Skip to main content

İntensiv alma bağlarının idarə olunması

Page 1

AMERIKA XALQINDAN

İntensiv Alma Bağlarının İdarə Olunması

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) İmtina Haqqında Bildirişi Müəllifin bu nəşrdə ifadə etdiyi fikirlər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və ya ABŞ hökumətinin mövqeyini özündə əks etdirməyə bilər.


İntensiv Alma Bağlarının İdarə Olunması

Sıx Meyvə Bağı Dedikdə Nə Başa Düşülür? Tarixi-nöqteyi nəzərdən, əvvələr yüksək sıxlığa malik olan meyvə bağı dedikdə hər hektara 375-450 ağacın əkildiyi bağ nəzərdə tutulurdu. Müasir dövrdə isə yüksək sıxlığa malik olan məhsuldar kommersiya təsərrüfatlarında bağların sıxlığı hektara 450 ağacdan çox da ola bilir. Hazırkı dövrdə intensiv bağ sistemi dedikdə buraya ağacın sayından başqa bəzi digər xüsusiyyətlər də aid edilir. Belə ki, burada ağacların sayı ilə yanaşı, onların əkindən sonra 2-3 il ərzində məhsula düşməsi də nəzərdə tutulur. Bağın erkən bar verməsi üçün faraş məhsul verən cırtdan calaqaltılardan istifadə etmək daha məqsədəuyğundur. Cırtdan və yarı-cırtdan calaqaltılardan istifadə etməklə, ağacın boy atmasını məhdudlaşdırmaq mümkündür. Lakin belə calaqaltıların özləri ayrıca olaraq genetik baxımdan erkən bar vermək qabiliyyətinə malik deyillər. Bağın davamlı olaraq bar verməsi təsərrüfata çəkilən xərclərin əvəzlənməsində mühüm rol oynayır. Bundan başqa, intensiv bağ üçün nəzərdə tutulmuş sahədə daha çox qol-budaq atan calaqaltıların saxlanması baha başa gəlir. Belə bağlarda məhsuldarlığı maksimum səviyyəyə çatdırmaq üçün ənənəvi metodlardan fərqli olan yeni budama və forma vermə üsullarından istifadə etmək lazımdır. Ağaclar erkən məhsula düşdüyü üçün daimi dayaqların istifadəsi də tələb olunur. Ümumiyyətlə, bağın idarə olunması xərclərini əvəzləmək üçün ağacların erkən çağda məhsula düşməsi çox vacibdir. Erkən istehsal ağacın sıxlığı ilə birbaşa əlaqə təşkil edir. Avropada və Sakit okeanın şimal-qərb sahillərində bağın bir hektarına bəzən 8000-10000 və daha artıq ağac əkilir. Bu bağlar erkən inkişaf dövründə çox məhsuldar olsa da, onların sonrakı dövrlərdə idarə oluna biləcəyi və ya gəlir gətirəcəyi şübhə altında qalır. Beləliklə, belə bir sual ortaya çıxır: “intensiv bağlarda gəlirliliyin (rentabelliyin) ən yüksək səviyyədə olması üçün ağacların sıxlığı və sayı nə qədər olmalıdır?” Nyu-Yorkda yerləşən Kornel Universitetinin Cenevrə ElmiAraşdırma Stansiyasında aparılmış araşdırmaların nəticələrinə əsasən bağın ilk 7 ili ərzində ağacların məhsuldarlığı calaqaltının ölçüsündən asılı olmayaraq sıxlığa uyğun şəkildə artmışdır. Bundan başqa, cırtdan calaqaltıların əksəriyyəti üçüncü ildə əhəmiyyətli dərəcədə çox məhsul vermişdir. Ağacın sıxlığı artdıqca təsərrüfatın gəlirləri də artmışdır. Şimali Karolinada aparılmış ilkin tədqiqatların nəticələrinə əsasən şimal-şərq sahillərində iqlimdən, torpaq mühitindən və bazarın vəziyyətindən asılı olaraq bir hektara orta hesabla 1250-1500 ağacın əkilməsi təsərrüfat gəlirlərinin ən yüksək səviyyədə olmasını təmin edir. Azərbaycan şəraitində aparılan təqiqtlar nəticəsində müəyyən olunmuşdur ki, bir hektar intensiv bağa orta hesabla 2000-2500 (əsasən tumlu myvələrdə) ağacın əkilməsi daha məqsədəuyğundur.

3


İntensiv Alma Bağlarının İdarə Olunması

Niyə görə intensiv bağçılıq? Tez bar verir (2-ci il) Hazır məhsulun əmələ gəlmə qiyməti (maya dəyəri) aşağı olur Eyni ərazidən yüksək məhsul və gəlirlilik səviyyəsi çox olur Qoyulmuş maliyyə vəsaitinin (Sərmayənin) geri qayıtma tezliyi artır Məhsulun əziyyətsiz yığımı (yığım/dərim daha asan olur) Ağaclara asan qulluq: budama, forma verilmə, dərmanlama, gübrələmə və s. cəhətindən Ticari görkəminin cəlbediciliyi Bağ salınması üçün böyük ərazinin tələb olunmaması Su ehtiyatlarından qənaətlə istifadə və s. İntensiv Əkin Sistemlərinin Üstün və Çatışmayan Cəhətləri İntensiv bağın salınması zamanı ortaya çıxan ilk sual “niyə?” sualıdır. Müasir dövrdə “yeni” sortlar standart sortlardan 4-5 dəfə baha qiymətə satılır. İlk 2-3 il ərzində daha çox məhsul verən bağların salınmasında intensiv əkin metodlarının nəzərə alınması mühüm əhəmiyyət kəsb edir, çünki bağın erkən məhsula düşməsi ənənəvi sistemlərlə müqayisədə xərcləri 4-5 il daha tez ödəmək imkanı verir. İşçi qüvvəsinin məhsul yığımı və budama işlərində daha səmərəli şəkildə istifadə edilməsi sıx əkin sistemlərinin üstün cəhətlərindən biridir. Ənənəvi bağlarda nərdivana çıxaraq işləyə bilən işçini tapmaq çox çətin olur və bu işin necə məsuliyyətli olduğunu xatırlatmaq da kifayətdir. İntensiv bağların digər üstün cəhəti isə daha kiçik ağaclara düşən günəş işığını tənzimləməklə uzun müddət ərzində daha keyfiyyətli məhsul əldə etmək potensialının təmin olunmasıdır. Bundan başqa, belə bağlarda pestisidləri daha səmərəli (effektiv) şəkildə tətbiq etmək mümkündür. İntensiv bağların üstün cəhətləri çox olsa da, onların çatışmayan cəhətlərini də nəzərə almaq lazımdır. Belə ki, intensiv bağların salınma xərcləri ənənəvi bağların salınmasına çəkilən xərcdən xeyli yüksək olur. İntensiv bağlar laqeydliyi sevmir, yəni ənənəvi bağlarla müqayisədə bu təsərrüfatların ilk 6 ili ərzində, xüsusən də yay aylarında ağaclara daha çox forma vermək və onları daha az budamaq lazımdır. Bu bağların erkən inkişaf dövrlərində ağaca lazımi qayğı göstərilməzsə, növbəti illərdə təbii ki, məhsuldarlıq çox aşağı düşə bilər. Digər çatışmayan cəhət isə əksər təsərrüfat rəhbərlərinin budama və forma vermə üsullarına dair lazımı bilik və bacarıqlara malik olmamaları və eyni zamanda bu bilik və bacarıqlarınin davamlı olaraq inkişaf etdirilməsinə maraqlarının az olmasındadır. Nəzərə almaq lazımdır ki, intensiv bağçılıqda budama və forma vermə qaydaları ildən-ilə dəyişir və daha da təkmilləşir. Buna görə intensiv bağçılığı davamlı olaraq öyrənmək vacib tövsiyələrdən biridir.

4


İntensiv Alma Bağlarının İdarə Olunması

Sahənin Seçilməsi Sahənin seçilməsi təsərrüfat rəhbərinin bağın idarə olunması baxımından qəbul etdiyi ən mühüm qərarlardan biridir. Bu zaman yol verilmiş hər hansı səhv məhsuldarlığın və gəlirlərin azalması ilə nəticələnə bilər. Bəzi hallarda hətta bağın ömrü də qısala bilər. Bağın salınması üçün sahə seçərkən aşağıdakı amilləri nəzərə almaq lazımdır: 1. İşçi qüvəsinin mövcudluğu və bazara çıxış imkanları -Yaşayış məntəqələrinə yaxın olması, -Əlverişlilik, -Bazara gedən yolların vəziyyəti 2. Ətraf ərazilərlə müqayisədə hündürlük səviyyəsinin seçilməsi – ovalıqlarda və vadilərdə toplanmış soyuq hava kütləsi, şaxta və duman bir çox xəstəliklərin və donma hallarının yaranmasına səbəb olur. Ümumiyyətlə, yaz aylarında, xüsusən şaxtadan yaxud donmadan yaranan radiasiya zamanı gecə temperaturu hər 30-40 metr hündürlük səviyyəsində -12 yaxud -15°C dərəcə artır. Intensiv bağlar üçün ideal sahə dərə-təpəli ərazilərdir. Tinglərin dik olmayan və texnika və işçilərin asanca hərəkət edə biləcəyi yamaclara əkilməsi məsləhət görülür. Təpəliklərin yuxarı (uc) hissəsi əlverişli sahə hesab edilmir, çünki belə ərazilərdə yerləşən meyvə bağları kənar hissələrdə yerləşən bağlarla müqayisədə donmaya qarşı daha həssas olur. Bundan başqa, təpəliklərin uc hissəsi erroziyaya daha çox məruz qaldığı üçün dayazlaşır. 3. Yamacın istiqaməti: -Cənuba doğru – Qış aylarında və erkən çiçəkləmə dövründə gövdənin cənubqərbə baxan hissəsinin donmadan zədələnməsi ehtimalı artır. -Şimala doğru – Çiçəkləmə prosesi yubanır. -Şərqə doğru – Səhər vaxtı günəş işığı yarpaq örtüyünü tez qurutduğu üçün xəstəliyin yaranması potensialı zəifləyir. -Qərbə doğru – Şimala və cənuba doğru istiqamətdə yaranan hallar arasında ortaq mövqe tutur. 4. Torpaq növləri: -Ağacın ən az 1.2-1.5 metr dərinliyə kök atması onlar üçün daha əlverişli olur, çünki dayaz qatlara kök atmış ağaclara quraqlıq daha çox təsir edir və eyni zamanda soyuq havalar uzun müddət davam etdikdə kök sistemi ciddi surətdə zədələnir. -Seçilən torpaqlarda daxili və səth suları yaxşı süzülməlidir. Alma ağacları vegetasiya dövründə bataqlıq ərazilərin təsirinə uzun müddət davam gətirə bilmir. -Torpağın münbitliyini və pH səviyyəsini tənzimləmək mümkündür. Bununla belə, alma ağacları münbitliyi çox olan torpaq sahələrində daha çox qol-budaq ata bilir. Ancaq bu halın olması belə, o qədər də arzuolunan hal deyil. Belə ki, daha çox qol-budaq atan və sürətli inkişaf edən ağacları dah çox və bir neçə dəfə budamaq tələb olunur. -Su ehtiyatlarının mövcudluğu –Bağın suvarılması və dərmanın səpilməsi üçün etibarlı, yaxın və təmiz su mənbəyinin olması vacibdir. Donmaya qarşı üst suvarma və buxarla soyutma sisteminin yaradılması da məsləhət görülür. 5


