Həyatın gerçək mənşəyi

Page 189

MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ

Hal-hazırda bu sətirləri oxuyan və indiyə qədər təkamül nəzəriyyəsini elmi açıqlama hesab etmiş bəzi oxucular bəlkə buradakı rəqəmlərin çox mübaliğəli olduğunu, həqiqətləri əks etdirmədiyini düşünə bilər. Xeyr, bunlar qəti və konkret həqiqətlərdir. Heç bir təkamülçü də bu rəqəmlərə etiraz edə bilməz. Bir çox təkamülçü bu həqiqəti etiraf edir. Məsələn, Harold Blam adlı bir təkamülçü elm adamı: “Məlum olan ən kiçik zülalların belə təsadüfən meydana gəlməsi tamamilə qeyri-mümkün görünür”, - deyir.242 Təkamülçülər molekulyar təkamülün çox uzun zaman davam etdiyini və bu zamanın qeyri-mümkün olanı mümkün etdiyini iddia edirlər. Lakin nə qədər uzun zaman verilsə də, amin turşularının təsadüfən zülal əmələ gətirməsi qeyri-mümkündür. Amerikalı geoloq Uilyam Stouks “Yerin tarixinin əsasları” (Essentials of Earth history) adlı kitabında bu həqiqəti qəbul edərkən “əgər milyard illər boyu milyardlarla planetin səthi lazımi amin turşusu ehtiva edən qatı sulu təbəqə ilə dolu olsaydı, yenə (zülal) əmələ gəlməzdi” yazır.243 Bəs bütün bunlar nə məna verir? Kimya professoru Peri Rivz isə bu suala belə cavab verir: Bir insan amin turşularının təsadüfən birşəməsindən nə qədər çox orqanizm əmələ gələcəyini düşündükdə həyatın həqiqətən də bu şəkildə əmələ gəldiyini düşünməyin ağlasığmaz olduğunu görər. Belə bir işin baş verməsində Böyük Qurucunun var olduğunu qəbul etmək daha ağlasığandır.244 Tək bircinin belə təsadüfən əmələ gəlməsi qeyri-mümkün olan bu zülalların təqribən bir milyon dənəsinin təsadüfən uyğun şəkildə birləşərək tam insan hüceyrəsini meydana gətirməsi isə əsla mümkün deyil. Hüceyrəyə gəlincə, bir hüceyrə əsla zülal yığınından ibarət deyil. Hüceyrənin içində zülallarla birlikdə nuklein turşuları, karbohidratlar, lipidlər, vitaminlər, elektrolidlər kimi başqa bir çox kimyəvi maddə istər quruluş, istərsə funsiya baxımından müəyyən nisbət və dizayn çərçivəsində yerləşirlər. Hər biri də bir çox fərqli orqanoidin içində əsas və ya köməkçi molekul kimi funksiya daşıyır. Nyu York Universitetindən kimya professoru və DNT mütəxəssisi Robert Şapiro təkcə sadə bir bakteriyanın tərkibindəki 2000 növ zülalın təsadüfən meydana gəlmə ehtimalını hesablamışdır. (İnsan hüceyrəsində isə təqribən 200.000 növ zülal var). Əldə edilən rəqəm 1040.000-də 1-dir.245 (Bu ədəd 1 rəqəminin yanına 40 min dənə sıfır əlavə edilməsi ilə əmələ gələn ağlasığmaz saydır). Kardiff Universitetindən Tətbiqi Riyaziyyat və Astronomiya professoru Çandra Uikramasinqhe bu ədəd haqqında belə şərh verir: Bu say (1040.000) Darvini və bütün təkamül nəzəriyyəsini gömmək üçün kifayətdir. Bu planetin və ya başqa birinin üzərində əsla (həyatın əmələ gələcəyi) ibtidai şorba olmamışdır və həyatın başlanğıcı təsadüfən əmələ gəlməyəcəyinə görə, məqsədli bir ağılın məhsulu olmalıdır.246

189


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.