Discovery Azerbaijan 4

Page 124

DEYİLƏNƏ GÖRƏ...

1001 ХЫРДАВАТ İnsanı qocaldan qidanın adı açıqlandı Dünya alimləri soyanın insan orqanizminə təsirini araşdırıblar və təəssüf ki, nəticələr heç də yaxşı de­ yil. Bu istiqamətdə aparılan təcrübələr dağsiçan­ ları üzərində həyata keçirilib. Tədqiqatlar zamanı siçanlara müntəzəm olaraq soyatərkibli qidalar ve­ rilib. Nəticədə, tədqiqatda iştirak edən dağsiçanları digərlərindən tez qocalmağa başlayıb. Analizlər göstərib ki, tərkibində soya olan yeməklərlə qidalanan heyvanların orqanizmində hormonal dəyişikliklər baş verib. Nəticədə, həmin heyvanlar nəsilartırma qabiliyyətini itirib. Elə buna görə də həkimlər tərkibində soya proteini olan qida­ lardan uzaq durmağı və onun əvəzində, qıcqırmış soyatərkibli yeməklərə üstünlük verməyi məsləhət görürlər. Qeyd edək ki, hazırda dünya istehlakçıları soyanı qida sənayesində daha çox istifadə edir. Soya ve­ getarianların yeməkləri ilə yanaşı, uşaq sıyıqlarının, içki və şokolad batonlarının tərkibində də var.

Hörümçək torundan hicab

Dünyanın ən bahalı - 38 milyon dollarlıq hicabı­ nın tikilməsində platin saplar, hörümçək toru, almaz və yaqutlardan istifadə olunub. Sinqapurda indiyədək misli görünməyən hi­ cab hazırlanıb. Hicab Vyetnamın şimalındakı cəngəlliklərdə yaşayan “vyamon” adlı iri, qara hörümçəklərin torundan çəkilmiş liflərdən toxunub. Belə lifin 100 qramının qiyməti 24 milyon dollardır. Liflərlə yanaşı, toxunuşda platindən hazırlanan və yoğunluğu 1 mikron olan saplardan, 2 mikronluq yaqut və almaz dənələrdən, habelə İndoneziyanın şimal sahillərində yaşayan “sayolm” adlı qağayıların tüklərindən istifadə edilib. “Sayolm” qağayılarının tü­ künün 1 kiloqramı 10 il ərzində əldə olunur və çox bahadır. Açıq-çəhrayı rəngdəki hicabın ilkin variantı artıq hazırdır. 18 nəfərin 4 aya toxuduğu “sınaq hicab”ın özü 16 milyon dollara başa gəlib. Bundan sonra həmin hicab nadir və çox bahalı çəhrayı almaz, bril­ yant və yaqutlarla bəzədiləcək. Özü də sadalanan qiymətli daşların ən böyüyü 3 mikron ölçüsündədir və əllə cilalanacaq.

Mikrobsuz klaviatura dövrü başlayır?! İstənilən yaşda diş çıxarmaq olur Kompüterin ən az dəyişdirilən hissələri - klaviatu­ ra və “siçan”ı tez-tez təmizləsək də, onlar bakteriya yuvası “status”undan xilas ola bilmir. İnsan sağlam­ lığına təhlükəli olan bakteriyalardan yaxa qurtarmaq üçün ABŞ-ın səhiyyə müəssisəsi - “Sil Şelt” firması antimikrob xüsusiyyətlərə malik klaviatura və lazerli “siçan” texnologiyası hazırlayıb. Simsiz klaviatu­ ra və “siçan” dəsti, hətta su belə keçirmir. Bu dəst kirlənəndə birbaşa qabyuyan maşında yuyula bilər. Yeni ixtiranın başqa bir üstünlüyü – digər klavi­ atura və “siçan”larla müqayisədə, 10 faiz enerjiyə daha çox qənaət etməsindədir. Qiymətinin isə cəmi 39 ABŞ dollar dəyərində olması müştərilərin həm cibinə, həm də sağlamlığına uyğundur.

124

Yaponiyalı alimlər kök hüceyrələrindən istifadə edərək ağızda diş “yaradıblar”. Alimlər ilk olaraq siçan üzərində təcrübə aparıblar. Keçirilən təcrübə nəticəsində siçanın çənə sümüyünə yerləşdirilən hüceyrədən yaranan diş normal dişdən heç nə ilə fərqlənməyib. “Proceedings of the National Aca­ demy of Sciences” jurnalında verilən məlumata görə, təcrübə siçanlarda dəfələrlə təkrarlanıb və bunun insanlarda da uğurla tətbiq oluna biləcəyinə qərar verilib. Alimlər hesab edir ki, bu təcrübədə uğur qazanılarsa, artıq protez dişlərə ehtiyac olma­ yacaq.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.