Heyvanistan

Page 35

tanınan Minimus adlı istedadlı donuz anbarın yuxarı başında, nisbətən yüksək yerdə otururdular. Doqquz köpək yarımdairə şəklində dayanaraq onları qabaq sıralardakı donuzlardan ayırırdı. Qalan heyvanlar üzlərini Napoleonun əyləşdiyi hündür yerə tərəf çevirərək anbardakı boş yerlərini tuturdular. Napoleon hərbi komanda verirmiş kimi kobud səslə öz tapşırıqlarını oxuyur, axırda isə ʺIngiltərə heyvanlarıʺ yalnız bir dəfə ifa olunduqdan sonra hamı dağılışırdı. Snoubollun qovulmasının üçüncü həftəsi, bir bazar səhəri heyvanlar dəyirmanın nəyin bahasına olursa‐olsun tikilməsi ilə əlaqədar Napoleonun sozlərini eşidib bərk təəccübləndilər. Napoleon qərarını nəyə görə dəyişdiyini izah etmədi. Lakin bildirdi ki, bu əlavə iş heyvanlardan son dərəcə böyük zəhmət tələb edir və hətta vəziyyətlə əlaqədar gündəlik qida norması da azaldıla bilər. Layihə ən xırda detallarına qədər nəzərdən keçirilmişdir. Son üç həftə ərzində donuzlardan ibarət xüsusi komissiya onun üzərində işləmişdir. Dəyirmanın və digər yardımçı binaların tikintisinin təxminən iki il müddətində başa çatdırılması nəzərdə tutulurdu. Həmin axşam Çığırğan heyvanlarla fərdi söhbət zamanı Napoleonun heç zaman dəyirman tikintisinin əleyhinə olmadığını izah edirdi. Əksinə, lap əvvəldən bu işin təşəbbüskarının yoldaş Napoleon olduğunu deyirdi. Sən demə, Snouboll inkubator otağının döşəməsinə çəkdiyi planı onun kağızları arasından oğurlayıbmış! Yəni, dəyirman ideyasının ilk müəllifi Napoleon idi. ʺBəs elə isə Napoleon niyə layihənin əleyhinə belə kəskin çıxış etdi?ʺ‐deyə bəziləri soruşurdular. Söhbət belə şəkil alanda Çığırğan gözlərini hiyləgərcəsinə qıydı.ʺBu yoldaş Napoleonun bicliyi idi,‐dedi.‐ O, özünü dəyirman tikintisinin əleyhdarı kimi GÖSTƏRƏRKƏN sadəcə manevr edir, təhlükəli xarakterə və mənfi təsir gücünə malik Snoubolldan xilas olmaq istəyirdi. Artıq Snouboll fermadan uzaqlaşdırılıb və layihə onun heç bir müdaxiləsi olmadan həyata keçirilə bilər. Civciv bütün bunların taktika olduğunu dedi. Sonra bir neçə dəfə də təkrarladı: ʺBəli, taktika, yoldaşlar, taktika!ʺ: Bu sözləri deyərkən Civciv yerində oynayır və gülə‐gülə quyruğunu tərpədirdi. Heyvanlar bu sözün mənasını başa düşdüklərinə o qədər də əmin deyildilər. Lakin Civciv elə inandırıcı danışırdı, onu müşaiyət edən üç köpək isə elə hədələyici tərzdə mırıldanırdılar ki, onlar heç bir əlavə sorğu‐sualsız deyilənlərlə razılaşdılar. VI F Ə S İ L İl boyu heyvanlar qul kimi çalışdılar. Lakin onlar zəhmətlərindən həzz alırdılar. Özlərini fəda etmələri, əziyyət şəkmələti ilə bağlı heç bir şikayət eşidilmirdi. Bilirdilər ki, nə iş görürlərsə özləri və övladları üçün görürlər. Daha Insan adlanan bir dəstə tənbəl, oğru məxluq üçün can qoymurlar. Yazda və payızda hər gün on saat işləyirdilər. Avqustda isə Napoleon bazar günləri nahardan sonra da işləmək zərurəti yarandığını elan etdi. Doğrudur, bu


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.