Skip to main content

Çiyələk istehsalı

Page 1

AMERIKA XALQINDAN

ÇİYƏLƏK İSTEHSALI

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) İmtina Haqqında Bildirişi Müəllifin bu nəşrdə ifadə etdiyi fikirlər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və ya ABŞ hökumətinin mövqeyini özündə əks etdirməyə bilər.


ÇİYƏLƏKÇİLİK

Mündəricat Təlimat kitabçasının məqsədi nədir.......................................................................4 Çiyələyin istifadəsi və marketinqi.........................................................................4 Çiyələyin qlobal miqyasda yetişdirilməsi..............................................................5 Azərbaycanın istehsal bölgələri............................................................................6 Yeni çiyələk istehsalçıları üçün qısa giriş məlumatı..............................................8 Çiyələk bitkisinin yetişdirilməsi və inkişafı...............................................................16 Çiyələk bitkisinin çoxaldılması.................................................................................30 Çiyələk sahəsinin gübrələnməsi və torpağın münbitliyi......................................34 Çiyələyin açıq sahədə yetişdirilməsi üçün tətbiq olunan aqrotexniki qaydalar....65 Çiyələk bitkisinin zərərvericiləri.........................................................................82 Çiyələk bitkisinin xəstəlikləri............................................................................100 Xəstəliklərə və zərərvericilərə qarşı kompleks (inteqrir) mübarizə tədbirlərinin______ görülməsi..............................................................................................................1 12 Alaq bitkilərinə qarşı mübarizə.......................................................................114 Çiyələyin yığılması, çeşidlənməsi, qablaşdırılması, saxlanılması, yüklənib________ boşaldılması və daşınması..................................................................................116 Təsərrüfatlarda riskin qiymətləndirilməsi, qida təhlükəsizliyi və GlobalG.A.P._______ standartı................................................................................................................120

3


ÇİYƏLƏKÇİLİK

Təlimat Kitabçasının Məqsədi Nədir? Azərbaycanın bəzi bölgələri çiyələk yetişdirilməsi və istehsalı üçün əhəmiyyətli qiymətə malikdir. Lakin, bu gəlirli sahə ilə daha çox fermer və digər şəxsi təsərrüfatlar məşğul ola bilər. Bəs çiyələk yetişdirən və gələcəkdə yetişdirmək istəyən təsərrüfat sahibləri düzgün və vaxtında qulluq işləri aparıb, xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə apararaq bol və yüksək keyfiyyətli (bazar rəqabətli) məhsul istehsal edə bilirlərmi? Bu təlimat elmi biliklərə əsaslanaraq çiyələk yetişdirmək istəyən hər bir fermerə hərtərəfli və obyektiv istiqamət vermək üçün dizayn olunmuşdur. Bundan başqa, bu təlimat gələcəkdə bu sahədə çalışacaq insanların şəxsi torpaq sahələrinin fitosanitar vəziyyətinin qorunub saxlanılması, təkmilləşdirilməsi və davamlı istifadəsi üçün idarəetmə məsləhətləri ilə təmin edir.

Çiyələyin Istifadəsi Və Marketinqi Əhəmiyyəti. Çiyələk məhsulu bazarda həm təzə, həm də dondurulmuş halda satılır. Emal olunmuş çiyələkdən həmçinin konsentrat, konservant, ekstrakt və dadlandırıcı əlavələr hazırlanır. Aşağıdakı cədvəldə çiyələyin zəngin qida tərkibi və insan sağlamlığı üçün faydalı cəhətləri göstərilib. Cədvəl 1. Çiyələyin Müalicəvi Əhəmiyyəti və Qidalılıq Dəyəri (147 qram)

* Mənbə: ABŞ-ın Ərzaq və Dərman Məhsullarına Nəzarət Administrasiyası, 2009.

4


ÇİYƏLƏKÇİLİK

Çiyələyin tərkibində kaliumun və maqneziumun yüksək miqdarda olması qan təzyiqinin tənzimlənməsinə kömək edir və qida maddələrinin təsirini gücləndirir. Bu meyvənin tərkibindəki maqnezium əzələ və sinir hüceyrələrini sakitləşdirir, qanın daha asan dövr etməsinə şərait yaradır. Çiyələyin tərkibindəki C vitamini sitrus meyvələri ilə müqayisədə daha çoxdur, ona görə də 147 qram çiyələk meyvəsi bu vitaminə olan gündəlik tələbatın 160%-ni ödəyir. Çiyələk meyvəsi B vitamini qrupuna aid olan niasin (nikotin turşusu) ilə də zəngindir. Niasin çatışmazlığı pellaqra xəstəliyinin yaranmasına səbəb ola bilər. Bu maddə 50 ildən artıqdır ki, qanda yüksək sıxlığa malik olan lipoproteidləri artırmaq üçün istifadə olunub. Niasin maddəsi insanın ürək-damar sistemində hər hansı problemin yaranması riskini də müəyyən dərəcədə azaldır.

Çiyələyin Qlobal Miqyasda Yetişdirilməsi Cədvəl 2-də göründüyü kimi, çiyələk istehsalı əsasən şimal yarımkürəsində mərkəzləşib, lakin çiyələk təsərrüfatlarının cənub yarımkürəsinə yayılmaması üçün heç bir səbəb yoxdur. Bununla belə, Afrika və Latın Amerikası belə təsərrüfatların genişləndirilməsinə olan ümidləri doğrultmadı. Son onilliyə aid olan məlumatları (təsərrüfatların sahəsində və məhsuldarlıq səviyyəsində mövcud olan artım baxımından) nəzərə alsaq görərik ki, ən böyük istehsal artımı Çinlə yanaşı, Aralıq dənizi ölkələrində də (Türkiyə, Misir və Yunanıstan) müşahidə edilir. Meksikada çiyələk istehsalı demək olar ki, ikiqat artıb. Bəzi ölkələrdə (məs. çiyələk sahələrinin genişliyinə görə Çindən sonra ikinci yeri tutan Polşada) çiyələk təsərrüfatlarının məhsuldarlığı orta səviyyəyə düşüb. Şərqi Avropa ölkələrinin (Polşa, Serbiya, Rusiya Federasiyası, Belarus və Rumıniya) çiyələk təsərrüfatlarında məhsuldarlığın qeyri-bərabər olmasının əsas səbəbi kiçik təsərrüfatlarda aqrotexniki qaydalarının lazımi səviyyədə tətbiq edilməməsidir.

5


ÇİYƏLƏKÇİLİK

Cədvəl 2. Ən Çox Çiyələk İstehsal Edən Ölkələr (2012-2017-ci illərin müqayisəsi)

* Mənbə: Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının statistik məlumatlar bazası (FAOSTAT), 2012-2017

Azərbaycanın Istehsal Bölgələri Azərbaycanın əksər əkinəyararlı ərazilərində orta-aşağı temperatur çiyələyin yetişdirilməsi üçün nəzərdə tutulan kritik səviyyədən yüksəkdir. Bununla belə, bir çox torpaq sahələrində minimum qış temperaturunun -12°C və -18°C arasında dəyişməsi açıq sahədə yetişdirilən çiyələyin məhvinə səbəb ola bilər.

6


ÇİYƏLƏKÇİLİK

Müəyyən bölgələrdə çiyələk istehsalına sərmayə yatırmazdan qabaq torpağın şəraitini və mühitini diqqətlə nəzərdən keçirmək lazımdır. Torpağın keyfiyyəti çiyələk üçün mühüm əhəmiyyət kəsb edir, yəni çiyələyin əsasən qumsal və ya qumsal-gillicəli torpaqlarda yetişdirilməsi üstün tutulur. Azərbaycanın əksər bölgələrində torpağın pH səviyyəsi 7.0- 8.3 arasında dəyişir. Belə pH göstəricisi neytral-turşu mühitində yetişən çiyələk üçün yararlı deyil. Quraq ərazilərin və suvarma suyunun duzluluq səviyyəsi əksər hallarda yüksək olur. Əksər bölgələrdə gilli torpaq sahələrinin pH-ı yüksək olduğu üçün çiyələyin məhsuldarlığı aşağı düşür. Azərbaycanın istehsal bölgələri bir-birindən fərqlənir. Belə ki, Lənkəran iqtisadi rayonu isti və yarımquraq olduğu halda, Quba- Xaçmaz iqtisadi rayonu mülayim iqlim tipinə malikdir, ona görə də ölkədə çiyələyi geniş miqyasda yetişdirmək çətindir. Azərbaycanın cənub bölgəsi olan Cəlilabad rayonu Aralıq dənizi sahilindəki paralel bölgələrlə eyni coğrafi en dairəsində yerləşir. Qış aylarında bu bölgələrdə əla keyfiyyətə malik çiyələk yetişdirilir. Cəlilabad rayonu ilə eyni iqlim tipinə malik olan Cənubi İtaliyanın Basilikata bölgəsi üçqat baha qiymətə satılan Sabrina Candonga və Parta Peloponnese (Yunanıstan) sortlarına görə Avropada çox məşhurdur. Parta Peloponnese sortu ümumi sahəsi 1000 hektar olan tunellərdə yetişdirilir və dekabr ayından başlayaraq əsasən Rusiyaya ixrac edilməsi nəzərdə tutulur. Azərbaycanın qərbində yerləşən Samux və Şəmkir rayonlarında bağ və tərəvəz məhsullarının istehsalına xidmət edən böyük istixana sektoru yaradılıb. Burada əsas ideya müxtəlif giləmeyvə sortlarının həm açıq, həm də örtülü sahələrdə (istixanalarda, adi və alçaq tunellərdə və s.) yetişdirməkdən ibarətdir. Bölgənin sakinləri bu sahədə təcrübə qazanıblar və assosiasiya yaxud müasir kooperativlər kimi güclü təşkilati struktur yaratmaqla marketinq və qarşılıqlı satış məqsədlərini həyata keçirmək olar. Bundan başqa, müasir istixanaların, maşın avadanlıqlarının, çeşidləmə və qablaşdırma məntəqələrinin, eləcə də soyuducu anbarların alınması və quraşdırılması üçün dövlətin lizinq dəstəyindən yararlanmaq olar. Azərbaycanın şimalında yerləşən Quba-Xaçmaz iqtisadi iyun ayında bar verən çiyələk sortlarının yetişdirilməsi üçün əlverişli mühitə malikdir. Bu bölgədə yetişdirilən giləmeyvə məhsulları hətta Avropanın və Orta Asiyanın ən məhşur bazarlarına yüksək qiymətə ixrac oluna bilər. Yay aylarında məhsulu torpaqsız mühitdə (hidroponik qablarda) yetişdirməklə super intensiv çiyələk təsərrüfatı yaratmaq mümkündür.

7


ÇİYƏLƏKÇİLİK

Yeni Çiyələk Istehsalçıları Üçün Qısa Giriş Məlumatı Çiyələyin sahədə yetişdirilməsi üçün lazım olan optimal şərtlər Mikroiqlim Gün ərzində günəş işığını ən az altı saat müddətində birbaşa olaraq qəbul edən, temperatur səviyyəsinin kəskin dərəcədə dəyişmədiyi, küləyin təsirindən yaxşı qorunan, drenaj sistemi olan, yağıntılı ərazilər çiyələyin yetişdirilməsi üçün ən yaxşı mikroiqlim hesab edilir. Əgər seçilmiş ərazinin mikroiqlimi əlverişli deyilsə, fermer həmin mühiti yaxşılaşdırmalı və ya başqa sahə seçməlidir. Cənuba doğru uzanan və nisbətən maili olan torpaq sahələri lazımi miqdarda günəş işığı qəbul edir, suyu yaxşı sızdırır və havanın dövr etməsinə şərait yaradır. Fotodövr Yuxarıda qeyd olunduğu kimi, iyun ayında yetişən çiyələk sortları davamlı olaraq 12 saatdan qısa keçən günlərdə çiçək açmayacaq. Bununla belə, remontant çiyələk sortları yalnız davamlı olaraq 12 saatdan uzun keçən günlərdə çiçəkləyir. Ona görə də mövsümə uyğun gələn çiyələk sortlarında istifadə etmək lazımdır. Fotodövr çiyələk bitkisinin boy atmasına və inkişafına güclü təsir göstərir. Uzun günlər (11-14 saat) bığcıqların əmələ gəlməsinə, saplağın və yarpaq ayasının uzanmasına şərait yaradır. Qısa günlər isə bitkinin boy atma ritmini və metabolizmini zəiflədir, bığcıqların inkişafını dayandırır, saplaq və yarpaq ayasını qısaldır, yarpaqların sayını azaldır. Temperatur Neytral çiyələk sortları 200C-290C temperatur həddində çiçəkləyir və bar verir. 290C temperaturda belə sortların çiçəkləməsi üçün yüksək hədd hesab olunur. Əgər temperatur aşağı düşərsə, bitki -60C-yə davam gətirəcək, lakin -120C tempraturda məhv olacaq. Bitkinin çiçəyi suboptimal temperatur səviyyəsində nizamsız şəkildə inkişaf edir, erkəkciklərin sayı həddən artıq azalır və lazımi miqdarda tozcuq əmələ gəlmir. Temperatur 100C dərəcədən aşağı düşdükdə bitkinin tozcuqları cücərmir və məhsuldarlıq aşağı düşür. Çiyələk bitkisi yazın ən erkən çağında çiçəkləyir, ona görə də şitilləri şaxta vuran çökək (alçaq) hissələrə əkmək olmaz, çünki soyuq hava sahənin ən alçaq hissələrinə düşərək bir neçə gün ərzində orada qalır. Beləliklə, həmin hissələrə əkilmiş bitkinin çiçəkləri yazın sonunda şaxtadan donaraq tökülə bilər. Bu baxımdan şaxta əleyhinə müvafiq mübarizə tədbirlərinin görülməsi nəzərdə tutulmalıdır. Temperaturun aşağı düşməsi və günlərin qısalması bitkinin reproduktiv (çiçəyin əmələ gəlməsi) mərhələyə, temperaturun qalxması isə vegetativ (bığcıqların əmələ gəlməsi) mərhələyə doğru inkişafına şərait yaradır. 8


ÇİYƏLƏKÇİLİK

Nisbi Rütubət (NR) Orta-yüksək nisbi rütubət və 150C-270C temperatur həddi unlu şeh xəstəliyinin inkişafına və yayılmasına şərait yaradır. Bitki xəstəliyi törədən digər göbələk növlərindən fərqli olaraq unlu şeh sporlarının yayılması və yoluxdurması üçün sərbəst su axını tələb olunmur. Ona görə də unlu şeh xəstəliyi hətta əksər xəstəliklərin problem yaratmadığı quraq ərazilərdə də çox ciddi təhlükə yaradır. Yarpaq ləkəliliyi (bakterial ölüm) mülayim-sərin havada, yəni 200C dərəcə gündüz temperaturunda, aşağı gecə temperaturunda (donma dərəcəsinə yaxın və ya aşağı) və yüksək nisbi rütubətdə yaranır. Yüksək nisbi rütubət bitkinin erkəkciyində tozcuq kisəciyinin açılmasını yubadır. Ona görə də çiçəkləmə dövründə qapalı çiyələk sahələrinin havalandırılması çox vacibdir. Sahənin Seçilməsi Çiyələyin yetişdirilməsi baha başa gəlir, ona görə də təsərrüfatı yerini elə seçmək lazımdır ki, maksimum miqdarda məhsul götürmək mümkün olsun. Bunun üçün çiyələk şitillərini üzü cənuba, şərqə və ya cənub-şərqə baxan (şimal yarımkürəsində), nisbətən maili yamaca əkmək lazımdır, çünki belə hissələr sahənin ən isti yeri hesab olunur. Çiyələk sahəsinin kultivasiyası tələb olunur, ona görə də çiyələk şitillərini dik yamacda əkmək olmaz. 10%-15% dərəcə maillilikdə əkilən yamaclar eroziyaya məruz qala, bəzi bitkilər yuyularaq torpaqdan kənara çıxa və ya torpağın altında qala bilər. Əgər çiyələyi yamaca əkməyə məcbursunuzsa, əkin cərgələrinin yamacla kəsişən istiqamətdə və ya kontur boyunca və eyni zamanda geniş olması məsləhət görülür. Bununla belə, çiyələk üçün nisbətən hündür və yamaclı sahələr üstün tutulur, çünki çiçəkləmə və barvermə mərhələsində olan bitki yaz şaxtasından donaraq zədələnə bilər. Çiyələk bitkisi müxtəlif torpaq növlərində (qumsal, gilli-gilicəli) boy ataraq məhsul verə bilir. Azərbaycanın mərkəzi aran rayonunda və əksər quraq bölgələrində pH və duzluluq səviyyələri yüksək olan lilli-gilli torpaq sahələri üstünlük təşkil edir. Belə torpaq sahələri çiyələyin yetişdirilməsi üçün yararlı deyil. Iri dənəli teksturaya malik olan qumsal torpaqlar əksər hallarda münbitliyini itirir. Belə sahələri daha tez-tez suvarmaq və diqqətlə gübrələmək tələb olunur. Tərkibində peyin və ya üzvi maddə olan alçaq torpaq sahələrinə əkilmiş bitkilər şaxtanın təsirinə daha tez məruz qalır. Ona görə də suyu yaxşı sızdıran, üst münbit qatı dərin olan, humus tərkibli qumsal yaxud qumsal-gillicəli torpaqlar çiyələyin yetişdirilməsi üçün ən yaxşı torpaq növü hesab edilir. Çiyələk bitkisi torpağın tərkibindəki üzvi maddələrə (2%-dən artıq) qarşı müsbət reaksiya verir. İri dənəli qumsal olan torpaqlar suyu həddən artıq sızdırır, ona görə də belə sahələrin əlavə olaraq suvarılması tələb oluna bilər. Suyu yaxşı sızdırmayan ağır gilli torpaqlar çiyələk üçün yararlı deyil, çünki belə sahələrdə kök və giləmeyvə xəstəliklərinin yaranması riski daha yüksəkdir. Bundan başqa, ağır torpaqlarda təsərrüfat işlərinin vaxtında görülə bilməməsi müəyyən problemlər yaradır. Çiyələk bitkisi üçün üstün tutulan torpağın nəmliyi bir səviyyədə olmalıdır, yəni torpaq həddən artıq nəm yaxud quru olmamalıdır. Torpaqda mövcud olan nəm və quru tskillər məhsulun keyfiyyətinin aşağı düşməsinə və formasız gilələrin əmələ gəlməsinə səbəb ola bilər. 9


ÇİYƏLƏKÇİLİK

Torpağın pH səviyyəsini müvəqqəti olaraq üzvi maddələrlə (kompost, torf mamırı, şam ağacının yarpağı (qabığı), fulvik turşu və ya kükürdlə) aşağı salmaq olar. Turşu əmələ gətirən gübrələr də, (karbamid, ammonium sulfat və ya ammonium nitrat) pH səviyyəsi aşağı salır. Bu gübrələri damla suvarma sistemi vasitəsilə vermək olar. Suya əlavə olunan maddələrdən, məs. turşulardan çox ehtiyatla istifadə etmək lazımdır, çünki belə maddələr bitkinin kökünü yandıra bilər. Bitkinin boy atmasını sürətləndirmək üçün yarpaq örtüyünə dəmir xelatı səpmək olar. Təcrübə onu göstərir ki, bəzi çiyələk sortları güclü küləyin və ya toz fırtınasının təsirinə daha tez məruz qalaraq zədələnir. Güclü külək açıq sahədə yetişdirilən çiyələyin yarpaqlarını, gövdəsini və yetişmiş meyvəsini zədələyə və ya quruda bilər. Sükunət dövründə əsən küləklər bitkini qurudur, şimal ölkələrində isə qar örtüyünü və kiçik torpaq hissəciklərini sovurur. Belə küləklər kök sisteminin ilkin inkişaf mərhələsində müəyyən zədələrin yaranmasına səbəb olur. Əgər sahə küləkdən qorunmazsa, küləyin sürətini azaltmaq üçün qoruyucu zolaqlardan istifadə etmək olar. Lazımi qaydada əkilmiş və saxlanılmış qoruyucu zolaqlar qar örtüyünün bir formada qalmasına şərait yaradır və bitkini qış temperaturundan qoruyur. Belə qoruyucu zolaqları müəyyən dekorativ bitkilərlə yaratmaq olar, lakin hər bitkinin üstün və çatışmayan cəhətləri vardır. Yaşıl çəpərlər ideal olaraq sürətlə boy atır, torpağın az hissəsini tutur və az miqdarda kölgə yaradır. Belə bitkilərin gübrə və nəmlik uğrunda rəqabətə girdiyini də nəzərə almaq lazımdır. Qoruyucu zolaq üçün seçilən bitkilərin aşağıdakı xüsusiyyətlərə malik olmaması üstün tutulur: budaqların həddən artıq sıxlaşaraq qarın infiltrasiyasına (sızmasına) mane olması, yuxarı hissənin geniş yayılması, budama üçün işiçi qüvvəsinə olan yüksək tələbat, qarın, buzun və küləyin təzyiqi altında sınması, bic zoğların və sıx pöhrələrin əmələ gəlməsi. Ölkənin şimal-qərb bölgələrində alçaq, daşınar, hündür və Verona tipli çoxsaylı tunellərdən istifadə etməklə çiyələyin keyfiyyətini və məhsuldarlığını əhəmiyyətli dərəcədə artırmaq olar. Qış aylarında qabaqcıl texnologiyalara əsaslanan və əlavə istilik sistemi ilə təchiz olunmuş hidroponik istixanalarda yüksək keyfiyyətli çiyələk məhsulu yetişdirərək bazarda yüksək qiymətə satmaq olar. Daşqına meylli olan aşağı (çökək) sahələrdə çiyələk yetişdirmək olmaz, ona görə də açıq drenaj sistemi sahədəki suyun tez və tam çıxarılmasına şərait yaratmalıdır. Çiyələk sahəsində hətta bir-iki gün qalmış durğun su, xüsusilə, intensiv boy atma mərhələsində olan bitkini zədələyə bilər. Müəyyən quruluşa malik olan (məs. yamaclı, çökək, kələ-kötür və s.) torpaq sahələrində suyun yaxşı sızmaması çiyələyin “saralmasına” və məhsuldarlığın əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb ola bilər, ona görə də belə sahələrin becərilməsi tələb olunur. Çiyələk şitillərini 15-30 sm hündürlükdə tirələrə əkməklə və plastik mulçalardan istifadə etməklə torpağı daha yaxşı qurutmaq olar. Belə tirələrin maksimum eni 30-60 sm-dən artıq olmamalıdır. Çiyələyi tirələrdə yetişdirməklə torpaqdakı izafi nəmliyi aradan qaldırmaq və sahənin həddən artıq suvarılmasının qarşısını almaq olar. Tirələri hazırlamazdan qabaq torpağa kompost əlavə etməklə daha qumsal sahələrin su saxlama qabiliyyətini gücləndirmək olar. Verona Tipli Tunellər

10


ÇİYƏLƏKÇİLİK

Qayanın, daşın və əvvəlki ildən qalmış məhsul tullantılarının az olduğu sahələrdə daha möhkəm və hamar tirə hazırlamaq, plastik mulça ilə daha rahat düzmək olar. Sahəyə köçürülən çiyələk şitilləri duzluluğa qarşı həddən artıq həssas olur. Bəzi hallarda çiyələk sahəsində zolaq və ya ləkə şəklində yaranan qələviləşmiş hissələr bitkinin saralmasına və ya xlorozun yaranmasına səbəb ola bilər. Belə hallar məhsuldarlığın əhəmiyyətli dərəcədə aşağı düşməsi və bitkinin tamamilə inkişafdan dayanması ilə nəticələnir. Çiyələk üçün pH həddi 5.5-6.5 arasında dəyişən və tərkibində cüzi miqdarda turşu olan torpaq sahələri üstün tutulur. Bunun üçün torpaq nümunəsinin əkindən qabaq analizini aparmaq və çiyələk sahəsini bir neçə ildən sonra müşahidə etmək lazımdır. pH-ı cüzi dərəcədə yuxarı olan (7.5) torpaq sahələrində çiyələk bitkisinin möhkəmliyi artır. pH səviyyəsi daha yüksək olan (7.58.0) torpaq sahələri də məhsuldar ola bilər, lakin bitkinin yarpaqları dəmir çatışmazlığı nəticəsində sarala bilər. pH səviyyəsi 8.0-dan yuxarı olan torpaq mühiti qida maddələrinin mənimsənilməsinə, eləcə də müəyyən çiyələk sortlarında dəmirin səviyyəsinə mənfi təsir göstərir və məhsuldarlığı aşağı salır. Azərbaycanın MərkəziAran bölgəsi əsasən pH səviyyəsi yüksək olan su ehtiyatlarından və şoran torpaqlardan ibarətdir. Əvvəlki dörd il ərzində müəyyən məhsulların (moruq, kartof, pomidor, çiyələk, istiot, badımcan, sarmaşan bitkilər məs. xiyar, yemiş və s. eləcə də bütün paxlalı bitki sortları, yerkökü, yonca və ya ot) yetişdirildiyi sahəyə çiyələyin əkilməməsi məsləhət görülür, çünki belə torpaq sahələri fumiqasiya olunmadığı üçün (bitkilərin müəyyən qazlarla dezinfeksiya edilməsi) hələdə özündə bəzi xəstəliklər və zərərvericiləri saxlaya bilir. Qara kök çürüməsi və Vertisilyoz soluxma kimi göbələk xəstəlikləri yuxarıda adı çəkilən məhsullara sirayət edərək torpaqda qalır və yenicə əkilmiş çiyələk bitkisinin məhsuldarlığını aşağı salır. Analoji olaraq, təhlükəli alaq bitkilərinin (məs. qum otu, topalaq, ayrıq, yabanı darı, Conson sorqosu və qanqal) geniş yayıldığı sahələrə çiyələyin əkilməsi məsləhət görülmür. Belə sahələri yalnız alaq bitkilərindən təmizlədikdən sonra çiyələk əkmək olar. Əgər uzunmüddətli növbəli əkin sayəsində daşıyıcı bitkini məhv etmək mümkün olmazsa, sahənin fumiqasiya etmək lazımdır. Belə alaqları “Glyphosate” herbisidi ilə də məhv etmək olar. Bu herbisiddən düzgün istifadə etmək lazımdır, əks halda alaq bitkiləri tamamilə məhv olmayacaq və bir neçə ildən sonra dərmanın təsirinə qarşı özündə müqavimət yaradacaq. “Glyphosate” herbisidinin düzgün istifadə qaydası aşağıda verilib: ·Xəndək suyundan deyil, təmiz quyu suyundan istifadə etmək lazımdır, əks halda herbisidin molekulu dərhal torpaq hissəciklərinə yapışacaq və yaxşı nəticə verməyəcək. ·400 litr suya 5 kq ammonium sulfat əlavə edin. ·Hektar üzrə 2 litr “Glyphosate” herbisidindən istifadə edin. ·0.5% ionsuz səthi-aktiv (yayıcı-yapışdırıcı) maddədən istifadə edin. ·Çənin ½ hissəsini quyu suyu ilə doldurun. Suyun təmiz olması vacibdir. ·Ammonium sulfat əlavə edin və qarışdırın. ·Qarışdırdığınız müddətdə “Glyphosate” herbisidi də əlavə edin. ·İonsuz səthi-aktiv (yayıcı-yapışdırıcı) maddə əlavə edin və qarışdırın. 11


ÇİYƏLƏKÇİLİK

Məhlulun pH həddi 4-8 arasında dəyişməlidir. İdeal pH səviyyəsi 4-5-dir. Bəzi ionsuz səthi-aktiv (yayıcı-yapışdırıcı) maddələr pH səviyyəsini aşağı salır və məhlulun yarpağa tam nüfuz etməsinə şərait yaradır. Qeyd etmək lazımdır ki, yayıcı-yapışdırıcı maddəni əlavə etmədikdə pestisidlər yarpağın üzərinə damcı şəklində düşür və alaq bitkilərinə qarşı güclü mübarizə aparmaq mümkün olmur. Pestisidi səpməzdən qabaq onun üzərindəki etiketi həmişə oxumaq lazımdır. İonsuz səthi aktiv (yayıcı-yapışdırıcı) maddələrin “Glyphosate” herbisidi ilə istifadə olunması vacibdir. Digər maddələr isə məhsulun aktiv təsirini aradan qaldıra bilər. Pestisidləri səpərkən fərdi mühafizə vasitələrindən istifadə edin. Çiyələk təsərrüfatının ətrafındakı kolluqda müəyyən xəstəliklərin, zərərvericilərin və virus kimi patogenlərin daşıyıcısı olan yerli yabanı çiyələyə də rast gəlmək olar. Belə çiyələk kolları təsərrüfatı müəyyən xəstəliklərə yoluxdura bilər, ona görə də kommersiya məqsədləri üçün nəzərdə tutulmuş istənilən çiyələk təsərrüfatının 400 metrliyində olan bütün kolları məhv etmək lazımdır. Növbəli Əkin Çiyələyin digər bitkilərlə növbəli şəkildə əkilməsi müəyyən xəstəliklərin və zərərvericilərin qarşısını almağa və onların təsirini azaltmağa kömək edir. Çiyələk bitkisini arpa, çovdar, buğda və digər paxlalı bitkilərlə növbəli şəkildə əkərək torpağı azotla zənginləşdirmək olar. Qarabaşaq, noxud və ya kanola kimi bitkilərin növbəli şəkildə əkilməsi torpağın strukturunu yaxşılaşdırır və qida maddələrinin mənimsənilməsini asanlaşdırır. Kaliforniyada aparılmış elmi-araşdırlmaların nəticəsinə əsasən darı və arpa bitkisi heç bir zərərvericini özündə daşımır və çiyələyə ziyan vurmur. Çiyələyin tərəvəz bitkiləri ilə növbəli şəkildə əkilməsi alaq bitkilərinə qarşı mübarizəni asanlaşdıra bilər, lakin bu bitkilərin qalıqlarının parçalanması üçün kifayət qədər vaxt tələb olunur, əks halda plastik mulçanın qoyulması çətinləşəcək. Cərgələrin düzgün istiqamətlənməsi çiyələyin yetişməsinə müsbət təsir göstərir. Əgər cərgələr şimal-qərb istiqamətində uzanarsa, bitki daha çox günəş işığı qəbul edərək həmcins formada inkişaf edəcək və gilələr yaxşı yetişəcək. Çiyələk sahəsi əsasən yastı səthdən ibarət olarsa, cərgəni düzgün istiqamətləndirməklə yağış suyunun (xüsusən leysan zamanı) torpaqdan sızaraq axmasına şərait yaratmaq olar. Yaz şaxtasının və səhər şehinin düşdüyü, eləcə də rütubətin yüksək olduğu bölgələrdə çiyələk bitkisinin cüzi dərəcədə maili yamaclara (əgər belə yamaclar şərqə yaxud cənub-şərqə doğru baxarsa) əkilməsi çox gözəl nəticə verir, çünki bu zaman bitkiyə şaxta az təsir edir. Soyuq hava ağır olduğu üçün aşağı istiqamətdə axır və alçaq ərazilərdə, məs. vadilərdə toplanaraq “donvurma çuxuru” yaradır. Avadanlığın Xərcləri/İlkin İnvestisiyalar İlk dəfə çiyələk təsərrüfatı yaradan fermerlər istehsal planını hazırlayarkən xüsusi avadanlıqların xərclərini, eləcə də becərilən təsərrüfatın ümumi sahəsini, mövcud traktorların və tələb olunan digər avadanlıqların sayını, eləcə də mövcud avadanlığın çiyələk istehsalında istifadə olunması yaxud uyğunlaşdırılması imkanlarını nəzərə almalıdırlar. Yuxarıda qeyd olunduğu kimi, çiyələk bitkisi əkin tirələrində daha yaxşı boy atır, ona görə də fermerlərə ən az 15-30 sm hündürlükdə tirə hazırlayan avadanlıq lazımdır. 12


ÇİYƏLƏKÇİLİK

Tirə düzəldən avadanlıqlar baha ola bilər, ona görə də belə avadanlıqları icarəyə götürmək və ya yerli podratçıların xidmətindən yararlanmaq lazımdır. Podratçılar torpağın fumiqasiyası (zərurət yarandıqda) və plastik mulça ilə örtülməsi, eləcə də damla suvarma xəttinin quraşdırılması kimi xidmətlər də göstərirlər. Bununla belə, fumiqasiya üçün istifadə olunan məhsullar çox zəhərli olur və USAİD (Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi) tərəfindən tövsiyə edilmir. Əkin tirələri möhkəm və bir formada olmalıdır. Plastik mulça sıx döşənməlidir ki, güclü külək zamanı cırılmasın. Boşalmış plastik örtük bitkini zədələyə bilər və belə örtüyün dəyişdirilməsinə çəkilən zəhməti və sərf olunan vaxtı xatırlatmağa ehtiyac yoxdur. Fermerlər bunun üçün təxminən 5,000-10,000 avro, yeni yaxud işlənmiş avadanlıq aldıqda isə daha çox vəsait xərcləməyə hazır olmalıdırlar. Cərgə arasının alaq bitkilərindən təmizlənməsi çox vacibdir. Fermerlər alaqlara qarşı mübarizə aparmaq üçün standart kultivatorlardan istifadə edə bilərlər, lakin plastik mulçanın cırılmaması və ya dartılmaması üçün avadanlığı cərgələrə uyğunlaşdırmaq lazımdır. Traktor təkərlərinin arasındakı məsafə cərgəarası məsafəyə uyğun olaraq dəyişdirilə bilər. Çiyələk tirələri arasındakı en məsafəsi 45 sm (tək cərgə)-120 sm (dörd cərgə) olmalıdır. Asma sprinkler (su çiləmə) sistemi birinci həftədə (hətta plastik mulçadan istifadə olunsa da) çılpaq yaxud örtülü köklərin formalaşmasına kömək edir. Bu sistem isti havada bitkini sərinlədir, çiçəyin tökülməsinin qarşısını alır və soyuq temperaturda çiçəkləri donmaqdan qoruyur. Təsərrüfat üçün aşağı təsirli sprinklerlər üstün tutulur. Yeni və işlənmiş asma su çiləyici sistemlərin qiyməti 3000-7000 Avro arasında dəyişir. Suvarma sistemini almazdan qabaq suyun sərfini və nasosla vurulması gücünü müəyyən edərək çiləyici ucluqların su sərfini hesablamaq və sistemin layihəsini hazırlamaq lazımdır.

Bitkini şaxtadan qoruyan və soyudan aşağı təsirli çiləyici suvarma sistemi

Bəzi istehsalçılar açıq sahədə yetişdirilən çiyələyi şırımla suvarır, lakin qapalı (plastik örtüklü) mühitdə tirələrin səthinə damla suvarma xətləri çəkilməlidir. Qalınlığı 150-200 mikron olan 2,300-3,000 metrlik rulonun qiyməti 120-150 avro arasında dəyişir. Ümumiyyətlə, fermerlər çiyələk şitillərini (açıq köklü və ya qıfşəkilli formada) əllə əkirlər. Plastik mulçada dəlik açaraq çala qazan avadanlıqlar da mövcuddur, lakin belə avadanlıqlar baha ola bilər. Bir hektarlıq sahəni təcrübəli işçi qüvvəsi ilə 3-5 günə əkmək olar. 13


ÇİYƏLƏKÇİLİK

Çiyələk təsərrüfatında aşağıdakı vasitələrə və ləvazimatlara da ehtiyac yarana bilər: təsərrüfatın heyvanlardan və quşlardan qorunması üçün çəpər və tor örtüklər (xüsusilə kiçik təsərrüfatlarda), səpici avadanlıq, çiyələyi yığmaq üçün səbət yaxud qablar, məhsulu sahədən nəqliyyat vasitəsinə daşımaq üçün yeşik və ya arabalar, yığılmış çiyələyin temperaturunu sahədə aşağı salmaq üçün soyuducu avadanlıq (kuler) və s. Məhsulun bazara birbaşa yaxud vasitəçi ilə çıxarılmasından asılı olaraq əlavə xərclər/ləvazimatlar tələb oluna bilər. Bitkinin Keyfiyyəti və Mənbəyi Çiyələk şitillərini həmişə etibarlı mənbədən almaq lazımdır. Bitkinin məhsuldarlığı şitillərin sağlamlığından və gücündən asılıdır. Fermerlər seçilmiş sortlardan asılı olaraq çoxsaylı mənbələrə müraciət etməlidirlər. ABŞ-da satılan əksər sortlar ilk dəfə Kanadada və Şimali Kaliforniyada yetişdirilib, sonrakı dövrlərdə isə çılpaq köklü və ya qıfşəkilli şitil yetişdirən fermerlərə satılıb. Yerli təchizatçılardan alınan şitillər etibarlı mənbədən və tinglikdən gətirilməlidir. Şitilləri əkməzdən qabaq onlarda hər hansı kök xəstəliyinin, alaq bitkisinin, virusun və həşəratın olub olmadığını yoxlayın. Çılpaq köklü şitillərin sağlam və güclü kökləri olur. Şitilə çox ehtiyatla yanaşmaq lazımdır ki, onun yarpaqları və ya kök boğazından çıxmış gövdələri sınmasın. Yenicə çıxarılmış və soyudulmuş çılpaq köklü şitillər daha isti mühitdə yetişdirilmiş şitillərdən daha tez kök atır. Sifarişi verməzdən qabaq şitilə olan ehtiyacınızı təchizatı ilə müzakirə edin, çünki onları sizin torpaq sahənizə uyğun gələn sortları tanıyırlar. Siz, bunun üçün yerli təchizatçılarla da əlaqə saxlaya bilərsiniz. İstehsal Sistemləri Təkcərgəli yaxud məsafəli-təkcərgəli və çoxcərgəli əkin sistemləri iyun ayında bar verən çoxillik çiyələk sortlarının yetişdirilməsində ən çox istifadə olunan sistemlərdir. Bu sistemlər yığım dövrü qısa olan və plastik mulçanın tələb olunmadığı ərazilərdə geniş yayılıb. Çılpaq köklü şitillər çox ucuz olur və belə sistemlər üçün üstün tutulur. Təkcərgəli əkin sistemində ana bitkinin bütün tirə boyu bığcıq yaymasına şərait yaradılır. Məsafəli-təkcərgəli əkin sistemlərində isə bığcıqlar faktiki olaraq əllə yerləşdirilir ki, sistem daha həmcins formada olsun. Çiyələk şitillərinin bu sistemlərə uyğun olaraq təpəlikdə əkilməsi məsləhət görülür. Cərgə daxilində şitillər arasındakı məsafə 30-40 sm, cərgəarası məsafə isə 90-120 sm olmalıdır. Şitillər sıx əkildikdə birbirinin üzərinə kölgə salaraq az məhsul verə bilər. Remontant və neytral sortlar çoxcərgəli əkin sistemində daha yaxşı boy atır. Təkcərgəli sistemdə olduğu kimi çoxcərgəli sistemdə də çılpaq köklü şitillərin əkilməsi ucuz başa gəlir. Bunun üçün şitilləri hər tirədə iki yaxud üç cərgə olmaqla 30-35 sm aralı əkmək lazımdır. İşçilərin məhsulu yığa bilməsi üçün cərgəarası məsafə isə 40-60 sm olmalıdır. 14


ÇİYƏLƏKÇİLİK

Çiyələk bitkisi eni 80-150 sm olan, müxtəlif rəngli (ağ, qara, gümüşü və s.) polietilen mulçalarla örtülmüş tirələrdə də yetişdirilir. Eni 75-90 sm və ya daha artıq olan bu tirələrə damla suvarma xətti (lenti) basdırılır. Bu istehsal sistemində çiyələk şitilləri 2-4 cərgəli tirələrə 30-40 sm aralı əkilir. Bu zaman plastik örtükdə dəlik açılır və qıfşəkilli şitillər həmin dəliklərdən torpağa basdırılır. Dörd cərgəli tirələr üçün daha enli mulçalardan istifadə etmək olar, lakin belə tirələrə qoşa damla suvarma xətti çəkilməlidir. Çiyələk bitkisinin istixanalarda (asma hidroponik navalçalarda) və ya hündür tunellərdə (torpaq mühitində) yetişdirilməsi geniş yayılmış istehsal sistemlərindən biridir. Çiyələyin hündür tuneldə yetişdirilməsi onun açıq sahədə (plastik örtüklü tirələrdə) yetişdirilməsinə bənzəyir, lakin yeganə fərq onda ibarətdir ki, tunelə əkilmiş məhsulu plastik örtüklü çərçivə qoruyur. Qərbi Avropada yağış əleyhinə qoruyucu örtüklə təchiz olunmuş navalçalı istehsal sistemləri və ya yüngül tunel konstruksiyaları daha geniş yayılmağa başlayıb.

Hündür Tunel Formasına Olan İstixanalar

Asma Navalçalar

15


ÇİYƏLƏKÇİLİK

Çiyələk Bitkisinin Yetişdirilməsi Və İnkişafı Çiyələyin tarixi və yayılması. Avropada Fragaria vesca mədəni sortunun təkmilləşdirilməsi və çoxaldılması üçün göstərilən səylər heç bir nəticə vermədi, ona görə də 17-ci əsrdə Amerikanın F. virginiana və F. chiloensis növlərinə məxsus çiyələk sortları bu qitəyə gətirildi. Bu mədəni sortlar 1750-ci ildə ilk dəfə olaraq Fransada yetişdirilmişdir. 1780-ci ildə ABŞ-da “Hudson” adlı ilk hibrid çiyələk sortu yaradıldı. Sonrakı dövrlərdə isə bağ çiyələyinin müxtəlif sortları öz ətrinə, quruşlusuna, eləcə də insanların inam bəslədiyi müalicəvi xüsusiyyətlərinə görə geniş yayıldı. Çiyələyin botaniki təsviri, bioloji xüsusiyyətləri və fiziologiyası. Çiyələk (Fragaria x ananassa Duch.) gülçiçəyikimilər fəsiləsinə aid olan alçaqboylu, həmişəyaşıl bitkidir. Çiyələyin yarpağı üçdilimli, lifli kökləri isə dayaz olur. Çiyələyin kökləri və yarpaqları “kök boğazı” adlanan qalın və yarımoduncaqlı hissədə əmələ gəlir. Kök boğazı çoxillik strukturdur və hər bitkinin adətən çoxsaylı kök boğazı olur. Vegetasiya dövründə kök boğazının yuxarı hissələrində yeni yarpaqlar və köklər əmələ gəlir. Bitki torpaqdan baş qaldıraraq boy atmış kimi görünür. Kök boğazından çıxan bığcıqlar ətrafa yayılır və onlardan yeni bitki törəyir. Çiyələk bitkisinin ingilis dilində “strawberry” adlanması ola bilsin ki, qalın bığcıqların görünüşündən irəli gəlir, çünki ingilis dilində “straw” “saman çöpü” mənasını verir və bığcıqlar da saman çöpünə bənzəyir. Bığcıqlar əlverişli şəraitdə çoxalaraq sıxlaşır və bar verir. Çiyələk bitkisinin inkişaf mərhələlərini qabaqcadan müəyyən etmək mümkündür. Sükunət dövründə olan kök boğazlarında yeni yarpaqlar və köklər əmələ gəlir, bitki isə bundan sonra çiçək açaraq bar verir. Çiçəkləmə prosesini belə inkişaf ardıcıllığına uyğun olaraq dayanır, bığcıqlar və törəmə bitkilər əmələ gəlir. Havanın və torpağın temperaturu müxtəlif inkişaf mərhələlərinin vaxtına və müddətinə təsir edir. Ümumiyyətlə, çiyələk bitkisi hətta 20°C-25°C dərəcədə yaxşı boy ataraq inkişaf edir, lakin daha sərin və ya isti iqlimdə boy ataraq bar verə bilən çiyələk sortları da yetişdirilib. Müasir dövrdə kommersiya məqsədləri üçün nəzərdə tutulmuş bütün mövcud çiyələk sortları Fragaria x ananassa Duch növünə məxsus oktoploid sortlar olub 56 xromosomdan ibarətdir. Çiyələk bitkisi məhz bu xüsusiyyətlərinin sayəsində müxtəlif iqlim şəraitində (suvarılmış səhra iqlimindən (Cənubi Kaliforniya və Şimali Afrika), ekvatorial iqlimdən (Latın Amerikası və Mərkəzi Afrika) Alp iqlimində (Mərkəzi Avropa, Skandinaviya və Alyaska) boy atmaq və yüksək məhsul vermək potensialına malikdir.

16


ÇİYƏLƏKÇİLİK

Çəkisinə görə (10-40 qram) ən mühüm mədəni növ sayılan Fragaria x ananassa ilə yanaşı Avropanın Fragaria vesca növünə məxsus kiçik meyvəli Alp çiyələyi də mövcuddur. Bu çiyələk gözəl ətrə malikdir və uzun müddətə bar verdiyi üçün xüsusi dəyər qazanıb. Çiyələk özünəməxsus müqavimətə malik olan, kasacıqlı, çoxillik bitkidir. Bitkinin lifli kökləri torpağın şəraitindən, mulçadan və suvarma qaydalarından asılı olaraq torpağın 15-30 santimetrlik dərinliyinə nüfuz edə bilir. Köklərin inkişaf etməsi üçün torpağın nəmliyi lazımi səviyyədə olmalı və hava yaxşı dövr etməlidir. Torpağın daha dərin qatlarında (15 santimetrdən dərin) bitkinin lazımi miqdarda su, hava və qida maddələri ilə təmin olunmasında müəyyən çətinliklər yaranır. Məhsul yığımından sonra əkin tirələrini 20-30 mm qalınlıqda torpaqla örtməklə yeni köklərin formalaşmasını sürətləndirmək, bitkinin soyuğa və quraqlığa qarşı müqavimətini gücləndirmək olar. Torpağın yaxşı drenlənməsi (qurudulması) bitkinin sağlamlığı, bar verməsi və boy atması üçün çox vacibdir. Hətta qısa müddət ərzində suda qalmış bitki zəifləyərək məhv ola bilər. Ümumiyyətlə, çiyələk bitkisinin 20-35 ədəd fəal kökü olur. Azərbaycanın əksər bölgələrində müşahidə olunan ağır gilli torpaq sahələrində çiyələyin kökü çox dayaz olur, yəni kökün 80-90%-i torpağın 15 santimetrlik üst qatında qalır. Yaxşı drenlənmiş qumsal-gillicəli torpaqlarda isə çiyələyin kökünün dərinliyi 30-40 santimetrə çatır. Əsas köklər normal olaraq bir ildən sonra yeni köklərlə əvəz edilir və kök boğazının çox yuxarı hissələrində yeni yarpaqlar əmələ gəlir. Çiçəklər və meyvələr qoltuq tumurcuğundan çıxan gövdələrdə əmələ gəlir. Altlıqla əhatələnən hər bir çiçəyin 5 kasayarpağı (və ya daha çox), 5 ağ ləçəyi, çoxsaylı erkəkciyi və qeyri-müəyyən sayda dişicikdən ibarət olan çiçək yatağı olur. Çiçəklər əksər hallarda öz strukturuna görə hermafrodit olur, lakin dişicik yaxud erkəkcik funksiyası daşıyır.

