib. Bu fikir onu sarsıtdı. “Unutmamalısan ki, onları yandırmaq lazımdır, əks halda onlar səni yandıracaqlar.” Monteq düşündü. Hal-hazırda hər şey belə sadədir. O, ciblərini qurdaladı, pullar yerində idi, digər cibində isə bütün şəhərdə dinlənilən Balıqqulağı radiosunu tapdı. Kiçik radio dayanmadan efirdə yayım edirdi. “Polisdən bildiriş. Axtarılır: Qaçaq şəhərdədir. O, dövlətə qarşı cinayət işləyib. Adı: Qay Monteq. Peşəsi: Yanğınçı. Son dəfə görüldüyü yer…” Altı kvartala qədər dayanmadan qaçdı, sonra ara küçədən böyük, geniş açıqlığa çıxdı. Bura sanki qayıqsız çay idi, bura117


da işıqların altında donub qalmışdı və onu keçmək mümkün deyildi. O, çox geniş, çox böyük, çox açıq idi. Bura ssenarisi olmayan geniş səhnə idi, o bu səhnəyə çıxmaqla asanlıqla görülə, tutula, ələ keçirilə bilərdi. Qulağındakı radio mırıldandı. “Qaçan insanlara diqqət yetirin... Qaçan insanlara diqqət yetirin... Tək, piyada gəzən kişilərə fikir verin… İzləyin…” Monteq dərhal qaranlığa tərəf çəkildi. Qabaqda qaz stansiyası var idi və iki gümüşü rəngli maşın benzin doldurmaq üçün stansiyanın qarşısında dayanmışdılar. Adam içində olanda onun geyimi təmiz və səliqəli olmalıdır, qaçmadan gəzməli, geniş bulvardan sakitcə keçib getməli idi. Üzünü yusa və saçlarını darasa təhlükəsizliyi üçün daha yaxşı olacaq. “Sonra qaçmalıyam,” o düşündü, “Amma hara?” Gedəcək heç bir yeri yox idi, yanına qaça biləcəyi dostu da yox idi. Təkcə Faber var idi. Özünün də xəbəri olmadan Faberin evinə tərəf qaçdığını hiss etdi. Bu, instinktiv hərəkət idi. Amma Faber onu özü evində gizlədə bilməzdi, bu onun üçün intihara bərabər bir şey olardı. Bütün bunlara baxmayaraq, Monteq yenə də bu dünyada Faber kimi insanların olduğunu hiss etmək istəyirdi. Faberin canlı olduğunu - yanmış adamın cibində ərimiş kiçik dəmir parçası olmadığını görmək istəyirdi. Həm də pulun bir miqdarını Faberə verməli idi ki, özü yoluna davam etdikdən sonra o bu puldan istifadə edə bilsin. Yəqin ki o, çəmənliklərdə, çay sahilinə yaxın bir yerdə və ya dağın ətəyinə yaxın ərazilərdə yaşamalı olacaq. Şiddətli səs gələn səmaya tərəf boylandı. Saysız-hesabsız polis vertolyotlarları bir-birinin ardınca havaya qalxırdılar. Onlar qaranlıqda kəpənəklər kimi uçuşurdular. Monteqdən üç mil arada iyirmiyə yaxın vertolyot artıq havaya qalxmışdı. Onlar aşağı enəndə polis maşınına çevrilərək küçələri şütüyür, yenidən havaya qalxır və axtarışlarına davam edirdilər. Düz qarşı küçədə qaz stansiyasında işçilər müştərilərə xidmət göstərirdilər. Benzin stansiyasına arxa tərəfdən yaxınlaşaraq kişilərin təmizlik otağına daxil oldu. 118


Alüminium divarın o tayından radio səsini eşitdi: “Müharibə elan olunub!” Küçədə maşınlara qaz və benzin doldururdular. Maşındakı müştərilər stansiyanın işçiləri ilə nəsə motorlar, benzin, qaz, nə qədər ödəməli olduqları barədə danışırdılar. Monteq bir az dayanaraq indicə eşitdiyi xəbərin bütün əhəmiyyətinin dərk etməyə çalışırdı. Lakin heç nə alınmadı. Müharibə indi gözləyə bilər, onun üçün əsl müharibə bir-iki saatdan sonra başlayacaqdı. Əl-üzünü yudu, dəsmalla qurulandı. Səs çıxarmamağa çalışırdı. Ordan çıxanda ehmalca qapını bağladı və qaranlığa doğru addımladı. Bir neçə dəqiqə sonra o, artıq boş bulvarın kandarında dayanmışdı. Budur – onun oynamalı olduğu oyun və küləyin rəqs etdiyi geniş meydan. Bulvar təmiz idi - qladiatorların arenasına məlum adsız qurbanların və məlum tanınmayan qatillərin çıxmasına bir neçə dəqiqə qalıbmış kimi. Hava hündür asfalt çayın üzərində Monteqin bədəninin istiliyi ilə titrəyirdi. Onun bədəninin istiliyinin ətraf dünyanı belə titrətməyə salması çox qəribə idi. Ondan fosfor işığı çıxırmış kimi hiss edirdi. İndi bu yolu keçib getməli idi. Ondan üç küçə o yana avtomobil işıqları parıldadı. Monteq dərindən nəfəs aldı. Ciyərləri sanki od tutub yanırdı. Qaçmaqdan ağzı qupquru olmuşdu. Xəfif, xoşagəlməz metal tamı hiss edirdi. Uzaqdakı maşın işıqları necə olacaq? Gəzməyə başlamaq üçün həmin maşınların burada nə vaxt ola biləcəklərini təxmin etməyə çalışmalısan. Qarşıdakı səkiyə çıxmaq nə qədər vaxt aparardı? Təxminən otuz metr qədər görünür. Bəlkə heç otuz metr də yoxdur. Bu yerişlə bu qədər məsafəni təxminən otuz, qırx saniyədə qət etmək olar. Bitl maşınları isə işə düşdükdə üç kvartalı on beş saniyədə keçə bilirlər. Belə olduğu halda, yolun yarısından qaçmağa başlasa, necə olar? Əvvəl sağ, sonra sol ayağını ataraq boş meydan ilə getməyə başladı. Hətta küçə tam boş olsa da, heç əminliklə demək olmaz ki, siz tam təhlükəsizlikdəsiniz. Maşın gözlənilmədən peyda ola bilər, dörd məhəllə o yandan şütüyər və sən heç gözünü qırpmağa macal tapmamış səni əzib keçə bilərdi. Addımlarını saymağa qərar verdi. Nə sağına, nə də soluna baxırdı. Bulvarı işıqlandıran 119


küçə çıraqları hər biri günorta günəşi kimi parıldayır və istilik verirdi. Sağda iki məhəllə o yandan gələn maşın səsinə qulaq asdı. Maşının ön işıqları əvvəlcə parlaq yandı, sonra Monteqin üstünü işıqlandırdı. “Get, get, dayanma!” Monteq bir müddət tərəddüd etdi, sonra əlindəki kitablardan daha möhkəm yapışdı və özünü irəli getməyə məcbur etdi. Özündən asılı olmayaraq ayaqları daha tez hərəkət etməyə başladı, qaçdılar, sonra o, bərkdən özü ilə danışdı və yenidən sakit yeriməyə davam etdi. Artıq küçəni yarı etsə də, gələn maşının uğultusu get-gedə daha yaxından eşidildikcə, sürətini artırırdı. “Hə, hə, polis... Əlbəttə! Məni görüblər. Həyəcanlanma, fikir vermə, dönmə, ətraflara baxma, özünü ələ vermə, həyəcanlandığını göstərmə! Gəz, sadəcə addımlamağa davam et.” Maşın sürətlə şütüyürdü. Maşın uğuldayırdı. Maşın sürətini artırırdı. Bitl maşını görünməz bir silahdan atılmış mərmi kimi sürətlə gəlirdi. Get-gedə sürətini daha da artırırdı. Saatda yüz iyirmi mil. Saatda yüz otuz mil... Yaxınlaşan maşının işıqlarının istisi onun yanaqlarını yandırdı. Sanki onun göz qapaqlarını titrədir, bütün bədənini tərlədirdi. Çaşqın halda gəzməyə başladı. Özü ilə danışırdı. Daha artıq bu gərginliyə dözə bilməyib, qaçmağa başladı. O, ayaqlarını bacardığı qədər uzaq addımlar atmağa məcbur edirdi, daha irəli, daha irəli... İlahi! İlahi! Kitabı əlindən saldı, bir az ayaq saxladı, sonra fikrindən daşınıb daş boşluğa tərəf çığıraraq yenidən qaçmağa başladı. Bitl maşını isə öz qurbanının dalınca şütüyürdü – yüz metr, doxsan, səksən, yetmiş, daha yaxın, daha yaxın… Monteq az qala boğulurdu, əllərini yöndəmsiz hərəkət etdirir, addımlarını çox geniş atırdı. Maşın isə get-gedə daha da yaxınlaşırdı, siqnal verir, uğuldayırdı. Monteq qəfildən başını döndərdi, maşının işıqlarının ağ alovu gözlərini qamaşdırdı – sanki maşın yox idi, sadəcə ağ işıq, ağ məşəl var idi. Sadəcə işıq və yüksəs səs. İndi maşın düz onun qarşısında idi. Onun ayağı ilişdi və yıxıldı. “İndi işim bitdi! Hər şey bitdi!” Lakin yıxılmağı onu xilas etdi. Ona çatmamışdan lap qısa müddət əvvəl çılğın Bitl maşını qəfildən döndü və onu ötərək 120


gözdən itdi. Monteq düz uzanmışdı, başı aşağı idi. Uzaqdan maşının mavi qazının tüstüsü ilə birlikdə gülüş səsləri də eşitdi. Onun sağ əli irəliyə sərələnmişdi. Əlini qaldırdı. Orta barmağının lap ucunda qaraltı var idi, şütüyüb gedən avtomobildən qalmış qaraltı. O, aramla ayağa qalxaraq, bir gözü ilə bu qaraltıya baxır və baş verənlərə inana bilmirdi. “Deməli bu polis deyildi?” O, bulvarboyu aşağı baxdı. İndi bura təmiz və bomboş idi. Bir maşın dolusu uşaq, Allah bilir hamı-sının yaşı on iki - on altı arası, fit çalaraq, qışqıraraq, şənlənərək qeyri adi, tək gəzdiyi nadir görülən bir kişi və deyiblər ki, gəlin onu tutaq. Heç onun axtarılan Cənab Monteq olduğundan xəbərdar belə olmayıblar. Sadəcə olaraq səs-küylü yeniyetmələr bir yerə yığışaraq gecə yarısı, ay işığında gəzməyə qərar veriblər. Səhərə yaxın onlar ya evə qayıdacaqlar, ya da yox, ya sağ olacaqlar, ya yox - axı bu cür gəzintilərin də həyəcanı və həzzi elə məhz bunda idi. “Onlar məni öldürə bilərdilər,” Monteq düşündü. Ayaqda dura bilmirdi, yellənirdi. Hava hələ də yerinə oturmamışdı, toz havada rəqs edərək, onun yanağında otururdu. “Dünyada bunun üçün heç bir səbəbləri olmadan onlar məni öldürə bilərdilər.” O, qarşı səkiyə doğru addımlayaraq hər addımında nə isə danışırdı. Əlindən düşmüş bütün kitabları toplamışdı, lakin necə əyildiyini və onları necə topladığını xatırlamırdı. Kitabları sanki indi çox çətin bir gediş edəcək poker kartları kimi bir əlindən o biri əlinə keçirirdi. “Görəsən Klarissi öldürən də bunlar idi?” O, ayaq saxlayaraq, fikrini daha da qətiləşdirdi. O, qışqıraraq onların arxasınca qaçmaq istəyirdi. Gözləri doldu. Hə, onun həyatını yıxılmağı xilas etmişdi. Maşının sürücüsü bu sürətlə maşının Monteqin üzərindən keçərsə çevrilmək təhlükəsi olacağını düşündü və fikrindən daşındı. Bəs əgər Monteq yıxılmasa idi? Monteqin nəfəsi kəsilirdi... Bulvardan dörd məhəllə o tərəfdə Bitl avtomobilli yavaşladı, iki arxa təkəri üzərində durdu və həmin yoldaca geriyə tərəf 121


