May-İyun 2025

Page 1


№5 (29) MAY-İYUN 2025

BÖYÜK QAYIDIŞA TÖHFƏ VERİRİK

ADY nümayəndələri “ÇinAvropa Dəmiryol Ekspresi”nin

Qlobal Tərəfdaşlarının

Forumunda iştirak ediblər

ADY-də yeni təyinat

32 “Bilik Ekspresi” səyyar təlim qatarı istifadəyə verildi 36

ADY e-portalı “digital.login” ilə daha sürətli!

ADY Münhendə “Transport Logistic” sərgisində iştirak edib 13

38

ADY Bakı-Qazax-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verdi

46

Görədil məktəbliləri ilə görüş keçirilib

50 Dəmir yollarda zərif izlər

Qadınların peşəkar inkişafına dəstək verilməsi ADY üçün prioritet məsələlərdən biridir

PREZİDENT İLHAM ƏLİYEV

AĞDAM DƏMİR YOLU VƏ

AVTOVAĞZAL KOMPLEKSİNİN

AÇILIŞINI ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına əvvəlcə Bərdə–Ağdam dəmir yolu xətti layihəsi, Bərdə–Ağdam–Xankəndi dəmir yolunun tikintisi, Xankəndi dəmir yolu və avtovağzal kompleksi barədə məlumat verdilər.

Qeyd edildi ki, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və

Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

Sərnişinlərin həm qatar

perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub.

Kompleksin ərazisində həmçinin müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması tikilib. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir.

Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də

yaradılıb.

Sonra Bərdə–Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı yola salındı.

Qeyd edək ki, işğaldan azad olunmuş rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi bu ərazilərimizdə mühüm yolnəqliyyat layihələrinin icrasına da xüsusi diqqət yetirilir.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat

potensialının genişlənməsinə xidmət edəcək.

Bu cür mühüm infrastruktur layihəsinin həyata keçirilməsi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizdə nəqliyyat sahəsində görülən işlərin ardıcıl və yüksək keyfiyyətlə davam etdiyinin bariz nümunəsidir.

PREZİDENT İLHAM ƏLİYEV:

XANKƏNDİDƏ VAĞZAL KOMPLEKSİ

TİKİLƏCƏK

Ağdam–Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlanılıb.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib:

“Bu gün biz azad Qarabağda azad yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik”.

Prezident İlham Əliyev əlavə edib ki, Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var:

“Eyni zamanda, biz Ağdam–Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək”.

BÖYÜK QAYIDIŞA MÜHÜM

TÖHFƏ

Bərdə-Ağdam dəmir yolu layihəsi çərçivəsində inşa olunan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Böyük Qayıdışa daha bir mühüm töhfədir.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə imkan verəcək.

Ağdamın qaranlığı aydınladan azadlıq işığının altında Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi də işıq saçır.

Videonu izləmək üçün

QR kodu oxudun

“Beş il əvvəl kiməsə desəydim ki, bir gün Ağdamdan Bakıya sürətli qatarla gedəcəyik, bu, xəyal, fantaziya, hətta əfsanə kimi qəbul oluna bilərdi. Ancaq bu gün bu görüntü reallığa çevrilib. Biz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Əlaqələndirmə Qərargahının üzvləri ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımızda dirçəliş və tərəqqinin qüdrətli simvolu olan Ağdam-Bakı sürət qatarı ilə paytaxta qayıdırıq”.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev

AZƏRBAYCAN PREZİDENTİ:

ORTA DƏHLİZLƏ YÜKDAŞIMA HƏCMİ ARTIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti

Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub.

Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək ölkəmizin xüsusilə

Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyiblər.

Görüşdə Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb.

Ölkəmizin Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə

Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd edib.

Dövlətimizin başçısı Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da deyib.

PREZİDENT İLHAM ƏLİYEV:

ORTA DƏHLİZİN RƏQƏMSALLAŞDIRILMASINA

BÖYÜK ÖNƏM VERİRİK

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna –avtomobil yollarına, dəmiryol xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan

Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.

Prezident İlham Əliyev qeyd edib ki, Türkiyәnin vә Mәrkәzi

Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib:

“Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı–Tbilisi–Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb.

Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük

önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir”.

Dövlət başçısı əlavə edib ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir:

“Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq”.

ƏSAS XƏBƏRLƏR

AZƏRBAYCAN VƏ PAKİSTAN ARASINDA

DƏMİRYOL SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Pakistanın dəmir yolları üzrə dövlət naziri Bilal Azhar Kayani ilə görüşüb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Pakistan arasında dəmiryol sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Beynəlxalq nəqliyyat marşrutları üzrə əməkdaşlığın daha da genişləndirilməsi, iki ölkə arasında yük dövriyyəsinin artırılması, eləcə də Pakistan–Əfqanıstan–Türkmənistan–Azərbaycan marşrutu üzrə konteyner daşımalarının təşkili imkanları müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

ADY SƏDRİ GÜRCÜSTANLI HƏMKARI

İLƏ BTQ ÜZRƏ YÜKDAŞIMALARIN SƏMƏRƏLİ TƏŞKİLİNİ MÜZAKİRƏ

EDİB

Gürcüstanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin yeni təyin edilmiş baş direktoru Laşa Abaşidze ilə görüşüb.

ADY sədri gürcüstanlı həmkarını yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında

nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, Azərbaycan və Gürcüstan ərazisindən keçən beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətinin təmin edilməsi və Şərq-Qərb-Şərq daşımalarının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Orta Dəhliz üzrə yükdaşımaların artırılmasının vacibliyi və

Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xəttinin bu istiqamətdə rolu xüsusi vurğulanıb.

Həmçinin “BTKI Railways” MMC birgə müəssisəsinin BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi məqsədilə fəaliyyətinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

ADY MÜNHENDƏ

“TRANSPORT LOGISTIC” SƏRGİSİNDƏ İŞTİRAK EDİB

“Azərbaycan Dəmir Yolları” QSC 2-5 iyun tarixlərində “Nəqliyyat və Logistika – 2025’’ (“Transport Logistic 2025”) beynəlxalq sərgisindtə iştirak edib.

ADY Almaniyanın Münhen şəhərində təşkil olunmuş nüfuzlu mobillik sərgisində xüsusi stendlə təmsil olunub.

Stenddə ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, şirkətin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Limanı haqqında ətraflı məlumatlar təqdim edilib.

ADY sədri Rövşən Rüstəmov sərgi çərçivəsində bir sıra aparıcı nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşüb.

Çinin Dəmiryol Konteyner

Daşımaları Korporasiyasının (“China Railway Container Transport Corp.” – CRCT) prezidenti Yanq Binlə baş tutan görüşdə iki ölkə arasında inkişaf edən nəqliyyat əlaqələri müzakirə olunub, bu xüsusda aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında imzalanmış “Kəmər və yol” təşəbbüsünün birgə təşviqi və beynəlxalq multimodal daşımalar haqqında sənədlərin xüsusi əhəmiyyəti qeyd olunub.

Həmçinin Orta Dəhliz üzrə konteyner blok-qatarlarının artırılması ilə bağlı atılacaq addımlar, Çindən Qara dənizə kimi yüklərin izlənməsinə imkan verəcək rəqəmsal

platforma ilə bağlı fikir mübadiləsi aparılıb. CRCT-nin Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryol qurumları arasında təsis edilmiş “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının Orta Dəhlizin potensialının gücləndirilməsi istiqamətində mühüm addım olduğu vurğulanıb.

Rövşən Rüstəmov Çinin digər aparıcı logistika şirkəti “Beijing Trans Eurasia International

Logistics”in icraçı direktoru Uansu Donqla da görüşüb. Bu şirkətin Çindən Avropaya və əks istiqamətdə blok-qatarların göndərilməsi üzrə ADY ilə əməkdaşlığı genişləndirmək barədə təklifləri müzakirə edilib, həmçinin Orta Dəhlizlə yükdaşımaların artırılması ilə bağlı qarşıdakı dövr üçün planlar nəzərdən keçirilib.

Sərgi çərçivəsində ADY sədri həmçinin Bolqarıstanın Burqas Limanının baş direktoru

Boris Balev və Almaniyanın Hamburq Limanında fəaliyyət göstərən “HHLA International GmbH” şirkətinin rəhbərliyi ilə Orta Dəhliz üzrə yükdaşıma əməliyyatlarının səmərəli təşkili üçün regional limanlar arasında əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Almaniyanın “Rhenus Group” və Avstriya Dəmir Yollarının (ÖBB) “ÖBB Rail Cargo Group” şirkətlərinin rəhbər heyəti ilə baş tutmuş görüşlərdə isə Çin–Avropa–Çin nəqliyyat bağlantısı ilə Azərbaycan üzərindən yükdaşımaların daha səmərəli təşkili üçün görülə biləcək birgə işlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı həmçinin Azərbaycanın Şərq-Qərb bağlantısında mühüm qovşaq kimi aparıcı rolu, nəqliyyat infrastrukturunun, o cümlədən Bakı–Tbilisi–Qars dəmiryol xəttinin perspektivləri diqqətə çatdırılıb.

ADY-DƏ YAZ BAXIŞININ NƏTİCƏLƏRİ

MÜZAKİRƏ OLUNUB

ADY-də 2025-ci ilin 5 ayı ərzində hərəkətin təhlükəsizliyi üzrə görülmüş işlərin yekunu və yaz baxışının nəticələri üzrə hesabat xarakterli görüş keçirilib.

Görüşdə yaz baxışı zamanı qeydə alınan nöqsanların aradan qaldırılması, tapşırıqların icrası istiqamətində görülən işlər müzakirə olunub. Ümumilikdə nöqsanlar aradan qaldırılsa da, bəzi sahələrdə həllini gözləyən məsələlərin olduğu qeyd edilib.

Həmçinin vurğulanıb ki, dəmir yollarına məxsus torpaqların qanunsuz zəbt olunmasının və qeyri-qanuni tikintilərin qarşısının alınması vacibdir,

əməyin mühafizəsi və təhlükəsizlik məsələləri hər zaman olduğu kimi prioritet olmalıdır.

Görüşdə o da bildirilib ki,

əməkdaşların rahat və təhlükəsiz işləməsi üçün lazımi şərait yaradılmalı, təhlükəsizlik qaydalarına əməl olunmalı və rəhbər şəxslər bu işlərə ciddi nəzarət etməlidir.