Tam formalaşmış üç yarpaqlı hissə

Vegetativ törəmə bitki Meyvə və çiçək altlığı

Bığcıqlar

Ən cavan köklər

Qalın və qısa kök boğazı

17


ÇİYƏLƏKÇİLİK

Çiyələk bitkisi bəzi hallarda öz-özünü tozlandırır. Bitkinin bütün çiçəklərində erkəkcik və dişicik olur. Çiyələk bitkisi küləklə də tozlanır, lakin arılar və digər həşəratlar tozlanmanın sürətini artıraraq giləmeyvənin məhsuldarlığını və keyfiyyətini artırır.

Hər bir dişicik tozlanmalıdır

Hər bir dişicikdə “toxum” əmələ gəlir və həmin toxumlar gilələrə çevrilir

Bitkinin dişiciyi meyvənin əsasını təşkil edən hissədən başlayaraq ardıcıl halqalarla tozcuğu özünə çəkir. Dişicik təxminən 4-7 gün ərzində yetkinləşir və bu müddət ərzində düzgün formalı meyvənin əmələ gəlməsi üçün arıların çiçəyə bir neçə dəfə qonması lazımdır. Çiyələk konusşəkilli giləmeyvəyə oxşasa da, geniş çiçək yatağının üzərindəki xırda yumurtalıqdan və ya toxumluqdan əmələ gələn psevdo meyvə (yalançı meyvə) kimi müəyyən edilib. Toxumcalar giləmeyvənin xarici səthində yerləşir və bərk struktura malikdir. Qeyd etmək lazımdır ki, tozlanmaya nəzarət etməklə seçilmiş toxumlardan yeni çiyələk sortları alınıb. Bu sortlar ana bitkinin bığcıqlarından törəyən bitkilərlə genetik eynilik təşkil edir. Açıq qəhvəyi qabıqla örtülmüş qısa gövdənin (kök boğazının) üzərində hamaşçiçəyin saplağı və saplaqlı yarpaqlar əmələ gəlir. Bəzi qoltuq tumurcuqlar müəyyən vaxtdan sonra uzun buğumarası olan (bığcıqlı) budaqcıqlara çevrilə bilir. Həmin budaqcıqlarda yeni yarpaq rozetkası (yuvacığı), buğumlarda isə törəmə köklər əmələ gəlir. Bığcıqlar bitkinin çoxaldılması üçün istifadə edilir.

18


ÇİYƏLƏKÇİLİK

Çiyələk bitkisinin yarpaqları sabit formada və spiral şəklində düzülür, yəni hər beşinci yarpaq birinci yarpağın üzərində yerləşir. Bitki belə yarpaq düzümünün sayəsində yüksək miqdarda günəş işığı qəbul edə bilir. Kök boğazının daha yuxarı hissələrində hər il yeni yarpaqlar və köklər əmələ gəlir. Beləliklə, bitki torpaqdan çıxaraq boy atır və müəyyən müddətdən sonra torpaqla kök sistemi arasındakı təmas zəifləyir. Çiyələyin yarpaqlarında ağızcıqlar çox sıx olur, məs. orta ölçülü yarpağın alt səthində bir kvadrat millimetrlik sahəyə 300-400 ağızcıq düşür. Müqayisə etsək görərik ki, alma yarpağının bir kvadrat millimetrlik sahəsində 250 ağızcıq olur. Bu o deməkdir ki, çiyələk bitkisi atmosferdəki CO2 qazını çox yaxşı uda bilir, lakin quraq mühitin təsirinə qarşı çox həssas olur. Çiçəkləmə dövrünün temperatur və fotodövr arasındakı qarşılıqlı təsirlərdən asılı olması. Bu bölmədə xarici mühit amillərinin xüsusilə temperatur və işığın (biribirilə qarşılıqlı olaraq) çiyələyin böyüməsinə və inkişafına təsiri haqqında danışılır. Beləki, mədəni çiyələk sortları (Fragaria x ananassa) təkrar çiçəkləmə (remontantlıq) baxımından çox fərqlənir. Temperatur və fotodövrdən asılı olaraq müxtəlif genotiplərin diferensial çiçəkləməyə qarşı reaksiyası: 1) qoltuq meristemanın (boy atma nöqtələrinin) inkişaf tempində, 2) çiçəkləmə üçün nəzərdə tutulmuş fotodövrtemperatur həddində, 3) temperatur səviyyəsinin fotodövr həddindən yuxarı olduğu təqdirdə fotodövrə olan tələbatda müəyyən dəşiyikliklərin (variasiyaların) yaranmasına səbəb olur. Günün uzunluğu və temperatur səviyyələri çiyələyin boy atmasını və inkişafını müəyyən edən əsas fizioloji xüsusiyyətlərdir. İyun ayında bar verən və neytral çiyələk sortlarının bioloji fəaliyyəti üçün minimal temperatur həddi 5ºC dərəcə hesab edilir, yəni bitki bu həddən aşağı temperaturda sükunət mərhələsinə keçir. Çiyələk bitkisi günün uzunluğundan asılı olmayaraq aşağı temperaturda (12-15ºC dərəcəyə kimi) çiçəkləməyə başlayır. Əgər günün uzunluğu çiyələyin sortuna uyğun gələrsə, (məs. günün uzunluğu iyunda bar verən sortlar üçün qısa, neytral sortlar üçün isə uzun olarsa) çiçəkləmə prosesi daha yüksək temperaturda baş verir. Çiyələk bitkisi fizioloji tipindən asılı olaraq istilik dalğaları altında fərqli reaksiya göstərir. Neytral sortlar hətta 30ºC dərəcəyə yaxın temperaturda da çiçəkləyir. Cədvəl 4. Çiyələk Bitkisinin Temperatura və Fotodövrə Qarşı Ümumi Reaksiyası

19


ÇİYƏLƏKÇİLİK

Çiyələk Sortlarının Kateqoriyası Kommersiya məqsədləri üçün müxtəlif çeşidli çiyələk sortları mövcuddur. Mədəni sortlar xəstəliyə (əsasən Vertisilyoz soluxma və qırmızı kök çürüməsinə) qarşı müqavimətli, yetişmə tarixi, mayalanma dərəcəsi, güc, möhkəmlik, donma keyfiyyəti, ölçü, rəng, forma və ətir baxımından bir-birindən fərqlənir. Kaliforniya (Deyvis) Universiteti, Florida Universiteti, Driscoll Strawberry Associates Inc. (Vatsonvil, Kaliforniya), ABŞ Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Avropanın və dünyanın bir sıra aqrar-seleksiya institutları, şirkətləri və konsorsiumları tərəfindən bir çox çiyələk sortları yetişdirilib. Bu sortların əksəriyyəti Fragaria × ananassa növünə, bəziləri isə Fragaria vesca və ya Fragaria chiloensis növünə məxsusdur. Çiyələk sortları günün uzunluğundan asılı olaraq çiçəkləmək qabiliyyətinə görə 3 ümumi kateqoriyaya bölünür: 1. Qısa günə tələbatlı sortlar (“iyun ayında bar verən” və ya “yazda bar verən” də adlanır), 2. Uzun günə tələbatlı sortlar (“remontant” da adlanır), 3. Neytral sortlar. Yazda bar verən (qısa günə tələbatlı) çiyələk sortları (əsasən iyunda bar verən sort kimi tanınır) İyunda bar verən çiyələk sortları geniş miqyasda tanınır və istifadə olunur. Ona görə də bu sortlar digər çiyələk sortlarının arasında mühüm yer tutur. İyunda bar verən sortlar əsasən bağ çiyələyinin Fragaria x ananassa növünə məxsusdur. Bu sortlar orta hesabla iki-üç həftə ərzində iri meyvə verir. İyun ayında bar verən sortların əksəriyyəti məhz iyun ayında yetişdiyi üçün belə adlanır, lakin bu sortlar, mövsümün əvvəlində, ortasında və sonunda yetişən sortlara bölünür. Mövsümün müxtəlif dövrlərində bar verən çiyələk sortlarını seçməklə məhsul yığımı vaxtını uzatmaq və təzə məhsulu daha uzun müddətə istifadə etmək olar. Ümumiyyətlə, iyunda yetişən çiyələk sortları 10-14 gün ərzində bar verir. Faraş sortlar adətən yazın sonunda, mövsümün əvvəlində/ortalarında bar verən sortlar isə onlardan 5 gün sonra yetişir. Mövsümün ortalarında bar verən sortlar faraş sortlardan təxminən 8 gün sonra yetişir. Mövsümün sonunda/ortalarında bar verən sortlar faraş sortlardan təxminən 10 gün sonra yetişir. Mövsümün sonunda bar verən (gecyetişən) sortlar isə faraş sortlardan təxminən 14 gün sonra yetişir. İyunda bar verən çiyələk sortları qısa günə tələbatlı bitkilərdir, yəni bu sortlar gün ərzində yalnız 12 saatdan az müddətdə günəş işığı qəbul etdikdən sonra çiçəkləyir. Bu sortlar ABŞ-ın orta-qərb bölgəsi və Mərkəzi Avropa kimi kontinental iqlim qurşağında kommersiya məqsədləri üçün yetişdirilən ən tanınmış sortlardır. Aralıq dənizi bölgələrində qısa günə tələbatlı mədəni sortlar yayda və ya payızda əkilir, qışda və yazda çiçəkləyir, yazın əvvəllərində (açıq sahədə yetişdirilən) və ya qışda (tuneldə yetişdirilən) yığılır.

20


ÇİYƏLƏKÇİLİK

Azərbaycanın cənub bölgəsində ən uğurlu kommersiya sortları qış aylarından sonra yetişən və yığılan qısa günə tələbatlı sortlar ola bilər. Yayın sonunda və payızın əvvəlində əkilən çiyələk sortları Azərbaycana və digər Cənubi Xəzəryanı ölkələrə uyğun gəlir, çünki bu sortlar yığım mövsümünün ən erkən çağında (yazda) bar verə bilər. Belə sortları qış aylarında və yazın əvvəlində örtüklə qorumaq lazımdır. Qönçələr payız aylarında, yəni günün uzunluğu 10 saat və ya daha az olduqda əmələ gəlməyə başlayır, lakin qışın orta temperaturu çiçəkləmə prosesinə mane olur. Beləliklə, temperatur yüksəldikcə bitki çiçəkləməyə başlayır. Azərbaycanda qısa günə tələbatlı çiyələk sortları istehsal sistemindən asılı olaraq fevralın sonundan may ayına və ya iyunun əvvəlinə kimi məhsul verə bilər. Yaz aylarında bar verən çiyələk sortları kontinental iqlim qurşağında tipik olaraq 10-14 gün aralığında bir dəfə məhsul verir. Günün uzunluğu və temperatur səviyyəsi artdıqda bu sortlarda bığcıqlar əmələ gəlməyə başlayır. Yazda bar verən müxtəlif çiyələk sortları bir az erkən yaxud gec çiçəkləyə və məhsul verə bilər. Məhsul yığımının müddətini uzatmaq istəyən fermerlər mövsümün əvvəlində, ortasında və sonunda yetişən sortları birlikdə əkə bilərlər. Yazda bar verən sortlar təkcərgəli və ya çoxcərgəli əkin sistemlərinə uyğun gəlir, çünki onlarda çoxsaylı bığcıq və törəmə bitkilər əmələ gəlir. Remontant (Uzun Günə Tələbatlı) Sortlar Uzun günə tələbatlı və ya remontant sortlar günün uzunluğu 12 saat olduqda çiçək açmağa başlayır, lakin temperatur 32°C dərəcədən yuxarı olduqda çiçəkləmə prosesinin ardıcıllığı pozulur. Yay aylarında Azərbaycanda belə hallara çox rast gəlinir, ona görə də remontant sortların açıq sahədə əkilməsi məqsədəuyğun deyil. Azərbaycanda kommersiya məqsədləri üçün nəzərdə tutulmuş remontant sortlar yalnız iqlimi tənzimlənən istixanalarda yetişdirilə bilər. Neytral çiyələk sortları temperaturu tənzimlənən mühit üçün daha yaxşı seçim ola bilər, çünki belə bitkilər optimal şəraitdə daha müntəzəm bar verir. Yazda bar verən sortlarla müqayisədə remontant sortlarda daha az bığcıq əmələ gəlir. Remontant (Uzun Günə Tələbatlı) Sortlar Uzun günə tələbatlı və ya remontant sortlar günün uzunluğu 12 saat olduqda çiçək açmağa başlayır, lakin temperatur 32°C dərəcədən yuxarı olduqda çiçəkləmə prosesinin ardıcıllığı pozulur. Yay aylarında Azərbaycanda belə hallara çox rast gəlinir, ona görə də remontant sortların açıq sahədə əkilməsi məqsədəuyğun deyil. Azərbaycanda kommersiya məqsədləri üçün nəzərdə tutulmuş remontant sortlar yalnız iqlimi tənzimlənən istixanalarda yetişdirilə bilər. Neytral çiyələk sortları temperaturu tənzimlənən mühit üçün daha yaxşı seçim ola bilər, çünki belə bitkilər optimal şəraitdə daha müntəzəm bar verir. Yazda bar verən sortlarla müqayisədə remontant sortlarda daha az bığcıq əmələ gəlir. 21


ÇİYƏLƏKÇİLİK

Neytral Sortlar Neytral sortlar remontant sortlarla müqayisədə daha da təkmilləşib, çünki bu bitkilər günəşli saatların fərqli olduğu müxtəlif dövrlərdə çiçəkləyərək bar verə bilir. Remontant sortlar kimi neytral günə tələbatlı sortlara da havanın temperaturu təsir edir. Bu sortlar 2°C -29°C dərəcə temperatur həddində çiçəkləyir, bığcıq əmələ gətirir, lakin qönçələr 21°C dərəcədən yuxarı temperaturda formalaşır. 32°C dərəcədən yuxarı temperatur səviyyəsi meyvənin və bığcığın əmələ gəlməsinə mane olur. Ümumiyyətlə, yazda bar verən sortlarla müqayisədə bu sortlarda daha çox bığcıq (müəyyən istisnaları nəzərə almasaq) əmələ gəlir. Neytral sortlar günəşli saatlardan asılı olmayaraq əkildikdən 3 ay sonra qönçə əmələ gətirir. Bitkinin qönçələri temperaturun həddən yüksək olmadığı təqdirdə bütün vegetasiya dövrü boyu əmələ gəlməyə başlayır. Neytral sortlar təxminən 6 həftədən bir məhsul vermək potensialına malikdir. Ümumiyyətlə, gündüz/gecə temperaturunun 290C və ya yüksək olması bu sortların çiçəkləməsi üçün yuxarı hədd hesab olunur. Neytral sortların məhsuldarlığı və keyfiyyəti remontant sortlarla müqayisədə daha yüksəkdir və sonuncu ilə əvəz olunması məsləhət görülür. Bu sortların özünəməxsus boy atmaq xüsusiyyəti vardır və iyunda bar verən sortlardan fərqli yanaşma tələb edir. Neytral sortlar birillik bitki kimi yetişdirilməlidir, yəni əkin yeri yaz aylarına doğru şumlanmalı və şitillər hər il yenidən əkilməlidir. Əgər bitki sağlamdırsa və alaq bitkisi yoxdursa, tirələri saxlamaq olar, bu sortların məhsuldarlığı növbəti illərdə kəskin dərəcədə aşağı düşməyə meyl edir. Neytral sortlar iyunda bar verən sortlardan fərqli olaraq yalnız birinci ildə yaxşı məhsul verir. Neytral sortlar ilin daha mülayim keçdiyi təqdirdə hətta oktyabr ayında da bar verir. Belə sortların çatışmayan cəhəti ondan ibarətdir ki, onların meyvəsi iyun ayında bar verən və ya remontant sortların meyvəsindən kiçikdir, yəni meyvə kiçik-orta ölçüdə olub nadir hallarda 2.5 santimetrdən böyük olur. Bu sortlar adətən təpəlikdə, xüsusən də sahənin və ya təbii ehtiyatların (torpağın, suvarma suyunun) məhdud olduğu ərazilərdə əkilir.

Azərbaycanın Təsərrüfatları Üçün Seçilmiş Çiyələk Sortları Keyfiyyətli çiyələk şitilini əldə etmək çətindir və bu məsələ qabaqcadan həll olunmalıdır. Şitili payızda əkmək üçün seçilmiş sortu iyunda və ya iyulda sifariş etmək lazımdır. Fermerlər geniş miqyaslı istehsala başlamazdan qabaq seçdikləri sortları kiçik sahələrdə sınaqdan keçirməlidirlər. Ümumiyyətlə, çiyələk sortunun gəlir gətirməsi üçün bir bitkinin ən az 0.6 kq məhsul verməsi tələb olunur.

22


ÇİYƏLƏKÇİLİK

Neytral və ya Uzun Günə Tələbatlı Sortlar Azərbaycanda yetişdirilən Alibion və San Andreas sortları ilə yanaşı ABŞ-ın Portola (UC) və Cabrillo (Kaliforniya Universiteti, Deyvis,) və İtaliyanın Malga sortlarının ölkəyə gətirilməsi məqsədəuyğundur, çünki bu sortların xəstəliklərə və zərərvericilərə qarşı həssaslığı zəif, keyfiyyəti isə yüksəkdir. Aralıq dənizinin bütün bölgələrində fermerlər istehsal texnologiyalarını mütəmadi olaraq təkmilləşdirir, yay aylarında yeni sortlar əldə etməyə çalışırlar. Xüsusilə, Portola sortu asma navalçalarda, torf, kokos qırıntısı və perlit qarışığı ilə doldurulmuş qablarda daha yaxşı yetişir. Bu sort çox məhsuldardır, dadını itirmir, yaxşı saxlanıla bilir və gözəl görünüşə malikdir. Albion çiyələyi Azərbaycanda aparıcı rol oynayan qısa günə tələbatlı sortdur. Onun iri, bərk, konusşəkilli və tünd qırmızı (daxili və xarici) meyvəsi yaxşı saxlanıla və daşına bilir. Albion möhkəm bığcıqları və saplağı olan çox məhsuldar mədəni sortdur. Bu çiyələk sortu ətrinə, şirinliyinə və gözəl görünüşünə görə sənayedə qızıl standart hesab edilir. Albion sortu mövsüm boyu mütəmadi olaraq məhsul verir və bir çox kök xəstəliklərinə, məs. Vertisilyoz soluxmaya (Verticillium dahliae) və Fitoftora kök boğazı çürüməsinə (Phytophthora cactorum) qarşı güclü, Antraknoz kök boğazı çürüməsinə (Colletotrichum acutatum) qarşı isə müəyyən dərəcədə davamlılıq göstərir. Bu çiyələk sortuna lazımi qaydada mühafizə tədbirləri əvə qulluq işləri aparıldıqda qoşa xallı hörümçək gənələrinə (Tetranychus urticae) qarşı davam gətirir. San Andreas çiyələyi neytral sort olub Albion sortuna oxşayır. Bu sortun meyvə qabığı parlaq, ləti bərk, yağışa qarşı müqaviməti isə yaxşıdır. Bununla belə, San Andreas sortu remontant sortların əksəriyyətindən az bığcıq əməl gətirir. San Andreas sortu mövsümün əvvəlində Albion sortundan daha güclü və möhkəm olur, lakin yüksək və davamlı məhsuldarlığına malik olan bu bitkinin ölçüsü barvermə mövsümündə Albion ilə oxşarlıq təşkil edir. San Andreas çiyələyinin rəngi Albiondan daha açıqdır, lakin hər iki sortun yığımdan sonrakı xüsusiyyətləri oxşardır. San Andreas sortu Azərbaycanın cənub bölgəsinə yaxşı namizəd ola bilər, çünki mövsümün əvvəlində yüksək keyfiyyətə malik məhsul verir və meyvənin soyudulması tələbləri yüksək deyil. Portola çiyələyi güclü uyğunlaşma qabiliyyətinə malik olan, güclü, neytral sortdur. Bu mədəni sort qış əkinində istifadə oluna bilər, lakin Albion sortundan bir az tez bar verir. Portola sortunun çiçəkləməyə qarşı reaksiyası güclüdür, ona görə də yazlıq və yaylıq əkin sistemlərinə yaxşı uyğunlaşır. Portola güclü sortdur və bu bitkinin sıxlığı Alibon sortu ilə müqayisədə cüzi dərəcədə azdır. Portola sortunun meyvəsi Alibonun meyvəsindən iri və ya oxşar ölçüdədir, lakin meyvənin saplağı uzun, qabığı çox parlaq, rəngi isə narıncı-qırmızıdır. 23


ÇİYƏLƏKÇİLİK

Portola və Albion sortlarının yığımdan sonrakı xüsusiyyətləri oxşardır, lakin Portolanın yağışa qarşı davamlılığı nisbətən zəifdir. Bu sortun meyvəsi əla keyfiyyətə malikdir. Portola sortu barvermə mövsümü boyu davamlı olaraq məhsul verir, unlu şeh xəstəliyinə qarşı müəyyən dərəcədə davamlılıq göstərir, lakin yarpaq ləkəliliyinə və Botrytis meyvə çürüməsinə qarşı həssasdır. Portola sortu digər neytral sortlarla müqayisədə birinci ildə daha erkən və çox bar verir. Bu sort məhz bu xüsusiyyətinə görə torpaqsız yetişdirmə sistemləri (hidroponik sistemlər) üçün xüsusi əhəmiyyət kəsb edir. Cabrillo çiyələyi Kaliforniya Universitetinin (Davis, Kaliforniya) yetişdirdiyi ən yeni neytral sort olub nisbətən sıx çiçək açır və həm qışlıq, həm də yaylıq əkin sistemlərinə uyğunlaşır. Cabrillo sortunda meyvənin ölçüsü və bərkliyi məhsuldarlığı daha yüksək olan Albion və San Andreas sortları ilə müqayisə oluna bilər, lakin bu sortun çox gözəl ətri vardır. Cabrillo sortu unlu şeh, Vertisilyoz solma, Fitoftora kök boğazı çürüməsi və geniş yayılmış yarpaq ləkəliliyi kimi xəstəliklərə qarşı davamlıdır. Bu çiyələk sortu lazımi qaydada müalicə olunduqda qoşa xallı hörümçək gənələrinə (Tetranychus urticae) qarşı davam gətirir, lakin Antraknoz kök boğazı çürüməsinə qarşı həssas olur. Monterey çiyələyi mədəni-neytral sort olub bir çox xəstəliklərə qarşı yaxşı davamlılıq göstərir, lakin unlu şehə qarşı həssas olur. Bu sort qol-budaqlı olduğu üçün eyni quruluşa malik olan cərgələrdə Albion sortundan bir az çox yer tuta bilər. Monterey sortunun meyvəsi Albiondan bir az böyük olsa da, yumşaqdır və gözəl ətrə malikdir. Florida Beauty çiyələyi neytral günə tələbatlı ən yeni çiyələk sortudur. Tinglik təsərrüfatlarında bu sortun soyudulması nisbətən az tələb olunur, ona görə də fermerlər bu sortu açıq sahədə digər sortlardan qabaq əkirlər. Florida Beauty məhsul ən erkən düşən sortdur. Onun həmcins formalı meyvəsi müstəsna keyfiyyətə və ətrə malikdir. Bu sortun ətri və dadı çox yaxşıdır, çünki meyvənin şirinliyi və turşluğu arasında uyğun tarazlıq mövcuddur. Florida Beauty sortu bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir, məs. bitki sıx yetişir, neytral gün saatlarında zəif çiçək açır və soyudulması bir o qədər tələb olunmur. Çiyələyin qış aylarında yetişdirildiyi bölgələrdə bu mədəni sort noyabrda və dekabrda (erkən mərhələdə) yüksək məhsul verir. Florida Beauty sortu davamlı olaraq məhsul verir, yəni mövsüm boyu istehsalda çox az boşluq olur. Faraş meyvədə uzanma əlamətləri müşahidə olunmur. Meyvə bərk olub yağışa qarşı əla davamlılıq göstərir. Bitkinin kök salması üçün yüksək miqdarda azota ehtiyac yaranır. Florida Beauty sortu Fitoftora kök boğazı çürüməsinə qarşı orta dərəcədə davamlılıq göstərir, lakin unlu şehə və Antraknoz kök boğazı çürüməsinə qarşı intensiv mübarizə tədbirlərinin görülməsi tələb olunur.

24


ÇİYƏLƏKÇİLİK

Qısa Günə Tələbatlı Sortlar Isti iqlimdə soyudulma tələbi yüksək olmayan bir çox qısa günə tələbatlı sortlar mövcuddur. Belə sortlar radiasiya və temperatur səviyyələrindən asılı olaraq dekabr ayından may ayına kimi davamlı olaraq məhsul verə bilir. Ən geniş yayılmış sortlar aşağıda verilib: 1. Camarosa (UC) - ən uzun müddətə saxlanıla bilən, çox güclü, köhnə sortdur, 2. Florida Fortuna (UF) – hal-hazırda Aralıq dənizi ölkələrinin bazarında üstünlük təşkil edən sortdur, 3. Sabrina (Planasa, İspaniya), 4. Meliisa və Marissol (Nova Siri Genetics, Italiya). Qış aylarında bu sortları əlavə istiliklə təchiz olunmuş plastik örtüklü tunellərdə və istixanalarda yetişdirməklə mövsümdənkənar dövrdə, yəni qışda (yanvar və fevral aylarında) və yazın əvvəlində (mart və aprel aylarında) çox baha qiymətə satmaq olar. Camarosa sortu digər sortlarla müqayisədə daha üstün daşınma və saxlanma xüsusiyyətlərinə malikdir. Bu sort müxtəlif hava şəraitinə uyğunlaşa bildiyi üçün Aralıq dənizi bölgəsində üstün mövqe tutub. Camarosa sortu Florida və Argentinanın rütubətli-subtropik iqlimli bölgələrindən Aralıq dənizi bölgələrinə (ümumi istehsalın 95%-i İspaniyanın payına düşür) kimi müxtəlif ərazilərdə yetişdirilir. Camarosa çiyələyi bir neçə ildir ki, ən geniş miqyasda yetişdirilən sorta çevrilib və dünyada istehsal olunan çiyələyin təxminən 60%-i bu sortun payına düşür. Məhsuldarlığı yüksək olan Camarosa sortu Kaliforniyada bir hektara 67 ton məhsul verərək may ayından yanvar ayına kimi ştatdakı istehlak bazarında ən çox satılan və emal sənayesinin ilk seçimi olan əsas giləmeyvə məhsuludur. Camarosa çiyələyi Yunanıstanda faraş sort kimi yetişdirilir, yəni oktyabrın əvvəlində əkilir və dekabrda məhsul verir. Camarosa sortu il ərzində 6-7 ay məhsul verir. Onun meyvəsi çox iridir (28- 30 mm), bərkdir və yağışlı havaya davam gətirir. Bu sortun gözəl ətrini və dadını qorumaq üçün məhsul yığımını yubatmaq, yəni meyvənin parlaq açıq qırmızı rəngi tündləşdikdən sonra yığıma başlamaq lazımdır. Camarosa sortu cərgə daxilində 35 sm aralı əkilir. Florida Fortuna çiyələyi Florida Universitetinin yetişdirdiyi qısa günə tələbatlı mədəni sortdur. Keyfiyyətinə, məhsuldarlığına və faraşlığına görə seçilən Florida Fortuna sortu təzə meyvə bazarında baha qiymətə satılır. Bu çiyələk sortu qış aylarında çiyələk istehsalı ilə məşğul olan bölgələrdə, tunel formalı istixanalarda yetişdirilir. Florida Fortuna sortu mövsümün əvvəlində iri, cəlbedici və həmcins formalı məhsul verir. Meyvənin ölçüsü və forması istehsal dövründə dəyişmir.

25


ÇİYƏLƏKÇİLİK

Bitkinin açıq quruluşa malik olması tozlanmanı və məhsul yığımını asanlaşdır, meyvə saplağının uzanmasına şərait yaradır. Meyvənin toxumu cüzi dərəcədə batıq olduğu üçün qabığı parıldayır və açıq qırmızı rəngə çalır. Florida Fortuna sortunun dadı görünüşü kimi gözəldir və meyvəsi rahat daşınır. Bu sortun plastik mulça ilə örtülmüş əkin tirələrində (çoxcərgəli əkin sistemində) yetişdirilməsi məsləhət görülür. Bu sortun yetişdirildiyi sahələrdə torpağın göbələk xəstəliklərinə yoluxmasının qarşısı alınmalıdır. Bitkinin kök sisteminin erkən inkişaf etməsi mövsümün əvvəlində ağır meyvə və çiçək yükünü qaldırmağa kömək edir. Bitkidə qönçə əmələ gələnə kimi müəyyən qida yükü, xüsusən də azotun miqdarı azaldılmalı, bitki tam çiçəkləmə mərhələsinə girdikdən sonra qida maddələrinin miqdarı tədricən artırılmalıdır. Florida Fortuna sortu Phytophthora cactorum göbələyinin təsirinə qarşı çox həssasdır, ona görə də çox vaxt şitili əkdikdən sonra damla suvarma vasitəsilə mefonoksam funqisidinin verilməsi tövsiyə edilir. Vegetasiya mövsümündə yoluxmuş bitkinin yarpaqlarına kalium fosfitin verilməsi də məsləhət görülür. Sabrina çiyələyi cənub bölgəsinin isti və orta-isti iqlimi üçün üstün tutulan faraş sortdur. Bitkinin gövdəsi əyilmir və sıx boy atır. Bu sortun yarpaqları tünd yaşıldır. Bitkinin kök sistemi güclüdür və çiyələk sahələrində özünü yaxşı bərpa edir. Sabrina sortunun meyvəsi uzun, konusşəkilli formada olub parlaq qırmızı rəngə çalır və çox cəlbedici görünüşə malikdir. Bitki soyuq havanın təsiri altında və ya pis gübrələmə nəticəsində öz formasını itirmir və yaxşı tozlanır. Sabrina sortunun meyvəsi iridir və çəkisi 23-25 qram arasında dəyişir. Meyvə öz ölçüsünü və lətini yığım mərhələsinə kimi yaxşı formada saxlayır, ona görə də məhsulu asanlıqla yığıb uzun müddətə saxlamaq mümkündür. Meyvənin üzərindəki toxumcuqlar xırda və üzdə olur. Meyvə yetişdikcə daha da dadlı və ətirli olur. Meyvənin lətində şirinliyin turşuluğa olan nisbəti pozulmur. Melissa çiyələyi seleksiya yolu ilə alınmış yeni, sadə və faraş çiyələk sortu olub müxtəlif mühitə və aşağı təsirli becərmə üsullarına asanlıqla uyğunlaşır. Bu sort fumiqasiya (bitkilərin, torpağın müəyyən qazlarla dezinfeksiya olunması) olunmamış, ekoloji cəhətdən təmiz (orqanik), kompleks becərmə üsullarının tətbiq olunduğu torpaq sahələrində daha yaxı yetişir. Melissa sortu əla orqanoleptik keyfiyyət göstəricilərinə malikdir və uzun müddətə saxlanıla bilir. Bu sortun meyvəsi ortayüksək səviyyədə və qırmızı-narıncı rəngə çalır. Çiyələyin ləti bərk və çox ətirlidir. Marisol çiyələyi yüksək Briks göstəricisinə (şəkər tərkibinə) malik olan, nisbətən tez yetişən, qısa günə tələbatlı, yeni və güclü çiyələk sortudur. Bu sort əsasən məhsuldarlığına və orqanoleptik xüsusiyyətlərinə görə İtaliyanın mərkəzi-cənub bölgəsində mühüm rol oynayır. 26


ÇİYƏLƏKÇİLİK

Marisol çiyələyinin meyvəsi uzun konus formasında olur, parlaq qırmızı rəngi isə yüksək temperaturda daha da tündləşir. Meyvənin rəngi fevral ayında qırmızınarıncıdan açıq qırmızıya doğru dəyişir və mart ayından may ayına kimi həmin rəngdə qalır. Çiyələyin qabığı çox davamlıdır. Çiyələyin yüksək Briks tərkibi və bərkliyi onun uzun məsafələrə daşınmasına kömək edir. Bitkiyə həddən artıq azot gübrəsi və hormon vermədikdə meyvənin keyfiyyəti daha da yüksəlir. Marisol sortu bitki damarlarına sirayət edən göbələk xəstliklərinə qarşı həssas deyil, ona görə də orqanik təsərrüfat üçün yararlı sort hesab edilir. Bu sort əla keyfiyyəti və yüksək məhsuldarlığı özündə birləşdirən azsaylı sortlardan biridir.

İyunda Bar Verən Çiyələk Sortları İyun ayında bar verən çiyələk sortları soyuq iqlimdə və kəskin qış aylarında soyutma tələbi yüksək olan sortlar arasında yığım dövrü çox qısa, məhsuldarlığı isə yüksək olan sortlar hesab edilir. Alba çiyələyi çox tez yetişən (faraş) çiyələk sortudur. Onun çox uzun və iri meyvələri bir formada və ölçüdə olur. Alba sortu daha soyuq bölgələrdə yetişdirilən ən məhsuldar çiyələk sortudur. Bitkinin sükunət dövrü uzun olduğu üçün soyutma saatları daha çox olmalıdır. Alba sortunun gözəl və cəlbedici görünüşlü qırmızımtıl meyvəsi çox bərk olduğu üçün uzun məsafəli yerlərə daşına və ixrac oluna bilir. Çiyələyin yaxşı ətri və dadı vardır. Bu sort demək olar ki, aşağı qış temperaturuna və geniş yayılmış bütün xəstəliklərə qarşı davamlıdır. Alba sortunun meyvəsi asanlıqla yığılır və həm tuneldə, həm də açıq sahədə yetişə bildiyi üçün çox geniş yayılıb. Bu sortun nəinki dibçəkdə yetişdirilmiş şitilləri, hətta “friqo” şitilləri də əla nəticə verir. Clery çiyələyi faraşlığına, dadına və qismən remontant olduğuna görə çox tövsiyə edilir. Bu sort soyuq qışın təsirinə və Botrytis meyvə çürüməsinə qarşı həssasdır, lakin Azərbaycanın əksər təsərrüfatlarında belə hallar problem yaratmır. Bitkinin sıxlığı və gücü orta səviyyədə, forması isə kürə şəklindədir. Clery sortunun yarpaqları yaşıl və parlaqdır. Bitkinin məhsuldarlığı orta səviyyədədir. Çiçəklər orta ölçüdədir və tozcuqla zəngindir. Clery sortu çox çiçək açır. Onun iriölçülü, al qırmızı meyvəsi uzun konus formasındadır, əla ətrə və orqanoleptik xüsusiyyətlərə malikdir, daşınmaya və yüklənməyə qarşı davamlıdır və birinci yığımdan sonra öz formasını dəyişmir. Clery sortu Avropanın kontinental iqlim qurşağı üçün yararlı və çox faraş sortdur. Bu sort əla məhsuldarlıq və kommersiya xüsusiyyətlərini özündə birləşdirir. Clery çiyələyi sadə xüsusiyyətlərə malik güclü sortdur. Ona görə də bu sortu həm ətraf mühitə az təsir göstərən texniki üsullarla, həm də dibçəkdə yetişdirmək olar. Clery sortunun havadan youxan ( əsasən yerüstü hissələr) və torpaqdan yoluxan (əsasən kök və kok boğazı) xəstəliklərinə qarşı davamlılığı güclüdür. Onun meyvəsi keyfiyyətli, xoş ətirli və dadlı olmaqla yanaşı gözəl görünüşə də malikdir. 27


ÇİYƏLƏKÇİLİK

Joly çiyələyi mövsümün ortalarında yetişən, yarpaq örtüyü bir o qədər sıx olmayan və dik boy atan çiyələk sortudur. Bu sortun gücü orta səviyyədədir. Güclü və effektiv kök sisteminə malik olan Joly sortu kök və yarpaqdan yoluxan xəstəliklərinə qarşı kifayət qədər davamlılıq göstərir, “yorulmuş” torpaq mühitinə yaxşı uyğunlaşır və yalnız az miqdarda gübrə tələb edir. Joly sortunun məhsuldarlığı çox yüksək, yığım mövsümü isə davamlı və uzundur. Bu sortun meyvəsi kəsik konus formasındadır və iridir, çünki bitki tez və asan tozlanır. Meyvə yetişdikdə bitkinin möhkəm çiçək kasacığı geri əyilir. Meyvənin nisbətən iri ölçüsü yığım mövsümü boyu dəyişmir. Joly çiyələyi hətta tam yetişdikdən sonra da öz parlaq qırmızı rəngini, cəlbedici görünüşün və formasını qoruyub saxlayır. Bu sortun çox şirin dadı, əla ətri və orqanoleptik xüsusiyyətləri vardır. Məhsul uzun müddətə saxlanıla bilir və kənar təsirlərə qarşı güclü müqavimət göstərir. Tam yetişmiş məhsulu asanlıqla və sürətlə yığmaq mümkündür. Sibilla çiyələyi Avropanın kontinental iqliminə uyğunlaşan, soyuq mühitə tələbatı yüksək olan, nisbətən yeni, orta-gecyetişən çiyələk sortdur. Bitki möhkəm quruluşa malikdir. Onun çiçəkləri sıx yarpaq örtüyü ilə eyni səviyyədə və ya aşağıda yerləşir. Sibilla sortu xəstəliklərə və stressə qarşı davamlı olub yüksək məhsuldarlıqla yaxşı keyfiyyəti özündə birləşdirir. Bitkinin meyvəsi uzun konus formasındadır, sabit ölçüdədir və çox cəlbedici görünüşə malikdir. Sibilla sortunun meyvələri açıq qırmızı, ləti isə çox bərkdir. Yağışın təsirinə qarşı kifayətə qədər davamlı olan bu meyvələrin çox şirin dadı vardır. Brilla çiyələyi Clery və Alba sortlarında sonra daha tez yetişən orta-faraş çiyələk sortudur. Şimal yarımkürəsinin bölgələrində bu çiyələk sortu qapalı və açıq sahələrdə yetişdirilir. Bitki möhkəm quruluşa malikdir və çox məhsuldardır. Brilla sortunun iri meyvəsi parlaq qırmızı-narıncı rəngdədir və orta keyfiyyət göstəricilərinə malikdir. Ilk əmələ gələn meyvələr əsasən bir formada olmurlar. Bu çiyələk sortunun qıfşəkilli şitilləri fumiqasiya olunmamış torpaq sahələrində yaxşı nəticə verir. Bitkinin nisbətən gec əkilməsi (məs. Emilia Romagna bölgəsində soyuducu anbarda saxlanılmış “friqo” şitilləri iyulun sonundan avqustun ilk on gününə kimi əkilir) məhsudlarlıq baxımından yaxşı nəticə verir. Albion Sortunun Sağlamlığı və Xəstəliklərə Qarşı Davamlılığı Torpaq sahəsinin sterilizasiyasına olan tələbatın artması, əvvəl istifadə olunmuş əkin tirələrinin təkrar istifadəsinə daha çox üstünlüyün verilməsi və xəstəliyə qarşı güclü davamlılıq göstərən çiyələk sortlarının seçilməsi fermerlərin üzləşdiyi ən mühüm məsələlərdir. Albion sortu bu baxımdan təsərrüfatlar üçün məntiqə uyğun seçimdir, çünki vegetasiya dövrünün əvvəlində bu sortun xəstəliklərə qarşı daha güclü davamlılıq göstərməsi və nəticə etibarilə kimyəvi dərmanlara olan tələbatın azalması pərakəndə məhsul alıcılarına fayda gətirir. 28


ÇİYƏLƏKÇİLİK

Kaliforniya Universitetinin verdiyi məlumatlara və dünya təcrübəsinə əsasən Albion sortunun xəstəliklərə qarşı davamlılığı 1-5 şkalası üzrə aşağıdakı kimidir: 1. Fitoftora – 4.9, 2. Vertisilyoz soluxma – 3.4, 3. Kolletotrixum – 3.1. Albion sortu əla ətrinə və müalicəvi faydasına görə dünyanın qabaqcıl orqanik çiyələk təsərrüfatlarında birinci yeri tutur. Albion Sortunun Yetişdirilməsi və Yığılması Bir hektara 42500 Albion şitilinin əkilməsi məsləhət görülür. Bu çiyələk sortu kənar təsirlərə qarşı müqavimətli olub sıx çiçək açır. Albion sortunun iyun ayında bar verən digər çiyələk sortları ilə bazarda rəqabət aparmaması üçün birinci çiçək salxımlarının qoparılması məsləhət görülür. Çiçək salxımlarının qoparılması bitkinin gücünü də artırır. Erkən vegetasiya mərhələlərində Albion sortunda ikinci kök boğazı əmələ gələnə kimi ümumi qida maddələrinin və suyun 25% artıq verilməsi (digər sortlarla müqayisədə) məsləhət görülür. Bundan sonra bitkini stressə salmaq və “ac” saxlamaq üçün torpağın növündən asılı olaraq 10 gün ərzində gübrə və su verməyin. 10 gün keçdikdən sonra bitkini 75% qida (gübrə) və su ilə təmin edin və mövsümün sonuna kimi qida və su təchizatını 125%-ə qədər artırın. Ümumiyyətlə, meyvənin şirəli olması üçün ammonium nitratın və maqnezium sulfatın əlavə olunduğu qarışıq gübrələri həftədə 5 dəfə vermək lazımdır. Albion sortunun bığcıqlarını tez-tez qoparmaq lazımdır. Təcrübə onu göstərir ki, bu bitkinin bığcıqlarını mütəmadi olaraq qopardıqda məhsuldarlıq 25% artır. Albion sortunun yığım xərci digər çiyələk sortları, məs. Everest ilə müqayisədə 22% aşağıdır. Xərclərin aşağı olması daha çox gəlir əldə etmək imkanı verir. Gün ərzində bir işçinin daha çox çiyələk yığması məhsuldarlığın yüksəlməsi və ya məhsul yığan işçi sayının azalması anlamına gəlir. Yuxarıda qeyd olunan faktların əsas səbəbi isə məhz bu sortun birinci sinfə aid olması və yüksək faiz göstəricilərə malik olmasıdır. Albion çiyələyi köhnə, neytral sort olsa da, şübhəsiz ki, öz ətrinə görə Murano və Carpi kimi yeni sortlarla müqayisə oluna bilər. Bundan başqa Albion sortunun Briks göstəricisi həmişə 9-dan yüksək olur və meyvənin şirinliyi ilə turşuluğu arasında əla balans mövcuddur. Murano sortu Qərbi Avropa ölkələrinin və Hollandiyanın müasir istixanalarda yüksək texnologiyalar əsasında yetişən ən yaxşı payızlıq və qışlıq sortlardan biridir. Bu sort yay aylarında yalnız yüksək ərazilərdə yetişdirilir və İtaliyanın şimal bölgəsində geniş yayılıb. 29


ÇİYƏLƏKÇİLİK

Albion sortunun meyvəsi tünd qırmızıdır və çiyələyin ləti də eyni rəngdədir. Çiyələyin qabığının və lətinin çox bərk olması məhsulun asanlıqla daşınmasına və saxlanılmasına şərait yaradır. Erkən yetişmiş meyvələrin ucu ağarsa da, məhsul satışa yararlı gözəl görünüşünü qoruyub saxlayır, lakin formasını itirmiş meyvələr ( birinci yetişmiş 1-3 meyvə) pərakəndə satış üçün qablara yığılmamalıdır. Məhsulun iki gündən bir yığılması daha tünd rəngli meyvələrin digərlərinə qarışaraq müştəridə mənfi təəssürat yaratmasının qarşısını alır. Albion sortunun meyvəsi bərabər formada və konus şəklindədir.

Çiyələk Bitkisinin Çoxaldılması Çiyələk Bitkisinin Sortları Azərbaycanda çiyələyin yetişdirilməsi üçün istifadə olunan plastik örtüklü mövcud sistemlərə, xüsusən də payız aylarında sağlam və yeni çiyələk şitilləri əkdikdə çox yaxşı nəticə əldə etmək olar. Şitilliklərdə yetişdirilən çılpaq köklü standart törəmə şitillər hər il əvəzedici bitki kimi istifadə olunur. Ölkənin şitillik təsərrüfatlarında qıfşəkilli şitillərin (kök hissəsi qıfa bənzəyən şitillərin) torpaqsız mühitdə yetişdirilməsi müşahidə olunmur. Şitillik təsərrüfatlarında ana bitkidən törəmə çılpaq köklü şitilin alınması və yaxşı kök tutması çox vaxt aparır. Azərbaycanda təzə çılpaq köklü şitillər sentyabr ayında yeşiklərə yığılır və çiyələk təsərrüfatına daşınmaq üçün hazır olur. Bütün şitillərin kökləri daşınma zamanı və əkindən qabaq nəm saxlanılmalıdır. Əgər şitilləri təsərrüfata gətirdikdən sonra dərhal əkmək mümkün deyilsə, onları soyuducuda saxlamaq və köklərin quruyub qurumadığını yoxlamaq lazımdır. Şitillərin bir formada olması üçün onları kök və yarpaqların vəziyyətinə görə çeşidləmək lazımdır. Yerli bazarlarda əsasən torpaqda kök atmış şitillər satılır. Şitilləri qəbul etdikdən sonra dərhal əkmək lazımdır ki, lazımi bitki sıxlığı təmin olunsun və boy atan bitkilərin sayı daha çox olsun. Ona görə də torpaq sahəsini, əkin tirələrini və suvarma sistemini qabaqcadan hazırlamaq lazımdır, çünki çılpaq köklü şitilləri hər dəfə əldə etmək mümkün olmur. Avropa ölklərindən çılpaq köklü “frigo” çiyələk şitilləri də almaq olar. Bu şitillər noyabr, dekabr və ya yanvar aylarında, yəni bitki tam sükunət dövrünə keçdikdən sonra torpaqdan çıxarılaraq çeşidlənir və növbəti mövsüm üçün -1°C-dən -2°C dərəcəyə kimi dondurulur. Belə şitilləri lazımi qaydada yükləyib daşıdıqda və yazın əvvəlindən növbəti yayın sonuna kimi əkdikdə bitki inanılmaz sürətlə boy atır. “Frigo” şitilləri kök boğazının diametrinə görə 3 müxtəlif ölçü kateqoriyasına bölünür Frigo A (9-15 mm), Frigo A+ (15-18 mm), and Frigo A++ (> 18 mm).

