"Ailə Həkimi" Jurnalı 3 - 2008

Page 1

S E N T YA B R

№3 2008

Əlfəddin Abdullayev: “SAĞLAMLIQ ALLAHIN ƏMANƏTİDİR”

RUH VƏ BƏDƏN

ÇİÇƏKLƏRLƏ MÜALİCƏ

Vasim Məmmədəliyev: “ORUCLUQ ARIQLAMAQ ÜÇÜN ƏN GÖZƏL TƏBİİ VASİTƏDİR”

Teymur Babayev: “REKONSTRUKTİV CƏRRAHİYYƏ İTİRİLMİŞ ORQANLARIN BƏRPASIDIR”



AYLIQ TİBBİ KÜTLƏVİ JURNAL Sentyabr 2008 Təsisçi “Ailə Həkimi jurnalı redaksiyası” MMC MMC-nin təsisçisi Tural Kazımzadə İdeya müəllifi İlham Məmmədov Baş redaktor Gülnar Məsimli Tibbi redaktor Əli Nağıyev Baş rəssam Mir-Teymur Məsləhətçilər Cahangir Məmmədli BDU-nun Jurnalistika fakültəsinin professoru Maqsud Qasımov tibb elmləri doktoru Əlfəddin Abdullayev tibb elmləri namizədi Ülviyyə Əliyeva tibb elmləri namizədi Roza İzmayılova həkim-oftalmoloq Fərid Ələkbərli tarix elmləri doktoru Art-dizayner İman Hüseynov Hüquqşünas Səbuhi Abdullayev Texniki işlər üzrə menecer Natiq Nəbili Reklam meneceri Cavid Mustafayev Korrektor Rəna Kərimova Operator Arzu Yusubova Yazarlar Eldar Sadıqov Aynur Haqverdiyeva Samirə Əhmədova Xəyalə Mustafayeva “Ailə Həkimi” jurnalı 07.02.2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi 2510 Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Jurnaldakı istənilən materialdan istifadə olunarkən "Ailə həkimi"nə istinad mütləqdir. Ünvan: Bakı şəh., Mətbuat pr., 529-cu məh., “Azərbaycan Nəşriyyatı” Tel.: (+994 12) 510 84 35 Faks: (+994 12) 510 84 96 Qiyməti: 4 AZN Tiraj: 3000 CBS nəşriyyatında çap edilmişdir.

BAŞ REDAKTORDAN Ayların ən gözəli mübarək Ramazan ayında sizləri salamlayıram. Bu mübarək ayda, jurnalımızın üçüncü nömrəsində yenidən sizinlə görüşməyimizə çox sevinirəm. İnanıram ki, ötən saylarımızda olduğu kimi, bu nömrə də ürəyinizcə olacaq, sizlərin zövqünü oxşayacaq. Yeni sayımız bu müqəddəs aya təsadüf etdiyindən ilk növbədə on iki ayın sultanı olan Ramazandan və oruc tutmağın insan sağlamlığına göstərdiyi təsirlərdən bəhs etməyi özümüzə borc bildik. Professor Vasim Məmmədəliyevlə olan müsahibəni izləməklə orucluq haqqında sizi maraqlandıran suallara cavab tapa bilərsiniz. Daha sonra “Sağlamlıq” rubrikasında son zamanlar “gəncləşən” və geniş yayılan piylənmə, ürək-damar xəstəlikləri barədə də məlumat ala bilərsiniz. “Tibb tarixi” rubrikası vasitəsi ilə Azərbaycanın qədim hamamları, onlardan istifadə qaydaları və sağlamlığa təsirini işıqlandırmağa çalışmışıq. Bu saydan etibarən tanınmış həkimlər Əli Nağıyev, Sədaqət Əliyevanın müxtəlif mövzulara həsr olunmuş məqalələrini izləyə bilərsiniz. “Tərəqqi” medalına layiq görülən tanınmış cərrah Teymur Babayevlə müsahibəmizdə plastik cərrahiyyə əməliyyatları haqqında geniş və dəyərli məlumatlar əldə etmək imkanınız olacaq.

Artıq yeni dərs ili başlandı. İlk dəfə məktəbə qədəm qoyan uşaqlarla hansı problemləri yaşaya bilərsiniz və bu problemləri necə aradan qaldırmağın yollarını bilmək istəyirsinizsə, “Tezliklə məktəbə...” yazısı ilə tanış ola bilərsiniz. Bu sayımızın “Qonaq” rubrikasını hamının sevimlisi, Azərbaycanın ağsaqqal həkimi dosent Əlfəddin Abdulayevin xoş söz-söhbəti, dəyərli məsləhətləri bəzəyəcək. Digər rubrikalarımızda da birbirindən maraqlı yazılar sizi gözləyir. Sonda jurnalımızın kollektivi adından bütün müsəlmanların və Azərbaycan xalqının Ramazan bayramını ürəkdən təbrik edir, qıldığınız namazların, tutduğunuz orucların qəbul olunmasını uca Tanrıdan diləyirik. “Ailə Həkimi”ndən xoş ovqatla ayrılmanız arzusu ilə

Gülnar Məsimli


Teymur Babayev: «Rekonstruktiv cərrahiyyə itirilmiş orqanların bərpasıdır».

səh.

26

SAĞLAMLIQ

QADINLAR ÜÇÜN

DAŞ DEYİL, ÜRƏKDİR, BU....................4

SÜNİ YOLLA UŞAQSALMA...................36

PİYLƏNMƏ.......................12

KÖRPƏ GÖZLƏYİRİK

HƏRƏKƏT HƏYATDIR.....16

HAMİLƏLİK VƏ QRİP............................40

MİN BİR DƏRDİN DƏRMANI – ÇAY..............20 BÖYÜK ŞƏHƏRDƏ KİÇİK GÖZƏLLİK DÜNYASI.......24

TİBB YENİLİKLƏRİ

KÖRPƏM TEZLİKLƏ MƏKTƏBƏ........................42 İÇİMİZDƏKİ PARAZİT...........................44

30 KİŞİLƏR ÜÇÜN

TİBB TARİXİ HAMAM VƏ SAĞLAMLIQ.....................32

QIRX GƏLDİ, DƏRD GƏLDİ...................48

Əlfəddin Abdullayev: «Sağlamlıq Allahın əmanətidir».

səh.

56


ÇİÇƏKLƏRLƏ MÜALİCƏ

səh.

GÖZƏLLİK ONDUR... PİRSİNQİN FƏSADLARI......................50

CİZGİ FİLMLƏRİ...............72

54

İLK TİBBİ YARDIM

76

FAYDALI ULDUZLARDAN 78 MƏSLƏHƏTLƏR 74 XƏBƏR

TATUAJ.............................52

XALQ TƏBABƏTİ QAN-DAMAR XƏSTƏLİKLƏRİ VƏ TÜRKƏÇARƏ.............60

DAŞ-QAŞIN SİRRİ İVAN QROZNIN SEVİMLİ DAŞI...............62

QİDALANMA FAST FOOD......................64 PAYIZ GƏLDİ....................66 MƏDƏ XƏSTƏLİYİ VƏ QİDALANMA..............67

MARAQLIDIR YERİŞİNDƏN TANIYIRAM.......................68

PSİXOLOGİYA RUH VƏ BƏDƏN..............70

Vasim Məmmədəliyev: «Orucluq arıqlamaq üçün ən gözəl təbii vasitədir». səh.

8


4

DAŞ DEYİL, ÜRƏKDİR, BU...


5 dənin ürək xəstəliklərinin yaranmasında mühüm rol oynadığını artıq adi insanlar da bilir. Hətta xaricdə ayrı-ayrı reklam şirkətləri çeşidli ərzaq məhsullarının reklamını onların tərkibində qanda xolesterini artıran maddələrin olmaması ideyası üzərində qurur. Amma bizdə bu məqama hələ də diqqət yetirilmir. Ürək-damar xəstəliklərinin səbəbi, ilkin əlamətləri hansılardır? Bu xəstəliklərin diaqnostikası və müalicəsi hansı üsullarla həyata keçirilir? Hansı ərzaqların tərkibində xolesterini artıran maddələr daha çoxdur? Bütün bu məsələlərlə bağlı oxucuları maraqlandıran sualları Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nazim Abdullayevin köməyi ilə cavablandırmağa çalışacağıq.

ÜRƏK XƏSTƏLİKLƏRİ “GƏNCLƏŞİB” “Bu günlərdə hava dəyişkənliyi ilə əlaqədar səhhətində problem olan insanlar öz sağlamlıqlarına qarşı daha diqqətli olmalıdırlar!”. İndi televiziya, radio vasitəsilə tez-tez belə elanlar səslənir. Bu xəbərdarlıqlar əsasən, ürəkdamar xəstəliklərindən əziyyət çəkən şəxslərə ünvanlanır. Çünki meteohəssas (hava dəyişmələrinə reaksiya verən) insanların böyük əksəriyyətini məhz belə xəstələr təşkil edir. Artıq başa çatmaq üzrə olan yay mövsümü ürək-damar xəstəlikərindən əziyyət çəkən insanlar üçün kritik dövr sayılır. Amma ürəyi zəif olan insanlar özlərini isti havadan qorumaqla kifayətlənməməlidirlər. Hərəkətsizlik, piylənmə, siqaret, alkoqollu içkilər də belə xəstələrin əsas düşməni sayılır. Məsələn, əvvəllər yalnız tibbi ədəbiyyatlarda rast gəlinən “xolesterin” termini indi bütün dünyada ən aktual kəlmələr sırasında yer alıb. Çünki bu mad-

Hazırda bütün dünyada baş verən ölüm hallarının səbəbləri sırasında ürək-damar xəstəliklərinin birinci yerdə durduğunu bilirdinizmi? Azərbaycan da bu baxımdan istisna deyil. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 2005-ci ildə ürək-damar xəstəliklərindən 17,5 milyon nəfər insan ölüb ki, bu da bütün dünyada baş verən ölüm hallarının 30 faizini təşkil edir. DST-in məlumatlarına görə, 2015-ci ilə kimi bu xəstəliklərdən 20 milyon nəfər dünyasını dəyişəcək. Əvvəlcə, ürək-damar xəstəlikləri qrupunda hansı xəstəliklərin cəmləşdiyinə aydınlıq gətirək. N.Abdullayevin sözlərinə görə, ürək-damar xəstəlikləri deyəndə əsasən, yüksək qan təzyiqi ilə müşayiət olunan hipertoniya və ürəyin işemik xəstəlikləri, o cümlədən, stenokardiya, miokard infarktı, kardioskleroz nəzərdə tutulur: “Çünki adətən, ürəkdamar xəstəlikəri nəticəsində baş verən ölümün səbəbi bu iki xəstəlik olur. Daha doğrusu, hiper-

toniya müalicə olunmayanda, ürək, beyin, böyrək kimi orqanlar sıradan çıxır. Yəni bu xəstəlik zamanı effektli müalicə aparılmayanda hipertoniya ürək və böyrək çatışmazlığı, ya da insultla nəticələnir”. Həkimin sözlərinə görə, son illər ürək-damar xəstəlikləri xeyli “gəncləşib”. Artıq Azərbaycanda 25-30 yaşlı gənclərdə də ürəyin işemik xəstəliyinə rast gəlmək olur. N.Abdullayevin fikrincə, bunun əsas səbəbləri sırasında birinci yerdə emosional-psixoloji gərginlik dayanır: “Düzdür, bu məsələdə siqaretin, alkoqollu içkilərin də rolu var. Amma çox vaxt xəstələr məhz əsəbi vəziyyətdə yanlış olaraq, spirtli içkilərə və siqaretə əl atırlar”. Həkim onu da bildirdi ki, hazırda Azərbaycanda ürək-damar xəstəliklərindən ən çox yüksək qan təzyiqi və ürəyin işemik xəstəliklərinə təsadüf edilir. Amma nədənsə, bizdə hipertoniya xəstəliyinə qarşı laqeyd münasibət var: “Yüksək qan təzyiqinin tam müalicəsi yoxdur. Bu xəstəlik irsən, əsasən ana tərəfdən keçir. Bizdə bu xəstəliyə çox vaxt fikir vermirlər. Kimdənsə soruşanda ki, “təzyiqini ölçdürmüsən?”, cavab verir ki, məndə təzyiq yoxdur. Amma təsadüfən poliklinikada təzyiqi ölçüləndə məlum olur ki, bu insanın qan təzyiqi çox yüksəkdir”.

İLKİN ƏLAMƏTLƏRİ VƏ DİAQNOSTİKASI Ürəyin tez-tez döyünməsi, hərəkət edəndə, məsələn, pilləkənləri qalxıb-enən vaxt təngnəfəsliyin yaranması, baş ağrıları, soyuq tər, narahatlıq, xroniki yorğunluq ürək xəstəliklərinin ilkin əlamətləri sayıla bilər. Amma miokard infarktı kimi xəstəliklərdə əsas əlamət bərk ağrıdır. Həkim deyir ki, bu zaman ağrı yalnız ürək nahiyəsində olmaya da bilər: “Məsələn, elə xəstələr var ki, onlarda infarkt vaxtı ağrı çənəyə vurur. Bu


6 xəstəliyin aritmiya, təngnəfəsliklə müşayiət olunan formaları da var. Stenokardiya, infarkt vaxtı ağrı olmaya da bilər. Xəstə çox vaxt nə baş verdiyini anlamır. Deyirlər ki, əzələ ağrısıdır, yaxud qulunc tutub və s. Ona görə də belə hallar baş verəndə mütləq həkimə müraciət etmək lazımdır. Həkim kardioqrammalar vasitəsilə nə baş verdiyini dəqiq müəyyən etməlidir”. Ümumiyyətlə, xəstəliyin müəyyən olunmasında həm obyektiv, həm də subyektiv parametrlərdən istifadə olunmalıdır. Subyektiv parametrlər deyəndə, xəstənin şikayətləri nəzərdə tutulur. Bunları xəstə özü hiss edir. Obyektiv parametrlərə isə əsasən, ürək əzələsinin qalınlaşması, beynin qan-damar dövranının pozulması aiddir. Yəni müalicə yalnız xəstənin şikayətləri əsasında aparılmamalı, obyektiv yoxlamalarla müşayiət olunmalıdır. N.Abdullayevin sözlərinə görə, uzun müddət ürək-damar xəstəlikərinin diaqnostikası xəstələrin şikayətləri əsasında aparılıb. Amma son illər bu sahədə xeyli yeniliklər var: “Təzyiqin ölçülməsi, kardioqramma xəstəliklə bağlı informasiyanın yalnız 70-80 faizinin əldə olunmasına imkan verir. Amma başqa, daha davamlı və dəqiq nəzarət üsullarından da istifadə olunur. Məsələn, bu sahədə sutkalıq kardioqramma monitorlarından yararlanılır. Xüsusi aparat xəstənin üzərinə taxılır və o gündəlik, adi həyat tərzini davam etdirir. Bu zaman həmin aparat baş verən aritmiyaları, patoloji dəyişiklikləri qeyd edir ki, bu informasiyaları da adi kardioqramma vasitəsilə əldə etmək mümkün deyil”. Kardioloq onu da bildirdi ki, xəstələr mütləq onları müayinə edən həkimdən tələb etməlidir ki, resept kağızında xəstəliyin elmi adı dəqiq göstərilsin. Bu xəstənin hüquqları sırasına aiddir. Əgər diaqnoz düz qoyulmayıbsa,

xəstə həmin kağız əsasında həkimdən məhkəməyə şikayət edə bilər. Həkim xəstələrə tövsiyə etdi ki, ürək nahiyəsində ağrı hiss edəndə özünümüalicə ilə məşğul olmasınlar və həkimə müraciət etməkdən çəkinməsinlər. Çünki xəstəliyin vaxtında aşkarlanması onun nətəcəsinə ən azı 50 faiz təsir göstərə bilər.

ÜRƏYİN DÜŞMƏNİ Həkim deyir ki, ürək-damar xətəliklərinin müalicəsində dərman qəbulunun rolu 50 faizdən də aşağıdır. Bu zaman əsas diqqət həyat tərzinə və qidalanmaya yönəldilməlidir: “Hərəkəti artırmaq lazımdır. Hətta əsəbiləşən vaxt dərman qəbul etməkdənsə, çıxıb, təmiz havada gəzişmək daha yaxşıdır”. Qidalanmaya gəlincə, məsələn, hipertoniya xəstəliyi olan insanlar maye qəbulunu azaltmalıdırlar: “Belə insanlar çayı, suyu, müxtəlif şirələri az içməlidirlər. Bəzən onlar düşünürlər ki, gündə 2 litr maye qəbulu vacibdir. Amma bu göstərici sağlam insanlar üçün keçərlidir. Duz qəbulu da azaldılmalıdır. Xəstə insan həkimin müəyyənləşdirdiyi pəhrizə əməl etməlidir”. Yuxarıda da qeyd olunduğu kimi hazırda bütün dünyada artıq xolesterinlə ciddi mübarizə aparmağa başlayıblar. Həkim deyir ki, Azərbaycan mətbəxi xolesterinin əsas mənbəyi sayılan yağla, yağlı ətlə zəngin olduğundan, bizdə bu iş bir az çətin başa gəlir. Digər tərəfdən, əsəbi vəziyyətdə də xolesterin mübadiləsi pozulur. Məsələn, adi halda qanda 10 molekul xolesterin əmələ gəlirsə, əsəbiləşəndə bu miqdar 30 dəfədən də çox arta bilər. Nəticədə isə damarlarda daralma baş verir. Qeyd edək ki, xolesterin yağabənzər maddə olub, qaraciyər hüceyrələri tərəfindən az miqdarda hazırlanır. Amma bu miqdar orqanizmdə gedən pro-

seslər üçün yetərlidir. Bununla belə, bədənə qida ilə birgə də xolesterin daxil olur. Və belə izafi xolesterin orqanizmdəki faydalı maddələrin bir nömrəli “düşmən”inə çevrilir. Damarların daxili divarlarında, xüsusilə də, ürək və beyin damarlarında yığıntı şəklində toplanaraq, ateroskleroza səbəb olur. Bu isə ürəyin işemik xəstəliyi olan stenokardiya, infarkt və beynin qan dövranının pozulması, yəni insultla nəticələnə bilər. 1 sutkada orqanizmə daxil olan xolesterinin miqdarı 0,3-0,4 qramdan artıq olmamalıdır. Qanda xolesterinin artıqlığı uzun müddət özünü büruzə verməyə bilər. Ona görə də, ən azı ildə bir dəfə xolesterinin miqdarı yoxlanılmalıdır. Kərə yağı, yağlı ət və ət məhsulları, içalat, yumurta sarısı, yağlı pendir və digər süd məhsullarının tərkibində yüksək miqdarda xolesterin var. Ona görə də bu ərzaqların qəbulu məhdudlaşdırılmalıdır. Bitki yağlarında xolesterin olmadığından, yemək hazırlayarkən qarğıdalı, zeytun və günəbaxan yağından istifadə etmək məsləhətdir. Fiziki fəaliyyət zamanı isə əksinə, orqanizm tərəfindən xolesterin sərf olunur, ürək məşq edir, beynin qan dövranı yaxşılaşır. Ona görə də həftədə 2-3 dəfə, ən azı 30-40 dəqiqə idmanla məşğul olmaq vacibdir. Hipertoniyaya nəzarət də lazımdır. Qan təzyiqinin səviyyəsi 140/90mm. civə sütunundan yuxarı qalxmamalıdır. Çəkinizi də nəzarətdə saxlayın. Siqareti, spirtli içkiləri tərgidin! Əgər bütün bunlardan sonra da qanda xolesterinin səviyyəsi enmirsə, onda həkimə müraciət etmək və orqanizmdə bu maddənin miqdarını normallaşdıran preparatlar qəbul etmək lazımdır. Aynur Haqverdiyeva



8

ARIQLAMAQ ÜÇÜN ƏN GÖZƏL TƏBİİ VASİTƏ Vasim Məmmədəliyev: "Bir sıra klinikalarda bu metod müalicə məqsədilə tətbiq olunur" kademik Vasim Məmmədəliyev elmin müxtəlif sahələrini əhatə edən mövzular üzrə maraqlı həmsöhbətdir. Amma bir məqam var ki, onu xatırlayanda, bu barədə nə isə öyrənmək, araşdırma aparmaq istəyəndə istər-istəməz hörmətli akademikimiz də yada düşür. Bu məqam İslam dini, müqqəddəs Qurani-Kərimdir. Təbii ki, bu da təsadüfi deyil. Ən azı ona görə ki, uzun illərdən sonra Qurani-Kərimi ana dilimizdə ilk dəfə məhz Vasim Məmmədəliyevin tərcüməsində oxuya bilmişik. Elə bu məqamları nəzərə alıb, içərisində olduğumuz Müqəddəs Ramazan ayı ilə bağlı sizləri maraqlandıran suallara cavab tapmaq üçün Vasim müəllimin qapısını döydük. - Vasim müəllim, oruc hamı üçun vacib əməl sayılır. Amma elə insanlar var ki, fiziki cəhətdən oruc tutmaq imkanı olmur. Məsələn, müəyyən xəstəlikləri olan insanları buraya aid etmək

olar. Maraqlıdır, hansı xəstəliklərin daşıyıcıları oruc tuta bilməzlər? - Orucluq Allah-təalanın insanlara - müsəlmanlara vacib buyurduğu ibadətdir. İslamın əsas rüknlərindən, yəni dayaqlarından biridir. Orucluq Ramazan ayında vacib buyurulur. Ramazan orucu vacib olmazdan əvvəl də insanlar oruc tuturdular. Hər ayda üç gün, yəni hər ayın 13, 14, 15-ci günləri, bir də aşura orucu tuturdular. Musa peyğəmbərin yəhudiləri Misirdən azad etdiyi gün də oruc tutulurdu. Ramazan orucunun tutulması isə hicrətdən 18 ay sonra, Bədr vuruşundan təxminən bir az əvvəl vacib buyuruldu. Ramazan ayında orucun tutulması vacib buyurulduqdan sonra əvvəlki oruclar könüllü oldu. Yəni kim istərdisə, könüllü şəkildə həmin orucları tuta bilərdi. Ramazan ayında tutulan orucun da öz şərtləri var. Allah-təala Bəqərə surəsində buyurur ki, "bilsəniz, oruc tutmaq sizin ücün nə qədər xeyirlidir". Bu ayədən məlum olur ki, oruc tutmağın insan üçün müəyyən xeyirləri var.

Bütün bunlarla yanaşı, orucu həddi-buluğa çatan, sağlam müsəlmanlar tutmalıdırlar. Müəyyən kateqoriyalı insanlar var ki, onlar oruc tutmaya bilərlər. Bura yaşı həddindən çox olan insanları, ixtiyar qocaları aid etmək olar. Qoca, yaşlı adamların oruc tutmağa taqətləri yoxdursa, bu mövsümdə tutmaya bilərlər. Bundan başqa susuzluğa davamı olmayan insanlar oruc tutmaqdan azaddırlar. Yəni elə adam var ki, su içməsə, ürəyi gedər, yaxud başqa fəsadlarla üzləşə bilər. Belə insanlar oruc tutmaya bilərlər. Həmçinin vərəm xəstəliyi olanlar oruc tutmaqdan azaddırlar. Günün müəyyən saatlarında ac qalmaq onların xəstəliyini kəskinləşdirə bilər. Onu da deyim ki, növbəti mərasimə qədər sağlamlıqları bərpa olunanlar oruc tutmalıdırlar. - Bəs, müəyyən səbəblərdən orucu yarımçıq qalmış insanlar nə etməlidirlər? - Əgər kiminsə hər hansı səbəbdən orucu yarımçıq qalıbsa, məsələn, xəstələnibsə, sağlam-


9


10 lığı bərpa olunduqdan sonra gələn mərasimə qədər tutmadığı günlərin orucunu tutmalıdır. Və tutmadığı günlərin müqabilində fidyə-sədəqə verməlidir. Bunun fitrəyə dəxli yoxdu. Oruc tutan şəxs oruc tutmadığı günlərin əvəzi olaraq hər hansı bir yoxsul insana bu fidyəni verir. Fidyənin miqdarı bir gün üçün bir kiloqram buğdanın, yaxud düyünün dəyərində olmalıdır. Fidyə verən şəxs fidyəni ya məhsul, ya da pul şəklində verə bilər. Onu da deyim ki, fidyə şəxsin tutmadığı orucun əvəzi olaraq verilir. Əgər növbəti ildə sağlamlığı bərpa olunarsa, fidyə ilə kifayətlənə bilməz, oruc tutmadığı günlərin orucunu tutmalıdır. - Ümumiyyətlə, orucun sağlamlığı şərtləndirən bir amil kimi təqdim olunması nə dərəcədə düzgündür? - Nəzərinizə çatdırım ki, nəinki müsəlman ölkələrində, artıq Avropa ölkələrində də orucun sağlamlığı şərtləndirən amil olması təsdiqlənib. Keçmiş zamanlarda həzrəti Davud bir gün yeyər, bir gün oruc tutarmış. Təsadüfi deyil ki, Avropada "Davud orucu" deyilən termin yaranıb. Bir gün yeyib, bir gün fasilə vermək avropalıların müalicə metodlarına çevrilib. Hətta bir sıra klinikalarda bu metod müalicə məqsədilə tətbiq olunur. Bəzi insanlar arıqlamaq üçün müxtəlif kimyəvi preparatlar qəbul edirlər. Bunlar da təbii ki, insanda digər fəsadların yaranmasına gətirib çıxarır. Orucluq isə arıqlamaq üçün ən gözəl təbii vasitədir. Ramazan ayında hər bir nəfərin artıq çəkidən yaxa qurtamğa çox gözəl imkanı olur. Bir ay müddətində tutulan oruc bədəndəki artıq maddələrin, artıq piylərin təbii yollarla bədəndən əriyib getməsinə, xaric olmasına imkan yaradır. Hətta həkimlər təsdiq ediblər ki, bu bir aylıq müddət sağlamlıq baxımından çox önəmlidir, yəni vaxt o qədər dəqiq

seçilib ki, çox tutmağın da faydası yoxdur. Bir ay müddətində insanın daxili orqanları istirahətə çıxır. Və həmin orqanlar bir ay müddətində sanki özlərinin gücünü bərpa etməyə çalışırlar. Bundan başqa oruc tutan şəxslərdə qaraciyərin də müqaviməti artır. Məsələ burasındadır ki, bədəndə yemək, maye çox olanda ürəyə güc düşür. Ac olduqda isə ürək öz fəaliyyətini tənzimləməyə çalışır, ürəyin fəaliyyəti yaxşılaşır, qan dövranı normallaşır, bunun müqabilində beyin açıq və yaxşı işləməyə başlayır. Əsəb sistemi özü fəaliyyətini bərpa edə bilir. Beyin qanla tez və vaxtında təmin olunduqda iş gücü artır. Beyində qan dövranı yaxşılaşır, təzələnmə gedir. Orucluq hüceyrələrin müqavimətini artırır. Hüceyrələr cavanlaşır, möhkəmlənir və insan özünü cavan hiss edir. Digər tərəfdən, əlbəttə ki, biz orucu birinci növbədə, Allah-təala buyurduğu üçün tuturuq. Biz bununla Allahın rizasını qazanırıq. Bu yol behiştə getmək üçün ən gözəl vasitələrdən biridir. Allahın vacib buyurduğu ibadətlərin, əməllərin arxasında bildiyimiz və bilmədiyimiz bir çox xeyirlər var. Elm inkişaf etdikcə insan bu faydaları başa düşür. Elə faydalar var ki, elmin gücü onları açmağa hələ ki qadir deyil. - Qadınlar hansı hallarda oruc tutmaya bilərlər? - Hamilə qadının tutduğu oruc özünə, ya da bətnindəki körpəyə ziyan verirsə, onun tutduğu oruc düzgün deyil, buna “səhih olmayan oruc” deyirlər. Süd verən ana qidalanmazsa, onun südü normal olmaz və nəticədə uşaq ac qalar və yaxud başqa fəsad əmələ gələr. Uşağına süd verən qadının oruc tutmağı düzgün deyil. Bir də qadınlar menstruasiya dövründə oruc tutmurlar. Lakin bu hal neçə gün davam edirsə, həmin günlərin orucu tutulmalıdır. Belə vəziyyət-

də olan qadınlar namazdan da azad sayılırlar. Lakin namaz gündəlik ibadət olduğuna görə onun qəzası vacıb buyurulmur. Ancaq orucluq ildə bir dəfə olduğuna görə qadınlar bu günlərin əvəzinə oruclarını tutmalıdırlar. İslam dini bütün bu məqamları nəzərə alır. - Bəzən oruc tutan valideynlər azyaşlı uşaqlarını da oruc tutmağa məcbur edirlər. Bu nə dərəcədə düzgündür? Eyni zamanda uşaqlar üçün bu məsələdə hər hansı qaydalar varmı, məsələn yaşla, dözümlə bağlı? - Umumiyyətlə, dində məcburiyyətdən söhbət gedə bilməz. Heç kimi bu ibadəti gerçəkləşdirməyə vadar eləmək olmaz. Hər kəs könüllü, bu ibadətlərin mahiyyətini anlayaraq, sidq ürəklə və Allah rizası üçün oruc tutmalıdır. Uşaqlara gəlincə, yetinlik yaşına, həddi-buluğa çatan hər kəsə oruc tutmaq vacib buyurulur. Yetkinlik yaşına çatan uşaq mükəlləf olur. Yəni artıq dini əməlləri, ibadətləri yerinə yetirmək onun üçün vacib sayılır. Öncə uşaq özünü dərk eləməlidir. - Vasim müəllim, ümumiyyətlə, hansı hallarda oruc batil sayılır? - Qəsdən orucu pozduqda oruc tutulan vaxt cinsi əlaqədə olduqda, kişilərdə oruc tutan vaxt sperma gəldikdə, batil sayılır. - Ramazan ayında qadınların kosmetikadan istifadəsi orucu batil edirmi? - Tamam qadağa qoyulmasa da, imkan daxilində kosmetikadan çəkinmək lazımdır. Yəni qadın özünə hər zaman fikir verməlidir, amma aludə olmaq da məsləhət deyil. Çünki bu ay Allah-təalanın ən sevimli ayıdır, duaların qəbul olunduğu aydır, ona görə də ibadətlə vaxt keçirmək, xeyirli işlərlə məşğul olmaq lazımdır.


