"İpəkçi" qəzeti, 2 iyun 2010-cu il №6 (2270)

Page 1

1 iyun_qezet.qxd 27.09.2010 21:49 Страница 1

İPƏKÇİ w w w . i p e k c h i . i n f o

1933-cü ildən nəşr edilir

“...“İpəkçi”nin yaradıcı kollektivinə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm", Heydər Əliyev.

“ŞƏKİ-İPƏK” ASC İŞÇİLƏRİNİN SAYI ÖTƏN İLLƏ MÜQAYİSƏDƏ 139 NƏFƏR ARTMIŞDIR! "Şəki-İpək" ASC üzrə 2010-cu ilin 1 ci rübündə istehsal - statistik göstərici

AZƏRBAYCAN İPƏKÇİLƏRİNİN AÇIQ TRİBUNASI

№ 6 (2270)

2 iyun 2010-cu il

Qiyməti 20 qəpik

RUSİYA FEDERASİYASININ DAĞISTAN RESPUBLİKASI PREZİDENTİ M.MAQOMEDOV “ŞƏKİ-İPƏK” ASC-NİN BAŞ MÜƏSSİSƏSİNƏ TƏŞRİF BUYURMUŞDUR Mayın 24-də Respublikamıza rəsmi səfər edən Rusiya Federasiyasının Dağıstan Respublikası prezidenti Maqomedsalam Maqomedov, Bakıdan sonra, səfər çərçivəsində, ertəsi gün səhər Zaqatalada olmuş, oradan isə təxminən, saat 12 radələrində Şəki şəhərinə gəlmişdir. İlk olaraq, "Şəki-İpək" ASC-nin baş müəssisəsinə təşrif buyuran hörmətli qonağı, burada Şəki şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı və “Şəki-İpək” ASC idarə heyətinin sədri Marat Əkbərov qarşılamış, ona müəssisə haqqında ümumi məlumat vermişlər. Prezident Maqomedsalam Maqomedov baş müəssisənin Baramaaçan, Pambıqəyirici istehsalatlarında və Xalça sexində istehsal prosesi ilə şəxsən tanış

Cəmi istehsal olunub 1570 min (Bütün 2009-cu il üzrə 3708 min) manatlıq məhsul; Satış: 600 min manat (Bütün 2009-cu il üzrə 2 649 min manat); İşçi sayı: 865 nəfər (Bütün 2009-cu il üzrə 726 nəfər); Hesblanan əmək haqqı: 308160 (Bütün 2009-cu il üzrə 971 465 manat); Orta əmək haqqı: 119 manat (112 manat).

Bu il “Şəki-İpək” ASC işçilərindən 2 nəfər güzəştli “putyovka” ilə istirahətə göndərilmişdir

olmuş, Sərgi salonunda "Rəy kitabı"na öz təəssüratlarını yazmışdır. Bundan sonra Şəki şəhərinin tarixi yerlərini də ziyarət edən hörmətli qonaq, daha sonra Qəbələyə getmişdir. R.S. Yeri gəlmişkən qeyd edək ki, milliyyətcə dargin olan Maqomedsalam Maqomedov, Dağıstan Respublikasının keçmiş rəhbəri – Dağıstan Dövlət Şurasının sədri, Maqomedali Maqomedovun oğludur və atasının 2006-cı ildə könüllü istefa verməsindən sonra Dağıstan Xalq Məclisinin sədri seçilmişdir. O, bu il fevral ayının 8-də isə Dağıstan Respublikası prezidenti postunu tutmuş və həmin vəzifəsində ilk rəsmi xarici səfərini etmək üçün Azərbaycanı seçmişdir.

MAYIN 25-DƏ ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI MURAD CABBARLI “ŞƏKİ-İPƏK” ASC-NİN BAŞ MÜƏSSİSƏSİNƏ GƏLMİŞDİR Mayın 25-də, Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti M.Maqomedovun "Şəki-İpək" ASC-nin baş müəssisəsinə təşrif buyurmasından 1 saat oncə, Şəki şəhəri İcra hakimiyyətinin başçısı Murad Cabbarlı və İcra hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov hörmətli qonağı qarşılamaq üçün bura gəlmişdilər. Baş müəssisənin həyətində İcra hakimiyyətinin başçısı Murad Cabbarlı ilə "Şəki-İpək" ASC idarə heyətinin sədri Marat Əkbərov təxminən, 1 saata qədər işgüzar

söhbət etmişlər. R.S. Yeri gəlmişkən qeyd edək ki, Murad Cabbarlı bu il, may ayının 21-də Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Şəki şəhəri İcra hakimiyyəti başçısı vəzifəsinə təyin edilmişdir. O, 1960-cı ildə Bakı şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsində ali təhsil almış və daha sonra Fəlsəfə elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1983-1992-ci illərdə, indki Bakı Dövlət Universitetində baş laborant və müəllim vəzifəsində işləmişdir. Murad Cabbarlı 1992-1994-cü illərdə Moskva şəhərində “Soyuzvneştorq” istehsal-ticarət birliyinin baş direktorunun müavini, 1994-1996-ci illərdə “Neftemaşimpeks” SC-də kommersiya işləri üzrə direktor, 1996-1998-ci illərdə “Texnotsentr-5” MMC-nin direktor müavini, 1998-2000-ci illərdə Bakı şəhərində “Şəms-R” elm-istehsalat şirkətində baş direktorun müavini olmuş, 2000-2008-ci illərdə isə yenidən Bakı Dövlət Universitetinə qayıtmış və baş müəllim vəzifəsində işləmişdir. O, 2002-2006-cı illərdə, həmçinin, əvəzçilik qaydasında “Savalan” ATSC idarə heyətinin sədri, 2006-2008-ci illərdə “ADAMülkiyyət” MMC-nin direktoru idi. 2008-ci ildə “Şəki Aqro İndastris” MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008-2010-cu illərdə “Şəki-Kərpic” MMC-nin direktoru vəzifəsində çalışmışdır. Ailəlidir, bir övladı var.

" G ü l ü s ta n " s a r a y ı n d a q a l i b l ə r i n m ü k a f a t l a n d ı r ı l m a m ə r a s i m i n d ə Ş ə k i Ş ə h ə r 1 0 s a y l ı o r ta m ə k t ə b i n ş a g i r d i Lalə Müşfiq qızı Mikayılzadə də iştirak etmişdir Məlum olduğu kimi, son illər, ulu öndər Heydər Əliyevin anadan olmasının hər ildönüm günü ərəfəsində respublika məktəbliləri arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda inşa müsabiqəsi keçirilir. Müsabiqənin rayon turlarından sonra qalib gələn məktəblilər respublika turuna vəsiqə qazanırlar. Artıq 4-cü ildir ki Şəki məktəblərindən şəhər 10 saylı məktəbin şagirdi bu müsabiqənin 1-ci turunda qalib gələrək, respublika turunda çıxış etmək imkanı qazanır. Müsabiqə iştirakçıları olan orta məktəblərin 7-11-ci və ilk peşə ixtisas təhsil müəssisələrinin şagirdləri bu dəfə "Ulu öndər Heydər Əliyevi düşünərək" mövzusunda inşa yazmışdılar. Bu ilki müsabiqədə iştirak edən 650 min şagirddən, yalnız 96-sı müsabiqənin son mərhələsinə adlaya bilmişdir ki, onlardan da biri Şəki şəhər 10 saylı məktəbin X k sinif şagirdi Lalə Müşfiq qızı Mikayılzadə idi. Mayın 6-da "Gülüstan" sarayında qaliblərin mükafatlandırılma mərasimi keçirilmişdir. Qaliblərdən 5-i birinci, 5-i ikinci, 11 nəfəri isə üçüncü yeri tutmuşdur. Bu mərasimdə iştirak edən Lalə Mikayılzadənin “Heydər Əliyevi düşünərək” mövzusunda yazdığı inşa isə 4-cü yerə layiq görülmüş və “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı kitabçaya daxil edilmişdir.

Xam ipək 13 ton (Bütün 2009-cu il üzrə 24,5 ton); Burulmuş ipək sapı 5,5 ton (Bütün 2009-cu il üzrə 18,5 ton); İpək parça 153 min m2 (Bütün 2009-cu il üzrə 544 min ton m2); Pambıq parça 1,4 min m2 (Bütün 2009-cu il üzrə 44,9 ton m2); Bişmiş kələğayı 33 092 ədəd (Bütün 2009-cu il üzrə 217,600 ədəd); Güllü kələğayı 125 ədəd (Bütün 2009-cu il üzrə 706 ədəd); Saçaqlı şərf 169 ədəd (Bütün 2009-cu il üzrə 405 ədəd); Pambıq ipliyi 370 ton (Bütün 2009-cu il üzrə 995 ton m2); Güllənmiş parça 47,7 min m2 (Bütün 2009-cu il üzrə 286 min m2); İpək xalça 32,3 m2 (Bütün 2009-cu il üzrə 123,5 m2)

gəlmişkən, əlavə edək ki Lalə indiyə qədər bir neçə dəfə digər inşa müsabiqələrində də müvəffəqiyyətlə çıxış etmişdir. Məsələn, aprel ayında "Azərpoçt" MMC və Təhsil Nazirliyinin Ümumdünya Poçt İttifaqının xətti ilə 2009-2010cu illər üçün ölkəmizin məktəbliləri arasında təşkil etdiyi 39-cu beynəlxalq epistolyar inşa müsabiqəsində “Azərbaycan gəncliyində hərbi vətənpərvərlik” mövzusu üzrə Lalənin yazdığı inşa ikinci yerə layiq görülmüşdür. Buna görə, müsabiqənin şərtlərinə uyğun olaraq, Laləyə 60 manat məbləğində pul mükafatı verilmiş və o, fəxri fərmanla təltif olunmuşdur. Onu da əlavə edək ki, Lalə "Şəki fəhləsi" qəzetinin sabiq redaktoru, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti mərhum Ənvər Mikayılzadənin nəvəsidir. Mərhum Ənvər müəllimin oğlanları, o cümlədən Lalənin atası yazı-pozu işinə heç vax maraq göstərməsələr də, hesab etmək olar ki, Ənvər müəllimin jurnalistlik istedadı irsi olaraq, nəvəsi Lalədə özünü büruzə verməyə başlamışdır. Kanal - S və "İpəkçi"

“Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsinin sədri Sevil xanım İsmayılova bildirir ki, bu il Komitənin büdcəsi hesabına müəssisənin 10larla işçisinə maddi yardım göstərilmişdir, 2 nəfər isə güzəştli “putyovka” ilə Respublikanın mərkəzi sanatoriyalarına istirahətə göndərilmişlər; həmin “putyovka”ların faktiki qiyməti 500 manatdan çoxdur, lakin onlar həmin məbləğin, cəmi, 15 % -ni veriblər, yerdə qalan 85 % isə bizim baş idarə - Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil Həmkarlar İttifaqı tərəfindən ödənilmişdir.

