Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları

Page 360

Bir çox çaylarda çay dərələri (vadiləri) yaxşı inkişaf etmişdir. Daşqın sularının çay dərələrinin vaxtaşırı örtdüyü hissəsi subasar adlanır. Dünyanın bir çox çayları – Amazon, Nil, Volqa, Dnepr, Dunay, Reyn, Kür, İrtış, Lena, Amur və s. çaylar geniş subasar sahələrə malikdir. Genezisi. Subasarlarda torpaqəmələgəlmə proseslərinin əsasları V.R.Vilyams tərəfindən işlənmişdir. Sonralar subasarların torpaq örtüyü S.S.Sobolyev, V.İ.Şraqa, Y.V.Şansera və başqaları tərəfindən öyrənilmişdir. Subasar müxtəlif elementlərin su hövzəsinin suayrıcı və ətək hissələrindən alüvial çöküntülər, həmçinin qrunt və daşqın sularının tərkibində həll olmuş maddələr şəklində sistematik olaraq gətirildiyi və müntəzəm akkumulyasiya olunduğu yerdir. Alüvial çöküntülər subasar torpaqlar üçün sistematik verilən təbii gübrə rolunda çıxış edir. Subasarda təbii bitkilik örtüyünü əsasən çəmən bitkiləri təşkil etdiyindən burada aparıcı torpaqəmələgəlmə prosesi çimləşmə prosesidir. Çimləşmə prosesinin ifadə olunma dərəcəsi allüvial çöküntülərin xarakteri, ilk növbədə onların qranulometrik və kimyəvi tərkibi, xüsusən də qida elementlərinin zənginliyi ilə müəyyən olunur. Bundan başqa çimləşmə prosesinin inkişafına subasarın ayrı-ayrı hissələrində su rejiminin xüsusiyyətləri, həmçinin torpaqəmələgəlmənin zonal şəraiti və başqa proseslərin (qleyləşmə, şoranlaşma və s.) təzahür dərəcəsi də təsir göstərir. Çayların subasarlarında torpaqəmələgəlmənin əsas xüsusiyyətləri – burada subasar və allüvial proseslərin inkişafıdır. Subasar proses adı altında subasar ərazisinin bu və ya digər hissəsinin vaxtaşırı daşqın suları altında qalması başa düşülür. Bu proses torpaqəmələgəlmə prosesinə hərtərəfli təsir göstərir. Bu formada hər il təbii suvarma – atmosfer və qrunt suları ilə yanaşı, torpaq üçün əlavə nəmlik mənbəyi deməkdir. Subasar proses qrunt sularının qalxmasına, torpaqda mikrobioloji proseslərin intensivliyinə və istiqamətinə, həmçinin təbii bitkiliyin xarakterinə və onun məhsuldarlığına, torpağın və torpaq-qrunt sularının duz rejiminə təsir göstərir. Allüvial proses adı altında daşqın suları vasitəsilə bulantı materiallarının gətirilməsi, subasarların yuyulması və səthində gətirilmiş materialların alüviy şəklində çökdürülməsi başa düşülür. Allüvial prosesin xarakterinə subasarın ayrı-ayrı hissələrinin çayın məcrasına münasibətdə vəziyyəti də təsir göstərir. Subasar ərazisi məcradan uzaqlığına görə üç hissəyə bölünür: məcraqırağı, mərkəzi və terrasqırağı. Onlar allüvial çöküntülərin tərkibinə, relyefinə, hidroloji şəraitinə, bitki və torpaq örtüyünə görə fərqlənir. Allüviyin qranulometrik tərkibi subasarda daşqın sularının sürətindən asılıdır: suyun sürəti artdıqca çökdürülmüş hissəciklərin ölçüləri böyük olacaqdır. Sürət azaldıqca xırda hissəciklərin çökdürülməsi artacaqdır. Məcradan subasarın dərinliyinə doğru axının sürəti azalır. Bununla əlaqədar allüviyin xarakterinə subasarın bu və ya digər hissəsinin məcradan uzaqlığı da təsir göstərir. Məcradan subasara keçiddə axının sürəti kəskin şəkildə aşağı düşür ki, bu da subasarın məcraqırağı hissəsində böyük miqdarda asma gətirmələrin, ilk növbədə qum hissəciklərinin çökməsinə səbəb olur. Subasarın daşqın sularının sürətinin zəif və subasma müddətinin uzun olduğu mərkəzi və terrasqırağı hissəsində tozvari və lil hissəciklərindən ibarət alüviyin çökdürülməsi müşahidə edilir. Alllüvial çöküntülərin çökdürülməsində bu cür qanunauyğunluq subasarın ayr-ayrı hissələrinin qranulometrik tərkibini müəyyən edir. Məcradan uzaqlaşdıqca allüvial torpaqların qranulometrik tərkibi dəyişir, onlarda toz və lil hissəciklərinin miqdarı artır, qum hissəciklərinin miqdarı isə azalır (cədvəl 129). Cədvəl 129 Orta Donda allüvial torpaqların qranulometrik tərkibi

Dərinlik, sm

1

Qranulometrik elementlərin ölçüləri (mm) və onların miqdarı, % 0,250,050,010,005< 1-0,25 <0,01 0,05 0,01 0,005 0,001 0,001 7

8

0-10 20-30 40-50

3 4 5 6 Allüvial-çəmən (məcraqırağı hissə) 4,2 26,8 31,2 14,9 10,4 5,4 35,3 33,8 10,8 3,2 12,4 16,5 41,8 9,1 6,9

12,5 11,5 13,3

37,8 25,5 29,3

100-110

17,0

16,4

27,7

25,5

49,6

0-20

2

19,9

36,4

5,3

6,0

Allüvial-çəmən (məcradan 600 m aralı) 0,3 7,9 42,2 8,8 15,3

360


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.
Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları by Coğrafiya kitabları - Issuu