şütüyərək yol qaydalarını tamamilə pozmağa başladı. Lakin Monteq artıq ordan getmişdi, təhlükəsiz yerdə - qaranlıq xiyabanda, çatmaq üçün yola çıxdığı yerdə gizlənmişdi. Bura o, bir saat ya bir dəqiqə əvvəl gəlmək istəyirdi? Gecə vaxtı titrəyərək dayanmış, maşının küçənin mərkəzi ilə geri şütüməsinə tamaşa edir və gülüş səslərini ətrafa yayaraq gözdən itməsini görürdü. Ev sükuta bürünmüşdü. Monteq arxa tərəfdən – nərgizlər, güllər və yaş otların arasından keçərək evə yaxınlaşdı. O, arxa girişin şüşə qapısına toxundu, bağlı olmadığını aşkarladı, bir az qulaq asaraq sakitcə evə soxuldu. “Xanım Blek, siz yatmısınız?” o düşündü, “Bilirəm ki, etdiyim şey düzgün deyil, lakin sizin əriniz həmişə bunu başqalarına rəva bilib və heç vaxt onlardan nəsə soruşmayıb, onlara görə narahatçılıq keçirməyib, vecinə almayıb. İndi siz də bir yanğınçı arvadı olduğunuz üçün sizin evinizdəyəm. Bu dəfə sizin növbənizdir. Ərinizin yandırdığı bütün evlər və düşünmədən incitdiyi bütün insanların qarşılığında sizin eviniz yanmalıdır.” Heç kim Monteqə cavab vermədi. Ev sükuta bürünmüşdü. Kitabları mətbəxdə gizlədərək yenidən küçəyə tərəf çıxdı. Bir daha yuxuya getmiş bu qaranlıq və sakit evə baxdı. Şəhərin üzərində vertolyotlar havada uçuşan kağızlar kimi hərəkət edirdilər. Yolüstü bağlı olan mağazanın qarşısındakı tənha telefon köşkünə girdi. Gecənin soyuq havasında yanğın siqnallarının və Salamandrın Blekin evini yandırmağa gəlməsini bir müddət gözlədi. Onlar gələndə Cənab Blek iş başında olacaqdı, lakin onun arvadı səhər havasından titrəyərək dayanacaq və evinin damının alovlar içində necə çökdüyünə tamaşa etməli olacaqdı. İndi hələ ki, o, sakit yatmışdı. “Gecəniz xeyrə, xanım Blek,” o düşündü. “Faber! “ Qapı bir daha döyüldü. Pıçıltı. Uzun gözləyiş. Sonra, bir dəqiqə keçir, Faberin balaca evində zəif işıq görünür. Bir az da keçdikdən sonra arxa qapı açıldı. Onlar zəif işıqda dayanaraq bir-birinə baxırdılar. Faber və Monteq sanki bir-birlərinin mövcudluğuna inana bilmirdilər. Faber hərəkətə keçərək əlini 122


uzatdı və Monteqi içəriyə saldı, oturtdu. Sonra qapıya tərəf qayıdaraq bir az küçəyə qulaq asdı. Səhərin gözü açılmamış artıq siqnal səsləri eşidilməyə başlanmışdı. Faber içəri girərək qapını bağladı. Monteq sözə başladı: “Mən keçən müddət ərzində xeyli axmaqlıq etmişəm. Burda çox qala bilmərəm. Hara gedəcəyimi isə bircə Allah bilir.” “Ən azı siz bu axmaqlıqları doğru şeylər uğrunda etmisiniz,” Faber dedi. “Mən sizin öldüyünüzü zənn etdim. Sizə verdiyim audio-cihaz…” “Yanıb.” “Mən kapitanın sizinlə danışıqlarını eşidirdim, sonra səs kəsildi. Artıq çıxıb sizi axtarmağı fikirləşirdim.” “Kapitan ölüb. O, cihazı tapıb səsinizi eşitdikdən sonra sizi tapmaq istəyirdi. Mən onu alovpüskürən ilə yandırdım.” Faber stulun üstünə çökdü. Uzun müddət hər ikisi susdu. “İlahi! Bu necə baş verdi?” Monteq dedi. “Dünən hər şey yaxşı idi, lakin bu gün mənə elə gəlir ki, sanki boğuluram. İnsan neçə dəfə ölə, lakin hələ də sağ qala bilər? Mən nəfəs ala bilmirəm. Bitti ölüb, onu öldürmüşəm. Halbuki, bir vaxtlar o mənim dostum idi, Milli ölüb, mənə elə gəlirdi ki, o mənim həyat yoldaşımdır, lakin indi heç bundan da əmin deyiləm. Evim tamamilə yanıb, külə çevrilib. Mən işimi itirdim, indi qaçışdayam, yolüstü yanğınçıların evində kitablar gizlətmişəm. İlahi, cəmi bir həftə ərzində mən nə qədər şey etmişəm!” “Siz etməli olduğunuz şeyləri etmisiniz. Bütün bunlar çoxdan baş verməli idi.” “Hə, mən bunun belə olduğuna inanıram. İnanmağa başqa heç nəyim də yoxdur. Daxilimdə nəyinsə baş qaldırdığını çoxdan anlayırdım. Bir şey edirdim, lakin tam başqa şey hiss edirdim. Daxilimdə nəsə baş vermişdi, bundan əmin idim. Bunu başqalarının hiss etməməsinə təəccüblənirdim. İndi də mən bura sizin həyatınızı dağıtmağa gəlmişəm. Onlar məni izləyə bilərlər.” “Mən uzun illərdən sonra ilk dəfədir ki, sağ olduğumu hiss edirəm,” Faber dedi. “Çoxdandır etməli olduğum şeyi etdiyi123


mi hiss edirəm. Əlbəttə ki, mən də bir ara qorxdum. Yəqin bu gec də olsa doğru şeyi etdiyimə görədir. Bəlkə də bir dəfə risk etdikdən sonra növbəti dəfə sizin gözünüzə qorxaq kimi görünmək istəmirəm. Bundan sonra daha cəsarətli addımlar atmalı olacağam. Belə etməklə özümü yenidən qorxağa çevrilməkdən sığortalayacağam. Siz indi nə etmək fikrindəsiniz?” “Qaçmağa davam edəcəyəm.” “Müharibənin başladığından xəbəriniz var?” “Hə, eşitmişəm.” “İlahi, sizcə də bu gülməli deyilmi?” qoca kişi dedi. “Öz problemlərimiz olduğu üçün müharibə bizə necə də uzaq gəlir.” “Düzü müharibə barədə düşünmək üçün vaxtım olmayıb.” Monteq bunu deyərək cibindən yüz dollar pul çıxardı. “Pulun sizdə qalmasını istəyirəm. Mən getdikdən sonra həmin pullardan ortaq məqsədimizə çatmaq üçün istifadə edərsiniz.” “Axı…” “Günortaya kimi mən artıq öldürülə bilərəm. Heç olmasa bu pullardan siz istifadə edin.” Faber başını silkələdi. “Siz çaya tərəf yön tutsanız yaxşı olar. Həmin yolla gedin və qarşınıza şəhərin kənarına aparan köhnə dəmir yolu çıxacaq, o yolla düz gedin. Baxmayaraq ki, indi hər iş hava nəqliyyatı ilə həll olunur, atılmış, paslanmış dəmir yolları hələ də qalmaqdadır. Dəmir yolları boyu bir yerdən digər yerə köçərək işləyən insanların düşərgələri olduğunu eşitmişəm. Onları gəzən düşərgələr adlandırırlar. Deyilənə görə, bu düşərgələrdə hətta Harvardın məzunlarını da tapmaq olar. Bu yollar Los Ancelesə qədər uzanır. Düşərgələrdəki insanların bir çoxu şəhərlərdə axtarışdadır. Lakin düşünürəm ki, canlarını qurtarmağın yolunu tapıblar. Hökumət bu qrupların böyük təhlükə yarada biləcəklərini hesab etmədiyi üçün onları heç izləmir də. Bir müddət onlarla qala bilər, sonra mən Sent Luisə gəldikdə mənimlə əlaqə yarada bilərsiniz. Mən bu səhər saat beş avtobusu ilə yola çıxıram. Orda təqaüddə olan mətbəəçi ilə görüşəcəyəm. Nəhayət ki, mən də gün üzünə çıxmağa qərar verdim. 124


Bu pulu da yaxşı məqsədlər üçün istifadə edəcəyəm. Çox sağ olun və Tanrı sizin köməyiniz olsun. Bir az yatmaq istəmirsiniz?” “Yox, yaxşısı budur, mən gedim.” “Ətrafı yoxlayaq, sonra çıxın.” O, Monteqi yataq otağına apardı və divarda asılan rəsmi kənara çəkdi. Orada poçt kartı böyüklüyündə olan televizor ekranı göründü. “Hər zaman danışa biləcəyim və lazım olarsa hətta ovucuma qoya biləcəyim, sadəcə mənə qulaq asan, kiçik, nəhəng olmayan bir şey istəyirdim. Budur o! ”Düyməni basdı. “Monteq,” TV ekran dedi və ekran işıqlandı. “M-O-NT-E-Q.” Səs adı hərfləyərək dedi. “Qay Monteq. Hələ də qaçışdadır. Olsi vertolyotları havadadır. Qonşu rayondan yeni Mexaniki İt gətirilib…” Monteq və Faber bir-birilərinə baxdılar. “…Mexaniki İt heç vaxt hədəfdən yayınmır. Bu ağlasığmaz kəşf düzəldiyi karxanadan çıxdıqdan bəri bir dəfə də olsun səhv etməyib. Biz böyük qürur hissi ilə bildiririk ki, sizə Mexaniki Köpəyi vertolyota bağlanmış kamera vasitəsilə izləmək imkanı yarada bilirik.” Faber iki qədəh viski süzdü. “Bizim buna ehtiyacımız olacaq.” Onlar içdilər. “... Mexaniki İtin burnu çox həssasdır, on min qoxunu yenidən quraşdırma olmadan ayırd etmə bacarığı var.” Faberin bədənindən zəif titrəmə keçdi və o, evinə, divarlara, qapı dəstəyinə, Monteqin oturduğu stula nəzər yetirdi. Monteq onun baxışlarını sezdi. İndi onların hər ikisi otağı nəzərdən keçirirdilər. Monteq öz qoxusunu otaqda hiss edə bilirdi. Tərli ovcunun izləri qapı dəstəyinin üzərində qalmışdı, evin hər tərəfində, hər kandarında ondan bir iz var idi. Bu iz ruh kimi gözəgörünməz idi, lakin hər yerə yayılmışdı. Faber elə bil bu ruhu öz canına çəkməmək üçün nəfəs almaqdan qorxurdu. O, qaçağın qoxusunu içinə çəkərək özünə hopdurmaqdan qorxurdu. “İndi Mexaniki İt yanğın baş verən əraziyə buraxılacaq!” Balaca ekranda yanan ev göründü - xeyli insan yığılmışdı 125


və yerdə ağ örtüklə üstü örtülmüş bir şey var idi. Vertolyot qəribə gülə bənzər şəkildə göydən yerə enirdi. Deməli, onlar oyunu axıra qədər oynamağa qərar veriblər. Hətta müharibənin başlamasına bir saat qalsa belə, tamaşanı davam etdirəcəklər. Monteq ovsunlanmış kimi tərpənmədən ekranda baş verənləri izləyirdi. Baş verən hadisələr o qədər uzaq görünürdü ki, elə bil ona heç bir aidiyyatı yox idi. Sanki o, böyük bir maraq və həzz ilə özünə aid olmayan bir drama tamaşa edirdi. “Amma bütün bunlar mənim haqqımdadır,” o düşündü. “İlahi, bu hadisələrin baş verməsinin səbəbkarı mənəm!” O istədiyi qədər burada rahat otura və axtarışı izləyə bilərdi. Mexaniki İt addım-addım bütün xiyaban və küçələr boyu geniş boş bulvar və prospektləri, sonra digər yolları keçəcək, oyun meydançaları və çəmənlikləri ötəcək, arxa yollar və keçidlərlə Cənab və Xanım Blekin evinə çatacaq və nəhayət ki, bu evə - Faberlə onun oturub viski içdiyi evə çatacaq. Onlar viski içərkən bu vəhşi it onun son getdiyi yerləri iyləməklə və izlərini tapmaqla məşğul idi. Budur, o, artıq pəncərənin önündədir. İndi Monteq istəsə, ayağa qalxar, bir gözü ilə televizora baxaraq pəncərəni aça və mexaniki heyvanla görüşə çıxa bilər. Eyni zamanda da televizorun parlaq ekranında özünü izləyə bilər. Həmin an o, çox dramatik görünəcəkdi, televizorun balaca ekranına sığışsa da, qonaq otaqlarındakı ekranlarda o, çox böyük, bütün rəngləri əks olunaraq, möhtəşəm görünəcəkdi! Əgər o, imkan tapa bilsə, itin iynəsinin necə çıxdığına tamaşa edə bilərdi. Bu iynə siqnal və uğultu səsləri ilə oyadılaraq, bir insandan ibarət tamaşaya, vəhşi heyvanın ovuna, cinayətkarın tutulmasına tamaşa edən saysız-hesabsız insanların uğrunda çıxırdı. Bu tədbirlərin hamısı onların xoşbəxt və firavan yaşaması üçün görülürdü. Görəsən son nitqini deməsi üçün vaxtı olacaqdımı? İt onu ələ keçirdikdə min, iyirmi min və ya milyon insanın qarşısında son həftə ərzindəki bütün həyatını təsvir etmək üçün bir ifadə və ya söz deyib onların yaddaşında qala bilməyəcəkdimi? İt ona iynəsini batırdıqdan sonra qaranlıqda gözdən itəcəkdi və kameralar da yerində donub uzaqlaşan 126