Sabir Əfəndiyevin yeni bir kitabı işıq üzü görmüşdür Bu günlərdə filoloq və etnoqraf-alim, yazıçı-publisist Sabir Əfəndiyevin "Şəki Böyük Vətən Müharibəsi illərində; 19411945" başlıqlı yeni bir kitabı işıq üzü görmüşdür. 123 səhifədən ibarət və 300 tirajla nəşr olunmuş kitabda 2-ci Dünya Müharibəsi illərində ön və arxa cəbhədə fədakarcasına vuruşmuş şəkililər haqqında povestlər dərc edilib.

“Şəki-İpək” ASC yarmarkaya daha çox boş iş yerləri təqdim etmişlər Tədbirin keçirilməsində əsas məqsəd rayonda olan əmək qabiliyyətli qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək və onların işlə təmin edilməsinə kömək göstərmək olmuşdur. Şəki Şəhər Məşğulluq Mərkəzindən bildirmişlər ki, yarmarkaya rayonda fəaliyyət göstərən 18 müəssisə və təşkilatdan 265 boş iş yeri çıxarılmışdır. “Şəki-İpək” ASC və mərkəzi rayon xəstəxanası yarmarkaya daha çox boş iş yerləri təqdim etmişlər. İş yerləri üçün təklif edilən əmək haqqının məbləği 75 manatdan 390 manatadək olmuşdur. 600-ə yaxın işaxtaran vətəndaşın iştirak etdiyi yarmarkanın yekununda 50 nəfər daimi iş yerinə göndəriş əldə etmişdir. www.sheki-ih.gov.az


1 iyun_qezet.qxd 27.09.2010 21:49 Страница 2

2

2 iyun 2010-cu il

Bu il noyabrın ayının 7-i Respublikamızda parlament seçkiləri keçiriləcəkdir!

113 saylı Şəki seçki dairəsindən Hikmət Hacızadənin, 115 saylı Şəki seçki dairəsindən isə Aqil Qeybullanın namizədliyi irəli sürüləcəkdir 17 may tarixdə Yeni Müsavat Partiyası adından noyabrın 7-də keçiriləcək Milli Məclis seçkilərinə bu partiya funksionerlərindən kimlərin hansı seçki dairələrindən namizədliyinin irəli sürüləcəyi rəsmən bəyan edilmişdir. Məlum olmuşdur ki, müsavatçılar 113 saylı Şəki seçki dairəsindən Hikmət Hacızadənin, 115 saylı Şəki seçki dairəsindən isə Aqil Qeybullanın namizədliyi irəli sürmək niyyətindədirlər. Biz isə öz növbəmizdə, onların hər ikisinin qısa tərcümeyi-halını oxucularımızın diqqətinə təqdim edirik.

Hikmət Hacızadə

Hikmət Hacızadə 1954-cü ildə Şəkidə anadan olmuşdur. 1977-ci ildə ADU-nun fizika fakültəsini bitirmiş, 1983-cü ildə Moskvada fizikariyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə etmişdir. Azərbaycan EA-nın Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir. 1988ci ildə "perestroyka" ilə başlayan Azərbaycanın istiqlal hərəkatında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin "Svoboda" qəzetinin redaktoru olmuşdur. Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyada səlahiyyətli nümayəndəsi işləmişdir. 1993-cü ildən Müsavat Partiyasının və onun Divanın üzvüdür. Demokratiya və İnsan haqları barəsində biliklərin ayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre)

qurucusu və vitse-prezidentidir. Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, "keçid dövrü"nün problemləri, insan haqları tarixi və nəzəriyyəsi üzrə çoxsaylı məqalə və kitabçaların müəllifidir. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150 000 işarə" kitabı 1995-ci ildə nəşr edilib. "İnsan Haqları - bəşəriyyətin əsas ideyası" (1997), "Demokratiya: Gediləsi uzun bir yol" (Demokratiya Antologiyası) və başqa kitabların müəllifidir. Evlidir, bir oğlu var.

Adil Qeybulla Adil Abülfət oğlu Qeybullayev (Adil Qeybulla) 1962-ci il fevralın 4-də Şəki rayonunun Kiş kəndində anadan olub. 1978-ci ildə Kiş kənd orta məktəbin 10-cu sinfini qızıl medalla bitirib. Elə həmin il N.Nərimanov adina Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universitetinin) müalicə-profilaktika fakültəsinə daxil olub və 1984-cü ildə həmin institutu müalicə işi ixtisası üzrə əla qiymətlərlə bitirib. Təhsil müddətində Lenin

təqaüdçüsü olub. 1984-1985-ci ildə Musa Nağıyev adına Bakı Şəhər Kliniki Təcili Tibb Yardımı Xəstəxanasında cərrahlıq ixtisası üzrə bir illik internatura keçib. 1985-ci ilin avqustundan 1986-cı ilin sentyabrına kimi M.A.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahlıq İnstitutunun (Respublika Cərrahlıq Elmi Mərkəzinin - RCEM) mikrocərrahlıq şöbəsində həkim-cərrah vəzifəsində çalışıb. 1986-cı ilin oktyabrında cərrahlıq ixtisası üzrə aspiranturaya daxil olub. 1988-ci ilin oktyabrında professor V.C.Seyidovun rəhbərliyi ilə vaxtından 1 il əvvəl namizədlik dissertasiyasını müdafiə edib. 1988-ci ilin dekabrından 1990-cı ilin fevralına qədər Tibb Universitetinin II ümumi cərrahlıq kafedrasında işləyib. Elmi-tədqiqat işinin nəticəsi kimi qida borusunun rekonstruktiv-bərpaedici operasiyaları zamanı operasiyaönü, intraoperasion və operasiyadan sonrakı yaxın dövrlərin aparılmasının yeni üsulunu işləyib hazırlayıb və müəlliflik şəhadətnaməsi alıb. Bu məqsədlə həmin işi davam etdirmək və başa çatdırmaq üçün 1990-cı il fevralında Topçubaşov adına institutun torakal cərrahlıq şöbəsinə elmı işçi vəzifəsinə keçirilib. 1991-ci ilin başlanğıcında həmin iş üzrə başa çatdırılması və fermentlərin dissertasiya müdafiəsi üçün SSRİ Tibb Elmələri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin (hazırda N.N.Bloxun adına Rusiya Tibb Elmələri Akademiyası Onkoloji Elmi Mərkəzinin) torakal cərrahlıq şöbəsinə elmi ezamiyyətə göndərilib. 1992-ci ilin martın 12-də Bloxin adına mərkəzdə doktorluq dissertasiyası müdafiə edib. 1992-ci ilin mayından sentyabrına qədər Azərbaycan Tibb Universitetinində struktur islahatları gedərkən II ümumi cərrahlıq kafedrası ləğv edilib və A.Qeybulla müvəqqəti olaraq Bakı Travmatologiya və Ortopediya İnstitutunun plastik cərrahlıq və

irinli-sümük infeksiyası şöbəsində baş elmi işçi vəzifəsində işləyib. 1992-ci ilin sentyabrından Tibb Universitetin cərrahi xəstəliklər kafedrasına professor vəzifəsinə qəbul edilib. 1993-cü ilin yanvarında bu vəzifəyə müsabiqə yolu ilə seçilib və 2001-ci ilin sonuna qədər həmin vəzifədə işləyib. 2001-ci ildə avtomobil qəzası törətməkdə ittiham edilərək məhkəmə hökmü ilə azadlığı məhdudlaşdırılıb. 2003-cü ilin yanvarında prezident fərmanı ilə əfv olunub. 2005-ci ilin yanvar-fevral aylarında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Diplomdansonrakı Tibb Təhsili Akademiyasında (MAPO) “Pekonstruktiv, plastik və estetik cərrahlıq” üzrə sikli bitirib. 2005-ci ilin martından sentyabrına kimi «ÖMÜR» özəl-tibb mərkəzində estetikplastik cərrahlıq şöbəsinə rəhbərlik edib. Daha sonra “Loğmed” özəl klinikanın baş həkimi vəzifəsində çalışıb. 1 elmlər namizədi hazırlayıb. Respublikada ilk dəfə onun rəhbərliyi ilə Azərbaycan Neft Akademiyası və Bakı Dövlət Universiteti ilə müştərək tibdə, xüsusilə də cərrahlıqda kibernetik sistemlərin (diaqnostik ekspert sistemləri, və ölüm hallarının fəsadların riyazi proqnozlaşdırılmasının öyrənilməsi üçün modelləşdirilməsi) mütəxəssislər qrupu yaradılıb. Həmin qrupda doktorluq və namizədlik işləri yerinə yetirilir. 120-dən çox çap olunmuş elmi işi var, o cümlədən 5 monoqrafiya, 1 dərs vəsaiti, 1 dərslik, 1 elmi-kütləvi kitab və 10 metodik tövsiyələr və 2 ixtirası var. Dəfələrlə beynəlxalq elmi-tibbi simpoziumlarda, qurultaylarda və konqresslərdə, konfranslarda məruzə ilə çıxış edib. Evlidir, iki övladı var. R.S. Hikmət Hacızadə barədə yazılanlar Wikipedia-dan, Adil Qeybulla haqqında olanlar isə www.mediaforum.az sayt;ndan götürülmüşdür.

