Skip to main content

Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Page 1

AMERIKA XALQINDAN

Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) İmtina Haqqında Bildirişi Müəllifin bu nəşrdə ifadə etdiyi fikirlər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və ya ABŞ hökumətinin mövqeyini özündə əks etdirməyə bilər.


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

GİRİŞ

GLOBAL G.A.P. NƏDİR? GLOBALG.A.P.: Qabaqcıl Kənd Təsərrüfatı Təcrübəsi (GAP) müşahidəyə əsaslanan beynəlxalq təsərrüfat standartlarıdır və Avropa Pərakəndə Ticarətçilər Kənd Təsərrüfatı Məhsulları üzrə İşçi Qrupu (EUREP) tərəfindən yaradılıb və fermerləri daha yaxşı məhsul istehsalına yönəldir. Bu məhsul bazarında tətbiq edilən standartdır və ümumiyyətlə işçilərin sağlamlığı, təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı və nəzarətetmə konsepsiyasına əsaslanır. EUREPG.A.P. ilk dəfə 1997-ci ildə yaradılmışdır. İstehsalçılar ilə pərakəndə ticarətçilər arasında bağlanan müqaviləyə əsasən ticarətçilər inteqrasiyalı məhsula və digər kriteriyalara nəzarət etməli idi, ona görə də Qabaqcıl Kənd Təsərrüfatı Təcrübəsini işləyib hazırlamaq və tətbiq etmək zəruriyyəti yarandı. 1997-cı ildən keçən 10 il ərzində istehsalçıların və pərakəndə ticarətçilərin sayı artdı və bu da Qabaqcıl Kənd Təsərrüfatı Təcrübəsinə ehtiyacın olmasını labüd etdi. Bu təbii inkişaf prosesinin nəticəsi kimi yeni brendin (marka) yaradılması və idarə edilməsi üçün atılmış mühüm bir addım idi. 2007-ci ilin sentyabr ayında keçirilmiş 8-ci qlobal konfrans zamanı EUREPG.A.P. adı GLOBALG.A.P. ilə əvəz olundu.

3


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

ƏSAS MÖVZULAR I. Qabaqcıl Aqrotexniki Qaydalar Dedikdə Nə Başa Düşülür? Anlayışın izahı Qabaqcıl Aqrotexniki Qaydalardan (GAP) kim yararlanır? Diaqram: Qabaqcıl Aqrotexniki Qaydalar (GAP) nəyə xidmət edir? II. Qabaqcıl Aqrotexniki Qaydalar (GAP) Niyə Tətbiq Olunmalıdır? Qabaqcıl Aqrotexniki Qaydaların (GAP) tətbiq olunmaması nəticəsində yaranan problemlərin və risklərin üstün və faydalı cəhətlərlə müqayisə olunması III. Qabaqcıl Aqrotexniki Qaydalar (GAP) Necə Tətbiq Olunmalıdır? 1. Kişi və qadın işçilərin iş şəraitini necə yaxşılaşdırmaq olar? Kişi və qadın işçilər üçün hansı xidmətlərin göstərilməsinə zəmanət vermək olar? İşçilər üçün hansı xidmətlərin göstərilməsinə zəmanət vermək olar? 2. Ən yaxşı əkin sahəsi hansıdır? 3. Əkin üçün torpaq sahəsi necə hazırlanmalıdır? 4. Məhsulla necə davranmaq lazımdır? 5. Su ehtiyatlarını və suvarmanı necə idarə etmək olar? Sudan və suvarmadan necə istifadə etmək lazımdır? Ailə üzvləri və işçilər üçün nəzərdə tutulmuş su mənbələri 6. Aqrokimyəvi dərmanlar necə istifadə olunmalıdır? Hansı aqrokimyəvi dərmanlardan istifadə etmək olar? Özünü qoruma üçün hansı vasitələrdən istifadə edilməlidir? Aqrokimyəvi dərmanlar necə tətbiq olunmalıdır? Aqrokimyəvi dərmanları harada və necə saxlamaq lazımdır? Boş qablarla nə etmək lazımdır? 7. Gübrələrin növü və tətbiq norması Gübrələri necə tətbiq etmək lazımdır? Gübrələr harada və necə saxlanılmalıdır? 8. Üzvi gübrədən (peyindən) necə istifadə etmək lazımdır? Üzvi gübrənin (peyinin) növü və tətbiq norması Peyini harada hazırlamaq lazımdır? 9. Heyvanlar İşçi heyvanlar Məhsuldar heyvanlar Ev heyvanları (it, pişik və s.) 10. Ən yaxşı yığım üsulu hansıdır? İşçilər məhsulu hansı şəraitdə yığmalıdırlar? 11. Məhsul necə daşınmalıdır? 12. Məhsulu satarkən nəyi nəzərə almaq lazımdır? 13. İstehsala daha yaxşı nəzarət etmək üçün hansı məlumatları toplamaq lazımdır? 14. Məhsulun qabaqcıl aqrotexniki qaydalar (GAP) əsasında emal olunduğunu alıcı necə müəyyən edir? 15. Sertifikatlaşdırma 16. İstinadlar