İntensiv Alma Bağlarının İdarə Olunması

Sahənin Hazırlanması Əkindən ən az 6-12 ay qabaq sahəni hazırlamağa başlayın. Əgər sahəni lazımi səviyyədə hazırlamaq üçün həddən artıq çox iş görmək tələb olunar sahənin görüləsi işləri bağsalmadan 2-3 il əvvəl başlayın. Əkindən qabaq ideal torpaq mühiti yaratmaq üçün bütün vacib səyləri göstərin, çünki tingi əkdikdən sonra sahədə yaranan problemləri aradan qaldırmaq praktiki cəhətdən mümkün olmur. Sahəni hazırlayarkən aşağıdakı tədbirləri görün: 1. Torpağın pH səviyyəsini və münbitliyini analiz edin. Bunun üçün iki dərinlik səviyyəsində, 2-20sm və 20-40sm dərinlikdə torpaq nümunəsi götürün. 20-40sm dərinlikdə götürülmüş nümunə analizinin nəticələrinə əsasən torpağa gübrə, əhəng və digər lazım olan qida maddələrini verin. 2. Bağda və ətrafda olan çoxillik alaq otlarını məhv edin. 3. Havanın bağda dövr etməsinə mane olan halları aradan qaldırın. 4. Sahədəki rütubətli hissələrin qurudulmasını, yəni suyun süzülməsini nəzərə alın. Əksər torpaq növlərində bağın salınmasına və saxlanmasına mane olan nəm hissələrin qurudulmasına drenaj xətləri effektiv təsir göstərir. 5.Mümkün olduqda torpağı ağac əkiləcək cərgələrə paralel və perpendikulyar istiqamətdə şumlayın. 6.Sahəni şumladıqdan sonra, ağac cərgələri üçün cız çəkin və əkindən qabaq (payız aylarında) ot örtüyünü məhv edin. 7.Zərurət yarandıqda sahəni (xüsusən təkrar olaraq əkilən sahələri) fumiqasiya edin. Təkrar olaraq əkilən sahələri ağac və kök qırıntılarından mümkün qədər çox təmizləmək lazımdır. Bundan sonra sahəni şumlayın, hamarlayın və torpaqdan nümunə götürərək əhəngə və digər qida maddələrinə olan tələbatı müəyyən edin. Torpaq ehtiyatlarının idarə edilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məsləhət görülür: ·Kök sisteminin daha sürətlə inkişaf etməsi üçün əlverişli torpaq mühiti yaradın. ·Vegetasiya dövründə rütubətin lazımi səviyyədə olmasını təmin edin. ·Torpaq eroziyasının qarşısını alın və ya belə halları azaldın. ·Maşın avadanlıqlarının rahat işləməsi üçün orta cığırlardakı (yollardakı) torpaq səthini kipləyin. ·Xəstəliklərə, zərərvericilərə və gəmiricilərə qarşı mübarizəyə mane olan halları aradan qaldırın. ·Xeyirli həşəratlar və tozlandırıcılar üçün əlverişli şərait yaradın. ·Lazımi qida maddələrini verin.

6


İntensiv Alma Bağlarının İdarə Olunması

Fumiqasiyanın Əhəmiyyəti Nematodların və ya təkrar əkinlə bağlı hər hansı problemin yarandığı təqdirdə fumiqasiyanın (torpağın bur və ya qaz vasitəsilə dezinfeksiya olunması) tətbiqini nəzərə almaq lazımdır. Nematod kütləsi torpaq nümunəsinin analizi əsasında müəyyən edilir. Problemi müəyyən etməyin nisbətən asan yolu bağdan götürülmüş torpaq nümunəsinin bioloji analizidir. Bunun üçün ilk növbədə torpağın pH səviyyəsini tənzimləmək və qida maddələrinə olan tələbatı ödəmək, sonra isə nümunə götürmək lazımdır. Nümunə aşağıdakı qaydada analiz edilir: torpaq nümunəsinin yarısını tavaya qoyub 30 dəqiqə ərzində +83 °C dərəcədə saxlayın. Yerdə qalan hissəyə dəyməyin. Torpaq nümunəsi soyuduqdan sonra qızdırılmış və qızdırılmamış hissələri ayrı-ayrı qablara tökün və hər qaba alma tumu əkin. Nəzərə alın ki, tumu əkiləcək alma ən az 3 ay ərzində soyuducu anbarda saxlanmalıdır ki, onun tumlarında təbəqələr formalaşsın və cücərmə prosesi sürətlənsin. Tumlardan çixan cücərtilər 25-35 santımetr böyüdükdən sonra qızdırılmış və qızdırılmamış torpaqda yetişən nümunələri müqayisə edin. Əgər qızdırılmış torpaqdakı ting qızdırlmamış torpaqdakı tingdən iki dəfə artıq boy atarsa, fumiqasiyanın tətbiq olunması məsləhət görülür. İntensiv Meyvə Bağlarının Gübrələnməsi Qida elementləri çatişmazlığı, ağaclarda vizual simptomlar müşahidə olunana qədər məhsuldarlığın aşağı düşməsi, keyfiyyətsiz meyvənin olması və hətta hər iki hala səbəb ola bilir. Effektiv gübrələmə proqramına əsasən əkindən qabaq sahə hazırlanır (əvvəlki bölmələrdə müzakirə olunub) və sahənin qida maddələrinə olan tələbatı müəyyən edilir. Beləliklə, meyvə bağında ümumi qida çatışmazlığı, toksik maddələr və balansın pozulması halları vaxtında aradan qaldırılır. Bu məqsədlə aşağıdakı tədbirlər görülür: 1.Torpağın analizi -Əkindən qabaq -Əkindən sonra – torpağın üst qatından 20-25 cm dərinlikdə nümunə götürün və pH səviyyəsini yoxlayın. Nümunələri gübrə səpilmiş ərazidən götürün. 2.Toxumanın analizi -Vaxtaşırı olaraq nümunə götürün və ağacların qida tərkibində mövcud olan dəyişiklikləri aşkarlayın. Qida maddələrinə olan illik tələbatın qrafik təsviri bu dəyişikliklərin müşahidəsini daha da asanlaşdırır. Çatışmazlığın müəyyən edilməsi və aradan qaldırılması – qida çatışmazlığını müəyyən etmək üçün şübhələndiyniz sahələrdəki ağaclardan nümunə götürün. Həmin və digər hissələrdəki eyni yaşdan, sortdan və calaqaltıdan olan ağaclardan nümunə götürərək toplayın və müqayisə edin. Məhsuldarlıq və keyfiyyətlə bağlı məlumatların qeyd edilməsi – verilmiş gübrənin miqdarı və analizi ilə bağlı məlumatları da qeyd edin. 3.Müşahidə – Yarpağın rəngi və vegetativ örtüyün miqdarı (“mahmızsız” sortlarda minimum 25-30 sm, mahmızlı sortlarda isə 15-25 sm) hər hansı potensial problemin göstəricisi ola bilər. Əgər hər hansı fərq müşahidə olunarsa, həmin ağacı nişanlayın və yarpaqdan nümunə götürün. 7


İntensiv Alma Bağlarının İdarə Olunması

İntensiv Bağlar Üçün Calaqaltılar Yüksək sıxlığa malik olan meyvə bağları üçün cırtdan calaqaltılar üzərində çoxaldılmış meyvə tingləri tələb olunur. Müasir dövrdə intensiv bağçılıq üçün yalnız 3 calaqaltı qrupu və ya növü mövcuddur. Bağda təkcə kiçik ağacların olması kifayət etmir, ağacların erkən bar verməsi də vacib amildir. Tələblərə cavab verən və satışda olan ən çox calaqaltılar hələ ki, M.9 (Malling 9), Bud.9 (Budagovsky 9) və M.26 (Malling 26) calaqaltılarıdır. Qeyd etmək lazımdır ki, mükəmməl calaqaltı yoxdur, yəni hər bir calaqaltının gücü və imkanları konkret situasiya əsasında qiymətləndirilməlidir. Cədvəl 1-də calaqaltıların üstün və çatışmayan cəhətləri göstərilib. İntensiv bağçılıq üçün nəzərdə tutulmuş belə calaqaltıların üzərində yetişən ağaclara dayaq vermək, onları lazımi qaydada suvarmaq lazımdır. Əvvəllər istifadə olunan “Mark” calaqaltısı artıq tövsiyə edilmir, çünki bu calaqaltı quraqlığa qarşı çox həssasdır. Hal-hazırda intensiv bağçılıqda yalnız bir neçə calaqaltından istifadə olunsa da, Kornel Universitetinin Ceneva Elmi-Araşdırma Stansiyasında həyata keçirilən seleksiya proqramı çərçivəsində bir neçə əlavə calaqaltı sortu qiymətləndirilib və növbəti illərdə məhdud sayda satışa çıxarılacaq. Bu calaqaltıların əsas üstün cəhəti onların bakterial yanıq xəstəliyinə qarşı davamlı olmasıdır. Bununla belə, geniş miqyaslı əkin üçün bu calaqaltıların daha yüksək səviyyədə qiymətləndirilməsinə ehtiyac vardır.

8


İntensiv Alma Bağlarının İdarə Olunması

* Hal-hazırda M.9 calaqaltısının əksər klonları tinglik təsərrüfatlarında satılır. Bununla belə, ağacın boy atmasında və məhsuldarlığında nisbətən cüzi fərqlər (10%-lik hədd daxilində) yaranır. Ən böyük fərq isə calaqaltıların tinglik təsərrüfatında nə dərəcədə çoxaldıla bilməsidir.

