Skip to main content

Aprel-May 2026

Page 1


№2 (34) 2026

BTQ TAM GÜCÜ ILƏ ISTISMARDA: ORTA DƏHLIZIN IMKANLARI ARTIRILIR

44

ADY lokomotiv parkını müasirləşdirir: Çindən yeni lokomotivlər alınır

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa etdi

50

Dərnəgül dayanacağı istifadəyə verildi 52

56

Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verildi

Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur

4

14

ADY “SİMA Pay” ödəniş sistemini tətbiq etdi

64

Bakı Limanının yükaşırma imkanları genişləndirilir

ADY Xırdalan şagirdlərinə təhlükəsiz hərəkət mövzusunda təlim keçdi

ADY sədri: Məqsədimiz yük sahiblərini və sərnişinlərimizi daha müasir və əlçatan xidmətlərlə təmin etməkdir

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi

2

BAKI–TBİLİSİ–QARS DƏMİR

BAKI–TBİLİSİ–QARS DƏMİR YOLUNUN

YOLUNUN MODERNLƏŞDİRMƏ

MODERNLƏŞDİRMƏ İŞLƏRİNİN YEKUN

QƏBULU TƏSDİQLƏNDİ

İŞLƏRİNİN YEKUN QƏBULU

TƏSDİQLƏNDİ

Mayın 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri

Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən “Bakı–Tbilisi–Qars”

(BTQ) yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə

Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.

Bu sənədlə Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi üzrə həyata

keçirilmiş modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq edilib.

Bu tədbir həmçinin BTQ xəttinin effektiv idarəçiliyinin təmin edilməsi məqsədilə ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış “BTKI Railways” MMC birgə müəssisəsinin işə başlaması

ilə əlamətdar olub.

BTQ-nin imkanlarının artırılması məqsədilə 2024-cü ildə “Azərbaycan

Dəmir Yolları” QSC tərəfindən xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. 5 mərhələdən ibarət olan layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edir.

Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə

işlər həyata keçirilib. Layihə mürəkkəb coğrafi relyefdə, bəzi ərazilərdə dəniz səviyyəsindən 2400 metr yüksəklikdə və sərt iqlim şəraitində icra olunub. Görülən işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Modernləşdirmənin məqsədi

BTQ-ni Orta Dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirmək və dəhlizin rəqabətqabiliyyətini artırmaqdır. Bu modernləşmə BTQ-ni Çin və Mərkəzi Asiyadan Avropaya uzanan ən qısa və çevik quru marşrutlardan biri kimi daha funksional edir.

ADY layihənin Azərbaycan tərəfində – Bakı–Böyük Kəsik

sahəsində də əsaslı təmir işləri həyata keçirib, enerji sistemini yeniləyib. Ötən il Böyük Kəsikdən Hacıqabul sahəsinə qədər dəyişən cərəyan sistemi tətbiq olunub, rabitə və işarəvermə sistemləri yenidən qurulub.

Artıq BTQ sadəcə Bakı, Tbilisi və Qarsı birləşdirən dəmir yolu deyil, modernləşdirilmiş xətt Orta Dəhlizin yükdaşıma qabiliyyətini artıracaq, Şərq–Qərb ticarət axınlarını sürətləndirəcək, Azərbaycanı regional tranzit qovşağı kimi gücləndirərək Avrasiya logistika sistemində yeni balans yaradacaq.

BAKI–TBİLİSİ–QARS DƏMİR YOLU

GENİŞMİQYASLI MODERNLƏŞDİRMƏDƏN

SONRA YENİ MƏRHƏLƏYƏ QƏDƏM QOYUR

İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze və iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrişivili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, həmçinin üç ölkənin dəmir yolu administrasiyalarının rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən İrakli Kobaxidze BTQ-nin modernizasiya layihəsini Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın uğurlu nəticəsi adlandırıb. Nazir qeyd edib ki, görülmüş işlər müasir standartlara uyğun icra olunub, nəticədə BTQ üzərindən regional yükdaşımaların əhəmiyyəti və regionun tranzit imkanları artıb.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili

BTQ-nin Çin, Mərkəzi Asiya və Avropanı birləşdirərək iqtisadi inteqrasiyanı

gücləndirdiyini bildirib. Onun sözlərinə görə, yenilənmiş BTQ Azərbaycan və Gürcüstanın regional daşımalardakı əhəmiyyətini artıracaq. Eyni zamanda, Orta Dəhlizlə yükdaşımaların artması fonunda BTQ-nin rolu güclənəcək.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tədbirdə çıxışı zamanı BTQnin hələ 2017-ci ildə istifadəyə verilməsini Avrasiya bağlantıları tarixində yeni bir səhifə adlandırıb. Nazir qeyd edib ki, BTQ-nin modernləşdirilməsi Azərbaycanın davamlı investisiya öhdəliyinə sadiqliyini və bu dəmir yolu xəttini Orta Dəhlizin mühüm dayağına çevirmək üçün strateji fəaliyyətini nümayiş etdirir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu isə BTQ-ni üç ölkənin etibarlı tərəfdaşlığının bariz nümunəsi adlandırıb. Nazirin sözlərinə görə, uğurla tamamlanmış layihə birgə məqsədyönlü fəaliyyətin məntiqi sonluğudur və artıq BTQ Avrasiya nəqliyyat xəritəsində həm Qafqaz regionunu, həm də Türkiyəni daha strateji şəkildə mövqeləndirir.

Çıxışların ardınca BTQ-nin modernləşdirilmədən sonra istifadəyə verilməsini rəsmiləşdirən rəmzi düymənin sıxılması mərasimi keçirilib və görülmüş işlərlə bağlı videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb.

5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib.

Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib.

ADY BAKI–TBİLİSİ–QARS

DƏMİR YOLU

XƏTTİ

HAQQINDA

FİLM

TƏQDİM ETDİ

Qədim İpək Yoluna polad magistrallar üzərində yeni həyat verən Bakı–Tbilisi–Qars dəmir yolu xətti haqqında ADY-nin hazırladığı filmi təqdim edirik.

“BTQ – Avropa və Asiyanı birləşdirən meqa layihə” filmi bu strateji marşrutun əhəmiyyəti, potensialı və həyata keçirilən yeniliklərdən bəhs edir.

ADY tərəfindən Orta Dəhlizin mühüm seqmenti olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsindən sonra regionun nəqliyyat xəritəsində yeni imkanlar yaranıb.

Filmi izləmək üçün

QR kodu oxudun:

AZƏRBAYCAN PREZİDENTİ:

İNDİKİ GEOSİYASİ VƏZİYYƏTDƏ ORTA DƏHLİZ

VƏ ZƏNGƏZUR DƏHLİZİ DAHA

BÖYÜK ÖNƏM DAŞIYIR

“İndiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır.”

Bu sözləri Prezident İlham Əliyev aprelin 2-də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçıları ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb – dəmir yolları, Bakı Limanı, avtomobil yolları, hava limanları daxil olmaqla, bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib:

“O ki qaldı Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun təqribən 90 faizi, dəmir yolunun isə təxminən 70 faizi hazırdır. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcəkdir. Bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilmişdir. Beləliklə, bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır. Bu, Orta Dəhlizin bir qolu olacaq və bizim inşa etdiyimiz dəmir yolu infrastrukturu birinci mərhələdə 15 milyon ton yükün daşınmasına hesablanıb. Amma gələcəkdə bu, arta da bilər və yəqin ki, artacaq”.

PREZİDENT İLHAM ƏLİYEV:

ORTA DƏHLİZİN GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN ƏLAVƏ SƏYLƏR

GÖSTƏRİLƏCƏK

Orta Dəhlizin genişləndirilməsi üçün əlavə səylər göstəriləcək.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Tbilisidə

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata bəyanatında bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır:

“Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir”.

PREZİDENT

İLHAM ƏLİYEV:

AZƏRBAYCAN ƏSAS

DAŞIMALAR QOVŞAĞI

KİMİ ÖZ ROLUNU

GÜCLƏNDİRİR

Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 20-də BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, Orta Dəhlizin əhəmiyyəti artır:

“Zəngəzur dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun

şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək regional bağlantıları daha da artıracaq”.

PREZİDENT

İLHAM ƏLİYEV: NƏQLİYYAT

BAĞLANTISI

AZƏRBAYCANIN

DİQQƏT YETİRDİYİ SAHƏDİR

Azərbaycanın əsasən keçmişdə, indi və gələcəkdə diqqət yetirəcəyi mühüm sahələrdən biri nəqliyyat bağlantısıdır.

Bu barədə Prezident İlham Əliyev aprelin 22-də Azərbaycan–Latviya biznesforumunda deyib.

Dövlət başçısı qeyd

edib ki, burada coğrafiya investisiyalarla və Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün uzunmüddətli siyasətlə tamamlanır:

“Bu, artıq baş verib və Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə nəqliyyat dəhlizləri artıq fəaliyyət göstərir. Azərbaycan

ərazisində aparılan bütün tikinti işləri tamamlanmışdır. İndi gördüyümüz işlər isə müasirləşməyə, yeni fiziki infrastrukturun yaradılmasına, rəqəmsallaşdırılmaya, o cümlədən süni zəka tərəfindən yaradılan imkanlara investisiyaların yatırılmasından ibarətdir ki, Azərbaycan ərazisindən daşımalar bugünkü geosiyasi vəziyyətdə nəinki təkcə ən təhlükəsiz, lakin, eyni zamanda, daşıma

haqları və zamanı nöqteyinəzərindən rəqabətli olsun”.

Prezident İlham Əliyev əlavə edib ki, bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir və çoxlu investisiyalar və dost ölkələrlə, birbaşa qonşular və qonşuların qonşuları ilə uğurlu əməkdaşlıq sayəsində yüklər üçün ölkəmizdən təhlükəsiz və etibarlı nəqliyyat marşrutu təmin olunub.

PREZİDENT

İLHAM ƏLİYEV:

AZƏRBAYCAN

TƏHLÜKƏSİZ VƏ

ETİBARLI TRANZİTİ

TƏMİN EDİR

Azərbaycan təhlükəsiz və etibarlı tranziti təmin edir.

Bu barədə Prezident İlham Əliyev aprelin 26-da Azərbaycan-Çexiya biznesforumunda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: “Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq və bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var”.

Prezident əlavə edib ki, Azərbaycan Şərqdən Qərbə və əks istiqamətdə, hətta Şimaldan Cənuba və Cənubdan Şimala təhlükəsiz və etibarlı tranziti təmin edir: “Biz hər iki dəhlizin kəsişməsində yerləşirik və son illərdə infrastruktura geniş investisiyalar ilə biz bir çox ölkələrə lazım olan bu böyük aktivi artıq yaratmışıq”.

PREZİDENT

İLHAM ƏLİYEV:

AZƏRBAYCAN

ERMƏNİSTANA TƏTBİQ

EDİLƏN TRANZİT

MƏHDUDİYYƏTLƏRİNİ

ARADAN QALDIRIB

Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. Bunu Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev mayın 4-də “Avropa Siyasi Birliyi”nin

8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, indiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb:

“Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı – benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri

başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib”.

Prezident vurğulayıb ki, sülh sahəsində digər nailiyyət bağlantılardır:

“Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər”.

PREZİDENT

İLHAM ƏLİYEV: ZƏNGİLANDAN

KEÇƏN DƏMİR

YOLLARI BÖYÜK XEYİR GƏTİRƏCƏK

“Zəngilandan keçən dəmir yolları böyük xeyir gətirəcək”. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da

Zəngilan şəhərində sakinlərlə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq və bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. Faktiki olaraq buradan Naxçıvana 30

dəqiqəlik bir yol olacaq:

“Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı bu coğrafi bağlantı ilə ölkəmizin əsas hissəsi ilə birləşdirəcəyik.

Buradan keçən həm dəmir yolları, həm avtomobil yolları böyük xeyir gətirəcək. Çünki oraya xidmət edən insanlar işlə təmin olunacaqlar. Bunun Zəngilanın və bütövlükdə Azərbaycanın iqtisadiyyatına çox böyük töhfəsi olacaq.

PREZİDENT

İLHAM ƏLİYEV:

AZƏRBAYCANIN

TÜRK DÖVLƏTLƏRİ

İLƏ NƏQLİYYAT

SAHƏSİNDƏ

ƏMƏKDAŞLIĞI

GENİŞLƏNİR

Azərbaycanın Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı genişlənir.

Bu barədə Prezident İlham Əliyev mayın 15-də Qazaxıstanda TDT-nin qeyrirəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.

Dövlət başçısı bu istiqamətdə Orta Dəhlizin əhəmiyyətini qeyd edib:

“Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır.

Ermənistanla burada sərhəd açılandan, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq. Görün bunun nə qədər böyük əhəmiyyəti var. Çünki bu, həm Şərq-Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal-

Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə. Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz olacaq. Biz bunu belə görürük və belə də olacaq. Çünki bu günə qədər bütün planlarımız gerçəkləşib”.

Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas

seqmentlərindən birinə çevriləcək”.

AZƏRBAYCAN

PREZİDENTİ:

ZƏNGƏZUR DƏHLİZİ

MÜTLƏQ İNŞA

EDİLƏCƏK

Zəngəzur dəhlizi mütləq inşa ediləcək.

Bu sözləri Prezident İlham Əliyev iyunun 1-də 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir və Azərbaycan dəmir yolu və avtomobil yolu

infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açır:

“Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur

dəhlizi avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”.

PREZİDENT

İLHAM ƏLİYEV: MƏQSƏDİMİZ

AZƏRBAYCAN ƏRAZİSİNDƏN

DAŞINAN YÜKLƏRİN

HƏCMİNİ İKİ DƏFƏ

ARTIRMAQDIR

Bu gün Azərbaycandan keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri sayı artmaqda olan ölkələr üçün çox önəmli təchizat marşrutlarını təmin edir. Bu sözləri Prezident İlham Əliyev iyunun 18-də

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə

İllik Toplantılarının açılış mərasimindəki çıxışında deyib. Ölkə başçısı qeyd edib ki, Azərbaycanın daha da güclü nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində işlər davam etməlidir:

“Məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik.

Əlbəttə, bunun hamısı yalnız bizdən asılı deyil. Bu, həm geosiyasi vəziyyətdən, həm də regiondakı ümumi şəraitdən asılı olacaq. Lakin bunlar bizim planlarımızdır”.

ADY SƏDRİ:

MƏQSƏDİMİZ YÜK SAHİBLƏRİNİ VƏ

SƏRNİŞİNLƏRİMİZİ DAHA MÜASİR VƏ

ƏLÇATAN XİDMƏTLƏRLƏ

TƏMİN ETMƏKDİR

Qlobal logistika zəncirində Azərbaycanın tranzit potensialının artdığı və “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağın yenidən qurulduğu bir dönəmdə dəmir yolu nəqliyyatının idarə edilməsi yeni prioritetlər tələb edir. İqtisadi səmərəliliklə sərnişin məmnuniyyəti arasında balansın qurulması, rəqəmsallaşma maneələrinin aşılması və regional nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin təmin olunması bu gün “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin gündəliyində yer alan əsas məsələlərdir. ADY-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsində qurumun cari fəaliyyəti, beynəlxalq yükdaşımalar sahəsində görülən işlər, sərnişin məmnuniyyətinin artırılması və qarşıda duran strateji hədəflərlə bağlı mühüm məqamlara aydınlıq gətirib. Müsahibəni təqdim edirik.

REAL Televiziyasından

Elcan Məmmədov: Dəmir

yolu sektoru strateji baxımdan yükdaşımaları ilə ölkə iqtisadiyyatında olduqca mühüm rol oynasa da, ictimai müzakirələrdə daha çox sərnişin daşımaları nəzərə çarpır. Həm iqtisadi maraqları, həm də sərnişin məmnuniyyətini necə balanslaşdırırsınız?

- Əlbəttə, doğru qeyd etdiniz, dəmir yollarında həm yükdaşımaları, həm də sərnişin daşımaları strateji əhəmiyyət kəsb edir. Gündəlik fəaliyyətimizdə onların arasında ciddi balans yaratmaq istəyirik. Yük daşımaları bizim ölkənin strateji tranzit potensialının daha səmərəli istifadəsi, onun iqtisadi və nəqliyyat gücündən daha faydalı istifadə olunması baxımından önəmlidirsə, sərnişin daşımaları bizim vətəndaşlar, sərnişinlər üçün nəqliyyat xidmətlərinə, o cümlədən dəmir yolu nəqliyyatı xidmətlərinə əlçatan imkanların yaradılmasından ibarətdir. Ona görə də gündəlik fəaliyyətimizdə həm kapital qoyuluşu ilə bağlı layihələrimizdə, həm də infrastrukturun modernləşdirilməsində, o cümlədən rəqəmsallaşma həllərimizdə mütləq bu balansı qorumağa çalışırıq.

AZƏRTAC-dan Ceyhun

Rüstəmov: Azərbaycan Dəmir

Yolları hazırda həm ölkə daxilində, həm də regionda böyük dəmir yolu layihələri həyata keçirir. Qarabağdakı layihələr, Bakı-Tbilisi-Qars xəttinin modernləşdirilməsi, Astara terminalı, TRIPP

layihəsi, Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması kimi işlər hansı prioritetlər əsasında seçilir?

- İcazənizlə, ilk növbədə, azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən başlayım. Bu istiqamətdə iki mühüm layihəmiz var ki, bunlardan biri Ağdam-Xankəndi və ondan əvvəl isə Bərdə-Ağdam dəmir yolu xəttinin bərpası ilə bağlı idi. Bu istiqamətdə ötən

il may ayının 10-da Ağdam

Dəmir Yolu və Avtovağzal

Kompleksinin açılışı

Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirildi. Daha sonra bu yolun sərnişinlər üçün istismara verilməsinin şahidi olduq. Hazırda yolun Ağdamdan Xankəndiyə qədər olan hissəsində işlərimiz sürətli şəkildə həyata keçirilir. Həm Ağdam-Xankəndi dəmir yolu xəttinin, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası ilə bağlı işləri sürətlə icra edirik. Digər bir strateji layihəmiz isə Horadiz-Ağbənd layihəsidir ki, bu layihənin icrası Zəngəzur dəhlizindən – TRIPP marşrutundan keçməklə ölkəmizin əsas hissəsinin

Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə bağlantısını mümkün etmiş olacaq. Bu günə qədər orada Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlərin 72 faiz icra olunub. 75 kilometr hissəyə dəmir yolu xətti döşənib və il ərzində isə bu hissənin 85 kilometrə qədər artırılması planlaşdırılır. Bir məqamı qeyd edim ki, yolun tam hazır olmamasına baxmayaraq, artıq Soltanlı stansiyasına qədər hissədə dəmir yolu xətti istismara verilib və “Araz Vadisi İqtisadi Zonası”nın müştəriləri və rezidentləri bu dəmir yolu bağlantısından istifadə edərək Qarabağ bölgəsinə, azad olunmuş ərazilərə yük daşımalarını həyata keçirməyə başlayıblar. Həmin yolun davamı olaraq, Naxçıvan Muxtar

Respublikasında da infrastruktur quruculuğu işlərimiz həyata keçirilir.

