Qar1

Page 1

Qarabağ Tarixi Mənbələrdə


Mirzə Camal Cavanşir Qarabağinin 1847-ci ildə qələmə aldığı «Qarabağ tarixi» əsəri Pənah xanın Qarabağ xanlığını yaratmaq uğrunda apardığı mübarizənin, İbrahimxəlil xanın xanlığın möhkəmləndirilməsi sahəsində gördüyü tədbirlərin, xanlığın digər xanlıqlar və qonşu dövlətlərlə münasibətlərinin, xan xəzinəsinin gəlir mənbələrinin və s. məsələlərin öyrənilməsi üçün çox qiymətli mənbələrdən biridir.


Əhməd bəy Cavanşirin «Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair» adlı əsərində Pənahəli xan və İbrahimxəlil xanın dövründə xanlıqda baş vermiş hərbi – siyasi hadisələr, Ağa Məhəmməd Qacarın Qarabağa yürüşləri və onların nəticələri, Rusiya ilə münasibətlər, 1805-ci il Kürəkçay müqaviləsi ilə xanlığın Rusiyanın tərkibinə qatılması kimi daha çox diqqət yetirilmişdir.


Mirzə Yusif Qarabağinin 1854-cü ildə yazdığı «Tarixi Safi» əsəri Gəncə və Qarabağ xanlarının şəcərəsi, İbrahimxəlil xanın qonşu xanlıqlarla qarşılıqlı münasibətləri, xanlıqlar uğrunda Rusiya ilə Qacarlar arasında baş vermiş müharibələr, Xəmsə məlikləri, Türkmənçay sülh müqaviləsi kimi bir sıra mü-hüm məsələlərin öyrənilməsi üçün qiymətli mənbələrdən biridir.


Mirmehdi Xəzani «Kitabi-tarixi Qarabağ» əsərində bu xanlığın sərhədləri, təsərrüfat həyatı, şəhərləri, mahalları, müdafiə tikililəri, xarici siyasəti və sair məsələlər haqqında digər salnaməçilərlə müqayisədə daha dolğun məlumatlar vermişdir


Rzaqulu bəy Mirzə Camal oğlunun «Pənah xan və İbrahim xanın hakimiyyətləri və o zamanın hadisələri» adlı əsəri Qarabağın təbii – coğrafi şəraiti, şəhərləri, qraf V.Zubovun başçılığı ilə rusların 1796-cı ildə Şimali Azərbaycana işğalçı yürüşü və sair məsələlər əsərin əhatə etdiyi problemlərin işıqlandırılmasında mühüm rol oynamışdır.


Mirzə Rəhim Fənanın «Tarixi-cədidi Qarabağ» əsərində yığcam şəkildə Qarabağ ərazisinin hüdudları, xanlığın daxili həyatı, Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsi, Pənah xanın və onun oğlu İbrahimxəlil xanın xarici siyasəti və sair məsələlərə daha çox diqqət yetirilmişdir


Abbasqulu Ağa Bakıxanovun 1841-ci ildə yazıb başa çatdırdığı «Gülüstani-İrəm» əsəri də Qarabağ xanlığının tarixinin öyrənilməsi üçün mühüm mənbələrdən biridir. 1823-cü ildə Qafqazın baş komandanı A.P.Yermolov tərəfindən Qarabağ əyalətini tədqiq edən komissiyanın üzvü təyin olunan A.A.Bakıxanov Qarabağın tarixi, coğrafiyası haqqında topladığı materialları çox qiymətli əsərində diqqətlə təhlil etmişdir. «Gülüstani-İrəmin» sonuncu–V fəslində Qarabağ xanlığının 1747-ci ildən 1813-cü ilədək siyasi tarixinin bir sıra mühüm məsələləri, digər xanlıqlarla müqayisəli şəkildə tədqiq olunmuşdur


Həsən İxfa Əlizadə «Şuşa şəhərinin tarixi» adlı əsərində bu şəhərin bina olunmasından, qalaların tikilməsindən, Pənahəli xanın və İbrahimxəlil xanın hakimiyyətləri dövründə baş vermiş mühüm hərbi – siyasi hadisələrdən, habelə Şuşa şəhərinin tarixi abidələrindən və mədəni həyatından bəhs olunmuşdur


M.Baharlının 1888-ci ildə yazdığı “Əhvali Qarabağ “ Əsərində Qarabağın siyasi tarixindən daha çox onun tarixi məişətinə, o cümlədən adət-ənənələrinə etnoqrafiyasına, habelə tarixi şəxsiyyətlərinə və memarlıq abidələrinə diqqət yetirilmişdir.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.