9


İntensiv Alma Bağlarının İdarə Olunması

M9 Calaqaltıda olan alma ağacının digər calaqaltılara görə müqayisəsi

10


İntensiv Alma Bağlarının İdarə Olunması

Ağaclara Forma Vermək Üçün Hansı Budama Üsullarından İstifadə Etmək Lazımdır? Intensiv bağçılıqda ağaca forma vermək üçün bir sıra sistemlərdən istifadə edilir. Tez-tez verilən suallardan biri də “Hansı sistemdən istifadə etməliyəm?” sualıdır. Cədvəl 2 –də istifadə olunan 4 əsas budama formaları mərkəzi ana budaq, şaquli ox, hibrid ağac konusu (HYTEC) və nazik mil formalarıdır. Cədvəldə verilmiş hər bir ağac növünün diaqramı ilə bərabər hər sistemin xüsusiyyətləri də göstərilib. Qeyd etmək lazımdır ki, hər bir ağacın ana budağı saxlanılır və bütün dəyişikliklər məhz bu budağa əsaslanır. Sistemlər arasındakı əsas fərqləri ağacın hündürlüyü, cərgəarası məsafə və ana budağın forması təşkil edir. Hal-hazırda əsas şpaler sistemləri, məs. Ebro, Linkoln çətiri, Y şəkilli şpaler, şaquli şpaler və s. da qiymətləndirilir. Ağaca forma vermək üçün tətbiq olunan budama sistemi ağacın hərtərəfli budanmadığı təqdirdə ilk 3 il ərzində məhsuldarlığa əhəmiyyətli dərəcədə təsir göstərmir. Ağacların sıxlığı, daha dəqiq desək, günəş işığının nə dərəcədə nüfuz etməsi meyvənin erkən yetişməsinə təsir edən əsas amillərdən biridir. Budama sistemi günəş işığının çətir daxilində bərabər paylanmasını təmin etdiyi üçün bağın formalaşmasında və inkişafında mühüm rol oynayır. Günəş işığını 70% qəbul edən məhsuldar bağlar digərləri ilə müqayisədə daha çox bar verir. Ümumiyyətlə, yuxarı budaqların aşağı budaqlara kölgə saldığı təqdirdə ağac daha az günəş işığı qəbul edir. Ona görə də budaqları lazımi qaydada budamaq və ya saxlamaq lazımdır. Ağacın lazımi miqdarda günəş işığı qəbul edə bilməsi ağacarası keçidin eninin ağac hündürlüyünə olan nisbəti ilə əlaqə təşkil edir. Ümumiyyətlə, ağacın hündürlüyü belə keçidin enindən iki dəfə artıq olmamalıdır. İlk 3-5 il ərzində erkən məhsuldarlığı maksimum səviyyəyə çatdırmaq üçün haçalanma bucağının enli olduğu bütün yan budaqları saxlamaq lazımdır. Aşağı budaqlardan təxminən 30 sm yuxarıda ikinci dərəcəli daimi budaq örtüyünü bəzi hallarda (yəni, ağac günəş işığını lazımi miqdarda qəbul etməzsə) ləğv etmək olar. Yan budaqların şaxələnməsi və çiçəkləmənin sürətlənməsi üçün daimi budaq, şaquli budaq örtüyünə nəzərən 85°dərəcə bucaq altında yayılmalıdır (açılmalıdır). İkinci budaq örtüyünün üzərindəki budaq cərgələri isə 3-4 ildə bir dəfə yenilənməlidir. Yan budaq örtüyünün diametri ana budağın diametrinin 50%-nə yaxın olarsa, yan budaqları aşağı istiqamətli bucaq altında budamaq lazımdır. Belə budama növü “Holland Kəsimi” adlanır (bax: Şəkil 1). Belə budama üsulu dib hissədə yerləşən gizli tumurcuqların böyüməsinə və haçalanma bucağının enli olduğu yan budaqların inkişaf etməsinə şərait yaradır. Bundan başqa, ağacın konus formasında saxlamaq vacibdir ki, günəş işığı çətirin daxilinə bərabər miqdarda nüfuz edə bilsin. Bununla belə, ilk 3-4 il ərzində budamanı minimum səviyyədə saxlamaq lazımdır. Bunun üçün digər texniki üsullardan istifadə etmək olar (məs. vegetasiya mövsümündə təxminən 6 həftədə bir dəfə budaqları əymək, yaymaq və s. olar. 11


İntensiv Alma Bağlarının İdarə Olunması

Cədvəl 2. İntensiv bağlarda budama sistemlərinin xüsusiyyətləri və ənənəvi “Ana Budaq” sistemi ilə müqayisəsi.

Şəkil 1. “Holland Kəsimi” gizli tumurcuqların böyüməsinə şərait yaratmaq üçün yan budaqların xüsusi bucaq altında budanmasıdır (haçalanma bucağına diqqət yetirin).

12


İntensiv Alma Bağlarının İdarə Olunması

Ağacın Formalaşması İntensiv bağlarda ağacların budanması məhz tingin əkildiyi vaxtdan başlayır. Əgər aldığınız tingin budağı yoxdursa, onu 75-85 santımetr hündürlük saxlamqla, yuxarı hissədən budayın (kəsin). Əgər ting qol-budaqlıdırsa, torpaq səthindən 60 sm hündürlükdə olan bütün budaqları kəsin və yan (faydalı) budaqlardan 25 sm hündürlükdə ana budaq saxlayın. Belə ağaclar erkən dövrdə daha çox bar verir. Ağac 8-10 sm boy atdıqdan sonra möhkəm budaqlardan birini yeni ana budaq kimi saxlayın və həmin budağın dibindən (əsasından) 8-10 sm çıxan bütün dik budaqları kəsin. Ana Budağın İdarə Olunması Üçün Tətbiq Olunan Texniki Üsullar Şəkil 2-də göründüyü kimi, əvvəlki ildən qalmış budaqsız cücərtinin üzərinə polietilen paket keçirilir. Bu yanaşma yalnız 75-80 santımetr ana (lider) budaqda effektiv təsir göstərir, yəni budaq uzun olarsa onu kəsib 80 sm saxlamaq lazımdır. Polietilen paket tumurcuq çıxmazdan 4-6 həftə qabaq (fevralın əvvəlindən ortalarına kimi) ana budağa keçirilməlidir. Bu zaman paketin sonluğu sancaq və ya lentlə bərkidilməlidir. Yeni yan budaq cücərtiləri 2.5-5.0 sm uzanana kimi belə paketləri bağlı saxlamaq lazımdır. Paketi çıxardıqdan sonra dərhal ağaca yarpaqdan 25 q (250 ppm) Promalin (hər 100 litr suya 1.3 litr yayıcı yapışdırıcı maddə) və əlavə olaraq (bir yerdə) yarpaq səthində buxarlanmanı və tez qurumanı ləngidən antidessikant maddəsi verin. Şəkil 3-də göründüyü kimi, vegetasiya mövsümündə yeni ana budağın böyüyən hər 45 sm hissəsini 45° əyin və ağacın dayaq sisteminə bərkidin. Sonrakı hər bir budaq ardıcıl olaraq əks istiqamətdə əyilib ziqzaq forması yaratmalıdır. Bu texniki üsul cari mövsümdə çıxmış bəzi yan budaqların böyüməsinə, digər budaqların isə növbəti yaz aylarında formalaşmasına səbəb olur. Bununla belə, əyilmiş yan budaqlar daha çox böyüyərək ana budaq ilə rəqabətə girməməlidir. Ümumiyyətlə, ana budaq həddən artıq qol-budaq atdıqda və ağacın gücünü azaltmaq lazım gəldikdə bu texniki üsuldan istifadə olunur. Ağacın gücündə tarazlıq yaratmaq üçün ana budaq sükunət dövründə kəsilərək zəif yan budağa çevrilir (buna baxmayaraq öz möhkəmliyini qoruyub saxlayır), həmin budaq bundan sonra böyüyərək dayağa bağlanır və yeni daha zəif ana budaq formalaşır (bax Şəkil 4). Çərtmə (çapıq) ilə müalicə (bax: Şəkil 5). Bu müalicəvi üsul əsasında çiçəkləmədən 2-3 həftə qabaq ana budağın budaqsız hissəsində bışqı ilə kiçik çapıq (eni 3 – 4 mm) qoyulur və bu çapığın uzunluğu orta hesabla ağacın diametrinin təxminən üçdə-bir hissəsini əhatə edir. Bu zaman yalnız qabığın floema təbəqəsi kəsilməlidir və oduncaq zədələnməməlidir. Bunu etdikdə erkən barverməyə mane olan yuxarı budaqlar inkişaf etmir. Bu prosedur vaxt apardığı üçün onu yalnız budaqsız hissələrin bərpa olunması üçün istifadə edin. 13


İntensiv Alma Bağlarının İdarə Olunması

Şəkil 2. Ana budağın paketlə formalaşması.

Şəkil 3. Əsas gövdənin ilanvari formda inkişafı

Şəkil 4. Zəif yan budağın ana budaq kimi formalaşması.

14


İntensiv Alma Bağlarının İdarə Olunması

Şəkil 5. Ana budağın çərtilməsi (çapılması) Yan Budaqların İdarə Olunması ® Yeni yan budaqların uzunluğu 8-15 santımetr olduqda onları sancaqlar (qarmaqlar), iplər və ya digər üsullarla üfüqi istiqamətdə yaymaq lazımdır. ® Yan budaq cücərtiləri genişlənərsə, onları təxminən üfüqi istiqamətdə bağlamaq lazımdır. Budaqların vaxtında mövqeləndirilməsi adətən ikinci dərəcəli dik budaqların yan budaqların yuxarı hissəsi boyunca inkişaf etməsinə şərait yaradacaq. ® Ikinci dərəcəli dik budaqlar böyüdükcə və ağırlaşdıqca onları da üfüqi istiqamətdə mövqeləndirmək və bəzi buduyaraq seyrəltmək lazımdır. Ümumiyyətlə, ən güclü budaqlar kəsilməli və nisbətən güclü olan budaqlar isə üfüqi istiqamətdə mövqeləndirilməlidir. Yay aylarında yan və ikinci dərəcəli budaqları bir neçə dəfə mövqeləndirmək lazım gələ bilər. Bu zaman ağacın barvermə potensialı güclənəcək və ilk 3-4 il ərzində budamaya olan tələbat azalacaq. ® Ana budağın saxlanması üçün tətbiq olunan texniki üsullar və yan budaqların idarə olunması hər mövsümdə ağacın arzu olunan hündürlüyü təmin olunana kimi təkrarlanmalıdır.

15


İntensiv Alma Bağlarının İdarə Olunması

İntensiv Bağlar Üçün Dayaq Sistemləri Dayaq sistemləri, adından göründüyü kimi, ağaclara dayaq vermək, onların sabitliyini artırmaq, bağın idarə olunmasını asanlaşdırmaq, eləcə də meyvə və yarpaq örtüyünün lazımi miqdarda günəş işığı qəbul etməsi üçün istifadə olunur. Dayaq sistemləri bağın ömrünə uyğun olaraq layihələnməlidir. İntensiv bağlarda bir çox dayaq sistemlərindən istifadə olunur. Hazırkı materialda nazik mil (Şəkil 6a), şaquli ox (Şəkil 6b) və müxtəlif şpalerlər (Şəkil 7) üçün istifadə olunan dayaq sistemləri göstərilib. Bundan başqa, məftilli şpaler sistemi olmayan bağlarda ağaclara dayaq vermək üçün xüsusi payalardan (məs. diametri 7.5 sm olan taxta dayaqlardan və bucaqşəkilli polad payalardan) da istifadə etmək olar. Ayrı-ayrı ağaclar üçün istifadə olunan xüsusi payaların uzunluğu 3.5-4.5 m olmalı və əkindən sonra qısa müddət ərzində torpağa 60-80 sm dərinlikdə (ağacdan 15 sm aralı) basdırılmalıdır. Nazik mil tipli budama sistemi (Şəkil 6a) üçün böyük dayaqlar, ankerlər və ya məftillər tələb olunmur. Bunun üçün taxta payaları torpağa vurmaq və budaqları onlara bağlamaq kifayət edir. Ağaclara dayaq vermək üçün metal və ya 2x2 ölçülü borulardan istifadə etdikdə müvafiq aralıqda daha böyük payaların da vurulması və onların əlavə olaraq məftillə bərkidilməsi məsləhət görülür. Şaquli oxlu şpalerlər (Şəkil 6b) 3 metrlik şpaler sisteminə bənzəyir. İstehsalçı belə sistemə dəyişiklik edə bilmir, yəni dirəklərin ölçüsü və yeri dəyişməməlidir. Ağaca dayaq vermək üçün müxtəlif məftillərdən istifadə etmək olar. Əsas dayaq vasitələrinə bambuk çubuqlarını, nazik payaları, məftilləri, simləri və digər materialları misal göstərmək olar. Müxtəlif hündürlükdə olan şaquli şpalerlər demək olar ki, bütün ölkələrdə istifadə olunur (bax: Şəkil 7). Belə şpalerlər lazımi qaydada layihələndikdə, quraşdırıldıqda və saxlandıqda müsbət nəticə verir. Bununla belə, fermerlərin və meyvə yığan işçilərin əksəriyyəti şpaler sistemini xoşalmırlar, çünki məftillər və dirəklər onların cərgəarası hərəkət etmələrinə mane olur. Bundan başqa, işçilər ağacı budayarkən tez-tez məftili kəsirlər və sistemin təkrar bərpası çətin olur. Bütün belə çatışmayan cəhətləri nəzərə alan fermerlər digər sistemləri üstün tuturlar. Uzun və davamlı şpaler sisteminin qurulması üçün: ·Dirəyin dərinliyi uzunluğunun üçdə biri qədər olmalıdır. Bu zaman onun müqaviməti ikiqat artacaq. ·Yadda saxlayın ki, yerə vurulmuş dirəklər basdırılmış dirəklərlə müqayisədə 1.5 dəfə müqavimətli olur. ·Basdırılmış dirəklərin enli başı çuxurda olmalıdır. ·Yerə vurulmuş dirəklərin isə nazik ucu yerə girməlidir. ·Qalvanizə olunmuş, gərilməyə davamlı 12.5 kalibrli məftillərdən istifadə edin. ·Uzunluğu 4.5 sm (13⁄4 düym 1 düym=2,54 sm) olan 9 kalibrli pərçimlərdən istifadə edin. Belə pərçimlər uzunluğu 4 sm (11⁄2 düym) olan pərçimlərlə müqayisədə dartılaraq çıxmaya qarşı 50 % daha çox davamlı olur. Maksimum saxlama gücünə malik olan pərçimlərdən istifadə etmək lazımdır. 16


