qnet_profile_az

Page 35

ŞIRKƏTININ PROFILI | 35

DƏSTƏK

XİDMƏTLƏRİ DÜNYA SƏVİYYƏLİ

Bizim əqidəmizə görə QNet distribyutorunun uğura doğru cəhdi bizim cəhdimizdir. QNet-in MN-ləri “Müstəqil” Nümayəndələr adlana bilərlər, lakin “müstəqil” yalnız olmaq demək deyil. Dünya səviyyəli dəstək xidmətləri sayəsində, QNet, MN-lərə hər yerdə və hər zaman dəstək olmaq üçün, hər şeylə təchiz edilmişdir.

Loqistika

QNet öz müştərilərinə etibarlı beynəlxalq loqistika təqdim edir. QNet Global IT tərəfindən yaradılmış Vahid Loqistika Sistemi, arasıkəsilməz məhsul tədarükünü həyata keçirməyə imkan verir və bu sistem vasitəsilə hər gün dünya üzrə yayılmış MN-lərə və pərakəndə müştərilərə minlərlə məhsul yola salınır. Bizim anbarlarımız, Honq Konq, Malayziya və BƏƏ-də yerləşən bir çox beynəlxalq distribyutor mərkəzlərindən ibarət qabaqcıl Anbar İdarəetmə Sistemi ilə dəstəklənir. Bizim Loqistika Sistemimiz MN-lərin Virtual Ofisinə tam şəkildə inteqrasiya edilmişdir. Virtual Ofis, MN-lərin məhsul aldıqları və e-ticarət fəaliyyətini həyata keçirdikləri məkandır. Sifariş əməliyyatının tamamlanması ilə, QNet-in Vahid Loqistika Sistemi avtomatik olaraq yük aviaqaiməsi məlumatlarını Virtual Ofislə sinxronizasiya edir və bununla da, MN-lərə dünyanın istənilən yerindən öz yüklərinin hərəkət nöqtələrini interaktiv rejimdə, canlı olaraq, gündə 24 saat ərzində izləməyə imkan verir. Məntəqələrarası loqistika məlumatlarında, məhsulun götürüldüyü məntəqə, yükləmə, yola salınma məntəqəsi, gəlmə təyinat məntəqəsi, gömrükdən keçirilmə, və nəhayət məhsulun düz onların qapısına yaxud yerli QNet ofisinə çatmasına qədər bütün çatıdırıma məlumatları addımbaddım göstərilir. QNet, müştərilərin öz məhsullarını onlara ən yaxın nöqtədən asanlıqla götürə bilməsi üçün dünya üzrə 50-dən çox agent və anbar-firma cəlb etmişdir. QNet-in pick-up xidmətləri, müştərilərə intekativ rejimdə alışlar etməyə və sifariş etdikləri məhsulları bir neçə dəqiqə ərzində, sadəcə yolu keçib, ən yaxın məntəqədən götürməyə imkan verir. QNet Vahid Loqistika Sistemi həmçinin müxtəlif beynəlxalq kuryer firmaları və QNet Şəbəkə Dəstək Qrupuna (ŞDQ) inteqrasiya edilmişdir.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.