Həyatın gerçək mənşəyi

Page 100

HƏYATIN GERÇƏK MƏNŞƏYİ

Digər tərəfdən arxeopteriksin əsl mənada uça bilən quş olduğunun ən mühüm sübutlarından biri də heyvanın tüklərinin quruluşu oldu. Arxeopteriksin dövrümüzün quşlarınınkından fərqi olmayan asimmetrik tük quruluşu canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Məşhur paleontoloq Karl O.Dunbarın bildirdiyi kimi, “tüklərinə görə bu məxluq tam quş xüsusiyyəti daşıyırdı”.126 Paleontoloq Robert Karol isə bu mövzunu belə izah edir: Arxeopteriksin uçuş tüklərinin geometriyası dövrümüzün uçan quşlarınınkı ilə tamamilə eynidir, uçmayan quşların isə tükləri simmetrikdir. Tüklərin qanaddakı nizamı da dövrümüzün quşlarınınkı ilə bənzərdir... Van Tayn və Berqerin fikrincə, arxeopteriksin qanadlarının ölçüsü və forması toyuq cinsindən olan quşlar, qumrular, ağacdələnlər, cüllütlər və ağaca qonan oxuyan quşların çoxu kimi məhdud bitki örtüyünə məxsus çöllərdə hərəkət edən quşlarınkına bənzərdir... Uçuş tükləri ən az 150 milyon ildən bəri sabitdir.127 Arxeopteriksin tüklərinin ortaya çıxardığı başqa bir həqiqət isə bu canlının istiqanlı olması idi. Məlum olduğu kimi, sürünənlər və dinozavrlar soyuqqanlı, yəni bədən temperaturlarını özləri verə bilməyən, ətraf mühitin bədən temperaturlarını tənzimləyən canlılardır. Quşlardakı tüklərin ən mühüm funksiyalarından biri də bədən temperaturunu qorumalarıdır. Arxeopteriksin tüklü olması onun dinozavrların əksinə, istiqanlı olduğunu, yəni bədən temperaturunu qorumağa ehtiyacı olan əsl quş olduğunu göstərirdi.

Dişlər, pəncələr və digər üzvlər

Təkamülçü bioloqların arxeopteriksi ara keçid forma kimi göstərərkən əsaslandıqları ən mühüm iki cəhət isə bu canlının qanadlarının üzərindəki pəncələri və ağzındakı dişləridir. Arxeopteriksin qanadlarında pəncələrinin və ağzında dişlərinin olduğu doğrudur, ancaq bu xüsusiyyətləri canlının sürünənlərlə hər hansı əlaqəsi olduğunu göstərmir. Çünki dövrümüzdə yaşayan iki cür quşda – touraco corythaix və opisthocomus hoazində də budaqlara yapışmağa kömək edən pəncələr var. Bu canlılar heç bir sürünən xüsusiyyəti daşımayan tam formalı quşdurlar. Ona görə də arxeopteriksin qanadlarında pəncələrinin olması və bu səbəbdən də ara forma olması iddiası əsassızdır. Arxeopteriksin ağzındakı dişləri də canlını ara forma hesab etməyə əsas vermir. Təkamülçülər bu dişlərin sürünən xüsusiyyəti olduğunu irəli sürərək yanılırlar. Çünki dişlər sürünənlərin tipik xüsusiyyəti deyil. Dövrümüzdə bəzi sürünənlərin dişləri var, bəzilərininki isə yoxdur. Daha da önəmli olan cəhət budur ki, dişli quşlar təkcə arxeopterikslə məhdudlaşmır. Dövrümüzdə dişli

100


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.