4


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

QABAQCIL AQROTEXNİKİ QAYDALAR DEDİKDƏ NƏ BAŞA DÜŞÜLÜR? Anlayışın İzahı * Ekoloji cəhətdən təmiz və sağlam ərzaq məhsulunun istehsal olunması və işçinin maddi rifahının yaxşılaşdırılması istehlakçıları daha çox narahat edən məsələlərdən biridir. * Qabaqcıl aqrotexniki qaydalar (GAP) anlayışı məhz bu kontekstdən çıxış edərək istehsalın lazımi səviyyədə həyata keçirilməsi və bunun üçün müvafiq zəmanətin verilməsi kimi başa düşülür.

Qabaqcıl Aqrotexniki Qaydalardan (GAP) Kimlər Yararlanır? * Sağlam və keyfiyyətli ərzaq məhsulu ilə qidalanan və məhsulunun dəyərini a rtıra ra q b a za rd a kı mö vq e yi n i gücləndirən fermerlər və onların ailə üzvləri * Dayanıqlı istehsala əsaslanan, keyfiyyətli və sağlam ərzaq məhsulları ilə qidalanan istehlakçılar * Daha yaxşı mühitdən yararlanan insanlar

* Qabaqcıl aqrotexniki qaydalar (GAP) və qabaqcıl istehsal qaydaları (GMP) ərzaq məhsullarının istehsalına, emalına, daşınmasına, işçilərin və onların ailə üzvlərinin iş şəraitinin yaxşılaşdırılmasına, eləcə də insan sağlamlığının və ətraf mühitin qorunmasına xidmət edən prinsiplərdən, qaydalardan və texniki tövsiyyələrdən ibarətdir.

5


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

QABAQCIL AQROTEXNİKİ QAYDALAR (GAP) NƏYƏ XİDMƏT EDİR?

QABAQCIL AQROTEXNİKİ QAYDALAR (GAP) NİYƏ TƏTBİQ OLUNMALIDIR?

6


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

QABAQCIL AQROTEXNİKİ QAYDALAR (GAP) NECƏ TƏTBİQ OLUNMALIDIR? Kişi və qadın işçilərin iş şəraitini necə yaxşılaşdırmaq olar? Bütün işçilər sosial müdafiə sistemində qeydiyyatdan keçməlidir. Bütün işçilərə aqrokimyəvi dərmanların/gübrələrin tətbiqi, gigiyena və ilkin tibbi yardımın göstərilməsi üzrə təlim keçirilməlidir.

Əsas diqqət uşaq təhsilinə verilməlidir. Uşaqlar yalnız dərslərini hazırladıqdan sonra təsərrüfat işlərinə kömək edə bilərlər. 7


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Kişi və qadın işçilər üçün hansı xidmətlərin göstərilməsinə zəmanət vermək olar?

İşçilər üçün hansı xidmətlərin göstərilməsinə zəmanət vermək olar? Kimyəvi dərmanları tətbiq edən işçilər ilkin tibbi yardım ləvazimatlarından və fərdi mühafizə vasitələrinin istifadə etməlidir.