İntensiv Alma Bağlarının İdarə Olunması

® Pərçimləri taxta dirəklərə şaquli istiqamətdə vurmaq olmaz, əks halda dirəklər parçalanaraq pərçimlərin saxlama gücünü zəiflədə bilər. ® Pərçimləri birbaşa olaraq məftilin üzərinə vurmaq olmaz, əks halda məftilin sink təbəqəsi zədələnə və öz gücünü itirə bilər. ® Məftilin öz gücünü saxlaması üçün mexaniki birləşdirmə vasitələrindən istifadə edin. ® Şpaler məftillərini gərmək üçün xəttə daimi dartma mexanizmi quraşdırın. Bu vasitələr boşalmış məftili dartaraq bərkidir. ® Yadda saxlayın ki, şpaler sonluğundakı ankerlər məftilin dartılmasına çox kömək edir. Qeyd: Azərbaycanda ən çox beton dirəklərdən istifadə olunur.

Şəkil 6a. “Nazik ox” formasında budanmış təkdayaqlı ağac 17


İntensiv Alma Bağlarının İdarə Olunması

Şəkil 6b. Üç məftilli və ya fərdi dayaq sistemi

Şəkil 7. İntensiv bağlar üçün çoxməftilli dayaq sistemi.

Şəkil 7. İntensiv bağlar üçün çoxməftilli dayaq sistemi.

18

Şəkil 9. “V” formalı intensiv alma bağı


İntensiv Alma Bağlarının İdarə Olunması

1 Hektar İntensiv Alma Bağının Salınması Üçün Görülən İşlər və Onlara Çəkilən Xərclər** Alma bağlarının rentabelliyi (gəlirliliyi) almanın sortundan, məhsuldarlığından, kalibrindən, eləcə də fermerin seçdiyi marketinq kanalından asılı olur. Marketinq kanalları buna müvafiq olaraq almanın qiymətinə də təsir edir. Fermerlər ənənəvi sortlarla müqayisədə məs. Red Delisis, Golden Delisis, və Rome yeni sortlardan, məs. Ginger Gold, Qala, Fuji və Pink Leydi daha çox gəlir əldə edə bilərlər. Hazırda (2019-cu il nəzərdə tutulur) 1 hektar normal intensiv alma bağının salınmasına orta hesabla 60000 AZN (35000 dollar) xərc tələb olunur: 1 ha sahədə 2000 -2500 ədəd alma ağacı əkilir. 4 m x 1.2 m və ya 4 m x 1 m distansiyalarda (sxemlərdə) ·Ağacların alınması 1 ha üçün – 15,000 – 17,000 AZN (8,500 – 10,000 USD) 1 ədəd – 6.5 – 7 AZN (3.8 USD – 4 USD) ·Avropadan idxal olunduqda – 1 ədəd ağacın qiyməti : 9-10 AZN (4.6 – 5.30 EUR) ·Transport – 12,000 AZN (6,500 EUR) ·Sahənin əkin üçün hazırlanması (şumlanma – disk – frez) – 1ha - 600 AZN ·Şum altı gübrələnmə - superfosfat– 1 ha üçün 250 kg - 200 AZN ·Damcı suvarma sisteminin qurulması – 4250 AZN (2500 USD) ·Nasosxana tikintisi – 8000 – 10,000 AZN -/+ ·Dirək sistemi : 350 - 370 ədəd x 18 azn = 6,700 Azn - / + ·Daşinma xərci: - 300 Azn ·Ağacların bağlanması üçün məftil – 1 ha - 700 kg. 1kg – 1.95 AZN (qiymət 01/01/2019 tarixinə) - orta hesabla 1365 AZN ·Tros – 400 M – 1 ha üçün – 1 M x 0.80 AZN - 400 x 0,80 Azn=320 AZN ·Ankerlər 1 ədəd 16-lıq armaturdan düzəlir – 1 M – 1.4 AZN / baş hissə əyilir. Əyilmə 1 ədəd üçün 0.50 qəpik. 1 ha üçün say cərgənin uzunluğundan asılıdır. 50 ədəd 1 ha üçün -/+ (orta hesabla 1,40 azn + 0,50 azn)x50 ədəd = 95 azn ·Ağac əkilməsi 1 ədəd–0.15 qəpik (2000x0,15=300azn və ya 2500x0,15=375 azn) ·Dirək basdırılması 1 əd – 2.20 qəpik (350x2.20=770 azn və ya 350x2.25=814 azn) ·Su hövzəsinin qazılması – 6,000 – 8,000 AZN ·Bağ üçün digər aksesuarlar 1 ha - 200 AZN ·1-ci il üçün sanitar müalicə ücün fito sanitar preparatlar – 2,000 AZN ·Gübrə birinci il üçün - 700 AZN ·Sonrakı illərdə isə gübrə və dərmanlara orta hesabla– 4,500 AZN **QEYD: Nəzərə alın ki, göstərilən bu qiymətlər sadəcə olaraq bir nümunədir və 2018-2019-cu illərdə olan orta qiymətləri əks etdirir və hər an tələb və təklifdən, infilyasiya və digər bu kimi səbəblərdən asılı olaraq dəyişə bilər. 19


İntensiv Alma Bağlarının İdarə Olunması

MƏHSULDARLIQ 1-ci il – 0 Ton 2-ci il – 5 ton 3 –cü il – 15 ton 4 - cü il – 25 -35 ton 5 ci il – 45 -55 ton 6- cı il – 60-70 ton Meyvə bağlarında məhsuldarlığın davamlı və artan tempdə olması üçün mütləq kimyəvi kəmiyyət seyrəltməsi olmalıdır. Bu proses adətən may ayında meyvələrin ölçüləri 8-14 mm olanda aparılır. İyul ayının əvvəlində isə əl ilə keyfiyyət seyrəltməsi aparılmalıdır. Bu zaman standarta cavab verməyən meyvələr (məsələn, qüsurlu formada formalaşan, uyğun kalibirdən geri qalan, müxtəlif səbəblərdən zədələnən meyvələr) və cox sıx olan meyvələrin bir qismi əl ilə qoparılaraq atılmalıdır. Bu proseslər meyvələrin vaxtında və uyğun kalibirdə böyüməsinə və xüsusən də meyvə bağlarının hər il məhsul verməsinə kömək edir.

20


İntensiv Alma Bağlarının İdarə Olunması

Əlavə məlumatlar İntensiv bağlarda ağacların əkin sxemindən aslı olaraq sıxlıq cədvəli

21


İntensiv Alma Bağlarının İdarə Olunması

ALMANIN TOZLANMA CƏDVƏLİ (Cədvəldə üfüqi və şaquli xətt üzrə kəsişənlər biri birini tozlandıra bilir)

22


İntensiv Alma Bağlarının İdarə Olunması

Tumlu meyvələrdə fenoloji mərhələlər Fenoloji mərhələlər meyvə bitkilərində qış dövründə yatmış tumurcuğun oyanma dövründən meyvə formalaşmasına qədər dövrü əhatə edir. Fitosanitar müalicə və gübrələnmə mərhələri üçün bu dövrləri bilmək vacibdir. İqlimlə əlaqəli olan hər hansı bir fenoloji mərhələ, eyni rayonun müxtəlif yerlərində fərqli ola bilər.

23


İntensiv Alma Bağlarının İdarə Olunması

24


İntensiv Alma Bağlarının İdarə Olunması

Meyvə Bağlarında Yayılmış Əsas Xəstəliklər Göbələk xəstəlikləri Dəmgil: Dəmgil göbələk mənşəli xəstəlikdir, əsasən almada Venturia inaequalis Wint və armudda Venturia inaequali Aderh göbələyi dəmgilin törədicisidir. Bu göbələyin inkişafı əsasən iki mərhələdən ibarətdir: ® Yay (konidi) mərhələsi; ® Qış (kisə) mərhələsi. Xəstəlik almada yarpaq ayasının üst, armudda isə alt tərəfində meydana gəlir. Xəstəlik bitkinin yarpaq, meyvə və zoğlarına yoluxur. Çiçək və toxumluqlarda tünd boz ləkələr formasında görsənir və zoğların üzərində isə kiçik qabarmalar müşahidə olunur. Dəmgilə yoluxmuş meyvələrin üzərində tünd zeytuni rəngli məxməri örtük olur. Yoluxmuş meyvələr cırtdan (kiçik) forma alır, ləkələr saxlama zamanı böyüyür və meyvə soluxur. Dəmgil meyvədə çürümə əmələ gətirməsə də bunun üçün mühit yaradır.

25


İntensiv Alma Bağlarının İdarə Olunması

Şəkil 10. Dəmgil xəstəliyinin həyat tsiklı Mübarizə tədbirləri: Şəkil 10-da dəmgil xəstəliyinin həyat tsiklı verilmişdir. Bu tsiklə əsasən xəstəliyi izləmək, ona qarşı vaxtında və effektli mübarizə aparmaq olar. Belə ki, dəmgil xəstəliyinin qışlama infeksiyasının məhv edilməsi başlıca şərtlərdən biridir. İlk növbədə yoluxmuş yarpaqlar toplanılaraq qazılmış dərin çalada basdırılır və ya sahədən kənar bir hissədə yandırılır. Xəstəliyə qarşı kimyəvi mübarizə zamanı mövcud olan və icazə verilən funqisidlərdən istifadə etmək lazımdır. Unlu şeh xəstəliyi (Podosphaera leucotricha): Xəstəlik meyvə ağaclarının yarpağını, zoğlarını, çiçək və meyvələrini sirayətləndirir. Sirayətlənmiş orqanlar küləbənzər örtüklə örtülür və məhv olur. Xəstəlik erkən yazda tumurcuqlar açmağa başlayanda müşahidə olunur. Xəstəliyə yoluxmuş yarpaqlar tez quruyur, zoğlar inkişafdan dayanır və nəticədə ağaclar meyvə verə bilmir. Xəstəliyin inkubasiya müddəti 4-10 günə bərabərdir. Xəstəliyin törədicisi yarpaq və meyvə tumurcuqlarında qışlayır. Şəkil 13-də unlu şeh xəstəliyinin həyat tsikli verilmişdir. bu tsiklə əsasən xəstəliyi izləmək, ona qarşı vaxtında və effektli mübarizə aparmaq olar.