11

- Belə bir fikir var ki, oruc tutan adam mütləq namaz qılmalıdır. Namaz qılmırsa, deməli oruc batil sayılır. Bu nə dərəcədə düzgündür? - Bu düzgün fikir deyil. Əgər insan oruc tutmağa hazırdırsa, qoy, tutsun. Düzdür, İslami nöqteyi-nəzərdən müsəlman həm namazını qılmalı, həm də orucunu tutmalıdır. Amma yaşadığımız keçmiş günləri də nəzərə almalıyıq. Biz 70 il sovet dönəmində yaşamışıq. Və bu 70 ildə ateist bilgilərlə tərbiyə olunmuşuq. İnsanlar indi-indi

dinə-imana qayıdırlar. Onu da deyim ki, oruc tutan adam bir-iki ildən sonra namazını da qılmağa başlayacaq. Bu mənada belə sözlərlə insanları dindən qaçırtmaq lazım deyil. Məhəmməd peyğəmbərin bir sözü var: "İnsanları dindən qaçırmayın, onlarda dinə hörmət, məhəbbət yaradın!". Gülnar Mayisqızı


12


13 yard insan həddən artıq kökdür və bu tendensiya davam edərsə, həmin göstərici yaxın 10 il ərzində 40 faiz artacaq. Amerikanın «Forbes» jurnalının hazırladığı reytinq cədvəlində artıq çəkisi olan sakinlərinin sayına görə, dünya ölkələrinin siyahısı dərc edilib. Reytinqin hazırlanması zamanı 15 yaşdan yuxarı olan insanların çəkisi nəzərə alınıb. Azərbaycan 194 ölkə arasında 53-cü yeri tutur – ölkə əhalisinin 57,1 faizinin çəkisi normadan artıqdır. Ümumiyyətlə, son vaxtlar bütün dünyada piylənmənin geniş yayılmasında «fast food» (ayaqüstü yeməklər), az fiziki hərəkət, stress və Qərb həyat tərzini təqsirləndirirlər.

PİYLƏNMƏNİN SƏBƏBLƏRİ əqin ki, bir çoxlarınız iki insanın təxminən eyni miqdarda və eyni tərkibdə qidalandığını, lakin bu qidalanmanın onlara müxtəlif cür təsir göstərdiyini müşahidə etmisiniz: onlardan birinin çəkisi artır, digəri isə əvvəlki bədən quruluşunu saxlayır. Bir qayda olaraq bunu orqanizmlərdə metabolizmin müxtəlif və bədən quruluşunun fərqli olması, həmçinin piylənməyə meylliliklə izah edirlər. Piylənmə ən çox yayılan xəstəliklərdən biridir. Statistikaya görə piylənmə xəstəliyindən vaxtından qabaq dünyasını dəyişənlər, bədxassəli şişlərdən ölənlərə nisbətən iki dəfə çoxdur. ABŞ əhalisinin yarısından çoxunun bədəninin çəkisi normadan artıqdır. Bu ölkədə hər il piylənmənin müalicəsinə və profilaktikasına 100 milyard dollardan artıq vəsait xərclənir. Ümumilikdə isə Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, hazırda dünyada 1,6 mil-

Piylənməyə səbəb olan amillər və bu xəstəlikdən müalicə üsulları barədə jurnalımızın məsləhətçisi, tibb elmləri doktoru, professor Maqsud Qasımovla söhbətləşdik. Professorun sözlərinə görə, piylənmə xəstəliyinin yaranmasında ən əhəmiyyətli rolu enerji disbalansı oynayır. Yəni orqanizmə qidalanma ilə daha çox kalori daxil olur, nəinki sərf olunur: “Piylənmənin inkişafına səbəb olan amillərdən biri də qidalanmada karbohidratlardan artıqlaması ilə istifadə edilməsi və bunların özlüyündə yağlara çevrilməsidir (liponeogenez) və eyni zamanda lipolitik (yağları parçalayan fermentlərin) (lipaza) fəallığının azalmasıdır, bu isə yağların (triqliseridlərin) yağ toxumalarında toplanması ilə müşayiət olunur. Piylənmədə genetik faktorlar da böyük rol oynayır. Valideynlərdən birində piylənmə müşahidə olunarsa, onların uşaqlarında 40%, hər ikisində olarsa, 80% piylənmə baş verir”. M.Qasımov qidalanmanın qeyri-müəyyən olmasının da piylənməyə səbəb olduğunu

bildirir. Belə ki, qida qəbulunun gün ərzində böyük fasilələrlə olması, özlüyündə qida mərkəzinin həddindən artıq oyanmasına gətirib çıxarır, həmin insanlar uzun fasilədən sonra teztez və artıqlaması ilə yeyirlər. Piylənmə hadisəsi 30-40 yaşlardan sonra orqanizmdə mübadilə proseslərinin fəallığının azalması nəticəsində də baş verir. Bu səbəbdən də piylənmə xəstəliyi əsasən 40 yaşdan yuxarı əhali arasında müşahidə olunur. 40-55 yaşda olan qadınların hər dördündən biri piylənmədən əziyyət çəkir. Axşam vaxtı çoxlu miqdarda qəbul edilən yeməklər də xoşagəlməz təsirə malik olur, çünki qida maddələri gecə vaxtı qana daxil olduqda, demək olar ki, hamısı tamlığı ilə yağa çevrilir.

ÇƏKİNİZ NORMALDIRMI? “Ailə həkimi” məsləhətçisinin sözlərinə görə, çəkini ölçmək üçün bədənin kütləsinin indeksini (BKİ) müəyyən etmək lazımdır. Onu hesablamaq üçün çəkini boya bölürlər, sonra isə kvadrata yüksəldirlər. Məsələn bədənin ümumi çəkisi 65 kq, boy 1,71 smdir. 65:1,71 =22 BKİ-yə bərabərdir: “BKİ 19-dan az olarsa, bədənin çəkisinin az olduğunu göstərir. 20-25 arasında olduqda bu, normal göstəricidir. 25-30 arasında olması isə bədənin çəkisinin artıq olduğunu və ya l dərəcəli piylənməni göstərir. 30-40 arası piylənmənin ll, 41-dən çox olduqda isə lll dərəcəsi hesab olunur. Orqanizmdə yağ toxumalarının necə bölüşdürülməsinə də əhəmiyyət vermək lazımdır. Bundan ötrü belin həcminin ölçüsünü budun ən geniş hissəsindəki ölçüyə bölürlər. Əgər bu böyüklük kişilərdə 1,0-dən, qadınlarda 0,8-dən çoxdursa, deməli, o xəstədə ən təhlükəli piylənmə yaranıb”. Bədən kütləsi artdıqda və 1-ci


14 dərəcəli piylənmə olduqda, uzunömürlülüyün orta hesabla 3-5, ll-lll dərəcəli piylənmədə isə 15 ilə yaxın azalması baş verir. Müəyyən edilib ki, əgər insanlar piylənmənin problemlərindən uzaqlaşa bilsəydilər, onda orta ömür 4 və daha çox il uzanardı. Çəkinin ideal olub-olmamasını yoxlayarkən, yaş amilini də nəzərdən qaçırmaq olmaz. Çünki yaş artdıqca, insanların çəkisinin artması normal fizioloji prosesdir. Bəlkə də sizə artıq görünən çəki, əslində, tamamilə normaldır.

ARTIQ ÇƏKİLƏRDƏN XİLAS OL! Piylənmə xəstəliyinə tutulanların sayı günü-gündən artır. Xəstəliyin bu qədər intensiv artması, hər şeydən əvvəl piylənmənin birbaşa insanların həyat tərzindən asılı olduğunu göstərir. Bu fərqliliklər və piylənmənin müxtəlif mənşəli olması hər bir xəstəyə fərdi müalicə proqramının hazırlanmasını tələb edir. Köklük və piylənmə ürəkdamar, insult, ikinci dərəcəli diabet və başqa xroniki xəstəliklərin inkişafı riskinin əsas faktorlarından biridir. Odur ki, bu xəstəliyin müalicəsinə xüsusi diqqət yetirmək lazımdır. Tibb elmləri doktoru Maqsud Qasımovun sözlərinə görə, piylənmənin qarşısını almaq üçün ilk növbədə, qəbul edilən qidanın miqdarının onun sərfiyyatından az olmasına əhəmiyyət vermək lazımdır: “Piylənmənin müalicəsində qidalanma rejiminin də mühüm rolu var. Qida qəbulunun uzun fasilələrlə hərdənbir olması bu xəstəliyin daha da inkişaf etməsinə səbəb olar. Piylənmədən xilas olmaq arzusu ilə sərbəst şəkildə pəhriz seçmək olmaz. Bu, xeyirli deyil, əksinə, təhlükəlidir. Xəstəlikdən müalicə zamanı yalnız diyetoloqların fərdi olaraq hazırladığı pəhrizlər kömək edə bilər. Ancaq piylənmədən qurtulmaq üçün ciddi pəhriz saxlamaq əsas şərt deyil.

Bu, bir xəstəlik olduğundan, ilk növbədə onun yaranma səbəbi araşdırılmalı, daha sonra ona uyğun müalicə prosedurası təyin olunmalıdır. Piylənmə şəkərli diabet, hormonal pozğunluq və qadın xəstəliklərinin nəticəsində də yarana bilər. Orqanizm tam bir sistemdir. Əgər bu sistemdə nəsə qaydasında deyilsə, pəhriz nəticə verməyəcək. Bu vəziyyətdə qidaya məhdudiyyət qoymaq yox, xəstəliyi araşdırmaq və müalicə etmək lazımdır”. Bir neçə gün tamamilə ac qalmaqla piylənmədən xilas olacaqlarını düşünənlər də var. Ancaq unutmaq lazım deyil ki, mədə-bağırsaq sistemi mütəmadi qida qəbuluna öyrənib. Mədədə qidanın həzm olunmasına xidmət edən mədə şirəsi ifraz olunur. Qida daxil olmadıqda, şirə mədənin selikli qişasını "yeyir". Bu isə mədə eroziyası, hətta mədə xorası ilə nəticələnə bilər. Bütün günü ancaq tünd qəhvə ilə keçirdikdə isə qastrit və xora ehtimalı daha da artır. Həmçinin qida tərkibinin kəskin dəyişməsi də ağır xəstəliklərə səbəb ola bilər. Odur ki, birdən-birə ağır pəhrizə keçməzdən əvvəl, həkimlə məsləhətləşmək vacibdir. Xüsusən də hamilə qadınlar üçün bu daha vacibdir. Statistikaya görə, yenicə ana olmuş qadınların 30 faizində öd daşı problemi yaranır. Məsələ bundadır ki, hamiləlik və bundan sonrakı dövrdə qadınlarda hormonal fon dəyişir, xolesterinin miqdarı artır və öd lazım olduğundan çox ifraz olunur. Xəstəlik isə çox vaxt gizli qalır. Buna görə də qida tərkibini yalnız həkim məsləhəti ilə dəyişmək olar. İdmanla məşğul olmaqla arıqlayacağını düşünənlər də bunu diqqətlə etməlidirlər. İdmanı birdən-birə həyatınıza daxil etmək qəti qadağandır. Orqanizm fiziki gərginliyə uyğunlaşmalıdır. Qandamar sisteminə məhəl qoymadan saatlarla idman zalında məşq etmək, yaşdan asılı olaraq, hətta

infarktla da nəticələnə bilər. İdmanı həyatınıza qismən, yavaşyavaş gətirin. M.Qasımov piylənmə xəstəliyini müalicə etdikdə bəzən dozalı acqalma üsulundan da istifadə olunduğunu vurğulayır: “Adətən aclıq 12-18 gün müddətinə təyin edilir. Bu zaman təzə tərəvəz və meyvələrdən, şirələrdən, süd dietalarından geniş istifadə olunur. Həmçinin qurudulmuş meyvələrdən və düyüdən həlim, buğda bişirilmiş yumurtadan omlet, alma kiseli, kefir kimi qidaları da qəbul etmək olar. Ac qalmaqla müalicəyə yalnız müstəsna hallarda, digər üsullarla arzu edilən müvəffəqiyyətlər əldə edilmədikdə, piylənmənin son dərəcəyə çatmasında, çarəsiz qaldıqda istifadə etmək olar. Piylənmədə tətbiq olunan dietanın tərkibində geniş spektrdə qida maddələri ilə zəngin məhsullar olmalıdır, qidalanmanın maksimal şəkildə müxtəlifliyi, rəngarəngliyi də lazımdır, çünki birtərəfli dieta metabolik pozulmaları dərinləşdirir, ağırlaşdırır və ya yeni pozuntuların əmələ gəlməsinə səbəb olur. Müxtəlif şəkildə ekzotik, qeyri-adi üsullara çox maraq göstərmək lazım deyil: tam şəkildə vegetarianlığa, monodietalara, uzunmüddətli acqalmalara, qaynanmamış, bişməmiş, çiy məhsulları qəbul etməyə də meyl göstərmək məsləhət deyil. Bu xəstəliyin müalicəsinin ən mühüm problemlərindən biri də piylənməyə meylli şəxslərin iştahasının artıq olmasıdır. Odur ki, artıq çəkidən əziyyət çəkənlər sağlamlıqlarının qeydinə qalaraq, iştahalarına nəzarət etsələr, yaxşı olar. Xəyalə Mustafayeva


15


16

HƏRƏKƏT HƏYATDIR


17

əkamülün müxtəlif mərhələlərinə nəzər saldıqda təbiətdə bitkilərdən tutmuş ən sadə quruluşlu heyvanlarda da hərəkətin müxtəlif növlərinin mövcudluğu görünür. İnsanda isə bu şüurlu surətdə həyata keçirilir. İnsan yaşayır, yaradır, inkişaf edir, əməyi və intellekti ilə cəmiyyətdə müəyyən mövqe tutur.

BƏDƏNİMİZİ TARAZ SAXLAYAN NƏDİR? İnsan nə zamandan hərəkətə başlayıb? Bu sualın cavabı inkişaf prosesi ilə bağlıdır. Belə ki, orqanizmin inkişafı bətndaxili və ya doğulana qədər; bətnxarici və ya doğulandan sonrakı dövrlərdən ibarətdir. Yerdəyişmə, hərəkət, istər sadə, istərsə də dolğun şəkildə - məhz bu dövrləri əhatə etmiş olur. Yunan dialektikasının banisi Heraklitin təbirincə desək, hər şey hərəkətdədir və elə hərəkətdədir ki, əgər onu axar çaya bənzətsək, o çaya

iki dəfə girmək mümkün deyildir. Bəs, bədənimizi taraz saxlayan nədir? Gündəlik həyatımızda müşahidə olunan mühitdə yerdəyişməni nə təmin edir? Bu proseslər dayaq-hərəkət, endokrin və sensor aparatlar; həzm, tənəffüs, sidik-cinsiyyət, qan-damar, limfa və sinir sistemlərinin hesabına baş verir. Dayaq-hərəkət aparatına sümüklər və onların birləşmələri, habelə bu birləşmələrdə hərəkət törədən skelet əzələləri və başda yerləşən visseral əzələlərin bir qismi aiddir. Sümük və birləşmələr dayaq-hərəkət aparatının passiv, əzələlər isə aktiv hissəsini təşkil edir. İnsan bədənində 400-ə qədər skelet əzələsi var. Məhz, bunların yığılması nəticəsində orqanizm və onun ayrı-ayrı hissələri yerini dəyişir, hərəkət edir; tənəffüs zamanı döş qəfəsinin həcmi dəyişilir; udma, çeynəmə aktları baş verir; səs və nitq yaranır; mimika ifadə olunur; sidik ifrazı, defekasiya aktları olur. Buradan aydın olur ki, bədənimizin tarazlığı skelet əzələləri hesabına saxlanılır; orqanizmimizin enerji balansı skelet əzələləri hesabına tənzim olunur.

ƏZƏLƏDƏ QİDALANMA POZULARSA... Qeyd etdiyimiz kimi, insan bədənini təşkil edən hər bir əzələnin özünəməxsus işi var. Əgər bu və ya digər dərəcədə hər hansı əzələnin funksiyasında pozulma müşahidə olunarsa, bu hərəkətin də dəyişməsinə səbəb olar və yeni bir xəstəliyin meydana çıxması üçün şərait yaranar. Elmi araşdırmalar nəticəsində müəyyən edilib ki, fiziki məşq bədəndə bütün əzələlərə təsir edərək, onların möhkəmlənməsinə səbəb olur. Demək bu cəhətdən də "hər bir insanın sağlamlığı öz əlindədir" desək, yanılmarıq. Onu da qeyd edək ki, bədənimizdəki

hər bir əzələnin fəaliyyəti ilk növbədə damar-sinir sistemi ilə tənzimlənir, yəni əgər hər bir əzələdə qidalanma və sinirlə təchizat pozularsa, təbii ki, bu əzələnin işinə də təsir edəcək. Məsələn, zəif bağ aparatına malik olduğundan bazu oynağının çıxıqlarına daha çox rast gəlinir. Belə çıxıqlar da öz növbəsində qoltuq sinirinin zədələnməsinə səbəb olaraq, bazu oynağını əhatə edən və onda müxtəlif hərəkətlər törədən deltayabənzər əzələnin qidalanmasını pozur. Bu kimi müxtəlif əzələlərin işinə mənfi təsir edən amillər də öz növbəsində hərəkət pozğunluğuna səbəb olur və vaxtında qarşısı alınmazsa, ciddi xəstəliklərin meydana çıxma imkanını artırır. Bu isə insanda psixoloji gərginliyin artması, sinir sisteminin müxtəlif patologiyaları, o cümlədən ürək-damar xəstəliklərinin vaxtından əvvəl yaranması üçün əlverişli şərait yaradır.

HANSI HƏRƏKƏT OLMASA, İNSAN ÖLƏ BİLƏR? Qan bədəndə sakit halda olmur, o, daima damarlarda hərəkət edir. Bu hərəkət qan dövranı adlanır. Qan dövranının orqanizmdə gedən bütün proseslər üçün olduqca böyük əhəmiyyəti var. Bu prosesdə kiçik bir maneə orqanizm üçün böyük təhlükə törədə bilər. Orqanizmdə maddələr mübadiləsi də qan dövranı vasitəsilə həyata keçirilir. Qan hərəkət etdikcə, özü ilə bərabər çoxlu miqdarda müxtəlif maddələr daşıyaraq, orqanizmdəki bütün üzvləri bir-biri ilə əlaqələndirir və sinir sistemi ilə vəhdətini təmin edir. Yeri gəlmişkən, qan bütün bədəni orta hesabla 24 saniyə müddətində dövr edir. Ürək isə qanın dövri hərəkətini yaradan bir mühərrikdir (Ürəyi bizim eradan əvvəl 250300-cü ildə Erazistrat adlı alim öyrənərək, onun qapaqlarını kəşf edib. XVI əsrdə yaşamış Aranzi adlı alim isə insan dölünü müayinə


18 edərək, ürəyin aypara qapaqlarını təsvir edib). Doğrudan da ürəyin fəaliyyətini nasosa bənzətmək olar. Sistola zamanı, yəni ürək əzələsi yığılarkən qanı boşluqlardan damarlara, yəni arteriyalara qovur. Ürək əzələsi boşaldıqda - buna da diastola deyilir - qan yenidən boşluqlara dolmuş olur. Qanı orqanlardan boşluqlara aparan damarlar venalardır. Ürək əzələsi işlədiyi qədər də fasilə edir ki, bu da pauzadır. Qanın bir istiqamətdə hərəkəti ürək qapaqları vasitəsilə həyata keçirilir. Belə ki, onlar əks hərəkətə mane olur. Əgər bu qapaqlarda hər hansı bir çatışmazlıq baş verərsə, mütləq ürəyin fəaliyyətinə də təsir edəcək və nəticədə müxtəlif ürək-damar sistemi xəstəlikləri ilə nəticələnəcək. Onu da qeyd edək ki, hər bir sağlam şəxsin ürəyi sakit vəziyyətdə dəqiqədə 70-75 dəfə vurur. Elm sübut edib ki, ürək əzələsi dəqiqədə 80 dəfə, bir gündə isə 115.200 dəfə yığılır. Bu müddətdə ürək 8.460 litr qan vurur. Əgər ürək əzələsində hər hansı pozğunluq yaranarsa, bu işə təxminən 3 dəfə çox vaxt sərf olunar.

MİOKARD İNFARKTI NECƏ YARANIR? Ürəyi qanla təchiz edən damarlar tac damarlardır. Əgər tac damarlarda spazma, tromboz olarsa, ürəyin qidalanması pozular və bu da miokard infarktı ilə nəticələnər. Siqaret çəkmə, spirtli içki, oturaq həyat tərzi, piylənmə, sinir gərginliyi, xolesterin mübadiləsi pozğunluğu, angina, revmatizm, gərgin zehni əmək və s. miokard infarktını törədən amillərdir.

Ürək - damar xəstəlikləri ilə mübarizədə profilaktik tədbirlər. 1. İdmanla müntəzəm məşğul olmaq. 2. Hər gün ən azı 1-2 saat təmiz havada olmaq. 3. Müntəzəm və ritmlə görülən iş. 4. Düzgün qida rejimi, o cümlədən xolesterinlə zəngin qidalardan az istifadə. Lazımi qədər istirahət və yuxu. 5. Su proseduraları, hava vannaları qəbul etməklə bədəni möhkəmləndirmək. 6. Sinir gərginliyini aradan qaldırmaq, təbiəti seyr etmək, gözəl musiqilər dinləmək. Ürəyimizin ritmini qorumaq hər birimizin borcudur. Əgər ritm pozularsa, aritmiya baş verər və bununla da insan sağlamlığına zərər gələr. Unutmayaq ki, “sağlam ürək sağlam həyat” deməkdir. Sədaqət Rüstəmova tibb elmləri namizədi



20

MİN BİR DƏRDİN DƏRMANI – ÇAY MÜQƏDDƏS İÇKİ, YOXSA ŞƏFALI BİTKİ?...


21 bitkini qəbul etməyə başladılar. O dövrdə insanlar söhbət zamanı içki yerinə çay təqdim edirdilər. Minilliklər boyu çay yalnız Çin, Hindistan və digər Asiya ölkələrinə məlum idi. Avropaya isə ilk dəfə 16-cı əsrdə gətirilmiş və get-gedə yayılaraq, bütün dünya ölkələrinin sevimli içkisinə çevrilmişdir. Statistik məlumatlara görə, Böyük Britaniya çay qəbul edilməsinə görə dünyada birinci yeri tutur. Çay tərkibindəki efir yağına görə zərif ətirli qoxuya malikdir. Tərkibindəki katexinlər isə çaya bir qədər acıtəhər, kəskin dad verir.

ÇAYLA MÜALİCƏ

ayın vətəni Çin hesab olunur. Bitkinin adı da çin dilində cavan yarpaq deməkdir və “tsay-ye” kimi səslənir. Mədəni surətdə yetişdirilən çayın tarixi təxminən 500 il əvvələ gedib çıxır. Ancaq eradan 2700 il əvvələ təsadüf edilən qədim çin əlyazmalarında çay müalicəvi bitki kimi təqdim edilirdi. Ruhanilər çay yarpaqlarının dəmləməsini mü qəddəs içki, təbiblər isə şəfalı bitki hesab edirdilər. Qədim çin əlyazmalarında göstərilir ki, çay əhvalruhiyyəni yüksəldir, yorğunluğu aradan qaldırır, zehni fəaliyyəti gücləndirir, bədəni yüngülləşdirir, təzələyir, mənimsəmək qabiliyyətini artırır. İlk vaxtlar çinlilər çayı 72 zəhərin dərmanı hesab edir, onu sadəcə xəstələndikdə qəbul edirdilər. Sonradan çay yar paqlarını gündəlik həyatlarında yorğun olarkən istifadə etməyə başladılar. Əvvəllər çaydan yalnız saraylarda xanlar istifadə edirdilər. Sonradan adi insanlar da bu şəfalı

Çay bir çox vitaminlərlə zəngindir. Onun tərkibində görmə qabiliyyətinin artmasına kömək edən A vitamini var. Çay yar paqları B vitaminin bütün növləri ilə də zəngindir. B1 vitamini sinir sisteminin fəaliyyətini tənzimləyir, əsəbləri sakitləşdirir. Bu vitamin həm də şəkər xəstəliyinə, mədə yarası olanlara gərəkdir. Çayın tərkibindəki B2 vitamini isə dəri üçün çox xeyirlidir. Ekzemadan müalicəyə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu vitamindən ağır qaraciyər xəstəliklərinin müa licəsində - sirrozda, hepatitdə də istifadə olunur. Çay yarpaqları vitamin C ilə də zəngindir. Bu vitamin yaşıl və sarı çayın tərkibində qara çaya nisbətən 10 dəfə çoxdur. Çayın tərkibində böyrəklər üçün xeyirli olan K vitamini də mövcuddur. Çayda həmçinin dəmir, mis tərkibli maddələr, ftor var. Tünd çay tərkibində ftor olduğundan kariyesin qarşısını alır. Aşılayıcı maddə olan dubil isə diş əti qanaxmasını azaldır. Çayın tərkibində PP vitamininin olması isə qanda qırmızı qan kürəciklərini artırır, anemiya, qan azlığı xəstəliyinə çox kömək edir. Tərkibində kofein olduğu üçün çay əsasən tonusu artıran vasitə kimi əhəmiyyətlidir. Çay yarpaqlarının tərkibindəki alkaloidlər – teofilin və kofein beyin qan damar-

larını genişləndirir, ürək əzələsini oyandırır. Ürək-damar sisteminin kəskin və xroniki xəstəlikləri zamanı çay içmək məsləhət görülür. Çaya limon, qarağat əlavə edildikdə, onun xeyri daha da artır. Tərkibində müxtəlif otlar, giləmeyvələr, nanə, moruq və s. olan çaylar isə təkcə dadına görə deyil, həm də faydalı olmasına görə seçilir. Çay böyrəklərdə daş əmələ gəlməsinə əks təsir göstərir. Çaya dəvədabanı, cökə çiçəkləri, qurudulmuş moruq əlavə edilməsi bronxit xəstəliyi zamanı yaxşı müalicəvi effekt verir. Çayın mədə-bağırsaq infeksiyalarının profilaktikasında da əvəzsiz rolu var. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, çaydakı katexinlər immun sistemini möhkəmləndirir, qrip, yuxarı tənəffüs yollarının iltihabı və soyuqdəymənin qarşısını alır. Çay yarpaqları ən güclü antioksidantlardan olan flavonidlərlə də zəngindir. Flavonidlər qanda xolesterinin səviyyəsini azaldır və qan təzyiqini aşağı salır, bununla da ürək-damar xəstəliklərinə və ateroskleroza olan riski azaldır.

YAŞIL ÇAY Yaşıl çayı soyuqdəymə zamanı (güclü tər ifrazı əldə etmək üçün), uzunmüddətli fiziki işdən sonra yorğunluğu aradan qaldırmaq məqsədilə istifadə edirlər. Yaşıl çay kapillyarların keçiriciliyini daha çox azaldır. Yaşıl çaydan şüa xəstəliklərinin müalicəsində də istifadə edirlər. Araşdırmalara görə, yaşıl çay içənlərin daha çox yaşadıqları və xərçəng xəstəliyinə nisbətən az hallarda tutulduqları müəyyənləşdirilib. Tərkibindəki C vitaminin zənginliyinə görə yaşıl çay sinqa, yaddaşın itməsi, mədə xəstəliklərinin müalicəsi üçün əvəzsiz içkidir. Yaşıl çaya süd, şəkər, limon əlavə etmək düzgün deyil.


22 ÇAYI NECƏ İÇMƏLİ? Hər bir ölkədə çayı özünəməxsus şəkildə qəbul edirlər: Orta Asiyada yaşıl çayı, İngiltərədə südlə qarışdırılmış, bəzi ölkələrdə isə buz qatılmış çayı xoşlayırlar. Çayla südün qarışığı orqanizm üçün daha yararlı hesab olunur. Bu içki insanı gümrahlaşdırır, iştahanı açır. Spirtli içki aludəçilərinə də çayı südlə içmək məsləhət görülür. Çünki o, içkiyə olan istəyi azaldır. İdmanla məşğul olanların da səhər tezdən acqarına südlü çay içmələri məsləhətdir. İlk vaxtlar çinlilər çayın ləzzətini hiss etmək üçün onu tək içməyi məsləhət görürdülər. Sonradan onlar çayı bir parça şəkərlə içməyə başladılar. Hindistanlılar çayı süd və limonla içirlər. İran və Türkiyədə çayı əncirlə içmək də geniş yayılıb. Avropa ölkələrində isə çayı daha çox müxtəlif şokoladlarla içməyə üstünlük verirlər. Çay içərkən bu qaydalara riayət edin: - Ac qarnına, boş mədəyə çay içməyin: bu, ürəyə ziyandır. - Qaynar çay içməyin: bu halda mədənizdə, boğazınızda sağalmaz xəstəliklər yarana bilər. - Soyuq çay içməyin: çünki bu, yaddaşınızı zəiflədə bilər. - Gecə yarısı yatmazdan əvvəl çay içməyin: çayın tərkibindəki kofein sinir sisteminə oyadıcı təsir göstərdiyi üçün bu, sizə baş ağrısı və yuxusuzluq gətirəcək. - Çayla dərman atmayın: çinlilərin araşdırmalarına görə, çay dərmanın tərkibini öldürür. - Yeməkdən dərhal sonra çay içməyin: bu, mədə xorası yarada

bilər. Yaxşı olar ki, yeməkdən 2030 dəqiqə sonra çay içəsiniz. - Köhnə çay içməyin. Əgər dəmlədiyiniz çay 30 dəqiqədən artıq qalıbsa, demək olar ki, onun tərkibindəki bütün xeyirli maddələr yox olub. - Alkoqol və dərman preparatlarından zəhərlənmə zamanı tünd şirin çay içmək məsləhət görülür.

ÇAY ZİYANDIRMI? Çayın xeyirlərindən danışarkən onun ziyanını da unutmamaq lazımdır. Bəzi xəstəlikləri olan insanlar çayı az içməli, bəziləri isə onu qida rasionlarından tamamilə çıxarmalıdırlar. Bu əsasən, hamilə qadınlara aiddir. Çayın tərkibində olan kofein hamilə qadınların orqanizminə mənfi təsir edir. Belə ki, kofein orqanizmi genişləndirir. Belə halda hamilə qadın uşağını itirə bilər. Çin araşdırmalarına görə, hamilə qadının gün ərzində beş stəkan çay içməsi onun hamiləliyinin sonu demək olar. Hipertoniya və skleroz xəstəliklərindən əziyyət çəkənlərə də isti çay içmək qadağandır. Əsasən də qara çay içməsələr, daha yaxşı olar. Yuxusuzluqdan əziyyət çəkənlərə saat 18:00-dən sonra çay içməmək tövsiyə olunur. Yüksək hərarəti olanlara çay nəinki ziyandır, hətta təhlükəlidir də. Həddən artıq çay içmək zərərdir. Bu zaman çayın tər kibindəki aşılayıcı maddələr dəmirlə birləşərək çətin həll olan kompleks birləşmə əmələ gətirir və orqanizm tərəfindən dəmirin mənimsənilməsini azaldır. Çox tünd çay içmək də zərərlidir. Bu zaman üz dərisi tündləşir, gözlərin altında qaraltı əmələ gəlir.

