Həyatın gerçək mənşəyi

Page 40

HƏYATIN GERÇƏK MƏNŞƏYİ

genetik məlumatdakı mikrotəkamül xarakterli dəyişikliklər bir sürünəni bir məməliyə və ya bir balığı amfibiyaya çevirə bilməz. Mikrotəkamül sadəcə uyğun olanların həyatda qalması anlayışını bir yöndən izah edə bilər, uyğun olanların əmələ gəlməsini isə açıqlaya bilməz. Qudvinin 1995-ci ildə dediyi kimi, “növlərin mənşəyi, yəni Darvinin problemi həllini tapmamışdır”.34 “Mikrotəkamül” adlandırılan variasiyaların “makrotəkamül” iddiasını, yəni növlərin mənşəyini heç cür izah etməməsi digər təkamülçü bioloqlar tərəfindən də qəbul edilmişdir. Məşhur elm adamı Rocer Levin 1980-ci ilin oktyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən məşhur elmi konfransda bu mövzuda gəldikləri nəticəni belə izah edir: Darvin (variasiyalara əsaslanaraq) yürütdüyü məntiqdə haqlı idimi? Təkamül biologiyasının tarixindəki son 40 ilin ən mühüm konfranslarından birində iştirak edən elm adamlarının ortaya qoyduğu fikrə görə bu sualın cavabı “xeyr”dir. Çikaqo konfransındakı əsas məsələ bu idi: mikrotəkamülü təmin edən mexanizmlər makrotəkamül adlandırdığımız fenomeni açıqlaya bilərmi? Cavab məlumdur: xeyr.55 Bu həqiqət belə də xülasə edilə bilər: darvinizmin bir əsrdən artıq müddətdən bəri “təkamül dəlili” kimi göstərdiyi variasiyaların əslində “növlərin mənşəyi” ilə heç bir əlaqəsi yoxdur. İnəklər milyonlarla il boyu müxtəlif şəkildə cütləşdirilə bilər və fərqli inək cinsləri əldə edilə bilər. Amma inəklər heç vaxt başqa bir canlı növünə, məsələn, zürafəyə və ya filə çevrilməz. Darvinin Qalapaqos adalarında gördüyü müxtəlif alacəhrələr də eyni şəkildə “təkamülə” dəlil olmayan variasiya nümunəsidir. Son illərdə aparılan müşahidələr alacəhrələrdə Darvinin nəzəriyyəsinin irəli sürdüyü kimi, hüdudsuz dəyişikliyin baş vermədiyini üzə çıxarmışdır. Habelə Darvinin 14 fərqli növ kimi müəyyən etdiyi müxtəlif alacəhrə növlərinin çoxu əslində bir-biriləri ilə cütləşən, yəni eyni növün fərdləri olan variasiyalardır. Elmi müşahidələr demək olar ki, hər təkamülçü mənbədə əfsanə kimi izah edilən “alacəhrə dimdikləri” nümunəsinin əslində “variasiya” nümunəsi olduğunu, yəni təkamül nəzəriyyəsinə dəlil olmadığını göstərir. Qalapaqos adalarına “darvinist təkamülün dəlillərini tapmaq” üçün gedən və adalardakı alacəhrə növlərini uzun illər boyu müşahidə edən Piter və Rouzmeri Qrantın məşhur elmi fəaliyyətləri adada “təkamül” baş vermədiyini sübut etməkdən başqa nəticə verməmişdir.36 Elə bu səbəbdən də Darvinin problemi, yəni “növlərin mənşəyi” təkamülçülər üçün hələ də cavabsızdır.

40


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.