Heyvanistan

Page 25

Həmin dəqiqələrdə heyvanların tam əmin olduqları bir şey vardısa da, o da heç birinin Consun geri qayıtmasını istəməmələri idi. Məsələ bu şəkildə qoyulandan sonra etiraz etməyə heç bir heyvanın sözü qalmadı. Donuzların sağlamlığı qayğısına qalmağın zəruriliyi fikri hamıya aydın oldu. Odur ki, müzakirə aparmadan südün və yerə düşən almaların (habelə yetişəndən sonra ağaclardakı meyvənin əksər hissəsinin) donuzların istifadəsinə verilməsi haqqında qərar qəbul edildi. IV F Ə S İ L Yayın sonunda Heyvanıstanda baş verən hadisələrlə bağlı xəbər ölkənin xeyli hissəsinə yayıldı. Snoubolla Napoleon qonşu fermaların sakinləri ilə əlaqə yaradıb onlara Üsyanın tarixi haqqında məlumat vermək və ʺIngiltərə heyvanlarıʺ manhısının melodiyasını öyrətməkçün göyərçinləri hər gün səmaya qaldırırdılar. Fermadan qovulandan sonra mister Cons vaxtının çoxunu Uillinqdondakı ʺQırmızı Şirʺ meyxanasının barında keçirirdi. Söhbətinə qulaq asmağa razı olan hər kəsə taleyinə yazılmış dəhşətli ədalətsizlikdən ‐ bir sürü alçaq heyvanın bütün var‐yoxunu əlindən almasından şikayətlənirdi. Qonşu fermerlər əslində onun halına acıyırdılar, ancaq hər hansı bir kömək göstərməyə tələsmirdilər. Ürəklərinin dərinliyində hər biri gizlicə mister Consun fəlakətindən öz xeyirlərinə necə istifadə etmək haqqında fikirləşirdi. Iş elə gətirmişdi ki, Heyvanıstanın qonşuluğunda yerləşən iki fermanın sahibləri arasında münasibətlər həmişə gərgin olmuşdu. Bu fermalardan Foksvud adlanan birincisi ərazicə böyük, amma başlı‐başına buraxılmış, əkin sahələrini alaq basmış, otlaq yerləri örənimiş, hasarları orada‐burada uçulub‐dağılmağa başlayan malikanə idi. Onun sahibi mister Pilkinqton bütün il boyu mövcümdən asılı olaraq vaxtının çoxunu ov etmək, yaxud balıq tutmaqla keçirən əhlikef centlmenlərdən sayılırdı. Pinçfild adlanan digər ferma kiçik olsa da, daha yaxşı vəziyyətdə saxlanırdı. Onun sahibi gününü məhkəmə çəkişmələrində keçirən, bir şillinqdən otəri qardaşının boğazını üzməyə hazır olan mister Frederik adlı kobud, yaramaz bir adamdı. Mister Pilkinqtonla mister Frederikin bir‐birlərini görməyə gözləri yox idi. Qarşılıqlı nifrətləri o qədər güclü idi ki, hətta ümumi maraq xatirinə dava‐dalaşı bir tərəfə buraxıb müəyyən razılığa gəlməyi ağıllarına da gətirmirdilər. Amma bununla belə Heyvanıstandakı üsyan xəbərindən bərk qorxmuşdular və öz heyvanlarının bu məsələdən xəbər tutmalarının qarşısını almaq üçün çalışırdılar. Xəbəri eşidəndə əvvəlcə fermanı müstəqil şəkildə idarə etmək fikrinə düşən heyvanları ələ salıb gülmüşdülər. Qonşular iki həftəyə hər şeyin dağılıb gedəcəyini deyirdilər. Onlar ʺMalikanəʺ fermasındakı (mister Pilkinqtonla mister Frederik inadla fermanı köhnə adı ilə çağırır, yeni, ʺHeyvanıstanʺ adını eşitmək


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.