MSK ilə Statistika Komitəsinin rəqəmləri arasında ciddi fərq var “Dövlət Statistika Komitəsinin verdiyi rəqəmə əsasən ölkədə 71 faiz seçici var, MSK-nın açıqladığı rəqəmə görə isə bu göstərici 54 faizdir. Belə çıxır ki, əhalinin 46 faizi azyaşlı uşaqlardır. Bu inandırıcı deyil...”. Mərkəzi Seçki Komissiyasında (MSK) müxalifəti təmsil edən Ümid Partiyasının təmsilçisi Akif Qurbanov belə deyir. O bildirib ki, Statistika Komitəsi ilə MSK-nın məlumatlarını müqayisə edən zaman ciddi fərqlə üzləşib. Bu fərq həm ümumi respublika üzrə seçicilərin sayında, həm də ayrı-ayrı bölgələr üzrə rəqəmlərdə özünü göstərib: ƏN ACINACAQLI VƏZİYYƏT ABŞERON RAYONU ƏRAZİSİNDƏDİR ”Elə rayon var ki, əhalisinin sayı və real seçicilərinin sayı aşağı olmasına baxmayaraq, onun bir seçki dairəsi var, elə rayon var ki, iki dəfə ondan artıq olmasına baxmayaraq heç bir dairəsi yoxdur, hansısa bir rayonla birləşmiş dairəsi var. Məsələn, Tərtər rayon əhalisinin sayı Statistika

Komitəsinin rəqəmlərinə görə 98100 nəfərdir. Orada azyaşlı, yəni səsvermə hüquq olmayan vətəndaşların sayı da göstərilib – 27100 nəfər. Bu hesablama nəticəsində məlum olur ki, 71000 seçici olmalıdır. MSK-nın rəqəmində isə 25024 seçici sayı ilə göstərilir. Yəni məlum olur ki, 35 faiz seçici ortada yoxdur”. Akif Qurbanov bildirir ki, bu fərq Gəncədə 40 faizdir, paytaxt Bakıda isə 375 min seçici fərqi yaranıb ki, bu da 24 faiz deməkdir. Sumqayıtda fərq 25 faiz təşkil edir: ”Ən acınacaqlı vəziyyət Abşeron rayonu MSK ilə Statistika ərazisindədir. Komitəsinin göstərdiyi rəqəm arasında – 55 faiz fərq var. Abşeronun təxminən 190 min əhalisi olmasına baxmayaraq, bu rayonun cəmi 1 bütöv, bir yarımçıq dairəsi var. Ancaq Qax rayonunun 53 min əhalisi var, onun 1 bütöv dairəsi var. Bu ona şübhə yaradır ki, harada seçki aktivliyi var, orada seçicilərin sayı çox aşağıdır, amma harada seçki aktivliyi yüksək deyil, məsələn, Qaxda, Biləsuvarda, Yardımlıda rəqəmlər normada və ya normadan artıq göstərilir”.

ANORMALLIQ VARSA, BU ARAŞDIRILMALIDIR Ümid Partiyasının təmsilçisi bildirir ki, bu fərqlə bağlı o mayın 26-da MSK-nın rəsmi iclasında məsələ qaldırıb və ümid edir ki, seçici sayındakı bu fərqin səbəbi araşdırılacaq: «MSK-ya seçicilərin sayını yerli icra və bələdiyyə strukturları təqdim edir. Bu məlumatlar yerli aşağı seçki komissiyası və yuxarı seçki komissiyasına göndərilir. MSK da onu təsdiqləyir. Ya icra strukturları seçki komissiyalarına məlumatı düzgün vermir, ya da Statistika Komitəsinin araşdırdığı rəqəmlərdə ciddi yanlışlıqlar var. Dövlət Statistika Komitəsinin məlumatlarına dövlət başçısı, hökumət üzvləri istinad edir. Ona görə bizim ona şübhə etməyə haqqımız yoxdur. Amma anormallıq varsa, bu araşdırılmalıdır». Mayın 26-da MSK 2010-cu il parlament seçkilərinə seçicilərin sayını açıqlayıb. Siyahıya əsasən ölkədə daimi yaşayan seçicilərin sayı 4 829 min təşkil edir. MSK katibi Natiq Məmmədov bildirib ki,

«seçicilər siyahısının tərtib edilməsi yüksək səviyyədə aparılıb». KİMİNSƏ İDDİASI VARSA, ARAŞDIRA BİLƏR Mərkəzi Seçki Komissiyası mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə seçici saylarında xırda nöqsanların olduğunu istisna etməsə də, ciddi rəqəm fərqlərinin olduğunu qəbul etmir: ”Kiminsə iddiası varsa, araşdıra bilər. Bunun üçün MSK sədri də şərait yaradır. MSK sədri bugünkü iclasda bildirib ki, işçi qrup yaradılsın, göstəriş verdi həm təşkilat şöbəsinə həm Seçkilər İnformasiya Mərkəzinin direktoruna, eyni zamanda Akif Qurbanovun özünə tövsiyə elədi ki, Statistika Komitəsi ilə birgə bu məsələni araşdırsın. Akif Qurbanov bu məsələni qaldırıb, əgər iddialarını müdafiə edirsə, o məsələnin araşdırması ilə məşğul ola bilər». Seçicilərin siyahısı bu ilin yanvar ayından dəqiqləşdirilir. Sevinc Hüseynzadə

FƏTƏLİ XAN XOYSKİNİN BACISININ BAŞ DAŞINI YERİNDƏN QOPARIB “MÜHAFİZƏ” ADI İLƏ MUZEYƏ TƏHVİL VERİRLƏR, AMMA... Tarixdə görünməmiş hadisə, Şəki şəhərində “Xan qəbristanlığı”nın qapısı qıfıllanmışdır! Bunun kim tərəfindən edildiyini hələlik dəqiqləşdirə bilmədik, amma mümkündür ki, bu iş Şəki “Xan qəbristanlığı” yaxınlarında yaşayan sakinlərdən, yaxud bu qəbristanlıqda ata-babası, qohumu dəfn o l u n m u ş şəxslərdən biri tərəfindən edilmişdir. Belə ki ötən ay biz aşkar etdik ki buradan Fətəli xan Xoyskinin bacısı Səltənət bəyimin başdaşı və mərhumənin anası Səadət bəyimin başdaşı h i s s ə l ə r i “oğurlanmış”dır. Sonra öyrəndik ki, onlar Şəki Mədəniyyət Şöbəsi tərəfindən götürülmüş və ”mühafizə edilmək adı altında“ muzeyə təhvil verilmişdir?! Yəqin ki, orada yerdə qalan başdaşıların Şəki Mədəniyyət Şöbəsi tərəfindən “oğurlanmaması” üçün, kimsə yaxud kimlərsə, qəbristanlığın qapısını qıfıllamağa məcbur olublar. Biz “İpəkçin”nin bundan əvvəlki nəşrində tələb etdik ki “Fətəli xan Xoyskinin bacısının baş daşı öz yerinə - Şəki “Xan qəbristanlığı”na qaytarılmalıdır!”, həmçinin, xatırlatdıq ki, vaxtilə, bu ad altında Kilək qəbristanlığından neçə-neçə baş daşı muzeylərə təhvil verilmiş və nəticədə bütün qəbristanıiq itmişdir. Həmin başdaşıların bir çoxu isə indi Şəkidə yox, “Şirvanşahlar kompleksində” saxlanılır. Gilək minarəsi yaxınlığındakı bulağın yanında, ötən əsrin 40-cı illərinə qədər mövcud olmuş Hacı Çələbi xanın adı olan yeganə daş kitabə isə itmişdir! Əgər, F.X. Xoyskinin bacısının qəbri üzərindəki sağlam baş daşını qopardıb muzeyə verirlərsə, deməli, bu qəbir də “itmiş” hesab edilməlidir! Aşağıda, 2000-ci ildə yazdığımız bir məqaləni təkrarən sizlərin – oxucularımızın diqqətinə təqdim edirik; o

nöqteyi-nəzərdən ki, nəyə görə, Şəki Mədəniyyət şöbəsi Fətəli xan Xoyskinin bacısının qəbrinin üstündəki sağlam başdaşını qopardıb muzeyə aparır, amma İmran müəllimin qapısına atılmış qaha qədim sinədaşını qorumaq barədə fikirləşmir:

HƏSƏN SULTANIN İTMİŞ QƏBRİNİN SORAĞI İLƏ Həsən sultan 1524-cü ilin may ayına qədər Şəki hökmdarı olmuşdur. Hakimiyyətə gəldiyi vaxt məlum deyil, amma bu bu qeyri-müəyyənlik 1497 – 1519-cu illər çərçivəsində məhdudlaşır. Belə ki, bunlardan birincisi, əvvəlki Şəki hökmdarı Şahhüseyn öldürülən, ikinci isə tarixi xronologiyada Həsən sultanın adına ən tez təsadüf edilən ildir. Əsli-nəcabətinə gəlincə, 19-cu əsr Şəki tarixçiləri onu nuxalı Qara keşişin nəslinə, bir 16-17-cı əsr Səfəvi tarixçisi isə Şirvanşahlar xanədana mənsub hesab edib. 1524-cü ilin baharında Səfəvilər dövlətinin banisi olan Şah İsmayıl (1501-1524) “cərgə üsulu” ilə ov etmək üçün böyük qoşunla Qarabağa gəlir. Qarabağ çöllərində vəhşi halda yaşayan sahibsiz atları Kür çayının sahilinə – Şəki hökmdarlığının sərhəddinə qədər qovurlar. Bu yerdə Şəki hökmdarı Həsən sultan “layiqli hədiyyələrlə” Şah İsmayılın yanına təşrif buyurur. Şah İsmayıl eşitmişdir ki, Şah dağda (Şəki əhalisi hələ lap bu yaxınlaradək, Böyük Qafqaz sıra dağlarını “Şah dağ” adlandırırdı) – Şəki hökmdarlığına məxsus olan hansısa yerdə ( – heç şübhə etmirik ki, bu yer Kiş çayı dərəsidir!) vəhşi at sürüləri, digər çoxlu ov heyvanları dolaşmaqdadır. O, həmin yerdə şikara çıxmaq istəyir. Hələ ova qədər, bu xəbər hamıya bəlli olan kimi, Şah İsmayılı fikrindən daşındırmaq üçün yerli adamlardan bir neçə nəfər onun yanına gəlmiş və xəbərdarlıq etmişlər ki, orada həmin vaxta qədər heç kim, hətta padşahlar belə, ova çıxmağa cəsarət etməmişdir. Lakin Şah İsmayıl inadından dönmür və ovun başlanmasına qərar verir… O, Şəkidən qayıdan kimi Gürcü çarı Levon, Şəki hökmdarlığı ərazisinə qoşun çəkdi. Həsən sultan onu Padar kəndinin yaxınlığında ( – indiki Zakatala – Balakən rayonları arasında) qarşıladı. Gürcülər geri çəkildilər. Lakin buna qədər, tərəflər arasında baş vermiş toqquşmada, artıq, Həsən sultan şəhid olmuş idi. Şəki tarixçisi H. S. Əbdülhəmidə görə onun nəşini gətirib ““Daşyüz” adı ilə məşhur olan yerdə” torpağa tapşırmışlar. Həsən sultanın ölümündən heç bir-iki gün keçməmiş, 36

