Sevinc SARUXANOVA
HEYVAN İZLƏRİ Məməli heyvanlar üçün çöl bələdçisi
Heyvan izləri Məməli heyvanlar üçün çöl bələdçisi 2019
Müəllif: Sevinc Saruxanova Elmi redaktor: Prof. Nərminə Sadıqova
Bu bələdçi kitabı Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması Proqramı çərçivəsində Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) GmbH tərəfindən hazırlanmışdır. © GIZ Azərbaycan
Mündəricat
Səhifə
4
07
Azərbaycanın məməli heyvanları
08
Canavar (Canis lupus)
10
Çaqqal (Canis aureus)
12
Tülkü (Vulpes vulpes)
14
Amerika yenotu (Procyon lotor)
16
Qonur ayı (Ursus arctors)
18
Zolaqlı kaftar (Hyaena hyaena)
20
Bəbir (Panthera pardus)
22
Vaşaq (Lynx lynx)
24
Porsuq (Meles meles)
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Səhifə
26
Çöl donuzu və ya qaban (Sus scrofa)
28
Nəcib maral və ya Qafqaz maralı (Cervus elaphus)
30
Avropa cüyürü (Capreolus capreolus)
32
Ceyran (Gazella subgutturosa)
34
Asiya muflonu (Cənubi Qafqaz muflonu)
36
Qafqaz köpgəri və ya qarapaça
38
Qaya keçisi və ya Bezoar keçi (Capra aegagrus)
40
Şərqi Qafqaz turu (Capra cylindricornis)
42
Adi dovşan (Lepus europaeus)
44
Adi sincab (Sciurus vulgaris)
46
Hindistan tirəndazı (Hystrix indica)
5
Azərbaycanın Məməli heyvanları
Ümumilikdə planetimizdə 1229 cins, 153 fəsilə, 29 dəstəyə aid 5416 məməli növü vardır (Mammals Species of the World, 2016). Bunlardan 114 növü Azərbaycanda qeydə alınmışdır. Respublikanın geoloji müxtəlifliyi teriofaunanın kifayət dərəcədə heterogen olmasına səbəb olmuşdur.
6
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Regionda rast gəlinən məməlilərin beşdə bir hissəsi endemikdir. Azərbaycanda rast gəlinən məməli növlərin 9-u Qafqaz endemiki (Radde qonurdişi - Sorex raddei, Qafqaz qonurdişi - Sorex caucasica, Şelkovnikov su kutoru Neomys schelkovnikovi, Cənubi Qafqaz dağ korçası - Ellobius lutescens, Dağıstan kol siçanı - Microtus dagestanicus, Qafqaz kol siçanı - Microtus mayori, Dağıstan turu və ya dağ keçisi - Capra cylindricornis, Muflon - Ovis orientalis), 2-si isə Azərbaycan endemikidir (Şelkovnikov kolluq siçanı - Microtus schelkovnikovi, Nasarov çöl siçanı - Microstus nasarovi) (Quliyev Q.N. və b. 2017). Müxtəlif dövrlər ərzində fərqli əsaslarla faunamıza 11 məməli introduksiya yolu ilə daxil edilmiş. Bunlardan yalnız dörd növün adadovşanı (Oryctolagus cuniculus), nutriya və ya bataqlıq qunduzu (Myocastor coypus), Amerika yenotu (Procyon lotor) və adi sincabın (Sciurus vulgaris) iqlimləşirilməsi uğurlu alınmışdır (Azərbaycanın heyvanlar aləmi, III cild, 2004). Son dövrlərdə bir sıra təbii və antropogen amillərin təsirindən, bir sıra onurğalı heyvanların məhvolma və itmə təhlükəsi yaranmışdır. Belə ki, dünyada olan onurğalı heyvanların populyasiyası 1970-ci ildən bəri 60 %-ə qədər azalmışdır (WWF Living Planet Report, 2018). Halhazırda ölkəmizdə rast gəlinən məməli növlərinin 42-si Azərbaycanın “Qırmızı Kitabı”nın II nəşrinə daxil edilmişdir. Müqaisə üçün qeyd edək ki, bu rəqəm “Qırmızı Kitab”in 1989-cu ildə buraxılmış ilk nəşrində 14 növ olmuşdur.
7
Canavar Canis lupus Linnaeus, 1758 Dəstə: Yırtıcılar Carnivora
Fəsilə: Canavarlar Canidae
Əsas xüsusiyyətləri: Canavar ev itlərinin əcdadı hesab olunur. Qabarıq alnının və sifətin ön hissəsinin daha dar olması ilə itlərdən fərqlənirlər. Kürkünün rəngi bozdan qaraya qədər dəyişə bilər. Qidasının əsasını yabanı dırnaqlı heyvanlar təşkil edir. Qida çatışmazlığı zamanı ev heyvanlarına hücum edir və hətta siçanabənzər məməlilərlə də qidalanır. Əsasən sürü halında yaşayırlar. Monoqamdırlar və əmələ gələn cütlər bütün ömür boyu qalırlar. Dişi fərd aprel-may aylarında 2-8 bala dünyaya gətirir. 2-3 yaşında cinsi yetkinliyə çatırlar.
