Heyvanistan

Page 59

Lakin taleyin çox acılarını unutduran bir təsəlli vardı: heyvanlar indi əvvəlkindən qat‐qat ləyaqətli yaşadıqlarını başa düşürdülər. Nə qədər mahnılar oxunur, nitqlər dinlənilir, nümayişlər keçirilirdi! Napoleon həftədə bir dəfə Kortəbii Nümayişlər adlı tədbirin keçirilməsini əmr etmişdi. Tədbirdən məqsəd Heyvanıstanın mübarizələrini, zəfərlərini təbliğ və tərənnüm etmək idi. Təyin olunmuş saatlarda heyvanlar iş yerlərini tərk etməli və qabaqda donuzlar, arxalarınca atlar, inəklər, qoyunlar, ev quşları və s. olmaqla hərbi addımlarla fermanın ətrafında dövrə vurmalı idilər. Nümayiş zamanı köpəklər cinahlarda olurdu, hamıdan qabaqda isə Napoleonun qara xoruzu addımlayırdı. Bokserlə Klover həmişə üzərində buynuz və dırnaq şəkli, habelə ʺYaşasın yoldaş Napoleon!ʺ şüarı olan yaşıl bayrağı aparırdılar. Ardınca Napoleonun şəninə yazılmış şeirlər oxunur, Çığırğanın fermada məhsul istehsalının durmadan artması, habelə keçmişin məhrumiyyətləri ilə bu günkü azad həyatın müqayisəsi üzərində qurulmuş nitqləri dinlənilirdi. Daha sonra tüfəngdən yaylım atəşi açılırdı. Kortəbii Nümayişlərə ən həvəslə qatılanlar qoyunlar idi. Əgər kimsə boş yerə vaxt itirmələrindən və soyuqda donmalarından şikayətlənsə (köpəklər və donuzlar yaxınlıqda olmayanda bir neçə heyvan dilini dinc qoymurdu) onlar dərhal qulaqbatırıcı ʺIki ayaq pisdir, dörd ayaq yaxşıdır!ʺ‐mələrtiləri ilə şikayətlərin eşidilməsinə imkan vermirdilər. Əslində bayram şənliklərindən ləzzət alan heyvanlar da az deyildi. Onların fikrincə, arada‐bərədə nə baş versə də, belə nümayişlər heyvanların öz başlarının ağası olduqlarının və öz mənfəətləri üçün çalışdıqlarının əsl göstəricisi idi. Ona görə də nümayişçi dəstələr düzüləndə, mahnılar səslənəndə, Çığırğan rəqəmləri elan edəndə, tüfəngdən yaylım atəşləri açılanda, bayraqlar havada dalğalananda və xoruz ucadan banlayanda onlar qarınlarının çoxdan bəri boş olduğunu unudurdular. Apreldə Heyvanıstan respublika elan olundu və prezident seçmək zərurəti yarandı. Təbii ki, yalnız bir namizəd ‐ Napoleon vardı və o, yekdilliklə seçildi. Eyni gündə Snoubollun Consla əlaqələrinin təfərrüatlarını açıqlayan yeni sənədlər aşkara çıxarıldı. Onun nəinki əvvəllər güman edildiyi kimi ʺPəyə doyüşüʺ zamanı strategiya pərdəsi altında məğlubiyyət planı cızdığı, hətta açıq şəkildə Consun tərəfində vuruşduğu bəlli oldu. Sən demə, adamları döyüşə aparan və ʺYaşasın Insanlıq!ʺ şüarı ilə onları ruhlandıram da bir başqası deyil, məhz Snouboll imiş! Bəzi heyvanların dumanlı şəkildə xatırladıqları Napoleonun kürəyindəki dişlək yeri də Snoubolun əməli imiş! Yayın ortalarında bir neçə illik fasilədən sonra əl qarğası Moses qəflətən fermada peyda oldu. O, heç dəyişməmişdi, əvvəlki kimi işdən yayınır, Noğul dağı haqqında köhnə nağılını təkrarlayırdı. Budaqların birində yerini rahatlayıb qara qanadlarını çırpa‐çırpa saatlarla onu dinləməyə razı olan hər heyvana eyni şeylər danışırdı. ʺYoldaşlar, orada, yuxarıda, ‐ deyə uzun dimdiyi ilə göyə işarə edirdi, ‐ başınızın üstündəki qara buludların o tərəfində əsl xoşbəxtlik ölkəsi ‐ Noğul dağı yerləşir. Biz, zavallı heyvanlar, yer üzündəki əzab‐əziyyətlərdən sonra orada


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.