26


İntensiv Alma Bağlarının İdarə Olunması

Şəkil 11. Almanın çiçəklərində unlu şeh xəstəliyi

Şəkil 12. Alma ağacının yarpaqlarında unlu şeh xəstəliyi

Şəkil 13. Unlu şeh xəstəliyinin həyat tsikli

27


İntensiv Alma Bağlarının İdarə Olunması

Mübarizə tədbirləri: Unlu şeh xəstəliyi ilə mübarizədə əsasən aqrotexniki tədbirlər kompleksinə üstünlük verilməlidir. Budama zamanı yoluxan budaqlar kəsilməlidir. Bir tərəfli qaydada azotlu gübrələrdən istifadə unlu şeh xəstəliyinin inkişafını stimullaşdrır. Xəstəliyə qarşı meyvə bağlarında minimum 3 çiləmə aparılır. Bu zaman mövcud olan və icazə verilən funqisidlərdən istifadə etmək lazımdır. Monilioz xəstəliyi: Monilioz xəstəliyi meyvə ağaclarının çiçək qrupunun (Monilinia laxa f.sp. mali) zoğları və budaqlarına sirayət edir. Budaqlar yoluxduqda onların qabığı bozarır, quruyur, büzüşür və çatlayır. Meyvələr (Monilinia fructigena spp) bu xəstəliyə əsasən onların mexaniki zədələnmiş hissələrindən yoluxur. Xəstəlik meyvənin üzərində qonur ləkənin əmələ gəlməsi ilə başlayır və bir neçə gün ərzində bütün meyvəni əhatə edə bilir. Bu ləkələrin üzərində ağ və ya krem rəngli həlqəvi kif yaranır. Monoliozun digər forması, monilial yanıq, yoluxmuş çiçəklərin qonurlaşması və quruması ilə müşahidə edilir. Qışı çox qarlı, yazı isə rütubətli, soyuq və uzun olan illərdə monilial yanığın daha güclü və geniş yayılmasını gözləmək olar.

Şəkil 14. Almada manilioz xəstəliyi- meyvə, zoğ və çiçəklərdə Meyvə çürüməsi xəstəliyi (Monilinia fructigena): Xəstəlik nəticəsində meyvələrin üzərində qonur və ya tünd-qonur rəngli, cüzi batıq ləkələr yaranır. Sonradan meyvələr kifə bürünür və kif digər sağlam meyvələrə də tez keçə bilir. Meyvənin ləti yumşalır, qonurlaşır və turş və xarab meyvə iyi verir. Meyvə çürüməsinin bir çox növləri vardır. Bunlardan ən çox rast gəlinəni qonur və boz çürümədir.

Şəkil 15. Almada meyvə çürüməsi 28


İntensiv Alma Bağlarının İdarə Olunması

Şəkil: 16. Qəhvəyi (boz) çürümə xəstəliyinin həyat tsikli Mübarizə tədbirləri: Monilioza qarşı mübarizə tədbirlərinin aparılması zamanı ilik növbədə infeksiya mənbələri məhv edilməli, meyvələrin yoluxmasına yol verilməməlidir. Bunun üçün bağda cərgəaraları təmizlənməli, mumyalaşmış meyvələr toplanmalı və basdırılmalıdır. Bağda meyvə ağacları meyvələri zədələyən həşaratlardan azad edilməlidir. Monilioz yanıq formasında inkişaf edirsə, yoluxmuş budaqlar kəsilməlidir. Meyvə bağlarında dəmgil və unlu şeh xəstəliklərinə qarşı fungisidlərlə aparılan kimyəvi mübarizə tədbirləri eyni zamanda monilioz xəstəliyinə də qarşı etibarlı mühafizə tədbiri hesab edilir. Şəkil 16-da almada çürümə xəstəliyinin həyat tsikli verilmişdir, buna əsasən xəstəliyi izləmək, ona qarşı vaxtında və effektli mübarizə aparmaq olar. Alternarioz xəstəliyi (Alternaria mali): Bu xəstəlik alternaria cinsindən olan göbələklərin törətdiyi bitki xəstəliyidir. Xəstəlik almanın yarpaqlarını və meyvələrini yoluxdurur. Xəstəliyin ilkin əlamətləri yarpaqların üzərində bənövşəyi rəngli sərhəddi olan kiçik tünd-palıdı rəngli ləkələrin əmələ gəlməsi ilə müşahidə olunur. Ləkələr getdikcə böyüyür və bəzən də birləşə bilirlər. Xəstəliyin ilkin əlamətlərini çiçəkləmədən təxminən bir ay sonra görmək olar. Yoluxmuş meyvələrin toxuması bərkiyir. Göbələyin sporları bitki qalıqlarının üzərində qışlayır və yazda əlverişli şərayit olan kimi patogenin yoluxması yağış, külək və həşəratların vasitəsilə baş verir. Göbələk sporları yayda yağışlı və isti hava şəraitində daha sürətli yayılır. 29


İntensiv Alma Bağlarının İdarə Olunması

Mübarizə tədbirləri: Xəstəliyin qarşısını alamaq üçün ilk növbədə yoluxmuş olan bitki qalıqları sahədən uzaqlaşdırılmalı və ilkin yoluxma müşahidə olunduğu halda uyğun funqisidlərdən istifadə edilməlidir. Xəstəliyin idarə olunması demək olar ki, dəmgil xəstəliyində olduğu kimidir. Beləki, mankozeb, difenokonazol, tiram, mis tərkibli dərmanlar və s. istifadə oluna bilər.

Şəkil 17. Altermariya xəstəliyi meyvə və yarpaqlarda Almada qara xərçəng xəstəliyi Sphaeropsis malorum Peck: Bu xəstəlik yarpaqların üzərində qırmızı və ya palıdı-qonur rəngdə ləkələrin əmələ gəlməsi ilə başlayır, sonradan bu ləkələrin ortası bozarır. Ləkələr getdikcə biri digərindən yaranırmış kimi artır və yarpağın bütün hissəsinə yayılır. Yoluxmuş yarpaqlar vaxtından əvvəl tökülür.Yoluxmuş gövdə və budaqların qabığı üzərində əvvəlcə yağlıtəhər ləkələr görünür ki, bunlar da sonralar tünd bozumtul rəng alır. Yoluxmuş meyvələrdə isə əvvəlcə qonur ləkələr əmələ gəlir, ləkələr yayılaraq bütün meyvəni əhatə edir və bu ləkələrin üzərində qara nöqtələr görünür. Meyvələrin üstü kobudlaşır, onlar qara və ya palıdı rəng alır. Meyvələrin güclü yoluxması əsasən yetişmə dövründə müşahidə olunur. Xəstəlik törədicisi bitkinin yoluxmuş toxumalarında mitsel formasında qalır.

Şəkil 18. Almada qara xərçəng xəstəliyi

30


İntensiv Alma Bağlarının İdarə Olunması

Mübarizə tədbirləri: Bağları qara xərçəng xəstəliyindən qorumaq üçün profilaktiki tədbirlərin rolu böyükdür. Bitkilərin sirayətlənməsinə yol verilməməlidir. Bunun üçün aqrotexniki, aqromexaniki və digər tədbirlər kompleksi həyata keçirilməlidir. •Bağ salınarkən sahənin yararlılığı, sortların davamlılığı, əkin sıxlığı və s. nəzərə alınmalıdır. •İlk başlanğıcdan başlayaraq torpaq və bitkilərə düzgün qulluq olunmalıdır: alaq bitkiləri ilə vaxtında mübarizə aparmaq, torpağın becərilməsinə dair məsləhətlərə ciddi əməl etmək, gübrələnmə, suvarma, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərini vaxtlı-vaxtında aparmaq lazımdır. •Ştamp və budaqların mexaniki zədələnməsinə yol verməmək, budama zamanı kəsilmiş hissələri təbii yağlı boya ilə işləmək lazımdır. •Güclü yoluxmuş, qurumuş ağacları kökündən çıxardaraq bağdan kənarlaşdırmaq lazımdır. Bitkiləri mümükün qədər günəş və şaxta zədələrindən qorumaq lazımdır. Sitosporoz xəstəliyi (Cytospora carposperma Fr.): Xəstəlik ağacın gövdəsinin və qabığının müxtəlif hissələrini yoluxdurur. Əvvəlcə qabığın üzərində tünd rəngli yaralar əmələ gəlir və bu yaralar getdikcə dərinləşərək daha çox sahəyə yayılır. Qara xərçəng xəstəliyinə oxşar şəkildə, gövdənin qabıqlarında böyük olmayan basıq ləkələrlə müşahidə edilir. Qara xərçəng xəstəliyindən fərqli olaraq solmuş qabıq sonrakı müddətdə də öz rəngini (qırmızı-qəhvəyi və ya palıdı-qırmızı) saxlayır və qabıq oduncaqdan çətin ayrılır. Nəticədə gövdənin xeyli hissəsinin qabığı məhv olur və budaqlarla birlikdə tökülür. Qabıq və kambi hüceyrələri məhv olduqca xəstəlik törədicisi oduncağa da təsir edir.

Şəkil 19. Almada sitosporioz xəstəliyi 31


İntensiv Alma Bağlarının İdarə Olunması

nə qarşı mübarizə tədbirləri qara xərçəng bəzən bitkilərin yarpaqlarına həm də pas, xəstəliklərin törədicilərini yoluxdura bildiyi

pier-virginianae): Adətən xəstəlik yayın ında və bəzən meyvələrində inkişaf edir. konusvari şişlər yaranır. Güclü yoluxmuş muş ağacların meyvələri keyfiyyətsiz olur .

da pas xəstəliyi

sas və aralıq sahibində həyat tsikli


İntensiv Alma Bağlarının İdarə Olunması

Mübarizə tədbirləri: Patogenin əsas inkişaf tsikli ardıc ağacı üzərində getdiyi üçün pas ilə yoluxmuş ardıc hər zaman tumlu meyvə bitkiləri üçün infeksiya mənbəyidir. Xəstəliklə mübarizə üçün ardıc olan sahələr izolə edilməlidir. Xəstəliyə qarşı kimyəvi mübarizə dəmgil və digər geniş yayılmış xəstəliklərdə olduğu kimidir. Şəkil 21-də almada pas xəstəliyinin həyat tsikli verilmişdir, patogenin əsas və aralıq sahibini müşahidə edərək ona qarşı vaxtında və effektli mübarizə aparmaq olar. Virus və Bakteriya Xəstəlikləri Bakterial xərçəng və ya bakterial nekroz: Bu xəstəlik bitkinin bütün yerüstü orqanlarını yoluxdurur. Cavan zoğların üzərində suluqlar əmələ gəlir, yarpaqlarda palıdı rəngli ləkələr yaranır. Yoluxmuş budaqlar odda yanmış kimi görünür. Xəstəlik erkən yazda generativ orqanların qonurlaşması və qaralması ilə başlayır və bu orqanların inkişafı dayanır.

Şəkil 22. Almada bakterial xərçəng xəstəliyi Xəstəlik bitkilərin köklərində və kök boğazında da müşahidə edilir. Bakteriyalar bitkilərin köklərinə müxtəlif mexaniki zədələnmə yerlərindən daxil olur ki, bunun da nəticəsində hüceyrələr və parenxim toxumalar güclü bölünür, bu isə toxumaların böyüməsinə və fırların əmələ gəlməsinə səbəb olur.

33


İntensiv Alma Bağlarının İdarə Olunması

Şəkil 23. Mübarizə tədbirləri: •Bu xəstəliklə səmərəli mübarizə formalarından biri tinglikdən başlayaraq elmi əsaslara uyğun növbəli əkinin düzgün təşkil edilməsidir. Ən yaxşı sələf bitkiləri çoxillik otlar, dənli–paxlalı bitkilər hesab edilir, çünki bu bitkilər bakterial kök xərçəngi xəstəliyinə yoluxmurlar. •Bitkilərə yüksək dozalı azotlu gübrələrin verilməsi məsləhət görülmür, əksinə bitkilərdə xəstəliyə qarşı davamlılığı yüksəldən fosfor və kalium gübrələrindən normalara uyğun miqdarda istifadə olunması səmərəli nəticələr verir. •Çalışmaq lazımdır ki, mexanizimlər vasitəsilə köklərin zədələnməsinə yol verilməsin. Məftil qurdları, bəzi torpaq zərərvericiləri, hansı ki, kökləri zədələyirlər, onlara qarşı vaxtında insektisidlərlə kimyəvi mübarizə aparılmalıdır. Almanın xırda yarpaqlılığı (rozetkavariliyi): Bu virus xəstəliyi ağacların inkişafını ləngidir, zoğlar zəif boy atır, yarpaqlar qaba, kövrək və dalğalı olur. Yarpaqların qıraqları bükülür, ölçüləri sağ-lam yarpaq ölçüsündən iki dəfə balaca olur. Çiçəkləmə normal olur, ancaq meyvə əmələgəlmə prosesi çətinləşir. Əmələ gələn meyvələr isə çox kiçik olur.