Yayılma arealı: Canavar həm düzən, həm də dağlıq ərazilərdə geniş yayılmışdır.
8
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Boyu 100-160 sm
Ümumi görünüşü
Çəkisi Dişilərdə 30-35 kq Erkəklərdə 35-40 kq
Quyruq uzunluğu 50 sm
Arxa pəncə uzunluğu 8 sm
Ön pəncə uzunluğu 11 sm
İt
Canavar
Ön ayaq izi Canavar və itin ayaq izlərinin fərqlənməsi
Arxa ayaq izi
Yürümə izi
Təbiətdə canavar və itin ayaq izləri tez-tez səhv salınır. Əsas fərqlər ayaq izlərinin ölçülərində, konfiqurasiyasında və yürümə qaydasında görmək olar. 9
Çaqqal Canis aureus Linnaeus, 1758 Dəstə: Yırtıcılar Carnivora
Fəsilə: Canavarlar Canidae
Əsas xüsusiyyətləri: Bir çox əlamətlərə görə canavara oxşayır, lakin ölçücə ondan xeyli kiçikdir. Bədənin tük örtüyü parlaq rəngli olub əsasən qırmızımtıl-kürənimtil çalarlar üstünlük təşkil edir. Bu növ üçün monoqamlıq səciyyəvidir. Payızda cütləşmə zamanı 8 fərdə yaxın qruplar əmələ gətirirlər və sürüyə dişi başçılıq edir. Çaqqallarda doğum dövrü mart-may aylarında olur və bir nəsildə 5, nadir hallarda 3-4 və ya 6-8 küçük olur. Çaqqalın qidası bitkilərdən tutmuş, həşəratlara, balıqlara, sürünənlərə, quşlara və gücü çatdığı məməlilərə qədər çox müxtəlifdir.
Yayılma arealı: Azərbaycanda bütün coğrafi vilayətlərdə yayılmışdır. Lakin son illərdə arealını daha da genişləndirərək yüksək dağlıq qurşaqlarında da rast gəlinir.
10
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi Dişilərdə 6,5-7,8 kq Erkəklərdə 7,6-9,8 kq
Ümumi görünüşü
Quyruq uzunluğu 25 sm
Boyu 70 sm
Arxa pəncənin uzunluğu 7 sm
Ön pəncənin uzunluğu 7 sm
Ön ayaq izi
Arxa ayaq izi
11
Adi tülkü Vulpes vulpes Linnaeus, 1758 Dəstə: Yırtıcılar Carnivora
Fəsilə: Canavarlar Canidae
Əsas xüsusiyyətləri: Tülkünün gövdəsi uzun, ətrafları isə nisbətən gödəkdir. Sifəti ensiz və uzunsovdur. Yumşaq tüklü quyruğu bədənin yarısından uzun olur və ayaq üstə duranda yerə dəyir. Qulaqları üçkünc, itiucludur. Rəngi parlaq kürən və ya kürəmtil-bozdur. Tülkülərdə cütləşmə yanvar-fevral aylarında başlayır və martın sonu-aprelin əvvəllərində balalayırlar. Balaların sayı 1-8 olur, bəzən isə nadir hallarda 12-yə çatır. Onlar bir girişli və bir kameralı sadə və ya bir neçə girişi və çıxışı olan çoxkameralı mürəkkəb yuva qururlar. Qidasının əsasını gəmiricilər, cücülər, quşlar sürünənlər və bitkilər təşkil edir.
Yayılma arealı: Azərbaycanın bütün coğrafi vilayətlərində geniş yayılmışdır.
12
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Boyu 70 sm
Çəkisi Dişilərdə 6,5-9,5 kq Erkəklərdə 8-15 kq
Ümumi görünüşü
Quyruq uzunluğu 40 sm
Ön pəncənin uzunluğu 5-7 sm
Arxa pəncənin uzunluğu 5-7 sm
Ön ayaq izi
Arxa ayaq izi
13
Amerika yenotu Procyon lotor Linnaeus, 1758 Dəstə: Yırtıcılar Carnivora
Fəsilə: Yenotlar Procyonidae
Əsas xüsusiyyətləri: Yenotların qısa ayaqları, balaca və dairəvi qulaqları var. Bədənləri qalın, uzun və tünd boz rəngli tüklə örtülmüşdür. Sifətində ağ haşiyəli qara maska vardır. Quyruğunda 5-7 enli qara və ya ağ həlqə mövcuddur. Pəncələri qısadır və barmaqlar uzun olduğundan, onların izi insan əlinin izini xatırladır. Yenotlar yuvalarını ağacların koğuşunda qurur, bəzi hallarda isə yerüstü sığınacaqlardan – qayalardakı yarıqlardan, porsuqların yuvalarından istifadə edir. Alaqaranlıq-gecə həyat tərzi keçirir, gündüzlər isə yuvalarında gizlənirlər. Yenotlar həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanırlar. Cütləşmə fevral-mart aylarında baş verir və 4-6 bala doğurlar.