Bilirsiniz ki, ötən ilin sonlarından etibarən Naxçıvan Muxtar Respublikasının dəmir yollarının modernləşdirilməsinə başladıq. Əvvəlcə Zəngəzur dəhlizinin davamı olan

Salamməlik stansiyasında və Ermənistanla dövlət sərhədinə

qədər olan 7 kilometr hissədə yenidənqurma işlərinə başlanılıb. Yaxın bir neçə ay ərzində burada işlər sona çatdırılacaq. Bütövlükdə Naxçıvan MRin dəmir yollarının tam yenidən qurulması ilə bağlı layihələndirmə işləri bitib və digər hissələrdə də müasirləşdirmə işlərinə başlanılacaq. Bu iki istiqamətdə həyata keçirilən layihələrimiz təbii ki, bizi digər infrastruktur layihələrindən ayırmır. Burada kompleks yanaşma, strateji xətt var. Bu strateji xətt isə ölkəmizin həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsindən irəli gəlir. Bilirsiniz ki, ölkəmizin ŞərqQərb dəhlizi üzərində çox strateji önəmi var. Nəqliyyat, logistika habı olaraq ölkəmizin son illər regionda rolu və əhəmiyyəti getdikcə

artmaqdadır. Əgər Şərq-Qərb dəhlizi üzərindən həyata keçirilən bu infrastruktur layihələrinə baxsaq, təbii ki, burada ölkəmizin daxilində həyata keçirilən layihələr də var. Bunlar Bakı-Böyük Kəsik dəmir yolu xəttinin tam elektrikləşdirilməsi, dəyişən cərəyana keçid, müasir işarəvermə sistemi ilə təmin olunması və digər işlərdir ki, burada da məqsəd yolun buraxılış gücünün 40 milyon tona çatdırılmasından ibarətdir. Bu istiqamətdə ölkə xaricində həyata keçirilən infrastruktur layihələrinə baxsaq, burada Bakı-TbilisiQars layihəsinin rolu çox önə çıxır. Bilirsiniz ki, bu layihə 2017-ci ildə istifadəyə verilib və 2022-ci ildə dövlətimizin başçısının tapşırığı ilə bu layihənin buraxılış gücünün

artırılmasına qərar verilib və 1 milyon tondan 5 milyon tona artırılıb. 2024-cü ildə bu işlər sona çatdırıldıqdan sonra hazırda bu infrastruktur layihəsi həm Şərq-Qərb, həm Qərb-Şərq istiqaməti üzərində olan müştərilərimiz üçün tam istifadə edilir.

Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində icra olunan layihələrə gəldikdə, qeyd etmək lazımdır ki, bu dəhliz təkcə Azərbaycan üçün deyil, bütün regionun geosiyasi əhəmiyyətinin artması baxımından mühüm strateji rola malikdir. ŞimalCənub dəhlizi həm Rusiya və Şimal ölkələrini, həm də Cənubda İran, Fars körfəzi, Hindistan və Hind okeanına qədər olan bölgəni birbirinə bağlayan dəhlizdir. Bu istiqamətdə Şimal-Cənub

dəhlizinin həm Bakıdan Rusiya sərhədinə qədər – Yalamaya qədər olan hissəsində infrastruktur layihələri var ki, burada yolun sağlamlaşdırılması işləri sona çatdırılıb. Bu ildən etibarən isə həmin istiqamətdə elektrik və işarəvermə sistemlərinin yenidən qurulmasına qərar verilib. Artıq bununla bağlı tender də elan olunub.

Ümid edirik ki, bu il ərzində biz müqaviləni bağlayaraq işlərin icrasına başlayacağıq.

Bu yolun nisbətən cənub tərəflərinə keçmiş olsaq –Ələt-Osmanlı istiqamətində 60 kilometrlik hissə var, bu yol bizi həm Şimaldan Cənuba qədər - Astaraya qədər olan yola bağlayır, eyni zamanda, Zəngəzur dəhlizinin də tamamlayıcı hissəsi rolunu yerinə yetirir. Ona görə də hər iki dəhlizə xidmət etdiyinə görə bu istiqamətdə 2024-cü ildən infrastruktur quruculuğu işlərinə başlanıldı. Növbəti ilin sonuna qədər bu hissədəki işlərin sona çatdırılması planlaşdırılır. Osmanlı-Astara dəmir yolunda – 183 kilometrlik hissədə də modernləşdirmə işləri bu ilin əvvəlindən start götürüb. Burada 30 kilometrə qədər hissə tam sağlamlaşdırılır və orada sürət hədləri artırılıb.

Şimal-Cənub dəhlizindən söhbət gedəndə, burada

Astara terminalının rolunu xüsusilə vurğulamaq istərdim. Bilirsiniz ki, Astara terminalı bu marşrut üzərində çox ciddi bir strateji aktivdir və artıq terminal üzrə işlərin 92 faizi sona çatdırılıb. Qarşıdakı üç ay ərzində terminalın tam istifadəyə verilməsi planlaşdırılır ki, bu da sonda 4 milyon tona qədər yükün aşırılmasına imkan verəcək.

- Biz hazırda elə bir dövrdəyik ki, yük daşımaları kifayət qədər artıb, dəmir yolunda etibarlı və sürətli xidmət daha vacibdir.

- Azərbaycan Dəmir Yolları bu prosesi hansı prinsiplərlə idarə edir? Ümumiyyətlə, bu istiqamətdə son illərdə hansı yeniliklərə imza atılıb və hansı çətinliklər var? Bir az əvvəl beynəlxalq nəqliyyat dəhlizlərini vurğuladınız,

Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı üçün hansı işlər görülür?

- Əlbəttə, təkcə infrastrukturun qurulması, onun müasirləşdirilməsi işimizin əsas hissəsindən ibarət deyil, eyni zamanda, bu infrastrukturun daha səmərəli istifadəsi, onun buraxılış gücünün daha da artırılması önəm daşıyan məsələlərdən biridir. Ümumiyyətlə, istənilən dəhlizi müqayisə etsək, onun əsas üç parametrini görə bilərik ki, bunların biri sürət, tarif, yəni qiymət, bir də təhlükəsizlik və keyfiyyət məqamlarıdır. Orta Dəhlizin üstünlüklərinə baxsaq, görəcəyik ki, təhlükəsizlik və keyfiyyət xüsusilə önəm daşıyır. Ona görə də bizim müştərilər –həm Avropadan, həm də

Çindən olan müştərilərimiz mütləq şəkildə bu önəmə daha çox üstünlük verirlər. Əməliyyatların sürətinin artırılması yalnız Azərbaycan Dəmir Yollarının da görəcəyi iş deyil. Burada mütləq şəkildə bizim tərəfdaşlarla, tərəfdaş dəmir yolları ilə işlərin birgə və sinxronlaşdırılmış şəkildə görülməsinə ciddi ehtiyac var. Bu baxımdan əməliyyatların səmərəliliyini həm ölkə daxilində, həm də qonşu ölkələrin dəmir yolları ilə birlikdə həyata keçiririk. Son illər regionda baş verən geosiyasi proseslər ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinə marağı bir qədər də artırıb. Bu kontekstdə xüsusilə Orta Dəhlizi qeyd etmək istərdim. Bu dəhliz həm Çin-Avropa bağlantılarında xüsusi əhəmiyyət kəsb edir, həm də Şimal-Qərb marşrutunun daha da genişləndirilməsində önəmli rol oynayır. Bütövlükdə Orta Dəhlizin keçiriciliyinin artırılması üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu da var. Bu marşrut üzrə hər il yük daşımalarının həcmi artır. Məqsədimiz dəhlizləri bir-birinə bağlamaqla qitənin bütövlükdə coğrafi və logistik potensialını daha da genişləndirməkdir. Bu kontekstdə Azərbaycan Dəmir Yollarının müəllifi olduğu

Avrasiya Nəqliyyat Marşrutunu xüsusilə qeyd etmək istərdim. 2024-cü ildə mənzil qərargahı Bakıda olmaqla “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış etdik. Assosiasiyanın təsis konfransı Bakıda keçirildi və bu marşruta artıq Tacikistan, Qırğızıstan, Özbəkistan, bu ilin fevral ayında isə Gürcüstan Dəmir Yolları da qoşulmaqla ona olan marağın bir qədər də artdığını göstərdi. Bilirsiniz, Orta Dəhlizin nisbətən cənub qanadında təşkilatlanma bu günə qədər həyata keçirilməmişdir. Ona görə bu istiqamətdə həyata keçirilən layihələr, xüsusən də Çin Xalq Respublikasının Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin qurulması ilə bağlı meqalayihəsi Orta

Dəhlizin əhəmiyyətini bir qədər də artırmış oldu. Bundan əlavə, digər bir istiqamətdə

həm Orta Dəhlizin, həm də

Trans-Əfqan dəhlizinin birbirinə bağlanmasına Avrasiya Nəqliyyat Marşrutu öz töhfəsini vermiş olacaq. Bu kontekstdə bir xüsusi məqamı vurğulamaq istərdim.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ötən ilin fevral ayında cənab Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Dəmir Yollarına birləşdirildi. Bu birləşmə həm qərarların daha sürətli verilməsinə, həm də resurslardan daha səmərəli istifadəyə imkan yaratmış oldu. Sadəcə faktları diqqətə çatdırmaq istərdim. Ötən ilin sonunda 2025-ci ilin göstəricilərinə görə limanın birləşmədən sonra verdiyi effekt artıq rəqəmlərdə də

öz əksini tapdı. Bilirsiniz ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının buraxılış gücü 15 milyon ton və 100 min TEU konteyner aşırma idi. Ötən il birləşmədən sonra əməliyyat səmərəliliyi ilə bağlı apardığımız layihələr bizə limanın aşırma gücünü 100 mindən 150 TEU-ya artırmağa imkan verdi. Apardığımız bu uğurlu birləşmə prosesinin yekununda ötən il liman tarixdə ilk dəfə olaraq 107 min TEU konteyner aşırmaqla bir daha 100 min TEU texniki göstəricilərindən daha da artığını yerinə yetirə biləcəyini sübut etdi.

Burada əsas üstünlük verdiyimiz digər bir istiqamət isə qeyd etdiyim kimi, tərəfdaş dəmir yolları ilə dəhlizin şəffaf şəkildə işləməsi üçün onun rəqəmsallaşdırılması, gömrük, sərhəd və digər rejimlərin daha da sürətli edilməsi və bunun nəticəsində müştərilərin yüklərinin sürətli və təhlükəsiz şəkildə keçidini təmin etməkdən ibarətdir.

- Yükdaşımalardan söhbət düşmüşkən, hazırda Rusiyadan Ermənistana göndərilən bəzi yüklər, o cümlədən taxıl və gübrə Azərbaycan ərazisindən tranzit daşınır. Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü də davam edir. Bu fonda

gələcəkdə dəmir yolu ilə yükdaşımaların daha da artacağı gözlənilirmi?

Azərbaycan Dəmir Yolları bu marşrut üzrə daşımaları genişləndirmək imkanına malikdir?

- Azərbaycan ərazisindən Ermənistana tranzit daşınan yüklərə qoyulan məhdudiyyətlər aradan qaldırdıqdan sonra

Azərbaycan Dəmir Yolları olaraq bu yüklərin daşınmasını təşkil etdik. Bu günə qədər ərazimizdən keçməklə Ermənistana 28 min ton tranzit yük, 12 min ton isə neft və neft məhsulları ixrac

olunub. Rolumuz texniki olaraq bu yüklərin daşınmasını təmin etməkdir. Marşrut yeni

formalaşmağa başladığı üçün zaman keçdikcə digər alternativlərdən bu marşrut üzrə dəmir yolu ilə daşımaların təbii ki, artacağı

proqnozlaşdırılır.

- Rövşən müəllim, dövrümüzün tələblərindən biri də rəqəmsallaşma məsələsidir. Azərbaycan Dəmir Yollarında rəqəmsallaşma prosesi hansı mərhələdədir, qarşınızda hansı çətinliklər var və hələ qarşıda duran vəzifələr nədən ibarətdir?

- Dəmir yolları transformasiya mərhələsinin birinci hissəsini artıq sona çatdırıb. Transformasiya prosesinin içərisində önəm verdiyimiz məsələlərdən biri də rəqəmsal transformasiyadır. Bütövlükdə dəmir yolu özözlüyündə mühafizəkar bir sahədir. Burada hər hansı bir yenilik tətbiq etmək onun illərlə sınaqdan keçirilməsini tələb edir. Lakin bu mühafizəkarlıqla rəqəmsallaşma arasında olan balansı qorumaqda

əsas məqsədimiz həm yük sahiblərini, yükdaşıma müştərilərimizi, həm də sərnişindaşıma seqmentində olan müştərilərimizi daha müasir və əlçatan xidmətlərlə təmin etməkdir. Bu baxımdan, yükdaşıma istiqamətində ciddi rəqəmsal həllərimiz var. Nəzərə alsaq ki, müştərinin daha çox önəm verdiyi məsələlərdən biri şəffaflıq və sürət amilləridir. Tarif kalkulyatorunun işə salınması bu baxımdan müştərilərə logistik ehtiyaclarını daha düzgün planlamaya imkan yaratdı. Bundan əlavə, digər məqam həm idxal, həm də ixracda yük sahiblərinin dəmiryol ofisinə gəlmədən elektron imza üzərindən xidmətlərini ala bilməsidir. Elektron imza ilə inteqrasiya olunmaq, əslində, bizə digər dəmiryol administrasiyaları ilə yükün sənədsiz göndərilməsinə də imkan yaradıb. Artıq bu prosesi Rusiya Dəmir Yolları ilə tamamladıq və hazırda Qazaxıstan Dəmir Yolları ilə iş davam etdirilir. Növbəti planımız Türkiyə və Gürcüstan dəmir yolları ilə də sənədsiz yük göndərilməsini təmin etməkdir.

Digər tərəfdən yük sahiblərinin ən böyük ehtiyaclarından biri yükün izlənməsidir. Yükün

izlənməsini təmin etmək üçün Azərbaycan Dəmir Yolları “Cargo Tracking” adlı bir sistem istifadəyə verdi ki, bu sistem müştərilərə Çindən Avropaya qədər yükünün harada olduğunu, nə zaman çatacağına dair proqnozları göstərir.

Sərnişindaşıma istiqamətinə gəldikdə, burada həllərimiz nisbətən daha çoxdur. Artıq 10 sərnişin stansiyasında pulsuz WI-FI xidməti göstərilir, digər tərəfdən, qatarda sərnişinlər üçün internet istifadəyə verilib. Azərbaycan Dəmir Yolları xidmətlərini daha da rəqəmsallaşdırmaq üçün mobil tətbiq də istifadəyə verib. Artıq bu tətbiqin istifadəçilərinin sayı 400 mini keçib. Sərnişinlər bu tətbiq vasitəsilə turniketlərdə

hər hansı ödəniş kartlarından istifadə etmədən rahatlıqla keçid edə bilərlər. Burada bir məqamı vurğulamaq istərdim ki, Azərbaycan Dəmir Yolları ölkədə məsafəəsaslı tariflə işləyən hələ ki, yeganə qurumdur. Ödənişlər stansiyalar arasındakı məsafəyə görə tutulur. Rəqəmsal həllər bizə daha yeni məhsulların yaradılmasına imkan verə bilər. Buna qədər loyallıq proqramını işə saldıq ki, xidmətlərimizdən daha çox istifadə edən müştərilərimiz daha endirimli xidmətlərdən faydalana bilsinlər. Bundan əlavə, dinamik qiymətləri işə salmaqla sərnişinlərimizə öz səfərlərini öncədən planlamaqla daha ucuz gediş əldə etmək imkanı yaradıldı.

Qarşıda bir neçə planımız da var. Bu günlərdə test olaraq Abşeron dairəvi dəmir yolunda “SİMA” üzərindən ödənişin həyata keçirilməsini planlaşdırırıq ki, bu da bizə müştərilərimizə daha fərqli üsullarla sərnişindaşıma xidmətlərinə əlçatanlığını təmin etmiş olacaq.

- Sərnişin daşımaları insanların ən çox diqqət yetirdiyi sahələrdən biridir və gözləntilər də getdikcə artır. Azərbaycan Dəmir Yolları sərnişin xidmətlərinin keyfiyyətini yüksəltmək üçün hansı addımlar atır? Son illərdə hansı müsbət dəyişikliklər hiss olunur və bu sahədə hələ həllini gözləyən əsas çətinliklər nələrdir?

- Sərnişindaşıma coğrafiyasının genişləndirilməsi bir istiqamətdirsə, digər istiqamət keyfiyyətin artırılmasıdır. Əgər sərnişin coğrafiyasının genişləndirilməsinə baxsaq, son bir neçə ildə Bakı-Qəbələ qatarının istifadəyə verilməsi, Bakı-Gəncə qatarının marşrutunun Ağstafaya, daha sonra isə Qazax rayonuna qədər uzadılması, bundan əlavə, Bakı-Ağdam qatarının istismara verilməsi və regionlararası qatarların istifadəyə verilməsi son illərin əsas layihələrindəndir. Hazırda Gəncə-Qəbələ qatarı

istifadə olunur və bu qatar faktiki olaraq Bakı ilə bağlantı olmadan region daxilində mobilliyin artırılmasına töhfə verən əsas layihələrimizdən biridir. Bundan əlavə, ötən ilin əvvəlində Bakı-Balakən qatarı uzun fasilədən sonra istismara verildi. Bu da bizim yataq tipli seqmentdə ilk bərpa etdiyimiz qatar marşrutlarımızdan biridir.

Bütövlükdə götürdükdə, ötən il 10 milyon sərnişin daşınıb. Bu, pandemiyadan əvvəlki dövrlə müqayisədə üç dəfə, 2022-ci ildən bəri isə təxminən iki dəfə artım deməkdir. Abşeron dairəvi dəmir yolu istiqamətində sərnişin daşımalarının statistikasına baxsaq görərik ki, təxminən üç il bundan öncə Bakı-Sumqayıt və bütövlükdə 14 stansiya üzrə gündəlik ən çox 22 min sərnişin daşınırdısa, hazırda bu rəqəm 42-43 min nəfərə çatdırılıb. Qatar reyslərinin sayı isə 96-ya çatıb. Reyslərin sayı təxminən 3 dəfə, sərnişin sayı isə iki dəfəyədək artıb. Burada sual yarana bilər ki, bunlar nəyin hesabına baş verir? Təbii ki, bu, əməliyyat səmərəliliyi və marşrutun optimallaşdırılması hesabına baş verib. Bir məqamı diqqətə çatdırmaq istərdim ki, bu artım fonunda, əslində, qatarlardakı doluluq səviyyəsi aşağı düşüb. Doluluq səviyyəsinin

108 faizdən ötən il 96 faizə düşməsi məhz müştəri məmnuniyyətini artırmaq üçün qatarların daha rahat, əlçatan xidmət göstərməsinə kömək etmiş olur.