ÇAY GÖZƏLLƏŞDİRİR... Təmiz, hamar, parıltılı üz dərisi hər bir qadının arzusudur. Arzuladığınız üz dərisinə qovuşmaqda köməyinizə çay çata bilər. Çaydan hazırlanan maskalar, kompreslər, losyonlar dərini vitaminlərlə zənginləşdirir, cavanlaşdırır, iltihabı aradan qaldırır. Tərkibində çay olan kosmetik vasitələr dəriyə, əllərə, saçlara qulluq üçün faydalı hesab olunur. Çay dərini gözəlləşdirir, elastikləşdirir, quruluğu aradan qaldırır. Dəmlənmiş çayın buxarı ilə üz dərisini təravətləndirmək müm kündür. Bunun üçün əvvəlcə üz dərisini təmizləmək lazımdır. Sonra çayı dəmləyib, onu böyük qaba tökün. Daha sonra üzünüzü isti dəmin buxarına verin. Bu proseduranı çobanyastığı, nanə və kalendula çayları ilə aparsanız, daha yaxşı nəticə əldə edərsiniz. Quru dəriyə sahib olanlar 5-10, normal dərisi olanlar 10-15, yağlı dərililər isə 15-20 dəqiqə üzlərini buxarda saxlasalar, kifayətdir. Dərini yaşıl çayla və dəniz duzu ilə təmizləmək də xeyirlidir. 1 çay qaşığı yaşıl çayı 1 stəkan su ilə dəmləyin. Üzərinə 1 çay qaşığı dəniz duzu tökün. Bu qarışıqla üzünüzün dərisini silin. Sonra ilıq su ilə üzünüzü yuyub, krem çəkin. Çay yorğun gözlər, gözətrafı qırışlar üçün də əvəzsiz vasitədir. Çay dəmləməsini tənzifə bağlayıb, gözə kompres etməklə gözü sakitləşdirmək və şişkinlikləri aradan qaldırmaq mümkündür. Samirə Əhmədova



24

BÖYÜK ŞƏHƏRDƏ KİÇİK GÖZƏLLİK DÜNYASI


25

əvvəl

sonra

"Amaliya" estetik təbabət mərkəzi 14 ildir ki, kosmetoloji xidmətlər sahəsində fəaliyyət göstərir. Bu illər ərzində mərkəzin həkimləri yüzlərlə qadına kosmetoloji problemlərdən azad olmağa, öz gözəlliklərini bərpa etməyə və yaşla əlaqədar olan dəyişiklikləri aradan qaldırmağa yardım etmişlər. Mərkəzdə çalışan həkimlər nəzəri biliklərini və praktik bacarıqlarını davamlı olaraq Moskva şəhərinin aparıcı kosmetoloji təhsil müəssisələrində təkmilləşdirirlər.

əvvəl

"Amaliya" estetik təbabət mərkəzində göstərilən çeşidli xidmətlər və personalın professionallığı hər bir müştəriyə fərdi yanaşmağa və ən effektli müalicə üsullarını seçməyə imkan verir. Mərkəzin həkimləri müştərilərin istəklərini daha yaxşı təmin etmək, daha keyfiyyətli xidmət göstərmək üçün daim axtarışdadırlar. "Amaliya" mərkəzinin əldə etdiyi son yeniliklər arasında ABŞ istehsalı olan, 2002-ci ildə FDA tərəfindən istifadəsinə icazə verilən

əvvəl

Gördükləri işə əsl peşəkar kimi yanaşan işçilər çoxillik uğurlu fəaliyyətləri nəticəsində qazandıqları nüfuz və inamı yüksək qiymətləndirir və buna görə də yalnız sınaqdan çıxmış, təhlükəsiz, müasir elmi araşdırmalara əsaslanan metodika və avadanlıqlardan istifadə edirlər. Mərkəzdə üzün cavanlaşması və bədənin korreksiyası üzrə aşağıdakı xidmətlər göstərilir: üzə tam, hərtərəfli qulluq, mikrocərəyanlı terapiya, üz və bədənin mezoterapiyası, konturlu plastika (Restilayn, Perlayn, Botoks), kimyəvi pilinqlər, SPA proseduraları, miostimulyasiya, LPG və s.

sonra

bərpa dövrü keçmədən gözəl və davamlı nəticə almaq üçün ən müasir vasitədir. Termaj məşhur və tanınmış insanlar üçün öz yaşından əhəmiyyətli dərəcədə cavan görünməyə imkan verən və hər bir üzün fərdiliyini saxlayan ideal seçimdir. Termaj prosedurasını cəlbedici edən xüsusiyyətlərdən biri də odur ki, cavanlaşma cərrahi əməliyyatdan sonra olduğu kimi kəskin, ətrafdakılarda sual doğuran şəkildə deyil, 6 ay ərzində, tədricən effek-

sonra

"Termaj" aparatını qeyd etmək olar. Termaj, yalnız bir seans nəticəsində heyranedici effekt yaradan, üz və bədən dərisinin qeyri-cərrahi üsulla cavanlaşdırılmasına imkan verən unikal texnologiyadır. Plastik cərrahiyyəyə alternativ sayılan Termaj əməliyyat olunmadan, fəsadsız, əvvəl

tin artması nəticəsində baş verir. Proseduradan sonra insanın sosial aktivliyi tamamilə saxlanılır və heç bir məhdudiyyətə ehtiyac qalmır. Termaj bütün dünyada dəyərləndirilən, həm qadınlar, həm də kişilər üçün eyni dərəcədə effektiv olan, təhlükəsiz, uzun vaxt tələb etməyən müalicə üsuludur. sonra


26

Yaxud məşhur cərrah Teymur Babayev intihara cəhd edən şəxsi necə həyata qaytardı?


27 əkimlik diplomu almaq o qədər də çətin deyil. Yaxşı həkim, «qızıl əllər»in sahibi adını qazanmaqsa, hamıya qismət olmur. Məşhur cərrah Teymur Babayev ikincilərin sırasındadır. “Qızıl əl” adını xalq verib ona. Təbii ki, səbəbsiz deyil. Çünki çoxlarına ikinci həyat bəxş edib. Hətta siması eybəcərləşdiyinə görə intihara cəhd edən şəxsi əvvəlki görkəminə qaytararaq, onu birdəfəlik bu fikirdən daşındırıb. Qeyd edək ki, tibb elmləri doktoru, Tibb Universitetinin “Ağız və üz-çənə cərrahiyyəsi” kafedrasının professoru Teymur Babayev 1938-ci ilin 11 sentyabrında Bakıda həkim ailəsində dünyaya göz açıb. 1945-ci ildə 6 saylı orta məktəbə daxil olub. Orta məktəbi bitirdikdən sonra,1956-ci ildə indiki Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olub. 1961-ci ildə ali məktəbi bitirib və təyinatla Sabirabad rayonuna gedib. Üç il burada işləyib. Daha sonra Bakıya qayıdıb və Musa Nağıyev adına xəstəxanada çalışıb. Bir ildən sonra sənədlərini aspiranturaya təqdim edib. Təhsilini cərrahi stomatologiya kafedrasında davam etdirib və il yarımdan sonra göndərişlə Moskva Stomatologiya İnstitutuna gedib. 1969-cu ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıdıb və 4 saylı stomatoloji poliklinikada cərrah-stomatoloq işləyib. 1971-ci ildən etibarən Tibb Universitetində assistent kimi fəaliyyət göstərən T.Babayev 1977-ci ildə dosent adı alıb. Üç il sonra isə yenidən Moskvaya gedərək doktorluq dissertasiyasını müdafiə edib. Təxminən iki il böyük alim N.A.Plotnikovla bir yerdə çalışıb, təcrübəsini bir qədər təkmilləşdirdikdən sonra yenidən vətənə dönüb. Elə o vaxtdan da Tibb Universitetində çalışır, həkimlər

yetişdirir, insanlara həyat bəxş edir. Dövlət də onun əməyini yüksək qiymətləndirib. Məşhur cərrah “Tərəqqi” medalı ilə təltif olunub. Yeri gəlmişkən, Teymur Babayev Moskvada işləyərkən dünyada ilk dəfə həyata keçirilən bütöv çənə sümüyünün köçürülməsi əməliyyatlarının iştirakçısı olub. - Teymur müəllim, müasir dövrdə geniş şəkildə tətbiq edilən plastik əməliyyatların tarixi hansı dövrə gedib çıxır? - “Plastik” sözü qədim yunan dilində şəkil vermə, biçimləndirmə anlamına gələn “plastos” sözündən götürülüb. Plastik və estetik cərrahiyyənin tarixi miladdan öncə 600cü ilə gedib çıxır. Bir sıra tarixi mənbələrdə Hindistanda cəza olaraq kəsilmiş burnun sonradan necə bərpa edildiyi haqda məlumtlar var. İlk plastik əməliyyat – süd vəzinin kiçildilməsi - 1669-cu ildə həyata keçirilib. Amma bütövlükdə uğurlu əməliyyatlar XX əsrə təsadüf edir. Onu da deyim ki, plastik cərrahiyyənin inkişafına savaşlar, xüsusilə də İkinci Dünya Müharibəsi böyük təsir göstərib. Belə ki, müharibə zamanı meydana gələn orqan itkilərinin bərpası bu sahənin genişlənməsinə yol açıb. Təsadüfi deyil ki, ilk qarın dartma (yığdırma) əməliyyatı müharibədən bir qədər sonra, 1950-ci ildə həyata keçirilib. Yağ alma metodu isə 1960-1970 illərdən sonra tətbiq olunmağa başlayıb. Süd vəzi əməliyyatlarında slikondan istifadə isə 1963-cü ildə edilib. Bu gün plastik əməliyyatların müxtəlif metodları sürətlə inkişaf edir. - Siz əsasən rekonstruktiv əməliyyatlar aparırsınız. Bu əməliyyatın plastik əməliyyatların digər növlərindən fərqi nədir? - Öncə qeyd edim ki, plastik cərrahiyyə həm estetik, həm də rekonstruktiv cərrahiyyəni əhatə edir. Estetik cərrahiyyə üz və bədənə aid hissələri şəkilləndirmək, insanı gözəlləşdirmək məqsədi daşıyır. Bu əməliyyat əsasən burunda,

dodaqlarda, üz nahiyəsinin yumşaq toxumalarında, göz qapaqlarında, qulaqlarda aparılır. Ancaq unutmaq lazım deyil ki, plastik cərrahiyyə yalnız süni gözəllik yaratmaq üçün həyata keçirilmir. Belə ki, plastik cərrahiyyənin bir qolu olan rekonstruktiv əməliyyatla pozulmuş üzvləri əvvəlki halına qaytarmaq mümkündür. İnsan bədəninin bütövlüyü, xarici görünüşü, anadangəlmə qüsurlar, infeksiyalar, iş və avtomobil qəzaları, yanıq və digər səbəblərdən şəkil dəyişkənliyinə uğraya bilər. Təbii ki, bu deformasiyalar insanın gündəlik yaşam tərzinə mane olur, estetik gözəlliyinin pozulması ilə yanaşı, psixoloji durumuna da mənfi təsirlər göstərir. Məhz rekonstruktiv cərrahiyyə hesabına həmin insanların deformasiyaya uğramış, itirilmiş bədən üzvləri yenidən bərpa olunur və bununla da onların cəmiyyətə adaptasiya olmasına, ruhi vəziyyətinin düzəlməsinə böyük kömək göstərilir. Məlumat üçün bildirim ki, latın dilində “reconstruction” sözündən götürülən bu ifadə yenidən yaratmaq, bərpa etmək mənalarını verir. Onu da deyim ki, rekonstruktiv əməliyyat bədənin yalnız bir nahiyəsi ilə bağlı deyil. Başdanayağadək vücudun bütün hissələrində rekonstruktiv əməliyyat aparıla bilər. Bunun üçün yaş sərhədi də yoxdur. - Teymur müəllim, konkret olaraq hansı hallarda bu əməliyyata ehtiyac yaranır? - Uşaqlarda dodaq-damaq yarıqları, baş sümüklərində şəkil pozğunluğu, barmaqlarda yapışıqlıq, artıq barmaq kimi problemlər olduqda, yeniyetmələrdə isə döşün olmaması, çənə yoxluğu, burunda olun pozuntular zamanı rekonstruktiv müdaxiləyə ehtiyac yaranır. Üz sinirlərinin iflici və dərin yaraları zamanı ortaya çıxan problemlər də rekonstruktiv cərrahiyyənin əhatə dairəsindədir. Müasir dövrdə əvvəllər düzəldilməsi mümkün olmayan,


28 yaxud da çətin olan anadangəlmə və ya sonradan qazanılmış anormallıqlar, funksional pozğunluqlar indi daha asan bərpa olunur. Bu əməliyyatlar nəticəsində qopmuş, itirilmiş orqan sadəcə həmin hissəyə “yapışdırılmır”, eyni zamanda bərpa edilən və ya yenisi ilə əvəz olunan orqanın bütün funksiyalarının bərpasına çalışılır. Bir sözlə, rekonstruktiv cərrahiyə üzü və bədəni yenidən inkişaf etdirir, fiziki funksiyaları bərpa edir və gücləndirir. Anadangəlmə, qəza və ya xəstəlik nəticəsində əmələ gələn deformasiyaları minimuma endirir. Onu da qeyd edim ki, kosmetik gözəllik yaratmaq məqsədi ilə həyata keçirilən estetik əməliyyatlarla rekonstruktiv əməliyyatlar sıx əlaqədədir. Məsələn, üz iflici zamanı edilən əməliyyatla yalnız estetik gözəllik qaytarılmır, eyni zamanda üzdəki tarazlıq təmin olunur, mimik hərəkətlərin funksiyası bərpa edilir. Və ya genetik, hormonal dəyişikliklər, hər hansı bir xəstəlik nəticəsində ortaya çıxan döş deformasiyalarının əməliyyatına, yalnız gözəllik məqsədi ilə atılmış addım kimi baxmaq düzgün deyil. Məsələ burasındadır ki, bu çatışmazlıqlar əməliyyat nəticəsində bərpa olunmazsa, döş, bel və boyunda ağrılara səbəb olar, qozbellik yaranar, qollarda keyimə baş verə bilər. - Rekonstruktiv əməliyyat insanın əvvəlki simasını tam qaytarmağa imkan verirmi? - Bəzi hallarda əvvəlki simanı bərpa etmək çətin olur. Biz xəstənin şəklinə baxır, onun sifətini bərpa etməyə çalışırıq. Bəzən də xəstə özü əvvəlki sifətini istəmir, məsələn burnu böyük, əyri olubsa, deyir başqa cür istəyirəm. Əksər hallarda biz xəstənin istəyinə uyğun olaraq əməliyyat aparırıq. Əməliyyatdan öncə xəstə ilə danışırıq və bir çox hallarda onun istəyini nəzərə alırıq. - Bəllidir ki, uşaqlar daim hərəkətdə olduqlarından tez-tez yıxılırlar. Və bu zaman müəyyən zədələr də alırlar. Bu zədələr son-

rakı illərdə fəsadlar yarada bilərmi? Valideynlərə nə məsləhət görərdiniz? - Uşaqları hər zaman qorumaq və onlara qarşı həmişə diqqətlə yanaşmaq lazımdır. Həqiqətən də uşaq hər zaman hərəkətdə olduğundan harasa dəyir, yıxılır və bu zaman yüngül və ağır zədələr alır. Amma valideynlər səhlənkarlıq göstərərək həkimə müraciət etmirlər. Yaş artdıqda isə həmin zədələr müxtəlif fəsadlar törədir. Məsələn, erkən yaşlarında yıxılıb burnu zədələnən uşağın böyüdükcə aldığı zədənin nəticəsi burunda çəpər əyilmələri şəklində özünü büruzə verə bilər. Bu isə təbii ki, onun yaxşı nəfəs almasında problemlər yaradır, qaça bilmir. Bununla da zəncirvari proses başlayır: tənnəffüs yolları xəstələnir, ürəyə güc düşür, ağciyərlər yüklənir, bəzi hallarda bronxit, allergik rinit, laringit kimi xəsətliklər yaranır. Hər kəsə bəllidir ki, uşaqlarda müxtəlif vərdişlər olur, bəziləri qələm çeynəyir, dişinə çöp salır, bəziləri uzun müddət əmzik yeyir və s. Bu vərdişlərə diqqətlə yanaşmaq lazımdır. Məsələ burasındadır ki, 34 yaşına kimi əmzik yeyən uşaqlarda üst çənədəki dişlər qabağa, alt çənə isə arxaya doğru formalaşır. Bunun nəticəsində də yemək yeyərkən qida yaxşı xırdalanmır, həzm prosesində müxtəlif fəsadlar əmələ gəlir, hətta mədə xəstəliklərinə gətirib çıxarda bilir. Ona görə də mən valideynlərə məsləhət görərdim ki, uşaq zədə alarsa, onda müxtəlf vərdişlər varsa, mütləq mütəxəssisə müraciət etsinlər ki, sonradan yarana biləcək fəsadların qarşısı alınmış olsun. - Göründüyü kimi, adları çəkilən əməliyyatlar o qədər də asan keçmir. Hər bir əmliyyatın özünəməxsus çətinliyi olur. Amma bununla belə yəqin ki, yaddaşınızda ən çətin keçən əməliyyatlar siyahısı da var… - Çətin keçən əməliyyatlarım çox olub. Amma həqiqətən biri lap çətin olub. İntihar məqsədilə ov tüfəngini çənəsinə söykəyib, özünü güllələ-

yən bir xəstəm vardı. Güllə onun alın nahiyəsindən çıxmışdı, amma əsas orqanları zadələmədiyi üçün sağ qalmışdı. Güllə onun sifətini demək olar ki, iki yerə bölmüşdü. Üç il həmin xəstənin üzərində işlədim və bir neçə əməliyyatdan sonra o normal həyata qayıtdı. - Teymur müəllim, sizin yolunuzu davam etdirənlər varmı? - Mənim çox peşəkar, hazırlıqlı tələbələrim var. Vaxtilə Azərbaycanda bu sənət yaxşı inkişaf etməmişdi. Ona görə də mən bu sənətin incəliklərini Moskvada öyrənmişəm. İndi də həmin incəlikləri tələbələrimə öyrədirəm. Onların arasında elmlər namizədi olanlar da var. Kafedramızda dörd elmlər doktoru çalışır. Nəzərinizə çatdırım ki, Azərbaycanda qonşu ölkələrlə müqayisədə plastik cərrahiyyə əməliyyatları çox yüksək səviyyədə aparılır. - Yeri gəlmişkən, Azərbaycanda bu sənətin vəziyyəti necədir, gələcəyini necə görürsünüz? - Getdikcə ölkəmizdə bu sahə genişlənməyə başlayır. Əvvəllər məcburiyyət qarşısında qalan, hər hansı qəzaya uğrayan insanlar plastik əməliyyatlara üz tuturdularsa, indi estetik cəhətdən gözəl görünmək istəyənlər də həddindən artıq çoxdur. Təbii ki, inkişaf olan yerdə problem də olur. Bizdə plastik cərrahiyyəni dərindən öyrənmək üçün fakültələr, dərs vasaiti yoxdur. Düzdür, biz yuxarı kurs tələbələrinə bu haqada məlumat veririk, amma təbii ki, bizim dediklərimiz yetərli olmadığından onlar xaricdə oxumağa məcbur olurlar. Müsbət cəhət odur ki, xarici ölkələrdə bu sənəti öyrənən vətəndaşlarımız vətənə qayıdıb, burada işləyirlər. Gülnar Mayisqızı P.S. Sentyabrın 11-də 70 yaşı tamam olan Teymur Babayevi “Ailə Həkimi” jurnalının kollektivi adından ürəkdən təbrik edir, uzun ömür və sağlamlıq arzulayırıq.



30 İNSANI CAVAN SAXLAYAN “MÖCÜZƏ YASTIQLAR” İCAD OLUNUB İsrail alimləri zərif cinsin nümayəndələri üçün xüsusi yataq əşyası icad ediblər. Söhbət insan yuxuda olan vaxt onun üzündəki qırışları hamarlayan yastıqlardan gedir. Bütün sirr balışların hazırlandığı parçaya yeridilmiş nazik mis saplardadır. Yeni yastıqları könüllü şəkildə sınaqdan keçirənlər 4 həftə ərzində qırışlarının nəzərə çarpacaq dərəcədə azaldığını etiraf ediblər. Beləliklə, indi qadınlar qocalığın ilkin əlamətləri ilə yuxuda da mübarizə aparmaq imkanı qazanacaqlar. Üstəlik, “möcüzə yastıqlar” çox rahatdır və adi balışlardan heç nə ilə fərqlənmir.

CANLI SKELET YARADILIB İsrail alimləri dünyanı öz tibbi kəşfləri ilə təəccübləndirməkdə davam edirlər. Bu dəfə İsraildə canlı skelet yaradılıb. Skelet yerləşdirilən xüsusi aparatın köməyi ilə əlillər hərəkət etmək imkanı qazanacaq. Skeletin üzərində sınaqdan keçirilən ReWalk adlanan həmin aparat zədələnmiş və ayaq üstə dayana bilməyən insanın bədənini nəinki şaquli vəziyyətdə saxlamağa qadirdir, hətta addım atmaq və pilləkənləri qalxıb-enməyə də

imkan verir. Aparat bədənin müvazinətini saxlayan elektromotorlu və sensorlu metallik əsasdan, əlilin öz çantasında gəzdirə biləcəyi kiçik kompüterdən ibarətdir. Əlil əsanın köməyi ilə ayağa qalxandan sonra başqasının yardımı olmadan, yalnız pult vasitəsilə arxasındakı çantaya yerləşdirilən kompüterə komanda verməklə hərəkət edə bilər. Bu aparatı icad edən Amit Qoffer özü də 1977-ci ildə zədə alaraq, əlil olub. Amma təəssüf ki, o özü icad etdiyi apartdan faydalana bilməyəcək. Çünki onun yalnız ayaqları deyil, əlləri də hərəkətdən qalıb.

HÜNDÜR BOYLU KİŞİLƏR PROSTAT VƏZİNİN XƏRÇƏNGİNƏ DAHA ÇOX MƏRUZ QALIR Bu maraqlı nəticəyə Böyük Britaniya alimləri prostat vəzinin xərçəngindən əziyyət çəkən xəstələrlə bağlı tibbi araşdırmaları təhlil edərək gəliblər. Onlar çap olunmuş 58 tədqiqat işini analiz edəndən sonra məlum olub ki, kişilərin boyu orta boydan 10 santimetr çox olanda onlarda xəstəliyin inkişaf riski 6 faiz artır. Beləliklə, boyu digərlərindən 30, 5 santimetr (bir fut) hündür olan kişilərdə xərçəngin bu növünün inkişaf riski 19 faizə çatır. Alimlərin fikrincə, buna səbəb boyun inkişafına təsir göstərən

amillərlə xəstəliyi inkişaf etdirən faktorların əlaqəli olmasıdır. Xüsusilə də boyun insulinəbənzər faktoru 1 boy hüceyrəsini stimullaşdırmaqla yanaşı, prostat vəzinin xərçənginin inkişafına da müsbət təsir göstərir. Bu barədə tədqiqatın rəhbəri Luiza Zukkolo məlumat verib. Onun sözlərinə görə, bu tədqiqatın nəticəsi prostat xərçənginə yol açan faktorların sırasında yaş, irsi amillərlə yanşı, əminliklə boy faktorunu da vurğulamağa imkan verir.

LAZERLƏ ƏMƏLİYYAT Parisdə həyata keçirilən əməliyyatla neyrocərrahiyyə sahəsində yenilik edildi. Fransız həkimləri beyin şişlərini kəllə qutusunu açmadan lazerlə yox etməyə nail oldu. Aleksandr Karpentiyerin rəhbərliyi ilə 8 nəfər üzərində həyata keçirilən əməliyyatlarda kəllə sümükləri kəsilmədən onların altındakı şişlərin ortadan qaldırılması məqsədi ilə ilk dəfə lazer texnologiyasından istifadə edildi. Əməliyyatlar Maqnit-Rezonans Tomoqrafiyası (MRT) görüntüləmə texnologiyasından yararlanaraq həyata keçirildi. Xəstələrə yerli anesteziya (narkoz) tətbiq edildi və əməliyyatlar kəllə qutusunda açılan 3 millimetrlik dəlikdən içəri daxil edilən lazerli optik alət vasitəsilə aparıldı.


31

MOBİL TELEFON YUXUNUN STRUKTURUNU DƏYİŞİR İsveç və Amerika alimləri müəyyənləşdiriblər ki, mobil telefonlardan gələn şüalanma yuxuya mane olur və onun strukturunu dəyişir. Bu məqsədlə Ueyn, Miçiqan və iki İsveç universitetinin alimləri 18-45 yaş arası 70 könüllü üzərində

eksperiment aparıblar. Könüllülər iki hissəyə bölünüb. Məlum olub ki, mobil telefonun şüalanmasına məruz qalanlarda dərin yuxu mərhələsi çox ləng başlayır və az çəkir. Halbuki, belə şüalanmaya məruz qalmayan qrupdakıların yuxusu normal olub Tədqiqatın rəhbəri, İsveç alimi Benq Arnetsin sözlərinə görə, mobil telefondan gələn şüalanma yuxuda da beynin aktiv işləməsinə təsir göstərir ki, bu da insanın rahatlanmasına və yuxuya getməsinə mane olur. Ona görə yatmazdan əvvəl mobil telefonla danışmaq məsləhət görülmür.


32

HAMAM VƏ SAĞLAMLIQ

Hacı Qaib (İçəri şəhər, Şirin hamamı)


33 NİKBİN ƏHVALRUHİYYƏ MƏNBƏYİ

amam və çimməklə müalicəyə dair ən qədim məlumatlar miladdan öncə 1500-cü ildə yaranmış hind mənbələri Vedalarda mövcuddur. Qədim misirlilər, şumerlər, babillər, assuriyalılar da hamamdan gigiyenik və sağlamlıq məqsədləri ilə istifadə ediblər. Məsələn, Misir hökmdarı Kleopatra (e.ə. 69-30) qızılgül ləçəklərindən hazırlanmış vanna qəbul edərmiş. Çiməndən sonra misirlilər tərkibində müxtəlif bitkilər olan ətirlər və yağlar vururdular - darçın, nanə, ağ zanbaq, qaraqınıq, ladan, badam, gənəgərçək, zeytun, küncüt yağları və kastor (erkək qunduzun ifraz etdiyi ətirli maye). E.ə. IX-VII əsrlərdə Qədim Azərbaycanda, Manna və Midiya dövlətlərində də su ilə müalicəyə böyük əhəmiyyət verilirdi. Onu da qeyd edək ki, Şərq ölkələrinə səyahət etmiş qədim yunanlar Şərq xalqlarından hamam ənənəsini mənimsəyiblər.

"Tibbin atası" kimi tanınan yunan alimi Hippokrat (e.ə. 460-377) hamamın müalicəvi təsiri haqqında biliklərini qədim misirlilərdən öyrənmişdi. Sonralar, o, su ilə müalicə haqqında “Hidropatiya” adlı nəzəriyyə yaratmışdı. Müalicəvi su proseduralarına talassoterapiya, yaxud hidroterapiya da deyirlər. Su ilə müalicə üsulları qədim romalılar tərəfindən mənimsənildikdən sonra tədricən bütün Aralıq dənizi sahillərinə yayılıb. Qədim romalıların hamamları terma adlandırılırdı və insanlar ora təkçə çimmək üçün yox, istirahət etmək, idmanla məşğul olmaq və müalicə proseduraları almaq üçün gedirdilər. O dövrün məşhur həkimləri Dioskorid (b.e. 1 əsri) və Qalen (b.e.130-200) dərman bitkilərində vanna qəbul etməyi uroloji, cinsi, əsəb və revmatik xəstəlikərin müalicəsi üçün tövsiyə edirdilər. Məsələn, Qalen xəstələri məşhur Adrian hamamında müalicə edirdi. Roma həkimi Asklepiad (e.ə. 128-58) insanları hamamda müalicə etdiyinə görə "hamamçı" ləqəbini qazanmışdı. O yazırdı: "Əsası, xəstənin diqqətini cəlb etmək, onun ürəyindən qəm-qüssəni qovmaq və insanda nikbin əhval-ruhiyyə yaratmaqdır. Məhz hamam insana belə təsir göstərir".

SKİFLƏRİN "SƏHRA HAMAMI" Romada ucaldılan bəzi hamamlar həddindən artıq nəhəng və təmtəraqlı idi. Orada həm ümumi zallar, həm də ayrıca otaqlar var idi. Hər otağa xüsusi borularla soyuq, ilıq və isti su verilirdi. Bundan əlavə Roma hamamlarında masaj, idman və fiziki məşğələlər üçün də xüsusi otaqlar fəaliyyət göstərirdi. Bizim eranın III əsrində imperator Karakalla tərəfindən tikilmiş “Karakalla” hamamı xüsusi təmtəraq və cazibəyə malik idi. İnsanlar burada çimməkdən əlavə ətirli bitkilər və su ilə müalicə olunur, masaj qəbul

edir, dostları ilə görüşür və istirahət edirdilər. Qədim Yunan tarixçisi Herodot (e.ə. 484-425) yazır ki, hətta köçəri həyat sürən skiflər də hamamla müalicə olunurdular. Onlar od qalayıb, daşları qırmızı olanadək közərdir, sonra onların üstünə dərman bitkilərini qoyur və su çiləyirdilər. Nəticədə əmələ gəlmiş isti buxarda oturur və onunla nəfəs alırdılar. Bu, dərman bitkilərinin buxarı ilə müalicənin (inhalyasiyanın) qədim növlərindən biridir.

KATOLİKLƏR HAMAMI NƏYƏ BƏNZƏDİRDİ? V əsrdə Roma İmperiyası süquta uğrayandan sonra Qərbi Avropa cəhalət dövrünün qaranlıq dünyasına yuvarlandı. Bu cəhalət dövrü təxminən XV əsrin sonlarına, bəzi Avropa ölkələrində isə XVIII əsrə qədər davam etdi. Katolik kilsəsi isti suyu, qazanxanası, odu-alovu, buxarı olan hamamları cəhənnəmə oxşadaraq, ondan istifadəyə qadağa qoydu. Bu da Qərbdə və Şimali Avropada antisanitariyanın tüğyan etməsinə və xəstəliklərin yayılmasına gətirib çıxartdı. Yunanıstan, Kiçik Asiya və Yaxın Şərqi əhatə edən Bizans İmperiyasında isə (Şərqi Roma İmperiyası) hamamlar və çimmək ənənələri orta əsrlərdə olduğu kimi qalırdı. Qeyd etdiyimiz kimi, başqa xristian Avropa ölkələrində hamamlar yox idi. Yeganə istisna ruslar, finlər və isveçlilərə aid idi. Belə ki, XVIXVII əsrdə artıq rusların banya, finlərin isə sauna adlı hamamları vardı. Həm banya, həm də sauna ağacdan tikilmişdi. Bu hamamlar ümumi idi və qadınlarla kişilər orada bir yerdə çimirdilər. Saunanın rus hamamından əsas fərqi ondadır ki, onun buxarı daha quru olur. Ruslar hamamda çimərkən müalicə məqsədi ilə bir-birini müxtəlif ağaclardan hazırlanmış "süpürgələrlə" döyəcləyirdilər. Hesab olunurdu ki, bu, insan orqanizmini cavanlaşdırır, soyuqdəyməni və digər xəstəlikləri sağaldır.


