Həyatın gerçək mənşəyi

Page 233

İMMUNİTET, «RUDİNMENT ORQANLAR» və EMBRİOLOGİYA

Bakteriyalar müqavimət genlərini bir-birlərinə ötürməklə antibiotiklərə qarşı qısa zamanda immunitet qazanırlar. Üstdə E. coli bakteriyalarının əmələ gətirdiyi populyasiya görünür.

arasındakı molekulyar cütləşməni pozur.309 Spetner bu hadisəni “Təsadüfən deyil” (Not by chance) adlı kitabında qıfıl-açar əlaqəsinin pozulmasına bənzədir. Streptomisin bir qıfıla tamamilə uyğun gələn bir açar kimi bakteriyaların ribosomuna yapışır və bu ribosomu təsirsiz hala salır. Mutasiya isə ribosomun formasını pozur və bu təqdirdə Streptomisin ribosoma yapışa bilmir. Bu, “bakteriya streptomisinə qarşı immunitet qazandı” kimi izah edilsə də, əslində bakteriya üçün qazanc deyil, itkidir. Spetner sözünə belə davam edir: Məlum olur ki, (ribosomun quruluşundakı) bu pozulma bir xüsusiyyətin azalması, yəni bir məlumat itkisidir. İş də burasındadır ki, (təkamül) bu cür mutasiyalarla baş vermir, bu mutasiyalar nə qədər çox olsa da. Təkamülün xüsusiyyəti azaldan mutasiyalarla baş verməsi mümkün deyil...310 Mövzunun xülasəsi belədir: bakteriyanın ribosomuna təsir edən bir mutasiya bu bakteriyanı streptomisinə qarşı müqavimətli edir. Amma bunun səbəbi mutasiyanın ribosomu “pozmasıdır”. Yəni bakteriyaya genetik məlumat əlavə edilmir. Əksinə, ribosomun forması pozulur, əslində bir növ bakteriya “şikəst” olur. (Belə ki, bu mutasiyanı keçirən

233


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.