Digər tərəfdən, həm şəhər daxilində mobilliyin təmin olunması, həm də rayonlararası qatarlarda sərnişinə xidmət göstərmək üçün artıq bir neçə qatarın alınması üzrə son tamamlanma işləri həyata keçirilir. Rayonlararası marşrutlarda işləmək üçün dörd yeni qatar və dörd lokomotiv alınması sona çatmaq üzrədir. Abşeron dairəvi dəmir yolu üzrə mobillik proqramı çərçivəsində isə əlavə 20 qatarın alınması bu il həyata keçiriləcək. Sərnişin məmnuniyyətini artırmaq üçün təbii ki, önümüzdə daha ciddi planlar var. Burada müxtəlif kombinasiyalı həllər, müxtəlif

paket həllərin verilməsi və bütün bu istiqamətlər sərnişin ehtiyacını daha yaxşı və daha keyfiyyətli şəkildə təmin etməyə yönəlib.

Bilirsiniz ki, bu ilin sonuna qədər Ağdam-Xankəndi dəmir yolu xəttinin də tamamlanması işləri nəzərdə tutulub. Bu, Bakı-Ağdam qatarının Bakı-Xankəndi qatarı ilə əvəzlənməsinə imkan verəcək. Burada bir məqamı diqqətə çatdırmaq istərdim ki, Bakıdan Ağdama qədər olan qatar reysini 32 kilometrlik Yevlax-Bərdə sahəsində 1960cı illərin yolundan istifadə etməklə həyata keçiririk. Bu isə həm təhlükəsizlik, həm də komfort baxımından geri qalır. Ona görə artıq Yevlaxdan Bərdəyə qədər olan yolun tam müasirləşdirilməsinə başlayırıq ki, Ağdam-Xankəndi yolu hazır olduğu təqdirdə biz

Bakıdan Xankəndiyə qədər sərnişinlərimizi daha rahat və təhlükəsiz şəkildə çatdıra bilək. Ona görə də bu aydan etibarən Bakı-Ağdam qatarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq və infrastruktur quruculuğundan sonra yolun tam təhlükəsiz şəkildə istismara verilməsi nəzərdə tutulub.

Bundan əlavə, şimal istiqamətində elektrik və işarəvermə işləri bitdikdən sonra sərnişindaşıma coğrafiyamızın regionlararası istiqamətdə daha da genişləndirilməsi üçün gündəlik qatar marşrutunun açılması, eləcə də BakıXankəndi gündəlik qatar marşrutunun istifadəyə verilməsi və digər regionlar istiqamətində qatarların coğrafiyasının genişləndirilməsi, qatarların sayının artırılması nəzərdə tutulub.

- “Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində hansı işlər hansı işlər görülüb və qarşıdakı dövrdə hansı işlərin görülməsi nəzərdə tutulur?

- Bilirsiniz, Abşeron dairəvi marşrutu 14 stansiyanı əhatə edirdi. Bu daşıma marşrutuna

yeni bir dayanacaq – Dərnəgül dayanacağını da əlavə etdik. Bununla da bizim dairəvi dəmir yolunda olan sərnişin coğrafiyamız bir qədər də genişləndi. Amma mövcud dairəvi marşrutun daha da genişləndirilərək yeni əhatə olunmayan istiqamətlərə çatdırılması da önəm daşıyan məsələlərdən biridir. Ötən ilin əvvəlində cənab Prezidentin təsdiqlədiyi Dövlət Proqramı ilə bu sərnişindaşıma coğrafiyası bir qədər də genişlənəcək. Bura Yeni

Suraxanı-Hövsan, BakıxanovBinə-Qala və Maştağa-Bağlar istiqamətlərində yeni qatar marşrutunun açılması daxildir ki, bu üç istiqamət sərnişin daşımalarında hazırda olan günlük daşınan 42 min nəfər

sərnişin sayının təxminən 200 min nəfərə çatmasını təmin edəcək. Digər tərəfdən, mövcud 15 stansiyanın sayı 40-a çatdırılacaq. Bu, özlüyündə sərnişinləri dəmir yolu bağlantıları ilə daha yaxşı və daha çevik şəkildə təmin etmiş olacaq.

Bununla yanaşı, son illər atdığımız addımlardan biri, ümumiyyətlə, nəqliyyat bağlantılarını birləşdirməkdir. Bu baxımdan həm avtobus dayanacaqlarının, həm də metro stansiyalarının bir arada planlaşdırılması da xüsusi əhəmiyyət kəsb edir. Son istifadəyə verdiyimiz Dərnəgül dayanacağında da məhz bu prinsip qorundu. Həm metro bağlantısı, eyni zamanda, avtobus mübadilə

məntəqəsinin də orada açılması sərnişinlərimizə daha çevik və əlaqəli şəkildə xidmət etməyə kömək olacaq.

- Son dövrlərdə biz həm də qatarlara daş atılmasının şahidi oluruq. Təbii ki, bu, həm təhlükəsizlik, həm də dövlət əmlakına zərər vurma məsələsidir. Bununla bağlı hansısa işlər planlaşdırılırmı və gündəliyinizdə həm qatarların üzərinə, həm də dəmir yolu xətlərinə təhlükəsizlik kameralarının quraşdırılması məsələsi varmı?

- Belə vacib məqama toxunduğunuza görə təşəkkür edirəm. Əsas hədəflərimizdən biri, deyərdim ki, bəlkə də ən birincisi təhlükəsizlik məsələsidir. Hesab edirəm ki, sərnişinlərin dəmir yoluna üz tutmasının ən əsas göstəricilərindən biri də məhz təhlükəsizliyin daha çox təmin olunduğuna əminlikdir. Bu baxımdan, qarşımızda duran əsas məsələ məhz təhlükəsizlikdir. Həm rəqəmsallaşma həllərimiz, həm də infrastruktur quruculuğumuzun məqsədi məhz sərnişinləri mənzilbaşına təhlükəsiz çatdırmaqdan ibarətdir.

Təəssüf ki, son illər bu və ya digər şəkildə dəmiryol infrastrukturuna müdaxilə halları baş verir. Qatarlara

daş atılması, qatar yoluna hətta daşların düzülməsi halları olur, bu da çox ciddi fəsadlara gətirib çıxara bilər. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, dəmir yolu infrastrukturuna, qatarlara edilən müdaxilə sonda sərnişinlərimizə, insanlarımıza olan ciddi təhdiddir. İstərdim ki, cəmiyyət özü də bu mövzuda təbliğat və maarifləndirmə işində bizə yardımçı olsun. Bu məsələdə ictimai qınaq çox önəm kəsb edir. Biz dəmir yolu ətrafında olan icmalarda, məktəblərdə, digər yaşayış məntəqələrində nə qədər təbliğat işi aparsaq da, cəmiyyətin bizimlə birlikdə bu məsələdə paralel şəkildə çalışmasına ciddi ehtiyac var. Digər tərəfdən, əlbəttə, biz müxtəlif elementlərlə, müxtəlif texniki vasitələrlə dəmir yolunun təhlükəsizliyini təmin etməyə çalışırıq. Dəmir

yolu mühafizə zolağının tam hasarlanması, müşahidə kameralarının qoyulması –bunlar əsas məqsədlərimizdən biridir və məhz 2030-cu ilə qədər Abşeron dairəvi dəmir yolunda qurulacaq bütün stansiyalarda artıq qəbul olunmuş standarta görə hasarlanmanın həyata keçirilməsi, müşahidə kameralarının qoyulması nəzərdə tutulub. Bu, bizə infrastruktura müdaxilə hallarını zamanında və ünvanlı şəkildə aşkarlamağa kömək edəcək.

Videonu izləmək üçün QR kodu oxudun

ADY RƏHBƏRLİYİ

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN

MƏZARINI ZİYARƏT EDİB

ADY rəhbərliyi Ümummilli

Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanda

Ulu Öndərin məzarını ziyarət edərək xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloqalim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin hörmətlə yad edilib.

BAKI VƏ TÜRKMƏNBAŞI LİMANLARI

REGİONAL DAŞIMALARIN ARTIRILMASI ÜÇÜN ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR

Aprelin 1-də ADY sədri Rövşən Rüstəmov və

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini

Nökərqulu Ataqulıyev arasında Bakı Beynəlxalq Dəniz Limanında görüş keçirilib.

Türkmənistan nümayəndə heyətinə Bakı Limanı haqqında, o cümlədən ADYyə inteqrasiyasından sonra burada görülmüş işlər və

Orta Dəhlizlə multimodal daşımalarda limanın rolu barədə geniş məlumat verilib.

Qeyd olunub ki, ötən il limanda rekord həcmdə -

100 min TEU konteynerdən çox yük aşırılıb, bu da Azərbaycanın nəqliyyat infrastrukturuna böyük investisiyalarının nəticəsində mümkün olub.

İkitərəfli müzakirələr zamanı Türkmənbaşı Beynəlxalq Dəniz Limanında dəniz dibinin dərinləşdirilməsi ilə infrastrukturun təkmilləşdirilməsi və liman üzərindən yükdaşımaların artırılması barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkənin dəmir yolları və beynəlxalq

dəniz limanları arasında koordinasiyalı fəaliyyətin təmin edilməsi üçün rəqəmsal məlumat mübadiləsinin vacibliyini qeyd ediblər.

Eyni zamanda, Orta

Dəhlizin və Avrasiya Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində multimodal daşımalar üzrə əməkdaşlığın genişləndirilməsi və ŞərqQərb-Şərq istiqamətində yük axınının artırılması üçün görülə biləcək işlər vurğulanıb.

ADY SƏDRİ DYƏT ÖLKƏLƏRİNİN DƏMİR

YOLU RƏHBƏRLƏRİNİN

NÖVBƏTİ İCLASINDA İŞTİRAK EDİB

ADY sədri Rövşən Rüstəmov Qazaxıstana işgüzar səfəri çərçivəsində aprelin 23-də

Dəmir Yolları Əməkdaşlıq

Təşkilatının (DYƏT - OSJD)

Dəmir Yolu Rəhbərləri

Konfransının 40-cı iclasında iştirak edib.

İclasda DYƏT-ə üzv dövlətlər arasında beynəlxalq dəmir yolu daşımalarının inkişafı və təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm məsələlər

müzakirə olunub.

İştirakçılar Avropa və

Asiya arasında dəmir yolu daşımalarının genişləndirilməsi, bu sahədə əlaqələrin daha da gücləndirilməsi və tranzit imkanlarının artırılmasını əsas prioritetlərdən biri kimi qeyd ediblər.

Bununla yanaşı, beynəlxalq dəmir yolu daşımaları sahəsində razılaşdırılmış nəqliyyat siyasətinin formalaşdırılması, dəmir yolu nəqliyyatının fəaliyyət strategiyasının və DYƏT-in uzunmüddətli inkişaf strategiyasının hazırlanması

məsələlərinə xüsusi diqqət yetirilib.

Eyni zamanda, dəmir yolu nəqliyyatının digər nəqliyyat növləri ilə müqayisədə rəqabətqabiliyyətinin artırılması məqsədilə yeni təşəbbüslərin hazırlanması və tətbiqi imkanları nəzərdən keçirilib.

İclas çərçivəsində dəmir yollarının istismarı və beynəlxalq daşımaların gələcək inkişafı ilə bağlı texniki məsələlər üzrə fəaliyyətin gücləndirilməsi, eləcə də dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən

beynəlxalq və ixtisaslaşmış təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd olunan istiqamətlər üzrə birgə fəaliyyətin davam etdirilməsinin beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

Sonda DYƏT-ə üzv dövlətlərin dəmiryol administrasiyalarının rəhbərləri tərəfindən müzakirələrin yekunu üzrə Konfransın protokolu imzalanıb.

ADY SƏDRİNİN İŞTİRAKI İLƏ

ORTA DƏHLİZİN İNKİŞAFI ÜZRƏ MÜHÜM SƏNƏDLƏR İMZALANIB

ADY sədri Rövşən Rüstəmov Qazaxıstana işgüzar səfəri çərçivəsində aprelin 25-də “Trans-Xəzər Beynəlxalq

Nəqliyyat Marşrutu”

Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər

Birliyinin İdarə Heyətinin növbəti iclasında iştirak edib. Görüşdə qeyd olunub ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu son illər ərzində qlobal yükdaşıma marşrutları arasında mühüm mövqe qazanıb, bu marşrutla

Şərq-Qərb-Şərq istiqamətində daşınan yüklərin həcmi mütəmadi artır və bu da öz növbəsində əməliyyatların səmərəliliyinin yüksəldilməsi və rəqəmsal həllərin geniş tətbiqini ön plana çıxarır.

Eyni zamanda, TBNM BA Hüquqi Şəxslər Birliyinin icra orqanının ötən iki il ərzində gördüyü işlər nəzərdən keçirilib, mövcud yükdaşıma planının təkmilləşdirilməsi və Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Avropa istiqamətində

konteyner daşımalarının inkişafının zəruriliyi vurğulanıb.

Sonda TBNM BA Hüquqi Şəxslər Birliyinin yekun protokolu, Multimodal yük daşımalarının rəqəmsallaşdırılması sahəsində əməkdaşlığa dair Memorandum, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Xəzər dənizinin limanları və terminalları arasında konteyner daşımalarının təşkili, konteyner gəmilərinin yüklənməsinin

təmin edilməsi və blokqatarlarla daşımaların təşkili üzrə qarşılıqlı fəaliyyət və məsuliyyət tədbirləri haqqında üç saziş imzalanıb.

Tədbir çərçivəsində ADY sədri Rövşən Rüstəmov və “Qazaxıstan Dəmir Yolu”

Milli Şirkətinin (KTZ) rəhbəri

Talqat Aldıbergenovun görüşü keçirilib.

Görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əməkdaşlığın uğurla davam etdiyi, həmçinin rəqəmsallaşma istiqamətində nəzərəçarpan irəliləyişlərin əldə olunduğu bildirilib.

Tərəflər əməkdaşlığın

daha da genişləndirilməsi, rəqəmsal həllərin tətbiqinin sürətləndirilməsi, ADY-nin Bakı Beynəlxalq Dəniz Limanı

və Qazaxıstan limanları arasında koordinasiyanın gücləndirilməsi və Orta Dəhlizin rəqabətqabiliyyətinin

artırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

YEVLAX, GƏNCƏ, AĞSTAFA VƏ BÖYÜK KƏSİK

STANSİYALARINDA İNFRASTRUKTURA BAXIŞ KEÇİRİLİB

Mayın 29-da Azərbaycan–Gürcüstan marşrutu üzrə dəmir yolu nəqliyyatında sərhəd və gömrük nəzarətinin daha effektiv təşkili məqsədilə ADY, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin rəhbərləri

Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında infrastruktura və müvafiq xidmət mexanizmlərinə baxış keçiriblər.

Səfər zamanı yük və sərnişin daşımalarında sərhəd-keçid prosedurlarının

təkmilləşdirilməsi, rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi, vətəndaş məmnuniyyətinin artırılması

və nəqliyyat təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vəzifələr müəyyən edilib və tapşırıqlar verilib.

ADY LOKOMOTİV PARKINI MÜASİRLƏŞDİRİR: ÇİNDƏN YENİ LOKOMOTİVLƏR ALINIR

Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində ADY sədri Rövşən Rüstəmov Çinin “CRRC Ziyang Co., Ltd” şirkətinin rəhbəri Çen Çjisinlə görüşüb.

Görüşdə Azərbaycan Dəmir Yollarının lokomotiv parkının yenilənməsi, yük və sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi, eləcə də ADY ilə “CRRC

Ziyang Co., Ltd.” arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd olunub ki, Azərbaycanın beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması, ölkə ərazisindən keçən ŞimalCənub və Şərq-Qərb istiqamətləri üzrə daşımaların strateji əhəmiyyəti dəmir yolu infrastrukturunun, o cümlədən lokomotiv parkının müasir tələblərə uyğun inkişafını zəruri edir. ADY yük əməliyyatlarının

daha etibarlı, təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsi üçün lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə xüsusi diqqət ayırır, bu sahədə Çin şirkətləri, o cümlədən “CRRC Ziyang” şirkəti ilə əməkdaşlığa xüsusi önəm verir.

Bildirilib ki, ADY ilə “CRRC Ziyang” arasında 7 ədəd yeni yük lokomotivinin alışı barədə ötən il imzalanmış müqaviləyə əsasən, lokomotivlərin sentyabr ayında Azərbaycana çatdırılması nəzərdə tutulur.

Tərəflər növbəti mərhələdə sifariş olunacaq 14 lokomotivin alışı ilə bağlı danışıqlar aparıblar.

ADY nümayəndə heyəti 7 lokomotivin istehsal prosesinin son mərhələsi ilə tanış olub, bir sıra texniki məsələlər barədə fikir mübadiləsi aparılıb. Qabaqcıl texnologiyalarla təchiz olunmuş AC50 tipli magistral lokomotivləri Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq.

Görüş çərçivəsində həmçinin ADY ilə “CRRC Ziyang” şirkəti arasında 4 ədəd yeni magistral sərnişin lokomotivinin alışı haqqında müqavilə imzalanıb. Lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur. Yeni sərnişin lokomotivləri xüsusilə uzaq məsafələrə daşımalarda xidmət keyfiyyətinin və sərnişin məmnuniyyətinin daha da yüksəldilməsinə imkan verəcək.

ÇİNDƏ BEYNƏLXALQ NƏQLİYYAT SƏRGİSİNDƏ

AZƏRBAYCANIN TRANZİT VƏ LOGİSTİKA

İMKANLARI TƏQDİM EDİLİB

“Azərbaycan Dəmir Yolları”

QSC 24-26 iyun 2026cı il tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “Logistika, mobillik, İT və təchizat zəncirinin idarə edilməsi” üzrə beynəlxalq sərgidə (“Transport Logistic China 2026”) xüsusi stendlə iştirak edib.