heyvanı göstərəcəkdilər – möhtəşəm son! O, bu qədər insanın üzünü alovlandıracaq, onları yuxudan oyadacaq həmin qüdrətli ifadəni haradan tapsın? “Bura bir baxın!” Faber pıçıldadı. Vertolyotdan maşına bənzəməyən, heyvana bənzəməyən, nə ölü, nə diri olan, zəif yaşıl işıq verən bir şey düşürdülürdü. İndi həmin şey Monteqin evinin tüstülənən dağıntıları yanında dayanmışdı. Polislər Monteqin istifadə etdiyi alovpüskürəni gətirib, itin burnuna yaxınlaşdırdılar. Uğultu, taqqıltı səsləri eşidildi. Monteq başını silkələyərək özünə gəldi və içkisinin qalığını da içdi. “Vaxtdır. Hər şeyə görə üzr istəyirəm.” “Nə üçün? Mənə görə? Evimə görə? Mən hər şeyə görə özüm günahkaram. Tanrı xətrinə, qaçın. Bəlkə də mən onları burada bir az saxlaya bilərəm. “Dayanın. Sizin aşkar olunmağınızın qarşısını ala bilərik. Mən getdikdən sonra, toxunduğum çarpayı örtüyünü yandırın. Qonaq otağındakı stulu da divar sobanızda yandırın. Spirtlə bütün mebellərinizi, qapı dəstəyini silin. Havalandırma sistemini axıra qədər işə salın. Bağçanızdakı bütün çəmən sulayıcılarını işə salın, səkilərinizi sulayın. Bütün bunlar işə yarasa, biz onların sizin evinizə qədər gəlmələrinin qarşısını ala bilərik.” Faber onun əlini sıxdı. “Bunları edəcəyəm. Sizə uğurlar! Əgər ikimiz də salamat qalsaq, bir həftə sonra görüşərik. Lazım olduqda, mənə Sent Luisə yazarsınız. Təəssüf ki, bütün bu müddət ərzində sizinlə qulaqlıq vasitəsilə əlaqə saxlaya bilməyəcəyəm. Bu bizim ikimiz üçün də çox yaxşı olardı. Lakin məndə cihaz qalmayıb. Düşünürdüm ki, o cihaz heç vaxt lazım olmayacaq. Axmağam, axmaq! Buna görə də mənim əlavə yaşıl mərmim yoxdur. Necə də ağılsız qocayam! Çox böyük düşüncəsizlikdir. İndi isə gedin!” “Sizdən son bir xahişim var. Bir çamadana ən çirkli paltarlarınızı yığıb mənə verin. Nə qədər çirkli olsa, bir o qədər yaxşıdır. Paltarlar, ayaqqabılar, corablar…” 127


Faber uzaqlaşdı və bir neçə dəqiqədən sonra geri döndü. Onlar çamadanın açılmasının qarşısını almaq üçün lentlə hər tərəfdən bərkitdilər. “Cənab Faberin yaşlı qoxusu küləklə sovrulmasın deyə belə etməliyik,” Faber tərləmiş halda dedi. Monteq viskinin qalan hissəsini çamadanın üzərinə səpələdi. “İtin iki qoxunu birdən duymasını istəmirəm. Bu viskini götürə bilərəm? Daha sonra buna ehtiyacım olacaq. İlahi, ümidvaram bütün bunlar işə yarayacaq!” Onlar yenidən əl sıxışdılar və qapıdan çıxanda dönüb televizora baxdılar. İt gecə küləyini içinə çəkərək sakitcə, aramla öz yoluna davam etməkdə idi, kameralar isə onu müşayiət edirdilər. “Sağ olun!” Monteq arxa qapıdan çölə çıxaraq yarıdolu çamadanla qaçmağa başladı. Arxasında bağça sulayıcılarının işə düşdüyünü eşitdi. Onlar havanı əvvəlcə zərif, sonra bütün səkiləri isladan yağış səsi ilə doldurdular. O, bu yağışın bir neçə damlasını simasında daşıdı. Ona elə gəldi ki, qoca kişi arxasınca yenidən sağ ol qışqırdı, lakin eşitdiyindən əmin də deyildi. Evdən cəld uzaqlaşdı. Çaya tərəf yol tutdu. Monteq qaçırdı. O, Mexaniki İtin yaxınlaşdığını hiss edirdi. Bu yaxınlıq hissi sanki payızın nəfəsi kimi soyuq, xəfif və quru idi. Təsirindən heç otların da tərpənməyəcəyi xəfif külək kimi pəncərələri cırıldatmır, bəyaz səkilərdə yarpaqların kölgəsi görünmürdü. İt yerə toxunmadan gəzirdi. O öz sükutunu da özü ilə daşıyırdı, bu sükutun doğurduğu təzyiq arxada qalan şəhərdə get-gedə daha da çox hiss edilirdi. Monteq təzyiqin qalxdığını hiss etdikcə qaçmağa başladı. Çaya doğru hərəkət edirdi. Bəzən nəfəs almaq üçün ayaq saxlayanda uzaqda qalmış zəif işıqlı evlərin pəncərələrinə baxır, qonaq otağında Mexaniki İti izləyən insanların siluetlərini çəkir, hörümçəkvari pəncələri üzərində nizamsız şəkildə ekranda hərəkət edən İtin görüntüsünü aydınlaşdırmağa çalışırdı. Bu da Elm Terras, Linkoln, Ouk, Park və daha da yuxarıda Faberin evi. “Qaç!” Monteq düşündü, “Dayanma, davam et, qaç!” 128


İt titrəyərək dayandı. “Yox!” Monteq pəncərə şüşəsindən yapışdı. “Ora deyil. Bu yoldur! Bura gəlin!” İtin ağzından prokain iynəsi çıxdı və girdi, yenidən çıxdı və girdi. İynənin ucundakı məhluldan bir damla ayrılaraq yerə düşdü. Bu damla kifayət edərdi ki, insan əbədi yuxuya qərq olsun. Monteq nəfəsini saxladı, sinəsinə iki dəfə yumruq dəyibmiş kimi ağırlıq hiss etdi. Mexaniki İt dönərək Faberin evindən uzaqlaşdı və yenidən ara küçələrdən birinə keçdi. Monteq gözlərini səmaya zillədi. Vertolyotlar get-gedə yaxınlaşırdılar, onlar hamısı həşəratların işığa yığışdıqları kimi bir nöqtəyə yönəlmişdilər. O güclə özünə xatırlatdı ki, ekranda izlədiyi şeylər çaya doğru gedərkən təsadüfən gördüyü maraqlı tamaşa deyil, onun öz həyatı idi. İndi şahmatda addım-addım onun partiyası oynanılırdı. O öz üstünə qışqıraraq, özünü küçədəki son evlərin pəncərəsinə və oradakı ekranda görünən heyrətamiz tamaşaya gözünü zilləməkdən əl çəkməyə məcbur etdi. “Hər şey cəhənnən olsun!” o dedi və qaçdı! Ara küçə, xiyaban, küçə, xiyaban və çayın qoxusu. Sağ ayaq, sol ayaq, sağ ayaq, sol ayaq. O qaçırdı. Əgər kameralar onu yaxalasa, bir dəqiqə sonra tamaşaçılar Monteqin min dəfə izlədiyi Keystoun Komediyasında olduğu kimi, polislər, oğrular, tutanlar və tutulanlar, ovçular və ovlar kimi iyirmi milyon Monteq görəcəkdilər. Onun arxasınca iyirmi milyon dənə ulaşan, kölgə kimi qonaq otağının divarının birindən o birinə keçib sonra yenidən yerini dəyişdirən it düşmüşdü. Monteq Balıqqulağı radiosunu qulağına saldı. “Polis Elm Terrasda yaşayan bütün əhaliyə növbəti addımları atmağı məsləhət görür: Evdə olan hər kəs ön və ya arxa qapını açsın və ya pəncərədən baxsın. Növbəti dəqiqədə hər kəs evdən bayıra baxsa, axtarılan şəxs canını qurtara bilməz. Hazır olun!” “Əlbəttə! Bu onların daha əvvəl ağıllarına gəlməli idi! Niyə bütün bu illər ərzində bu oyundan istifadə edilməyib?! Hamı qalxsın, hamı bayıra baxsın! Onu gözdən qaçırmaq mümkün olmazdı! Gecə vaxtı şəhərdə qaçan yeganə kişi. Öz ayaqlarının qaçmaq bacarığını sübut edən kişi!” 129


“Ona qədər sayırıq. On olanda hazır olun! Bir! İki!” O, şəhərin ayağa qalxdığını hiss etdi. “Üç!” “Daha cəld. Sağ ayaq, sol ayaq! Qaç, qaç!” “Dörd!” Yuxulu adamlar çıxışa doğru hərəkət edirdilər. “Beş!” Onların əllərinin qapı dəstəklərinə toxunduğunu hiss etdi. Çaydan soyuq qoxu gəlirdi, sanki güclü yağış yağmışdı. Qaçmaqdan boğazı qurumuş, gözləri isə qızarmışdı. O qışqırırdı, sanki bu qışqırıq onu qarşısındakı yüz yardı getmək üçün itələyə bilərdi. “Altı, yeddi, səkkiz!” Beş min evdə qapı dəstəkləri çevrildi. “Doqquz!” O, evlərin olduğu son sıranın da yanından qaçıb keçdi, qarşıdakı qaranlığa doğru üz tutdu. “On!” Qapılar açıldı. O, minlərlə simanın küçələrə, xiy-banlara və səmaya baxdığını təsəvvürünə gətirdi. Bu solğun, qorxu dolu üzlər pərdələrin arxasında hürkmüş şəkildə gizlənmişdilər, elə bil öz hücrələrindən baxan boz heyvanlar kimi rəngsiz gözləri, boz dilləri və boz düşüncələri ilə hissiyatsız, ifadəsiz simalardan ibarət idi. Lakin Monteq artıq çayın yanında idi. O, suya toxunaraq onun həqiqi olmasından əmin olmaq istədi. Geyimini tam çıxararaq, suya atıldı. Bədənini, əllərini, ayaqlarını suda yaxaladı və viskini içərək üzərinə səpələdi, qoxusunu bədəninə çəkdi. Faberin köhnə geyimləri və ayaqqabısını geyinib, öz paltarlarını çaya atdı. Çayın paltarları hansı istiqamətdə apardığına tamaşa etdi. Sonra çamadanı əlinə götürərək çayın mərkəzinə doğru irəlilədi, çayın dibini hiss etməyənə qədər gəldi və özünü axına verərək onu qaranlığa doğru aparmasına icazə verdi. O, yüz yard üzməyə macal tapmışdı ki, Mexaniki İt sahilə gəlib çatdı. Çayın üzərini vertolyotlar aldı. Parlaq işıq aşağıya doğru yönəldi və Monteq bu buludların arasından qəfil çıxan 130