34 AVROPANI EPİDEMİYA BÜRÜMÜŞDÜ... Avropadan fərqli olaraq, Şərqdə, xüsusən də müsəlman dünyasında hamamlar və hamamla müalicə heç zaman unudulmamışdı. Əksinə, orta əsrlərdə bütün Ərəb Xilafəti ərazisində inşa edilmiş hamamlar Qədim Misir, Roma və Bizans hamamlarından geri qalmırdı. Təsadüfi deyil ki, Qərbi Avropaya (Fransa, İspaniya, Almaniya, İngiltərə və b.) intibah dövründə (XVI əsrlərdən sonra) hamam qurmaq və çimmək mədəniyyəti məhz Şərqdən gəlmişdi. Hələ VIII əsrdə İspaniyanı zəbt etmiş ərəblər burada hamamlar tikirdilər, ölkəyə sabun, ətirlər, məsvak (diş fırçası əvəzi), masaj üçün ətirli yağlar və qərbi avropalılara məlum olmayan bu kimi başqa gigiyenik vasitələr gətirirdilər. Bütün bunlara baxmayaraq, katolik kilsə Fransada, Almaniyada və başqa qonşu ölkələrdə hamam qurmağa və isti suda çimməyə icazə vermədi. Hətta ispanlar XV-XVI əsrlərdə ərəbləri sıxışdırıb, ölkədən çıxarandan sonra, onların tikdiyi hamamları da bağladılar. Orta əsrlərdə Paris kimi şəhərdə nəinki hamam, heç kanalizasiya sistemi də yox idi. Sakinlər nəcis tullantılarını evin pəncərəsindən küçəyə atırdılar. Krallar, zadəgənlar da hamamın nə olduğunu bilmirdilər. İldə bir-iki dəfə soyuq suda boçkanın içində otururdular və yaxud çayda, dənizdə üzürdülər. XV əsrdə Fransa şahzadələrindən biri Parisin Luvr sarayındakı üfunətdən huşunu itirmişdi. Bütün bu natəmizlik Avropada yüz minlərlə insanın həyatına son qoyan dəhşətli epidemiyaların baş verməsinə səbəb olurdu.

GÖZƏLLİK SALONU VƏ KLİNİKA Onu da qeyd edək ki, Avropada hamam və çimmək ənənəsinin bərqərar olmasında ərəblərdən çox türklər böyük rol oynayıb. Təsadüfi deyil ki, Şərq hamamına indinin özündə də Avropada "türk hamamı" (Turkish Bath) deyirlər. XV əsrdə

Osmanlı sultanı Mehmet Fateh Bizansın paytaxtı Konstantinopolu (İstanbulu) fəth edəndən sonra, orada Şərq üslubunda hamamlar tikdirmişdi. Türk, Azərbaycan və ümumiyyətlə, müsəlman hamamı qədim Yunan və Roma hamamlarına bir qədər bənzəsə də, onlardan fərqlənirdi. İlk öncə müsəlman hamamlarında döşəmənin altı isti hava ilə qızdırılırdı. İsti hava döşəmənin altından çəkilən xüsusi borular vasitəsi ilə yayılırdı. Ona görə də döşəməyə su tökəndən sonra, hamamda xüsusi isti buxar əmələ gəlirdi. Azərbaycanda hamamlar eyni vaxtda gözəllik salonu və klinika funksiyalarını yerinə yetirirdi. XI əsrin məşhur "Qabusnamə" əsərində deyilir ki: "Memarlar binalar ucaltmağa başladıqları vaxtdan bu günə kimi hamamdan gözəl şey yaratmamışdılar". Azərbaycan hamamlarında mövcud olan xidmətlərin arasında çimməkdən əlavə ətirli yağları istifadə etməklə masaj da vardı. Bunun üçün hər hamamda bir neçə masajçı çalışırdı. Masaj fiziki və psixoloji yorğunluğu aradan qaldırır və qan dövranını yaxşılaşdırırdı. Bundan başqa bəzi ətirli yağlardan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə olunurdu. Məsələn, kəklikotu yağı revmatizmaya qarşı, həna ilə sarımsaq yağı isə herpesə qarşı istifadə edilirdi. Hamamlarda insanların saçını kəsən, onlara həna, vəsmə və başqa təbii boyalar qoyan bərbərlər çalışırdı.

ADAMLAR BÜTÜN GÜNÜNÜ HAMAMDA KEÇİRİRDİ... Çiməndən və masajdan sonra insanlar xüsusi otaqda dincələ bilərdilər. Burada onlara ətirli bitkilərlə (nanə, kəklikotu, qaraqınıx, qızılgül ləçəkləri, hil, mixək və s.) dəmlənmiş çay təklif olunurdu. Bundan başqa, insanlar şirniyyat, isti xörəklər və qəlyan da sifariş edə bilərdilər. Şərq hamamı insana o qədər böyük ləzzət verirdi ki, bəzi adamlar burada bütün gününü keçirir və yatırdılar. Bir qayda

olaraq insanlar hamamdan gözəl, sağlam, güclü və enerjili çıxırdılar. Orta əsr Azərbaycan hamamları memarlıq cəhətdən çox gözəldir. Adətən, hamamın tağları, gümbəzləri, şəbəkəli pəncərələri və gözəl darvazası olur. Ümumi böyük zaldan əlavə, hamamın içində bir neçə otaq və hovuz yerləşirdi. İndiyə kimi Bakıda bir sıra orta əsr hamamları qalmaqdadır: Hacı Qayıb hamamı (XVI əsr), Qasımbəy hamamı (XVII əsr), Hacı Mikayıl hamamı (XVII əsr) və s. Orta əsrlərdə hamamlar bir gün kişi hamamı, növbəti gün isə qadın hamamı kimi fəaliyyət göstərirdi. XIX əsrin sonunda isə Bakıda Şərq və Qərb hamamlarının sintezi olan "Fantaziya", "Təzəbəy hamamı" və bu kimi başqa hamamlar tikilmişdi.

HAMAMIN MƏNFİ TƏSİRLƏRİ... Orta əsr alimi İbn Sina (9801037) belə hesab edirdi ki, hamama tox girmək zərərdir. Bundan başqa çimməyin bütün xeyirli cəhətlərinə baxmayaraq, hər gün hamama getmək olmaz: bu, əsəblərə, dəriyə, saça, ürəyə və başqa orqanlara mənfi təsir göstərir. "Qabusnamə" müəllifi Keykavus İbn İsgəndər də hamama iki gündən bir getməyi məsləhət görür: "Hamama gələrək, o saat buğxanaya girmə, əvvəlcə mülayim istisi olan otaqda otur ki, sənin orqanizmin tədricən yüksək temperatura öyrənsin. Əgər isti sənə pis təsir edirsə, başına soyuq su tök. Hamamda çox qalmaq, həddindən artıq isti və ya buzlu su ilə çimmək məsləhət deyil, daha yaxşı olar ki, su mülayim temperaturda olsun. Çimib qurtardıqdan sonra ilk növbədə, saçlarını yaxşıca qurut, sonra küçəyə çıx". Yeri gəlmişkən, yüksək temperatur, tərləmə və isti buxarla müalicə qan dövranını yaxşılaşdırsa da, yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri olanlar üçün təhlükəlidir. Fərid Ələkbərli tarix elmləri doktoru



36


37 gəlmək olar. Yeri gəlmişkən, İslam dini də abortu ən böyük günahlardan biri hesab edir. Quranda deyilir: "...Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur" ("Maidə" surəsi, ayə 32). Bundan başqa uşaqdan "xilas olmağa" çalışan qadınlar unutmamalıdırlar ki, abort zamanı yalnız uşaq tələf olmur. Bu proses nəticəsində ananın sağlamlığı təhlükə altına düşür, hətta həmin qadın gələcəkdə bir daha uşaq sahibi olmaya bilər. "Diaqnoz" tibb mərkəzinin həkimi, mama-ginekoloq Xavər Orucova ilə söhbətimiz də elə bu mövzudadır.

üasir dövrdə qadınlar süni yolla uşaqsalma metodundan, abortdan geniş şəkildə yararlanırlar. Müşahidələr göstərir ki, qadınların çoxu bu metoda məcburiyyət qarşısında, yəni hər hansı bir xəstəlik səbəbindən deyil, "uşaq istəmirəm" prinsipi ilə əl atırlar. Və bu zaman milli və dini dəyərlərə məhəl qoymurlar. Düzdür, aborta əl atanları həbs etmirlər, amma burada bir cinayət əməli də var. Məsələ burasındadır ki, qadınlar uşaqdan "xilas olmaq" üçün bəzən hamiləliyin 4, 5, hətta 6-cı ayında da abort etdirirlər. Nəzərə alsaq ki, hamiləliyin birinci və ikinci ayında uşağın qulaqları, biləkləri, topuqları, əl və ayaq barmaqları formalaşır, həmçinin göz qapaqları yaranır və böyüyür, bu zaman aborta əl atan ananın canlı bir insanı məhv etməsi qənaətinə

Abort (latınca “abortus” – uşaqsalma) hamiləliyin özbaşına və ya süni şəkildə pozulmasıdır. Özbaşına abort kəskin və xroniki infeksion xəstəliklər, zəhərlənmələr, stress, əsəb gərginliyi, hər hansı bir zərbə nəticəsində baş verə bilər. Bu şəkildə uşaqsalmanı spontan abort da adlandırırlar. Özbaşına abort zamanı qarnın və belin aşağı hissəsində arası kəsilməyən və ya fasilələrlə baş verən kəskin ağrı, sancı, uşaqlıq yolunda qanlı ifrazat, şiddətli qanaxma əlamətləri ola bilər. Süni abort isə dölə və ya hamilə qadının orqanizminə bilavasitə təsir etməklə hamiləliyin pozulmasıdır. Xavər Orucovanın sözlərinə görə, hamiləliyin gedişini yalnız qadının sağlamlığı üçün təhlükə yarandıqda, məsələn, döl inkişafdan qaldıqda pozmaq olar: "Bəzən elə xəstəliklər olur ki, qadının hamiləliyi başa çatdırması mümkünsüz görünür. Məsələn, böyrək, ürək və daxili orqanların digər xəstəliklərində belə təhlükələr ola bilər. Bu zaman hamiləliyin dayandırılması zərurəti yaranır. İlk hamiləliyini kəsən qadının üzərinə böyük məsuliyyət düşür, çünki bu, onun


38 gələcək uşaqları üçün bir sıra xoşagəlməz nəticələrə gətirib çıxara bilər. İlk növbədə bu, qanı rezus-mənfi olan qadınlara aiddir. Birinci hamiləliyi olanlarla yanaşı, bəzi xəstəliklər zamanı da abort etdirmək olmaz. Kəskin süzənək, infeksion xəstəliklər, cinsiyyət üzvlərinin kəskin iltihabı prosesi, eləcə də qan xəstəlikləri (hemofiliya, talassemiya) zamanı abort etdirmək çox təhlükəlidir. Bu zaman güclü qanaxmalar ola bilər". Qeyd edək ki, bəzi hallarda qadınlar müxtəlif dərmanlar qəbul etməklə və başqa üsullarla arzu edilməyən uşaqdan xilas olmağa çalışırlar. Belə uşaq salmalar həddən artıq qanama və iltihab yaranma riskinə görə çox təhlükəlidir. Odur ki, hamiləliyin gedişini dayandırmağı qarşıya məqsəd qoymusunuzsa, bu işi mütəxəssislərə etibar edin. Mama-ginekoloqun sözlərinə görə, abort prosesinin hamiləliyin 5-6-cı həftələrində həyata keçirilməsi daha məqsədəuyğundur. Çünki bu əməliyyatı gecikdirdikdə, ciddi fəsadların yaranma təhlükəsi var. Hamiləliyin süni kəsilməsi xəstəxana şəraitində, ixtisaslı həkim tərəfindən edildikdə belə, uşaqlığın divarının zədələnmə ehtimalı var: "Abortdan sonra törəyən ən ciddi və faciəli ağırlaşma sonsuzluqdur. Digər bir təhlükəli hal isə abortdan sonrakı hamiləliklərdə uşaq düşməsidir. Belə vəziyyət, hamiləliyin həm erkən, həm də sonrakı dövrlərində baş verə bilər. Bəzi qadınlarda abortdan sonrakı hamiləlik ağrı və qanlı ifrazatla müşayiət edilir. Bir sıra hallarda bu, döl yumurtasının düzgün bənd olmaması ilə bağlı olur. Bunun sayəsində də dölün bətn daxilində inkişafı üçün yaxşı şərait yaranmır, qadın isə çoxlu qan itirdiyinə görə uzun müddət xəstəxanada müalicə olunur. Süni abort əməliyyatı sonrakı doğuşlara da təsir göstərir,

hamiləlik uzun çəkir və qadın çoxlu qan itirir". X.Orucova abort nəticəsində uşaqlıqda parça qalmasının da təhlükəli olduğunu bildirir: "Bir çox hallarda bətndə parça qaldıqda həmin qadında təkrar hamiləliyin baş verməsi çətinləşir. Həmçinin uşaqlığın zədələnməsi, deşilməsi hallarının baş verməsi də mümkündür. Bəzi hallarda abortdan sonra borular bağlana, yumurtalığın fəaliyyəti pozula bilər. Abort nəticəsində qadında menstrual pozğunluqların yaranması da mümkündür. Bu əməliyyat zamanı bütün gigiyenik qaydalara əməl edilməsi, abortda istifadə olunacaq alətlərin steril olması da çox əhəmiyyətlidir. Çünki həkimin səhlənkarlığı, alətlərin düzgün steril edilməməsi infeksiyaların düşməsinə səbəb olur. Nəticədə sepsis, kiçik çanağın ümumi iltihabı, uşaqlığın iltihabı, endometrit halları əmələ gələ bilər". Müsahibimizin sözlərinə görə, abortdan sonra ən çox rast gəlinən problemlərdən biri də ürək bulanma və qusmadır. Bəzi hallarda isə xəstə huşunu itirə bilər: "Ona görə də abortdan sonra 2-3 həftə ərzində hovuzda çimmək, vanna, qaynar duş qəbul etmək qadağandır. Bu müddət ərzində yalnız ayaq üstə ilıq duş qəbul etmək məsləhətdir. Abortdan sonra infeksiya düşməməsi üçün ən az 15 gün müddətində cinsi əlaqədə olmaq da məsləhət görülmür". Onu da bildirək ki, abort prosesi normal keçsə də, mütləq bir həftədən sonra həkimə müraciət etmək, yenidən müayinədən keçmək lazımdır. Bundan başqa əməliyyatdan sonra menstruasiyanın bərpa olunma müddəti orqanizmin fərdi xüsusiyyətlərindən asılı olduğu üçün bu proses bəzi xəstələrdə 30, bəzilərində isə 40 gün çəkə bilər. Əgər 40 gündən çox keçibsə və hələ də menstruasiya bərpa olunmursa, bu barədə həkiminizlə

məsləhətləşə bilərsiniz. Mütəxəssislər hamiləliyin baş verməməsi üçün müasir əks-rudiment (hamiləliyə qarşı), ya da kontraseptiv vasitələrdən istifadə etməyi məsləhət görürlər. Qorunma vasitələrindən sterilizasiya, hormonal dərmanlar, "spiral", prezervativ, müxtəlif kremlər və s. göstərmək olar. Onların arasında ən etibarlı vasitə sterilizasiyadır. El arasında buna "boruları (trubaları) bağlatdırmaq" deyilir. Sterilizasiya, əsasən, "Qeysər kəsiyi" əməliyyatı keçirən qadınlar arasında yayılıb. Çünki əməliyyat yoluyla 3 dəfədən artıq uşaq dünyaya gətirmək bu qadınların həyatı üçün təhlükəlidir. Sterilizasiya olunduqda qadın artıq uşağa qalmır. Hamiləliyin qarşısını alan səmərəli və təhlükəsiz metodlardan biri də uşaqlıqdaxili spiral qoymaq sayılır. Bu əməliyyatı qadın məsləhətxanasının həkimi edə bilər. Spiral uşaqlıq boşluğunda 2-3 il qala bilər və öz səmərəliliyini itirməz. X.Orucova qadın uşaq istədiyi təqdirdə, spiralı çıxarmağın mümkün olduğunu və bir menstruasiya siklindən sonra onun hamilə qala biləcəyini söyləyir: "Abortdan dərhal sonra da spiral qoymaq mümkündür. Ancaq spiral yad cisim kimi uşaqlığa təsir göstərərək qanaxma verə bilər. Ona görə bir müddət profilaktik müalicələr aparılmalıdır. Spiralı abortdan sonrakı ilk menstruasiyanın axırıncı günü qoydurmaq daha məqsədəuyğundur". Sonda bir daha qeyd edək ki, süni uşaqsalma sağlam qadında belə sonrakı hamiləlik və doğum, həmçinin gələcək uşağın sağlamlığı üçün izsiz ötüşmür. Odur ki, bu addımı atmazdan öncə yaxşı düşünməkdə fayda var. Bir də unutmayın ki, analıq təbiətin insana bəxş etdiyi ən gözəl hədiyyəsidir. Xəyalə Mustafayeva



40

HAMİLƏLİK və QRİP


41 ayız fəslinin gəlişi, havaların dəyişkən keçməsi bu mövsümdə bir sıra infeksion xəstəliklərin (qrip, angina, yuxarı tənəffüs yollarının kəskin xəstəlikləri) geniş yayılmasına səbəb olur. Hər bir adam, o cümlədən hamilə qadınlar bu infeksion xəstəliklərə yoluxa bilər. Ona görə də hamilə qadınlar belə dövrdə bütün profilaktik tədbirlərə riayət etməlidirlər. Xüsusən də epidemiya zamanı ehtiyatlı olmaq lazımdır. Amma təəssüf ki, bəzi hamilə qadınlar bu xəstəliklərə məhəl qoymurlar, yaxud da həkimə müraciət etmədən özləri müalicə olunmağa səy göstərirlər. Unutmaq lazım deyil ki, yüksək hərarətlə izlənən belə xəstəliklər dölün inkişafında pozğunluqlara, һətta onların bətndaxili tələfatına da səbəb ola bilər.

HAMİLƏ QADIN QRİPƏ YOLUXARSA… Belə təhlükəli xəstəliklərdən biri də qripdir. Qrip “ influensa” adlandırılan virusun nəfəs yolu ilə insan orqanizminə daxil olaraq yayılması nəticəsində meydana gəlir. Qrip xəstə insanlarla təmas zamanı, eyni zamanda, xəstənin asqırması və öskürməsi nəticəsində asanlıqla yayılır. Qrip qıcıqlanma, asqırma, öskürək, yüksək hərarət, titrəmə və digər bu kimi hallarla müşahidə olunur. Bu zaman bədən temperaturunun artması hamilə qadınlar üçün daha çox təhlükə yaradır. Sağlam һamilə qadınlarda bədən temperaturunun az tərəddüdü dölə pis təsir etmir. Çünki temperaturun düşübqalxmasına cavab olaraq һamilə qadında tənzimetmə mexanizmlərinin köməyi ilə uşaqlığın damarlarının mənfəzi də müvafiq olaraq ya genəlir, ya da daralır. Beləliklə, döl üçün daimi temperatur şəraiti yaranır. Lakin qripə yoluxan һamilə qadınlarda uşaqlığın damarlarının tonusunu tənzimləyən mexanizm pozulur. Həkim-ginekoloq Gülnarə Məmmədovanın sözlərinə görə, bu hal əsasən titrətmə və üşütmə ilə

müşayiət olunan ağır formalı xəstəliklərdə baş verir: “Ananın xəstəliyi nə qədər uzanır və ağır olursa, döl bir o qədər çox zərər çəkir. Dölün orqanlarının mayasının qoyulması və ciftin formalaşması qurtaran dövrlərdə qadının infeksion xəstəliyə tutulması onun һamiləliyinin kəsilməsinə səbəb ola bilər. Yüksək hərarət varsa, mütləq aşağı salınmalıdır ki, qadında intoksikasiya əlamətləri olmasın. Bu zaman bir sıra vitaminlər qəbul etmək lazımdır. Onu da deyim ki, hamilə qadın xəstəliyə yoluxduqda öskürək zamanı taxikardiya əlamətləri yaranır və bu zaman dölün ürəkdöyünməsində dəyişikliklər əmələ gəlir. Eyni zamanda davamlı öskürəyin diafraqmada yaratdığı qalxıb-enmə “dölün qorxması” adlanan hadisə ilə nəticələnir. Bu isə özbaşına abort və ya uşaqsalmaya gətirib çıxara bilər”. Qeyd edək ki, hamiləliyin son aylarında da yüksək hərarət və qrip təhlükəlidir. Bu vaxt döl inkişafdan qala, vaxtından əvvəl və ya ölü doğula bilər.

ETİBARLI QORUYUCUPEYVƏND Qrip həm də orqanizmdə cürbəcür xəstəliklərin təməlini qoyan xəstəliklərdən biridir. Odur ki, “keçib gedər” deyə qripə adi xəstəlik kimi baxmaq olmaz. Gərək vaxtında bu xəstəlikdən qorunmağa çalışasan. Bu məqsədlə təkmilləşdirilmiş və səhiyyədə geniş istifadə olunan qrip peyvəndləri mövcuddur. Həkim-ginekoloq Gülnarə Məmmədovanın sözlərinə görə, peyvənd hamiləliklə yanaşı süd verən analar üçün də etibarlı qoruyucu vasitədir: “Hamiləliyin bütün dövrlərində qripə qarşı peyvənd etdirmək olar, ancaq ilk trimestrdə bu bir qədər qorxuludur. Çünki ilk trimestrdə uşaqsalma ehtimalı çox olduğundan peyvəndi hamiləliyin sonrakı aylarında etdirmək daha məqsədəuyğundur. Onu da deyim ki, peyvəndin ciddi zərərləri yoxdur. Ancaq yüngül qızdırmaya, halsızlığa, nadir hallarda isə allergik reaksiyalara səbəb ola bilər. Digər qoruyucu vasitə isə təbii ki, hamilə qadının özünə diqqət yetirməsidir.

Belə ki, o qriplə yoluxan adamlardan uzaq gəzməlidir. Lazım gəldikdə, tənziflə burun və ağızı bağlamaq da olar, çunki xəstələr danışdıqda, öskürübasqırdıqda çoxlu tüpürcək və selik ifraz edirlər ki, bunların da tərkibində saysız-һesabsız mikrob olur”.

DƏRMANLARDAN İSTİFADƏ ETMƏK OLARMI? Hamiləliyin ikinci trimestrində immunoqlobinlər qəbul etmək olar. Ən yaxşı, qeyri-ənənəvi və müasir metod olan ozonoterapiya da xeyirlidir. Bu zaman mikrobların inkişafının və dölə keçməsinin qarşısı alınır. Amma hamilə qadın hansısa xəstəliyə tutulduqda, ona virus əleyhinə preparat vermək olmaz. Çünki bu tipli prepartalar dölün inkişafının qarşısını alır. Antibiotik qəbul etməyin də əhəmiyyəti yoxdur. Çünki onlar viruslara təsir etmir. Ona görə də bütün vitaminlərlə və zülallarla zəngin qidalar və ozonoterapiya ilə müalicə üsulu məsləhət görülür. Dərmanların da hamısı deyil, bəziləri zərərli ola bilər. Bunu trimestrinə görə həkim təyin etməlidir. Gülnarə Məmmədovanın sözlərinə görə, xüsusən də hamiləliyin birinci trimestrində kimyəvi preparatların təyinatı çox ehtiyatla aparılmalıdır: “Çünki bu preparatlar dölün inkişafına təsir göstərə, həmçinin daxili orqanların, sinir sistemi orqanlarının yaranmasında, ürək qan-damar sistemində qüsurlar ortaya çıxarar. Bundan başqa bəzi antibiotiklər birinci trimestrdə qəbul olunduqda eşitmə sinirinə təsir göstərib, uşağın anadangəlmə karlığına yol aça bilər. Bəzi viruslar var ki, anadangəlmə korluq da yaradır”. Dünyaya sağlam uşaq gətirmək istəyən gələcək analar onların sağlamlığının qayğısına körpə hələ ana bətnində olarkən diqqət yetirməlidirlər. Unutmaq lazım deyil ki, uşağın sağlamlığı valideynlərin sağlamlığından, onların həyat tərzindən asılıdır.

Xəyalə Mustafayeva


42


43 əktəbə getmək uşaq həyatında vacib məqam olduğundan bütün ailə üçün hadisəyə çevrilir. Valideynlər narahatlıq keçirir, düşünür, müzakirə edir, məktəb seçir və s. Bu da səbəbsiz deyil. Çünki bu proses həm də uşağın gələcək taleyinin necə olacağına birbaşa təsir edir. Bu yazıda valideynlərin köməyinə çatacaq bir sıra məsləhətlər yer alıb. Psixoloqlar bildirirlər ki, gələcək məktəblinin valideynləri bir sıra suallar ətrafında düşünməlidirlər. Həmin suallar belədir: 1. "Məktəbə hazırlıq səviyyəsi" nə deməkdir və bu anlayışı övladınıza şamil etmək olarmı? 2. Hansı inkişaf xüsusiyyətləri tədrisin uğurlu keçməsinə və məktəbə adaptasiya prosesinə neqativ təsir göstərə bilər? Onları mümkün qədər yumşaltmaq üçün nə etmək lazımdır? 3. Uşağın inkişafı və tədris prosesi ilə bağlı peşəkar məsləhət lazım olduqda, hara müraciət etmək olar? 4. Övladınız üçün düzgün məktəbi necə seçməli? Qeyd edək ki, məktəbə hazırlıq prosesinin ən aşkar komponenti uşağın əqli inkişaf səviyyəsidir. Əqli hazırlıq dedikdə, ilk növbədə uşağın onu əhatə edən ətraf mühit haqqında kifayət qədər bilik və təsəvvür dairəsinə, bu mühitdə baş verən səbəb-nəticə əlaqələrini müşahidə etmək, təhlil etmək və anlamaq bacarığına, yəni maraqlanmaq, düşünmək və dərk etmək xüsusiyyətlərinə malik olması nəzərdə tutulur. Psixoloqlar bu prosesi idrak və ya dərk etmə aktivliyi adlandırır. Əqli inkişafla uşağın nitq inkişafı da sıx təmasdadır. Belə ki, ana dilinə yiyələnmək səviyyəsi tədrisin uğurlu olmasına güclü təsir göstərir. Onu da deyək ki, nitq inkişafı yalnız tələffüz qüsurlarının olub-olmamağı ilə müəyyən edilmir.

Burada uşağın söz ehtiyatının nə dərəcədə zəngin olması, onun birləşmələrdəki sözləri düzgün dəyişmək (uyğunlaşdırmaq) qabiliyyəti, 34-5 hecalı sözləri səhvsiz səsləndirməsi, anlaması və istifadə etməsi də vacib şərtlərdəndir. Uşaq məktəbdən əvvəl ona məktəb materialını mənimsəməyə kömək edəcək xüsusi təsəvvürlərə və elementar tədrisi vərdişlərə malik olmalıdır. Məktəbə düzgün hazırlanmış uşaq əşyaların məkanda yerləşmə qaydasını ayırmalı və bunu sözlə ifadə etməyi (yuxarıda, aşağıda, sağda, solda, arxada, öndə), böyük, balaca, aşağı, yuxarı, dar, geniş, qısa, uzun, hissə, bütöv kimi sözlərdən istifadə etməklə, əşyaların ölçüsü və münasibətini təyin etməyi, əsas həndəsi fiqurları tanımalı (kvadrat, üçbucaq, dairə, oval, düzbucaq), onları adlandırmağı və təsvir etməyi, üfüqi, şaquli, maili xətləri ayırmağı və çəkməyi bacarmalıdır. Əqli əmək qabiliyyəti də böyük əhəmiyyətə malikdir. Əqli əmək qabiliyyəti dedikdə, uşağın əqli fəaliyyət ilə məşğul olmaq üçün fikrini cəmləşdirməyə sərf etdiyi zaman nəzərdə tutulur. Sağlamlıq və fiziki davamlılıq, əllərin və barmaqların dəqiq, uyğunlaşdırılmış hərəkətləri də az əhəmiyyət kəsb etmir. Məktəbə hazırlıq prosesinə xüsusi diqqət yetirmək lazımdırmı? Bəzi valideynlər belə hesab edir ki, hazırlıqsız uşağa tədris prosesi daha maraqlıdır, ona görə də o, dərslərə daha ciddi yanaşacaq. Lakin təcrübə göstərir ki, maraq, uğur əlçatan olduqda, səni yüksək qiymətləndirdikdə və təriflədikdə oyanır. Bəzi valideynlər isə əksinə, hazırlıq prosesinə həddən artıq diqqət göstərir. Hətta uşaqlarını müxtəlif "progimnaziya" və "mini-liseylər"ə yazdırırlar. Nəticə bir çox hallarda xoşagəlməz olur - həddən çox yorulmuş uşaq heç nə istəmir, ağlayır, sızıldayır. Nə ilə məşğul olmaq məqsədəuyğundur? Bu sualı cavablandıran mütəxəssislər bildirirlər ki,

uşaqlar beş yaşından etibarən rəsm çəkməyə, rəngləməyə, konstruktordan nə isə düzəltməyə, muncuq düzməyə, mozaika qurmağa, şeir öyrənməyə başlamalıdır. Beş yaş yarımdan - altı yaşdan etibarən, sadalananlardan başqa, qiraət, say və yazıya diqqət yetirmək lazımdır. Bəs, məktəbə nə vaxtdan hazırlaşmaq lazımdır? Bu suala psixoloqlar "anadan olandan" cavabını verirlər. Və bildirirlər ki, körpənin fəaliyyət göstərmək cəhdlərini məhdudlaşdırmayın, təzə oyuncağı sökmək istəyinə təəccüblənməyin (yaxşı olar ki, sonradan onu yığmağa kömək edəsiniz), sizinlə birlikdə xəmir yoğurmaq və kökə yapmaq istədikdə, mətbəxdən qovmayın. Bütün bunlar onun başını düşünən, barmaqlarını isə güclü və dəqiq edəcəkdir. Bəs, uşağın üzləşdiyi hansı problemlər mütəxəssisdən məsləhət almağı zəruri edir? - Sağlıq durumunda ümumi vəziyyətinə təsir göstərən pozğunluqlar (tez-tez xəstələnir, pis qidalanır, narahat yatır) olduqda, çəkidə, boyda, hərəkət cəldliyində həmyaşıdlarından geri qaldıqda; - təlimata riayət edə bilmədikdə (öz fəaliyyəti üzərində fikrini cəmləyə bilmir, nədən başlayıb, necə davam etməyi anlamır, fikri dağınıq olur); - impulsivdirsə (əvvəl edir, sonra düşünür); - həddən artıq məqsədyönsüz hərəkət aktivliyinə meyllidirsə; - hərəkətlərin ümumi koordinasiyası pozulubsa (yöndəmsiz, bacarıqsızdır), əllərin və barmaqların dəqiq hərəkətləri pis inkişaf edibsə, rəsm çəkə bilmədikdə, konstruktorun xırda detalları ilə davrana bilmədikdə; - ləng hərəkət etdikdə, oyun zamanı passivlik göstərdikdə; - həmyaşıdlarının arasında özünü sərbəst hiss etmirsə, tez-tez konfliktə girirsə, dalaşırsa, və ya əksinə, inamsız, qorxaq, ağlağandırsa; - nitqi aydın, qrammatik cəhətdən düzgün deyilsə, söz ehtiyatı kasaddırsa.