Yayılma arealı: Amerika yenotunun Azərbaycanda iqlimləşdirilməsi uğurla başa çatmışdır. Belə ki, 1941-ci ildə Şimali Amerikadan 21 fərd yenot gətirilərək İsmayıllı rayonu ərazisinə buraxılmışdır. Sonra digər rayonlara da geniş yayılmışdır. Hal-hazırda yenot Zaqatala-İsmayıllı və Lənkəran massivlərində geniş yayılmışdır və ovçuluq və bağçılıq təsərrüfatlarına ziyan vuran, yerli növlərlə rəqabət təşkil edən zərərli növlərdən biridir. 14
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi Dişilərdə 6,5-9,5 kq Erkəklərdə 8-15 kq
Ümumi görünüşü
Boyu 23-30 sm
Quyruq uzunluğu 25 sm
Ön pəncənin uzunluğu 7 sm
Arxa pəncənin uzunluğu 9 sm
Ön ayaq izi
Arxa ayaq izi Yerimə izləri
15
Qonur ayı Ursus arctors Linnaeus, 1758 Dəstə: Yırtıcılar Carnivora
Azərbaycan Qırmızı Kitabı
Fəsilə: Ayılar Ursidae
Əsas xüsusiyyətləri: İri başları, kiçik qulaqları və qısa quyruqları vardır. İri güclü pəncələrində uzun caynaqları (8-10 sm) mövcuddur. Rəngi qaramtıl və ya açıq qonurdur. Böyük Qafqazda yayılmış fərdlərin rəngi daha tünd, Kiçik Qafqaz və Talış dağlarında isə açıqdır. Cavan fərdlərin boğazlarında və sinəsində açıq rəngli “xalta” müşahidə olunur, yaşlandıqda yox olur. Ayılar həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanır. Qış yuxusuna gedir. Cütləşmə dövrü may-iyul aylarında baş verir və balaları yanvar-mart aylarında hələ qış yuxusu dövründə dünyaya gəlirlər. Adətən 2-3, bəzən isə 5 bala dünyaya gətirirlər.
Yayılma arealı: Azərbaycanda Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları və Naxçıvan MR-də yayılmışdır.
16
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Ümumi görünüşü
Çəkisi 300 kq
Arxa pəncənin uzunluğu 27 sm
Ön və arxa ayaq izləri
Boyu 2 m
Ön pəncənin uzunluğu 18 sm
Yerimə izləri
17
Zolaqlı kaftar Hyaena hyaena Linnaeus, 1758 Dəstə: Yırtıcılar Carnivora
Azərbaycanın Qırmızı Kitabı
Fəsilə: Kaftarlar fəsiləsi Hyaenidae
Əsas xüsusiyyətləri: Kaftarların bədəninin ön hissəsi arxa hissəsindən hündürdür, beli arxaya doğru mailidir. İri qara rəngli qulaqları vardır. Rəngi boz və ya saman rəngindədir, vertikal zolaqları və xalları vardır. Başının ənsə tərəfindən beli boyunca dar, ensiz yalı vardır. Arid landşaftlarda yayılmışdır. Əsasən, ölü heyvan cəsədləri, digər yırtıcıların qida qalıqları, heyvandarlıq təsərrüfatlarının tullantıları ilə qidalanır. Kaftarlar monoqamdır. Erkək fərd yuva düzəltməkdə və balaların böyüməsində iştirak edir. Balalar aprel-may aylarında dünyaya gəlirlər. Zolaqlı kaftarın 1-4, adətən 3 balası olur və uzun müddət ana südü ilə qidalanırlar. Ailə şəklində yaşayırlar.
Yayılma arealı: Qobustan və Zuvand yaylalarında, Axar-Baxar, Bozdağ və Palantökən silsilələrində və Ceyrançöl, Acınohur, Şirvan, Mil və Muğan düzlərində nadir hallarda rast gəlinir.