günəşə bənzər işıqdan yaxasını qurtarmağa çalışdı. Çayın öz axını ilə onu qaranlığa doğru aparmasını hiss edirdi. Sonra işıqlar yenidən torpağa doğru yönəldi, sanki onlar başqa bir izə düşmüşdülər. Mexaniki İt getmişdi. İndi burada sadəcə çay və şəhərdən, işıqlardan, axtarışdan – hər şeydən uzaqda qəfildən rahatlanan Monteq var idi. Elə bil arxasında bir səhnə dolu aktyoru qoyub gəlmişdi. Sanki arxasıyca bir sürü ruh düşmüşdü, indi isə onlar geridə qaldılar. Həqiqi olmayan qorxulu dünyadan, həqiqi olan qorxusuz dünyaya doğru hərəkət edirdi. Çünki bu artıq yeni dünya idi. Qaranlıq sahilləri ötərək çay onu təpəliklərə doğru aparırdı. Uzun illərdən bəri ilk dəfə idi ki, ulduzları bu qədər parlaq, yaxın görürdü. Göy üzündə sanki alov topları var idi. Nəhəng ulduz topları sanki indi onu əzib öz ağuşlarına alacaqdı. Çamadan su ilə dolub batdıqdan sonra Monteq arxası üstə çevrildi. Çay kölgələrini səhər yeməyi, buxarı günorta, dumanı isə axşam yeməyi kimi yeyən insanlardan get-gedə uzaqlaşırmış kimi idi. Çay çox həqiqi idi. Monteqi rahatlıqda saxlayaraq ona bu ay, bu il və bütün həyatı boyu baş verənləri düşünmək üçün zaman verirdi. O, qəlbinin sakit döyüntülərinə qulaq asdı. İndi fikirləri sakit idi, beynində də sakitlik hökm sürürdü. Ay çox alçaqda görünürdü. Ay və onun işığı - bunlar haradan gəlir? Günəşdən əlbəttə. Bəs günəşi işıqlandıran nədir? Onun öz işığı. Günəş hər gün yanır, alovlanır. Çay onu yavaşca öz dalğalarında silkələyirdi. Yandırıcı alov. Göy üzündə Günəş, Yer üzündə saatlar, zaman... Bütün bunlar qəfildən Monteqin beynində birləşdi. Uzun illər yer üzündə yaşadıqdan və bir neçə dəqiqə çayda keçirdikdən sonra o, nəhayət ki, nə üçün bir daha heç nə yandırmalı olmadığını dərk etdi. Günəş hər gün yanır. O, zamanı yandırır. Dünya dairə içində şütüyür və öz oxu ətrafında dönür. Zaman illəri və insanları yandırmaqla məşğuldur. O bunu Monteqin köməyi olmadan da edir. Belə çıxır ki, əgər o digər yanğınçılarla şeyləri yandırsa və Günəş də zamanı yandırsa, onda heç nə qalmayacaq - hər şey yanıb kül olacaq! Onlardan biri dayanmalı idi. Təbii ki, Günəş daya131


na bilməz. Deməli, dayanmalı olan Monteq və onunla birlikdə işləyən yanğınçılar idi. Hardasa yenidən dəyərlərin qorunması prosesi başlanmalıdır, kimsə yenidən insanın yaratdıqlarını yığmalı, onları kitablarda, vallarda, insanların başlarında saxlamağı öyrənməlidir. Bütün bunları nəyin müqabilində olursa olsun, kifdən, pasdan, çürüməkdən və əli kibritli insanlardan qorumaq lazımdır. Dünya kiçik və böyük yanğınlarla dolu idi. Belə davam etsə, bir müddət sonra insanlar yanğınadavamlı geyimlər istehsal etməyə başlayacaqdılar. O, ayaqlarının möhkəm torpaq, çınqıl və bərk süxurlara toxunduğunu hiss etdi. Çay onu sahilə doğru hərəkət etdirmişdi. O, gözsüz və işıqsız, formasız, ancaq nəhəng ölçüləri bilinən, bitmək-tükənmək bilməyən böyüklükdə olan, otlu təpəlikləri və meşəlikləri ilə onu gözləyən nəhəngə baxırdı. Monteq çayın rahatlıq verən sularını tərk etmək istəmirdi. Mexaniki İtin yenidən qarşısına çıxacağını gözləyirdi.Qəfildən ağacların vertolyotların küləyindən səs salmağa başlayacağından qorxurdu. Niyə it daha qaçmır, niyə daha onu izləmir? Niyə axtarış yenidən şəhərin içində davam edir? Monteq dinlədi. Heç nə. Heç nə. “Milli,” o düşündü, “ətrafa nəzər sal, ona qulaq as! Heç nə və heç nə. Milli, necə də sakitlikdir. Bilmirəm sən bütün bunlara necə baxardın? Bəlkə də “sus, sus, sus!” deyə qışqırardın. Milli, Milli.” O kədərləndi. Milli də, it də burda deyildi. Uzaqdakı tarlalardan gələn otların qoxusu onu yerə uzandırdı. O, cavan vaxtı getdiyi bir fermanı xatırladı. Həmin gün onun özünü xoşbəxt hiss etdiyi nadir günlərdən biri idi. Məhz o gün boz televizor ekranlarından, qarşılaşdığı bütün süniliklərdən əlavə bir dünyanın da mövcud olduğunu kəşf etmişdi. Bu dünyada inəklər yaşıl otlaqlarda otlayır, donuzlar isti gölməçələrdə oturur, itlər təpəlikdəki qoyun sürüsünün arxasıyca hürüşürdü. Otların quru qoxusu, suların hərəkətliliyi onun yadına saldı ki, sakit fermanın arxasındakı qədimi külək dəyirmanının altında, boş anbarda yatmaq əla olardı. Orada bütün gecəni uzanıb, uzaqlıqdakı heyvanların, həşəratların və ağacların səsini, kiçik tərpəniş və titrəyişləri132


ni eşitmək olardı. Gecə ərzində o bəlkə də çardağın altında ayaq səsləri eşidəcək. Yerindən dikələrək oturacaq. Addım səsləri kəsiləcək. Arxası üstə uzanaraq çardağın pəncərəsindən baxacaq. Gecənin çox gec saatlarında uzaqdakı ferma evlərinin birində işıq yanacaq və çox gənc və gözəl qadın saçlarını hörəcək. Onu görmək çox çətin olsa da, həmin sima ona keçmişindəki bir xanımın simasını xatırladacaq. Monteqin uzaq keçmişindən tanıdığı o xanım yağışa sevinməyi bacarır, işıldaböcəklərlə heç vaxt yanmır, zəncirotunu çənəyə sürtməyin nə mənaya gəldiyini bilirdi. Sonra o xanım həmin otaqdan çıxaraq yuxarıya çıxır və ayın işıqlandırdığı yataq otağına girir. Raket təyyarələrinin uğultuları səmanı silkələdiyi bir vaxtda Monteq bu təhlükəsiz və gizli yerdə göy üzündəki ulduzların yerlərini səhərin zərif işığına verərək səmanın kənarına doğru getdiklərini izləyəcəkdi. Səhər onun yatmağa ehtiyacı olmayacaqdı. Əsl kənd gecəsinin isti qoxuları və abu-havasının təsiri ilə onun gözləri tam açıq, dodaqlarında da qəribə təbəssüm olacaq. Çardağa çıxan pillələrin aşağısında onu çox qeyri-adi bir şey gözləyəcək. O, aşağıya düşəcək, erkən səhərin çəhrayı işığında bu kiçik möcüzənin yanında donub qalacaq və nəhayət əyilərək, ona toxunacaq. Pillələrin aşağısında bir stəkan soyuq süd, bir neçə alma və armud olacaq. Hal-hazırda istədiyi yeganə şey də elə bu idi. Bu, nəhəng dünyanın onu qəbul etməyə və düşünməli olduğu şeylər barədə düşünmək üçün zaman verməyə hazır olduğuna bir işarə olacaqdı. Bir stəkan süt, alma, armud. Monteq sudan çıxdı. Torpaq onun üzərinə böyük dalğa kimi çökdü. Qaranlıq və ona naməlum olan bu yer, bədənini soyuq, nəm küləklə sarıyan torpaq… O, üzərinə çökən bu qaranlıqdan, uğultu və qoxudan sarsılaraq geriyə sıçradı. Qulaqları səsdən uğuldayır, başı hərlənirdi. Ulduzlar alovlu meteorlar kimi ona tərəf axışırdılar. Yenidən çaya atılmaq istəyirdi. Qoy su onu öz axını ilə istədiyi yerə aparsın. Bu qaranlıq torpaq ona uşaqlığındakı bir hadisəni xatırlatdı. Üzərkən hardansa üzərinə nəhəng dalğa çökmüş və onu yaşıl qaranlığa ataraq, ağzını və burnunu duzlu su ilə doldurmuş, mədəsinə qədər çatmışdı. Çox su, həddindən 133


artıq çox su! İndi isə həddindən artıq çox torpaq! Onun qarşısındakı divarın arxasından qəfildən səs gəldi. Nəsə bir fiqur, iki göz. Gecə ona baxırdı. Onu görə bilən meşəlik. Mexaniki İt! Bu qədər qaçış, yorğunluq, tərləmədən, bu qədər əziyyətdən sonra özünü tam təhlükəsiz və rahat hiss etməli olduğun yerdə... Mexaniki İt! Monteq artıq bütün bunlara dözməyərək, hiddətindən çığırdı. Görünən fiqur qaranlıqda əriyib itdi. Gözlər də yox oldu. Yarpaqlar quru yağış kimi yağdı. Monteq bu səhralıqda tənha idi. Maral. O, heyvanın müşk ilə qanın birləşdiyi ağır qoxusunu və nəfəsini duyurdu, bütün bu qoxular bu nəhəng gecədə ağaclarla bir yerdə onun üzərinə çökürdü. Yerdə sanki milyonlarla yarpaq var idi; onların üzərində güclə gəzirdi. Sanki isti qərənfil və qaynar tozun qoxusu gələn quru çayda gəzirdi. Üstəlik də digər qoxular! Havada kəsilmiş kartof qoxusu da var idi, sanki böyük, bəyaz kartof bütün gecə açıq havada, ay işığının altında qalmışdı. Bu qoxuya başqa qoxular da qatışmışdı. Turşu qoxusu, həyətdə bitmiş qərənfillərin qoxusu. O, əlini torpağa sürtdü və barmaqları kiçik alaq otlarına toxundu, barmaqları biyan qoxudu. Monteq dayanaraq qoxuları dərindən nəfəsinə çəkdi. Torpağın bütün qoxularını canına hopdurmaq istəyirdi. Artıq onun içi boş deyildi. Onu doldurmaq üçün burada lazım olandan çox şey var idi. O, axsayaraq yarpaqların arasında gəzişirdi. Qəfildən bütün bu naməlum şeylərin içində tanış bir şeyə rast gəldi. Onun ayağı nəsə küt səs çıxaran şeyə toxundu. Əlini yerə toxundurdu, bir az o yana, bir az bu yana. Dəmir yolu... Şəhərdən uzağa aparan, meşələr və ağaclıqların içi ilə gələn bu yol indi çayın kənarında üzə çıxmışdı. Onun getməli olduğu yol da məhz bu idi. Yeni dünyada ona tanış olan yeganə şey. Bu sehr ona çox lazım olacaqdı, Monteq ona əli ilə toxuna, ayaqları altında daima hiss edə 134


bilərdi. O, yol boyu hərəkət edirdi. Qəfildən heç vaxt sübut edə bilməyəcəyi bir şeydən əminlik duyduğunu dərk edərək, təəccübləndi. Uzun müddət öncə Klariss də yəqin bu yolla hərəkət edib. Yarım saat sonra çox soyuq olsa da, diqqətlə dəmir yolunun üzərində hərəkət edirdi. Qaranlığın onun bədənini, üzünü, ağzını, gözlərini necə ələ keçirdiyini hiss edirdi. Qulaqlarına səslər doluşmuşdu, ayaqlarını yabanı otlar dalamışdı. Qarşıda alov gördü. Ocaq yox oldu, yenidən göründü. Kiminsə gözü kimi açılıb-yumulurdu. O, sanki nəfəsi ilə ocağı sön-dürə biləcəyindən qorxurdu. Lakin ocaq yenə də olduğu yerdə idi. Ehtiyatla ocağa tərəf yaxınlaşdı. Ora daha da yaxınlaşmaq üçün on beş dəqiqə vaxt lazım oldu. Qıraqda durub, baş verənləri izləməyə başladı. Bu ağ və qırmızı rəngli qəribə atəşin onun üçün tam başqa bir mənası var idi. Bu alov yandırmırdı, bu alov isidirdi! İsitmələri üçün alova doğru uzadılmış əlləri görürdü. Qolları olmayan əllər, qaranlıqda gizlənmiş bədənlər… Əllərin yuxarısında saralmış simalar ocağın alovu ilə parıldayırdılar. Alovun bu cür görünə biləcəyini heç ağlına da gətirə bilməzdi. Monteq ömrü boyu düşünə bilməzdi ki, alov təkca almır, o həm də verməyi bacarır. Hətta bu alovun qoxusu da fərqli idi. Bu vəziyyətdə nə qədər dayandığını özü də bilmirdi. Həmin zaman ərzində o özünü ocağın üzə çıxardığı vəhşi heyvan kimi hiss edirdi və bu hiss onun xoşuna gəlirdi. Onun sıx kirpikli gözləri yaşarmış, dərisi və xəzi hamarlanmış, burnu axırdı. Əgər bir damla qanı torpağa düşsəydi, payız qoxusu ətrafı bürüyərdi. Uzun müddət dayanaraq ocağın çıxardığı isti çıtırtı səsinə qulaq asdı. Ocağın ətrafına bürünən sükut kimi, ora yığışmış kişilərin simalarına da sükunət qonmuşdu. Burada zaman var idi, bu zaman ərzində ağacların altındakı paslı yolda oturmaq, dünyaya kənardan baxmaq və onu sanki bu kişilər tərəfindən tonqalın içinə tutulan polad parçası kimi formaya salındığını düşünmək olardı. Fərqli olan təkcə alov deyildi. Sükunətin özündə də fərq var idi. Monteq bu xüsusi sükuta doğru hərəkət etdi. Sanki bu sükutdan bütün dünyanın taleyi asılı idi. 135


