Azərbaycanın iqtisadi cografiyası (B. Məlikov)

Page 170

behruzmelikov.com

salınmasını, iki ədəd “Boinq-757” təyyarəsinin alınmasını, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı Beynəlxalq Aeroportunda Hava Nəqliyyatının İdarəedilməsi Mərkəzinin yaradılmasını və s. göstərmək olar. Azərbaycanda neftin sənaye hasilatı boru kəməri nəqliyyatının inkişafının başlanğıcını qoymuşdur. Azərbaycanda ilk boru kəməri uzunluğu 9 km, diametri isə 76 mm olan 1878-ci ildə Balaxanı mədənlərindən “Qara şəhər”dəki neftayırma zavodlarına qədər çəkilmişdir. 1896-1906-cı illər ərzində o dövrdə ən iri uzunluğu 895,5 km (Azərbaycan ərazisi üzrə 513,3 km), diametri 200 mm olan Bakı-Batumi magistral boru kəməri tikilmişdir. 60-cı illərin ortalarında Şirvan yatağından və Səngəçal dəniz yatağından neftin Bakının neft emalı zavodlarına ötürülməsi üçün Əli-Bayramlı-Bakı (uzunluğu 140 km, diametri 500mm), Daşgil-Puta-Bakı (uzunluğu 70 km-dən çox, diametri 300mm) neft kəmərləri çəkilmişdir. Hazırda Azərbaycan neftinin dünya bazarına çıxarılmasında mühüm rol oynayan Bakı-Supsa, Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ceyhan (uzunluğu 1768 km) neft kəmərlərini göstərmək olar. İqtisadi rayonda Qaradağ-Sumqayıt, Qaradağ-Bakı, Qaradağ-Gəncə, Zirə-Bakı, Siyəzən-Sumqayıt, Çıraq-Neft Daşları-Bakı qaz kəmərləri fəaliyyət göstərir. Abşeron iqtisadi rayonu daxilində fəaliyyət göstərən nəqliyyat sahələrinin iqtisadi səmərəliliyini təmin etmək üçün nəqliyyatın sahələrarası əlaqələndirilməsinin təmin edilməsi vacib şərtdir. QUBA-XAÇMAZ IQTISADI RAYONU Dəvəçi, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları. Sahəsi 6,96 min km2, əhalisi- 476,6 min nəfərdir. Təbii şəraiti və təbii ehtiyatları. Quba-Xaçmaz iqtisadi rayonu respublikanın şimal-şərqində yerləşir. Tərkibinə Quba, Xaçmaz, Qusar, Dəvəçi və Siyəzən inzibati rayonları daxildir. Rayonun iqtisadi-coğrafi mövqeyi olduqca əlverişli olub şimal-istiqamətində Azərbaycandan Rusiya və digər MDB ölkələrinə gedən nəqliyyat və kommunikasiya xətlərinin bu bölgənin ərazilərindən keçməsi, eləcə də Azərbaycanın Abşeron iqtisadi rayonu kimi yüksək inkişaf etmiş sənaye mərkəzinə yaxınlığı Quba-Xaçmaz iqtisadi rayonunun təsərrüfatının inkişafı və ərazi təşkilində mühüm rol oynayır. İqtisadi rayonun ərazisi şimaldan Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası, şərqdən Xəzər dənizi, cənub-şərqdən Abşeron iqtisadi rayonu, cənubdan Dağlıq Şirvan, cənub-qərbdən isə Şəki-Zaqatala iqtisadi rayonları ilə həmsərhəddir. Sahəsi 7,66 min km2 – ə bərabər olub ölkə ərazisinin 8,8%-ni təşkil edir.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.