yaşında ikən Şah İsmayıl özü də dünyasını dəyişdi… Görünür, “müqəddəs yer”ə sığınan heyvanları kütləvi şəkildə ovlayan, ovlatdıran Şah İsmayıl və həmin işə icazə verən Həsən sultan Allahın qəzəbinə gəliblərmiş! Lakin indi bizim məqsədimiz bu barədə yox, məqalənin sərlövhəsindən məlum edildiyi kimi Həsən sultanın qəbri barədə söhbət açmaqdır. Bir az yuxarıda qeyd olundu ki, Həsən sultan Daşyüzdə dəfn edilib. İndi isə həmin yer haqda bir neçə kəlmə: Hazırki Şəki rayonunun tən ortasını əhatə edən Daş-yüz heç də kiçik ərazi deyil. Bəs, Həsən sultanın nəşi, konkret olaraq, oranın harasında torpağa tapşırılıb? Bu sualın cavabı isə 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərinə aid və Azərbaycan MEA Əlyazmaları İnstitunda B-6134 şifrə altında saxlanılan əlyazmada rast gəldiyimiz anonim katib tərəfindən edilmiş qeydin əsasında bizə qismən məlum olur. Orada göstərilib ki, həmin vaxt Həsən sultanın qəbri Cəfərabad kəndinin yaxınlığında, “Arvatan” deyilən yerdə, yolun kənarında imiş. Anonim katibin yazdığından bu da aydınlaşır ki, qəbrin üzərindəki günbəz yalnız o ərəfələrdə dağılıbmış. Bəs Aravatan haradır və hardadır? Biz bu toponimə bir də İ. L. Seqalın 1902-ci ildə Tiflisdə çap olunmuş kitabında təsadüf etdik. Müəllif göstərib ki, Arvatan, Nuxa qəzasındakı Göybulaq və Cəfərabad kəndləri arasında olan ərazidir. Deməli, o, Cəfərabad kəndinin şimalında imiş. Həsən sultanın qəbrinin sorağı ilə Şəki rayonunun Cəfərabad kəndinə üz tuturuq. Buranın sakinlərindən bir kimsə Aravatanı tanımır, lakin onlar yekdilliklə şəhadət verirlər ki, kəndin şimalındakı böyük bir sahə “Həsən soltan” adını daşımaqdadır. Belə başa düşmək olar ki, 20ci əsrin əvvəllərinə qədər “Aravatan” kimi tanınan əraziyə indi “Həsən soltan” deyirlər. Və nəhayət, orada Cəfərabad Kənd Bələdiyyəsinin sədri İmran Alməmmədovla təsadüfən rastlaşmağımız, söz gedən məsələnin öyrənilməsi işində irəliyə doğru daha bir mühüm addım atmağımıza səbəb olur. Müsahibimiz bildirir ki, 5-6 il əvvəl “Həsən soltan” deyilən yerdə, şose yolunun kənarında kabel xətləri basdırmaq üçün xəndək qazılarkən, traktor sənduqə tipli bir sinə daşına ilişmişdi. Onun oğlu Xəqani isə tapıntını qorumaq məqsədi ilə evə gətirib. Baxmayaraq ki, bu hadisədən 5-6 il keçib, təəssüflər olsun ki, bizə qədər heç kim həmin daşla ciddi şəkildə maraqlanmayıb və o, nə yerinə qaytarılmış, nə də hansısa muzeyə təhvil verilmişdir. Beləliklə də İmran müəllimin həyət qapısının qabağında, yağış, qar, qızmar günəş şüası, şaxta və s. təbii amillərin təsiri ilə öz varlığının son həddinə yetişmək üzrədir. Elə fikirləşməyin ki, İmran

İPƏKÇİ

Şəkililəri İsmayıllıda işlədiblər, pullarını isə vermirlər! Hörmətli redaksiya. Mən Şəki şəhəri 4-cü rayon, Giləkli küçəsi, ev 3 də yaşayan, Cumayev Çingiz Vəli oğlu 2009-cu il iyul ayında, İsmayıllı şəhərində inşa olunan Zərifə Əliyeva adına istirahət parkının qala divarını tikintisində iştirak etmişəm. Mənim başçılıq etdiyim, 15 nəfərdən ibarət briqada, Şəki şəhəri və İsmayıllı şəhər məşğulluq idarələri tərəfindən işə cəlb edilmişdi. Bizə tapşırılmış işi müvəffəqiyyətlə başa çatdırmışıq (Prezidentin keçən il İsmayıllı şəhərinə istirahət parkının açılışına gəldiyi zaman). Bizim zəhmətimizin müqabilində, əmək haqqımız 5723 manat ödənilmədi (Cənab prezidentin İsmayıllı səfərindən sonra ödəniləcəyinə söz rayonuna verilməsinə baxmayaraq, 8 aydır əmək haqlarımız ödənilməyib) əvəzində, iş rəhbəri Əfqan müəllim və Sosial Təminat Nazirliyinin nümayəndəsi Bəylər müəllim “gedin kimə istəyirsiniz şikayət edin, kimsədən qorxumuz yoxdur” dedi. Əmək haqqımızı hər dəfə tələb etdikdə, Sosial Təminat Naziri vəsait ayırmayıb deyirlər. Tikintidə mənimlə bərabər işləmiş və əmək haqlarını almayan işçilərdən bəziləri, biz səni tanıyırıq deyərək məndən polisə şikayət ediblər. Hörmətli redaksiya, xahiş edirəm mənə və Zərifə xanım Əliyeva adına istirahət parkında mənimlə çalışmış 15 işçinin zəhmət haqlarını almaqda bizə yaxından köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkür edirəm. Çingiz Vəli oğlu Cumayev

Dağıstan prezidentinin Şəkiyə gəlişi ərəfəsində Şəki rayonunda yaşayan vəhhabilər nəzarət altına alınmışdır Dağıstan prezidentinin Şəkiyə gəlişi ərəfəsində Şəki rayonunda yaşayan vəhhabilər nəzarət altına alınmışdır. Deyilənlərə görə, onlar Şəki polis Şöbəsinə çağırılaraq bir-bir sorğu suala tutulmuşlar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə isə 22 may tarixdə Şəki şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər sakinləri Qalib Vahabovun, Vasif Əliyevin, Elşən Çələbiyevin və Aydın Mülayimovun vəhhabiliyi təbliğ etmələri müəyyən edilmişdir. Onların yaşadıqları evlərə baxış zamanı 1000ə yaxın dini kitab, audio-video disklər və kasetlər, habelə, 1 ədəd "Vinçester" tüfəngi, 217 ədəd güllə, 3 ədəd qılınc, 2 ədəd ov bıçağı, 1 ədəd optik cihaz və 1 ədəd durbin aşkar edilərək götürülmüşdür.

Şəki şəhərində Fətəli xan Xoyskinin heykəli qoyula bilər Bu il dekabr ayının 7-i, Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri olan Fətəli xan Xoyskinin anadan olmasının 135-ci ildönüm günüdür. O, 1875-ci ildə Şəki şəhərində dünyaya göz açmışdır. Lakin Şəki şəhərində bu görkəmli dövlət xadiminin, nəinki, heykəli, hətta balaca bir büstü də belə yoxdur... Deputat Cəmil Həsənli Milli Məclisin mayın 25-də keçirilmiş iclasında çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının xatirəsinin əbədiləşdirilməsi məsələsini qaldırmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı 1998-ci il tarixli prezident sərəncamında göstərilənlərin bir çoxu kağız üzərində qalmasından bəhs edərək göstərmişdir ki, həmin “Sərəncamda nəzərdə tutulan məsələlərdən biri Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan şəxslərə Bakıda və regionlarda abidələrin qoyulması idi. Bu yerinə yetirilməyib. Bir neçə gün əvvəl Bakıda Mustafa Paşa Atatürkün abidəsi açılıb və biz bunu təqdir edirik. Bakının azad olunmasında həyatlarını qurban verən insanlara, xüsusən Nuru Paşaya və Azərbaycan dövlətini yaradıb imzasını dünyaya çıxaran Xalq Cümhuriyyəti qurucularına - Məmməd Əmin Rəsulzadəyə, Nəsib bəy Yusifbəyliyə, Əlimərdan bəy Topçubaşova və Fətəli xan Xoyskiyə abidə qoyulmalıdır”.

müəllim onu qəsdən gizlədərək elmi tədqiqatdan kənarda qoyub. Yox, əksinə, adı çəkilən şəxs həmin sənduqə-sinə daşı barədə vaxtında bir çox əlaqədar yerlərə məlumat verib. Amma… Göründüyü kimi, qarşımızdakı bu yarısı olmayan sənduqə-sinə daşı xeyli zədələnmiş vəziyyətdədir. Elə ona görə də üzərindəki yazıları oxumağa cəhd göstərmədik. Lakin mümkündür ki, epiqrafiq abidələrin oxunuşu üzrə mütəxəsislər, xüsusilə də hörmətli Meşədixanım Nemət bu işdə, nəsə, bir müsbət nəticə əldə edə bilsin. Biz tapıntını bir neçə istiqamətdən lentə aldıqdan sonra əldə etdiyimiz foto şəkilləri anoloji abidələrin təsvirləri ilə