ADY SƏDRİ: QARŞIDAKI 6 AYDA DA UĞURLU NƏTİCƏLƏR ƏLDƏ EDƏCƏK,

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2025-ci ilin birinci yarısında fəaliyyətinin yekunları ilə bağlı hesabat tədbiri keçirilib.

Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov ötən 6 ay ərzində həyata keçirilən layihələrdən, tətbiq edilən yeniliklərdən və qarşıya qoyulan məqsədlərdən danışıb:

“Əziz dəmiryolçular,

Hörmətli Bakı Limanı əməkdaşları,

Hər birinizi xoş gördük! Ənənəni pozaraq çıxışıma aprel ayında Ağdama səfərimizlə bağlı təəssüratlarla başlamaq istəyirəm.

Biz işğal dövrü bitəndən sonra Ağdama qatarla səfər edən ilk sərnişinlər olduq. Olduğumuz qatar isə ümumiyyətlə Ağdama gedən ilk müasir qatar idi. Tarixi

anların iştirakçısı olduq. Bir anda arzularımız gerçəkləşdi. İllərdir əlimiz çatmayan, ünümüz yetməyən yurdumuza qatarla rahat və təhlükəsiz səfər etmək hissini sözlə ifadə etmək mümkün deyil. Mayın 10-da isə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə cənab Prezident İlham Əliyev möhtəşəm Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışını etdi.

Həqiqətən də, qürurverici anlar idi. İllərin nisgilindən sonra sevinc və qürur mənbəyinə çevrilmiş əzəli və əbədi torpağımız Qarabağın bərpasında bu gün biz də –ADY olaraq, dəmiryolçular olaraq yaxından iştirak edirik. Regionun dirçəlişi üçün nəqliyyat, o cümlədən dəmiryol nəqliyyatının rolu böyükdür, ictimai nəqliyyatın əlçatan olması çox vacibdir. Bu mənada, üzərimizə böyük iş, məsuliyyət düşür.

Bu ay isə cənab Prezident Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu. Bu kompleks də Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi kimi mühüm nəqliyyat infrastrukturu olacaq. Onu da qeyd edim ki, bura təkcə vağzal olmayacaq, eyni zamanda, öz bulvarı ilə şəhərin ən görməli yerlərindən birinə çevriləcək.

Məşhur mahnımızda “Anadır arzulara hər zaman Qarabağ”

deyildiyi kimi, düşünürəm ki, ötən 6 ay ərzində gördüyümüz işlərin ana xəttini də məhz Qarabağda qeyd etdiyim layihələr təşkil edir.

Bərdə–Ağdam dəmir yolu xəttinin bərpası, bu yol boyunca Bərdə, Köçərli və Təzəkənd stansiyalarının, körpülərin tikintisini də xüsusi vurğulamaq istərdim.

Ağdam–Xankəndi dəmir yolunun da inşası artıq sürətlə həyata keçirilir. 2026-cı ilin sonunadək həm dəmir yolu, həm də vağzalın açılışını planlaşdırırıq.

Həmçinin Ağdama müasir qatarlarımızla ilk sərnişinlərimizi aparacağıq. Ağdam 32 ildən sonra ilk sərnişinlərini qarşılayacaq. Bu da Azərbaycan tarixində, Azərbaycan dəmir yolları tarixində əlamətdar günlərdən biri olacaq.

Azad olunmuş torpaqlardan danışmışkən Horadiz–Ağbənd

dəmir yolu layihəsini də qeyd etməliyəm. Burada işlərin 66%-i tamamlanıb. İki tuneldən birinin inşası başa çatdırılıb, ölkənin ən uzun dəmiryol tuneli olan digərində isə qazma işləri yekunlaşıb.

Ümumilikdə Horadiz–Ağbənd nəhəng layihədir, 500-dən çox süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.

Hörmətli həmkarlar, Geridə qoyduğumuz 6 ay ərzində daha bir önəmli hadisə, ölkə başçısının sərəncamına əsasən, Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə birləşdirilməsi oldu. Artıq dəmiryol sahəsində nəqliyyat əməliyyatları və logistika proseslərinin daha səmərəli və operativ icrası, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun qarşılanması üçün geniş imkanlar açılıb. Ölkəmiz üzərindən yükdaşımalara tələbat daha da artmaqdadır.

Biz də öz növbəmizdə dəmir yolu və liman əməliyyatlarının vahid mərkəzdən idarə edilməsi, bununla da daha sürətli və səmərəli daşımalar üçün addımlar atırıq.

Artıq birləşmənin yaratdığı sinerjini indidən görməyə başlayırıq. Belə ki, əməliyyat səmərəliliyində gözəçarpan fərqlər müşahidə edilməkdədir – gömrüklə olan 1,5-2 dəfə sürətli emal, konteyner həcminin illik 100 min TEU-dan 150 min TEU-ya çatdırılması. 2025-ci ilin 6 ayında ümumi yükaşırma həcmi 3,9 milyon

ton təşkil edib, yükaşırma 5,4%, konteyner üzrə isə 71,5% artım olub.

Daha bir yenilik Prezidentin fərmanı ilə yaradılmış “AZCON Holding” in bu ildən fəaliyyətə başlaması oldu. Holdinqin əsas məqsədi idarəetməni mərkəzləşdirmək, şəffaflığı artırmaq, infrastrukturu modernləşdirmək, büdcə xərclərini optimallaşdırmaq və özünümaliyyələşdirmə əsasında işləməkdir. Bildiyiniz kimi, ADY də Holdinqin idarəetməsinə verilmiş qurumlardan biridir.

İnanırıq ki, Holdinq fəaliyyətimizin təkmilləşdirilməsinə müsbət təsir edəcək, eyni zamanda, nəqliyyat və kommunikasiya sahələrinə aid qurumlarla qarşılıqlı fəaliyyətin daha səmərəli təşkilinə xidmət edəcək.

Hörmətli həmkarlar,

Şərq-Qərblə yanaşı, Şimal-Cənub dəhlizi üzrə də çalışmalarımız davam edir. Sumqayıt–Yalama xəttinin

tikintisi bu il tamamlanır. İşlərin təqribən 90 faizi görülüb. Bu dəmir yollarının əsaslı təmirinin əhəmiyyəti ölkəmizin tranzit potensialının artırılmasına, Şimal-Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanmasına xidmət edəcək.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində həm də bu dəhlizin əsas elementlərindən olan, İran ərazisindəki Astara

Terminalının tikintisi üzrə də əsaslı işlər görülüb. Terminalın tikinti-quraşdırma işlərinin təxminən 75 faizi tamamlanıb.

Terminal tam gücü ilə işə düşdükdən sonra burada illik 3,5 milyon ton yükün aşırılması mümkün olacaq. Astara

Terminalı üzrə işlər də bu il tamamlanacaq.

Yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə ciddi ehtiyac var. Ona görə də lokomotiv parkımızı gücləndirməyə davam edirik. Bu məqsədlə Çin istehsalı olan 7 ədəd yeni lokomotiv və ehtiyat hissələrinin alınması haqqında müqavilə imzalamışıq. Müasir lokomotivlər yüksək dartı gücü, daha böyük yanacaq tutumu və etibarlılığı ilə seçilir. Növbəti mərhələdə daha 14 ədəd magistral lokomotivin

parka daxil edilməsi nəzərdə tutulur.

Bundan başqa, yükdaşıma xidmətlərimizi təkmilləşdirmək üçün xarici şirkətlərdən 300 ədəd yeni vaqonun alınması prosesi başlayıb. Vaqonlardan artıq 200-ü Azərbaycana çatdırılıb, qalan 100 vaqon da yaxın vaxtlarda ölkəyə gətiriləcək. Yeni lokomotivlərin və vaqonların istismarı yükdaşıma xidmərlərimizin səmərəliliyini və keyfiyyətini artıracaq.

Əziz dəmiryolçular, Yükdaşıma ilə paralel olaraq, sərnişin daşımalarının təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması, səyahət coğrafiyasının genişləndirilməsi üçün də əsaslı işlər görülüb. İlk olaraq Bakı–Balakən–Bakı marşrutunun bərpasını qeyd etmək istərdim. Covid-19

pandemiyası səbəbindən fəaliyyəti dayandırılmış bu marşrutla indi yenilənmiş yataq tipli vaqonlardan ibarət qatarlar hərəkət edir. Səfər müddəti bir saatdan çox qısaldılıb. Bakıdan Şəki, Qax, Zaqatala və Balakənə və əks istiqamətlərdə hər gün səfərlər təşkil olunur. Bu marşrut üzrə qatarların yenidən fəaliyyətə başlaması ilə şimal-qərb regionu üzrə yarım milyona yaxın vətəndaşa qatarla rahat və təhlükəsiz səfər etmək imkanı yaradılıb.

Eyni zamanda, ölkədaxili səyahət coğrafiyasını genişləndirmək üçün 15 iyundan etibarən Bakı–Ağstafa xətti Qazaxa qədər uzadılıb və bu xətlə ilk dəfə müasir qatarlar hərəkətə başlayıb. Bunun üçün Ağstafa–Qazax sahəsində dəmiryol infrastrukturu yenilənib, Qazax stansiyasının binasında təmir işləri aparılıb. Artıq

Qazaxa qədər hərəkət edən qatarlarımız əlavə 10 minə yaxın vətəndaşımız üçün mobilliyi daha əlçatan edəcək.

Ölkədaxili səfərlərlə yanaşı, Abşeron dairəvi marşrutu ilə də səyahət imkanlarını təkmilləşdirməyə nail olmuşuq.

Bu il bu marşrut üzrə ilk dəfə “Stadler” şirkətinin istehsalı olan FLIRT markalı qatarlar istismara verilib. Aprelin 1-dən qrafik optimallaşdırılıb. Biləcəri və Xırdalan stansiyalarında, Məmmədli dayancağında turniket sayı artırılıb. Əsas dəmiryol qovşağı olan Bakı Dəmiryol Vağzalında turniketlər yeniləri ilə əvəz olunub. Bu ilin sonunadək Dərnəgül dayanacağını da istifadəyə verməyi planlayırıq. Hörmətli həmkarlar, ADY olaraq rəqəmsallaşmağa, necə deyərlər, kağız-qələmi

toxunuşlarla əvəz etməyə davam edirik. Bu ilin birinci yarısında bir sıra rəqəmsal yeniliklərimiz olub. Bunlardan birincisi yeni elektron xidmət portalının (Digital ADY) istifadəyə verilməsidir. Bu innovativ platforma sayəsində müraciətlər, sorğuların izlənməsi və cavabların əldə edilməsi kimi ənənəvi kağız əsaslı proseslər indi onlayn həyata keçirilir.

