Həyatın gerçək mənşəyi

Page 104

HƏYATIN GERÇƏK MƏNŞƏYİ

Arxeopterikslə eyni dövrdə yaşamış Confudusornis, dövrümüzdə yaşayan quşlarla cox oxşarlıqları var.

Archaeoraptor: Dino-quş saxtakarlığı Təkamül nəzəriyyəsinin tərəfdarları arxeopteriksdə axtardıqlarını tapmadıqlarına görə 1990-cı ildə digər bəzi fosillərə ümid bağladlar və bir sıra ardıcıl “dino-quş fosili” iddiası bu illərdə dünya mediasında əks-səda doğurdu. Ancaq bu iddiaların hər birinin yanlış şərh və hətta saxtakarlıq nümunəsi olduğu qısa müddətdə başa düşüldü. “Dino-quş” iddialarının ilk nümunəsi 1996-cı ildə böyük media təbliğatı ilə gündəmə gətirilən “Çində tapılmış tüklü dinozavr fosilləri” hekayəsi idi. Sinosauropteryx adlandırılan bir sürünən fosili tapılmışdı, ancaq fosili təhlil edən bəzi təkamülçü paleontoloqlar onun məlum olan sürünənlərin əksinə olaraq quş tüklərinə malik olduğunu irəli sürdülər. Lakin bir il sonra aparılan tədqiqatlarda fosilin əslində quş tükünə bənzər heç bir formaya malik olmadığını məlum oldu. “Elm” (Science) jurnalında dərc olunan “Tüklü dinozavrın tüklərini yolmaq” (Plucking the feathered dinosaur) adlı məqalədə təkamülçü paleontoloqlar tərəfindən “tük” kimi qəbul edilən formaların əslində tüklərlə heç bir əlaqəsi olmadığı bildirilirdi: Bir il əvvəl paleontoloqlar “tüklü dinozavra” aid fotoşəkillərin ortaya çıxması ilə həyəcan yaşamışdılar. Çinin Yixian bölgəsində tapılan sinosauropteryx adlı fosil “New York Times”ın ilk səhifəsində dərc edilmiş və quşların mənşəyinin dinozavrlardan gəldiyinə dair təsirli dəlil kimi təqdim edilmişdi. Amma keçən ay Çikaqodakı onurğalılar paleontologiyası

104


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.