"Ailə Həkimi" Jurnalı 32 - 2012

Page 48

CAN SAĞLIĞI

46

Günəşli

GÖBƏLƏK

İsti günəşli havalardan sonra sentyabrda bəzi qadınların bədənində çox qaralma səbəbindən ağ və ya açıq qəhvəyi rəngli ləkələr əmələ gəlir. Bu ləkələr, əsasən, kürək, sinə, boyun və çiyin nahiyəsində yerləşir. Təşvişə düşmək lazım deyil. Bu, sadəcə, el arasında “günəş göbələyi”, yaxud “çimərlik xəstəliyi” adlandırılan “dəri” dəmrovunun təzahürüdür. Yoluxucu olmayan bu xəstəlik immunitet zəiflədikdə aşkar edilir. Uzun müddət günün altında qaldıqdan sonra səpgilər ağarır və daha da nəzərə çarpır. Başqa insandan günəş göbələyinə yoluxmaq praktiki olaraq mümkün deyil. Bəbir çalarının uzun müddət qalmasını istəmirsinizsə, vaxtında həkim-dermatoloqa müraciət edin. Dermatoloq, ilk növbədə, sizi müayinə etməli, ləkələrin mənşəyini dəqiq təyin edən analizlər aparmalı və yalnız bundan sonra düzgün müalicə vasitələri seçməlidir. Günəş göbələyi mövsümi şəkildə, yəni ildə iki dəfə – yazda və payızda müalicə edilir. Göbələk əleyhinə vasitələr yaxşı müalicəvi effekt verir. Ən sadə və əlverişli çıxış yolu kremlərdən istifadə etməkdir. Belə kremlər qalıqsız sorulur və iz qoymur. İstifadə müddəti – 10-15 gün ərzində gündə bir dəfədir. Bir aydan sonra müalicə kursu təkrarlanmalıdır. Həmçinin

CAN SAĞLIĞI

çaytikanı, itburnu, qaxotu və şaftalı yağlarından da istifadə etmək, gündə 6-7 dəfə ləkələri alma sirkəsi ilə silmək olar. Bundan başqa, C vitamini, 5%-li salisil turşusu da yaxşı kömək edir. İki həftə ərzində, səhər və axşam səpki yerlərini salisil turşusu ilə silmək lazımdır. Günəş göbələyi ultrabənövşəyi şüaların təsiri altında aktivləşir. Odur ki, nə birbaşa günəş şüaları, nə də solyariumda uzun müddət qaralmaq olmaz. Qoruyucu kremləri də unutmayın. Vanna qəbul etmək, antibakterial sabun və gellərdən istifadə etməkdən də müvəqqəti olaraq çəkinin. Sintetik paltardan imtina etmək lazımdır – o, artıq tərləmə və günəş göbələyinin “aktivləşməsinə” səbəb olur. Odur ki, iplik parçalardan hazırlanmış alt paltarı seçmək vacibdir. Bu zaman paltarı hər iki tərəfdən ütüləmək və buxara vermək lazımdır. Yataq dəsti ilə də eyni qayda ilə davranılmalıdır. Profilaktik tədbirlər də vacibdir. İlk növbədə, şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır: hər gün duş qəbul etmək, paltarı zəif sirkə turşusu əlavə edilmiş məhlulda yaxalamaq önəmlidir, çünki turşu göbələyin inkişaf etməsinə mane olur. Ketokonazol tərkibli şampunlar da yaxşı profilaktik vasitə kimi istifadə edilə bilər.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.