Bu ayın sonunadək yükdaşımalarda elektron sənəd dövriyyəsinə keçid gözlənilir. Bununla kağızsız əməliyyatlarımızı daha da genişləndirəcəyik. Məqsədimiz həm əməkdaşlarımız, həm də müştəri və tərəfdaşlarımız üçün qarşılıqlı fəaliyyətin şəffaf, sürətli və rahat təşkilini təmin etməkdir.

Rəqəmsal imzanın tətbiqi sənədlərin rəsmiləşdirilməsini asanlaşdırıb. Artıq ekspeditorlarımız sənədləri birbaşa yerində tez və təhlükəsiz şəkildə imzalaya biləcək, müştərilər isə şəxsi iştiraka ehtiyac olmadan

yüklərin qəbulunu məsafədən təsdiq edə biləcəklər.

Onlayn bilet alışının təşviqi üçün bu aydan etibarən Bakı və Gəncə vağzalları istisna olmaqla bölgələrdəki kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılır. Məqsədimiz kağızdan istifadəni minimuma endirmək, ətraf mühitə mənfi təsiri azaltmaqdır. Onlayn əməliyyatlar günün tələbidir. Rəqəmlər də göstərir ki, onlayn bilet alışı ənənəvi bilet alışını üstələyir. Sərnişinlərin 80 faizi biletləri vaxt itirmədən, kassalarda növbədə dayanmadan, rahat şəkildə saytımız və “ADY Mobile” üzərindən alır.

Dəyərli həmkarlar, Xarici əlaqələrimiz genişlənir, xarici şirkətlərlə təmaslarımız artır və bu əməkdaşlığın nəticəsi işimizdə də özünü göstərir.

Uğurlu əməkdaşlığın nəticəsidir ki, Şərq-Qərb dəhlizi üzrə daşıma həcmləri artır. Eyni zamanda, Çin

və Azərbaycan arasında yükdaşımalarda artım dinamikası müşahidə olunur.

2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 6 ayı ərzində bu göstərici artıq 200 blok-qatar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Bu ilin birinci yarısında ümumilikdə blok-qatarlarla 20 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Ümumilikdə dəhlizlər üzrə tranzit daşımaların həcmində müəyyən qədər azalma olsa da, bunun obyektiv səbəbləri var. Qonşu regionlardakı geosiyasi proseslərin, təbii ki, iqtisadiyyata, yükdaşımalara da təsiri olur. Təcrübə göstərir ki, bu proseslər müvəqqəti xarakter daşıyır. ADY olaraq biz üzərimizə düşən işləri görürük, eyni zamanda, tərəfdaşlarımızla münasibətləri daim təkmilləşdirməyə çalışırıq.

Elə bu ay Çin Xalq

Respublikasına çox səmərəli işgüzar səfərimiz oldu. İlk dəfə olaraq Çinin Sian Limanında ADY-nin nümayəndəliyini və illik yükaşırma gücü 20 000 TEU konteyner meydançasını açdıq. Bu, əməkdaşlığımızı gücləndirəcək, yük daşımalarının daha sürətli və səmərəli təşkili üçün operativ müzakirə aparmağa imkan verəcək.

Eyni zamanda, “Çin Dəmir Yolları” Dövlət Korporasiyası ilə Anlaşma Memorandumu imzaladıq. Sənəddə əsas diqqət həm də Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin gücləndirilməsinə yönəlib.

Qeyd edim ki, çinli həmkarlarımızla müzakirələrimizdə Prezident İlham Əliyevin bu ilin aprelində Çinə səfəri zamanı iki ölkənin beynəlxalq multimodal daşımaların təşviqi barədə razılaşmalarından irəli gələn məsələlərə xüsusi yer verildi.

İlin əvvəlində iranlı həmkarlarımızla görüşərək Strateji Əməkdaşlıq Planı imzalamışıq. Plan İranın Astara şəhərində yerləşən yük terminalının tikintisi və istismar müqaviləsinin icrasını nəzərdə tutur. Bu sənəd Şimal-Cənub Dəhlizi ilə yükdaşımaların artmasını Astara Terminalı vasitəsilə birgə dəstəkləmək istiqamətində səyləri gücləndirib. Növbəti həftə İrana rəsmi səfərimiz var, həm Astara terminalının tamamlanması, həm

də yükdaşıma ilə bağlı müzakirələrimiz planlaşdırılır.

Əziz həmkarlar,

Bu il Azərbaycan Dəmir Yollarının yaranmasının 145 illiyini qeyd edirik. Əslində, son 150 il Azərbaycan üçün çox dinamik, dəyişkən bir dövr olub, sənaye, nəqliyyat kimi sahələr inkişaf edib və dəmir yolları da bu inkişafda böyük paya sahib olub. Bu, hazırda da belədir.

İl ərzində yubiley tədbirlərimiz davam edəcək, işində fərqlənən dəmiryolçuları peşə bayramımızda təltif edəcəyik.

Hörmətli dəmiryolçular, Bakı Limanı əməkdaşları, Qarşıda bizi daha bir 6 aylıq dövr gözləyir. İnanıram ki, bu dövrdə də uğurlu nəticələr əldə edəcək, davam edən layihələrimizi tamamlayacaq, yeni təşəbbüslərlə çıxış edəcəyik. Əminəm ki, ADY ailəsinin hər bir üzvü hər zaman olduğu kimi əzmlə, yorulmadan çalışacaq.

Hər birinizə uğurlar arzulayıram!

Sonra ADY-nin struktur bölmələrinin rəhbərləri təqdimatlarla çıxış ediblər.

Strateji inkişaf departamentinin müdiri Anar Qasımov “2025-ci ilin birinci yarısıda icra proqramlarının yerinə yetirilməsi üzrə mövcud vəziyyət”, Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin müdiri Bəhruz Nəcəfov və Hərəkətin təhlükəsizliyi departamentinin müdiri Pənah Kərimov “Əməyin təhlükəsizliyi, əməliyyatlar və hərəkət təhlükəsizliyi”, ADY sədrinin müşaviri Tural Abbaslı “Həyata keçirilən CAPEX layihələri”, Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov “Bakı Limanının strateji məqsədləri və gözləntilər”, Rəqəmsal İnkişaf departamentinin müdiri Andrey İskriç “Rəqəmsallaşma layihələri”, İnsan resursları departamentinin müdiri Ceyhun Nağıyev “Əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər”, Hüquq departamentinin müdiri Türkan Yusibova isə “ADY-nin hüquqi çərçivəsi; AZCON ilə inteqrasiya kontekstində qurulan münasibətlər” mövzularında çıxışlar ediblər.

Sonda komanda quruculuğu üzrə interaktiv oyun keçirilib.

ADY SƏDRİNİN MÜŞAVİRİ MÜNHENDƏ

ORTA DƏHLİZ ÜZRƏ GÖRÜLƏN İŞLƏRDƏN DANIŞIB

“Azərbaycan Dəmir Yolları”

QSC sədrinin müşaviri Emil Məmmədov Almaniyanın Münhen şəhərində keçirilən “Transport Logistic 2025” sərgisi çərçivəsində “İntermodal daşımaların yenidən dəyərləndirilməsi:

Trans-Xəzər marşrutu üzrə maneəsiz hərəkət və özəl sektorun rolu” mövzusunda panel müzakirələrində iştirak edib.

Emil Məmmədov ADY-nin

Orta Dəhliz kimi tanınan

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə gördüyü işlərdən və gələcək planlardan danışıb.

Qeyd olunub ki, ADY

tərəfindən beynəlxalq tərəfdaşlarla aparılan davamlı və aktiv danışıqlar nəticəsində Orta Dəhlizlə konteyner daşımalarının həcmi və payı ildən-ilə artır. ADY 2025-ci ilin 4 ayında ötən ilin müvafiq

dövrünün göstəricisinə nisbətən konteyner daşımalarını 56 faiz artırıb.

Özbəkistan və Qazaxıstan dəmiryol administrasiyalarının, Türkiyə Prezidentinin

Maliyyə İdarəsinin və

Almaniyanın “Rhenus Group” şirkətinin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi paneldə Orta Dəhliz boyunca darboğazların aradan qaldırılması, multimodal inteqrasiyanın gücləndirilməsi və daşımaların həcminin artırılması ilə bağlı mövcud baxışlar dəyərləndirilib.

Paneldə xüsusi diqqət dövlət və özəl əməkdaşlığına və transsərhəd ticarət axınında praktik təkmilləşdirmələrə yönəldilib.

ADY NÜMAYƏNDƏLƏRİ ORTA DƏHLİZ

ÜZRƏ İŞÇİ QRUPUNUN İCLASINDA

İŞTİRAK EDİB

İyunun 26-27-də Varşavada

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı üzrə İşçi

qrupunun iclası keçirilib.

Orta Dəhlizin inkişafında Avropa tərəfdaşlarının

vacib rolu nəzərə alınaraq, müzakirələr məhz bu qitədə təşkil olunub.

ADY nümayəndələrinin də iştirak etdiyi toplantı zamanı Xəzər dənizi regionunda liman infrastrukturunun təkmilləşdirilməsi və daşımaların səmərəliliyinin artırılması kimi yeni yaranan çağırışlar ön plana çəkilib.

İclasda yeni imkanları dəyərləndirərkən əməkdaşlıq və innovasiya əsas amillər olub.

ADY NÜMAYƏNDƏLƏRİ “ÇİN–AVROPA DƏMİRYOL

EKSPRESİ”NİN QLOBAL TƏRƏFDAŞLARININ FORUMUNDA İŞTİRAK EDİBLƏR

21 may tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti “Çin–Avropa (Sian) Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda iştirak edib.

Çin Xalq Respublikasının Sian şəhərində keçirilən tədbirin mövzusu “Kəmər və Yol Təşəbbüsü” layihəsinin birgə icrası və “China–Europe Express” iqtisadi halqasının yaradılması olub.

