Həyatın gerçək mənşəyi

Page 63

Gerçək Təbiət Tarixi -I-

Onurğalı canlıların təkamülü iddiası

Kembri dövründə ani surətdə üzə çıxan heyvan tiplərindən biri əvvəldə bildirdiyimiz kimi, mərkəzi sinir sisteminə malik olan chordata (xordalılar) tipidir. Chordata və ya dilimizdəki qarşılığı ilə xordalıların yarımtipi isə onurğalılardır. Balıqlar, amfibiyalar (suda-quruda yaşayanlar), sürünənlər, quşlar və məməlilər kimi əsas siniflərə ayrılan onurğalılar, şübhəsiz, heyvanlar aləminin ən mühüm canlılarını təşkil edirlər. Təkamülçü paleontoloqlar hər canlı şöbəsini başqa bir şöbənin təkamül xarakterli davamı kimi görməyə çalışdıqları üçün xordalıların başqa bir onurğasız şöbəsindən təkamül yolu ilə əmələ gəldiyini iddia edirlər. Ancaq bütün şöbələr kimi, chordata şöbəsinin üzvlərinin də Kembri dövründə üzə çıxması bu iddianı elə başından əsassız hala salır. Əvvəlki səhifələrdə bildirdiyimiz kimi, 1999-cu ildə 530 milyon illik Kembri balıqları tapılmışdır və bu tapıntı təkamül nəzəriyyəsinin bu mövzudakı bütün iddialarının yanlış olduğunu isbat etmək üçün kifayətdir. Kembri dövründə müəyyən edilən ən qədim xordalı isə pikaia adlandırılan, uzun bədənə malik olan və ilk baxışda soxulcanları xatırladan dəniz canlısıdır.75 Pikaia əcdadı kimi, irəli sürülən bütün digər şöbələrdəki növlərlə eyni anda və heç bir ara forma olmadan ortaya çıxmışdır. Təkamülçü bioloq prof. Mustafa Kuru “Onurğalı heyvanlar” adlı kitabında bu ara forma yoxluğunu belə ifadə edir: Xordalıların onurğasız heyvanlardan əmələ gəlməsinə şübhə yoxdur. Ancaq onurğasızlarla xordalılar arasındakı keçidi işıqlandıran bir fosilin tapılmaması bu mövzuda bir çox fərziyyənin irəli sürülməsinə səbəb olmuşdur.76 Əgər ortada bir ara keçid forma yoxdursa, necə olur ki: “bu təkamülün baş verdiyinə şübhə yoxdur”, - deyilə bilir? Bir fərziyyəni onu dəstəkləyən dəlil olmadığı halda, heç şübhə olmadan qəbul etmək elmi deyil, doqmatik davranışdır. Belə ki, cənab prof. Kuru yuxarıdakı ifadəsindən sonra onurğalıların mənşəyi haqqındakı təkamülçü fərziyyələrdən uzun-uzadı bəhs etdikdən sonra ortada bir dəlil olmadığını bir daha qəbul etmək məcburiyyətində qalır: Xordalıların mənşəyi və təkamülü məsələsində yuxarıda bildirilən fikirlər hər hansı bir fosil qeydinə əsaslanmadığına görə, həmişə şübhə ilə qarşılanmışdır.77 Təkamülçü bioloqlar bəzən “xordalıların və digər onurğalıların mənşəyilə bağlı fosil tapılmamasının səbəbi onurğasız canlıların yumşaqtoxumalı olmaları və ona görə də fosil izi qoymamalarıdır” kimi açıqlama verirlər. Lakin əslində bu açıqlama doğru deyil, çünki onurğasız canlılara aid də çox sayda

63


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.