Həyatın gerçək mənşəyi

Page 71

Gerçək Təbiət Tarixi -I-

Həqiqət bizim təsəvvür etdiyimizdən daha böyük, daha əcaib və daha fərqli olduğu zaman həqiqətin üzərində öz məhdud təcrübəmizi əsas götürərək məhdudlaşdırılmış fikri nə cür qəbul etdirdiyimizi göstərir.86 Suda-quruda yaşayanların mənşəyi ilə başqa diqqətçəkən digər bir xüsusiyyət isə üç suda-quruda yaşayan kateqoriyanın ani surətdə üzə çıxmasıdır. R.Karol “qurbağalar, əsl ayaqsızlar (caecilidae) və salamandrların ən qədim fosillərinin hamısı Erkən Yura dövründən Orta Yura dövrünə qədər görünür. Hamısı hal-hazırda yaşayan xələflərinin mühüm xüsusiyyətlərindən çoxunu daşıyır”87 deyir. Başqa sözlə, bu heyvanlar ani surətdə üzə çıxmışlar və o dövrdən bəri heç bir “təkamülə” məruz qalmamışdırlar.

Selakant (Cœlacanth) haqqındakı təkamülçü fərziyyələr

Selakant sinfinə aid olan balıqlar bir zamanlar balıqlar və suda-quruda yaşayanlar arasında ara keçid forma dəlili hesab edilirdi. Təkamülçü biolqolar bu canlının fosillərinə əsaslanaraq canlının bədənində ibtidai (tam funksiya yerinə yetirməyən) ağciyər olduğunu irəli sürmüşdülər. Bu bir çox elmi mənbədə verilir, hətta selakantı dənizdən quruya çıxarkən göstərən rəsmlər də dərc edilmişdi. Bütün bunlar canlının nəsli kəsilmiş növ olması fərziyyəsinə əsaslanırdı. Ancaq 22 dekabr, 1938-ci ildə Hind okeanında çox maraqlı kəşf edildi. 70 milyon il əvvəl nəsli kəsilmiş ara keçid forması kimi tanıdılan selakant ailəsinin latimeria növünə aid canlı üzvü açıq okeanda ələ keçdi! Selakantın “canlı” nümunəsinin tapılması, şübhəsiz, təkamülçülər üçün böyük şok idi. Təkamülçü paleontoloq J.L.B.Smit: “yolda dinozavrla qarşılaşsaydım, bundan daha az təəccüblənərdim”, - demişdi.88 Sonrakı illərdə başqa ərazilərdə də 200-dən çox selakant tutuldu. Bu balıqların tutulmasıyla bu canlılar haqqındakı fərziyyələrin əsassızlığı da başa düşüldü. Selakant iddiaların əksinə, nə ibtidai ağciyərə, nə də böyük beyinə malik idi. Təkamülçü tədqiqatçıların ibtidai ağciyər olduğunu düşündükləri forma balığın orqanizmindəki yağ kisəsindən başqa bir şey deyildi.89 Habelə “sudan çıxmağa hazırlaşan sürünən namizəd” kimi tanıdılan selakantın əslində okeanın ən dərin sularında yaşayan və 180 m dərinlikdən yuxarı qalxmayan balıq olduğu başa düşüldü.90 Bundan əlavə, selakantın təkamülçü KİV-lərdəki ad-sanı da aradan qalxdı. Piter Forey adlı təkamülçü paleontoloq “Təbiət” (Nature) jurnalında dərc edilən bir məqalədə bu barədə belə deyir: Selakantların tetrapodların əcdadına yaxın olduğuna dair fikir uzun müddət boyu qəbul edildiyi üçün latimerianın (canlı növünün) tapılması ilə balıqlardan suda-quruda yaşayanlara keçid haqqında birbaşa məlumatların

71


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.