30


ÇİYƏLƏKÇİLİK

Qıfşəkilli şitillər çılpaq köklü şitillərdən bahadır, çünki onlar probka formasında olan qablarda (torpaqsız mühitdə) yetişdirilmiş bığcıqlardan alınaraq çoxaldılır. Bığcıqlar qida mühitində kök saldıqdan sonra yarpaqlar əmələ gəlməyə başlayır və şitili bundan sonra təsərrüfata daşımaq olar. Şitillərin kök sistemi zəif inkişaf edə və ya boyu kiçik ola bilər, ona görə də bitkini əkin vaxtı və əkindən sonra yaxşı suvarmaq, ona lazımi qayğı göstərmək lazımdır. Bu çiyələk şitilləri sürətlə boy atır və torpaqdan yenicə çıxarılmış çılpaq köklü şitillərdən daha tez hazır olur. Onun kök salmış uc hissəsi adi təzə şitil kimi istifadə edilir və daha ağır torpaq mühiti üçün yararlı olur. Ağır torpaq sahələrində bu şitilin digər təzə şitillərdən üstün cəhəti ilkin mərhələdə boy atması, bir formada qalması və daha yaxşı məhsul verməsidir. Bığcıqların kök atmış uc hissələri, məs. qıfşəkilli və ya tüstüyə verilmiş şitillər daha vacib rol oynayır, çünki belə şitillər mülayim qış mühitində və soyuq yaz aylarında uzun müddətə məhsul verə bilir. Çiyələk bığcığının təzə ucluqları iyulun əvvəlində 66 yuvacıqlı qaba əkilir və iyulun sonundan/avqustun əvvəlindən avqustun sonuna/sentyabrın əvvəlinə kimi kök salmış hazır şitil kimi satılır. Qeyd etmək lazımdır ki, belə əkin üsulu iyunda bar verən çiyələk sortları üçün yararlıdır. Azərbaycanda fəaliyyət göstərən yeni şitillik təsərrüfatlarının sahibləri çiyələk bığcığının yüksək keyfiyyətli ucluqlarını (şüşə örtüklü istixanada yetişdirilən çiyələk şitili kimi) satın ala bilərlər. Belə şitillər çeşidlənərək bir formada çatdırılır və çiyələyin sortundan və hazırlıq səviyyəsindən asılı olaraq iyul ayında bar verir. Avqustun əvvəlində bar vermiş bəzi qabaqcıl çiyələk sortları yığımdan sonra torpaqdan çıxarılır, dərhal “gözləyən” əkin tirələrinə əkilir və dekabrda bar verir. Belə bitkilər növbəti əkin mərhələsinə kimi donmuş halda saxlanılır və 3 ölçü kateqoriyasına bölünür: 1-ci kateqoriya – kök boğazının diametri 15-18 millimetrdir, 2-ci kateqoriya – kök boğazının diametri 18-23 millimetrdir, 2-ci kateqoriya – kök boğazının diametri 23 millimetrdən artıqdır. Qeyd etmək lazımdır ki, yalnız təzə və ya dondurulmuş bitkiləri xüsusi hidroponik navalçalarda (torpaqsız mühitdə) yetişdirdikdə yüksək keyfiyyətli məhsul əldə etmək olar. Bunun üçün təzə bitki (bığcıq) ucluqları adətən 9 yuvacığı olan qablara əkilir. Hər qabın həcmi 250 kub santimetr, diametri 8 sm, dərinliyi isə 9 sm-dir. İstehsal iyul ayında başlayır və cavan bitkilər torpaqsız mühitdə, yəni xüsusi olaraq quraşdırılmış qablarda sürətlə boy atır. Dekabr ayında bu qablar yığılır və əkin tarixinə kimi (dekabr ayından başlayaraq növbəti ilin avqust ayına kimi) soyuducu anbarda saxlanılır.

31


ÇİYƏLƏKÇİLİK

Albion Sortunun Üzərində Aparılan Sınaqlar Aşağıdakı cədvəldən göründüyü kimi, müxtəlif sahələrdə Albion sortunun təkrar sınağını aparmaqla bir bitkidən 1 kiloqram məhsul əldə edilib. Bu sınaqlar sortun tam potensialını üzə çıxarmaq üçün aparılıb. Birinci sinfə aid olan faiz göstəricisi adətən kommersiya təsərrüfatlarında müşahidə olunan nisbətdən aşağıdır. Mükəmməl formada olmayan meyvə məqsədə uyğun olaraq ikinci sinfə aid edilir. Beləliklə, Albion sortu, şübhəsiz ki, daha ucuz yığım xərcinə (22% ucuz) və məhsuldarlığına (45 ton/hektar) görə isti iqlimli ərazilərdə, ağır torpaqlı sahələrdə və aşağı xərcli yetişdirmə sistemlərində, eləcə də orqanik məhsul istehsalında ən cəlbedici neytral çiyələk sortu hesab edilir. Cədvəl 5. Kaliforniyada Albion Sortunun Üzərində Aparılmış Sınaqların Nəticələri (şitilin növündən və əkin vaxtından asılı olan müxtəlif məhsuldarlıq səviyyələri)

Bununla belə, çiyələk şitillərinin düzgün qaydada əkilməsi məhsuldarlığın artırılmasında mühüm rol oynayır. Qıfşəkilli şitillərin mexaniki üsulla, yəni mulçalı tirələrə şitil əkən mexanizmlə və ya su çarxı ilə təchiz olunmuş avadanlıqlarla əkilməsi məsləhət görülür. Çılpaq köklü şitillər isə əllə əkilməlidir. Qeyd etmək lazımdır ki, əllə əkilən şitillərin kökünü qabaqcadan budamaq lazımdır. Şitilləri elə dərinlikdə əkmək lazımdır ki, kök sistemi üzə çıxmasın. Çılpaq köklü “frigo” şitillər də eyni qaydada əkilməlidir. Şitilləri əkməzdən qabaq sahədə müvafiq suvarma sistemi, məs. damla yaxud çiləmə (sprinkler) suvarma sistemləri quraşdırılmalıdır ki, əkilmiş bitki torpaqda kapillyar hərəkət edən su ehtiyatını dərhal mənimsəyə bilsin. Asma suvarma sistemləri bu baxımdan daha üstün tutula bilər, çünki belə sistemlər havanın nisbi rütubətini artırır və buxarlanmadan (transpirasiyadan) yaranan su itkisini azaldır. 32


ÇİYƏLƏKÇİLİK

33


ÇİYƏLƏKÇİLİK

Bütün çiyələk növlərinin və sortların ən iri məhsulu məhz birinci ildə yetişir. Növbəti illərdə meyvənin ölçüsü tədricən kiçilir. İstehlakçıların əksəriyyəti iri giləmeyvəni xoşalmır və belə hesab edirlər ki, kiçik giləmeyvə daha yaxşı dadır. Təbii ki, kiçik giləmeyvələr dadın görünüşdən üstün tutulduğu bazarlarda daha baha qiymətə satılır. Bununla belə, meyvə kiçilməyə başladıqda fermerlər torpağa daha çox gübrə verirlər. Gübrənin həddən artıq verildiyi torpaq şoranlaşır, bitkinin kiçilməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Çiyələk Sahəsinin Gübrələnməsi Və Torpağın Münbitliyi Qida maddələrinə olan tələbat Çiyələyi uğurla yetişdirmək üçün bitkinin qida maddələrinə olan tələbatını bütün vegetasiya və yetişmə mərhələlərində ödəmək lazımdır. Əsas qida elementlərinin çatışmazlığı digər bitkilərdə olduğu kimi çiyələyin də boy atmasına, yetişməsinə və meyvənin ölçüsünə mənfi təsir edir. Həddən artıq gübrələmə nəticəsində qida balansının pozulması və bitkinin zəhərlənməsi hallarının qarşısını almaq da eyni dərəcədə vacibdir. Gübrənin lazımsız miqdarda verilməsi istehsal xərclərini artırır (gübrə xərcləri istehsal xərclərinin böyük hissəsini təşkil edir) və ətraf mühitin çirklənməsinə səbəb olur, çünki kimyəvi maddələr torpaqdan sızaraq qrunt sularına qarışır. Torpağın analizi çiyələk üçün effektiv və səmərəli qidalanma proqramının hazırlanmasında mühüm vasitədir. Əkin tirələrini hazırlamazdan qabaq torpaq nümunələrinin analizini aparmaq və torpağın qida maddələrinə olan tələbatını dəqiq müəyyən etmək lazımdır. Torpaq analizinin ideal olaraq əkindən 4-6 ay qabaq aparılması məsləhət görülür. Xüsusilə, fosfora və kaliuma kifayət qədər vaxt ayrılmalıdır ki, inkişaf etməkdə olan bitki bu qida maddələrini rahat mənimsəyə bilsin. Torpaq nümunələrinin toplanması qaydalarını təsərrüfat malları mağazasından əldə etmək olar. Nümunələri toplayarkən bəzi amilləri, məs. çiyələyin dayaz kök atmasını, əkin tirələrinin ölçüsünü, əvvəlki ildə verilmiş gübrələrin torpağa hansı dərinlikdə qarışdığını və s. nəzərə almaq lazımdır. Qələvili torpağın tərkibində (pH səviyyəsi 7.1-8.5 arasında dəyişən) sərbəst hərəkət edən kalsium karbonatlar mövcuddur. Belə torpaq sahələrinin pH səviyyəsini aşağı salmaq üçün elementar kükürd və ya kükürd turşusu verilməlidir. Torpağın tərkibindəki kalsium karbonatın səviyyəsindən asılı olaraq bu maddələrin böyük miqdarda verilməsi tələb oluna bilər. Gübrələrin damla suvarma sistemi vasitəsilə verilməsi məsləhət görülür. Qeyd etmək lazımdır ki, torpağın pH səviyyəsi 2-10 il ərzində tam dəyişə bilir. Qələvili torpaqların pH səviyyəsini aşağı salmaq çox çətindir, ona görə də çiyələk bitkisi dəmir çatışmazlığından əziyyət çəkə bilər. Aşağıdakı şəkillərdə gübrə çatışmazlığının əlamətləri göstərilib. 34


ÇİYƏLƏKÇİLİK

Torpağa dəmir helatlarının verilməsi məhsuldarlığın artmasına və fotosintezə mane olan yarpaq saralmasının (xlorozun) qarşısını almağa kömək edir. Torpağın analizi əlavə qida maddələrinə, məs. fosfora (P2O5), kaliuma (K2O), kalsiuma (CaO), maqneziuma (MgO) və kükürdə (SO3) olan tələbatı müəyyən etmək imkanı verir. Azərbaycanın əksər istehsal bölgələrində fosfor, kalsium və maqnezium çatışmazlığı nadir hallarda müşahidə olunur, lakin torpaqda kalium çatışmazlığına tez-tez rast gəlinir və bu gübrəni əkindən qabaq vermək lazımdır. Torpağın analizi əsasında natriumun (Na) və ümumi duzluluq səviyyəsinin yüksək olub olmadığını müəyyən etmək olar. Azot (N) kök sisteminin, yarpaqların və bığcıqların inkişafında, eləcə də meyvənin yetişməsində ən mühüm rol oynayan qida maddəsidir. Nitrat-azot maddəsi vaxt keçdikcə torpaqda yuyulur, ona görə də bu gübrə hər məhsula verilməlidir. Şitili əkməzdən qabaq azotun torpağa qarışdırılması çox tövsiyə edilir. Bunun üçün sahənin bir hektarına 50-65 kq azot gübrəsi vermək lazımdır. Bu tətbiq norması ilkin mərhələdə bitkinin qol-budaq atmasına kömək edir. Ümumiyyətlə, plastik mulçanın istifadə olunmadığı sahələrə və ya qarışıq cərgələrin arasına əlavə azot səpilir. Bununla belə, plastik örtüklü mühitdə damla suvarma vasitəsilə verilən əlavə azot daha effektiv təsir göstərir. Bitki çiçəkləməyə başladıqda və ya qoltuq kök boğazında qönçə göründükdə azot gübrəsi verilməlidir. Fosforun cüzi miqdarda çox verməklə çiçəkləmə prosesini sürətləndirmək olar. Çiçəyin və meyvənin əmələ gəldiyi dövrdə hektar üzrə verilmiş əlavə azotun miqdarı əkindən qabaq verilmiş azotun miqdarına bərabər olmalıdır. Azot gübrəsinə və digər qida maddələrinə olan tələbat, eləcə də gübrələrin çiyələk üçün nəzərdə tutulmuş tətbiq normaları torpaq və toxuma nümunələrinin laboratoriya analizi əsasında müəyyən edilir. Yarpağın analizi gübrələmə proqramının effektivliyinin qiymətləndirilməsinə kömək edə bilər. Kommersiya təsərrüfatlarında yarpaq və saplaq toxumasının analizi əsasında bitkinin azota, kaliuma, kalsiuma və digər qida maddələrinə olan tələbatı müəyyən edilir. Cədvəl 2-də bitki yarpağındakı qida maddələrinin kifayət edən miqdarı göstərilib. Azərbaycan fermerləri ABŞ-ın Ohayo və Florida ştatları üçün nəzərdə tutulmuş bu məlumatlara istinad edə bilərlər. Cədvəldəki qiymətlər məhsul yığımı dövründə sağlam və yetkin bitkidən götürülmüş bütöv yarpağa (yarpaq ayası və saplaq da daxil olmaqla) aiddir. Əgər qida maddələrinin miqdarı çoxdursa və ya kifayət edirsə, fermerlər növbəti ildə məhsula eyni miqdarda gübrə verməlidirlər. Əgər hər hansı qida maddəsinin miqdarı cədvəldəki həddən aşağıdırsa, həmin növbəti ildə qida maddəsinin miqdarı artırılmalıdır.

35


ÇİYƏLƏKÇİLİK Cədvəl 6. Qida maddələrinin bitki üçün kifayət edən həddi (bütöv yarpağın quru çəkisi əsasında)

Azərbaycanda bitki analizi laboratoriyası yoxdur, lakin ölkədə kənd təsərrüfatının inkişafı, xüsusən də, kənd təsərrüfatı məhsullarının ixracının artırılması istiqamətində görülən tədbirləri nəzərə alsaq, yaxın gələcəkdə belə laboratoriyaların yaradılacağını deyə bilərik. Laboratoriya analizi ona görə vacibdir ki, bəzi hallarda torpaqdakı gübrə bitkiyə nüfuz edə bilmir və analizin nəticələri əsasında belə halları müəyyən etmək mümkün olur. Aşağıdakı şəkildə gübrələri bitki tərəfindən mənimsənilməsinə torpağın pH səviyyələrinin nə dərəcədə təsir etdiyi göstərilib. Qeyd etmək lazımdır ki, Azərbaycanın təsərrüfatlarında müşahidə olunan yüksək pH səviyyəsi mikroqida maddələrinin torpaqda ilişib qalmasına səbəb olur ki, bitki də nəticədə onları mənimsəyə bilmir.

36


ÇİYƏLƏKÇİLİK

Şəkildə göründüyü kimi, cüzi dərəcədə yüksək pH-a malik torpaq sahələrində bəzi mikroqida maddələri, o cümlədən azot, kalium və kalsium mövcud olsa da, dəmir, mis və sink kimi maddələr torpaqda ilişib qalır və bitki tərəfindən mənimsənilmir. Bitkidə qida maddələrinin çatışmazlığı əlamətləri aşağıdakı şəkillərdə göstərilib. Qida maddələrinin çatışmazlığı məhsul itkisinə səbəb olur. Bəzi qida maddələrinin çatışmazlığı vəxəstəliklərin əlamətləri oxşar olsa da, onları diqqətlə müqayisə etdikdə müəyyən fərqlər ortaya çıxır.

37


ÇİYƏLƏKÇİLİK

“Libixin Qanunu”nun konsepsiyasına əsasən torpaqda bir qida maddəsindən başqa bütün lazımi qida maddələri olsa da, həmin çatışmayan maddə bitkinin məhsuldarlığını aşağı salacaq. Ona görə də pH səviyyəsi yüksək olan torpaq sahələrinə kifayət qədər dəmir və sink verilməlidir ki, bitki digər qida maddələrini tam mənimsəyə bilsin. Əvvəlki bölmələrdə qeyd olunduğu kimi, qida maddələrini (məs. dəmiri) pH səviyyəsini aşağı salan digər maddələrlə (məs. kükürdlə) birlikdə damla suvarma sistemi vasitəsilə vermək və ya bitkinin yarpaqlarına səpmək olar. Libixin məhdudlaşdırıcı amillər qanunu

Çiyələkdə Azot Çatışmazlığı: Solda Orta və sağda Kəskin

Fosfor Çatışmazlığı

38

Fosfor Çatışmazlığının Mərhələləri


ÇİYƏLƏKÇİLİK

Kalium Çatışmazlığı

Dəmir Çatışmazlığı – Yarpaqların Saralması

Kalsium Çatışmazlığı

39


ÇİYƏLƏKÇİLİK

Bor Çatışmazlığı

Duzluluqdan Zədələnmiş Çiyələk Bitkisi

Torpağın pH Səviyyəsi və Duzluluq Çiyələk bitkisi duzluluğa qarşı çox həssasdır. Duzluluq adətən bitkinin boy atmasını yubadır və meyvənin kiçilməsinə səbəb olur. Suda və ya torpaqda həll olmuş mineral duzların konsentrasiyası (qatılığı) duzluluğu müəyyən edən ölçüdür. Su və torpaq kütləsində duzların aşağıdakı tərkib hissələri (ionları) mövcuddur: Natrium (Na+), maqnezium (Mg2+), xlorid (Cl-), kalsium (Ca2+), sulfat (SO42-), bikarbonat (HCO3-) və s. Bu maddələrin miqdarı və nisbəti torpaq sahəsinin xüsusiyyətlərindən asılı olaraq çox dəyişir. Beləliklə, torpağın tərkibindəki duzlar müəyyən miqdarda toplanaraq şoranlığın (duzluluğun) yaranmasına səbəb olur və çiyələk bitkisinə mənfi təsir edir. Duzluluğun təsiri altında stressə düşmüş bitki vegetasiya dövründə torpaqdan kifayət qədər su qəbul edə bilmir. Duzluluq səviyyəsi yüksək olan torpaq sahələrində bitkinin inkişafı yubanır, yarpaqlar saralır və hətta bitki quruyaraq məhv olur. Çiyələk bitkisində duzluluqdan yaranan stress əlamətləri bitkinin sortundan və qarışıq duzların növündən asılı olaraq dəyişir. Bunun nəticəsində problemin kəskinliyi artır. Fermerlər əksər hallarda aşağı səviyyəli duzluluqla bağlı yaranan problemləri nəzərdən qaçırırlar, çünki bu zaman sahədəki bütün bitkilərin ölçüsü və rəngi bir formada dəyişir. Ümumiyyətlə, duzluluq yüksək səviyyədə olduqda yarpaqların rəngi ilkin mərhələdə cüzi dərəcədə dəyişir və bitkinin mavi-yaşımtıl rəngi daha da tündləşir. Stresin təsiri artdıqca və davam etdikcə bitkinin inkişafdan dayanması daha qabarıq nəzərə çarpır, yarpaqların kənarları və ucu yanır, simptomların müşahidə olunduğu hissələr genişlənir və bitki məhv olur. Duzlar əsasən normadan artıq gübrələnmiş və ya tərkibində yüksək konsentrasiyalı mineral maddə olan su ilə həddən artıq suvarılmış torpaq sahələrində toplanır. Belə torpaq növləri yağıntının az, buxarlanmanın (evotranspirasiyanın) isə çox olduğu quraq və yarımquraq bölgələrdə üstünlük təşkil edir. Çiyələyi əkməzdən qabaq torpağın analizini apararaq duzluluq səviyyəsini müəyyən etmək lazımdır. Torpaq nümunəsini EC cihazı ilə (elektrik keçiriciliyini ölçən cihaz) analiz etmək olar. Bu cihazı “Spectrum Technologies” şirkətinin Azərbaycandakı distributorundan və ya internetdən sifariş etmək olar. 40


ÇİYƏLƏKÇİLİK

Duzluluq - suyun tərkibində həll olmuş ümumi bərk maddələrin konsentrasiyasıdır. Hər hansı təsərrüfat sahəsinin duzluluğu suvarma suyunun və ya torpaq nümunəsinin elektrik keçiriciliyini ölçməklə müəyyən edilir. Elektrik keçiriciliyi duzların konsentrasiyası ilə birbaşa əlaqə təşkil edir. Çiyələk bitkisi duzun təsirinə qarşı çox həssas olan bitkilərdən biridir. Bununla belə, çiyələyin duzluluğa qarşı müqaviməti onun sortundan asılı olaraq dəyişir. Ona görə də müqavimətli çiyələk sortlarından istifadə etməklə məhsul və keyfiyyət itkisinin qarşısını almaq olar. Itirilmiş məhsulun miqdarı duzluluğun kəskinlik dərəcəsindən və növündən, eləcə də bitkinin həmin təsirə məruz qaldığı vegetasiya mərhələsindən və müddətindən asılıdır. Qeyd etmək lazımdır ki, duzluluqdan yaranan məhsul itkisi bitkinin yaralarında belə müşahidə olunan əlamətlərdən qabaq baş verir. Müasir dövrdə çiyələk bitkisinin duzluluğa qarşı davamlılığı müxtəlif elmiaraşdırmaların mövzusuna çevrilib. Bu araşdırmaların nəticələrinə əsasən çiyələk bitkisi aşağı, orta və yüksək səviyyəli duzluluğa qarşı müxtəlif reaksiya göstərir, məs. natrium xloridin (NaCl) konsentrasiyası artdıqca, yəni suvarma suyunun və ya torpağın elektrik keçiriciliyi yüksəldikcə çiyələyin yarpaqları kiçilmiş, pöhrələrin çəkisi isə azalmışdır. İyunda bar verən çiyələk sortları ilə müqayisədə Elsanta sortunun inkişafında daha az yubanma müşahidə olunmuşdur və bu da həmin sortun duzluluğa qarşı daha davamlı olmasından xəbər verir. Əksər elmi-tədqiqatlarda çiyələk bitkisinin duzluluğa qarşı fərqli dərəcədə reaksiya göstərməsi təsdiqlənmişdir. Ona görə də duzluluğu yüksək olan su ilə suvarılan torpaq sahələri və ya şoran torpaqlar üçün müvafiq çiyələk sortunun seçilməsi xüsusi əhəmiyyət kəsb edir. Çiyələk bitkisi, xüsusən yüksək miqdarda olan xloridin təsirinə qarşı həssasdır. Bu zaman fotosintez prosesi yubanır, lazımi miqdarda karbohidrat əmələ gəlmir və nəticə etibarilə bitkinin məhsuldarlığı aşağı düşür və meyvənin keyfiyyəti itir. Qeyd etmək lazımdır ki, xloridin (Cl-) yüksək səviyyədə olması əksər bitkilərin nitrat (NO3+) qəbul etməsinə mane olmuş və nəticədə azot çatışmazlığı yaranmışdır. Xloriddən zəhərlənmiş bitkinin yarpaqları vaxtından qabaq saralır və kənar hissələrdən başlayaraq daxilə doğru qurumağa başlayır. Natrium sulfat və natrium bikarbonat çiyələk bitkisinə dərhal mənfi təsir göstərmir, lakin natrium xlorid və kalium xlorid bitkini dərhal zədələyir. Çiyələk bitkisinin duzluluğa qarşı reaksiyası torpağın növündən, boy atma mərhələsindən və yetişmə mühitindən asılı olaraq dəyişir. Ona görə də cərgələrin arasına səpilən kalium xlorid tərkibli gübrələri çiyələk sahələrinə səpmək olmaz. Əgər torpaqda həddən artıq miqdarda natrium ionları (Na+) olarsa, çiyələk bitkisi zəhərlənə bilər. Torpaq mühitində natrium duzlarının artması nəticəsində natrium ionlarının həddən artıq miqdarda olması membranların birləşdiyi hissələrdə kalsium ionları ilə rəqabətə girə bilər. Bu zaman çiyələk bitkisi Ca2+ ionunu yaxşı mənimsəyə bilmir. 41


ÇİYƏLƏKÇİLİK

Bundan başqa, bitkinin boy atan hissələrində Ca2+ ionunun sərbəst hərəkət edə bilməməsi vegetativ və reproduktiv orqanların keyfiyyətinə mənfi təsir edir. Beləliklə, duzluluq (şoranlıq) qida maddələrinin, o cümlədən kaliumun mənimsənilməsinə birbaşa təsir edə bilir. Bitkinin quru maddə tərkibində 0.2%-dən artıq natriumun olması natrium toksikliyi (zəhərliliyi) yaradır. Kalsium (Ca), sulfat ionları (SO4 ) və maqneziumla (Mg) zəngin su ilə suvarılan çiyələk bitkisi yüksək səviyyəli natriumun təsirinə qarşı daha çox müqavimət göstərir, çünki bu maddələr natrium kationlarına qarşı əks təsir göstərir. Şoran mühitdə yetişdirilmiş əksər bitkilərlə bağlı əldə edilmiş məlumatlara əsasən aydın olur ki, çiyələk sahəsinə kalium əsaslı gübrə verməklə yüksək səviyyəli natriumun təsirinə qarşı mübarizə aparmaq olar. Bor maddəsi bitki üçün vacib olan qida elementidir, lakin bu maddənin həddən artıq miqdarda olması bitkinin zəhərlənməsi ilə nəticələnir. Bor maddəsi yarpaqlarda toplanır və müəyyən həddi keçdikdən yarpaq toxumasını zəhərləyir və bitkini məhv edir. Bor maddəsi quraq bölgələrdə suvarma suyunun ən təhlükəli elementi hesab olunur. Borun bir litr mayedə 0.7 mq-dan az olması bitkinin inkişafına heç bir mənfi təsir göstərmir. Torpağın pH Səviyyəsi Azərbaycanda torpağın pH səviyyəsinin çiyələyin məhsuldarlığına və inkişafına göstərdiyi təsirlər barədə az məlumat əldə edilib. Məlumdur ki, ölkənin əksər torpaq sahələrində pH səviyyəsi 7.0-8.6 arasında dəyişir. Bununla belə, pH-ı 4.0 olan turş torpaqlar pH-ı ≥7.0 olan qələvi torpaqlarla müqayisədə çiyələk istehsalına daha az yararlıdır. Torpağın pH göstəriciləri qəbul olunmuş həddi aşdıqda çiyələk bitkisi qida maddələrini daha az mənimsəyir. Bunun nəticəsində bitkinin məhsuldarlığı və meyvənin keyfiyyəti aşağı düşür. Torpağın pH səviyyəsi qida maddələrinin mənimsənilməsinə təsir edir, ona görə də çiyələyi əkməzdən qabaq torpaq nümunəsinin analizini aparmaq lazımdır. pH həddinin 6.0-6.2 arasında olması çiyələyin boy atmasına güclü təkan verir və bitkinin inkişafı üçün zəruri olan əksər qida maddələrinin mənimsənilməsinə şərait yaradır. Azərbaycanda torpağın pH-nı analiz etmək üçün kifayət qədər laboratoriyalar vardır bununla yanaşı “Spectrum Technologies” şirkətinin Bakıdakı distributorundan kiçik və əldə daşınan pH-metrlərdən də istifadə edilməsi məsləhət görülür. Makro-qida çatışmazlığı pH-ı çox aşağı olan, mikro-qida çatışmazlığı isə pH-ı çox yüksək olan torpaqlarda müşahidə edilir. Turşulu torpaqlara əhəng, qələvili torpaqlara isə kükürd verməklə pH səviyyəsini tənzimləmək olar. Qeyd etmək lazımdır ki, bu maddələrin müxtəlif formaları, torpağın tənzimləmə gücü, temperatur və nəmlik səviyyələri pH-ın tənzimlənmə sürətinə təsir edir. 42


ÇİYƏLƏKÇİLİK

Çiyələk şitillərini əkməzdən ən az 2 ay qabaq torpağa əhəng və ya turşu vermək lazımdır. Qida maddələrinin çatışmazlığı aşkar edildikdə torpağın pH və qida tərkibi yoxlanılmalı və tənzimlənməlidir. Bununla belə, torpaq sahələrində müəyyən elementlərin (Cl- və Na+) həddən artıq miqdarda olması bitkinin boy atmasına mənfi təsir göstərə bilər və mümkün olduqda belə halların qarşısını almaq lazımdır. Torpağın Yaxşılaşdırılması Çiyələk yetişdirmək üçün ideal torpaq sahəsinin seçilməsi məsləhət görülür, lakin belə torpaqlara nadir hallarda rast gəlmək olar. Bununla belə, çiyələk istehsalçıları torpağın su saxlamaq və sızdırmaq qabiliyyətini gücləndirmək, pH səviyyəsini lazımi həddə saxlamaq və qida maddələrinin uzunmüddətli mənbəyini yaratmaq üçün müəyyən köməkçi maddələrdən istifadə edə bilərlər. pH şkalası 0-14 arasında dəyişir və torpağın pH göstəriciləri əsasında onun turşuluğu və ya qələviliyi müəyyən edilir. Neytral pH göstəricisi 7-ə bərabərdir. pH qiyməti 7-dən aşağı olduqda turş, yuxarı olduqda isə qələvi mühit yaranır. Torpağın pH göstəricisi torpaqdakı məhlulda hidrogen ionlarının konsentrasiyasını ölçən kəmiyyətə deyilir. Hidrogen ionu turşu kationudur. Torpaqdakı məhlulda hidrogen ionlarının konsentrasiyası nə qədər yüksək olarsa, pH qiyməti bir o qədər aşağı olar. Əksinə, torpağın pH qiyməti nə qədər aşağı olarsa, onun turşuluğu bir o qədər çox olar. Torpaqdakı məhlulda hidrogen ionlarının konsentrasiyası torpağın kation mübadiləsi sistemində saxlanılan hidrogen ionlarına birbaşa mütənasib və ya bərabərdir. Beləliklə, gil hissəciklərinin saxladığı hidrogen ionları torpaqdakı suyun hidrogen ionlarını tənzimləyir. Əhəng və Kükürd Torpağın pH-nı ideal həddə (6.0-6.2) saxlamaq üçün əhəngdən (aşağı pH üçün) və kükürddən (yuxarı pH üçün) istifadə edilir. Azərbaycanda pH göstəricisi aşağı olan, yəni əhəngə tələbatı olan torpaq sahələri müşahidə olunmayıb. Ölkə təsərrüfatlarında torpağın pH göstəricinin yuxarı olması əsas problemlərdən biridir. Qeyd etmək lazımdır ki, Ca2+ (kalsium ionu) və SO42- (sulfat ionu) maddələri bitkinin boy atmasında və qidalanmasında çox vacib rol oynayır. Suvarma suyu və gübrələr torpağın pH-na təsir edə bilər, ona görə də ildə ən azı bir dəfə torpağın analizini aparmaq lazımdır. Turşulu torpaq sahələrinin pH-nı artırmaq üçün əhəng vermək lazımdır. Mürəkkəb torpaq mühitində mübadilə oluna bilən turşluq məhz turşu kationlarının (kation mübadiləsi qabiliyyətinə təsir edən alüminium və hidrogeni) miqdarı ilə əlaqə təşkil edir. Torpağın pH səviyyəsi 4.0 olarsa, hidrogenlə yanaşı hərəkətli və toksik alüminim da üstünlük təşkil edəcək. Torpaq mühitində qələvi metalların təsiri altında baş verən yüksək elektrostatik yükləmələrə, eləcə də mübadilə oluna bilən turşluğa və ya kolloid məhlulun doyma səviyyəsinə görə əhəngin nəzarət altında verilməsi tələb olunur. 43


ÇİYƏLƏKÇİLİK

Əhəngin konsentrasiyası kalsium və maqneziumun tərkibinə və formasına əsasən təyin olunur. Ümumiyyətlə, kalsium və maqnezium karbonatlarının həll olmasına və müəyyən mikrobların (mikrobiotanın) fəaliyyətinə şərait yaratmaq üçün tərkibində köməkçi üzvi maddələr olan kalsit və ya dolomit tozu kimi narın karbonatların həmişə birgə verilməsi məsləhət görülür. Azərbaycanda pH səviyyəsi 7-dən aşağı və tərkibində 2%-dən az CaCO3 olan qələvi torpaqlar çiyələyin yetişdirilməsi üçün yararlı hesab edilmir, ona görə də belə torpaq sahələrinin turşuluğunu müəyyən maddələrlə, məs. 98%-lik elementar kükürd tozu ilə artırmaq lazımdır. Orta-ağır torpaqlarda pH səviyyəsini bir vahid azaltmaq üçün sahənin bir hektarına 900 kq kükürd (tirələrin hazırlanmasından ən az 2 ay qabaq) vermək lazımdır. Tirələri hazırlamazdan qabaq kükürdlə zəngin nəm peyindən də istifadə etmək olar. Belə dənəvər məhsullar torpağın pH səviyyəsini tənzimləmək və kükürd çatışmazlığını aradan qaldırmaq üçün çox tövsiyə edilir. Kükürdlə zəngin üzvi gübrələr (kompost) qələvi və turşulu torpaqlara əla təsir göstərir, ona görə də turş mühitdə yetişdirilən bitkilərin yetişdirilməsi üçün belə gübrələrin mütəmadi olaraq verilməsi çox vacibdir. Belə gübrələri ənənəvi, kompleks və orqanik becərmə üsullarının tətbiq olunduğu torpaq sahələrinə vermək olar. Qum və Ağac Qabığı Əgər torpağın tərkibində həddən artıq gil varsa, sahənin drenaj sistemində, yəni suyun torpaqdan süzülərək axıb getməsində problem yarana bilər. Belə problemləri aradan qaldırmaq üçün kvars mənşəli qumdan istifadə etmək lazımdır. Kalsit mənşəli qumlardan istifadə etmək olmaz, çünki onların tərkibində kalsium və maqnezium karbonat vardır. Torpağın qələvi mühitə qarşı reaksiyası bitkinin lazımi səviyyədə qidalanmasında, yəni makrovə mikro qida elementlərinin mənimsənilməsində mühüm rol oynayır. Turşuluq səviyyəsini artıran maddələrlə yanaşı bəzi üzvi tərkibli vasitələrdən, məs. şam ağacının qabığından, şam taxtasının kəpəyindən və qırıntısından və ya torf mamırından istifadə etməklə torpağın su sızdırmaq və hava keçirmək qabiliyyətini gücləndirmək olar. Əgər bu maddələri təkcə tirələrə səpmək lazım gələrsə, tələb olunan minimum tətbiq norması hektar üzrə 300 m3-dir. Nisbətən kompost olunmuş, “turş” qırıntılardan və ya taxta kəpəyinin qarışığından istifadə etmək lazımdır. Belə qarışıq maddələrdə karbonun azota olan nisbəti 30:1 olmalıdır. Lifli torf qırıntısının ölçüsü 10- 40 mm olmalıdır, lakin 20 - 40 millimetrlik qırıntılar daha yaxşı nəticə verir.

44


ÇİYƏLƏKÇİLİK

Bitki Qalıqları və Qoruyucu Bitkilər Əgər çiyələk bitkisi digər məhsullarla və ya qoruyucu bitkilərlə növbəli şəkildə əkilərsə, çiyələk şitillərini həmin sahəyə köçürməzdən qabaq bu bitkilərin qalıqlarını torpağa qarışdırmaq lazımdır. Torpağa qarışmış bitki qalıqları və ya qoruyucu bitkilər təxminən 3-4 həftə ərzində parçalanır. Yuxarıda qeyd olunduğu kimi, bitki qalıqları və qoruyucu bitkilər torpağın fiziki xüsusiyyətlərini gücləndirir və münbitliyini artırır. Kompost Kompostu peyindən və bitki mənşəli üzvi maddələrdən, məs. bitki qalıqlarından, samandan, peyindən, yer fındığı, pekan qozu və çiyid qabığından, ağac qabığından, taxta qırıntılarından və doğranmış kağızdan hazırlamaq olar. Kompost - yuxarıda qeyd olunan materialları və maddələri parçalamaqla hazırlanan, nisbətən bir formada olan sabit tərkibli üzvi gübrədir. Kompost torpağın münbitliyini artırır, üzvi maddə tərkibini zənginləşdirir, eləcə də fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini yaxşılaşdırır. Kompostu torpağa qarışdırmaq və ya onun səthinə yaymaq olar, lakin onun tərkibindəki azot maddəsi çiyələyin boy atması və inkişafı üçün kifayət etmir. Ona görə də torpağın laboratoriya analizi əsasında əlavə azota olan tələbatını müəyyən etmək lazımdır. Heyvan peyini torpağın fosfor, kalium və mikro-qida tərkibini zənginləşdirdiyi üçün azot daşıyıcısı kimi də istifadə oluna bilər. Peyin torpağın fiziki strukturunu möhkəmləndirir və su keçirmək qabiliyyətini gücləndirir. Çiyələk sahəsi üçün yalnız yaxşı çürüdülmüş (kompostlanmış) heyvan peyini məsləhət görülür əks halda məhsul çirklənər və istehsalçılar ciddi xəstəliyə yoluxa bilərlər. Əsasən peyindən ibarət olan kompostun tərkibindəki fosfor əksər hallarda bitkinin qəbul edə biləcəyi miqdardan artıq olur. Ona görə də belə kompostun dəfələrlə yüksək normada verilməsi fosforun torpaqda yığılıb qalmasına səbəb olur. Fosforun artıq miqdarda olması torpağın çirklənməsinə də səbəb olur. Bunun nəticəsində bitkilər digər qida maddələrini lazımi səviyyədə mənimsəyə bilmir. Tam çürüməmiş ya təzə heyvan peyininin əvəzinə tamamilə çürüdülmüş üzvi materialın (peyinin) istifadə olunması həmişə daha yaxşı nəticə verir. Torpağa təzə peyin verdikdə həddən artıq miqdarda natrium maddəsi toplanır, təzə məhsulun bəzi patogen orqanizmlərə (məs. Salmonella və Escherichia coli) yoluxması riski artır və saman çöpləri tam parçalanmadığı üçün mikrobların fəaliyyəti zəifləyir. Ona görə də məhsul yığımından qabaq 120 gün ərzində torpağa təzə peyin vermək olmaz. Qeyd etmək lazımdır ki, uzun müddət ərzində nəzarət altında çürüdülmüş və qıcqırdılmış heyvan peyininin bir qramında təxminən 4 milyarddan artıq xeyirli mikrob əmələ gəlir.

45


ÇİYƏLƏKÇİLİK

Torpağın Münbitliyi və Kation Mübadiləsi Qabiliyyəti (C.E.C.) Torpaq hissəciklərində mövcud olan elektrik yükü gübrələri torpaqda tutub saxlayır. Bunun nəticəsində bitkinin kökləri gübrəni uda bilmir. Diametri 0,001 millimetrə qədər olan torpaq kolloidləri (elektrik yüklü torpaq hissəcikləri) mübadilə oluna bilən udma (mənimsəmə) mühiti yaradır. Torpağın C.E.C. qiymətini ölçməklə qida maddələrinin torpaq mühitində nə dərəcədə saxlanıldığını müəyyən etmək olar. C.E.C. göstəricisinin yüksək olması çiyələk üçün çox vacibdir, çünki torpaq bu zaman kifayət qədər qida maddəsini özündə saxlayır və duzların həddən artıq miqdarda yığılmasının qarşısı alınır. Torpağın C.E.C. qiyməti yüksək olduqda əsas maddələrin (kalsium, kalium, maqnezium, natrium ionları) udulma səviyyəsi aşağı düşür. Torpağın pH-ı artdıqca udulma səviyyəsi də artır. Bununla belə, torpağın pH-nı kifayət qədər yüksək səviyyədə (çiyələyin davamlı istehsalı üçün lazım olan) saxlamaq çətin olur. Torpaqda gil və üzvi maddələr nə qədər çox olarsa, onun bərkimə mərhələsində mövcud olan kolloid kompleksində və buna uyğun torpaq məhlulunda daha çox kation müşahidə olunar. Torpağa kifayət qədər çürümüş üzvi gübrənin (peyinin) verilməsi münbitliyi artırmağın ən yaxşı yoludur. Torpağın C.E.C qiyməti üzvi gübrənin (peyin) tərkibindəki qumin və fulvik turşularının miqdarından və humifikasiya səviyyəsindən asılı olaraq hər 100 qramda 30-50 meq-ə kimi arta bilər. Bu zaman torpağın pH tənzimləmə qabiliyyəti də güclənir. Gübrələrin Yay Əkinindən Qabaq Verilməsi Yay əkinindən qabaq torpağın strukturunu yaxşılaşdıran üzvi maddələri, çürümüş peyini, əhəngi, gipsi, fosforu, kaliumu və ya mikroelementləri, eləcə də ümumi azotun bir hissəsini torpağa səpməklə və ya qarışdırmaqla əkin tirələri düzəltmək olar. Həmin dövrdə şitillərin əkiləcəyi çalaların kənarına və aşağı hissəsinə zolaq şəklində gübrə də verilir. Əlavə azot isə vegetasiya dövründə damla suvarma sistemi vasitəsilə verilir. Nəzarət altında verilən və uzun müddət təsir göstərən gübrələr çalanın dibinə səpilməli və 4-5 sm qalınlıqda torpaqla örtülməlidir (gübrə təxminən 15 sm dərinlikdə olmalıdır). Bu gübrələr çalanın kənarına və ya tirələrin ortasına, yəni damla suvarma xəttinin altına da səpilməlidir. Azot Gübrəsinin Verilməsi Bitkilər azot gübrəsini iki formada qəbul edir: nitrat (NO3-) və ammonium (NH4+). Bitki üçün üstün tutulan forma nitratdır, çünki bitki nitratı daha asan və sadə yolla mənimsəyir. Ona görə də sahəyə verilən azot gübrəsinin 90%-i nitratdan ibarət olmalıdır. Nitratın elektrik yükü zəifdir. Bu maddə torpaq mühitində su ilə tez hərəkət edir. 46


ÇİYƏLƏKÇİLİK

Bununla belə, soyuq aylarda azotun tərkibindəki ammonium 25-30% artırılmalıdır, çünki belə mövsümdə nitratın udulması kifayət etmir. Ammonium azotdan uzun müddət ərzində istifadə etdikdə torpağın pH-ı (xüsusən də, tərkibindəki kalsiumun aşağı miqdarda olduğu daha qumsal torpaqlarda) aşağı düşə bilər. Ammonium azotun uzunmüddətli istifadəsi digər qida maddələrinin mənimsənilməsinə də təsir edə bilər, məs. manqanın toksik səviyyəyə çatması ilə nəticələnə bilər. Çiyələk sahəsinə verilən tipik azot gübrəsinin tərkibində karbamid (46%N), ammonium nitrat (34% N), kalium nitrat (13% N) və kalsium nitrat (15% N) olur. Təkcərgəli əkin sistemində azot gübrəsinin əksər hissəsi yay aylarında, yəni məhsul yığımından sonra verilir, çünki həmin dövrdə növbəti il üçün yeni yarpaqların və zoğların (bığcıqların) əmələ gəlməsinə ehtiyac yaranır. Əkin dövründə (torpağın ümumi münbitliyinin yaxşı səviyyədə olduğunu fərz etsək) çiyələk sahəsinin bir hektarına (əkindən qabaq) 25-45 kq faktiki azot vermək lazımdır. Bundan sonra çiçəkləmə mərhələsində hektara 35 kq, yekun mərhələdə isə əlavə olaraq 25 kq azot verilməlidir. Azotun tətbiqi mərhələləri bitkinin vegetasiya dövrlərinə uyğun olmalıdır. Tipik çiyələk sahələrində 1:1 nisbətində qarışdırılmış kalsium nitrat Ca(NO3)2 (15,5%N+26.5%CaO ilə) və kalium nitrat (KNO3) (13%N+46%K2O ilə) cavan bitki üçün azot mənbəyi kimi tövsiyə olunur, çünki bu maddələr torpaqda qalır, yəni buxarlanaraq uçmur və çiyələk bitkisi azotu, kaliumu və kalsiumu eyni vaxta qəbul edə bilir. Bununla belə, məhsuldarlığın optimal səviyyədə olması üçün torpağın duzluluğuna nəzarət etmək lazımdır. Fosfor gübrəsinin verilməsi Fosfor gübrəsi bitkinin enerji ehtiyatlarının idarə olunmasında və meyvənin əmələ gəlməsində mühüm rol oynayır. Fosfor elementi yenicə əkilmiş çiyələk şitillərinin kök salmasında xüsusi əhəmiyyət daşıyır. Torpaq mühitində çiyələk bitkisinin boy atması üçün kifayət miqdarda xam fosfor olsa da, bitki onu mənimsəyə bilmir, çünki torpağın mineral və üzvi hissəcikləri belə fosforu həmişə tutub saxlayır. Bunun nəticəsində xam fosfor torpaqda hərəkət etmir və çətinliklə yuyulur. Torpağın pH-ı həddən artıq aşağı (<5.5) və ya yuxarı (8.0 - 8.5) olduqda, eləcə də kalsium, maqnezium və ya sink elementləri həddən artıq miqdarda verildikdə fosforun mənimsənilməsi çətinləşir. Azərbaycanın təsərrüfatlarında torpağın pH-ı, eləcə də kalsiumun, maqneziumun və sinkin miqdarı optimal səviyyədən yüksəkdir. Ona görə də fosfor gübrəsinin verilməsinə ehtiyac yaranır. Əkindən qabaq ilkin/əsas gübrələri verdikdən sonra bitkinin fosforu lazımi səviyyədə mənimsəməsi üçün torpaq analizinin göstəriciləri 20–30 ppm (fosfor üçün tətbiq olunan Olsen metodu əsasında) arasında dəyişməlidir.

