Convention Istanbul - Article 52

Page 30

Təcili qadağanedici əmrlərin yerinə yetirilməsi: Avropa Şurasına üzv dövlətlərdən nümunələr Təcili qadağanedici əmrlərin tətbiqi ilə əlaqədar Avropa Şurasına üzv dövlətlərdə mövcud vəziyyətə ümumi yanaşma Avropa Şurasına üzv ölkələrdə TQƏ üçün çox sayda hüquq və qanun tətbiqetmə sistemi mövcuddur.20 Polisin TQƏ tətbiq etmək üçün ən geniş imkanlara malik olması iddia edilsə də, onun bu əmrləri qurbanların istəyini nəzərə almadan yerindəcə verə bilməsi səbəbindən reallıq daha mürəkkəbdir. İsveçdə bu səlahiyyətə sahib olan prokuror, Hollandiyada isə şəhər meridir. Hər iki ölkədə qadağanedici əmr əslində polisə həvalə olunub, lakin səlahiyyətli orqan tərəfindən təsdiqlənir. İsveçdə bu, qurbanların ən azı ilk illərdə tez-tez imtina etdiyi polis bölməsində bir TQƏ üçün müraciət etməsi deməkdir. Bəzi ölkələrdə polisə şəxsi evindən çıxarmaq səlahiyyəti verilməsinə qarşı güclü etirazlar mövcuddur və hakimin və ya digər səlahiyyətli orqanın iştirak etməsi lazım olduğu düşünülür. İtaliyada qadın məhkəməyə müraciət edə bilər və təxirəsalınmaz təhlükə vəziyyəti olduğu təqdirdə 24 saat ərzində qadağanedici əmri verə biləcək bir hakim təyin ediləcəkdir. İspaniyada belə bir TQƏ yoxdur, ancaq məişət zorakılığı ilə məşğul olan ixtisaslaşmış məhkəmələr çox tez toplanır və təcili hallarda bu eyni gündə baş verə bilər. Əlavə olaraq, polis vəziyyəti təxirəsalınmaz təhlükəli kimi xarakterizə edərsə, hakim dərhal belə bir əmr verir və polis təcili qoruma tələb olunarsa, əmr çıxana qədər şəxsi tutaraq həbsdə saxlamağa borcludur.21 20. Professor Carol Hagemann-White. “Qadının zorakılığa qarşı qorunmasına dair Rec (2002) 5 saylı Tövsiyənin yerinə yetirilməsinin izlənməsi prosesindən əldə edilən dərslər”, Avropa Şurasına təqdim olunan daxili hesabat, Fevral 2014. 21. İspaniyada həm cinayət mühakiməsi ilə əlaqədar mühafizə orderlərinin, həm də xəbərdarlıq xarakterli əmrlər üçün növbətçi hakimə müraciətdə çox sadə prosedurlar vardır. Təcili qadağanedici əmrlər kontekstində hüquqların və hüquqi təminatların tarazlaşdırılması ► Səhifə 29


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.
Convention Istanbul - Article 52 by 360marcom - Issuu