ADY nümayəndələri sərgidə

Azərbaycanın beynəlxalq nəqliyyat-logistika potensialı, xüsusilə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), Şimal-

Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və regionun digər strateji nəqliyyat marşrutları üzrə təqdimatlar edib, Çin və digər ölkələrdən olan yükgöndərənlər, logistika operatorları, ekspeditorlar və investorlarla görüşlər keçirib, yeni əməkdaşlıq imkanlarını müzakirə edib və potensial biznes tərəfdaşları ilə danışıqlar aparıblar. ADY rəhbərliyi sərginin işi ilə tanış olub, tədbir çərçivəsində ADY sədri Rövşən Rüstəmov “Interrail

Holding AG” və Almaniyanın Hamburq Limanının idarəçisi olan “METRANS” şirkətinin rəhbərliyi ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarının genişləndirilməsi, Çin–Avropa–Çin istiqamətində marşrutların inkişafı, Orta Dəhliz üzrə yeni logistika xidmətlərinin formalaşdırılması, Bakı Limanının Avropa limanları və intermodal terminal şəbəkələri ilə əlaqələrinin

genişləndirilməsi, əməliyyat koordinasiyasının gücləndirilməsi və yük sahibləri üçün daha çevik logistika həllərinin hazırlanması məsələləri müzakirə olunub.

Qeyd edək ki, Asiyanın logistika, nəqliyyat və təchizat zəncirlərinin idarə olunması sahəsində ən nüfuzlu tədbirlərindən biri hesab olunan “Transport Logistic China” sərgisi bu il dünyanın 50-yə yaxın ölkə və regionundan 1000-dən artıq şirkəti bir araya gətirib. Tədbir çərçivəsində logistika, dəmir yolu, dəniz və hava daşımaları, multimodal həllər, rəqəmsal texnologiyalar və təchizat zəncirinin idarə olunması sahələrində fəaliyyət göstərən aparıcı şirkətlər öz imkanlarını nümayiş etdiriblər.

ADY ÇİN ŞİRKƏTLƏRİNDƏN
YENİ SƏRNİŞİN

QATARLARI VƏ VAQONLARI ALMAĞI PLANLAŞDIRIR

“Azərbaycan Dəmir

Yolları” QSC-nin sədri

Rövşən Rüstəmov Çin

Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin “CRRC Zhuzhou Locomotive Co., Ltd.” şirkətində olub, şirkətin rəhbəri Van Çiaolin ilə görüşüb.

Görüşdə Azərbaycanda dəmir yolu ilə

sərnişindaşımanın inkişafı və

müasir hərəkət tərkibi parkının genişləndirilməsi müzakirə olunub.

Qeyd edilib ki, dünyada hərəkət tərkiblərinin istehsalı üzrə aparıcı şirkətlərdən biri olan “CRRC Zhuzhou” ADY ilə əməkdaşlığın inkişafında maraqlıdır.

ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda dəmir yolu nəqliyyatının

modernləşdirilməsi sərnişinlərə daha rahat, təhlükəsiz, etibarlı və dayanıqlı xidmət göstərilməsi baxımından prioritet istiqamətlərdəndir:

“ADY-nin hədəflərindən biri artan sərnişin tələbatına çevik cavab verən müasir hərəkət tərkibi parkı formalaşdırmaqdır. Yeni sərnişin qatarlarının

alınması üzrə danışıqlar həm şəhərətrafı, həm də rayonlararası marşrutlarda xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır”. Görüşdə Azərbaycanın dəmir yollarında rayonlararası istiqamətlər üzrə istifadə olunacaq 4 ədəd yeni sərnişin qatarının ilə alınması bağlı danışıqlar aparılıb, “CRRC Zhuzhou” tərəfindən təqdim olunan qatarlara baxış keçirilib. Tərəflər hərəkət tərkiblərinin texniki parametrləri, enerji səmərəliliyi, süni intellektlə çalışan müasir təhlükəsizlik sistemləri, istismar dayanıqlılığı, ehtiyat hissələri ilə təminat, texniki xidmət və təlim imkanları üzrə fikir mübadiləsi aparıblar.

Bununla yanaşı,

Azərbaycan Respublikası

Prezidentinin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün

Dövlət Proqramı” çərçivəsində 20 ədəd sərnişin qatarının alınması məsələsi də müzakirə olunub. Çin tərəfinin bu istiqamətdə təklifləri dinlənilib, layihənin texniki, kommersiya və icra mexanizmləri barədə fikir mübadiləsi aparılıb. ADY nümayəndə heyəti həmçinin “CRRC Nanjing Puzhen Co.” şirkətində olub, bu şirkətin rəhbəri Yan Qi ilə görüşüb.

Bildirilib ki, “CRRC Nanjing Puzhen Co., Ltd.” sərnişin vaqonları, elektrik qatarları və digər hərəkət tərkiblərinin

istehsalı sahəsində geniş təcrübəyə malikdir. Şirkətin bu sahədə texnoloji imkanları ADY-nin sərnişindaşıma parkının modernləşdirilməsi üzrə gələcək layihələri üçün əməkdaşlıq perspektivlərini aktuallaşdırır.

Görüş zamanı 4 ədəd yeni sərnişin qatarının və 50 ədəd sərnişin vaqonunun alınması ilə bağlı texniki və kommersiya məsələləri geniş müzakirə olunub.

Tərəflər qatar və vaqonların texniki xüsusiyyətləri, təhlükəsizlik sistemləri, sərnişin komfortu və texniki xidmət imkanları, ehtiyat hissələri ilə təminat, həmçinin personalın təlimi və texnologiya transferi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

DÖVLƏT QURUMLARININ NÜMAYƏNDƏLƏRİ

BAKI LİMANINDA GÖRÜLMÜŞ İŞLƏRLƏ TANIŞ OLUBLAR

İyunun 4-də Bakı Dəniz Limanında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və ADY nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüş zamanı limanda gömrük orqanları və sərhəd xidməti ilə birgə fəaliyyət barədə ətraflı məlumat verilib. Əməliyyatların optimallaşdırılması istiqamətində görülmüş işlər, əldə olunmuş nəticələr və gələcək dövr üçün

nəzərdə tutulan tədbirlər müzakirə olunub. ADY və Dövlət Gömrük Komitəsi tərəfindən təqdimatlar edilib, mövcud əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Bakı Limanının fəaliyyət göstəriciləri barədə də məlumat verilib. Bildirilib ki, 2026-cı ilin yanvar-may aylarında liman vasitəsilə 3 milyon 237 min ton yük aşırılıb. May ayında isə yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz artaraq

812 min ton təşkil edib. Bu ilin ilk beş ayında liman vasitəsilə 50 050 TEU konteyner aşırılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 8,4 faiz üstələyir.

Həmçinin məlumat verilib ki, Bakı Limanında həyata keçirilən modernləşdirmə tədbirləri çərçivəsində ötən ay 7-ci körpü liman tarixində ilk dəfə aktiv istismara cəlb edilib, yük qaldırma gücü 125 ton olan yeni nəsil kran istifadəyə verilib.

Tərəflər logistika və

nəqliyyat proseslərinin daha da təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması və qurumlararası əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, əməliyyatların daha da təkmilləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət davam etdirilir.

Birgə görülən tədbirlər nəticəsində yük və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi və yoxlanılması proseslərinin optimallaşdırılması, xidmət müddətlərinin azaldılması istiqamətində mühüm nəticələr əldə olunub. Həmçinin rəqəmsal həllərin və süni

intellekt əsaslı alətlərin tətbiqi ilə yükaşırma əməliyyatlarının avtomatlaşdırılması və idarəetmə proseslərinin daha da səmərələşdirilməsi istiqamətində işlər davam

etdirilir.

Görüş iştirakçıları liman ərazisinə baxış keçirib, infrastrukturla tanış olublar. Həmçinin Bakı Limanında

Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və

Dövlət Miqrasiya Xidməti ilə tərəfdaşlıq çərçivəsində ötən il istifadəyə verilmiş Vahid Keçid Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub, mərkəz əməkdaşları ilə söhbət aparılıb, sənədləşmə prosesinin daha rahat və maneəsiz təşkili üçün əlavə tapşırıqlar verilib.

ASTARA TERMİNALINDA

TİKİNTİ

İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞLIQ

ADY sədri Rövşən Rüstəmov iyunun 11-də İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin dəmiryol administrasiyasının rəhbəri Cabbar Əli Zakeri ilə birlikdə Astara Terminalında aparılan tikinti işləri ilə tanış olub.

Terminala baxış zamanı layihənin icra vəziyyəti, görülən işlər və növbəti mərhələlər barədə ətraflı məlumat təqdim edilib. Bildirilib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat

Dəhlizinin əsas infrastruktur elementlərindən olan

Astara Terminalında tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.

Görüş zamanı tərəflər Azərbaycan və İranın dəmir yolları arasında əməkdaşlığın cari vəziyyətini, Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişaf perspektivlərini və yük həcmlərinin artırılması imkanlarını müzakirə ediblər. Qeyd olunub ki, Astara Terminalı tam

istifadəyə verildikdən sonra illik 3,5-4 milyon ton yükötürmə qabiliyyəti ilə yük əməliyyatlarının daha səmərəli təşkilinə və regionun tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verəcək. İki ölkə arasında nəqliyyatlogistika əməkdaşlığının strateji komponentlərindən biri olan Astara Terminalının fəaliyyəti qarşılıqlı yük dövriyyəsinin artırılmasına, beynəlxalq yükdaşımaların sürətləndirilməsinə və Şimal-Cənub dəhlizinin

rəqabətqabiliyyətinin yüksəldilməsinə xidmət edəcək.

Sonda Astara Terminalının tikintisinin tamamlanması və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb.

Qeyd edək ki, 2026-cı ilin 5 ayında Astara Terminalında 345 min tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 26 faiz çoxdur.

ADY VƏ ASİYA İNFRASTRUKTUR

İNVESTİSİYA BANKI ARASINDA ƏMƏKDAŞLIQ

İSTİQAMƏTLƏRİ MÜZAKİRƏ EDİLİB

İyunun 17-də Azərbaycan Dəmir Yollarında (ADY) Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, regional bağlantının gücləndirilməsi və əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub.

ADY sədri Rövşən Rüstəmov AİİB-in Azərbaycanda nəqliyyat infrastrukturu və regional bağlantı sahəsində

fəal tərəfdaşlığının ölkənin tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb və bunu yüksək qiymətləndirib. Qeyd olunub ki, Azərbaycanın dayanıqlı şəhər mobilliyi və sərnişindaşıma xidmətlərinin inkişafı ADYnin strategiyasının əsas komponentlərindən biridir. 2025-ci ildə ADY-nin rayonlararası və Abşeron dairəvi dəmir yolu marşrutları vasitəsilə 10 milyondan çox

sərnişin daşınıb ki, bu da etibarlı və dayanıqlı ictimai nəqliyyata artan tələbatın göstəricisidir.

Görüşdə nəqliyyat infrastrukturunun inkişafı, regional bağlantının genişləndirilməsi və dayanıqlı logistika həllərinin təşviqi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb. ADY və AİİB arasında gələcək əməkdaşlıq istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

ADY sədri Rövşən

ADY RƏHBƏRLİYİ XANKƏNDİ ŞƏHƏRİNƏ SƏFƏR EDİB

Rüstəmovun rəhbərlik etdiyi heyət Ağdam–Xankəndi dəmir yolu xəttinin, həmçinin Xankəndi Dəmir Yolu və

Avtovağzal Kompleksinin tikintisi ilə tanış olub.

İndiyədək görülmüş və növbəti mərhələlərdə görüləcək işlər barədə geniş müzakirələr aparılıb, tikinti işlərinin plana uyğun icrası barədə müvafiq tapşırıqlar verilib.

Həmçinin ADY-nin ərazidə fəaliyyət göstərən məsul əməkdaşları ilə görüş keçirilib.

Səfər çərçivəsində bu yaxınlarda əsaslı təmirinə başlanmış Yevlax–Bərdə dəmir yol xəttinə də baxış keçirilib, işlərin icrasına dair müzakirələr aparılıb.

Qeyd edək ki, Bərdə–Ağdam xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xətti Əsgəran, Xocalı və Xankəndinin dəmir yolu şəbəkəsinə inteqrasiyasını təmin edəcək. Hər üç məntəqə üzrə müntəzəm sərnişindaşıma xidməti təşkil ediləcək.

ADY SƏDRİNİN İŞTİRAKI İLƏ

“AÇIQ

SÖHBƏT” FORMATINDA NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB

ADY-də “Dayanıqlılıq ayı” çərçivəsində növbəti “Açıq söhbət” görüşü baş tutub.

Görüşdə dayanıqlılıq yanaşmasının ADY-nin uzunmüddətli inkişaf strategiyasındakı rolu və hər bir əməkdaşın bu prosesdə məsuliyyətli iştirakının əhəmiyyəti vurğulanıb.

ADY sədri Rövşən Rüstəmovun iştirakı ilə keçirilən görüşdə korporativ dəyərlərin gündəlik iş proseslərinə inteqrasiyası və dayanıqlı korporativ mədəniyyətin

formalaşdırılmasındakı əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində

əməkdaşların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər müzakirə edilib.

Qeyd edək ki, “Açıq söhbət” formatının əsas məqsədi əməkdaşlar üçün açıq dialoq mühiti yaratmaq, onları şirkətin prioritet istiqamətləri barədə məlumatlandırmaq və daxili kommunikasiyanı daha da gücləndirməkdir.

“DƏYƏR SİMALARI” LAYİHƏSİNƏ START VERİLDİ

ADY-də təşkilati mədəniyyətin daha da gücləndirilməsi çərçivəsində korporativ dəyərlərimizin gündəlik iş həyatımızda aydın hiss olunmasını və davranışlarımızda öz əksini tapmasını təmin etmək məqsədilə həyata keçirilən “Dəyər simaları” layihəsinin ilkin görüşü keçirilib.

Görüşdə layihənin əsas istiqamətləri təqdim olunub və təşəbbüs çərçivəsində formalaşdırılan Dəyər

liderləri, Dəyər səfirləri və İşçi qrupunun rolu müzakirə edilib. Müzakirələr Dəyər simaları olan rəhbərliyin, o cümlədən Dayanıqlılıq dəyərinin lideri olan ADY sədri Rövşən Rüstəmovun iştirakı ilə keçirilib.

Tədbirdə həmçinin müxtəlif struktur bölmələrini təmsil edən əməkdaşlar aktiv iştirak edərək layihə ilə bağlı fikirlərini bölüşüb, praktiki tətbiq imkanlarını və potensial çağırışları müzakirə ediblər.

Görüş zamanı əməkdaşların sualları cavablandırılıb, irəli sürülən təkliflər dinlənilib və təşəbbüsün gələcək inkişafı üçün əhəmiyyətli fikir mübadiləsi aparılıb.

“Dəyər simaları” layihəsi çərçivəsində dəyərlərin gündəlik iş mühitində daha sistemli və əməli şəkildə tətbiqi və təşkilati mədəniyyətin davamlı şəkildə inkişaf etdirilməsi məqsədilə silsilə görüş və tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ADY-də həyata keçirilən transformasiya və inkişaf prosesində biz yalnız nəticələrə deyil, həmin nəticələrə necə çatdığımıza da xüsusi önəm veririk. Güclü nəticələrin arxasında doğru yanaşma və davranışlarımız dayanır. Bu yanaşmanın əsasında isə bizim korporativ dəyərlərimiz durur.

Təhlükəsizlik, Dayanıqlılıq, Xoşməramlılıq, Etibarlılıq, Keyfiyyətlilik və İnnovasiya.

Bu dəyərlər ADY-nin Korporativ Kodeksində öz əksini tapıb və fəaliyyətimizin əsas prinsiplərini formalaşdırır.

Biz bu dəyərləri yalnız

sənəddə deyil, gündəlik işimizdə də daha aydın hiss etdirmək və yaşatmaq üçün “Dəyər simaları” layihəsinə start veririk.

Layihə dəyərlərimizin daha sistemli şəkildə tətbiqinə xidmət edəcək və təşkilati mədəniyyətimizin daha da möhkəmlənməsinə töhfə verəcək.

Bu layihə çərçivəsində hər birimiz qərarlarımızda, davranışlarımızda, əməkdaşlıq münasibətlərimizdə və liderlik yanaşmamızda bu dəyərləri nümayiş etdirməli, onları gündəlik iş mühitində yaşatmalıyıq.

Bu layihə çərçivəsində:

- hər bir dəyər üzrə Dəyər liderləri, - onları dəstəkləyən Dəyər səfirləri, - və İşçi qrupları formalaşdırılıb.

Onların əsas məqsədi bu dəyərlərin hər bir əməkdaş üçün daha aydın, praktik və tətbiq olunan hala gətirilməsidir.

Hər bir həmkarımızı bu təşəbbüsün fəal iştirakçısı olmağa və dəyərlərimizi gündəlik işinizdə nümayiş etdirməyə dəvət edirik. Çünki güclü nəticələrin arxasında hər zaman güclü dəyərlər dayanır.

ADY BAKI–TBİLİSİ–BAKI MARŞRUTU

ÜZRƏ

SƏRNİŞİN DAŞIMALARINI BƏRPA

ETDİ

ADY 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edib.

Bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edir.

Qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşür və növbəti gün saat 08:41-də Tbilisiyə çatır, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatır. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan

sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.

Bakı–Tbilisi–Bakı qatarlarına Azərbaycan ərazisində Bakı

Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və

Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə

Qardabani stansiyası və

Tbilisi Dəmiryol Vağzalında dayanacaq verilib.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gedişhaqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN,

Ağstafadan isə 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 AZN təşkil edir.

Qeyd edək ki, beynəlxalq istiqamətlər üzrə gedişhaqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir. Bakı–Tbilisi–Bakı reysi üzrə bilet qiymətləri də Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyənləşdirilir. Bundan əlavə, beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə əmsal tətbiq edir. Qiymətlərə həmçinin ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir.

Balaca sərnişinlər üçün güzəştlər tətbiq edilir

5 yaşadək uşaqlar ayrıca yer tutmamaq şərtilə pulsuz, 5–10 yaş arası uşaqlar isə səyahət sinfi, alış tarixi və mövsümdən asılı olaraq güzəştli şərtlərlə səfər edə bilərlər.

Sərnişinlərə rahat baqaj

daşınması imkanı təqdim olunur

Komfort və komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan, lüks sinifdə isə 30 kq-dan çox

olmayan bir ədəd baqajın pulsuz daşınması təmin

edilir. Bundan əlavə, kiçik əl yüklərinin və qatlanan uşaq arabalarının daşınmasına görə əlavə ödəniş tələb olunmur. İnklüziv imkanlar

Qatarlarda geniş və xüsusi dizayn edilmiş oturacaqlar,

uyğunlaşdırılmış duş kabinləri, xüsusi panduslar və tutacaqlar quraşdırılıb. Təlim keçmiş peşəkar qatar heyəti isə sərnişinlərə səyahət boyu zəruri dəstəyi göstərir.

BAKI–TBİLİSİ–BAKI MARŞRUTU İLƏ İLLİK

100 MİN SƏRNİŞİNİN DAŞINMASI

GÖZLƏNİLİR – MÜSAHİBƏ

Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən

Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunub.

Bu, təkcə bir qatar reysinin yenidən açılması deyil, həm də Azərbaycanla Gürcüstan arasında turizm, iqtisadi əlaqələr və sərnişin mobilliyi baxımından mühüm addımdır.