47


ÇİYƏLƏKÇİLİK

Çiyələk bitkisinin fosfora olan tələbatı çox yüksək olmasa da, bu elementin optimal normada verilməməsi bitkinin məhsuldarlığına mənfi təsir göstərə bilər. Qeyd etmək lazımdır ki, torpağın pH-nın təxminən 6.5 həddində saxlanılması fosforun lazımi səviyyədə mənimsənilməsinə kömək edir. Çiyələk şitillərini əkdikdən sonra yarpaq toxumasının və torpaq nümunəsinin laboratoriya analizini aparmaqla, eyni zamanda bitkinin yarpaq örtüyünü müşahidə etməklə fosforun vəziyyətinə nəzarət etmək lazımdır. Fosfor elementi digər gübrələrin təsiri altında həll olduğu üçün bitki tərəfindən gec mənimsənilir, ona görə də bu gübrəni əkindən qabaq torpağa vermək lazımdır ki, çiyələk bitkisi müvafiq inkişaf mərhələlərində onu daha çox qəbul edə bilsin. Fosforla sink arasında güclü ziddiyyət mövcuddur, yəni fosfor həddən artıq miqdarda olduqda sinkin mənimsənlməsinə, sink həddən artıq miqdarda olduqda isə fosforun mənimsənilməsinə mənfi təsir göstərir. Fosforla sink arasındakı ideal nisbət 10:1 olmalıdır. Yaşıl rəngin tündləşməsi və yarpaqların kiçilməsi fosfor çatışmazlığının ilkin əlamətləridir. Çatışmazlıq kəskin dərəcəyə çatdıqda yarpağın üst səthi qaralır, metal kimi parıldayır, alt hissəsi qırmızı-bənövşəyi rəngə çalır, meyvə və çiçəklər kiçilir, köklər isə inkişafdan dayanaraq qaralır və seyrəkləşir. Laboratoriya analizinin nəticələrinə əsasən yarpaqdakı quru maddədə P ≤0.2% olarsa, deməli fosfor çatışmazlığı baş verib. Fosfor çatışmazlığının artma dərəcəsi torpağın münbitliyindən bəhs edən bölmədə göstərilib. Fosfor gübrəsi əksər hissəsi əkindən qabaq verilir və kök zonasına səpilir. Dənəvər NPK gübrəsindən, məs. superfosfatdan və ya tripleksdən istifadə etməklə bitkini uzun müddətə fosforla təmin etmək olar. Plastik mulça ilə örtülmüş tirələrin çalasına və ya tirənin kənarlarına səpilmiş superfosfat effektiv təsir göstərmir. Ona görə də həll oluna bilən fosfor gübrəsinin damla suvarma sistemi ilə verilməsi tövsiyə olunur. Bu zaman bitki fosforu dərhal mənimsəyir və gübrənin istifadəsi xərci azalır. Mövsümün əvvəlində, eləcə də bitkini ikinci məhsul yığımı üçün budamazdan qabaq (əgər bitki ikinci ilə saxlanılarsa) və ya sonra hər 1,000 bitkiyə 1-1.2 kq monoammonium fosfat (MAP) səpdikdə çox yaxşı nəticə əldə etmək olar. Bu zaman meyvənin və çiçəyin ölçüsü artır, kök sistemi daha yaxşı inkişaf edir. Çiçəkləmə və bar vermə mərhələsində hər 1,000 bitkiyə 0,6-0,7 kq mono-kalium fosfat (MKP) verin. Bu gübrə meyvənin keyfiyyətini və ölçüsünü artırır, kök sisteminin təkrar inkişafına şərait yaradır. Kaliumun verilməsi Kalium gübrəsi çiyələk üçün nisbətən daha yüksək miqdarda tələb olunan üç əsas makro-qida maddələrindən biridir. Bu kimyəvi element çiyələk bitkisinin mühüm komponenti olub transpirasiya (buxarlanma) nəticəsində yaranan su itkisini tənzimləyir və bitkinin lazımi miqdarda su qəbul etməsinə şərait yaradır. 48


ÇİYƏLƏKÇİLİK

Kaliumu əkindən qabaq və meyvənin erkən formalaşma mərhələsində vermək lazımdır. Kalium gübrəsi çöküntünün yüksək səviyyədə olduğu ərazilərə və qumsal torpaqlara daha çox miqdarda verilməlidir. Bu gübrəni əkindən sonra da damla suvarma sistemi vasitəsilə vermək lazımdır. Torpağın pH səviyyəsindən asılı olaraq kalium nitratı və kalium sulfatı əkindən qabaq vermək və torpaqda arzu olunan kalium ehtiyatı yaratmaq olar. Ümumiyyətlə, 1,000 bitkiyə 0.7-0.8 kq kalium kifayət edir. Çiyələyin ətrini və keyfiyyətini artırmaq üçün lazımi gübrələrin uyğun damla suvarma sistemləri vasitəsilə verilməsi mühüm əhəmiyyət kəsb edir. Çiçəkləmə, barvermə meyvə tutumu mərhələlərində hər 1,000 bitkiyə 0.7-0.8 kq kalium nitrat vermək lazımdır. Kalsiumun Verilməsi Kalsium çiyələk bitkisi üçün tələb olunan “ikinci dərəcəli” qida maddəsidir. Bu kimyəvi element çiyələk bitkisində hüceyrə divarlarının strukturunu təşkil edən əsas hissə olub müəyyən vəzifələri yerinə yetirir, məs. kalsium elementi pektin polisaxarid mühitində çarpaz əlaqələr yaradır. Qeyd etmək lazımdır ki, sürətlə boy atan bitkilərdə meyvə və çiçəyin saplağını saxlayan struktur hissələrin möhkəmliyi, eləcə də meyvənin bərkliyi və saxlanma müddəti mövcud kalsium ehtiyatından çox asılıdır. Kalsium elementi həmçinin proteinin bioloji sintezi ilə əlaqə təşkil edir. Kalsium maddəsi kök sisteminin inkişafına və karbohidratların hərəkətinə kömək edir. Kalsium çatışmazlığı bitkinin boy atmasına mane ola bilər, çünki bu kimyəvi element kök tellərinin böyüməsində mühüm rol oynayır. Bitkidə kalsium çatışmazlığı digər qida maddələrinin də çatışmamasına səbəb ola bilər. Bitki toxumasında kaliumun miqdarı artdıqca bakteriyaların və göbələk sporlarının fəaliyyəti zəifləyir. Əgər torpağın pH həddi müvafiq hədd daxilində (6.0-6.2) saxlanılarsa, kalsium ehtiyatı bitki üçün uyğun miqdarda qalar. pH-ı aşağı olan torpaq sahələrində kalsium çatışmazlığı yarana bilər. Torpağın laboratoriya analizində kalsiumun optimal göstəricisi 1,000 – 1,500 ppm dəyişməlidir. Kalsium bitkinin toxumasında və torpaqda çox yavaş hərəkət edir. Bu maddə müstəsna olaraq transpirasiya (buxarlanma) axını ilə hərəkət edir. Ümumiyyətlə, əhəngli, natriumlu, cüzi dərəcədə qələvili və neytral torpaq sahələrində bitkinin mənimsəyə biləcəyi və həll ola bilən kalsium kationlarının sayı çox olur. Ca2+ kationları belə torpaq mühitində su ilə sərbəst hərəkət edərək bitkinin köklərinə çatır və torpaqdan süzülərək aşağı istiqamətdə axır. Belə şəraitdə bitkinin kök sisteminə çatan Ca2+ maddəsinin miqdarı köklərin mənimsəyə biləcəyi miqdardan çox olur (bir neçə yüz əmsal fərqi olur), ona görə də Azərbaycanın təsərrüfatlarında kalsiumun belə şəraitdə damla suvarma sistemi vasitəsilə bitkiyə verilməsi məsləhət görülmür. Suvarma suyundakı kalsium maddəsi bitkini kalsium kationları ilə təmin edir. Suvarma suyunda kalsium konsentrasiyasının xarakterik qiyməti 25-200 ppm arasında dəyişir. İl ərzində bir hektara 5,000 m3 suyun verildiyini nəzərə alsaq, sahənin bir hektarına suvarma suyu ilə 125-1,000 kq kalsiumun (il ərzində) daşındığını görərik. 49


ÇİYƏLƏKÇİLİK

Əgər suvarma suyu bu miqdarda bitkinin kök zonasına çatarsa, bu tətbiq norması çiyələk üçün kifayət edir, lakin fermerlər təsərrüfatdakı su mənbələrinin bu hesablamalara uyğun gəlib gəlmədiyini müəyyən etməlidirlər. Kalsiumun torpaqdakı digər mənbəyi isə fosfat gübrələridir. Bu gübrələr, məs. superfosfat (~28% CaO) və ya üçqat superfosfat (19% CaO) zəngin fosfor mənbəyi olduğu üçün adətən torpağa yüksək normada verilir. Fosfat gübrələri torpağa yaxşı qarışır və daha yaxşı mənimsənilir. Bununla belə, turşulu torpaqlara həll oluna bilən kalsium duzunun, məs. kalsium nitratın verilməsi alüminiumdan və manqandan yaranan zəhərlənmə hallarının qarşısını almağa kömək edə bilər. Bitkini torpaqsız mühitdə yetişdirdikdə kalsiumun damla suvarma sistemi vasitəsilə verilməsi mühüm əhəmiyyət kəsb edir, çünki ətalətli qida mühiti bitkini lazımi miqdarda kalsiumla təmin edə bilmir. Bundan başqa, kalsium kationları nəm zonada sərbəst hərəkət edə bildiyi üçün onların kök sistemindən yuyulub axmasının qarşısını almaq lazımdır. Damla suvarma sistemi ilə verilən kalsiumun miqdarı ilə digər kationların, məs. ammoniumun, kaliumun və maqneziumun miqdarı arasında tarazlıq yaradılmalıdır, çünki hər hansı qida maddəsi həddən artıq miqdarda verildikdə digərinin mənimsənilməsinə mane olur. Qeyd etmək lazımdır ki, qida maddələrinin kationları kök zonasında rəqabət aparır. Kalsiumun maqneziuma olan nisbəti bu baxımdan mühüm əhəmiyyət kəsb edir, çünki torpağın strukturu, qida maddələrinin mənimsənilməsi və bioloji fəaliyyət bu iki qida maddəsinin arasındakı nisbi balansla tənzimlənir. Kalsiumun bora olan nisbəti də eyni dərəcədə vacibdir, çünki kalsiumun miqdarı kifayət etmədikdə bor maddəsi bitkiyə toksik təsir göstərə bilər. Bu qida maddələrinin arasındakı qarşılıqlı təsirlər o qədər həssasdır ki, onların çatışmazlığı eyni zamanda aradan qaldırılmalıdır. Çiyələk bitkisi kalsiumu kök tellərinin ucu ilə mənimsəyir. Bu kimyəvi maddə bitkinin daxilindəki transpirasiya (buxarlanma) axını ilə hərəkət edir, yəni buxarlanmanın ən fəal şəkildə baş verdiyi hissələrə, məs. daha yaşlı yarpaqlara daşınır. Kalsiumun təkrar paylanması mümkün deyil, yəni yaşlı yarpağa daşınan kalsium cavan yarpağa qayıda bilmir. Meyvələr və cavan yarpaqlar az su buxarlandırır (demək olar ki buxarlandırmır), ona görə kalsium çatışmazlığının ilkin əlamətləri məhz bu toxumalarda nəzərə çarpır. Kalsium çatışmazlığının əlamətləri aşağıdakı kimidir: sürətlə böyüyən yarpaqda uc hissənin yanması, cavan yarpaqlarda uc hissənin böyüməməsi və qaralması, saplağın çürüməsi (nekrozu) nəticəsində yarpaqların tökülməsi, cavan yarpaqların burulması, büzüşməsi və formasını itirməsi, yarpaq uclarının kütləşməsi, meyvənin üzərindəki toxumcuqların sıxlaşması, bərkiməsi və acı dadması, kök tellərinin qısalması, qalınlaşması və qaralması.

50


ÇİYƏLƏKÇİLİK

Torpağın pH səviyyəsi nəzərə alınmalıdır. Kalsiumu əkindən qabaq dolomit və ya təsərrüfat əhəngi formasında, kalsium nitratı isə damla suvarma sistemi vasitəsilə və ya yarpaqdan (çatışmazlığın ilkin əlamətləri nəzərə çarpdıqda) vermək lazımdır. Meyvənin formalaşdığı mərhələdə və çiçəkləmədən sonrakı dövrdə hər 1,000 bitkiyə 1.0-1.2 kq kalsium nitrat verilməlidir. Bu gübrə meyvənin rəngini tündləşdirir və bərkliyini artırır. Kalsium nitratı maqnezium sulfatla qarışdırmaq olmaz. Kalsium çatışmazlığının əlamətləri nəzərə çarpdıqda kalsium gübrəsini verməklə yanaşı torpağın nəmliyində hər hansı güclü dəyişikliyin baş verməsinin qarşısını almaq lazımdır. Ona görə də çiyələk sahələrinin damla suvarma sistemi vasitəsilə gübrələnməsi tövsiyə olunur, çünki belə suvarma sistemləri azotu və ya bitkinin boy atmasını tənzimləyir, onun həddən artıq qol-budaq atmasına mane olur. Kalsium çatışmazlığının əlamətləri əksər hallarda sorucu aparata malik olan həşəratların, məs. mənənələrin, kor termitlərin, torpaq gənələrinin vurduğu zədənin və ya herbisid zədəsinin simptomları ilə səhv salınır. Maqneziumun verilməsi Bitkinin kökləri maqneziumu həmişə ikivalentli Mg2+ kationu formasında mənimsəyir. Maqnezium bitkidə bir sıra funksiya daşıyır. Bu kimyəvi element işıq enerjisini qəbul edən yaşıl xlorofil molekulunun mərkəzi struktur komponentidir. Fosfatın ötürülməsində iştirak edən çoxsaylı enzimlər üçün maqnezium tələb olunur. Maqnezium həmçinin karbohidratların metabolizmində və bitkinin yarpaqlarından yuxarı hissələrə ötürülməsində iştirak edir. Ümumiyyətlə, maqneziumun bitkidəki konsentrasiyası azotla və kaliumla (3% - 5%), eləcə də fosfor və kalsiumla (0.5% ) müqayisədə təxminən 0.3% (quru çəki) təşkil edir. Çiyələyin tərkibindəki maqneziumun optimal konsentrasiyası (quru maddə) 0.3% 0.5%-dir. Cüzi dərəcədə qələvi, neytral gilli və əhəngli torpaqlarda təxminən 6% maqnezium kationları (gil mineralı montmorilonitində) vardır. Torpağın aşınması zamanı Mg2+ kationları yavaş-yavaş buraxılır və su ilə kütləvi şəkildə və sərbəst hərəkət edərək bitkinin köklərinə çatır. Belə şəraitdə bitkinin kök sisteminə çatan Mg2+ maddəsinin miqdarı köklərin mənimsəyə biləcəyi miqdardan çox olur (bir neçə yüz əmsal fərqi olur), ona görə də əlavə maqneziuma ehtiyac yaranmır. C.E.C. göstəricisinin (kation mübadiləsi qabiliyyəti) 10 meq/100 qramdan artıq olduğu lilli və ya tam lilli torpaqlarda maqneziumun C.E.C. prosesindəki payı ~10% olarsa, deməli, bu torpaqlarda uyğun miqdarda maqnezium vardır. Qeyd etmək lazımdır ki, torpaq məhlulunda maqneziumun uyğun miqdarı normal alaraq 50-100 ppm arasında dəyişir. Suvarma suyu bitkini müəyyən miqdarda maqneziumla təmin edir, çünki onun tərkibində maqnezium olur. Suvarma suyunda maqneziumun orta konsentrasiyası 15-60 ppm arasında dəyişir. İl ərzində bir hektara 5,000 m3 suyun verildiyini nəzərə alsaq, sahənin bir hektarına suvarma suyu ilə 75-300 kq maqneziumun (il ərzində) daşındığını görərik. Bu norma çiyələk üçün kifayət edir. 51


ÇİYƏLƏKÇİLİK

Bununla belə, turş torpaqlarda həll oluna bilən maqnezium duzunu, məs. maqnezium nitratı verməklə alüminiumdan və manqandan yaranan zəhərlənmə hallarının qarşısını almaq olar. Torpaqda maqneziumun 120-180 ppm olması çiyələyin optimal inkişafına şərait yaradır. Çiyələk bitkisini torpaqsız mühitdə (hidroponik qablarda) yetişdirdikdə maqneziumun damla suvarma sistemi vasitəsilə verilməsi mühüm əhəmiyyət kəsb edir, çünki ətalətli qida mühitində bitki lazımi miqdarda maqneziumu özündə saxlaya bilmir. Kalium bitkinin kökü uğrunda maqneziumla rəqabətə girir, ona görə də bu maddələri müvafiq nisbətdə (4:1, K:Mg) vermək lazımdır ki, bir-birinə mane olaraq qida çatışmazlığı yaratmasın. Torpağın pH səviyyəsi <5.5 olduqda və kalium gübrələrindən çox istifadə edildikdə maqneziumun mənimsənilməsi çətinləşir. Çiyələk bitkisində maqnezium çatışmazlığının (Mg <0.1%) aşağıdakı əlamətləri vardır: daha yaşlı yarpaqların daxili damarlarında toxuma xlorozunun yaranmağa başlaması və çatışmazlığın davam etdiyi təqdirdə nekroza çevrilməsi, yaşlı yarpaq dilimlərinin dibinə yaxın hissədə kənar haşiyənin yanaraq parıldaması. İlkin mərhələdə yarpağın haşiyəsi saralır və yuxarı kənar hissələr qaralır. Bundan sonra yarpaq yanmağa başlayır və yarpaq damarları arasındakı mərkəzi hissələr də tədricən bu təsirə məruz qalır. Kəskin maqnezium çatışmazlığı

Kalium çatışmazlığınının əlamətlərindən fərqli olaraq yarpağın əsas hissəsi və qısa saplağı yaşıllaşaraq şişir. Maqneziumu çatışmayan meyvələr normal vəziyyətdə görünsə də onların rəngi ağarır, ləti isə yumşalır. Çiyələk bitkisində maqnezium çatışmazlığını asanlıqla aradan qaldırmaq olar. Əkindən qabaq çiyələk sahəsinə dolomit əhəng vermək lazımdır. Bu gübrənin tərkibində kalsiumla yanaşı kifayət qədər maqnezium da vardır. Əgər torpağın maqnezium və pH səviyyələri aşağı olarsa, dolomiti əkindən bir neçə ay qabaq vermək lazımdır. Maqnezium nitrat və maqnezium sulfat həll oluna bilən duzlardır. Bu duzları suvarma sistemi ilə və ya torpağa birbaşa olaraq vermək/yarpaqlara səpmək olar. Maqnezium nitrat Mg(NO3)2; 11-0-0-16 MgO) olduqca yüksək həll olma qabiliyyətinə malik oluna gübrədir. Maqnezium nitratın həll ola bilmək qabiliyyəti maqnezium sulfatdan 8-9 dəfə güclüdür. Maqnezium sulfatı, xüsusən də karbonatlı torpaqlarda əkindən və çiçəkləmədən qabaq vermək olar. Hər 1,000 bitkiyə 0,2 - 0,4 kq maqnezium sulfat verilir. Turş torpaqlarda hər 1,000 bitkiyə 0.3-0.5 kq maqnezium nitrat verdikdə daha yaxşı nəticə əldə etmək olar. Maqnezium nitrat yarpağa səpildikdə dərhal təsir göstərir, lakin bu gübrəni əvvəlcə bir neçə bitkinin üzərində sınaqdan keçirmək lazımdır. Fitotoksikliyin ilkin əlaməti müşahidə olunduqda maqnezium nitratı yarpaqdan vermək olmaz. 52


ÇİYƏLƏKÇİLİK

Gübrələrin Yarpaqdan Verilməsi Qida maddələri bitkinin yarpaq örtüyünə də səpmək olar. Burada məqsəd torpağın gübrələnməsinin qarşısını almaq deyil, əksinə, torpağı gübrələməklə bitkinin əsas qida maddələrinə olan tələbatını daha effektiv və səmərəli şəkildə ödəmək olar. Bununla belə, gübrənin yarpaqdan verilməsi bitkinin ikinci dərəcəli qida maddələrinə (məs. kalsium, maqnezium və kükürd) və mikro-qida maddələrinə (məs. sink, manqan, dəmir, mis, bor və molibden) olan tələbatını ödəyən ən əla metoddur. N-P-K gübrəsi bitki üçün çox vacib olan qısa vegetasiya dövründə əlavə olaraq yarpaqdan verilir. Çiyələk bitkisi yarpaqdan verilən qida maddələrinə qarşı daha güclü reaksiya göstərərək sürətlə boy atır, çiçəkləyir, məhsuldarlığı artır, meyvəsi isə daha şirin və ətirli olur. Belə giləmeyvələr daha möhkəm və davamlı olur, göbələyin təsirinə qarşı həm sahədə, həm də yığımdan sonra güclü müqavimət göstərir. Bitkinin ilk qönçələri müşahidə edildikdə qida maddələrini yarpaqdan verməklə boyatma, meyvə tutumu və erkən barvermə proseslərini sürətləndirmək olar. Gübrələri iki həftədən sonra təkrar verməklə bitkinin ümumi məhsuldarlığını və meyvənin keyfiyyətini artırmaq, barvermə prosesinin müddətini isə uzatmaq olar. Bundan sonra gübrələrin 14-20 günlük intervalda verilməsi məsləhət görülür. Fotosintez prosesinin zəiflədiyi, kök sisteminin zəif inkişaf etdiyi və qida maddələrinin daha az mənimsənildiyi vegetasiya mərhələlərində gübrələrin yarpaqdan verilməsi tövsiyə olunur, çünki bu zaman qida maddələri bitkinin generativ və vegetativ hissələrinə doğru daha rahat hərəkət edir. Yarpaqdan qidalanan bitkilər əlverişsiz yetişmə mühitinin və ya qida çatışmazlığının yaratdığı stressə qarşı daha güclü reaksiya göstərir. Erkən mərhələdə qida maddələrinin yarpaqdan verilməsi məhsuldarlığı potensialını artırır, bitkinin daha sürətlə boy atmasına təkan verir və reproduktiv inkişaf mərhələsindən sonra baş verən fizioloji (bioloji) qocalma prosesini yubadır. Payız aylarında gübrənin yarpaqdan verilməsi növbəti yaz aylarında meyvə tumurcuqlarının əmələ gəlməsin kömək edir.

53


ÇİYƏLƏKÇİLİK Cədvəl 7. Çiyələk bitkisində qida çatışmazlığının gözlə görünə bilən əlamətləri

Yarpağın analizinə və ya sahədəki simptomlara əsasən müəyyən olunmuş çatışmazlığı aradan qaldırmaq üçün kök salmış bitkini yarpaqdan qidalandırmaq olar. Qeyd etmək lazımdır ki, çiyələyin yarpaqdan qidalanması üçün bir neçə qarışıq gübrə növü mövcuddur. Bitkinin yarpaqları bu gübrələrin tərkibindəki qida maddələrini asanlıqla mənimsəyir. Stressə məruz qalmış bitkiləri erkən meyvə tutumu mərhələsində yarpaqdan qidalandırmaq lazımdır. Mikro-qida maddələri toxuma analizi əsasında müəyyən olunmuş tələbata uyğun olaraq həmişə azotla birlikdə verilməldir. Müəyyən qida maddələri funqisidlərlə və pestisidlərlə birlikdə verildikdə məhlulun həll olmasında problem yarada bilər. Kalium nitrat əksər pestisidlərlə (əhəng və kükürd istisna olmaqla) birlikdə verilə bilər. 54


ÇİYƏLƏKÇİLİK

Maqnezium sulfatı isə mis və ya arsen tərkibli məhlullarla birlikdə vermək olmaz. Sükunət dövründə səpilən sinkin müəyyən yağlara qarışdırılmaması məsləhət görülür. Manqan məhlulu fosfatla və ya dəmir sulfatla qarışdırılmamalıdır. Məhlulun pH-nı tənzimləmək (5.0 - 6.0 olması üstün tutulur) üçün bufer maddəsini yarpaqdan verilən gübrələrə əlavə etmək olar. Bu zaman gübrə bitkinin bütün hissələrinə bir formada yayılır və daha güclü təsir göstərir. ABŞ-ın şimal bölgəsindəki çiyələk təsərrüfatlarına meyvənin əmələ gəldiyi mərhələdə səpilən bütün mürəkkəb qida birləşmələrinin tərkibində biuretsiz karbamid olur. Bu kimyəvi element meyvəni eyni ölçüdə saxlayır. Mikro-Qida Maddələri Bitkinin tərkibindəki mikro-qida maddələri azotdan və kaliumdan 2-4 dəfə az olur, məs. bitkinin tərkibində azot və kalium konsentrasiyasının (quru çəkidə) təxminən 35% olduğu halda, mikro-qida maddələrində bu göstərici 5 - 200 ppm olur. Bor (B), sink (Zn), dəmir (Fe), manqan (Mn), mis (Cu) və molibden (Mo) çiyələk bitkisi üçün ən vacib olan mikro-qida maddələridir. Kationlu mikro-qida maddələri, məs. Fe, Zn, Cu və Mn torpaqdakı gil hissəciklərinin təsirinə qarşı həssas olur. Ona görə də həll ola bilən qeyri-üzvi duzlar, məs. sulfatlar belə torpaq mühitində hərəkətsiz qalır və bitki tərəfindən mənimsənilmir. Qeyd etmək lazımdır ki, mikro-qida maddələrinin mənimsənilmə dərəcəsi torpağın pH-dan çox asılı olur. Dəmir, manqan, bor, mis və sink kimi maddələri 5.0 - 7.5 pH həddində, molibden isə pH> 6.5 səviyyəsində yaxşı mənimsənilir. Ona görə də mikroelementlərin xelatlı formalarından (məs. DTPA, EDTA, EDDHA) istifadə etmək lazımdır. Bu məhsullar Azərbaycanda qeydiyyatdan keçməyib, lakin onları tezliklə əldə etmək mümkün olacaq (əlavə məlumat almaq üçün yerli təchizatçılarla əlaqə saxlayın). Ümumiyyətlə, xelatlar suda yaxşı həll olur. Bu maddələri qabaqcadan həll edərək damla suvarma sisteminə vurmaq olar, çünki gübrənin kiçik və dəqiq miqdarda verilməsi tələb olunur. Xelatlar mikro-qida maddələrinin torpaqda hərəkət etməsinə şərait yaradır, lakin turş kök səthinə yaxınlaşdıqda xelat kompleksindən ayrılır və kation-üzvi turşu formasında (məs. ME sitratlar) bitkiyə nüfuz edir və onun ətrafında dövr edir. Azərbaycanda pH-ı 7.4-dən yüksək olan təsərrüfatlarda xelatlı gübrələrdən istifadə etmək çox vacibdir. Bor (B) Bor maddəsi kalsiumun bir neçə funksiyası ilə əlaqə təşkil edir, yəni bu maddələr qarşılıqlı olaraq bir-birinin effektivliyini artırır, lakin bunun çatışmayan cəhətləri də vardır. Əgər kalsium aşağı səviyyədə olarsa, borun miqdarı və toksik təsiri artacaq. İstənilən halda kalsium və bor çatışmazlığını aradan qaldırmaq lazımdır. Bitkinin bütün inkişaf mərhələlərində boru ideal səviyyədə saxlamaq çətin görünə bilər, çünki bu kimyəvi maddə mikroelementlər arasında ən tez həll olan və yuyulan elementdir. Qeyd etmək lazımdır ki, rütubətli havada torpağı (xüsusən də yüngül torpağı) lazımi miqdarda borla təmin etmək çətindir.

55


ÇİYƏLƏKÇİLİK

Digər tərəfdən, quraq mühitdə də borun mənimsənilməsi çətinləşir. Bor bitkinin daxilində rahat hərəkət etmir. Torpaq məhlulunda borun ideal miqdarı 1 ppm-dir, lakin onu bu səviyyədə saxlamaq çox çətindir. Bununla belə, çiçəkləmədən qabaq bitkinin yarpağına əlavə miqdarda bor səpməklə daha məhsuldar nəticə əldə etmək olar. Bor maddəsi çiyələk bitkisində aşağıdakı funksiyaları daşıyır: hüceyrə divarındakı komponentlərin sintezində iştirak edir, bitkinin daxilində kalsiumun metabolizmini və effektivliyini artırır. Bor elementi bundan başqa tozcuq borusunun uzanmasında və cücərməsində aparıcı rol oynayır, meyvənin normal inkişafını təmin edir, onun strukturunu möhkəmləndirir, toxum tutumunu sürətləndirir, hüceyrənin mitozuna, inkişafına və uzanmasına təsir edir. Bor maddəsi əsas və yan köklərin uzanmasında və böyüməsində əsas rol oynayır, şəkərin yarpaqdan meyvəyə daşınmasına kömək edir. Aşağıdakı torpaq mühiti borun çatışmazlığına səbəb olur: yuyulmuş, turşulu və ya tərkibində həddən artıq əhəng olan, pH-ı yüksək, yüngül qumsal torpaqlar, kaliumun və azotun həddən artıq istifadə edildiyi sahələr, tərkibindəki üzvi maddələrin az olduğu torpaqlar (humus bor maddəsinin “anbarı” hesab edilir). Torpağın tərkibində fosfatın az olması və quraq hava şəraiti borun məhsuldarlığına mənfi təsir edir. Boru çatışmayan çiyələyin cavan yarpaqları büzüşür, ucları yanır, kənar haşiyələr saralır və qıvrılır, boyatma konusundakı hissələr isə inkişaf etmir. Orta bor çatışmazlığı nəticəsində çiçəklər kiçilir, tozcuqlar azalır və meyvələr kiçilərək öz keyfiyyətini və hamarlığını itirir. Belə hallarda kök sisteminin inkişafdan dayanması da müşahidə olunub. Borun həddən artıq miqdarda olması bitkinin zəhərlənməsi ilə nəticələnə bilər. Beləliklə, bu maddənin optimal konsentrasiyasının (qatılığının) dəyişməsi, yəni çatışmaması yaxud həddən artıq miqdarda olması (hər iki hal arasındakı fərq azdır) bitkiyə mənfi təsir göstərir. Ona görə də bu maddənin müvafiq həddə olmasına xüsusi diqqət verilməlidir. İl ərzində sahənin bir hektarına ən çox 500 qram bor vermək lazımdır. Əkindən qabaq torpağa boraks əlavə etməklə bor çatışmazlığının qarşısını almaq olar. Bor çatışmazlığının ilkin mərhələsində suda həll ola bilən mürəkkəb bor birləşmələrini, məs. tərkibində 17% bor olan bor turşusunu (H3BO3), 14% bor olan kalsium boratı (kalsium sinergisti ilə təbii yolla qarışdırılmış bor və ya sabit bor humatlarını (məs. tərkibində 10% bor olan etanolamini) yarpaqdan və ya damla suvarma sistemi vasitəsilə vermək olar.

56


ÇİYƏLƏKÇİLİK

Kalsium Çatışmazlığı (sol yarpaq)

Yarpaqda Bor Çatışmazlığı

Giləmeyvədə Bor Çatışmazlığı

Sink (Zn)

Çiyələk yarpağında sink çatışmazlığı

Sink elementi bitkinin və torpağın qidalanmasında bir sıra mühüm funksiyalar daşıyır, məs. əksər enzimləri aktivləşdirir, bitkinin boy atmasını və genişlənməsini tənzimləyən auksinin əmələ gəlməsində mühüm rol oynayır. Sink elementi p r o t e i n i n s i n t e z i n d ə i ş t i r a k e d i r, x l o r o fi l i n formalaşmasında və karbohidratların metabolizmində böyük rol oynayır. Lazımi miqdarda sinklə təmin edilmiş bitkilər quraq havanın təsirinə qarşı güclü müqavimət göstərir.

Çiyələk yarpağının toxumasında sinkin optimal miqdarı 25-45 ppm arasında dəyişir. Bitkilər əhəngli torpaqda sinki yaxşı mənimsəyə bilmir. Ona görə də torpağa həddən artıq əhəng və ya fosfor verdikdə sinkin mənimsənilməsi çətinləşir. Mikoriza göbələklərinin çatışmadığı yüngül, qumsal torpaqlarda sink çatışmazlığı tez-tez müşahidə olunur. Ağır, soyuq və nəm torpaq mühitində fosforun çox olması sinkin fosfatla ilişib qalmasına səbəb olur. Çiyələyin yarpağında sink çatışmazlığını asanlıqla müəyyən etmək olur, çünki belə yarpaqların üzərində qaralmış “parlaq” hissələr kiçik, cavan yarpaq ayasının dilimli sərhədinə kimi yayılır. Yarpaqlar inkişaf etdikcə ayanın dib hissəsi nazikləşir. Kəskin sink çatışmazlığı nəticəsində yarpaq ayası uzanır, meyvələrin görünüşü normal olsa da sayı azalır, damarlar yaşıl qalır, lakin damarətrafı toxuma saralır. Torpağa sink oksidi (ZnO) verməklə sink çatışmazlığını aradan qaldırmaq olar, çünki bu maddənin tərkibində 80% sink vardır. Bununla belə, sink oksidi gec təsir edir və yalnız məhsul yığımının sonuna doğru mənimsənilir. Sink sulfat adətən torpağa verilən qarışıq gübrənin tərkibində olur və ya bitkinin yarpağına səpilir ki, kimyəvi məhlul bitkinin bütün hissələrinə bərabər formada və kiçik miqdarda yayılsın. Zn Chelate, 14% EDTA-Zn maddələri sink çatışmazlığını ən effektiv şəkildə aradan qaldırır. 57


ÇİYƏLƏKÇİLİK

Dəmir (Fe) Dəmir elementi demək olar ki, kənd təsərrüfatının bütün sahələrində məhsuldarlığa ciddi təsir göstərir. Əksər torpaq növlərinin tərkibində hektar üzrə 20-200 ton dəmir olur, lakin bitkilər bu ehtiyatın yalnız kiçik hissəsini mənimsəyə bilir. Dəmirin bitkidə hərəkət edə bilməməsi mümkün problemlərin kəskinliyini daha da artırır. Dəmirin torpaqdakı ideal həddi 40-200 ppm arasında dəyişir, lakin torpaq nümunəsində dəmir göstəriciləri bu həddən yuxarı olması dəmir çatışmazlığının aradan qalxmasına zəmanət vermir. Dəmir maddəsi azotun bioloji fiksasiyası üçün tələb olunan ən mühüm elementlərdən biri olub proteinin sintezində mühüm rol oynayır. Sitoxromların tərkib hissəsi olan bu kimyəvi element bitkidə xlorofilin əmələ gəlməsi üçün lazım olan oksigeni daşıyır, nitratların və sulfatların azaldılmasında iştirak edir, yarpağı qalınlaşdırır, onun rəngini tündləşdirir, günəş enerjisini udmaq qabiliyyətini və qida maddələrinin axınını gücləndirir, eləcə də bitkinin məhsuldarlığını artırır. Torpağa həddən artıq fosfatın verilməsi və ya torpağın tərkibində fosfatın həddən artıq miqdarda olması dəmir çatışmazlığına səbəb olur. Manqanın, misin və ya molibdenin yüksək miqdarda olması dəmirin mənimsənilməsinə mane olur. Əgər torpağın tərkibindəki manqanın miqdarı dəmirdən iki dəfə və ya daha çox olarsa, dəmir çatışmazlığı baş verəcək. Qeyd etmək lazımdır ki, soyuq və rütubətli mühitdə, xüsusən də bitkinin erkən vegetasiya dövründə dəmirin mənimsənilməsi çətinləşir. Əhəngin həddən artıq miqdarda verilməsi, torpağın lazımi səviyyədə havalandırılmaması və ya torpaq pH-nın yüksək olması ((≥7.5), belə hallar əhəngli və ya drenajı sistemi lazımi səviyyədə olmayan torpaqlarda müşahidə olunur) dəmirin mənimsənilməsinə əhəmiyyətli dərəcədə mane olur. Yarpaq ayasının saralması və damarların yaşıl qalması dəmir çatışmazlığının ilkin əlamətləridir. Çatışmazlıq kəskin dərəcədə olduqda yarpaqlar saralaraq solur, yarpaq ayası isə qəhvəyi rəngə çalır. Dəmir çatışmazlığı meyvənin ölçüsünə və keyfiyyətinə güclü təsir göstərmir. Torpağın pH-ı yüksək olarsa, müəyyən gübrələrdən, məs. ammonium sulfatdan və ya digər köməkçi formullardan istifadə etmək lazımdır. Dəmir çatışmazlığının ilkin simptomları müşahidə edildikdə dəmir xelatlarını (Fe-EDTA (13% Fe), Fe-DTPA (7% Fe); Fe-EDDHA (6% Fe)) damla suvarma vasitəsilə və ya yarpaqdan vermək olar. Xelat maddələr torpağın pH səviyyəsindən, qida mühitindən və məhsuldan asılı olaraq tövsiyə edilir. Vegetasiya dövründə, xüsusən də pH-ı yüksək olan torpaqlarda yetişdirilən çiyələyin yarpağına Fe xelatı səpməklə dəmir çatışmazlığını ən effektiv şəkildə aradan qaldırmaq olar. Ağır gilli torpaqlarda dəmirin daha yaxşı mənimsənilməsi üçün pH-ın aşağı salınması xərc baxımından sərf etmir və hətta mümkün olmaya bilər. 58


ÇİYƏLƏKÇİLİK

Manqan (Mn) Manqan elementi bitkinin reproduktiv inkişaf mərhələsində çox mühüm rol oynayır. Torpaqda manqana olan ümumi tələbat həddi 30-100 ppm arasında dəyişir. Manqan maddəsi amin turşularının və proteinlərin əmələ gəlməsində iştirak edir, xlorofilin yaranmasında və nitratın azaldılmasında mühüm rol oynayır, məhsulun yetişməsini sürətləndirir, bitkinin daha yaxşı və sürətlə cücərməsinə şərait yaradır, erkən mərhələdə şitilin kök salmasına səbəb olur, enzimləri aktivləşdirir, karbohidratların və azotun metabolizmində böyük əhəmiyyət daşıyır. Manqan elementi fotosintez prosesində fotosistemin ən mühüm komponenti hesab edilir, çünki bu kimyəvi element həmin prosesdə karbon dioksidinin assimilyasiyasına çox kömək edir. Manqan maddəsi dəmirin mənimsənilməsində birbaşa olaraq iştirak edir. Torpağın pH səviyyəsinin >8 və ya <4.5 həddində dəyişməsi, üzvi maddələrin yüksək miqdarda olması (o cümlədən yüngül və qumsal torpaq sahələri) manqan çatışmazlığına səbəb olur. Torpaqda təbii kalsiumun və əhəngin həddən artıq miqdarda olması manqanın hərəkət etməsinə mane olur. Fosforun və dəmirin də yüksək miqdarda olması manqanın mənimsənilməsinə mane ola bilər. Kalium və maqneziumdan həddən artıq istifadə etdikdə torpağın pH-ı artır və manqanın mənimsənilməsi çətinləşir. Əgər torpaq mühitində natrium və kaliumun udulma səviyyəsi 10% olarsa, bitki manqanı az miqdarda (laboratoriya analizinin nəticələrindən asılı olmayaraq) qəbul edəcək. Bu problem əksər hallarda daha yüngül torpaqlarda və rütubətli soyuq mühitdə üzə çıxır. Cavan yarpaqların solaraq saralması manqan çatışmazlığının ilkin əlamətləridir. Manqan çatışmazlığı davam etdikcə yarpağın əsas damarları tünd yaşıl rəngə çalır, damararası hissələr saralır, yarpaq ayasının haşiyəsi qıvrılaraq yanır. Manqan çatışmadıqda çiyələk bitkisinin yarpağında sıx sarı ləkələr əmələ gəlir. Çatışmazlığın cüzi əlamətləri nəzərə çarpdıqda (məs. torpaq məhlulunda manqanın miqdarı 20-30 ppm olduqda) tərkibində 31% manqan olan manqan sulfatını (MnSO4) torpağa əlavə etməklə və ya damla suvarma vasitəsilə verməklə bu problemi aradan qaldırmaq olar. Ümumiyyətlə, torpağa manqan sulfatın verilməsi xərc baxımından sərf etmir və bu kimyəvi gübrə çiçəkləmə və meyvə tutumu mərhələsində toksik təsirə malik ola bilər. Torpaqda manqan çatışmazlığı ciddi problem yaratdıqda Mn-EDTA (13% Mn) maddəsindən istifadə etmək olar. Ümumiyyətlə, xelatlı manqanı yarpaqdan və ya damla suvarma sistemi vasitəsilə verməklə çatışmazlığı uğurla aradan qaldırmaq olar. Qeyd etmək lazımdır ki, ammonium tərkibli gübrələrdən həddən artıq istifadə edildikdə torpağın pH-ı qısa müddət ərzində aşağı düşür və manqan çatışmazlığı yaranır.

59


ÇİYƏLƏKÇİLİK

Mis (Cu) Qrunt məhlulunda mis konsentrasiyasının ideal həddi 5-10 ppm arasında dəyişir. Misin həddən artıq miqdarda olması fosfatın, sinkin və dəmirin mənimsənilməsinə təsir edə bilər. Əgər torpağın tərkibində misin miqdarı bir neçə yüz ppm-dən artıq olarsa, təsərrüfatın məhsuldarlığı artmaya bilər. Mis elementi əksər enzim sistemlərində, xüsusən də tənəffüs prosesi ilə əlaqəli olan enzimlər üçün çox vacibdir. Mis maddəsi anaerob və hormonal metabolizmə güclü təsir edir, suyun bitkidə hərəkət etməsində kömək edir. Mis elementi əksər proteinlərin tərkib hissəsi olub fotosintez prosesində və xlorofilin əmələ gəlməsində vacib rol oynayır. Mis elementi gövdənin möhkəmliyini və elastikliyini artırır, çünki mis tərkibli proteinlər liqninin əmələ gəlməsinə və hüceyrə divarlarının formalaşmasına güclü təsir göstərir. Mis maddəsi kök sisteminin metabolizmi üçün çox vacib element olub təbii funqisid kimi təsir göstərir. Torpaq mühitində mis maddəsinin həddən artıq miqdarda olması və ya səpilməsi (15 ppm-dən yuxarı) müəyyən problemlərin yaranmasına səbəb ola bilər, çünki bu kimyəvi maddənin funqisidə xas olan təsiri nəticəsində torpaqdakı faydalı göbələklər məhv olur. Xüsusilə, yüngül və qumsal torpaqlarda pH səviyyəsinin >8 və ya <4.5 həddində dəyişməsi, eləcə də əhəngin həddən artıq miqdarda verilməsi mis çatışmazlığına səbəb olur. Fosfatdan, sinkdən və azotdan həddən artıq istifadə etdikdə misin mənimsənilməsi çətinləşir. Quraq hava şəraitində mislə bağlı yaranan problemlərin kəskinliyini artırır. Mis maddəsi çatışmadıqda çiyələyin yarpaqları öz rəngini itirir, yarpaq ayası (xüsusən də yarpaq ayasının dibi) solur. Yarpaq damarları öz rəngini itirmir, lakin bəzi hallarda qara-qəhvəyi rəngdə olur. Mis sulfat CuSO4 (25% Cu) gübrəsi mis çatışmazlığını ucuz və effektiv şəkildə aradan qaldırır və torpaq mühitində mis ehtiyatı yaradır. Torpaq mühitində yetişdirilən çiyələk üçün maksimum tətbiq norması hektar üzrə 20 kiloqramdır. Mis maddəsi torpaqdakı göbələklərə təsir edə bilər. Mis çatışmazlığını aradan qaldırmaq üçün CuSO4 maddəsini (0.5%) yarpaqdan da vermək olar. Bahalı hidroksidlərlə və oksixloridlərlə müqayisədə bu gübrənin daha effektiv təsir göstərməsi sübut edilib. Bununla belə, gübrənin konsentrasiyası 0.3%dən yuxarı olarsa, çiçəkləmə və meyvə tutumu mərhələsində bitki üçün təhlükə yarana bilər. Çiyələk bitkisində mis çatışmazlığını aradan qaldırmağın ən effektiv yolu müəyyən mis xelatlarının, məs. Cu-EDTA (14% Cu) maddəsinin yarpaqdan və ya damla suvarma sistemi vasitəsilə verilməsidir. Misin yeni formulu qlükonat duzlarıdır. Bu duzlar bitkinin yarpaqlarında sistemli şəkildə udulduqda çox effektiv təsir göstərir.

60

Çiyələk yarpağında mis çatışmazlığı


ÇİYƏLƏKÇİLİK

Çiyələk Sahəsində Suvarmanın Idarə Edilməsi Və Suyun Təsir Mexanizmi Çiyələk istehsalında su ehtiyatlarının uyğun qaydada idarə olunması məhsuldarlığın artırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Çiyələk bitkisinin kökü dayazdır (15-30 sm), ona görə də erkən inkişaf mərhələsində suyun təsiri altında stressə məruz qala bilər. Çiyələk bitkisi digər tərəfdən bataqlığın təsirinə qarşı həssas olur. Bataqlaşma nəticəsində bitkinin kök sistemində oksigen çatışmır və torpaq mühitində göbələk xəstəliklərinin yayılması üçün əlverişli şərait yaranır. Qeyd etmək lazımdır ki, çiyələk sahəsinin həddən artıq suvarılması hətta quraqlıqdan daha çox təsir göstərir, çünki bu zaman kök xəstəliklərinin yayılması riski artır, kök sisteminin inkişafı zəifləyir, dəmir xlorozu (Azərbaycanın qələvi torpaqlarında belə hallara tez-tez rast gəlinir) sürətlə yayılır, azot, kükürd və bor maddələri kök sistemindən yuyularaq itir, suvarma və gübrə xərcləri artır. Xüsusilə, meyvənin əmələ gəldiyi mərhələdə suyun təsiri altında stressə məruz qalmış bitkinin meyvəsi kiçilir, məhsuldarlıq və keyfiyyət aşağı düşür. Çiyələk sahəsində suvarmanın idarə edilməsi məhsuldarlığın artırılması baxımından çox vacibdir. Bitkinin kökləri dayaz olduğu üçün kök zonasının davamlı olaraq nəm qalması tələb olunur. Bununla belə, yaz aylarında şaxtaya qarşı mübarizə aparmaq, yay aylarında isə (temperatur yüksək olduqda) məhsulu sərin mühitdə yetişdirmək üçün sahənin suvarılmasına ehtiyac yarana bilər. Çiyələk bitkisinin daha yaxşı kök salması, boy atması və donmadan/şaxtadan qorunması üçün sahənin bütün mövsüm ərzində eyni qaydada və uyğun səviyyədə suvarılması lazımdır. Kommersiya təsərrüfatlarında çılpaq köklü şitillərin kök salması üçün asma çiləmə (sprinkler) sistemindən, sonrakı mərhələlərdə isə damla suvarma sistemindən istifadə edilir. Çiyələk bitkisinin yaxşı kök salması üçün bütün mövsümdə istifadə olunan suvarma suyunun təxminən üçdə biri (350-500 mm) qədər su sərf olunur. Məlumdur ki, ABŞ-ın çiyələk təsərrüfatları dünyada ən yüksək məhsuldarlığa malik təsərrüfatlar hesab edilir. Bu təsərrüfatlarda çılpaq köklü şitillərin suvarılması üçün yüksək təsirli çiləmə (sprinkler) sistemindən istifadə edilir. Bu təsərrüfatlarda çiyələk sahəsi əkildikdən sonra ilk 10-14 gün ərzində hər gün təxminən 8 saat suvarılır. Qıfşəkilli şitillər çılpaq köklü şitillərdən demək olar ki, iki dəfə bahadır, lakin köksalma mərhələsində onların suya tələbatı az olur və erkən mərhələdə sürətlə boy ataraq çiçəkləyir. Çoxcərgəli əkin sistemlərində 60-70 santimetrlik əkin tirələrinin ortasına damla suvarma xətti qoyulur. Dörd cərgəli tirələrin (120 sm) orta hissəsində isə qoşa damla suvarma xətti olur. Belə xətlər torpaq səthindən 5 sm aşağı olur və plastik mulça ilə örtülür.

