Təcili qadağanedici əmrlərin yerinə yetirilməsi üçün yoxlama siyahısı
Q
urbanlara və məişət zorakılığı riski altında olan şəxslərə səmərəli müdafiəni təmin etmək, eyni zamanda barəsində TQƏ verilmiş şəxslərin hüquqlarını qorumaq üçün bir sıra elementlərə lazımi dərəcədə diqqət yetirmək vacibdir. Aşağıdakı yoxlama siyahısı TQƏ-nin tənzimlənməsində və tətbiqində faydalı ola bilər. Təcili Qadağanedici Əmrlər aşağıdakı formada tərtib edilərək tənzimlənir: ❏ Səlahiyyətli orqanlara (polis və ya digər) zorakılıq və ya onun qaçılmazlığı barədə məlumat verildiyi anda zərər çəkmiş və məişət zorakılığı riski altında olan şəxsləri qorumaq üçün tədbirlər görməyə icazə verir; ❏ Zərər çəkmiş və ya riskə məruz qalmış şəxsə zorakılıq törətmiş şəxsin yaratdığı risklərin və təhlükələrin hərtərəfli qiymətləndirilməsindən sonra verilir; ❏ Zorakılıq törətmiş şəxsin qurbanın yaşayış yerinə daxil olmasını və zəruri hallarda onunla əlaqə saxlamasını qadağan edir; ❏ Zərər çəkmiş və ya risk altında olan şəxslər tədbir görmədən də verilə bilər (ex officio); ❏ TQƏ-nin təsdiqlənməsi tələb olunursa, o, verildikdən sonra qısa müddət ərzində əldə edilə bilər; ❏ Zərər çəkmiş və ya risk altında olan şəxs üçün ödənişsizdir; ❏ TQƏ-nin müddəti zərər çəkmiş və ya risk altında olan şəxs üçün təhlükəsiz bir vəziyyət yaratmaq üçün kifayət etməlidir; ❏ Zərər çəkmiş və ya risk altında olan şəxsi yaşayış yerində, eləcə də ictimai yerlərdə və iş yerində (müvəqqəti yaşayış yeri olsa da və zorakılıq törətmiş şəxs yerin sahibi olsa belə) qoruyur; ❏ Zərər çəkmiş şəxsin uşaqlarını məktəbdə və/və ya uşaq müəssisələrində olarkən qoruyur;
Səhifə 46► İstanbul Konvensiyasının 52-ci maddəsi