Şəkil 24. Almanın xırda yarpaqlılığı (rozetkavariliyi)

34


İntensiv Alma Bağlarının İdarə Olunması

Mozaika xəstəliyi: Bu virus xəstəliyi yazda almanın yarpaqlarında açıq-yaşıl, sonradan solğun-yaşıl və ya ağ zolaqların görünməsi ilə müşahidə olunur. Tədricən yoluxmuş yarpaqlar tökülür. Virusun bu əlamətləri ancaq cavan ağaclarda görünə bilir, yaşlı ağaclarda isə bu əlamətlər görünmür.

Şəkil 25. Almada Mozaika xəstəliyi Poliferasiya (İfritə süpürgəsi): Almada çoxlu sayda yan zoğların əmələ gəlməsi Poliferasiya virus xəstəliyinin əlamətidir. Qırmızımtıl rəngli yan zoğlar yay fəslinin ikinci yarısında yatmış tumurcuqlardan əmələ gəlir. Belə zoğların buğumaraları qısa olur. Ağacın böyüməsi ləngiyir, zəif meyvə əmələ gətirir və bu meyvələrdə toxumlar yetişmir. Yoluxmuş ağacların yarpaqları kiçik, qısa saplaqlı, xlorotik rəngdə olur. Bəzən belə ağaclarda çiçəkləmə gecikir və əmələ gələn çiçəklər kobud, meyvələr kiçik və solğun rəngli olurlar.

Şəkil 26. Poliferasiya (İfritə süpürgəsi) 35


İntensiv Alma Bağlarının İdarə Olunması

MEYVƏ BAĞLARINDA YAYILMIŞ SORUCU AĞIZ APARATINA MALİK OLAN ZƏRƏRVERİCİLƏR Qanlı mənənə Qanlı mənənə (Eriosoma lanigerum Hausm). Bərabərqanadlılar dəstəsinin (Homoptera) perfiqi (Pemphigidae) fəsiləsinə mənsubdur. Bərabərqanadlılar və ya xortumlular dəstəsindən olan bu həşarat alma ağaclarının təhlükəli ziyanvericisidir. Qanadsız fərdlərdən ibarət dişiləri qonur rəngdədir və səthləri ağ rəngdə sıx mum örtəyi ilə örtülüdür. Dişi fərdin uzunluğu təxminən 2 mm-dir. Qanlı mənənə zoğların, budaqların, gövdələrin və köklərin şirəsini soraraq ağacların həyat fəaliyyəti üçün lazım olan qidalı maddələrini götürür.

Şəkil 27. Ağaclarda qanlı mənənə Qanlı mənənənin zərərləri: Rütubətin az olması mənənəyə pis təsir edir, quraqlıq zamanı isə kütləvi surətdə qırılır. Şiddətli leysan yağışları da pis təsir edir. Zərərverici qidalanan zaman bitkinin hüceyrəsinə tüpürcək buraxaraq onu durulaşdırır, bu da şirənin sürətlə axmasına səbəb olur. Nəticədə zoğda, budaqda, kökdə müxtəlif şişlər əmələ gəlir və həmin şişkinliklər bir müddət sonra çatlayır. Həmin çatlardan xəstəlik törədən zərərli mikroorqanizmlər daxil olur və onu çürüdür. Beləliklə, ağac quruyub məhv olur. Qanlı mənənə ildə 12-15 nəsil verir.

36


İntensiv Alma Bağlarının İdarə Olunması

Mübarizə tədbirləri: İlk növbədə qurumuş budaqlar kəsilərək bağdan çıxarılmalıdır. Bağlarda zərərvericinin tüfeylisi olan afelinus minicisinin, parabizən böcəyinin və digər entomofaq (yırtıcı) həşaratların artırılmasına şərait yaradılmalıdır. Kimyəvi mübarizədə, emulsiya ilə çiləmə aparılmalıdır (Fosfor tərkibli üzvi birləşmələrlə). Bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilməlidir. Qanlı mənənə ilə əsas mübarizə tədbiri afelinus adlı tüfeylinin köməyi ilə aparılan bioloji mübarizədir. Bağda afelinusu yaymaq üçün üzərində afelinusa tutulmuş mənənələr olan alma ağacı budaqlarını kəsib götürərək bu budaqları bütün qışı mərəkdə (bağlı ərazidə) saxlayırlar. Afelinusa yoluxmuş mənənələr bədənlərinin şişməsi və tünd rəng almasından bilinir. Erkən yazda hava istiləşən kimi payızdan kəsilib mərəkdə saxlanmış zoğları mənənəyə bərk tutulmuş ağacların çətirlərində asırlar. Bu qayda ilə bağın hər hektarına 10-15 budaqcıq bağlanır və bu budaqcıqlarda cəmi 200-300 ədəd tüfeyliyə tutulmuş mənənə olması məqsədə uyğundur. Ağacın köklərindəki mənənələri məhv etmək üçün kimyəvi mübarizə aparılır, çünki afelinus torpaq altına girə bilmədiyindən köklərə çata bilmir.

37


İntensiv Alma Bağlarının İdarə Olunması

Alma Yaşıl Mənənəsi Alma yaşıl mənənəsi (Aphis pomi Dey), bərabərqanadlılar dəstəsi (homoptera) mənənələr fəsiləsinin nümayəndəsidir. Zərərverici alma, gavalı, heyva, zoğal, əzgil və s. bitkilərə zərər vurur. Mənənə payızda zoğların tumurcuğu əsasında yumurta fazasında qışlayır. Erkən yazda tumurcuqlar

Şəkil 29. açılmağa başladığı dövrdə qışlamış yumurtalardan sürfələr çıxır və tumurcuğun hüceyrə şirəsini sormaqla qidalanırlar. Nəticədə yarpaqlar qıvrılır, eybəcərləşir və quruyur. Bir dişi fərd 40-a qədər süfrə əmələ gətirə bilir. Bir nəslin inkişafı 10–15 günə başa çatır. İl ərzində 17-yə qədər nəsil verir.

( qorunmaq üçün)

38


İntensiv Alma Bağlarının İdarə Olunması

Mübarizə tədbirləri: Erkən yazda zərərvericinin ağaclarda qışlamış yumurtalarını məhv etmək üçün “Qış müalicəsi yağlarından” və istifadəsinə icazə verilən insektisidlərdən istifade edilməsi məqsədəuyğundur. Zərərvericinin sayının azalmasında iki və yeddi nöqtəli parabüzən böcək və qızılgöz həşaratları böyük rol oynayır. Zərərvericinin iqtisadi zərərvermə həddi (İZH): 100 zoğ üzərində 10 koloniya olduqda icazəverilən və mütəxəssislər tərəfindən tövsiyyə olunan preparatlardan biri ilə çiləmə aparılmalıdır. Qırmızı Meyvə Gənəciyi Qırmızı meyvə gənəciyi (Panonychus ulmi Koch). Gənələr dəstəsinin (Acarina), hörümcək gənəsi fəsiləsinin (Tetranychidae) nümayəndəsidir. Yetkin gənə ovalvaridir, tünd qırmızı rəngdədir, uzunluğu 0,32–0,37mm-dir. Zərərverici qışlama fazasında zoğ və budaqlar üzərində qışlayır. Mayın ortalarında qışlamış yumurtalardan sürfələr çıxmağa başlayır. Sürfələrin inkişafı 20–25 günə başa çatır. Bir dişi fərd 40–50 yumurta qoya bilir. Zərərvericinin kütləvi inkişafına iyul və avqust aylarında rast gəlinir.

Şəkil 31. Qonur Meyvə Gənəciyi Qonur meyvə gənəciyi (Bryobia redikorzevi Reck). Gənəciklər dəstəsinin (Acarina) qonur gənəçiklər fəsiləsinə (Bryobidae) mənsubdur. Qonur gənə respublikanın bütün bölgələrində yayılmışdır. Xüsusilə Quba–Xaçmaz bölgəsinin alma bağlarında daha çox diqqəti cəlb edir. Bu zərərverici alma ağacları ilə yanaşı olaraq gilas, qavalı ağaclarına da ziyan vurur. Gənənin bədəni qonur rəngli, arxa hissədən yastı, ayaqları nazik və uzundu. Gənəçik yumurta fazasında zoğların və budaqların qabıqları üzərində qışlayır. Qışlayan yumurtaların üzəri mumabənzər maddə ilə örtülü olur. Adətən, alma ağaclarının meyvə tumurcuqları qabarmağa başlayan zaman yumurtadan sürfə çıxır və açılmağa başlayan tumurcuqlara daraşaraq onlarla qidalanır. Zərərveriçi mövsüm ərzində iqlim şəratindən asılı olaraq 5–6 nəsil verir. 39


İntensiv Alma Bağlarının İdarə Olunması

Şəkil 32. Qırmızı meyvə gənəciyinin həyat tsikli

Şəkil 33. Mübarizə tədbirləri: Qonur və qırmızı meyvə gənəcikləri ilə mübarizə məqsədilə payız-qış dövründə ağaclar ölü qabıqlardan təmizlənməli və qabıqlar yandırılmalıdır. Bu tədbirlər nəticəsində qışlayan fazalar kütləvi surətdə məһv olur. Cərgəaraları becərilməli, ağacların ətrafları təmizlənməlidir. Bundan başqa erkən yazda, tumurçuqlar açılmağa başlamamışdan əvvəl, qonur və qırmızı meyvə gənəciklərinin qışlamış yumurtalarını məһv etmək məqsədilə uyğun kimyəvi preparatlardan istifadə olunmalıdır. Yay dövründə ağaclar iki dəfə uyğun suspenziya ilə çilənilməlidir. Birinci çiləmə çiçəkləmədən sonra, ikinci çiləmə isə ondan 20-30 gün sonra təkrar aparılmalıdır.

40


İntensiv Alma Bağlarının İdarə Olunması

Alma Ballıcası Alma Ballıcası (Psylla mali Schmidbg) bərabərqanadlılar dəstəsi (Homoptera), ballıcalar fəsiləsinə (Psillidae) mənsubdur. Yazda tumurcuqlar açılan zaman qışlayan yumurtalardan sürfələr çıxır və tumurcuğun şirəsi ilə qidalanır. Sürfələrin inkişafı 29–38 günə başa çatır və yetkin hala keçir. Cütləşmədən sonra dişi fərdlər mayalanmış yumurtalarını meyvə tumurcuqlarının əsasına, qabıqların qırışlarına və çatlarına qoyur. Bitkilərin zərərvericilərlə zədələnməsi nəticəsində yarpaqları deformasiyaya uğrayır, qönçə və çiçəkləri quruyaraq məhv olur. Zərərverici ildə bir neçə nəsil verir.