Forumda “China–Europe Express” dəhlizinin üstünlüklərindən tam istifadə etmək, bu istiqamətdə yük daşımalarını təşviq etmək, beynəlxalq ticarət üçün yüksək səmərəli, sərfəli və keyfiyyətli quru yol əlaqəsini qurmaq, müasir beynəlxalq logistika sisteminin tikintisini sürətləndirmək kimi məsələlərə toxunulub.

Qeyd edilib ki, “China–Europe Express” “Kəmər və Yol Təşəbbüsü”nün əsas hissəsidir və Çinlə Avropa ölkələri arasında yük daşımalarını inkişaf etdirmək məqsədi daşıyır.

Forumda çıxış edən ADY sədrinin müavini Arif Ağayev bildirib ki, Azərbaycan Çinə təkcə ticarət tərəfdaşı deyil, həm də etibarlı strateji müttəfiq kimi baxır. Bu strateji tərəfdaşlıq münasibətləri nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir.

İki ölkə arasında infrastruktur və multimodal layihələrin birgə həyata keçirilməsi etibarlı, dayanıqlı və rəqabətədavamlı yükdaşıma marşrutlarını təmin etməklə Şərq və Qərb arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Arif Ağayev vurğulayıb ki, 2024-cü ildə ölkələrimiz arasında dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin həcmi 47% artaraq 612 min ton təşkil edib. Çindən Azərbaycana göndərilən konteyner blok-qatarlarının sayı da sürətlə artır. 2024-cü ildə ümumilikdə 287 blok-qatar, 2025-ci ilin ilk dörd ayında isə 73-ü tranzit, 92-si idxal rejimində olmaqla 165 blok-qatar artıq qəbul edilib.

Bundan əlavə, 2024-cü il noyabrın 24-də Azərbaycandan Çinə ilk “Bakı–

Sian” ixrac blok-qatarı yola salınıb. Bu günə kimi ümumi həcmi 10 min tona yaxın olan 6 blok-qatar yola salınıb. Bu rəqəmlər Orta Dəhlizin strateji əhəmiyyətini və potensialını bir daha təsdiqləyir.

ADY sədrinin müavini qeyd edib ki, Çinin strateji əhəmiyyətli nəqliyyat qovşaqlarından biri olan Sian şəhərindən başlayan ekspres Avropa ölkələrinə, o cümlədən Almaniya, Polşa, Macarıstan, Çexiya, Litvaya da müntəzəm yük daşımalarına təkan verəcək.

Arif Ağayev əlavə edib ki,

“China–Europe Express”

Asiya və Avropa arasında logistik əməliyyatların sürətləndirilməsi, nəqliyyat marşrutlarının şaxələndirilməsinin təşviqi və iştirakçı ölkələrin ixrac-idxal potensialının dəstəklənməsi kimi üstünlükləri təmin edəcək.

Forumun sonunda

“Çin–Avropa Dəmiryol Ekspresi” konsolidasiya mərkəzinin tikintisi üzrə əməkdaşlıq təşəbbüsü” sənədi imzalanıb.

Sənəd infrastruktur üzrə əməkdaşlığın gücləndirilməsi, nəqliyyatın təşkilinin

optimallaşdırılması və xidmətin təkmilləşdirilməsi, ağıllı logistika mərkəzinin yaradılması, dəmiryol marşrutları üzrə nəqliyyat xərclərinin səmərələşdirilməsi məsələlərini əhatə edir.

Tədbir zamanı ADY sədrinin müavini Arif Ağayev KİV nümayəndələrinin suallarını cavablandırıb.

ADY-DƏ YENİ TƏYİNAT

“Azərbaycan Dəmir Yolları” QSC-də yeni təyinat həyata keçirilib.

Azərbaycan Respublikası

Prezidentinin 22 may 2025-ci il tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib.

Nicat Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin

Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.

2009-cu ildən 2015ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq

departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.

ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib.

2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub.

ADY NÜMAYƏNDƏLƏRİ

ÇİNİN

SİAN VƏ ÇENDU LİMANLARININ

FƏALİYYƏTİ İLƏ TANIŞ OLUBLAR

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdə olub.

Səfər çərçivəsində ADY nümayəndələri Sian və Çendu şəhərlərində yerləşən quru limanlarının fəaliyyəti və infrastruktur imkanları, həmçinin limanlarda həyata keçirilən müasir logistika həlləri ilə tanış olub, liman rəhbərlikləri ilə görüşlər keçiriblər.

Görüşlərdə Orta Dəhlizə yüklərin cəlb edilməsi, logistika imkanlarının genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Sian və Çendu Çinin qərbində yerləşən iki əsas nəqliyyat və iqtisadi mərkəzdir. Bu şəhərlər Orta Dəhliz vasitəsilə Çinlə Avropa arasında ticarət və logistika əlaqələrinin inkişafında mühüm rol oynayır.

BAKI LİMANINDA ÇİNİN LYANYUNQAN ŞƏHƏRİ

ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ MÜZAKİRƏ OLUNUB

“Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini

Nicat Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz

Ticarət Limanında Çin Xalq Respublikasının Lyanyunqan şəhərinin Kommersiya Bürosunun və “Liyanyunqanq İqtisadi və Texnoloji İnkişafı Zonası”nın İşçi Komitəsinin nümayəndələri ilə görüşüb.

Çinin Ciansu əyalətinin vitse-qubernatoru Ma Şıquanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə ADY-nin beynəlxalq dəhlizlərin, o cümlədən

Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün gördüyü işlər diqqətə çatdırılıb.

Orta Dəhlizin əsas seqmentlərindən olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının müasir texnoloji imkanları və sürətli yük əməliyyatları üçün müvafiq infrastrukturu sayəsində illik 15 milyon ton yükaşırma gücünə malik olduğu vurğulanıb.

Tərəflər həmçinin Azərbaycan və Ciansu əyaləti arasında əməkdaşlığı gücləndirmək,

həmçinin Trans-Xəzər

Beynəlxalq Nəqliyyat

Marşrutunu təşviq etmək məqsədilə görülə biləcək işləri müzakirə ediblər.

Bundan əlavə, “Kəmər və Yol” meqa layihəsinin mühüm komponentlərindən olan Lyanyunqan şəhərində hazırda “Yeni Avrasiya

Quru-Dəniz Nəqliyyat

Dəhlizi”nin və Orta Dəhlizin logistika şəbəkələrinin effektiv şəkildə əlaqələndirilməsi

üzrə işlərin aparıldığı nəzərə çatdırılıb.

Qeyd edək ki, Bakı–Tbilisi–

Qars (BTQ) dəmir yolu xəttinin illik yük ötürmə həcminin 5 milyon tona çatdırılmasından

sonra ötən ilin iyun ayından etibarən Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən

böyük limanlarından olan Lyanyunqandan Orta Dəhlizlə test rejimində konteyner blok-qatarların göndərilməsinə başlanılıb.

Lianyunqanq limanından yalnız Çin mənşəli deyil, həm də Yaponiya və Koreya tədarükçülərinin məhsulları göndərilir ki, bu da dəhlizin istifadə coğrafiyasını genişləndirir.

ADY “TRANSLOGISTICA CASPIAN”

SƏRGİSİNDƏ UĞURLA

İŞTİRAK ETDİ

ADY Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində (“TransLogistica Caspian”) xüsusi stendlə təmsil olunub.

Sərgidə stendimizə yaxınlaşan ziyarətçilər ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, ADY-nin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və

Bakı Limanı haqqında ətraflı məlumat alıblar.

Sərgidə ziyarətçilər pavilyonumuza böyük maraq göstəriblər.

22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində “Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması” mövzusunda panel təşkil olunub.

Müzakirələr zamanı TRACECA layihəsinin iştirakçısı

olan ölkələrin dəmiryol təşkilatlarının tətbiq etdiyi rəqəmsal həllərdən və qarşılıqlı təcrübə mübadiləsindən söz açılıb.

Paneldə iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Rəqəmsal inkişaf departamentinin baş məsləhətçisi Asif Hüseynov ADY-nin yükdaşıma əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində gördüyü işlərdən danışıb, qonşu ölkələrlə effektiv elektron məlumat

mübadiləsinin aparıldığını, rəqəmsal həllərin tətbiqi nəticəsində əməliyyatların sürətləndiyini bildirib.

Panel iştirakçıları dəmiryol əməliyyatlarının rəqəmsallaşdırılmasının regionda nəqliyyat sahəsində əməkdaşlığı daha da gücləndirdiyini və yeni imkanlar yaratdığını qeyd ediblər.

Bundan başqa, “TransLogistica Caspian” çərçivəsində “Xəzər regionunda multimodal daşımalar: Səmərəli nəqliyyat logistikasının təmin edilməsində perspektivlər və çağırışlar” mövzusunda panel təşkil olunub.

Panel müzakirələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq və tarif siyasəti departamentinin müdir müavini Natiq Rəsulzadə, Bakı Beynəlxalq Dəniz Limanının

əməkdaşı Xudayar Həsənli və “ADY Express” MMC-nin baş əməliyyat inzibatçısı Rəşad Məcidov iştirak ediblər.

İştirakçılar Azərbaycanın

Orta Dəhliz üzərindən həyata keçirilən daşımalardakı rolunun artdığını, əməliyyatların optimallaşdırılması məqsədilə dəhliz iştirakçısı olan ölkələrlə vahid koordinasiya sisteminin yaradıldığını qeyd ediblər. Orta Dəhlizin sanksiyalardan azad strateji yol olduğu xüsusilə qeyd edilib.

Müzakirələr zamanı qeyd olunub ki, dəmir yolu və dəniz keçidləri vasitəsilə həyata keçirilən yük daşımalarının həcminin qarşıdakı illərdə də artacağı gözlənilir və bu tendensiya Azərbaycan iqtisadiyyatı üçün yeni fürsətlər yaradacaq.

BAKI LİMANI

LİMANLARI ARASINDA ƏMƏKDAŞLIQ İMKANLARI

MÜZAKİRƏ EDİLİB

“Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Arif Ağayev Bakı Beynəlxalq

Dəniz Ticarət Limanında Çinin Quandun əyalətinin Siyasi Məşvərət Konfransının sədri Lin Ketsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Bakı Limanı və Quandun əyalətində yerləşən Şençjen, Quancou, Juhai, Şantou və Cantszyan limanları arasında əməkdaşlıq imkanları, Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi olan Orta Dəhlizin strateji rolu, bu marşrut üzrə yüklərin səmərəli və təhlükəsiz daşınması və yük daşımaları sahəsində ortaq maraq doğuran məsələlər müzakirə edilib.

