Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları

Page 279

vilayətlərinin ərazisində yayılmışdır. Şərqi Sibirdə donuşlu-tayqa çimli, çimli-meşə, Yakutiyada isə çimli-meşəsarımtıl torpaqlar yayılmışdır. Çimli torpaqlara Uzaq Şərq, Kamçatka və Kuril adalarında da təsadüf olunur. Çimli torpaqların adı çəkilən ərazilərdə ümumi sahəsi 9 mln.ha-dır ki, bundan 5 mln. ha Kamçatka və Şərqi Sibirdədir. “Çimli torpaqlar” termini elmi ədəbiyyata ilk dəfə V.V.Dokuçayev tərəfindən daxil edilmişdir. Lakin çimli torpaqəmələgəlmə prosesi nəzəriyyəsi V.R.Vilyams, İ.V.Tyurin və başqa alimlər tərəfindən işlənilmişdir. Ot bitkilərinin təsiri altında baş verən və yaxşı inkişaf etmiş humus horizontu olan torpaqların əmələ gəlməsi ilə nəticələnən torpaqəmələgəlmə prosesi çimli torpaqəmələgəlmə prosesi adlanır. Bu prosesin əhəmiyyətli xüsusiyyəti - torpağın üst horizontunda humus və qida maddələrinin toplanması və suyadavamlı strukturun yaranmasıdır. Çim prosesi çəmən və çəmən-bozqır bitkiləri altında daha əlverişli şəraitdə formalaşır. Bir sıra torpaqların – qara, şabalıdı, çimli alüvial, boz meşə və s. yaranması da çim prosesi ilə əlaqədardır. V.A.Kovda (1973) ot bitkilərinin torpaqəmələgəlmə proseslərinin inkişafına təsirini müəyyən edən aşağıdakı xüsusiyyətlərini qeyd edir: 1. Ot bitkilərinin qısa həyat tsikli ilə (1-3) şərtlənən maddələrin intensiv bioloji dövranı və çimin əlverişli kimyəvi tərkibi. Sonuncu yüksək küliliyi (3-13%) və azotun yüksək miqdarı ilə seçilir. 2. Köklərin (rizokütlənin) fitokütlədə yüksək payı. O, 20-25%-dən 85-97% arasında və çox vaxt isə yerüstü kütləyə bərabər və ya ondan çox olur. Ona görə də ot bitkilərinin kök sistemi humusun əmələ gəlməsində əhəmiyyətli mənbə hesab olunur. 3. Kök sisteminin və xüsusən də kök saçaqlarının yüksək dərəcədə şəbəkələnməsi yayılma zonasında biokimyəvi və mikrobioloji proseslərin fəal inkişafını şərtləndirir. 4. Üzvi qalıqların bilavasitə torpağa daxil olması və onların mineral birləşmələrlə sıx əlaqədə parçalanması humuslaşma prosesi və əmələ gəlmiş humus maddəsinin torpaqda bərkiməsi üçün əlverişli şərait yaradır. Ot bitkilərinin qeyd edilən xüsusiyyətləri səbəbindən torpağın üst horizontlarında humusun akkumulyasiyası ilə yanaşı qida maddələrinin miqdarının çoxalması, torpağın fiziki-kimyəvi və fiziki xassələrinin yaxşılaşması, mikrobioloji proseslərin güclənməsi baş verir ki, son nəticədə bu torpaq münbitliyini formalaşdırır. Çim prosesinin intensivliyi ot bitkilərinin bioloji məhsuldarlığı, yəni sintez olunan üzvi maddələrin kəmiyyəti və keyfiyyəti, torpağa daxil olan bitki qalıqlarının (yeraltı və yerüstü) miqdarı və humusun əmələ gəlməsinə və toplanmasına təsir göstərən kompleks şərait ilə müəyyən olunur. Çimli torpaqlar aşağıdakı ümumi xassə və əlamətlərə malikdirlər: yaxşı görünən topavari-dənəvər struktura malik humus qatı, podzollaşmanın olmaması və ya zəif ifadə olunması, humusun yüksək miqdarı (34%-dən 12-15%-ə kimi), yüksək udma tutumu, zəif turş, neytral və ya zəif qələvi reaksiya, ümumi azot və küli maddələrin böyük ehtiyatı. Təsnifatı. Çimli torpaqlara üç müstəqil tip aid edilir: çimli-karbonatlı (rendzinlər), çimli-litogen və çimliqleyli (cədvəl 83). Birinci iki tip avtomorf, üçüncü tip isə yarımhidromorf şəraitdə inkişaf edir. Cədvəl 83 Çimli torpaqların təsnifatı Tip Çimli - karbonatlı

Yarımtip Çimli-karbonatlı tipik Çimli-karbonatlı yuyulmuş Cimli-karbonatlı podzollaşmış Çimli doymuş Çimli turş

Çimli-litogen Çimli podzollaşmış Çimli-səthdən -qleyli Çimli-qleyli

Cins Əhəngli Silikatlı-əhəngli İnkişaf etməmiş Şunqit üzərində Qələvi püskürmə süxurları üzərində Şistlər üzərində Rəngli gillər üzərində Dəmirlə zəngin süxurlar üzərində karbonatlı

Çimli-qrunt-qleyli doymamış Çürüntülü - səthdən podzollaşmış qleyli Çürüntülü – qrunt -qleyli

Çimli avtomorf torpaqlar səthdə qalınlığı 2-7 sm olan çim qatına malikdirlər. Bu qatın altında boz və ya tünd boz rəngə malik, topavari dənəvər strukturlu humus horizontu (A1) yerləşmişdir. Bəzən bu horizontun aşağı

279


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.
Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları by Coğrafiya kitabları - Issuu