61


ÇİYƏLƏKÇİLİK

Ümumiyyətlə, şitillərin kök saldığı dövrdə bütün çiyələk sahəsində aşağı təsirli (təzyiqli) sprinklerlərdən ibarət şəbəkə yaradılır. Səthaltı damla suvarma sistemlərinin quraşdırılması xərci yüksək olsa da, çiyələk təsərrüfatları üçün belə sistemlər çox tövsiyə edilir. Damla suvarma sisteminin aşağıdakı üstün cəhətləri vardır: suyun dəqiq və az həcmdə verilməsi (sərfi), suvarmanın və gübrələmənin daha yaxşı idarə olunması, nasosun vurma gücünün zəif olması, suvarma rejiminin avtomatlaşdırılması, sahənin müxtəlif hissələrinə uyğunlaşma imkanı, yığılmış məhsulun daha təmiz olması və s. Damla suvarma sistemi ilə təchiz olunmuş plastik mulçalı tirələrdə alaq bitkiləri və xəstəliklərlə bağlı az problem yaranır. Suvarma sistemindən maksimum dərəcədə yararlanmaq üçün bu sistemi quraşdırmazdan qabaq bəzi amilləri nəzərə almaq lazımdır: su mənbəyinin müəyyən edilməsi (quyu, nohur, göl və ya bələdiyyənin kommunal xətti), suyu üzvi və mineral qalıqlardan təmizləmək üçün filtrin quraşdırılması. Bu faktorlar suvarma sisteminə və ya məhsulun yetişməsinə təsir edə bilər. Damla suvarma xətlərinin yosunla və karbon çöküntüləri ilə tutulması suvarma suyunun eyni miqdarda verilməsinə ciddi təsir edir, məhsuldarlığın və gəlirlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Suvarma sisteminə qumlu və ya ekranlı filtr quraşdırmaqla belə problemlərin qarşısını olar. Əgər etibarlı enerji mənbəyi varsa, suvarma sisteminə elektrik nasosunun quraşdırılması məsləhət görülür. Kəskin şaxtaya və donmaya qarşı nasosun vurma gücü saatda 50 m3 və ya daha çox olmalıdır. Plastik mulçalı təsərrüfat üçün nəzərdə tutulmuş suvarma nohurunun həcmi hektar üzrə təxminən 230 m3 olmalıdır ki, ardıcıl 3 gün davam edən şaxtalı gecələrdə bitkini donmadan qorumaq mümkün olsun. Mülayim iqlimli bölgələrdə plastik mulçalı əkin tirələrində yetişdirilən çiyələk bitkisi 200 vegetasiya günündə adətən 450-460 mm su ilə təmin edilir. Bununla belə, çiyələk bitkisi bu suyun cəmi 55%-ni istifadə edir, çünki yuyulma, buxarlanma, səmərəsiz suvarma və suya olan gündəlik tələbatın düzgün müəyyən edilməməsi nəticəsində ciddi su itkisi yaranır. Suyun davamlı olaraq optimal vəziyyətdə saxlanılması meyvənin böyüməsinə və məhsuldarlığın artmasına kömək edir. Vegetasiya dövründə çiyələk bitkisinin suya olan minimum həftəlik tələbatı 25 mm-dir. Meyvənin formalaşdığı mərhələdə, eləcə də erkən çiçəkləmə mərhələsindən məhsul yığımı dövrünə kimi bitkiyə həftə ərzində təxminən 50 mm su vermək lazımdır. Avqust və sentyabr aylarında, yəni quraq dövrdə sahəni suvarmaqla bitkini stressdən qorumaq və növbəti ildə meyvə tumurcuqlarının daha yaxşı əmələ gəlməsinə şərait yaratmaq olar. Uzun, isti və quraq dövrlərdə suya olan tələbat artır, lakin həftəlik yağıntının miqdarını yağışölçən cihazla ölçərək yağıntıdan sonra yaranan çatışmazlığı hesablamaq olar.

62


ÇİYƏLƏKÇİLİK

Məsələn, çiyələk üçün suyun yol verilə bilən tükənmə həddi torpaqda mövcud olan ümumi su ehtiyatının 50%-ni təşkil edir. Ona görə də mövcud suyun yarısı tükəndikdə sahəni suvarmaq lazımdır. Torpağın xüsusiyyətləri onun nəmliyinə güclü təsir göstərir, ona görə də fermerlər suvarmanı effektiv şəkildə idarə etmək üçün torpağın su saxlama qabiliyyətini düzgün müəyyən etməlidirlər. Çiyələyin mənimsəyə biləcəyi suyun ümumi həcmi torpağın su saxlama qabiliyyətindən və bitkinin kök zonasından asılı olaraq dəyişir. Torpağın nəmliyini lazımi hədd daxilində saxlamaq üçün onun tərkibindəki suyun miqdarına ciddi nəzarət etmək, evapotranspirasiya (ET) nəticəsində yaranan su itkisini yaxından izləmək, eləcə də suvarma və yağıntı sayəsində yaranan su ehtiyatını mütəmadi olaraq yoxlamaq lazımdır. Torpağın nəmliyi əsasən analoq tenzometrlərlə və elektrik müqaviməti/dielektrik nəmlik sensorları ilə ölçülür. Nəmlik səviyyəsinə nəzarət etməklə sudan daha səmərəli istifadə etmək və mümkün kök xəstəliklərinin qarşısını almaq olar. Bu cihazların bəzisini Bakı şəhərində əldə etmək olar. Belə cihazlar Spectrum Technologies şirkəti tərəfindən hazırlanır. Çiyələk sahəsinin effektiv şəkildə suvarılması məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Torpağın nəmlik səviyyələrinə mütəmadi olaraq nəzarət etmək lazımdır ki, məhsul üçün nəm torpaq mühiti vaxtında yaransın. Suvarmada yaranan əsas problemlərdən biri də suyun keyfiyyətidir. Suvarma suyunun tərkibində yüksək miqdarda duz olduqda və torpağın strukturu zəiflədikdə duz təbəqəsi yaranır və bitkiyə ziyan vurur. Duzluluq səviyyəsi suyun keyfiyyətindən çox asılıdır, ona görə də bitkilərin zədələnməməsi üçün aşağıdakı xüsusiyyətləri nəzərə almaq lazımdır. Cədvəl 7. Suvarma suyunun yuxarı hədləri

63


ÇİYƏLƏKÇİLİK

Suvarmanın məqsədindən asılı olmayaraq suyun keyfiyyətinə mütəmadi olaraq nəzarət etmək lazımdır. Gübrələrin damla suvarma sistemi ilə verilməsi müxtəlif metodlarla həyata keçirilir. Ən sadə metodlardan biri “Venturi effekti”nin yaradılması və suda həll olan kristal gübrələrin müəyyən miqdarda çıxarılmasıdır. Bu yanaşma gübrələrin suvarma suyunu əlavə edilməsindən ibarət olan kəmiyyət sistemi adlanır. Bununla belə, gübrələrin daha dəqiq miqdarda verilməsi üçün digər metodlar da mövcuddur. Gübrə məhlulunun silsilə şəklində quraşdırılmış 2-3 injektorla verilməsi məsləhət görülür. Gübrələrin verilməsi üçün 2-3 dənə ana məhlul çənindən istifadə edilməlidir. Daha qabaqcıl sistemlərdə kompüter sistemi ilə təchiz olunmuş gübrələmə (fertiqasiya) maşınlarından istifadə olunmalıdır. Belə sistemlərdə gübrə məhlulunun EC (elektrik keçiriciliyi) və pH göstəriciləri mütəmadi olaraq ölçülür, qarışdırma çənlərindən və nasoslarından istifadə edilir. Damla suvarma sisteminə texniki xidmətin göstərilməsi çox vacibdir. Hazırkı materialın sonuncu bölməsində bu barədə məlumat verilib. Bitkinin Şaxtadan Qorunması Zərurət yarandıqda bitkinin şaxtadan qorunması üçün suvarma sistemindən istifadə etmək olar. Temperatur 0.50C dərəcəyə düşdükdə suvarma sistemini işə salmaq və bitkinin üzərindəki buz tam əriyənə kimi işlətmək lazımdır. Bitkinin dəqiq metodlarla şaxtadan qorunması üçün şeh nöqtəsini (havadakı nəmliyin su damcılarına çevrildiyi temperatur səviyyəsi) hesablamaqla donma temperaturunu müəyyən etmək lazımdır. Şaxta bərkimiş su buxarı olub çiyələk yarpaqlarının və torpaq kütləsinin üzərində buz kristalları əmələ gətirir. Su buxarı gözlə görünməsə də həmişə havada mövcud olur. Beləliklə, hava kütləsi soyuduqda buxarın kondensasiyası baş verir və nəticədə duman, şeh, yağış və ya qar əmələ gəlir. Əgər havanın temperaturu 00C dərəcədən yuxarı, küləyin sürəti isə saatda 26 km-dən az olarsa, şaxta düşə bilər. Havanın temperaturu 00C dərəcədən aşağı, küləyin sürəti isə saatda 16 kilometrdən az olduqda isə şaxta/donma hadisəsi baş verə bilər. 0 Bununla belə temperaturun 0 C dərəcədən aşağı, küləyin sürətinin isə saatda 16 kilometrdən az olması da bitkinin dona biləcəyindən xəbər verir. Fermerlər havanın şəraitini hər gün müşahidə etməlidirlər, çünki şaxtanın və ya donmanın baş vermə ehtimalını bəzi əlamətlərə görə müəyyən etmək mümkün olur. Məsələn, əgər gecələr hava buludlu olarsa, şaxta düşməyəcək, çünki bulud təbəqəsi gecə vaxtı isti hava kütləsinin yer kürəsindən atmosferə yayılmasının qarşısını alır və nəticədə yerin səthi donmur. Əgər gecə vaxtı yüngül meh əsərsə, atmosferdəki isti hava torpağa yaxın olan daha soyuq hava kütləsinə qarışacaq və şaxtanın düşmə ehtimalı çox az olacaq. 64


ÇİYƏLƏKÇİLİK

Sakit, küləksiz gecələrdə isə soyuq hava kütləsi torpaq səthinə yaxın olur və şaxtanın düşməsinə şərait yaradır. Qeyd etmək lazımdır ki, gecə vaxtı əsən güclü külək isti havanı sovurur və şaxtanın düşmə ehtimalının artırır. Gecə temperaturu düşdükcə şeh nöqtəsi yaranır və isti hava axını baş verir. Beləliklə, gecə vaxtı havada rütubət nə qədər çox olarsa, şaxtanın düşməsi ehtimalı bir o qədər aşağı olar. Kommersiya təsərrüfatlarının sahibləri şaxtanın düşəcəyini qabaqcadan müəyyən edərək sahəni suvarır və şaxtanın düşməməsi üçün süni şəkildə şeh nöqtəsinin səviyyəsini artırırlar. Əgər şeh nöqtəsinin -2 və -3°C dərəcədə yaranacağı müəyyən edilərsə və bunun üçün 2.5 mm su lazım olarsa, bitkinin şaxtadan qorunmasına küləyin sürəti təsir etməyəcək. Küləyin sürətindən asılı olaraq şeh nöqtəsinin -4 və -6°C dərəcə temperatur həddində yaranması üçün 4 mm su kifayət etməyəcək, amma çiləmə (sprinkler) sistemi çiyələk sahəsini 10 - 20 mm su ilə təmin edərək bitkini şaxtadan qoruyur. Bitkinin şaxtadan qorunması üçün aşağı təzyiqli sprinklerlərə üstünlük verilir. Belə sprinklerlərə xüsusi səpici ucluqlar quraşdırmaq olar. Belə ucluqlar yalnız çiçəkləri şaxtadan qorumaq üçün kifayət edən miqdarda su səpir, yəni əkin tirələri su altında qalmır. Sprinklerlər üçbucaq şəklində quraşdırılmalı, onların arasındakı məsafə isə 12m x 12m olmalıdır. Bu formada quraşdırılan sprinklerlər ənənəvi sistemlərlə (18m x 18m) müqayisədə güclü küləyə daha yaxşı müqavimət göstərir. Sprinklerlər elə quraşdırılmalıdır ki, səpilən su bitkinin bütün hissələrinə yayıla bilsin.

Çiyələyin Açıq Sahədə Yetişdirilməsi Üçün Tətbiq Olunan Aqrotexniki Qaydalar İyunda Yetişən və Neytral Çiyələk Sortları Üçün Sahənin Hazırlanması (birinci il) İyunda yetişən və neytral çiyələk sortları əkin tirələrində ən asan yetişən sortlardır. Tirələrin hündürlüyü 15 sm, üst hissənin eni isə 60 sm olmalıdır. Əkin tirələrinin mərkəzi xətləri arasındakı məsafə 120 sm olmalıdır. Tirələr arasında 60 sm məsafə saxlamaq lazımdır ki, sahədə gəzmək mümkün olsun. Hətta birillik çiyələyin yetişdirildiyi əkin tirələrinin mərkəzi xətləri arasında məsafə 110140 sm, hündürlüyü isə 30 sm olmalıdır. Bu tirələrin arasında gəzmək üçün uyğun məsafə saxlanılmalıdır. Çiyələk bitkisi növbəti yaz/yay aylarında iri məhsul versə də, yay və payız aylarında meyvənin ölçüsü nisbətən kiçik olur. Sahəni əkinə hazırlayarkən fosforla zəngin olan əsas gübrələrin (1-2-1 və ya 1-3-1 NP-K nisbətində, məs. 10-20-10 və ya 8-24-8) verilməsi çox vacibdir. Bu gübrələri torpağın üst münbit qatına (8-20 sm) qarışdırmaq lazımdır. Kalium xloridin əvəzinə kalium nitrat və ya kalium sulfat əsaslı (məs. 12:11:18+MgO+me;13:13:21+MgO; 14:14:17+2MgO+me), suda həll ola bilən, dənəvər gübrələrin verilməsi qabaqcıl aqrotexniki qayda kimi geniş yayılıb. 65


ÇİYƏLƏKÇİLİK

Şitillərin Əkilməsi Etibarlı şitil təsərrüfatlarından sertifikatlı və sağlam çiyələk şitillərinin alınması məsləhət görülür. Yaz aylarında torpaq kifayət qədər qurumalıdır ki, sahədə işləmək mümkün olsun. Nəm torpağı şumlamamaq, əksinə bir neçə gün gözləmək lazımdır. Bundan sonra kök boğaz iri, kökləri isə açıq rəngdə olan sağlam çiyələk şitillərini tirələrə əkin. Şitillər adətən mart və ya aprel aylarında əkilir, çünki bu dövrdə bitkilər daha yaxşı kök salır. Transpirasiyanın (buxarlanmanın) yüksək səviyyədə olmaması üçün çiyələk şitillərini buludlu havada və ya günortada sonra əkmək lazımdır. Şitil köklərinin uzunluğunu maksimum 10 sm saxlamaq lazımdır ki, kök telləri əkin zamanı bir-birinə dolaşaraq əyilməsin. Çılpaq köklü şitilləri funqisid və insektisid məhluluna batırmaq və ya tam yumaq lazımdır. Şitilləri hətta mikrob və biostimulantların qarışığı ilə də yumaq olar. Çalalar kifayət qədər geniş olmalıdır ki, şitilin kökləri dib hissəyə yaxşı yayılsın, dərinə otursun və kök boğazı torpaq səthi ilə uyğun səviyyədə qalsın.

Şəkil 2. Düzgün əkin metodunun digər səhv metodlarla müqayisəsi (soldan sağa); 1. Düzgün 2. Kök boğazı həddən artıq dərin basdırılıb, 3. Kök boğazı çox yuxarıdadır, 4. Bitkinin kökləri təzyiq altında əyilib və səthə yaxın yerləşir.

Kök boğazı torpaq səviyyəsindən yuxarıda yerləşməli və torpaqla örtülməməlidir. Bitkinin üst kökləri torpaq səviyyəsindən ən az 7 mm aşağıda yerləşməlidir. Şitili əkdikdən sonra torpağı kipləmək və sahəni dərhal suvarmaq lazımdır. Çiyələk sahəsinin əkindən sonra bir neçə saat ərzində suda həll ola bilən gübrə məhlulu ilə 3 ((5-10 mm), məs. 20-20-20 nisbətində, 0.2% (2 kq/m )) suvarılması məsləhət görülür.

66


ÇİYƏLƏKÇİLİK

Bitkinin Düzülüşü Təkcərgəli Əkin Sistemi Təkcərgəli əkin sistemi iyunda yetişən mədəni çiyələk sortlarının geniş həcmdə yetişdirilməsi üçün ən yaxşı sistem hesab edilir. Bu sistemin mühüm cəhətlərindən biri də əkin sahəsində alaq bitkilərinin boy ata bilməməsidir. Belə əkin sistemində torpağın cücərmiş alaq bitkilərindən təmizlənməsi və ya əkindən qabaq solyarizasiya və fumiqasiya edilməsi üçün kifayət qədər işçi qüvvəsi tapmaq mümkün olur. Təkcərgəli əkin sistemində çiyələk bığcıqları və törəmə bitkilər sərbəst şəkildə kök ataraq dolaşıq cərgə (eni 60 sm-dən artıq olmayan) yaradır. Çiyələk şitilləri 45-75 sm ara ilə əkilməli, cərgə arası məsafə isə 90-120 sm olmalıdır. Çiyələk Bığcıqlarının Yetişdirilməsi Çiyələk bitkisi boy atdıqca bığcıqlar əmələ gəlir və ətrafa yayılır. Həmin bığcıqlar kök salaraq məhsuldar bitkiyə çevrilir. İki yanaşı bığcıq arasındakı məsafə təxminən 15 sm olmalıdır. Kök boğazının daha yaxşı boy atması üçün bir bitkidə yalnız bir neçə bığcıq saxlamaq lazımdır. Cərgələrin eni 60 sm olmalıdır ki, şitilləri rahat əkmək mümkün olsun. Cərgədən kənara çıxmış bığcıqların kök atması üçün yerinə qaytarmaq və ya sıxlıq yarandıqda (bitkilərin arasındakı məsafə 15 sm-dən az olduqda) qoparmaq olar. Bununla belə, kök salmayan çiyələk bığcıqlarını cərgənin arzu olunan eni boyunca kiçik daşlarla, kəsəklə və ya saç sancağı ilə mövqeləndirmək olar. Bitkinin kök boğazında əkindən sonra bir neçə yarpaq və qönçə əmələ gəlir. Əkin dövründə bütün çiçəklər qoparılmalı, bitkinin və bığcıqların boy ataraq tirələrə yayılmasına şərait yaradılmalıdır ki, növbəti ilin məhsuldarlığı daha yüksək olsun. Çiyələk bığcıqları yazın əvvəlində kök boğazından çıxmağa başlayır və cərgələri örtmək üçün istifadə edilir. Məsafəli-təkcərgəli əkin sistemi Bu sistemdə ana bitkidən törəyən bitkilərin sayı məhdud olur. Ana bitkilər cərgə daxilində 45-75 sm aralı yerləşir, cərgəarası məsafə isə 1-2 metr olur. Törəmə bitkilər köklərdən ən az 10 sm aralı yerləşir. Yerdə qalan bütün digər bığcıqlar qoparılır. Bu sistem daha çox diqqət tələb etsə də, onun üstün cəhətləri çoxdur, məs. məhsuldarlıq daha yüksək, meyvələr isə iri olur. Bu əkin sistemində xəstəliklərin sayı da az olur. Çoxcərgəli əkin sistemi Bu sistem neytral və remontant çiyələk sortlarının yetişdirilməsi üçün ən uyğun sistem hesab olunur, çünki bu sortlarda az bığcıq əmələ gəlir. Təpəcik sistemində çiyələyin bütün bığcıqları qoparılır və yalnız ana bitki saxlanılır. Bığcıqların qoparılması nəticəsində ana bitkidə daha çox kök boğazı və çiçək saplağı əmələ gəlir. Çoxsaylı cərgələr iki, üç və ya dörd bitkidən ibarət qruplara ayrılır və hər cərgə qrupunun arasına 60 santimetrlik cığır olur. 67


ÇİYƏLƏKÇİLİK

Bitkilər cərgə daxilində bir-birindən 30 sm aralı yerləşir. Vegetasiya dövrünün birinci iki-üç həftəsi ərzində və əkin tirələrini mulçaladıqdan sonra sahəni alaqlardan təmizləmək lazımdır. Hər əkin tirəsi iki çiyələk cərgəsindən ibarət olur. Tirələr arasındakı məsafə 30 sm olmalıdır, yəni tirənin mərkəzi xəttindən sağ və sol hissələrə doğru 10 sm məsafə saxlanılmalıdır. Cərgə daxilində bitkilərin arasındakı məsafə isə 20-30 sm olmalıdır. Çiyələk şitillərinin ziqzaq formasında əkilməsi məsləhət görülür, çünki bu zaman bir cərgədəki bitki digər cərgədəki bitkilərin arasındakı hissəni tutur. Qönçənin Qoparılması İyunda yetişən çiyələk sortlarının qönçələrini birinci vegetasiya dövründə qoparmaq lazımdır, çünki bu zaman bitkinin kök sistemi və bığcıqları daha yaxşı inkişaf edir və növbəti ildə meyvələr iriləşir. Neytral və remontant çiyələk sortlarının çiçəkləri iyunun sonuna kimi qoparılmalı. İyundan sonra bitkinin çiçəklərini saxlamaq lazımdır ki, yay/payız yığımı üçün meyvə əmələ gəlsin. Bəzi hallarda (məs. ilkin mərhələdə bitkinin yaxşı boy atması meyvənin davamlı olaraq əmələ gəlməsinə şərait yaratdıqda) yalnız az sayda çiçək qoparmaq lazım gəlir. Gübrələmə Birinci yığımdan sonra, yəni ikinci mövsümdə (iyul ayında bərpa işləri başa çatdıqdan sonra) çiyələk sahəsini gübrələmək lazımdır. Suvarma normasını artırmaq lazımdır ki, qida maddələri bitkinin kök sisteminə çata bilsin. Bitkinin daha yaxşı boya ata bilməsi, yeni budaqların və meyvə tumurcuqlarının əmələ gəlməsi üçün sahənin gübrələnməsi tövsiyə olunur. Nəzərə almaq lazımdır ki, sahəni həddən artıq gübrələdikdə bitkinin vegetativ inkişafı sürətlənir, məhsuldarlıq aşağı düşür, yarpaq xəstəlikləri və donmadan zədələnmə (qış aylarında) halları artır. Azot gübrəsini həddən artıq dozada verdikdə bitki zədələnir və qida maddələrinin balansı (N/K nisbəti) pozulur. Kultivasiya Kultivasiya çiyələk sahəsində tətbiq olunan ən mühüm aqrotexniki qaydalardan biridir. Sahənin kultivasiyası birinci 6-8 həftə ərzində tez-tez (həftədə bir dəfə) həyata keçirilməlidir. Kultivasiya olunmuş sahələrdə çiyələk bığcıqları torpağa daha yaxşı nüfuz edir, alaq bitkiləri isə məhv olur. Zərurət yarandıqda alaqlara qarşı mübarizə aparmaq üçün müəyyən herbisidlərdən də istifadə etmək lazımdır.

68


ÇİYƏLƏKÇİLİK

Mulçalama Çiyələk bitkisi sükunət (hibernasiya) dövrü ilə müqayisədə vegetativ fəaliyyət dövründə şaxtanın təsirinə qarşı daha həssas olur. Belə şaxtalar payızda və yayda düşə bilir, ona görə də noyabrda və dekabrın ortalarında açıq çiyələk sahəsinin mulçalanması məsləhət görülür. Temperatur -60C dərəcəyə düşdükdə çiyələk sahəsi saman çöpü ilə mulçalanır, yəni bitkinin üstünü örtəcək qədər saman səpilir. Bir həftə keçdikdən sonra bitkini soyuq temperaturun təsirindən qorumaq üçün cərgələrin üzərində 7-10 sm qalınlıqda əlavə saman səpilir, çünki əks halda kök boğazı, qönçələr və köklər zədələnə bilər. Şaxtanın tez-tez düşmədiyi çiyələk sahələrini qış aylarında mulçalamaqla bitkinin kök sistemini qəflətən donan və ya əriyən torpaq kütləsinin və alaq bitkilərinin təsirindən qorumaq lazımdır. Qış aylarında qoyulmuş mulçanı yazın əvvəlində, yəni çiyələyin yarpağı saralmağa başladıqda yığışdırmaq lazımdır. Bununla belə, tirə kənarlarında mulçanı saxlamaq lazımdır ki, yaz aylarında qönçələri şaxta vurmasın. Hətta şaxta riski yaranmasa da, bitkinin ətrafında mulça saxlamaq meyvənin torpağa dəyməsinin qarşısını almaq və torpağın nəmliyini qorumaq olar. Tirələrin arasında qalan mulça isə alaq otlarının cücərməsinə, torpağın eroziyasına və meyvənin palçığa bulaşmasına mane olur. Mulçanın başqa faydalı cəhətləri budur: alaq bitkilərinə qarşı mübarizəyə kömək edir, bitkini kəskin qış temperaturundan qoruyur və məhsul yığımı dövründə meyvənin təmiz saxlayır. Beləliklə, yaz aylarında mulça çıxarılır, birinci 4-6 həftə ərzində qönçələr qoparılır (məhsuldarlığın artması üçün) və payızın sonunda əkin tirələri mulça ilə örtülür. Mulçalama üçün müxtəlif materiallardan istifadə edilir və ən geniş yayılmış mulça materialı samandır. Qış aylarında bitkini şaxtadan qorumaq üçün sahənin bir hektarına təxminən 10 ton saman verilir. Mulça üçün boş materialdan, məs taxta kəpəyindən və ya şamın iynəyarpağından istifadə etmək olar. Bununla belə, əkin tirələrini quru otla örtmək olmaz, çünki yaz aylarında həmin otların arasındakı bəzi toxumlar cücərərək alaq bitkilərinin yayılmasına səbəb ola bilər. Mulça qatının qalınlığı bitkinin üst səthindən başlayaraq 15-20 sm olur. Mulçalama üçün nəzərdə tutulmuş saman çöpü buğda yığımından sonra qısa müddət ərzində toplanmalıdır. Köhnə taxta kəpəyindən alternativ variant kimi istifadə etmək olar, lakin mulça qatının qalınlığı 2.5 sm olmalıdır. Belə olduqda qış ayı üçün əlavə qoruma vasitəsinə ehtiyac yaranmır. Qış aylarında bitkinin şaxtadan qorunması üçün yüngülçəkili parça örtüklərdən də istifadə etmək olar. Belə örtük materialları istixana effekti yaradır və bitkinin yaz aylarında daha tez çiçəkləməsinə, faraş və iri meyvə verməsinə kömək edir. 69


ÇİYƏLƏKÇİLİK

Yazın və ya payızın əvvəllərində əkin tirələrini müvafiq materialla örtmək olar. Payız aylarında üstü örtülmüş bitkilər daha məhsuldar olur. Qeyd etmək lazımdır ki, noyabrın ortalarında ( xüsusən də minimal temperatur -12ºC dərəcə olduqda və torpağı qar örtmədikdə) bitkinin şaxtadan qorunması üçün əlavə mulça (məs. samanın və ya dəlikli, nazik, plastik örtük) qoyulmalıdır.

Çiyələyin Plastik Örtüklü Tirələrdə Yetişdirilməsi

Müasir kommersiya təsərrüfatlarında əkin tirələrinin plastik materialla örtülməsi tələb olunur. Bu sistemə əsasən hər il əkin tirəsi hazırlanır, fumiqasiya olunur və geniş plastik materialla örtülür. Örtüyün altına suvarma boruları qoyulur. Bu mulçanın aşağıdakı üstün cəhətləri vardır: -Bitkinin fəal kök zonasında torpağın temperaturu əhəmiyyətli dərəcədə artır, bitki daha güclü fizioloji xüsusiyyətlərə malik olur, erkən çiçəkləmə və bar vermə prosesi sürətlənir. -Alaq bitkilərinin boy atmasına mane olur, herbisid və işçi xərclərinə qənaət edilir. -Güclü yağıntı zamanı əkin tirələri eroziyadan qorunur. -Bitkinin bığcıqları qoparılır ki, əsas enerji meyvənin formalaşmasına sərf olunsun və şitillər örtükdəki dəliklərə əkilir. Məhsul yığımının sonunda plastik örtüyü sahədən yığışdırmaq, torpağı isə bitki ilə birlikdə şumlamaq lazımdır. Bəzi hallarda bu metod bütün sahələrə uyğun gəlmir, çünki bu sistemdə yetişən bitkinin hər il kök atması üçün vegetasiya dövrü daha uzun olmalıdır. Bundan başqa, tirələrin hazırlanmasına, örtülməsinə və şitillərin alınmasına hər il vəsait xərclənir. Məhsul yığımından sonra növbəti ilə saxlanılan bitkiləri cərgələrdə və ya tirələrdə yetişdirmək mümkündür. Soyuq iqlimli ölkələrdə bu sistemdən daha çox istifadə edilir. Kapitalı az olan fermerlər belə sistemə üstünlük verirlər, çünki investisiya və ümumi texniki xidmət xərcləri az olur. Bununla belə, plastik örtüklü mühitdə yetişdirilən bitkinin məhsuldarlığı aşağı (xüsusən də üçüncü ildə) olur. Faraş Məhsulun Alçaq Tunellərdə Yetişdirilməsi

Çiyələyin alçaq tunellərdə yetişdirilməsi

70

Müəyyən metodlardan istifadə edərək məhsulu daha erkən yığmaq, məhsuldarlığı və keyfiyyəti artırmaq, eləcə də məhsuldan daha yüksək gəlir əldə etmək olar. Əgər çiyələyin meyvəsi yığımdan əvvəlki və sonrakı dövrlərdə quru qalarsa, məhsulu daha uzun müddətə saxlamaq və müəyyən xəstəlilərin qarşısını almaq mümkün olar.


ÇİYƏLƏKÇİLİK

Plastik örtüklü mühitdə bəzi geniş yayılmış xəstəliklər, məs. boz kif və antraknoz demək olar ki, məhv olur. Günəşli havada nazik plastik materialla örtülmüş alçaq tunellər həm mulçanın altındakı torpağın, həm də bitkilərin istilik toplamasına şərait yaradır. Əgər tunelin üstü günəşin infraqırmızı şüalarını (istiliyini) keçirməyən plastik-termiki materiala örtülərsə, səhər vaxtı onun daxili temperaturu digər adi plastik örtüklü tunellərlə müqayisədə bir neçə dərəcə yüksək olacaq. Belə örtük materialları yağış suyunu keçirmir, bitkinin istilik yükünü azaldır, sportların cücərməsinə və evapotranspirasiyaya mane olur. Normal hava şəraitində tunelin bir tərəfi açılmalıdır ki, tozlanmaya şərait yaransın və isti hava kütləsi toplanmasın. Tunelin digər tərəfindəki örtüyün dib hissəsi isə tirənin kənarı boyunca torpağa basdırılır. Bununla belə, bəzi sistemlərdə bitkinin soyuması üçün tunellərin hər iki tərəfi açılır, günortandan sonra yaxud axşam vaxtı bağlanır ki, bitkini şaxta vurmasın. Bu sistemdə bitkilər daha yaxşı hava qəbul edir və temperatur tənzimlənir. Nazik tağların üzərindəki plastik örtük polipropilen iplərlə bağlanır və kiçik məftil ankerləri ilə tirələrin kənarlarına bərkidilir. Belə tunellərin bəzi hissələrini hətta yağışlı havada da tirə boyunca açmaq və məhsulu yağışda zədələnmədən yığmaq olar. Yeni nəsl örtük materialları havanı yaxşı keçirir, çünki onların kənarlarında uyğun ölçüdə dəliklər olur. Kənar örtüklərin dib hissəsində isə xüsusi ciblər olur və həmin cibləri torpaqla doldurduqda örtüyü bərkitmək üçün əlavə ipə ehtiyac qalmır. İkinci və Üçüncü İldə Qulluq Qaydaları - Mulçanın Çıxarılması Yaz aylarında, yəni havalar isti keçdikdə (çiçəkləmə mərhələsindən qabaq) saman mulçanı sahədən yığışdırmaq lazımdır. Fevralın sonundan mart ayına kimi, xüsusən də isti dövrlərdə bitkinin yarpaq örtüyü xüsusi diqqət tələb edir. Əgər yarpaqlar saralmağa başlayarsa, mulçanı çıxarmaq və cərgəarası cığırlara tərəf dırmıqlamaq lazımdır. Bu zaman ara cığırlar təmizlənir, meyvə isə quru və təmiz olur. Əgər mulçanı yığışdırdıqdan sonra şaxtanın düşəcəyi gözlənilərsə, bitkinin qönçələrinin donmaması üçün mulçanı tirənin üstünə dırmıqlayıb bitkini müvəqqəti olaraq örtmək olar. Əgər yaz aylarında şaxta təhlükəsi yaranarsa, saman mulçasının üzərinə yüngülcə su çiləmək lazımdır. Bu, bitkilərin şaxtadan zədələnməsinin qarşısını alacaq. Qeyd etmək lazımdır ki, belə hallarda bitkiləri saman mulçası ilə günorta vaxtı deyil, səhər şaxtasının radiasiyası yayılmamışdan qabaq örtmək lazımdır. Məhsul yığımından əvvəl saman çöplərini tirələrin arasına qalaqlamaqla meyvəni təmiz saxlamaq olar. Yağışın sıçraması və ya torpaqla birbaşa təmasda olmağın nəticəsində yarana biləcək xəstəliklərin qarşısını da bu yolla almaq mümkündür.

71


ÇİYƏLƏKÇİLİK

Yazın əvvəllərində “üzən tipli” parça örtüklərdən (yundan) istifadə etmək olar. Bitki çiçəkləməyə başlayana (örtüksüz çiyələklərə müqayisədə 2-3 həftə tez ola bilər) kimi bu örtüklər cərgədə qalmalıdır ki, qönçələri şaxtadan qorumaq mümkün olsun. Bu örtüklər bitkiləri saman mulçasından da yaxşı qoruyur, lakin gecə vaxtı və ya səhər vaxtı güclü şaxtanın düşəcəyi gözlənilərsə, sahəni əlavə olaraq suvarma lazımdır. Çiyələk Sahəsinin Bərpası Çiyələk sahəsinin bərpası ən vacib qulluq qaydalarından biridir. Əgər bitkilər möhkəmdirsə, alaq bitkiləri yoxdursa və çiyələk sahəsi hər il bərpa olunursa və ya yenilənərsə, əkin tirələrini üç il və ya daha uzun müddətə saxlamaq mümkündür. İyunda yetişən çiyələk sortlarının təkcərgəli əkin sistemində yaxşı məhsul verməsi üçün çiyələk sahəsini yığımdan sonra hər il bərpa etmək lazımdır. Çiyələk bitkisi yarpaq xəstəliklərinə qarşı həssasdır, ona görə də lazımi müalicə tədbirləri vaxtında görülmədikdə bütün yoluxmuş bitkiləri sahədən yığışdırmaq lazımdır ki, məhsuldarlıq aşağı düşməsin. Məhsul yığımı başa çatdıqdan sonra qısa müddət ərzində (adətən iyulun sonunda) bütün əkin tirələrini bərpa etmək lazımdır. İlk növbədə yaşlı yarpaqları otbiçən avadanlıqla biçmək, yəni kök boğazından təxminən 3 sm yuxarıda olan yarpaqları qoparmaq lazımdır. Bundan sonra yarpaqları dırmıqlamaq lazımdır. Sağlam yarpaqları torpağa qarışdırmaq və ya kompost hazırlamaq olar. Ana bitkinin bığcıqlarından törəyən (uzunluğu 15 sm olan) bitkilər yeni dolaşıq cərgələr əmələ gətirir. Həddən artıq sıxlığın və yarpaq xəstəliklərinin yayılmasının qarşısını almaq üçün bitkiləri seyrəltmək lazımdır. Bunun üçün 30 sm x 30 sm-lik hissədə təxminən 5-7 bitkinin saxlanılması məsləhət görülür. Növbəti mərhələdə isə yerdə qalmış bitkilərin üzərinə 1-2 sm qalınlığında torpaq tökmək lazımdır, lakin bitkinin kök boğazı torpağa basdırılmamalıdır. Suvarma sistemini yaxşı idarə etmək lazımdır, yəni torpağın 15 santimetrlik qatı nəm qalmalıdır. Vegetasiya dövründə alaq bitkilərinə qarşı mübarizə aparılmalı və suya olan həftəlik tələbat (25 mm) ödənilməlidir. Yay aylarında cücərən bığcıqları cərgə boyu (əkin ilində olduğu kimi) 60 sm enində yaymaq lazımdır. Plastik örtüklü mühitdə (çoxcərgəli əkin sistemində) yetişdirilən və iyunda bar verən çiyələk sortlarının üst yarpaqları yığımdan sonra qısa müddət ərzində qoparılmalı və yeni bığcıqlar üçün boş yer hazırlanmalıdır. Növbəti ilin məhsuldarlıq potensialını gücləndirmək üçün çiyələk sahəsini lazımi qaydada gübrələmək və suvarmaq lazımdır. Ümumiyyətlə, bərpa tədbirlərindən sonra mövsüm ərzində sahəni alaq bitkilərindən təmizləməklə, mütəmadi olaraq suvarmaqla, bitkinin sıxlığına və cərgələrin eninə nəzarət etməklə çiyələyin sağlam və güclü inkişafına şərait yaratmaq lazımdır.

72


ÇİYƏLƏKÇİLİK

Azərbaycanın əksər təsərrüfatlarında alaq bitkilərinə, xüsusən də topalaq bitkisinə qarşı mübarizə aparmaq çox çətin olur. Əksər fermerlər hətta plastik materialla örtülmüş tirələri də bu alaq bitkisindən təmizləməkdə çətinlik çəkirlər. Bitkinin iti ucları çiyələyin əkildiyi dəliklərdən çıxır və ya plastik örtüyü deşərək boy atır. Bu alaq bitkisini “Glyphosate” herbisidi ilə tam məhv etmək mümkün deyil. Bu herbisid payız aylarında birinci şaxta düşdükdən sonra səpilir. Beləliklə, şaxta düşdükdə, karbohidratlar aşağı istiqamətdə hərəkət edir və bitkinin kökləri herbisidi özünə çəkir. Geniş istifadə olunan qara polietilen plastik mulçalar sarı və ya bənövşəyi topalağa qarşı yaxşı güclü mübarizə vasitəsi deyildir, çünki bitkinin iti uclu yarpaqları örtüyü dələrək keçə bilir. Polipropilen polimerdən hazırlanmış geotekstil parçalar polietilendən fərqli olaraq havanı və suyu keçirir, topalaq otunun boy atmasına ciddi şəkildə mane olur.

Çiyələk Sahəsində Topalaq Bitkisi

Çiyələyin Torpaqsız Mühitdə Yetişdirilməsi Çiyələyin yetişdirilməsi üçün tətbiq olunan qabaqcıl sistemlər çox geniş yayılıb və bunun bir sıra səbəbləri vardır. Belə sistemlərdə yetişdirilən bitkilər ilk növbədə ətraf mühitin, məs. yağışın, tufanın, dolunun və güclü küləyin təsirindən tam qorunur. Bu sistemlər torpağın zəif xüsusiyyətlərinə görə hər hansı fəsadın yaranmasına mane olur və çiyələyin müəyyən xəstəliklərə və zərərvericilərə qarşı həssaslığını zəiflədir. Bu məqsədlə ənənəvi pestisidlərdən az istifadə olunur və təhlükə riski yaranmır. Beləliklə, ənənəvi sistemlərlə (torpaq mühiti) müqayisədə torpaqsız mühitdə daha yüksək keyfiyyətli məhsul əldə etmək mümkündür. Ayrı-ayrı bölgələrin iqlim xüsusiyyətlərindən və arzu olunan yığım mövsümündən asılı olaraq müxtəlif navalçalardan, istixana və tunel konstruksiyalarından istifadə olunur. Mərkəzi Avropanın isti iqlimli bölgələrində və hətta yüksək ərazilərində yaylıq əkin üçün Veron tipli çoxsaylı yüngül tunellərdən və adi dirəklərə bərkidilmiş sadə navalçalardan (asma sistemlərdən) istifadə edilir. 73


ÇİYƏLƏKÇİLİK

Qərbi Avropa ölkələrində və Hollandiyada yüksək texnologiyalara əsaslanan istixanalar daha geniş yayılıb. Belə istixanalarda çiyələk bitkisi asma navalçalara yerləşdirilmiş qablarda yetişdirilir və əksər hallarda əlavə işıqlardan istifadə edilir. “Ağıllı” işıqlandırma sistemləri bitkini illik cədvəl üzrə yetişdirmək imkanı verir, onun məhsuldarlığını artırır və assimilyasiya (uyğunlaşma) prosesini sürətləndirir. Belə sistemlərdə elektrik və quraşdırma xərcləri aşağı olur və elektrik infrastrukturunun genişlənməsinə ehtiyac yaranmır. Beləliklə, daha qısa qış aylarında təbii günəş işığından istifadə etməklə və ya gündəlik çatışmazlıqları (tufana və buludlu havaya görə yaranan) aradan qaldırmaqla məhsulun çəkisini, məhsuldarlığı, eləcə də bitkinin soyuğa qarşı müqavimətini və boyunu artırmaq olar. Torpaqsız qida mühiti Çiyələk bitkisinin torpaqsız qida mühitində yetişdirilməsi üçün ən geniş istifadə olunan vasitələrdən biri də torflu navalçalardır. İstehsalçılar əsasən ən ucuz torf paketlərindən istifadə edirlər, lakin bu, düzgün yanaşma deyildir, çünki çiyələyin kökləri bataqlaşmanın təsirinə qarşı həssasdır. Çiyələk bitkisi suyu yaxşı sızdıran, açıq strukturlu substratda (qida mühitində) yaxşı yetişir. Aşağı keyfiyyətli qida mühitində (torflu qablara) yetişdirilən çiyələk bitkilər tez-tez saralır, çünki əksər hallarda kök sistemi lazımi miqdarda hava qəbul etmir, kök zonasında su yığılıb qalır və kompostun miqdarı azalır. Çiyələyin yetişdirilməsi üçün istifadə olunan daha yaxşı paketlər suyu sərbəst sızdırır və hətta 9-12 ay işləndikdən sonra da öz keyfiyyətini itirərək çökmür. Belə paketlərdə torfun gücü 10-15% perlitlə artırılır və kompostun daxilində hava daha yaxşı dövr edir. Ona görə də eyni qarışığın olduğu paketə ikinci dəfə şitil əkmək mümkün olur və ümumi məhsul itkisi az olur (10% - 12%). Əgər paketdə əhəmiyyətli miqdarda kokos lifi olarsa, yığımın müddətindən asılı olaraq eyni paketdə hətta 2-3 il məhsul yetişdirmək olar. Qida mühitinin ideal xüsusiyyətləri barədə qısa məlumat aşağıda verilib: Fiziki Xüsusiyyətlər Çiyələyin yetişdirildiyi torpaqsız qida mühitinin aşağıdakı fiziki xüsusiyyətlərə malik olmalıdır: hissəciklərin ölçü baxımından düzgün paylanması, su saxlama qabiliyyətinin güclü olması, su keçiriciliyinin lazımi səviyyədə olması və suyun effektiv sızması, eləcə də havanın optimal səviyyədə dövr etməsi üçün məsamələrin geniş olması. Qida mühitində hətta suyun təzyiqi aşağı düşsə də, havalandırma yüksək səviyyədə olmalıdır. Yaxşı qida mühiti bitkinin fiziki möhkəmliyini artırır, lakin paketin kipləşməməsi və yığışmaması üçün həcmi sabitləşdirmək və sıxlığı azaltmaq lazımdır.

74


ÇİYƏLƏKÇİLİK

Kimyəvi Xüsusiyyətlər Çiyələyin yetişdirildiyi torpaqsız qida mühiti aşağıdakı kimyəvi xüsusiyyətlərə malik olmalıdır: kation mübadiləsi qabiliyyətinin (C.E.C.) yüksək olması, qida maddələrinin lazımi səviyyədə olması, bitkinin mənimsəmə bacarığının güclü olması, pH səviyyəsinin sabit olması üçün tənzimləmə (buferləmə) qabiliyyətinin güclü olması, elektrik keçiriciliyinin (həll ola bilən duzların miqdarı) zəif olması. Qida mühitinin tərkibindəki üzvi maddələrin parçalanma səviyyəsi çox aşağı, C/N nisbəti isə aşağı olmalıdır. Qida mühitinin bütün növlərində bəzi kimyəvi xüsusiyyətlərə rast gəlmək mümkün deyildir, ona görə də faktiki qida mühiti adətən bir-birini tamamlayan iki və ya daha artıq komponentdən ibarət olur ki, boy atma xüsusiyyətləri optimallaşsın. Çiyələk üçün nəzərdə tutulmuş torpaqsız qida mühitinin ümumi qəbul olunmuş tərkibi hissələri əsasən qarışıq torf-mamırdan, mineral yundan, kokos lifindən və perlitdən (məs. 60% torf + 40% kokos lifi, 50% qara torf + 50% orta torf, 70% torf + 30% perlit və ya iri dənəvər strukturu 2/3 nisbətində olan birləşmələr (məs. bərk torf və kokos lifi+perlit və 1/3 nisbətində narın ağ torf)) ibarət olur. Torpaqsız qida mühitində 3:1 və 1:1 nisbətində (v/v) perlit və zeolitin çox effektiv təsir göstərməsi sübut edilib. Zeolitlər kristalşəkilli, mənfi yüklügil-torpaq silikatları olub + və ++ valentli kationlarla tarazlaşır. Bu maddələrin udma səviyyəsi yüksək, su saxlama və buraxma qabiliyyəti isə güclüdür. Çiyələyin uğurla yetişdirilməsi üçün məhz belə xüsusiyyətlər tələb olunur. Seçilmiş vasitədən asılı olmayaraq bütün bitkilərin döşəmədən yuxarıda yetişdirilməsi (120-150 sm ideal hündürlük səviyyəsidir) məsləhət görülür. Əgər konstruksiyanın yükdaşıma gücü 10 kg/m2–dən çoxdursa, metal navalçaları və ya məftilli dayaq sistemini zəncirlə damdan asmaq olar. Dayaq sistemini döşəməyə basdırılmış taxta və ya metal dirəklərin üzərinə də quraşdırmaq olar. Torpaqsız Qida Mühitinin EC (Elektrik keçiriciliyi) və pH Meyarları Torpaqsız qida mühitində optimal pH həddi təxminən 5.6 - 5.7 arasında, damla suvarma suyunun EC (elektrik keçiriciliyi) həddi isə 1.45 - 1.65 dS/m arasında dəyişir. Drenaj suyu ilə qida məhlulunun EC qiymətləri arasındakı maksimum fərq 10 % olur. Elektrik keçiriciliyi (EC) məhlulda həll olmuş ionların ümumu konsentrasiyasının göstəricisidir. Substratlı Sistemlərdə Suvarmanın İdarə Olunması Tipik suvarma sistemi konsentrasiyalı gübrə injektorlarından (kömpüterləşmiş gübrələmə maşınlarından), təzyiqi tənzimlənmiş ucluqları (düymə və oxşəkilli ucluqlardan) olan damla suvarma sistemindən, eləcə də elektrik keçiriciliyini (EC) və damla suvarma sistemi ilə verilən və boşaldılan qida məhlulunun miqdarını ölçən lizimetrdən ibarət olur.