Bütün işçilər üçün lazımi sayda standart və səyyar tualet olmalıdır. Tualetlər təmiz saxlanılmalı, yaxşı vəziyyətdə olmalı və havalandırılmalıdır. Qapılar kip bağlanmalıdır. Tualetlərdə zibil qabı, əl-üzyuyan, içməli su, sabun və dəsmal olmalıdır. 8


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Əgər zibil qabları və ya su çənləri gigiyenik məqsədlər üçün istifadə edilərsə, aşağıdakı qaydalara əməl etmək lazımdır: Qabların daxili və xarici səthi təmiz olmalıdır Su dövr etməli, soyuq və qoxusuz olmalıdır Qablar və çənlər kölgədə saxlanılmalıdır Gigiyena tədbirləri: Hər bir şəxs öz təmizliyinə fikir verməlidir “Tualetdən istifadə edin” və “əllərinizi yuyun” kimi məlumatları özündə əks etdirən lövhələrdən istifadə edin. Tualetdən istifadə etdikdən Əgər sizdə hər hansı yoluxucu xəstəliyin (ishal, qusma və s.) sonra əllərinizi yuyun əlaməti varsa, təmiz qida məhsullarına əl vurmayın.

Qabaqcıl Aqrotexniki Qaydalar (GAP) Ən yaxşı əkin sahəsi hansıdır?

-Təsərrüfatınızı yaxşı tanıyın -Daha münbit torpaq sahələrini və su mənbələrini müəyyən edin

9


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Kimyəvi maddələrlə çirklənmiş sahələri əkmək olmaz

Sahəni zibildən, kağız parçalarından, plastik materiallardan və boş qablardan təmizləyin Suyun çirklənməsi riskini müəyyən edin

Əkin sahəsində mövcud olan zərərvericilərin, xəstəliklərin və alaq bitkilərininotlarının növləri barədə məlumat toplayın

Ətraf sahələrdə təsərrüfatınızı çirkləndirən hər hansı mənbənin olub olmadığını müəyyən edin

10


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Əkilmiş məhsulun adını və fərqli təsərrüfat bölmələrinin nömrəsini özündə əks etdirən məlumat lövhələri asılmalıdır.

Etibar etdiyiniz aqronomla məsləhətləşin

Torpaq sahəsi necə hazırlanmalıdır? Aqronomun köməyi ilə torpağın analizini aparın və bitkinin yaxşı kök atdığı torpaq qatlarınınlaylarının dərinliyini yoxlayın

Əkin sahəsində yamacın maililiyini nəzərə alın

11


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

To r p a ğ ı m ü m k ü n q ə d ə r minimum səviyyədə becərin

Torpağın eroziyası və kiplənməsi hallarının qarşısını alın

Növbəli əkin sistemindən istifadə edin

Etibar etdiyiniz aqronomla məsləhətləşin 12


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Məhsulla necə davranmaq lazımdır? Sahənin iqliminə uyğunlaşa bilən toxumlardan istifadə edin

Aqrotexnikin tövsiyəsi əsasında əksər xəstəliklərə qarşı davamlı olan sağlam toxum materialından istifadə edin

Zərurət yarandıqda xəstəliklərin qarşısını almaq və zərərvericiləri məhv etmək üçün müəyyən aqrotexniki qaydalardan istifadə edin

Əkin üçün uyğun tarix seçin və həmin dövrdə sahədə heç bir xəstəlik, zərərverici və quraq mühit olmamalıdır

13


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Tullantılar: Sahənin strateji yerlərində zibil qabları olmalıdır. Hər iş vaxtının sonunda zibil qablarını boşaldın.

Sıxlıq: Əkin sıxlığının (əkin sxeminə) uyğunluğuna diqqət edin .

