Həyatın gerçək mənşəyi

Page 181

İNSANIN MƏNŞƏYİ

(Darwinism: The refutation of a myth) adlı kitabında bu mövzuda belə deyir:

“Düşünürəm ki, hər kəs bir elm sahəsinin tamamilə səhv nəzəriyyədən asılı olmasının böyük bir uğursuzluq olduğunu qəbul edəcək. Ancaq biologiyada eynilə bu baş verir: uzun zamandan bəri insanlar təkamül mövzularını darvinist anlayışlarla müzakirə edir: “adaptasiya”, “seleksiya təzyiqi” və ya “təbii seçmə” kimi anlayışlarla. Sonra da bu mübahisələrlə təbiət hadisələrini izah etdiklərini zənn edirlər. Amma əslində heç bir izah vermirlər... İnanıram ki, darvinizm əfsanəsi bir gün elm tarixindəki ən böyük yalan kimi tanınacaq”.237 Darvinizmin “elm tarixindəki ən böyük yalan” olduğunun ən əsas sübutlarından bəziləri isə molekulyar biologiyadan gəlir.

Ota benqa: qəfəsə qoyulan afrikalı yerli Darvin “İnsanın mənşəyi” adlı kitabı ilə insanın meymunabənzər canlılardan təkamüllə əmələ gəldiyini iddia etdikdən sonra bu ssenarini dəstəkləyən fosil axtarışına başlandı. Ancaq bəzi təkamülçülər “yarı meymun, yarı insan” canlıların yalnız fosillərdə deyil, dünyanın müxtəlif yerlərində canlı tapılacağına da inanırdılar. 20-ci əsrin əvvəllərində bu “canlı ara keçid forması” axtarışları bəzi vəhşiliklərə səbəb oldu. Bu vəhşiliklərdən biri Ota benqa adlı piqmeyin hekayəsi idi. Ota benqa 1904-cü ildə Samuel Verner adlı təkamülçü tədqiqatçı tərəfindən Konqoda tutulmuşdu. Adı öz dilində “dost” mənasını verən bu yerli evli və iki uşaq atası idi. Amma heyvan kimi zəncirlənib qəfəsə qoyuldu və ABŞ-a aparıldı. Buradakı təkamülçü alimlər Müqəddəs Luis Dünya Sərgisində onu müxtəlif meymun növləri ilə birlikdə qəfəsə qoyaraq “insana ən yaxın ara keçid forma” kimi nümayiş etdirdilər. İki il sonra isə Nyu Yorkdakı Bronks zooparkına apardılar və bir neçə şimpanze, Dina adlı qorilla və Dohunq adlı oranqutan ilə birlikdə “insanın qədim əcdadları” adı altında nümayiş etdirdilər. Zooparkın təkamülçü müdiri dr. Uilyam T.Hornadey bu nadir “ara keçid forması”nın zooparkda olmasının ona verdiyi şərəf haqqında uzun-uzun danışmış, ziyarətçilər də qəfəsə qoyulan Ota benqaya heyvan kimi münasibət göstərmişdilər. Ota benqa məruz qaldığı münasibətə dözə bilməyərək intihar etmişdi. (Philips Verner Bradford, Harvey Blume, Ota Benga: The Pygmy en The Zoo, New York: Delta Books, 1992) Piltdaun adamı, Nebraska adamı yaxud Ota benqa... Bütün bu qalmaqallar təkamülçü alimlərin öz nəzəriyyələrini sübut etmək üçün hər cür elmdənkənar üsula əl atmaqdan çəkinmədiklərini göstərir. Şüurlu şəkildə “insanın təkamülü” əfsanəsinin digər “dəlillərinə” baxdıqda yenə də buna bənzər vəziyyətlə qarşılaşarıq: ortada tamamilə cəfəng olan hekayə və bu hekayəni dəstəkləmək üçün hər yola müraciət edən könüllülər ordusu var.

181


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.