qnet_profile_az

Page 18

*Photo taken at 2010 Abu Dhabi Grand Prix.

2010 • QuestNet, daxili inkişafı, geniş məhsul seçimi, yerli fəaliyyəti və şirkətin təbii təkamülünü ifadə etmək üçün QNet adlı yeni şirkətə çevrilir. • Qnet-in İdarə Heyətinin üzvü xanım Donna İmson, Beynəlxalq Çoxşaxəli Marketinq Asossiasiyasının (MLMIA) dünya üzrə çoxşaxəli marketinqi gücləndirmək missiyasına verdiyi mühüm töhfəyə görə, MLMIA tərəfindən nüfuzlu “Yaxşıların Yaxşısı” Şəbəkə Marketinqi Sektorunun Mükafatını almaq üçün namizəd göstərilir. • QNet-in sponsorluq etdiyi Team Malaysia QI-MeritusMahara.com komandasının pilotu Luca Filippi 2010 GP2 Asia Seriyalarında finişə ikinci, komanda isə dördüncü gəlir. • KİV, şirkətin 2012-ci ilədək Asiya Futbol Konfederasiyası (AFC) Çempionlar Liqasının rəsmi sponsoru kimi AFC ilə tərəfdaşlıq yaratması münasibətilə QNet-i alqışlayır. • Şirkət, ilk dəfə olaraq Rusiyada Şəbəkə Marketinqi Seminarları (NSS) təşkil edir.

• QNet, dalbadal üçüncü dəfə Honq Konq Sosial Xidmətlər Şurasının “Qayğıkeş Şirkət” mükafatına layiq görür. • QNet-in “2010 Top Performers” Bonus Aksiyası, əvvəlkilərdən daha çox MN-lərə çoxlu sayda səhmin verilməsi ilə, şirkət tarixində ən böyük həvəsləndirmə proqramı olur. • Şirkətin direktoru DSAS-ın fəxri xəzinədarı təyin edilir. • Şirkət, AFC 2010 Çempionlar Liqası oyunlarının gedişində 22 uşağın həyatına sevinc qatmaq üçün Xüsusi Ehtiyaclı İnsanlar Asossiasiyasına (APSN) üzv olur. • QNet dalbadal ikinci il, Dubayda keçirilən Ümumdünya Birbaşa Satış Festivalına böyük bir nümayəndə heyəti göndərir. • “QNet Pays Forward” təşəbbüsü və RYTHM Fondu Qazaxstanın müxtəlif icmalarına, eşitmə qabiliyyəti zəif olan uşaqlar üçün regional internatməktəbə avtobus hədiyyə edilməsi də daxil olmaqla, təxirəsalınmaz yardımların göstərilməsində iştirak edir.

• QNet və RYTHM Fondu, World Vision International-la birgə Şərqi Cakartanın Jatinegara regionundan gələn 50 uşağa Çempionlar Liqasının oyunlarını izləmək imkanını yaradır. • QNet və The V, Malayziyanın Bukit Jalil şəhərindəki Putra stadionunda növbəti V-Convention təşkil edir. V-Malaysia 2010, təxminən 8000 qonağın iştirakı ilə rekord vurmağı hədəfləyir. • QNet, təhlükəsiz, etibarlı və sabit onlayn sövdələşmələrə görə qibtə olunası VeriSign CyberTrust sertifikatını alır. • QNet, F1 Dünya Çempionatında Virgin Racingin rəsmi Birbaşa Satış dəstəkçi şirkəti kimi, Virgin Racing ilə uzunmüddətli tarixi tərəfdaşlığa imza atır. Tərəfdaşlığın möhürü, 2010 Əbu Dabi Qran Prisi gedişində, Virgin Group-un Təsisçisi Richard Branson və Qİ İdarə Heyətinin Sədri Dato’ Vijay Eswaran tərəfindən KİV və F1 azarkeşlərinin iştirakı ilə rəsmiləşdirilmişdir. • Virgin Racing ilə qurulan tərəfdaşlıqla yanaşı, QNet Honq Konq Football Club (HKFC) reqbi komandasının və Bəhreyndə Muharraq basketbol komandasının baş sponsoru olur.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.