18
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi Dişilərdə 26-34 kq Erkəklərdə 26-41 kq
Ümumi görünüşü
Quyruq uzunluğu 30-40 sm
Boyu 100-115 sm
Arxa pəncənin uzunluğu 8 sm
Ön ayaq izi
Ön pəncənin uzunluğu 8,5 sm
Arxa ayaq izi
19
Bəbir Panthera pardus Linnaeus, 1758 Dəstə: Yırtıcılar Carnivora
Azərbaycanın Qırmızı Kitabı
Fəsilə: Pişikkimilər Felidae
Əsas xüsusiyyətləri: Bəbirlərin əzələli bədəni və güclü qolları vardır. Xəzi sıx, yumşaq olub sarı, açıq sarı və ya qırmızımtıl sarı rəngdə olur. Üzərində rozet şəkilli xalları vardır və qarın tərəfi daha açıq rəngdədir. Uzun quyruğu da xallıdır, ucunda isə sıx qara halqalar vardır. Əsasən meşələrdə, bəzən isə qayalı çılpaq ərazilərdə yaşayırlar. İri dırnaqlı heyvanlar (çöl donuzu, cüyür, maral, dağ keçisi, muflon və s.) qidasının əsasını təşkil edir. Cütləşmə dekabr-yanvar aylarında baş verir, aprel-may aylarında 2-3 bala dunyaya gəlir. İnsan tərəfindən birbaşa təqib olunması, yaşayış ərazilərinin azalması və əsas qida obyektlərinin sayının kəskin azalması onların sayına və yayılmasına çox ciddi təsir göstərir. Hal-hazırda respublika ərazisində işğal olunmuş ərazilər daxil olmaqla, 15-ə qədər fərdin yaşayıb qalması hesab olunur.
Yayılma arealı: Hal-hazırda Azərbaycanda Talış və Zəngəzur dağlarında, Qarabağ yaylasında, Mingəçevir gölü ətrafındakı quru landşaftlarda yayılmışdır. Azərbaycan Qırmızı Kitabına daxildir.
20
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Ümumi görünüşü Boyu 126-171 sm
Çəkisi 60 kq Quyruq uzunluğu 80-120 sm
Ön pəncənin uzunluğu 8-11 sm
Ön ayaq izi
Arxa pəncənin uzunluğu 9-11 sm
Arxa ayaq izi
21
Vaşaq Lynx lynx Linnaeus, 1758 Dəstə: Yırtıcılar Carnivora
Azərbaycanın Qırmızı Kitabı
Fəsilə: Pişikkimilər Felidae
Əsas xüsusiyyətləri: Vaşaqlar qısa bədənin və uzun qolların, qısa quyruğun, qulaqlarında fırçanın, başının yanlarında isə uzun tüklərin olması ilə pişiklərdən kəskin fərqlənirlər. Rəngləri kürən, açıq sarı çalardadır, üzərində xallar və zolaqlar olur. Vaşaqlar adətən meşəli və qayalı çılpaq ərazilərdə, xüsusən ardıc və saqqız ağacları üstünlük təşkil edən seyrək meşələrdə yayılmışdır. Onların qidasını orta və kiçik ölçülü məməlilər (cüyür, köpgər, tur, maral və donuz balaları, dovşan, siçankimilər və s.) və quşlar (tetra, ular, qırqovul, kəklik və s.) təşkil edir. Cütləşmə dövrü fevral-mart aylarına təsadüf edir, may-iyun aylarında 2-3 bala doğurlar.
Yayılma arealı: Azərbaycanda əksər dağ və dağətəyi bölgələrdə rast gəlinir. Azərbaycan Qırmızı Kitabına daxildir.
22
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi 18-25 kq
Ümumi görünüşü
Boyu 130 sm
Quyruq uzunluğu 20 sm
Arxa pəncənin uzunluğu 7,5-8 sm
Ön ayaq izi
Ön pəncənin uzunluğu 6-6,5 sm
Arxa ayaq izi
23
Porsuq Meles meles Linnaeus, 1758 Dəstə: Yırtıcılar Carnivora
Fəsilə: Dələlər Mustelidae
Əsas xüsusiyyətləri: Porsuq Azərbaycandakı dələkimilərin içində ən iri nümayəndələrdən hesab olunur. Bədəni arxadan yoğun, önə tərəf isə nazilir və iti burunla bitir. Ayaqları qısadır, bütün dabanı ilə pəncəsini yerə basır, izləri balaca ayı izinə bənzəyir. Tük örtüyü kobuddur, rəngi bozumtul qonurdur, bel uzunu qonur zolaq uzanır, sifəti ağ, gözlərinin ətrafı qaradır, alnından qara zolaq keçir. Quyruğu bədənə nisbətən qısadır və 20-24 sm təşkil edir. Yarımsəhra, bozqır, meşə, dağ çəmənləri və qayalıqları porsuq üçün rahat yaşayış məskənləridir. Yuvaları mürəkkəb olaraq çoxlu sayda girişdən, yeraltı tunellərdən və kameralardan ibarət labirintlərdir. Porsuq qış yuxusuna gedən heyvandır, bunun üçün payızda çoxlu piy qatı yığır və kütləsi hətta 2 dəfədən çox artır. Qidası həm bitki, həm də heyvan mənşəlidir. Balalar adətən mart-aprel aylarında dünyaya gəlir. Altıya qədər balası olur.