(– M. S. Nemət, Şəki – Zakatala bölgəsinin ərəb – fars – türkdilli kitabələri – Azərbaycan epiqrafiq abidələri korpusu, II cild, Bakı – 2001) tutuşduraraq onun görünüşünü digərləri ilə müqayisə etdik və nəticə çıxartdıq ki, bu sənduqə-sinə daşı formasına və naxışlarına görə Həzrə kəndinin (Qəbələ rayonu) köhnə qəbristanlıqdakı 16-cı əsrə aid sənduqə-sinə daşlarını xatırlatmaqdadır. Qeyd etmək yerinə düşər ki, bizdən əvvəl oxşar bir halda M. Nemət özü də eyni nəticəyə gəlmişdir. Daha təfsilatı ilə desək, 20-ci əsrin 70 – 80-cı illərində Şəki rayonunun Cəfərabad kəndi ilə Göybulaq kəndləri arasındakı sahələrində alma bağları salınarkən, şosse yolunun kənarında da torpaq altından xeyli sənduqə tipli sinə daşları tapılmışdır. Lakin təəssüf ki, əksəriyyəti o vaxt amansızcasına dağıdılmış, yalnız, neçə yerə parçalanmış birisinin iki yazılı hissəsi Şəki şəhər 17 saylı orta məktəbin müəllimi Paşa Paşayev tərəfindən elmi

tədqiqata təqdim olunmuşdur. M. Nemət o vaxt yazıları oxumuş və həm də aşkar etmişdir ki, onlar məlum Həzrə qəbrüstü abidələrinin mətnləri ilə üst-üstə düşməkdədir… O ki, qaldı birinci söhbət açdığımız sənduqə-sinə daşına, güman edirik ki, o, Həsən sultana aid ola bilər. Əgər belə deyilsə, onda, eyni xanədana mənsub hansısa mərhumunkudur və Həsən sultanın qəbrini isə onun tapıldığı yerin yaxınlığında axtarmaq lazımdır! Sonda, daha bir müəmmaya da aydınlıq gətirmək niyyətindəyik ki, nəyə görə Həsən sultanın qəbri, məhz, həmin yerdədir? Məlumdur ki, hazırkı Şəki şəhəri əslində Nuxa şəhəridir və 1969-cu ilə qədər, elə, beləcə də, Nuxa adlanmışdı. Biz bu qənaətə gəldik ki, köhnə Şəki, yəni koordinatları indiyə qədər dəqiqləşdirilməmiş tarixi Şəki şəhəri, elə, indiki “Həsən sultan” deyilən yerlə indiki Çapağan kəndi arasında mövcud olub. Belə ki, 19-cu əsrdə yaşamış Şəki şairi və Şəki tarixlərindən birinin müəllifi olan Mustafa ağa Şəkixanovun yazdığına görə Qara keşiş nəsli əvvəlcə yalnız Kiş və Nuxada hakimiyyətdə imiş və bunlardan 4-cü nəslin nümayəndəsi, yəni Qara keşişin nəticəsi – «Şəkixan» adı ilə tanınan Qutul xan oğlu, Aravatanı ələ keçirmiş və paytaxt etmişdir. Heç şübhəsiz, Mustafa ağa «Aravatan» yazarkən əslində köhnə Şəki şəhərinin vaxtilə mövcud olduğu ərazinin 19-cu əsrdəki adını göstərib. O ki qaldı yuxarıda adını çəkdiyimiz Çapağan kəndinə, Cəfərabaddan bir neçə km. şimal-şərqdə olan həmin kənd barədə bunu da əlavə edək ki, o, 19-cu əsrin əvvəllərində tərtib edilmiş siyahıyaalma aktlarında Nuxa şəhərinin tərkibində olaraq göstərilib, baxmayaraq ki, oradan xeyli uzaqda idi. Çox güman ki, söz gedən kənd əvvəllər Şəki şəhərinə bitişik olmuş, bu şəhərin 1745-ci ildə ildə Nadir şah Əfşar tərəfindən yandırılmasından, yaxud onun aqibəti ilə bağlı bizə konkret məlum olmayan hansısa digər bir faciəvi hadisənin baş verməsindən sonra sakinlərinin oranı tərk etmələri və yəqin ki, məhz, Nuxada məskunlaşmaları ilə əlaqədar, bu dəfə Nuxa şəhərinin bir hissəsi hesab edilmişdir. Nə isə… Hər halda Həsən sultanın qəbrinin yerinin dəqiqləşdirilməsi, qəbir daşısının aşkar edilməsi Azərbaycan tarixi üçün maraqlı bir töhfə ola bilərdi. Biz həmin məsələnin həlli üçün bacardığımız qədər səy göstərdik, onun nəzəri tərəfini öyrəndik, bunlardan başqa, üstəlik, köhnə Şəki şəhərinin yeri barədə də, nəsə, bir nəticə çıxartdıq. İndi isə söz epiqrafiq abidələr üzrə mütəxəssislərin, arxeoloqların, arxeoloji tədqiqatlar üçün vəsait ayırmaq iqtidarında olan fiziki yaxud hüquqi şəxslərindir! Aydın Məmmədov


1 iyun_qezet.qxd 27.09.2010 21:49 Страница 3

İPƏKÇİ

3

2 iyun 2010-cu il

Nəsrəddin şahın özünün, oğlun un və nəvəsinin əksi olan orijinal şüşə n e q a t i v l ə r Ş ə k i ş ə h ə r i n d ə ta p ı l d ı ! Ta p ı l d ı v ə ta p ı l a n k i m i d ə i td i ? ! Hörmətli oxucular! Əvvəlcə, bir el məsəlini sizin yadınıza salmaq istəyirik: "Elə bil Nəsrəddin Şahın Nəvəsidir, əli belində durub", - bunu siz çox eşitmisiniz, amma nə Nəsrəddin şahı görmüşdünüz, nə də nəvəsini, elə isə baxın aşağıdakı şəkillərə : 2000-ci ildə Şəki şəhərində, rus millətindən olan bir qadın öz evinin zirzəmisini təmizləyərkən 13 ədəd şüşə neqativ tapır və onları MTN-nin Şəki şöbəsinə təqdim edir. Həmin qadının babası fotoqraf olmuşdu, yəqin ki şüşə neqativlər də babasına məxsus imiş. Biz neqativləri o vaxt, MTN-nin Şəki şöbəsindən 1 saatlıq icazə ilə götürüb, foto-kağız üzərində təsvirlərini əldə etmək üçün Bayram Salamov adlı qocaman fotoqrafa təqdim etdik, məqsədimizə nail olandan sonra onları yenidən MTN-nin Şəki şöbəsinə qaytardıq. Foto-Kino sənədləri Arxivinə də bu barədə məlumat verdik, amma əhəmiyyət vermədilər. Bizim üçün və bu foto şəkilləri, yaxud onların şüşə neqativlərini görən hər bir kəs üçün maraqlı idi ki, burada kimlərin təsvirləri var? Və foto-şəkillər hansı illərdə, hansı ölkədə çəkilib. Düzü, fotolarla tanış olan kimi, oradakı adamlardan birinin Nəsrəddin şah olmasını güman etmişdik. Belə ki, bizə məlum idi ki, Nəsrəddin şah həddindən artıq kök imiş... lakın, bunu dəqiqləşdirmək üçün bizə 7-8 il vaxt lazım oldu! Fotolardan bəzilərini internetdə yerləşdirdik. 7-8 il ərzində, dünyanın müxtəlif ölkələrindən, yüzlərlə adam həmin fotolarla baxdı. Nəhayət, Bəhruz adlı bir qardaşımız, hansı ki qədimi fotoların kolleksiyasını toplamaqla məşğuldur, bildirdi ki, bəli, burada Nəsrəddin şahın təsvirləri var;

Yeri gəlmişkən əlavə edək ki, Nəsrəddin şah 1896-cı ildə öldürülmüşdür. Həmin nöqteyi-nəzərdən foto şəkillərin çəkilmə tarixini 1896-cı ildən əvvələ aiddir. 2000-ci ildə Şəki şəhərində tapılmış, azı 104 il əvvələ aid şüşə-neqativlərdə İran şahının təsvirinin olması müəyyənləşdikdən sonra, həmin tapıntının qiyməti də qalxır. Mümkündür ki, onlar hansısa, antikvar əşyalar hərracına çıxarılsın və 1 milyon dollardan baha qiymətə satılsın, amma əlbəttə ki, onları MTN-nin Şəki şöbəsində zibil qabına atmayıblarsa! Biz MTN-nin Şəki şöbəsi ilə telefon əlaqəsi yaratdıq, amma həmin neqativləri “gördüm” deyən olmadı!!! Bu arada Bəhruz qardaşımız fotoşəkillərdəki daha bir adamın kimliyi barədə bizə məlumat verdi: Müzəffərəddin şah:

Çağdaş Şəki şairi Abbas Əmbala Bəxtiyarov Abbas Şəhriyar oğlu 17 avqust 1950 ci ildə Şəki şəhərində anadan olub. 1967 ci ildə N.Gəncəvi adına 7 saylı orta məktəbi bitirib. Bir müddət Şəki İpək Kombinatında işlədikdən sonra, Azərbaycan Neft Akademiyasına daxil olmuş və 1976 cı ildə mühəndis elektrik ixtisası ilə akademiyanı bitirmişdir. Voleybol üzrə dəfələrlə keçmiş Azərbaycan çempionudur. Bəxtiyarov Abbas Şəhriyar oğlu ( Şair Abbas Əmbala) 1990 cı illərdən ədəbi aləmə qədəm qoymuşdur. 2005 ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin 2009 cu il “Qadınlara həsr olunmuş ən yaxşı şeir” müsabiqəsinin laureatıdır. Şəki yazarlarının Söz, Söz, ...Söz! almanaxının dörd tərtibçisindən biridir. A zə r ba yc a n x a nı m ı Yaradıcılıq dəsti xəttinə, şeirlərinin tutumuna və sanbalına görə fərqlənir. Şeirlərinin əsas məziyyəti az sözlə dərin və çox qiymətli fikirləri ifadə etmək “Heydər Əliyev” fondunun bacarığıdır. prezidenti, Millət vəkili Azərbaycan Yazıçılar Birliyi Şimal-Qərb bölgəsinin bütün tədbirlərində fəal iştirak Mehriban xanım Əliyevaya edir. Hal hazırda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Şəki Saf çeşmədən durudur, bölməsinin əməkdaşıdır. Mənəviyyat nurudur. “Həsrətim” (2000) “Üzünü sıxma köksümə” (2005) kitablarının müəllifidir. Xalqının qürurudur, Evlidir, üç qızı var. Azərbaycan xanımı. Köməkdir hər tənhaya, Çatır imdada, haya. Örnəksən bu dünyaya, Azərbaycan xanımı.

