Həyatın gerçək mənşəyi

Page 229

HOMOLOGİYA XƏTASI

Zülallar, rRNT və genlər üzərində aparılan müqayisələr təkamül nəzəriyyəsinə görə yaxın qohum hesab edilən canlıların əslində bir-birlərindən cox uzaq olduqlarını göstərmişdir. Məsələn, müxtəlif tədqiqatlar dovşanları gəmiricilərlə deyil priatlarla və inəkləri atlarla deyil balinalarla eyni qrupda çıxarmışdır.

təkamül nəzəriyyəsinin fərziyyələrini təsdiqləyir. İllinoys Universitetindən məşhur bioloq Karl Vus “filogeniya” (təkamül qohumluğu) anlayışının molekulyar kəşflər nəticəsində əhəmiyyətini itirdiyini belə qəbul edir: İndiyə qədər qurulan bir çox fərdi zülal filogeniyalarından heç bir əhəmiyyətli canlı filogeniyası meydana gəlməmişdir. Filogenetik uyğunsuzluqlar təkamül nəsil ağacının hər yerində var, köklərindən əsas budaqlarına və əsas qrupların əmələ gətirən qrupların öz aralarında belə.304 Molekulyar müqayisələrin təkamül nəzəriyyəsi lehinə deyil, əleyhinə nəticələr verməsi 1999-cu ildə “Elm” (Science) jurnalında dərc olunan “Həyat ağacını kökündən qoparmağın vaxtıdırmı?” (İs it time to uproot the tree of life?) başlıqlı məqalədə də qəbul edilmişdir. Elizabet Pennisi tərəfindən yazılmış məqalədə darvinist bioloqların “təkamül ağacını” əsaslandırmaq üçün həyata keçirdikləri genetik təhlil və müqayisələrin tam əksi yöndə nəticə verdiyi bildirilmiş, “yeni faktların təkamül mənzərəsini qaraltdığı” ifadə edilmişdir: Bir il əvvəl bir düjindən çox mikroorqanizmin yeni düzülmüş genomlarını təhlil edən bioloqlar bu məlumatların həyatın erkən dövrlərinin tarixi haqqında qəbul edilmiş fikirləri dəstəkləyəcəyini ümid etmişdilər. Amma gördükləri şey onları heyrətə saldı. O an mövcud olan genomların müqayisə edilməsi canlıların böyük qruplarının necə ortaya çıxdığına dair mənzərəni işıqlandırmadığı kimi onu bir az da qarışdırdı. İndi əldə olan 8 yeni mikrobial düzülüşlə birlikdə vəziyyət daha da qarışıqdır... Bir çox təkamülçü bioloq həyatın başlanğıcını üç əsas aləmdə tapa

229


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.