Heyvanistan

Page 36

məsələ tam könüllülük əsasında idi. Lakin işə çıxmayan heyvanın yemək payı yarıbayarı azaldılırdı. Nə qədər əlləşib vuruşsalar da, hələ görülməmiş bir xeyli iş qalmışdı. Biçin vaxtı ötən ildəki qədər bol məhsul toplaya bilməmişdilər. Yayın əvvəlində köklü bitkilər əkilməsi nəzərdə tutulan iki sahə isə şum vaxtında başa çatdırılmadığından ümumiyyətlə boş qaldı. Qarşıdan gələn qışın ağır keçəcəyini indidən gorməmək mümkün deyildi. Dəyirmanın tikintisində də gozlənilməz çətinliklər yaranmışdı. Fermanın yaxınlığında yaxşı əhəngdaşı mədəni vardı, həyətindəki anbarların birindən isə xeyli qum və sement dolu kisələr tapmışdılar. Bir sözlə, tikinti üçün zəruri olan bütüm materialları əl altında toplanmışdı. Həllini dərhal tapa bilmədikləri çətinlik sal daşları lazımi ölçülərdə kəsib‐doğramaq idi. Daşları qırmaq üçün ling və cəkiclə işləmək tələb olunurdu. Amma heyvanların heç biri bunu bacarmırdı. Çünki heç bir heyvan dal ayaqları üstündə dik dayana bilmirdi. Bir həftəlik hədər cəhdlərdən sonra kiminsə ağlına daşların sındırılmasında qravitasiya qüvvəsindən istifadə etmək fikri gəldi. Karxanada bütöv halda hörgüdə istifadəsi mümkün olmayan çoxlu iri, sal qaya parçaları vardı. Onlara kəndir bağladılar, sonra inəklər, atlar, qoyunlar‐bir sözlə, qolunda gücü olan bütün heyvanlar hamısı birlikdə üzü yuxarı dartmağa başladılar. Xüsusilə çətin anlarda hətta kənarda dayanıb göstəriş verən donuzlar da işə əl yetirirdilər. Daşları sürüyüb karxananın kənarındakı hündür yerə gətirir, oradan üzüaşağı buraxırdılar. Dik yamacdan yuvarlanan daşlar parçalanıb kiçik hissələrə bölünürdü. Bundan sonra onları tikinti yerinə daşımaq elə bir çətinlik törətmirdi. Nisbətən iri daş parçalarını atlar arabada daşıyırdılar. Qırıntıları aparmaq isə qoyunlara həvalə olunmuşdu. Hətta Müriellə Bencamin də köhnə ikitəkərli faytona qoşulur və bacardıqları yardımı edirdilər. Yayın sonunda kifayət qədər daş ehtiyatı yığıldı və donuzların ayıq‐sayıq nəzarəti altında tikintiyə başlandı. İş yavaş və çətin gedirdi. Bəzən nisbətən böyük bir daşı yuxarı qaldırmaq üçün bütün günü qan‐tər içərisində əlləşmək lazım gəlirdi. Sonda isə işin tərsliyindən daş gumbultu ilə təzədən karxanaya düşüb qırılırdı. Gücü az qala bütün heyvanların toplam gücünə bərabər olan Boksersiz heç bir işin öhdəsindən gəlmək mümkün deyildi. Bəzən iri daş parçası üzüaşağı sürüşəndə və az qala heyvanları da dartıb özü ilə karxananın dibinə sürüyəndə Bokser ipi var gücü ilə çəkib daşı saxlayırdı. Kəsik‐kəsik nəfəs alan, dırnaqları ilə daşlardan qığılcım qoparan, arxasında iri daş parçası tərdən islanıb parıldayan gövdəsi ilə qarış‐ qarış təpəyə dırmanan Bokser hər kəsdə heyranlıq hissi doğururdu. Klover bəzən ona özünü üzüb əldən salmamağı məsləhət görürdü. Lakin Bokser ona heç vaxt qulaq asmırdı. ʺMən daha çox işləyəcəyəm!ʺ və ʺNapoleon həmişə haqlıdır!ʺ‐şüarlarını bütün çətinliklərin açarı sayırdı. Artıq Bokser xoruzdan səhərlər onu yarım saat deyiıl, 45 dəqiqə tez yuxudan oyatmağı xahiş etmişdi. Özünə o qədər də çox görünməyən bu qənaət olunmuş vaxt ərzində Bokser


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.