Sənətinə qoydun ürək, Bar gətirdi gözəl dilək. Muğama qəlb verən mələk, Baş ucalır, üz sevinir.

Gəldi sənət məqamı, O, sevdirdi muğamı. Eşq olsun deyir hamı, Azərbaycan xanımı.

Sən vurduqca xal-xal üstən, Axıb gəlir bal-bal üstən. Aman tarzən çal zil üstən, Doluxsunub göz sevinir.

S öz s ev i n ir Azərbaycanın əməkdar artisti xanəndə Könül xanım Xasıyevaya. Düymələnib dolan çiçək, Açıldıqca, yaz sevinir. Bahar donu geyən göyçək, Cilvələnir naz sevinir.

O, 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olub. 1861-ci ildən Azərbaycan əyalətinin valisi idi. Atasının qətlindən sonra, 1896-cı ildə İranda şahlıq taxtına əyləşdi. Müzəffərəddin şah 1907-ci ildə vəfat edi. güzgülü zal isə Tehrandadır və indi də durur.

İpekchi.info

Şəki İcra hakimiyyəti saytının xəbərləri

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ YADDAŞLARDAN HEÇ VAXT SİLİNMƏYƏCƏKDİR

Aşağı karvansara isə heç də güman edildiyi qədər qədim deyilmiş... Bəhruz qardaşımızın, hansı ki onun adını yuxarıda qeyd elədik, bizə göndərdiyi digər bir fotoşəkil əsasında isə Şəki şəhərindəki bir çox məşhur binaların, o cümlədən, bu yaxınlarda təmirinə başlanılmış Aşağı karvansaranın tikilmə tarixini dəqiqləşdirmək mümkündür. Foto şəkil özü 1895-1909-cu illər arasında çəkilmişdir; belə ki burada 1895-ci ildə inşa edilmiş Nuxa türməsi göründüyü halda, indiki Axundov prospekti boyunca yerləşən bəzi məşhur binalar, o cümlədən, 1909-cu ildə inşa edilmiş indiki internat məktəbin binası gözə dəymir. Foto şəkildə Yuxarı karvansara var, amma Aşağı karvansara yoxdur. Yuxarı Karvansaranın arxasında daha bir karvansaraya bənzər tikili var; amma dəqiqləşdirə bilmədik ki, bu Aşağı karvansaranın tikilməkdə olan bir hissəsidir, yoxsa ayrıca bir karvansaradır? Foto şəkildə, Nuxa qalasının divarları aydın görünür, indiki Pedaqoji məktəbin binası isə yoxdur, onun yerində çaylaq var. Elə Aşağı karvansaranın yerində də çaylaq var. Görünür, Qurcana çayı, indiki kimi dağın dibi ilə yox, indiki Aşağı karvansaranın olduğu yer ilə axıbmış...

Biz öz növbəmizdə, bu foto şəkil çəkilmiş mövqeyə gedərək, həmin yerdən təkrarən, foto şəkil çəkdik, amma indi ağaclar orada xeyli çox olduğundan, müqayisə etmək istədiyimiz mənzərənin bir hissəsinin təsvirini əldə edə bilmədik...

Aydın Məmmədov

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yaddaşlardan heç vaxt silinməyəcəkdir. Bu fikir ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Şəki Şəhər İcra Hakimiyyətində keçirilən toplantıda səslənən məruzə və çıxışlarda xüsusi vurğulanmışdır. Şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ulu öndərin icra hakimiyyəti binasının qarşısındakı meydanda ucaldılan abidəsi önünə gülçiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Tədbiri şəhər İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq ümummilli lider Heydər Əliyevin 87-ci ildönümü ilə əlaqədar rayonda keçirilən silsilə tədbirlər barədə məlumat vermiş, dahi rəhbərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini bildirmişdir. Sonra ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir. Toplantıda şəhər İcra hakimiyyətinin başçısı Murad Cabbarlının “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə ümummilli liderin zəngin həyat yolu və çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunulmuş, onun Azərbaycan təhsilinin, səhiyyənin, mədəniyyətin, hüquq-mühafizə sistemi və ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən bəhs olunmuşdur. Natiq dahi rəhbərin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsinə, respublikamızın iqtisadi tərəqqisinə, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə gətirib çıxarmış siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, ölkəmizdə sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olunduğunu diqqətə çatdırmışdır. Toplantının sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olan üzvlərə vəsiqələr verilmişdir. 11.05.2010

Bu isə 1887-ci ilin Şəki sənətkarları (Bəhruzun kolleksiyası)

Heyranıyam şirin dilin, Sirri deyim sizdə bilin. Bülbülüdür Könül elin, Ağzındaca söz sevinir. Biz im M TN- çi lə r “Milli Təhlükəsizlik Nazirliyinin bütün şəxsi heyətinə” Ulu öndər mükəmməl, Qoyub möhtəşəm təməl.

QƏLƏBƏNİN 65 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY TƏDBİRİ KEÇİRİLMİŞDİR Mayın 9-da Şəki şəhərində Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir. 1941-1945-ci illər müharibəsində həlak olmuş həmvətənlərin xatirəsinə şəhərin dağüstü hissəsində ucaldılmış abidə-kompleksin qarşısında keçirilən tədbiri giriş sözü ilə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq müharibə veteranlarını əlamətdar bayram münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, Böyük Vətən müharibəsində bütün Azərbaycan xalqı kimi, Şəkinin igid oğul və qızları da böyük rəşadət göstərmiş, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişlər. Müharibədə 15 minə yaxın şəkili döyüşçü iştirak etmiş, onlardan 9 mini geri qayıtmamışdır. Hazırda rayonda 105 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı müharibə illərində Azərbaycan xalqının ön və arxa cəbhələrdəki fədakarlığı barədə danışmışdır. Natiq bildirmişdir ki, müharibə şər qüvvədir. Bu şərin qarşısını alan, bəşəriyyəti qorxulu fəlakətlərdən xilas edən insanlar daim ehtirama layiqdirlər. Bu günki toplantı da məhz öz həyatını Böyük Vətən müharibəsində qurban vermiş həmvətənlərimizin xatirəsinə ehtiramın rəmzidir. Böyük Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini bildirən natiq, Prezident İlham Əliyevin son Sərəncamı ilə 19411945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş döyüşçülərin dul arvadlarına, habelə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımın verilməsini bunun bariz nümunəsi olduğunu xüsusi vurğulamışdır. Şəhər icra hakimiyyətinin başçısı daha sonra II qrup Böyük Vətən müharibəsi əlili Yusif Salahova “Slavuta” markalı minik avtomobilinin açarını təqdim etmişdir. Y. Salahov onlara göstərilən yüksək dövlət qayğısına görə veteranlar adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir. Sonra şəhər rəhbərliyi və müharibə veteranları əsaslı şəkildə yenidən qurulmuş muzeylə tanış olmuşlar. Məlumat verilmişdir ki, keçən əsrin 80-ci illərindən fəaliyyət göstərən muzeydə

Əzmlə edir əməl, Bizim MTN-çilər. Ardıcıl nailiyyət, Qazanır cəsur heyət. Göstərir çox qətiyyət, Bizim MTN-çilər. Səriştəli iş gedir, Şərəflə davam edir. Müstəqilliyi güdür, Bizim MTN-çilər. Rəhbər öz yerindədir, Sübut əməlindədir. Etibarlı əldədir, Bizim MTN-çilər. Prezidentimiz mətin, Simvoludur qeyrətin. Heyran edir cürətin, Bizim MTN-çilər.

yenidənqurma və əsaslı təmir işlərinə bir il əvvəl başlanılmışdır. Muzey müasir üslubda yenidən qurulmuş, buradakı “Ana” abidəsi təmir edilmişdir. Muzeyin birinci mərtəbəsində müharibənin dəhşətlərini əks etdirən sərgi və guşələr yaradılmış, ikinci mərtəbədə isə döyüşlərdə iştirak etmiş, şücaət göstərmiş, ali mükafatlara layiq görülmüş döyüşçülər barədə məlumatlar toplanmışdır. 11/05/2010

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ MİLLİ ATÜSTÜ OYUNLAR FESTİVALI BAŞA ÇATMIŞDIR Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şəkinin Daşüz kəndində yerləşən Respublika Atşlıq Turizm Mərkəzində keçirilən ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı başa çatmışdır. Dörd gün davam edən yarişlarda 12 komanda iştirak etmişdir. Mayın 9-da Atçılıq Turizm Mərkəzində festivalın təntənəli bağlanış mərasimi olmuşdur. Mərasimdən əvvəl keçirilən əsas yarışda- çövkən oyunu üzrə final qarşılaşmasında Şəki və Ağstafa komandaları üz-üzə gəlmişlər. Rəqiblərini 1-0 hesabı ilə məğlub edən Şəki komandası növbəti dəfə çövkən oyununun qalibi adını qazanmışdır. 3-cü yeri balakənliləri 2-1 hesabı ilə məğlub edən Ağdam komandası tutmuşdur. Festivalın proqramına daxil olan sür papaq oyunu üzrə yarışın finalında Oğuz və Qax komandaları qarşılaşmışlar. Oğuz komandası rəqiblərini 4-2 hesabı ilə məğlub edərək birinci yeri tutmuşdur. 3cü yerə Ağcabədi komandası layiq görülmüşdür. Papaq oyunu üzrə yarışlarda isə qalib adını İsmayıllı komandası qazanmışdır. Sonrakı yerləri Yevlax və Goranboy komandaları tutmuşlar. Festivalın qaliblərinə və iştirakçı komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunmuşdur. Çövkən oyununun qalibləri, eyni zamanda Şəki Şəhər İcra Hakimiyyətinin diplomları ilə mükafatlandırılmışlar. Mükafatlandırma mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı, Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndəsi Cavanşir Cəfərov, habelə Atçılıq Mərkəzinin və nazirliyin əməkdaşları iştirak etmişlər. 11.05.2010


