Əhali coğrafiyası

Page 43

Behruz Melikov

daha aydın ifadəli şimal (açıq rəngli) və cənub (tünd rəngli), habelə az seçilən orta Avropa (orta çalarlı) irqləri fərqləndirilir. Slavyanların xeyli hissəsi kiçik şimal irqinin Ağ dəniz –Baltiya qrupuna aiddir. İspaniyanın, Fransanın, İtaliyanın, İsveçrənin, cənubi Almaniyanın və Balkan yarımadası ölkələrinin əhalisi daha tünd rəngli cənub avropoid qruplarına mənsubdurlar. Böyük monqoloid, yaxud Asiya-Amerika (sarı) irqi, bütövlükdə, böyük neqroid – avstraloid və avropoid irqlərindən özünəməxsus irqi əlamətlər məcmusu ilə fərqlənir. Belə ki, onların ən tipik nümayəndələri sarıya çalan qarabuğdayı dərili, qonur gözlü, düz, cod qara saçlı, bir qayda olaraq, kosa, bədənləri seyrək tüklü olurlar. Tipik monqoloidlər üçün gözün daxili küncünü örtən üst göz qapağının çox inkişaf etməsi və özünəməxsus qırışığı (bu qırışıq epikantus adlanır) səCiyyəvidir. Ümumiyyətlə, bəşəriyyət təqribən iyirmi beş-otuz tip qruplarına bölünür. O, eyni zamanda, vəhdət təşkil edir, çünki irqlər arasında aralıq (keçid), yaxud qarışıq xarakterli antropoloji tip qrupları mövcuddur. İrqlərin tip qruplarının əksəriyyəti üçün bəşəriyyətin bu hissəsinin tarixən əmələ gəldiyi və inkişaf etdiyi müəyyən ümumi əraziyə malik olması səciyyəvidir. İrqi əlamətlərin fərdi və ümumi dəyişkənliyi bir-biri ilə qırılmaz surətdə bağlıdır və az nəzərə çarpsa da, bəşəriyyətin irq qruplarının modifikasiyasına aparır. İrqin irsi tərkibi kifayət qədər davamlı olsa da, daim dəyişməyə məruz qalır. Müasir irqlər hələ neandertallarda olan meymuna xas əlamətləri eyni dərəcədə itirmiş və inkişaf etmiş «kamil insan» əlamətləri qazanmışlar. Buna görə də müasir irqlərdən heç biri daha çox meymunabənzər və ya daha ibtidai sayıla bilməz. Saxta ali və aşağı irqlər nəzəriyyəsinin tərəfdarları zəncilərin avropalılara nisbətən meymuna daha çox oxşadığını iddia edirlər. Lakin bu, elmi baxımdan qətiyyən düz deyil. Zəncilərin saçları qıvrım, dodaqları qalın, alnı düz və qabarıq, bədənləri və üzü tüksüz, ayaqları bədənə nisbətən daha uzun olur. Bu əlamətlər isə göstərir ki, məhz zəncilər şimpanzedən avropalılara nisbətən daha kəskin surətdə fərqlənirlər. Lakin avropalılar da, öz növbəsində, çox ağ dərisi və digər xüsusiyyətləri ilə meymunlardan daha artıq seçilirlər. Amerikanın mənimsənilməsi zamanı qəribə irqi qarışma baş verirdi. Avropalı 43

Behruz Melikov


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.