"Ailə Həkimi" Jurnalı 5 - 2009

Page 61

59

TƏRƏVƏZLƏRİ TANIYIRIQMI? Çuğundur – yarpağını və özünü bişmiş halda yemək dalaq, böyrək və sidik kisəsi xəstəlikləri üçün müna‑ sibdir. Ona bir qədər də xardal və sirkə əlavə etdikdə daha faydalıdır. Yarpağının suyu və çuğundurun özü bəlğəm üçün xeyirlidir. Yarpağını bişmiş halda dəri üzərinə yaxmaq od yanığı, sızanaq və qızıl yel üçün, xam yarpağının təpitmə halında qoyulması tük tökülməsinə, oynaq ağrılarına qarşı faydalıdır. Badam yağı ilə təpitməsi şişləri yumşaldır. Xardal ilə çuğun‑ dur yemək qulunc və yel üçün münasibdir. Turp –həzmə kömək edir, üzün rəngini yaxşılaşdırır. Bişmiş turpun suyu sidik kisəsində daşlaşmaya qarşı yaxşı təsir göstərir. Turpun içini oyub, ora gül yağı tökür, sonra od üzərində isidib, qulaq ağrısı zamanı qulağa damcıladırlar. Kök –bəlğəmkəsici təsirə malikdir. Kök yemək və xörəkdə işlətmək mədəni möhkəmləndirir, öskürək, sinə ağrısı, böyrək daşı olan hallarda faydalıdır.

Kələm – üzün rəngini yaxşılaşdırır, yuxugətirmə xassəsi vardır. Qaynanmış kələm suyu damarları genişləndirir və təmizləyir, xronik öskürək, bel ağrısı üçün faydalıdır, lakin qanı qəlizləşdirir. Bu zərərli cəhətini aradan qaldır‑ maq üçün yağlı ət xörəyi ilə yemək və ya badam yağın‑ da bişirmək məsləhətdir. Kələmdən düzəlmiş təpitmə tük tökülməsinin qarşısını alır. Yarpağının arpa unu ilə təpitməsi şişlər və qızıl yel üçün münasibdir, yumurta ağı ilə təpitməsi od yanığı üçün faydalıdır. Kahı – bədənə soyuqluq və rütubət verir. Mədənin işini yaxşılaşdırır, təmiz və duru qan yaradır, öd ifrazını yüngülləşdirir, qan təzyiqini azaldır, sidikqovucu təsiri vardır, yuxu gətirir, susuzluğu yatırır. Sinə ağrısı, sidik ifrazı zamanı olan yanğılar, quru öskürək hallarında profilaktik məqsədlə kahı işlətmək məsləhətdir. Çox yemək təngnəfəslik törədir və göz üçün ziyandır. Bişmiş halda kahı tez həzm olur və süd yaradır. Onu təpitmə halında qoyduqda şişi yatırır. Kahının toxumu yuxu‑ gətirmə xüsusiyyətinə malikdir, zökəm və sinə ağrısı üçün xeyirlidir.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.