AMERIKA XALQINDAN
Damla Suvarma Sistemlərinə Texniki Xidmətin Göstərilməsi
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) İmtina Haqqında Bildirişi Müəllifin bu nəşrdə ifadə etdiyi fikirlər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və ya ABŞ hökumətinin mövqeyini özündə əks etdirməyə bilər.
Damla Suvarma Sistemlərinə Texniki Xidmətin Göstərilməsi
SƏPİCİ UCLUQLARIN TUTULMASININ SƏBƏBLƏRİ
Azərbaycanda istifadə olunan damla suvarma sistemlərinin əksəriyyəti torpağın üst səthinə quraşdırılır. Ölkə təsərrüfatlarında ən geniş yayılmış problemlərdən biri də suvarma borusundakı səpici ucluqların tutulmasıdır. Tutulmanın aşağıdakı səbəbləri vardır: • Borudakı suda yad cismin olması, • Kimyəvi maddələrin birləşərək dəlikləri tutması, • Səpici ucluqlarda palçıq kütləsinin yaranması. Beton yaxud torpaq nohurda qalmış su bir müddətdən sonra mamırın və ya yosunun yaranmasına səbəb olur. Beləliklə, həmin suyu sistemə vurduqda səpici ucluqlar mamırla və yosunla tutulur. Səpici ucluqlar qumla, həşəratla, balıqla və onların yumurtaları ilə də tutula bilər. Azərbaycandakı əksər torpaq növlərinin bikarbonat tərkibi və pH səviyyəsi (7.0-dən yuxarı) yüksəkdir. pH səviyyəsi yüksək olan torpaq sahələrində bikabonatlar birləşir. Suvarma suyuna qatılmış kalsium yaxud fosfor tərkibli gübrələr belə torpaq mühitində problemi daha da çətinləşdirir və səpici ucluqların ətrafına ağ toz kütləsi yığılır. Həmin kütlə parçalanaraq ucluqlardakı dəlikləri tutur. Damla suvarma xəttini bağladıqda boruların daxilində vakum yaranır və torpaq səthinə toxunan səpici ucluqlar torpaq hissəciklərini özünə çəkir. Bir müddətdən sonra xəttin sonundakı səpici ucluqlar tam tutulur və ya digər ucluqlarla müqayisədə daha az miqdarda su qəbul edərək ağacın inkişafını yubadır. Azərbaycanın təsərrüfatlarında tez-tez rast gəlinən problemlərdən biri də suvarma suyunun sızmasıdır. Suvarma suyunun sızmasına bəzi hallarda heyvanlar və ya otbiçən maşınlar səbəb olur. Ona görə suvarmadan qabaq bütün boru sistemini yoxlayaraq bu problemi aradan qaldırmaq lazımdır.
3
Damla Suvarma Sistemlərinə Texniki Xidmətin Göstərilməsi
Əgər suvarma borusu sızarsa, həmin hissəyə izolyasiya lenti dolamaqla bu problemi həll etmək olar. Bundan başqa, problemi aradan qaldırmaq üçün suvarma sisteminin təchizatçısına müraciət etmək olar. Suvarma sistemlərini əks istiqamətdə yuyaraq filtrləri təmizləmək lazımdır. Suvarma xəttinin sonluğunu açaraq sistemdən təmiz su çıxana kimi boruları yumaq lazımdır. Əsas və köməkçi xətlərdəki yuma klapanlarını da tez-tez açaraq sistemi yumaq olar.
Suvarma suyu hətta beton hovuzda saxlansa belə vaxtaşırı və ya davamlı olaraq xlorlanmalıdır. Fermerlərin əksəriyyəti xlordan (sodium hipoxlorit) istifadə edir və bu maddəni istənilən dərman mağazasından əldə etmək olar. Xlorun tətbiq norması mağazadan alınmış məhsulun konsentrasiyasından asılı olaraq dəyişir. Burada əsas məqsəd 10-20 ppm tərkibli xlor məhlulu hazırlamaqdır. Həmin məhlul ən az 2 saat müddətinə çəndə qaldıqdan sonra suvarma sisteminə vurulmalıdır. 10 ppm məhlulun hazırlanması üçün 40 litr məişət xlorunu 400 litr suya qatmaq lazımdır. Problemin həlli üçün daha aşağı tətbiq normasından istifadə edin, lakin nəticə əldə edilməzsə, xlorun miqdarını artırın. Xloru filtrin yuxarı axın istiqamətinə vurun ki, o da yuyulsun. Əgər suvarma suyunun tərkibində yüksək miqdarda dəmir və ya manqan varsa, su xəttə daxil olmazdan qabaq filtrləri quraşdırmaq lazımdır. SUVARMA SUYUNA TURŞULARIN ƏLAVƏ OLUNMASI
4
Damla Suvarma Sistemlərinə Texniki Xidmətin Göstərilməsi SU SƏRFİNİN YOXLANILMASI
Suvarma Xəttində Su Sərfinin Ölçülməsi
SİSTEMDƏKİ DİGƏR HİSSƏLƏRİN YOXLANILMASI
5
Azərbaycanın əksər bölgələrində donma temperaturu suvarma suyunun donmasına səbəb olur və donmuş su sistemin bir çox hissələrini, məs. filtrləri, nasosu və hətta suvarma xətlərini sıradan çıxarır. Donma temperaturunun mövcud olduğu bölgələrdə sistemdəki suyun boşaldılması məsləhət görülür.
USAID/Azerbaijan The Landmark Building 96 Nizami street Baku, Azerbaijan https://www.usaid.gov/Azerbaijan