ADY-nin beynəlxalq dəhlizlərin, o cümlədən Çin və

Avropa arasında səmərəli və etibarlı nəqliyyat bağlantısını təmin edən Orta Dəhlizin inkişafı üçün gördüyü işlər, Bakı Limanının beynəlxalq yükdaşımalardakı rolu qonaqların diqqətinə çatdırılıb.

Bildirilib ki, Orta Dəhlizin

əsas seqmentlərindən olan Bakı Beynəlxalq Dəniz Limanı müasir texnoloji imkanları və sürətli yük əməliyyatları üçün müvafiq infrastrukturu sayəsində illik 15 milyon ton yükaşırma gücü ilə Şərq-Qərb-Şərq yükdaşımaları üçün geniş imkanlar açır.

Çin nümayəndə heyəti Bakı Limanının regionda artan logistik potensialını və multimodal daşımalar üçün əlverişli imkanları ilə tanış olub.

Qeyd edək ki, hazırda Çinin Sian limanından Orta Dəhlizlə müntəzəm konteyner blok-qatarlarının göndərilməsi həyata keçirilir.

ADY-NİN “BİLİK EKSPRESİ” SƏYYAR

TƏLİM QATARI İSTİFADƏYƏ

VERİLDİ

“Azərbaycan Dəmir Yolları” QSC-nin insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi təlim və inkişaf strategiyası çərçivəsində mobil təlim platforması olan səyyar təlim qatarı – “Bilik Ekspresi” istifadəyə verilib.

Layihənin əsas məqsədi regionlarda fəaliyyət göstərən struktur bölmələrin əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılması, fərdi inkişaflarının dəstəklənməsi və karyera irəliləyişlərinə şərait yaradılması, həmçinin “Bilik

Ekspresi” vasitəsilə təlim və inkişaf imkanlarının daha geniş coğrafiyada əlçatan edilməsidir.

ADY “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə görülən işlərə dəstəyini davam etdirərək

“Bilik Ekspresi” layihəsinin ilk mərhələsini məhz Ağdam şəhərində həyata keçirib.

Ağdam Dəmir Yolu və

Avtovağzal Kompleksində keçirilən tədbir zamanı ADY-nin həmin ərazidə çalışan əməkdaşları üçün

stansiyalarda hərəkət sahəsi üzrə işin təşkili mövzusunda təlimlər təşkil olunub. Bununla yanaşı, ADY-nin korporativ dəyərləri və etik davranış kodeksi ilə bağlı maarifləndirmə sessiyaları keçirilib.

Həmçinin bu mobil platforma vasitəsilə ADY tərəfindən Ağdam Dəmir Yolu və

Avtovağzal Kompleksinin fəaliyyətinin təşkili və yerli əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər keçirilib, iş yerlərinin komplektləşdirilməsi üçün yerli

sakinlərlə görüşlər və ilkin seçim mərhələləri təşkil edilib.

2024-cü ildə layihələndirilən və üç vaqondan ibarət olan “Bilik Ekspresi” qatarının birinci vaqonu eyni vaxtda 27 nəfərin təlim keçməsi üçün nəzərdə tutulmuş tədris sinfindən ibarətdir, ikinci vaqon 12 nəfərlik təlim otağından ibarət olmaqla istirahət zonası və mətbəxlə təmin olunub, üçüncü vaqon isə təlimçilərin və texniki heyətin fasiləsiz fəaliyyət göstərməsi üçün yataq yerləri ilə təmin olunub.

“Bilik Ekspresi” Ağdam şəhərindən sonra Bərdə və Yevlax rayonlarında fəaliyyətini davam etdirib, bu bölgələrdə çalışan dəmiryolçular üçün təlimlər keçirilib və işə qəbul məqsədilə namizədlərlə görüşlər təşkil olunub.

“Bilik Ekspresi” 2025-ci ilin

sonunadək digər rayonlarda da fəaliyyət göstərəcək və bu müddət ərzində həm təlim, həm də işə qəbul prosesləri geniş miqyasda həyata keçiriləcək.

Təlim və inkişaf proseslərinin ayrılmaz hissəsinə çevriləcək bu təşəbbüs ADY-nin transformasiya və dayanıqlı inkişaf baxımından insan resurslarına verdiyi önəmi bir daha nümayiş etdirir.

ADY-nin uzunmüddətli strateji prioritetlərindən biri insan resurslarının inkişafıdır və bu strategiya şəffaf işə qəbul proseslərinin həyata keçirilməsi, əməkdaşların xidməti fəaliyyətinin yüksəldilməsi və karyera inkişafının dəstəklənməsi, rəqəmsal insan resursları idarəetmə sistemlərinin tətbiqi kimi istiqamətləri əhatə edir. ADY həmçinin insan kapitalına sərmayəni dayanıqlı inkişafın əsas təməli kimi qəbul edərək hər bir əməkdaşın peşəkar inkişafını dəstəkləyir.

BEYNƏLXALQ SERTİFİKAT ALAN

ƏMƏKDAŞLARIMIZ

“Azərbaycan Dəmir Yolları” QSC-nin Hüquq departamentinin müdiri Türkan Yusibova layihə idarəçiliyi sahəsində ən yüksək beynəlxalq sertifikat hesab edilən PfMP® (“Portfolio Management Professional”) sertifikatını əldə edib.

Qeyd edək ki, PfMP® sertifikatı dünya miqyasında layihə portfellərinin strateji və səmərəli idarə olunmasında yüksək bilik və təcrübəyə malik mütəxəssislərə verilir.

Bu sertifikata sahib olan mütəxəssislərin sayı dünya üzrə məhdud saydadır.

ADY əməkdaşları daim müxtəlif sahələr üzrə beynəlxalq sertifikatlar əldə

edərək öz peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə təsdiqləyirlər.

Bu uğurlar komandamızın bilik və bacarıqlara verdiyi dəyəri, davamlı inkişaf ruhunu və peşəkar yanaşmasını bir daha sübut edir.

Beynəlxalq sertifikat alan hər bir əməkdaşımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

İLK QADIN MAŞİNİST KÖMƏKÇİLƏRİ

ADY-DƏ BƏRABƏR

İŞ ŞƏRAİTİNDƏN DANIŞDILAR

ADY-nin nümayəndələri

Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə Bakıda keçirilmiş “Azərbaycanda sosial ədalət və gender bərabərliyinə nail olma yolları:

Nailiyyətlər və gələcək perspektivlər” konfransında iştirak ediblər.

Azərbaycanın dəmir yollarında çalışan ilk qadın maşinist köməkçiləri konfransda ADY-də yaradılmış ədalətli və bərabər iş şəraiti barədə təəssüratlarını bölüşüb, yerli və beynəlxalq təcrübələr barədə fikir mübadiləsi aparıblar.

Konfransın məqsədi Azərbaycanda gender bərabərliyinin və sosial ədalətin inkişafına BƏT-in davamlı dəstəyi,

müxtəlif gender bərabərliyi siyasətlərinin ümumiləşdirilərək müzakirəsi və iqtisadi, sosial və ekoloji inkişafda gender bərabərliyinin qarşısındakı çağırışların müəyyən və həll edilməsi olub.

Videonu izləmək üçün QR kodu oxudun

VAHİD RƏQƏMSAL MƏKANIN QURULMASINDA

NÖVBƏTİ

ADDIM – ADY E-PORTALI “DIGITAL. LOGIN” İLƏ DAHA SÜRƏTLİ!

“Azərbaycan Dəmir

Yolları” QSC rəqəmsal transformasiya strategiyası çərçivəsində növbəti yeniliyə imza atıb.

Belə ki, ADY-nin elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login” ilə uğurla inteqrasiya edilib. Bu yenilik istifadəçilərə portala daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır.

İndi istifadəçilər portalda xidmətlərə daxil olmaq üçün artıq mövcud olan

identifikasiya vasitələrindən

– SİMA İmza, Asan İmza, SİMA Token (Elektron İmza), İdentifikasiya nömrəsi və BSXM Elektron İmzadan istifadə edə bilirlər.

İnteqrasiyanın əsas üstünlükləri:

- Sadə və sürətli giriş – Təkrar qeydiyyat zərurəti aradan qalxır;

- Təhlükəsizliyin artırılması – Dövlət tərəfindən təsdiqlənmiş identifikasiya vasitələri istifadə olunur;

- Vaxta qənaət – Müraciət və sorğuların təqdimat prosesi sürətlənir;

- Dövlət sistemləri ilə uyğunluq – “MyGov” portalı və digər dövlət platformaları ilə inteqrasiya imkanı yaranır.

Qeyd edək ki, layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Azərbaycanda rəqəmsal hökumət sisteminin inkişafına mühüm töhfə verir. Eyni zamanda, bu yenilik “bir pəncərə” prinsipi

əsasında təqdim edilən onlayn xidmətlərin daha genişləndirilməsinə imkan yaradır.

Xatırladaq ki, ADY-nin bu yaxınlarda istifadəyə verdiyi elektron xidmətlər portalı (https://portal.ady.az/) əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır və dəmiryol xidmətlərinin daha rahat, müasir, şəffaf və innovativ şəkildə təqdim olunmasını təmin edir. Portal vətəndaşların müraciət və

digər xidmətlərə onlayn formada çıxışını təmin edən əsas platforma kimi inkişafını davam etdirəcək.

ADY həmçinin

rəqəmsallaşma strategiyasına uyğun olaraq, kağız sənəd dövriyyəsinin azaldılması, kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində yeni layihələr həyata keçirməyə davam edəcək. Bura bilet satışından tutmuş yük daşımalarının izlənməsinə, təhlükəsizlik

sistemlərindən real vaxtda məlumat mübadiləsinə qədər bir çox proses daxildir.

Bu baxımdan rəqəmsallaşma ADY-nin yalnız texnoloji yenilənməsinə deyil, eyni zamanda, biznes modelinin transformasiyasına, müştəri yönümlü yanaşmanın formalaşmasına və qlobal dəmir yolu şəbəkələri ilə inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verir. Bu proses dəmir yolunun rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkənin nəqliyyatlogistika potensialının da güclənməsinə zəmin yaradır.

