Həyatın gerçək mənşəyi

Page 251

BİTKİLƏRİN MƏNŞƏYİ

yosun qalıqları tapılmışdır. Maraqlısı budur ki, bu çox qədim canlılar belə kompleks və dövrümüzdə yaşayan nümunələrindən fərqsiz formalara malikdirlər. “Science news”da dərc olunan bir məqalədə belə deyilir: 3.4 milyard il əvvələ aid mavi-yaşılımtıl yosun və bakteriya fosillərinin hər ikisi də Cənubi Afrikadakı qayalarda tapılmışdır. Daha da maraqlısı budur ki, sianobakteriya (mavi-yaşıl dəniz yosunu) ilə müasir sianobakteriya, demək olar ki, bir-birlərinə uyğundurlar.340 Alman bioloq Hoymar Von Ditfurt isə “ibtidai”yosunun kompleks quruluşu haqqında belə izah verir: Bu günə qədər tapılmış ən qədim fosillər nüvəsiz yosun növündən olan minerallar daxilindəki fosilləşmiş cisimlərdir və bunların 3 milyard ildən daha çox yaşı var. Nə qədər ibtidai olsalar da, bunlar belə olduqca kompleks və ustalıqla nizamlanmış həyat tərzini təmsil edirlər.341 Təkamülçü bioloqlar sözügedən yosunların zaman ərzində digər dəniz bitkilərini əmələ gətirdiklərini və 450 milyon il əvvəl “quruya çıxdıqlarını” qəbul edirlər. Başqa sözlə, heyvanların “sudan quruya keçid” ssenarisi olduğu kimi, bitkilərin də “sudan quruya keçid” ssenarisi var. Ancaq bu keçid ssenarisi də heyvanlarınkı kimi əsassız və ziddiyyətlidir. Təkamülçü mənbələr hər dəfə “yosunlar özlərini quruya atıb buraya uyğunlaşdılar” kimi nağılabənzər və elmdənkənar izahlarla mövzunun üstündən keçməyə çalışırlar. Ancaq bu çevrilməni qeyri-mümkün edən çox sayda amil var. Bunlardan ən mühümlərinə qısa nəzər salaq: 1- Quruma təhlükəsi: Suda yaşayan bir bitkinin quruda yaşaması üçün əvvəla səthi artıq su itkisindən qorunmalıdır. Əks-təqdirdə bitki quruyar. Qurudakı bitkilərin qurumadan qorunmaq üçün xüsusi sistemləri vardır. Bu sistemlərdə çox mühüm detallar var. Məsələn, bu qoruma elə bir yolla edilməlidir ki, oksigen və karbondioksid kimi mühüm qazlar heç bir maneə ilə qarşılaşmadan bitkinin içinə girib çölə çıxa bilsinlər, eyni zamanda buxarlanmanın təmin edilməsi də əsasdır. Əgər belə bir sistem bitkidə yoxdursa, bitkinin bu sistemin inkişaf etməsini gözləyəcək milyon illərlə vaxtı da yoxdur. Bu təqdirdə bitki bir müddət sonra quruyar və məhv olar. 2- Qidalanma: Su bitkiləri ehtiyacları olan suyu və mineralları birbaşa içində olduqları sudan alırlar. Ona görə, quruya çıxıb yaşamağa çalışan su yosununun qidalanma problemi də ortaya çıxacaqdır. Bunu həll etmədən həyatına davam etməsi qeyri-mümkündür. 3- Çoxalma: Su yosununun qurudakı qısa ömrü əsnasında çoxalmaq üçün heç fürsəti də olmaz. Çünki çoxalma hüceyrələrini yaymaq üçün sudan istifadə edirlər. Quruda çoxalmaları üçün quru bitkilərində olduğu kimi, çox hüceyrəli çoxalma orqanlarına malik olmalıdır. Qurudakı bitkilərin çoxalma hüceyrələri

251


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.