Pandemiyadan sonra beynəlxalq dəmir yolu əlaqələrinin mərhələli şəkildə bərpası regionda alternativ nəqliyyat imkanlarını genişləndirir. Bakı–Tbilisi–Bakı qatarı sərnişinlərə hava nəqliyyatından fərqli olaraq şəhər mərkəzindən şəhər

mərkəzinə birbaşa bağlantı, gecə səyahəti, yataq tipli komfortlu vaqonlar və daha rahat planlaşdırma imkanı təqdim edir. Yeni reyslər İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir yataq tipli vaqonlarla həyata keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov APAya müsahibəsində qatarın istismara verilməsi, biletin qiymətlərinin formalaşması və komfort imkanları barədə danışıb.

– Azər müəllim, Bakı–Tbilisi–Bakı marşrutunun yenidən fəaliyyətə başlaması regionda nəyi dəyişəcək?

– Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpası iki ölkə arasında həm nəqliyyat, həm turizm, həm də regionlararası əlaqələrin inkişafı baxımından mühüm hadisədir. Bu marşrut üzrə illik təxminən 100 min sərnişinin daşınması planlaşdırılır.

Bu qatarın üstünlüklərindən biri ondan ibarətdir ki, sərnişin gecə saatlarında yola düşür və səhər artıq təyinat şəhərinə çatır. Bu, xüsusilə Bakı və Tbilisi arasında turizm, işgüzar səfərlər və ailələrin ziyarəti üçün əlverişli imkan yaradır.

Digər mühüm məqam odur ki, qatar sərnişini birbaşa şəhər mərkəzindən şəhər mərkəzinə aparır. Bu, hava nəqliyyatı ilə müqayisədə əlavə hava limanı transferi, qeydiyyat və gözləmə vaxtı

kimi amilləri azaldır.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir yataq tipli vaqonlar sərnişinlərə daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edir. Əvvəlki dövrdə istifadə olunan aşağı tarifli açıq tipli, yəni “plaskart” vaqonlar bu qatarların tərkibində mövcud deyil. Yeni nəsil vaqonlar daha çox komfortlu gecə səfəri konsepsiyasına əsaslanır.

Bu vaqonlar müasir texnoloji avadanlıqlarla təchiz olunub və həm xidmət keyfiyyətinin, həm də təhlükəsizlik standartlarının yüksəldilməsinə imkan yaradır.

– Yeni vaqonlarda sərnişinlərə hansı komfort imkanları təqdim olunur?

– Yeni “Stadler” vaqonlarında sərnişinlərin rahatlığı üçün bir sıra imkanlar

nəzərdə tutulub. Kupelərdə qapılar kart sistemi ilə çalışır. Kupelər fərdi tənzimlənən temperatur və işıqlandırma sistemi, kartla idarə olunan qapılar, bələdçi ilə əlaqə düyməsi və səs izolyasiyası ilə təmin olunub.

Hər kupedə şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, dörd dildə məzmunun təqdim edildiyi TV monitor, pult və qulaqlıq yerləri mövcuddur. Sərnişinlərə həmçinin təmiz yataq dəsti və səfər paketi, duş kabinəsi, multimedia və internet xidmətləri təqdim olunur. Bu da marşrutu klassik dəmir yolu səfərindən daha çox komfortlu gecə səyahəti formatına çevirir.

Yeni istismara veriləcək qatarlarda da hər kəs üçün maneəsiz səyahət imkanının yaradılmasına xüsusi diqqət olunub və hərəkət məhdudiyyətli şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif edilir, onların rahat hərəkətinin təminatı baxımından komfort sinifli vaqonda 1 geniş kupe ayrılıb. Burada hərəkət məhdudiyyəti olan sərnişin və onu müşayiət edən şəxs səfər edə bilər. Ehtiyac zamanı personalla əlaqə üçün çağrı düyməsi quraşdırılıb. Qatara araba ilə sərbəst minibdüşmək üçün xüsusi pandus

və geniş qapı quraşdırılıb.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq verilib. Gürcüstan ərazisində isə qatar Qardabani stansiyasında və Tbilisi Dəmiryol Vağzalında dayanır. Ölkə daxilində 6 dayanacağın nəzərdə tutulması paytaxtla yanaşı, region sərnişinləri üçün də əlavə imkan yaradır.

– Qatarın sürəti və səfər müddəti ilə bağlı hansı məqamları qeyd etmək olar?

– Qeyd edim ki, yataq tipli gecə qatarlarında sürət yalnız titrəyişin azaldılması üçün deyil, həm də sərnişinlərin yuxu və istirahətinə görə komfortun təmin edilməsi, gecə saatlarında hərəkətin təhlükəsizliyi, qrafik üzrə səhər saatlarında uyğun vaxtda çatma, enerji sərfiyyatının optimallaşdırılması və ağır vaqon tərkibinin daha stabil idarə olunması məqsədilə tənzimlənir.

Ümumi səfər müddətinə sərhəd və gömrük prosedurları, Azərbaycan sərhədində 1 saat, Gürcüstan sərhədində isə əlavə 1 saat dayanma da daxildir.

Qatarın ümumi səfər müddətinə təsir edən digər amil isə Gürcüstan ərazisində

dəmir yolu infrastrukturunun texniki vəziyyəti və sürət məhdudiyyətidir. Gürcüstanda qatarın orta sürəti təxminən 50 km/saatdır. Qardabani–Tbilisi hissəsində sürətin nisbətən aşağı olması məhz həmin ərazidə infrastrukturun vəziyyətinin qənaətbəxş olmaması ilə əlaqədardır.

Qatarlar Bakıdan Böyük Kəsik stansiyasına qədər olan 498 kilometrlik məsafəni 6 saat 10 dəqiqəyə qət edir, Azərbaycan ərazisində dəmir yolu infrastrukturu yeniləndiyi üçün orta hesabla 100 km/saat sürətlə hərəkət edə bilir.

Bütün bunlar səfərin təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsi üçün nəzərə alınmalı olan vacib amildir. Qatarın qrafiki də məhz bu texniki reallıqlar, sərhəd-gömrük prosedurları və əməliyyat tələbləri nəzərə alınmaqla hazırlanıb.

Onu da əlavə edim ki, Gürcüstan Dəmir Yollarının hərəkət tərkibi ilə bağlı

müəyyən çətinlikləri nəzərə alınaraq vaqonlar Tbilisiyə qədər ADY-yə məxsus lokomotivlə daşınır.

Nazirlər Kabinetinin 20 may 2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında qatarla giriş-çıxışına icazə verilib.

– Qiymətlər hansı prinsiplərlə formalaşır?

– Beynəlxalq istiqamətlər üzrə gediş haqqı bir neçə amil əsasında formalaşır. Ümumiyyətlə, beynəlxalq istiqamətlər üzrə gediş haqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir. Bakı–Tbilisi–Bakı reysi üzrə bilet qiymətləri də Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyənləşdirilir.

Bundan əlavə, beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə əmsal tətbiq edir. Yəni qiymət yalnız məsafəyə görə hesablanmır, marşrutun beynəlxalq xarakteri, texniki xidmət, lokomotiv və vaqon istismarı, servis xərcləri də nəzərə alınır.

Qiymətlərə həmçinin ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi təsir göstərir.

Birincisi, pandemiya dövründən etibarən qlobal miqyasda həm hava, həm də dəmir yolu nəqliyyatı üzrə sərnişin daşımalarında tariflərdə əhəmiyyətli artım müşahidə olunub. 2019–2025-ci illər ərzində beynəlxalq sərnişin biletlərinin qiymətləri orta hesabla təxminən 110% yüksəlib.

Bu artım, əsasən, enerji resurslarının bahalaşması, yüksək inflyasiya, təchizat zəncirində yaranmış çətinliklər, ehtiyat hissələri və texniki xidmət xərclərinin artması ilə əlaqədardır.

Məsələn, dizel yanacağının qiyməti 0,60 manatdan 1,10 manata yüksəlib ki, bu da 83 faiz artım deməkdir.

Qeyri-əhali istehlakçıları üçün elektrik enerjisi tarifi 0,09 manatdan 0,125 manata yüksələrək təxminən 40 faiz artıb. Minimum aylıq

əməkhaqqı 2019-cu ildən etibarən 180 manatdan 400 manata çatıb. Ezamiyyə xərclərində də 45 faizə qədər artım müşahidə olunub.

İkincisi, xidmət səviyyəsi dəyişib. Əvvəllər bu marşrutda daha sadə və köhnə vaqonlardan istifadə olunurdu. Hazırda isə sərnişinlərə “Stadler” markalı müasir yataq tipli vaqonlar təqdim edilir.

Eyni zamanda, bu vaqonların texniki istismarı və servis xidmətləri xüsusi ixtisaslaşmış yanaşma tələb etdiyindən, texniki baxış və təmir işləri

ADY ilə “Stadler Rail Group” arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bu istiqamətdə xərclərin artması, əsasən, ehtiyat hissələri və mal-materialların qlobal inflyasiya fonunda bahalaşması ilə bağlıdır.

Bütün bu və digər amillər bilet qiymətlərinin maya dəyərinin 2019-cu illə müqayisədə 2 dəfədən çox artmasına səbəb olub.

Beynəlxalq daşıma xarakteri nəzərə alınmaqla, Gürcüstan tərəfinə aid tarif komponenti də yekun bilet qiymətinə təsir edir. Bu komponentdə təxminən 180 faiz artım baş verib. Bu da marşrut üzrə xarici xərc yükünü artırıb.

Buna görə də Bakı–Tbilisi–Bakı marşrutunda tariflərin formalaşması yalnız ADY-nin

daxili xərcləri ilə bağlı deyil. Burada həm Azərbaycan və Gürcüstan tərəfinin tarif komponentləri, həm də beynəlxalq hesablaşma mexanizmləri nəzərə alınır.

– Ümumilikdə bu marşrutun əsas üstünlüklərini necə ümumiləşdirmək olar?

– Bakı–Tbilisi–Bakı qatarının əsas üstünlükləri komfortlu gecə səfəri, şəhər mərkəzindən şəhər mərkəzinə birbaşa bağlantı, müasir yataq tipli vaqonlar, region stansiyalarından istifadə imkanı və beynəlxalq standartlara uyğun xidmət modelidir.

Bu marşrut həm turizm axınının artmasına, həm də Azərbaycanla Gürcüstan arasında sərnişin mobilliyinin güclənməsinə xidmət edəcək. Müasir “Stadler” vaqonları ilə həyata keçiriləcək səfərlər sərnişinlər üçün daha rahat, təhlükəsiz və funksional səyahət imkanı yaradacaq.

DƏRNƏGÜL DƏMİRYOL DAYANACAĞI

İSTİFADƏYƏ VERİLDİ

Bakı şəhərində sərnişin axınının balanslaşdırılmasına və mərkəzdə yüklənmənin azaldılmasına töhfə verəcək növbəti mühüm addım atılıb: 8 may 2026-cı il tarixindən

Dərnəgül dəmiryol dayanacağı istifadəyə verilib.

Layihə ADY tərəfindən Azərbaycan Respublikası

Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.

Bakı–Xırdalan–Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib.

Dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada üst keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri

görülüb. Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb.

Bakı–Dərnəgül, Dərnəgül–Biləcəri və Dərnəgül–Xırdalan istiqamətləri üzrə gediş haqqı

0.60 AZN, Dərnəgül–Sumqayıt istiqaməti üzrə isə 1.00 AZN təşkil edir.

Qatarlar Bakı Dəmiryol Vağzalından Dərnəgül dayanacağına və əks istiqamətə məsafəni 10 dəqiqə, Dərnəgül–Biləcəri və Biləcəri–Dərnəgül üzrə 8 dəqiqə, Dərnəgül–Xırdalan və Xırdalan–Dərnəgül istiqaməti üzrə məsafəni isə 15 dəqiqəyə qət edir.

Dərnəgül dayanacağında digər ictimai nəqliyyat növlərinə inteqrasiya olunmuş asan transfer imkanlarının

yaradılması sərnişin axınının birbaşa mərkəzə yönəlməsinin qarşısını alaraq Bakı Dəmiryol Vağzalı və “28 May” metro stansiyası ərazisindəki yüklənməni, xüsusilə pik saatlarda müşahidə olunan nəqliyyat və piyada sıxlığını əhəmiyyətli dərəcədə azaltmağa, eyni zamanda, ictimai nəqliyyat şəbəkəsində balansı gücləndirərək vətəndaşların vaxtına qənaət etməklə paytaxt üzrə ümumi mobilliyi və əlçatanlığı artırmağa imkan verir. Belə ki, Bakının mikrorayonları, Yasamal rayonu, o cümlədən “İnşaatçılar” və “20

Yanvar” metro stansiyaları istiqamətində hərəkət edən sərnişinlər artıq Bakı

Dəmiryol Vağzalına, yəni şəhər mərkəzinə gəlmədən, Dərnəgül dayanacağında düşərək yaxınlıqda yerləşən eyniadlı metro stansiyası və avtobuslarla səfərlərini rahat və operativ şəkildə davam etdirə bilərlər.

İlk dövrlərdə dayanacaqda illik 200 min sərnişinə xidmət göstəriləcəyi proqnozlaşdırılır. 2030-cu ilədək yeni qatarların istismara verilməsi ilə bu göstəricinin 500 min sərnişinə qədər artacağı gözlənilir.

Beləliklə, Dərnəgül dayanacağının istifadəyə verilməsi ilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə

stansiya və dayanacaqların sayı 15-ə çatıb. Bu strateji layihənin tamamlanması Dərnəgül ərazisində yaşayan və işləyən əhali üçün komfortlu və sürətli nəqliyyat imkanları yaratmaqla yanaşı, paytaxtın ümumi nəqliyyat sisteminin təkmilləşdirilməsinə böyük töhfə verir.

Qeyd edək ki, son illərdə ADY Abşeron dairəvi marşrutunun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə mühüm işlər görüb. Dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsallaşma tədbirləri həyata keçirilib, bilet satışı onlayn təşkil edilib, “ADY Mobile” mobil tətbiqi istifadəyə verilib, stansiya və dayanacaqlarda modernləşdirmə işləri görülüb. Nəticə etibarilə Abşeron dairəvi dəmir yolu üzrə reys sayı 66-dan 96-ya çatdırılıb. Dövlət Proqramında

həmçinin Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar xətlərinin bərpası, bu xətlər boyunca mövcud stansiyaların yenidən qurulması və yeni dayanacaqların inşası nəzərdə tutulur. Bundan başqa, Bakı− Xırdalan−Sumqayıt xətti üzrə Baş Keşlə, Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi, Bakı–Pirşağı–Sumqayıt xətti üzrə isə Kürdəxanı, Fatmayı və Saray dəmiryol dayanacaqlarının inşası və N.Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır. ADY tərəfindən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, hazırda layihələndirmə işləri icra olunur.

Abşeron dairəvi dəmir yolu

marşrutu üzrə istifadədə olan xətlərdə Baş Keşlə və N.Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray, Güzdək və Binəqədi dayanacaqlarının yaradılması hesabına dayanacaqların sayı 22-yə çatacaq. 2030cu ilədək isə bu rəqəmin Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan xətləri üzrə 18 stansiya və dayanacağın istifadəyə verilməsi hesabına 40-a çatdırılması planlaşdırılır.

Dövlət Proqramından irəli gələn məsələlərdən biri də Güzdək−Qaradağ xəttinin

bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı−Xırdalan− Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığı artırılacaq.

Həmçinin 2030-cu ilədək 20 ədəd yeni sərnişin qatarının alınması nəzərdə tutulub.

Hazırda bu istiqamətdə işlər davam etdirilir, təhlillər aparılır, xarici şirkətlərlə görüşlər keçirilir, danışıqlar aparılır.

Bütün bu tədbirlər Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulmasına, sərnişin

mobilliyinin keyfiyyətinin artırılmasına, həm şəhər daxilində, həm də ətraf ərazilərdə sərnişindaşıma imkanlarının, nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığının artırılmasına səbəb olacaq.

Videonu izləmək üçün QR kodu oxudun

KÜRDƏMİR STANSİYASI

SƏRNİŞİNLƏRİN İSTİFADƏSİNƏ VERİLİB

ADY sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi istiqamətində strateji və ardıcıl tədbirlərini davam etdirir. Bu məqsədlə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilib.

Kürdəmir stansiyasına rəmzi səfər çərçivəsində stansiyada

təşkil olunmuş tədbirdə ADY rəhbərliyi, eləcə də Kürdəmir Rayon İcra Hakimiyyəti və rayon ictimaiyyətinin nümayəndələri və media mənsubları iştirak ediblər.

Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab verən ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin xidmətindədir. Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi üçün ərazi mövcuddur.

Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11.10 AZN təşkil edir. Qatar 203 kmlik məsafəni 2 saat 11 dəqiqəyə qət edir. Qeyd edək ki, pandemiyadan öncə qatarlar Bakıdan Kürdəmirə 3 saat 11 dəqiqəyə çatırdı.

Bilet satışı 17 aprel tarixindən ADY-nin rəsmi veb-saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə həyata

keçirilir.

Stansiyanın istifadəyə verilməsi Kürdəmir və ətraf rayonlar – Ağsu, Göyçay, Zərdab, Sabirabad və İmişli rayonları üzrə ümumilikdə

300 mindən çox əhali üçün mobilliyi genişləndirir, həm paytaxta, həm də ölkəmizin qərb və şimalqərb bölgələrinə, eləcə də Qarabağa müasir qatarlarla rahat, təhlükəsiz və sərfəli səyahət imkanı təqdim edir.

Azərbaycanın bütün regionlarını sərnişinləri üçün əlçatan etməyi, xidmət coğrafiyasını genişləndirməyi hədəfləyən ADY sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün pandemiyadan öncə mövcud olmuş marşrutları və stansiyaları mərhələli şəkildə bərpa edir.

2023-cü ildə Bakı–Gəncə–Bakı marşrutunun Ağstafaya qədər uzadılması, ilk dəfə

olaraq Qəbələyə sürətli qatarlarla sərnişindaşımanın təşkili, 2024-cü ildə yeni qatarların xəttə buraxılması, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin artırılması, Ləki və Ucar stansiyalarına dayanacaq verilməsi, bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidmətinin aktivləşdirilməsi, 2025-ci ilin əvvəlində Bakı–Balakən–Bakı, iyunda Bakı–Qazax–Bakı, avqustda isə Bakı–Ağdam–Bakı marşrutları üzrə sərnişindaşımanın bərpası, ilk dəfə olaraq regiondaxili marşrutların istifadəyə verilməsi və bütün bunların nəticəsi olaraq 2025-ci ildə rekord sayda – 10 milyondan çox sərnişinin daşınması ADY-nin sərnişindaşıma sahəsinin inkişafına və müştəri məmnuniyyətinin artırılmasına xüsusi diqqət yetirdiyini göstərir.