Yayılma arealı: Azərbaycanın bütün coğrafi vilayətlərində geniş yayılmışdır.
24
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi Dişilərdə 6-14 kq Erkəklərdə 9-17 kq
Ümumi görünüşü
Boyu 80 sm
Quyruq uzunluğu 19 sm
Arxa pəncənin uzunluğu 4,5 sm
Ön ayaq izi
Ön pəncənin uzunluğu 5-7 sm
Arxa ayaq izi
25
Çöl donuzu
və ya qaban
Sus scrofa Linnaeus, 1758 Dəstə: Cütdırnaqlılar Artiodactyla
Fəsilə: Donuzkimilər Suidae
Əsas xüsusiyyətləri: Çöl donuzu orta ölçülü, gövşəməyən dırnaqlı heyvandır. Əsasən qamış cəngəlliklərinin olduğu yerlərdə rast gəlinir. Kobud tüklərdən (qıllar) ibarət seyrək tük örtüyünə malikdir. Rəngi qaradan boz və ya sarının çalarlarına qədər dəyişir. Başının ön hissəsi yastı, tüksüz və sifəti uzun konusşəkilli dartılmışdır. Çöl donuzu həm bitki, həm də heyvan mənşəli yemlə qidalanır. Cütləşmə noyabr-yanvar aylarında baş verir və mart-aprel aylarında 6-7 bala dünyaya gətirirlər.
Yayılma arealı: Azərbaycanın bütün coğrafi vilayətlərində geniş yayılmışdır.
26
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi 35-145 kq
Ümumi görünüşü
Boyu 90-200 sm
Quyruq uzunluğu 25 sm
Arxa dırnaq uzunluğu 8,5 sm
Ön dırnaq uzunluğu 8,5 sm
Sol ayaq izi
Sağ ayaq izi
27
Nəcib maral
və ya Qafqaz maralı
Cervus elaphus Linnaeus, 1758 Dəstə: Cütdırnaqlılar Artiodactyla
Azərbaycanın Qırmızı Kitabı
Fəsilə: Marallar Cervidae
Əsas xüsusiyyətləri: Nəcib maralın yaşlı fərdlərinin buynuzlarında olan çıxıntıların sayı ən azı 5, adi halda isə 8-9 ədəd olur. Bədənlərinin kütləsi, ölçüləri avropa və xallı marallardan üstündür. Buynuzlarında örtük yoxdur. Nəcib maral müxtəlif landşaftlarda yaşamaq qabiliyyətinə malikdir. Qida rasionuna təxminən 85-90 növ bitki daxildir, onların 70-72 % - i ot bitkiləridir. Nəcib maral mövsümi qruplaşmalar əmələ gətirirlər. Yaşlı erkəklər cütləşmə dövrünə qədər tək həyat tərzi keçirir. Dişi fərdlər 2, erkəklər isə 4-5 yaşlarında cinsi yetişkənliyə çatırlar. Cütləşmə dövrü sentyabr-noyabr aylarında baş verir və may-iyun aylarında 1, çox nadir hallarda 2 bala doğurlar. Hər il köhnə buynuzlar düşərək (dekabr-fevral) yeni buynuzlar inkişaf edir.
Yayılma arealı: Böyük Qafqaz və Kiçik Qafqazın dağ meşələrində rast gəlinir.
28
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Ümumi görünüşü
Çəkisi Dişilərdə 75-120 kq Erkəklərdə 110-220 kq
Quyruq uzunluğu 15 sm
Boyu 180-205 sm
Ön dırnaq uzunluğu Dişilərdə: 6 sm, erkəklərdə: 9 sm
Arxa dırnaq uzunluğu Dişilərdə: 6 sm, erkəklərdə: 9 sm
Sol ayaq izi Sağ ayaq izi 29
Avropa cüyürü Capreolus capreolus Linnaeus, 1758 Dəstə: Cütdırnaqlılar Artiodactyla
Azərbaycanın Qırmızı Kitabı
Fəsilə: Marallar Cervidae
Əsas xüsusiyyətləri: Cüyürün bədən uzunluğu 100 sm-dən 150 sm-ə qədər olur. Buynuzları dixotom şaxəlidir və hər buynuzda 3 şaxə vardır. Əsas yaşayış yerləri dəniz səviyyəsindən 200-2500 m hündürlükdə olan palıd, vələs, fıstıq və qarışıq meşə landşaftlarını əhatə edir. Sürü halında yaşayırlar. Adi halda sürülərin tərkibində 4-5, qış fəslində isə 15-20 başa qədər artır. Azərbaycanda cüyürlərin qida rasionuna 44 növ bitki daxildir. Bunlardan, paxlalılar, taxılkimilər, kol və ağac bitkiləri üstünlük təşkil edir. Cinsi yetişkənliyə dişi fərdlər 2, erkəklərdə isə 3 yaşında başa çatır. Doğum dövrü aprel-may aylarına təsadüf edir.