44


45

əktəblilərin yay tətili artıq yekunlaşdı. Rayonlara, kəndlərə dincəlməyə gedən ailələr yavaş-yavaş şəhərə qayıtmağa başlayır. Amma bəzən təmiz havada yaxşı dincələn uşaqların çoxunda bu istirahətin əlamətləri hiss olunmur. Onlar şəhərə əzgin, iştahasız, arıqlamış vəziyyətdə qayıdırlar ki, bu durum da valideynləri xeyli təəccübləndirir. Uşağının səhəttindən şübhələnən valideynlər sahə həkiminə müraciət edəndə isə çox vaxt qoyulan diqanoz eyni olur. Məlum olur ki, uşaq qurd xəstəliyinə məruz qalıb.

YAY TƏTİLİ VƏ QURD XƏSTƏLİKLƏRİ Bakı şəhəri, Xətai rayonu 9 saylı uşaq poliklinikasının həkim-pediatrı Dəyanə Bayramovanın sözlərinə görə, məhz yay tətilindən sonrakı dövr uşaqlarda qurd xəstəliklərinə ən çox rast gəlinən period sayılır. Həkim deyir ki, bu xəstəliklərin yaranmasına əsasən, fərdi gigiyena

qaydalarına riayət olunmaması, natəmizlik səbəb olur. Və şəhərdən fərqli olaraq, kənd yerlərində anaların öz uşaqlarına nəzarət etmək imkanı azaldığından, qurd xəstəliklərinə yoluxma halları da artır:”Şəhər yerində uşaq daim ananın nəzarəti altında olur. Ana uşağın çirkli əllərlə yemək yeməsinə, oyuncağı və ya başqa bir əşyanı ağzına aparmasına imkan vermir. Amma kənd yerində bunu nəzarətdə saxlamaq çətinləşir. Odur ki, uşaqların çoxu kənddə, rayonda keçirdikləri yay tətilindən qarınlarında qurdla qayıdırlar”. Hazırda bütün dünyada uşaqlar arasında yayılma səviyyəsinə görə qurd xəstəlikləri birinci yerdə durur. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, əksər ölkələrdə uşaqların nə az, nə çox, düz 90 faizi bu xəstəliklərdən əziyyət çəkir. D.Bayramova şəxsi təcrübəsindən çıxış edərək bildirir ki, Azərbaycanda bu rəqəm bir az da yüksəkdir. Onun sözlərinə görə, bizdə qurd xəstəlikərindən azyaşlılar arasında ən geniş yayılanı enterobioz və askaridozdur. Enterobioz el arasında “bizquyruq” adlanan xırda ağ qurdların yaratdığı xəstəlikdir. Ölçüsü təxminən bir santimetr olan bu qurdlara əsasən bağırsaqlarda rast gəlinir. Xüsusilə də, 3 yaşdan 10-14 yaşa qədər uşaqlar arasında geniş təsadüf olunur.

XƏSTƏLİYİN ƏSAS ƏLAMƏTLƏRİ Qurdun yumurtaları xəstəliyə yoluxmuş uşaqdan ətrafa yayılır. Uşağın orqanizmində yetişən qurd yumurtaları bir neçə saat ərzində yoluxucu həddə çata bilər. Beləliklə, səhər yuxudan oyanan uşaq həm yenidən öz-özünü, həm də ətrafdakıları yoluxdurur. Qurd yumurtaları çirkli əllər, mələfə, dəsmal və başqa əşyalar vasitəsilə insana keçə bilir. Ona görə də bu xəstəlik evdə, uşaq bağçasında, məktəbdə asanlıqla yayılır. Analar sadəcə, uşaqlarını müşahidə etməklə də qurd xəstəli-

yinə yoluxub-yoluxmadığını müəyyən edə bilərlər. Adətən, belə xəstəliyə yoluxan uşaqların çəkisi azalır, iştahası, yuxusu pozulur, yuxuda ikən ağzından su gəlir, dişlərini qıcayır. Uşağın boyu yaxşı inkişaf etmir, dərsdə aktivliyi azalır. Uşaq çox vaxt baş ağrılarından, ürəkbulanmadan, oynaqlarda, qarında baş qaldıran ağrılardan şikayətlənir. Uşağın şirniyyata meyli də artır ki, bunu da onun orqanizmindəki parazitlər tələb edir. Həkim deyir ki, qurd xəstəliklərinin törədiciləri şirin mühitdə daha sürətlə inkişaf edir. Ona görə də xəstə uşaqları müalicə müddətində şirniyyatdan çəkindirmək lazımdır. Enterobioza məruz qalan uşaqlarda xüsusilə, gecələr güclü perianal qaşınma başlayır və bəzən gündüzlər də davam edir. Əgər belə hallar müşahidə olunursa, dərhal sahə həkiminə müraciət etmək və analiz vermək tələb olunur. İstənilən poliklinikada enterobiozu müəyyənləşdirmək üçün mikroskopik müayinə aparıla bilər. Amma qurdu müəyyən etmək üçün yalnız bir dəfə nəcis analizi vermək kifayət deyil. Ən azı 6-8 dəfə analiz vermək tələb oluna bilər. Çünki bəzən analiz üçün verilən nəcis qalığına qurdun yumurtası düşməyə bilər. Bu məqsədlə qan analizi də vermək olar.

PARAZİTLƏRİN TƏRƏTDİYİ FƏSADLAR Həkimin sözlərinə görə, qurd xəstəlikləri allergiyanın əsas mənbəyi sayılır. Ona görə də allergiya diaqnozu ilə xəstəxanaya qəbul olunan xəstələrin mütləq qurda görə analiz vemələri tələb olunur. Amma belə parazitlərin törətdiyi fəsadlar yalnız allergiyalarla məhdudlaşmır. Yuxarıda da qeyd olunduğu kimi qurd xəstəliyinə məruz qalan uşaqların çəkisi sürətlə azalmağa başlayır. Uşağın orqanizminə düşən qurdlar qida vasitəsilə bədənə daxil olan bütün faydalı maddələri yediyindən, uşaq inkişafdan qalır. Beləliklə, uşaqlarda qan azlığı yaranır, immunitet zəifləyir.


46 Qurd xəstəliklərinin geniş yayılmış daha bir növü olan askaridoz zamanı isə hətta ağ ciyərlər üçün də təhlükə yarana bilər. Son məlumatlara görə, hazırda qurd xəstəliyinin təkcə bu növündən dünyada 1 milyon uşaq əziyyət çəkir. Bu xəstəliyə daha çox məktəbəqədər yaşda olan uşaqlar və aşağı sinif şagirdləri məruz qalır. Askaridoz törədicilər uzunluğu 1520 santimetrə çatan torpaq qurduna bənzər parazitlərdir. Bir sutka ərzində bu qurdlar 200 min yumurta qoymaq qabiliyyətinə malikdir. Yoluxmanın əsas mənbəyi çirkli əllər sayılır. Bəzən askarid qurdunun yumurtaları orqanizmə çirkli, üzərinə milçək oturmuş meyvə-tərəvəz vasitəsilə də düşür və bağırsaqlara keçir. Bu qurdlar əsasən yoğun bağırsaqda məskən salsalar da, bəzən ağciyərlərə qədər gedib çıxa bilirlər. Bu zaman uşaqda quru öskürək baş qaldırır, sinə nahiyəsində ağrılar yaranır. Uşağın temperaturu normal qaldığından, çox vaxt xəstəliyin səbəbini müəyyənləşdirmək olmur. Amma bəzən askaridoz pnevmoniya və ya bronxitlə müşayiət olunur ki, bu da temperaturun 40 dərəcəyə qədər yüksəlməsinə, ağızın ətrafının göyərməsinə və başqa ağır fəsadlara yol açır. Analiz yolu ilə askarid müəyyən olunandan və müalicədən sonra bu hallar keçib gedir. Bağırsağa düşən parazitlər də sakit oturmur, həzm orqanlarının fəaliyyətini pozur, ürəkbulanmasına, qusmaya səbəb olur. Hətta orqanizmdə belə qurdların miqdarı çox olarsa, apendisit xəstəliyinin yaranması da mümkündür. Askaridoza məruz qalan uşaqlarda mərkəzi sinir sisteminin zədələnməsi halları da baş verə bilər.

NECƏ QORUNMALI? İnsan üçün ən təhlükəli qurdlardan biri də exinokokdur. Exinokoklar xırda, təxminən 0,5 santimetr ölçüdə lentşəkilli qurdlardır. Bu qurdlar uşaqlara əsasən ev heyvanlarından keçir. Heyvanla oynayan vaxt qurdun yumurtaları uşağın əlinə, oradan isə ağzına düşür və bağırsaqlara qədər gedib çıxır. Bağırsaq divarlarından qana keçən mikrob insanın istənilən orqanını, daha çox ağ və qara ciyərlərini zədələmək qabiliyyətinə malikdir. Exinokok qurdları bir yerə toplaşıb, kisə əmələ gətirə bilər ki, bu da orqanizmin normal fəaliyyəti üçün böyük təhlükə yaradır. Ən təhlükəlisi isə odur ki, insan orqanizminə yaxşı adaptasiya olunan belə parazitlər bəzən öz varlıqlarını hiss etdirmədən illərlə düşdüyü yerdə yaşaya bilir. D.Babayevanın sözlərinə görə, hazırda qurd xəstəliklərinin müalicəsində həm kimyəvi, həm də fitoterapiya üsullarından geniş istifadə olunur. Bundan başqa, bu xəstəliklər zamanı ozon terapiyası da tətbiq olunur. Həkim yovşan tərkibli çay dəmləmələrindən istifadəni də məqbul hesab edir.

Qurd xəstəlikləri insandan insana çox asanlıqla keçdiyindən, D.Bayramova aşağıdakı profilaktik tədbirləri həyata keçirməyi vacib sayır: 1. Uşaq fərdi gigiyena qaydalarına əməl etməyə alışdırılmalı. 4. Uşağın əlləri və ayaqları, yanı hər səhər və axşam sabunla yuyulmalı. 3. Dırnaqları dibdən kəsilməli. 4. Uşaqda barmaqlarını, oyuncaqlarını və başqa əşyaları ağzına almaq kimi vərdişlərin yaranmasına yol verməməli. 6. Uşağın mələfələrini, alt paltarlarını yuxarı (60 dərəcədən aşağı olmamaq şərti ilə ) temperaturda yuyub, qaynar ütü ilə ütüləməli və tez-tez dəyişməli. 7. Uşağın qida rasionuna orqanizmin qurdlardan təmizlənməsinə yardım edən yerkökü, nar şirəsi, qoz, dazıotu çayı, çiyələk daxil etməli. 8. Uşağın meyvə-tərəvəzi təmiz yuyulandan sonra yeməsinə, çiy su içməməsinə nəzarət olunmalı. Aynur Haqverdiyeva



48


49

aş artıqca sağlamlıqla bağlı problemlər ortaya çıxır, müxtəlif xəstəliklər yaranmağa başlayır. Xəstəliklərin aradan qaldırılmasında, fəsadlarının qarşısının alınmasında və ağırlaşmalardan qorunmada isə heç şübhəsiz ki, erkən diaqnozun böyük rolu var. Yaşınızın üstünə yaş gəldikcə, hansısa bir xəstəliyin pəncəsinə düşəcəyiniz günü gözləməkdənsə, mütəmadi şəkildə müayinə olunun. Xüsusən də, yaşı 40-dan artıq olan kişilərin ildə bir dəfə check-up müayinə olunmaları, sağlamlıqlarına ciddi diqqət yetirmələri vacibdir. Yaşı 40-dan artıq olan kişilərin hər il aşağıdakı testləri, müayinələri həyata keçirmələri tövsiyə olunur. Mütəmadi şəkildə edilən qan analizləri bir çox xəstəliklərin diaqnozunda mühüm rol oynayır. Heç bir şikayətləri olmasa belə, kişilərin 35 yaşından sonra ildə 2 dəfə qanlarından analiz vermələri vacibdir. Alınan nəticəyə görə infeksiyalar və ya allergik vəziyyətin olub-olmamağı araşdırılır. Xolesterin və şəkərin səviyyəsi ilə bağlı nəticə əldə edilir. Digər bir müayinə isə qlaukoma xəstəliyinin erkən diaqnozuna kömək edə bilər. Qlaukoma gözdaxili təzyiqin artması ilə təzahür olunmaqla son nəticədə görmə qabiliyyətinin itirilməsinə gətirib çıxarır. Bu xəstəlik bütün dünyada bərpa olunmaz korluğun əsas səbəbidir. Qlaukoma əsasən yaşı

40-dan yuxarı şəxslər arasında inkişaf edir və insanın yaşı nə qədər çox olarsa, xəstələnmə riski də bir o qədər artır. Dərman və lazer müalicəsi, cərrahi müdaxilə ilə korluğun qarşısı alına bilər ki, bu da erkən diaqnoz qoyulmasından asılıdır. Odur ki, yaşı 40-ı keçən bütün kişilərin mütəmadi şəkildə oftalmoloqa müraciət etməyi tövsiyə olunur. Kişilərdə ürək-damar sistemi xəstəliklərinə tutulma riski qadınlara nisbətən 4 dəfə artıqdır. Ona görə də 40 yaşını keçən kişilərin ildə bir dəfə kardioloji müayinədən keçməsi ürək sağlığı üçün əhəmiyyətlidir. Bu yolla bir çox ürək xəstəlikləri daha da ağırlaşmadan erkən diaqnoz qoyularaq, müalicə edilə bilər. Hər il mütəmadi şəkildə dermatoloqun qəbuluna yazılmaq da, sağlamlıq üçün gərəkli olan testlərdən biridir. Xüsusən də, bədəndə çox saylı xallar varsa və digər ailə üzvlərində dəri xərçəngi halları olubsa, bu zaman müayinənin əhəmiyyəti daha da artır. Çünki xallar ölümcül xərçəng olan melanomaya çevrilmə riskinə sahibdir. Diş və diş əti xəstəlikləri sağlamlıqla bağlı ciddi məsələlərdəndir. Dişlərdə ciddi bir problemlə qarşılaşmamaq üçün hər il stomatoloqun qəbulunda olmaq lazımdır. Bu zaman tüpürcək testinin aparılması düzgün diaqnoz verməyə şərait yaradar. Bu test üçün tüpürcəyin analiz edilməsi kifayətdir. Analiz zamanı tüpürcəyin kimyəvi və mikrobioloji quruluşuna baxılır. Bununla da dişdə olan problemlərin sağlamlığa ziyan vurmasının qarşısı alına bilər. Prostat xərçəngi kişilərdə ortaya çıxan xərçəng növləri arasında ikinci yerdə gəlir. Bu xərçəngə erkən diaqnoz qoyulduqda xəstəlikdən qurtulma riski də çoxalır. Gec diaqnoz qoyulması isə bir çox fəsadlarla yanaşı ölüm təhlükəsini də artırır. Ona görə də hər bir kişi 40 yaşını keçdikdən sonra mütə-

madi şəkildə Prostat Spesifik Antigen (PSA) adlanan müayinədən keçməlidir. Ağciyər xərçəngi kişilərdə ortaya çıxan xərçəng növləri arasında birinci sıradadır. Xüsusən də siqaret çəkən kişilərin çəkməyənlərə nisbətən bu xəstəliyə tutulma riski 13-22 qat daha çoxdur. Ağciyər xərçənginin yaranmasına 85-90 % hallarda siqaret çəkmə səbəb olur. Ağciyər xərçənginin qorxulu olmasının bir səbəbi isə ilk vaxtlarda heç bir əlamətinin hiss olunmamağıdır. Xəstənin şikayətləri başladıqda isə artıq xəstəlik çox yayılmış olur. Ona görə də siqaret çəkən kişilər hər il ağciyərlərini müayinə etdirməlidir. Belə olarsa, erkən tapılan şiş yox edilə bilər. Bunun üçün rentgen, ultrasəs, kompüter tomoqrafiya müayinəsindən istifadə edilir. Kişilərdə siqaret özünü yalnız ağciyər xərçəngində göstərmir. Siqaret çəkən kişilər çəkməyənlərə nisbətən 16 dəfə çox qırtlaq xərçənginə tutula bilərlər. Ona görə də kişilərin mütəmadi şəkildə LOR (qulaq, burun, boğaz) həkimi tərəfindən müayinə olunması zərurəti yaranır. Hər xərçəng növündə olduğu kimi bu zaman da erkən diaqnostika sağalma şansını artırır. Həmçinin ildə bir dəfə qaraciyər və böyrəklərin də rentgen, ultrasəs müayinəsinin edilməsi vacibdir. Bu müayinə həmin orqanların müxtəlif xəstəliklərinin erkən diaqnozuna kömək edərək, daha uğurlu nəticə əldə edilməsinə səbəb olar. Unutmaq lazım deyil ki, hər birimizin sağlamlığımız öz əlimizdədir. Özümüz onu qorumağı öyrənməsək, tibb elmi belə bizə kömək edə bilməz. Odur ki, çox gec olmadan son dərəcə mühüm məsələdə - sağlamlığımızın qorunması və bu yolla müxtəlif xəstəliklərin pəncəsindən xilas olmaq, ən əsası isə ömrümüzün uzanması üçün özümüz öz qayğımıza qalaq. Xəyalə Mustafayeva


50

PİRSİNQİN FƏSADLARI


51 on zamanlar bədənin müxtəlif yerlərinə pirsinq etdirmək yeniyetmə və gənc qızlar arasında geniş yayılıb. Tatuajın növlərindən biri sayılan pirsinqin tarixi 6000 əvvələ gedib çıxır. Pirsinqdən istifadə ilk dəfə Afrikada geniş yayılıb. Tayfa və qəbilə başçıları digərlərindən seçilmək üçün bədənin müxtəlif hissələrində pirsinq etdirirdilər. Daha sonralar bu ölkədə ailə quran qızlar arasında da pirsinq geniş yayıldı. Onlar pirsinq edilən hissələrə mirvari taxırdılar ki, bu da həmin qızların ailəli olduğunu göstərirdi. Qədim Misirdə isə yalnız Fironlar pirsinqdən istifadə edirdilər. İlk öncələr pirsinqdən bəzək kimi deyil, məhz düşmənlərdən, ruhlardan, mistik qüvvələrdən qorunmaq üçün istifadə edilirdi. Sonralar pirsinq etdirmək Avropada da geniş yayıldı. Həmin ölkələrdə pirsinqdən istifadə edənləri vampir, satanist, cadugər kimi qələmə verirdilər. Müasirləşən dünyada pirsinq də yeni stil sayılmağa başladı. Rok musiqi janrı ilə daha çox populyarlıq qazandığından onu “rok stili” adlandırmağa başladılar. Hazırda isə adi insanlar belə çəkinmədən bədənlərinin müxtəlif yerlərinə pirsinq etdirirlər. Pirsinq əsasən dil, dodaq, burun, qaş, qarın və bədənin digər hissələrində olunur. Mütəxəssislər tərəfindən edilmiş pirsinqlər ziyansız olsa da, gigiyena qaydalarına əməl etməyən və qeyri-professional insanların etdikləri pirsinqlər insan sağlamlığı üçün ciddi fəsadlar törədə bilər. Pirsinq etdirməzdən əvvəl həkim müayinəsindən keçmək lazımdır. Müayinə zamanı bədənin sakit yerlərini müəyyənləşdirərək, ancaq həmin yerlərə pirsinq etdirmək düzgündür. Çünki damarların və sinir uclarının topoqrafiyasının

həkim tərəfindən bilinməsi qanaxma, ağrılar və ya hissiyyatın itirilməsi kimi xoşagəlməz nəticələrin qarşısını almağa imkan verir. Şəkər xəstəliyi və allergiyası olan insanların isə pirsinq etdirməsi düzgün deyil. Belə xəstələrdə yaraların sağalması prosesi çətin gedir. Hazırda bir sıra gözəllik salonlarında tibb təhsili olmayan insanlar tərəfindən pirsinq olunur. Həmçinin ev şəraitində də bəzi gənc qızlar pirsinq edir. Bütün bunlar isə təhlükəli nəticələrə gətirib çıxara bilər. Qulaq deşmək də pirsinqin bir növü sayılır. El arasında iynəni qızdırmaq yolu ilə qulağı deşmək artıq adətə çevrilib. Qulaqda sinir sistemləri olduğundan iynənin həmin sinirlərə toxunması əsəbləri korlaya bilər. Ev şəraitində qulağın deşilməsi nəticəsində yaranın mikrobla yoluxmaq təhlükəsi də artır. Bəziləri isə qulağı deşdikdən sonra həmin hissəyə lazımsız yağlar, mazlar çəkməklə yaraların gec sağalmasına səbəb olurlar. Ən təhlükəli qaş və dilə edilən pirsinqdir. Xüsusən də qaşın ortasına edilən pirsinq zamanı kiçik bir səhv həmin insanın kor olmasına gətirib çıxara bilər. Ona görə də qaşlarına pirsinq etdirmək istəyənlər, bunun üçün qaşın uc hissəsini seçsələr, yaxşıdır. Dilə edilən pirsinq zamanı həkimin kiçik bir səhvi isə həmin insanı ömrü boyu dad reseptrlərindən məhrum edə bilər. Dilinə pirsinq etdirən insan bir neçə gün danışa bilmir. Burun hissəsinə pirsinq edilməsi də çox dəbdədir. Bu nahiyəyə pirsinq etdirən zaman burun qanaxmaları olur. Belə insanlar infeksiyaya daha tez yoluxurlar. Bu vaxt infeksiya buruna çox ötürülür və həmin insan digərlərinə nisbətən qrip xəstəliyinə tez-tez yoluxur. Pirsinq zamanı sağlamlıq üçün gigiyenik qaydalara riayət etmək əsas şərtdir. Bunun üçün ilk növbədə pirsinqin taxılacağı yeri spirtlə silmək və həmin yerlərə müxtəlif mazlar vurmaq lazımdır. Proses zamanı birdəfəlik iynələrdən istifadə edilməsi mütləqdir. Həmçinin pirsinq

zamanı gərəkli olan digər alətlərin də steril olmasına diqqət yetirmək lazımdır. Hər insan bədənində müxtəlif mikrobları daşıyır. Həmin mikroblar isə pirsinq zamanı istifadə olunan iynələr vasitəsilə digər insanların bədəninə keçə bilər. Bu isə öz növbəsində QİÇS və Hepatit C kimi sağalmaz xəstəliklərə gətirib çıxarar. Bu xəstəliklərə yoluxmaq üçün hətta alətin üzərində olan gözlə görünməyən qan da kifayət edir. Virus ətraf mühitə düşdükdə uzun müddət ölmür, otaq temperaturunda ən azı 16 saat, bəzi hallarda hətta 4 günə qədər yaşaya bilir. Ona görə də pirsinq etdirərkən tam steril alətlərdən istifadə olunacağından əmin deyilsinizsə, ən yaxşısı sağlamlığınızı riskə atmayın və bu əməliyyatdan imtina edin. Pirsinq nəticəsində yaraya mikrob düşmə nəticəsində həmin nahiyənin irinləmə ehtimalı da çoxdur və bu zaman yara daha gec sağalar. Ümumiyyətlə, pirsinqin bədənin hansı nahiyəsində edilməsindən asılı olaraq, onun sağalma müddəti fərqli olur. Qaşda edilən pirsinq 3 həftəyə sağaldığı halda, dildə cəmi 3 günə yara sağala bilər. Pirsinq etdirməklə iş bitmir. Həmin hissəyə həkimin məsləhət gördüyü mazları (antiseptik məhlulları) çəkmək və ən az bir həftə sudan qorumaq gec sağalan yaraların yaranmasının qarşısını alar. Pirsinq edilən yerə ilk vaxtlar qızıl və gümüş taxılması daha məqsədəuyğundur. Çünki adi əşyalar taxdıqda, yara daha gec sağalır. Həmçinin adi əşyalar vasitəsilə mikrob düşmə riskinin artdığını da diqqətdən qaçırmaq olmaz. Müəyyən müddət keçdikdən sonra pirsinq heç bir zərər vermir. Ancaq bəziləri bir müddətdən sonra bədənlərindəki bu artıq əşyadan bezərək, onu çıxarmaq fikrinə düşürlər. Pirsinqin çıxarılması nəticəsində, həmin nahiyədə o qədər də gözə çarpmayan, kiçik çapıq qalır. Odur ki, bu əməliyyatı etdirməzdən öncə yaxşı fikirləşin, sağlamlığınızı gözəlliyinizə qurban verməyə tələsməyin.


52


53

ədənin hər hansı bir yerinə naxış, yazı və ya şəklin əks etdirilməsinə döymə (xalq arasında nakolka, tatuirovka kimi də tanınır) deyilir. Tatuirovka zamanı iynə və bənzəri şeyləri qana çatacaq qədər dəriyə batırırlar. Dəri altındakı iynənin açdığı yerə boya, mürəkkəb, tuş, xına və sair şeylər axıdılır. Bunlar dəri altında quruduqdan sonra bir daha çıxmayacaq şəkildə rəngli izlər buraxır. Statistikaya görə tatuirovka etdirənlərin 80%-i 5 ildən sonra bu döymədən bezərək, onu sildirməyə çalışırlar. Qədim Çində yaranaraq dünyaya yayılan tatuaj sənətinin 6 min illik tariхi var. İlkin vaxtlarda tatudan bir-birilərini tanımaq üçün işarələmək məqsədilə istifadə edirdilər. Sonralar tatunu nüfuz, şanşöhrət üçün etdirməyə başladılar. Həmin dövrdə tatuirovka etdirməklə həm də, özlərini pis ruhlardan, xəstəliklərdən, cadulardan qoruduqlarına inanırdılar. Müasir dövrdə isə tatuirovkaya estetik gözəlliyinə görə müraciət edirlər. Eyni zamanda tatuirovka etdirənlər bununla digər insanlardan fərqlənməyə çalışırlar. Tatu yeniyetmələr arasında diqqət çəkmək, özünü sübut etmək istəyinin təzahürü kimi də ortaya çıxa bilər.

ESTETİK GÖZƏLLİK, YOXSA... Azərbaycanda tatuirovka etdirənlər çox vaxt güclü cinsin nümayəndələri olur. Kişilər arasında qol və kürək hissəyə döymə etdirmək daha çox yayılıb. Tatuirovka etdirənlərin əksəriyyəti

ilan, əqrəb və əjdaha kimi heyvanlara üstünlük verirlər. Ad və ya hər hansı bir hərfin döydürülməsi də kişilər arasında çox yayılıb. İnsan bədəninin elə yerləri var ki, orada döymə işlərinin həyata keçirilməsi təhlükəlidir. Əsasən boğazdan yuxarı hissədə tatuirovka etməmək üstün tutulur. Çünki insan orqanizminin həmin hissəsi çox həssas zonadır. Eyni zamanda bədəndə elə nahiyələr var ki, orada işləmələr elə də effektli alınmır və estetik baxımdan zəif görünürlər. Tatu edilən bölgədə piylənmə (göbək, boyun, baldır) prosesi gedərsə, tatu estetik baxımdan öz gözəlliyini itirər. Bədən inkişafının tam başa çatmadığı yetkinlik dövründə də tatu etdirmək, sonradan o qədər də xoş olmayan görüntünün ortaya çıxmasına səbəb olur. Çünki həmin yeniyetmənin böyüməsi ilə əlaqədar olaraq dəri üzərindəki rəsm dəyişikliyə uğrayır.

TATU VƏ SAĞLAMLIQ Tatuirovka prosesi infeksiyalı xəstəliklər yarada bilər. Statistikaya görə infeksiyalı iynə ilə 22 xəstəliyə düçar olmaq mümkündür. Hətta bu yolla QİÇS, Hepatit C kimi ağır xəstəliklərə yoluxmaq riski də çoxdur. Ona görə də əməliyyatdan öncə istifadə ediləcək alətlər lazımi şəkildə sterilizə edilməlidir. Tatu etdirərkən və ya bu əməliyyat başlamazdan əvvəl alkoqolun qəbulu da qadağandır. Çünki proses zamanı sulu və çəhrayı rəngə çalan qan axır. Alkoqol qəbul etdikdə isə qan dövranı sürətləndiyindən, qanaxma baş verə və dəriyə yeridilən boya geriyə axa bilər. Tatunu çox vaxt yay aylarında etdirirlər. Çünki bu zaman döyməni başqalarına da nümayiş etdirmək imkanları olur. Ancaq döymə etdirmək üçün ən gözəl vaxt oktyabrdan marta qədər olan müddətdir. Tatuirovka etdirdikdən sonra həmin nahiyəyə xüsusi qulluq göstərmək vacibdir. Döymə edilən nahiyəyə ən az 3 gün su vurmaq olmaz. İlkin vaxtlar həmin nahiyədə qaşınma, narahatlıq hissləri ola

bilər. Bir ay boyunca tatu edilən nahiyənin gün işığının təsirinə məruz qalmamasına diqqət yetirmək lazımdır. Çünki bu rənginin solmasına və hələ tam sağalmamış dərinin zədələnməsinə səbəb ola bilər. Anadangəlmə və ya sonradan yaranan bəzi ləkələrin üzərinə tatuirovka etdirməzdən əvvəl mütləq dermatoloqla məsləhətləşmək lazımdır.

TATUİROVKANIN SİLİNMƏSİ Tatuirovka etdirərkən onun bir ömür boyu sizin bədəninizdə qalacağını unutmayın. Çünki döyməni sildirmək onu etdirməkdən daha ağrılı və çətindir. Hazırda lazerlə tatunun silinməsi geniş yayılsa da, bu istənilən nəticəni vermir. Bəzi hallarda isə tatudan cərrahi müdaxilə yolu ilə - həmin nahiyədəki dərini götürməklə - qurtulmaq olur. Rəsm çox böyük olduqda isə bu daha da çətinlik yaradır. Tatunun silinməsinə rəng amili də böyük təsir göstərir. Tünd və qara rəngli döymənin sildirilməsi prosesi daha asan keçir. Qırmızı, yaşıl, sarı rəngli tatuları isə sildirmək problem olur. O qədər də dərinə yeridilməyən tatuları çıxarmaq da nisbətən asan olur. Ancaq şəkil dərinin daha dərin qatlarına işlənibsə, lazer şüalarının onu çıxarması çətinləşir. Tatu edilməsi üçün soyuq aylar daha məsləhətli olduğu kimi, onun silinməsi prosesinin də payız və qış fəsillərində keçirilməsi məqsədəuyğundur. Silinmə zamanı lazer şüalarının təsirinə məruz qalan dərinin bir neçə ay gün işığı görməməsi məsləhətdir. 3-4 seansa tatunun silinməsinə nail olmaq mümkündür. Hər bir halda döymə etdirməzdən əvvəl yaxşı fikirləşmək, tələsik qərar verməmək lazımdır. Xüsusən də yeniyetməlik çağlarında olanların qərarsızlıqları, eyni zamanda bədənlərinin fizioloji dəyişikliklərinin hələ tamamlanmaması onların döymə etdirməsinin o qədər də düzgün qərar olmadığını göstərir.