İCTİMAİ NƏQLİYYATDA İLK:

ADY “SİMA PAY” – ÜZTANIMA İLƏ

ÖDƏNİŞ SİSTEMİNİ TƏTBİQ ETDİ

AZCON Holding

şirkətlərindən olan

“Azərbaycan Dəmir Yolları” QSC və “AzInTelecom”

MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişindaşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb.

15 may 2026-cı il tarixindən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub.

Üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə

Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür. Növbəti mərhələdə həm Abşeron dairəvi marşrutu boyunca bütün stansiya və dayanacaqlarda, həm də ölkə üzrə dəmir yolu şəbəkəsində bu müasir xidmətin göstərilməsi planlaşdırılır.

Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac

duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir, səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir. Sərnişinlər “ADY Mobile” mobil tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər.

Dünyanın qabaqcıl ölkələrinin “Face Pay” təcrübəsinin Azərbaycanda “SİMA Pay” rəqəmsal ekosistemi və “ADY Mobile”ın virtual kartının inteqrasiyası yolu ilə tətbiqi dəmir yollarında sərnişindaşımanın təhlükəsizliyini daha da

yüksəldəcək, biometrik ödənişlər riskləri minimuma endirəcək, həmçinin kartın itirilməsi və ya balansın bitməsi kimi qayğıları aradan qaldıracaq.

Qeyd edək ki, son illərdə ADY sərnişin məmnuniyyətini təkcə yeni qatarlar və istiqamətlərlə deyil, həm də gündəlik həyatı asanlaşdıran rəqəmsal həllərlə təmin edir. Xüsusilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə son üç ildə həyata keçirilən yeniliklər sayəsində sərnişindaşıma xidməti tamamilə yeni mərhələyə

keçib. Artıq kassalarda növbədə dayanmaq və fiziki bilet alışına ehtiyac yoxdur. Sərnişinlər vaxt itirmədən ödənişlərini bank kartları, NFC və “ADY Mobile” tətbiqi vasitəsilə həyata keçirirlər.

Statistik nəticələr də göstərir ki, dəmir yollarının rəqəmsallaşması istiqamətində son illərdə həyata keçirilən yenilikləri sərnişinlər müsbət qarşılayır və rahat mənimsəyirlər. Belə ki, 2023-cü ildə istifadəyə verilən

ADY

“ADY Mobile” istifadəçilərinin sayı artıq 400 mini ötüb. Qatarla bölgələrə səfər edən sərnişinlərin təxminən 80 faizi biletlərini onlayn şəkildə əldə edir. Eyni zamanda, 2024cü ildən ölkədaxili marşrutlar üzrə səyahət üçün qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin yalnız fiziki formada təqdim edilməsi tələbi aradan qaldırılıb,

“My.gov.az” portalından şəxsiyyəti təsdiq edən məlumatları QR kod şəklində

ƏMƏKDAŞLARI

təqdim etmək kifayətdir. Bundan başqa, sərnişinlər səyahət boyu həm işgüzar fəaliyyət, həm də asudə vaxtın səmərəli keçirilməsi üçün qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsinə qoşula bilərlər.

Videonu izləmək üçün QR kodu oxudun

GÜRCÜSTANLI

HƏMKARLARINA TƏLİM KEÇİB

ADY-nin Rəqəmsal inkişaf departamentinin əməkdaşları Tbilisidə “Gürcüstan Dəmir Yolları” SC-nin əməkdaşlarına təlim keçib.

Praktik təlimdə məqsəd iki ölkənin bilet satış sistemini tam inteqrasiya etmək, kassa əməliyyatlarının qarşılıqlı izlənilməsini təmin etmək və əməliyyat proseslərini uyğunlaşdırmaqdır.

Təlim çərçivəsində həmçinin biletin yoxlanılması, qeydiyyatı və reyestrə salınması üzrə əməliyyatlar test edilib.

Qeyd edək ki, Gürcüstan

tərəfi ADY-nin proqram təminatından istifadə etməklə bilet satışını həyata keçirir. Bu, vahid satış və qeydiyyat

prosesinin qurulmasına imkan verir, Gürcüstan kassaları ADY platformasında real vaxt rejimində görünür.

BAKI LİMANININ YÜKAŞIRMA İMKANLARI

GENİŞLƏNDİRİLİR: YENİ KÖRPÜ AKTİV İSTİSMARA VERİLDİ

ADY-nin Bakı Beynəlxalq

Dəniz Limanında həyata keçirilən modernləşdirmə tədbirləri çərçivəsində indiyədək istifadə olunmayan

7-ci körpü liman tarixində ilk dəfə aktiv istismara cəlb edilib. Körpünün texniki potensialının gücləndirilməsi ilə yanaşı, yük qaldırma gücü 125 ton olan yeni nəsil kran da istifadəyə verilib.

7-ci körpünün istismara verilməsi ilə konteyner və digər yüklər paralel şəkildə daha çevik idarə olunacaq. Bu da liman daxilində əməliyyat axınlarının balanslaşdırılmasına və pik yüklənmə dövründə fasiləsiz işləmə qabiliyyətinin

təmin edilməsinə xidmət edəcək. Nəticə etibarilə, artan yük axınları daha operativ və effektiv şəkildə idarə olunacaq.

Bu nailiyyət Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində də xüsusi əhəmiyyət kəsb edir.

7-ci körpünün istismara verilməsi həmçinin Orta Dəhliz boyunca yüklərin daha sürətli, etibarlı və proqnozlaşdırıla bilən hərəkətini təmin edərək marşrutun ümumi rəqabətqabiliyyətini artıracaq və Bakı Limanının bu dəhlizdə əsas qovşaq rolunu daha da gücləndirəcək.

İtaliya istehsalı olan müasir

kranın istismara verilməsi nəticəsində isə limanın mövcud infrastrukturunun imkanlarından istifadə səviyyəsi əhəmiyyətli dərəcədə artacaq, əlavə xərclərə ehtiyac olmadan ötürücülük qabiliyyəti genişlənəcək və limanın əməliyyat imkanları keyfiyyət baxımından yeni mərhələyə yüksələcək. Bu yanaşma yükaşırma proseslərinin optimallaşdırılmasına, gözləmə müddətlərinin azalmasına və terminalda dövriyyənin sürətlənməsinə imkan yaradacaq.

Kranın elektrik enerjisi ilə fəaliyyət göstərməsi 7-ci körpüdə həyata keçirilən əməliyyatların daha aşağı karbon izi ilə icrasına və enerji səmərəliliyinin yüksəldilməsinə imkan yaradaraq Bakı Limanının “Eko-Port” yanaşmasını dəstəkləyir. Həyata keçirilən layihələr çərçivəsində limanın illik konteyner aşırma qabiliyyətinin 260 min TEU səviyyəsinə çatdırılması gözlənilir. 7-ci körpünün

istismara verilməsi bu hədəfə qısa müddətdə çatmaq üçün mövcud resursların daha effektiv istifadəsini təmin edən əsas əməliyyat addımlarından biridir.

Ümumilikdə 7-ci körpünün

və yeni nəsil kranın istifadəyə verilməsi limanın əməliyyat çevikliyini artırmaqla yanaşı, daha səmərəli, dayanıqlı və rəqabətqabiliyyətli logistika mərkəzinə çevrilməsinə xidmət edir.

Bu isə Azərbaycanın tranzit potensialının genişlənməsinə və regionda strateji nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmlənməsinə birbaşa töhfə verir.

BAKI LİMANINDA “GADAMLY” QURU YÜK

GƏMİSİNİN QARŞILANMA MƏRASİMİ

KEÇİRİLİB

“Azərbaycan Dəmir

Yolları” QSC-nin Bakı

Beynəlxalq Dəniz Limanında

Türkmənistanda inşa edilmiş “Gadamly” ilk quru yük gəmisinin rəsmi qarşılanma mərasimi baş tutub. Gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarının həyata

keçirilməsinə cəlb ediləcək. Yeni gəminin istismara verilməsi Orta Dəhliz, o cümlədən bu dəhlizin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm hadisə hesab olunur. Bu gəmi Xəzər dənizi üzərindən konteyner daşımalarının həcmini artırmaqla regionda

logistika əlaqələrinin daha da möhkəmlənməsinə, yük axınlarının sürətlənməsinə və marşrutun beynəlxalq rəqabətqabiliyyətinin yüksəlməsinə töhfə verəcək. Yükgötürmə qabiliyyəti 6 100 ton olan və 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malik “Gadamly” gəmisinin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına da müsbət təsir göstərəcək. Gəmi Bakı–Türkmənbaşı istiqamətində konteyner daşımalarının optimallaşdırılmasına xidmət etməklə yanaşı, Orta Dəhliz üzrə artan yük tələbatının qarşılanmasına əlavə imkan yaradacaq.

Tədbirdə çıxış edən

ADY sədrinin müavini Arif

Ağayev Orta Dəhliz boyunca regional əməkdaşlığın gücləndirilməsi, limanlararası əlaqələrin genişləndirilməsi və Xəzər hövzəsində dayanıqlı nəqliyyatlogistika ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Türkmənistanın

Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov çıxışı zamanı “Gadamly” quru yük gəmisinin Bakı Beynəlxalq Dəniz Limanına ilk səfərini iki ölkə arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafında mühüm hadisə kimi qiymətləndirib, Türkmənistanın

Xəzər regionunda tərəfdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. “Gadamly” gəmisinin fəaliyyətə başlaması Xəzər regionunda ticarət və nəqliyyat

əlaqələrinin inkişafında yeni mərhələ kimi qiymətləndirilir və Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılması istiqamətində atılan mühüm addımlardan biridir.

ADY YEVLAX–BƏRDƏ XƏTTİNDƏ

ƏSASLI

TƏMİR İŞLƏRİNƏ BAŞLADI

Azərbaycan Dəmir Yolları hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin və yüklərin etibarlı daşınması məqsədilə dəmir yolu infrastrukturunda irimiqyaslı yenidənqurma işlərini davam etdirir.

Bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə icra olunan və regionun nəqliyyat xəritəsini köklü şəkildə dəyişən strateji layihələr xüsusi əhəmiyyət kəsb edir. 2025-ci il 10 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi

istifadəyə verilib, həmin ilin avqust ayında isə 30 ildən sonra doğma Qarabağa müntəzəm sərnişindaşıma bərpa edilib. Qısa müddət ərzində Bakı–Ağdam–Bakı marşrutuna tələbat artıb, təkcə bu ilin birinci rübündə 4000ə yaxın sərnişin sözügedən marşrutla səyahət edib. Artan tələbat və dinamik inkişaf fonunda mövcud dəmir yolu xətlərinin modernləşdirilməsi ADY üçün prioritet istiqamətlərdən biridir. Bu çərçivədə növbəti əsaslı təmir və yenidənqurma işlərinə Yevlax–Bərdə dəmir yolu xəttində başlanılması

nəzərdə tutulur. Yevlax–Bərdə xəttində 1967-ci ildən etibarən əsaslı təmir-bərpa işlərinin aparılmaması nəticəsində mövcud infrastruktur müasir tələblərə cavab vermir. Hazırda istismar müddəti 60 ilə yaxın olan köhnəlmiş infrastruktur qatarların hərəkət sürətini 10–60 km/ saat aralığında məhdudlaşdırır. Planlaşdırılan təmir və yenidənqurma işləri başa çatdıqdan sonra bu sahədə qatarların hərəkət sürəti artırılacaq və sərnişinlərin mənzil başına çatma müddəti qısalacaq.

Yevlax–Bərdə dəmir yolu xəttində həyata keçiriləcək yenidənqurma işləri ilə əlaqədar olaraq Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə verilİB. Layihənin icrası tamamlandıqdan sonra dəmir yolu infrastrukturu yüklərin və sərnişinlərin daha etibarlı daşınması üçün təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılacaq, daha dayanıqlı, sürətli

və fasiləsiz dəmir yolu əlaqəsi təmin olunacaq. Eyni zamanda, yaşayış məntəqələrindən keçən dəmir yolu xətləri boyunca təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək.

Yevlax–Bərdə dəmir yolu xəttinin yenidən qurulması nəticəsində Yevlaxdan Xankəndiyə qədər uzanan müasir dəmir yolu infrastrukturu formalaşacaq. Eyni zamanda, bu layihə ölkə üzrə inteqrasiya edilmiş və müasir dəmir yolu infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə mühüm töhfə verəcək, regionlar arasında nəqliyyat əlaqələrinin daha səmərəli və əlaqələndirilmiş şəkildə inkişafına xidmət edəcək. Beləliklə, sərnişin və yük daşımalarında operativlik və səmərəlilik əhəmiyyətli dərəcədə artacaq.

Bununla yanaşı, hazırda

ADY tərəfindən Ağdam–Xankəndi dəmir yolu xəttinin, o cümlədən ötən ilin iyul ayında Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş Xankəndi Dəmir Yolu və

Avtovağzal Kompleksinin tikintisi sürətlə davam etdirilir. Tikinti işləri tam başa çatdıqdan sonra Ağdam–

Xankəndi dəmir yolunun istifadəyə verilməsi ilə Bakıdan Xankəndiyə qatar reyslərinin də bərpası təmin ediləcək. Həyata keçirilən tədbirlər uzunmüddətli perspektivdə daha etibarlı, təhlükəsiz və müasir dəmir yolu şəbəkəsinin formalaşdırılmasına xidmət edir və strateji əhəmiyyət kəsb edir.

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə göstərdikləri anlayışa görə minnətdarlığını bildirir və diqqətə çatdırır ki, qeyd olunan tədbirlər sərnişinlərin daha rahat, sürətli və təhlükəsiz səyahətini təmin etmək məqsədilə həyata keçirilir.

124 YAŞLI XAÇMAZ

DƏMİRYOL

VAĞZALININ BİNASI

ƏSASLI TƏMİR EDİLİR

Xaçmaz Dəmiryol Vağzalının binası əsaslı təmir olunur.

Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binanın orijinal görünüşü saxlanılmaqla kompleks yenidənqurma aparılır.

Xaçmaz Dəmiryol Vağzalı Bakı-Yalama dəmir yolu xətti üzərində ən mühüm məntəqələrdən biridir.

ENERJİ SİSTEMİ YENİLƏNİR

ADY Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib.

Ağstafa stansiyasında isə işlər tamamlanma mərhələsindədir.

Yenilənmiş kontakt şəbəkə sayəsində enerjidən səmərəli istifadə, hərəkət təhlükəsizliyi və sürətinin yüksəldilməsi, sərnişin və yük həcminin artırılması təmin ediləcək.

Videonu izləmək üçün QR kodu oxudun

YENİLƏNƏN

İNFRASTRUKTUR, DAYANIQLI

YÜKDAŞIMA, ETİBARLI DƏMİR YOLU

ADY Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri aparıb.

İstismara verildiyi 1950-ci illərdən bəri ilk dəfə yenilənən 20 kilometrlik bu xətlə xüsusilə dəmir yolları üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının təhlükəsiz daşınması təmin ediləcək.

BAŞ ƏLƏT STANSİYASININ

YOLLARI YENİDƏN QURULUR

ADY dəmir yolu infrastrukturunun modernləşdirilməsi çərçivəsində Baş Ələt stansiyasında əsaslı yenidənqurma və təmir işlərini davam etdirir.

Hazırda stansiyanın dəmir yolu xətləri mərhələli şəkildə yenilənir, hərəkətin daha təhlükəsiz və səmərəli təşkili üçün müasir infrastruktur həlləri tətbiq olunur. Aparılan işlərə müvafiq infrastruktur elementlərinin yenilənməsi və kontakt şəbəkəsinin təkmilləşdirilməsi də daxildir. Layihə çərçivəsində Bakı Limanından və cənub istiqamətindən daxil olan yük qatarlarının Baş Ələt stansiyasının çeşidləmə parkına giriş və çıxışını təmin edən yollar da yenidən qurulur. Baş Ələt stansiyası yük və sərnişin daşımaları, eləcə də ölkənin əsas nəqliyyat və logistika istiqamətlərinin əlaqələndirilməsi baxımından ADY şəbəkəsinin mühüm qovşaqlarından biridir. Stansiyada həyata keçirilən modernləşdirmə

işləri qatarların hərəkət təhlükəsizliyinin artırılmasına, əməliyyatların daha çevik təşkilinə və yükdaşıma imkanlarının genişləndirilməsinə xidmət edir.

Videonu izləmək üçün QR kodu oxudun

ADY XIRDALAN ŞAGİRDLƏRİNƏ

TƏHLÜKƏSİZ HƏRƏKƏT MÖVZUSUNDA

TƏLİM KEÇDİ

“Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu ətrafında yerləşən məktəblərdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, eləcə də Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilən növbəti görüş Xırdalan şəhər 3 saylı məktəb-liseydə baş tutub.

120-dən çox şagird və müəllimin qatıldığı tədbirdə uşaqlara dəmir yolu xətləri ətrafında təhlükəsiz davranış qaydaları sadə və anlaşılan dildə izah olunub. Qatarların yüksək sürəti, məsafə və reaksiya vaxtı kimi vacib məqamlar xüsusi vurğulanıb, real risklər üzərindən nümunələr təqdim edilib.

Görüşdə qatarların hərəkətinə risk yaradan hallara xüsusi diqqət ayrılıb. Qatarlara daş atılması, dəmir yolu üzərinə kənar əşyaların qoyulması kimi davranışların

həm sərnişinlər, həm də bu hərəkətləri edən şəxslər üçün ciddi təhlükə yaratdığı konkret nümunələrlə izah olunub, mövzu üzrə videoçarxlar nümayiş etdirilib.

Eyni zamanda vurğulanıb ki, şagirdlərin hər biri bu gün öyrəndikləri təhlükəsizlik mesajlarının yayılmasında aktiv rol oynayan kiçik səfirlər ola bilərlər.

İnteraktiv formatda keçən görüşdə məktəblilərin sualları cavablandırılıb. Bildirilib ki, ADY piyadaların və nəqliyyat vasitələrinin təhlükəsizliyini artırmaq məqsədilə müasir yolötürücülərin, yerüstü və

yeraltı keçidlərin inşasını davam etdirir, əraziləri müasir xəbərdaredici siqnalizasiya sistemləri ilə təchiz edir.

ADY üçün təhlükəsizlik əsas dəyərlərdən və prioritet məsələlərdəndir. Bu istiqamətdə həm əyani təlimlər, həm də sosial media vasitəsilə maarifləndirmə tədbirləri davamlı şəkildə həyata keçirilir. Məqsəd dəmir yolu ətrafında yaşayan və gündəlik olaraq bu infrastrukturdan istifadə edən hər kəs üçün daha təhlükəsiz mühit formalaşdırmaqdır.