Yayılma arealı: Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağ meşələrində rast gəlinir.
30
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi 15-35 kq
Ümumi görünüşü
Quyruq uzunluğu 3 sm
Boyu 90-135 sm
Ön dırnaq uzunluğu 5 sm
Arxa dırnaq uzunluğu 5 sm
Sol ayaq izi
Sağ ayaq izi 31
Ceyran Gazella subgutturosa Güldenstädt, 1758 Dəstə: Cütdırnaqlılar Artiodactyla
Azərbaycanın Qırmızı Kitabı
Fəsilə: Boşbuynuzlular Bovidae
Əsas xüsusiyyətləri: Ən səciyyəvi cəhəti lira formasında olan buynuz quruluşunun olmasıdır. Buynuzları dalğavari halqalarla örtülmüşdür, qara rəngdədir və yalnız erkək fərdlərdə olur. Boynu nisbətən uzun olub, orta hissədən bir qədər önə qabarmışdır. Çənə hissəsindən azca aşağı-ön tərəfdə uzaqdan görünə bilən hulqum vardır. Qarın və ayaqlarının iç tərəfləri ağdır. Əsasən yovşanlı, şoranotlu səhralar və yovşanlı - qırtıclı yarımsəhra landşaftlarda yayılmışdır. Cütləşmə dövründə yerdəyişmə zamanı və soyuq, şaxtalı aylarda kiçik sürülər birləşir, yaz və yay aylarında isə onlar yenidən kiçik dəstələrə ayrılır. Cütləşmə oktyabr-dekabr aylarında baş verir və aprel-may aylarında 1-2, bəzən isə 3 bala dünyaya gətirirlər.
Yayılma arealı: Şirvan MP, Körçay Dövlət Təbiət Qoruğu, Acınohur çölündə yayılmışdır.
32
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi Dişilərdə 22-40 kq Erkəklərdə 18-33 kq
Ümumi görünüşü
Quyruq uzunluğu 20 sm
Boyu 90-120 sm
Ön dırnaq uzunluğu 5-5,5 sm
Arxa dırnaq uzunluğu 5-5,5 sm
Sol ayaq izi
Sağ ayaq izi
33
Asiya muflonu Ovis orientalis Gmelin, 1774 Dəstə: Cütdırnaqlılar Artiodactyla
Azərbaycanın Qırmızı Kitabı
Fəsilə: Boşbuynuzlular Bovidae
Əsas xüsusiyyətləri: Bədən ölçülərinə görə başqa növlərdən kiçikdir (114 sm-ə qədər olur). Erkəklərdə kəllənin əsasında uzanan uzun və sıx (20 sm-ə qədər) cod tüklər boğaz nahiyəsindən birləşərək, yal əmələ gətirir. Xarakterik buynuz forması vardır. Alın sümüyündən yuxarıya qalxaraq, yarımdairə şəklində boynunun arxa tərəfinə burulmaqla sükan formasını alır. Bu formalı buynuz başqa yarımnövlərdə təsadüf edilmir. Dəniz səviyyəsindən 800-3500 m yüksəklikdə olan çılpaq dağların (sərt qayalıqlar olmayan) hamar çəmənliklərində dəstə halında yaşayırlar. Qida rasionunun çox hissəsini ot bitkiləri, kollar və yarımkollar təşkil edir. Heyvanlar ilin bütün fəsillərində su və mineral duzlardan istifadə edirlər. Payızın sonuna yaxın cütləşirlər və mart-aprel aylarında 1-2 bala doğurlar.
Yayılma arealı: Azərbaycanda yalnız Naxçıvan MR yüksək dağlıq sahələrində yayılmışdır.
34
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi Dişilərdə 50 kq Erkəklərdə 35 kq
Ümumi görünüşü
Quyruq uzunluğu 10 sm
Boyu 65-83 sm
Ön dırnaq uzunluğu 5.5-6 sm
Arxa dırnaq uzunluğu 4.5 -5 sm
Sol ayaq izi
Sağ ayaq izi
35
Qafqaz köpgəri Rupicapra rupicapra Linnaeus, 1758 Dəstə: Cütdırnaqlılar Artiodactyla
və ya qarapaça
Azərbaycanın Qırmızı Kitabı
Fəsilə: Boşbuynuzlular Bovidae
Əsas xüsusiyyətləri: Köpgərin beli profildən bir az qabarıqdır. Bədən uzunluğu 102-119 sm, kütləsi 25-35 kq, çox az hallarda 45 kq ola bilir. Əsasən yuxarı meşə qurşaqlarında çox sərt sıldırımlı meşə qayalıqlarında məskunlaşmışdır. Qida rasionunda ot, kol və yarımkollar, enliyarpaq ağacların yarpaq və yumşaq budaqları üstünlük təşkil edir. Mövsümi dəyişmələrdən bədəni örtən tükün rəng dəyişməsi və ildə iki dəfə tüləməsi (yaz, payız tüləməsi) müşahidə edilir. Oturaq heyvanlar sayılır və kiçik dəstələrlə yaşayırlar (4-8 baş). Noyabr-dekabr aylarında cütləşir. Əksər hallarda 1, çox az hallarda isə 2 bala doğurlar.
