Həyatın gerçək mənşəyi

Page 295

ELM və MATERİALİZMİ BİR-BİRİNDƏN FƏRQLƏNDİRMƏK

Ditfurtun da bildirdiyi kimi, materialist elm anlayışı həyatı “fövqəltəbii müdaxilənin”, yəni yaradılışın varlığını qəbul etmədən açıqlamağı özü üçün əsas prinsip qəbul etmişdir. Bu prinsip bir dəfə qəbul edildikdən sonra ən qeyrimümkün ehtimallar belə asanlıqla qəbul edilə bilər. Bu doqmatik təfəkkürün nümunələrini demək olar ki, hər təkamülçü əsərdə görmək mümkündür. Təkamülün Türkiyədəki qabaqcıl müdafiəçilərindən olan prof. Əli Dəmirsoy bunlardan biridir. Prof. Dəmirsoyun fikrincə, həyat üçün mütləq tələb olunan əsas zülallardan Sitoxrom-C-nin təsadüfən əmələ gəlməsi ehtimalı “bir meymunun makinada heç səhv etmədən bəşəriyyət tarixini yazma ehtimalı qədər azdır.”393 Şübhəsiz ki, belə bir ehtimalı qəbul etmək ağıl və məntiqin ən əsas prinsiplərini çeynəmək deməkdir. İnsan bir kağız parçası üzərində yazılmış bircə hərf gördükdə belə o hərfin şüurlu biri tərəfindən yazıldığına əmin olur. Bəşəriyyət tarixindən bəhs edən kitab gördükdə onun bir müəllifi olduğuna daha çox əmin olur. Ağlı olan heç kim bu nəhəng kitabın içindəki hərflərin “təsadüfən” yan-yana gəldiyini iddia etməz. Ancaq çox qəribədir ki, prof. dr. Əli Dəmirsoy bunu qəbul edir: Bir Sitoxrom-C zülal zəncirinin əmələ gəlməsi ehtimalı sıfıra bərabərdir. Yəni əgər həyatın əmələ gəlməsi üçün müəyyən ardıcıllıq lazımdırsa, bu, bütün kainatda bir dəfə əmələ gələcək qədər az ehtimala malikdir deməkdir. Yaxud da həyatın əmələ gəlməsində bizim tərif edə bilmədiyimiz fövqəltəbii güclər iştirak etmişdir. Bu sonuncunu qəbul etmək elmi məqsədə uyğun deyil. Bu təqdirdə birinci fərziyyə üzərində düşünmək lazımdır.394 Prof. Dəmirsoy “fövqəltəbii gücləri qəbul etməmək”, yəni Yaradanın varlığını inkar etmək üçün qeyri-mümkün olanı üstün tutduğunu yazır. Halbuki elmin məqsədi “fövqəltəbii güclərin varlığını qəbul etməmək” deyil. Elm bu məqsədlə hərəkət etmir. Elm heç bir ön mühakiməyə əsaslanmadan ancaq təbiəti tədqiq edir və bu tədqiqatlarından nəticələr çıxarır. Əgər bu nəticələr kainatın hər yerində, təbiətdə fövqəltəbii ağılın dizaynının hakim olduğunu göstərirsə elm, əlbəttə, bunu qəbul etməlidir. Diqqət edilsə, əslində, “elmi məqsəd” deyə ifadə edilən anlayış ancaq maddənin mövcud olduğu və bütün təbiətin də ancaq maddi amillərlə açıqlana biləcəyindən ibarət doqmadır. Bu isə “elmi məqsəd” və s. deyil, birbaşa materialist fəlsəfədir. Materialist fəlsəfə “elmi məqsəd” kimi səthi sözlərin arxasında gizlənir və elm adamlarını əslində elmdənkənar şeyləri qəbul etməyə məcbur edir. Belə ki, Dəmirsoy başqa mövzudan – hüceyrədəki mitoxondrilərin mənşəyindən bəhs edərkən təsadüf açıqlamasını “elmi düşüncəyə olduqca zidd olmasına baxmayaraq” qəbul etdiyini açıq şəkildə bildirir: ... Ən böyük problem mitoxondrilərin bu xüsusiyyəti necə qazandığıdır.

295


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.