Heyvanistan

Page 7

SSRI ilə Qərb arasında zidiyyətlərin davam edəcəyini və soyuq müharibəni nəzərdə tuturdu. Heyvanıstanla qalan dünya arasında əlaqə yaradan mister Uimper isə geniş yayılmış fikrə görə Stalinin totalitar rejimini Qərbdə hər vasitə ilə müdafiə və təbliğ edən Bernard Şou, Anri Barbüs, Leon Feyxtvanger, Anatol Frans, Linkoln Steffens və s. kimi məşhur Avropa intellektuallarının ümumiləşdirilmiş obrazıdır. Romandakı digər heyvan personajların daşıdıqları alleqorik yük də maraqlıdır. Üç at‐Bokser, Klover və Molli müvafiq olaraq aşağı, orta və yuxarı təbəqənin təmsilçiləridir. Proletariatı təmsil edən, ən çox istismara məruz qalan və ʺMən daha çox işləyəcəyəmʺ sözlərini öz həyat şüarına çevirən Bokserin eyni zamanda Staxanov hərəkatına işarə olduğu düşünülür. Klover (orta təbəqə) Bokserə daim rəğbətlə yanaşsa da, əlindən heç bir iş gəlmir. Rahat həyat, bəzək‐düzək aşiqi olan və tezliklə Heyvanıstandakı ağır şəraitə dözməyərək qaçan Molli inqilabı qəbul etməyən və mühacirətin əzab‐əziyyətlərini yadlaşmış vətəndə qalmaqdan üstün tutan rus aristokratiyasının rəmzi obrazıdır. Hər şeyi kifayət qədər yaxşı bilən, lakin heç nəyə qarışmamağa çalışan uzunqulaq Bencamin isə, araşdırıcıların fikrincə, yəhudilərə işarədir. Napoleonun və digər donuzların yalançı və riyakar olduğunu bildikləri halda toxunmadıqları, şirin nağılları ilə heyvanların başını qatmağa imkan verdikləri əl qarğası Moses ortodoks rus kilsəsinin təcəssümüdür. Kohnə sahib Consla Napoleonun Mosesə münasibətlərinin yaxınlığı isə kilsənin istənilən hakimiyyətlə asanlıqla dil tapmasının göstəricisidir. Ağ keçi Müriel ziyalıların, toyuqlar qolçomaqların (onların öz yumurtalarını vermək istəməmələri kollektivləşməyə qarşı mübarizəyə işarədir), daim Napoleonun yanında olan köpəklər gizli xidmət və cəza orqanlarının, pişik qanuni oğruların, qoyunlar geniş xalq kütlələrinin, göyərçinlər sovet təbliğatının rəmzləridir. Adı qalsa da, məzmunu donuzların iradəsinə uyğun şəkildə mütəmadi dəyişdirilən Yeddi Prinsip isə hər dəfə siyasi elitanın tələblərinə uyğunlaşdırılan sovet konstitusiyasının təcəssümüdür. Romanda ʺHeyvanıstanʺla SSRI‐ni eyniləşdirməyə əsas verən digər çoxsaylı simvollar da mövcuddur. Məsələn, qoca Mayorun ölümündən sonra kəllə sümüyünün meydanda ağacdan asılması və heyvanların onun qarşısından keçməsi Lenin mavzoleyinə və Qırmızı meydandakı hərbi paradlara, Heyvanıstan buynuz‐dırnaqlı bayrağı SSRI‐nin oraq‐çəkicli bayrağına, Snoubollun təklifi ilə dəyirman tikilməsi QOELRO ideyasına, ilk beşilliklərə və


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.