"Ailə Həkimi" Jurnalı 5 - 2009

Page 69

67 mış xörəklər. Məsləhət: bulyon‑ ların zərərli təsirini minimuma endirmək üçün, ət/balığı 8‑10 dəq. qaynatdıqdan sonra bütün suyunu süzmək, əti yumaq, sonra isə hazır olanadək suda bişirmək zəruridir; ‑ xardal yağı, mayonez; ‑ kartof, maya, pivə, şampan şərabı; ‑ şəkər, bal, üzüm, kişmiş, təzə ərik, çiyələk və onlardan hazırlan‑ mış kompotlar; ‑ süd, toyuq və hind toyuğu‑ nun döş əti; ‑ tomatlar, badımcan, pörtülmüş və bişmiş kələm növləri, qoz. • Bitki mənşəli nişasta tərkibli ərzaqlar və heyvan mənşəli zülal tərkibli ərzaqları ayrı‑ayrı qəbul etməyə çalışın. Şam yeməyi zamanı zülal tərkibli qida qəbul etmək daha məqsədəuyğundur, çünki orqanizmdə bütün bərpa və qurucu proseslər əsasən, gecə vaxtı baş verir, zülal isə əsas quru‑ cu materialdır, bundan başqa, zülal orqanizmdə ehtiyat olaraq, piy şəklində toplanmır. Şam yeməyini yuxudan 2,5‑3 saat əvvəl yemək lazımdır. • Qidalanarkən “faydalı” ərzaqlardan istifadə etməyə üstün‑ lük verin: ‑ Qida rasionunuza süd məh‑ sullarını daxil edin (yağsız kəs‑ mik, kefir); ‑ tərəvəzlər: soğan, sarımsaq, yerkökü, cəfəri, çuğundur (çuğun‑ duru suda bişirmək lazımdır); ‑ bostan bitkiləri: xiyar, yunan qabağı, bibər, paxla və yaşıl noxud; ‑ dəniz kələmi; ‑ yağsız balıq, yağsız ət, yağsız quş əti; ‑ hər hansı turş meyvələr (çiyələk, üzüm, ərik və qaragilə istisna olmaqla). • Həkiminizin məsləhəti ilə polivitaminlər qəbul edin. • Həzmi yaxşılaşdırmaq üçün hazır xörəklərə tər göyərti əlavə edin.

“NƏVAZİŞLİ”

PƏHRİZ Bu pəhrizə ona görə “nəvazişli” deyirlər ki, onu ciddi adlandır‑ maq mümkün deyil. Onun tərkibində orqanizmə lazım olan bütün qida maddələri mövcuddur, bununla belə, o, həqiqətən də, artıq çəkidən azad olmağa kömək edir. Təbii ki, bu pəhriz üzərində yeddi gün ərzində yeddi kiloqram itirmək olmaz, lakin iki‑üç kilo arıqlamaq mümkündür, xüsusən də, fiziki hərəkət ilə birlikdə. Yeri gəlmişkən, bu pəhrizə bir həftədən artıq riayət etmək tövsiyə olunmur. Beləliklə, “nəvazişli” pəhriz dövründə riayət edilməsi tövsiyə olunan gündəlik menyunu təqdim edirik. Səhər yeməyi: 1 stəkan şəkərsiz çay, yaşıl, yaxud meyvəli olması daha yaxşıdır və ya bir fincan şəkərsiz qara qəhvə. Qəlyanaltı: 50 qram hər hansı pendir növü (brınza istisna olmaqla), istənilən meyvə (banan istisna olmaqla). Nahar: 1 ədəd bərk bişirilmiş yumurta, 130 qram yağsız ət və ya quş əti (suda bişirilmiş və ya sobada qızardılmış şəkildə), 20 qram hər hansı bərk pendir növü. Günorta yeməyi: bir stəkan şəkərsiz çay, yaxud orta ölçüdə alma. Şam yeməyi: 130 qram suda bişirilmiş ət, quş əti və ya balıq, eləcə də, bir xörək qaşığı bitki yağı əlavə olunmuş tərəvəz salatı. Salatın tərkibinə pomidor, xiyar, soğan, kələm, yerkökü kimi tərəvəzlər daxil olmalıdır. Bununla yanaşı, hər axşam, təxminən yuxudan yarım saat əvvəl bir stəkan nanə cövhəri içmək lazımdır. Cövhərin hazırlanması üçün bir çimdik quru və ya yaş nanənin üzərinə qaynar su əlavə olu‑ naraq, qapalı qabda yarım saat ərzində dəmlənir. Qida qəbulları arasında fasilələr iki saatdan dörd saatadək davam etməlidir. Unutmaq lazım deyil ki, bütün pəhriz dövründə şəkər, duz, ketçup, mayonezdən istifadə etmək olmaz. Yalnız bitki mənşəli ədviyyatlardan istifadə etmək olar. Pəhriz saxlayan dövrdə idmanın yüngül növləri ilə məşğul olmaq yerinə düşər. Pəhriz sağlam, yetkin insanlar üçün nəzərdə tutulub və yarım ildə bir dəfədən artıq onu tətbiq etmək məsləhət deyil.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.