1 iyun_qezet.qxd 27.09.2010 21:49 Страница 4

4

2 iyun 2010-cu il

İPƏKÇİ

Milli İnternet Mükafatı - NETTY 2010, müsabiqəsində Şəkidən 5 sayt, o cümlədən, "İpəkçi" qəzetinin www.ipekchi.info saytı da nominant oldu 6-cı dəfə keçirilən NETTY Milli İnternet Mükafatı uğrunda müsabiqənin ilkin mərhələsinə Şəkidə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən "MicroEnn Group Production" veb-studiyasının 5; "Əlişahoğlu" veb-studiyasının 9; "Şahin" veb-studiyasının 2; "Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru Murad Nəbibəyovun 5; "İpəkçi" qəzetinin redaktoru Aydın Məmmədovun 4; Toğrul Qasımovun isə 1 saytı,

ümumiyyətlə, 8 nominasiya üzrə 26 Şəki saytı da qatılmışdır. Müsabiqənin şərtlərinə görə, hər nominasiya üzrə yalnız ilk 3 ən çox səs toplamış saytlar, 2-ci, "Mükafatlandırma", mərhələsinə keçirilə bilərdi. Virtual jürinin 10 günlük, 28 aprel - 7 may tarixləri arası, səsverməsinin nəticəsi olaraq, may ayının 8-də bu 26 Şəki saytı arasından 5-nin, o cümlədən: "MicroEnn Group Production" vebstudiyasının hazırladığı

NETTY 2010-un Mükafatlandırma tədbiri www.ipekchi.info saytı tabloda nümayiş etdirilir

1. "Şəki Şəhər İcra Hakimiyyətinin Rəsmi İnternet Səhifəsi" "Dövlət saytı" nominasiyası üzrə 8 sayt sırasında 24 səslə 3-4-cü yerləri bölüşdürərək; "Əlişahoğlu" veb-studiyasının hazırladığı 2. Şəki Dövlət Dram Teatrı saytı "Mədəniyyət və incəsənət" nominasiyası üzrə 24 sayt sırasında 16 səslə 2-3cü yerləri bölüşdürərək; 3. Elan və Reklamlar saytı "Servis-saytlar" nominasiyası üzrə 45 sayt sırasında 12 səslə 2-ci yeri tutaraq; 4. Erməni Terroru saytı "Azərbaycan" nominasiyası üzrə 36 səslə 20 sayt sırasında 1-ci yeri tutaraq; "İpəkçi" qəzetinin redaktoru Aydın Məmmədovun hazırladığı

17 may tarixində, Beynəlxalq informasiya texnologiyaları günündə, Gənc Tamaşaçılar Teatrında keçirilmiş NETTY 2010 təntənəli mükafatlandırma mərasimindən bir səhnə; rejissor-senarist Mehman

Aslan Əlişanoğlu və Aydın Məmmədov

Musabəyli, “Millətçi” qəzetinin müxbiri Pərviz Elay...

Müəssisənin fəaliyəti bərpa ediləndən, Toxucu istehsalatının 2 №-li sexində iş ahəngi heç vaxt pozulmamışdır “Şəki-İpək” ASC baş baş müəssisəsinin Toxucu istehsalatında 125 nəfər işçi çalışır. İstehsalatın 4 əsas sexi var. Onlardan ən böyüyü, 2 №-li sexdir, hansı ki sexdə 80-dən çox toxucu dəzgahı var və burada 70 nəfər işçi çalışır. Sexdə yalnız təbii ipək saplardan parçalar toxunur , “Əgər, təlabat olarsa pambıq saplardan da parça toxuya bilərik”, - bunu bizə Toxucu istehsalatının baş meneceri İsrafilov Abbas dedi və əlavə etdi ki, “müəssisənin fəaliyəti bərpa ediləndən sonra, burada iş ahəngi heç vaxt pozulmamışdır”.

Allahverdiyeva Arzu, toxucu

Şəki İcra hakiniyyəti saytının xəbərləri

ŞƏKİDƏ III KİTAB BAYRAMI KEÇİRİLMİŞDİR Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi münasibətilə mayın 21-də Şəki şəhərində “Bilik xəzinəsi” adlı III Kitab bayramı keçirilmişdir. Şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik etmişdir. Natiq bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışmış, onun insan şüuruna, cəmiyyətin tərəqqisinə, insanın mənəvi aləminə müsbət təsirini xüsusi qeyd etmiş, son illər ölkəmizdə kitabxana sahəsinin inkişafına dövlət tərəfindən yüksək diqqət göstərildiyini vurğulamışdır. Ziyalılardan Sabir Əfəndiyev, Abbas Əmbala və başqaları çıxış edərək kitabın geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi qeyd etmişlər. Sonra tədbir iştirakçıları meydanda “Ulu öndər Heydər Əliyevin nəzəri irsi”, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə çap olunan latın qrafikalı kitablar, “Şəkinin söz sənəti dünyası”, “Şəki- Azərbaycanın sənətkarlıq paytaxtı2010”, “Uşaq ədəbiyyatı”, “Yeni kitablar”, “ABŞ səfirliyi tərəfindən hədiyyə olunmuş çap məhsulları”, “Rus ədəbiyyatı” və digər mövzularda sərgilərə, habelə “Qədim tariximiz Şəki”, “Müstəqil Azərbaycan dövlətinin memarı”, “Kitab bayramı - Şəki2010” adlı stendlərə baxmışlar. Bu sərgilərdə 250-ə yaxın kitab nümayiş olunmuşdur. Kitab bayramında, həmçinin Mərkəzi kitabxananın fəal oxucularının əl işlərindən ibarət, uşaq kitabxanasının “Bacarıqlı əllər” sərgiləri də açılmışdır.

5. www.ipekchi.info saytı isə "İnformasiya və xəbərlər" nominasiyası üzrə 50 sayt sırasında 15 səslə 1-2-ci yerləri bölüşdürərək “Nominant sertifikatı”nı əldə etmiş oldular.

Şəhər 3 nömrəli uşaq musiqi məktəbinin “Qönçə” ansamblının, uşaq incəsənət məktəbinin rəqs kollektivinin çıxışları, kitabxananın fəal oxucularının hazırladıqları səhnəciklər tədbir iştirakçılarında xoş ovqat yaratmışdır. 22.05.2010

TANINMIŞ GÜLÜŞ USTASI LÜTVƏLİ ABDULLAYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR Mayın 20-də Şəki Dövlət Dram Teatrında tanınmış gülüş ustası, Xalq Artisti Lütvəli Abdullayevin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov səhnəmizin parlaq istedadlarından olan Lütvəli Abdullayevin Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışmış, bu tədbirin Şəkinin mədəni həyatındakı böyük əhəmiyyətini xüsusi vurğulamışdır. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov bildirmişdir ki, qurum öz fəaliyyətində elm, mədəniyyət və incəsənətin bütün sahələrində gərgin və səmərəli nəticələr əldə etməklə, bu səhələrin korifey sənətkarlarının, kino, teatr və incəsənət xadimlərinin xidmətlərini yüksək qiymətləndirir, onları daim yad edir. Məlumat verilmişdir ki, tanınmış gülüş ustasının xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu il üçün təsdiq etdiyi tədbirlər planına uyğun olaraq keçirilir. Mərkəzin kino bölməsinin müdiri Faiq Nəcəfov tanınmış gülüş ustasının teatr və kino sahəsindəki xidmətlərindən danışmış,

Ş ə k i Te l e v i z i y a s ı - K a n a l S verilişlərin proqramı (2 iyun-6 iyun) 2 İYUN

Ağabalayev Nüsrət, təmir-çilingər briqadasının briqadiri Həmtəsisçilər: 1. “Şəki-İpək” şirkəti; 2.

M. Salis.

Redaktor: A. Məmmədov.

Çapa təqdim edildi: 02.06.2010. Sifariş: 2043. Tiraj: 300. Şəhadətnamə № 177.