Bir müddət sonra hərəsi bir tərəfdən fikir yürütməyə başladığı üçün səslər də eşidilməyə başlandı, Monteq isə hələ onların nə dediyini aydın eşidə bilmirdi. Səslər get-gedə daha da yüksəlir, danışanlar bütün dünyanı alt-üst edib, onu çək-çevir edirdilər. Oturanlar çay boyu uzanan bu torpaqları, ağaclar və şəhəri yaxşı tanıyırdılar. Onların haqqında fikir yürüdə bilməyəcəkləri bir dənə də mövzu yox idi. Bunu səslərindəki maraq, ahəng və ritmdən duymaq olurdu. Kişilərdən biri yuxarı baxaraq Monteqi gördü. Birinci və ya bəlkə də yeddinci dəfə gördü, bilinmir. Monteqə səsləndi: “Yaxşı, siz daha gizlənməyə bilərsiniz! “ Monteq geriyə kölgələrə doğru addım atdı. “Narahat olmayın,” səs dedi. “Sizin gəlişinizə şadıq.” Monteq ehmalca ocağa tərəf addımladı və tünd göy kobud parçadan şalvar və elə o rəngdə də olan köynək geyinmiş beş qoca kişinin əyləşdiyini gördü. Onlara nə deyəcəyini bilmirdi. “Əyləşin,” kiçik qrupun liderinə bənzəyən kişi dilləndi. “Kofe istəyirsiniz?” O, qara buxarlanan mayenin dəmirdən stəkana necə süzüldüyünə tamaşa etdi. Stəkan ona verildi. Monteq yavaşca kofeni içərkən qocaların böyük maraqla onu izlədiklərini hiss edirdi. Onun dodaqları yanırdı, lakin bu yaxşı idi. Ətrafdakı kişilərin səliqəli saqqalları və təmiz əlləri var idi. Onlar qonağı qarşılamaq üçün ayağa qalxmışdılar və indi yenidən otururdular. Monteq kofeni qurtumladı. “Təşəkkür edirəm,” o dedi. “Çox təşəkkür edirəm.” “Buyurun, Monteq. Mənim adım Qrencerdir.” O, Monteqə rəngsiz maye dolu şüşəni uzatdı. “Bunu da için. Bu sizin tərinizin kimyəvi indeksini dəyişəcək. Bundan yarım saat keçdikdən sonra siz tamam başqa adam kimi qoxacaqsınız. Bir halda ki, it hələ də sizin izinizdədir, siz bu şüşəni axıra qədər içməlisiniz.” Monteq acı mayeni içdi. “Sizdən vaşaqdan gələn kimi üfunət iyi gələcək, lakin heç nə olmaz,” Qrencer dedi. “Siz mənim adımı bilirsiniz,” Monteq dedi. Qrencer başı136


nı tərpədərək, ocağın yanındakı batareya ilə işləyən televizoru göstərdi. “Biz qaçışı izləyirdik. Belə başa düşdük ki, çayın kənarında canınızı qurtara bildiniz. Sizin meşədə sərxoş sığın kimi dolaşdığınızı gördükdə həmişəkindən fərqli olaraq, gizlənmədik. Vertolyotdakı kameraların geriyə, şəhərə doğru yönəldiyini gördükdə, çayda olduğunuzu güman etdik. Axtarış hələ də davam edir. Lakin, başqa istiqamətdə.” “Başqa istiqamətdə?” “Gəlin yoxlayaq.” Qrencer televizoru yandırdı. Balaca ekranda rənglər göründü. Bu, əsl qorxulu yuxuya bənzəyirdi, ekranda gördükləri dəhşət doğururdu. Bu kiçik televizor qutusu belə böyük dəhşəti necə içinə sığışdırmışdı… Onun bir əldən digər ələ ötürülməsi də çox qəribə görünürdü. Aparıcının səsi qışqırırdı: “Axtarış şəhərin şimal tərəfində davam edir. Polis vertolyotları Elm Qrouv Park və 87-ci rayon ərazisində cəmləniblər.” Qrencer başını silkələdi. “Onlar saxtakarlıq edirlər. Siz çayın yaxınlığında artıq izinizi itirməyə nail olmuşdunuz. Sadəcə bunu boyunlarına ala bilmirlər. Başa düşürlər ki, tamaşaçıları uzun müddət gözləməyə məcbur etmək olmaz. Onlara cəld sonluq lazımdır, hər şeyin sonu tez bəlli olmalıdır. Əgər bütün çayı axtarmağa başlasaydılar, bu, uzun zaman ala bilərdi. Ona görə də arzulanan nəticəni tamaşaçılara göstərmək üçün təsadüfi qurban tapıb, onu ələ keçirirlər. Baxın. İndi növbəti beş dəqiqədə onlar artıq Monteqi ələ keçirəcəklər!” “Axı necə..?” “İzləyin.” Vertolyotun qarnından asılan kamera aşağıdakı boş küçəyə sallandı. “Gördünüz?” Qrencer pıçıldadı. “İndi sizi tutacaqlar; küçənin düz sonundakı insan bizim qurbanımızdır. Görün bir kamera necə çəkiliş aparır! Birinci hadisə yeri müəyyənləşir. Gərginlik. Uzun çəkiliş. Elə indi hansısa yazıq oğlan gəzmək 137


üçün küçəyə çıxıb. Nadir tapılan adam. Qəribə adam. Düşünməyin ki, polis bu cür qəribə adamların vərdişlərindən xəbərsizdir. Bu cür adamlar gecələr elə-belə və ya yuxu tutmadığından eşiyə çıxıb gəzməyi sevirlər. Hər bir halda, polis onları aylar, illər boyu izləyir. Bu cür məlumatın nə zaman gərəkli olacağını qabaqcadan bilmək olmaz. Gördüyünüz kimi bu gün belə məlumatların doğrudan da çox lazımlı olduğu aydınlaşdı. İndi həmin məlumatın köməyi ilə vəziyyətdən çıxa bilərlər. Aman Tanrım, ora baxın.” Ocağın ətrafına yığışmış kişilər qabağa doğru əyildilər. Ekranda bir kişi döngədən dönürdü. Mexaniki İt qəfildən tamaşaçılara doğru şütüdü. Vertolyotun işıqları aşağıya doğru onlarla parlaq sütun salaraq kişinin ətrafında qəfəs yaratdı. Səs çığırdı, “Bu Monteqdir! Axtarış sona çatdı!” Məsum kişi əlində yanan siqaretlə çaşıb qalmışdı. O, Mexaniki İtə baxaraq onun nə olduğunu anlamağa çalışırdı. Səmaya və ordan gələn siqnal səslərinə doğru baxırdı. Kameralar aşağıya şütüdülər. İt ritm və zamanlamanın heyrətamiz uyğunlaşması ilə havaya tullandı. Onun iynəsi bayıra çıxdı. Tamaşaçıların hər şeyi daha yaxşı görüb dəyərləndirməsi üçün bu hissə bir az ekranda dayandırıldı. İndi tamaşaçılar qurbanın simasının aydın olmayan görünüşünü, boş küçəni, hədəfə doğru gülləsini uzadan polad heyvanı görə bilərdilər. “Monteq, tərpənməyin!” səmadan səslənən səs dedi. Kamera və o mexaniki it qurbanın üzərinə şütüdü və ona eyni zamanda çatdılar. Qurban Mexaniki İt tərəfindən ələ keçirildi və kamera ona tərəf yönəldi. O qışqırırdı. Qışqırırdı. Qışqırırdı! Qaranlıq. Sükunət. Qaranlıq. Monteq sükunətdə qışqıraraq, üzünü çevirdi. Sükunət. Bir az sonra, ocağın ətrafında oturan ifadəsiz simalar aparıcının səsini eşitdilər, “Axtarış sona çatdı, Monteq öldürüldü. Cəmiyyətə qarşı yönəlmiş bu böyük cinayətinin qisası alındı.” Qaranlıq. 138


“İndi biz sizi “Şəfəq vaxtından öncə” proqramı üçün yarım saatlıq Lüks mehmanxanasının Səma otağına aparırıq.” Qrencer ekranı söndürdü. “Onlar qurbanın simasını aydın göstərmədilər. Fikir verdiniz? Hətta ən yaxın dostlarınız da, bunun siz olmadığınızı deyə bilməzlər. Onlar sadəcə material verdilər, tamaşaçıların təxəyyülü isə digər işləri görəcək. Lənət olsun,” o pıçıldadı, “Lənət olsun.” Monteq heç nə demirdi. Titrəyərək televizora tərəf dönür, boş ekrandan gözünü çəkmirdi. Qrencer Monteqin qoluna toxundu. “Ölülər dünyasından geriyə xoş gəldiniz.” Monteq başını silkələdi. Qrencer sözünə davam etdi. “İndi siz bizim hər birimizlə tanış ola bilərsiniz. Bu, Fred Klementdir, Kembric Universiteti Atom mühəndisliyi məktəbinə çevrilməmişdən çox-çox qabaq orada Tomas Hardi adına kafedranın rəhbəri olub. Bu isə Los-Ancelesdəki Kaliforniya Universitetindən Doktor Simmonsdur, Orteqa i Qassetin yaradıcılığının dərin bilicisidir. Professor Uset isə bir zamanlar Kolumbiya Univeristetində hal-hazırda unudulmuş elm olan Etika elminə az töhfələr verməyib. Müqəddəs Ata Padover otuz il əvvəl bir neçə mühazirə dedi və bir həftənin içində öz düşüncə tərzinə görə onu dinləməyə gələn camaatın hamısını itirdi. O vaxtdan bizimlə birgə dolaşır. Mən özüm isə, “Əlcəkdəki barmaqlar. Fərdlə cəmiyyət arasındakı düzgün münasibətlər” adlı kitabın müəllifiyəm. Məhz buna görə də indi buradayam. Məclisimizə xoş gəldiniz, Monteq!” “Mən sizin cəmiyyətə mənsub insan deyiləm,” Monteq dedi. “Bütün həyatım boyu axmaq olmuşam.” “Bu bizim üçün yenilik deyil. Biz hər birimiz müxtəlif səhvlər etmişik. Belə olmasaydı, indi burda olmazdıq. Biz ayrı-ayrı fərdlər olanda bildiyimiz yeganə şey qəzəb idi. Mən illər öncə kitabxanamı yandırmağa gəlmiş yanğınçını vurmuşdum. O gündən bəri qaçışdayam. Monteq, siz bizə qoşulmaq istəyirsiniz?” 139