ADY-DƏ ÜMUMDÜNYA

ƏMƏYİN MÜHAFİZƏSİ

GÜNÜ İLƏ ƏLAQƏDAR

TƏLİM KEÇİRİLİB

28 aprel – Ümumdünya

Əməyin Mühafizəsi Günü ilə əlaqədar Sumqayıt Dəmiryol

Vağzalında təxliyə təlimi keçirilib.

Fövqəladə Hallar Nazirliyi

Sumqayıt Regional Mərkəzinin

Mülki Müdafiə idarəsinin əməkdaşlarının da iştirak etdiyi təlimin məqsədi:

- ADY əməkdaşlarının fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması

- təxliyə prosesinin düzgün mənimsənilməsi

- təxliyə zamanı yarana biləcək risklərin minimuma endirilməsi

- təhlükəsizlik mədəniyyətinin təşviqi, eləcə də əməyin mühafizəsi sahəsində maarifləndirmə

işlərinin gücləndirilməsidir.

“DAŞ ATMA, TƏHLÜKƏ YARATMA” – MAARİFLƏNDİRİCİ

GÖRÜŞLƏR DAVAM EDİR

ADY tərəfindən dəmir yolu ətrafında yaşayan sakinlərlə aparılan maarifləndirmə tədbirləri davam edir.

Bu istiqamətdə növbəti görüş Xırdalan stansiyası ətrafında baş tutub. “Daş atma, təhlükə yaratma!” şüarı

ilə keçirilən görüş zamanı həm böyüklərə, həm də azyaşlılara dəmir yolu təhlükəsizliyi ilə bağlı ətraflı məlumat verilib. İştirakçılara qatarlara daş atmanın qanun pozuntusu olduğu, bu cür halların yüksək məbləğdə cərimə və ciddi nəticələrə səbəb ola biləcəyi izah edilib.

Eyni zamanda, dəmir yolunu

keçərkən yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməyin vacibliyi, təhlükəsizlik qaydalarına əməl olunmasının həyati əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.

Qeyd edək ki, 2026-cı ilin birinci rübü ərzində ADY-nin hərəkətdə olan qatarlarına 18 dəfə daş atılması faktı qeydə alınıb.

ADY bu kimi maarifləndirmə tədbirlərini davam etdirərək dəmir yolu ətrafında təhlükəsiz mühitin formalaşdırılmasına töhfə verməyi qarşıya məqsəd qoyur.

SÜRÜCÜLƏR ÜÇÜN TƏLİM

ADY-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin mütəxəssisləri tərəfindən cəmiyyətin sürücü heyəti üçün “Avtonəqliyyat vasitələrindən təhlükəsiz istifadə qaydaları” mövzusunda nəzəri və praktiki

təlim təşkil olunub.

Yerli və beynəlxalq normativ-hüquqi aktların tələblərinə uyğun keçirilən təlim zamanı iştirakçılara nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, yol hərəkəti qaydaları, əməyin mühafizəsi prinsipləri, fövqəladə hallarda davranış normaları və risklərin idarə olunması ilə bağlı ətraflı məlumat verilib.

Təlimin praktiki hissəsində təhlükəsizlik prosedurlarının düzgün tətbiqi, idarəetmə zamanı yarana biləcək risk faktorlarının vaxtında müəyyənləşdirilməsi, ilkin müdaxilə tədbirləri və böhran vəziyyətlərində operativ qərarvermə bacarıqları əyani

şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, bu növ təlimlərin mərhələli şəkildə davam etdirilməsi və ADY-nin bütün sürücü heyətini əhatə etməsi nəzərdə tutulur.

ADY-DƏ İLKİN YARDIM

ÜZRƏ TƏLİMLƏR KEÇİRİLİB

ADY-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti tərəfindən əməkdaşlar üçün ilkin yardım üzrə təlimlər keçirilib.

Əməkdaşların təhlükəsizliyinin təmin edilməsi və fövqəladə hallara hazırlıq

səviyyəsinin artırılması məqsədilə təşkil olunan təlimlər nəzəri biliklərlə yanaşı, praktiki məşğələləri də əhatə edib. Müvafiq proqram çərçivəsində iştirakçılara real vəziyyətlərdə düzgün və operativ müdaxilə bacarıqlarının aşılanması hədəflənib.

Təlim zamanı əməkdaşlara ürək-ağciyər reanimasiyası

(CPR), tənəffüs yollarının açılması və qanaxmaların dayandırılması kimi həyati əhəmiyyətli prosedurlar praktiki şəkildə nümayiş etdirilib. Bununla yanaşı, xəstə və yaralıların ilkin qiymətləndirilməsi, əsas həyat dəstəyi prinsipləri, yaralara qulluq, sınıq, çıxıq və burxulmalar zamanı düzgün yanaşma qaydaları ətraflı izah olunub.

Təlimin əsas mövzuları sırasında yanıq və elektrik vurması zamanı görüləcək tədbirlər, eləcə də huşun itirilməsi hallarında düzgün davranış və müdaxilə üsulları da yer alıb.

Bu cür təşəbbüslər əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinə, zəruri hallarda isə insan həyatını xilas edə biləcək ilkin müdaxilə bacarıqlarına yiyələnmələrinə mühüm töhfə verir. Təlimlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

BAKI–TBİLİSİ QATARLARININ HEYƏTİ ÜÇÜN XÜSUSİ TƏLİM TƏŞKİL OLUNDU

Tbilisi istiqamətində hərəkət edən qatarlarda xidmət göstərən qatar briqadaları və texniki heyət üçün xüsusi təlim keçirilib. “Azərbaycan

Dəmir Yolları” QSC-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti tərəfindən təşkil olunan təlim sərnişin daşımalarında təhlükəsizlik standartlarının daha da gücləndirilməsinə xidmət edir.

“Mülki müdafiə, yanğın təhlükəsizliyi, ilkin yardım və təxliyə işinin təşkili” mövzusuna həsr olunan təlimin əsas məqsədi əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, operativ qərarvermə bacarıqlarının təkmilləşdirilməsi və sərnişinlərin təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunması olub.

Təlim proqramı yerli və beynəlxalq normativ-hüquqi

aktlar, eləcə də dəmir yolu nəqliyyatında qüvvədə olan təhlükəsizlik tələbləri əsasında hazırlanıb.

Nəzəri hissədə iştirakçılara fövqəladə hallarda düzgün davranış qaydaları, yanğın zamanı operativ müdaxilə üsulları, sərnişinlərin təhlükəsiz təxliyəsinin təşkili, ilkin tibbi yardımın göstərilməsi və fərdi mühafizə vasitələrindən düzgün istifadə prinsipləri barədə ətraflı məlumat verilib.

Praktiki məşğələlər zamanı isə qatar briqadaları və texniki heyət müxtəlif ssenarilər üzrə ilk yardımın göstərilməsi, təxliyə prosedurlarının icrası, fövqəladə vəziyyətlərdə koordinasiyalı

fəaliyyət və risklərin operativ idarə olunması istiqamətində bacarıqlarını möhkəmləndiriblər.

Keçirilən təlim ADY-də təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi, əməkdaşların peşə hazırlığının davamlı şəkildə artırılması və beynəlxalq marşrutlarda sərnişinlərə təhlükəsiz, etibarlı xidmətin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.

ADY-NİN DEKARBONİZASİYA ÜZRƏ

LAYİHƏSİ

NÜFUZLU KONFRANSDA TƏQDİM OLUNUB

Taylandın paytaxtı

Banqkokda keçirilən “Better Air Quality (BAQ) 2026” (“Daha keyfiyyətli hava 2026”) konfransı çərçivəsində “Hava keyfiyyətinin yaxşılaşdırılması üçün inteqrə olunmuş və maliyyələşdirilə bilən həllər” mövzusunda panel sessiyası baş tutub.

Sessiyada ADY-nin dayanıqlı inkişaf üzrə meneceri Nərgiz Səmədova “Azərbaycan Dəmir Yolları” QSC və Asiya İnkişaf Bankı arasında tərəfdaşlıq çərçivəsində hazırlanan dekarbonizasiya üzrə layihənin mahiyyəti, komponentləri və

gözləntiləri barədə təqdimatla çıxış edib.

Həmkarımız çıxışı zamanı ADY-nin regionda dəmir yolu sahəsində dekarbonizasiya layihəsini sistemli şəkildə həyata keçirən ilk qurum olduğunu, AİB tərəfindən göstərilən texniki dəstəyin emissiyaların azaldılmasına vacib təsir göstərdiyini vurğulayıb.

Panel müzakirələrində bu qəbildən olan layihələrin yalnız ətraf mühitin qorunmasına deyil, həm də uzunmüddətli iqtisadi inkişafın və regional əlaqələndirmənin

gücləndirilməsinə töhfə verdiyi qeyd olunub.

Qeyd edək ki, Asiyada hava keyfiyyəti üzrə aparıcı tədbirlərdən biri olan BAQ nəqliyyat, enerji, kənd təsərrüfatı, tullantılar, tikinti və sənaye də daxil olmaqla tullantılar yaradan bütün əsas sahələri əhatə edir.

2023-cü ildən Asiyanın müxtəlif şəhərlərində keçirilən konfrans siyasətçilər, beynəlxalq təşkilatlar, maliyyə institutları və sənaye nümayəndələri üçün mühüm platforma rolunu oynayır.

ADY 17-22 may tarixlərində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) təmsil olunub.

Forum çərçivəsində ADY əməkdaşları müxtəlif tədbir və infosessiyalarda iştirak edib, şəhərsalma, dayanıqlı inkişaf və nəqliyyat sahələrində beynəlxalq təcrübə ilə yaxından tanış olublar. Həmçinin onlar müxtəlif ölkələrdən olan mütəxəssislərlə fikir mübadiləsi aparıb, yeni əməkdaşlıq imkanları və innovativ yanaşmalar ətrafında müzakirələr keçiriblər.

ADY AZCON Holding-in D15 stendində “Şəhərlərin inkişafı və urbanizasiyada ADY-nin rolu” və “Şəhərlərin dəmir yolu vasitəsilə transformasiyası” mövzularında infosessiyalar keçirib.

Böyük maraqla qarşılanan infosessiyada iştirakçılara dəmir yollarının fəaliyyəti və inkişaf planları haqqında geniş məlumat verilib, həmçinin suallar cavablandırılıb.

ADY WUF13-DƏ TƏMSİL OLUNDU

Qeyd edək ki, ADY WUF13 ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərib. Xüsusilə Bakı Dəmiryol Vağzalında, həmçinin Koroğlu və Bakıxanov dayanacaqlarında gözlənilən yüksək sərnişin trafikinin effektiv idarə olunması məqsədilə həmin məntəqələrə əlavə heyət və könüllülər cəlb edilib. Könüllülər üçün ADYdə təlim sessiyaları keçirilib, tədbir zamanı işin düzgün təşkili üçün müvafiq qaydalar izah olunub.

WUF13 könüllülərinin

Abşeron dairəvi dəmir yolu

marşrutu üzrə qatarlarla ödənişsiz səfərləri təmin olunub.

Forum günlərində sərnişinlərin və dəmir yolu infrastrukturunun təhlükəsizliyinin tam təmin edilməsi üçün vağzallarda və qatarlarda nəzarət tədbirləri gücləndirilib və bütün zəruri qabaqlayıcı tədbirlər görülüb.

Videonu izləmək üçün QR kodu oxudun

BAKI DƏNİZ VAĞZALINDA

DƏNİZÇİLƏRİN PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

25 iyun – Beynəlxalq

Dənizçi Günü və Azərbaycan dənizçilərinin peşə bayramı münasibətilə Bakı Dəniz Vağzalında tədbir keçirilib.

Tədbirdə ADY, Bakı

Beynəlxalq Dəniz Limanı və “Azərbaycan Xəzər Dəniz

Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi şəxsləri çıxış edib.

Çıxışlarda liman əməkdaşlarının, dənizçilərin və dəmiryolçuların birgə peşəkar fəaliyyətinin Azərbaycanın nəqliyyat-logistika sisteminin inkişafındakı rolu vurğulanıb.

Tədbir çərçivəsində həmçinin dənizçilərin peşə bayramına həsr edilmiş “Dənizdən limana…” sərgisinin açılışı baş tutub. Müxtəlif foto kompozisiyalarla dənizin gücü, bu gücü ram edən dənizçilərin fədakar əməyi və bu əməyin sahildə davamı nümayiş etdirilir. Fotoların dili ilə dənizdə başlayan hər səfərin limanda yeni mərhələyə qədəm qoyduğu ifadə olunur. Yüklərin təhlükəsiz və fasiləsiz hərəkəti dənizçilərin peşəkarlığı, liman

əməkdaşlarının zəhməti və dəmir yolu infrastrukturunun vəhdəti sayəsində mümkün olur. Bu baxımdan Bakı Limanı dənizlə quru arasında etibarlı körpü rolunu oynayır.

Sərgidə Azərbaycan rəssamlarının dəniz mövzusuna həsr olunmuş əsərləri ilə yanaşı, dənizçilərin, liman əməkdaşlarının, həmçinin liman əməliyyatlarının ayrılmaz hissəsi olan dəmiryolçuların fəaliyyətini əks etdirən fotoşəkillər də yer alır.

ADY-nin təşkilatçılığı ilə keçirilən sərgi dəniz nəqliyyatı,

liman infrastrukturu və dəmir yolu logistikasının vahid bir sistemi təşkil etdiyini nümayiş etdirir, ölkəmizin nəqliyyat tarixini və bu sahədə çalışan insanların əməyini daha yaxından tanıdır.

Sərgi bir ay ərzində ziyarətçiləri üçün açıq olacaq. Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən liman əməkdaşları təltif olunub, onlara “Fəxri fərman”lar təqdim edilib.

“ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ”NƏ

HƏSR EDİLMİŞ İMƏCİLİK KEÇİRİLİB

Mayın 13-də ADY tərəfindən

Biləcəri sahəsində növbəti iməcilik təşkil olunub.

Ümumdünya Şəhərsalma

Forumu (WUF13) öncəsi keçirilən bu aksiya

“Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.

“Gələcək təmiz gələcək”

şüarı altında keçirilən iməcilik zamanı genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb.

Müvafiq sanitar

avadanlıqlarla təchiz olunan əməkdaşlar ərazini, xüsusilə də relslərin üzərini və ətrafını qatarların hərəkət

təhlükəsizliyinə risk yaradan məişət tullantılarından təmizləyiblər. Toplanan tullantılar aidiyyəti üzrə təhvil

verilib.

Bu təşəbbüs ADY-nin ekoloji məsuliyyətinin bir hissəsi olmaqla yanaşı, həm ətraf mühitin qorunmasına, həm infrastrukturun təhlükəsizliyinə, həm də mötəbər qlobal tədbir öncəsi şəhər ekologiyasının dəstəklənməsinə xidmət edir.

ADY-də həyata keçirilən

“Talk Station” layihəsi əməkdaşların işgüzar ingilis dili və kommunikasiya bacarıqlarının inkişafına yönəlmiş platforma kimi uğurla davam edir.

Layihə çərçivəsində keçirilən görüşlərdə iştirakçılar müxtəlif sahələr üzrə təcrübəli qonaq spikerlərlə bir araya gələrək peşəkar inkişaf, effektiv ünsiyyət və karyera mövzularında fikir mübadiləsi aparıblar.

Görüşlərin qonaq spikerləri sırasında ADY sədrinin müşaviri Emil Məmmədov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, ADY-nin İşə qəbul

“TALK STATİON” DAVAM EDİR

şöbəsinin müdiri Samirə Məmmədova yer alıblar.

Emil Məmmədov peşəkar fəaliyyətdə şəbəkələşmənin əhəmiyyəti, etimada əsaslanan iş münasibətləri və effektiv kommunikasiyanın uğurlu əməkdaşlıq üçün yaratdığı imkanlardan bəhs edib.

Rəşad Bayramovun iştirakı ilə keçirilən görüşdə uğurlu spikerlik bacarıqları, düzgün və aydın nitqin əsas prinsipləri, həmçinin effektiv kommunikasiyanın iş mühitində yaratdığı üstünlüklər müzakirə olunub.

Samirə Məmmədova isə ADY-də işə qəbul prosesi, namizədlərdə axtarılan bacarıqlar və insan resurslarının inkişaf potensialı barədə təqdimatla çıxış edib.

Layihə çərçivəsində iştirakçılar real iş mühitinə uyğun keyslər üzərində işləyib, komanda tapşırıqları yerinə yetirib, təqdimatlarla çıxış edərək ingilis dilində danışıq bacarıqlarını praktik şəkildə inkişaf etdirmək imkanı qazanıblar. İnteraktiv müzakirələr görüşlərin əsas hissəsini təşkil edib və iştirakçıların fikir mübadiləsinə geniş şərait yaradıb.

Qeyd edək ki, “Talk Station” layihəsinin əsas məqsədi ADY əməkdaşlarının işgüzar ingilis dilində ünsiyyət bacarıqlarını gücləndirmək, çıxış və təqdimat vərdişlərini inkişaf etdirmək, eyni zamanda öyrənmə və təcrübə paylaşımını təşviq edən açıq müzakirə mühiti formalaşdırmaqdır.

Bu müddətdə keçirilən görüşlər əməkdaşların böyük marağı ilə qarşılanıb və onların peşəkar inkişafına, kommunikasiya bacarıqlarının təkmilləşdirilməsinə mühüm töhfə verib.

ADY-DƏ QANVERMƏ AKSİYASI

KEÇİRİLİB

ADY-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə qanvermə aksiyası keçirilib.

Respublika Qan

Bankı ilə birgə keçirilən aksiyada müxtəlif struktur bölmələrindən olan dəmiryolçular iştirak ediblər.

Toplanan qan ehtiyatı hemofiliya və talassemiya xəstələrinin, həmçinin təcili qan köçürülməsinə ehtiyacı olan digər şəxslərin müalicəsinə yönəldiləcək.

“KİTAB DAYANACAĞI” LAYİHƏSİNƏ

BAŞLANILDI

ADY-də maarifləndirici və sosial yönümlü “Kitab Dayanacağı” layihəsi istifadəyə verilib.

Layihənin məqsədi mütaliə mədəniyyətini təşviq etmək, kitaba marağı artırmaq və dəmiryol vağzallarında sərnişinlər üçün faydalı, maarifləndirici mühit formalaşdırmaqdır.

Layihənin ilk mərhələsi çərçivəsində Bakı Dəmiryol Vağzalında xüsusi kitab rəfi quraşdırılıb və sərnişinlərin istifadəsinə təqdim edilib. Növbəti mərhələdə isə layihənin Gəncə və Sumqayıt dəmiryol vağzallarında da həyata keçirilməsi nəzərdə tutulur.

Layihə əməkdaşlarımızın

dəstəyi ilə formalaşıb. Hədiyyə olunan kitablar sərnişinlərin istifadəsinə təqdim edilərək onların səyahətini daha maraqlı və faydalı etməyə xidmət edəcək.