07:58 Günün proqramı 08:00 Gün gəlir 10:00 Cizgi filmi 10:10 T\S"Alovlu həyat" 10:45 Həftənin qonağı (təkr) 12:00 Hit-mix 13:00 B/F (təkrar) 15:00 Kanal S Xəbər 15:15 T\S"Həbsdən qaçış" 16:00 1 iyun(konserti)təkr 17:45 Hit-mix+ 18:45 T\S"Alovlu həyat" 19:30 Kanal S Xəbər 20:00 İ Q 21:00 İpək kimi 21:30 Evin ici 22:45 T\S "Həbsdən qaçış" 23:30 Kanal S Xəbər 23:45 Bədii film 02:00 Efirin sonu

3 İYUN 07:58 Günün proqramı 08:00 Gün gəlir 10:00 Cizgi filmi 10:30 T\S"Alovlu həyat" 11:20 Avtomobil dünyası 12:00 Hit-mix 13:00 B/F (təkrar) 15:00 Kanal S Xəbər 15:15 T\S"Həbsdən qaçış" 16:00 Şou məkan (təkr) 16:45 Sağlam həyat 17:45 Hit-mix+ 18:45 T\S"Alovlu həyat" 19:30 Kanal S Xəbər 20:00 İQ 21:00 Səmimi rəsmiyyət 22:00 Gəzərsən görərsən 22:45 T\S"Həbsdən qaçış" 23:30 Kanal S Xəbər 23:45 Kriminal 00:20 Bədii film

Ünvanımız: Az.5500. Şəki şəhəri, Z.Bünyadov, 33. E-mail: aydin.salis@gmail.com Tel.: 055 793 23 83 012 480 12 45 0177 423 15

4 İYUN 07:58 Günün proqramı 08:00 Gün gəlir 10:00 Cizgi filmi 10:15 T\S"Alovlu həyat" 11:00 Sağlam həyat(təkr) 12:00 Hit-mix 13:00 B/F (təkrar) 15:00 Kanal S Xəbər 15:15 Evin ici (təkrar) 16:30 Cizgi filmi 18:00 Hit-mix+ 18:45 T\S"Alovlu həyat" 19:30 Kanal S Xəbər 20:00 İQ 21:00 Dəcəllər 21:30 Müasir cəmiyyət və islam 22:00 "SMSlə seçilən B\F" 23:30 Kanal S Xəbər 23:45 Bədii film 01:30 Klip 02:00 Efirin sonu

“İpəkçi” qəzetinin kompüterində yığılmış və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur.

onun müxtəlif tamaşa və filmlərdə yaratdığı obrazlardan söhbət açmışdır. Tədbirdə iştirak edən aktyorun sənət dostları, həmyerliləri, tələbələri L.Abdullayevin səhnə fəaliyyəti və yaradıcılığı barədə xatirələrini bölüşmüşlər. Gülnarə Lütvəliqızı çıxış edərək atası ilə bağlı xatirələrini danışmış, tədbirin təşkilinə göstərdikləri köməyə görə ailə üzvləri adından Mədəniyyət və Turizm Nazirliyinə, Elmi-Metodiki Mərkəzə, habelə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir. Tədbirdə Lütvəli Abdullayevin çəkildiyi “Ulduz”, “Arşın mal alan”, “Qəribə əhvalat”, “Əhməd haradadır” və digər kinofilmlərdən fraqmentlər, habelə gülüş ustasının yaradıcılığından bəhs edən film nümayiş etdirilmişdir. Ədəbi-bədii gecə incəsənət ustalarının, özfəaliyyət və rəqs kollektivlərinin maraqlı konsert proqramı ilə davam etmişdir. 21.05.2010

“SƏNƏTKARLIQ PAYTAXTI - 2010” İLİ ÇƏRÇİVƏSİNDƏ ŞƏKİDƏ NÖVBƏTİ TƏDBİR KEÇİRİLMİŞDİR Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə mayın 19-da Şəki şəhərində “Şəkinin sənət dünyası və Azərbaycan mədəniyyəti” mövzusunda “dəyirmi masa” keçirilmişdir. “Sənətkarlar evi”ndə keçirilən tədbirdə mərkəzin məsul nümayəndələri, habelə yerli sənətkarlar iştirak etmişlər. Şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov “2010-2014-cü illər Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən Şəkinin 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edildiyini xatırlatmış, cari ilin yerli

5 İYUN

6 İYUN

07:58 Günün proqramı 08:00 Gün gəlir 10:00 T\S"Çağırış" (təkrar) 10:50 Cizgi filmi 11:00 T/S"Qaraca atın macəraları" 11:25 Həyat hekayələri 12:00 Hit-mix 13:00 B/F (təkrar) 15:00 Kanal S Xəbər 15:15 İpək kimi (təkrar) 15:45 Şərəfli ömür (təkrar) 16:15 Sənədli film 17:00 T/S "Qaraca atın macəraları" 17:30 Cizgi filmi 18:00 Təzə məzə 18:30 Hit-mix+ (top 10) 19:30 Kanal S Xəbər 20:00 Azərbaycan vətəndaşıyam 21:00 Düyməcik 21:30 T\S"Çağırış" 22:20 Panorama 23:30 Kanal S Xəbər 23:45 Bədii film 01:30 Klip

“İpəkçi” qəzeti müstəqil KİV olaraq fəaliyyət göstərir və bu qəzetdə dərc olunmuş xəbər və məqalələrə görə “Şəki-İpək” ASC heç bir məsuliyyət daşımır!

NETTY 2010-un Mükafatlandırma tədbirində iştirak edən qonaqlar: “Yuğ” teatrının rejissoru Rasim Aşin (solda), Şəki Dövlət Dram Teatrının rəssamı Söhrab Ərəbov (sağda) və tanınmış müəllim Rauf Əliyev (mərkəzdə)

07:58 Günün proqramı 08:00 Xəbər 08:15 Sənədli film 09:00 Lüks həyat (təkrar) 09:30 Düyməcik (təkrar) 10:00 T\S" Çağırış" (təkrar) 10:45 Klip 11:30 B\F (təkrar) 13:30 Gəzərsən görərsən 14:15 Konsert 16:00 Azərlə hər bazar 17:00 T/S"Qaraca atın macəraları" 17:30 B/F " "(Azəri) 19:00 Klip 19:30 Bu şəhərdə 20:30 Bu həftə 21:30 Şou məkan 22:20 Həftənin qonağı 23:30 Bədii film 01:15 Kriminal (təkrar) 02:00 Efirin sonu Atestat itmişdir!

İsmayılov Sadiq Sadəddin oğluna, Şəki Şəhər 17 №-li məktəbdən 1994-cü ildə verilmiş atestat itmişdir tapanlardan xahiş olunur (055) 277 75 03 telefon nömrəsinə zəng edib məlumat

versinlər.

sənətkarlar üçün çox məhsuldar keçəcəyinə əminliyini bildirmişdir. Şəhər İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova Proqram çərçivəsində Şəkidə xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənəti və milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsinə başlandığını diqqətə çatdırmış, nazirliyin Metodiki Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş “dəyirmi masa”nın bu istiqamətdə növbəti tədbirlərdən biri olduğunu bildirmişdir. Qeyd etmişdir ki, qədim dövlətçilik ənənələrinə, zəngin tarixə malik olan Şəki şəhəri, eyni zamanda sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olmuşdur. Odur ki, sənətkarlar onlara göstərilən bu etimadı doğrultmaq üçün il ərzində daha da məhsuldar işləməli, Şəki sənətkarlığının şöhrətini daha yüksəklərə qaldırmalıdırlar. Tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov bildirmişdir ki, “2010-2014-cü illər Xalq Yaradıcılığı Paytaxtları” Proqramının həyata keçirilməsində əsas məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və təbliği, xalq sənətinin daha da inkişaf etdirilməsi, paytaxt şəhərlərin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasına nail olmaqdır. Şübhə yoxdur ki, Şəki sənətkarları Proqramın uğurla həyata keçirilməsinə öz layiqli töhfələrini verəcəklər. Tədbirdə mərkəzin əməkdaşı, fəlsəfə elmləri namizədi Vahid Ömərovun “Şəkinin sənət dünyası və Azərbaycan mədəniyyəti” mövzusunda məruzəsi dinlənilmişdir. Rəssamlar Birliyi Şəki təşkilatının sədri Tahir Həmidli, Əlillərin Dizayn Assosiasiyasının sədri, təkəlduz ustası Güləndam Alxasova, şəbəkə ustası Tofiq Rəsulov və başqaları çıxış edərək Şəkidə mövcud sənət sahələrinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində görülən işlərdən danışmış, qarşıda duran vəzifələrə toxunmuşlar. 20.05.2010

Mayın 10-da Şəki Sərhəd Dəstəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və gənc əsgərlərin hərbi andiçmə mərasiminə həsr edilmiş tədbir keçirilmişdir Şəxsi heyət və əsgər valideynlərinin iştirak etdikləri tədbirin əvvəlində təntənəli marşın sədaları altında meydana hərbi hissənin Döyüş bayrağı gətirilmişdir. Sonra gənc əsgərlər meydanın mərkəzində düzülərək doğma Vətənə sədaqət andı içmişlər. Azərbaycanın Dövlət himni oxunmuşdur. Mərasim iştirakçılarını əlamətdar tarixi gün - ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təbrik edən hərbi hissənin komandiri, polkovnik-leytenant Səmid Cəfərov hərbi hissənin şərəf salnaməsinə yazılacaq bu tarixi günün hərbi andı qəbul edib Sərhəd Qoşunları sıralarına daxil olan və sərhədçi adını alan gənc əsgərlərin yaddaşına əbədi həkk olunacağını xüsusi vurğulamışdır. Tədbirdə şəxsi heyət üzrə şöbə rəisinin müavini vəzifəsini icra edən polkovnik-leytenant Ülvi Heydərovun “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda məruzəsi dinlənilmişdir. Natiq bildirmişdir ki, müasir Azərbaycanın Sərhəd Qoşunlarının təşkili və formalaşmasında əsaslı keyfiyyət dəyişikliklərinə məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun diqqət və qayğısı sayəsində nail olunmuşdur. Ulu öndər 2002-ci il iyulun 31-də Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsi əsasında Dövlət Sərhəd Xidmətinin yaradılması haqqında Fərman imzalamışdır. Bu fərmana uyğun olaraq Xidmətin fəaliyyətini tənzimləyən qanunvericilik bazası günün tələbləri səviyyəsində yenidən hazırlanmışdır. Qeyd olunmuşdur ki, ulu öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hazırda Sərhəd Qoşunları dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir olan, intizamlı, yüksək döyüş hazırlıqlı, müasir texnika ilə təchiz olunmuş, peşəkar zabit korpusuna malik bir quruma çevrilmişdir. Gənc əsgərlər adından Anar Məmmədov çıxış edərək, Vətənə sədaqət andını məhz ümummilli liderin doğum günündə qəbul etmələrindən qürur hissi keçirdiklərini bildirmişdir. Sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyevin gənc əsgərlərə təbrikinin mətni oxunmuşdur. Rəsmi hissənin sonunda hərbi hissənin şəxsi heyəti təntənəli marşla tribunanın önündən keçmişdir. Mərasimdən sonra Dövlət Sərhəd Xidməti aparatının məsul əməkdaşı, polkovnik-leytenant Nadir İsmayılov valideynlərlə görüşmüş, onları maraqlandıran suallara aydınlıq gətirmişdir. 11.05.2010


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.