ADY BAKI–QAZAX–BAKI MARŞRUTU ÜZRƏ

İLK DƏFƏ SÜRƏTLİ QATARLARLA SƏRNİŞİN

DAŞIMALARINA START VERDİ

“Azərbaycan Dəmir Yolları”

QSC sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə iyunun 15-dən Bakı–

Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadıb.

Bakı–Qazax–Bakı marşrutu üzrə ilk dəfə “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edib.

Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərən qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa,

artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunur.

Sürətli sərnişin qatarları hər gün saat 08:00 və 18:00-da

Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatır. Qazax–Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatır.

Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunur və

Bakıdan Qazaxa kimi bir istiqamətə standart sinif yerlərə minimum gediş haqqı

16.20 AZN təşkil edir.

Biletləri dəmiryol kassalarından, “ADY Mobile” tətbiqindən və ya ADY-nin rəsmi saytından əldə etmək mümkündür.

ADY Bakı–Qazax–Bakı marşrutu üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə dəmir yollarının Ağstafa–Qazax sahəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirib. Belə ki, Bakı–Qazax dəmiryol xəttində enerji, rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi

işləri yerinə yetirilib. Həmçinin

Qazax stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

Bakı–Qazax–Bakı marşrutunun istismara verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım proqnozlaşdırılır. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik əlavə 10 000-ə yaxın sərnişinin daşınacağı gözlənilir.

Bakı–Ağstafa marşrutunun

Qazaxa qədər uzadılması bu istiqamətdə səfər edən və həmin bölgədə yaşayan insanların nəqliyyat tələbatına cavab verir. Bununla Qazax rayonunun əhalisi də daha rahat, təhlükəsiz və sərfəli səyahət imkanı əldə edib.

Azərbaycanın bütün regionlarını sərnişinləri üçün əlçatan etməyi, xidmət coğrafiyasını genişləndirməyi hədəfləyən ADY sərnişindaşıma xidmətinin

davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar tətbiq edir, həmçinin pandemiyadan öncə mövcud olmuş marşrutları mərhələli şəkildə bərpa edir.

2023-cü ildə Bakı–Gəncə–Bakı marşrutunun Ağstafaya qədər uzadılması, ilk dəfə olaraq Qəbələyə sürətli qatarlarla sərnişindaşımanın təşkili,

2024-cü ildə yeni qatarların xəttə buraxılması, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin artırılması, Ləki və Ucar stansiyalarına dayanacaq verilməsi, bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidmətinin aktivləşdirilməsi, loyallıq proqramı və dinamik qiymət siyasətinin tətbiqi, 2025-ci ilin əvvəlində isə Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanın bərpası və bütün bunların nəticəsi olaraq 2024-cü ildə rekord sayda – 8,5 milyon sərnişin daşınması ADY-nin sərnişindaşıma sahəsinin inkişafına, müştəri məmnuniyyətinin artırılmasına xüsusi diqqət yetirdiyini göstərir.

BAKI–QAZAX QATARININ İLK

SƏRNİŞİNLƏRİNİN TƏƏSSÜRATLARI

15 iyundan ilk dəfə Bakı–Qazax–Bakı marşrutu ilə hərəkətə başlayan sürətli qatarların ilk sərnişinləri fikirlərini bölüşüblər.

Ozal Feyzili: “Yeni sürətli qatarla səyahət müddəti xeyli qısalacaq, insanlar daha rahat, təhlükəsiz və komfortlu şəraitdə öz ünvanlarına çatacaqlar”.

Elmir Çobanov: “Çox sevincliyik ki, Qazaxdan Bakıya da sürətli qatar fəaliyyətini bərpa etdi. Uzun müddət idi, biz bu anı gözləyirdik. Artıq bizə də buradan istədiyimiz yerə rahat getmək qismət oldu”.

Hüseyn Qurbanov: “Qatara həmişə Ağstafa rayonundan minirdim. Qazaxın kəndindən ora getmək çətin olurdu, yol uzaq idi. Lakin indi vaxta qənaət edə biləcəyik. Yeni

sürətli qatarların komfortu, dizaynı isə çox gözəldir”.

AZƏRBAYCAN VƏ QAZAXISTAN

MÜTƏXƏSSİSLƏRİ ARASINDA TƏCRÜBƏ

MÜBADİLƏSİ APARILIB

“Azərbaycan Dəmir Yolları” QSC hərəkətin təhlükəsizliyinin idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin bu sahədə ixtisaslaşmış mütəxəssislərini Bakıya dəvət edib.

Səfər çərçivəsində keçirilən təcrübə mübadiləsinin əsas məqsədi iki ölkənin dəmiryol idarələri arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi üçün yeni imkanların müəyyənləşdirilməsi olub.

18-21 iyun tarixlərində keçirilmiş görüşlər

zamanı tərəflər hərəkətin təhlükəsizliyinin idarə edilməsi sahəsində tətbiq olunan rəqəmsal həllər, daxili nəzarət və audit sistemlərinin gücləndirilməsi, risklərin proaktiv şəkildə qiymətləndirilməsi və idarə olunması kimi məsələləri müzakirə ediblər.

Qonaqlara ADY-də tətbiq edilən təhlükəsizlik sistemləri, monitorinq və cavab vermə prosedurları, eləcə də yeni texnologiyaların tətbiqi ilə bağlı təqdimatlar nümayiş etdirilib.

Tərəflər, eyni zamanda, gələcəkdə qarşılıqlı texniki səfərlər, təlimlər və birgə

layihələrin həyata keçirilməsi barədə ilkin razılıq əldə ediblər.

Bu təşəbbüs ADY-nin strateji məqsədlərinə –təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi və beynəlxalq təcrübənin lokallaşdırılması istiqamətində mühüm töhfə verir.

GÖRƏDİL MƏKTƏBLİLƏRİ İLƏ

GÖRÜŞ KEÇİRİLİB

ADY dəmir yollarında

təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir.

Bu məqsədlə məktəblərdə davamlı təlimlər keçilir, hərəkətin təhlükəsizliyinə mane ola biləcək kənar

müdaxilələr haqqında məlumatlar verilir, şagirdlər qaydalarla tanış olurlar.

Bu dəfə Görədil kəndində dəmir yolu yaxınlığında yerləşən İlqar Yusifov adına tam orta məktəbdə müəllim və şagird heyəti ilə təhlükəsizlik mövzusunda görüş keçirilib.

Görüşdə ADY-nin ümumi fəaliyyəti, 145 illik tarixindən bəhs olunub, dəmiryol

xətlərinin yaxınlığında təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.

Şagirdlər hər gün istifadə etdikləri dəmir yollarında bundan sonra təhlükəsizliyə xüsusi diqqət edəcəklərini bildiriblər.

MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ

DAVAM ETDİRİLİR

ADY dəmiryol infrastrukturu ətrafında təhlükəsizliyin təmin olunması öhdəliyini müntəzəm yerinə yetirir.

Təhlükəsizliklə bağlı növbəti maarifləndirmə tədbirləri

çərçivəsində dəmir yollarına yaxın yanğına həssas ərazilərdə yaşayan və fəaliyyət göstərən sakinlərə yanğın təhlükəsizliyi qaydaları, bununla bağlı müvafiq tələblər izah olunub.

ADY-DƏ YANĞIN TƏHLÜKƏSİZLİYİ

Unutmayaq ki, bəzən diqqətsizlik ani və nəzarətsiz yanğınlara səbəb olur. Bu isə insanların təhlükəsizliyinə ciddi risk yaratmaqla yanaşı, təbiətə və dəmiryol infrastrukturuna da ciddi ziyan vura bilər.

Gəncə Dəmiryol Vağzalının qarşısında Gəncə və yaxın ərazilərdə yerləşən dəmiryol təsərrüfatlarının, həmçinin Qərb vaqon təmiri deposunun və Böyük Kəsik stansiyasının işçi heyətinə yanğın təhlükəsizliyi haqqında praktiki və nəzəri təlim keçirilib.

Təlim quru kimyəvi tozlu odsöndürən balondan qaydalara uyğun istifadə edilərək təhlükəsizlik tədbirləri görülməklə təşkil edilib.

Təlimlərdə ümumilikdə 1543 nəfər iştirak edib.

TƏHLÜKƏSİZLİK İNSAN HƏYATINA

VERİLƏN

DƏYƏRDİR

Azərbaycan Dəmir Yolları sərnişinlərin, əməkdaşların və dəmiryol ətrafında yaşayan icmaların təhlükəsizliyinə hər zaman həssaslıqla yanaşır.

Dəyərlər sistemində əsas yer tutan təhlükəsizliyin təmin edilməsi üçün infrastrukturda davamlı yenilənmələr aparılır, yeni texnologiyalar tətbiq edilir.

Dəmir yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq maarifləndirmə işləri görülür, sosial mediada çağırışlar edilir, stansiya və platformalarda xəbərdarlıqlar səsləndirilir, dəmir yolları ətrafında yerləşən məktəblərdə təlimlər,

sakinlərlə görüşlər keçirilir.

Hərəkətin təhlükəsizliyinə mane olan əsas nüanslardan biri kənar müdaxilələrdir. Bu kənar müdaxilələr müxtəlif səbəblərdən, əsasən də dəmiryol ətrafında yaşayan

sakinlərin və fermerlərin diqqətsizliyindən baş verir.

Reyslərin artması və qatarların qrafikinin daha da sıxlaşması hərəkətin təhlükəsizliyinə olan diqqətin daha da artırılmasını tələb edir. Bununla belə, 2025-ci ilin ilk 6 ayında ADY-nin yük və sərnişin qatarları 136 kənar müdaxilə halı ilə qarşılaşıb.

Bunlardan 23-ü hərəkətdə olan sərnişin qatarlarına daş atılması kimi qeydə alınıb. Daş atılması zamanı qatar zərər görür, sərnişinlər və qatar heyətinin həyatına risk yaranır.

Müşahidələrə və “Stadler” qatarının kameralarına düşən görüntülərə əsasən demək olar ki, daş atanların əksəriyyəti uşaq və yeniyetmələrdir.

Qatar maşinistləri dəmir

yolu üzərinə qoyulan kənar əşyaya görə bu il 21 dəfə qatarı dayandırmalı olublar. Həmçinin dəmiryol xətti üzərində kənar şəxs olduğu üçün qatar dəfələrlə hərəkətini dayandırıb.