Şəkil 34. Mübarizə tədbirləri: Erkən yazda zərərvericinin ağaclarda qışlamış yumurtalarını məhv etmək məqsədilə “Qış müalicəsi yağlarından” və istifadəsinə icazə verilən uyğun insektisidlərdən istifade etməklə çiləmə aparılmalıdır. Zərərvericinin iqtisadi zərərvermə həddi (İZH): 10sm budağın üzərində 10–20 yumurta, qönçələmə dövründə - bir çiçək qrupunda 4–8 sürfə olduqda, uyğun və mütəxəssilər tərəfindən tövsiyyə olunan preparatlardan biri ilə çiləmə aparılmalıdır. Alma Güvəsi Alma güvəsi (Hyponomeuta malinella L.) - Kəpənəklər dəstəsi (Lepidroptera), güvələr fəsiləsinə (Uponomeutidae) aiddir. Kəpənək gümüşü-boz rəngdədir, uzunluğu 18-20 mm-dir. Yumurtası ağ rəngdədir. Tırtılı sarımtıl-bozdur, uzunluğu 12 mm-dir. Zərərvericinin kiçik yaşlı tırtılları qabıq altında qışlayır. Yazda qışlamadan çıxan tırtıllar yarpaqlarla qidalanıb onları skletləşdirir və tor vasitəsilə yarpaqları birbirinə dolayır. Tırtıl 35-40 gün qidalanır və sonra düzəltdiyi ağ barama içərisində pup halına keçir. Pupdan 10-15 gün sonra kəpənək uçur. Kəpənək uçduqdan 8-10 gün sonra cütləşir və zoğun qabığı üzərinə yumurta qoyur. Bir dişi 110-160-a qədər yumurta qoyur. Yumurtadan çıxan kiçik yaşlı tırtıl qışlamaya gedir. İldə bir nəsil verir.

41


İntensiv Alma Bağlarının İdarə Olunması

Şəkil 35. Mübarizə tədbirləri: Qışlamış yumurta və kəpənəkləri məhv etmək üçün ağaclar ölü qabıqdan təmizlənməlidir. İçərisində tırtıl və barama olan tor yumruları xüsusi alətlə kəsilib yığılmalı və məhv edilməlidir. Alama güvəsi olan bağlarda fosfor tərkibli kimyəvi çiləmələrlə mübarizə aparmaq məqsədəuyğundur. Erkən yazda tumurcuqlar açılmamışdan əvvəl və çiçəkləmə fazasından sonra yarpaqbükənlər əleyhinə icazə verilən preparatlarından hər hansı biri ilə kimyəvi mübarizə aparmaq lazımdır. Veqetasiya müddətində yarpaqbükənlərin kütləvi zərər vurduğu dovrdə (iyun, iyul, avqust, sentyabr) həmin preparatlarla təkrar mübarizə aparılmalıdır. Bioloji Mübarizədə İstifadə Olunan Entomofaqlar (Yırtıcılar) Ətraf mühitdə sanitar – gigiyenik şəraitin bərpa edilməsi ücün bioloji mübarizə vasitələrinin tətbiqinə önəmli yer verilməlidir. Entomofaqlar. Bioloji mübarizə canlılar arasındakı qarşılıqlı antoqonist münasibətlərə əsaslanır. Bioloji mübarizədə tüfeyli (parazit) və yırtıcı həşəratlardan istifadə olunur. Bundan başqa təbiətdə çoxlu miqdarda müxtəlif növ mikroorqanizimlər (göbələklər, bakteriyalar, viruslar və s.) vardır ki, onlar zərərvericilərdə müxtəlif xəstəliklər törədir və tüfeyli həyat keçirərək onları məhv edir. Bioloji mübarizədə tüfeylilərdən habrobrakonun, yeddi nöqtəli parabüzənin, enkarziyanın, apantelesin, qızılgözün, fitoseylusun və s. tətbiqi zərərvericilərin sayını 40%-ə qədər azalda bilər. Mənənələrə qarşı bioloji mübarizədə önəmli rolu onların təbii entomofaqları olan koksinellidlər, sirfid milçəyinin sürfələri, qızılgözlər, afidiidlər oynayır. Alma güvəsinin 33, meyvə zolaqlı güvənin 27, meyvə güvəsinin 24, alma meyvəyeyəninin 19, dəyişik ipəksarıyanın 18, gavalı meyvəyeyəninin 17, yarpaq güvəsinin 15 paraziti vardır.

42


İntensiv Alma Bağlarının İdarə Olunması

Respublikamızda vaxtilə qanlı mənənə alma ağacının ən təhlükəli zərərvericisi idi. Bu zərərvericiyə qarşı aparılan kimyəvi və başqa mübarizə tədbirləri effektli təsir göstərmirdi. Çünki onun üzəri xüsusi mum təbəqəsi ilə örtülüdür və inkişafın bəzi mərhələlərində gizli həyat keçirir. Qanlı mənənəni məhv etmək üçün onun tüfeylisi olan afelinusun İtaliyadan ölkəmizə gətirilməsi və qısa müddətdə tüfeylinin yerli iqlimə uyğunlaşaraq ciddi artması demək olar ki, qanlı mənənənin miqdarının azalmasına səbəb olmuşdur. Yırtıcı həşəratlar zərərverici həşəratın sürfə və yetkin fazasında onlarla qidalanaraq məhv edir. Respublikamızda yaşayan yırtıcı həşəratlara misal olaraq parabüzənin yetkin fərdlərini və sürfələrini, qızılgözün sürfəsini, stetorus böcəyini, karabid böcəkləri, qara bağacığı, dəvədəlləyini, yırtıcı tripsləri və s. göstərmək olar. Yeddi nöqtəli parabüzən böcəyi respublikamızın bütün zonalarında yayılmışdır. Bu böcək yetkin və sürfə fazasında mənənələrlə qidalanır. Böcək və sürfə hər biri gün ərzində 270-ə qədər mənənə yeyir. Zərərvericilərin miqdarca azalmasında xəstəlik törədən mikroorqanizimlərin xüsusi rolu vardır. Belə ki, zərərvericilərdə əsasən göbələk, bakteriyalar, virus və ibtidai canlılar xəstəlik törədir. Bu zərərvericilərin kütləvi məhv edilməsinə səbəb olur. Mikroorqanizimlərlə (bitoksibasillin, entobakterin, dendrobasillin, alirin, baktofit, fitoverm, avermek və s.) zərərvericilər əleyhinə aparılan belə mübarizə mikrobioloji mübarizə adlanmaqla, bioloji mübarizənin tərkib hissəsidir. Biloji vasitələrdən istifadə zamanı bütün zəruri tələblərə əməl etdikdə belə, məhsulu zərərverici və xəstəliklərdən tam qorumaq mümkün deyildir. Bunların səmərəliliyinə çox vaxt onları profilaktiki məqsədlər üçün istifadə etdikdə nail olunur. Ona görə də mübarizə tədbirləri həyata keçirərkən kimyəvi mübarizədən tam imtina etmək olmaz. Hazırda kimyəvi preparatların tətbiqini məhdudlaşdıran inteqrir mübarizə sistemlərinin hazırlanması və ayrı–ayrı məhsulların becərilməsində kimyəvi preparatlardan az istifadə etməyə imkan verən bioloji mübarizə üsullarının işlənib hazırlanmasına xüsusi diqqət verilir. Feromonlar. Vegetasiya müddətində feromonlardan (tutucu tələlər) istifadəyə xüsusi önəm verilməlidir. Feromon tələlər xüsusi parafinli kağızdan, üçbucaq şəklində hazırlanır. Tələlərin oturacaq hissəsinə nazik qatda gecquruyan yapışqan sürtülür və yapışqanın səthindən 2-3 sm hündürlükdə kimyəvi sintez üsulu ilə hazırlanmış rezin kapsula (feromon) asılmalıdır. Cinsi feromon kapsula dişi kəpənəklərin ifraz etdiyi iyi buraxmaqla erkək kəpənəkləri tələyə cəlb edir. Nəticədə tələyə daxil olan kəpənəklər yapışqana yapışırlar. Tələyə düşmüş kəpənəklərin hesabatı hər gün səhər tezdən aparılmalı və ora düşmüş kəpənəklər maqqaş (pinset) vasitəsilə kənar edilməlidir. Feromonlar əsasən müşahidə və mübarizə məqsədilə istifadə edilir. Müşahidə məqsədilə 3 ha sahəyə 1-3 ədəd feromon asılmalıdır. Zərərvericiyə qarşı aparılacaq mübarizə tədbirlərinin (kimyəvi) dəqiq vaxtını müəyyən etmək əsas şərtlərdən biridir. Bunun üçün kəpənəklərin ilk və kütləvi uçuşunu, yumurta qoyuluşunu və s. müəyyən etmək lazımdır. Bu məqsədlə cinsi feromon tələlərdən istifadə edilməsi yaxşı nəticə verir. Mübarizə məqsədilə isə hektara 25–30 ədəd feromon asılmalıdır. Belə ki, erkək kəpənəklərin tutulması nəticəsində bağlarda erkək fərdlərin miqdarı kəskin sürətdə azalır. Bunun nəticəsində “Erkək fərd çatışmazlığı” yaranır ki, bu da mayalanmamış yumurta qoyulmasına səbəb olur və onlardan tırtıl çıxmır. 43


İntensiv Alma Bağlarının İdarə Olunması

Alma Ballıcası

Şəkil 36.

Şəkil 37. Meyvə Bağlarında Yayılmış Əsas Zərərvericilər Alma Meyvəyeyəni Alma meyvəyeyəni (Laspeyreisa Pomonella L.) – Kəpənəklər dəstəsi (Lepidroptera), yarpaqbükənlər (Tortricidae) fəsiləsinin nümayəndəsidir. Kəpənəyin rəngi bozdur, böyüklüyü 1,5-2 sm-dir. Yumurtası ağ süd rəngində, tırtılı isə çəhrayı rəngdə olur. Axırıncı yaşda tırtılın böyüklüyü 18mm ola bilir. Pupu qəhvəyidir, uzunluğu 10-12 mm-dir. Bu zərərverici alma, armud, şaftalı, ərik, nar və s. bitkilərə zərər vurur. Zərərverici xüsusi barama içərisində axırıncı yaş tırtıl fazasında ağacların ölmüş qabığı altında və yarpaqlarında qışlayır. Qışlama əsasən gövdənin (ştampın) torpağa yaxın 0 hissəsində gedir. Yazda temperatur +10 C-dən yuxarı olduqda tırtıllar pup halına keçir. Mayın axırında pupdan kəpənək çixaraq uçur. Qışlamadan çıxan kəpənəklər yumurtalarını yarpaq üzərinə qoyur. Sonrakı nəslin dişi kəpənəyi isə yumurtasını meyvə üzərinə qoyur. Bir dişi fərd 150-yə qədər yumurta qoya bilir. 44


İntensiv Alma Bağlarının İdarə Olunması

Şəkil 38. Alma meyvə yeyəni Alma meyvəyeyənində yumurtanın embrional inkişafı 5-10 gündür. Tırtıl 25-30 gün yaşayır və bu müddətdə 2-3 ədəd meyvəni zədələyir.İnkişafını başa çatdırmış tırtıllar qabıq altında barama toxuyub orada pup halına keçir və 7-8 gündən sonra pupdan çıxan 2-ci nəslin kəpənəkləri uçmağa başlayır. Kəpənəklər bir müddət qidalanır, sonra isə öz yumurtalarını alma meyvəsi üzərinə qoyur. İnkinci nəslin inkişafı da birinci nəsildəki kimi gedir. İl ərzində 2 nəsil verir.