54

ÇİÇƏKLƏRLƏ MÜALİCƏ


55

nsan güllərin, çiçəklərin gözəlliyindən zövq alır. Amma sən demə, gül insanın zövqünü oxşamaqdan da üstün keyfiyyətlərə malik imiş. Təsadüfi deyil ki, qədim Şərq təbibləri çiçəklərin ruhu və bədəni sağaltmaq, əhval-ruhiyyəni yaxşılaşdırmaq kimi unikal qabiliyyətə malik olduğunu yazırdılar. Onu da qeyd edək ki, qədim tarixə malik olan, çiçəklərlə müalicə - floroterapiya müasir dövrdə də öz aktuallığını itirməyib. Araşdırmlara görə, qeyd edirlər ki, ailədə, yaxınlarla münasibətdə itirilmiş tarazlığı bərpa etmək üçün otaqlardan birinə ağ, açıq mavi və bej rənglərindən ibarət çiçək dəstələri yerləşdirmək lazımdır. Çünki bu güllər aqressiya əlamətlərini ram etmək, əsəbiliyi söndürmək qabiliyyətinə malikdir. Digər otağa isə isti tonlu, məsələn, qırmızı, sarı, narıncı, tünd qırmızı rəngləri olan çiçək dəstələri qoyun.

Uşaqları əsəbi olan, sözünə baxmayan valideynlərə isə uşaq otağına soyuq çalarlı çiçək dəstələri yerləşdirmək məsləhət görülür. Hesab olunur ki, bu çiçək dəstələri ən dəcəl uşağı belə sakitləşdirə bilər. Mətbəxdə, yemək masasının mərkəzində qoyulmuş kiçik əlvan çiçək dəstəsi isə həzm prosesini yaxşılaşdırır. Dəhlizdə yerləşən şən və rəngbərəng (həm əlvan, həm də pastel rəngli çiçəkləri birləşdirən) çiçək dəstəsi kandardan evə daxil olarkən problemlər yükünü çiyninizdən atmağa və gün ərzində toplanmış neqativ emosiyaları qapı arxasında qoymağa kömək edəcək. Yataq otağında gül saxlamaq məsləhət deyil. Bundan başqa müalicəvi effekt əldə etmək üçün güllər, insandan bir metr aralı məsafədə yerləşdirilməlidir. Yeri gəlmişkən, ağ çiçəklər psixoemosional sferada olan prob-

lemlər zamanı, sarı və əlvan çiçəklər yoluxucu xəstəliklər, qırmızı çiçəklər isə daxili orqanların xəstəlikləri zamanı istifadə olunur. Xalq təbabəti ilə məşğul olanlar bildirirlər ki, gül-çiçəklə müalicəni qucaq-qucaq gül dəstəsi ilə deyil, yalnız bir kiçik qönçə ilə başlamaq daha yaxşıdır. Məsələ burasındadır ki, orqanizmi zəifləmiş insanı gül-çiçəklə müalicə edərkən ehtiyatlı olmaq lazımdır, çünki çiçəklər güclü, energetik məkanı dəyişən təsirə malikdir. Yalnız ikinci mərhələdə, insan enerji axınını qəbul etmək üçün açıq və hazır olduğu zaman, gül-çiçək kompozisiyalarının yaradılmasına keçmək olar. Sonda onu da qeyd edək ki, hər gülün özünə xas energetikası olduğundan yaxşı nəticə əldə etmək üçün floroterapiya üzrə mütəxəssislərdən məsləhət almaq vacibdir.


56

"SAĞLAMLIQ ALLAHIN ƏMANƏTİDİR"

Əlfəddin Abdullayev: "İndiki zamanda hər kəs özünün həkimi olmağı bacarmalıdır"


57 seçməyimdə rol oynayıb. Ona görə də orta məktəbi əla qiymətlərlə oxuduğum üçün tərəddüd etmədən 1946-cı ildə sənədlərimi Tibb İnstitutuna verdim. Elə həmin il ali məktəbə qəbul oldum. Onu da xatırladım ki, həmin illərdə oxumaq çox çətin idi. Ölkədə ərzaq qıtlığı hökm sürürdü. Hətta iş o yerə çatmışdı ki, bizə gündəlik iki talon verirdilər, biri yarım kloqram qara çörək, biri də borş yemək üçün. Bu qidalar bizim bir günlük yemək rasionumuzu təşkil edirdi. 1948-ci ildə talon sistemi ləğv edildi. Tələbə yataqxanasında hamı bayram edirdi.

iz onu "Sağlamlıq" verilişindən tanıyırıq. Düzdür, indi həmin proqram artıq yayımlanmır. Amma onu ekranlarda görəndə istər-istəməz yadımıza "Sağlamlıq" verilişi düşür. Sağlamlıqla bağlı müasir verilişlər bizi qane etməyəndə, xoşumuza gələn məqamlar olmayanda da, onu yada salırıq. Çünki üzündə daim nur olan bu insan təkcə tibbi məsləhətləri ilə deyil, danışığı, ifadələri ilə də insanlara şəfa bəxş edirdi. "Bizim qonaq" rubrikasında bu dəfəki müsahibimiz Əlfəddin Abdullayevlə söhbət zamanı ayrıayrı məqamlara toxunsaq da, söhbətin bir ucu yenə sağlamlığa gəlib çıxdı. - Necə oldu ki, tibb sahəsini seçdiniz? - Həkimlik peşəsinə həmişə böyük hörmətim və həvəsim olub. Digər tərəfdən doğulub, boya-başa çatdığım kənddə həkim yox idi. Bu amil də mənim tibb sahəsini

- Əlfəddin həkim, siz insanların inamını, hörmətini, məhəbbətini qazanmısınız, bütün bunları əldə eləmək çətin olmayıb ki? - Ümumiyyətlə, insanların inamını qazanmaq çətin bir işdir. Bunun üçün gərək hər an çalışasan. Həkim olub, inam, etibar, etimad qazanmaq isə daha çətindir. Yaxşı həkim olmaq üçün insanda saf istək, saf niyyət olmalıdır. Mənim istək və niyyətim isə həmişə xeyirxahlıqdan ibarət olub. Bu yaşa çatmışam, amma indi də hər axşam yatmamışdan əvvəl öz-özümə hesabat verirəm ki, bu gün hansı yaxşı bir işi görə bildim. Zənnimcə, insanlar xeyirxahlıq eləməyə tələsməlidirlər. Təbii ki, insanların məni tanımasında, etibar etməsində televiziyanın da böyük rolu olub. "Sağlamlıq" proqramını hazırlayarkən çalışırdım ki, maraqlı, hikmətli sözlər, insan əhval-ruhiyyəsini qaldıran kəlmələr işlədim, bu vasitə ilə insanlara ümid verim, onların itən ümidlərini bərpa edim. Çünki insanı yaşadan, sağaldan ümiddir. Həyatın yarısı arzudur, yarısı ümid. İnsanda ümid olduqda, ən ağır xəstəliyin belə öhdəsindən gələ bilir. Ümid insan orqanizmində onun şəfa tapmasına kömək edən maddələr əmələ gətirir. Təəssüf ki, bu incəliklər müasir tibdə, elmdə öz izahını tapa bilməyib. Onu da deyim ki, insan ətrafdakıların inamını, etibarını tədricən qazanmalıdır. Bunun üçünsə insanlar həmişə yaxşılıq eləməyə çalış-

malıdırlar. Tibdə ən məşhur rəmz hər kəsə bəlli olan ilan və piyalədir. Amma məncə ən yaxşı rəmzi 500 il bundan əvvəl yaşamış holland həkim verib. O rəmz kimi "yanar şam"ı göstərmişdi. Mən də "yanar şam"ı seçmişəm. Ona görə ki, əsl həkimlər yanar şam kimi olmalıdırlar. Xəstəni sağaltmaq, ona şəfa vermək üçün sidq ürəklə çalışmalı, xəstə üçün yanmağı bacarmalıdırlar. Məşhur filosof, həkim İbn-Sina deyir ki, özünü təbabətə həsr edən adam mərhəmətli, sadə, təmənnasız, pak, açıq ürəkli və təmkinli olmalıdır. Onun zahiri görkəmi abırlı, sözüsöhbəti yığcam, baxışı açıq-aydın, geyimi səliqə-səhmanlı, həm də sadəliyi ilə seçilməlidir. Bütün siması etimad və rəğbət doğurmalıdır. Həkimin səmimiliyi, ünsiyyət qabiliyyəti müalicə vasitələrindən biri olmalıdır. - Əlfəddin həkim üçün sağlam həyat tərzi nə deməkdir? - Birincisi, səhərlər yataqdan vaxtında durmaq, namaz qılmaq, vaxtında yemək, yemək yeyərkən tələsməmək. Sağlam insan 8 saat, hər hansı xəstəliyi olan adam isə 10 saat yatmalıdır. Bundan başqa, hərəkət eləmək. İnsan dəqiqədə 70100 addım getməlidir. Yaponların xüsusi addımölçən cihazları var. Yeriyən zaman üzərilərinə taxırlar ki, bu şərtə əməl edə bilsinlər. Bir gündə bir yapon ən azı 8-9 kilometr yol getməsə, yatmaz. Məsələn, mən ayda 130 kilometr piyada yol gedirəm. Bundan başqa sinir sistemlərini sakit saxlamaq lazımdır. Çünki bir çox xəstəliklərin yaranmasına əksər hallarda əsəb gərginliyi səbəb olur. Belə ki, əsəb və stress qanda adrenalinin miqdarını artıraraq, digər orqanlara mənfi təsir göstərir. Qanda adrenalinin miqdarı qalxdıqda isə şəkərin miqdarı artır, qan təzyiqi yüksəlir, qanda laxtalanma əmələ gəlir. Belə hallarda hərəkət etmək, piyada yol getmək məsləhət görülür. Çox yemək, çox yatmaq, hətta çox danışmaq da məsləhət deyil. Ən əsası isə düzgün qidalanmaq lazımdır. Bu gün insanların əksəriyyəti normal


58 qidalanmaya bir o qədər də əhəmiyyət vermirlər. Hətta bir çoxları səhər yemək yemir. Nəzərinizə çatdırım ki, bu çox yalnış bir vərdişdir. Keçmişdə deyərdilər: “Səhər yeməyini bərkit, günortanı ləngit, axşamı tərgit”. Bizdə isə əksinə edirlər. Bunun nəticəsi olaraq insanda piylənmə əmələ gəlir. Xüsüsi ilə də çox şəkər yemək olmaz. Çünki 25 qr şəkər 15 qr piy əmələ gətirir. Piy qatı isə qaraciyərin və ürəyin üstünə yığılaraq, orqanların funksiyasını pozur. İndi qadınların 50, kişilərin 4, uşaqların isə 10 faizində piylənmə gedir. Fransızlar kökəlməni üç şərti dərəcəyə bölürlər. Onlar deyirlər ki, birinci dərəcə normadan 20% artıq olur və bu dərəcədə kökələn insan yaraşıqlı görünür. İnsanda ikinci dərəcəli kökəlmə baş verdikdə isə gülməli görünür. Üçüncü dərəcəyə çatanda isə ona yazığın gəlir. Fransada başqa bir adət də var. Xüsusi bir qapan düzəldiblər. Özünü çəkdirən adamın çəkisi 100 kiloqramı ötürsə, məşhur bəstəkar Şopenin matəm marşı səslənir. Müasir dönəmdə insanın düçar olduğu xəstəliklərin kökündə əsasən stress durur. Xüsusilə də ürəyin işini çətinləşdirən amil stressdir. Ona görə də gündəlik həyatımızda stressdən uzaq olmağa çalışmalıyıq. Təsadüfi deyil ki, "ağlayan uşağın ağlamağını kəsib, onu güldürə bilmək, böyük bir binanı inşa edən memarın işindən daha çox dəyərlidir" deyirlər. - Maraqlıdır, stressdən necə yayınmaq olar? - Stressdən, ətraf təsirlərdən qidalanmaya fikir verməklə qorunmaq olar. Çoxlu meyvə-tərəvəz yemək lazımdır. Məsələn, Yaponiyada əhalinin cəmi 1 faizi stressdən əziyyət çəkir. Çünki onlar ildə 500 kq tərəvəz yeyirlər. Şirniyyatdan, duzdan az istifadə etmək lazımdır. İnsan orqanizmi üçün 12 qr duz lazımdır ki, bu da müxtəlif qidaların tərkibində orqanizmə daxil olur. Artıq duz isə damar divarlarına yığılır, təzyiqi artırır, qanı laxta-

landırır. Bir sözlə “Dədə Qorqud” dastanında deyildiyi kimi, dünya gəlimli, gedimli, bir ucu da ölümlüdür. Heç kim dünyanı tutub, duran deyil. Lakin sağlam həyat tərzi keçirmək lazımdır. Çünki bu dünyada bir gün artıq yaşamaq özü böyük xoşbəxtlikdir. İngilis kraliçası ölüm yatağında olarkən ömrünün bir gün uzadılmasının müqabilində həkimə bütün İngiltərəni bağışlayacağını deyir. Amma həkim bildirir ki, artıq gecdir. Can Allah tərəfindən bizə verilən əmanətdir. Əmanətə isə xəyanət eləmək olmaz. - İndi insan səhhətinə mənfi təsir göstərən süjetlər, filmlər çoxalıb. Hətta elə cizgi filmləri var ki, uşaqların səhhətinə mənfi təsir göstərir. Sizcə, bu təsirlərdən özümüzü necə qorumalıyıq? - İndi efirdə kim nə istəyir, onu da edir və deyir. Mən AzTV-də "Sağlamlıq" proqramının aparıcısı olanda hər sözümüz diqqətlə yoxlanırdı. İndi vəziyyət dəyişib. İki kəlməni dalbadal deyə bilməyən cavan uşaqlar bir də görürsən veriliş aparır. Filmlərə, süjetlərə gəldikdə isə çalışmaq lazımdır ki, ailə üzvləri, xüsusilə də uşaqlar qorxulu kinolara, cizgi filmlərinə, süjetlərə baxmasınlar. Bundan başqa televizora 2 metrdən yaxın, 5 metrdən uzaq olmamaq şərti ilə baxmaq lazımdır. Ümumiyyətlə, 3 yaşına qədər uşaqlara televizora baxmaq olmaz. Çünki bu, müasir xəstəliklərdən olan "televizor piylənməsi" ilə nəticələnir. Təkcə televizordan deyil, insan özünü ətraf təsirlərdən də qorumalıdır. Həyata nikbin ruhla baxmaq, ümidlə yaşamaq lazımdır. Şair Əmir Xosrov Dəhləvi deyir ki, "su, arpa çörəyi, bir də otaq küncü qismətim olsa, bəxtiyaram mən". Monqollar isə deyirlər ki, "sağlamsansa, xoşbəxtsən, borcun yoxdursa, varlısan". - Müasir dövrdə insanların daha çox stressdən əziyyət çəkdiyini dediniz. Bəs indi daha çox hansı xəstəliklər geniş

yayılıb? - İndi qan təzyiqi, şəkərli diabet geniş yayılıb. Yaşı 60-a qədər olanlar arasında hər 3 nəfərdən birində, yaşı 60-dan yuxarı olanlar arasında isə hər 2 nəfərdən birində qan təzyiqi xəstəliyi var. Səkkiz nəfərdən biri isə şəkərli diabet xəstəliyindən əziyyət çəkir. - Səbəbi nədir? - Qeyd etdiyim kimi, stress, əsəb. İnsan qorxduqda, stress keçirdikdə, qanda adrenalin çoxalır, ürəyin fəaliyyəti zəifləyir, bu da müxtəlif xəstəliklərə səbəb olur. Ona görə də özümüzü qorumalıyıq. İndiki zamanda hər kəs özünün həkimi olmağı bacarmalıdır. - Əlfəddin Abdullayev ailə xoşbəxtliyini nədə görür? - İnsan həyatının əsasını təşkil edən ailənin xoşbəxtliyində nigahın vaxtında yaranması və onun göz bəbəyi kimi qorunması əvəz edilməz əhəmiyyət kəsb edir. Ailə sağlam təməl üzərində qurulmalıdır. Biri-birini başa düşmək, yola vermək ailənin daimi olmasını şərtləndirir. Zənnimcə, yaxşı ailə qurmaq ustalıq olsa da, onu qorumaq böyük məharət tələb edir. Ailə həyatı özü bir məktəbdir. Burada ər-arvad bir-birilərini öyrənir, uşaqları tərbiyə edirlər. Ailə üzvlərinin sağlam olması ailənin ən ümdə xoşbəxtliyidir. Bu xoşbəxtliyi isə hər kəs qorumalıdır. Çünki sağlamlığa göstərilən qayğı ən yaxşı dərmandır. İnsan ona məxsus digər var-dövləti gizlətməyə çalışsa da, sağlamlıq kimi əvəzedilməz xəzinəni həmişə özü ilə gəzdirir. Nə qədər ki, sağlamlıq kimi bir xoşbəxtliyi var, insan onu hiss etmir. Onu yalnız xəstəlik tapanda duyur. Yaxşı olar ki, hər bir gənc nigahın, ailə xoşbəxtliyinin əhəmiyyətini öyrənərək, dədə-baba məsləhəti olan "tez duranla tez evələnən uduzmaz" kəlamına əməl etsinlər. Gülnar Mayisqızı



60

QAN-DAMAR XƏSTƏLİKLƏRİ VƏ TÜRKƏÇARƏ


61

urş və turşməzə alma yemək və ya onun şirəsini sıxıb, içmək qan təzyiqini normallaşdırır. Turşməzə alma şirəsini şəkərsiz içmək də faydalıdır. Albalı meyvəsi və ya şirəsi də qan təzyiqinin dərmanı hesab olunur. O, qan və öd şiddətini, susuzluğu yatırır. Qan təzyiqi olanlara arpa unundan bişirilmiş yeməklər, o cümlədən əriştə və ya umacı turşularla qəbul etmək məsləhət görülür. Altıaylıq çəpiş əti də müsbət təsirə malikdir. Qırxbuğumun qırmızımtıl rəngə çalan dişi növü də qan təzyiqini sakitləşdirir. Pərpələng isə qan təzyiqini və öd şiddətini yatırır. İnnab qan təzyiqini sakitləşdirməklə yanaşı, təmiz qan yaradır. Zoğal və ya onun turşusunu yemək qan təzyiqini normallaşdırır, ödü sakitləşdirir, susuzluğu yatırır. Bu vasitə mədəbağırsaq üçün də faydalıdır. Söyüd çiçəyi və onun yağı da qan təzyiqini tənzimləyir.

Xiyar və suyu isə qan, öd şiddətini, susuzluğu yatırır. Zirinc meyvəsi və onun qaynadılaraq qatılaşdırılmış şirəsi qan təzyiqini sakitləşdirməklə bərabər, susuzluğu aradan qaldırır, həmçinin iştahanı artırır. Öz müalicəvi xüsusiyyətinə görə qarağat zirinci asanlıqla əvəz edə bilir. Qan təzyiqi üçün yemişan da yaxşı təsir göstərir. Əzgil isə öz təsirinə görə yemişana yaxındır. Kahı duru və təmiz qan yaratmaqla bərabər, qan təzyiqi və öd şiddətini yatırır. Ərik yemək və ya ərik şirəsi içmək susuzluğu, mədə iltihabını aradan qaldırmaqla yanaşı, qan təzyiqini də tənzimləyir. Şaftalı və onun şirəsi də qan təzyiqinin müalicəsində müsbət təsir göstərir. Qan təzyiqini tənzimləyən vasitələr arasında balqabaq turşusu da var. Müalicəvi-profilaktik əhəmiyyəti olan vasitələrdən biri də təzə, yağı tamam yığılmamış ayrandır. O, susuzluğu və qan təzyiqini sakitləşdirməklə yanaşı, iştahanı açır. Qurut və qatıq da qan təzyiqini tənzimləmək üçün yaxşı vasitə hesab olunur. Qan təzyiqinin dərmanları arasında turşməzə sulu armud, turş nar da var.

ÜRƏYİNİZ DÖYÜNÜRSƏ... Qızılgül suyu için. Bu vasitə ürəyi möhkəmləndirməklə yanaşı, onun döyüntüsünü də azaldır. Ürək döyüntüsü olanlara qızılgülü iyləmək də məsləhət görülür. Almanın içinə zəfəran doldurub, iylədikdə ürəyin döyüntüsü azalır. Ürək döyüntüsünü sağaltmaq üçün faydalı vasitələrdən biri də inək kərəsi və beçə balı hesab olunur. Banan da ürək döyüntüsünü müalicə edir. Nanə qoxulamaq və yemək bəlğəmli astma ilə müşayiət olunan ürək döyüntüsünə qarşı faydalı dərman sayılır. Ürək döyüntüsü ürək sıxıntısı və susuzluqla müşayiət olunarsa,

turş nar şirəsi, naringi şirəsi və abqoranı şəkər şərbəti ilə qatıb, istifadə etmək olduqca faydalıdır.

ÜRƏKKEÇMƏNİN DƏRMANI Ürəkkeçmədə süsən iyləmək faydalı, zəfəran isə zərərli hesab edilir. Ürəkkeçmə zamanı xəstəyə naringi iylətmək məsləhətdir. Şəkər qatılmış və süzgəcdən keçirilmiş turş nar suyu da ürəkkeçmə zamanı faydalıdır. Yaxşı dərmanlardan biri isə badam yağıdır. Ürəkkeçmə zamanı gavalı yemək və bal şərbəti içmək məqsədəuyğun hesab olunur. Ürəkkeçmənin başlanğıcında ən sadə və sınanmış vasitələrdən biri su və ya şərbət içməkdir. Eyni zamanda təzə xiyar dərib, qoxulamaq da məsləhətdir. Sınanmış dərmanlardan biri isə turş heyva suyudur: heyvanın qabığını soyub, içini təmizləyəndən sonra onu döyüb, suyunu çıxarın və süzüb, bir gecə saxlayın. Bundan sonra ona sirkə və şəkər qatıb, dərman kimi istifadə edin. Ürəkkeçmə zamanı xəstənin rəngi qaçarsa, bədəni soyuyarsa və onu soyuq tər basarsa, üzünə sərin su və gülab çiləmək, gülab, kafur, müşk və ənbər iylətmək, limon və naringi yedirtmək məsləhətdir. Qızılgülün suyunu da damcı-damcı içirtmək çox faydalı hesab olunur.


62

HƏKİMLƏR TƏZYİQİ NORMADAN AŞAĞI OLANLARA YAQUT QAŞLI BƏZƏK ƏŞYASI GƏZDİRMƏYİ MƏSLƏHƏT GÖRÜRLƏR


63 Qiymətli daş-qaşlar. Uzun illərdir biz onlardan bəzək əşyası kimi istifadə edirik. Vardövlətini daş-qaşa çevirənlər də az olmayıb. Müasir dövrdə bir qədər qəribə səslənsə də, qədim zamanlarda qiymətli daş-qaşlar müxtəlif xəstəliklərin müalicəsində istifadə edilirmiş. Necə? Bu suala "Daş-qaşın sirri" rubrikasında cavab tapmağa çalışacağıq. Güman edirik ki, qiymətli daş-qaşlarla müalicə metodları və bu müalicə növünün tarixi sizin üçün maraqlı olacaq. Yeri gəlmişkən, daş-qaşla müalicə metodu litoterapiya (litosdaş, therapia-müalicə) - adlanır. Qeyd edək ki, litoterapiyanın əsasında bir çox mineral və metalların orqanizmdə enerji axınına təsir etmə qabiliyyəti haqda təsəvvür durur. Daş-qaşla müalicə haqqında ilk məlumatlar bizim eradan əvvələ aiddir. Rubrikamızın bu dəfəki sayında Şərq aləmində almazdan da üstün sayılan yaqutdan söz açacağıq. Rəngi qırmızı, al qırmızı, açıq qırmızı olan yaqut hələ qədim zamanlardan zərgərlər tərəfindən istifadə olunub. Latınca ruber (qırmızı) adlanan bu daş almaz ilə bir səviyyədə qiymətləndirilir. Hətta Şərq aləmində almazdan üstün hesab olunur. Yunan filosofu Teofrast yazırdı ki, yaqut Şərqin ən parlaq daşıdır. Filosuf Biruni isə qiymətli daşlar içərisində ən bahalı və füsünkarının yaqut olduğunu bildirirdi. Təsadüfi deyil ki, qədim dövrlərdə yaqut alovlu ehtiras, güc, qüvvət, qüdrət, qadın kişi arasında sevgi coşğusunun rəmzi hesab olunub. Dünyada ən iri yaqut 459 qramdır (2475 karat) və Hindistanda yaşayan tanınmış vəkil Vidcay Radca məxsusdur. Məlumata görə, "Radca ratta" adlanan bu daş ona əcdadlarından miras qalıb. Dünyanın ən

gözəl yaqutları isə 1899-cu və 1928-ci illərdə Birmada tapılıb. Biri 15,4 qram (77 karat), digəri isə 30 qram (150 karat) olan bu daşların dünya bazarında rekord qiyməti 1 karat üçün 100 min 639 dollardır. Qədim zamanlarda yaqutdan zərgərlik işlərində, sultanların, şahların, padşahların taclarının bəzədilməsində istifadə olunub. Yaqut rus çarı İvan Qroznının ən sevimli daşı olub. O, yaqut qaşlı üzüyünü, hətta yatanda da barmağından çıxarmazmış. Çar bunu ingilis səfiri Qarseylə görüşündə belə izah edib: "Yaqut ürək, beyin, yaddaş və güc üçün qiymətli dərmandır". İvan Qroznının dediklərində həqiqət vardı. Qədim litoterapevtlər yaqutu ürəyi möhkəmləndirən, canlandıran və ümüdsüzlüyü qovan daş hesab edirdilər. Onlar hesab edirdilər ki, üzərində yaqut qaşlı bəzək əşyası gəzdirənlər kefsizliklə üzləşmir, əksinə qüssəni dəf edir və sevinc içərisində olurlar. Rusiyalı litoterapevtlər onu ürək və beynin işi üçün ən təsirli vasitə sayırdılar. Litoterapevtlərin bildirdiyinə görə, yaqut insanı neqativ enerjilərdən qoruyur, ürəyi qüvvətləndirir, itirilmiş qüvvəni bərpa edir. Üzərində yaqut qaşlı bəzək əşyası gəzdirən qadınlarda isə nəsil artırma imkanları genişlənir. Yaqut qaşlı bəzək əşyası yorğunluğu da aradan götürür. Bunun üçün yaqut qaşlı kulon və ya üzüyü stolun üzərinə elə qoymaq lazımdır ki, gözünüzlə eyni səmtdən bir qədər aşağıda olsun. Bundan sonra işığı söndürün və yaqut qaşlı əşyanın arxasında şam yandıraraq bütün diqqətinizi daşa yönəldin. Gözlərinizi yumun və dincəlin. Seansı təkrar etmək olar. Həkimlər bu prosesi yatmamışdan ən azı 2-3 saat əvvəl etməyi məsləhət görürlər. Yaqutu "Səməcü-əsmur" adlandıran farslar isə bu daşın vəba xəstəliyinə qarşı kəsərli

vasitə olduğunu iddia edirdilər. Şərqdə yazılan qədim təbabət kitabı "Dərmanların xəzinəsi"ndə bu barədə resept də verilib. Reseptdə göstərilir ki, bir təngə yaqut yeyən insan epilepsiya və vəbadan xilas olar. Ruslara aid qədim müalicə kitablarında isə yazılır ki, yaqut qaşlı bəzək əşyası daşıyan adamlar qorxulu yuxular görmür. Bundan başqa litoterapevtlər günəşə baxanda gözləri qaralanlara gözlərinə yaqut sürtməyi məsləhət görürlər. Eyni hərəkəti başı ağrıyanlar da təkrar edə bilərlər. Yaqut qanı təmizləyir. Amma həkimlər qan xəstəliyi olanlara yaqut qaşlı bəzək əşyası gəzdirməyi tövsiyə etmirlər. Çünki xəstə qan itirə bilər. Yüksək qan təzyiqi olanlara də yaqut gəzdirmək məsləhət görülmür. Litoterapevtlər bunun beyinə qansızma ilə nəticələnə biləcəyini deyirlər. Təzyiqi normadan aşağı olanlar isə üzərilərində yaqut qaşlı bəzək əşyası gəzdirə bilərlər. Bununla bərabər yaqut anemiya - qan azlığının, həzm orqanlarındakı xəstəliklərin aradan qaldırılmasına, zəifləmiş immunitet sisteminin bərpasına kömək edir. Ürək, böyrək, qaraciyər, göz, qulaq və sümüklər üçün də xeyirlidir. Yaqut iflicin, soyuqdəymənin, əzələ ağrılarının, bronxial astmanın, revmokarditin, ürək cibləri və qulaqcıqlarının fəsadlarının, yuxusuzluğun, revmatizmin, badamcıqların xroniki soyuqdəyməsinin də dərmanı hesab olunur. Litoterapevtlər həmçinin, yaqutun sinir sistemi pozğunluqlarına kömək etdiyini bildirirlər. Çoxlu qan itirən (əzilmiş yaqutu ağızda saxlamaq), başı ağrıyan, zəif görən, iştahası olmayanlara da yaqut bəzək əşyası məsləhət görülür. Qədim inanclara görə isə ağıza qoyulan yaqut susuzluğu yatırdır. Eldar Sadıqov