Lakin məsafə qısa olduqda və şəxs qatarın qarşısına dərhal çıxdıqda maşinist təcili tormozlama etsə də, hadisə qaçılmaz olur. Bu ilin yanvar-iyun aylarında 10 dəfə belə hal yaşanıb, nəticədə 5 nəfər dünyasını dəyişib, 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Dəmiryol keçidlərində isə avtomobil nəqliyyatı sürücülərinin diqqətsizliyə görə 9 dəfə toqquşma baş verib. Bu toqquşmalar nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alıb.

ADY sərnişinlərin, daşınan yüklərin və əməkdaşların təhlükəsizliyini ən yüksək

prioritet olaraq qəbul edir.

Həm mütəmadi olaraq həyata keçirilən texniki yoxlamalar, həm də təhlükəsizliklə bağlı maarifləndirmə fəaliyyətləri ADY-nin daha etibarlı bir nəqliyyat xidməti təqdim etməsinə imkan yaradır.

Bu, yalnız yüksək xidmət keyfiyyətini deyil, eləcə də sərnişinlərin etibarını təmin etmək baxımından vacib bir addımdır.

Azərbaycan Dəmir Yolları üçün təhlükəsizlik yalnız texniki məsələ deyil – bu, həm sərnişinlərin, həm əməkdaşların, həm də dəmir yolu ətrafında yaşayan insanların həyatına verilən dəyərdir. Bu dəyəri qorumaq üçün ADY infrastrukturunu mütəmadi olaraq yeniləyir, yeni texnologiyalar tətbiq edir və insan amilinə fokuslanan tədbirlər həyata keçirir. Təhlükəsizlik həm də

maarifləndirmə və ictimai məsuliyyətlə təmin olunur.

ADY bu istiqamətdə öz öhdəliklərini ciddi şəkildə yerinə yetirərək tam təhlükəsiz nəqliyyat xidməti göstərməyi hədəfləyir.

Bu yanaşma təkcə xidmətin keyfiyyətini yüksəltmir, sərnişinlərin inam və etibarını da möhkəmləndirir.

DƏMİR YOLLARDA ZƏRİF

İZLƏR

Azərbaycan dəmir yollarında qadınların yeni uğur hekayəsi yazılır.

İlk qadın maşinist köməkçilərimiz artıq yarım ildir ki, bu məsuliyyətli və çətin işin öhdəsindən uğurla gəlirlər.

Güclü istək və əzmləri ilə onlar sübut edirlər ki, qadınların gücü və iradəsi üçün heç bir sərhəd yoxdur.

Əməkdaşlarımız bir il təcrübə topladıqdan sonra maşinist vəzifəsi üçün imtahan verəcəklər.

Azərbaycanın ilk qadın maşinistləri olaraq tarix yazmağa yaxın olan əməkdaşlarımızla qürur duyur, fəaliyyətlərində uğurlar arzulayırıq.

Videonu izləmək üçün QR kodu oxudun

“QARABAĞA DA QATAR SÜRMƏK

İSTƏYƏRDİM”

ADY-də 41 ildir maşinist vəzifəsində çalışan 57 yaşlı Teymur Fərəcov “Qafqazinfo. az” saytına müsahibə verib:

“Mən ilk dəfə işə çilingər kimi başlamışam. 5 il işləyəndən sonra maşinist köməkçisi, 2000-ci ildən isə maşinist kimi fəaliyyət göstərirəm.

Biz yeni başlayanda istifadə etdiyimiz qatarlar indiki dövrün qatarları ilə müqayisədə çox fərqli idi, köhnə idi. Hazırkı elektrovozlar çox müasirdir. Yüksək standartlara uyğundur. Maşinist kabinəsində yüksək şərait yaradılıb, kondisioneri, avtopilotu var. Yeni qatarların hamısının mühərrikləri sinxrondur, yanma ehtimalı yoxdur, çox rahatdır.

Hazırda Böyük Kəsikdən Hacıqabuladək dəmir yolu elektrikləşdirilib. Qarşıdakı illərdə Biləcəri qəsəbəsinədək elektrikləşdirilmiş dəmir yolu

xətləri çəkiləcək. Hazırda digər sahələrdə olduğu kimi, dəmir yollarında da ciddi canlanma yaranıb. Ölkəmizin çox böyük nailiyyətlər əldə edəcəyini gözləyirik. Yükdaşımada gəlirlərimiz daha da artacaq. Dəmir yolu sahəsində çox böyük canlanma var. Əvvəl cəmi 2-3 qatar gəlirdisə, indi

perronumuz gecə-gündüz dayanmır. Qazaxıstana, Rusiyaya, digər ölkələrə yüklər daşınır.

Mən ölkədaxili – Şirvan, Hacıqabul, Şabran və digər rayonlara yük qatarını idarə edirəm. Hazırda işğaldan azad olunmuş ərazilərdə də dəmiryol infrastrukturu yenidən qurulur. Qarabağda çox gözəl stansiyalar inşa olunub. O ərazilərə, Qarabağa qatar sürmək istəyərdim...

Mən qatardan sərnişin kimi də istifadə etmişəm. Deyə bilərəm ki, sərnişin kimi də çox razı qalmışam, yeni sürət qatarları çox yüksək standartlara uyğundur”.

ADY-DƏ QANVERMƏ AKSİYASI

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə

“Azərbaycan Dəmir Yolları” QSC növbəti dəfə xeyriyyə məqsədli qanvermə aksiyası təşkil edib.

Ənənəvi olaraq Respublika Qan Bankı ilə birgə keçirilmiş aksiyada ADY-nin müxtəlif struktur bölmələrinin əməkdaşları könüllü şəkildə iştirak ediblər.

Qanvermə prosesindən əvvəl iştirakçılar təhlükəsizlik və aksiyanın effektivliyi baxımından müvafiq tibbi müayinələrdən keçib və yalnız sağlamlıqları imkan verən şəxslər donor kimi qanverməyə cəlb ediliblər.

Aksiyanın əsas məqsədi Respublika Qan Bankının qan ehtiyatının artırılmasına töhfə verməkdir.

ADY olaraq cəmiyyətə faydalı sosial təşəbbüslərdə iştirak etməyə davam edəcək, sağlamlıq və həyat naminə göstərilən bu kimi humanitar fəaliyyətləri dəstəkləyəcəyik.

ADY FOTOQRAFININ

YENİ UĞURLARI

ADY-nin fotoqrafı Allahkərim Abbasov Avropa Peşəkar Fotoqraflar Federasiyasının (FEP) tələblərini yerinə yetirərək bu qurumun üzvü statusuna və sertifikatına layiq görülüb.

Qərargahı Belçikanın

Brüssel şəhərində olan Avropa Peşəkar Fotoqraflar

Federasiyası 1999-cu ildə təsis edilib və qitənin aparıcı beynəlxalq foto təşkilatıdır.

A.Abbasov həmçinin

Gürcüstan Fotoqraflar

Assosiasiyasının “Ustad” (Master) dərəcəsini əldə edib.

Qeyd edək ki, A.Abbasov Beynəlxalq Foto Sənəti

Federasiyasının (FIAP) və

Asiya Fotoqraflar Birliyinin üzvüdür. Bundan əlavə, Beynəlxalq Foto Sənəti

Federasiyasının, Gürcüstan Fotoqraflar Assosiasiyasının, Türkiyə, Hindistan və Misir fotoklublarının fəxri ad və dərəcələrinə sahibdir.

XARİCİ

QONAQLAR DƏMİRYOL MUZEYİNDƏ

Hər gün Dəmiryol Muzeyini ziyarət edən yüzlərlə insan arasında müxtəlif ölkələrdən olan xarici qonaqlar da var. Gəlir, görür, öyrənir və fikirlərini bölüşürlər. Fransalı ziyarətçi: “Dəmiryol

Muzeyini ziyarət etdim, çox maraqlı muzeydir. Muzey əməkdaşları çox mehribandırlar. Mənə dəmir yolları haqqında çox məlumat verdilər. Muzeydə bu barədə çoxlu video da var. Azərbaycan dəmir yollarının ilk yaranma günündən bu günə qədər keçdiyi inkişaf yolu

haqqında məlumatlandım”.

Amerikalı ziyarətçilər: “Bu muzeyi çox bəyəndim. Bura əsl stansiya kimidir və siz gözləmə zalını görə bilərsiniz. Burada elektrik qatarları haqqında məlumat almaq və onların Avrasiya regionunun tarixində nə qədər böyük rol oynadığını öyrənmək mümkündür. Mütləq Dəmiryol Muzeyinə baş çəkin – burada köhnə filmləri və əsl qatar vaqonunu görə bilərsiniz”.

Türkiyəli ziyarətçilər: “Muzeyi gəzərkən dostlarımız çox kömək etdilər, çox məmnun qaldıq. Hər kəsə bura gəlməyi tövsiyə edirik. Həqiqətən,

dəmir yolunun tarixi və işləmə prinsipi çox maraqlı idi. Xüsusilə İkinci Dünya müharibəsi zamanı tankların dəmir yolu ilə daşınması diqqətimizi çəkdi”.

ADY FUTBOL KOMANDASI BİRİNCİ

OLDU

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Network Cup” minifutbol turnirində ADY futbol komandası böyük uğura imza atıb.

əzmkarlıq və komanda ruhu sayəsində finalda inamlı çıxış edərək kubokun sahibi olub.

Bu nailiyyət ADY-nin yalnız nəqliyyat sahəsində deyil, sosial və idman həyatında da fəal iştirakının və uğurlarının göstəricisidir.

VOLEYBOLÇULARIMIZ

ƏN GÜCLÜLƏRDƏN OLDULAR

Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında voleybol turniri keçirilib.

Yarışda iştirak edən ADY-nin kişilərdən ibarət komandası üçüncü yerə layiq görülüb. Komandamızın bu uğuru onların peşəkarlığının, əzmkar məşqlərinin və komanda daxili birliyin bariz nümunəsidir.

Videonu izləmək üçün QR kodu oxudun

ADY ƏMƏKDAŞLARI

ADY əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib.

8-ci Bakı Marafonunda dəmiryolçular da “Küləyə qalib gəl” şüarı ilə 21 km məsafəyə meydan oxuyub və medallar qazanıblar.

Komandamız turnir boyunca göstərdiyi peşəkarlıq,

UŞAQLAR BİZİM

GƏLƏCƏYİMİZDİR

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü gələcəyimiz olan uşaqları qorumağın, qayğı və sevgi ilə əhatə edərək onlar üçün daha təhlükəsiz bir dünya qurmağın vacibliyini bir daha xatırladır.