“Bəli.” “Siz bizə nə təklif edə bilərsiniz?” “Heç nə. Mənim əlimdə Zəbur və İoannın Vəhy kitabından parçalar var idi, lakin indi daha onlar da yoxdur.” “Zəbur kitabının olması yaxşı olardı. Ona nə oldu?” “Burdadır,” Monteq əli ilə başına toxundu. “Ah,” Qrencer gülümsəyərək, başını silkələdi. “Nə olub ki? Məgər bu yaxşı deyil ki?” Monteq soruşdu. “Bu yaxşı yox, əladır!” Qrencer rahibə tərəf dönərək dedi. “Bizdə bu kitabdan varmı?” “Bir ədəd olmalıdır. Yanqstaunda yaşayam Harris adlı şəxsdə.” “Monteq.” Qrencer möhkəmcə Monteqin çiynindən yapşdı. “Diqqətli gəzin. Sağlamlığınızın qeydinə qalın. Əgər Harrisə bir şey olsa, Elleziast kitabı siz olacaqsınız. Son dəqiqədə siz necə də əhəmiyyətli bir insana çevrildiyinizə fikir verin!” “Amma mən hər şeyi unutmuşam!” “Yox, heç nə həmişəlik yaddan çıxmır. Bizim sizin yaddaşınızı geri gətirmək üçün öz üsullarımız var.” “Mən artıq cəhd etmişəm!” “Cəhd etməyin. Bizim buna ehtiyacımız olan zamanda o özü sizin yadınıza düşəcək. Hər birimizin fotoqrafik yaddaşı var, lakin ömür boyu oradan yığdığımız fotoları silməklə məşqul oluruq. Simmons iyirmi il bunun üzərində işləyib və elə bir metod yaradıb ki, bir dəfə oxuduğunuz hər şeyi yaddaşınızda bərpa etməyə nail olur. Siz nə vaxtsa Platonun “Respublika” əsərini oxumaq istəyərsinizmi?” “Əlbəttə!” “Mən Platonun Respublikasıyam. Markus Aureliusu oxumaq istəyərdinizmi? Cənab Simmons Markusdur.” “Salam.” Cənab Simmons dedi. “Salam,” Monteq cavab verdi. “İcazənizlə sizi ən güclü siyasi satira olan “Qulliverin Səyahəti” əsərinin müəllifi Conatan Svift ilə tanış edim. Bu gənc isə Çarlz Darvindir, bu Şopenhauer, bu isə Eynşteyndir. Mənim yanımda duran şəxs isə həqiqətən də çox mülayim filo140


sof olan Albert Şveytzerdir. Biz hamımız buradayıq, Monteq. Aristofan, Mahatma Qandi, Qautama Budda, Konfutsi, Tomas Lav Pikok, Tomas Cefferson və Linkoln – istədiyiniz hər kəs sizin qulluğunuzdadır. Biz, həmçinin, Matvey, Mark, Luk və Conuq.” Hər kəs xısın-xısın güldü. “Bu, mümkün deyil,” Monteq dedi. “Əlbəttə, mümkündür,” Qrencer gülümsəyərək cavab verdi. “Biz də kitab yandıranlarıq. Biz kitabları oxuyur və sonra yandırırdıq, çünki tapılacaqlarından qorxurduq. Mikrofilmlər özlərini doğrultmadı. Biz daima bir yerdən başqa yerə köçürük, mikrofilm lentlərini isə gizlətməli və daha sonra onlar üçün geri qayıtmalı olacaqdıq. Bu isə çox riskli idi, yerimizi müəyyən etmə imkanları ola bilərdi. Ən yaxşısı bütün bunları heç kimin görməyəcəyi və şübhələnməyəcəyi qoca başlarda saxlamaqdır. Biz hər birimiz tarixin, ədəbiyyatın və beynəlxalq hüququn qalıqları və parçalarıyıq; Bayron, Tom Peyn, Makiavelli, Xrist. Lakin artıq zamanı keçib. Müharibə başlayıb. Biz burdayıq, şəhər isə uzaqda öz rəngli paltosuna bürünmüş halda qalıb. Siz nə barəsində düşünürsünüz, Monteq?” “Fikirləşirəm ki, özbaşına hərəkət edərək necə də böyük səhv etmişəm. Mən kitabları yanğınçıların evində gizlədərək həyəcan siqnalı qaldırırdım.” “Siz etməli olduğunuz şeyi etmisiniz. Ölkədaxili miqyasda bu çox gözəl nəticələr verə bilərdi. Lakin bizim mübarizə üsulumuz daha sadə və fikrimizcə daha yaxşıdır. İndi etməli olduğumuz yeganə şey gələcəkdə ehtiyacımız olacaq bilikləri bütöv və xətərsiz şəkildə saxlaya bilməkdir. İndi kimisə qıcıqlandırmaq zamanı deyil. Axı bizə bir şey olsa, qoruduğumuz biliklər də məhv ola bilər, bəlkə də həmişəlik silinərlər. Biz özlüyümüzdə ən nümunəvi vətəndaşlarıq; köhnə yollarda gəzir, gecələr təpəliklərdə yatırıq, şəhər camaatı da bizi rahat buraxıb. Bəzən bizi saxlayıb yoxlayırlar, lakin həbs etmləri üçün gərəkli olan heç bir şey tapa bilmirlər. Təşkilatımız çox çevik, sərbəst və hər yerə yayılmış halda fəaliyyət göstərir. Bəzilərimiz üz və barmaq izlərində plastik əməliyyat keçirib. 141


Hal-hazırda bizi ən qorxulu iş gözləyir; müharibənin başlamasını və ən tez müddətdə bitməsini gözləyirik. Bu dəhşətli olsa da, başqa çıxış yolumuz yoxdur. Ölkəni biz idarə etmirik. Biz sadəcə səhrada göz yaşı tökən qəribə kiçik kütləyik. Müharibə bitdikdən sonra, bəlkə də dünyaya bir faydamız dəyə bilər.” “Doğrudan da düşünürsünüz ki, onlar sizə qulaq asacaqlar?” “Əgər qulaq asmasalar, biz bir az gözləməli olacağıq. Biz kitabları ağızdan-ağıza öz uşaqlarımıza, onlar da öz növbəsində digərlərinə ötürəcəklər. Əlbəttə ki, belə olduqda çox şey itirəcəyik. Lakin insanları sizə güclə qulaq asmağa məcbur edə bilməzsiniz. Onlar buna özləri hazır olduqda - ətrafda nə baş verdiyi ilə həqiqətən maraqlanaraq və dünyanın niyə ətraflarında partlamasının səbəbini bilmək istəyərək gəlməlidirlər. Bu əbədiyyən belə davam edə bilməz.” “Siz neçə nəfərdən ibarətsiniz?” “Yol və boş vağzallarda bizim minlərlə adamımız var. İlk baxışdan onlar avaraya oxşayırlar, lakin əslində hər bir kitabdan ibarət olan xəzinədir. Bu, planlı şəkildə başlayan bir hərəkat da deyildi. Sadəcə olaraq, hər kəsin yaddaşından silinməsini istəmədiyi bir kitab var idi. İyirmi il və ya daha çox müddət keçdikdən sonra biz bir-birimizlə görüşməyə, səyahət etməyə başladıq. Beləliklə bizim təşkilatımız formalaşdı və plan tərtib etdik. Yadda saxlamalı olduğumuz ən əhəmiyyətli şey o idi ki, biz ayrı-ayrılıqda heç kimik, özündənrazı olmamalı, özümüzü heç kimdən üstün tutmamalıyıq. Biz sadəcə kitabların üz qabığıyıq, onları tozdan və başqa şeylərdən qoruyuruq, başqa heç bir əhəmiyyətimiz yoxdur. Toronun kitabının birinci hissəsi “Uolden” Qrin Riverdə yaşayır, ikinci hissəsi “Uillov Farm” Meyndə yaşayır. Merilend ştatında cəmi iyirmi nəfər əhalisi olan kiçik şəhərcik mövcuddur. Çətin ki, kiminsə ağlına oranı bombalamaq gələ bilər. Həmin şəhərcikdə Bertran Rasselin bütün yazılarını saxlayırıq. Bu şəhəri əlinizə alıb kitab kimi vərəqləyə bilərsiniz – hər məskunun başında müəyyən sayda səhifə tapacaqsınız. Müharibə qurtardıqdan sonra açılacaq bir gözəl səhərdə isə biz bu insanları 142


çağıraraq, yaddaşlarında saxladıqlarını əzbərdən demələrini istəyəcə və hər şeyi yenidən çap edəcəyik. Sonra bəlkə yenə də Qaranlıq Əsr başlayacaq və biz hər şeyi əvvəldən başlamalı olacağıq. Lakin insanların çox yaxşı bir xüsusiyyəti var – hər şeyi yenidən başlamaq lazım gələndə, onlar bundan nə bezir, nə də cəsarətləri azalır, çünki bunun əhəmiyyətli olduğunu, çəkəcəkləri əziyyətə dəydiyini bilirlər.” “Biz bu gecə nə edəcəyik?” Monteq soruşdu. “Gözləyəcəyik,” Qrencer dedi. “Hər ehtimala qarşı, çayboyu bir az aşağı hərəkət edəcəyik.” O alovun üstünə toz-torpaq atmağa başladı. Monteq və digərləri də ona kömək edirdilər. Bu çöllükdəki bütün kişilər bir yerdə alovu söndürməyə çalışırdılar. Onlar ulduzların işıq saldığı çayın qırağında dayanmışdılar. Monteq öz saatının parıltılı əqrəblərinə baxdı. Beş. Səhər saat beş. Bir il uzunluğunda bir saat da belə keçdi. Səhər şəfəqi uzaq sahillərdə görünməyə başladı. “Siz niyə mənə inanırsınız?” Monteq soruşdu. Kişi qaranlıqda hərəkət etdi. “Sizə baxmaq kifayət edir. Yəqin son zamanlar özünüzü güzgüdə görməmisiniz. Üstəlik də hələ bu şəhər heç birimizin tutulması və ələ keçirilməsi üçün sizə ayırdığı qədər diqqət ayırmamışdı. Başlarında poeziya dolu qəribə kiçik insan toplusu heç nə edə bilməz, bunu yaxşı bilirlər, biz özümüz də bunu bilirik – bunu hər kəs bilir. Nə qədər ki bütün xalq, böyük kütlələr Maqna Çartadan və Konstitusiyadan sitat gətirmirlər, deməli qorxulu heç nə yoxdur. Bunun üçünsə yanğınçıların vaxtaşırı yoxlamalar aparması kifayət edir. Yox, şəhər camaatı bizə toxunmur. Monteq, siz isə, cəhənnəmdən gəlmiş kimi görünürsünüz.” Onlar cənuba tərəf yönələrək çayboyu hərəkət edirdilər. Monteq ocağın ətrafında yığışarkən yadında saxladığı yorğun, yaşlı simaları görməyə çalışırdı. Ona gələcək üzərində qələbəni əks etdirəcək sevinc, qələbə, qətiyyət izlərini bu simalarada görmək lazım idi. Bəlkə də Monteq gözləyirdi ki, bu insanların daşıdıqları biliklər onları gecələr qaranlıqda işıq saçan 143


fənər kimi parıldadacaq. Lakin bütün işıq həmin gecəki ocaqdan gəlirdi. Bu insanlar uzun qaçışlarda öz həyatının ən yaxşı illərini keçirən, gözəl şeylərin necə məhv olduğunu öz gözləri ilə görən və nəhayət qocalanda bir yerə yığışıb pərdələrin enməsini və işıqların sönməsini gözləməkdə olan digərlərindən heç nə ilə fərqlənmirdilər. Hətta öz başlarında gəzdirdikləri biliklərin də gələcəkdə daha parlaq alov yandıracaqlarından əmin deyillər. Onlar yalnız bir şeydə əmin idilər – kitablardan. Rəflərdə hələ səhifələri cırılmamış kitabları, bir gün gəlib onları rəfdən götürəcək təmiz və ya kirli əlli oxucularını gözləyən kitabları görürdülər... Monteq gəzinti boyu yol yoldaşlarının simalarını bir-bir nəzərdən keçirirdi. “Kitabı onun üz qabığı ilə mühakimə etməyin,” kimsə dilləndi. Onlar çayboyu aşağı doğru irəliləyərək sakitcə gülüşdülər. Göydən uğultu eşidildi və kişilər başlarını qaldırmağa macal tapmamış havadakı raket təyyarələri uçub uzaqlaşdılar. Monteq dönərək çaydan çox uzaqlarda qalan şəhərə tərəf baxdı. İndi şəhər ancaq zəif parıltı kimi görünürdü. “Mənim arvadım orada qalıb.” “Bunu eşitdiyimə çox məyus oldum. Şəhərləri yaxın günlərdə heç də yaxşı aqibət gözləmir.” Qrencer dedi. “Bu qəribədir, mən onun üçün darıxmıram. Qəribədir ki, mən çox da bir şey hiss etmirəm,” Monteq dedi. “Bir neçə dəqiqə əvvəl anladım ki, hətta o ölsə də, mən kədərlənməyəcəyəm. Bu, düzgün deyil. Deyəsən mənə nəsə olub.” “Qulaq asın,” Qrencer onun əlini tutaraq kolların yanından keçməyə kömək etdiyi vaxt dedi. “Mən balaca olanda, babam rəhmətə getdi. O, heykəltaraş idi. Babam həm də dünyaya bəxş etmək üçün sevgisi bol olan çox mehriban bir kişi idi. Şəhəri xarabalıqlardan təmizləməyə kömək edirdi. Bizim üçün çoxlu oyuncaqlar düzəldirdi. Bundan başqa, bütün ömrü ərzində milyon işlə məşğul olurdu, onun əlləri daima bir iş görürdü. Babam öldükdə isə mən qəflətən anladım ki, mən babam üçün deyil, onun etdiyi əməllər, yaratdıqları üçün ağlayıram. Mən 144