75


ÇİYƏLƏKÇİLİK

Çiyələk bitkisi həddən artıq nəm və quraq mühitin təsirinə qarşı həssasdır. Ona görə də substrat sistemində yetişdirilən bitkinin kök zonasını optimal nəmlik həddində saxlamaq üçün müvafiq araşdırmanın aparılması məsləhət görülür. Nəmlik tərkibində böyük dəyişikliklərin baş verməməsi üçün bitkiyə böyük miqdarda su verməklə gündə 2-3 dəfə deyil, az miqdarda su verməklə (hər bitkiyə 33 ml) tez-tez suvarmaq lazımdır. Suvarmaların ümumi sayı evapotranspirasiyanın (ET) səviyyəsindən asılı olaraq dəyişir. Evapotranspirasiyanın (ET) səviyyəsinə istixana mühiti (ümumi günəş radiasiyası, temperatur və buxar təzyiqinin kəsiri (VPD)) və yarpaq sahəsinin indeksi təsir edir. Bununla belə, son bir neçə ildə bitkinin gün ərzində 6-12 dəfə (gün ərzində bir bitkiyə 200 - 400 ml su) suvarılması tələb olunub. Hidroponik sistemdə yetişdirilən bitkinin kök zonasında drenaj faizinin lazımi səviyyədə olması əsas standart qaydalardan biridir. Çiyələk üçün drenaj həddinin 30%-40% arasında dəyişməsi məsləhət görülür. Bu hədd pomidor və digər məhsullar üçün də eynidir. Günün erkən çağında drenajın qarşısı mümkün qədər alınmalıdır, lakin gün ərzində bitkini ilk dəfə olaraq bir neçə dəfə suvardıqda drenaj suyunun müəyyən miqdarda qalması kök zonasının nəm olduğunu göstərir. Kommersiya məqsədləri üçün nəzərdə tutulmuş hidroponik sistemlərdə çiyələyi substrat əsaslı ümumi hidroponik mühitdə və ya qida təbəqəsi üsulu (NFT) ilə yetişdirmək olar. Substrat əsaslı hidroponik sistemləri Avropadan, İsraildən, Asyadan və Avstraliyadan əldə etmək olar, çünki bu ölkələrdə çiyələk bitkisi intensiv-hidroponik mühitdə yetişdirilir. ABŞ-da mövcud olan variantlar isə məhduddur. Digər tərəfdən, kommersiya təsərrüfatlarında qida təbəqəsi üsulu (NFT) substrat əsaslı hidroponik sistemlə müqayisədə daha az tətbiq olunub, çünki bu sistemin buferləmə (tənzimləmə) qabiliyyəti zəif olduğu üçün müəyyən risklər yaranır və sistem nəticə verməyə bilər. NFT metodunun az tətbiq olunmasını digər səbəbi isə çiyələyin uzunmüddətli istehsal tsikli ilə bağlı ola bilər. Kommersiya məqsədləri üçün başqa sistemlərdən də istifadə edilir, məs. 1) aeroponik sistem -bu sistemdə yetişdirilən bitkinin kökləri havada asılmış vəziyyətdə qalır və bitkinin üzərinə tez-tez qida maddəsi səpilir. 2) “vedrə” sistemi – bu sistem substratlı navalça sisteminin bölməli versiyasıdır. 3) şaquli düzülüşlü “vedrə” sistemi–bu sistemə əsasən çiyələk şaquli şəkildə düzülmüş qablarda yetişdirilir və ən yuxarı qabdakı qida məhlulu aşağıdakı qablara süzülür. Bu sistem çox cəlbedici görünsə də, çiyələyi bir formada yetişdirmək və məhsuldarlığı eyni səviyyədə saxlamaq çətin olur, çünki ən yuxarıdakı bitkinin çətiri günəş işığını qəbul edərək böyüyür və aşağıdakı bitkilərdə çətirin ölçüsü həndəsi silsiləyə uyğun olaraq, yəni aşağı qablara doğru getdikcə azalır. Beləliklə, aşağıdakı qablarda yetişdirilən bitkilər kifayət miqdarda işıq udmaya da bilər. Nəticə etibarilə günün əksər çağında müsbət karbon balansı pozulur, çünki əsasən yuxarı qablarda yetişdirilən bitkilər işığı yüksək miqdarda qəbul edir. 76


ÇİYƏLƏKÇİLİK

Gün ərzində suvarma intervallarının uyğun müddətdə olması və suvarma dinamikasının lazımi səviyyədə saxlanılması çox vacibdir. Bitkilər hər suvarma sessiyasında qida maddələrini qəbul edə bilməlidir, yəni hər bitki gün ərzində çoxsaylı suvarma sessiyaları vasitəsilə 140 ml qida məhlulu qəbul etməlidir. Suvarma sessiyaları arasındakı interval 90 dəqiqə olmalı və hər sessiya bir və ya bir neçə dəqiqə davam etməlidir. Günəş çıxdıqdan sonra ən az 2-3 saat müddətində bitkini suvarmaq olmaz, əks halda səhər vaxtı kök sistemində yüksək osmotik təzyiq yaranar. Hidroponik sistemdə yetişdirilən çiyələk bitkisi günəşli havada, saat 11:00-13:00 arası maksimum miqdarda su ilə təmin olunmalıdır. Gecə vaxtı torpağın nəmliyinin yüksək olmaması məsləhət görülür. Günəşin batmasından 4-5 saat əvvəl müvafiq gübrələri suvarma sistemi vasitəsilə vermək lazımdır. Müasir istixanalarda havanın temperaturu və nisbi rütubətin səviyyəsi müəyyən müddətə ventilyasiya sistemi vasitəsilə aşağı salınır. Bu texniki üsul nitratların toplanmasına da mane ola bilər. Bundan başqa ikinci dərəcəli metabolitlər daha sürətlə əmələ gəlir, antioksidantların gücü artır, Briks səviyyəsi yüksəlir, məhsul daha keyfiyyətli və təhlükəsiz olur. Torpaqsız yetişdirmə sistemlərində qida mühiti gecə vaxtı quru saxlanılmalıdır, yəni onun çəkisi 6-8 % azalmalıdır. Suvarma Sistemi ilə Verilən Gübrə Məhlullarının Resepti Gübrələrin suvarma sistemi ilə verilməsi (fertiqasiya) hidroponik sistemdə (asma navalçalarda) yüksək keyfiyyətli çiyələk məhsulunun yetişdirilməsi üçün tətbiq olunan əsas texniki üsullardan biridir. Bununla belə, qida məhlulunun miqdarını və tətbiqini optimallaşdırmaq üçün müxtəlif üsullardan istifadə edilir. Bunun üçün ilk növbədə uyğun su mənbəyi tapmaq lazımdır, yəni suvarma suyunun keyfiyyəti yüksək səviyyədə olmalıdır. Əksər hallarda kationları və anionları əks osmosla təmizləmək üçün azot, fosfor və ya kükürd turşuları ilə müəyyən kimyəvi müalicənin aparılması vacibdir. Qida məhlulunun pH həddi 5.5–6.0 arasında olmalıdır. Kök zonasının (və ya drenaj suyunun) pH səviyyəsi 7.0-dən yüksək olduqda bitkinin cavan yarpaqları saralır və dəmir çatışmazlığı bitkini ümumi inkişafına mane olur. Çiyələk üçün gübrələmə proqramının hazırlamazdan qabaq bitkinin optimal səviyyədə məhsul verməsi üçün lazım olan qidanın miqdarını bilmək lazımdır. Bundan sonra isə yığılan məhsulun bir tonu üçün lazım olan qida maddələrinin ümumi miqdarı aşağıdakı məlumatlar əsasında hesablanır: azot (ümumi N) 1.6 kq/ton, fosfor (P2O5) 0.69 kq/ton, kalium (K2O) 2.29 kq/ton, kalsium (CaO) 0.24 kq/ton və maqnezium (MgO) 0.22 kq/ton.

77


ÇİYƏLƏKÇİLİK

Məsələn, plastik tunellərdə yetişdirilən (asma navalçalarda) Elsanta çiyələk sortunun hektara 59.45 ton məhsul verməsi üçün aşağıdakı miqdarda (bir hektara) makro-qida maddələri sərf olunub: 125 kq N, 40 kq P2O5, 190 kq K2O, 78 kq CaO və 23 kq MgO. Məhsulun tərkibindəki mikro-qida elementlərinin ümumi miqdarı aşağıdakı kimi olub: 5 kq Fe, 1.4 kq Mn, 0.32 kq B, 0.15 kq Zn və 0.055 kg Cu. Makro və mikro-qida elementlərinin toplanması şitil əkini, vegetativ boy atma, çiçəkləmə, meyvə tutumu mərhələlərində, məhsul yığımının əvvəlində və sonunda müəyyən olunub. Barvermə dövründə, yəni qida maddələrinin maksimum miqdarda mənimsənildiyi mərhələdə əsas gübrələrin konsentrasiya səviyyələri (mq/l və ya ppm) çiyələyin sortundan, becərmə qaydasından və digər aspektlərdən asılı olaraq 5.5- 6.0 pH həddində aşağıdakı kimi olmalıdır: N 160-210 ppm, P 30-50 ppm, K 160-270 ppm, Ca 140-180 ppm, Mg 35-50 ppm, S 40-80 ppm, Fe 2.5-4 ppm, Cu 0.02-0.06 ppm, Zn 0.05-0.10 ppm, Mn 0.5 -0.6 ppm, B 0.3 – 0.5 ppm, və Mo 0.01-0.04 ppm. Ümumiyyətlə, İtaliyanın əksər mühüm bölgələrində (Verona, Trentino) qida məhlulunun EC (elektrik keçiriciliyi) həddi asma navalçalarda və paketlərdə 1.2 - 1.8 dS/m arasında dəyişir və drenaj suyunun maksimum EC qiyməti 2.2 dS/m olur. Yaponiyanın hidroponik sistemlərində çiyələk üçün nəzərdə tutulmuş məhlullar digər ölkələrin şəraitinə birbaşa olaraq uyğun gəlməyə bilər. Aşağıdakı cədvəldə əsas ionların konsentrasiya səviyyələri verilib. Yaponiyada çiyələk sortları həddən artıq ətirli, şirin və kifayət qədər baha olur. Bu ölkədə EC qiymətinin aşağı, məhsuldarlığın orta, Briks tərkibinin isə yüksək səviyyədə olması məqbul hesab edilir. Cədvəl 8. Yaponiyanın Yamazaki sortunun torpaqsız mühitdə yetişdirilməsi üçün nəzərdə tutulan qida məhlulları

Çiyələyin qida məhlullarında EC (elektrik keçiriciliyi) göstəricisi pomidorun və digər istixana məhsullarının yetişdirilməsində istifadə olunan digər məhlullarla (EC = 2.4 dS/m, tam gücü ilə) müqayisədə çox aşağıdır. Azotun aşağı faizlə və NH4 formasında verilməsi kök zonasındakı pH artımının qarşısını almağa kömək edir, lakin NH4 konsentrasiyası yüksək səviyyədə olmamalıdır, əks halda bitkinin vegetativ inkişafı sürətlənər. Hidroponik sistemdə fəal inkişaf edən köklər hidrogen ionunu (H+) NO3-N ilə birlikdə mənimsəyir. Bu zaman kök zonasının pH-ı artır, lakin bitkinin kökləri həddən artıq qocaldıqda və heç bir funksiya daşımadıqda pH səviyyəsi tədricən aşağı düşür. Bunun əsas səbəbi köklərin öz keyfiyyətini itirməsi və oksidləşmə prosesinin baş verməsidir. 78


ÇİYƏLƏKÇİLİK

Ekspertlər belə hesab edirlər ki, istixana mühitində, yəni hidroponik sistemdə yetişdirilən çiyələk bitkisi kök zonasında toplanan duzların təsirinə qarşı həssas olur. Kök zonasında EC (elektrik keçiriciliyi) göstəricisi 1.2 dS/m-dən artıq olduqda bitkinin kökləri yuyularaq artıq duzlardan təmizlənir. Fermerlər əksər hallarda çiyələk bitkisinə həftədə 5 dəfə gübrə verir, yerdə qalan 2 gün ərzində isə sistemi yuyurlar. Digər Mühüm Tədbirlər İstixana mühitinin CO2 ilə zənginləşməsi çiyələyin məhsuldarlığını əhəmiyyətli dərəcədə artırır. CO2 konsentrasiyasının süni şəkildə 400 ppm-dən 900 ppm-ə kimi artırmaqla (təbii konsentrasiya 350 ppm olur) və işığın intensivliyini gücləndirməklə ümumi məhsuldarlıq səviyyəsini 8.7%-dən 31%-ə kimi yüksəltmək olar, çünki bu zaman meyvənin ölçüsü və sayı artacaq. Co2 maddəsi həmçinin meyvənin keyfiyyətinə də təsir edir. CO2 konsentrasiyasını 650 ppm-dən 950 ppm-ə kimi artırdıqda meyvədə quru maddənin, fruktozanın, qlükozanın və ümumi şəkərin miqdarı artır, limon və alma turşusunun miqdarı isə azalır. CO2 konsentrasiyasının yüksək olduğu mühit meyvəyə ətir verən aşağıdakı komponentlərə müsbət təsir göstərir: etil heksanoat, etil butanoat, metil heksanoat, metil butanoat, heksil asetat, heksil heksanoat, furaneol, linalool və metill oktanoat. CO2 ilə zənginləşmiş mühitdə yetişdirilən giləmeyvə məhsullarında bu kimyəvi birləşmələrin ümumi miqdarı adi mühitdə yetişdirilən məhsullarla müqayisədə daha çox olur. Tozlanma Çiyələyin çiçəyi öz-özünü tozlandırır, yəni çiçəklərdə həm tozcuq, həm də nektar əmələ gəlir. Bütöv giləmeyvənin əmələ gəlməsi üçün hər bir çiçək eyni qaydada tozlanmalıdır. Qeyd etmək lazımdır ki, çarpaz tozlanma daha çox meyvə əmələ gətirir. Bitkinin küləklə öz-özünü tozlandırması yaxşı məhsul vermək üçün kifayət edir, lakin bal arısı, eşşəkarısı və digər çöl arıları ilə tozlanan bitkilərin məhsuldarlığı ən az 2030% artır. Çarpaz tozlanma məhsulun saxlanma müddətini uzadır və bazar dəyərini artırır. Giləmeyvənin maksimum ölçüdə olması üçün çiçəyin bütün dişicikləri tozlanmalıdır. Hətta çiyələyin 80%-i küləklə və ya cazibə qüvvəsi ilə tozlansa da, arıların köməyinə ehtiyac yaranır. Bal arıları, eşşəkarıları, məs. Osmia sp., milçəklər və s. bitkini tozlandırmaqla məhsulun keyfiyyətini artırır. Tozlanmayan və ya lazımi səviyyədə tozlanmayan çiçəkdə formasız meyvə əmələ gəlir. Bitkinin tam tozlanması üçün həşəratların bir çiçəyə 10-20 dəfə qonması tələb olunur. Arıların fəaliyyətindən və havanın şəraitindən asılı olaraq bu prosesə 3-7 gün davam edə bilər. Ən uyğun vaxtda (bitki çiçək açdıqdan sonra 1-4 gün ərzində) tozlanan çiçəklərdə əmələ gələn meyvənin ağırlığı gec və ya tez tozlanan çiçəklərlə müqayisədə 13-58% artıqdır. 79


ÇİYƏLƏKÇİLİK

Arıların tozlandırdığı bitkinin meyvələri ağır olsa da, bəzi meyvələrdə forma dəyişikliyi müşahidə edilə bilər. Belə meyvələr daha bərk olur və rəngi tündləşir. Onların tərkibindəki şəkərin turşluğa olan nisbəti də azalır. Bununla belə, arıların fəaliyyəti çiçəkləmə rejimindən asılı olur. Əgər bitkidə kifayətə qədər çiçək əmələ gəlməyibsə, arılar başqa təsərrüfata uçacaq. Bu zaman tam çiçəkləmə mərhələsində olan çiyələkdə tozlanmanın effektivliyi azala bilər. Ətrafdakı alaq bitkilərini tez-tez biçmək lazımdır ki, çiçək açaraq çiyələyin tozlanmasına mane olmasın. Əgər ərazidə kifayət qədər çöl arısı yoxdursa, bal arılarından istifadə etmək olar, lakin bu həşəratlar əsasən çiyələyə deyil, digər bitkilərin çiçəklərinə qonur. Bal arılarının uçuşması üçün havanın şəraiti əlverişli olmalıdır. Bununla belə, sayca çox olan bal arıları bitkini effektiv şəkildə tozlandıra bilər. Ümumiyyətlə, sahənin bir hektarında 5 ədəd böyük arı pətəyinin olması məsləhət görülür. Bu pətəklər günəşin altında, quru yerdə saxlanılmalı və üzü cənuba doğru baxmalıdır. Tozlandırıcı həşəratların qorunması təbii faunaya dəyə biləcək hər hansı mənfi təsirlərin qarşısını almaq üçün qarşıya qoyulan ən vacib məqsədlərdən biridir. Çiyələk bitkisinin çiçəkləmə mərhələsində zərərli pestisidlərdən istifadə etməməklə bu həşəratların inkişafına şərait yaratmaq olar. Belə həşəratları özünə cəlb edən çiçəkli bitkiləri mövsümün əvvəlində əkmək lazımdır. Əgər fermerlərin giləmeyvə təsərrüfatı çox genişdirsə və ərazidə arıçı və ya təbii meşə zolağı yoxdursa, çiyələyin ilkin çiçəkləmə mərhələsində bal arılarının sahəyə gətirilməsi ən yaxşı seçim ola bilər. Bəzi bölgələrdə fermerlər alma istehsalçıları ilə rəqabətə girirlər və arıçılar digər məhsulları çiyələkdən üstün tuturlar. Bununla belə, bəzi mədəni çiyələk sortlarında ilk çiçəklərin məhv olması arıçılara heç bir iqtisadi fayda gətirməyə bilər. Ona görə də eşşəkarılarının istifadəsi daha rahatdır, çünki bal arıları çiçəkləmənin dinamikasına uyğun olaraq hərəkət edir. Bundan başqa, müəyyən həşəratlar (Antomomus ruby və ya Lygus sp.) tozlanmanın səviyyəsini aşağı sala bilər. Ona görə də təsərrüfata arıları gətirməzdən qabaq şaxtaya və zərərvericilərə qarşı mübarizə tədbirləri görmək lazımdır. Çiyələyin ən yüksək keyfiyyətə malik olması üçün sahəyə eşşəkarısı (Bombus terrestris) pətəklərinin qoyulması məsləhət görülür. Eşşəkarıları bitkini bal arılarından daha effektiv tozlandırır, çünki onlar çiçəyə hər gün qonur, nektarı deyil, tozcuğu toplayır. Bunun səbəbi eşşəkarılarının pətəyində kifayət qədər şəkərli suyun olmasıdır. Eşşəkarıları hətta suboptimal nisbi rütubətdə və temperaturda da səhər erkən və axşam vaxtı uçuşur. Bu həşəratlar müxtəlif sortların tozlanmaya hazır olan çiçəklərini çox ehtiyatla və dəqiqliklə seçdiyi üçün çarpaz tozlanmaya əhəmiyyətli dərəcədə təsir göstərir.

80


ÇİYƏLƏKÇİLİK

Ümumiyyətlə, eşşəkarıları səhər və axşam vaxtı 10-30°C dərəcə temperatur həddində çox fəal olur. Əgər hava isti olarsa, hündür tunellərdə ventilyasiya sistemini işə salaraq pətəklərin həddən artıq qızmasının qarşısını almaq lazımdır. Bal arıları istiqamət götürmək üçün tamamilə günəş işığından istifadə edir, çünki bu həşəratlar hündür tunellərdə və ya istixanalarda eşşəkarıları kimi effektiv işləyə bilmir. Bunun səbəbi tunellərdə və istixanalarda ultrabənövşəyi şüa spektrinin olmamasıdır. Eşşəkarılarının fəaliyyəti ən yüksək həddə çatdıqda insektisidlərdən ehtiyatla istifadə etmək, onları birbaşa olaraq bitkinin üzərinə səpməmək lazımdır. Məsələn, tiametoksam preparatı tozlandırıcı həşəratlar üçün həddən artıq təhlükəlidir. Bu dərman uzunmüddətli mənfi əks təsirə malikdir. Həmin dərmanı səpdikdən sonra bir ay müddətində eşşəkarısından istifadə etmək olmaz. Bütün neonikotionidlər, məs. imidakloprid həddən artıq zəhərli preparatdır. Həmin preparatların istifadə edildiyi çiyələk sahəsində eşşəkarıları bitkini ən az 30 gün müddətində tozlandıra bilmir. Tiaxlopridlər təhlükəli preparat deyil. Bu dərmanları hətta açıq pətəyin üzərinə də səpmək olar. Qarışqalar pətəkdəki şirin su ilə qidalanır, ona görə də xüsusi həşərat yapışqanlarından və ya yağlarından istifadə edərək onların qarşısını almaq lazımdır. Bitki ilə pətək arasında təmas olmamalıdır, əks halda qarışqalar pətəyə girə bilər. İstixana mühitində bəzi təbii vasitələrin, məs. küləyin, bal arılarının və digər həşəratların fəaliyyətini qoruyucu konstruksiyalar məhdudlaşdırır. Ona gör də eşşəkarıları çiyələk bitkisini bal arılarından və ya süni vasitələrdən (məs. əllə tozlandırma) daha yaxşı tozlanıdırır. Bir pətəkdə təxminən 50 eşşəkarısının olması 4,000 çiyələk bitkisinin (istixananın hər 500 m2 –lik sahəsində) tozlanmasına kifayət edir. Açıq sahələrdə təbii tozlandırıcı vasitələrdən və ya bal arılarından asılı olaraq 3-5 ədəd Tripol pətəyi qoyulmalıdır. Tam izolyasiya olunan bu pətəklərin hər birində 3 güclü arı koloniyası olur.

81


ÇİYƏLƏKÇİLİK

Çiyələk Bitkisinin Zərərvericiləri Qeyd: Bu bölmənin sonunda insektisidlərin tam siyahısı verilib.

Yarpağın alt və üst hissələri ilə qidalanan mənənələr

Mənənə ilə qidalanan parabüzən

Yaşıl qızılgözlülərin yumurtaları

Parabüzən (yetkin fərd)

Yaşıl qızılgözlü (yetkin fərd)

Yuxarıdakı xeyirli həşəratlar mənənələrə qarşı mübarizə aparmağa kömək edir. Əgər bu həşəratlar mənənələri məhv edə bilmirsə, pestisiddən istifadə etmək olar. 82


ÇİYƏLƏKÇİLİK

Mənənələr Mənənələr bitkinin yarpaqlarını və meyvəsini zədələyir, onun sağlamlığına ziyan vurur. Sorucu ağız aparatına malik olan bu zərərvericilərin kütləsi sürətlə böyüyür. Mənənələr bitkini müəyyən xəstəliklərə, xüsusən də virusa yoluxduraraq inkişafdan dayanmasına səbəb olur. Həşəratın ifraz etdiyi şirin, yapışqanlı damcılar bitkinin yarpaqlarında və meyvələrində göbələk patogenlərinin inkişaf etməsinə şərait yaradır. Mənənə kütləsinin geniş yayılması nəticəsində bitkinin yarpaqları qıvrılaraq quruyur. Hətta bu həşəratlara qarşı mübarizə aparılmazsa, bitki məhv olar, çünki bəzi mənənə növləri, məs. şaftalı mənənəsi (Myzus persicae ssp. persicae), tütün mənənəsi (M.persicae ssp nicotiane), pambıq mənənəsi (Aphis gosipiiand A. fabae) və istixana mənənəsi (Aulacortum solani). insektisidlərin təsirinə qarşı müqavimətli olur. Mənənələr yaşıl, tünd yaşıl, narıncı və ya qırmızı olur. Onların altı ayağı, iki buynuzu və iki bığcığı (arxa hissədə yerləşən boruşəkilli orqan) vardır. Bu həşəratlar sıx və ya əlverişli mühitdə qanadlanır və digər daşıyıcı bitkilərə qonur. Mənənələri yarpaqların alt tərəfində, yarpaq damarlarına yaxın və yenicə cücərmiş hissələrdə axtarmaq lazımdır. Mühafizəkarlar və tədqiqatçılar sahənin bir hektarından hər həftə 100 ədəd üçdilimli yarpaq nümunəsinin götürülməsini və yoluxma səviyyəsinin 30%-dən çox olduğu təqdirdə mübarizə tədbirlərinin görülməsini təklif edirlər. Qarışqa kütlələri mənənələrin mövcud olmasından xəbər verir, çünki bu həşəratlar mənənələrin ifraz etdiyi şirin maye damcılarına görə onları qoruyur. Mübarizə tədbirləri görülmədikdə mənənələr məhsulun təcrid olunmuş hissələrinə hücum edərək sürətlə yayıla bilir. Beləliklə, bu həşəratlara bütün mövsüm boyu, hətta qış aylarında da nəzarət etmək lazımdır. Qanadlı mənənələri nəzarətdə saxlamaq üçün yapışqanlı sarı kartlardan istifadə etmək olar. Bu kartlara əsasən mənənələrin məhsula köçdüyünü və ya yoluxma səviyyəsini müəyyən etmək olar. Ətraf əraziləri yoxlamaq və daşıyıcı bitkiləri, məs. alaqları və məhsul yığımından sonra boy atmış digər bitkiləri məhv etmək lazımdır. Mənənələrin yayıldığı bütün yarpaqlar qoparılmalıdır. IPM proqramları əsasında tələ bitkilərindən istifadə edilir. Bu bitkilər mənənələri özünə cəlb edir və kəskin miqdarda səpilmiş insektisidlərin təsirinə qarşı həssas olmur. Mənənələrin təbii düşmənləri də, məs. parabüzənlər, parazit eşşəkarıları, qızılgözlərin və qısabığcıqların sürfələri və haflar mühüm mübarizə vasitəsi hesab edilir. Aşkar olunmuş qarışqa kütləsini nəzarətdə saxlamaq lazımdır, çünki bu həşəratlar mənənələrin ifraz etdiyi şirin maye damcıları ilə qidalanır və onları qorumaq üçün xeyirli həşəratları öldürür.

83


ÇİYƏLƏKÇİLİK

Mənənə kütləsini qoruyan qarışqa

Yarpağın alt hissə ilə qidalanan mənənələr

Əgər yırtıcı həşəratlar mənənələrə qarşı effektiv mübarizə apararsa, kimyəvi preparatın səpilməsinə həmişə ehtiyac yaranmır, lakin zərurət yarandıqda kontakt insektisidləri yarpağın alt tərəfində səpmək lazımdır. Bundan başqa, tripslərə qarşı bioloji mübarizə vasitəsi kimi flonikamiddən (eşşəkarılarının əvəzinə) istifadə etmək olar. Flonikamid insektisidi mənənələrin qidalanmasına mane olan, zərərsiz və çox zəif əks təsirə malik olan yeni preparatdır. Azərbaycanda qeydiyyatdan keçmiş bir neçə aktiv maddədən ənənəvi mübarizə vasitəsi kimi istifadə edərək bitkiləri mənənələrdən qorumaq olar. Bununla belə, təzə çiyələk məhsulunda kimyəvi maddələrin minimum qalıq həddinə (MQH) xüsusi diqqət verilməlidir, çünki belə qalıq hədləri bazarın xüsusi tələblərinə uyğun olmalıdır. ABŞ hökumətinin həyata keçirildiyi layihələrdə müəyyən aktiv maddələrin, məs. alfasipermetrinin, lambda-sihalotrinin və tiaklopridin istifadəsi tövsiyə olunmur. Hörümçək Gənələri (Tetranychus urticae, T. cinnabarinus) Hörümçək gənələri adətən yumurta qoyduqdan sonra 14 gün ərzində və temperatur səviyyəsi 250C dərəcəyə çatdıqda müşahidə olunur. Bu həşəratlar bitkinin yarpağını, kasacığını və meyvə saplağını ciddi şəkildə zədələyir. Hörümçək gənələri transpirasiyanı və məhsuldarlığı dolayı yolla aşağı salır və bitkinin inkişafına mane olur. 84


ÇİYƏLƏKÇİLİK

Fermerlər hər həftə çiyələk təsərrüfatını gəzərək gənələrə nəzarət etməlidirlər, çünki bu həşəratlar bitkinin boy atmasına mane olaraq onun məhsuldarlığını kəskin dərəcədə aşağı sala bilər. Gənələr adətən mövsümün sonunda, yəni səpilmiş pestisidlər xeyirli həşəratları məhv etdikdən sonra yayılmağa başlayır. Ona görə də insektisidləri yalnız zərurət yarandıqda səpmək lazımdır. Hörümçək gənələri quraq və yarım-quraq ərazilərdə yetişdirilən çiyələyə ən ciddi ziyan vuran zərərvericilərdən biridir. Bunlar hörümçəklərə bənzəsə də həşərat hesab edilmir və onları adi gözlə fərqləndirmək çox çətindir. Zədənin ilkin əlamətləri yarpaqda və ya tor örtüyü ilə müşahidə edilir. Gənələr o qədər xırdadır ki, onları yalnız lupa ilə görmək mümkün olur.

Hörümçək gənələrinin toru və yarpağın alt tərəfində qidalanan hörümçək gənələri

Hörümçək gənələri adətən yarpağın alt tərəfindəki açıq bitki hüceyrələrini parçalayaraq yeyir və nəticədə ölü hüceyrələr qaralır və ya qəhvəyi rəngə çalır. Dişi fərdlər müəyyən vaxt ərzində koloniya (kütlə) yaradaraq yayılır, yaxınlıqdakı yarpaqlara, meyvələrə və gövdələrə doğru hərəkət edir, bir müddətdən sonra isə digər bitkilərə keçir. Güclü yoluxmanın əlamətlərinə yarpağın və bitkinin saralması, hörümçək torunun yaranması, eləcə də bitkinin inkişafdan dayanması və kəskin hallarda quruması aid edilə bilər. Qafqaz ölkələrində iqtisadi baxımdan əhəmiyyət daşıyan üç hörümçək gənəsi vardır: qoşa xallı hörümçək gənələri (Tetranychus urticae), karmin hörümçək gənələri (Tetranychus cinnabarinus) və iri gənələri (Polyphagonemus latus). Bu həşəratlar əsasən istixana yetişdirilən tərəvəz məhsullarına ziyan vurur. Çiyələk təsərrüfatlarında əsasən qoşa xallı gənələr, bəzi hallarda isə karmin hörümçək gənələri müşahidə olunur. Karmin hörümçək gənələri sürətlə törəyir və çiyələyin bütün inkişaf mərhələlərində bitkini yoluxdura bilir. Hörümçək gənələrini yalnız mikroskopla fərqləndirmək olar.

85


ÇİYƏLƏKÇİLİK

Çiyələk Gənəsi - Phytonemus (=Tarsonemus) pallidus:

Çiyələk gənəsinin vurduğu zədələr

Çiyələk gənəsi çox təhlükəli zərərverici olub bitkini inkişafdan dayandırır, çiçəyin saplağını və cücərən meristemaları demək olar ki, məhv edir. Hündür tunellərdə yetişdirilən çiyələk bitkisi hörümçək gənələrinin təsirinə qarşı daha həssas olur, çünki bu zərərvericilər şitillərin əkildiyi andan mövsümün sonuna kimi kütlə şəklində yayılaraq bitkiyə ziyan vurur. Çiyələk şitillərini əkməzdən qabaq yoxlamaq və müalicə etmək (əgər hörümçək gənəsi olarsa) lazımdır. Bitkiləri əkindən sonra hər həftə müşahidə etmək və bir neçə bitkinin yarpağını (o cümlədən yarpaqların alt tərəfini) yoxlamaq lazımdır. Bununla belə, sahədəki bütün mədəni çiyələk sortları nəzərə alınmalıdır, çünki gənələr bəzi sortları xoşlaya bilər. Gənələri tanımaq üçün lupadan, əl linzasında və ya mikroskopundan istifadə etmək lazımdır. Tora bürünmüş, qəhvəyi yarpaqların axtarılması məsləhət görülür. Hörümçək gənələri sürələ törəyir, ona görə də fermerlər hər həftə sahəni gəzib yoxlamalıdırlar. Erkən əlamətlər müşahidə olunduqda dərhal müalicə tədbirləri görülməlidir ki, zərərverici ətrafa yayılmasın. Qeyd etmək lazımdır ki, çiyələyin bir yarpağında bir gənə olduqda məhsuldarlıq hətta meyvə tutumu mərhələsindən qabaq aşağı düşür. Çiyələk bitkisi bu mərhələdən sonra daha çox gənəyə (orta yarpaqlarda hətta 15-20 gənə olsa da) davam gətirə bilir. Hörümçək gənələrinin sahəyə, hündür tunellərə və ya istixanalara girməsinin qarşısını almaq mümkün deyil, çünki bu zərərvericilər hətta havadakı ipək sapla da yayıla bilir. Zərərverici gənələr alaqlarda və digər bitkilərdə sürətlə əmələ gəlir, ona görə də sanitariya tədbirlərinin görülməsi vacibdir. Elmi-tədqiqatların nəticələrinə əsasən hörümçək gənələri hündür tunellərdə və istixanalarda daha çox yayılır. Qərbi Avropanın çiyələk təsərrüfatlarında xeyirli həşəratların hörümçək gənələrinə qarşı effektiv təsir göstərməsi dəqiq müəyyən edilib. Phytoseiulus persimilis gənəsi bazarda satılır və bioloji mübarizə vasitəsi kimi istifadə edilir. Bu gənə çiyələk təsərrüfatlarında hörüməçək gənələrinə qarşı ən güclü mübarizə vasitəsidir.

86


ÇİYƏLƏKÇİLİK

Neoseiulis (=Amblyseius) californicus gənəsi isə mövsümün əvvəllərində daha çox istifadə olunan və hörümçək gənələrinin nisbətən kiçik kütləsini məhv edən həşəratdır. Zərurət yarandıqda yırtıcı gənələrin hər iki növündən birgə istifadə etmək lazımdır. Fır əmələ gətirən Feltiella acarisuga həşəratı isə həmişə yırtıcı Phytoseiulus persimilis gənəsi ilə birlikdə istifadə edilməlidir. Bu həşərat 25oC dərəcədən yuxarı temperaturda və təxminən 80% nisbi rütubətdə müsbət təsir göstərir. Bioloji mübarizə vasitələri hörümçək gənələrinə qarşı effektiv təsir göstərir, ona görə də insektisidləri və mitisidləri (akarisidləri) ehtiyatla seçmək lazımdır ki, xeyirli həşəratlar məhv olmasın. Əksər mitisidlər gənələrə bir neçə gündən sonra təsir edir. Gənələrə qarşı uğurlu mübarizə aparmaq üçün onları kiçik olduğu vaxt, yəni artmamışdan qabaq məhv etmək lazımdır. Geniş təsir spektrinə malik olan insektisidlərdən (məs. deltametrin, alfa-sipermetrin və lambda-sihalotrin kimi sintetik piretroidlərdən) istifadə etmək olmaz. USAİD-in layihələrində bu insektisidlər tövsiyə olunmur, çünki bu kimyəvi preparatlar insan sağlamlığı üçün çox təhlükəlidir, böyüklərə və kiçik uşaqlara öldürücü təsir göstərir. Feltiella acarisuga həşəratının puplarını bəzi təchizatçılardan və istehsalçılardan əldə etmək olar (əlavə məlumat üçün:http:// www.anbp.org/). Bu puplar yarpaqda və ya müxtəlif qablara (məs. bir litrlik qablara) doldurulmuş inert maddələrdə gətirilir. Həmin qabları cərgənin başına qoymaq və qapağını açaraq yetkin fərdləri buraxmaq lazımdır. Həşəratların hörümçək gənələrinin daha sıx olduğu yerlərə buraxılması məsləhət görülür. Feltiella acarisuga həşəratlarının nisbətən geniş kütlə yaradaraq yayılmalıdır (Gillespie və Ravort 1999). Qablar qaranlıq yerdə, 10-15°C dərəcə temperaturda (iki gündən artıq olmayaraq) saxlanılmalıdır (Koppert 1997). Yetkin fərdləri gündə bir dəfə səhər erkən və ya gecə vaxtı buraxmaq lazımdır, çünki günün bu vaxtlarında hava daha sərin və rütubətli olur. Əgər mümkündürsə, nisbi rütubət 80%-dən yuxarı səviyyədə saxlayın (Gillespie və Ravort 1999). Bəzi kimyəvi maddələr, məs. tiodan, diazinon və keltan Feltiella acarisuga həşəratına qarşı əks təsir göstərir, lakin əksər funqisidlər həşərat təhlükə yaratmır (Gillespie və Ravort 1999). Toz və ya maye halında səpilən kükürd məhsulları həşəratın yumurtalarını məhv etmir, lakin dişi fərdlər həmin dərmanlarla müalicə olunmuş bitkiyə yumurta qoymur. Bağçılıq sahəsində geniş istifadə olunan bəzi herbisidlərin, yarpaqdan verilmiş azadiraktin, flonikamid, piriproksifen və spinosad pestisidlərinin, eləcə də bitkiyə səpilmiş imidakloprid dərmanının Feltiella acarisuga kütləsinə toksik təsir göstərməməsi (ölüm faizi: <25%) müşahidə olunub. Pmetrozine və buprofezin isə həşərata orta dərəcədə təsir göstərir (ölüm faizi: <50%) (Biobest 2012). Abamektin, bifenazat, bifentrin, siflutrin, xlorfenapir, esfenvalarat, permetrin və spiromesifen isə bu yırtıcı həşərata toksik təsir (ölüm faizi >75%) göstərir. 87


ÇİYƏLƏKÇİLİK

İsti aylarda daha çox yayılan Aphanogmus floridanus həşəratının Feltiella acarisuga sürfələrində parazit kimi yaşaması problem yaradır, lakin həşəratı müəyyən vaxtlarda buraxaraq bu parazitləri məhv etmək olar, məs. Feltiella acarisuga həşəratı Aphanogmus floridanusdan fərqli olaraq daha soyuq aylarda daipauza mərhələsinə girmir. Aphanogmus floridanus həşəratının parazit kimi yaşadığı Feltiella acarisuga puplarında yumru dəliklər olur. Vegetasiya dövrünün əvvəlində spirodiklofen preparatından istifadə etmək, lakin USAİD-in layihələrində abamektin və emamkttin benzoat pestisidlərinin istifadəsi tövsiyə olunmur. Bifenazat və spiromesifen pestisidlərinin istifadəsi çox tövsiyə edilir, çünki bu pestisidlər effektiv təsir göstərir və onları səpdikdən sonra tez bir müddətdə (1-3 gündən sonra) məhsul yığımına başlamaq olar. Siyahıda olmayan, lakin ətraf mühit üçün heç bir təhlükə yaratmayan, çox effektiv və zəhərsiz pestisidlərdən, məs. milbemektindən və ya oksimatrin proteini kristallarından (Sophora flavescens bitkisinin təbii cövhərindən) istifadə etmək olar.

Fır əmələ gətirən həşərat (yetkin fərd və pup mərhələsi)

Tripslər yarpaqları zədələyir, meyvələrin yanmasına səbəb olur. Kəsici ağız aparatına malik olan bu xırda həşəratlar bitkinin toxumasını sorur. Tripslər hüceyrəni məhv etsə də, bitkinin toxuması bütöv qalır. Tripslər əsasən yarpaqlara qonur, dişiciyi və erkəkciyi zədələyir, lakin elmi-tədqiqatların nəticələrinə əsasən demək olar ki, tirpsin vurduğu zədələr meyvə tutumuna və tozlanmaya mane olmur. Tripslər çiyələk meyvəsinin boğaz hissəsinin yanmasına səbəb ola bilər. 88


ÇİYƏLƏKÇİLİK

Xəzəryanı ölkələrdə tripslərin bir neçə növü müşahidə olunub. Bu ölkələrdə ən geniş yayılmış tripslər qərb çiçəyi (Frankliniella occidentalis) və soğan (Thrips tabaci) tripsləridir. Azərbaycanın çiyələk təsərrüfatlarında bu növlərə rast gəlmək olar, lakin ən çox problem yaradan Frankliniella tripsidir. Tripslər çox xırda və sarı-qəhvəyi rəngdə olduğu üçün onları bitkinin üzərində ayırd etmək çətindir. Yetkin və yetkin olmayan fərdlər bir-birinə bənzəyir, lakin yetkin fərdlərin nazik və tüklü qanadları olur. Aşağıdakı şəkildə zərərvericinin həyat tskli göstərilmişdir. Şəkilə əsasən zərərvericinin bitkiyə nə zaman və necə hərəkətə keçdiyini müşahidə edərək effektli mübarizə aparmaq olar.

Bitkinin çiçəklərini ağ vərəqə silkələməklə tripsləri saymaq olar. Bu üsul tripslərə nəzarət etməyin ən yaxşı yoludur. Elmi-tədqiqatlara əsasən bir çiçəkdə 10 trips olduqda müalicə tədbirlərinə başlamaq lazımdır. Bununla belə, bioloji mübarizəyə başlamaq üçün bir çiçəkdə çox az trips olmalıdır. Bitkinin çiçəklərini həmçinin spirt məhlulu ilə dolu qabın içinə silkələyərək trispləri saymaq olar.

89


ÇİYƏLƏKÇİLİK

Yapışqanlı mavi kartlar trips kütləsini nəzarətdə saxlamağa çox kömək edir. Müsbət İPM təcrübəsi onu göstərir ki, kimyəvi atraktantları yapışqanlı kartlara səpməklə qərb çiçəyi tripslərini daha çox tələyə salmaq olar. Yapışqanlı kartlara yarı-kimyəvi yeni verbenon maddəsini səpməklə daha çox sayda F. occidentalis tripsi tutmaq (eləcə də digər trips növlərini) mümkün olmuşdur. F.occidentalis tripsinə qarşı mübarizə metodlarında (məhv etmək, kütləvi şəkildə tələyə salmaq və dartma-itələmə metodu və s.) eyni kimyəvi birləşmədən istifadə etmək olar. Başqa dispenserlərdən fərqli olaraq Lurem-TR dispenserində hər hansı həşərat cinsi üçün nəzərdə tutulmuş feromon deyil, ətirli maddə vardır. Bu maddə həm erkən, həm də dişi fərdləri özünə cəlb edir. Tripslər müxtəlif daşıyıcı bitkilərdə yaşaya bilir və adətən həmin bitki qurumağa başladıqdan sonra öz yerini dəyişir. Kontinental iqlimə malik olan əksər ölkələrdə tripslər yaz aylarında uçuşur, çünki bu dövrdə taxıl bitkiləri və mövsümün əvvəlində bitən digər daşıyıcı bitkilər qurumağa başlayır. Bununla belə, qərb çiçəyi tripsləri hörümçək gənəsinin yumurtalarını yeyir və hündür tunellərdə bitkiyə zərər vurmadığı təqdirdə xeyirli həşərat kimi istifadə oluna bilər. Tripslərə qarşı bioloji mübarizə aparmaq üçün bir neçə etibarlı vasitə mövcuddur. Ümumiyyətlə, yırtıcı həşəratları təsərrüfata buraxmaqla zərərvericilərin (o cümlədən tirpslərin) sayını azaltmaq olar. Tripslərə qarşı iki əsas bioloji mübarizə vasitəsindən istifadə edilir: Neoseiulis cucumeris, Amblyseyus swirskii gənələri və Orius laevigates böcəyi. N. Cucumeris gənəsinin daha soyuq aylarda, A. swirskii gənəsinin isə bundan sonra istifadə olunması mübahisə doğurur. Bu gənələri çiçəkləmə dövründən qabaq sahəyə buraxmaq olmaz, çünki onlar bitkinin tozcuğu ilə qidalanır. Daha isti iqlimli bölgələrdə A. swirski gənəsi kifayət edir. Günəşli gündə, yəni temperatur 1618oC dərəcəyə yüksələrək sabitləşdikdə Orius laevigates böcəyindən istifadə etmək olar. Fermerlər zərərverici ilə bioloji mübarizə vasitələri arasında uyğun tarazlıq yaratmaq üçün çox təmiz şitillərdən (trips kütləsinin olmadığı) istifadə etməlidirlər. Bundan başqa məhsulu erkən mərhələdə dixlorfos ilə (USAİD tərəfindən tövsiyə olunmur) iki dəfə təmizləmək (termiki-dumanlama avadanlığı ilə daha yaxşı nəticə verir) lazımdır. Bioloji vasitələrin tətbiqi arasındakı vaxt intervalı 7 gün, spinozad verildikdən sonra isə 14 gün olmalıdır. Tripslərə qarşı effektiv təsir göstərən insektisidlərin sayı çoxdur, lakin geniş təsir mexanizminə malik olan insektisidlərdən (hətta üzvi piretroidlərdən də) istifadə etmək məsləhət görülmür, çünki bu preparatlar xeyirli həşəratları məhv edərək hörümçək gənələrinin yayılmasına şərait yaradır. Formetanat hydroxlorid pestisidini (karbamatlar qrupuna aiddir) yalnız vegetasiya dövrünün əvvəlində damla suvarma sistemi vasitəsilə və ya yarpaqdan vermək olar. Metiokarb pestisidini mövsümün əvvəlində damla suvarma sistemi vasitəsilə verməklə tripslərin torpaq səthində yayılan birinci nəslini (xüsusən də torpaqdakı pupları) azaltmaq olar.

