Təcili qadağanedici əmrlər kontekstində hüquqların və hüquqi təminatların tarazlaşdırılması Şəxsi toxunulmazlıq (şəxsi və ailə həyatına hörmət) və digər hüquqların tarazlaşdırılması TQƏ məsələsində həssas məqam şəxsin öz yaşayış yerindən kənarlaşdırılmasıdır. Bu səbəbdən, onun şəxsi toxunulmazlıq (şəxsi və ailə həyatına hörmət), mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqları zərər çəkmiş və ya riskə məruz qalmış şəxsin hüquqlarına qarşı tarazlaşdırılmalıdır. Bunlara yaşamaq hüququ, fiziki və cinsi toxunulmazlıq hüququ və ailə həyatına hörmət hüququ daxildir. Bu mənada qeyd etmək lazımdır ki, zorakılıqla müşayiət olunan cinayət zərər çəkmiş şəxs və cinayətkar arasında şəxsi məsələ deyil. Məhkəmə “hakimiyyət orqanlarının şəxsi və ailə həyatına müdaxiləsi bir şəxsin sağlamlığını və hüquqlarını qorumaq və ya müəyyən hallarda cinayət əməllərinin qarşısını almaq üçün zəruri ola bilər” bəyanatını vermişdir.17 CEDAW (Qadına Qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair Konvensiya) Komitəsi qeyd etmişdir ki, “... cinayətkarın hüquqları qadınların fiziki və psixi toxunulmazlıq hüququnu üstələyə bilməz”.18 Başqa bir şəxsə qarşı zorakılığı qanuniləşdirmək üçün şəxsi toxunulmazlıq hüququna istinad 17. B. Moldova Respublikasına qarşı (2013), 46; Opuz; 144; Bevacqua, 83. 18. Yıldırım və Goecke, 12.1.
► Səhifə 25