Şitillərin əkilməsi: Sağlam şitillərdən istifadə edin və xəstəliyə yoluxmuş zəif şitilləri məhv edin

Dezinfeksiya olunmuş təmiz alətlərdən istifadə edin və iş zamanı bir bitkidən digərinə keçdikdə zəruri olduğu halda təkrar dezinfeksiya edin

14


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Məhsulun qorunması Əkin tirələri: tirələri günəş işığından və yağışdan qoruyun İstixanalar: rütubət və temperaturun lazımi səviyyədə olması üçün müvafiq tədbirlər görün Havalandırma: mövsümləri və məhsulun tələbatını nəzərə alaraq küləyin sürətinə, temperatura və rütubətə nəzarət edin

Etibar etdiyiniz aqronomla məsləhətləşin

Su ehtiyatlarını və suvarmanı necə idarə etmək olar? Su analizi Sahədəki su mənbəyini ən az ildə bir dəfə yoxlayın və suyun çirklənib çirklənmədiyini müəyyən edin Sudan səmərəli istifadə Sudan lazımi miqdarda və məhsulun tələbatına uyğun olaraq istifadə edin

15


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Heyvanlar sahədəki su mənbələrinə girməməlidir

Kimyəvi dərmanları su mənbələrinə yaxın yerdə hazırlamaq və ya tətbiq etmək olmaz Etibar etdiyiniz aqronomla məsləhətləşin

Sudan və suvarmadan necə istifadə etmək lazımdır? Suvarma məhsuldarlığı artırır

Aqronomun köməyi ilə suvarma suyunun təmiz mənbələrini müəyyən edin.

Yadda saxlayın! – Kanalizasiya suyundan suvarma məqsədləri üçün istifadə etmək, eləcə də ailə üzvlərinə və ya heyvanlara vermək olmaz.

16


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Su çənlərini və suvarma kanallarını heyvanlardan, quşlardan və s. qoruyun. Əgər su çirklənibsə, ailə üzvləri və işçilər xəstələnə, məhsulunuz isə çirklənə və xəstəliklərlə yoluxa bilər.

Kanalları zibildən təmizləyin

Yalnız məhsulunuz üçün tövsiyə edilən suvarma metodundan istifadə edin Məhsulun suya olan tələbatını nəzərə alın və sahəni həddən artıq suvarmayın

Sudan düzgün istifadə etmədikdə məhsulun keyfiyyəti aşağı düşə bilər, ona görə də xüsusi sahəyə uyğun müvafiqsuvarma norması (proqramı) həyata keçirilməlidir Etibar etdiyiniz aqronomla məsləhətləşin

17


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Ailə üzvləri və işçilər üçün nəzərdə tutulmuş su mənbələri Təsərrüfatda ailə üzvlərinin və işçilərin yuyunması üçün içməli su mənbəyi olmalıdır Boş və köhnə qablarda uzun müddət qalmış sudan istifadə etmək olmaz Durğun suya ağcaqanad və heyvan yığışır, ona görə də insan sağlamlığı üçün təhlükə yarana bilər

Əgər sahədə içməli su yoxdursa, mövcud su mənbəyini müvafiq metodlarla (məs. qaynatma, xlorlama və s.) təmizləmək lazımdır

18


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Aqrokimyəvi dərmanlar necə istifadə olunmalıdır? Hansı aqrokimyəvi dərmanlardan istifadə etmək olar?

Təsərrüfatınıza ziyan vuran alaq bitkiləri, xəstəlikləri və zərərvericiləri tanıyın

Kimyəvi mübarizənin əvəzinə bioloji və fiziki mübarizə vasitələrinin mümkün istifadəsini nəzərə alın

19


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Aqronomla məsləhətləşin və təsərrüfatınıza ziyan vuran alaq bitkiləri və xəstəliklərə qarşı mübarizə aparmaq üçün uyğun aqrokimyəvi preparatlardan istifadə edin İstifadə etdiyiniz aqrokimyəvi dərmanlar ölkənizdə qeydiyyatdan keçməlidir İstifadə müddəti qurtarmış və ya yararsız dərmanlardan istifadə etmək

Etibar etdiyiniz aqronomla məsləhətləşin

Özümü qorumaq üçün hansı vasitələrdən istifadə etməliyəm? Kimyəvi dərmanların tətbiq olunduğu sahəyə uşaqların, qocaların və hamilə qadınların girməsi qadağandır Qoruyucu vasitələr: Qoruyucu linzalar Rezin əlcəklər Qoruyucu maska Rezin çəkmələr