64

FAST FOOD TƏLƏSİK QİDALANMANIN MƏDƏ, YOĞUN BAĞIRSAQLAR VƏ QARACİYƏRƏ MƏNFİ TƏSİRİ VAR


65

əlumdur ki, rəssam əhval-ruhiyyəsi fırça və rənglər vasitəsilə rəsm əsərinə köçür. Həqiqi aşpazlıq da rəssamlıq kimidir. Yəni sevgi və həvəslə doğma insanlar üçün hazırlanmış yeməkdə yəqin ki, sevgi və həvəs əhval-ruhiyyəsi qalmış olacaq. Elə bir insan tapılmaz ki, “ən dadlı yemək anamın bişirdiyidir”, deməsin. Özlüyümüzdə, heç bir elmi əsasa ehtiyac hiss etmədən başa düşürük ki, ananın yeməyinin belə dadlı olmağının səbəbi övladına olan sevgisidir... Beləliklə, kompakt diskdə musiqi maqnit nisbəti ilə yazıldığı kimi insanın hər bir yaradıcılığında onun ruhi keyfiyyətləri kodlaşdırılmış olur. Təsəvvür edin ki, siz küçədə tələsik nahar etmək məqsədilə dönər və ya hamburger alırsınız. Bu qidanı hazırlayan insan və müəssisənin onu məhz satmaq və gəlir əldə etmək məqsədilə, bu ruhla hazırladığını düşünün. Yuxarıda dediklərimizi nəzərə alın. Söhbət Qərbdə “fast food”

adlanan, sürətlə hazırlanan qidadan gedir. Yuxarıda yalnız ruhi-psixoloji əsaslara toxunsaq da, elmə çoxdan məlumdur ki, fast food yeməklərin bədənimizin orqanlarına, xüsusilə mədə, yoğun bağırsaqlar və qaraciyərə öz mənfi təsiri var. Tez hazırlanan yeməkləri şərti olaraq bir neçə hissəyə bölmək olar: - Çiy məhsulların sürətlə hazırlanması. Buna hamburger, dönər və digər qidaları misal göstərmək olar. - Yarımfabrikatların sürətlə hazırlanması. Buna super marketlərdən alınıb, mikrodalğalı sobalarda sürətlə hazırlanan vermişel, yarım hazır pizzalar və s. aiddir. - Paketlərdə satılan hazır soyuq yeməklər. Məsələn, çips (qızardılmış kartof). Maraqlıdır ki, Qərbdə son 30-50 il ərzində həkimlər bu sahədə, yəni fast foodun insan orqanizminə mənfi təsirlərinin öyrənilməsində xeyli irəli gediblər. Məsələn, məlum olub ki, yarımfabrikatların hazırlanması kanserogen, yəni şiş əmələ gətirən maddələrin həmin qidada artmasına səbəb olur. Digər tərəfdən yüksək kalorili hamburger və dönərlərin ayaqüstə, tələsik yeyilməsi maddələr mübadiləsində ciddi pozuntular yaradır. Piy mübadiləsinin pozulması nəticəsində orqanizmdə sürətlə piylənmənin baş verməsi ehtimalı artır. Hətta piylənmə olmasa belə, normadan artıq xolesterin öz növbəsində damar divarlarını tutan, gələcəkdə ciddi ürək xəstəlikləri yaradan aterosklerozun baş vermə tezliyini artırır. Maraqlı onkoloji statistika var. Yoğun bağırsaq xərçəngi fast foodun daha çox istifadə olunduğu ölkələrdə, məsələn ABŞ-da sürətlə artır. Bu da yuxarıdakı faktları bir daha təsdiq edir. Bir problem də var. Bu da gənc nəslin, xüsusən məktəb yaşlı uşaqların fast foodla küçədə və məktəbdə qidalanmağa meyl göstərməsidir. Tez hazırlanan yeməklərdə mineral, zülal, yağ, karbohidrat, vitamin, mikroelement nisbəti balanslaşdırılmış şəkildə deyil. Məktəb yaşlı uşağın böyüyən

orqanizmində çox vacib olan maddələr fast foodda çatışmır. Qastroenteroloqlar belə hesab edirlər ki, fast food qidalardan tam uzaqlaşmaq mümkün olmasa da, seçim zamanı daha keyfiyyətli və təmiz sanitar şəraitdə hazırlanan bəzi yeməklərdən istifadə etmək olar. Amma heç zaman ayaqüstü yeməyi nahar əvəzi istifadə etmək olmaz. Bu yalnız sizə güc gələn aclıq hissini müvəqqəti yatırtmaq üçün yararlıdır. Tələsik hazırlanan qidaların özündən başqa mədə divarına zərərli təsir edən bir faktoru da mütləq qeyd etmək lazımdır. Bu da soyuq halda içilən alkoqolsuz içkilərdir. Mədə divarına həm soyuq temperatur, həm də bəzən kanserogen təsirə malik olan konservantlar mənfi təsir edir. Sonda bir daha vurğulayaq. Tez hazırlanan fast food yeməklərlə teztez qidalanma aşağıdakı xəstəliklərə yol aça bilər: - Kəskin və xroniki qastrit. - Xroniki kolitlər. - Yoğun bağırsaq xərçəngi. - Hipovitaminoz. - Qaraciyərdə piy distrofiyası. - Dərin metabolizm pozğunluqları. Nəhayət, mütləq qeyd edək ki, doğmalarınızın sizin üçün sevərək hazırlamadıqları yeməklər heç də həmişə yaxşı əhval-ruhiyyə mənbəyi olmadığı kimi fast food qidaları da bir çox nevroz formalarının yaranmasına səbəb ola bilər. Bütün dediklərimizdən məqsədimiz odur ki, fast food, yəni tələsik hazırlanmış yeməklər və konservantlı yarımfabrikatlarla qidalanarkən bunun zərərli təsirlərindən məlumatlı olasınız. Xüsusilə, gələcəyimiz olan övladlarımızın bu cür qidalanması nəticəsində baş verə biləcək fəsadların ağırlığını hiss edəsiniz. Bundan sonra seçim sizindir. Əli Nağıyev həkim


66

əlbimizə çökən qüssə, yorğunluq, sarı yarpaqların fonunda duyduğumuz halsızlıq, depressiya payızın ən əsas təsirlərindəndir. Bu mənəvi ruh düşkünlüyü ilə yanaşı, immunitetimizin aşağı düşməsi, soyuqdəymə, qrip kimi infeksion xəstəliklərə qarşı gücsüzləşməyimiz də xoşagəlməz hallardır. Belə bir məqamda xilaskarımız yalnız düzgün qidalanma ola bilər. Payız aylarında çəki də sürətlə artır. Çünki özümüzü halsız və yorğun hiss etməmək üçün həddən çox yeməyə başlayırıq. Ancaq bütün qışı paltoların altından artıq çəkiləri gizlətməklə keçirmək istəmirsinizsə, payız ayları boyunca yediklərinizə diqqət edin. Bu zaman gün ərzində az-az və tez-tez yeməyi alışqanlıq halına salmaq əsas şərtdir. Həmçinin yağlı-şəkərli qidaların yerinə, uzun müddət tox saxlayan taxıl məhsullarına, meyvə və tərəvəzlərə üstünlük vermək lazımdır. Ürəyinizdən hərəkət etmək keçməsə belə, özünüzü gün ərzində yarım saatlıq da olsa piyada

gəzməyə məcbur etməyiniz, həm gümrah olmağınıza, həm də artıq çəkilərdən xilas olmağınıza kömək edəcək. Payızın qüssəsindən qurtulmaq üçün qidalanmanızda müsbət enerji alacağınız məhsullara geniş yer ayırmalısınız. Məsələn, maqnezium və potasiumla zəngin olan banan, C vitamini ilə zəngin portağal şirəsi və qoz-fındıq sizə gümrah və stressdən uzaq olmaqda kömək edəcək. Yay mövsümündə qazandığımız və payız girdikdə itirdiyimiz gözəl bir alışqanlıq isə bol miqdarda su içməkdir. Soyuyan havalarla birlikdə suya olan tələbatımızı içimizi isidən çay və ya qəhvə ilə əvəzləməyə başlayırıq. Ancaq unutmaq lazım deyil ki, suyun yerini heç bir içki tuta bilməz. Gün ərzində 6-8 stəkan su içmək də sizə müsbət təsir göstərəcək. Soyuqdəymənin meydan oxumağa başladığı bu fəsildə isti geyimlər geyinməklə yanaşı, immun sistemimizi qidalanma ilə gücləndirmək çox əhəmiyyətlidir. Düzgün,

kifayət miqdarda və sağlam şəkildə qidalanan birində soyuqdəymə və qripə tutulma riskinin daha aşağı olduğu elmi tədqiqatlar nəticəsində müəyyən edilib. Bunun üçün vitamin və mineral ehtiyacını təbii qidalardan almağa çalışmaq lazımdır. Qida rasionundan ət və süd məhsullarını, meyvə-tərəvəzi əskik etməyənlərin payız yorğunluğunu üzərilərindən atmaları və infeksion xəstəliklərdən qorunmaları daha asan olur. Mövsümi dəyişikliklə bağlı yaşanan stress şirniyyata çox yer verməyə də səbəb ola bilər. Bu isə artıq çəki ilə yanaşı, qanda şəkərin miqdarına da təsir göstərir. Odur ki, gün ərzində 4 saatdan artıq ac qalmamağa səy göstərərək, şirniyyatlara olan bağlılığı aradan qaldırmaq olar. Düzgün qidalanma fəsil dəyişikliyi ilə bağlı yaranan həzm proseslərinə, qəbizliyə də kömək göstərəcəkdir. Unutmayın ki, payız fəslini sağlam və müsbət əhval-ruhiyyədə keçirmək üçün düzgün qidalanma başlıca şərtdir.


67 MƏDƏ XƏSTƏLİYİ VƏ QİDALANMA Əvvəllər daha çox yaşlı nəsildə müşahidə edilən qastrit, xora xəstəlikləri indi nəzərəçarpacaq dərəcədə “cavanlaşıb” və azyaşlılar arasında da problemə çevrilib. Mədə-bağırsaq xəstəliklərinin gənclər arasında belə çox yayılması heç də təsadüfi deyil. Çünki bu xəstəliklər ilk növbədə düzgün olmayan qidalanma nəticəsində ortaya çıxır. Gənclərin arıqlamaq üçün kəskin pəhrizlər saxlaması, gərgin iş rejimi, tələbəlik həyatı qidalanma prosesinə müəyyən təsirlər göstərir. Daha çox tələbə yeməkləri kimi tanınan “fast food"lar - dönər, şaurma, hotdoq, hamburger, çizburqer və s. qidalar mədə xəstəlikləri üçün zəmin hazırlayır. Belə qidalar yalnız mədəbağırsaq xəstəliklərinə deyil, eləcə də artrit, ürək-damar xəstəlikləri, xroniki yorğunluq, qanda xolesterinin artması və bu kimi digər təhlükəli halların yaranmasına da səbəb ola bilər. Mədə xəstəliklərinə tutulmamaq üçün insan elə bir qidalanma rejimi seçməlidir ki, ona ömrü boyu riayət edə bilsin. İstər mədə xəstəliyi olanlar, istərsə də sağlam insanlar hər zaman düzgün qidalanmağa çalışmalıdırlar. Qidalanma zamanı ən çox rast gəlinən səhvlərindən biri gec-gec yeməkdir. Əslində tez-tez, amma kiçik porsiyalarla qida qəbul etmək lazımdır. Yeməyin gec qəbulu insanda aclıq hissini daha da artırır. Nəticədə, yemək vaxtı çatanda orqanizmə lazım olandan daha artıq yemək ötürülür. Bu da həmin qidaların çətin həzm olunmasına səbəb olur. Masa arxasına oturarkən yadda saxlamaq lazımdır ki, toxluq hissi insana qidalanma başladıqdan yalnız 15-20 dəqiqə sonra gəlir. Odur ki, yemək nə qədər yavaş-yavaş yeyilsə, özünü doymuş kimi hiss etmək üçün bir o qədər az yemək lazım olar. Qidanın əsas hissəsinin günün birinci yarısında qəbulu daha məqsədəuyğundur. Bəzən mədə xəstəliyi olanlar və

ya arıqlamaq üçün pəhriz saxlayan insanlar yağlardan tamamilə imtina edirlər. Əslində, bu addımı atmaq ən böyük səhvlərdəndir. Mütəxəssislərin araşdırmalarına görə, orqanizmdəki piy qatları ürək, böyrək, ciyər və digər daxili orqanlar kimi çox vacib və lazımlıdır. Ona görə də həkimlər insanda bədənin çəkisinə uyğun piy qatlarının olmasını normal və vacib hesab edirlər. Az miqdarda piy orqanizmdə maddələr mübadiləsi üçün lazımdır. Sadəcə olaraq, qida seçərkən yağlılığı az olanlara üstünlük verilməlidir. Yeməklərdə isə kərə və marqarin yağlarının yerinə, günəbaxan, zeytun yağları işlətmək daha xeyirlidir. Yemək yeyərkən söhbət etmək, yaxud danışmaq da ziyandır. Yeməyi tələsə-tələsə, sürətlə yemək və ya danışmaq daha çox hava udmağımıza səbəb olur ki, bu da mədə-bağırsaq sancılarına gətirib çıxarır. İnsan stressdə olanda da normadan artıq və ya az qidalanmağa başlayır. Çoxları səhərlər bütün gün ərzində gümrah qalmaq üçün bir fincan qəhvə içir. Amma qəhvədən çox istifadə etmək qətiyyən xeyirli deyil. Siz sağlam olsanız belə, qəhvəni gündə bir dəfədən artıq qəbul etməyin. Ürək-damar xəstəliyi, yuxusuzluq, yüksək həssaslıq, mədə xorası, qastritdən əziyyət çəkənlər isə ümumiyyətlə, qəhvə içməsələr, daha yaxşı olar. Səhərlər təbii və təzə hazırlanmış meyvə şirəsi içmək də günün yaxşı başlanğıcına təminat verə bilər. Amma mədəsi tam sağlam olmayanlar təbii şirələrə su qatsalar, daha yaxşı olar. Ümumiyyətlə, mədə-bağırsaqda pozuntuları olanlar öz orqanizmlərini çobanyastığı və ya limonotu çayı ilə sevindirə bilərlər. Süd məhsulları isə qidalanmadan heç vaxt çıxarılmamalıdır. Südün tərkibində bir sıra vacib qidalandırıcı komponentlər var. Unutmaq lazım deyil ki, süddən hazırlanan ərzaqlar hamı üçün xeyirlidir və düzgün qidalanma prosesində lider-

lik edir. Qastrit, mədə xorası və mədəaltı vəzi xəstəlikləri zamanı çiy tərəvəzlər çətin həzm olunduğundan onların bişirilərək qəbul olunmağı məsləhətdir. Belə xəstəliklər zamanı mədənin sekretor funksiyasına güclü oyadıcı təsir göstərən qida məhsullarından istifadə etməmək məsləhət görülür. Ət və balıq bulyonları, göbələk və tərəvəz həlimləri, bütün qızardılmış xörəklər, öz şirəsində bişirilən ət və balıq, müxtəlif souslar, hissdə qurudulmuş məmulatlar, turşuya qoyulmuş və duzlanmış tərəvəzlər, konservlər, suda bərk bişirilmiş yumurta, çovdar unundan çörək və şirin xəmirdən hazırlanmış məmulat, ədviyyələr və müxtəlif xuruşlar, alkoqol, qazlı içkilər və s. belə qida məhsullarındandır. Mədə xəstəlikləri zamanı aşağıdakı qida məhsullarının istifadəsi məsləhət görülür: yarmalardan və süddən hazırlanmış, sürtgəcdən keçirilmiş selikli suplar. Sürtgəcdən keçirilmiş tərəvəzlərdən hazırlanmış zəif həlimlər, suda bişirilmiş, sürtgəcdən keçirilmiş ət və balıq, suda bişirilmiş tərəvəzlərdən püre, buğda bişirilmiş omlet, yağlı süd və qaymaq, sürtgəcdən keçirilmiş duru südlü sıyıqlar, kisel, muss, jele, əla və birinci növ buğda unundan çörək. Qəbul edilən xörəyin həcmi mədənin sekretor və hərəki funksiyasına təsir göstərir. Ona görə də xəstəliyin kəskin formalarında yeməyi az miqdarda, gündə 5-6 dəfə qəbul etmək lazımdır. Yeməyin gündəlik rasionda ümumi həcmi 22,5 kq-dan artıq olmamalıdır. Qidalanmanıza düzgün riayət etsəniz, mədə xəstəliklərinin əlamətləri tədricən azalacaq. Belə ki, gündə 5 dəfə müəyyən olunmuş saatlarda, rejimlə yemək, qıcıqlandırıcı, quru yeməklərin qəbulunu dayandırmaq, yeməyi çox isti və soyuq şəkildə qəbul etməmək, sulu yeməklərə üstünlük vermək, alkoqoldan, siqaretdən istifadəyə son qoymaq bu xəstəliklərə qarşı mübarizədə əlverişli üsuldur.


68


69

əzən həkimlər xəstənin hərəkətlərinə baxmaqla onların xəstəliklərini təyin edir. Bu da təsadüfi deyil. Təcrübə göstərir ki, bir çox daxili xəstəliklər insanların zahiri görünüşündə, hərəkətində, yerişində, qamətində, oturuşunda-duruşunda əksini tapır. Məsələn, - Əgər yeriş zamanı insanın çiyinləri irəliyə qatlanmış, başı isə çiyinlər tərəfə çəkilibsə, həmçinin onda əllərini qarnı üzərində bəndləmək vərdişi varsa, bu, mədə-bağırsaq - xroniki qastrit, mədə və on iki barmaq bağırsaq xoraları xəstəliklərinin əlamətidir. - İnsan, sanki protezlər üzərində gəzirmiş kimi yeriyirsə, ayaqlarını dizdən mümkün qədər az qatlayırsa, kiçik addımlar atırsa, oturmaq, xüsusilə də durmaq üçün əlavə səy göstərirsə, bu, onun oynaqlarında problemin olmasından xəbər verir. - İnsan, başını dik tutub, yalnız

boynunu deyil, bütün korpusunu döndərirsə, üzü solğundursa, bu, boyun osteoxondrozuna, möhkəm baş ağrılarına, boyun əzələlərinin iltihabına işarədir. - Belini əyməkdə çətinlik çəkən, lazım gələndə bütün bədəni ilə əyilən insanlarda isə Bexterev xəstəliyinin əlamətləri olur. - Qətiyyətsiz yeriş, sanki daimi dayaq axtarışı qan təzyiqindən, vegetodamar distoniyası zamanı baş gicəllənmələrindən əziyyət çəkən insanlara xasdır. - Əgər biri, ayaqlarını sürtəsürtə, çiyinlərini və başını sallayaraq yeriyirsə, bu, onda depressiya simptomlarına işarədir. - Sakit keçən söhbət zamanı həddən artıq jestlərə yol vermə isə nevrozun, psixopatiyanın əlaməti sayılır. - Hərəkətlərdəki lənglik, az hərəkətlilik, əl hərəkətlərinin məhdudluğu ciddi ruhi pozğunluq, hətta şizofreniyanın əlamətidir. - Az nəzərə çarpan baş əsməsi, beyin damarlarının aterosklerozundan, ya da nevroloji problemlərdən xəbər verir. Cavanlarda isə bu, çox vaxt travmadan sonrakı parkinsonizm əlamətidir. Əllərin əsməsi isə damar patologiyasına işarədir. - Ehtiyatlı yeriş, nəyəsə toxunmaq qorxusu, əllərin bədənə sıxılması isə xroniki ağrının nəticəsi hesab olunur. İnsanın bəzi hərəkətləri, xüsusilə də yerişi onun xarakterindən də xəbər verir. Məsələn, General yerişi - nizamla, addımlarını yerə bərk vuraraq yeriyən insanların yerişi belə adlanır. Bu, həmin şəxslərin özündənrazı, qəddarlığı kimi xaraterizə edilir. Casus yerişi - sanki gizlənərək yeriyir, dabanı üzərinə deyil, bütün pəncə üzərinə dayaqlanır, baldır əzələsi gərilir.

Bu yeriş həyatda heç kimə güvənməyən insanlara xasdır. Belə insanlar ehtiyatlıdır, öz üzərinə məsuliyyət götürmək istəmir. Bəzi adamlar isə əsasən ayaqlarının ucunda, həm də tullana-tullana yeriyir. Belələri xəyalpərəst olur və özünü dahi hesab edir. Qoca yerişi - ayaqlarını sürtərək, asta yeriyir. Belə yeriş, adətən, ahıl və ambisiyasız, iradəsiz, tənbəl, astagəl insanlara xasdır. Ulduz yerişi - hərəkətlər teatraldır, çənə çox yuxarı qalxır, addımlar isə səlisdir. Yerişdə sünilik hiss olunur. Qamət əzəmətli olsa da, tələskən addım qeyri-təbii və mənasız görünür. Belə yeriş təkəbbür əlaməti hesab olunur. Dəniz yerişi - bu zaman insanlar yırğalana-yırğalana, ayaqları geniş ataraq yeriyirlər. Belə insanın gələcək günə gümanı yoxdur. Xidməti vəziyyəti və ailə münasibətləri qeyri-sabitdir. Təsadüfi deyil ki, belə yeriş, adətən həyatlarının çox hissəsini evindən uzaqda keçirən dənizçilərə məxsusdur. Fil yerişi - bu yerişə bərkdən, ətrafdakı əşyaları titrədərək yerimək aiddir. Bu zaman yerişin "bərkliyi" insanın çəkisindən asılı deyil. Belə insan qorxaq və utancaqdır, ağır yeriş ilə kifayət qədər olmayan iradəni və ciddiliyi kompensasiya etməyə çalışır.


70

RUH VƏ BƏDƏN


71

nsan iki hissədən ibarətdir. Ruh və bədən. Bunu əyani şəkildə necə göstərmək olar: Güzgünün qarşısına keçin. Vücudunuzun əksini görəcəksiniz. İlk baxışdan vücudunuz sabitdir. Amma bilirik ki, molekulyar və hüceyrə səviyyəsində maddələr daim gəlir və gedir, yəni gözümüz seçməsə də, maddələr və enerji dövran edir və bu proses çox sürətli getdiyi üçün bədənimiz dəyişməz görünür. Əslində isə vücudumuzdakı maddələr nisbəti torpağın ana maddəsi olan humusla təxminən eynilik təşkil edir. Belə çıxır ki, hansısa qüvvə vücudumuzu müəyyən bir şəkildə saxlayır və maddələri dövran etdirir. Qədim zamanlarda buna sadəcə ruh deyərdilər. Hazırda isə bu anlayış elmi tədqiqat obyektidir. Ruhi fəaliyyətə müasir dildə psixologiya deyirlər (“psyche” ruh deməkdir). Maraqlıdır ki, akademik təbabət saydığımız müasir tibb son illərədək insanın psixoloji fəaliyyətinin vücuddakı

xəstəliklərə təsirini çox az tədqiq edirdi. Yalnız XX əsrin sonu – XXl əsrin əvvəllərindən etibarən bu sahədə elmi fəaliyyət inkişaf etməyə başladı. Məsələn: Amerika neyrofizioloq və psixoloqları son 50 ildə apardıqları tədqiqatlarla sübut ediblər ki, bir çox xəstəliklərin (90%-ə qədər) yaranmasında psixoloji amillər əsas rol oynayır. Yəni xəstəliklər əsasən psixosomatika şəklində təzahür edir. Bu, o deməkdir ki, insanın ruhundakı xəstəlik toxumları bədən torpağında bitki şəklində üzə çıxır. Bu bitki toxumunu məhv etməsək, kəsilmiş bitki öz toxumu üzərində yenidən bitəcək. Deməli, psixoterapiya, yəni ruhi-psixoloji problemlərin dərmansız müalicəsi xəstəliklərin müalicəsinin effektivliyini artırır və xəstəliklərin təkrar meydana çıxmasının qarşısını alır. Psixoterapevtik metodlar insana öz sağlamlıq probleminin mahiyyətini aydın şəkildə dərk etməyə kömək edir. Bununla da xəstəlik simptomları çox zaman aradan qalxır. Məsələn: uzun illər baş, bel ağrılarından, xroniki diareyadan, dispepsiyadan, qəbizlikdən, qaraciyər, ürək, qandamar problemlərindən əziyyət çəkən insanlarda yalnız dərman müalicəsinin tətbiqi çox az effekt verir. Psixoterapevtik metodlardan birinin, məsələn rasional psixoterapiyanın və ya psixoanalizin tətbiqi isə çox sürətlə bu simptomları azaldır. Bu da özlüyündə ruhi-psixoloji sağlamlığın nə dərəcədə əhəmiyyətli olmağını göstərir. Əslində hər bir həkim həm də psixoterapevt olmalıdır. Məsələn, əgər siz həkimlə ünsiyyətdən sonra xəstəliyiniz haqqında geniş məlumat ala bilirsinizsə, sağalmağınıza ümidləriniz artırsa, həkimə qarşı doğmalıq hiss edirsinizsə, qəlbinizdə bir ilıqlıq və yüngüllük duyursunuzsa, deməli, bu həkim eyni zamanda gözəl psixoterapevtdir. Psixoterapiya geniş psixoloji

praktikadan fərqli olaraq məhz müalicə metodudur və yalnız həkim ixtisası olan insanların məşğul olmalı olduqları sahədir. Bizim təfəkkürümüzdə psixoterapiya psixiatriya ilə həmahəng səsləndiyi üçün (psixoterapiya həm də psixiatriyanın müalicə üsullarından biridir) çox zaman psixoterapevtlərlə ünsiyyətdən qaçırıq. Bu isə bir insanın güzgüyə baxmağından qorxmasına bənzəyir. Çünki həqiqi psixoterapevt sizin sağlamlıq problemlərinizin mahiyyətini dərk etməniz üçün güzgüdür. Gəlin, güzgüyə baxmaqdan çəkinməyin. Diqqətlə ədəbiyyatımızı, tariximizi, milli-mənəvi dəyərlərimizi tədqiq etsək, başa düşə bilərik ki, dərdini bölüşüb yüngülləşmək və sevincini paylaşıb artırmaq kimi psixoterapevtik metodlar heç də milli təfəkkürümüzə yad deyil. Bu mənada həqiqi dostlar, həqiqi sevgililər, həqiqi valideynlər bizim ilk psixoterapevtlərimizdir. Bu yazıda məqsədimiz sizdə psixoterapiyaya maraq oyatmaq və növbəti saylarda konkret problemlər üzərində bölüşəcəyimiz mövzulara zəmin hazırlamaqdır. Bu nömrədən etibarən “Ailə həkimi” jurnalında biz sizin psixoloji problemlərinizə güzgü olmağa çalışacağıq. Hər nömrədəki çıxışımız konkret olaraq, ruhi-psixoloji əsasları olan müəyyən bir problemə həsr ediləcək. Əli Nağıyev həkim


72

CİZGİ FİLMLƏRİ UŞAQ ŞƏXSİYYƏTİNİN FORMALAŞMASINDA CİZGİ FİLMLƏRİNİN ROLU


73

əktəbəqədər və kiçik yaşlı uşaqların inkişafında və onların psixologiyasının öyrənilməsi sahəsində multiplikasiyanın böyük rol oynadığı danılmazdır. Belə ki, multiplikasiya reallıq və uydurmanı, cizginin özünü və musiqini birləşdirərək, vahid pedaqoji tərbiyəvi kompleks yaradır. Bəs, nə üçün bəzi cizgi filmləri sevincli emosiyalar və sevimli qəhrəmanlara oxşamaq istəyi yaradaraq, uşaq şəxsiyyətinin pozitiv istiqamətini formalaşdırdığı halda, digərləri açıqaşkar ziyan vurur və uşaqları aqressiv edir? Cizgi filmlərinin yaradıcıları animasiyaları iki prizmada təqdim edirlər: böyük həyatı təqlid edənlər və öz həyat qanunları olan, məhz uşaq dünyasını yaradanlar. Müasir uşaqlar aqressiv və qəddar böyük həyatı təqlid etməyə can atır, bu səbəbdən də birinci tip cizgi filmlərinə üstünlük verirlər. Belə cizgi filmləri emosional cəhətdən uşağı düşkünləşdirir və biz artıq ekrana bağlanmış, öz şəxsi «mən»ini boğan, cizgi filmlərinin məğlubedilməz və hökmran qəhrəmanlarına pərəstiş edən «robotlaşmış uşaq» əldə etmiş

oluruq. Uşaq şəxsiyyətinin formalaşmasında cizgi filmlərinin təsirinin iki istiqamətdə getdiyini nəzərə alsaq, aydın olar ki, nikbin əhval-ruhiyyəli animasiyalar pedaqoji məsələlərin həlli üçün də geniş imkan yaradır. Bədbinlik yaradan multiplikasiyalar isə uşağın formalaşmasında, dünyaya baxışında ciddi pozuntular yaradır, onun şəxsiyyətinin inkişafına zərbə vurur. Odur ki, öz övladı üçün bu və ya digər cizgi filmini seçən hər bir valideyn dərk etməlidir ki, bu filmin təsiri həm zərərli olar, həm də uşağın ümidlərini boşa çıxara bilər. Bunun qarşısını almaq üçün valideyn aşağıdakılara fikir verməlidir: Cizgi filmi hansı yaş üçün nəzərdə tutulub? Cizgi filmi konkret uşağın maraq dairəsi və psixologiyasına uyğundurmu? Cizgi filminin estetik və etik məzmunu nə səviyyədədir? Cizgi və animasiya filmləri uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini cəlb edir. Hazırda isə

deyəsən, animasiya filmlərini elə böyüklər üçün çəkirlər. Çünki qarışıq və uzun-uzadı süjeti olan bu animasiyaları bədii döyüş filmlərindən yalnız personajların əcaibliyi fərqləndirir. Ancaq unutmaq lazım deyil ki, uşaqlar üçün nəzərdə tutulmuş sənədli, bədii və animasiya filmlərində kobudluq, qəddarlıq, vəhşilik səhnələri yer aldıqda, bu uşaqların aqressivliyini artırır. Bu cəhət uşaqların oyunlarında, davranışlarında da aydın nəzərə çarpır. Hətta aqressivliyə meyl etməyən uşaqlar da uzun müddət belə səhnələrlə bol olan animasiya filmlərinə baxdıqda amansız olurlar. Uşaqlıqdan bu cür meyllərin olması gələcəkdə onların ünsiyyətində və şəxsiyyətlərarası münasibətlərində konflikt hallarının əmələ gəlməsi ilə nəticələnir. Odur ki, valideynlər uşaqlarının cizgi filmi seçiminə mütləq kömək etməlidirlər. Çünki uşaqların «multiplikasiya» rasionuna böyüklərin müdaxiləsi olmadıqda, cizgi filmləri həqiqətən mənfi tərbiyəçiyə çevrilə bilər. Xəyalə Mustafayeva


74 DƏRMANLARI SUSUZ İÇMƏYİN Dərman preparatları düzgün seçilmədikdə və ya tətbiq olunmadıqda şəfa vermək əvəzinə, bir sıra problemlər yarada bilər. Ən çox hansısa bir preparata qarşı allergiyaların olmasına rast gəlinir. Bütün dərmanlar allergiya törətmir və eyni dərman preparatına qarşı reaksiya heç də hamıda eyni olmur. Ona görə də hər hansı bir dərmanı qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. Xüsusən də bir çoxları antibiotikləri özbaşına qəbul edir ki, bu da bir sıra fəsadlara gətirib çıxara bilər. Dərmanların istənilən effekti verməsi üçün qanda müəyyən bir səviyyədə olmaları vacibdir. Bu səviyyənin tənzim olunması isə dərmanları bərabər fasilələrlə qəbul etdikdə mümkündür. Əgər dərman gündə 3 dəfə qəbul ediləcəksə, 8 saatlıq ara ilə, 4 dəfə qəbul ediləcəksə, 6 saatdan bir, iki dəfə qəbul ediləcəksə, 12 saatlıq fasilədən sonra içmək məsləhətdir. Əgər gündə yalnız bir dəfə qəbul edilməsi lazımdırsa, onda həmin preparatı hər gün eyni vaxtda içmək məsləhətdir. Ağrıkəsici və hərarət salan dərmanları adətən toxqarına qəbul etmək lazımdır. Çünki bu dərmanların bir çoxu mədəni qıcıqlandıra bilər. Dolu mədəyə qəbul edildikdə isə əks göstərişlər azalır. Bu dərmanların yerli-yersiz, mədə qoruyucu dərmanlar olmadan qəbulu mədə qanamalarına, hətta böyrək çatışmazlıqlarına qədər gətirib çıxara bilər. Dərmanları susuz içmək məsləhət deyil. Çünki qəbul edilən dər-

manın təsirli olması üçün, mədə və ya bağırsaqda həll olunaraq qana qarışması lazımdır. Sizin dərmanla birlikdə içdiyiniz bir stəkan su həll olunmanı asanlaşdıracaq, qana qarışmasını sürətləndirəcək və tez təsir göstərməsinə səbəb olacaq. Əgər iş başındasınızsa, istifadə etdiyiniz dərmanlar işinizə də təsir göstərə bilər. Bir çox dərman əks göstəriş olaraq yuxusuzluq, halsızlıq yarada bilər. Odur ki, diqqət tələb edən işlər zamanı belə dərmanları atmağınızın ciddi problemlər yarada biləcəyini unutmayın. Evinizdəki bütün dərmanları soyuducuda saxlamağınız vacib deyil. Bir çox dərmanları otaq temperaturunda da saxlamaq mümkündür. Dərmanları öz qutularında və qapaqları möhkəm bağlanmış şəkildə saxlayın. Toz şəklində olan dərmanları mütləq qaynadılmış suda həll etmək lazımdır. Bəzən xəstələr tez müalicə olunmaq üçün dərmanları həkimin təyin etdiyi və ya təlimatda göstəriləndən artıq dozada qəbul edirlər. Bu, dərmanların orqanizmdə toplanmasına və zəhərlənməyə səbəb ola bilər. Dərmanlarla müalicə dövründə alkoqol işlədilməsi, xüsusən sərxoş vəziyyətdə dərman qəbulu ağır nəticələr verə bilər.