ona görə ağlayırdım ki, babam bir daha etdiyi şeyləri yenidən edə bilməyəcəkdi. O, daha ağacın üzərində müxtəlif oymalar həkk etməyəcək, arxa həyətdə göyərçin sax-layaraq, bizimlə bir yerdə onların qayğısına qalmayacaq, skripka çalmayacaq, gülməli əhvalatlar danışmayacaqdı. O bizim bir parçamıza çevrilmişdi. Babam öləndə etdiyi bütün əməllər dayandı və bir də o əməlləri heç kim onun etdiyi kimi edə bilmədi. O, individual idi. Həyat üçün çox yararlı və vacib şəxsiyyət idi. Mən hələ də onun ölümü ilə barışa bilməmişəm. Tez-tez düşünürəm, görəsən onun ölümü necə möhtəşəm incəsənət əsərlərinin bu həyata gəlməməsinə səbəb oldu. Yer üzündən nə qədər lətifələr itkin düşdü, nə qədər göyərçin evə qayıtdıqda onun mehriban əllərinin toxunuşu olmadan qaldı. O dünyanın simasını dəyişir, dünya üçün əməllər edirdi. Babam öldüyü gecə dünya on milyon yaxşılıqdan məhrum oldu.” Monteq sükut içində addımlayırdı. “Milli, Milli,” o pıçıldadı. “Milli.” “Nə?” “Mənim arvadım, mənim arvadım. Yazıq Milli, yazıq Milli. Mən heç nəyi xatırlaya bilmirəm. Mən onun əllərini xatırlayıram, lakin o əllərin nəsə etdiyini xatırlaya bilmirəm. O əllər sadəcə onun bədənində sallanmışdı, və yaxud dizləri üzərində olurdu, ya da siqaret tuturdu, başqa da heç nə.” Monteq çevrildi və arxaya baxdı. Küllər. İnsanlar bir-birinə nə verirdilər? Heç nə. Qrencer Monteqin yanında durub onunla birlikdə arxaya baxırdı. “Mənim babam deyirdi ki, hər kəs öləndə özündən sonra bir şey qoyub getməlidir. Uşaq, kitab, rəsm əsəri, ev və ya kərpicdən tikilmiş divar, tikdiyi ayaqqabı, yaxud da özü becərdiyi bağı. Sənin əllərinin toxunduğu yerdə öldükdən sonra ruhun rahatlıq tapacaq. İnsanlar sənin əkdiyin ağaca və ya becərdiyin gülə baxdığı zaman sən yenə də sağ olacaqsan. Babam deyirdi ki, sənin nə etdiyin əhəmiyyətli deyil, əhəmiyyətli olan sənin əlinin toxunduğu şeylərin əvvəlki formasını dəyişməsidir. Onlar daha əvvəlki kimi olmurlar, əlini çəkdikdən sonra da səndən bir parça daşıyırlar. Otları kəsən kişi ilə 145


əsl bağbanın fərqi də bu toxunuşlardadır. Otları kəsən kişi heç burda olmamış kimi olacaq, lakin bağban həmin bağda ömür boyu yaşayacaq.” Qrencer əlini tərpətdi. “50 il əvvəl babam mənə bir neçə V-2 reaktiv filmlərini nümayiş etmişdi. Siz nə vaxtsa 200 mil uzaqlıqdan atom bombasının yaratdığı göbələk formalı bulud görmüsünüzmü? Bu heç nədir, boş şeydir. Ətrafa uzanmış vəhşi səhra üçün bu, iynə vurulmasına bənzəyir. Babam bu filmi bir neçə dəfə fırladıb baxdıqdan sonra elə bir günün gələcəyinə ümid etdiyini dedi ki, həmin gün şəhərlər öz divarlarını daha geniş aralayıb, arasından meşələrin, düzənliklərin və vəhşi təbiətin keçməsinə icazə verəcək. İnsanlar unutmamalıdırlar ki, yer üzərində onlara çox az yer ayrılıb, onlar təbiətin əhatəsində yaşayırlar və bu təbiət insana verdiyi hər şeyi bir gün geri ala bilər. İnsana onun hər şeyin hökmdarı olmadığını xatırlatmaq üçün bir nəfəsində və ya okeanın sularında bizi boğaraq yer üzündən silmək təbiətin əlində heç nədir. Babam deyirdi ki, biz əgər onun gecələr daima yanımızda hiss etməsək, nə qədər qorxulu və həqiqi olduğunu xatırlamasaq, bir gün o mütləq bizi udacaq. Başa düşürsünüz?” Qrencer Monteqə tərəf çevrildi. “Babamın ölümündən artıq uzun illər keçsə də, siz mənim kəllə sümüyümü qaldırıb, beynimin dərinliklərinə nəzər salsanız, orada hələ də onun barmaq izlərini taparsınız. O mənə toxunurdu. Əvvəl dediyim kimi, o, heykəltaraş idi. “Mən Status Quo adlı romalıya nifrət edirəm!” bir dəfə mənə demişdi.” Gözlərini daha geniş aç, elə acgözlüklə bax ki, sanki on saniyə sonra öləcəksən. Dünyanı gör. O, fabriklərdə düzəldilmiş və ya pulla alınan istənilən xəyaldan daha gözəldir. Sığorta və təhlükəsizlik axtarma - yer üzündə belə heyvan mövcud deyil. Əgər hətta belə heyvan varsa da, bu nəhəng tənbəl heyvan bütün günü ağacdan sallanan və ömrünü yatmaqla keçirən fərsizə bənzəyir. Ağacı bir az silkələsən bu nəhəng tənbəl arxası üstə yerə çırpılacaq. “Baxın!” Monteq qışqırdı. Müharibə bir neçə saniyə ərzində başladı və sona çatdı. 146


Bir müddət sonra Monteqin ətrafındakı insanlar da nəsə gördülərini əminliklə deyə bilməyəckdilər. Bəlkə də göy üzündə zərif parıltı və hərəkət... Bu qısa müddət ərzində orada - on, beş, bir mil yuxarıda bəlkə də reaktiv təyyarələr şütüyürdü və sanki nəhəng əkinçi əli göydən taxıl dəni atırmış kimi, bombaları müdhiş cəldliklə və eyni zamanda, qəribə aramla şəhərin üzərinə atırdı. Əslində isə bombalama təyyarələr saatda beş min mil sürətlə şütüyüb hədəfə yaxınlaşdıqda və cihazların pilotları xəbərdar etməsi ilə bitmişdi. Müharibə bir dəryazın çırpıntısı kimi tez bitdi. Pilotlar bombaları atmaq üçün düymələri basdıqları zaman müharibə bitdi. Bombalar hədəfə düşməmişdən əvvəlki üç saniyə ərzində düşmən gəmiləri görünən dünyanın yarısını ötüb keçmiş, görünməzliyə qatışmışdılar. Onlar güllə kimi itdilər. Bu güllə o qədər sürətlə hərəkət edirdi ki, vəhşi adam ona inanmayacaqdı, çünki o görünmür, lakin həmin güllə onun ürəyini parçalayır, bədəni yerə çırpılır, qanı havada fışqırır; beyin bir az əvvəl olmuş xatirələri yada salmağa cəhd edir, lakin bacarmır, ölür. Bu, inanılmaz idi. Qəfil jest kimi.. Monteq uzaqda qalmış şəhərin üzərində nəhəng metal yumruğun fırlandığını görürdü və bilirdi ki, indi təyyarələrin çığırtısı başlanacaq, hər şey bitdikdən sonra onlar “Dağıt, məhv et, daşı daş üstündə qoyma, öl!” deyəcəklər. “Öl!” Monteq düşüncəsi və kömək üçün yararlı olmayan əlləri ilə bombaları səmada bir müddət saxladı. “Qaçın!” o, Faber üçün çığırdı. Klariss üçün, “Qaç!” Mildred üçün, “Çıx ordan, çıx get ordan!” Lakin yadına düşdü ki, Klariss ölüb. Faber də artıq çıxıb getmişdi; indi hansısa dağların arasındakı cığırla beş saatlıq avtobus gedir, bir dağılma nöqtəsindən digərinə doğru yol tutur. Dağılma hələ baş verməmişdi, lakin artıq duyulurdu, insanın bunu yarada biləcəyinə şübhə qalmamışdı. Avtobus 50 yard yolda hərəkət etməmiş onun çatma nöqtəsi mənasızlaşacaq və tərk etdiyi nöqtə - böyük şəhər zibilliyə çevriləcək. Bir də Mildred… “Çıx get oradan, qaç!” Bombaların üzərinə yağmasına yarım saniyə qalmış o 147


Mildredi öz otel otağında gördü. Monteq onun parıladayan divarlara tərəf əyilib, “qo-humlar”ı ilə aramsız söhbət etdiyini görürdü. Qohumlar dayanmadan danışır, Mildredin adını çağırır, üzünə gülümsəyirdilər, lakin onun başının üzərini almış bomba barədə heç nə demirdilər – artıq bomba lap yaxın idi – düz otelin üzərində.. Mildred bu divarlara elə baxırdı ki, sanki onun narahat yuxusuz gecələrinin cavabı onlarda idi. O elə narahatlıq və həyəcanla divarlara tərəf əyilmişdi ki, sanki özünü rənglərin və hərəkətlərin içinə atır, onların parlaq xoşbəxtliyində batmaq istəyirdi. “Mildred! “ Kim bilə bilər ki? Bəlkə də bu nəhəng radio-televiziya stansiyaları öz rənglərinin şüaları və işıqları ən birinci unudulmağa başladı.. Monteq aşağı düşərək, belə görür və hiss edirdi ki, divarlar Millinin simasında qaranlığa çevrilərək söndü, böyük həcmli kristallar adi güzgüyə çevrildilər. Milli isə həyatının sona çatmasına milyonda bir saniyə qalmış, öz əksini həmin güzgülərdə gördü – gözləri ilə özünü yeməyə, simasındakı boşluqdan diksinərək boş otaqda çığırmağa başladı.. Nəhayət ki, bunun öz siması olduğunu anladı – bəli, bu onun özü idi. Cəld tavana baxdı və elə həmin anda otelin binası yüzlərlə ton kərpic, metal, suvaq və taxta ilə birlikdə onun və digər insanların üzərinə çökdü, sonra mərtəbələr boyu aşağıya doğru, zirzəmiyə qədər, oradan da daha aşağı partlayışın başladığı yerə qədər yöndəmsizcə endi. “Mən xatırlayıram.” Monteq yerdən yapışdı. “Mən xatırlayıram. Çikaqo. Uzun zaman öncə, Çikaqo. Milli və mən. Biz orada görüşmüşdük! İndi hər şeyi xatırlayıram. Çikaqo. Lap çoxdan.” Böyük partlayış dalğası çay boyu və çayın üzəri ilə hərəkət edərək insanları domino daşları kimi kənara tulladı, suyun üzərində dalğalar yaradaraq böyük toz dumanı qaldırdı və ətrafdakı ağaclarda donaraq cənuba doğru hərəkət etdi. Monteq yerdən daha möhkəm yapışdı, gözlərini bərk yumdu. Cəmi bir dəfə gözlərini açıb yumdu. Bu zaman da havada uçuşan 148


