Həyatın gerçək mənşəyi

Page 17

Qısa Tarix

Həyatın mənşəyi problemi

Darvin kitabında həyatın mənşəyi məsələsindən heç söz açmamışdı. Çünki onun dövründəki ibtidai elm anlayışına görə canlıların çox sadə quruluşa malik olduğu güman edilirdi. Orta əsrlərdən bəri qəbul edilmiş spontan generasiya adlı nəzəriyyəyə əsasən cansız maddələrin təsadüfən birləşərək canlı varlıq əmələ gətirdiyinə inanırdılar. Bu dövrdə həşəratların yemək qalıqlarından, siçanların da buğdadan əmələ gəldiyi fikri geniş yayılmışdı. Bunu sübut etmək üçün qəribə təcrübələr aparılmışdı. Kirli əsginin üstünə bir az buğda tökülmüş, bir müddət gözlədikdən sonra bu qarışıqdan siçanların əmələ gələcəyi güman edilmişdi. Ətin qurdlanması da həyatın cansız maddələrdən törədiyinə dəlil hesab edilirdi. Lakin daha sonra məlum olacaqdı ki, ətin üstündəki qurdlar öz-özünə əmələ gəlmirlər, milçəklərin gətirib qoyduqları gözlə görünməyən sürfələrdən çıxırlar. Darvinin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddələrdən əmələ gəldiyi fikri elm dünyasında geniş şəkildə qəbul edilirdi. Lakin Darvinin kitabının nəşrindən beş il sonra məşhur fransız bioloq Lui Paster təkamülə əsas verən bu fikri tamamilə məhv etdi. Paster apardığı uzun elmi fəaliyyət və təcrübələr nəticəsində gəldiyi nəticəni belə ifadə etmişdi: “Cansız maddələrin həyatı əmələ gətirməsi iddiası artıq qəti şəkildə tarixə çevrilmişdir”.2 Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pasterin kəşflərinə uzun müddət qarşı çıxdılar. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin mürəkkəb quruluşunu ortaya çıxardıqca həyatın öz-özünə əmələ gəlməsi iddiası daha böyük müəmmaya çevrildi. Bu mövzunu hərtərəfli şəkildə kitabın sonrakı bölmələrində araşdıracağıq.

Lui Paster cansız maddələrin həyat əmələ gətirəcəyi inancını alt-üst etdi.

17


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.