Kitablar Azərbaycan, rus, ingilis və türk dillərindədir. Rəflərdə dini ekstremizm, narkomaniya, müharibə və zorakılığı təbliğ edən,

həmçinin erotik məzmunlu nəşrlər yer almır. İstifadəyə təqdim olunan bütün kitablar yararlı vəziyyətdədir.

“Kitab Dayanacağı” layihəsinin oxu mədəniyyətinin inkişafına və sərnişinlər arasında mütaliənin təşviqinə töhfə verəcəyinə inanırıq.

SƏRNİŞİNLƏRƏ KİTABLAR HƏDİYYƏ OLUNDU

May ayında həftəsonunun

ən maraqlı dayanacağı yenə

“Kitablı Şənbə” olub.

Şənbə günləri ADY qatarları ilə səfər edən sərnişinlərimizə Elçin Əfəndiyevin “Qatar. Pikasso. Latur.” əsəri hədiyyə olunub.

Sərnişinlərimiz isə belə şənbə anlarını kitabların yaratdığı fərqli hisslərlə daha

da xüsusi ediblər.

ADY ilə səfərlər sadəcə bir

VAĞZAL VƏ STANSİYALARDA

KÜÇƏ HEYVANLARI

ÜÇÜN YUVALAR

QURAŞDIRILIB

Balaca dostlarımız sevgimizin əhatəsindədir.

ADY-nin vağzal və

stansiyalarında qurulan evciklər artıq sakinlərinə qucaq açıb.

İndi onlar üçün soyuq küçələri isti yuvalar əvəz edir.

Gəlin sevgimiz və qayğımızla onları birgə qoruyaq.

ünvana deyil, yeni hekayələrə aparır.

ADY ƏMƏKDAŞI BEYNƏLXALQ FOTOQRAFİYA

MÜSABİQƏSİNDƏ UĞUR QAZANIB

ADY əməkdaşı Kərim Abbasovun müəllifi olduğu “Journey into the Horizon - Azerbaijan Railways” adlı foto dünyanın nüfuzlu beynəlxalq fotoqrafiya platformalarından biri olan 35AWARDS-ın “Trains” tematik müsabiqəsində yüksək nəticə əldə edib.

Müsabiqəyə təqdim olunan 4 423 foto arasından seçilən unikal görüntü TOP 5% ən yaxşı işlər sırasına daxil olub.

Eyni zamanda, Kərim Abbasov

1 305 fotoqraf arasında TOP 9% ən uğurlu iştirakçılar sırasında yer alıb.

Bu uğur ADY-nin zəngin dəmir yolu irsinin beynəlxalq auditoriyaya təqdim olunmasına töhfə verir və əməkdaşlarımızın peşəkar və yaradıcı yanaşmasını bir daha göstərir.

Həmkarımızı bu uğur münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni nailiyyətlər və bol yaradıcılıq enerjisi arzulayırıq.

ADY ƏMƏKDAŞI III ÜMUMDÜNYA KORPORATİV

OYUNLARININ ŞAHMAT ÇEMPİONU OLDU

Mərakeşin Kasablanka şəhərində keçirilmiş III Ümumdünya Korporativ Oyunlarında ADY-nin Maliyyə departamentinin Büdcə və xərclərə nəzarət şöbəsinin müdiri Sənan Quliyev şahmat

yarışının qalibi olub. Həlledici qarşılaşmada Sənan Quliyev Mərakeşin “DXC Technology” şirkətini təmsil edən rəqibini məğlub edərək çempionluq titulunu qazanıb.

Əməkdaşımızın bu uğuru ADY-də peşəkarlıqla yanaşı, intellektual potensialın və sağlam rəqabət ruhunun da yüksək səviyyədə inkişaf etdiyini nümayiş etdirir.

Həmkarımızı qazandığı möhtəşəm uğur münasibətilə təbrik edir, gələcək fəaliyyətində və idman həyatında yeni nailiyyətlər arzulayırıq.

VOLEYBOL KOMANDAMIZ ÜÇÜNCÜ OLDU

ADY ƏMƏKDAŞLARI

BEYNƏLXALQ

MÜHƏNDİSLİK

ÇEMPİONATININ

FİNALINDA İŞTİRAK

EDİB

MDB Gənc Mütəxəssislər Liqasının 2026-cı il üzrə Beynəlxalq Mühəndislik Çempionatı keçirilb.

ADY-nin Yük daşımaları departamentinin əməkdaşları Rəhim Rəhimli və Gülbala

Ağaxanovun təmsil etdiyi “Железный кулак” komandası finala vəsiqə qazanıb. Komandamız Moskva şəhərində keçirilən final mərhələsində iştirak edib.

Qeyd edək ki, Gənc Mütəxəssislər Liqasının CASEIN Beynəlxalq Mühəndislik Çempionatı MDB üzv ölkələrinin müxtəlif təşkilat və qurumlarından olan gənc mütəxəssislər arasında

Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində təşkil olunan yarışda kişi və qadınlardan ibarət komandalar mübarizə aparıb.

Kişilər arasında yarışmada ADY komandası 3-cü olub.

Komandamızı təbrik edir, davamlı uğurlar arulayırıq!

mühəndislik məsələlərinin komanda formatında həlli üzrə keçirilən nüfuzlu yarışmadır. Çempionatda ümumilikdə 24 komanda iştirak edib.

FƏXRİ DƏMİRYOLÇU:

“DƏMİR

YOLU MƏNİM ÜÇÜN BİR

NƏFƏS KİMİDİR”

Dəmir yolu onun üçün sadəcə iş yeri deyil, həyatının ayrılmaz hissəsidir. Biləcəri stansiyasının rəis müavini Məmməd Osmanov bu sahədə keçdiyi yolu, qazandığı təcrübəni və peşəsinin incəliklərini bizimlə bölüşür: “Əmək fəaliyyətimə Bakı sərnişin stansiyasında qatar tərtibatçısının köməkçisi kimi başlamışam. 1991-ci il yanvarın 13-dən etibarən isə Biləcəri stansiyasında çalışıram.

Biləcəri stansiyasında müxtəlif vəzifələrdə fəaliyyət göstərmişəm. Əvvəlcə stansiya növbətçisi, daha sonra stansiya dispetçeri işləmişəm. 2010-cu il sentyabrın 13-dən bu günədək isə stansiya rəisinin operativ işlər üzrə müavini vəzifəsini icra edirəm.

Biləcəri stansiyası ölkənin ən böyük stansiyalarından biridir. Azərbaycan Dəmir Yolları üzrə hərəkət edən vaqonlar burada qəbul olunur, çeşidlənir və təyinat məntəqələrinə göndərilir.

Hazırda qatarların qəbulu və

çeşidlənməsi prosesi əvvəlki dövrlərlə müqayisədə daha yüksək səviyyədə təşkil olunur. Smart proqram üzərindən işləyirik və bu sistem işimizi xeyli asanlaşdırır. Qatarların hərəkəti barədə məlumatları əvvəlcədən əldə edir, işimizi planlaşdırır və prosesləri daha səmərəli şəkildə idarə edirik. Dəmir yolu mənim üçün bir nəfəs kimidir. Bu sahəyə

sevgi ilə gəlmişəm və illərdir eyni həvəslə çalışıram. Məni tanıyan hər kəs bilir ki, mən dəmir yolu ilə nəfəs alıram. 2019-cu ildə “Fəxri Dəmiryolçu” döş nişanı ilə təltif olunmuşam. Mən dəmiryolçuyam!”

ELNUR HACIYEV: “İŞİNİ SEVƏN İNSAN ÜÇÜN ÇƏTİNLİK ANLAYIŞI ARXA PLANA KEÇİR”

ADY-də iki ildir yol montyoru işləyən Elnur Hacıyev relslərin təhlükəsizliyi və qatarların rahat hərəkəti üçün çalışır.

Elnur və onun kimi onlarla zəhmətkeş dəmiryolçu istənilən hava şəraitinə meydan oxuyaraq hər zaman iş başındadır. Çünki dəmir yollarının təhlükəsizliyinin arxasında onların zəhməti və peşəkarlığı dayanır:

“İnsan işini sevəndə çətinliyi də olmur. Əsas odur ki, işini sevəsən, işinin öhdəsindən gələ biləsən.

İki ildir yol montyoru vəzifəsində çalışıram. Gündəlik işimiz yolların döyülməsi, çarpazların tənzimlənməsi, yoldəyişənlərin yağlanmasıdır. Hər gün görüləcək işlərlə və həmin işlərin yeri ilə tanış oluruq, avadanlıqların yoxlanışını həyata keçiririk.

Yağışda, qarda, istidə - bizə fərqi yoxdur, əgər gündəlik görüləcək işlər varsa, o işləri həyata keçiririk.

Diaqnostika qatarı hər gəlişində yollarda olan

problemləri aşkarlayır. Əgər yolda problem aşkarlanarsa, biz onu aradan qaldırırıq.

Bəzən yolda hadisələr baş verir. Hadisənin fəsadlarını aradan qaldırırıq və yolun yenidən hərəkətini bərpa edirik.

Sərnişinlərimiz dəmir yolu ilə bizim əziyyətimiz sayəsində

rahat hərəkət edə bilirlər. Təbii ki, bu bizə xüsusi stimul və güc verir.

Mən dəmiryolçuyam!”

BAKI LİMANI DİREKTORUNA

YUBİLEY TƏBRİKİ

ADY sədri Rövşən Rüstəmov

Bakı Beynəlxalq Dəniz

Limanının direktoru Eldar

Salahovu 50 illik yubileyi münasibətilə qəbul edib.

Eldar Salahova təbriklərini

çatdıran ADY sədri ona

Bakı Limanının inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb, xatirə hədiyyəsi təqdim edib.

“LİDERLƏRİN İNKİŞAFI PROQRAMI” UĞURLA YEKUNLAŞDI

“Azərbaycan Dəmir

Yolları” QSC (ADY) və ADA

Universitetinin İxtisasartırma

Proqramının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Liderlərin İnkişafı Proqramı” uğurla başa çatıb. Bu münasibətlə 20 may 2026-cı il tarixində ADY və ADA Universitetinin rəhbərliyinin iştirakı ilə universitetdə məzun günü keçirilib və iştirakçılara sertifikatlar təqdim edilib.

Tədbirdə çıxış edən ADY sədrinin müşaviri Emil Məmmədov, qurumun İnsan resursları departamentinin müdiri Ceyhun Nağıyev, ADA Universitetinin akademik işlər üzrə prorektoru Dr. Elkin Nurməmmədov və prorektorun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva inkişaf proqramlarının idarəetmə keyfiyyətinin yüksəldilməsi, rəhbər şəxslərin peşəkar və liderlik bacarıqlarının gücləndirilməsi və qurumun rəqabət qabiliyyətinin

artırılması baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

15 oktyabr 2025-ci il tarixindən 10 aprel 2026cı il tarixinə qədər davam edən “Liderlərin İnkişafı Proqramı”nda ADY və tabeli qurumlarını təmsil edən 160-dan çox rəhbər əməkdaş iştirak edib. Proqram çərçivəsində peşəkar mütəxəssislər tərəfindən idarəetmənin əsasları, emosional zəka, dəyişikliklərin idarə olunması, sahiblik və məsuliyyət,

effektiv kommunikasiya kimi əsas kompetensiyalar üzrə təlimlər keçirilib. Həmçinin,

real iş mühitində baş verən situasiyaların təhlili aparılıb.

Qeyd edək ki, ADY insan

kapitalının inkişafını strateji prioritet hesab edərək əməkdaşların liderlik potensialını gücləndirmək, müasir idarəetmə yanaşmalarını təşviq etmək istiqamətində tədbirləri davam etdirir. Bu təşəbbüs ölkənin nəqliyyat sektorunda peşəkar idarəetmə mədəniyyətinin inkişafına və dayanıqlı institusional potensialın formalaşmasına mühüm töhfə verir.

ADY ƏMƏKDAŞLARI BEYNƏLXALQ SERTİFİKATLAR

EDİBLƏR

“Azərbaycan Dəmir Yolları” QSC-də əməkdaşların peşəkar inkişafı və beynəlxalq standartlara uyğun bilik və bacarıqlarının artırılması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə əməkdaşlarımız müxtəlif sahələr üzrə nüfuzlu beynəlxalq sertifikatlar əldə edərək peşəkarlıqlarını beynəlxalq səviyyədə təsdiqləməyə davam edirlər. Son üç ay ərzində bir sıra ADY əməkdaşı müxtəlif ixtisas istiqamətləri üzrə

beynəlxalq sertifikatlara layiq görülüb. Bu nailiyyətlər həm əməkdaşlarımızın fərdi inkişafının, həm də Cəmiyyətimizdə bilik, peşəkarlıq və davamlı öyrənmə mədəniyyətinin

formalaşdırılmasının bariz göstəricisidir.

Əldə olunan uğurlar

ADY-nin insan kapitalının inkişafına verdiyi önəmi, yüksək peşəkarlıq

standartlarına sadiqliyini və

ADY BEYNƏLXALQ HR MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Bakıda keçirilən “World HR Summit”in mükafatlandırma mərasimində ADY “Ən yaxşı öyrənmə və inkişaf strategiyası” nominasiyası üzrə qalib olub.

ADY namizədliyini “Bilik Ekspresi”, ADA

Universiteti ilə birgə həyata keçirilən “Liderlərin inkişaf proqramı”, “Rəqəmsal öyrənmə platforması”, “ADY Kitabxanası” və digər təlim və inkişaf layihələri ilə təqdim edib. Şirkət müraciət edən təşkilatlar arasında birinci yerə

ADY ƏMƏKDAŞLARI

AZCON HOLDING

TƏRƏFİNDƏN

TƏŞƏKKÜRNAMƏ İLƏ

TƏLTİF OLUNUBLAR

ADY-nin Kommunikasiya departamentinin əməkdaşları

davamlı inkişaf strategiyasını bir daha təsdiqləyir.

Beynəlxalq sertifikat əldə edən bütün əməkdaşlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar və bol nailiyyətlər arzulayırıq.

layiq görülüb.

Həyata keçirilən bu layihələr əməkdaşların bilik və bacarıqlarının artırılmasına yönəlmiş sistemli yanaşmanın, eləcə də təşkilatda davamlı öyrənmə mədəniyyətinin formalaşdırılması istiqamətində görülən işlərin bariz nümunəsidir.

Əldə olunan bu uğurda əməyi olan İnsan resursları komandasına, daxili təlimçilərə və öyrənmə və inkişaf prosesində iştirak edən bütün əməkdaşlara təşəkkür edir, birlikdə daha böyük nailiyyətlərə imza atacağımıza inanırıq.

Suliddin Bağırov və Mədinə Bağırlı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində AZCON Holdingin uğurlu fəaliyyətinə verdikləri töhfələrə görə təşəkkürnamə ilə təltif ediliblər. Onlar forum çərçivəsində keçirilmiş tədbir və infosessiyalarda auditoriyanın

ADY-nin fəaliyyəti, eləcə də dəmir yolunun şəhərlərin inkişafı və dayanıqlı

mobillikdəki rolu barədə məlumatlandırılmasını təmin ediblər.

Həmkarlarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

“BAHAR MARŞRUTU” UĞURLA BAŞA ÇATDI

ADY-nin insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi mühüm layihələrdən biri olan “Bilik Ekspresi” səyyar təlim qatarının “Bahar marşrutu” üzrə 3 həftəlik səfəri uğurla yekunlaşıb.

Səfər çərçivəsində Böyük Kəsik, Ağstafa, Gəncə, Yevlax, Ucar və Hacıqabul stansiyaları da daxil olmaqla 21 stansiya və 14 postu təmsil edən ümumilikdə 1033

əməkdaş təlimlərdə iştirak edib. İştirakçılara peşəkar bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif mövzular üzrə nəzəri və praktiki biliklər təqdim olunub.

Təlim proqramı keçid növbətçilərinin, yol ustalarının, azad olmayan yol briqadirlərinin, vaqon baxıcıları və vaqon baxıcısı-təmirçilərinin peşə bacarıqlarının inkişafını əhatə edib. Bununla yanaşı, SCADA sistemi ilə işləmə qaydaları, hərəkətin təhlükəsizliyi, yük

əməliyyatlarının təşkili və korporativ davranış prinsipləri üzrə də təlimlər keçirilib.

“Bilik Ekspresi” layihəsi 2026-cı il ərzində regionlara səfərlərini davam etdirəcək. Layihənin əsas məqsədi təlim və inkişaf imkanlarını daha geniş coğrafiyada əlçatan etmək, regionlarda fəaliyyət göstərən struktur bölmələrin əməkdaşlarının peşəkar bilik və bacarıqlarının davamlı inkişafını təmin etməkdir.

ADY ƏMƏK YARMARKASINDA

8 aprel tarixində ADY əməkdaşları Sumqayıt

Dəmiryol Vağzalında keçirilmiş əmək yarmarkasında iştirak ediblər.

İştirakçılara müraciət prosesi və işə qəbul qaydaları barədə məlumat verilib, namizədlər texniki ixtisaslar üzrə mövcud vakansiyalara yönləndiriliblər.

“GİZLİ KİTABIN İZİ İLƏ”

23 aprel – Ümumdünya

Kitab və Müəlliflik Hüququ Günü münasibətilə, həmçinin yeni başlanılan “Dəyər simaları” layihəsinin təşviqi və korporativ dəyərlərin daha yaxından təbliği məqsədilə

ADY-də “Gizli kitabın izi ilə” adlı tədbir təşkil olunub. Tədbir çərçivəsində keçirilən kvest oyunu

zamanı əməkdaşlara ADYnin korporativ dəyərlərini əks etdirən suallar təqdim edilib, bu sualların cavablarını isə kitab rəfləri arasında araşdıraraq tapmaq tapşırılıb. Müxtəlif departamentlərdən əməkdaşların iştirak etdiyi tədbir iştirakçılara komanda şəklində maraqlı və interaktiv oyunda yer almaqla yanaşı, təşkilati mədəniyyətimizin əsasını təşkil edən dəyərləri

daha yaxından əks etdirən kitablarla tanış olmaq imkanı yaradıb.

Tədbirin sonunda “Dəyər simaları” layihəsi haqqında ətraflı məlumat verilmiş, dəyər səfirləri tərəfindən layihənin məqsəd və hədəfləri iştirakçıların diqqətinə çatdırılmışdır.

Hər birinizi kitabxanamızda mövcud olan öyrənmə resurslarından aktiv şəkildə faydalanaraq dəyərlərimizin bizdən gözlədiyi peşəkar yanaşmaları daha yaxından mənimsəməyə və tətbiq etməyə dəvət edirik.

azerbaycandemiryollari

Turn static files into dynamic content formats.

Create a flipbook