90


ÇİYƏLƏKÇİLİK

Təsərrüfata tiaxlorprid səpmək olar, lakin bu pestisid USAİD tərəfindən tövsiyə olunmur. Spirotetramat pestisidinin daha güclü təsir göstərməsi üçün onu daha çox miqdarda su ilə vermək lazımdır. Açıq çiyələk sahələrində tripslərə qarşı kimyəvi mübarizə aparmaq üçün əsasən spinosad pestisidindən istifadə olunur. Fermerlər bu pestisidə şəkər (saxaroza+qlükoza+fruktoza) əlavə edirlər ki, tripslər müalicədən sonra bir neçə saat ərzində məhlulu soraraq məhv olsun. Ağqanad Fosenoidlər (Bemisia spp., Triaulorodes vaporariorum) Ağqanad fosenoidlər sorucu həşəratlar olub bitkinin yarpaqlarını və meyvələrini dolayı yolla zədələyir. Zədələnmiş yarpaqları saralır, solur və zərərverici kütləsinin sıx olduğu təqdirdə quruyaraq məhv ola bilir. Yarpaqların üzərindəki yapışqanlı və ya parlaq maddə qalıqları bu zərərvericinin ifraz etdiyi şirin damcılardır. Bu damcılar göbələk sporlarının (məs. hisli kifin) əmələ gəlməsinə şərait yaradır. Ağqanad fosenoidlər bundan başqa bitki viruslarını və digər patogenlərini daşıya bilir. Yetkin fərdlərin bədəni açıq sarı, qanadları isə ağımtıl olur. Bu fərdlər əksər hallarda dairəvi şəkildə yumurta qoyur. Birinci inkişaf mərhələsində olan nimfalar (qurdlar) yastıcaya bənzəyir. Onların bədəni yastı və oval olur. Bu nimfalar əksər hallarda hərəkətsiz qalaraq qidalanmağa yer axtarır. Daha yaşlı nimfalar nisbətən böyük olduğu üçün onları tanımaq daha asandır. Puplar sarımtıl rəngdə olur. Onların iki qırmızı gözü kutikul pərdə ilə örtülüb. Yetkin fərdlərin yayımaması üçün yarpağın alt tərəfini yoxlamaq və fosenoid nimfalarının aşkar edildiyi təqdirdə müvafiq mübarizə tədbirləri görmək lazımdır. Sahədə və ya istixanada öz yerini dəyişən ağqanad fosenoidləri aşkarlamaq üçün yapışqanlı sarı tələlərdən/kartlardan istifadə edilir. Yapışqanlı tələlər yoluxma səviyyəsini göstərir, lakin tələyə yapışmış zərərvericilərin sayı çiyələk bitkisində olan nimfaların ümumi sayı ilə əlaqə təşkil etməyə də bilər. Zərərvericini kütləvi şəkildə tələyə salmaq üçün müxtəlif vasitələrdən istifadə edilir, məs. təsərrüfata sarı diyircəkli tələlər və lentlər qoyulur, plastik örtüklər və dəhlizlər yapışqanlı, sarı boya ilə boyanır. Təsərrüfatın ətrafında ağqanad fosenoidləri özünə cəlb edən bitkiləri nəzarətdə saxlamaq lazımdır. Mövsümün əvvəlinə yaxın dövrlərdə çiyələyin uc hissəsini kəsməklə qışlayan zərərverici kütləsinin sayını azaltmaq olar. Bununla belə, növbəti mövsümdə zərərvericinin sayca az olması üçün hətta məhsul yığımından sonra da mübarizə tədbirləri görmək lazımdır. Ağqanad fosenoidlərə qarşı bioloji mübarizə aparmaq üçün müəyyən parazitoidlərdən, məs. Encarsia formosa, Eretmocerus eremicus və E. mundus kimi yırtıcı həşəratlardan istifadə etmək olar. Bu həşəratlar fosenoidlərə effektiv təsir göstərir və bazarda satılır. Amblydromalus limonicus (= Typhlodromalus limonicus) yırtıcı gənəsi də tripslərə və ağqanad fosenoidlərə çox güclü təsir edir. 91


ÇİYƏLƏKÇİLİK

Qeyd etmək lazımdır ki, tripslərə qarşı effektiv mübarizə vasitəsi olan Amblyseius swirskii həşəratı ağqanad fosenoid kütləsini də əhəmiyyətli dərəcədə azaldır. Bu xeyirli həşərat Azərbaycanın bazarlarında satılmasa da, gələcəkdə ölkəyə gətirilə bilər. Yuxarıda adı çəkilən bütün xeyirli həşəratlar təsərrüfata qutularda (qablarda) gətirilir və buraxılır. Onlar bir müddətdən sonra zərərvericiləri məhv edərək yayılmağa başlayır. Kimyəvi mübarizə vasitələrinə buprofezin və asetamiprid pestisidlərini aid etmək olar, lakin bu dərmnları səpdikdən sonra ən az 14 gün müddətində məhsul yığmaq olmaz. Pirimifos-metil və metomil isə çox zəhərli (toksik) pestisilərdir və onları səpdikdən sonra uzun müddət ərzində sahəyə girmək olmaz. Açıq sahələrdə ağqanaq fosenoidlərə qarşı mübarizə aparmaq üçün bu iki aktiv maddə əvvəllər çox geniş istifadə olunurdu, lakin pirimifos-metil preparatı hal-hazırda yalnız taxıl anbarları üçün tövsiyə olunur, metomil isə bəzən meyvə bağlarına səpilir. Bemisia zərərvericisinin özündə müqavimət yaratmaması üçün piriproksifen preparatını digər insektisidlərlə birlikdə səpmək lazımdır. Bu preparat sürfələrin cavan olduğu və yumurtadan çıxdığı mərhələlərdə səpilməlidir. Piriproksifen insektisidi Tetranychus urticae zərərveicisinə də təsir edir. Dərmanı səpdikdən sonra 3-4 gün ərzində məhsul yığmaq olmaz. Spirotetramat isə sistemli şəkildə təsir göstərən insektisiddir və ağqanad fosenoidə qarşı istifadə oluna bilər. Bu dərmanı səpdikdən sonra 3 gün ərzində məhsul yığmaq olmaz. Çiyələk sahələrində ağqanaq fosenoidə qarşı mübarizə aparmaq üçün spiromesifen pestisidindən də istifadə olunur. Bu kimyəvi preparat zərərveicinin yumurta qoymasına mane olur, lakin yetkin fərdlərə zəif təsir göstərir. Pulcuqlu Qanadlılar

Pulcuqlu qanadlılar növündən asılı olaraq gövdəni, yarpağı və meyvəni zədələyə bilər. Bu zərərverici həşəratların sürfələri yarpağı və meyvəni çeynəyərək zədələyir. Yetkin fərdlər yalnız yumurta qoyur, yəni bitkini zədələmir. Azərbaycanın çiyələk təsərrüfatlarında rast gəlinən pulcuqlu qanadlılara çəhrayı sovkanı (Spodoptera exigua), ot sovkasını (Spodoptera frugiperda), kələm sovkasını (Trichoplusia ni), qarğıdalı sovkasını (Helicoverpa zeae), payızlıq sovkaları və şoran bataqlıq tırtıllarını (Estigmene acred) aid etmək olar. Yetkin fərdlər gecə vaxtı, sürfələr isə gündüz vaxtı fəal olur. 92


ÇİYƏLƏKÇİLİK

Bəzi pulcuqlu qanadlılar çiyələyin meyvəsi ilə qidalanır və zərərverici kütləsinin geniş yayıldığı təqdirdə məhsuldarlıq kəskin dərəcədə aşağı düşür. Belə hallarda təsərrüfat sahibləri feromon tələlərdən istifadə edərək yetkin fərdləri nəzarətdə saxlayır və müəyyən mübarizə tədbirləri görməli olurlar. Pulcuqlu qanadlılar bitkinin yarpaqlarını çeynəyərək zədələyir, kiçik, qara və dənəvər maddə ifraz edir, ona görə də bitkinin yarpaqlarını mütəmadi olaraq yoxlamaq lazımdır. Zərərvericinin yumurtalarını yarpağın alt hissəsində və gövdədə tapmaq olar. Bəzi pulcuqlu qanadlıların (məs. çəhrayı sovkaların) sürfələri sonuncu üç inkişaf mərhələsində yarpaq örtüyünün mənimsədiyi qida maddələrinin 98%-ni oğurlayır, ona görə də hər hansı zədənin əlamətlərini vaxtında aşkarlamaq lazımdır. Pulcuqlu qanadlılara qarşı görülən profilaktik tədbirlərdən biri də daşıyıcı bitkilərin, məs. alaq bitkilərinin məhv edilməsidir. Zərərvericiləri əllə götürüb atmaq da olar. Parazit eşşəkarıları və bakuloviruslar pulcuq qanadlılara qarşı effektiv mübarizə vasitələri hesab olunur. Çiyələk yarpağını bükən hər hansı tırtıl hələlik müəyyən olunmayıb Ümumiyyətlə, yarpaqbükən tırtıllar pulcuq qanadlıların yarpaqbükənlər (Tortricidae) fəsiləsinə aiddir. Onların bəzisi isə yarpaqları çeynəyir və hətta meyvədə dəlik açır. Yarpaqbükən tırtıllar, adından göründüyü kimi, yarpağı bükərək iç hissəni ağ torla örtür. Bükülmüş və ya torla örtülmüş yarpaqlar açılmalı və onların içərisində sürfənin və ya həşərat ifrazatının olub olmadığı müəyyən edilməlidir. Yetkin fərdlərə nəzarət etmək üçün feromon tələlərdən istifadə olunur. Feromon tələləri dirəklərdən və ya tunelin açıq hissələrindən asmaq lazımdır. Erkək fərdlər belə tələlərə qonaraq yapışır. Beləliklə, tələyə erkək fərd düşərsə, sahəni dərmanlamağa başlayın. Yarpaqların bükülməməsi, zədələnməməsi və ya həşərat ifrazatı (kiçik, qara, dənəvər maddələrlə) örtülməməsi üçün təsərrüfata vaxtında nəzarət etmək və profilaktik tədbir görmək lazımdır. Pulcuqlu qanadlılara qarşı effektiv mübarizə strategiyası kimi təbii parazit eşşəkarılarından, viruslardan və cütləşməni pozan vasitələrdən istifadə etmək olar. Pulcuqlu qanadlılara qarşı kimyəvi mübarizə aparmaq üçün xlorantraniprol (sürfələrə çox effektiv təsir edir) və moreoverit (ətraf mühitə və xeyirli həşəratlara ziyan vurmur) pestisdlərindən istifadə olunur. İndoksakarb pestisidi isə yumurtanın qoyulduğu mərhələdə səpilir və pulcuqlu qanadlıların geniş kütləsini məhv edir. Kiçik sürfələrə qarşı Biobit bioloji insektisidindən istifadə etmək olar. Bu kimyəvi preparat Azərbaycanda qeydiyyatdan keçib. Sürfələr böyüdükdə isə bu insektisiddən istifadə etmək olmaz, çünki sürfələrin yalnız 50-60%-ni məhv edə biləcək.

93


ÇİYƏLƏKÇİLİK

Lygus Böcəyi

Lygus böcəyi (Yetkin fərd)

Lygus böcəyinin zədəsi

Keyfiyyətli çiyələk şitilini əldə etmək çətindir və bu məsələ qabaqcadan həll olunmalıdır. Şitili payızda əkmək üçün seçilmiş sortu iyunda və ya iyulda sifariş etmək lazımdır. Fermerlər geniş miqyaslı istehsala başlamazdan qabaq seçdikləri sortları kiçik sahələrdə sınaqdan keçirməlidirlər. Ümumiyyətlə, çiyələk sortunun gəlir gətirməsi üçün bir bitkinin ən az 0.6 kq məhsul verməsi tələb olunur. Lygus böcəkləri çiyələyin meyvəsini zədələyərək büzüşdürür. Bu həşəratların saman çöpünə bənzəyən nazik ağız aparatı yetişməkdə olan meyvənin toxumlarını dələrək keçir. Nəticədə, toxumu zədələnmiş meyvə inkişafdan dayanır və öz formasını itirir. Çiyələk təsərrüfatlarında bu böcəklərin bir neçə növünə rast gəlmək olar. Yetkin fərdlərin uzunluğu təxminən 2-3 sm, rəngi isə sarı-darçını və qəhvəyi olur. Nimfalar daha kiçik olur və açıq yaşıl rəngə çalır. Onların qanadları tam inkişaf etmir. Bitkinin yarpaqlarını, çiçəklərini və meyvələrini diqqətlə müşahidə edərək Lygus yetkin fərdlərin və nimfaların olub olmadığını müəyyən etmək lazımdır. Bundan başqa, bitkinin altına ağ parça və ya kağız sərib silkələmək və ağ səthə düşmüş limfaları saymaq olar. Kaliforniya Universitetində aparılmış elmi-tədqiqatlara əsasən açıq sahədə cərgələrə əkilmiş hər 20 bitkidə bir Lygus nimfası olarsa, mübarizə tədbirlərinə başlamaq lazımdır. Çiyələk sahələrində bu hədd əhəmiyyətli dərəcədə aşağıdır, yəni çiyələk bitkisi sayca daha az olan həşəratın təsirinə qarşı müqavimət göstərir. İnsektisidlər əsasən yetkin fərdlərə deyil, nimfalara daha effektiv təsir göstərir, ona görə də müalicə tədbirlərini nimfalaşma mərhələsində görmək lazımdır. Əksər bitkilər Lygus böcəklərinin daşıyıcısıdır, ona görə də daşıyıcı bitki öz gücünü itirdikdə bu həşəratlar digər bitkiyə köçür. Lygus böcəklərinin ən yaxşı daşıyıcısı qara yoncadır, ona görə də bu həşəratlar yonca biçimindən sonra öz yerini dəyişirək yeni daşıyıcı bitkiyə köçür. Lygus böcəkləri bundan başqa yabanı xardal, turşəng, lalə və digər bitki növləri ilə qidalanır. Hündür tunellərdə Lygus böcəklərinə qarşı bioloji mübarizə aparmaq üçün heç bir vasitə etibarlı deyil. 94


ÇİYƏLƏKÇİLİK

Kök Uzunburunu

Kök uzunburunu (Yetkin fərd)

Kök uzunburunu (Sürfə mərhələsi)

Kök uzunburunu bitkinin köklərini və yarpaqlarını zədələyir. Bu böcəklərin bədəni iki hissədən ibarətdir və uzun xortumuna görə qarışqayeyənə (yexidnaya) bənzəyir. Kök uzunburunu həm sürfə, həm də yetkin fərd mərhələsində bitkinin yarpaqlarını çeynəyərək zədələyir. Dişi fərdlər torpağa yumurta qoyur və yumurtadan çıxan sürfələr bitkinin kökləri ilə qidalanır. Beləliklə, sürfələrin qidalandığı bitki inkişafdan dayanır və hətta quruyaraq məhv olur. Sürfələr qalın, ayaqsız və qıvrılmış formada olur. Bitkinin çeynənmiş hissələrini müşahidə edərək yetkin fərdləri tapmaq və mübarizə təbirləri görmək lazımdır. Zərərverici həşəratları nəzarətdə saxlamaq üçün çuxurlu tələlərdən istifadə etmək olar. Əgər bitki solarsa və uc hissələr quruyarsa, kök sistemində sürfənin olub olmadığını müəyyən etmək lazımdır. Məhsul yığımının sonunda torpaqdan nümunə götürərək sürfələrə nəzarət etmək olar. Çiyələk bitkisinin ətrafına sədd çəkərək, məs. sürüşkən səthli alüminium örtük (Teflon) qoymaqla yetkin fərdlərin qarşısını almaq olar. Bununla belə, əraziyə artıq daxil olmuş sürfələr yetkin fərdə çevriləcək, ona görə də bu strategiya həmişə səmərəli olmur. Kök uzunburununun sürfələrinə qarşı mübarizə aparmaq üçün iki parazit nematoddan istifadə edilir: Heterorhabditis bacteriophora və Steinernema feltiae. By nematodlar mövsümün əvvəlində isti, nəm torpağa (damla suvarma xətti ilə verilməsi məsləhət görülür) buraxılmalıdır. Kök uzunburununun bəzi növləri çiyələk bitkisinin cavan kökləri və kök boğazı ilə qidalanır. Yetkin fərdlər yarpaqlarda dəlik açsa da, belə zədələr əhəmiyyət daşımır. Sürfələr isə bitkinin köklərində və kök boğazında lağım ataraq ciddi zədə törədir. Zədələnmiş bitki inkişafdan dayanır, zəifləyir, hətta məhv olur, yarpaqlar isə büzüşərək qaralır. Kök uzunburunun vurduğu zədələr dairəvi formada olur, çünki yetkin fərdlər böyük qruplara bölünərək uçuşur.

95


ÇİYƏLƏKÇİLİK

Yetkin fərdlər qara xortumlu kiçik böcəklərdir. Onların arxasında cərgə şəklində batıq nöqtələr olur. Zərərvericinin növləri ölçüsünə və rənginə görə bir-birindən fərqlənir. Çiyələyin kökünü yeyən uzunburun açıq qəhvəyi rəngdə olur. “C” formasında olan ağ sürfələrin uzunluğu bir santimetrdir. Ayaqsız və kiçik sürfələrin baş nahiyəsi açıq rəngdədir və onları torpaq sürfələrindən ayırmaq mümkündür. Sürfələri böyük olan həşəratların arasında qərbi may böcəyinin adını (Melolontha melolontha) xüsusilə qeyd etmək lazımdır. Kök uzunburunu torpaqda qışlayır (sürfə formasında) və yaz aylarında puplaşır. Yetkin fərdlər mayın sonundan iyun ayına kimi uçuşmağa başlayır, gecə vaxtı isə bitkinin yarpaqları ilə qidalanır, gündüz vaxtı isə gizlənir. Zədələnmiş yarpaqlarda müxtəlif ölçüdə çapıqlar olur. Çiyələk uzunburunu bitkinin kökü ilə 10-14 gün, qara uzunburun isə 30-60 gün qidalanır. Zərərverici həşəratlar bundan sonra çiyələyə yaxın hissədə torpağa yumurta qoyurlar. Yayın sonunda və ya payızın əvvəlində sürfələr yumurtadan çıxır və bitkinin kökü ilə qidalanır. Sürfələr yaz aylarında təkrar olaraq qidalanmağa başlayır və bitki məhz bu dövrdə kəskin zədələrə məruz qalır. Kök uzunburununun başqa əkin tirələrinə yayılmaması üçün köhnə tirələri mümkün qədər tez bir müddətdə şumlamaq lazımdır. Yetkin fərdlərin yumurta qoymasına mane olmaq üçün məhsul yığımından sonra yarpaqların dərmanlanması məsləhət görülür. Əkin tirələrinin hazırlamazdan qabaq və ya həmin müddətdə dənəvər insektisidləri səpərək profilaktik-kimyəvi mübarizə aparmaq olar. Şaqqıldaq Böcəklər və ya Məftil Qurdları (Agriotes lineatus, A.obscurus)

Şaqqıldaq böcəyi (yetkin fərd)

96

Məftil qurdunun sürfəsi


ÇİYƏLƏKÇİLİK

Məftil qurdları çiyələyin davamlı istehsalında müəyyən risklərin yaranmasına səbəb olur. Bu zərərverici həşəratları bitkinin köklərini və kök boğazını zədələyir. Yetkin fərdlər döş qəfəsindəki çıxıntıları bir-birinə bərk çırparaq səs çıxardığı üçün şaqqıldaq böcək adlanır. Şaqqıldaq böcəkləri qırmızımtıl-qəhvəyi, nazik və bərk pulcuqlu həşəratlardır. Dişi fərdlər torpaq hissəciklərinin arasında yüzlərlə xırda və ağ yumurta qoyur. Yumurtalar adətən tək-tək qoyulur və ətrafa səpələnir. Yumurtadan çıxan sürfələr ağ rəngdə olur, lakin çənələri tünd qəhvəyi rəngə çalır. Sürfələr bir aydan sonra bərkiyir və sarımtıl-qəhvəyi rəngdə olur. Zədələnmiş bitkinin üzərində 1-2 santimetrlik, sarımtıl-qəhvəyi, silindrşəkilli məftil qurdu görmək olar. Bu qurdların 3 cüt qısa ayağı olur. Puplar ağ rəngdə olur və nadir hallarda görünür. Onların uzunluğu təxminən bir santimetrdir. Puplar öz formasına və ölçüsünə görə yetkin fərdlərə bənzəyir, lakin çox kövrək və yumşaq olur. Məftil qurdlarına nəzarət etmək üçün torpaq nümunələrinin götürülməsi və laboratoriya nəticələri əsasında müvafiq müalicə tədbirlərinin həyata keçirilməsi məsləhət görülür. Payız aylarında çiyələk sahəsini şumladıqdan sonra və şitil əkinindən qabaq torpağı üzdən müşahidə etmək lazımdır. Bundan başqa, tərkibində quru un olan tələləri qarğıdalı əkən avadanlıqla torpağa qoymaq olar. Bunun üçün sahənin bir hektarına təxminən 50 tələ qoyulmalıdır. Bu tələləri 2-3 gündən sonra yoxlamaq lazımdır. Əgər hər tələdə 2-3 məftil qurdu tapılarsa, deməli, zərərvericilər növbəti ilin məhsuluna güclü ziyan vuracaq. Müxtəlif torpaq profillərindən nümunə götürmək mümkündür. Bu nümunələri ələkdən keçirərək sürfələri sayın. Əgər sürfələr çox olarsa, yəni 100 nümunədə 1-3 sürfə olarsa, müalicə tədbirlərinin görülməsi vacibdir. Tirələrin hazırlandığı müddətdə və ya torpağın geniş səthinə dənəvər insektisid səpmək lazımdır. cərgələrin arasına pestisid səpməklə, təbii ki, işçi qüvvəsinin və digər məhsulların xərclərinə qənaət etmək olar. Məftil qurdları çiyələk sahələrinə təsir göstərə bilir, ona görə də nisbətən yüksək normada bifentrinor karbosulfan, bəzi hallarda isə hətta xlorpirifos və sipermetrin preparatlarını birlikdə vermək lazımdır, lakin bu kimyəvi pestisidlər (bifentrin istisna olmaqla) USAİD tərəfindən tövsiyə edilmir. Şala Cırcıramalar (Tettigonia viridissima) Şala cırcıramalar bitkinin gövdəsini, yarpaqlarını, çiçəklərini, nadir hallarda isə meyvələrini zədələyir. Bu zərərverici həşəratlar aşağı cənə nahiyəsi ilə bitkinin toxumasını çeynəyir. Cırcıramalar əsasən yarpaqlarla qidalanır, lakin onların sayı artdıqca bitkinin digər hissələri də zədələnə bilər. Müəyyən tırtıllar da alt çənələri ilə bitkini çeynəyir və onların vurduğu zədə şala cırcıramanın zədəsinə bənzəyə bilər.

97


ÇİYƏLƏKÇİLİK

Aşağıdakı şəkildə zərərvericinin həyat tskli verilmişdir. Şəkilə əsasən zərərvericinin birkiyə qarşı nə zaman və necə hərəkətə keçdiyini müşahidə edərək effektli mübarizə aparmaq olar.

Şala cırcırama (yetkin fərd)

Şala cırcıramalar əksər hallarda yarpağın üst haşiyəsini çeynəyərək daxili hissələrə doğru hərəkət edir. Tırtıllar isə əvvəlcə yarpağın orta hissəsi çeynəməyə başlayır. Ümumiyyətlə, təsərrüfatlarda şala cırcıramaların növünü müəyyən etmək adətən heç bir əhəmiyyət daşımır, çünki belə zərərvericilərin əksəriyyətinin vurduğu zədələr eynidir və onlara qarşı eyni mübarizə tədbirləri görülür. Şala cırcıramalar torpağa yumurta qoyur. Birinci inkişaf mərhələsində olan cırcıramalar xırda olur və onları aşkarlamaq çox çətindir. Bununla belə, təsərrüfatda nəzarət tədbirləri görərkən cırcıramaları aşkarlamaq mümkündür, çünki bu zərərvericilər istənilən inkişaf mərhələsində maneə ilə rastlaşdıqda hərəkət edərək öz yerini dəyişir. Kiçik nimfalar məhsula ciddi ziyan vurmur, lakin onların yetkin fərdə çevrilməsinə mane olmaq üçün müvafiq mübarizə tədbirləri görülməlidir. Şala cırcıramaların təsərrüfatdan təcrid olunması onlara qarşı ən yaxşı mübarizə yolu hesab edilir. Bunun üçün sahədə və ya hündür tunellərdə bitmiş alaq bitkilərini məhv etmək və ya nəzarətdə saxlamaq lazımdır. Satışda olan bəzi yırtıcı həşəratlar şala cırcıramalara qarşı lazımi mübarizəni təmin edir. Cırcırmalara qarşı effektiv təsir edən müəyyən insektisidlər də mövcuddur. Bu insektisidlər iri cırcıramaları qarşı bir o qədər effektiv təsir göstərmir, ona görə də belə preparatları cırcıramalar xırda olduqda səpmək lazımdır. Pestisidlərin aktiv maddəsi olan karbamat Azərbaycanda qeydiyyatdan keçib və “Orthene” adı altında satılır. Şala cırcıramalar aşkar edildikdə bu pestisidi sahənin kənarlarına səpmək lazımdır. Dərmanların etiketini oxuyun, təlimatlara və istifadə qaydalarına əməl edin.

98


ÇİYƏLƏKÇİLİK

Əlvan Qanadlı Drozofila (Drosophila suzukii)

Əlvan qanadlı drozofila (yetkin fərd)

Əlvan qanadlı drozofilanın zədəsi

Nisbətən yeni olan bu zərərverici həşərat yetişməkdə olan meyvənin içərisinə yumurta qoyur və yumurtadan çıxan sürfələr meyvəni zədələyir. Əlvan qanadlı drozofilalar yumurtanı adətən məhsul yığımında əvvəl qoyur və sürfələr meyvənin ləti ilə qidalanır. Zədələnmiş meyvə tez yumşalır. Meyvə korlandıqdan sonra yetkin fərdlər sahədə uçuşmağa başlayır. Əlvan qanadlı drozofilanın meyvəyə vurduğu zədələr ikinci dərəcəli zərərvericilərə, məs. göbələklərə yol açır. Ona görə də zədələnmiş meyvədəki göbələk sporları əsas zərərverici kimi görünə bilər. 2008-ci ildə Şimali Amerikada əlvan qanadlı drozofila ilk dəfə ən zərərli həşərat kimi qeydə alınıb. Bununla belə, bu həşəratlar ilk dəfə olaraq Kaliforniyanın dəniz limanları vasitəsilə ABŞ-a gətirilib. Əlvan qanadlı drozofila Qərbi Avropanın nisbətən mülayim iqlimli ölkələrində də çox təhlükəli həşərat hesab edilir. Erkək fərdlərin qanadlarında ikinci damarların uc hissəsində bir dənə xal olur. Dişi fərdlər silsilə şəklində yumurta qoyur. Azərbaycanda əlvan qanadlı drozofilalar hələlik çox deyil, lakin bu zərərvericinin eyni iqlimli ölkələrdə çiyələk təsərrüfatlarına ziyan vurması qeydə alınıb. Məhsul yığımı yaxınlaşdıqda əlvan qanadlı dorozfilaları yapışqanlı sarı tələlərlə axtarmaq lazımdır. Tərkibində alma sidrinin sirkəsi olan tələlərdən də istifadə etmək olar, lakin bu tələlər konkret olaraq bu zərərverici üçün nəzərdə tutulmayıb. Təsərrüfatın mühiti təmiz olmalıdır, yəni bütün çürümüş və ya yerə düşmüş meyvələri atmaq lazımdır. Əgər yoluxma halı aşkarlanarsa, məhsulu erkən yığmaq lazımdır ki, dorozofilalar meyvəyə yumurta qoya bilməsin. Aşağıdakı şəkildə zərərvericinin həyat tskli verilmişdir. Şəkilə əsasən zərərvericinin bitkiyə nə zaman və necə hərəkətə keçdiyini müşahidə edərək ona qarşı effektli mübarizə aparmaq olar.

99


ÇİYƏLƏKÇİLİK

Şimali Amerikada və Avropada bu zərərvericiyə qarşı hər hansı effektiv bioloji və kimyəvi mübarizənin aparılması məlum deyil.

Çiyələk Bitkisinin Xəstəlikləri İmtina haqqında bildiriş: Bu təlimat vəsaitində verilmiş kimyəvi funqisidlər Azərbaycan Respublikasının milli siyahısına əsasən (17.01.2017) aşağıdakı xəstəliklərə qarşı mübarizə aparmaq üçün çiyələk təsərrüfatlarında istifadə oluna bilər. Qanunla müəyyən olunmuş uyğun tətbiq normaları və intervalları barədə ən son məlumatları əldə etmək üçün dərmanın etiketini oxumaq lazımdır. Əlavə məlumat almaq üçün regional informasiya-məsləhət xidmətləri şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.

100


ÇİYƏLƏKÇİLİK

Çiyələyin Qırmızı Kök Fitoftorozu (Phytophthora fragariae ssp.rubi

Çiyələyin qırmızı kök fitoftorozu ən təhlükəli çiyələk xəstəliklərindən biridir. Ümumiyyətlə, fitoftora göbələkləri yaxşı drenlənməmiş və ya nəm torpaq sahələrində müəyyən problemlər yaradır. Göbələyin bəzi növləri isə sahənin şəraitindən asılı olmayaraq bütün çiyələk növlərinə yayılır. Phytophthora citricola və P.fragariae ssp. Rubi göbələkləri köklərin və kök boğazının çürüməsinə, kök fitoftorozunun yaranmasına səbəb olur. P. Cactorum patogeni isə çiyələyin meyvəsini və kök boğazını çürüdür. A.ağıdakı şəkildə xəstəlik torədicinin (patogenin) həyat tskli verilmişdir. Şəkilə əsasən patogenin bitkiyə nə zaman və necə sirayətləndiyini müşahidə edərək effektli mübarizə aparmaq olar.

101


ÇİYƏLƏKÇİLİK

Fitoftoranın digər növləri də çiyələk bitkisinə təsir edə bilər, lakin tez-tez xəstəlik törətmir. Phytophthora spp. göbələyi əksər hallarda bitkinin uc hissələrini qurudur, yarpaqda və ya gövdədə xloroz əmələ gətirir. Bu əlamətlər bitkinin növündən asılı olaraq cüzi dərəcədə fərqlənə bilər. P.fragariae göbələyi bitkinin kök özəyini çürüdərək qızardır. P.citricola isə daha güclü patogendir və bitkini sürətlə quruda bilir. Fitaftoranın digər növləri isə yalnız drenaj sistemi zəif olan alçaq ərazilərdə problem yaradır. Qeyd etmək lazımdır ki, patogenlər zədələnmiş bitkinin yaralarına daha rahat daxil olur. Meyvə qabığının çürüməsi (P. cactorum) ciddi məhsul itkisinə səbəb ola bilər. Meyvə istənilən inkişaf mərhələsində bu patogenə yoluxa bilir. Zədələnmiş meyvə qaralır və qabığı “dəriyə” bənzəyir. Meyvəni səthi isə ağ miselilərlə örtülür. Xəstəliyə yoluxmuş giləmeyvələrdə xoşagəlməz qoxu və dad olur. Patogenin sporları yağış damcıları, su və torpaqla yayılır. Sporlar torpaqda uzun müddət qalır və bitkini hətta növbəti mövsümdə də yoluxdura bilir. Fitoftora patogenlərinə qarşı adətən ənənəvi və kimyəvi mübarizə tədbirləri görülür, məs. sağlam şitillər əkilir, torpağın su sızdırmaq qabiliyyəti gücləndirilir, hündür əkin tirələri hazırlanır, müqavimətli mədəni sortlardan istifadə edilir, o cümlədən təsərrüfatlara müəyyən funqisidlər, məs. metalaksil və ya digər fenilamidlər (mefenoksam) və fosetil-Al səpilir. Kalium fosfonatın tərkibində fosfit duzu vardır, ona görə də bu preparatı damla suvarma sistemi vasitəsilə və ya yarpaqdan verdikdə daha yaxşı nəticə əldə etmək olar. Trichoderma harzianum və T.asperullum çiyələk kökünün çürüməsinə (Fitoftoraya) qarşı çox effektiv təsir göstərir. Torpağın temperaturu ≥10oC dərəcəyə qalxdıqda bu preparatları dərhal damla suvarma sistemi vasitəsilə vermək lazımdır. Qara kök çürüməsi Bitkilərin solması və quruması əksər hallarda Verticillium sp., Rhizoctonia fragariae, Coniothyrium fuckelii, Cylindricarpon spp., Hainesia lythri, Idriella lunata, Phytium spp., Fusarium sp.,Ramularia spp. və Pyrenohaeta sp patogenlərinin birgə təsiri nəticəsində baş verir. Yuxarıdakı şəkildə qara kök çürüməsinin simptomları göstərilib. Bu xəstəlik bitkiyə çox dağıdıcı təsir göstərir. Qara Kök Çürüməsi

102


ÇİYƏLƏKÇİLİK

Qara kök çürüməsi göbələk patogenlərinin kompleksi olub əksər hallarda nematodların torpaqda yayılmasına şərait yaradır. İlkin mərhələdə kökləri öz rənginin itirir, bəzi və ya bütün kök tellərinin ucu quruyur və qaralır. Çiyələyin daha yaxşı boy atması üçün sahəni əkindən qabaq təmizləmək, fumiqasiya və solyarizasiya tədbirləri görmək və metam-natrium (tək və ya xloropisrin (nematisid) ilə birlikdə) vermək lazımdır. Əvvəlki illərdə qara kök çürüməsinə yoluxmuş və ağırgilli torpaqlarda çiyələk əkmək olmaz. Əgər USAİD-in məsləhətçiləri metam-natrium və xloropisrin ilə bağlı mənfi rəy verərlərsə, torpağın strukturunu yaxşılaşdırmaq üçün təbii (üzvi) məhsullardan, məs. kompost olunmuş üzvi gübrələrdən (nim ağacı gübrəsindən (Azadirachta indica), jmıxdan (Ricinus communis) və s.) istifadə etmək lazımdır. Bəzi xeyirli göbələklər (məs. Trichoderma sp., Gliocladium sp.) və bakteriyalar (məs. Bacillus subtilis və Bacillus amyloloquefaciens) torpaqdakı patogenlərə (məs. Phytium, Rhizoctonia, Fusarium, Sclerotinia, Dydimella, Phytophtora, Microdochium, və müəyyən dərəcədə Verticillium və Ervinia) qarşı mübarizəni gücləndirir. Glükanaz, protiz, xitinaz və sellülaz maddələri torpaqdakı patogenlərin hüceyrə divarını məhv edir. Bu maddələrlə yanaşı antibiotik və bakteriostatik maddələrin sintezindən də istifadə etmək olar. Belə maddələri peptibolları, sesquiterpenləri, izonitrilləri, alkilprinləri və poliketonları aid etmək olar. Fitoaleksinlər, diterpenlər, jasmin və salisil turşuları çiyələk bitkisinin (əsasən torpaq səthindən yuxarıdakı biokütlənin) müəyyən xəstəliklərə qarşı davamlılığını artırır. Ənənəvi pestisidlərlərin aktiv maddələrini (məs. abamektin, azoksistrobin, xlorotalonil, diazinon, fludioksonil, fosetil-Al, qlifosat, imidakloprid, iprodion, kaptan, karbendazim, krezoksym metil, malation, maneb, mankozeb, metalaksil, miklobutanil, pendimetalin, propamokarb hidrochlorid, pirimethanil, mis sulfit, triadimefon, triadimenol, tiofanat-metil, tiram) Trichoderma sp. və Bacillus sp. ilə qarışdırmaq olar. Bəzi hallarda onların sporlarını benomil, propikonazol və tebukonazol da məhv edə bilər. Kimyəvi mübarizə vasitələri qara kök çürüməsinə effektiv təsir göstərmir, lakin bitkinin yoluxduğu göbələk xəstəliyinin növündən asılı olaraq müəyyən dərəcədə kömək edə bilər. Benomil, iprodion və tiofanat-metil maddələri çiyələk bitkisinin patogenlərlə yoluxmasının və zəifləməsinin qarşısını ala bilər. Kalium fosfit maddəsi mədəni çiyələk sortlarının qara kök çürüməsinə qarşı müqavimətini müəyyən dərəcədə gücləndirə bilər. Oksidləşmə nəticəsində fosfonata və fosetilə çevrilən fosfitlər köklərin təkrar əmələ gəlməsinə və qida maddələrinin mənimsənilməsinə kömək edir, solmanın qarşısını alır. Ona görə də əczaçı şirkətlər bitki kökünün daha yaxşı əmələ gəlməsi və torpaqda mövcud olan patogenlərin qarşısının alınması üçün propamokarb-hidroxloridi fosetil-Al ilə qarışdırır.

103


ÇİYƏLƏKÇİLİK

Boz Kif (Botrytis cinerea) Boz kif xəstəliyi istənilən şəraitdə üstünlük təşkil edir. Lakin soyuq və rütubətli havada daha təhlükəli olur. Açıq sahələrdə, alçaq və hündür tunellərdə rütubətin artması meyvənin kifləməsini daha da sürətləndirir. Botrytis cinerea göbələyi çiyələk bitkisinin yarpaqlarını, çiçəklərini və meyvələrini yoluxdurur. Yarpağın yoluxması adətən heç bir əhəmiyyət daşımır, lakin başqa toxumaların yoluxmasına səbəb ola bilir. Əksər hallarda qurumuş yarpaqların üzərində boz göbələk kütləsi əmələ gəlir və sıxlaşır. Göbələk sporları bundan sonra hava, yağış və ya asma suvarma sistemi vasitəsilə cavan yarpaqlara, çiçəklərə və meyvələrə yayılır

Çiyələkdə Boz Kif və onun yoluxma dərəcələri Yuxarıda qeyd olunduğu kimi, Botrytis göbələyi çiçəklərə yayılır, lakin əksər hallarda məhsul yığımından sonra və ya giləmeyvələr yetişməyə başladıqda fəallaşır. Yarpaqlarda olduğu kimi, yoluxmuş giləmeyvələrin üzərində də boz göbələk kütləsi əmələ gəlir, sıxlaşır v ə ə t r a f d a k ı m e y v ə l ə r ə y a y ı l ı r. Göbələklər torpaqda və ya qurumuş bitkidə sklerosiya kimi qışlayır və geniş yayılır. Botrytis göbələyi bitkiləri istənilən mühitdə yoluxdura bilir, ona görə də çiçəkləmə mərhələsində və ya belə göbələklərin yayılması üçün əlverişli mühit yarandıqda müəyyən funqisidlərdən istifadə edərək profilaktik-mübarizə tədbirləri görmək lazımdır. Hündür tunellərdə kənar hissələri açılması (eləcə də açıq sahədə) və havanın daha yaxşı dövr etməsi bu xəstəliyin qarşısını almağa kömək edir. Plastik mulçalar bitkiləri torpaqda yaşayan göbələklərdən təcrid edə bilər. Hər mövsümün sonunda çiyələk sahəsini bitki qalıqlarından təmizləməklə növbəti mövsümdə baş verə biləcək yoluxma hallarının sayını azaltmaq olar. Aşağıdakı şəkildə xəstəlik torədicinin (patogenin) həyat tskli verilmişdir. Aşağıda göstərilən şəkilə əsasən patogenin bitkiyə nə zaman və necə sirayətləndiyini müşahidə edərək effektli mübarizə aparmaq olar.

104


ÇİYƏLƏKÇİLİK

Botrytis göbələyinə qarşı bioloji mübarizə aparmaq üçün xeyirli Trixodermaharzianum (ştam:T-22) göbələyindən istifadə edilir, lakin Trichoderma atroviride (ştam:77B) göbələyi də yaxşı təsir göstərə bilər. Bununla belə, ənənəvi təsərrüfatlarda Botrytis göbələyinə qarşı müəyyən effektiv funqisidlərdən, məs fenheksamiddən, pirimetanildən, eləcə də piraklostrobin və boskalid və ya siprodonil və fludioksonil tərkibli məhsullardan istifadə edilir. Bu dərmanları bir mövsümdə iki dəfədən artıq vermək olmaz, əks halda Botrytis göbələyinin dərmanlara qarşı davamlılığı güclənəcək və yığımdan əvvəlki vaxt intervalında məhdudiyyət yaranacaq. Unlu Şeh: Podosphaera aphanis (=Sphaerotheca macularis)

Yarpaqda unlu şeh

Meyvədə unlu şeh

Podosphaera aphanis (=Sphaerotheca macularis) göbələk patogeni çiyələk bitkisində unlu şeh xəstəliyi törədir. Bu göbələklər bitkinin yarpaqlarına, çiçəklərinə və meyvələrinə sirayət edir.

105


ÇİYƏLƏKÇİLİK

Temperaturun 15-27°C dərəcə həddində, rütubətin isə yüksək olması bu göbələyin daha sürətlə yayılmasına şərait yaradır. Asma suvarma sistemləri, yağış və şeh damcıları bu xəstəliyin inkişaf etməsinə və yayılmasına mane olur, ona görə də bu patogenlər istixanalarda, alçaq və hündür tunellərdə daha çox problem yaradır. Çiçəklərin yoluxması meyvənin yetişməsinə mane ola, giləmeyvənin formasını dəyişə bilər. Giləmeyvələrin, xüsusən də erkən mərhələdə yoluxması həm məhsuldarlığın, həm də keyfiyyətin aşağı düşməsinə səbəb olur. Yoluxmuş meyvələr ağ və tozlu göbələk sporları ilə örtülür. Yoluxmuş yarpaqların alt hissəsində ağ ləkələr əmələ gəlir və bərkiyir. Yarpaqlar bundan sonra yuxarıya doğru bükülür, qırmızıqəhvəyi rəngə çalır və quruyur. Göbələklər daha davamlı hissələrdə qışlayır və uyğun şərait yaranana kimi sükunətdə qala bilir. Göbələk sporları müəyyən daşıyıcı bitkilərdə yaşayır və onların toxuması ilə qidalanır. Unlu şeh xəstəliyi çiyələk sahələrinə əsasən yoluxmuş şitil vasitəsilə yayılır. Ona görə də əkindən qabaq bütün şitillərin sağlamlığına fikir vermək lazımdır. Şitillərin etibarlı mənbələrdən alınması və yoxlanılması məsləhət görülür. Aşağıda göstərilən şəkildə xəstəlik torədicinin (patogenin) həyat tskli verilmişdir. Şəkilə əsasən patogenin bitkiyə nə zaman və necə sirayətləndiyini müşahidə edərək effektli mübarizə aparmaq olar. Bitkinin boy atması üçün uyğun şərait yarandıqda hündür tunellərin kənar hissələrini açaraq havanın daha yaxşı dövr etməsinə şərait yaratmaq və tunelin daxilində rütubəti aşağı salmaq lazımdır. Məhsul yığımından sonra bütün yoluxmuş yarpaqlar və bitki qalıqları sahədən çıxarılmalıdır. Fragaria virginianassp.grayana və F. virginianassp.virginiana növləri unlu şehə qarşı az davamlılıq göstərir. Festival və Radiance sortları bu xəstəliyə qarşı həssasdır. Unlu şeh xəstəliyinə qarşı mübarizə aparmaq üçün aşağıdakı funqisidlərdən istifadə edilir: azoksistrobin (yığımdan əvvəl), piraklostrobin və boskalid tərkibli məhsullar, propikonazol, kresoksim-metil, eləcə də trifloksistrobin, miklobutanil və penkonazol (məhsul yığımı dövründə). Məhsul yığımından sonra kükürddən istifadə etmək olar. Kükürd maddəsi hörümçək gənələrinin sayını azaldır. İPM proqramına əsasən aşağıdakı qarışıq maddələrdən istifadə etmək olar: 85 % natrium karbonat, raps (kanola) və ya yoyoba toxumunun yağı və kalium sabunu. Yoluxma halları tez-tez baş verdikdə azotun dozasını artırmaq olmaz. Xəstəlik əsasən bitkinin çiçəklərində əmələ gələrək yayılır, ona görə də səpilən dərmanlar bitkinin bütün hissələrinə nüfuz etməlidir. Əgər yayıcı-yapışdırıcı maddələrdən və uyğun su mənbəyindən istifadə olunmazsa, dərmanın təsiri bir o qədər effektiv olmayacaq.

106


ÇİYƏLƏKÇİLİK

Çiyələyin Antraknozu (Colletotrichum spp.)

Yetişmiş meyvənin antraknozu

Çiyələkdə antraknoz xəstəliyinin törədicisi Colletotrichum spp. göbələyidir və bu xəstəlik Azərbaycanın çiyələk yetişdirilən sahələrdə boz çürümədən sonra rəst gəlinən ümumi problemdir. Colletotrichum accutatum, C.fragariae və C.gleosporoides göbələkləri isə çiyələk bitkisində kök boğazının və meyvənin çürüməsinə, gövdənin zədələnməsinə, yarpağın ləkələnməsinə və çiçəyin solmasına səbəb olur. Antraknoz xəstəliyi yüksək temperaturda (25-30°C) və rütubətdə daha yaxşı inkişaf edir, sporlar isə hava və yağış damcıları ilə yayılır. Kök boğazının yoluxması nəticəsində bitkinin müəyyən hissələrində batıq nekroz yaraları əmələ gəlir və bitki tamamilə quruyur. Xəstəliyə yoluxmuş çiçəklər tökülür və bitkinin məhsuldarlığı aşağı düşür. Yoluxmuş giləmeyvələrin səthi islaq olur, ləkələr isə getdikcə tünd qəhvəyi yaralara çevrilir və yaraların üstü narıncı-çəhrayı spor kütləsi ilə örtülür. Aşağıda göstərilən şəkilə əsasən xəstəlik torədicinin (patogenin) həyat tskli verilmişdir. Aşağıda göstərilən şəkilə əsasən patogenin bitkiyə nə zaman və necə sirayətləndiyini müşahidə edərək effektli mübarizə aparmaq olar.

107


ÇİYƏLƏKÇİLİK

Çiyələk şitillərinin Colletotrichum xəstəliklərinə yoluxmaması çox vacibdir. Qoruyucu funqisidlər (protektantlar) infeksiyanın qarşısını ala bilər, lakin mövcud xəstəliyi aradan qaldırmır. Asma suvarma sistemlərindən istifadə olunmaması məsləhət görülür. Yoluxmuş bitkiləri və bitki hissələrini sahədən çıxarmaq lazımdır. Azotun aşağı dozada verilməsi də xəstəliyə qarşı mübarizə aparmağa kömək edir. Yeddi gün ərzində (xüsusən də yetişmə mərhələsində) bitkilərin demək olar ki, 90%-i bu xəstəliyə yoluxa bilər. Xəstəliyə qarşı mübarizə aparmaq çox çətindir, ona görə də profilaktik tədbirlərin görülməsi, yəni funqisidlərin qabaqcadan səpilməsi tələb olunur. Profilaktik- kimyəvi müalicə effektiv təsir göstərir və vegetativ inkişaf mərhələsində (çiçəkləmə mərhələsindən əvvəl) sahəyə azoksistrobin vermək lazımdır. Çiçəkləmə mərhələsinin əvvəlində boskalid və piraklostribin preparatlarından istifadə etmək olar. Ümumiyyətlə, çiçəkləmə mərhələsinin əvvəlində siprodinil+fludioksonil və trifloksistrobin preparatlarından istifadə edərək boz kif, unlu şeh və antraknoz xəstəliklərinə qarşı mübarizə aparmaq olar. Bununla belə, botrisidlər, məs. fenheksamid və pirimetanil antraknoza qarşı güclü təsir göstərmir. Qara Çörək Kifi Xəstəliyi (Rhizopus stolonifera).