UZUNÖMÜRLÜLÜYÜN SİRLƏRİ Bol-bol gülün: Zarafatcıl insanlar xəstəliklərə qarşı daha dözümlüdürlər. Gülmək həm də beyində xərçəng riskini azaldan hormonların inkişafına kömək edir. İdmanla məşğul olun: Həddən artıq stress insanda izsiz ötüşmür.

Mütəmadi idmanla məşğul olmaq isə stressi azaldır, əzələləri qoruyur, ürək və ağciyərləri möhkəmlədir. Təzyiqinizi ölçün: Təzyiqini həmişə nəzarət altında saxlayan insanlar daha çox yaşayırlar. Təmiz havaya çıxın: gün ərzində təmiz havada piyada gəzməyə səy göstərin. Tədqiqatçıların araşdırmalarına görə, təbii işığın beyin fəaliyyətini qüvvətləndirdiyini söyləyirlər. Çoxlu pilləkən çıxın. Mümkün olduqca gününüzü aktiv keçirin. Bununla qan dövranını sürətləndirər, əzələlərə və orqanlara gedən oksigenin miqdarının artmasına kömək etmiş olarsınız. Süd için: Təzə süd qocalma prosesini gecikdirir. Dərini təzələyən, ağrı kəsmə və əzələ sistemini gücləndirmə qüvvəsi olan süd həm də insanı sakitləşdirmək xüsusiyyətinə malikdir. Mütəmadi müayinələrdən keçin: daha uzun yaşamağın sirri həkimə getmək üçün xəstələnməyi gözləməməkdədir. Tez-tez müayinədən keçən insanlara hər hansı xəstəlik zamanı daha tez diaqnoz qoymaq mümkündür. Günəş vannası qəbul edin: gün işığından uzaqda yaşayanlar daha çox depressiyaya tutulurlar. Gün ərzində 30 dəqiqə gün işığı alanların əhval-ruhiyyələri də yüksək olur. Dik durun: Beli əymək əzələlərin sürətli işləyərək, yorulmasına səbəb olur. Bu nəfəs alma prosesini də çətinləşdirir. Dik vəziyyətdə daha asan nəfəs alınır, oksigen ağciyərlərə dolaraq, qan dövranına kömək edir. Sevdiyiniz musiqiləri dinləyin: Aparılan tədqiqatlara görə, sevdiyiniz


75 musiqiləri dinləmək stressi azaldır və yorğunluğa qarşı effektlidir. Günortalar az da olsa yatmağa çalışın: Amerikalı tədqiqatçıların araşdırmalarına görə, 30 dəqiqəlik qısa bir yuxu insanlara çox müsbət təsir edir. Odur ki, yatmaq imkanınız olmasa belə, işləyərkən az müddətlik də olsa gözlərinizi yumub, dincəlin.

XƏSTƏLİYİNİ ÖZÜN TƏYİN ET Amerika tədqiqatçılarının araşdırmalarına görə bədən quruluşuna əsasən müxtəlif xəstəliklərin ilkin simptomlarını təyin etmək mümkündür. Belə ki, hər hansı bir xəstəliyə tutulduqda, bunu xarici görünüşünə görə xəstənin özü də təyin edə bilər. Dırnaqlar: Əgər dırnaqlar mavi və ya boz rəngə çalırsa, bu, ürək xəstəliyinin olduğunu göstərir. Dırnaqların həddən artıq qalın olması isə nəfəs və ağciyər problemlərindən xəbər verir. Nəfəsinizi sayın: Əgər dəqiqədə 15 dəfə və ya daha az nəfəs alırsınızsa, sağlam ciyərləriniz var. Əgər 25 dəfə nəfəs alıb, verirsinizsə, sağlamlığınıza diqqət etməlisiniz. Gözlər: Güzgüdə diqqətlə gözlərinizə baxın. Əgər irisin ətrafında (göz bəbəyini əhatə edən toxumanın rəngli hissəsi) ağ dairə varsa, bu xolesterin səviyyəsinin yüksək olduğunu bildirir. Bu həm də yaxınlaşan ürək problemlərinin göstəricisidir. Ovuc içi: Əgər ovcunuzun içi qırmızı və ləkəlidirsə, qaraciyərdə problem var. Doğum kilonuz: Ananızdan dünyaya gələrkən neçə kilo

olduğunuzu soruşun. Əgər 3 kilodan az olmusunuzsa, ürək qüsurunuzun olma riski digərlərinə nisbətən daha çoxdur. Beliniz qalındırmı? Bədəniniz yumru bir almaya bənzəyirsə, yəni belinizin ətrafında yağ qatı toplanıbsa, ürək problemləriniz ortaya çıxa bilər. İdrar tezliyi: 3 saatdan bir sidik ifrazına ehtiyac duyursunuzsa, şəkərli diabet ola bilərsiniz. Çünki diabetin ən erkən əlamətlərindən biri sidiyi saxlamağın çətinliyidir. Nəbzini yoxla: Nəbziniz nə qədər yavaş olarsa, o qədər uzun yaşayacaqsınız. Yəni nəbziniz 70dən aşağıdırsa, sağlamsınız. Dişlər: Əgər dişləriniz qanayırsa, ürəyiniz təhlükədə ola bilər. Barmaq uzunluğu: Şəhadət və adsız barmaqlar eyni uzunluqdadırsa, infarkt riski yüksək olur.

BEYNİNİ İŞLƏT... Oksford və Harvard Universitetlərinin alimləri beyni gənc və gümrah saxlamaq üçün gərəkli olan məsləhətlərini açıqlayıblar. Tərləyin: Məşqlər yaxşı işləyə bilməsi üçün bol miqdarda oksigenə ehtiyacı olan beyin üçün əvəzsizdir. Bu şəkildə beynin öyrənmə və xatırlama qabiliyyəti artır. Balıq yeyin: Balıq yemək konsentrasiya və oxuma qabiliyyətini inkişaf etdirir. Fasilə verin: Uzun və fasiləsiz çalışmaq beynin gücünü azaldır. Tədqiqatlar hər 40 dəqiqəlik işdən sonra 20 dəqiqəlik fasilə vermənin gərək olduğunu ortaya çıxarır. Yuxusuz qalmayın: Gecə ərzində 7-8 saatlıq yuxu beynin performansını ən yüksək zirvəyə

qaldırır. Eyni zamanda günortalar 30 dəqiqəlik yuxu beynin enerji yığmasına səbəb olur. Saqqız çeynəyin: Saqqız beynə gedən qanı yüzdə iyirmi artırır. Beləliklə yaddaşı qüvvətləndirib, stressi azaldır. Su için: 80%i sudan ibarət olan beynimiz su içmədikdə, kiçilir. Ona görə də hər gün 1,5-2 litr su içmək lazımdır. Qırmızıya baxmayın: Qırmızı rəngi görmək uğuru azaldır. Xüsusən də imtahanlarda bu rəng diqqəti toplamağa mane olur. Qaynar şokolad için: Yatmazdan əvvəl içilən bir stəkan isti şokolad zəkanı artırır. Kakao xüsusən də yaşlıların zehnini açır. Rok dinləyin: Araşdırmalar rok musiqisinin də klassik musiqi qədər öyrənmə və konsentrasiya olma qabiliyyətini artırdığını göstərir. İstedadı inkişaf etdirin: 6 yaşında olan uşaqlar arasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu yaşda uşaqların musiqi və rəsmlə bağlı dərs alması gələcəkdə onların intellekt səviyyələrinin yüksək olmasına kömək edir. Texnologiyanı məhdudlaşdır: SMS və e-maildən çox istifadə etmək, televizora həddən artıq baxmaq zəka səviyyəsini aşağı salır. Beyin gimnastikası edin: Tapmaca və məntiq testləri taparaq beyninizi inkişaf etdirə bilərsiniz. Alkoqoldan uzaq olun: Alkoqol beyin hüceyrələrini öldürərək, öyrənmə və yaddaş bölgəsinə zərər vurur.


76

ÜRƏKGETMƏNİN SƏBƏBİ NƏDİR? Ürəkgetmə huşun tam və ya qismən itirilməsidir. Bunun səbəbi beynə vurulan qanın miqdarının müvəqqəti azalmasıdır ki, bu da qanın ayaqlarda və ya bədənin aşağı nahiyəsində yığılıb qaldığı zaman baş verir. Beyin özünə lazım olan normal qan miqdarından məhrum olduqda, ani olaraq fəaliyyətini dayandırır və insan huşunu itirir. Ürəkgetmə emosional stress doğuran hadisə zamanı (məsələn, qan gördükdə), kəskin ağrı olduqda, ürək-damar sisteminin müxtəlif xəstəlikləri, yorğunluq, aclıq kimi şəraitlərdə baş verə bilər. Bəzi adamlar, məsələn, hamilə qadınlar və ya yaşlılar vəziyyətlərini birdən dəyişdikdə(oturduqları və ya uzandıqları yerdən birdən qalxıb, hərəkət etdikdə) başqalarına nisbətən daha çox ürəkgetməyə məruz qalırlar.

ƏLAMƏTLƏRİ Bir çox hallarda huşun itirilməsindən qabaq zərərçəkəndə baş gicəllənmə əlamətləri olur. Dərinin rənginin dəyişməsi, soyuması və ya nəmlənməsi də müşahidə oluna bilər. Zərərçəkəndə, həmçinin ürəkbulanması, əl və ayaq barmaqlarının keyləşməsi və ya gizildəməsi əlamətlərini görmək də mümkündür. Ürəkgetmədən əvvəl mövcud olan digər əlamətlərə tərləmə, qusma, görmənin təhrifi və ya tutqunlaşması, baş və ya qarında ağrılar da aiddir. Bəzi xəstələr isə huşun getməsindən qabaq hər şeyin qaranlıqlaşması hissini keçirirlər.

NECƏ KÖMƏK ETMƏLİ? Adətən, ürəkgetmə öz-özünə düzələn vəziyyətdir. Zərərçəkən çox vaxt bir dəqiqə müddətində özünə gəlir. Ürəkgetmə nəticəsində elə bir ciddi ziyan dəyməsə də, bunun

nəticəsində yıxılma ilə əlaqədar zədələr baş verə bilər. Artıq özünə gəlmiş xəstənin ürəyi bulanmırsa, tənəffüs çətinliyi, baş, boyun, bel zədələnmələri, bud və ayaq daxil olmaqla sümük sınmaları yoxdursa, və ya hərəkət ağrıya səbəb olmursa, ayaqları 30 sm qaldırmaqla qanın vacib orqanlara dövranını təmin edin. Əgər belə hallar varsa, zərərçəkəni uzanıqlı vəziyyətdə qoyun. Onu sıxan paltardan azad edin. Xəstəyə yemək və ya içmək üçün heç nə verməyin. Həmçinin, zərərçəkəni vurmaq və onun üzünə su çiləmək olmaz. Səpələdiyiniz su zərərçəkənin ağciyərlərinə daxil ola bilər. Ürəyi getmiş şəxs tez özünə gəldiyindən və uzun müddət davam edən simptomlar olmadığından həkim çağırmaq vacib deyil. Lakin yaxşı olar ki, ürəkgetmənin daha ciddi səbəblə bağlı olub-olmadığını müəyyən etmək üçün həkimə müraciət edəsiniz.


77 ÜRƏK TUTMALARI Bütün canlı toxumalar kimi, ürək hüceyrələri də daima oksigenlə təchiz olunmağı tələb edir. Tac arteriyası ürək əzələlərini oksigenlə zəngin olan qanla təchiz edir. Ürək əzələləri bu cür qandan məhrum olduqda məhv olur. Kifayət qədər əzələ öldükdə, ürək qanı effektiv olaraq dövr etdirə bilmir ki, bu da ürək tutmalarına səbəb olur. Ürək tutması adətən ürək-damar xəstəliyinin nəticəsində yaranır. Ürək-damar xəstəliyi yavaş-yavaş inkişaf edir. Arteriyaların daxili divarlarında xolesterin və digər materialların yağlı çöküntüsü yarana bilər. Ateroskleroz adlanan bu vəziyyət həmin damarların get-gedə daralmasına səbəb olur. Tac arteriya daraldıqda və ya tamamilə qapandıqda, ürək tutması baş verə bilər. Ateroskleroz tədricən inkişaf etdiyindən uzun müddət nəzərə çarpmır. Ürək əzələlərinə qan axını xeyli azaldıqda belə, ürək narahatçılığı barəsində heç bir siqnal olmaya bilər. Aterosklerozu olan bir çox adamlar bundan xəbərsizdirlər. Damarların daralması inkişaf etdikcə, ürək kifayət qədər qan qəbul etmədikdə, bəzi adamlar ilkin əlamətləri hiss edirlər. Digər adamlar isə qabaqcadan heç bir xəbərdarlıq olmadan ürək tutmasına və ya hətta ürəyin fəaliyyətinin dayanmasına məruz qala bilərlər.

ƏLAMƏTLƏRİ Ürək tutmasının ən çox yayılmış əlaməti sinədə davamlı ağrı və narahatçılıq hissinin olmasıdır. Lakin ürək tutmasının verdiyi ağrını, həzmin pis getməsi, əzələlərin spazması, və ya digər səbəbdən yaranan ağrılardan fərqləndirmək asan olmur. Ürək tutması nəticəsində ağrının miqyası, adi narahatçılıqdan sinənin dözülməz dərəcədə əzilməsi hissinə qədər ola bilər. Zərərçəkən bunu narahatlıq verən əzilmə, sıxılma, basılma, dartılma, ağrı və ya döş qəfəsində ağırlıq hissi kimi təsvir edə bilər. Bir çox hallarda ağrı, döş

sümüyünün arxasında olan sinənin mərkəzində hiss olunur. Ağrı çiyinlərə, qollara, boyuna, və ya çənəyə vura bilər. Ağrı daimi olur və adətən dincəlmək, vəziyyəti dəyişmək və ya dərman qəbul etməklə keçmir. Döş qəfəsində 10 dəqiqədən artıq davam edən bu cür kəskin ağrılar zamanı mütləq həkimə müraciət etmək lazımdır. Ürək tutmasının digər əsas göstəricisi tənəffüsün çətinləşməsidir. Bədən ürək üçün tələb olunan çox miqdarda oksigeni əldə etmək üçün cəhd etdiyindən normal haldan daha tez tənəffüs edir. Zərərçəkənin nəbzi normadan sürətli və ya zəif, qeyri-müntəzəm olur. Xəstənin dərisi avazımış, kül rəngində və ya sifətinin ətrafı göyərmiş şəkildə ola bilər. Sifəti isə tərləmə nəticəsində nəm olar. Bəzi ürək tutmasına məruz qalmış şəxslər çox tərləyirlər. Zərərçəkəndə ürəkbulanması, qusma halları, təngnəfəslik və ya səsli tənəffüsün olması da mümkündür. Bu əlamətlər ürək effektiv işləmədiyi halda bədənin keçirdiyi stress halının nəticəsində yaranır. Yadda saxlayın ki, ürək tutmasının əsas əlaməti davamlı döş qəfəsi ağrısıdır. Ürək tutması zamanı həkim çağırın və müvafiq yardım göstərməyə başlayın.

YARDIM GÖSTƏRİLMƏSİ Göstərilən ilk yardımın ən vacib tədbiri ürək tutmasının əlamətlərinin müəyyən edilməsidir. Bu əlamətlərdən hər hansı biri təzahür etdikdə, siz dərhal fəaliyyətə başlamalısınız. Ürək tutmasından zərərçəkən şəxs özündə olan əlamətlərin ciddiliyini inkar edə bilər. İmkan verməyin ki, bu cür inkar etmələr sizə təsir edə bilsin. Zərərçəkən gördüyü bütün işləri dayandırmalı və rahat halda dincəlməlidir. Ürək tutması zamanı oturaq halda nəfəs alma daha asan görünür. Zərərçəkənin rahat halı onun ürəyinin oksigenə olan tələbatını ödəməyi asanlaşdırır. Ürək tutmasından zərər çəkmiş adama ilk yardım göstərən zaman ehmallı və toxtaqlıq verən şəkildə hərəkət edin. Zərərçəkənin rahat vəziyyəti onun həyəcanını azaldır və narahatçılığını zəiflədir. İxtisaslı kömək gələnə qədər zərərçəkənə ciddi diqqət yetirin. Zərərçəkənin tənəffüsünü yoxlamaqda davam edin. Xarici görünüşdə və davranışda özünü göstərən dəyişikliklərə nəzər yetirin.


78

Qoç bürcü: 21 mart - 20 aprel

Əkizlər bürcü: 22 may – 21 iyun

Qoç bürcündən olanların səbirsizlikləri yeməkdə də özünü göstərir. Əllərinə keçəni yeməyə alışan Qoçlar yemək masası arxasında uzun vaxt keçirməyi sevmirlər. Zaman azlığından vaxtlı-vaxtında qidalanmırlar. Müxtəlif pəhrizlərə maraq göstərsələr də, qısa zaman sonra bu dietaları yarıda buraxırlar. Onların ehtiyacı olan şey rejimlə və az kalorili qidalar yeməkdir. Duz və alkoqoldan uzaq olmalıdırlar. Bunun yerinə bol miqdarda su içmək məsləhət görülür. Pomidor, kartof, soğan, mərcimək, lobya, ispanaq, turp, düyü, alma, boranı, qoz kimi qidalar həftəlik qida rasionuna mütləq əlavə edilməlidir. Ədviyyatlı yeməklərə çox yer vermələri düzgün deyil.

Yemək yeyərkən o qədər tələsirlər ki, bu hal onların sağlamlığına da təsir göstərir. Əkizlər çəki baxımından həddən artıq şanslı hesab olunur, çünki daxillərindəki enerji ilə elə həmin dəqiqə yediklərini sərf edə bilirlər. Pəhrizlə araları yaxşı deyil. Bu onlara çox darıxdırıcı görünür. Əkizlər sağlamlıqları üçün qidaları daha çox çeynəməlidirlər. Sümüklərinin sağlam olmasını istəyirlərsə, düzgün qidalanmalıdırlar. Əkizlərdə qan laxtalanması hallarına çox rast gəlinir. Balıq, kərə yağı, kök, portağal, şaftalı, ərik, üzüm, badam pəhriz siyahısında mütləq yer almalıdır. Sakitləşmək və rahatlanmaq üçün isə şəfalı bitkilər və kofeinsiz çaylar tam Əkizlərə görədir.

Buğa bürcü: 21 aprel- 21 may

Xərçəng bürcü: 22 iyun – 23 iyul

Bu bürcün insanları kökəlməyə meyllidirlər. Hətta onları yemək üçün yaşayanlar da adlandırmaq olar. Artıq çəkilər onların sağlamlığına da pis təsir göstərə bilər. Ancaq çox qərarlı və səbirli olan Buğalar, arıqlamağı qarşılarına məqsəd qoysalar, əzmləri sayəsində mütləq istəklərinə çatarlar. Yediklərinin həm gözəl dadmasını, həm də nəfis qoxumasını xoşlayırlar. Yemək yeməyə çox vaxt ayırırlar. Ən çox evlərində rahat şəkildə yeməyi sevirlər. Müxtəlif şirniyyatlar, tortlar, şokolad və kremli dondurmalar yeməkdən əl çəkə bilmirlər. Balıq və dəniz məhsulları, yumurta, qaraciyər, böyrək, təzə meyvələr Buğaların pəhrizində xüsusi yer tutmalıdır.

Xərçənglər yemək mövzusu da daxil olmaqla, böyük fantaziyalara sahibdirlər. Diqqət etsək, görərik ki, bir çox aşpaz bu bürcdən çıxıb. Hazır qidalardan uzaq qaçaraq bunların yerinə təbii qidalarla hazırlanmış yeməklərə üstünlük verirlər. Uzun vaxt və zəhmət tələb edən yeməklərin hazırlanması onları yormur. Həssas olmaları qidalanma alışqanlıqlarına da təsir göstərir. Kədərləndikdə şirniyyatlarla, dondurmalarla əhvallarını yaxşılaşdırmağa çalışırlar. Halbuki, bu bürcdən olanlar şəkər, duz və ədviyyatlardan uzaq olmalıdırlar. Çünki mədələri çox həssasdır. Orqanizmləri kalsiuma daha çox ehtiyac duyur. Süd, pendir, kələm, pomidor, təzə tərəvəzlər dəri

və mədə sağlamlığı üçün xeyirlidir və çəkini nəzarətdə saxlamağa imkan verir.

Şir bürcü: 24 iyul – 23 avqust Bol enerjili Şirlər çoxlu və dəbdəbəli yemək yeməyi sevirlər. Yemək prosesi onlara görə bir sənətdir və bu sənəti bütün detalları və gözəllikləri ilə yaşamağa çalışırlar. Onlar yemək yeyərkən də hər kəsin diqqətini cəlb etməyi sevirlər. Evdə yemək hazırlamaq problemi yaşamaqdansa, dəbdəbəli restoranda yeməyə üstünlük verirlər. Bədən quruluşlarına önəm verdiklərinə görə pəhriz saxlamaqda çətinlik çəkmirlər. Artıq çəki təhlükəsi hiss olunduğu andan ciddi pəhrizə başlayırlar. Qan dövranının düzgün tənzimlənməsi üçün quzu və toyuq əti, qaraciyər, yumurta sarısı, alma, əncir, şaftalı, limon və badam onlar üçün ideal qidalardır.

Qız bürcü: 24 avqust – 23 sentyabr Qız bütün bürclər içərisində hər şeyin mükəmməl olmasına önəm verməsi ilə fərqlənir. Ona görə də sağlam şəkildə qidalanmağa çox diqqət yetirirlər. Sağlamlıqları üçün gərəkli olan hər cür pəhriz və tibbi tövsiyələrə əməl edirlər. Arıq olmaq üçün əllərindən gələni edirlər. Özləri üçün zərərli və ya yararlı olan hər bir şeyə qarşı son dərəcə həssasdırlar. Məsələn, alkoqol, şirniyyatlar və qəhvədən uzaq durmağı bacarırlar. Həddən artıq kök olan Qız bürcü nümayəndəsinə çox az hallarda rast gəlinir. Artıq çəkisi olanların problem-


79 ləri isə 1-2 kilodan çox olmur. Bu artıq çəkiləri də özlərini və başqalarını həddən çox düşündüklərinə görə qazanırlar. Pəhriz və qidalanma mövzuları çox diqqətlərini çəkdiyindən mütəmadi şəkildə bu barədə məlumatlar öyrənməyə çalışırlar. Buğda, çovdar, ət, pendir, portağal, kartof, kök, limon, yemiş, alma, armud onlar üçün ideal qidalardır. Yemiş, alma, armud isə üz dərilərini gözəlləşdirir. Şokoladı çox sevirlər. Bu isə gələcəkdə ürək problemləri ilə qarşılaşmalarına səbəb ola bilər.

Tərəzi bürcü: 24 sentyabr – 22 oktyabr Qonaqlıqları, ziyafətləri çox sevən Tərəziləri gözəl yeməklərdən çəkindirməyə heç kəsin gücü yetməz. Ən gözəl restoranlara gedər, bahalı yeməklər sifariş etməkdən çəkinməzlər. Fast food qidaları onlara adi gəldiyindən, bu cür qidalardan imtina edirlər. Bəyənmədikləri yemək olduqda isə onları güclə yedizdirmək çətin məsələdir. Pəhriz saxlamaq onlar üçün çox çətindir. Əhval-ruhiyyələrini, həyat eşqini yalnız ləziz yeməklər qaldıra bilər. Qarğıdalı, kök, ispanaq, yulaf unu, buğda, alma, çiyələk, badam, quru üzüm kimi qidalar hər zaman əllərinin altında olmalıdır. Tərəzi bürcü böyrəkləri təmsil etdiyindən, bu bürcdən olanlar qidalanarkən böyrəklərinə zərər verə biləcək qidalardan, xüsusən də şorabalardan uzaq olmalıdırlar. Tərəzilər çox kalorili qidalar yerinə yüngül yeməklər yeməyə üstünlük verməlidirlər.

Əqrəb bürcü: 23 oktyabr – 22 noyabr Duzdan uzaq olmaları məsləhətdir. Duz vücudda suyun daha çox toplanmasına səbəb olur. Onun yerinə yeməklərinə təzə soğan, keşniş, cəfəri ilə dad verməyə çalışsalar, yaxşı olar. Çörək, balıq məhsulları, qırmızı turp, təzə meyvə və tərəvəzlər Əqrəb bürcündən olanlar üçün gərəkli qidalardır. Düzgün qidalanma rejimi stressdən də uzaq olmalarına yardım edər. Ağır və yağlı qidalardan

uzaq olmaları vacibdir. Əqrəblər üçün planlı şəkildə edilən pəhriz mütləqdir. Çünki Əqrəblərin ən böyük problemləri ölçünü gözləməkdə çətinlik çəkmələridir.

Oxatan: 23 noyabr – 22 dekabr Vasvasılıqla hazırlanmış pəhrizlər onlara görə deyil. Oxatanlar mətbəxdə iş başındadırsa, asan və tez başa gələn yeməklərə, hətta hazır qidalara üstünlük verirlər. Çox hərəkət etməyi sevən, enerjili biri olduqlarından, asanlıqla yağ ehtiyatını sərf edirlər. Təbii şəkildə qidalanmaq üçün meyvə-tərəvəzləri qabıqlı şəkildə yeməyə üstünlük vermələri məsləhətdir. Pəhriz boyunca çoxlu çiy tərəvəz, yaşıl bibər, kartof, əncir, ərik, çiyələk, alma və armud yemələri məsləhət görülür. Qış aylarında darçın Oxatanları psixoloji baxımdan sakitləşdirir.

Oğlaq bürcü: 23 dekabr – 20 yanvar Ləzzət düşkünü deyillər. Oğlaq bürcündən olanlar bahalı olmayan, adi qidaları sevirlər. Yemək həyatlarında böyük yer tutmadığından çox çəkili olmurlar. Ancaq hirsli və ya stressli anlarında bu hallarından qurtulmaq üçün çox yeyirlər. Çox çalışdıqlarından gün ərzində düzgün rejimlə qidalanmırlar ki, bu da sağlamlıqları üçün zərərlidir. Çünki orqanizmləri vitamin və minerallara ehtiyac duyur. Oğlaqların ən çox gərək duyduqları kalsiumdur. Kalsium çatışmadıqda, dişləri, dizləri və dəriləri ilə bağlı bir sıra problemlərlə qarşılaşa bilərlər. Kələm, kərəviz, yağsız ətlər, limon, portağal, inək südü, pendir, balıq, yumurta sarısı kimi qidalara üstünlük verməlidirlər. Qaysı və badam yeməklə quru və allergik reaksiyalı dərilərinə rəng qata bilərlər. Həmçinin dərilərini siqaret və onun tüstüsünün zərərlərindən qorumağa çalışmalıdırlar. Qarma-qarışıq pəhrizləri sevmədiklərindən və yemək rejiminə o qədər də bağlı olmadıqlarından artıq çəkidən xilas olmaqda çətinlik çəkirlər. Onlar üçün ən düzgün qidalanma

az-az və tez-tez olmalıdır.

Dolça bürcü: 21 yanvar – 19 fevral Yemək tərzləri yenilikçidir. Ona görə də müxtəlif qidaları dadmağa üstünlük verirlər. Orqanizmləri duza və C vitamininə çox ehtiyac duyur. Bu ehtiyacı yemək duzundan deyil, tərkibində duz olan qidalar hesabına təmin etmələri daha düzgündür. Çox duz qəbul etdikdə, zəif qan dövranı, həddən artıq şişkin bir vücud və qaraciyər problemləri ilə qarşılaşa bilərlər. Dəniz məhsulları, kök, turp, balqabaq, ispanaq, alma, şaftalı, limon, portağal, nar və ananas onlar üçün duz baxımından ideal qidalardır. Dolçalar yüngül pəhrizlərə ehtiyac duyurlar. Qış idman növləri Dolçalar üçün idealdır. Soyuq temperaturda daha sağlam ola bilərlər. Soyuq duş qəbul etmək də onlar üçün xeyirlidir.

Balıq bürcü: 20 fevral – 20 mart Düzgün qidalanmadıqları və çox yedikləri üçün tərəziyə çıxmaqla araları yoxdur. Eyni zamanda stress və eşq acısı çəkirlərsə, kökəlməməkləri mümkün deyil. Pəhriz məsələsində o qədər də dəqiq deyillər. Yaxşı yeməklər gördüklərində pəhrizi həmin andaca unudurlar. Güclü pəhrizlər onlara görə deyil. Çox kökəlməmək üçün bol miqdarda su içmək lazımdır. Orqanizmləri dəmirə çox ehtiyac duyur. Ona görə də pəhrizlərinizdə dəmirlə zəngin olan qaraciyər, quzu əti, yumurta sarısı, soğan, arpa, lobya, alma, üzüm, limon, şaftalı, portağal, ərik, üzüm, cəfəri yer almalıdır. Baş ağrı və mədə problemləri ilə tez-tez rastlaşan balıqlar yüngül qidalara, xüsusən də balıq məhsullarına və müxtəlif salatlara üstünlük versələr, yaxşı olar. Baş ağrılarının ən yaxşı dərmanı isə nanə və limon qarışığıdır.





Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.