Yayılma arealı: Şahdağ MP, İlisu və Zaqatala qoruqlarında qorunur.
36
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi Dişilərdə 25-42 kq Erkəklərdə 30-50 kq
Ümumi görünüşü
Boyu 135 sm Quyruq uzunluğu 10 sm
Ön dırnaq uzunluğu 6-6.5 sm
Arxa dırnaq uzunluğu 4.5 sm
ЫщдSol ayaq izi ЫщдSağ ayaq izi
37
Qaya keçisi Capra aegagrus Erxleben, 1777 Dəstə: Cütdırnaqlılar Artiodactyla
və ya Bezoar keçi Azərbaycanın Qırmızı Kitabı
Fəsilə: Boşbuynuzlular Bovidae
Əsas xüsusiyyətləri: Bezoarların erkək fərdləri iri olub, qüvvətli ətraflara, yığcam və yoğun boyuna malikdirlər. Erkəklərdə uzun, sıx və 20 sm-ə qədər uzanan paz şəkilli saqqal olur. Qılıncşəkilli, uzunluğu 100-130 sm-ə çata bilən yanlardan yastılaşmış buynuzları vardır. Dişi fərdlərdə isə buynuzlar nazik, çöx gödək olur. Belin kürək nahiyəsindən başlayan sağ və sol ətrafların diz oynağına qədər uzanan, eyni zamanda çiyin nahiyəsindən başlayaraq quyruq nahiyəsinə qədər uzanan səciyyəvi qara zolaq vardır. Əsasən çılpaq sıldırımlı, uçurumlu və çox sərt qayalıqlarda 4-7 fərddən ibarət kiçik dəstələrlə yaşayırlar. Cütləşmə dövrü oktyabrın sonundan dekabrın sonuna qədər davam edir. Əksər hallarda iki, az halda isə bir bala doğurlar. Cinsi yetkinlik erkək fərdlərdə 2, dişi fərdlərdə isə 3 yaşında başa çatır.
Yayılma arealı: Azərbaycanda Naxçıvan MR və Kiçik Qafqazın yüksək dağlıq sahələrində yayılmışdır.
38
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi Dişilərdə 25-55 kq Erkəklərdə 45-90 kq
Ümumi görünüşü
Quyruq uzunluğu 13 sm
Boyu 130-150 sm
Ön dırnaq uzunluğu 7 sm
Arxa dırnaq uzunluğu 7 sm
Sol ayaq izi Sağ ayaq izi
39
Şərqi Qafqaz turu Capra cylindricornis Blyth, 1841 Dəstə: Cütdırnaqlılar Artiodactyla
Fəsilə: Boşbuynuzlular Bovidae
Əsas xüsusiyyətləri: Şərqi Qafqaz turu digər keçilərdən bədənin böyük ölçüləri, yoğun və ağır buynuzları, nisbətən alçaq, ancaq möhkəm və güclü ətrafları ilə fərqlənirlər. Kəllədən çıxan buynuzları yuxarı və yanlara yönəlir, sonra isə arxaya və aşağı gedir. Çütləşmə dövrü dekabr-yanvar aylarında baş verir və çöxalma dövründə erkəklərə spesifik xoşagəlməz iy xasdır. Aprel-may aylarında isə balalar dünyaya gətirirlər.
Yayılma arealı: Azərbaycanda Böyük Qafqazın dağlıq ərazilərində yayılmışdır.
40
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi Dişilərdə 56 kq Erkəklərdə 140 kq
Ümumi görünüşü
Boyu 79-99 sm
Quyruq uzunluğu 10-12 sm
Ön dırnaq uzunluğu 8-9 sm
Arxa dırnaq uzunluğu 7-7.5 sm
Sol ayaq izi ыыSağ ayaq izi
41
Adi dovşan Lepus europaeus Pallas, 1778 Dəstə: Dovşankimilər Lagomorpha
Fəsilə: Dovşanlar Leporidae
Əsas xüsusiyyətləri: Adi dovşan xarici görünüşcə daha uzun qulaqları (9,4 – 14 sm) və üst tərəfdən qara və ya qaramtıl-qonur rəngli uzun pazşəkilli quyruğu ilə (7,2-14 sm) asanlıqla digərlərindən fərqlənir. Gözləri qırmızımtıl-qəhvəyi rəngdədir. Yay tük örtüyü sarımtıl-boz, qonur, qəhvəyi, sarımtıl-qırmızı və ya zeytuni-qonur olur. Adi dovşanın xəzi parıltılı, yumuşaq və buruqdur. Bədənin yanları nisbətən açıq, qarın tərəfi isə ağ rəngdədir. Dovşanların çoxalması bütün il ərzində müşahidə edilir. Bir dəfəyə 1-5 bala dünyaya gətirirlər.
