Həyatın gerçək mənşəyi

Page 84

HƏYATIN GERÇƏK MƏNŞƏYİ

özünəməxsus xüsusiyyətləri təkmilləşmək üçün çox uzun zaman tələb edir və ona görə də bu canlıların mənşəyi çox qədim olmalıdır. Amma bu canlıların əcdadı kimi qəbul ediləcək heç bir Perm dövrü sürünəni məlum deyil.104 Karol ichthyozavrlar və nothozavrların (başqa dəniz sürünəni ailəsi) mənşəyinin təkamülçülər üçün “haqqında çox şey məlum olmayan” bir çox canlıdan biri olduğunu etiraf etmək məcburiyyətində qalmışdır.105 Beləliklə, sürünənlər sinfi daxilində yer alan müxtəlif canlılar aralarında təkamül xarakterli əlaqə olmadan yer üzündə ortaya çıxmışdır. Eyni vəziyyət sonrakı səhifələrdə görəcəyimiz kimi, məməlilər üçün də keçərlidir. Uçan məməlilər var (yarasa) və dəniz məməliləri vardır. (Delfinlər və balinalar). Bu fərqli siniflər isə təkamülə dəlil deyil, əksinə, təkamül üçün açıqlana bilməyən böyük problemdir. Çünki bütün fərqli siniflər aralarında heç bir keçid forma olmadan və tamamilə fərqli quruluşlarıyla yer üzündə ani surətdə üzə çıxmışlar. Bu isə bütün bu canlıların yaradıldıqlarının çox açıq elmi sübutudur.

Təxminən 200 milyon illik ixtozaur fosili

84


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.