Qara Çörək Kifi

Bu göbələk xəstəliyi əsasən yaraya qarşı həssas olan, həddən artıq şirin və yetişmiş meyvədə müşahidə olunur. Xəstəliyə yoluxmuş meyvə bir neçə gündən sonra yumşalır və turşu iyi verən şirə ifraz edir. Göbələk miseli əlverişli rütubətdə və temperaturda meyvənin səthinə sürətlə yayılır. Xəstəliyə yoluxmuş bitkidə qara sporlu və sporangili uzun miselli bığcıqları əmələ gəlir. Rhizopus çürüməsinə yoluxmuş meyvə ilkin mərhələdə öz rəngini itirir və onun səthində islaq ləkələr əmələ gəlir. Yaralar getdikcə dərinləşir və fermentativ parçalanma nəticəsində giləmeyvə öz formasını itirir və qaralır. Nisbi rütubət yüksək olduqda giləmeyvələrin üzərində misel və sproangioforlardan ibarət ağ təbəqə əmələ gəlir. Sporangiforlar isə kürəşəkilli qara sporangilər əmələ gətirir və hər sporangidə minlərlə spor olur. Bu sporangiləri tərpətdikdə havaya milyonlarla spor buraxır. 108


ÇİYƏLƏKÇİLİK

Rhizopus meyvə çürüməsinə qarşı hər hansı funqisidin səpilməsi məsləhət görülmür, lakin bu xəstəliyə qarşı uğurlu mübarizə aparmaq üçün sahəni infeksiya mənbəyi olan bitki qalıqlarından təmizləmək, uyğun mədəni sortu seçmək və yığılmış məhsulu soyutmaq lazımdır. Çiyələkdə Yarpaq Ləkəliliyi (Mycosphaerella fragariae) Bu göbələk xəstəliyi yoluxmuş yarpaqlarda sklerosiya kimi qışlayır, cavan və sağlam yarpaqlara yağışı damcıları ilə yayılır. Yaz aylarında yüksək rütubət və >10 ºC dərəcə temperatur həddi yarpaq ləkəliliyi xəstəliyinin yayılmasına şərait yaradır, lakin bu xəstəlik yay aylarında da yayıla bilir. Xəstəliyə yoluxmuş yarpaqların üzərində diametri 3 mm olan tünd qırmızı və ya bənövşəyi ləkələr əmələ gəlir, ləkələrin kənarında isə boz və ya ağımtıl haşiyə olur. Bu ləkələr təxminən 6 mm-ə kimi genişlənir və onların orta hissəsi açıq sarı-darçını rəngə çalır. Yarpaq ləkəliliyi xəstəliyi həmçinin meyvələrə də sirayət edir. Yoluxmuş meyvələrdə 1-2 ədəd tünd ləkə əmələ gəlir. Xəstəliyə qarşı kimyəvi mübarizə aparmaq üçün mis tərkibli dərmanlardan, məs. mis oksixloriddən, mis hidroksiddən və ya mis sulfatdan istifadə edilir. Boz kifə qarşı istifadə olunan iprodion preparatı yarpaq ləkələrinə qarşı effektiv təsir göstərir. Xəstəliyə qarşı ən güclü təsir göstərən kimyəvi preparat xlorotalonildir, lakin bu dərmanın mitisid proparqiti ilə vermək olmaz (USAİD tərəfindən tövsiyə olunmur). Çiyələyin Bakterial Yarpaq Ləkəliliyi (Xanthomonas fragarie)

109


ÇİYƏLƏKÇİLİK

Çiyələyin yarpaq ləkəliliyi ən təhlükəli bakterial xəstəlikdir. Bu xəstəliyin törədicisi Xanthomonas fragarie bakteriyasıdır. Çiyələk yarpağının alt səthində əmələ gələn islaq ləkələr yoluxmanın ilkin əlamətləridir. Bu əlamətlər bitki yarpağının toxumasında yığılmış bakteriya kütləsindən yaranır. İnfeksiya gücləndikcə yaralar dərinləşir və şəffaf ləkələr əmələ gəlir. Bu ləkələrdən ağ və yumşaq təbəqəli bakteriya şirəsi ifraz olunur. Kəskin təsirə məruz qalmış yarpaqlar quruyur və qırmızımtıl-qəhvəyi rəngə çalır. Çiyələk yarpaqlarının uzun müddətə nəm qalması xəstəliyi gücləndirir, ona görə də havanın yaxşı dövr etməsi və bitkinin lazımi miqdarda günəş işığı qəbul etməsi bakteriyaların qarşısını alır. Bakterial ləkəlilik yanma və adi ləkəlilik xəstəliklərinə bənzəyir, ona görə də xəstəliyə yoluxmuş bitkiləriin simptomlarını diqqətlə yoxlamaq lazımdır. Xəstəliyin (inokulyatların) mənbəyini yoluxmuş bitki qalıqları və ölü toxuma təşkil edir. Sistemli infeksiyaya məruz qalmış çiyələk bitkisinin damarlarında bakteriya daşınır. Yaz aylarında bu xəstəlik (bakteriyalar) yağış damcıları vasitəsilə başqa həssas bitkilərə yayılır. Bakteriyalar əsasən yaralardan və açıq hissələrdən keçir. Xanthomonas fragarie bakteriyasına qarşı profilaktik mübarizə tədbirləri görülməlidir. Kimyəvi mübarizə vasitələri bu xəstəliyə qarşı effektiv təsir göstərmir və mis əsaslı mürəkkəb birləşmələr, xüsusən də çiçəkləmə və meyvə tutumu mərhələlərində fitotoksikliyə (bitkinin zəhərlənməsinə) səbəb ola bilər. Bəzi bazarlarda qlükonik turşu tərkibli mis duzlar da satılır. Bitkinin yarpaqları bu duzları sistemli şəkildə mənimsəyir və fitotoksiklik heç bir zədə törətmir. Xəstəliyə qarşı mübarizə aparmaq üçün yoluxmuş yarpaqları, bitkiləri və bitki qalıqlarını dərhal yandırmaq və ya basdırmaq lazımdır. Bitki yarpaqlarının nəm qalmaması üçün havanın lazımi səviyyədə dövr edə bildiyi, gündüz temperaturu orta səviyyədə olan aşağı rütubətli sahələrin seçilməsi xəstəliyə qarşı tətbiq olunan ənənəvi mübarizə metodudur. Ona görə də havanın dövr etməsinə mane olan bütün alaq bitkilərini məhv etmək lazımdır. Əgər mümkündürsə, asma suvarma sistemlərinin istifadə olunması məsləhət görülür. Yığım və otbiçən avadanlıqlarını palçıqlı (nəm) sahəyə buraxmaq olmaz, əks halda həssas bitkilərin yarası dərinləşə bilər. Xəstəliyə qarşı tam müqavimət göstərən mədəni çiyələk sortları yoxdur, lakin həssaslığı nisbətən az olan şitillərdən istifadə etmək lazımdır.

110


ÇİYƏLƏKÇİLİK

Digər Yarpaq Patogenləri

Yarpaq Yanması

Yarpaq solğunluğu (ölməsi)

Yarpaq yanması (Diplocarpon earlianum) və ləkəliliyi (Phomopsis obscurans) çiyələk sahələrində ən çox rast gəlinən dağıdıcı xəstəliklərdir. Müəyyən göbələk patogenləri hava və ya yağış damcıları ilə yayılaraq bu xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Hər iki xəstəliyə yoluxmuş yarpaqlarda açıq bənövşəyi kiçik ləkələr əmələ gəlir. D. earlianum göbələyinin yoluxdurduğu yarpağın üzərindəki ləkələr böyüyür, birləşir və yarpaqlar qaralır. Bunun nəticəsində yarpağın haşiyəsi bükülür və quruyur. P. obscurans göbələyinin yoluxdurduğu yarpaqlarda isə ləkələr əsas damarlar boyunca ellipsvarı və V formasında olur. Vaxtı keçmiş ləkələrin mərkəzində tünd qəhvəyi nöqtələr əmələ gəlir. Həmin nöqtələrin haşiyəsi isə açıq qəhvəyi olur. Bir müddətdən sonra isə yarpaqların üzərində açıq yaşıl və qırmızı-bənövşəyi parlaq ləkələr əmələ gəlir. Çiyələyin uğurla yetişdirilməsi üçün ilk növbədə sağlam şitillərdən istifadə etmək lazımdır. Xəstəliyə qarşı mübarizə aparmağa bəzi funqisidlər kömək edə bilər, lakin onların növü və tətbiq olunma vaxtı xəstəliyin kəskinlik dərəcəsindən asılı olaraq dəyişir. Bəzi mədəni çiyələk sortları D. earlianum və P.obscurans. göbələklərinə qarşı müqavimət göstərə bilir. Mövsümün sonunda neytral günə tələbatlı sortların əkildiyi sahədən qurumuş bitki qalıqlarının yığışdırılması növbəti vegetasiya dövründə baş verə biləcək hər hansı yoluxmanın qarşısını almağa kömək edir. İyunda bar verən sortların yaşlı yarpaqlarını yığımdan sonra qoparmaq (biçmək), yarpaq örtüyünü bərpa etmək, bundan sonra kimyəvi müalicəyə başlamaq lazımdır. Bu praktiki metod çiyələk bitkisini yarpaq ləkəliliyi xəstəliyindən və hörümçək gənələrində qorumaq üçün nəzərdə tutulub. İPM strategiyasının yaxşı nəticə verməsi üçün ən davamlı və uyğun çiyələk sortlarından istifadə etmək lazımdır. Albion neytral günə tələbatlı çiyələk sortu olub əksər xəstəliklərə və zərərvericilərə qarşı müqavimət göstərir. Məhsuldar Albion sortu möhkəm, güclü və yaxşı ölçüdə olur. Bu sortun məhsulunu yığmaq daha asandır. Albion sortu Vertisilyoz solma (Verticillium dahliae) və Fitoftora kök boğazı çürüməsi (Phytophthora cactorum) xəstəliklərinə qarşı tam, Antraknoz kök boğazı çürüməsinə (Colletotrichum acutatum) qarşı isə müəyyən dərəcədə müqavimət göstərir. Lazımi səviyyədə müalicə olunan Albion sortlarının qoşa xallı hörümçək gənələrinə (Tetranychus urticae) qarşı müqaviməti digər sortlarla müqayisədə daha güclüdür. 111


ÇİYƏLƏKÇİLİK

Xəstəliklərə Və Zərərvericilərə Qarşı Kompleks (Inteqrir) Mübarizə Tədbirlərinin Görülməsi Xəstəliklərə və zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri (İPM) iqtisadi cəhətdən səmərəli və ən dayanıqlı bioloji, kimyəvi, mexaniki, ənənəvi, profilaktik, nəzarət və mübarizə üsullarıdır. Təsərrüfatın həftəlik cədvəl əsasında dərmanlanması cəlbedici görünsə də, lazımsız dərmanların səpilməsi xərci ilə yanaşı müxtəlif çatışmayan cəhətlər ortaya çıxa bilər. Təsərrüfatı hər həftə dərmanladıqda pestisidə qarşı müqavimət yaradır, xeyirli həşəratlar məhv olur, məhsuldarlıq aşağı düşür və xərclər yüksəlir. Pestisidin lazımsız miqdarda istifadəsi ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərir. Ənənəvi mübarizə tədbirlərinə müxtəlif davamlılıq, effektivlik və toksiklik (zəhərlilik) dərəcələrinə malik olan insektisidlərin istifadəsi aid edilir. Qeyd etmək lazımdır ki, Azərbaycanda siyahıya alınmış bəzi pestisidlər USAİD layihələri tərəfindən tövsiyə olunmur və Ətraf Mühitin Mühafizəsi Agentliyində (EPA) qeydiyyatdan keçməyib. Hazırkı təlimat vəsaitində verilmiş bütün pestisidlər USAİDin layihələrində istifadə oluna bilər. Ola bilsin ki, bəzi məhsullar Azərbaycana gətirilməyib, lakin yenicə təsis olunmuş Qida Təhlükəsizliyi Agentliyinin sərəncamına əsasən gələcəkdə Azərbaycana daha yeni və təhlükəsiz dərman preparatı gətiriləcək. Bəzi aktiv (ana) maddələr, məs. endosulfan maddəsi Stokholm Konvensiyasında insan sağlamlığına və ekoloji sistemə zərərli təsir göstərdiyinə görə siyahıya alınmış 12 davamlı üzvü tullantıdan (POP) biridir. Bu radikal insektisidlərin mərkəzi sinir sisteminə mənfi təsir göstərir və insan sağlamlığı üçün təhlükə yaradır. Güclü İPM proqramının həyata keçirilməsi üçün əsas zərərvericilərin, bitki xəstəliklərinin, torpağın və məhsulun bioloji və ekoloji xüsusiyyətlərini yaxşı bilmək lazımdır. Azərbaycanın təsərrüfatlarında effektiv İPM proqramı hazırlamaq və həyata keçirmək üçün mövcud zərərvericilərin və bitki patogenlərinin davamlı olaraq qiymətləndirilməsi tələb olunur. Fermerlər bu məqsədlə sahəni gəzməli, bitkinin yuxarı köklərini və yarpaqlarını yoxlamalıdırlar. Yarpaqların alt tərəfini yaxşı yoxlamaq lazımdır, çünki zərərvericilər əsasən həmin hissə ilə qidalanır. Bunun səbəbi isə yarpağın alt tərəfinə günəş işığının düşməməsi və həmin hissənin nazik olmasıdır. Bunları bilmək vacibdir! Pestisidlərdən istifadə edərkən aşağıdakı vacib qaydalara əməl edin: Lazımi yayıcı-yapışdırıcı maddələrdən istifadə etmək və pH həddini 6.5-7.0 arasında saxlamaq lazımdır. Pestisidlərin təsir göstərməməsinin əsas səbəblərindən biri də suyun pH səviyyəsinin yüksək olması (Azərbaycanın əksər təsərrüfatlarında torpağın və suyun pH-ı yüksəkdir) və ya düzgün yayıcı-yapışdırıcı maddənin istifadə olunmamasıdır. 112


ÇİYƏLƏKÇİLİK

Səpilmiş dərman təsir göstərmədikdə müxtəlif cür itkilər yaranır, məs. təsərrüfatın sahibi dərman və istifadə xərclərini ödəməli olur və ya məhsul itkisi baş verir. Üzüm bağlarını lazımi qaydada müalicə etmək üçün əlavə vaxt və maliyyə vəsaiti ayırmaq lazımdır. Dərmanı səpməzdən qabaq etiketdəki təlimatları oxuyun və ya təchizatçı ilə məsləhətləşin, çünki bəzi pestisidlərin tərkibində yayıcı-yapışdırıcı maddə olur. Dərmanı hava sərin olduqda, yəni səhər erkən (arılar uçmağa başlamamış) yaxud axşam vaxtı səpmək lazımdır. Bu zaman kimyəvi məhlul bitkinin bütün hissələrinə yayılır və günün isti vaxtı fəallaşan bal arıları sərbəst uçuşa bilir. Aşağıdakı fərdi mühafizə vasitələri həmişə istifadə olunmalıdır: * Qoruyucu rezin əlcəklər, * Qoruyucu gözlük, * Rezin çəkmələr (şalvarın ətəyi çəkmənin üst hissəsini örtməlidir), * Dərmanı səpdikdən sonra çıxarıla və yuyula bilən xüsusi geyimlər. Əksər fermerlər alaq bitkilərinə qarşı mübarizə aparmaq üçün “Glyphosate” herbisidindən istifadə edirlər. Bu herbisidin istifadə qaydaları aşağıdakı kimidir: Xəndək suyundan deyil, təmiz quyu suyundan istifadə etmək lazımdır, əks halda herbisidin molekulu dərhal torpaq hissəciklərinə yapışacaq və yaxşı nəticə verməyəcək. 400 litr suya 5 kq ammonium sulfat əlavə edin. Hektar üzrə 2 litr “Glyphosate” herbisidindən istifadə edin. 0.5% ionsuz səthi aktiv (yayıcı-yapışdırıcı) maddədən istifadə edin. Çənin ½ hissəsini quyu suyu il doldurun. Suyun təmiz olması vacibdir. Ammonium sulfat əlavə edin və qarışdırın. Qarışdırdığınız müddətdə “Glyphosate” herbisidi də əlavə edin. İonsuz səthi aktiv (yayıcı-yapışdırıcı) maddə əlavə edin və qarışdırın. Məhlulun pH həddi 4- 8 arasında dəyişməlidir. İdeal pH səviyyəsi 4-5-dir. Bəzi ionsuz səthi aktiv (yayıcı-yapışdırıcı) maddələr pH səviyyəsini aşağı salır və məhlulun yarpağa tam nüfuz etməsinə şərait yaradır. Bəzi fermerlər səpiləcək məhlulun pH-ı aşağı salmaq üçün turşu birləşmələrindən istifadə edirlər. Belə maddələr qısa müddətə təsir edir, yəni pH səviyyəsi sürətlə yüksəlməyə başlayır. Yadda saxlayın ki, məhlulun pH səviyyəsini tənzimləmədikdə çəndəki dərman öz təsirini itirir. Qeyd etmək lazımdır ki, yayıcı-yapışdırıcı maddəni əlavə etmədikdə pestisidlər yarpağın üzərinə damcı şəklində düşür və alaq bitkilərinə qarşı mübarizə zəifləyir. Pestisidi səpməzdən qabaq onun üzərindəki etiketi həmişə oxumaq lazımdır.

113


ÇİYƏLƏKÇİLİK

İonsuz səthi aktiv (yayıcı-yapışdırıcı) maddələrin“Glyphosate” herbisidi ilə istifadə olunması vacibdir. Digər maddələri isə məhsulun aktiv təsirini aradan qaldıra bilər. Pestisidləri səpərkən fərdi mühafizə vasitələrindən istifadə edin. Sayca birdən artıq olan dərmanları aşağıdakı ardıcıllığa uyğun olaraq qarışdırmaq və səpmək lazımdır: 1. Dərmansəpən aparatı yarıya kimi təmiz su ilə doldurun, 2. Dərman tozunu suya tökün, 3. Suyu qarışdırın, 4. Suyu qarışdırarkən mayeni (o cümlədən yayıcı-yapışdırıcı maddəni) əlavə edin, 5. Bundan sonra emulsiyalı konsentratları əlavə edin.

Alaq Bitkilərinə Qarşı Mübarizə Alaq bitkiləri çiyələk bitkisi ilə torpağın nəmliyi, günəş işığı, sahə və qida maddələri uğrunda rəqabətə girir, zərərvericiləri və xəstəlikləri özündə daşıyır, bitkilərin küləklə və ya arı ilə tozlanmasına mane olur. Çiyələk bitkisi alçaqboylu olduğu üçün 30 santimetrdən hündür olan alaq bitkilərinin kölgəsi altında qalır. Plastik mulçalar alaq bitkilərinin çiyələyə yaxın hissədə bitməsinə və rəqabət aparmasına mane olur. Bununla belə, sarı (Cyperus esculentus) və ya bənövşəyi topalaq plastik mulçaları dələrək keçir. Topalağın sıx bitdiyi sahələrdə çiyələk əkmək məsləhət görülmür. Mövsüm ərzində çiyələyin yaxşı kök salması üçün alaq bitkilərini əllə məhv etmək lazımdır. Əksər çiyələk təsərrüfatlarında alaq bitkilərinin rəqabətini zəiflətmək və məhsuldarlığı artırmaq üçün sahəni bir neçə dəfə əllə təmizləmək lazım gəlir, ona görə də vegetasiya dövründə işçi qüvvəsinin lazımi sayda olması tələb olunur. Şitili əkdikdən sonra ilk 40 gün ərzində sahəni alaq bitkilərindən təmizləmək lazımdır. Çiyələk şitilləri bu müddət ərzində kök atır və ətrafa kölgə salaraq alaq bitkisi toxumunun cücərməsinə mane olur. Çiyələk şitilini əkməzdən qabaq sahənin bütün xüsusiyyətlərini öyrənmək və əsas alaq bi müəyyən etmək vacibdir. Birillik alaq bitkilərinə qarşı mübarizə aparmaq daha asandır. Təcrübəli aqronomlar belə bitkilərin müəyyən olunmasına kömək edə bilərlər. Kaliforniyada, Floridada, Avropada və digər Aralıq dənizi ölkələrində alaq bitkilərinə, torpaq xəstəliklərinə və həşəratlarına qarşı mübarizə aparmaq üçün təsərrüfatlar fumiqasiya olunur. Bununla belə, kiçik təsərrüfatların fumiqasiya olunması iqtisadi baxımdan səmərəli deyil. Əkindən əvvəlki və sonrakı dövrlərdə alaq bitkilərini herbisidlərlə məhv etmək olar. Əkindən qabaq aparılan müalicənin məhv edə bilmədiyi alaq bitkilərini təmizləmək üçün şırımların kənarına müəyyən herbisidləri (əkindən sonra tətbiq olunan) səpmək olar. Herbisidin etiketindəki təlimatlara həmişə əməl etmək lazımdır. 114


ÇİYƏLƏKÇİLİK

Alaq bitkilərinə qarşı mübarizə aparmaq üçün profilaktik (təmiz şitillərin və plastik mulçaların istifadə olunması), sanitariya (bir sahədən digərinə keçərkən bütün avadanlıqların və alətlərin təmizlənməsi, ənənəvi (növbəli əkin, qoruyucu bitkilərin əkilməsi), mexaniki (alaq bitkilərini əllə təmizlənməsi və kultivasiya) və kimyəvi (herbisidlərin səpilməsi) tədbirlərin həyata keçirilməsi məsləhət görülür. Çoxsaylı strategiyalardan istifadə etməklə ümumi mübarizəni gücləndirmək olar. Fermerlər ayıq-sayıq olmalı, sahəni əllə toxlamaq üçün ideal vaxt seçməli və boyu 2-5 santimetrdən az olan bütün alaq bitkilərini dartıb çıxarmalıdırlar. Çoxillik alaq bitkilərini Glyphosate herbisidi ilə məhv etdikdən sonra əkin tirələrini hazırlamaq olar. Bu herbisid əsasən sahənin hazırlanmasında, məs. payızda, əkindən bir il qabaq, xüsusən də şumluğa yararlı olmayan və ya çəmənlikli sahələrin təmizlənməsində istifadə olunur. Bununla belə, yay aylarında Glyphosate herbisidini əkindən 30 gün qabaq səpmək olar. Glyphosate herbisidini sürətlə boy atan alaq bitkilərinə birbaşa olaraq səpmək lazımdır. Əkin tirələrinin arasını alaq bitkilərindən təmizləmək üçün bu herbisidi həmçinin zolaq şəklində və ya bir nöqtəyə səpmək olar. Glyphosate herbisidini çox ehtiyatla səpmək lazımdır ki, çiyələyin yarpaqlarına dəyməsin. Birillik alar bitkilərini məhv etmək üçün ilk növbədə əkin sahəsini lazımi səviyyədə hazırlamaq və əkindən ən az 30 gün qabaq Glyphosate herbisidi və ya okxifluorfen səpmək lazımdır. Oksfluorfen preparatı payız müalicəsi üçün qeydiyyatdan keçib və sahənin mulçalanmasından əvvəl, yəni çiyələk bitkisi sükunət dövrünə girdikdə istifadə oluna bilər. Bu mərhələdə çiyələyin qırmızı yarpaqları çoxalır və yeni cücərtilər müşahidə olunmur. Oksifluorfeni il ərzində yalnız bir dəfə səpmək olar. Propizamid herbisidi kök salmış əksər çoxillik alaq bitkilərinə qarşı qısamüddətli mübarizəni təmin edir. Bu herbisidi payızın sonunda, mulçalamadan əvvəl və çiyələk şitillərini dondurmazdan qabaq səpmək lazımdır. Klopiralid herbisidi isə birillik alaq bitkilərinə və ya çətinliklə məhv edilə bilən çoxillik bitkilərinə qarşı mübarizədə istifadə edilir və onların inkişafına mane olur. Bu kimyəvi preparat yığımdan sonra dərhal (təsərrüfatın bərpasından əvvəl) istifadə olunmalıdır. 7-10 gündən sonra isə yarpaqları biçmək lazımdır. Klopiralid herbisidini gec səpmək olmaz, çünki çiyələyin bığcıqları və çiçəkləri zədələnə bilər. Fluazifop-P-Butil herbisidi isə birillik alaqlara, taxıl bitkilərinə və ayrıq bitkisinə qarşı mübarizədə (əkin və ya barvermə dövrlərində) istifadə olunur.

115


ÇİYƏLƏKÇİLİK

Çiyələyin Yığılması, Çeşidlənməsi, Qablaşdırlması, Saxlanılması, Yüklənib Boşaldılması Və Daşınması Azərbaycanda çiyələk yığımının pik dövrü yazın əvvəlində başlayaraq mayın sonuna və ya iyunun əvvəlinə kimi davam edir. Neytral günə tələbatlı sortlar birinci şaxta düşənə kimi yığıla bilər, lakin yığımın vaxtı təsərrüfatın sahəsindən və əkin tarixindən asılı olaraq dəyişir. İstehsal sistemləri birinci yığıma kimi olan günlərin sayına təsir edə bilir. Təcrübə onu göstərir ki, sentyabr ayında hündür tunelə əkilmiş çiyələk dekabrın sonuna kimi yetişməyə başlayır, lakin açıq sahədə əkilmiş çiyələk aprel ayına kimi bar vermir. Çiyələk şitili oktyabrın sonunda və ya noyabrın əvvəlində köçürüldükdə və keyfiyyət standartlarına cavab vermədikdə (çılpaq köklü olduqda) birinci məhsul yığımı soyuq temperaturun təsiri altında yazın əvvəlinə kimi yubanır. Qablarda yetişdirilmiş çiyələk şitilləri isə hətta dekabrda da (tuneldə) bar verir. . Mövsümün pik vaxtı ilə müqayisədə qış aylarında məhsul daha az yığılır. Əlavə istilik sisteminin olmadığı təqdirdə hətta günəşin radiasiyası kifayət etsə də, meyvənin bir hissəsi soyuq aylarda qızarmır. Şəmkir rayonunda çiyələyin əlavə istilik sistemi ilə təchiz olunmuş hündür tunellərdə yetişdirilməsi məsləhət görülür. Bu zaman çiyələyin keyfiyyəti və məhsuldarlığı artacaq. Cəlilabad rayonunun çiyələk istehsalçıları isə avqust ayının yığımını gecələr daha sərin olana kimi yubatmalıdırlar, bu zaman meyvənin keyfiyyəti lazımi səviyyədə olacaq. Azərbaycanın cənub-şərq və cənub bölgələrində isə meyvənin zədələnməməsi və yarpağın yanmaması üçün orta gündüz temperaturunun 30°C dərəcədən aşağı düşməsini gözləmək lazımdır. Ümumiyyətlə, giləmeyvələr birinci çiçəkləmə mərhələsindən sonra 28-30 gün ərzində yetişir. Bəzi sortlar isə optimal şəraitdə 20 gündən sonra bar verir. Birinci və ikinci tam çiçəkləmə arasındakı vaxt intervalı 11-12 gündür. Məhsul yığımının birinci 4-6 günü ərzində yetişmiş meyvələrin sayı artır. Çiyələyi normal temperaturda günaşırı yığmaq olar. Çiyələyin meyvəsi əllə yığılır və qablaşdırılır. Əkin tirələrinin hündür olması məhsul yığımını asanlaşdırır, çünki təsərrüfat işçiləri məhsulu yığarkən hər dəfə yerə əyilməli olmurlar. Yığılmış çiyələk dəymir, ona görə də meyvənin 80%-dən çox hissəsi qızardıqda yığıma başlamaq lazımdır. Giləmeyvəni ehtiyatla qoparmaq lazımdır ki, ətrafdakı gövdələr, yarpaqlar və digər meyvələr zədələnməsin. Qablaşdırlmış meyvənin saplağı digər meyvəni zədələyə və xəstəlik yaya bilər. Təsərrüfata lazımi sayda işçi toplamaq lazımdır ki, məhsul günün sərin vaxtında, yəni günortaya kimi yığılıb qurtarsın. Sərin havada yığılmış məhsulun keyfiyyəti çox yüksək səviyyədə olur. Bir işçi orta hesabla saatda 5-8 kq məhsul yığa bilir. Əgər təsərrüfat əla şəraitdə olarsa, ən yaxşı işçi 10 saat ərzində 120-150 kq məhsul yığa bilər. Mövsüm ərzində təxminən 16 işçi bir hektar sahəni (və ya 10 ton məhsulu) yığa bilər. 116


ÇİYƏLƏKÇİLİK

Damla suvarma sistemi ilə təchiz olunmuş və qara plastik mulça ilə örtülmüş təsərrüfatlarda bitki daha sürətlə boy atır və məhsulu yığmaq daha asan olur. Qara plastik mulçalar torpaqdakı kök zonasını isti saxlayır və bitkinin inkişafını sürətləndirir. Plastik mulçalı sahələr damla suvarma sistemi ilə təchiz olunduqda bitki daha erkən məhsul verir, çiyələyin məhsuldarlığı və keyfiyyəti artır. Alçaq tunellərdə istifadə olunan şəffaf plastik örtüklər və ya digər cərgə örtükləri istixana mühiti yaradaraq, yəni bitkinin ətrafında dövr edən havanı isidərək onun daha sürətlə boy atmasına şərait yaradır. Cərgə örtükləri meyvəni donma temperaturundan qoruyur və məhsuldarlığı artırır. Bununla belə, xəstəliklərə və zərərverici həşəratlara diqqətlə nəzarət etmək lazımdır. Çiyələyin rəngi tündləşdikdə yığıma başlamaq olar. Bu zaman məhsulun ətri və ölçüsü optimal səviyyədə olur. Bununla belə, yığılmış meyvənin keyfiyyəti yüksəlmir. Əgər mümkündürsə, meyvəni bitki nəm olduqda yığmaq lazımdır. Yığım zamanı dəymiş meyvələri çeşidləmək, kifli meyvələri isə atmaq lazımdır. Məhsulu əksər hallarda emal müəssisəsində deyil, sahədə çeşidləmək və qablaşdırmaq lazımdır. Yığılmış giləmeyvəni günəşin altında, xüsusən də isti və quraq şəraitdə saxlamaq olmaz. Əgər soyutma avadanlığı yoxdursa, məhsulun səhər erkən və ya axşam vaxtı yığılması və kölgəli yerdə saxlanılması məsləhət görülür. Əgər soyuducu anbarınız yoxdursa, yığılmış məhsulu 24 saat ərzində bazara çatdırmaq və satmaq lazımdır. Məhsulun saxlanma keyfiyyəti bitkinin sortundan asılı olaraq dəyişir, çünki bəzi sortların meyvəsi digərindən yumşaqdır. Məhsulu dərhal soyutmaq lazımdır. Ümumiyyətlə, bərk meyvələri daha uzun müddətə saxlamaq mümkündür. Giləmeyvələri anbara qoymazdan və ya satmazdan qabaq yumaq olmaz, əks halda məhsul hər hansı xəstəliyə yoluxa və çürüyə bilər. İri sənaye müəssisələrində çiyələk məhsulu yuyulduqdan və konveyor kəmərində silkələndikdən sonra soyutma kamerasına qoyulur. Çiyələyi qablara çox sıx yığmaq olmaz, çünki meyvə zədələnərək çürüyə bilər. Əgər məhsul bir neçə saat ərzində yeyilməzsə, meyvəni xüsusi qoruyucu qablara yığıb 12°C dərəcəyə kimi soyutmaq lazımdır. Xüsusilə, ozonla müalicə olunan meyvələr təxminən 1-2°C dərəcə temperaturda bir həftə təzə qala bilir. Saplaqsız giləmeyvələr tez xarab olur, ona görə də məhsulu çox diqqətlə çeşidləmək lazımdır. Yığımdan sonra tətbiq olunan soyutma və daşıma texnologiyaları məhsulun keyfiyyətini lazımi səviyyədə saxlamağa kömək edə bilər. Yadda saxlamaq lazımdır ki, qablaşdırılmış məhsulun keyfiyyətini yüksəltmək mümkün deyil. Məhsulun Çatdırılmazdan Qabaq Soyudulması və Saxlanılması Qloballaşan qida sənayesində möhkəm dəyər zəncirinin yaradılması daha çox əhəmiyyət daşıyır. Bəzi məhsullar bir qitədən digərinə və hətta dünyanın ən ucqar nöqtəsinə daşınır. 117


ÇİYƏLƏKÇİLİK

Məhsulun mümkün qədər tez bir müddətdə soyudulması ən vacib amildir, lakin lazımi səviyyədə soyudulmayan məhsul yüksək temperaturun təsiri altında tez xarab ola bilər. Belə hallar istehsalçının nüfuzuna xələl gətirməklə yanaşı soyutma zəncirinin idarə olunmasında da müəyyən ciddi fəsadlar törədir. Soyuducu anbarlar tədarük zəncirinin bir halqasıdır, çünki məhsul məhz soyutma anbarlarında müvafiq temperatur səviyyəsinə kimi soyudulur və həmin temperaturda daşınır. Əgər məhsul qabaqcadan lazımi səviyyədə soyudulmazsa, soyutma prosesinin digər mərhələlərində problem yarana bilər. Təzə meyvə-tərəvəz məhsulları yığıldığı andan etibarən çürüməyə başlayır, ona görə də məhsulu qabaqcadan soyutmaqla meyvənin keyfiyyətini müəyyən səviyyədə saxlamaq və çürümənin qarşısını almaq olar. Yığıldıqdan sonra bir saat ərzində soyudulmayan çiyələk öz görünüşünü itirir. İlkin soyutma dedikdə sahədən yığılmış məhsulu dərhal soyudulması nəzərdə tutulur. İlkin soyutma təzə məhsulun saxlanma müddətini uzadır və keyfiyyət itkisinin aradan qaldırılmasına kömək edir. Məhsulun saxlanma müddəti uzandıqda və keyfiyyəti yüksəldikdə fermerlər daha çox gəlir əldə edirlər. İlkin soyutmanın digər üstün cəhəti isə mikroorqanizmlərin inkişafına mane olmasıdır. Soyuq temperatur mövcud və yeni mikrobların inkişafına mane olur. İlkin soyutmanın vacibliyi bır sıra elmi-tədqiqatlarda xüsusilə vurğulanır, ona görə də məhsulun qabaqcadan soyudulması çox vacibdir. Məhsulun lazımi müddətdə saxlanılması və uzun məsafələrə daşınması üçün ilkin soyutma qaydalarına əməl etmək lazımdır. Məhsulun qabaqcadan soyudulması üçün 5 əsas metoddan istifadə edilir: kamerada soyutma, hidro-soyutma, vakuum soyutma, buzla soyutma və təzyiqli hava ilə soyutma. Təzyiqli hava ilə soyutma metodu çiyələyin və digər giləmeyvə məhsullarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Kamerada soyutma dedikdə məhsulun kamerada arzu olunan temperatura kimi soyudulması nəzərdə tutulur. Bu zaman kameranın temperaturu məhsulun temperaturundan aşağı olur Bu soyutma metodu üçün nisbətən aşağı enerji tələb olunur, lakin məhsul yavaş-yavaş soyudulur. Tez çürüməyən məhsulların, məs. almanın, armudun və şaftalının soyudulmasında bu metoddan istifadə edilir. Təzyiqli hava ilə soyutma metodu dedikdə (intensiv soyutma metodu da adlanır) hər hansı məhsulda diferensial təzyiq yaratmaqla istiliyin çıxarılması və məhsul qablarının arası ilə təzyiqli soyuq havanı dövr etdirilməsi (üfürülməsi) nəzərdə tutulur. Çiyələk məhsulunun avtomatlaşdırılmış təzyiqli hava sistemi ilə qabaqcadan soyudulması digər soyutma sistemləri arasında üstünlük təşkil edir, yəni qoşa modullu soyutma avadanlıqları təxminən bir saat ərzində 24 çiyələk paletini (bir treyleri) qabaqcadan soyuda bilir. 118


ÇİYƏLƏKÇİLİK

İlkin soyutma kamerasının sayca çox olduğu bəzi müəssisələrdə orta hesabla hər üç dəqiqədən bir yeni mal partiyası qəbul edilir. İlkin soyutma sistemi meyvənin keyfiyyətini yüksəldir və saxlanma müddətini artırır. Uyğun məhsulları təzyiqli hava metodu əsasında soyutmaqla ən mürəkkəb məsələləri həll etmək mümkündür. Belə soyutma kameraları avtomatlaşdırılır, yəni sistemin soyutma müddəti məhsulun və yükün növündən asılı olaraq xüsusi resept əsasında qabaqcadan təyin edilir. Hər bir giləmeyvə məhsulunun özünəməxsus soyuma müddəti və temperatur parametrləri ( o cümlədən təhlükəsizlik parametrləri) olur. Çoxsaylı soyutma zonalarında hətta ən isti məhsulu da sürətlə soyutmaq mümkündür. Qoşa modullu (4 zonalı) zonalardakı soyutma müddəti məhsulun növbəti zonaya ötürülməsinə və yeni məhsulun daxil edilməsinə sərf olunan vaxtın dörddə bir hissəsini təşkil edir, yəni istənilən məhsulu soyuducu kameralara daha tez yerləşdirmək mümkündür. Təzyiqli hava ilə soyutma sisteminin faydalı iş əmsalını maksimum səviyyəyə çatdırmaq üçün soyutma cədvəlinin hazırlanması vacibdir. Belə cədvəllər əsasında soyutma müddətini giləmeyvənin ilkin temperaturuna uyğunlaşdırmaq və lazımsız, artıq soyutmanın qarşısını almaq mümkündür. Temperatur səviyyələrini etibarlı elektron termometrlərlə ölçmək lazımdır. Meyvənin daxili temperaturu ilkin soyutma müddətində və soyutmadan qabaq ölçülməlidir. Bu zaman yeşiyin isti tərəfindəki meyvələrin temperaturu ölçülməlidir. Çiyələyin temperatur səviyyələrini diqqətlə müqayisə etmək lazımdır ki, soyutma müddətinin sonunu dəqiq müəyyən etmək mümkün olsun. Havanın daxil olduğu hissədəki meyvə ilə yükün sonundakı meyvənin temperaturu arasında böyük fərq olur. Ona görə də məhsulun soyudulması ilə məşğul olan işçilər çiyələyin temperaturunu ölçmək üçün uyğun texniki üsullardan istifadə edə bilməlidirlər. Çiyələk məhsulunu təzyiqli hava ilə soyutma sistemində həddən artıq saxlamaq olmaz, əks halda sürətlə dövr edən havanın təsiri altında arzuolunmaz su itkisi baş verə bilər. Lazımi qaydada soyudulmayan məhsulun keyfiyyəti sürətlə aşağı düşür. İlkin soyutmadan sonra çiyələyi soyutma kamerasında mümkün qədər qısa müddətdə (0 - 1°C temperatur həddində) saxlamaq lazımdır. Soyutma kamerasının temperaturu ilkin soyutma kamerasından çıxardılmış giləmeyvənin temperaturundan aşağı olmalıdır. Qabaqcadan soyudulmuş məhsulun təkrar olaraq isinməsi soyutmanın effektivliyinə mane olan ən adi hallardan biridir. Belə səhvlər həmçinin nəm havanın kondensasiyasına səbəb olur və nəticə etibarilə məhsulun çürüməyə qarşı həssaslığı artır.

119


ÇİYƏLƏKÇİLİK

Çiyələk məhsulunu treylerə yığmazdan qabaq avadanlığı 1°C dərəcəyə kimi soyutmaq lazımdır. Məhsulu yük altlığına (paletlərə) yığarkən çox ehtiyatlı olmaq lazımdır ki, daşınma zamanı heç bir altlıq öz yerini dəyişməsin. Çiyələyin yükləndiyi altlıqlar (paletlər) xüsusi bərkidici vasitələrlə, məs. qayışla və künclüklə bərkidilməlidir. Paletlər divardan aralı saxlanmalıdır ki, kənardan gələn isti hava axını birbaşa olaraq giləmeyvəyə təsir etməsin.

Təsərrüfatlarda Riskin Qiymətləndirilməsi, Qida Təhlükəsizliyi Və GlobalG.A.P. Standartı Qida təhlükəsizliyi təsərrüfatdan başlayır. İngilis dilində “G.A.P” sözü “Good Agricultural Practices” ifadəsinin (tərcüməsi: “Qabaqcıl Aqrotexniki Qaydalar”) baş hərfləridir. Bu qaydalar hər hansı məhsulun əkindən yığıma kimi mikrobioloji, kimyəvi və fiziki çirklənmədən qorunması üçün istifadə edilir. Mikrobioloji çirklənməyə səbəb olan viruslar, bakteriyalar və protozoan parazitləri insanlarda müəyyən xəstəliklər yarada bilir. Bu çirklənmənin mənbəyini suvarma suyu, heyvan peyini, lazımi qaydada yığılmayan və daşınmayan məhsullar və s. təşkil edir. Aşağıdakı qabaqcıl aqrotexniki qaydalara əməl etməklə çiyələk məhsulunu çirklənməkdən qorumaq olar. Gigiyena Çiyələyə toxunmazdan qabaq əlləri tam yumaq lazımdır. Mikrobioloji çirklənmə qida xəstəliklərinin yaranmasında böyük rol oynayır. Əlləri tam yumaqla belə çirklənmənin qarşısını asanlıqla almaq olar. Bunun üçün içməli sudan istifadə etmək, ovucları sürtmək, əllərin üst hissəsini, barmaqların və dırnaqların arasını sabunla ən az 20 saniyə yumaq və birdəfəlik istifadə olunan məhrəba ilə qurulamaq lazımdır. Belə dəsmallar su kranını bağlamaq və qabını açmaq üçün istifadə olunmalıdır. GlobalG.A.P. standartlarına əsasən təsərrüfatda lazımi sayda tualet olmalıdır. Bu tualetlər bir-birindən ən az 750 m aralı yerləşməlidir. Sanitar qovşağında əlləri yumaq üçün təmiz su mənbəyi olmalıdır. Suvarma Suyu Su - çirkli maddələrin yayılmasında əsas rol oynayan mənbədir. Ona görə də su resursları haqqında illik hesabatları nəzərdən keçirərək bələdiyyənin su təchizatçı sistemində lazımi su mənbəyini müəyyən etmək lazımdır. Digər su mənbələrinin, məs su quyularının və yerüstü su mənbələrinin laboratoriya sınağı aparılmalıdır. Mikrob patogenlərinin məhsula yayılmaması üçün təmiz sudan istifadə etmək çox vacibdir. Suyun kimyəvi xüsusiyyətləri gübrələrin mənimsənilməsində böyük rol oynayır. Gübrələr Sintetik gübrələr mikrobioloji çirklənmə riski yaratmır, lakin üzvi gübrələri tam emal etmək lazımdır, onların tərkibində təzə heyvan peyini olmasın. Bitki mənşəli kompostlar heyvan mənşəli gübrələrdən daha təhlükəsizdir. 120


ÇİYƏLƏKÇİLİK

Əkin tirələrini hazırlamazdan qabaq tam çürüdülmüş (kompost olunmuş) quş və heyvan peyinini torpağın ən az 15 santimetrlik qatına şumlayaraq qarışdırmaq lazımdır. Əgər torpağın şumlanmış qatına təzə və ya qismən çürüdülmüş heyvan peyini verilibsə, mümkün çirklənmənin qarşısını almaq üçün çiyələk şitillərini ən az 6 aydan sonra əkmək lazımdır. Heyvanların Təsərrüfata Girməsi Heyvan nəcisi məhsulun çirklənməsində mühüm rol oynayan mənbələrdən biridir. Ona görə də çiyələk sahəsini mütəmadi olaraq gəzərək yoxlamaq lazımdır ki, sahəyə vəhşi və ya ev heyvanları girməsin. Bunun üçün sahənin kənarını hasarlamaq, müəyyən tələlərdən və tor örtüklərdən istifadə etmək olar. Heyvanların təsərrüfata girməsi çox təhlükəlidir, çünki heyvan nəcisinin tərkibində Escherichia, Salmonella, Clostridium və digər koli bakteriyaları vardır. Bu bakteriyalar torpağa nüfuz edərək meyvəyə yayıla bilir. Sanitariya və Təmizlik İşləri Təmizlik işləri dedikdə hər hansı əşyanın və ya səthin qırıntılardan və çirkdən təmizlənməsi və ya yuyulması, sanitariya dedikdə isə arzuolunmaz mikroorqanizmləri məhv edən və ya azaldan məhsulların istifadəsi nəzərdə tutulur. Bununla belə, dezinfeksiya vasitələrindən elə istifadə etmək lazımdır ki, heç təhlükə yaranmasın. Avadanlığın Təmizlənməsi Çirkləndirici maddələrin bir bitkidən digərinə yayılmaması üçün bütün təsərrüfat avadanlıqlarını təmizləmək lazımdır. Məhsul yığmaq üçün istifadə olunan qayçıların və qabların yığımdan sonra müvafiq vasitələrlə dezinfeksiya olunması məsləhət görülür. Bu alətləri və avadanlıqları təmiz yerdə saxlamaq lazımdır. Zərərvericilərə Qarşı Mübarizə və Pestisidin Minimum Qalıq Həddi (MQH) Çiyələk təsərrüfatlarında sintetik və ya üzvi kimyəvi maddələrin istifadəsinə mütəmadi olaraq nəzarət etmək lazımdır. Kimyəvi dərmanlardan istifadə edən işçilər lazımi bilik və bacarığa malik olmalıdır. Bitkinin qidalanması və qorunması üçün nəzərdə tutulan gübrələmə və müalicə proqramları ixtisaslı aqronomlar tərəfindən hazırlanmalıdır. İstifadə olunan kimyəvi dərmanların, gübrələrin adı ( o cümlədən məsul şəxsin adı) müvafiq jurnalda qeyd olunmalıdır. Üzvi və ya təbii məhsulları tam təhlükəsiz hesab etmək olmaz, çünki lazımi qaydada istifadə olunmayan üzvi-kimyəvi maddələr də təsərrüfata ziyan vura bilər.

121


ÇİYƏLƏKÇİLİK

Kənar Şəxslərin Təsərrüfata Səfər Etməsi Təsərrüfata səfər edən qonaqlar və ya müştərilər bütün təsərrüfat qaydalarına (əllərin yuyulması, ayaqqabıların və geyimlərin təmizlənməsi və s.) əməl etməli və dezinfeksiya edən vasitələrdən keçməlidirlər.

122


USAID/Azerbaijan The Landmark Building 96 Nizami street Baku, Azerbaijan https://www.usaid.gov/Azerbaijan


Turn static files into dynamic content formats.

Create a flipbook
Çiyələk istehsalı by USAID_Private_Sector_Activity - Issuu