Şəkil 39. Alma meyvəyeyəninin zədəsi 45


İntensiv Alma Bağlarının İdarə Olunması

Şəkil 40. Alma meyvəyeyəninin qışlama forması

46


Qışlama stadiyası

İntensiv Alma Bağlarının İdarə Olunması

47


İntensiv Alma Bağlarının İdarə Olunması

Mübarizə tədbirləri: Ağacların əsasən gövdələri (ştambları) ölmüş qabıqlardan təmizlənməli və bağ ərazisindən çıxarılıb yandırılmalıdır. Oyuqlar və gövdə yarıqları gil ilə doldurulmalıdır. Tökülən meyvələr müntəzəm olaraq 3-5 gündən bir toplanıb bağdan kənara çıxarılmalıdır. Tutucu qurşaqlardan və feremon tələlərindən istifadə edilməlidir. Hər bir nəslə qarşı icazə verilən uyğun insektisidlərdən 2 dəfə çiləmə aparılması tövsiyyə olunur. Alma Çiçəkyeyəni Alma çiçəkyeyəni (Anthonomus pomorum L.) Böcəklər dəstəsinin (Coleoptera) uzunburun böcəklər (Curculionidae) fəsiləsinə mənsubdur. Böcək əsasən almaya, az hallarda isə armuda zərər vurur. Böcəyin rəngi qonur-bozdur. Başı uzanaraq xortum şəklini almışdır. Uzunluğu 3,5-4,5mm-dir. Yumurtası ağ rəngdədir və ellips formasındadır. Sürfəsi ayaqsızdır, ağ, yaxud sarı rəngdə olur, uzunluğu 5-6mm-dir. Pupu azacıq sarımtıldır, qarıncığın nəhayətində çıxıntı şəklində mahmızı vardır.

Şəkil 41. Alma çiçəkyeyəninin fəaliyyət tsikili və vurduğu zərərlər: Erkən yazda havanın 0 temperaturu + 6 –+8 C olan zaman böcəklər qışlama yerindən ayılır və ağaclara daraşır. Qısa müddət ərzində tumurcuqlarla qidalanır və onların üzərində deşiklər acır. Böcəklər ağacların çiçəkləməsi ərəfəsində cütləşir. Yumurta qoyma müddətində böcəklər xortumları ilə qönçələrdən deşiklər açır və yumurtasını qönçənin içərisinə qoyur. Yumurtalardan 5–10 gündən sonra sürfələr cıxır. Sürfələr 15–20 gün yaşadığı müddət ərzində qöncələrin erkəkcik və dişiciklərini yeyir və ifraz etdiyi ekskrement çiçəkləri bir-birinə yapışdırır və nəticədə tozlanma getmir. Yaz sərin kecən illərdə alma cicəkyeyəni əsasən alma bağlarına 70–80%-ə qədər ziyan vurur. Alma cicəkyeyəni il ərzində bir nəsil verir. 48


İntensiv Alma Bağlarının İdarə Olunması

Mübarizə tədbirləri: Zərərvericiyə qarşı mübarizə tədbirlərini apararkən payız-qış dövründə xəzəl yığılıb məhv edilməlidir. Ağaclar quru budaq və qabıqlardan təmizlənməlidir. Cərgəaraları becərilməli, ağacların ətrafı təmizlənməlidir. Zərərvericinin iqtisadi ziyanvermə həddi (İZH): ağac üzərində 10-20 böcək olduqda, alma ağaclarına çiçəkləmədən əvvəl icazəverilən uyğun preparatlarla kimyəvi mübarizə aparmaq lazımdır. Kaliforniya Qalxanlı Yastıcası Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus C.) bərabərqanadlılar dəstəsi (Homoptera), qalxanlı yastıcalar (Diaspididae) fəsiləsinə aiddir. Yetkin fərd limonu rəngdədir, uzunluğu 1-1,5mm-dir. Daxili karantin obyektdir. Zərərvericinin birinci yaş sürfələri qalxancıq altında qışlayır. Yazda tumurcuqlar açdıqda qışlamış sürfələr qidalanmağa başlayır. Sürfələr 20-25 gün inkişaf edib 2 dəfə qabıq dəyişir və yetkin hala keçir. İldə 2-4 nəsil verir.

Şəkil 42. Mübarizə tədbirləri: Qurumuş budaqlar kəsilib bağdan kənara çıxarılmalı və yandırılmalıdır. Yastıca sirayət etmiş ağacların gövdə və budaqları metal şotka ilə təmizlənməlidir. Mütərəqqi aqrotexniki tədbirlər həyata keçirilməlidir. Erkən yazda “Qış müalicəsi yağları” və icazə verilən insektisidlərdən biri ilə qabaqlayıcı (proflaktik) çilənmə aparılmalıdır. Zərərvericinin iqtisadi zərərvermə həddi (İZH): 1-2 metr uzunluqda 1-3 illik zoğların üzərində 1 ədəd sürfə olduqda uyğun preparatlarından istifadə edilməlidir. 49


İntensiv Alma Bağlarının İdarə Olunması

Alma Bağlarında Fenoloji Mərhələlərə Uyğun Əsas Xəstəlik və Ziyanvericilərin Həssas Dövrü

50


İntensiv Alma Bağlarının İdarə Olunması

Alma meyvələrinin seyrəldilməsi Alma ağaclarında meyvələrin uyğun miqdara qədər seyrəldilməsi onların keyfiyyətli olması baxımından xüsusilə vacibdir. Seyrəltmənin məqsədi, bazar tələbatına uyğun daha çox və keyfiyyətli meyvə istehsalına nail olmaqdan ibarətdir. Alma meyvələrinin seyrəldilməsində seyrəldici bitki hormonlarıından (buna kəmmiyyət seyrəldilməsi də deyilir) və əl ilə mexaniki seyrəltmə (buna keyfiyyət seyrəldilməsi də deyilir) üsullarından istifadə edilir. Bitki hormonları və kimyəvi maddələr kimyəvi seyrəltmədə istifadə olunur. Kimyəvi seyrəltmə adətən 3-cü ildən aparılır (bəzən meyvələr çox olduqda və xüsusən də bağların ərazisi böyük olduqda bunu ikinci ildə də edənlər olur). Seyrəltmə ağacların yükündən asılı olaraq çox və ya az aparıla bilər. Əl ilə seyrəltmə adətən meyvələrin ölçüsü 2,5-3sm olanda aparılır. Azərbaycan şəraitində intensiv bağlarda hər ağacda orta hesabla 3-cü il 40-45 ədəd, dördünücü il 75-80 ədəd, 5-ci ildən sonra isə 130-140 ədəd alma saxlanılması tövsiyyə olunur.Belə olduqda alma bağlarında məhsuldarlıq növbələşmir (yəni ilaşırı məhsuldarlıq olmur) və hər il eyni miqdarda məhsul vermə qabilliyətini qoruyub saxlaya bilir. Buna görə fermerlərə tövsiyyə olunur ki, keyfiyyətli məhsul əldə etmək üçün bağlarını nəzarətdə saxlasınlar və meyvə ağaclarında vaxtında uyğun seyrəltmələr aparsınlar. 51


İntensiv Alma Bağlarının İdarə Olunması

Alma Bağlarında Gübrələmə Alma ağaclarının gübrələmə yarpaq və torpaq təhlili nəticəsində alınan məlumatlara əsasən həyata keçirilir. Buradakı ən əhəmiyyətli problem, yarpaq analizinin nəticələrini qiymətləndirməklə veriləcək gübrə miqdarını müəyyən etməkdir. Bu problemə kömək etmək üçün, ağaclarda yarpaq analizinin nəticələrini qiymətləndirmək üçün istifadə edilə bilən makro və mikro bitki qidası səviyyəsi aşağıdakı cədvəldə verilmişdir. Cədvəl: Alma ağaclarında yarpaq analizlərinin aparılması nəticəsində Makro və Mikro qidaların (elementlərin) istifadəsinin dəyərləndirilməsi

52


İntensiv Alma Bağlarının İdarə Olunması

Alma Bağlarında Gübrə Proqramı (Torpaqdan və Yarpaqdan)

53


İntensiv Alma Bağlarının İdarə Olunması

54


İntensiv Alma Bağlarının İdarə Olunması

Alaq Bitkiləri və Onlarla Mübarizə Alaq bitkilərinin mədəni bitkilərin normal inkişafına mənfi təsiri olduqca böyük və çoxcəhətlidir. Alaq bitkiləri sürətli inkişaf edib kütləvi artaraq torpaqdan külli miqdarda su və qida maddələrini mənimsəməklə becərilən əsas bitkilərin böyümə və inkişafını zəiflədir, becərmə işlərini çətinləşdirir, məhsulun keyfiyyətinin və məhsuldarlığın kəskin dərəcədə aşağı düşməsinə səbəb olur. Alaq bitkiləri ilin müxtəlif fəsilələrindən asılı olaraq zərərvericilər üçün qida mənbəyi, Magnezyum çatışmazlığı qışlama və sığınacaq yeri və aralıq sahibi olur (məsələn, mənənələr üçün). Təsadüfü deyildir ki, alaq bitkilərini el arasında mədəni bitkilərin “Yaşıl düşmənləri” adlandırırlar. Alaq bitkiləri həyat tərzinə görə birilliklərə, ikiilliklərə, çoxilliklərə və tüfeylilərə bölünürlər. Birillik alaqlar yazlıqlara və payızlıqlara, yazlıq alaq bitkiləri isə öz növbəsində erkən cücərən və gec cücərən yarımqruplara bölünür. Şəkil 43-də bir sıra alaq bitkiləri göstərilmişdir. Alaq bitkiləri ilə mübarizə tədbirləri əsas etibarı ilə iki istiqamətdə aparılır: – Profilaktiki və ya qarşılayıcı mübarızə tədbirləri; – Məhvedici mübarizə tədbirləri Profilaktiki mübarizə tədbirləri mədəni bitkilərin böyüməsi və inkişafı üçün əlverişli şərait yaradılması və alaqların yayılmasının qarşısının alınmasına yönəldilmişdir. Bu məqsədlə bir sıra aqrotexniki tədbirlər (cərgəaralarının becərilməsi, suvarma sularının çökdürüldükdən sonra sahəyə axıdılması, alaq bitkiləri toxumlarının cücərməsini təmin edən aldadıcı suvarma və s.) həyata keçirilə bilər. Məhvedici mübarizə tədbirlərini də iki qrupa bölmək olar: – Aqrotexniki mübarizə tədbirləri – Kimyəvi mübarizə tədbirləri

Şəkil 43.

55


İntensiv Alma Bağlarının İdarə Olunması

Herbisidlər. Tərkibinə görə herbisidlər üzvi və qeyri-üzvi mənşəli, alaq bitkilərinə təsiretmə xüsusiyyətınə görə ümumi və selektiv təsir edən, təsir mexaniziminə görə isə kökdən və yarpaqdan təsir edən qruplara bölünür. Kökdən təsir edən torpaq herbisidləri mədəni bitkilər sahəyə əkilənə qədər və yaxud onların cücərtiləri alınana qədər tətbiq edililir. Torpaq herbisidləri adətən ümumi təsir edən herbisidlər olur. Selektiv təsir edən herbisidlər elə kimyəvi maddələrdir ki, onlar vegetasiya müddətində tətbiq edilir və yalnız alaq bitkilərinə təsir edir. Adətən bu herbisidlər yarpaqlardan təsir edən herbisidlərdir.

56


İntensiv Alma Bağlarının İdarə Olunması

Qeydlər

57


İntensiv Alma Bağlarının İdarə Olunması

Qeydlər

58


İntensiv Alma Bağlarının İdarə Olunması

Qeydlər

59


USAID/Azerbaijan The Landmark Building 96 Nizami street Baku, Azerbaijan https://www.usaid.gov/Azerbaijan


Turn static files into dynamic content formats.

Create a flipbook
İntensiv alma bağlarının idarə olunması by USAID_Private_Sector_Activity - Issuu