bombaların əvəzinə, şəhəri gördü. Onlar bir-birini əvəz etmişdilər. Daha bir qeyri adi məqam – yeni və tanınmaz, həqiqətə bənzəməyəcək dərəcədə və hər bir inşaatçının arzulayacağı, tikməyə can atacağı, tərsinə asılmış qar uçqununun divar rəsmi kimi, beton parçalarından və metal qığılcımlarının qarışığından tikilmiş, qapı olmalı yerdə pəncərəsi, başı əvəzində ayağı, yanı əvəzində arxası olan hündür binalarla bəzənmiş bir şəhər və bu bu şəhərin yuvarlanması, yox olması... Monteq orada uzanıb qalmışdı, gözlərinin içinə torpaq qıcanmış, yaş sement tozu onun möhkəm yumduğu dodaqları arasından keçmişdi. O boğularaq ağlayırdı. Birdən başqa bir şey yadına düşdü. “Bu nə idi? Hə, hə, müqəddəs kitabdan olan sətirlər.. Bir kitabın parçası, başqa bir kitabın, cəld, daha cəld, nə qədər ki, unutmamısan, bu şok keçib getməmiş, külək yatmamış xatırla. Müqəddəs Kitab, Ekzelliast, bax budur!” Bunları pıçıltı ilə özünə deyirdi. Titrəyən yerin üzərində sabit formada uzanaraq, bu sözləri bir neçə dəfə təkrarladı. İndi sözlər daha aydın və möhtəşəm səslənirdi. Daha diş məcununun reklamı ona mane olmurdu. Rahib düz qarşısında dayanaraq ona baxırdı. “Bu qədər,” səs eşidildi. İnsanlar sahilə atılmış balıqlar kimi havanı ciyərlərinə udaraq uzanmışdılar. Uşaqlar tanış əşyalara yapışdıqları kimi torpaqdan yapışmış, ölü və soyuq olmasına, nə baş verməsinə və ya verəcəyinə heç bir əhəmiyyət vermirdilər, barmaqları isə çirkə batmışdı. Bu müdhiş uğultu onların qulaqlarını batırmasın, ağıllarını başlarından almasın deyə ağızlarını geniş açaraq bərkdən qışqırırdılar. Monteq də onlarla birlikdə qışqırırdı. Üz və dodaqlarını cıran, burunlarını qanadan küləyə qarşı bütün güclərini toplayaraq çıxırdılar. Monteq böyük toz dumanı və nəhəng sükutun yavaşca onların dünyasına necə çökməsini seyr edirdi. Uzandığı müddət ərzində ona elə gəlirdi ki, tozun hər xırda zərrəsi, otun hər xırda dənəsini görür və yer üzərində olan hər qışqırtını və pıçıltını da eşidirdi. Yerə oturan toz dumanı ilə birlikdə sükut da gəldi. Bu sükut onlara ətrafa baxmaq, bu gün ərzində baş verənləri düşünmək və yeni reallıqları dərk etmək üçün gərəkli idi. 149


Monteq çaya baxdı. Çaya doğru gedəcəyik.. O, köhnə dəmir yollarına baxdı. Bəlkə də bu yolla gedərik. Və Yaxud da arxa yollarla gedərək hər şeyi düşünüb öz yerinə qoymağa da macal taparıq. Baş verən bu hadisələri həzm etməyə nail olduqdan sonra açılan bir sabahda isə bütün hadisələr bizim sözlərimiz və əməllərimizdə gün üzünə çıxacaq. Hər şey olmasa da, bir çox şey öz qaydasında olacaq. Biz bu gün sadəcə gəzintiyə başlayacağıq və dünyanın bizim ətrafımızda gəzişməsi, bizimlə danışmasını görəcəyik. Bu dünyanı olduğu kimi seyr edəcəyik. Mən indi hər şeyi görmək istəyirəm. Gördüyüm şeylər hələ mənə mənsub olmasalar da, bir müddət sonra onlara qarışacağam, onlar mənim olacaqlar. Dünyaya bir bax, qarşında duran dünyaya bax! İlahi! Sən ona həqiqətən toxunmağı bacardığın zaman, o sənin dərinliklərinə girəcək, qanına qarışacaq və onunla birlikdə gün ərzində min dəfə daxilində dövr edəcək. Mənim bir barmağım artıq həqiqi dünyanın üzərindədir; bu başlanğıcdır.” Külək öldü. Digərləri hələ də uzanmaqda idilər. Onlar huşsuzluq və yuxu arasında gedib-gəlirdilər. Bütün məsuliyyəti və öhdəlikləri - ocaq yandırmaq, yemək tapmaq, hərəkət etmək, getmək, yaşamaq ilə birgə yeni günü qarşılamaq üçün hələ kifayət qədər gücləri yox idi. Öz tozlu göz qapaqlarını qırpırdılar. Onların əvvəlcə sürətli, sonra aramla nəfəs aldığını eşitmək olurdu. Monteq bir az qalxaraq oturdu. Lakin ayağa qalxmağa cəhd etmədi. Onun yol yoldaşları da hərəkətə keçdilər. Qaranlıq üfüqdə günəşin zəif qırmızı şüaları görünürdü. Hava soyuq idi və yağış yağma ehtimalı var idi. Qrencer sakitcə qalxdı, dodaqaltı lənətlər yağdıraraq, ayaqlarını yoxladı. Onun yanaqlarından göz yaşı axırdı. Çətinliklə hərəkət edərək çaya tərəf yollandı və axın boyu aşağı baxdı. “Bura boşdur,” uzun müddətdən sonra o dedi. “Şəhər kül yığınına bənzəyir. O yox olub.” Uzun müddət sonra yenidən dilləndi, “Görəsən, nə qədər insan bunun baş verəcəyini bilirdi? Bəs nə qədər insanı bu hadisə qəfil yaxaladı?” Monteq isə düşünürdü, “Görəsən dünyada neçə belə şəhər ölüb? Məhz burada, bu ölkədə neçəsi ölüb? Yüz, ya min?” 150


Kimsə kibrit yandıraraq cibindən çıxardığı quru kağız parçasına toxundurdu, onu ot və yarpaq yığının altına saldı, nazik nəm çubuqları da ora atdı, çubuqlar bir az tüstüləndi. Çubuqlar alovlandı və səhər günəş çıxana yaxın ocaq daha da böyüdü. İnsanlar yavaş yavaş çaydan uzaqlaşaraq, ocağa tərəf gəlib, ehmalca yanında əyildilər. Onlar əyildikdə günəş boğazlarının arxasını zərif rənglərə boyayırdı. Qrencer bağlamadan donuz ətini çıxardı. “İndi yeyək, sonra isə arxaya dönüb, çayboyu yuxarı tərəf gedək. Orada bizə ehtiyac olacaq.” Kimsə balaca bir tava uzatdı, onu ocağa qoydular. Bir neçə dəqiqə sonra tavada ətin tikələri səs salmağa və atılıb düşməyə başladılar. Səhərin havası dadlı qoxuya büründü. Qrencer alova baxdı “Simurq.” “Nə?” “İsanın doğulmasından əvvəl Simurq adlı bir axmaq quş yaşayıbmış. Bu quş uzun illər ərzində ocaq qalayıb və özünü odda yandırıbmış. Yəqin ki, o, bəşər övladının ilk qohumu imiş. Lakin hər dəfə yandıqdan sonra, o, yenidən küllərdən doğulurmuş. Belə görünür ki, biz insanlar da eyni şeyi edirik, özü də dəfələrlə. Lakin bizim Simurqdan üstün cəhətimiz var. Biz etdiyimiz axmaq hərəkətləri dərk edir, yadda saxlayırıq. Minilliklər boyu etdiyimiz axmaq hərəkətləri də dərk edirik. Bu da bir gün lənətə gəlmiş ölüm ocaqları yandırmaqdan və onun içinə tullanmaqdan əl çəkəcəyimizə bir ümiddir. Hər yeni nəsil bizim üçün etdiyimiz səhvləri xatırladacaq insanlar qoyub gedir.” O, qazanı ocağın üzərindən götürdü və yeməyin soyumasını gözlədi. Onlar düşüncəli şəkildə yeməyə başladılar. “İndi biz çayboyu yuxarı gedəcəyik,” Qrencer dedi. “Bir şeyi yadda saxlamalıyıq: biz ayrı-ayrılıqda heç bir əhəmiyyət kəsb etmirik. Özümüz yox, özümüzdə ehtiva etdiklərimiz daha önəmlidir. Bir gün bizim daşıdığımız bu yük kiməsə kömək ola bilər. Unutmayın ki, azad şəkildə kitabları əlimizdə tuta bildiyimiz zamanlarda da, onların bizə verdiklərindən düzgün istifadə etmirdik. Biz ölmüş insanları təhqir etməyə davam 151


edirdik. Bizdən öncə ölmüş bədbəxtlərin qəbirlərinə tüpürürdük. İndi isə qarşıdan gələn həftədə bir çox tənha adamlarla görüşəcəyik, növbəti ayda da, növbəti ildə də. Onlar bizdən nə etdiyimizi soruşduqlarında düzgün cavab verə bilməliyik. Düzgün cavab isə “Biz yada salırıq, xatırlayırıq, yaddaşları bərpa edirik,” olacaq. Bəli, biz bəşəriyyətin yaddaşıyıq və buna görə də bir gün mütləq qalib gələcəyik. Bir gün o qədər çox şey xatırlamağa nail olacağıq ki, tarix boyu tikilmiş ən böyük pilləkəni inşa edəcək və mövcud olmuş ən dərin qəbri tapıb müharibələri birdəfəlik orada basdıracağıq. İndi isə getmək vaxtıdır, bizim birinci işimiz güzgü zavodu tikmək olacaq. İnsanlar özlərinə yaxşıca nəzər sala bilsinlər deyə ancaq güzgü istehsal edəcəyik.” Onlar yeməyi bitirdilər və ocağı söndürdülər. Gün get-gedə daha da aydınlanırdı, sanki kimsə çəhrayı işıqlı çırağın piltəsini qaldırırdı. Uzaqlara uçub getmiş quşlar geri qayıdır və ağaclarda yuva qururdular. Monteq yola düşdü. O, şimala doğru gedirdi. Geriyə baxanda hamının onun arxasınca gəldiyini gördü. Təəccüblü halda Qrencerə yol verdi ki, o önə keçə bilsin. Lakin Qrencer ona baxaraq başını silkələdi. Monteq öndə getməyə davam etdi. O, çaya, səmaya nəzər saldı, qırmızımtıl otlar üzərindəki dəmiryolu tərəfə baxdı. Orada fermalar və saman dolu tarlalar uzanırdı. Qaranlığın müşayiət ilə şəhərləri tərk etmiş insanlar ora doğru axışırdılar. Gün gələcək, bir ay və ya altı ay keçdikdən sonra, lakin bir ildən çox keçməmiş, o, tək başına yenə bu yerlərə gələcək və burada gəzən insanlara çatana qədər getməyə davam edəcək. İndi onları uzun bir yol gözləyirdi: Onlar səhərə qədər gəzməyə davam edəcəkdilər, sabah səhər günortaya qədər… Hər kəsin düşünməli və xatırlamalı olduğu çox şeyi var idi. Ona görə də hər kəs öz düşüncələri içində bataraq sakitcə addımlayırdı. Bəlkə də sabah günəşi onları isitməyə başladıqda yenə dil açacaq, söhbət etməyə başlayacaqdılar. Onlar həm nə xatırladıqlarını danışmaq üçün, həm də orada olduqlarını dərk etmək və təhlükəsizliklərindən tam əmin olmaq üçün söhbət 152


etməyə başlayacaqlar. Monteq daxilində sözlərin canlanmasının həyəcanını hiss etməyə başladı. Danışmaq üçün onun növbəsi çatdıqda o nə deyə bilərdi, nə təklif edə bilərdi? Bu yolu asanlaşdırmaq üçün nələr edə bilərdi? Hər şeyin öz zamanı var. Dağıtmaq zamanı və yaratmaq zamanı. Hə, bu işlər belədir. Bəs başqa nə? Bir şey, bir şey. Çayın o biri tərəfində həyat ağacı var idi, bu ağac ildə on iki dəfə bar verərək hər ay öz meyvəsini bəxş edirdi. Bu ağacın yarpaqları bütün xalqların şəfa tapması üçün məlhəm idi... “Hə,” Monteq düşündü, “Mən bunu onlara günorta deyəcəyəm. Günorta. Biz şəhərə çatanda...” SON

153



Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.