Hər səfəri təhlükəsiz etməklə dəmir yollarını uşaqlar başda olmaqla hər kəs üçün tərəddüdsüz seçim etməyə çalışırıq və çalışacağıq.

Bütün uşaqları təbrik edir, yollarında hər zaman yaşıl işıq yanmasını arzulayırıq.

Onların bizimlə yola çıxdıqları hər gün bayramdır!

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balaca sərnişinlərimizi təbrik etdik, hədiyyələr verdik və qatarla növbəti səfərlərinin sevincini yaşadıq.

Bu günü və sabahı sevgi və qayğı ilə əhatələnmiş uşaqlar firavan gələcəyin qurucularıdır.

Biz də sevgi və qayğımızı rahat və təhlükəsiz səfərlər təşkil etməklə, onların etibarlı yol yoldaşı olmaqla göstəririk.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dəmiryol Muzeyində dəmiryolçu övladları üçün tədbir keçirilib.

Uşaqlar maraqlı oyunlar oynayaraq əylənib, həmçinin dəmir yolları haqqında biliklər əldə ediblər.

Bütün uşaqları təbrik edir, yollarında hər zaman yaşıl işıq yanmasını arzulayırıq.

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə dəmiryolçu şəhidlərimizin ailə üzvləri də unudulmadı.

Şəhid dəmiryolçular Asif

Qocayevin qızları və Aqil Bağırovun kiçik qardaşı ADY ailəsi üçün ən dəyərli əmanətdir.

Azərbaycan Dəmiryol Muzeyində Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin rəsmlərindən ibarət 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş sərgi keçirilib.

Sərgi ADY əməkdaşlarının övladları daxil olmaqla uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Rəsmləri nümayiş etdirilmiş şagirdlər mükafatlandırılıb, ADY tərəfindən onlara sertifikatlar və müxtəlif hədiyyələr təqdim edilib.

Sonda muzeydə infotur təşkil olunub, şagirdlər muzeylə yaxından tanış olub və ekspozisiyalar haqqında ətraflı məlumat alıblar.

QAZAXISTAN ÜÇÜN İLK MAGİSTRAL

ELEKTRİK LOKOMOTİVİ İSTEHSAL EDİB

Çinin CRRC korporasiyası Qazaxıstan üçün ilk magistral elektrik lokomotivi istehsal edib.

CEА1 seriyalı lokomotiv Çjuçjou şəhərində, xüsusi daşıyıcı “SilkwayTransit”in törəmə müəssisəsi olan “TTT-Servis”in sifarişi ilə istehsal olunub.

Elektrik lokomotivi artıq Qazaxıstana çatdırılıb.

6 oxlu (3o-3o) elektrik lokomotivi 7,2 MVt gücündə mühərriklə təchiz olunub. Bundan əlavə, lokomotivin -50°C-dən +50°C-yə qədər temperaturda işləyə biləcəyi bildirilir. Maksimal sürəti 120 km/saat təşkil edir.

Müvafiq müqavilə Çindən 10 ədəd lokomotivin tədarükünü

nəzərdə tutur. Bu müqavilə Rusiyadan 2ES7 seriyalı elektrik lokomotivlərinin tədarükünün dayandırılması fonunda bağlanıb. Əvvəllər CRRC və “SilkwayTransit” şirkətlərinin lokomotiv yığma zavodu yaratmaq planları barədə də məlumat verilmişdi.

CEА1 Avrasiya İqtisadi İttifaqı (Aİİ) məkanında istifadə edilən Çin istehsalı olan ilk elektrik lokomotivi deyil ki. Belə ki,

İSVEÇRƏDƏ

RELSLƏR ARASINDA

GÜNƏŞ PANELLƏRİ

İSTİFADƏYƏ VERİLİB

Sun-Ways startapı İsveçrənin

Nevşatel şəhəri yaxınlığındakı dəmiryol sahəsində ümumi gücü 18 kVt olan 48 ədəd günəş paneli quraşdırıb.

Gözlənilir ki, bu panellər hər il 16 min kVt/saat enerji istehsal edəcək və bu enerji yerli paylayıcı şəbəkəyə ötürülərək yaxınlıqdakı ev təsərrüfatlarını elektriklə təmin edəcək.

Gələcəkdə bu enerji dartı gücü üçün də istifadə oluna bilər.

Relslər arasında günəş

2012-ci ildə CNR (2015-ci ildə CRRC-nin tərkibinə daxil olub) Belarusa 12 ədəd BKQ1 seriyalı yük lokomotivi tədarük etmişdi.

“1520 məkanı”nda, yəni postsovet dəmir yolu standartı tətbiq olunan ərazilərdə Çin istehsalı olan elektrik lokomotivləri fəal şəkildə Özbəkistana da tədarük olunur.

panellərinin yerləşdirilməsi ideyası yeni deyil, lakin panellərin daha sürətli və ucuz quraşdırılması, həmçinin yol infrastrukturunun təmiri zamanı panellərin asanlıqla çıxarılması imkanı ilə fərqlənir.

Belə ki, quraşdırma yerli “Scheuchzer” şirkətinə məxsus PUMA adlı xüsusi

POLŞA RUMINİYA ÜÇÜN İLK ELEKTRİK

QATARINI TƏQDİM

EDİB

Polşanın “Pesa” konserni Rumıniya üçün ilk elektrik qatarını təqdim edib.

Regio160 platformasına əsaslanan (655-5 seriyası)

vaqonla həyata keçirilir və bu vaqon saatda 150 günəş paneli quraşdıra bilir.

“Sun-Ways” qarşıdakı 3 il ərzində panelləri etibarlılıq, xəttin istismarı ilə uyğunluq və çirklənməyə davamlılıq baxımından sınaqdan keçirəcək.

Daha əvvəl bildirilmişdi ki, panellərin təmizlənməsi üçün hərəkətdə olan qatar tərkibinə quraşdırılan fırçalar istifadə olunacaq.

üçvaqonlu qatar tərkibi Oradeada keçirilən konfransda nümayiş etdirilib.

Qatar 25 kV-luq dəyişən cərəyanla işləyən xətlərdə maksimum 160 km/saat sürətlə hərəkət etmək üçün nəzərdə tutulub. Ümumilikdə 465 sərnişin daşıya bilər, onlardan 224-ü üçün oturacaq, 14-ü üçün isə qatlanan oturacaq

yerləri mövcuddur.

IGBT-tranzistorları ilə təchiz edilmiş invertorlu ötürücü sistemi və optimallaşdırılmış çəkisi sayəsində qatarın enerji sərfiyyatı aşağı olacaq.

62 ədəd şəhərətrafı qatarın tədarükünə dair müqavilə 2024-cü ilin əvvəlində Rumıniyanın Dəmiryol

Nəqliyyatı Agentliyi (ARF) ilə imzalanıb. Müqavilənin dəyəri 15 illik texniki xidmət də daxil olmaqla 594 milyon avro təşkil edir. Bundan əlavə, “Pesa” ARF üçün 29 regional qatarın tədarükü üzrə daha bir sifarişi yerinə yetirir. Bu qatarların tədarükünə də bu il başlanacağı planlaşdırılır.

ÇİNDƏN QAZAXISTANA İLK TURİST QATARI

Çin Xalq Respublikasının Şensi vilayətinin inzibati mərkəzi olan Sian şəhərindən Sian–Almatı marşrutu üzrə ilk turist

qatarı yola salınıb.

Qatar marşrut üzrə Urumçi şəhərindən keçərək Çinlə Qazaxıstan arasındakı “Xorqos – Altynkol” sərhəd keçid məntəqəsində (təkər cütlərinin dəyişdirilməsi ilə) hərəkət edir, buradan Qazaxıstanın “cənub

paytaxtı”na – Almatıya doğru hərəkətini davam etdirir.

Qatar 9 vaqondan ibarətdir. İlk turist qrupuna 246 nəfər daxil olub – onların arasında biznes nümayəndələri, alimlər, aktyorlar və idmançılar da olub.

TÜRKİYƏ ŞİRKƏTİ BELQRADA İLK TRAMVAYI GÖNDƏRİB

Türkiyənin “Bozankaya” şirkəti Serbiyanın paytaxtı Belqrad üçün ilk tramvayı təhvil verib.

Beş bölməli tramvay mayın sonunda çatdırılıb. Gələcəkdə “Bozankaya” hər ay iki vaqon tədarük etməyi planlaşdırır.

Hər bir tramvayın uzunluğu 30,5 metrdir, 218 sərnişin daşıya bilər, 48 oturacaq yeri nəzərdə tutulub. Tramvayın maksimal sürəti 70 km/saat təşkil edir.

25 tramvayın tədarükünə dair müqavilə ötən ilin iyulunda Belqradın daşıyıcı şirkəti “GSP Beograd” ilə imzalanıb.

Müqavilənin dəyəri təxminən 67,4 milyon avro təşkil edir.

AZƏRBAYCAN DƏMİR YOLLARININ

QADIN MAŞİNİSTLƏRİ

1941-ci ildə, II Dünya müharibəsi zamanı bir çox kişi dəmiryolçular cəbhəyə yollandığı üçün Azərbaycan dəmir yollarında işçi çatışmazlığı yaranmışdı.

Bu səbəbdən qadınların lokomotiv təsərrüfatına lokomotiv briqada üzvləri kimi işləməsinə icazə verilmişdi.

Həmin dövrdə 50 nəfərə yaxın qadın hazırlıq keçərək

Azərbaycan dəmir yollarında parovoz və elektrik qatarlarının maşinist köməkçiləri kimi işləməyə başlayıb. Bu sahənin həddindən artıq çətin olmasına baxmayaraq, onlar peşəyə tam yiyələnərək 1960-cı illərə qədər lokomotiv təsərrüfatında şərəflə çalışıb, bir çoxu orden və medallarla təltif edilib.

Onların sırasında Mirxanım Mirqasım qızı da olub. O, Bakı elektrik deposunda maşinist köməkçisi kimi işə başlayıb, zaman keçdikcə maşinist vəzifəsinə yüksəlib.

1960-cı illərin sonuna qədər elektrik qatarı maşinisti vəzifəsində işləyib, “Fəxri dəmiryolçu” adını alıb, digər orden və medallara layiq görülüb.

azerbaycandemiryollari

Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.