20

Sukeçirməyən kombinezon

Kimyəvi dərmanların tətbiqindən sonra duş almaq və fərdi mühafizə vasitələrini yumaq lazımdır


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Aqrokimyəvi dərmanları harada və necə saxlamaq lazımdır? Aqrokimyəvi dərmanlar aqronomun tövsiyə etdiyi miqdarda tətbiq olunmalıdır Problemi aşkarlamaq üçün sahəni vaxtaşırı olaraq müşahidə etmək lazımdır Dərmanların tətbiq sayını qeyd edin

Dərmanın tətbiqindən sonra müəyyən edilmiş gözləmə

Aqrokimyəvi dərmanları harada və necə saxlamaq lazımdır?

21


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Boş qablarla nə etmək lazımdır?

Gübrələrin növü və tətbiq norması Aqronomla məsləhətləşin. Kimyəvi gübrələrin üzvi gübrələrlə (peyinlə) əvəz edilməsinin mümkünlüyünü yoxlayın

Etibar etdiyiniz aqronomla məsləhətləşərək gübrələrin növünü və tətbiq normalarını müəyyən edin

22


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Gübrələri necə vermək lazımdır? Gübrələri yalnız aqronomun tövsiyə etdiyi və tələb olunan dozada verin Gübrəni lazım olandan artıq miqdarda vermək olmaz, əks halda su və torpaq çirklənə bilər

Müvafiq qeydlər aparın

Gübrələri harada və necə saxlamaq lazımdır?

23


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Üzvi gübrədən (peyindən) necə istifadə etmək lazımdır? Heyvan və ya bitki mənşəli peyinin istifadəsinin mümkün olub olmadığını yoxlayın Yadda saxlayın ki, üzvi gübrədən (peyindən) düzgün istifadə etmədikdə ətraf mühit çirklənir

Hansı peyindən və necə istifadə etmək lazımdır? Yalnız sabit tərkibli peyindən istifadə edin (əgər varsa) Yalnız kompost tərkibli peyindən istifadə edin

Əkindən qabaq torpaq analiz edilməli, ehtiyac duyularsa sahəyə peyin vermək lazımdır

Müvafiq qeydlər aparın

24


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (Global G.A.P.)

Üzvi gübrəni (peyini) harada hazırlamaq lazımdır? Peyinin hazırlandığı yer əkin sahəsindən aralı olmalıdır Peyinin hazırlandığı yer sel və daşqının baş verdiyi sahələrdən və su mənbələrindən aralı olmalıdır

Heyvanlar İşçi heyvanlar İşçi heyvanların sağlamlığını yoxlayın və baytar həkimlə məsləhətləşin

Sahə işlərinə cəlb olunmayan işçi heyvanları təsərrüfatdan çıxarın

25


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Məhsuldar heyvanlar Heyvanları uyğun yerdə saxlamaq, lazımi səviyyədə qidalandırmaq, təmiz içməli su ilə təmin etmək və xəstə olanları müalicə etmək lazımdır

Ev heyvanları (itlər, pişiklər və s.) Heyvanlar olmaz Ev heyvanlarını (itləri, pişikləri və s.) əkin sahəsinə, eləcə də aqrokimyəvi preparatların və gübrələrin saxlandığı yerlərə yaxın buraxmaq olmaz Heyvanların əkin sahəsinə buraxılmaması işçilərə bildirilməlidir. Sahədə xəbərdarlıq lövhələri olmalıdır

Ən yaxşı yığım üsulu hansıdır? Yığım mərhələsi mühüm əhəmiyyət kəsb edir, çünki məhsul məhz bu mərhələdə çirklənə bilər ! İşçilər hansı şəraitdə məhsul yığmalıdır? Məhsul yığan işçilərin saçı tökülməməli, əlləri təmiz, dırnaqları isə qısa olmalıdır. Yığım vaxtı içki içmək və siqaret çəkmək olmaz