Yayılma arealı: Azərbaycanda Böyük Qafqazın dağlıq ərazilərində yayılmışdır.
42
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi 3,5-7 kq
Ümumi görünüşü
Boyu 55-70 sm
Quyruq uzunluğu 10 sm
Ön pəncənin uzunluğu 4,5-6 sm
Ön ayaq izi
Arxa pəncənin uzunluğu 6-15 sm
Arxa ayaq izləri
Yürümə izləri
43
Adi sincab Sciurus vulgaris Linnaeus, 1758 Dəstə: Gəmiricilər Rodentia
Fəsilə: Sincabkimilər Scillridae
Əsas xüsusiyyətləri: Bədənlərinin arxasında, az qala öz boyları qədər uzun, yuxarıya doğru dayanan, geniş və gur tüklərdən ibarət quyruqları olur. Sincab bu uzun quyruğu sayəsində tarazlığı pozulmadan ağacdan ağaca atlayır. Kiçik iti dırnaqları sayəsində ağaclara dırmaşa bilən sincab budağın üstündə qaça, baş aşağı yellənə və o şəkildə irəliləyə bilər.
Yayılma arealı: Azərbaycana iqlimləşdirilməsi uğurla baş vermişdir. Hal – hazırda Böyük Qafqazda, Abşeron bağlarında və parklarında geniş yayılmışdır.
44
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi 330-430 q
Ümumi görünüşü
Boyu 19-25 sm
Ön pəncənin uzunluğu 4,5-6 sm
Quyruq uzunluğu 12-18 sm
Arxa pəncənin uzunluğu 6-15 sm
Ön və arxa ayaq izləri
Yürümə izi
45
Hindistan tirəndazı Hystrix indica Kerr, 1792 Dəstə: Gəmiricilər Rodentia
Azərbaycanın Qırmızı Kitabı
Fəsilə: Tirəndazlar Hystricidae
Əsas xüsusiyyətləri: Tirəndaz müxtəlif landşaftlarda məskən salır. Özləri tərəfindən qazılan və ya porsuq yuvalarında, mağaralarda, qayanın çatlarında, daş qırıntıları və yuyulma nəticəsində əmələ gələn yarğanlarda məskunlaşırlar. Gecə həyatı tərzi sürürlər. Yazda ot bitkiləri, kökümsovlar, soğanaqlar, yayda və payızda mədəni və vəhşi bitkilərin toxumları və meyvələri ilə, qışda isə kökümsovlar və ağac qabıqları ilə qidalanırlar. Çoxalma dövrü ildə bir dəfə müşahidə olunur və 2-4 bala doğurlar. Balalar gözləri açıq vəziyyətdə və yumşaq iynəli doğulurlar.
Yayılma arealı: Azərbaycanda Böyük və Kiçik Qafqazda, Talış dağlarında və Naxçıvan MR-da rast gəlməkdədir.
46
Heyvan izləri / Məməli heyvanlar üçün çöl bələdçisi
Çəkisi 10-20 kq
Ümumi görünüşü
Quyruq uzunluğu 11-19 sm
Ön pəncənin uzunluğu 5-6 sm
Ön ayaq izi
Boyu 54-81 sm
Arxa pəncənin uzunluğu 9-11 sm
Arxa ayaq izi
47
Ədəbiyyat siyahısı 1. Azərbaycan Respublikasının Qırmızı Kitabı II nəşr, 2013 2. Azərbaycanın heyvanlar aləmi, III cild, 2004 3. Quliyev Q.N. və b. Azərbaycan faunasında məməli heyvan (Mammalia l., 1758) növlərinin taksonomik spektri, Azərbyacan Zooloqlar Cəmiyyətinin Əsərləri, cild 9, 2017 4. Mammals Species of the World, 2016 5. WWF Living Planet Report, 2018 6. The IUCN Red List of Threatened Species www.iucnredlist.org 7. Türkiyedeki Memeli Hayvanların İz Rehberi, WWF Türkiye, 2016 8. Macdonald D., Barrett P., Collins Field Guide Mammals of Britain and Europe, 1993
Qeyd
Alman Beynəlxalq Əməkdaşlıq cəmiyyəti (GIZ) Rəsul Rza küçəsi 75 Winter Park Plaza, ofis 202, 2-ci mərtəbə, AZ 1014, Bakı/Azərbaycan +994 12 599 91 20-25 +994 12 599 91 26