✔️ 2021-ci il LGBTİQ+ vətəndaşlar üçün nə ilə yadda qalıb?
✔️ Azərbaycan mətbuatı LGBTİQ+ ilə əlaqədar hadisələri oxuculara necə təqdim edib?
✔️ 2021-ci ilin queerfobları – nifrət nitqinin yayılmasında rol oynayan ictimai-siyasi xadimlər kimlərdir?
✔️ Mətbuatda çıxan xəbərlər hansı kontekstdə, hansı sərhədlər daxilində, kimdən müsahibə alaraq, kimdən almayaraq, hansı məqamı qabardaraq, hansını arxa plana ataraq hazırlanıb?
QueeRadar kollektivinin 2021-ci ili əhatə edən media monitorinqi bu sualların cavabını təqdim edir.
Monitorinqin məqsədi cinsi oriyentasiya və gender mənsubiyyətini əsas götürərək insanlara qarşı diskriminativ bəyanatlara xüsusi diqqət yetirmək, müxtəlif sosial qruplara münasibətdə düzgün olmayan lüğətdən istifadəni və nifrət nitqi təzahürlərini analiz etmək, sənədləşdirməkdir.