-Yerə tökülmüş meyvəni yığmaq olmaz amma mütləq sahədən uzaqlaşdırılmalıdır əks halda xəstəlik mənbəyi ola bilər 26


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Məhsulu ehtiyatla yığın və əzməyin Yığılmış meyvə-tərəvəz təmiz (yeni yaxud yuyulmuş) qaba qoyulmalı və torpağın səthinə dəyməməlidir Məhsulu kimyəvi dərman və gübrə qablarına yığmaq olmaz

Yığılmış meyvə-tərəvəz kimyəvi dərmanların və gübrələrin saxlanıldığı yerlərdən, heyvanlardan aralı və kölgədə saxlanılmalıdır

Məhsul necə daşınmalıdır? Məhsulu daşıyan nəqliyyat vasitəsi təmiz olmalı və tranzit tələblərinə cavab verməlidir Məhsulu yükləyərkən ehtiyatlı olun

Məhsulu aqrokimyəvi dərman, gübrə və heyvanlarla birlikdə daşımaq olmaz

Açıq nəqliyyat vasitələrində daşınan məhsulun üstü örtülməli, günəş işığından, tozdan və yağışdan qorunmalıdır

27


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Məhsulu yükləyən və boşaldan işçilər təmizliyə fikir verməli və gigiyenik tələbləri yerinə yetirməlidir.

Yüklənmiş məhsulun növünü və miqdarını, o cümlədən məhsulu daşıyan sürücünün adını yaxud ailə üzvünün adını qeyd edin

Məhsulu satarkən nəyi nəzərə almaq lazımdır? Bazarı araşdırın və qiymətləri öyrənin

Meyvə və Tərəvəz Qonşu fermerlərlə görüşün, məhsulun hansı qiymətə və kimə satıldığını onlardan öyrənin Məhsulu daha yaxşı qiymətə satmaq üçün digər istehsalçılarla əməkdaşlıq edin 28


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Məhsulu etibar etdiyiniz şəxsə satın

Məhsulu davamlı olaraq satmaq üçün kooperativlərlə, topdansatış ticarətçilərlə və supermarketlərlə əlaqə yaradın

Keyfiyyəti daha yüksək olan məhsulu göstərin

İstehsala daha yaxşı nəzarət etmək üçün hansı məlumatları toplamaq lazımdır?

29


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Sahə ilə bağlı məlumatların qeydə alınması Sahənin adı Sahənin yeri Sahənin sahibi Aqrotexnikin və ya rəhbərin adı Əkilmiş sahə Məhsulun növü Məhsulun sortu Tətbiq ili

Gəlir və xərclər barədə məlumatların qeydə alınması: Toxumun alış qiyməti və xərci Aqrokimyəvi dərmanların və gübrələrin alış qiyməti və xərci Avadanlıqlarla bağlı xərclər İşçilərə ödənilən məvacib Ümumi əkin xərcləri Ümumi yığım xərcləri Ailə üzvlərinin və işçilərin sağlamlığının qorunması ilə bağlı xərclər Digər məsrəflər (ərzaq, geyim, daşına və s.) Məhsulun satışından əldə olunan gəlirlər Sahədən kənar görülən işlərdən əldə olunan gəlirlər Digər gəlirlər Məhsulun satış qiyməti

Təsərrüfat işləri ilə bağlı məlumatların qeydə alınması: Toxumun səpilməsi və məhsul yığımından qabaq görülən işlər Səpilən toxumun miqdarı Təsərrüfata verilən aqrokimyəvi dərmanların, gübrələrin və ya peyinin miqdarı Aqrokimyəvi dərmanların, gübrələrin və ya peyinin verildiyi tarix Aqrokimyəvi dərmanı və ya gübrəni təsərrüfata verən şəxsin adı Peyinin mənşəyi Sahə işçilərinin adları Mövcud xəstəliklərin və zərərvericilərin adları

30

Məhsul yığımı Yığım tarixi Yığılmış məhsulun miqdarı Məhsul yığımına kimi tətbiq olunmuş aqrokimyəvi dərmanların və gübrələrin miqdarı Məhsul yığımına cəlb olunmuş işçilərin sayı Çatdırılma Çatdırılma tarixi Çatdırılmış məhsulun miqdarı Sahənin adı (mənşəyi) Alıcının adı Fakturanın nömrəsi Daşınma şirkətinin və vasitəsinin adı


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Məhsulun qabaqcıl aqrotexniki qaydalar (GAP) əsasında emal olunduğunu alıcı necə müəyyən edir? Məhsulun qabı onun fərqləndirən vasitələrdən biridir

Məhsulunuzu daha əlverişli qiymət təklif edən digər bazarlarda sata bilərsiniz

İstehlakçı məhsulunuzu etiketindən tanıya bilər. Həmin etiketdə məhsulun istehsalı qaydaları barədə məlumat verilməlidir

QABAQCIL AQROTEXNİKİ QAYDALARIN (GAP) TƏTBİQİNƏ HƏR KƏS MƏSULİYYƏT DAŞIYIR

31


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Sertifikatlaşdırma Nədir? Sertifikatlaşdırma latın sözü olub “düzgün edilmişdir” mənasını ifadə edir. Bu termin ilk dəfə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Sertifikatlaşdırma məsələləri üzrə komitəsi (SERTİCO) tərəfindən formalaşdırılmışdır. Sertifikatlaşdırma termini 1982-ci ildə ISO/IEC 2 “Standartlaşdırma, sertifikatlaşdırma və sınaq laboratoriyalarının akkreditasiyası sahəsində ümumi terminlər və təyinlər” rəhbərlik sənədinə daxil edilmişdir. Bu sənədə görə sertifikatlaşdırma məmulatın və ya xidmətin müəyyən standartlara və ya normativ sənədlərə uyğunluğunun sertifikat və ya uyğunluq nişanı vasitəsi ilə təsdiqlənməsidir. Sertifikatlaşdırmanın əsas məqsədi əhalinin həyatı, sağlamlığı, əmlak və ətraf mühit üçün təhlükəli olan məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısının alınması, istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində kömək edilməsi, müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmitexniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaradılmasından ibarətdir.

32


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

Sertifikatlaşdırmanın Faydaları Məhsulun sertifikatlaşdırılması əhalinin həyatının, sağlamlığının, əmlakının və ətraf mühit üçün təhlükəli olan məhsulun buraxılmasının və satışının qarşısının alınması, istehlakçılara məhsulun səriştəli seçilməsində köməkliyin göstərilməsi və müəssisələrin beynəlxalq-iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şəraitin yaradılması üçün aparılır.

Global G.A.P. Sertifikatlaşdırlması Üçün 5 addım 1.GLOBALG.A.P. Standart Sənədləri və Yoxlama Vərəqələrin www.globalgap.org internet səhifəsindən yükləyin 2.Seçdiyiniz sertifikatlaşdırma qurumu vasitəsi ilə GLOBALG.A.P. Number (GGN) kodunu əldə edin. 3.Yoxlama vərəqələrindən istifadə edərək təssərüfatınızın uyğunluğun qiymətləndirin və uyğunsuzluqları aradan qaldırın. 4.GLOBALG.A.P. sertifikatlaşdırmasın həyata keçirən qurumla audit vaxtını təyin edin. 5.Auditi müvəffəqqiyətlə başa vurdunuzsa onda bir il qüvvədə olan GlobalG.A.P. sertifikatını əldə edəcəksiniz.

33


Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.)

İstinadlar: 1.Guidelines for Good Agricultural Practices FAO/Departmental Program on Food and Nutritional Security 2007 2.Good Agricultural Practicies (GAP) Assistance Manual. Michigan University 2011 3.US FarmGAP/OIA Certification North America

34


USAID/Azerbaijan The Landmark Building 96 Nizami street Baku, Azerbaijan https://www.usaid.gov/Azerbaijan


Turn static files into dynamic content formats.

Create a flipbook
Kənd Təsərrüfatında Qabaqcıl Aqrotexniki Qaydalar (GlobalG.A.P.) by USAID_Private_Sector_Activity - Issuu